Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-479/2020 30.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: Azad Əliağa oğlu Məcidovdan və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1993-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, Xəqani küçəsi, ev 9-da qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, həmçinin milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən bir ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, həmçinin özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə şəxsiyyətləri istintaqla araşdırılan “Dünyamin”, “Azər” və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, aralarında olan razılaşmaya cinayətkar qrupun üzvü olan “Dünyamin” adlı şəxsin tapşırığına əsasən Zərərçəkmiş şəxs özlərini “cinayətkar aləm”in nüfuzlu şəxsləri kimi təqdim edərək onun guya “Abdulla” kimi tanınmış “Azər” adlı şəxsə 1200 manat pul borcunun olduğunu bildirərək həmin borcun qaytarılması adı altında Zərərçəkmiş şəxs özü və ailə üzvlərinin sağlamlıqlarına zərər vurmaqla şəxsiyyətləri üzərində zor göstərmə hədəsi ilə 2019-cu ilin aprel ayının əvvəllərində ondan həmin məbləğdə pulu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə saat 15:40-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi və sonuncuya DİNin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş 1200 manat məbləğində pul vəsaitini ələ keçirərkən ünvan 1 ünvanında yerləşən “Hollywood Planet” restoranının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, üstünə keçirilən baxış zamanı milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən bir ədəd ümumi təyinatlı ov bıçağı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən bir il əvvəl Rusiya Federasiyasında yaşamış, sonra Azarbaycan Respublikasına qayıtmışdır. 2019-cu ilin aprel ayının əvvəllərində yaşadığı Hökməli qəsəbəsindən olan dostu Dünyamin Məhərrəmli, Rusiyadan ona zəng edərək, Moskva şəhərində olan tanışı Abdulla kimi tanınan Azər adlı şəxsə pul borcu olan şəxsdən pulun geri alınmasında köməklik etməsini ondan xahiş etmişdir. O, Dünyamini iki ildən artıq müddət idi tanımış və sonuncu ilə dost münasibətində olmuşdir. O, Dünyamindən məsələnin mahiyyəti barədə maraqlandıqda sonuncu bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı bir şəxs Abdulla kimi tanınan tanışı Azər adlı şəxsin Moskva şəhərində yerləşən kafesində bir müddət yemək yemiş, lakin ödəniş etməmişdir. X2 kimi tanınan Azər adlı şəxsə 1200 manat borcu yaranıb, lakin pulu vermək istəmir. Dünyamin ona Nicatın mobil telefon nömrəsini verərək tapşırmışdır ki, həmin şəxslə əlaqə saxlayıb görüşsün və Nicatdan Abdullanın 1200 manat pulunu qısa müddətə ödənilməsini tələb etsin. O da Dünyaminin tapşırığı ilə Nicatla əlaqə saxlayıb özünü təqdim edərək Abdulla barədə maraqlanmış və sonuncuya borclu olduğu 1200 manat pulu qaytarmalı olduğunu demişdir. Nicat isə bildirmişdir ki, Abdulla adlı şəxsi tanısa da sonuncuya pul borcunun olub-olmadığını xatırlamır. O, Nicata bu söhbətə aydınlıq gətirmək üçün mütləq görüşmək lazım olduğunu demiş, Nicat da görüşmək təklifini qəbul etdikdən sonra onlar Xətai rayonu ərazisində yerləşən "Shade" kafesində görüşməyə razılaşmışlar. O, taksi sürücüsü Elçin adlı şəxsdən xahiş etmişdir ki, onu maşını ilə Xətai rayonu ərazisinə aparsın. Həmin vaxt adını hazırda xatırlamadığı Elçinin dostu olan bir nəfər şəxs də yanlarında olmuşdur. Onlar görüş yerinə getmiş və Nicatla görüşmüşdür. Həmin vaxt onun üzərində bıçaq olmuşdur, həmin bıçağı bir müddət əvvəl yaşadığı Hökməli qəsəbəsində küçələrin birində yerdən tapmış və üzərində gəzdirmişdir. Görüş zamanı Nicatdan Abdulla kimi tanınan Azər adlı şəxsin 1200 manat pulunu geri qaytarmasını tələb etmişdir. O, Nicata demişdir ki, bu məsələni həll etmək üçün Moskvada olan dostu Dünyamin ondan xahiş etmişdir, pulu qısa müddətdə qaytarmaq lazımdır. Nicat isə adları qeyd olunan şəxslərə heç bir borcu olmadığını demişdir. Bu zaman o, Dünyaminə zəng vurmuş və sonuncu öz növbəsində Abdulla ilə bağlantı yaratmışdır. Eyni zamanda üç tərəfdən telefon danışıqları eşidilmişdir. Abdulla kimi tanınan Azər adlı şəxs telefon vasitəsilə bildirmişdir ki, Nicatın onun kafesində 3 ay müddətində yediyi yeməyə görə 1200 manat pul borcu var. Bundan sonra Dünyamin telefonda tapşırmışdır ki, pulu tez bir zamanda qaytarmaq lazımdır. Onun və Dünyaminin təkidlərindən sonra Nicat razılaşaraq bildirmişdir ki, may ayının 11-də pulu verəcəkdir. May ayının 11-dək o, mütəmadi olaraq Nicatla əlaqə saxlamış, lakin danışdıqları vaxt gəlib çatsa da Nicat pulu verməmişdir. O da telefonla zəng etməklə, eyni zamanda “Whatsap” proqramı vasitəsilə ona səs yazıları və sms yazmaqla Nicatdan pulu tələb etməyə başlamışdır. Nicat onunla görüşə gəlmədiyi üçün o, artıq aqressivləşmiş və Nicata xəbərdarlıq etmişdir ki, əgər pulu verməsə yaxşı nəticələnməyəcək. Danışıqlardan birində Nicat ona bildirmişdir ki, Abdulla ilə özü danışıb məsələni həll edəcək. O da “əgər Dünyamin bildirsə ki pulu istəmə, o halda mən səni rahat buraxacam, əks halda pulu qısa zamanda çatdırmalısan” demişdir. Beləliklə xx xxx 2019-cu il tarixdə Dünyamin ona bildirmişdir ki, Nicatla şəhərdə görüşüb pulu götürsün. Dünyamin onunla danışdıqdan sonra o, mütəmadi olaraq Nicatla yazışma apararaq harada olduğunu dəqiqləşdirmiş, az sonra Nicat özü onunla əlaqə saxlamışdır. O, Nicata bildirmişdir ki, görüşmək lazımdır, pulu hazırlasın. Nicat da bildirmişdir ki, pulu hazırlayıb. Bundan sonra onlar ünvan 1 ünvanında yerləşən “Hollywood Planet” restoranının qarşısına görüş təyin etmişlər. Təxminən günorta saatlarından sonra o, həmin yerə getmiş və saat 15:40-da Nicatla qeyd edilən restoranın yaxınlığında görüşmüşdür. Həmin anda pulu Nicatdan götürmək istədikdə bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq onu saxlamışlar. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib onu qəbul etdikləri qərarla tanış etmişlər və üstünü yoxlamışlar. O da şalvarının arxa sağ cibində olan bıçağı və sağ yan cibində olan mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bıçaq hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və polislər tərəfindən telefonla birlikdə götürülmüşdür Bundan sonra Nicat əynindəki şalvarın sağ yan cibindən 1200 manat pulu təqdim edərək həmin pul vəsaitinin ona hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən protokol əsasında verildiyini bildirərək, həmin vəsaitin o və Dünyamin tərəfindən Abdulla adlı şəxsin borcunun geri alınması məqsədi ilə ondan hədə-qorxu ilə tələb edildiyini göstərmiş və 1200 manat pulu bir qədər əvvəl onun hədə-qorxularından qurtulmaq məqsədi ilə verəcəyini demişdir. Sorğu zamanı o da dostu Dünyaminin göstərişi ilə Zərərçəkmiş şəxs Abdulla adlı şəxsə olan 1200 manat pulu almaq üçün görüşə gəldiyini etiraf etmişdir. Bundan sonra onlar polis idarəsinə dəvət edilmiş, idarədə ona hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil təqdim olunduqdan sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rejissor olmaqla müxtəlif xarici ölkələrə səfər edir, əsasən də getdiyi yerlər Rusiya Federasiyası və Ukrayna Respublikasıdır. O, Ukraynada sonuncu dəfə 2016-cı ildə olmuşdur. 2019-cu ilin mart ayında +7 ***-***-**-** saylı Rusiya mobil operatoruna məxsus nömrədən “Whatsap” proqramı vasitəsi ilə ona zəng gəlmişdir. Onunla danışan özünü Dünyamin kimi təqdim edərək Ukrayna Respublikasının Odessa şəhərində dostu Abdulla kimi tanınan Azər adlı şəxsin işlətdiyi «Vostoçnıy vkus» adlı kafedə bir müddət əvvəl yemək yeyib pulunu vermədiyi üçün ona problem yaradacağını deyərək tezliklə həmin borcu ödəməyi tələb etmişdir. O da Dünyamin adlı şəxsə bildirmişdir ki, həmin Azər kimi dediyi şəxsin yerini özləri icarəyə götürüb işlətmiş və buna görə icarə haqqını Azərə vermiş, sonuncuya heç bir borcu yoxdur. Dünyamin adlı şəxs isə bildirmişdir ki, onun guya yeməyə görə Azər adlı şəxsin kafesinə 1200 manat pul borcu vardır. O, bir daha kiməsə pul borcunun olmadığını deyərək onu bir daha narahat etməməsini xahiş etmişdir. Lakin bir müddət Dünyamin adlı şəxs ona “Whatsap” proqramı vasitəsi onun nömrəsinə sms-lər yazaraq pul tələb etmişdir. Hətta danışıqlardan birində Dünyamin onun Bakı şəhərində şəraitinin çox əla olduğunu bildirməklə bu səbəbdən «qardaşlara» pul verməli olduğunu tələb etmişdir. Qardaşlar dedikdə Dünyamin adlı şəxsin nə dediyini anlamamışdır. Dünyamin isə ona izah etmişdir ki, qardaş dedikdə cinayətkar aləmin, yəni el arasında «vor zakon» kimi deyilən aləmin nümayəndələri başa düşülür. O da Dünyaminə belə bir şəxslərlə ünsiyyətinin olmadığını, bildirərək bir daha onu narahat etməməsini xahiş etmişdir. Mart ayının sonlarına yaxın ona bir nəfər zəng edib özünü Sərhad kimi təqdim edərək Dünyamin adlı şəxsin dostu olduğunu bildirib sonuncunun bir tapşırığına əsasən təcili onunla görüşməli olduğunu demisdir. O ilk əvvəl razılaşmamış, lakin həmin şəxs görüşün vacib olduğunu deyib təkid etmiş, günlərin birində görüş yerini Xətai rayonu ərazisində yerləşən «Shade» kafesinə təyin etmişdir. O həmin kafeyə getmiş, az sonra özünü Sərhad kimi təqdim etmiş şəxs yanında iki nəfər şəxslə birlikdə kafeyə gəlmişdir. Həmin şəxsləri o əvvəllər tanımamış və ilk dəfə görmüşdür. Sərhad bildirmişdir ki, həmin şəxslər qardaşlardır və onların yanında açıq söhbət edə bilərlər. O da Sərhaddan ondan nə istədiyini soruşmuş, sonuncu cavabında guya Moskva şəhərində yaşayan Dünyamin adlı dostuna 1200 manat pul verəcəyi olduğunu deyərək həmin pulu Dünyaminə çatdırması üçün Sərhadın özünə verməli olduğunu demişdir. O isə Sərhada heç kimə borcu və ya verəcək pulu olmadığını deyərək ünvanını səhv saldığını xatırlatmışdır. Sərhad da onun yanında Dünyaminə zəng edərək görüntü şəklində sonuncu ilə danışaraq onu cəzalandırmaq lazım olduğunu bildirmişdir. Dünyamin də Sərhada demişdir ki, hələ əl vurmaq lazım deyil, pulu öz xoşluğu ilə versə daha məsləhətli olar. Sonra Dünyamin bildirmişdir ki, özü də bir müddət sonra gəlib onunla söhbət edəcək. Bundan sonra danışıqları bitmiş, Sərhad da ona aprel ayının sonu və ya may ayının əvvəllərinə qədər onun vaxtı olduğunu, həmin vaxtadək Dünyaminə çatacaq 1200 manat pulu Sərhadın özünə verməli olduğunu bildirmişdir. Bu söhbətdən sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Lakin Sərhad həmin vaxtdan etibarən onu mütəmadi narahat etməyə başlamışdır. Bundan sonra başa düşmüşdür ki, Sərhad həmin vaxtdan etibarən artıq özü üçün pul tələb edir. Belə ki, Sərhad hər dəfə ona zəng vurub müxtəlif məbləğlərdə pullar tələb etmişdir. Bununla bağlı səsyazmalar da mövcuddur. O, Sərhada pulu verməyəcəyini bildirəndə sonuncu ona demişdir ki, başına problem açır, hətta onunla bərabər ailəsinə də fiziki zor göstərilə bilər. Sərhad həmçinin demişdir ki, onun barəsində bütün məlumatları bilir, qaçıb gizlənə bilməz. O, artıq həmin vaxtlardan həyəcan içində yaşamağa başlamışdır. Aprel ayının tamamına az qalmış Sərhad onu mütəmadi narahat etməyə başlamış, hətta telefonda nalayiq sözlərlə təhqir edib hədə qorxu gəlmişdir. O da Sərhada bildirirmişdir ki, hələ ki, qazancı yoxdur. Sərhad isə onun sözlərinə əsəbləşərək onu daha pis sözlərlə təhqir edib hədələmişdir. Sərhadın onun ailə üzvlərinin üzərində zor göstərmək barədə hədələri onu çox narahat etmişdir. Sonda özündə güc tapıb polisə müraciət etmək qərarına gəlmişdir. May ayının 16-da o, Baş X1 İdarəsinə müraciət edərək Sərhad və qeyrilərinin ona qarşı qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra həmin şəxslərin ifşa olunması məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi razılaşdırılmış və ona hal şahidlərinin iştirakı ilə Sərhad və qeyrilərinin ondan hədə-qorxu ilə tələb etdikləri 1200 manat pul verilmişdir ki, həmin tədbirdə istifadə olunsun. Həmin pul vəsaitlərinin kserosurəti çıxarılmış və tərtib edilmiş protokola əlavə edilməklə ona təqdim edilmişdir. Bundan sonra polis əməkdaşlarının nəzarəti altında o, Sərhad adlı şəxsə zəng edərək ünvan 2 ünvanında yerləşən “Hollywood Planet” restoranının qarşısında görüşməyi razılaşmışdır. Günorta saatlarından sonra saat təxminən 15-16 radələrində ünvan 2 ünvanında yerləşən “Hollywood Planet” restoranının yaxınlığına çatmışlar. Təxminən 10 dəqiqə sonra Sərhad görüş təyin olunan yerə çatmış və onunla həmin yerdə görüşüb pulu gətirib-gətirməməsini soruşmuşdur. Həmin vaxt o, polis əməkdaşları tərəfindən protokol əsasında verilmiş 1200 manat pulu Sərhada təqdim etmək istədikdə əvvəlcədən razılaşdırılmış şərti işarəni vermişdir. Bu zaman polis əməkdaşları Sərhad adlı şəxsə yaxınlaşıb saxlamışlar. Polis əməkdaşları özlərini Sərhada təqdim edib qərarla tanış edib və şəxsiyyəti barədə sorğu etmişlər. Bundan sonra hal şahidlərinin iştirakı ilə Sərhadın üstünə baxış keçirildikdə əynindəki qara rəngli şalvarın arxa sağ cibində bir ədəd bıçaq, şalvarının sağ yan cibində bir ədəd “LG” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Sərhad adlı şəxsdən aşkar olunmuş bıçaq qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu zaman o, əynindəki şalvarın sağ yan cibindən 1200 manat pulu təqdim edərək həmin pul vəsaitinin ona hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən protokol əsasında verildiyini bildirərək, həmin vəsaitin Sərhad və qeyrilər tərəfindən guya Abdulla adlı şəxsin borcunun geri alınması məqsədi ilə ondan hədə-qorxu ilə tələb edildiyini göstərib 1200 manat pulu bir qədər əvvəl saxlanılan Təqsirləndirilən şəxs hədə-qorxusundan qurtulmaq məqsədi ilə verəcəyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs də etiraf etmişdir ki, Dünyaminin göstərişi ilə onun Abdulla adlı şəxsə olan 1200 manat pulu almaq üçün görüşə gəlmişdir. Bundan sonra protokol tərtib edilməsi üçün polis idarəsinə dəvət edilmişlər. Bundan sonra polis idarəsində baxışla əlaqədar protokol tərtib edilmiş, iştirakçılara oxunmuş, düzgün tərtib edildiyi üçün imzaları ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir iddia və ya tələbinin olmamasını, ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2019cu il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Baş İdarəyə ərizə ilə müraciət edərək Sərhad və qeyrilərinin onun özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədələyərək 1200 manat pul tələb etmələrini bildirmişdir. Ərizə ilə bağlı izahatı alınan Zərərçəkmiş şəxs bildirmişdir ki, Rusiya Federasiyasında yaşayan Dünyamin adlı və Bakı şəhərində yaşayan Sərhad adlı şəxslər ona zəng edərək Abdulla adlı şəxsə borclu olduğu 1200 manat pulu verməyi tələb etmiş, verməyəcəyi halda onun özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, yəni sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirməklə, hətta öldürməklə hədələdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Sərhad adlı şəxsin və qeyriləri barədə qanuni tədbir görülməsini xahiş etmiş, onların ifşa olunması üçün əməkdaşlıq etməyə də hazır olduğunu bildirmişdir. Ərizədə göstərilən məlumat Baş idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və Zərərçəkmiş şəxs 1200 manat pulu görüşərək ondan götürəcək Sərhad adlı şəxsin ifşa olunması üçün köməklik etməyə razılıq vermişdir. Bu səbəbdən də Sərhad adlı şəxsin cinayətkar əməlinin ifşa edilməsi məqsədi ilə əvvəlcədən seriya və nömrələri protokolda qeyd olunmuş və Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan götürülmüş 12 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olan cəmi 1200 manat pul vəsaiti dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş Zərərçəkmiş şəxs verilmişdir. Bundan sonra onların müşahidəsi ilə Zərərçəkmiş şəxs Sərhad adlı şəxsə zəng edərək ünvan 2 ünvanında yerləşən “Hollywood Planet” restoranının qarşısında görüşməyi razılaşmışlar. Əməliyyat qrupunun üzvləri iki nəfər hal şahidləri ilə birlikdə həmin tarixdə saat 15:30-da ünvan 2 ünvanında yerləşən “Hollywood Planet” restoranının yaxınlığına çatmışlar. Təxminən 10 dəqiqə sonra saat 15:40-da Sərhad adlı şəxs Zərərçəkmiş şəxslə görüşmüş, sonuncu pul vermək istədikdə həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirməklə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Sərhad adlı şəxsi saxlamışlar. Sərhad adlı şəxs özünü təqdim edərək xx xxxxxx 1993-cü ildə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu Xəqani küçəsi küçəsi ev 9-da qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən əynindəki qara rəngli şalvarının arxa sağ cibində bir ədəd bıçaq, şalvarının sağ yan cibində isə bir ədəd “LG” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bıçaq kağız zərfdə qablaşdırılmış, zərfin üzərində qeydiyyat aparılmış və DİN-in «zərflər üçün №6» saylı möhürü ilə möhürlənmişdir. Bu zaman Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ yan cibindən 1200 manat pulu təqdim edib həmin pul vəsaitinin ona hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən protokol əsasında verildiyini bildirərək, həmin vəsaitin Sərhad və qeyriləri tərəfindən guya Abdulla adlı şəxsin borcunun geri alınması məqsədi ilə ondan hədə-qorxu ilə tələb edildiyini göstərmiş və 1200 manat pulu bir qədər əvvəl saxlanılan Təqsirləndirilən şəxs hədə-qorxusundan qurtulmaq məqsədi ilə verəcəyini demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Dünyaminin göstərişi ilə Zərərçəkmiş şəxs Abdulla adlı şəxsə olan 1200 manat pulu almaq üçün görüşə gəldiyini etiraf etmişdir. Protokol tərtib edilməsi üçün baxış iştirakçıları Baş İdarəyə dəvət olunmuş, orada tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, vəsatət daxil olmamış, düzgün tərtib edildiyi üçün protokol imzalarla təsdiq edilmişdir. Əvvəlcədən protokol əsasında tədbirdə istifadə olunması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş 1200 manat pul vəsaiti DİN-nin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fonduna qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxx 2019cu il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin tarixdə saat 15:30-da ünvan 2 ünvanında yerləşən “Hollywood Planet” restoranının yaxınlığına çatmışlar. Təxminən 10 dəqiqə sonra saat 15:40-da Sərhad adlı şəxs Zərərçəkmiş şəxslə görüşüb pul vermək istədikdə polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış edərək saxlamışlar. Sərhad kimi bildikləri şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs oğlu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirildikdə əynindəki qara rəngli şalvarın arxa sağ cibində bir ədəd bıçaq, şalvarının sağ yan cibində bir ədəd “LG” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bıçaq kağız zərfdə qablaşdırılmış, zərfin üzərində qeydiyyat aparılmış və möhürlə möhürlənmişdir. Bu zaman Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ yan cibindən 1200 manat pulu təqdim edərək həmin pul vəsaitinin ona hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən protokol əsasında verildiyini bildirərək, həmin vəsaitin Sərhad və qeyriləri tərəfindən guya Abdulla adlı şəxsin borcunun geri alınması məqsədi ilə ondan hədə-qorxu ilə tələb edildiyini göstərmiş və 1200 manat pulu bir qədər əvvəl saxlanılan Təqsirləndirilən şəxs onun hədə-qorxusundan qurtulmaq məqsədi ilə verəcəyini demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs tanışı Dünyaminin göstərişi ilə Zərərçəkmiş şəxs Abdulla adlı şəxsə olan 1200 manat pulu almaq üçün görüşə gəldiyini etiraf etmişdir. Bundan sonra protokolun tərtib edilməsi üçün Baş İdarəyə dəvət edilmiş, orada tərtib edilmiş protokol ucadan oxunmuş, heç bir şikayət, vəsatət daxil olmamış, düzgün tərtib edildiyi üçün imzaları ilə təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid7 da eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri üzrə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən məlum olur ki, o, xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsininə müracət edərək Sərhad adlı şəxsin ondan qanunsuz olaraq 1200 manat pul tələb etdiyini öildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi CD diskdə 5 ədəd audio səs yazma faylı aşkar edilmişdir. Həmin audio yazmalarda bir nəfər şəxsin digər şəxsdən Dünyamin və Abdulla adlı şəxsə borclu olduğu 1.200 manat pulun ödənilməsi tələb edildiyi və əks halda ona üçün pis olacağı məzmunda danışıqların olması müəyyən edilmişdir. Həmçinin “WhatsApp» yazışmaları da işə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan əməliyyat tədbirində istifadə ediləcək pul vəsaitinin verilməsi barədə” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxx 2019-cu il tarixdə Sərhad adlı şəxsin cinayətkar əməlinin ifşa edilməsi məqsədi ilə əvvəlcədən seriya və nömrələri protokolda qeyd olunmuş Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan götürülmüş 12 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olan cəmi 1200 manat pul vəsaiti dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş Zərərçəkmiş şəxs verilmiş, pulların kserosurəti çıxarılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxx 2019-cu il tarixdə saat 15:40-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs 1200 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə ələ keçirərkən ünvan 1 ünvanında yerləşən “Hollywood Planet” restoranının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, üstünə keçirilən baxış zamanı əynindəki qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx xxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin "təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə" 4(005)- 461/2019 saylı xx xxx 2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 1259/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş, onun barəsində «22» may 2020-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilərək cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin MSY-ə təhvil verilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx xxx 2019-cu il tarixli 13126 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişlər ki, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir, ona qarşı hər-hansı bir iddia və ya tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını, ilk dəfə məhkum olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin həmin tələblərinə əsasən Təqsirləndirilən şəxsnnun cəzasının həddi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olduğu və o, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs izahatına əlavə edilən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd ov bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək şübhəli şəxs, xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək «həbs», xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək «ev dustaqlığı»nda saxlanıldığı 1 (bir) il 6 (altı) gün müddət əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan – xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs, «həbs» və «ev dustaqlığı»da saxlanıldığı 1 (bir) il 6 (altı) gün müddət əsas cəzadan çıxılsın və onun üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan- xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs izahatına əlavə edilən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd ov bıçağı məhv edilsin. Cinayət işi üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-479/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-479/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver