Məhkəmə qərarları › İş №1(101)-478/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-478/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-478/2025 13.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 avqust 1983-cü ildə Saatlı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən 9 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 7,061 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 03:50-də ünvan 1 ünvanının yaxınlığında tanışı Şahid3 ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən ünvan 1 ünvanında o görüşərək sonuncuya 10 manat müqabilində qanunsuz olaraq xeyli miqdarda satış məqsədilə 01 ədəd şəffaf sellofan bükümdə olan 0,396 qram çəkidə psixotrop maddə olan metamfetamini satmış, həmin vaxt qeyd olunan ünvanda Binəqədi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin və həmin idarənin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 06:10-da üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan açıq sarı rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda olan, 8 ədəd sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,167 qram, 0,441 qram, 0,361 qram, 0,397 qram, 0,394 qram, 0,106 qram, 0,429 qram və 0,370 qram olmaqla, ümumi təmiz çəkisi 6,665 qram olan, bir-biri ilə, həmçinin Şahid3 satdığı xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər “nəşə” və “patı” kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 19 may 2024-cü il tarixdə tanışının Mehdiabadda yerləşən evində olmuşdur. Orada telefonda “kozino” oynayarkən 3 nəfər polis əməkdaşı qapını təpiklə vurub sındırmaq istəmişlər. Onlardan kim olduqlarını soruşmuş, onlar polis olduqlarını demişlər. O isə “qapını niyə sındırırsan, gözlə qapını açım” demişdir. Qapını açan kimi polislər evə girmiş, onu qandallayaraq döyməyə başlamışlar. Polislər ondan həmin evdə nə etdiyini soruşmuşdur. O, polislərə həmin evdə yaşayan qadının dostunun birgə yaşadığı qız olduğunu demişdir. Həmin dostu həbsdə olduğu üçün onlara hərdən həmin qadına baş çəkmələrini, yemək-içməyinə baxmalarını demişdir. Dostu ona zəng etdiyi üçün, çörək, çay, qənd və s. alıb oraya getmişdir. Ondan başqa yaşadığı məhəllədə Rəhman adlı şəxsi də tutmuşlar. Polis əməkdaşları Rəhmanı döymüş, sonuncu təzyiq altında olduğu üçün “Həsəndən 10 manata yarım qram patı almaq üçün gəlmişəm” demişdir. Həmin vaxt nə evdə, nə də Rəhmanda narkotik vasitə olmamışdır. Döyüldükdən və Rəhmanın həmin sözlərindən sonra onun qarşısına bir ədəd torba qoyaraq ona məxsus olmasını etiraf etməli olduğunu demişlər. O, torbanın ona məxsus olmadığını demişdir. Polislər ona Rəhmanın narkotik vasitəni ondan aldığını dediyini bildirmiş, o, Rəhmanı döydükləri üçün bu sözləri dediyini demişdir. Bundan sonra Binəqədi RPİ-nin 43-cü PB-aparılaraq 1 gün orada saxlanılmışdır. Buna görə də, ittiham aktında yazıldığı qədər 8-9 büküm narkotik vasitəni 24 saat üzərində gəzdirməsini, atmamasını və ya gizlətməməsini ağlabatan hesab etmir. Əgər onun olduğu evdə narkotik vasitə olsa idi, polislər qapını sındırmağa cəhd edəndə o, üzərində olan 6 qram narkotiki vasitəni atardı. Bölmədə onun üçün dövlət ayrılmış müdafiəçidən anten məlumatlarının götürülməsini xahiş etmişdir. Bundan başqa o polis əməkdaşlarından tutularkən evində olduğu Sevinc adlı qadının da şahid qismində dindirilməsini istəmişdir. Lakin polislər ona ya Rəhmanın, ya da həmin qadının dindiriləcəyini demiş və ikisindən birinin seçməsini demişlər. Həmin qadından Bölmədə keçirilən şəxsi axtarış zamanı 10 nəfər polis əməkdaşı iştirak etmişdir. Polislərin hər biri ona videoçəkiliş zamanı başqa söz deyəcəyi halda onu öldürmələri ilə hədələmişlər. Rəhmanla birlikdə narkotik vasitə istifadə etməmişdir. Ümumiyyətlə sonuncunun narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Tutulma yeri ilə bağlı isə qeyd etmişdir ki, Binəqədi rayonu, Gülüstan küçəsində olmamışdır. Polislər onun telefonunu götürmüş və Sevincə vermişlər. Təcridxanada olarkən Sevincə zəng etmiş və sonuncu polislərə onun narkotik vasitə satıcısı olmadığını demişdir. İstifadəsində olan mobil nömrə ***-***-**-**-dir. Rəhmanın nömrəsi isə ***-***-**-**-dür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən “İstanbul” adlı marketin yanında əvvəllər tanıdığı Şahid3 ilə bir yerdə olan zaman, hər ikisi Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan sonra onu və Şahid3 Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirmişlər, həmin polis bölməsində Şahid3 və onu ayrı-ayrı otaqlara aparmışlar. Həmin iş otağında olan zaman tanımadığı polis əməkdaşları ona gətirdikləri 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək, bildirmişlər ki, həmin büküm ona məxsusdur. Lakin o, həmin polis əməkdaşlarına həmin bükümün ona aid olmadığını bildirmişdir. Polis əməkdaşlarının isə ona israrla həmin bükümün ona aid olduğunu bildirdikdə o qorxmuş, onlara həmin 01 ədəd şəffaf sellofan bükümün ona aid olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilən zamanı üzərində olan açıq sarı rəngli cins şalvarın sağ cibində olan 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində 08 (səkkiz) ədəd bükümdə olan metamfetamini masanın üzərinə qoymuşdur. Həmin 01 (bir) ədəd şəffaf sellofan bükümün daxilində 08 (səkkiz) ədəd bükümdə olan metamfetaminin onun tərəfindən tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və o, iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. O həmçinin ifadəsində, xx.xx.2024-cü il tarixdə 03:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən “İstanbul” adlı marketin yanına tanışı Şahid3la görüşərək söhbət etmək üçün getməsini, ilkin verdiyi ifadəsində polis əməkdaşlarından qorxduğu üçün yalan ifadə verməsini, Şahid3la “Mamaşa” adlı marketin yaxınlığında görüşməməsini, Şahid3la görüşüb və patının alqı-satqısı ilə bağlı aralarında heç bir söhbət və razılığın olmamasını, ilkin izahatında və ifadəsində 01 ədəd sellofan bükümdə olan psixotrop maddələri, narkotik maddələrin satışı ilə məşğul olan və üzdən tanıdığı, lakin adını soyadını atasının adını, əlaqə mobil telefon nömrəsini və yaşadığı ünvanı bilmədiyi həmin şəxsdən 100 (yüz) manat pul müqabilində aldığını bildirmişdir, onun belə ifadə verməyinin səbəbi isə, polis bölməsində olarkən polis əməkdaşlarından qorxduğu üçün o, əvvəl verdiyi ifadəsində yalan məlumat verməsini, Şahid3 psixotrop maddə metamfetamini satmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Toğrul oğlu ifadəsində göstərdi ki, ünvan 5 ünvanında, İstanbul marketin yaxınlığında 2 nəfər zahiri görünüşü bir-birinə oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlardan birinin adı Təqsirləndirilən şəxs, digəri isə Rəhman idi. Həmin şəxslərə narkotik vasitələrin, prixotrop maddələrin istifadəsində, daşınmasında və satışında şübhəli olduqlarını bildirərək 43-cü polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Daha sonra Təqsirləndirilən şəxss üzərindən 1 ədəd şəffaf bükümdə olan və onun da içərisində 8 ayrı büküm olan narkotik və psixotrop maddə olması ehtimal olunan vasitə təqdim etmişdir. Daha sonra Rəhman da üzərində olan bir bükümü təqdim etmişdir. Sonra isə müəyyən olmuşdur ki, Həsəndə olan bükümlərin sayı əslində 9 büküm olmuşdur. Lakin sonuncu həmin bükümlərdən birini Rəhmana satdığı üçün onun üzərində 8 ədəd büküm olmuşdur. İbtidai istintaq zamanı hər iki şəxsə, yəni Rəhmana və Təqsirləndirilən şəxs qarşı təzyiq edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan edilərək araşdırılmış ifadəsindən görünür ki, xx.xx.1990-cı il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu,1-ci Şahsevən kəndində qeydiyyatda olan və ünvan 6 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs və Şahid3 cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxslərin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2024-cü il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Əhməd Məlikov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı X5, Binəqədi RPİ-nin əməliyyat NMB-nin əməliyyat müvəkkili, polis leytenantı X6 və Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Toğrul oğlu da həmin qrupa daxil edilmişdir. Həmin qrupun rəhbəri Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı X5 təyin edilmişdir. Bundan sonra qrup üzvləri ilə birlikdə məlumat əsasında xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “İstanbul” marketin yaxınlığına getmişlər və həmin günü saat 04 radələrində orada olarkən Şahid3 və Təqsirləndirilən şəxs zahiri əlamətlərinə üst-üstə düşən iki nəfər şəxsin olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Şahid3 və Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Sonra həmin şəxslərə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirib, özləri ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Sonra həmin şəxsləri raportla Binəqədi RPİ-nin 43-cü PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs barəsində olan material üzrə araşdırmanın aparılması Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis polkovnik-leytenatı Rövşən Xanbabayevə həvalə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, müdafiəçinin iştirakı ilə videoçəkilişlə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan acıq sarı rəngli cins şalvarın sağ yan cibindən sellofan torbanın içərisində ümumi 08 ədəd büküm olan 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bölməyə gətirilmiş Şahid3 da üzərində digər xidməti otaqlardan birində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və həmin zaman Şahid3 üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. O həmçinin ifadəsində, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs saxlanılan və bölməyə gətirilən zaman, eləcə də, bölmədə üzərlərinə şəxsi axtarış keçirilərkən onlara qarşı heç bir zor, təzyiq göstərilməməsini, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatın öz təsdiqini tapmasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hal-hazırda narkotik vasitə istifadə etməsə də, əvvəllər metamfetamin istifadə etmişdir. Təqsirləndirilən şəxs birlikdə yaşadığı Mehdiabad qəsəbəsindən tanıyır. Sonuncunun narkotik vasaitə satması barədə məlumatı olmuşdur. Həsəndən bir dəfə 10 manata metamfetamin almışdır. Həsənin narkotik vasitə satması barədə məlumatı olmuşdur. Həsənin həmin narkotik vasitəni haradan aldığını bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində tutulmuşlar. Həmin vaxtdan 1 saat əvvəl Həsənlə zəngləşmişdir. Həsənlə Binəqədi qəsəbəsi, mal bazarının yanında mədənlər tərəfdə “İstanbul” marketin yaxınlığında görüşmüşlər. Görüş yerini Təqsirləndirilən şəxs özü təyin etmişdir. Orada Həsənlə görüşmüş və sonuncuya 10 manat verərək metamfetamini götürmüşdür. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid3 verilən suallara cavab olaraq göstərdi ki, istintaq zamanı Təqsirləndirilən şəxslə üzləşməmişdir. Binəqədi RPİ-nin X4 bir gün bir yerdə qalmış, daha sonra Həsəni görməmişdir. Tutularkən evdə olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. 20 aprel 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Şahid3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələrin və psixotrop maddələri əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1 i.v. 3) Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 04:30-da Binəqədi RPİ-nin 43-cü PB-ə gətirilmişdir. (cild 1 i.v. 11-13) 20 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 05:10-da (faktiki tutulma 04:00-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 21) 21 aprel 2024-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v 106-112) 20 aprel 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinəəsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 25-ci maddəsinəəsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq sarı rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindən 06 ədəd şəffaf və 02 ədəd yasəmən rəngli bükümlər aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadı. Ayağında olan ayaqqabı çıxarılaraq içərisini nümayiş etdirdikdə içərisindən heçnə aşkar olunmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin 06 ədəd şəffaf və 02 ədəd yasəmən rəngli bükümün nə olduğu soruşulduqda o, həmin 06 ədəd şəffaf və 02 ədəd yasəmən rəngli bükümlərdə “patı” olduğunu bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin 06 ədəd şəffaf və 02 ədəd yasəmən rəngli bükümlərdə olan psixotrop maddəni 19 aprel 2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən 100 manata almasını bildirdi. Bundan sonra həmin 06 ədəd şəffaf və 02 ədəd yasəmən rəngli bükümlərin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində 06 ədəd şəffaf sellofana bükülmüş bükülü və 02 ədəd yasəmən rəngli bükülü elektron tərəzinin üstünə qoyuldu və 1-ci şəffaf sellofana bükülünün çəkisi “4.38” qr.,; 2- ci “0,47” qr.,; 3-cü “0,53 qr.,; 4-cü “0.47 qr.,; 5-ci “0,42 qr.,; 6-cı “0,17 qr.,; 02 ədəd yasəmən rəngli bükülü elektron tərəzinin üsütünə qoyuldu və 1-ci yasəmən rəngli bükülü “0,46 qr.,;2-ci “0,49 qr.,bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandı. (Cild 1 i.v. 36-38) 27 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunu ifşa etmişdir. 27 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunu ifşa etmişdir. 27 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki,Şahid3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunu ifşa etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksləri olan , “1 ” Təqsirləndirilən şəxs ...” ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 6 (altı) ədəd şəffaf rəngli selofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,167 qram ,0,441 qram ,0,361 qram,0,397 qram,0,394 qram,0,106 qram və 2 (iki) ədəd yasəmən rəngli selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,429 qram,0,370 qram,ümumi təmiz çəkisi 6,665 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş 6 (altı) ədəd şəffaf rəngli selofan bükümdə və 2 (iki) ədəd yasəmən rəngli selofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1 i.v. 46-51) Məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizanın 29 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2924 saylı rəyindən görünür ki, təqdim olunmuş metamfetaminin müqayisəsi əlamətlərini müəyyən etmək üçün əvvəlcə rəng test və İQS (infraqırmızı spektal) keyfiyyət analizləri aparıldı.Rəng test nəticəsində metamfetamin nümunələrinin eyni çalarlı narıncı rəngə boyanması müşahidə edildi. İQS analiz üsulu nəticəsində metamfetamin nümunələrinin spektoqrammada metamfetaminə məxsus bir biri ilə uyğun udulma zolaqlarının əmələ gəlməsi müşahidə edildi (spektal cədvəl rəyə əlavə olunmuşdur). Alınmış piklər cədvəli üzrə spektlərin korreksiyası apardıqları sonra aparata məxsus kitabxana məlumatına əsasən tədqiq olunan maddə nümünələrinin kimyavi komponent tərkiblərinin eyni olması nəticəsi əldə edildi. Tədqiqata təqdim edilmiş üzərində “1” “imza” Təqsirləndirilən şəxs...” ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 6 (altı) ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,117 qram ,0,391 qram ,0,311 qram, 0,347 qram ,0,344 qram, 0,056 qram və 2 (iki) ədəd yasəmən rəngli selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,379 qram, 0,320 qram, ümumi təmiz çəkisi 6,265 qram olan metamfetamin üzərində “1. Şahid3 “imza” ...” ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd şəffaf rəhgli selofan bükümdə təmiz çəkisi 0,346 qram olan metafetaminin ilə xarici əlamətlərinə və kimyavi komponentt tərkiblərinə görə eynidir. (Cild 1 i.v. 146-150) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3223 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 144-145) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli,1537 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1 i.v. 152-155) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 1 i.v. 195-196) 20 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,025 qram çəkidə psixotrop maddə olan metamfetamin Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 2 i.v. 197-207) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, disk 02 ədəd fayldan ibarətdir. “00335” adlı fayla baxış keçirərkən müəyyən edilir ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunur, sonra ona üzərində olan əşyalarda və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təkil olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq sarı rəngli cins şalvarın cibindən 01 (bir) ədəd ağ rəngli selofan bükümü çıxarıb masanın üzərinə qoyur. Sonra iştirak edən polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarının ciblərinə və ayağındakı ayaqqabıları çıxarılaraq baxış keçirilir, sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd ağ rəngli selofan bükümü daxilində nə olduğu soruşduqda, həmin 01 ədəd ağ rəngli bükümün daxilində “patı” psixotrop maddə metamfetamin olduğunu bildirir. Təhqiqatçı tərəfindən 1 (bir) ədəd ağ rəngli selofan büküm açıldıqda həmin bükümün daxilində, 06 (altı) ədəd şəffaf sellofan bükümlərdə və 02 (iki) ədəd bənövşəyi rəngli sellofan bükümlərdə kütlə aşkar olundu.Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilir və içərisində ağ rəngli kristalik kütlələr aşkar olunur, həmin bükümlərdəki kütlələr ayrı-ayrılıqda elektron tərəzi üzərinə qoyularaq çəkiləri 4,38 qram, 0,47 qram, 0,53 qram, 0,47 qram, 0,42 qram, 0,17 qram, 0,46 qram, 0,49 qram olması müəyyən olunur. Bundan sonra həmin 08 ədəd büküm ağ zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. İştirakçılar tərəfindən əlavə və qeydlər daxil olmadığını görünür.zərfə imza atılır. Baxış keçirilmiş faylda olan çəkiliş 21 dəqiqə 47 saniyədə bitir.01 (bir) ədəd diskdə olan «00336» adlı fayla baxış keçirildikdə görünür ki, təhqiqatçı tərəfindən işirakçılara bir daha hüquqları izah olunur Təqsirləndirilən şəxs keçirilən şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokolu oxuduqdan sonra imza atır,bundan sonra iştirakçılar tərəfindən protokolun düzgün tərtib olunması ilə bağlı imzalar atılır. Baxış keçirilmiş faylda olan çəkiliş 03 dəqiqə 48 saniyədə bitir.Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir qanunsuzluqlara yol verilməmiş, üzərində aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün tanımadığı və kimliyini bilmədiyi şəxsdən əldə etmiş və şəxsi axtarış zamanı heç bir təzyiqə məruz olmadan polis əməklarına təqdim etmişdir.01 (bir) ədəd diskdə keçirilmiş baxışla bağlı tərəfimdən protokol tərtib edildi, iştirakçılara ucadan oxundu, əlavə və qeydlər daxil olmadığından doğruluğu imzalarla təsdiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 20 aprel 2024-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan metamfetamini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, ittiham aktında yazılan tarixdə və yerdə saxlanılmadığını, həm özünü, həm də iş üzrə Şahid3 polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, saxlanılmazdan əvvəl üzərlərində narkotik vasitə və psixotrop maddə olmadığını, həmin maddələrin satışı ilə məşğul olmadığını göstərməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs saxlanması ilə bağlı qeyd edir ki, sonuncu məhkəmə baxışı zamanı 20 aprel 2024-cü il tarixdə axşam 00-01 radələrinə Sevinc adlı qadının evində olarkən saxlandığını göstərsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlanıldığını demiş, həmin ifadəsini öz imzası ilə təsdiq etmişdir. O, məhkəmə baxış zamanı bu barədə məhkəməyə sübut təqdim etməmiş, əksinə onun bu hissədə vermiş olduğu ifadəsi iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə təkzib edilmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının surətindən də aydın olur ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 04:30-da Binəqədi RPİ-nin 43cü PB-ə gətirilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalması bağlı qeyd edir ki, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxış keçirilərkən də onun üzərində hər hansı xəsarət izi müəyyən edilməmiş, özü isə məhkəməyə xəsarətləri ilə bağlı sənəd təqdim etməmiş, xəstəxanaya müraciət etməmişdir. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan xx.xx.2024-cü il şəxsi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni könüllü təqdim etmiş və onlar tərəzidə çəkilmiş, 1-ci bükümün çəkisi 4.38 qram, 2-ci bükümün çəkisi 0,47 qram, 3cü bükümün çəkisi 0,53 qram, 4-cü bükümün çəkisi 0,47 qram, 5-ci bükümün çəkisi 0,42 qram, 6-cı bükümün çəkisi 0,17 qram, 1-ci yasəmən rəngli bükümün çəkisi 0,46 qram, 2-ci yasəmən rəngli bükümün çəkisi 0,4q qram olmuş, həmin bükümlər qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin qablaşdırmanı imzalamış və məkəmə-kimyəvi ekspertizasına göndərilmişdir. Məhkəmə kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 243 №-li dairəvi möhür əksi olan “1. “Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim olunmuşdur. Zərfdə 06 ədədə şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,167 qram, 0,441 qram, 0,361 qram, 0,397 qram, 0,394 qram, 0,106 qram və 2 (iki) ədəd yasəmən rəngli selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,429 qram və 0,370 qram, ümumi təmiz çəkisi 6,665 qram olan ağ rəngli kristallik maddələr aşkar edildi. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr aşkar edilərək götürüldükdən sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, eləcə də, onun saat 1 radələrində Sevinc adlı tanışının evində olarkən saxlanılması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən metamfetamin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, ondan narkotik vasitə alan şahidin ifadələri ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın ən önəmli meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan və evindəki narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop madddələr ayrı-ayrı xırda bükümlərə ayrılması (səkkiz ədəd ayrı bükümdə), həmin psixotrop maddələrin satış üçün hazır vəziyyətə gətirilməsi onun satış məqsədinə təsdiq edən haldır. Həmçinin Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manata almasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, 19 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində metamfetamin satışı ilə məşğul olan, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşmüş və ondan 02 ədəd yasəmən rəngli və 07 ədəd ağ rəngli bükümlərdə olan metamfetamini 100 manata almışdır. daha sonra həmin bükümlərdən birini 20 aprel 2024-cü il tarixdə saat 03:50-də dostu Şahid3la görüşərək sonuncuya satmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncudan götürməklə faktiki olaraq psixotrop maddəni əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, narkotik vasitənin satışı ilə məşğul olmamasına dair verdiyi ifadəsini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, buna nail olmadıqda isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 aprel 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 20 aprel 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 6,025 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, 1 (bir) disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 20 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 6,025 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin, 1 (bir) disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar