Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-479/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 12:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxxx 1985-ci il tarixdə Ağsu rayonu, Muradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Ağsu rayonu, Muradlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsində olan nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 12, ev 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsində olan nömrəsiz fərdi yaşayış evində faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 20.09.2016-cı il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.07.2014-cü il tarixli hökmü ilə CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 il 03 ay 08 günü 20.09.2016-cı il tarixli hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq üzərində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, 26.07.2019-cu il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 07 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girmişdir. Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 14,689 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in İ siyahısına daxil edilən 2,541 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin psixotrop maddə metamfetamini 1,723 qram və 0,818 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 02 bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlayaraq daşımışdır. Həmin narkotik vasitə heroini 10,697 qram, 0,583 qram və 3,409 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 03 ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlayaraq daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və X1 21 sentyabr 2021-ci il tarixdə saat 00:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib üzərilərinə şəxsi axtarış keçirilən zaman onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdıqları külli miqdarda, 2,541 qram çəkidə psixotrop maddə metamfetamin 1,723 qram və 0,818 qram olmaqla 02 ədəd bükümdə Təqsirləndirilən şəxs2 qara rəngli köynəyinin sağ yan cibindən, külli miqdarda 14,689 qram çəkidə narkotik vasitə heroin 10,697 qram, 0,583 qram və 3,409 qram olmaqla 03 ədəd bükümdə Təqsirləndirilən şəxs1 qara rəngli idman şalvarının sol diz hissəsində olan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 14,689 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in İ siyahısına daxil edilən 2,541 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitə heroini 10,697 qram, 0,583 qram və 3,409 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 03 ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlayaraq daşımışdır. Həmin psixotrop maddə metamfetamini 1,723 qram və 0,818 qram çəkidə olan hissələrə bölüb ayrıayrılıqda 02 bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlayaraq daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X1 və Təqsirləndirilən şəxs1 21 sentyabr 2021-ci il tarixdə saat 00:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib üzərilərinə şəxsi axtarış keçirilən zaman onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdıqları külli miqdarda, 2,541 qram çəkidə psixotrop maddə metamfetamin 1,723 qram və 0,818 qram olmaqla 02 ədəd bükümdə Təqsirləndirilən şəxs2 qara rəngli köynəyinin sağ yan cibindən, külli miqdarda 14,689 qram çəkidə narkotik vasitə heroin 10,697 qram, 0,583 qram və 3,409 qram olmaqla 03 ədəd bükümdə Təqsirləndirilən şəxs1 qara rəngli idman şalvarının sol diz hissəsində olan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyri-rəsmi olaraq nikah münasibətində yaşayır. Təqsirləndirilən şəxs2 təxmin son 2 aydır ki, psixotrop maddə istifadəçisidir. Yəni təxminən 2 ay olar ki, o, el arasında şüşə kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə edir. Özü isə təxminən 5-6 ay olar ki narkotik vasitənin heroin növündən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində narkotik vasitənin satışı ilə məşğul olan “Əfqan” adlı şəxsin olması barədə əvvəlcədən xəbəri olmuşdur. Çünki bu barədə eşitmiş və onun harada hansı üsulla narkotik vasitə satması, ondan necə narkotik vasitə əldə etməsi barədə onda əvvəlcədən məlumatı olmuşdur. Təxminən 2 gün əvvəl axşam vaxtlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi “Əfqan” adlı şəxs ilə görüşmüş və ondan 03 ədəd sellofan bükümdə narkotik vasitə heroin almış və bunun qarşılığında ona 50 manat pul vermişdir. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra onu üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamış, həmçinin özü üzərində saxlamışdır ki, lazım olduğu vaxt istifadə etsin. Yəni həmin vaxtdan aldığı narkotik vasitəni üzərində saxlamış, 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını, satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edib üzərlərində saxlamaqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində şübhəli şəxs qismində tutulmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli koftasının sağ yan cibində olan 02 ədəd sellofan bükümü və 20 manat pulu, koftasının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 20 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ diz hissəsində yerləşən cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd açarı, əynində olan idman şalvarının sol diz hissəsində yerləşən cibində olan 02 ədəd sellofan bükümü və 15 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu qeyd etmiş, şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli idman şalvarının sol diz hissəsində yerləşən cibindən əlavə olaraq 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümün də ona məxsus olduğunu və bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 15 manat pul və açarlar onun özünə qaytarılmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsunq” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 3 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Zakir” adlı şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 onunla birlikdə təxminən 3 ilə yaxın müddətdir qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığını və üzərində narkotik vasitə heroin olmasından onun məlumatının olduğunu qeyd etmişdir. Daha sonra sorğu zamanı üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Əfqan” adlı şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyri-rəsmi olaraq nikah münasibətində yaşayır. Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmamış, lakin sonradan onun narkotik vasitə olan heroin istifadəçisi olmasını bilmişdir. Təxminən 2 ay olardı ki, o el arasında şüşə kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə edirdi. İstifadə etdiyi psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxslərdən yəni anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində psixotrop maddənin satışı ilə məşğul olan “Zakir” adlı şəxsin olmasını bilmişdir. Təxminən 3 gün əvvəl axşam vaxtlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi “Zakir” adlı şəxs ilə görüşüb ondan 02 ədəd sellofan bükümdə psxiotrop maddə metamfetamin almış, qarşılığında ona 40 manat pul vermişdir. Psixotrop maddəni aldıqdan sonra onu üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamış, lazım olduğu vaxt istifadə etməsi üçün özü üzərində saxlamışdır. 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxladıqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərlərində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri onlara izah olunmuşdur. Bundan sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli koftasının sağ yan cibində olan 02 ədəd sellofan bükümü və 20 manat pulu, koftasının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmiş, təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfimdən kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 20 manat pul özünə qaytarılmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ diz hissəsində yerləşən cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd açarı, əynində olan idman şalvarının sol diz hissəsində yerləşən cibindən 02 ədəd sellofan bükümü və 15 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu qeyd etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol diz hissəsində yerləşən cibindən əlavə olaraq 01 ədəd sellofan bükümü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün də ona məxsus olduğunu və bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 15 manat pul və açarlar Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsunq” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 3 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Zakir” adlı şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Əfqan” adlı şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 20 sentyabr 2021-ci il tarixdə “Elnur və Mətanət” adlı şəxslərin satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Elnur və Mətanət” adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək onların xx.xx.1985-ci ildə Ağsu rayonu, Muradlı kəndində anadan olmuş, Ağsu rayonu, Muradlı kəndində qeydiyyatda olmaqla, ünvan 3 sahəsində nömrəsiz fərdi yaşayış evində faktiki yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1974-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 sahəsində nömrəsiz fərdi yaşayış evində faktiki yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmiş, İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Sonra həmin məlumatın yoxlanılması üçün 4 nəfərdən, ondan, əməliyyat müvəkkilləri polis kapitanı Şahid2, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid4 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20.09.2021-ci il tarixdə saat 00:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər. Bundan sonra barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onları şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, onlara paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli koftasının sağ yan cibində olan 02 ədəd sellofan bükümü və 20 manat pulu, koftasının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ diz hissəsində yerləşən cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd açarı, əynində olan idman şalvarının sol diz hissəsində yerləşən cibində olan 02 ədəd sellofan bükümü və 15 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu qeyd etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol diz hissəsində yerləşən cibindən əlavə olaraq 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün ona məxsus olduğunu və bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 15 manat pul və açarlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 3 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Zakir” adlı şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs1lə təxminən 3 ilə yaxın müddətdir qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığını və Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olmasından məlumatı olduğunu qeyd etmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Əfqan” adlı şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 ilə təxminən 3 ilə yaxın müddətdir qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığını və Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olduğunu qeyd etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə “Elnur və Mətanət” adlı şəxslərin satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Elnur və Mətanət” adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək onların xx.xx.1985-ci ildə Ağsu rayonu, Muradlı kəndində anadan olmuş, Ağsu rayonu, Muradlı kəndində qeydiyyatda olmaqla, ünvan 3 sahəsində nömrəsiz fərdi yaşayış evində faktiki yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1974-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 sahəsində nömrəsiz fərdi yaşayış evində faktiki yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmiş, İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Sonra həmin məlumatın yoxlanılması üçün 4 nəfərdən, ondan, əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid4 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20.09.2021-ci il tarixdə saat 00:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər. Bundan sonra barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onları şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, onlara paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli koftasının sağ yan cibində olan 02 ədəd sellofan bükümü və 20 manat pulu, koftasının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ diz hissəsində yerləşən cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd açarı, əynində olan idman şalvarının sol diz hissəsində yerləşən cibində olan 02 ədəd sellofan bükümü və 15 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu qeyd etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol diz hissəsində yerləşən cibindən əlavə olaraq 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün ona məxsus olduğunu və bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 15 manat pul və açarlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 3 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Zakir” adlı şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs1lə təxminən 3 ilə yaxın müddətdir qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığını və Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olmasından məlumatı olduğunu qeyd etmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Əfqan” adlı şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 ilə təxminən 3 ilə yaxın müddətdir qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığını və Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olduğunu qeyd etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 da şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli 6/4186 nömrəli rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş....” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə olan 03 ədəd polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,697 qram, 0,583qram və 3,409 qram, ümumi təmiz çəkisi 14,689 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş....” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə olan 02 ədəd polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,723 qram və 0,818 qram olmaqla ümumi təmiz çəkisi 2,541 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi-14,689 qram, tədqiqata sərf edildi- 0,09 qram, qalıq- 14,599 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi-2,541 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq- 2,441 qramdır. (Bax: cild 01, iş vərəqə: 67-73) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli 4783 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Bax: cild-2 iş vərəqə: 29-30) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli 4226 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild-2 iş vərəqə: 31-32) 21 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmələri, saxlamaları, daşımaları və satmaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 00:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyinin sağ yan cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sol diz hissəsində olan cibindən 03 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (Bax: cild 01, iş vərəqə: 42-46) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 20.09.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə: 217-218) İş materiallarına əsasən, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş bir ədəd «Samsung» markalı mobil telefon aparatına baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan telefonun Whatsapp ani mesajlaşma proqramına daxil olunduqda Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların və səs yazılarının olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 “Orxan Zon” kimi qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə: “Qaqaş mən evə çatıram gəlirsən?”. “Orxan Zon” kimi qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi: “Lap yaxşı patı götürmək olacaq qaqa 1 qram neciyə? Sizin də payınız məndədir o heşdə”. Təqsirləndirilən şəxs1: “Yox qaqa hardan götürmək olar gecənin bu vaxtı. Belə ürəyin istəsə keçərsən evdəyəm”. Təqsirləndirilən şəxs1: Qaqa maraqlandım 10 isdəyən ancaq 15 manatnan 20 dənə”. “Orxan Zon” kimi qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi: “qaqa dənə dənə nədi başa düşmədim”. Təqsirləndirilən şəxs1: “Qram qram da qaqa”. “Orxan Zon” kimi qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi: “Birdəki uşaqlardanda 20dən istəyən var mən dedim ki, sənə yaxın adam varsa zor qiymətdi belədəki mən qram qram bilmirəm tərəzi varinizdida?”. Təqsirləndirilən şəxs1: “Hə qaqa var sabah görüşərik öpdüm”. “Orxan Zon” kimi qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi:” Qaqa indi burda nə qədərdi 20 manatdan var imkan qaqam var onla gəlim belə eli mən sənol kaki eleyen deyilem burda iyirmiyə yəniki yalvarırlar ikimizin canı”. Təqsirləndirilən şəxs1: “qaqaş sabahin xeyir noldu qaqa axşamdan burda səni gözləyirəm çeki çək at da brat”. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 telefonu ilə: “Orxan görürəm burdasan sənə zəng edirəm açmırsan. Canın sağ olsun. Orxan mən sənə dedim axı ki camaat məni bezdirir, pulu vurulsun da karta. Pislik elədim ki Orxan?”. Təqsirləndirilən şəxs1: “orxan neynirsən qaqaş nə var nə yox? Sənə görə mən dünən əziyyət çəkirəm hardan hara tema divijeniya edirəm sənin xətrinə. Gəlirəm məni kiminsə yanında paduar qoyursan”. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 telefonu ilə: “Axşamın xeyir Orxan. Orxan 20 manatın əhəmiyyəti heç nədir canın sağ olsun. Mən qadınlığımla onu öz cibimdən verərəm. Ama çox heyif çox ha çox eyib. Heç nə Razi ortada Elnur var deyə xətir hörmət var deyə ama çox heyif e Orxan. Yenə də çox sağ ol Allah köməyin olsun”. “Vüqar Küpə” adı ilə qeyd olunan ***-***- **-** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1: “O neçiyə verirdi o günkini?”. Təqsirləndirilən şəxs1 “60 verir qardaşın sənə 55 alar”. “Vüqar Küpə” adı ilə qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi: Vapşe yarım götürmək olar?”. Təqsirləndirilən şəxs1: “Hə niyədə götürməyək". “Vüqar Küpə” adı ilə qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi:” Ondandi ya başqasi var. Bu mənə nəsə çatmadiye.”Təqsirləndirilən şəxs1:” Yox ondandi brat. Qaqa çox güjdisidi bu. Mən bu tərəfdəyəm istəsən götürüm evə gələndə yığaram gələrsən. Mən sənə kartın nömrəsin atım ona pul vurarsan verim götürüm”. “Vüqar Küpə” adı ilə qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi: ”O birisini neçiyə verir?”. Təqsirləndirilən şəxs1: “40 verir”. “Vüqar Küpə” adı ilə qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi: “Gecə zəng elədim cavab vermədin. Bir az materiyal lazım idi”. Təqsirləndirilən şəxs1: “Yatım durum həll eliyərik. Bir az yatım durum qaqaş getməliyəm tema dalıycan” məzmunlu mesaj mətnləri və səs yazıları göndərilmişdir. Belə olan halda aşkar edilərək götürülmüş mobil telefon aparatlarının yaddaşına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktlar olduğundan və həmin mobil telefon aparatları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması halı nəzərə alınmışdır. (cild 01, iş vərəqə: 184-204) İş materiallarına əsasən, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş bir ədəd «Samsung Duos» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən zaman ***-***- **-** saylı mobil nömrə altında istifadə olunan telefonun Whatsapp ani mesajlaşma proqramına daxil olunduqda Təqsirləndirilən şəxs2 qeyri-rəsmi olaraq yaşadığı həyat yoldaşı Təqsirləndirilən şəxs1 adı “Ömrüm” kimi qeyd edilmişdir. Onların arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair aşağıdakı mesaj mətnlərinin və səs yazılarının olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 23.05.2021-ci il tarixdə “Bilirsən nə deyərsən ağaya, deyərsən Ağa Şəfiqədə 50 manat var onu istəyirsən verim sənə, denən Mətişin bacısının vəziyyəti ağır olub ora çıxırıq. Denən narahat olma ya sabah ya birisi gün karta pul oturacaq, sənin pulunu koma bağlıyacayıq. Əgər denən imkanın varsa 3 dənə ondan, yarım da ondan ver mənə ya sabah ya da birisi gün sənin pulunu bağlayacam denən. Denən narahat olma əgər istəyirsənsə Mətişlə də danış ginən. Denən belə imkanın varsa 3 dənə birdə yarım, həmişə necə götürmüşük elə. Denən 50 manat verim sənə qalır denən 85 manat o, 80 manatda bu obşe 165 manat edir. 165 manatı da ya birinci gün ya da ikinci gün bağlayıram denən. Razılaşsa əgər elə götürərsən, razılaşmasa 50 manatıda heç vermə ona denən eybi yoxdu canın sağolsun saxla 50 manatıda üstümüzdə xərcliyək özümüz yeyərik. Elnur, əgər Ağayla danışsan Ağaya tapşır ki, dönə dönə nə Orxan gil, nə Fərhad gil, nə Elman gil heç biri bilməsin ki biz Ağanı görmüşük, Ağayla danışırıq edirik. Yəni bir sözlə Ağaya tapşır ki bizi nə görməyib, nə heç nə almamışıq ondan nə də bir şey. Elnur, gələndə bura Elmana demə ginən ha ki malım var. Guya ki sən dostundan almısan bir damcı falqanın üstündə verib. Adı “Sulu” kimi qeyd olunan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 “Dərman yoxdur yarım dənə?” Təqsirləndirilən şəxs2: “yox sənə qurban”. “Arzu Vusal” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 “Vusal deyir şəxsiyyətim Mətişdədir bu nə deməkdir? Təqsirləndirilən şəxs2 “Arzu Vusal” adlı şəxsə “Ay qız Vüsal bizə gələndə qayıtdı dediki ağrıyaram belə elə. Bizdə bacımçün dərman almışdıq metadon. Qayıtdı dediki ağrıyıram nolar mətiş başına dönüm məndə istəyirəm. Məndə bacım Arzu üçün dərman almışdım dedim Vüsal belənçinə istəyirsənsə verim. Dedi hə bir dənəsini belə satırlar listi 200 manata zada. Dediki varsa Mətiş səndə nolar mən işləyirəm də pul almalıyam. Ver mənə dərmanı işdən alanda verərəm pulunu. Bundan sonra Elnurlada işləmişdi ona da belə 40 manat verməli idi. Obşe hamısı bir yerdə 110 manat pul edirdi. Vüsalın dakumentini heç kim almayıb e özü qoyub bizdə. Bizə gəlib bizdən gedəndə dakumenti bizdə qalıb heç kim almayıb. Özü sənə demirki hara qoymuşam necə qoymuşam? “Arzu Vüsal” adlı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 “Metiş şey varındı? Patı istəmirəm ha, kola vurub beynimə” məzmunlu mesaj mətnləri və səs yazıları göndərilmişdir. Belə olan halda aşkar edilərək götürülmüş mobil telefon aparatlarının yaddaşına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktlar olduğundan və həmin mobil telefon aparatları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarında saxlanması halı nəzərə alınmışdır. (cild-1 iş vərəqə: 177-183) "xxxx" MMC-dən daxil olmuş 11.11.2021-ci il tarixli AZF/LGL-32017/21 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Qerdeş bəlkə pula görə yubadır. Elədisə problem yoxdu 70 var gələk 2 dənə torpaq götürək gedək”. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə “ 15 ko, 8 pa 370 manat versəm alınar qardaşım”. ***- ***-**-** saylı nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə “290 manata ancaq 10 k, 6 p əmələ gəlir” məzmunlu mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə yuxarıda qeyd olunan mobil nömrələrin istifadəçiləri arasında olan mesajlaşmalar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarına dəlalət edəcək kifayət qədər faktların olması müəyyən edildiyi üçün 15.11.2021-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə: 241- 245) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onların narkotik vastələrin və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olub satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları müəyyən edilsə də, “Əfqan” və “Zakir” adlı şəxslərin müəyyən edilməsi, tapşırıqda göstərilən digər hallarla bağlı müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 01, iş vərəqə 247) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X3 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X3 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamaları, üzərlərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadələri üçün əldə edərək saxlamaları barədə verdikləri ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların məhkəmədə verdikləri bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişlər. Onların məhkəmədə verdikləri bu ifadələri iş üzrə şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə” protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyi, telefon danışıq məlumatlarını özündə əks etdirən "xxxx" MMC-yə məxsus CD disk, mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokol, əməliyyat tapşırığına cavab və digər mötəbər sənədlərlə tam təkzib olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 02.12.2021ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 04.09.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 20.09.2016-cı il tarixli hökmü ilə 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq olunmaqla 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. 26.07.2019-cu ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 19.03.2020ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (cild 02, iş vərəqə 19-21) İş materiallarında olan, X4 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 03) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən, AR CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusuna görə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil qaydada hesablanmalıdır. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsi əsasında Təqsirləndirilən şəxs1 əməlində hazırkı iş üzrə cinayətlərin təhlükəli residivi halını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin təhlükəli residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs1 cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmayaraq təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 02.12.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 17, 18). Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizanın 29.11.2021-ci il tarixli 4783 və 4226 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan, onlara narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 14,599 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,441 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 02 ədəd “Samsung” markalı mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 91 manat 76 qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 45 manat 88 qəpik və Təqsirləndirilən şəxs2 oğlundan 45 manat 88 qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 4(005)-950/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 18,165-170) Odur ki, Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 22 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi, MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, BMCMİ-nin MSY-dən azad edilmişdir. (cild 01, iş vərəqə 33, 154-155) Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 21 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 19 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 06 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 21.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 14,599 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,441 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 02 ədəd “Samsung” markalı mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 91 manat 76 qəpik pul Təqsirləndirilən şəxs1 45 manat 88 qəpik, Təqsirləndirilən şəxs2 45 manat 88 qəpik tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 06 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-479/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-479/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver