Məhkəmə qərarları › İş №1(101)-478/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-478/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-478/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçilər: Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi4 iştirakı ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, Bakı şəhəri Yasamal rayonu, Alatava-2 küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi dalan 3, ev 5-də qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, xx xxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Suluçeşmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Suluçeşmə kəndində qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 bacısı oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayət nəticəsində əldə olunan qanunsuz mənfəətin istintaqa məlum olmayan şərtlərlə aralarında bölüşdürüləcəyi barədə cinayətkar sövdələşməyə daxil olub, satış məqsədi ilə 21 yanvar 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında A.Ə. Ağayevdən 14(on dörd) qram çəkidə narkotik vasitə heroni 300 (üç yüz) manat pul müqabilində qanunsuz olaraq əldə edib, bir qismini istintaqa məlum olmayan tarixdə və yerdə şəxsiyyəti naməlum şəxslərə satmaqla digər qismini özü istehlak etmiş, qalan hissəni, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,193 qram, 0,275 qram, 0,217 qram, 0,204 qram, 0,244 qram, 0,264 qram, 0,231 qram, 0,341 qram, 0,197 qram, 0,304 qram, 0,284 qram, 0,338 qram, 0,303 qram, 0,218 qram, 0,344 qram, 0,219 qram, 0,214 qram, 0,182 qram, 0,236 qram, 0,260 qram, 0,335 qram, 0,216 qram, 0,245 qram, 0,278 qram, 0,904 qram, ümumi təmiz çəkisi 7,435 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini hissələrə bölməklə hər birini gümüşü rəngli kağız bükümlərinə bükərək üzərində satış məqsədi ilə saxlayıb daşıyarkən 23 yanvar 2020-ci il tarixdə saat 16:25-də DİN- in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən ümumi təmiz çəkisi 7,435 qram olan külii miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini bükümlərə ayrılmış vəziyyətdə bir ədəd dairəvi qutunun içərisində aşkar edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət nəticəsində əldə olunan qanunsuz mənfəətin istintaqa məlum olmayan şərtlərlə aralarında bölüşdürüləcəyi barədə cinayətkar sövdələşməyə daxil olub, satış məqsədi ilə 2020-ci ilin yanvar ayının ortalarında saat 16 radələrində Təqsirləndirilən şəxs3 42,227 qram külü miqdarda narkotik vasitə heroini 500 (beş yüz) manat pul müqabilində qanunsuz olaraq əldə edib, öz növbəsində həmin narkotik vasitənin 14 qramdan ibarət hissəsini 21 yanvar 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında satış üçün dayısı Təqsirləndirilən şəxs1 300 (üç yüz) manat pul müqabilində sataraq digər qismini, yəni təmiz çəkisi 28,227 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində satış məqsədi ilə saxlayıb daşıyarkən, 23 yanvar 2020-ci il tarixdə saat 18:00-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılıb polis şöbəsinə gətirilərək, orada üzərində şəxsi axtarış keçirilən zaman boyun hissədən gövdəyə keçirilmiş vəziyyətdə saxladığı əl çantasının qıfılbəndli cib yerindən bir ədəd şəffaf rəngli polietilen bükümdə həmin narkotik vasitə, habelə həmin çantanın içərisindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ona görə ki, o tanışı Təqsirləndirilən şəxs2 və istintaqa şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət nəticəsində əldə olunan qanunsuz mənfəətin istintaqa məlum olmayan şərtlərlə aralarında bölüşdürüləcəyi barədə cinayətkar sövdələşməyə daxil olub 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,960 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir həbdə 0,04 qram metadon olmaqla 5 (beş) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı tərkibində 0,2 qram təsiredici metadon maddəsi olan həbləri və 1 150,031 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən əldə edib özündə saxlamaqla həmin narkotik vasitə olan heroinin 42,227 qram çəkidə külli miqdarda hissəsini 2020-ci ilin yanvar ayının ortalarında saat 16 radələrində 500(beş yüz) manat pul müqabilində öz növbəsində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan Təqsirləndirilən şəxs2 satmış, qalan 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,865 qram və 3,939 qram, ümumi təmiz çəkisi 7,804 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,960 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 5 (beş) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı tərkibində 0,2 qram təsiredici metadon maddəsi olan həbləri üzərində satış məqsədi ilə qanunsuz olaraq saxlamaqla daşıyarkən, 30 yanvar 2020-ci il tarixdə saat 18:00-da Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 4 ünvanın qarışısında saxlanılıb polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,865 qram və 3,939 qram, ümumi təmiz çəkisi 7,804 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,960 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir həbdə 0,04 qram metadon olmaqla 5 (beş) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı tərkibində 0,2 qram təsiredici metadon maddəsi olan narkotik tərkibli həblər bir ədəd şəffaf sellofan büküm və Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Rəşad Cavadzadənin 03 fevral 2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında qərarı ilə Təqsirləndirilən şəxs3 kirayə yaşadığı ünvan 2 ünvanında 04 fevral 2020-ci il tarixdə saat 12:45-dəıı saat 14:10-dək aparılmış axtarış zamanı mənzilin yataq otağındakı çarpayının döşəkcəsinin altından bir ədəd qara rəngli sellofan torbada 1100 qram (1 kq 100 qr) çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o uzun illərdir ki, narkotik vasitə istifadəçisidir. Əvvəllər də məhkum olunmuşdur, 2016-cı ildə azadlığa çıxmışdır. Tutulduğu günə qədər də narkotik vasitələrdən istifadə edirdi. 23 yanvar 2020-ci il tarixdə uşağını məktəbdən götürmək üçün evdən çıxdı, uşağını evə gətirib qoyduqdan sonra polis əməkdaşları maşınının qabağını kəsdilər. Nə onun üzərinə, nə də maşına baxış keçirmədilər. Ona da heç bir şey izah etmədilər. Daha sonra isə onu zorla polis maşınına oturdub bölməyə apardılar. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olundu. Bölmədə olan zaman polis əməkdaşlarından biri öz cibindən narkotik çıxarıb stolun üstünə qoydu. Onu məcbur etdilər ki, həmin içərisində narkotik vasitə olan 26 bükümün ona aid olduğunu və şalvarının cibindən çıxdığını boynuna götürsün. O da onlara etiraz etdi, etiraz etdikdə ona yenə də təzyiq göstərdilər. O istintaq zamanı Təqsirləndirilən şəxs2 adını çəkməmiş, narkotik vasitəni ondan aldığını da bildirməmişdir. Özü istifadə etmək üçün narkotik vasitəni Elman adlı şəxsdən alırdı. Bölmədə üzərinə axtarış aparılan zaman çəkiliş aparıldı, çəkiliş zamanı polislərin təzyiqi ilə narkotiki cibindən çıxarıb Adildən aldığını demişdir, saxlanılan zaman üzərində qanunsuz əşya və ya predmet olmayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, narkotik vasitələrin aludəçisidir, demək olar ki, mütəmadi istifadə edir. Polis əməkdaşları onun evinə zorla daxil olub, gecə yarısı onu yatdığı yerdə oyatdılar. Yoldaşı da evdə idi. Həmin vaxt evində təkcə kiçik masanın üzərində 1,5 qram narkotik vasitə var idi, ondan başqa evində heç bir narkotik vasitə olmayıb. Daha sonra onu zorla Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə apardılar. 3-4 saat bölmədə qaldı. Ondan həmin narkotiki haradan aldığını soruşduqda, o polis əməkdaşlarına həmin narkotik vasitəni internet vasitəsilə aldığını bildirdi. Polis əməkdaşları isə ona təkid edərək bildirdilər ki, ifadəni dəyiş və həmin narkotik vasitəni Vasifdən aldığını de. O da məcburiyyət qarşısında onların dediyi kimi ifadə verdi və həmin narkotik vasitəni Vasifdən 500 manata aldığını dedi. O dayısı Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. Çəkiliş aparıldı, çəkiliş zamanı narkotik vasitəni polislərin verdiyi çantadan çıxartdı, ancaq həmin çanta ona məxsus deyildi, polis əməkdaşları vermişdi və çəkiliş zamanı narkotiki Vasifdən aldığını dedi. Özü narkotik vasitə istifadəçisidir, ancaq heç vaxt satışı ilə məşğul olmamışdır. Narkotik vasitənin istifadəsi əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. İstifadəçi olsa da heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Adili isə taksi fəaliyyəti ilə məşğul olduğu vaxtlardan tanıyır, tutulmamışdan təxminən 15- 20 gün əvvəl Adil tutulmuşdu. Bu barədə Adilin anası ona məlumat vermişdi. Adilin anası ilə birlikdə Yasamal rayon Polis İdarəsinə getdi. Polis İdarəsinə gedən zaman narkotik vasitə qəbul etmişdi. İdarədə polis əməkdaşı ilə olan söz-söhbətdən sonra o onu da Adilin yanına qoşacağını dedi. 30 Yanvar 2020-ci il tarixdə polis əməkdaşları onu Yasamal rayonu, «Daş bazarı» adlanan ərazidə tutub Yasamal rayon Polis İdarəsinə apardılar. İdarədə polis əməkdaşları ona təzyiq göstərdilər, ondan istintaq zamanı Adilə narkotik vasitə satıb-satmadığını soruşulmadı, nə də o bu barədə heç bir fikir söyləmədi. Üzərindən nə hər hansı həb, nə də əlavə qanunsuz vasitə aşkar olunmayıb. O yalnız narkotik vasitə istifadəçisidir. İstifadə etdiyi narkotiki də tanımadığı müxtəlif şəxslərdən alırdı. Adilə ailəsi ilə hədə-qorxu gəldikləri üçün onun adını verərək, ona narkotik satdığını bildirib. Ancaq o Adilə, nə də başqa bir şəxsə narkotik satmamışdır. Polis əməkdaşları bildirdilər ki, Adil onun ona 7 qram narkotik vasitə satdığını deyib. O da polis əməkdaşlarından üzləşdirmələrini istəsə də, onları üzləşdirmədilər. O 30 yanvar tarixində tutulmuşdur, ancaq polis əməkdaşları tərəfindən baxış keçirilən, əvvəllər kirayə yaşadığı mənzili 29 yanvar tarixində ev sahibinə təhvil vermişdir. Fevralın 4-ü isə onun iştirakı olmadan həmin evə baxış keçirilib və guya 1 kq narkotik vasitə aşkar olunub. O evi 29 yanvar tarixində təhvil verdiyinə görə evdə aşkar olunan narkotik vasitə ona məxsus deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır. Digər təqsirləndirilən şəxsləri tanımır. Təqsirləndirilən şəxs3 ona məxsus evdə kirayə yaşayırdı, onu bu səbəblə tanıyırdı. Vasif təxminən 2019-cu ilin noyabr ayından evində kirayə yaşayırdı, kirayə haqqı kimi 300 manat məbləğində razılaşıb kirayə müqaviləsi bağlamışdılar. Vasif ona anası ilə birlikdə qalacağını demişdi. 04 fevral 2020-ci il tarixdə polis əməkdaşları ona həmin kirayə verdiyi Masazır kəndi «Yeni Bakı>> yaşayış kompleksində yerləşən evinə baxış keçirmək istədiklərini dedilər. Onlar evin qarşısında polis əməkdaşları ilə görüşdülər. Polis əməkdaşlarından evində baxış keçirmələrinin səbəbini soruşduqda, onlar evində kirayə yaşamış Təqsirləndirilən şəxs3 barəsində Yasamal rayon Polis İdarəsində istintaq aparıldığı barədə məlumat verdilər. Vasif narkotik vasitələrinin qanunsuz olaraq qəbulu və satışı ilə məşğul olduğu üçün məhkəmə qərarına əsasında axtarış aparılmalı imiş. Polis əməkdaşları onu qərarla tanış etdilər. Sonra o, iki nəfər hal şahidi və polislərin iştirakı ilə mənzildə axtarış həyata keçirildi. Mənzilin yataq otağından polis əməkdaşları qara rəngli sellefona bükülmüş maddə aşkar etdilər. Həmin maddə qablaşdırılaraq götürüldü. Polis əməkdaşları protokol tərtib etdilər, o da həmin protokolu imzaladı. O 4 fevral tarixinədək həmin mənzilə getməmişdi, Vasif də evin açarlarını ona təhvil verməmişdi. Hətta onun əşyaları da mənzildə qalmışdı. Sonradan Vasifin atası gəlib oğluna məxsus əşyaları götürdü. Mənzilin 2 açarı var idi, biri onda idi, digəri isə Vasifdə idi. Vasif evi ona yanvarın 29-u təhvil verməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs2 isə bacısıoğludur. Onlar ikisi də narkotik istifadə etdikləri üçün əvvəllər məhkum olunublar. Yasamal rayon Polis İdarəsində olarkən məlum oldu ki, Təqsirləndirilən şəxs2 23 yanvar tarixində Yeni Suraxanı qəsəbəsində yaşadığı evin qarşısında tutulub, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılıb. Şöbədə özü əl çantasından narkotik vasitəni çıxarıb polisə təqdim edib. Qardaşı Cəsuru da Adildən əvvəl evinin qarşısında tutulub Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparıblar. Vasif adlı şəxsi isə tanımır. Onların aralarında narkotik vasitə ilə bağlı hər hansı söhbət olub-olmadığını bilmir. Adil və Cəsurun narkotiki haradan aldığı barədə heç bir məlumatı yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə birliyinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs3 yaxalanması üçün rəhbərliyə raportla məruzə olundu və əməliyyat qrupu yaradıldı. Yanvar ayının 30-u 2020-ci ildə təxminən axşamüstü qrup üzvü ilə birlikdə Yasamal rayonu ərazisində xarici görünüşünə görə Təqsirləndirilən şəxs3 bənzəyən şəxsi müşahidə etdilər. Ona özlərini təqdim etdilər, anket məlumatlarını soruşduqdan sonra isə baş idarənin inzibati binasına dəvət etdilər. O da etiraz etməyərək, onlarla idarəyə gəldi, daha sonra onu müstəntiqə təhvil verdilər.Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu, ona hüquq və vəzifələri izah edildi. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşuldu. Vasif əynində olan şalvarın cibindən səhv etmirsə bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoydu. Bükümdən maddələr və həblər aşkar edildi. Təqsirləndirilən şəxs3 həmin maddələrin “kokos” və “metamfetamin” olduğunu dedi, həbin isə psixotrop dərman olduğunu bildirdi. Daha sonra bükümlər açıldı, zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Sorğu-sual zamanı Vasif bildirdi ki, aşkar olunan maddələri və həbləri taksi işləyən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində əməliyyat müvəkkilidir. X10 Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuşdu. X11 ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməliyyat tədbiri nəticəsində 2020-ci il 23 yanvar tarixində Bakı şəhəri, Yasamal rayonu, 2ci Alatava ərazisində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanıldı. Onu Yasamal rayon 29-cu Polis Şöbəsinə apardılar. Orada təhqiqatçı tərəfindən ona vəkil dəvət olunmaqla hüquqları izah olundu. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulduqda o, səhv etmirsə, əynində olan şalvarının cibindən içərisində 26 ədəd büküm olan qutunu təqdim etdi və onun içərisində narkotik vasitə olan heroinin olduğunu bildirdi. Daha sonra bükümlər açıldı, zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Sorğu-sual zamanı Cəsur aşkar olunan heroini bacısı oğlu Təqsirləndirilən şəxs2 həm şəxsi istifadə, həm də satış məqsədilə 300 manata aldığını bildirdi. Daxil olmuş yeni məlumatla əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2 cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün həmin gün qrup üzvləri ilə birlikdə Suraxanı rayonu ərazisində saxlanıldı. Təqsirləndirilən şəxs2 Polis Şöbəsinə apardılar və orada onun üzərinə şəxsi axtarış zamanı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs2 əl çantasının içərisindən bir ədəd narkotik vasitələrin çəkisinin müəyyən etmək üçün nəzərdə tutulan tərəzini və bir ədəd şəffaf poletilen bükümdə narkotik vasitə, yəni heroini könüllü olaraq çıxarıb polisə təqdim etdi. Təqsirləndirilən şəxs2lə sorğu zamanı həmin narkotik vasitəni bir müddət öncə Vasif adlı tanışından aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 şahid X4 ilə eyni məzmunlu ifadə vermişdirlər. İş üzrə 23 yanvar 2020-ci il tarixdə Yasamal rayon polis İdarəsinin 29-cu Polis Şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «DVD-R 16x» diskə baxış keçirilmiş, baxiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Həmin vaxt A.Ə. Ağayev, boynundan asılmış qara rəngli, üzəri damalı, üzərində gümüşü metaldan LV markalanma nişanı olan çantanı açdı və içərisindən bir ədəd elektron tərəzini, çantanın qıfılbəndli cibindən bir ədəd şəffaf rəngli politelin sellofana bükülmüş, deməsinə görə təxmini çəkisi 30 qrama yaxın olan, tünd rəngli narkotik vasitə olan heroinə bənzər bükümü çıxarıb təqdim edir və bildirir ki, həmin bükümdə olan kütlə narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni əslən Cəlilabad rayonundan olan və bir ilə yaxın müddətdir ki, tanıdığı, əlaqəsində ***-***-**-** mobil telefon nömrəsi olan, adım «Vasif» kimi bildiyi, Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış massivində 5A binada kirayədə yaşayan şəxsdən əldə etmişdir. 21 yanvar 2020-ci il tarixdə saat 20-21 radələrində dayısı Təqsirləndirilən şəxs1 da 14 qram ümumi halda çəkisi olan narkotik vasitəni 300 manata satmış, 23 yanvar 2020-ci il tarixdə saat 18:00-da Bakı şəhəri Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evinin yaxınlığında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və Yasamal RPİ-nin 29-cu PŞ-niıı əməkdaşları tərəfindən saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. İş üzrə 30 yanvar 2020-ci il tarixdə Yasamal rayon polis İdarəsinin 29-cu Polis Şöbəsində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «DVD-R 16x» diskə baxış, keçirilmiş, baxiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hə hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir Həmin vaxt V.S. Məmmədov, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəc şəffaf sellofan bükümünü çıxararaq masanın üzərinə qoyur. Həmin sellofan büküm açılmış, 1 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin içərisində qəhvəyi rəngli tozşəkill maddələr, 1 (bir) ədəd yaşıl rəngli sellofan kəsiyi bükümündə ağ rəngli kristallik maddələr və 05 (beş) ədəd həblər aşkar edilir. Təqsirləndirilən şəxs3 həmin maddələr göstərib bildirir ki, aşkar olunan tünd qəhvəyi rəngli tozşəkilli maddələr “kokos”, ağ rəngi kristallik maddələr “metamfetamin”, həblər isə psixotrop dərmanlardır. Təqsirləndirilən şəxs3 aşkar olunan maddələri taksi fəaliyyəti ilə məşğul olduğu ərəfədə, yəni 2020-ci ilin yanva: ayında tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etmişdir. 30.01.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxs saat 18:00-da Bakı şəhəri Yasamal rayonu «Daş Bazarı» adlanan ərazinin qarşısında Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindər saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmişdir. İş üzrə 23 yanvar 2020-ci il tarixdə Yasamal rayon polis İdarəsinin 29-cu Polis Şöbəsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd «DVD-R 16x» diskə baxış keçirilmiş, baxiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində həı hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyam təqdim etməsini sonuncuya təklif edilir Həmin vaxt Təqsirləndirilən şəxs1, əynindəki goy tünd rəngi idman şalvarının sol yan cibindən biı ədəd üzərində oyuncaq gəlincik şəkilli, tünd göy rəngli, dairəsi ağ rəngli qıfılbənd olar dairəvi qutunu çıxarıb stolun üstünə qoymaqla, həmin qutunu açmış və içərisində saxladığı 2( ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş müxtəlif ölçülü bükümləri narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindər Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt C.M İsmayılovun üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Sorğu zamanı C.M İsmayılov, əynindəki əynindəki goy tünd rəngi idman şalvarının sol yan cibindən aşkat edilərək götürülmüş həmin qutunu açır və içərisində saxladığı 26 ədəd siqaretin gümüşü rəngi kağıza bükülmüş müxtəlif ölçülü bükümləri göstərərək bildirir ki, həmin bükümlərdə narkotik vasitə olan kakosdur, həmin narkotik vasitəni bacısı oğlu Təqsirləndirilən şəxs2 21 yanvar 2020-ci il tarixdə saat 20-21 radələrində yaşadığı evin yaxınlığında 14 qram ümumi halda 300 manata almış, həmin narkotik maddəni o özü satmaq və özü istifadə etmək məqsədi ilə bölüb bükümlərə bükmüş, şalvarının cibində saxlamış, bir neçəsini istifadə etmiş, bir neçəsini isə tanımadığı şəxslərə 6 manata satmışdır. 23 yanvar 2020-ci il tarixdə saat 16; 10-da radələrində Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava 93 saylı evin yaxınlığında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və Yasamal RPİ-nin 29-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Cinayət işi materiallarında olan 04 fevral 2020-ci il axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 kirayə yaşadığı ünvan 2 ünvanında 04 fevral 2020-ci il tarixdə saat 12:45-də saat 14:10-dək aparılmış axtarış zamanı mənzilin yataq otağındakı çarpayının döşəkcəsinin altından bir ədəd qara rəngli sellofan torbada 1100 qram (1 kq 100 qr) çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Lakin həmin axtarışda Təqsirləndirilən şəxs3 nə özünün, nə müdafiəçisinin, nə də ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 244.2 və 244.4-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Həmin məcəllənin 125.1-cı maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin məcəllənin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun qeyd olunan tələblərini və məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamlar üzrə onun kirayə yaşadığı ünvan 2 ünvanında 04 fevral 2020-ci il tarixdə saat 12:45-də saat 14:10-dək aparılmış axtarış zamanı mənzilin yataq otağındakı çarpayının döşəkcəsinin altından bir ədəd qara rəngli sellofan torbada 1100 qram (1 kq 100 qr) çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı cinayət əməlini təstiq dən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsi tələb edir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə iclaslarında müdafiə tərəfinin gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Beləliklə, Təqsirləndirilən şəxs3 oğluna elan olunmuş ittiham üzrə onun kirayə yaşadığı ünvan 2 ünvanında 04 fevral 2020-ci il tarixdə saat 12:45-dəıı saat 14:10-dək aparılmış axtarış zamanı mənzilin yataq otağındakı çarpayının döşəkcəsinin altından bir ədəd qara rəngli sellofan torbada 1100 qram (1 kq 100 qr) çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı sübuta yetirilməmiş hesab edilməli və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyindən ona həmin epizod üzrə bəraət hökmü çıxarılmalıdır. Bununla məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 (ona elan olunmuş ümumi ittiham üzrə onun kirayə yaşadığı ünvan 2 ünvanında 04 fevral 2020-ci il tarixdə saat 12:45-dəıı saat 14:10-dək aparılmış axtarış zamanı mənzilin yataq otağındakı çarpayının döşəkcəsinin altından bir ədəd qara rəngli sellofan torbada 1100 qram (1 kq 100 qr) çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi epizodundan başqa) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli 1696 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs1» sözlər və imzalar olan 26 ədəd bükümlərdə təmiz çəkisi - ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,193 qram, 0,275 qram, 0,217 qram, 0.204 qram, 0,244 qram, 0,264 qram, 0,231 qram, 0,341 qram,0,197 qram, 0,304 qram, 0,284 qram. 0,338 qram, 0,303 qram, 0,218 qram, 0,344 qram, 0,219 qram, 0,214 qram, 0,182 qram, 0,236 qram, 0,260 qram, 0,335 qram, 0,216 qram, 0,245 qram, 0,278 qram, 0,904 qram, ümumi təmiz çəkisi 7,435 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli 1697 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs2» sözlər və imzalar olan birədəd bükümdə təmiz çəkisi - 28,227 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs2» sözlər və imzalar olan zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri-vardır və heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinin izləri vardır və heroinin iz şəklində olduğu üçün tədqiqat təqdim olunmuş heroinlə eynilik aparmaq mümkün deyildir. Cinayət işində olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli 2591 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs3 barəsində 30.01.2020-ci il tarixdə keçirilən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş» sözlər və imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,865 qram və 3,939 qram, ümumi təmiz çəkisi - 7,804 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,960 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 5 ədəd üzərində «F/M440» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 5 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,2 qram təşkil edir. Təqsirləndirilən şəxs3 götürülmüş 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2020-ci il tarixli 2969 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş üzərində «.... 20030036 saylı cinayət işi üzrə» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi - 1 100 qram (1 kq 100 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroin Təqsirləndirilən şəxs3 götürülmüş 2 ədəd bükümdəki ilkin təhqiqat zamanı ümumi təmiz çəkisi 7,804 qram olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 fevral 2020-ci il tarixli 2274 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «.... 26 ədəd büküm heroin Rəy JNg 1696 » və «heroin, tərəzi 2 ədəd zərfdə Rəy N°1697...» yazısı olan zərfdəki ümumilikdə 27 ədəd bükümlərdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2020-ci il tarixli 6/1764 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti N°76» ştamp əksi olan vət.Təqsirləndirilən şəxs1 götürülmüş 26 ədəd bükümdə, vət.Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bükümdə, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti N°59» ştmp əksi olan paketlərdəki Təqsirləndirilən şəxs3 Sultanəhməd oğlundan götürülmüş 2 ədəd bükümdə və onun yaşadığı ünvandan götürülmüş 1 ədəd bağlamadakı heroinlər xarici və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 7,435 qram, tədqiqata sərf edildi 0,26 qram, qalıq 7,175 qram təşkil edir. Heroinin təmiz çəkisi 28,227 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 28,177 qram təşkil edir.Heroinin ümumi təmiz çəkisi 7.804 qram, sərf edildi, ümumi 0,1 qram, qalaq 7,704 qram Metamfetaminin təmiz çəkisi 1,960 qram, sərf edildi, ümumi 005 qram, qalıq 1,910 qram. 5 həbdən 1 həb təqdiqata sərf edildi,qalıq 4 həb. Heroinin təmiz çəkisi 1100 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1099,8 qram təşkil edir. 2 ədəd bükümdəki heroinin ümumi təmiz çəkisi 7,704 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 7,664 qram. Təqsirləndirilən şəxs1, heroinin ümumi təmiz çəkisi 7,175 qram, sərf edildi, ümumi 0,20 qram, qalıq 6,975 qram. A. Ağayev heroinin təmiz çəkisi 25,177 qram, sərf edildi, qalıq 28,157 qram. Təqsirləndirilən şəxs3 heroinin ümumi təmiz çəkisi 7,664 qram, sərf edildi ümumi 0,04 qram, qalıq 7,624 qram.Təqsirləndirilən şəxs3 heroinin təmiz çəkisi 1099,8 qram, sərf edildi 0,05 qram, qalıq 1099,75 qram. Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 23 yanvar 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşlar. Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 30 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 24.04.2020-ci il tarixli «1046» N°li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 04.2004-cü il tarixdən «Opioidlərin tiryək qəbulu nəticəsində yaranan psixi və davranıh pozuntusu»diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər səhiyyə idarəsi Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 24.04.2020-ci il tarixli «1039» N°li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs2 10.2008-ci il tarixdən «Opioidlərin tiryək qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu» diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər səhiyyə idarəsi Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 02.04.2020-ci il tarixli «880» N°li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan müddələrdən və psixotrop maddə olan metamfetämindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs3 2019-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad rayon Mərkəzi Xəstəxanasının narkoloji şöbəsində qeydiyyatdadır və müalicə alır. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X2 birgə nikahından 06.03.2009-cu il təvəllüdlü Xəyalə adlı azyaşlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə prosesində narkotik vasitənin onlara məxsus olmaması barədə verdikləri ifadələrini, eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunan narkotik vasitə hesab edilən heroinin satmaq niyyətində olmaması barədə verdiyi ifadəsinə inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxslər hər biri ayrı ayrılıqda ibtidai istintaqda narkotik vasitələrin onlara məxsus omaları və satmaları barədə etiraf edici ifadələr vermişdirlər. İş üzrə «xxxx» MMCdən 17.03.2020-ci il tarixli, AZF/LGL-1590/20 saylı məktubla daxil olmuş bir ədəd CD diskinə baxış keçirilmiş, diskə köçürülmüş qovluqlarlarda qeydə alınmış mobil nömrələrin bir-birləri ilə əlaqələrinə, mobil nömrələrdən ötürülmüş mesajlara nəzər saldıqda müəyyən olundu ki, 10.01.2020-ci il tarixdə saat 16:58:12 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəyə mesajlar daxil olmuş, msesajda «Accordun binalarına çatırıq uje», «tormozum zəifdi, skorostnan gəlirəm, məndən olsa, çoxdan çatardım» sözləri yazılmışdır. 12.01.2020-ci il tarixdə saat 17:00:06 dəqiqədən 18:01:56 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəyə mesajlar daxil olmuş, msesajda «yeke oğlansan, bele hərəkət eləmə, sözüm ağzımda qaldı, mən nə deyirə, sən nə edirsən» sözləri yazılmışdır. 12.01.2020-ci il tarixdə saat 17:00:06 dəqiqədən 17:02:17 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəyə mesajlar daxil olmuş, msesajda «axşama 500 ver, axşama pul tapıb verəcəm» sözləri yazılmışdır. 29.01.2020-ci il tarixdə saat 16:41:41 dəqiqədən 18:01:23 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrədən ***-***-**-** saylı GSM mobil nömrəyə mesajlar daxil olmuş, msesajda «qaqa salam, 10 derıe torpaq lazımdı, nəğd, almar ya yox», «qaqa pul verməy olar harasa, he ya yox de» sözləri yazılmışdır. 21.01.2020-ci il tarixdə saat 00:03;21 dəqiqədə Təqsirləndirilən şəxs1' istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəyə zəng daxil olmuş, həmin zəng zamanı abonent Bakı şəhəri, Yeni Yasamal rayonu, 3-cü yaşayış binasının əhatə dairəsində olmuşdur. İş üzrə «xxxx» MMCdən 17.03.2020-ci il tarixli, AZF/LGL-1588/20 saylı məktubla daxil olmuş bir ədəd CD diskinə baxış keçirilmiş, diskə köçürülmüş qovluqlarlarda qeydə alınmış mobil nömrələrin bir-birləri ilə əlaqələrinə, mobil nömrələrdən ötürülmüş mesajlara nəzər saldıqda müəyyən olundu ki, 12.01.2020-ci il tarixdə saat 17:00:06 dəqiqədən 17:02:17 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 077- ***-**- ** saylı GSM mobil nömrəyə mesajlar daxil olmuş, mesajda «axşama 500 ver, axşama pul tapıb verəcəm», «camaat pulu gətirib» sözləri yazılmışdır. 21.01.2020-ci il tarixdə saat 03:15:57 dəqiqədə və 04:55:42 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrədən nömrəyə zənglər daxil olmuş, həmin zəng zamanı abonent Bakı şəhəri, Yeni Suraxanı rayonu, 3-cü Prodeynaya küçəsinin əhatə dairəsində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Abşeron rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir,onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 5 gün müddət nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilməklə, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 2 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş şəxs hesab edilsədə, o azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni Təqsirləndirilən şəxs3 30 yanvar 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 yanvar 2020-ci il tarixdən hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 narkotik vasitənin istifadəsi əməllərindən peşman olmasınını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsindı az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, barəsində Azərbaycan Respublikasının CM-nin 61ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən etmədi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 6,975 qram, 28,157 qram,7,624 qram narkotik vasitə heroin, 1,910 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon tərkibli dərman preparatı, 7,664 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə prosesinin köçürüldüyü 3 ədəd CD disk, Baksell MMC-dən və xxxx MMC-dən əldə edilmiş 2 ədəd CD diski cinayət işində saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 537 (beş yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 kirayə yaşadığı ünvan 2 ünvanında 04 fevral 2020-ci il tarixdə saat 12:45-dəıı saat 14:10-dək aparılmış axtarış zamanı mənzilin yataq otağındakı çarpayının döşəkcəsinin altından bir ədəd qara rəngli sellofan torbada 1100 qram (1 kq 100 qr) çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi epizodu üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilməklə, ona həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 6,975 qram, 28,157 qram, 7,624 qram narkotik vasitə heroin, 1,910 qram psixotrop maddə metamfetamin, 4 ədəd metadon tərkibli dərman preparatı, 7,664 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə prosesinin köçürüldüyü 3ədəd CD disk, Baksell MMC-dən və xxxx MMC-dən əldə edilmiş 2 ədəd CD diski cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci təşkil edən 537 (beş yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar