Məhkəmə qərarları › İş №1(101)-479/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-479/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-479/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 15:30-da X5 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X19, X14 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Şahid5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X24, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi De Fendo Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri Femida Vəkil Bürosunun vəkili Hüseynov Zamiq Pirverdi oğlunun, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yüksək vəzifədə işləyən tanışlarının olması barədə tanışı Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib onu aldadaraq, həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan sonuncunun arvadı X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsində tikinti işləri aparılması üçün rəsmi dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyinə dair Zərərçəkmiş şəxs1 qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla onun etibarını qazandıqdan sonra, Məhərrəm Əsgərovdan 2021-ci ilin sentyabr ayının sonlarında sonuncunun yaşadığı ünvan 5 ünvanın qarşısında Məhərrəm Əsgərovun övladı X7 yanında 30.000 manat, daha sonra 2021-ci ilin oktyabr ayının ortalarında isə elə həmin ünvanda eyni məqsədlə Məhərrəm Əsgərovun övladı X7 yanında 20.000 manat olmaqla, ümumilikdə 50.000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda-ümumilikdə 50.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 xarici ölkələrdən müxtəlif növ dərman preparatları gətirib Azərbaycan Respublikası ərazisində satmadığı halda, özünü həmin işlə məşğul olan sahibkar kimi təqdim etməklə yalan məlumatlar verib onu aldadaraq Zərərçəkmiş şəxs4 özünün “dərman ticarəti”nə şərik edəcəyinə və həmin ticarət fəaliyyəti sahəsinə pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 6 ünvanının qarşısında 27 iyul 2021-ci il tarixdə 8000 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə ilə 1 ABŞ dolları=1.7000 manat təşkil edən 13.600 manat, 05 oktyabr 2022-ci il tarixdə elə həmin ünvanın qarşısında 3000 manat və 10.000 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə ilə 1 ABŞ dolları=1.7000 manat təşkil edən 17.000 manat, daha sonra 30 dekabr 2022-ci il tarixdə elə həmin ünvanın qarşısında 11.500 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə ilə 1 ABŞ dolları=1.7000 manat təşkil edən 19.550 manat olmaqla, ümumilikdə 53.150 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 53.150 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yüksək vəzifədə işləyən tanışlarının olması barədə tanışı Zərərçəkmiş şəxs2 yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə onun övladı Şahid8 daxili işlər orqanlarına işə bərpa edilməsinə köməklik göstərəcəyinə dair Zərərçəkmiş şəxs2 qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla onun etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs2 2023-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “Elmlər Akademiyas” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs2 övladı Şahid8 və tanışı Şahid2 yanlarında 10.000 manat, daha sonra 10 avqust 2023-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında eyni məqsədlə Zərərçəkmiş şəxs2 Qazax rayonu ərazisində yerləşən “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə tanışı Şahid2 istifadəsində olan sonuncunun övladı X20 məxsus bank kartı hesabına göndərdiyi 2000 manat pulu Şahid2 alaraq, ümumilikdə 12.000 manat pulu ələ keçirməklə, verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yüksək vəzifədə işləyən tanışlarının olması barədə Zərərçəkmiş şəxs7 yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “X1”-da qeyri-kafi nəticə göstərmiş Zərərçəkmiş şəxs7 qeyd edilən imtahandan uğurla keçirilməsinə köməklik göstərəcəyinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla onun etibarını qazandıqdan sonra sonuncudan tanışı Şahid5 vasitəsi ilə 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında 10.000 (on min) manat pulu alaraq, verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs7 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yüksək vəzifədə işləyən tanışlarının olması barədə X28 yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “X1”-da qeyri-kafi nəticə göstərmiş X29 qeyd edilən imtahandan uğurla keçirilməsinə köməklik göstərəcəyinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla onun etibarını qazandıqdan sonra sonuncudan tanışı Şahid5 vasitəsi ilə 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında 10.000 manat pulu alaraq, verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Elmira Zamanovaya 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs10 rəhbəri olduğu məktəbdə işləyən müəllimlərdən rüşvət alması ilə əlaqədar həqiqətə uyğun olmayan, zərərçəkmiş şəxsin şəxsiyyətinə xələl gətirə biləcək, zərərçəkmiş haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdırılması ilə nəticələnən məqalə hazırladıqdan sonra qrupun üzvü Təqsirləndirilən şəxs1 2023-cü ilin sentyabr ayı ərzində istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən zərərçəkmiş şəxsin istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edib özünü “aktualxəbər.az” saytının rəhbəri kimi təqdim etməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə hazırladıqları məqalədə göstərilən həqiqətə uyğun olmayan rüsvayedici xarakter daşıyan məlumatlar barədə Zərərçəkmiş şəxs10 şifahi məlumat verdikdən sonra həmin məlumatların mətbuatda yayılacağı ilə əlaqədar sonuncuya hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin mətbuatda dərc edilməməsi müqabilində zərərçəkmiş şəxsdən məqaləni hazırlayan şəxslərin hər biri, yəni özü və Təqsirləndirilən şəxs2 üçün ayrı-ayrılıqda 500 manat olmaqla, ümumilikdə 1000 manat pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmişlər. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə özünün Azərbaycan Respublikası Baş Prokurorluğunun yüksək vəzifəli rəhbər şəxsləri ilə yaxın əlaqələrinin olmasına dair Zərərçəkmiş şəxs5 yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs5 övladı X10 Bakı şəhəri Səbail Rayon Prokurorluğunda müstəntiq vəzifəsinə xidmətə qəbul edilməsinə köməklik göstərəcəyi ilə bağlı Zərərçəkmiş şəxs5 qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra ondan 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində Şahid9 yanında 48.000 manat pulu aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 48.000 manat məbləğində, daha sonra tanışı Təqsirləndirilən şəxs2 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşməklə zərərçəkmiş Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, onu aldatmaqla 2023-cü ilin oktyabr ayının əvvəlində vahid niyyətlə əlavə 13000 (on üç min) manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 61000 manat məbləğində - külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yüksək vəzifədə işləyən tanışlarının olması barədə tanışı Zərərçəkmiş şəxs3 yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs3 nəvəsi X25 Dağıstan Dövlət Universitetinin turizm fakültəsinə daxil olması, daxil olduqdan sonra oxuduğu təhsil yerini Azərbaycan Kooperasiya Universitetinə dəyişdirilməsinə köməklik göstərəcəyinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla onun etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şahid1 vasitəsi ilə 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “Elmlər” metrostansiyası yaxınlığında 9000 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə ilə 1 ABŞ dolları=1.7000 manat təşkil edən 15.300 manat pulu alaraq, verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs3 15.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yüksək vəzifədə işləyən tanışlarının olması barədə tanışı Zərərçəkmiş şəxs8 Seyid qızına yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə zərərçəkmiş şəxsin Anar Rzayev adlı şəxsə vermiş olduğu külli miqdarda borc vəsaitinin qaytarılmasına köməklik göstərəcəyinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla onun etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs8 2023-cü ilin oktyabr ayı ərzində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən "xxxx" MMC-nin binasının qarşısında 10.000 manat pulu alaraq, verdiyi vədə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs8 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Xızı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Zərərçəkmiş şəxs9 rəhbəri olduğu məktəblərdə işləyən müəllimlərdən rüşvət alması ilə əlaqədar həqiqətə uyğun olmayan, zərərçəkmiş şəxsin şəxsiyyətinə xələl gətirə biləcək, zərərçəkmiş haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdırılması ilə nəticələnən məqalə hazırladıqdan sonra 2020-ci ilin dekabr ayı ərzində Zərərçəkmiş şəxs9 öz istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edib özünü jurnalist kimi təqdim etməklə hazırladığı məqalədə göstərilən həqiqətə uyğun olmayan rüsvayedici xarakter daşıyan məlumatlar barədə Zərərçəkmiş şəxs9 şifahi məlumat verdikdən sonra həmin məlumatların mətbuatda yayılacağı ilə əlaqədar sonuncuya hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin mətbuatda dərc edilməməsi müqabilində zərərçəkmiş şəxsdən 1000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs10 rəhbəri olduğu məktəbdə işləyən müəllimlərdən rüşvət alması ilə əlaqədar həqiqətə uyğun olmayan, zərərçəkmiş şəxsin şəxsiyyətinə xələl gətirə biləcək, zərərçəkmiş haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdırılması ilə nəticələnən məqalə hazırladıqdan sonra qrupun üzvü Təqsirləndirilən şəxs1 2023-cü ilin sentyabr ayı ərzində istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən zərərçəkmiş şəxsin istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edib özünü “aktualxəbər.az” saytının rəhbəri kimi təqdim etməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə hazırladıqları məqalədə göstərilən həqiqətə uyğun olmayan rüsvayedici xarakter daşıyan məlumatlar barədə Zərərçəkmiş şəxs10 şifahi məlumat verdikdən sonra həmin məlumatların mətbuatda yayılacağı ilə əlaqədar sonuncuya hədə-qorxu gələrək bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin mətbuatda dərc edilməməsi müqabilində zərərçəkmiş şəxsdən məqaləni hazırlayan şəxslərin hər biri, yəni özü və Təqsirləndirilən şəxs2 üçün ayrı-ayrılıqda 500 manat olmaqla, ümumilikdə 1000 manat pulu cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında təkrarən hədə-qorxu ilə tələb etmişlər. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib Azərbaycan Respublikası Baş Prokurorluğunun yüksək vəzifəli rəhbər şəxsləri ilə yaxın əlaqələrinin olmasına dair Zərərçəkmiş şəxs5 yalan məlumatlar verib onu aldadaraq Zərərçəkmiş şəxs5 övladı X10 prokurorluq orqanlarına xidmətə qəbul edilməsinə köməklik göstərəcəyi ilə bağlı Zərərçəkmiş şəxs5 qəsdən yalan vədlər verib inandıraraq, 2023-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı Hüseyn Cavid parkının ərazisində Zərərçəkmiş şəxs5 13.000 manat pulu aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulu Təqsirləndirilən şəxs1 ilə birlikdə öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 13.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilməyərək sərbəst ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 dindirilməsinə dair protokol məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 28 noyabr 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, barəsində şikayət ərizəsi ünvanlamış Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımışdır. Həmin şəxs fiziki şəxs qismində fərdi qaydada sahibkarlıqla məşğul olmuşdur. Belə ki, onun yaşadığı Nəsimi rayonu ərazisində yerləşən binanın da müəyyən işlərini MTK rəhbərliyi ilə müqavilə bağlayaraq həyata keçirmiş və onların tanışlığı da həmin dövrə təsadüf etmişdir. Tanışlığının ilk dövründə özünü məşhur saytların biri olan “aktualxəbər.az” saytının rəhbəri kimi təqdim etmişdir. Belə ki, o, həqiqətən də bir müddət jurnalistika ilə məşğul olsa da, lakin həmin saytın rəhbəri işləməmişdir. Bir müddət sonra Məhərrəmlə tanışlığı daha da möhkəmlənmişdir. Belə ki, aralarındakı söhbətlərin birində Məhərrəm ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində bələdiyyə sənədi ilə həyat yoldaşının adına olan torpaq sahəsində qeyri-yaşayış obyekti ilə bağlı tikinti aparmaq istədiyini, lakin dövlət qurumlarından, yəni Bakı şəhəri İcra Hakimiyyətindən, Binəqədi Rayon İcra Hakimiyyətindən icazə ala bilmədiyini bildirmişdir. Həmin ərəfədə onun şəxsi işləri ilə bağlı pula ehtiyacı olduğu üçün bu üsulla Məhərrəmi aldadıb ona məxsus pulu ələ keçirməyi düşünmüşdür. Lakin, reallıqda onun Məhərrəmin nəzərdə tutduğu işi həll etməyə nə tanışı, nə də imkanı olmamışdır. Bu məqsədlə də, Məhərrəmə yalandan guya həmin qurumlarda işləyən yüksək vəzifəli şəxsləri tanıdığını və istədiyi təqdirdə müəyyən bir məbləğin qarşılığında bu işi həll edə biləcəyini bildirmiş və torpağa dair sənədlərin surətini ondan təhvil almışdır. Belə ki, Məhərrəmə dərhal məbləğ bildirsə, Məhərrəmin şübhələnəcəyini və onu aldadacağını başa düşəcəyini düşünmüş, bu məqsədlə də əməlini pərdələmək üçün guya kimlərləsə danışırmış kimi ab-havası yaratmaqdan ötrü sənədləri formal olaraq ondan aldıqdan bir neçə gün sonra Məhərrəmə işin həlli üçün guya həmin yüksək vəzifəli şəxslərə çatdırılmasından ötrü 50.000 manat pul lazım olduğunu demişdir. Məhərrəm onunla razılaşmış və həmin pulu qısa müddət ərzində verəcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayında o, yaşadığı və Məhərrəmin əvvəllər işlədiyi ünvan 7 ünvanın qarşısında görüşmüşdür. Görüş zamanı Məhərrəmin oğlu Rövşən Əskərov da orada olmuşdur. Görüş zamanı Məhərrəmdən 30.000 manat pul almış və həmin pulun qalan 20.000 manatını tezliklə verməyini xahiş etmişdir. Məhərrəmə pulu tam olaraq vermədiyi təqdirdə işin həllini tapmayacağını demişdir. Odur ki, təxminən 15 gün sonra, yəni 2021-ci ilin oktyabr ayında o, yenidən Məhərrəmlə həmin ünvanda görüşərək onun oğlunun yanında ondan 20.000 manat pul almış və beləliklə, ümumilikdə Məhərrəmdən 50.000 manat pul almışdır. Görüş zamanı Məhərrəmə ilin sonuna qədər, yəni 2-3 ay ərzində bu işin həllini tapacağını bildirmişdir. Lakin, onun hər hansı iş həll etmək niyyəti olmamış və düşünmüşdür ki, bu üsulla özünə vaxt qazanacaqdır. Söz verdiyi müddət gəlib çatdığı vaxtda isə işin həllinin guya uzandığını bildirərək yenidən vaxt almışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və hazırkı dövrə qədər zərərçəkmişə pulu qaytarmamışdır. Barəsində şikayət ərizəsi ünvanlamış digər şəxs Zərərçəkmiş şəxs2 əslən Qazax rayonundan olan Rasim adlı tanışı vasitəsi ilə tanımışdır. Belə ki, Rasim də jurnalist fəaliyyəti ilə məşğul olmuş və onların normal münasibətləri olmuşdur. 2023-cü ilin yay aylarında Rasim zəng edərək tanışı İkramın oğlunun əvvəllər polisdə işlədiyini, lakin sonradan DİO-dan xaric edildiyini, hal-hazırda ona kömək edib polis orqanlarına bərpa etmək lazım olduğunu bildirmişdir. Həmin ərəfədə özünün maddi vəziyyəti pis olmuş və şəxsi ehtiyacları üçün təxminən 10-15 min manat pula ehtiyacı yaranmışdır. Buna görə də İkrama məxsus pulu ələ keçirməyi düşünmüşdür. Bu məqsədlə də Rasimə bu işi həll edə biləcəyini və işin həlli üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. Bir müddət sonra Rasim İkramın onunla görüşmək istədiyini bildirmişdir. Onunla razılaşmış və onlar, yəni özü, Rasim, İkram və İkramın oğlu Elnur ilə birlikdə Bakı şəhəri, Elmlər metrostansiyası yaxınlığında görüşmüşlər. Görüş zamanı onlara yalan vədlər verməyə başlamışdır. İkrama narahat olmamağını, oğlunun işinin 2 ay kimi qısa müddətdə həll olunacağını, bunun müqabilində 12000 manat verməsini demişdir. O da inanmış və onlar sağollaşaraq oranı tərk etmişlər. Bundan bir neçə gün sonra Rasim zəng edib İkramın pulun bir hissəsini hazır etdiyini və görüşmək istədiyini bildirmişdir. Odur ki, 2023-cü ilin avqust ayının əvvəllərində özü, İkram, Rasim və Elnur yenidən eyni ünvanda görüşmüşlər. Görüşləri zamanı İkram ona 10.000 manat pulu vermiş və həmin pulu sayaraq cibinə qoymuşdur. İkram bildirmişdir ki, bir neçə günə qalan 2000 manatı da verəcəkdir. Bundan sonra onlar sağollaşmışlar. Təxminən 2-3 gün sonra yəni 10 avqust 2023-cü il tarixdə Rasim zəng edərək İkramın Bakıya gəlməyə imkanı olmadığı üçün 2000 manat pulu onun istifadəsində olan bank kartına göndərdiyini, həmin pulu ona vermək istədiyini demişdir. Rasimə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində olduğumu demiş və bir neçə dəqiqə sonra onunla həmin ünvanda görüşərək pulu götürmüşdür. Bundan sonra İkram ona zəng etmiş və İkrama Rasimin ona 2000 manat pulu verdiyini bildirmişdir. İkramdan əldə etdiyi ümumilikdə 12000 manat pulun hər birini şəxsi ehtiyaclarına xərcləmiş və müxtəlif bəhanələrlə İkramı aldadaraq qısa müddətdə işinin həll olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 31 may 2024-cü il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ərizəçi Səyyarə adlı şəxsi bir neçə ildir ki, tanımış, həmin şəxsdən birlikdə iş qurmaq adı ilə hər hansı məbləğdə pul almamışdır. O, həmin şəxsdən pulları faizə borc götürməklə alıb sonradan çox hissəsini qaytarmışdır. Səyyarədən 2000 ABŞ dolları pulu borc kimi 2020-ci ilin dekabr ayının sonlarında almışdır. Belə ki, həmin vaxtı evinə kondisioner almalı idi və vəsaiti olmadığına görə həmin pulu ondan faizə deyil, borc kimi almışdır. Bundan sonra o, düşünmüşdür ki, Səyyarə xanımdan üzərindən artıq pul verməklə pul ala bilər. Bu məqsədlə də 2021-ci ilin iyul ayından ondan 8000 ABŞ dolları pulu yaşadığı evinin yanında, yəni Bakı şəhəri Nərimanov rayonu inzibati ərazisində almışdır. Götürdüyü 8000 ABŞ dolları pulun əvəzində aya 500 dollar artıq pul qaytarmalı olmuş, təxminən 1 ay sonra o, Səyyarəyə 3000 ABŞ dolları, təxminən 3 ay sonra 5000 ABŞ dolları pul vermişdir. Bu zaman Səyyarə ona faiz üçün nəzərdə tutulan pulu vermədiyini demiş və o da pulu sonra verəcəyinə söz vermişdir. 2022-ci ilin iyun ayında ona şəxsi ehtiyacları üçün pul lazım olduğundan Səyyarəyə guya tanışının yol-nəqliyyat hadisəsi törətdiyini, başqa şəxsə xəsarət yetirdiyini bildirib, zərərçəkmiş şəxsə vermək məqsədi ilə ondan 2000 ABŞ dolları borc istəmişdir. Belə ki, düşünmüşdür ki, Səyyarə buna görə ondan əlavə faiz pul istəməz. Səyyarə də ona həmin pulu vermiş və əlavə pul istəməyəcəyini, lakin əvvəlki faiz borcunu da qaytarmağı tələb etmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında 20.000 manat pul lazım olduğu üçün o, yenidən ondan faizə borc istəmişdir və həmin pulu Səyyarə ona 1 aylıq verdiyini, bunun əvəzində 22.000 manat pul qaytarmalı olduğunu demişdir. Odur ki, 2022-ci ilin dekabr ayında o, Səyyarəyə 22.000 manat pulu qaytarmışdır. Bir neçə gün sonra o, yenidən Səyyarədən 11.500 ABŞ dolları pul almışdır. Lakin, maddi vəziyyəti pisləşdiyi üçün ona nə əsas pulu, nə də ki, faiz pulu tam ödəyə bilməmişdir. Söz verdiyi 1 ay müddət gəlib çatsa da Səyyarəyə pulu verə bilməmiş və Səyyarə ona müxtəlif SMSlər yazıb, zənglər edib onu təhqir etmişdir. Bundan sonra Səyyarəyə 2023-cü ilin mart ayında 7000 ABŞ dolları, iyul ayında isə 3000 ABŞ dolları pul qaytarmışdır. Şahid5 təxminən 7 ildir ki, tanımışdır. Onu kimin vasitəsi ilə tanıdığını xatırlamamışdır. Təxminən 7 il əvvəl Rahibənin səhv müalicə nəticəsində diz nahiyəsində problemlər yaranmış və Rahibə həmin müalicəyə sərf etdiyi 7000 manat pulu həkimdən ala bilməmişdir. Ona dəymiş maddi ziyanın ödənilməsi məsələsində telefon vasitəsi ilə məsləhətlər verərək köməklik etmiş və beləcə aralarında tanışlıq yaranmışdır. Belə ki, Şahid5 azərbaycan dili və ədəbiyyat müəlliməsidir və qızının təhsili ilə bağlı dəfələrlə onunla əlaqə yaradıb məsləhətlər almışdır. 2023-cü ilin yay aylarında Rahibə zəng edərək özünün imtahandan uğurla keçsə də, məktəblərində dərs deyən Sevil və Elmira adlı müəllimələrin həmin imtahandan keçə bilmədiyini bildirib, tanışı varsa, onun işinə kömək etmələrini xahiş etmişdir. Ona bu işi həll edə biləcəyini bildirmiş və hər müəllimə üçün 10.000 manat olmaqla, ümumilikdə 20.000 manat pul lazım olduğunu demişdir. Belə ki, hər hansı tanışı olmamış və həmin şəxslərə məxsus pulu ələ keçirməyi, hər hansı iş görməməyi düşünmüşdür. Bundan sonra Rahibə razılaşmış və ona hər iki şəxsin şəxsiyyət vəsiqələrinin şəkilini “whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərməsini bildirmişdir. Rahibə hər iki şəxsin şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş və bu zaman məlum olmuşdur ki həmin şəxslər Zərərçəkmiş şəxs7 və X30rlar. 2023-cü ilin yay aylarında, təxminən avqust ayının sonlarında Rahibə zəng edərək pulu hazırladıqlarını və həmin şəxslərlə birlikdə görüşmək istədiyini bildirmişdir. Rahibəyə təklikdə görüşmək istədiyini, müəllimələri görmək istəmədiyini demişdir. Telefon danışıqlarından təxminən 1 saat sonra Rahibə və onun əri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyası yaxınlığında görüşmüş, Rahibəni ilk dəfə məhz orada görmüşdür. Belə ki tanışlıqlarından bu günə kimi Rahibə ilə daima telefon vasitəsi ilə əlaqə yaratmışdır. Görüş zamanı Rahibədən ərinin yanında 20.000 manat pulu avtomobilin içərisində təhvil almışdır. Həmin pul zərfin içərisində olmuş və pulu götürdükdən sonra Rahibəyə yalandan vədlər verərək sentyabr ayında müsahibənin olduğunu, müsahibədən sonra bu işi həll edə biləcəyini, bu işin ən gec oktyabr ayına qədər həll edəcəyini və bu işin həll olmama ehtimalının olmadığını bildirmişdir. Belə ki həmin vədləri verdiyi zaman onları icra etməyəcəyini bilmiş və niyyətini reallaşdırmaq, Rahibəni daha da inandırmaq üçün belə vədlər vermişdir. Bundan sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və Rahibəyə bildirdiyi oktyabr ayı gəlsə də, nə Sevil, nə də ki Elmira imtahandan keçirilməmişdir. Rahibə zəng edib bu barədə soruşduqda ona hər dəfə müxtəlif bəhanələr gətirmiş və səbirli olmasını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 tanışı Şahid9 vasitəsi ilə tanımışdır. Belə ki, Bəhruzu uzun müddətdir ki, tanımışdır. 2022-ci ilin yay aylarında Bəhruz ilə aralarındakı söhbət zamanı o, Mobil adlı dostunun olduğunu, onun övladı Vasifin BDU-nin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdiyini, prokurorluq orqanlarına işə qəbul olmaq istədiyini bildirib, ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o, düşünmüşdür ki, həmin şəxsi aldadaraq ona məxsus pulu ələ keçirsin. Bu işi həll edə bilməyəcəyini bilə-bilə, yalandan Bəhruza bildirmişdir ki, heç bir problem olmadan həmin şəxsi prokurorluq orqanlarına işə düzəldə bilər. Bundan sonra həmin şəxs ilə görüşmək istədiyini bildirmiş və bir neçə gün sonra Bəhruz Mobilin onunla görüşmək istədiyini bildirmişdir. O, Mobil və Bəhruz ilə birlikdə Bakı şəhəri “İnqilab” adlanan ərazidə yerləşən kafelərin birində görüşmüşlər. Görüş zamanı o, Mobil ilə tanış olmuş və Mobil ona oğlunun prokurorluq orqanlarına işə qəbul olmaq istədiyini bildirmişdir. O da bu işi həll edə biləcəyini bildirmiş və ondan oğlunun Bakının hansı rayonunda işləmək istədiyini soruşmuşdur. Mobil ona oğlunun Səbail rayonunda işləmək istədiyini bildirmiş və o, bu iş üçün ümumilikdə ondan 48.000 manat pul istəmişdir. Mobil onunla razılaşmış və bir neçə gün sonra əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra təxminən 2022-ci ilin iyun ayının sonlarında o, yenidən həmin ünvanda Bəhruz və Mobil ilə görüşmüş və görüş zamanı Mobil ona istifadə etdiyi avtomobilin içərisində 48.000 manat pul vermişdir. O, düşünmüşdür ki, Mobilin oğlu universiteti fərqlənmə ilə bitirib, bəlkə o, öz savadı hesabına imtahanı keçə bilər. Buna görə də Mobilə bildirmişdir ki, oğlu imtahana sənədləri hazırlayıb versin və bu formal olaraq onların işinə xeyir gətirəcəkdir. Bundan sonra onun oğlu Vasif imtahan vermiş və birinci turu öz hesabına keçmişdir. Növbəti turda Vasif imtahandan kəsilmiş və Mobil ona zəng edərək oğlunun imtahandan kəsildiyini bildirmişdir. Mobil ona oğlunun qısa müddətə prokurorluq orqanlarına işə düzələcəyini deyib ondan 3 ay vaxt istəmişdir. Lakin, bilmişdir ki, bu iş həllini tapmayacaq. Onlara söz verdiyi vaxt gəlib çatana kimi Mobil Bəhruz vasitəsilə işin gedişatını maraqlanmış və o, hər dəfə onlara yalan vəd vermişdir. Verdiyi vaxt gəlib çatdıqdan sonra Mobil ondan artıq vermiş olduğu 48.000 manat pulunu istəmiş və o, qısa müddət ərzində onun pulunu qaytaracağını bildirmişdir. Təxminən 1 il ərzində o, onlara müxtəlif bəhanələr gətirmiş, eyni zamanda onların telefonlarına cavab verməmiş və pulu Mobilə qaytarmamışdır. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində uzun müddətdir ki, tanıdığı dostu Təqsirləndirilən şəxs2 ona zəng edərək Mobil adlı şəxsdən pul alıb-almadığını soruşmuşdur. O da Surxaya baş verən hadisələri danışmış və öz şəxsi ehtiyaclarına xərcləmək məqsədilə Mobil aldadıb ona məxsus 48.000 manat pulu ələ keçirdiyi barədə məlumatı Surxaya vermişdir. Surxay ona həmin şəxslə onun iştirakı ilə görüşmək lazım olduğunu demişdir. Odur ki, onlar Mobil ilə Elmlər metrostansiyası yaxınlığında yerləşən “Qoçət” restoranında görüşmüşlər. Görüş zamanı Mobilin yanında Natiq adlı dostu da olmuşdur. Mobil orada ondan pulu tələb etmiş və Surxay ona həmin pulu qaytarmağı məsləhət görmüş və o da orada 2023-cü ilin noyabr ayının sonlarında pulu qaytaracağına söz vermişdir. Bundan sonra görüşləri başa çatmış və təxminən 1 ay sonra, yəni 2023-cü ilin noyabr ayında o, BMCMİ tərəfindən saxlanılmışdır. Şahid1 uzun müddətdir ki tanımışdır. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil almışdır. Həmin vaxtlarda Şahid1 da BDU-nun filologiya fakültəsində oxumuş və onların hər ikisi universitetdə həmkarlar ittifaqına üzv olaraq tanış olmuşlar. Tanışlıq münasibətləri yaranmış və müntəzəm olaraq onunla telefonla əlaqə saxlamışlar. O, öz haqqında daim ona yalan məlumatlar verərək, müxtəlif sahələrdə olan vəzifəli şəxslərin adlarını çəkib guya onlarla yaxın münasibəti olduğuna dair yalan məlumatlar verməklə özü barədə onda yüksək fikir yaratmışdır. Elnarəyə nəsə problemi olsa, onunla əlaqə saxlamasını, kömək edə biləcəyini bildirmişdir. Bir gün Elnarə ona zəng edərək İradə adlı yaxınının olduğunu, İradənin nəvəsinin universitetə qəbul imtahanından kəsildiyini, ona Azərbaycanda yerləşən universitetə qəbul edilməsinə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, Elnarədən həmin şəxsin kim olduğunu soruşduqda, Elnarə ona bildirmişdir ki, o, əvvəllər ABU-da kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. Maddi durumunun nə səviyyədə olduğu barədə suala isə Elnarə ona İradənin maddi durumunun yuxarı səviyyədə olmadığını bildirmişdir. Həmin vaxtı ona şəxsi ehtiyacları üçün pul lazım olduğundan düşünmüşdür ki, İradəyə məxsus pulu ələ keçirsin. Lakin, İradənin təhsil sektorunda işləməsi və bu sahədən anlayışının olması onu bir az narahat etmişdir. Ona görə də Elnarədən vaxt istəmiş və bir müddət sonra özünün ona zəng edəcəyini bildirmişdir. Sonradan düşünmüşdür ki, birbaşa buradakı universitetlərə İradənin nəvəsinin daxil olacağını desə, bu inandırıcı olmaz. İradə də təhsil sektorunda işlədiyi üçün onun yalan danışdığını anlayar. Ən yaxşısı, İradəyə onun nəvəsini xaricdə təhsil almağa göndərəcəyini, bir müddət sonra isə onu Azərbaycan Kooperasiya Universitetinə təhsil yerinin dəyişdiriləcəyi ilə bağlı yalan vəd verib ondan pul alsın. Bu barədə məlumatlara sahib olmaq üçün tələbələri xaricdə təhsil almağa göndərmək fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin rəhbəri tanışı Elnur Qaybəliyev ilə əlaqə saxlamış və bir nəfər qohumunu xaricdə təhsil almağa Dağıstan Dövlət Universitetin turizm fakültəsinə göndərmək istədiyini bildirmişdir. Elnur ona Dağıstan Aqrar Universitetinin turizm fakültəsinə həmin şəxsi qəbul etdirə biləcəyini bildirmişdir. Elnur ona bu işin həlli üçün 2000 manat pul lazım olduğunu və həmin pula 1 illik təhsil haqqı, şirkətin göstərdiyi xidmət xərci, notariat xidmətlərin xərci, sığorta xərci, qeydiyyat xərci, yataqxana və poçt xərcləri kimi xərclərin daxil olduğunu bildirmişdir. Bundan sonra o, Elnarəyə zəng edərək İradənin nəvəsini Dağıstan Aqrar Universitetinin turizm fakültəsinə təhsil almağa göndərəcəyini, bir müddət sonra isə onu Azərbaycan Kooperasiya Universitetinə təhsil yerinin dəyişdirə biləcəyini bildirərək ümumi bütün bu işlərin həlli üçün əslində 10.000 ABŞ dolları lazım olduğunu, lakin onun İradə ilə yaxşı münasibətləri olduğunu da nəzərə alaraq 1000 dollar da aşağı qiymətə, yəni 9000 ABŞ dolları pulun qarşılığında ona kömək edə biləcəyini bildirmişdir. Təxminən 1-2 gün sonra yəni 2023-cü ilin oktyabr ayının sonlarında onlar, yəni Elnarə, o, İradə adlı qadın, onun qızı və kürəkəni Bakı şəhəri, Yasamal rayonu, Elmlər metrostansiyası yaxınlığında kafelərin birində görüşmüş və görüş zamanı onlar ondan bu barədə soruşduqda onlara bir neçə ay sonra İradənin nəvəsi X36 Aqrar Universitetinin turizm fakültəsinə təhsil almağa göndərəcəyini, bir müddət sonra isə onu Azərbaycan Kooperasiya Universitetinə təhsil yerinin dəyişdirəcəyini demişdir. İradə ona yer dəyişməni necə həll edəcəyini soruşduqda, ona yüksək vəzifəli şəxslər ilə qohum-dost olduğunu, bu işi onlar vasitəsilə edəcəyini, həmin şəxslərə çatması üçün 9000 ABŞ dolları pul lazım olduğunu demiş və pulu hazırda kafedə ona deyil, Elnarəyə kənarda vermələrini bildirmişdir. Həmin şəxslər ona inanmış və o, X31 məxsus şəxsiyyət vəsiqəsini, xarici pasportu, orta təhsil haqqında attestatı onlardan götürmüşdür. Həmin şəxslər onunla sağollaşaraq Elnarə ilə birlikdə kafeni tərk etmişdilər. Bundan sonra o, kafenin qarşısında saxladığı istifadə etdiyində olan avtomobilə əyləşmiş və təxminən 5 dəqiqə sonra Elnarə onun yanına gələrək 9000 ABŞ dolları pulu ona vermişdir. O, həmin puldan 2000 manatını dərhal Elnura məxsus ofisə gedib ödəniş etmiş və İradə Nəcəfovanın sənədlərini ona təqdim etmişdir. Bundan sonra Elnur qeyd edilən sənədlərlə qeydiyyat işini tamamlamış və sənədləri ona qaytarmışdır. Elnur ona İradə Nəcəfovanın sənədlərinin qaydasında olduğunu və çağırılan vaxt onun müsahibəyə gəlməli olduğunu bildirmişdir. O da onun dediyini Elnarəyə bildirmiş və bir müddət sonra həmin şəxslər müsahibəyə gedib müsahibəni uğurla keçmişdilər. Elnur bütün rəsmiləşdirmə işlərini uğurla tamamlamış və artıq İradə Nəcəfovanın həmin universitetin tələbəsi olması tam təsdiq edilmiş və o da bu üsulla bir neçə ay vaxt qazana biləcəyini düşünmüşdür. Bir müddət sonra isə hazırki cinayət işi üzrə saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən sənədlər də avtomobilinə keçirilən baxış zamanı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 16 iyul 2024-cü il tarixdə ifadə verərəkən ona Azərbaycan Respublikası CM-in 178.3.2, 182.2.1 və 182.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək 31 may 2024-cü il tarixli ifadəsini təsdiq etməklə əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs8 dostu Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımış, onunla bir dəfə görüşmüşdür. Nə üçün görüşdüyünü xatırlamamış, barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin şəxsdən pul almamışdır. Zərərçəkmiş şəxs10 Aynur və Aybəniz adlı şəxslər vasitəsi ilə tanımışdır. Vladim Sumqayıtda yerləşən məktəblərdən birinin direktorudur və tanışları həmin məktəbdə işləmişlər. Vladim onların illik dərs saatlarını az yazdığı üçün zəng edərək dərs saatlarının artırılması ilə bağlı xahiş etmək qərarına gəlmişdir. Ona görə də 2023-cü ilin sentyabr ayında ***-***-**-** mobil nömrəsi ilə istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Telefon danışıqları zamanı ona özünü jurnalist kimi təqdim edərək Aynur və Aybəniz adlı şəxslərə kömək etməsini xahiş etmişdir. Bu zaman Vladim dərs cədvəlinin artıq bölündüyünü və bunun dəyişməsinin qeyri-mümkün olduğunu bildirmiş, Vladimin bu cavabından çox əsəbiəşmiş və ona əgər dediklərini etməsə barəsində məqalə paylaşacağını, müəllimlərdən pul yığdığını bildirmiş, lakin, hər hansı məbləğdə pul istəməmişdir. Bundan sonra danışıqları başa çatmış və bir müddət gözlədikdən sonra həmin şəxslərin dərs saatlarının artırılmadığını gördüyünə görə Vladim barəsində məqalə paylaşmağa qərar vermişdir. Belə ki, jurnalist işləyən tanışları çox olmuş və düşünmüşdür ki, onlar vasitəsi ilə məqaləni paylaşa bilər. Məqaləni paylaşmaqda məqsədi Vladimdən qisas almaq olmuşdur. Bir az araşdırma aparmış və Vladimin arvadının da pedaqoq olduğunu müəyyən etmiş, ona görə də onun və arvadının barəsində həqiqəqə uyğun olmayan məqaləni özündən uydurmuş və tanışlarına bu barədə məqaləni paylaşmağı məsləhət görmüşdür. Jurnalist tanışları bu məqalənin düz olub-olmadığın soruşduqda onlara məqalənin həqiqət olduğunu demiş və onlar bu barədə məqalə paylaşmışlar. Lakin qeyd etdiklərinin Təqsirləndirilən şəxs2 ilə hər hansı əlaqəsi olmamış, nə özü, nə də ki Surxaya çatması məqsədi ilə Vladimdən pul istəməmiş və ya almamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək 10 may 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, uzun müddət jurnalistika fəaliyyətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 25 ildir ki tanıyır və həmin şəxs ilə yaxın dost olmuşdur. Belə ki həmin şəxs də əslən Gədəbəy rayonundandır və onlar tələbəlik vaxtlarından bir-birini tanımışlar. Universiteti bitirdikdən sonra birlikdə bir müddət jurnalist fəaliyyəti ilə məşğul olmuşlar. 2004-cü ildən 2016-cı ilə qədər “bizim dövr” qəzetinin baş redaktoru kimi, Hikmət isə müavini, yəni baş redaktorun müavini vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs5 ortaq tanışları Şahid10 və Şahid9 vasitəsi ilə tanımışdır. Bəhruz və Natiqi uzun müddətdir ki tanımışdır. Hikmət həbs edilməmişdən təxminən 4-5 ay əvvəl, yəni 2023-cü ilin yay aylarında Hikmətin Bəhruz vasitəsi ilə Mobil adlı şəxsin oğlunu prokurorluq orqanlarında işə düzəldilməsi üçün 48.000 manat pul aldığını eşitmişdir. Düşünmüşdür ki, Şahid10 Bəhruz ilə dostdur və o Mobil adlı şəxsi də tanıyar. Bu məqsədlə də Şahid10 zəng etmiş və Mobil adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Həmin şəxs Mobil ilə yaxın dost olduğunu bildirmiş, bundan sonra ona Hikmət adlı şəxsin yaxın dostu olduğunu demişdir. Natiq onunla görüşmək istədiyini bildirmiş və onlar qısa müddət ərzində görüşmüşlər. Görüş zamanı Natiq Zərərçəkmiş şəxs5 ilə görüşməli olduqlarını bildirmiş və onlar birlikdə Bakı şəhəri, Nərimanov metrostansiyası yaxınlığında yerləşən “MADO” adlı restoranda görüşmüşlər. Mobili ilk dəfə məhz həmin günü, həmin restoranda görmüşdür. Görüş zamanı Mobil təxminən 1 il əvvəl Hikmətə oğlunu prokurorluq orqanlarına xidmətə qəbul edilməsi üçün pul verdiyini bildirmişdir. Görüşdə Şahid10 da iştirak etsə də o siqaret çəkmək və telefonla danışmaq üçün kənara çəkilmiş və Mobil ilə arasında olan bu söhbəti eşitməmişdir. Mobil Hikmətdən pulu almağa kömək etməyi bildirmiş və Mobilə bu söhbət həqiqətən baş veribsə Hikmətdən pulu almağa ona kömək edəcəyini demişdir. Bundan sonra sağollaşaraq kafeni tərk etmiş, növbəti gün, Hikmət ilə Elmlər metrostansiyası yaxınlığında “Büyükfırat” adlı restoranda görüşmüşdür. Görüş zamanı Hikmət Mobildən aldığı pulu inkar edərək, Mobildən bu barədə pul almadığını bildirib, bu işə qarışmamağını məsləhət görmüşdür. Təxminən 15 gün sonra Mobil özü zəng etmiş və Natiqin iştirakı ilə onunla görüşmüşdür. Görüş zamanı Hikmətin dediklərini Mobilə çatdırmış və ona Hikmətin ondan pul almadığını dediyini bildirmişdir. Təxminən 1 ay sonra Mobil ilə təklikdə Bakı şəhəri, Elmlər metrostansiyası yaxınlığında küçədə görüşmüş və ona şəxsi ehtiyacları üçün 15.000 manat pul lazım olduğunu deyib, ondan həmin pulu borc istəmişdir. Mobil həmin pulu 2 gün ərzində verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Mobil ilə Elmlər metrostansiyası yaxınlığında görüşmüş və Mobil 13.000 manat pulu borc kimi vermişdir. Həmin pulu bir neçə ay müddətində qaytaracağına söz vermişdir. 2023-cü ilin dekabr ayında Binəqədi rayonu, 1-ci mikrorayon ərazisində yerləşən çayxanaların birində Mobil ilə görüşüb 13.000 manat pulu təklikdə ona qaytarmışdır. Daha sonra Mobilin özü və Təqsirləndirilən şəxs1 barəsində şikayət ərizəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini eşitmişdir. Pulu qaytarmağına baxmayaraq nə üçün bu barədə ərizə yazdığını başa düşməmiş və həmin pulu ona yenidən Şahid10 vasitəsi ilə qaytarmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 AR CM-in 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək 16 iyul 2024-cü il tarixli ifadəsində qeyd etmişdir ki, Oqtay Abdullayevi tanımamış və o istintaqa həqiqətə uyğun olmayan ifadə vermiş, üzləşdirmə istintaq hərəkəti zamanı həmin ifadəsini ona qarşı da təsdiqləmişdir. Lakin onu tanımamış və nə üçün belə ifadə verdiyini başa düşə bilməmişdir. Zərərçəkmiş şəxs10 onun və Təqsirləndirilən şəxs1 barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs10 ilə onun hər hansı telefon danışığı olmamış, onunla kimin danışdığını bilməmişdir.Onun adından kimin Zərərçəkmiş şəxs10 pul istəməsini bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 X1dan keçməsi üçün pul vermişdir. Hikməti şəxsən tanımır, sonuncunu müəllim yoldaşı Rahibə xanımın vasitəsilə tanımışdır. Belə ki, Hikmət həmin müəllim yoldaşına əvvəllər köməklik etmiş, bu səbəbdən də Rahibə Təqsirləndirilən şəxs1 ona bu işi görə biləcək şəxs kimi təqdim etmişdir. Bu səbəbdən O, 10 min manat pul toplayıb Hikmətə çatdırması üçün Rahibəyə vermiş, Rahibə müəllimə də həmin pulu Hikmətə çatdırmışdır. Lakin sonradan iş alınmamış və o pulunu geri tələb etmişdir. Onun bu tələbindən sonra Rahibə müəllimə verdiyi pulu Hikmətdən alıb onun özünə qaytarmışdır. Onun özünün Hikmətlə birbaşa dialoqu olmamış, bütün danışıqlar Rahibə müəlimə vasitəsilə aparılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, pulunu geri aldığı üçün hazırda Təqsirləndirilən şəxs1 qarşı şikayəti yoxdur. İbtidai istintaqa verdiyi geniş ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, əvvəllər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. Nəvəsi bir neçə il ərzində ali məktəbə daxil ola bilməmiş, bu ailəlikcə onları narahat etmişdir. Onunla eyni universitetdə müəllimə işləyən keçmiş iş yoldaşı Şahid1 təsadüfi söhbət əsnasında ona bildirmişdir ki, onun yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs1 adlı tanışı vardır. O, Hikmət adlı tanışının nəvəsinin ali məktəblərdən birinə daxil olmasına köməklik edə biləcəyini söyləmişdir. Elnarədən onu həmin şəxslə tanış etməsini xahiş etmişdir. Elnarə əvvəlcə buna razılıq verməsə də sonradan onunla razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Hikmət nəvəsini universitetə qəbul etdirə biləcəyini söyləmiş, bunun müqabilində onlardan pul istəmiş, onlar da 9000 (doqquz min) ABŞ dolları məbləğində pul düzəldib Elnarənin vasitəsilə Hikmətə vermişlər. Pul verildikdikdən 1 (bir) ay sonra ona Korrupsiyaya qarşı Mübarizə İdarəsindən zəng edilərək Təqsirləndirilən şəxs1 tutulması, onun özünün də dindirilməsinin zəruri olması barədə məlumat verilmişdir. Bundan sonra, o dərhal Elnarəyə zəng vuraraq pulunu qaytarmalarını tələb etmişdir. X51 Təhlükəsizlik Xidmətində işlədiyini bildirmiş, onun tutula bilməsinin mümkünsüz olduğunu söyləmişdir. O, Elnarədən pulunu xoşluqla vermələrini tələb etmişdir. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə təqdim etmiş, bundan sonra Hikmətlə onun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Bu zaman Hikmət Elnarənin ona 5000 (beş min) ABŞ dolları məbləğində pul verdiyini, qalan 4000 (dörd min) dollar pulun Elnarədə olduğunu bildirmişdir. O, evə gəlib Elnarəyə zəng vurub pulunu qaytarmasını bildirsə də o, Hikmətin ona borcu olduğunu söyləmişdir. O, Hikmətin qardaşına pulunu qaytarmalarını bildirmiş, bundan sonra ona 8000 (səkkiz min) manat məbləğində pul ödənilmişdir. O, Hikmətin qardaşı və vəkili ilə birgə notariusa getmişdir. Hikmət onunla görüşəndə harada işlədiyini söyləməmişdir. O da Hikmətdən bu barədə heç nə soruşmamışdır. Elnarə Hikməti nə zamandan bəri tanıdığını ona deməmişdir. O, sadəcə bildirmişdir ki, Hikmətlə dəfələrlə belə işlər görmüşlər. Elnarəyə Hikmətin tutulduğunu bildirdikdə o, bu barədə məlumatı olmadığnı, bunun mümkünsüz olduğunu, məsələni öyrənmək üçün Hikmətin qardaşı ilə əlaqə saxlayacağını söyləmişdir. Daha sonra Elnarə ona zəng vuraraq Hikmətin başqa işlə əlaqədar tutulduğunu bildirmişdir. Hesab edir ki, Elnarə Hikmətin DTX-də işləmədiyini bilsə də onu inandırmaq üçün belə demişdir. Belə ki, müstəntiq X40 ilə Hikmətin dəfələrlə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gəldiklərini, camaatı aldatdıqlarını bildirmişdir. Elnarə onun pulunu qaytarmadığından onu mülki mühakimə qaydasında məhkəməyə vermək niyyətindədir. O, Elnarədən şikayətçidir, Hikmətdən isə şikayətçi deyildir. Bir daha bildirir ki, Hikmətə 9000 (doqquz min) dollar məbləğində pul vermişdir. Pulu əvəlcə notariat kontoru vasitəsilə vermək istəsə də, notaruslar bağlı olduğu üçün bu, mümkün olmamışdır. O, pulu ertəsi gün notarius vasitəsilə vermək istədiyini bidlirsə də, Elnarə ərizə yazaraq ondan 9000 (doqquz min) dollar məbləğində pulu, yazılı ərizə ilə alıb Hikmətə vermişdir. Elnarə pulu ondan, qızından və kürəkənindən götürməsi məzmununda ərizə yazmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr aylarında o, Xızı rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2020-ci ilin sonlarında bir nəfər tanımadığı şəxs 050-214-lə başlayan mobil nömrəsindən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona zəng etmiş, zəng edən şəxs “Siz şəhid ailələri adından müəllimlərdən pul yığaraq onu mənimsəmisiniz” deyə bildirmişdir. O isə belə hadisənin baş vermədiyini, bunun mümkün olmadığını demişdir. Sonra internet xəbər saytında məqalə çıxmış və ona 1-2 gün içərisində təkrar zəng gəlmişdir. Zəng edən şəxs özünü Surxay kimi təqdim etmişdir. O, Surxayı şəxsən tanımamışdır. Surxayın ona zəng etdiyi vaxta qədər sonuncu ilə əlaqələri olmamışdır. Surxay telefonda ona bildirmişdir ki, “onun barəsində məqalə yazılıb, onun da mövqeyini qeyd etmək lazimdır”. O isə cavabında: “Mən yaşlı adamam, bu hərəkət düzgün deyil. Mənim övladlarım var, onlar da bu ölkədə xidmət edir, bu yaşdan sonra onları utandırmaq lazım deyil” deyə cavab vermişdir. Surxayın tələb etdiyi pulu verə bilmədiyi üçün onlar ortaq qərara gələ bilməmişlər. O, çox pul verə bilməyəcəyini bildirmiş. Bir daha vurğulayır ki, Surxay məqalənin saytdan götürülməsinə görə pul tələb etmiş, bu məqsədlə ona iki dəfə zəng etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Surxay məqalənin silinməsi üçün ondan 1000 manat pul tələb etmişdir. Amma o, pul verməmişdir. Həm yaşlı, həm xəstədir. Xəstəliyi ilə əlaqədar ürək əməliyyatı keçirmişdir. Vurğulayır ki, məqalənin yayımlanması ona pis təsir etmişdir. Surxayla görüşməyə cəhd etməmişdir. Məqalə “Aktual xəbər” internet saytında dərc olunmuşdur. Həmin şəxsin Surxay olduğunu yalnız üzləşmə prosesində bilmişdir. Ondan qabaq bilməmişdir. Telefonda səsli zənglə danışmış, video-zənglə danışmamışdır. Məqalədə qeyd olunmuşdur ki, “Oqtay müəllim şəhid ailələrinə yardım adı ilə müəllimlərdən pul yığır.” Hədə məqalənin saytdan götürülməsindən ibarət olmuşdur. Onu müstəntiq çağırmış, çağırılmadan qabaq o, özü ərizə ilə müraciət etməmişdir. Üzləşdirilmədə gördüyü şəxsin məhkəmədə təqsirləndirilən şəxs qismində iştirak edən Təqsirləndirilən şəxs2 olduğunu təsdiq edir. Hadisə illər öncə olduğu üçün ona zəng edən nömrəni tam xatırlamır, yalnız yadındadır ki, telefon nömrəsi 2 rəqəmi ilə başlamışdır. Surxay istintaqa dəvət edildiyi ərəfədə məqalə saytdan silinmişdir. Xatirindədir ki, Surxay ona “Whatsapp” tətbiqi vasitəsilə zəng etmişdir. Eyni zamanda bildirir ki, Sona xanım onunla ailə dostudur və hüquqşünasdır. O Sonaya vəziyyəti danışmış və Sona, Surxayla danışa biləcəyini demişdir. İki gün sonra Sona bildirmişdir ki, Surxay onun telefonlarına cavab vermir. Məhkəməyə bildirir ki, Müstəntiq tərəfindən yazılmış ifadəni təsdiq edir. Ona təqdim olunmuş dindirilmə protokolundakı imza onun imzasıdır. Hazırda şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 qeyd edilən ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir təhsil sahəsində işləmişdir. İxtisasca ingilis dili müəllimidir və hal-hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. Əvvəllər, yəni 2006-2022-ci illər ərzində Xızı rayonu Təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bundan sonra rəhbəri olduğu qurum ləğv edilməklə Abşeron-Xızı Regional Təhsil İdarəsi yaradılmış və o, həmin idarəyə baş məsləhətçi təyin edilmişdir. İİ Qarabağ Müharibəsindən sonra onun bir neçə şagirdi müharibə dövründə şəhid olmuş və o, müntəzəm olaraq bacardığı qədər həmin şəxslərin ailələrinə yardımlar etməyə başlamışdır. Həmin yardımları etməkdə hər hansı başqa məqsədi olmamış, sadəcə bir azərbaycanlı kimi bunu özünün vicdan borcu hesab edərək etmişdir. 2020-ci ilin sonlarında, yəni dekabr ayında bir nəfər tanımadığı şəxs 050- 214-lə başlayan mobil nömrəsindən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona zəng etmiş və özünü jurnalist Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxs ona bildirmişdir ki, o, guya rəhbəri olduğu məktəblərdən, direktorlardan, müəllimlərdən pul, yəni rüşvət alır və özünü yaxşı təhsil müdiri kimi qələmə vermək məqsədi ilə şəhid ailələrinə maddi yardımları həmin pullar hesabına edir. O, belə bir şey ola bilməyəcəyini, bunun şər və böhtan xarakterli olduğunu bildirmişdir. Bu zaman Surxay ona demişdir ki, bu barədə məqalə dərc edəcək. O, bu məqalənin onun işgüzar nüfuzuna və şəxsiyyətinə xələl gətirəcəyini, həqiqətə uyğun olmayan məzmunda məqaləni dərc etməməyi xahiş etmişdir. Bu zaman Surxay ona bildirmişdir ki, ona 1000 manat pulu verməyəcəyi təqdirdə onun barəsində həmin məqaləni dərc edəcək. O, Surxaya bildirmişdir ki, həmin şəxsi görməyəcəyi təqdirdə onunla bu barədə söhbət edə bilməyəcək. Təqsirləndirilən şəxs2 onunla görüşməkdən imtina etmiş və ona bildirmişdir ki, onunla görüntülü şəkildə danışa bilər. Odur ki, həmin mobil tətbiqdə onunla videozəng vasitəsi ilə danışmış və həmin şəxsin zahiri görkəmini görmüşdür. Video danışığı zamanı həmin şəxs hədə-qorxu ilə ondan 1000 manat pul istəmiş və o, həmin pulu verməyəcəyini bildirərək telefonu söndürmüşdür. Təxminən bir gün sonra tanışları ona internetdə barəsində məqalə dərc edildiyini bildirmişdir. O, həmin məqaləni oxuduğu zaman onun Təqsirləndirilən şəxs2 tərəfindən yazıldığını görmüş və Surxay ona pulu vermədiyini gördüyünə görə onun guya ki məktəblərdən, direktorlardan, müəllimlərdən pul, yəni rüşvət aldığını, özünü yaxşı təhsil müdiri kimi qələmə vermək məqsədi ilə şəhid ailələrinə maddi yardımları həmin pullar ilə etdiyini əks etdirmişdir. O, həmin məqalə nəticəsində rüsvay olacağını düşündüyü üçün bu barədə tanışı Sona adlı şəxsə müraciət etmişdir. Belə ki, Sona adlı şəxs ixtisasca jurnalist olmaqla, onu uzun müddətdir ki, tanmışıdır. Düşünmüşdür ki, həmin şəxs Surxayı da tanıyar və ondan məqalənin silinməsini tələb edə bilər. Bu barədə Sona adlı şəxs ilə telefon danışığı zamanı məlumat vermiş və Sonaya baş verən hadisələri danışmışdır. Sona ona özünün Surxay ilə danışacağını demiş və bir müddət sonra Surxayın onun telefon zənglərinə cavab vermədiyini bildirmişdir. O, bu hadisədən sonra artıq Surxayın məqaləsini sildirə bilməyəcəyini başa düşmüşdür. Bu hadisədən bir neçə il sonra o, eşitmişdir ki, Təqsirləndirilən şəxs2 BMCMİ-də aparılan cinayət işinin istintaqı zamanı həbs edilmişdir və qərara gəlmişdir ki, özü gəlib baş vermiş cinayət hadisəsi ilə bağlı məlumat versin. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında Sumqayıt şəhəri “Evdə” fərdi təhsil məktəbinə direktor təyin olunmuşdur. Təyin olunduqdan sonra məktəbdə ümumi yoxlamalar aparmışdır. Bu zaman müəyyən etmişdir ki, Aybəniz adlı müəllimənin əvəzinə onun təsərrüfat müdiri işləyən qızı Aynur dərs keçmişdir. Bundan sonra o, həmin müəllimi məktəbdən uzaqlaşdırmaq istəmişdir. Sentyabr ayında dərs bölgüsü zamanı həmin müəllimə dərs saatı ayırmamış və bundan sonra ona zənglər başlanmışdır. Belə ki, “Aktual xəbər.az” saytında barəsində silsilə rüsvayedici xəbərlər yazılmağa başlanmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlamış, materialların silinməsi üçün ondan 1000 manat pul istəmişdir. Hikmət özünü “Aktualxeber.az” saytının rəhbəri kimi təqdim etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, barəsində yayılmış rüsvayedici məlumatlar əvvəlcə “Aktualxeber.az” internet saytında, daha sonra isə digər saytlarda yayılmağa başlamışdır. Təqsirləndirilən şəxs1 görməmiş, onunla yalnız telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs1 onun adını istintaqda hallandırdığı üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və ərizə vermişdir. “Aktualxeber.az” saytının kimə məxsus olması ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs2 tanımır, Surxay şəxsən ondan pul tələb etməmişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, ondan tələb etdiyi 1000 (min) manatın 500 manatı onun özünə, 500 manatı isə Təqsirləndirilən şəxs2 çatacaqdır. Saytda gedən xəbərləri özündə saxlamamışdır. Ayrı-ayrı saytlarda barəsində xəbərlər yayılmağa başlanmış, həmin saytlar xəbəri “Aktualxeber.az”-dan götürdüklərini qeyd etmişlər. Yəni digər saytlarda yayılan xəbərlər aktualxeber.az saytına istinad edilməklə tirajlanmışdır. Həmin saytlardan biri kimi “Turantv”-ni xatırlayır. Məhkəmənin diqqətinə çatdırır ki, başına gələnlərlə bağlı Hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, özləri onu dəvət etmişlər. Belə ki, hüquq-mühafizə orqanına müraciət etməyə vaxtı olmamışdır. İbtidai istintaq zamanı ifadəsini oxuyub imzalamışdır. Təqsirləndirilən şəxs1 hazırda şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X41 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 müəllim həmkarları Zərərçəkmiş şəxs7 və Şahid5 vasitəsilə tanımışdır. Belə ki, Şahid5 Sevinc adlı həkim ayağından səhv əməliyyat etmiş və Şahid5 səhhəti pisləşmişdir. Həmin həkim Şahid5 aldığı külli miqdarda pulu da geri qaytarmaq istəməmişdir. Təqsirləndirilən şəxs1 Rahibə müəllimə təmənnasız kömək edərək, pulunun ona qaytarılmasına nail olmuşdur. Bundan başqa, o və rəfiqəsi Zərərçəkmiş şəxs7 X1dan kəsilmişlər. Söhbətləri zamanı Sevil ona Rahibənin Hikmət adlı tanışı olmasını, problemi həll etməyə köməklik edəcəyini demişdir. O və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1 tərəfindən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı işlərinin həll olunması üçün Təqsirləndirilən şəxs1 hər biri 10 min manat məbləğində pul vermişlər. Həmin məbləği onlar özləri təklif etmişlər. 10 min manat pul müqabilində Təqsirləndirilən şəxs1 vəkilə ödəniş və digər işin gedişatı ilə bağlı xərcləri ödəyərək, məhkəmə yolu ilə işin həll edilməsini vəd vermişdir. Lakin, sonradan iş həll olunmamış və onların pulu geri qaytarılmışdır. Onlar düşünmüşlər ki, Təqsirləndirilən şəxs1 jurnalist olduğu üçün geniş çevrəyə malikdir və işi həll edə biləcəkdir. Təqsirləndirilən şəxs1 onların pulunu təxminən 4-5 ay keçdikdən sonra geri qaytarmışdır. Hazırda şikayəti, tələbi yoxdur, ona vurulmuş ziyan tam ödənilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ixtisasca həkimdir. Təqsirləndirilən şəxs1 həkim tanışlarının vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs1 ona dərman preparatlarının xarici ölkədən gətirilib satılması və qazanc əldə olunmasını təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 iş birliyi üçün hissə-hissə olmaqla müxtəlif vaxtlarda pul vermişdir. Təqsirləndirilən şəxs1 iş alınmadığına görə ona həmin pulları hissə-hissə geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 özünü Prezident Adminstrasiyasının əməkdaşı kimi təqdim edərək, adminstrasiyada jurnalist kimi fəaliyyət göstərdiyini demişdir. Təqsirləndirilən şəxs1 pulları hissə-hissə olmaqla müxtəlif vaxtlarda vermişdir. Təqsirləndirilən şəxs1 ona verdiyi pullar müqabilində hər hansı gəlir məbləği ödəməmişdir. Təqsirləndirilən şəxs1 qarşı şikayəti, tələbi yoxdur, bu barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qeyd edilən ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ixtisasca ginekoloq-həkimdir və Bakı şəhəri Baş Səhiyyə İdarəsində çalışmışdır. İşlədiyi işlə əlaqədar olaraq müntəzəm olaraq konfranslara qatılmışdır. Belə ki, həmin konfranslar ginekoloji mövzulara aid olmaqla, həkimlərin dəvəti ilə həyata keçirilir. 2019-cu ildə olan konfransda tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Ətrafında olan şəxslərdən onun kim olduğunu soruşduqda, onlar bu şəxsin adının Hikmət olduğunu demişlər. Hikmətlə söhbət zamanı o, özünün riyaziyyat və hüquq təhsili üzrə ali təhsil aldığını, məxfi işdə işlədiyini, iş yerini dəqiqliklə deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra Hikmət ona “Facebook” sosial şəbəkəsində mesaj yazaraq münasibət saxlamış və beləcə Təqsirləndirilən şəxs1 ilə münasibətləri yaranmışdır. Danışıqları zamanı Hikmət ondan hansı dərmanların daha çox xəstələrə yazıldığını soruşmuş və o, dərman adlarını ona sadalamışdır. Bundan sonra Hikmət ona özünün həmin dərman preparatlarını ölkəyə gətirmək istədiyini bildirib, onun da bu işə pul qoyacağı təqdirdə yaxşı gəlir əldə edə biləcəyini demişdir. O, bu işə nə qədər pul qoymaq lazım olduğunu soruşduqda, Hikmət ona “nə qədər çox qoyarsansa, bir o qədər çox xeyir götürərsən” ifadəsini işlətdiyini demişdir. 2020-ci ilin sonlarında, yəni 30 dekabr 2020-ci ildə Hikmətlə danışığı zamanı Hikmət ona ilin sonu olduğu üçün özündə pul olmadığını, pullarının hesabda olduğunu, evinə kondisioner almalı olduğunu deyib və ondan 2000 ABŞ dolları borc pul istəmişdir. O, ona həmin pulu yaşadığı evin yanında, yəni ünvan 6 ünvanında görüşərək təklikdə vermişdir. Bundan sonra Hikmət ondan birlikdə quracaqları iş üçün ödəniş etməyini xahiş etmiş və o, 27 iyul 2021-ci il tarixdə 8000 ABŞ dolları pulu yaşadığı binanın qarşısında təklikdə ona vermişdir. Hikmət ona işlərin qaydasına düşəcəyi təqdirdə mütəmadi olaraq ona gəlirdən pay verəcəyini bildirmişdir. İyul ayından sonra o tez-tez ona işlə bağlı suallar verir və nə üçün gəlir əldə etmədiyini soruşurmuş. Lakin, dekabr ayına qədər o Hikmətdən hər hansı məbləğdə ödəniş almamışdır. Bu zaman Hikmətə onun ondan 2000 ABŞ dolları borc aldığını xatırlatmış və ona heç olmasa borcunu qaytarmasını bildirmişdir. Gedişatdan narazı olduğunu görən Hikmət xx.xx.2021-ci il tarixdə ona 2000 ABŞ dolları pulu verərək ondan aldığı borcu ödədiyini, qısa müddətdə ona 8000 ABŞ dolları vəsait xərclədiyi işin nəticəsindən gəlirdən də pay verəcəyini demişdir və 26.01,2022-ci ildə onun inamını qazanmaq məqsədi ilə 3000 ABŞ dolları pulu yaşadığı evin yaxınlığında ona verərək həmin pulun dərman işindən əldə olunan gəlir olduğunu demişdir. O, bu pulu götürdükdən sonra Hikmətə qarşı inamı yaranmış və onun həqiqətən də ona mütəmadi gəlirdən pay verəcəyini düşünmüşdür. xx.xx.2022-ci il tarixdə Hikmət ona bütün pullarını müxtəlif işlərə yatırdığını, əlində nəğd pul olmadığını, tanışının yol- nəqliyyat hadisəsi törətdiyini, başqa şəxsə xəsarət yetirdiyini bildirib, zərərçəkmiş şəxsə vermək məqsədi ilə ondan 2000 ABŞ dolları borc istəmişdir. O, ona inanaraq 2000 ABŞ dolları pulu həmin gün ona vermişdir. Bir müddət sonra, yəni 2022-ci ilin oktyabr ayında Hikmət ona işlərin qaydasında getdiyini, lakin dərman işinə bir az da sərmayə yatırmaq lazım olduğunu bildirmiş və ona müxtəlif yalan vədlər verərək inandırmışdır. Onun sözlərinə görə pulu işə yatırdıqdan sonra xeyli gəlir əldə etməli idilər. O, ona inanaraq 05 oktyabr 2022-ci il tarixdə 10.000 ABŞ dolları və 3000 manat olmaqla ümumilikdə 20000 manat pulu yaşadığı evin yaxınlığında təklikdə ona vermişdir. Hikmət ona artıq işlərin tam qaydasına düşdüyünü və dekabr ayından gəlir əldə edəcəklərini demişdir. 10 dekabr 2022-ci il tarixdə Hikmət 20000 manat pulu ona verərək həmin pulun gəlir olduğunu demişdir. Təxminən 15-20 gün sonra Hikmət onunla danışan zaman iş üçün əlavə olaraq pul lazım olduğunu demiş və o Hikmətə “əgər belə idisə, 10 gün əvvəl mənə pul niyə verirdin? Həmin pulu işə qoyardın da” demişdir. Hikmət isə ona cavabında “görürsən qazanırıq, pulu ver ki, daha çox qazanaq” ifadəsini işlətdiyini demiş və onu aldatmışdır. O, düşünmüşdür ki, Hikmətin onu aldatmaq niyyəti olsa idi, 20 gün əvvəl onun pulunu verməzdi. Buna görə də ona inanaraq 30 dekabr 2022-ci il tarixdə 11.500 ABŞ dolları pulu yaşadığı evin yaxınlığında təklikdə Hikmətə vermişdir. Hikmət ona gələn aydan ödənişlərin olacağını demişdir. Lakin, Hikmətin söz verdiyi kimi yanvar ayında ona ödəniş olunmamışdır. Bundan sonra Hikmət ona müxtəlif bəhanələr demiş və fevral ayında ödəniş olunacağına and içmiş, söz vermişdir. O, ona inanıb fevral ayında da onu gözləmişdir. Lakin həmin ayda da ödənişlər olmamışdır. Nəhayət, o, Hikmətin onu aldatdığını və pulunu ələ keçirərək ona qarşı dələduzluq etdiyini anlamışdır. Bundan sonra Hikmətə “iş qurmaq istəmirəm. Sənə nə vermişəmsə, geri qaytar. Əks təqdirdə sənin barəndə hüquq- mühafizə orqanlarına müraciət edəcəyəm” ifadəsini işlətdiyini demişdir. Hikmət ona heç yerə müraciət etməməyini, pulunu qaytaracağını demiş və 24 mart 2023-cü il tarixdə onun 7000 ABŞ dolları pulunu qaytarmışdır. Hikmət pulu qaytardıqdan sonra bir müddət səbrli olmasını və qalan pulu da qaytaracağını demişdir. Nəhayət, onun narazılıqlarından sonra Hikmət 2023-cü ilin iyul ayının 12-də ona 3000 ABŞ dolları pulu da qaytarmışdır. Hikmətdən sonuncu aldığı pul da məhz həmin tarixdə olmuşdur. Bir müddət sonra, yəni 2023-cü ilin noyabr ayından ümumiyyətlə Hikmətlə əlaqə saxlaya bilməmiş və onun başına nə hadisə gəldiyini anlamamışdır. Hazırda məlum olmuşdur ki, Hikmət bir sıra şəxslərin də pulunu ələ keçirdiyinə görə həbs edilmişdir. Ümumilikdə Hikmətə 59.950 manat (33500 ABŞ dolları və 3000 manat) pul vermiş, ondan həmin pulun 45.500 manatını (15.000 ABŞ dolları və 20000 manat) geri almışdır. Həmin pulun 4000 ABŞ dollarını borc kimi, qalan 53.150 manat pulu isə iş qurmaq adı ilə ona vermişdir. İş qurmaq adı ilə Hikmətə xx.xx.2021ci il tarixdə 8000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları və 3000 manat, xx.xx.2022-ci il tarixdə 11.500 ABŞ dolları pulları təklikdə evinin qarşısında vermişdir. İş qurmaq adı ilə ümumilikdə Hikmətə 29.500 ABŞ dolları və 3000 manatı, yəni 53.150 manat pul vermişdir. Hikmət ona 45.500 manat pul qaytarmış, həmin pulun 4000 ABŞ dolları ona verdiyi borcun əvəzində verilmiş, qalan 38.700 manat pul isə ona iş qurmaq adı ilə verdiyi pulun əvəzində verilmişdir. Beləliklə, Hikmətə iş qurmaq adı ilə 53.150 manat pul vermiş, Hikmət həmin puldan 38.700 manat pul qaytarmış, ona dəymiş maddi ziyan 14500 manat təşkil etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, həm İran İslam Respublikası, həm də Azərbaycan Respublikası vətəndaşıdır. İran İslam Respublikasından satmaq üçün mal gətirmişdir. Anar Rzayev adlı bir nəfər şəxslə şərik olmuş, o, həmin şəxsə 500.000 ABŞ dolları və 150.000 manat məbləğində pul vermişdir. Anar Rzayev adlı həmin şəxs onun pulunu vermədiyi üçün Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Təqsirləndirilən şəxs2 Anar Rzayev adlı şəxsdən onun pulunu alıb ona verməyə söz vermişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs2 30.000 ABŞ dolları pul lazım olduğunu bildirdiyindən, o, özünə məxsus qızılları lombarda qoyaraq Təqsirləndirilən şəxs2 30 min ABŞ dolları pul vermişdir. Həmin pulu Surxaya verən zaman onun yanında evində işləyən Gülbəniz adlı xanım da olmuşdur. Bir müddət keçdikdən sonra Surxaydan işin nə yerdə olmasını soruşduqda, o, işlərin qaydasında getdiyini, ondan pul alan şəxsin tezliklə həbs olunub gətiriləcəyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 ondan daha 25 min manat pul almışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 vasitəsilə 10 min manat pulu da Təqsirləndirilən şəxs1 göndərmişdir. Əvvəlki məhkəmə iclasından əvvəl Təqsirləndirilən şəxs2 qardaşı Oqtay Əliyev onun yaşadığı evə gələrək, pullarının ödəniləcəyini, qardaşı Təqsirləndirilən şəxs2 həbsdən çıxdıqdan sonra bütün problemləri yoluna qoyacağını bildirməklə ona yalan vədlər verib Təqsirləndirilən şəxs2 şikayətçi olmamasına dair yalan ifadə verməyə onu təhrik etmişdir. Təqsirləndirilən şəxs2 ona vurduğu ziyan hazırda 30.000 ABŞ dolları və 25 min manat təşkil edir, həmin məbləğlərdən hər hansı hissə ona geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs1 göndərdiyi 10 min manat puldan 7 min və min manat olmaqla ona hissə-hissə qaytarılmışdır. Həmçinin, Zərərçəkmiş şəxs8 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan qalan 2000 manat da artıq ödənildiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan hələ də ödənilməmişdir. Surxayın qardaşı və dayısı ona dəymiş ziyanın ödəniləcəyini bildirsələr də, heç bir addım atılmamışdır. Zərərçəkmiş şəxs8 ifadəsində həmçinin göstərmişdir ki, Hikmət və Surxayı jurnalist kimi tanımışdır. O, bir nəfər şəxsə borc pul vermişdir. Lakin o, pulunu geri qaytarmamışdır. Bununla bağlı Surxayın ofisinə məktub yazmaq üçün getmişdir. Onun ikili vətəndaşlığı mövcuddur. 22 il İran İslam Respublikasında yaşamışdır, 3-4 il əvvəl Azərbaycana gəlmişdir. O, İrandan Azərbaycana mal gətirərək ticarətlə məşğul olmaq istəmişdir. Surxayla razılaşmalarına əsasən o, dostu ilə birgə İran İslam Respublikasından balıq gətirməyi və satıb pul qazanmaqla bağlı razılığa gəlmişdir. Qurulacaq işin müqabilində hər ay 1500 (min beş yüz) manat məbləğində pul qazanmağı planlaşdırmışdır. Surxayın ofisinə gedib-gəldiyi ərəfələrdə o, Hikmətlə tanış olmuşdur. Hikmət ona Araz Rzayevə verdiyi pulun geri alınmasında köməklik edəcəyi barədə söz vermişdir. Bununla əlaqədar o, şəriki olan qadının yanında ofisdə Hikmətə 10000 (on min) manat məbləğində pul vermişdir. Buna səbəb isə ona 500000 (beş yüz min) manat məbləğində borcu olan şəriki Anar Rzayevdən pulunu alacağı ilə bağlı razılaşmaları olmuşdur. O, Hikməti və Surxayı eyni vaxtda tanımışdır. O, Surxayın yanına jurnalist kimi getmişdir. Hikmət və X57 şikayətçi olmağıyla bağlı ona ərizə yazdırmışlar. Həmin ərizə Daxili İşlər Nazirliyinə, surəti isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndəriləcəkmiş. Sonradan Hikmət prokurorluqdan bir nəfər şəxslə danışdığını bildirmişdir. O, ərizəni və işinin həll olması üçün pulu vermişdir. Bundan sonra hər gün ofisə gedib-gəlməyinə baxmayaraq hər hansı bir nəticə əldə etməmişdir. O, özü prokurorluqla maraqlanmamışdır. Çünki, Hikmət pul müqabilində bu işi həll edəcəyini öz üzərinə götürmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, fərdi sahibkarlıqla məşğuldur. Təqsirləndirilən şəxs2 təxminən 2-3 ildir ki tanımışdır. Həmin şəxsi ortaq tanışları vasitəsilə tanımış və əvvəlcə onu iş adamı, sahibkar olaraq bilmişdir. X3 yüksək vəzifədə işlədiyini eşitmişdir. O, Surxaya söhbətlərin birində Anar Rzayev adlı şəxsdən alacağı olduğunu demişdir. X64 kim olduğunu soruşduqda, o, həmin şəxsin ondan külli miqdarda pul vəsaitini borca aldığını, qaytarmadığını demişdir. Surxay ona Hikmət adlı iş yoldaşının hüquq-mühafizə orqanlarında işləyən müxtəlif vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını, onlar vasitəsilə pulu ala biləcəyini bildirmişdir. Əslində Hikməti qiyabi olaraq tanıyırmış və onun Surxayın iş yoldaşı olduğunu bilirmiş. Hikmətlə görüşmüş və Hikmət özü də Surxayın dediklərini təsdiq etmiş və bildirmişdir ki, onun guya DİN-də və prokurorluq orqanlarında yüksək vəzifədə işləyən tanışları var və onlar bu işi həll edə bilər. Bir müddət sonra Hikmət həmin şəxslərə çatması üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Hikmət demişdir ki, 10.000 manat pul həmin şəxslərə çatsa, onlar ona kömək edəcəklər. O, 2023-cü ilin oktyabr ayında Surxay və Hikmət ilə Bakı şəhəri Yasamal rayonu ərazisində olan Azərbaycan Nəşriyyatı MMC-nin binasının qarşısında görüşmüş və orada Surxaya pulu, yəni 10.000 manatı vermişdir. Surxay həmin pulu Hikmətə vermişdir. Surxayın pulu Hikmətə verdiyi zaman o da orada olmuşdur. Hikmət qısa müddət ərzində məsələnin həllini tapacağını bildirmişdir. Bir müddət sonra o, eşitmişdir ki, Hikmət həbs edilib. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Şahid8 əvvəllər Ağstafa RPŞ-də Post-Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət etmişdir. 2022-ci ilin sonlarında oğlu DİN-dən xaric edildikdən sonra oğlunun yenidən polis orqanlarına bərpa edilməsi üçün yollar axtarmağa başlamış və Rasim adlı uzaq qohumu vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 2022-ci ilin iyul ayında o, oğlu Elnur, Rasim və Hikmət birlikdə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında görüşmüşlər. Hikmət ona oğlunun işə düzəlməsi üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. Bir il sonra, 2023-cü ilin avqust ayında oğlu ilə birlikdə Hikmətlə görüşmək üçün Bakıya getmiş və Hikmətə 10000 manat pul vermişlər. Qalan 2000 manatı isə 2 gün sonra Rasimin bank kartına göndərmiş və pulu Hikmətə verməsini xahiş etmişdir. Bir neçə saat sonra Hikmətlə əlaqə saxlamış, Hikmət iki min manat pulun ona verildiyini bildirmiş və oğlunun təxminən 2 aya işə bərpa olunacağını bildirmişdir. Lakin üzərindən bir neçə ay keçməsinə baxmayaraq, Hikmət oğlunun işə düzəlməsini təmin edə bilməmiş və müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. O, Hikmətdən pulunu geri tələb etsə də, pulu qaytarmamışdır. Daha sonra ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş 12000 manat maddi ziyandan 11300 manatı ödənilmişdir. Hazırda 700 manat ödənilməmiş ziyanı qalmışdır. Hikmət ona işi tanışları vasitəsi ilə həll edəcəyini bildirmiş, lakin iş düzəlməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş 700 manat ziyan ödənilməmiş qalır. Hikmət ona bildirmişdir ki, qalan pul depozit hesabından ödəniləcəkdir. Həmin məbləğ ödənildiyi təqdirdə ona qarşı şikayəti və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs1 17 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 yaşadığı binanın məxsus olduğu kooperativdə işləyir. Hikməti də bir sakin kimi tanımışdır. Əvvəlcə ona inanmaq istəməsə də sonradan inanmışdır. Belə ki, onun Binəqədi rayonu ərazisində torpaq sahəsi olmuşdur. İşi çox olduğu üçün torpaq sahəsinin tikilməsi ilə bağlı icazə almaq məsələsini Hikmətə həvalə etmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında oğluyla birgə Hikmətlə 50000 (əlli min manat) məbləğində pulla razılaşmışlar. Həmin vaxt o, Hikmətə 35000 (otuz beş min) manat pul vermişdir. Pulu çatmadığı üçün guya Hikmət 15000 (on beş min) manat pulu da özü qoyacaqmış ki, məsələ təcili həll olunsun. Bir müddət işi çox olduğu üçün bu məsələlərlə maraqlana bilməmişdir. Bəzən Hikmətdən işin nə yerdə olduğunu soruşmuşdur. Lakin, Hikmətin onu aldadacağını düşünməmişdir. Hikməti bir az “sıxışdırdıqda”, o, Elçin adlı tanışını gətirmişdir. Həmin şəxs də namus-qeyrət söhbəti etmişdir. Hikmət 3-4 gündən sonra pulunu qaytaracağını bildirmiş, lakin buna baxmayaraq Hikmət telefonunu söndürüb “yoxa” çıxmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən müstəntiq zəng edərək onu idarəyə dəvət etmişdir. Baş İdarədə Hikmət adında şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. O isə tanımadığını bildirdikdə, onlar Hikmətə 50000 (əlli min manat) məbləğində pul verdiyini söyləmişlər. Bildirir ki, o, Hikmətə çox inanmışdır. Hikmət ondan pul alması barədə özü ifadə vermişdir. Bundan sonra o, müstəntiq Kamran Məhərrəmlinin yanında ifadə vermişdir və Hikmətlə onun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. O, özündə olan sənədləri təqdim etmişdir. Daha sonra Hikmətin arvadı zəng edərək evlərini satdıqlarını və pulunu qaytaracaqlarını bildirmiş, heç kimə şikayət etməməyini xahiş etdikdə o, artıq vəkilə müraciət etdiyini söyləmişdir. X70 internet qəzetdə redaktor vəzifəsində işləmişdir. Ona müstəntiqin yanında 3000 (üç min) manat məbləğində pul verilmişdir. O, Hikmətin yaşadığı yeni tikilidə işləmişdir. O, sonradan Hikmətə 15000 (on beş min) manat pul da vermişdir. Hikmətin ona 47000 (qırx yeddi min) manat məbləğində borcu olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiaya dair münasibətini bildirərkən, ona vurulmuş ziyanın 29.000 manat hissəsinin ödənilməmiş qalmasını qeyd edərək, ümumilikdə 29.231 (iyirmi doqquz min iki yüz otuz bir) manat pulun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs5 17 oktyabr 2024-cü il tarixdə keçirilmiş əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, oğlu Bakı Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, Rusiya Federasiyasında yaşamışdır. Oğlu Vasifi işə düzəltmək üçün Rusiyadan Azərbaycana gəlmişdir. Azərbaycan Respublikasında qəbul edilmiş qayda-qanundan xəbərsiz olmuşdur. Bir gün həyətdə qonşularla birgə söhbət əsnasında, Bəhruz adlı qonşusu Hikmət adlı tanışı olmasını, oğlununun işə düzəlməsində ona köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra Bəhruz Hikmətlə görüşdüyünü və oğlunu işə düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 “Bizim dövr” qəzetinin müxbiri olduğunu, Azərbaycan Respublikası Baş Prokurorluğunda vəzifəli şəxslərlə birgə iş gördüyünü söyləmişdir. O, oğlunu işə düzətmək müqabilində ilkin olaraq 48000 (qırx səkkiz min) manat pul istəmişdir. 13000 (on üç min) manat pulu isə oğlu vəsiqəsini aldıqdan sonra verməyə razılaşmışdır. O, hər dəfə “bu ay, gələn ay düzələr” deyərək onu “yola” vermişdir. Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr ayında imtahanda uğur qazanmış namizədlərin siyahısında oğlu X10 adının olduğu vərəqi ona göstərmiş, o həmin sənədin həqiqiliyinə inanmış və Hikmətə güvəni artmışdır. Lakin 48 min manat pul verilməsinə baxmayaraq bir il yarım vaxt keçsə belə iş alınmamışdır. O iradını bildirmək üçün Hikmətlə görüşmüş, Təqsirləndirilən şəxs1 qalan pulu çatdırmasını, əks təqdirdə pulu geri qaytaracağını bildirmişdir. O isə pulunun olmadığını və verdiyi pulları geri qaytarmasını Hikmətə bildirmişdir. Lakin pul geri qaytarılmamışdır. 2-3 gündən sonra pulun geri qaytarılmasına kömək etməsi məqsədilə Təqsirləndirilən şəxs2lə görüşmüşdür. Surxayı ümumi tanışları vasitəsilə tanımışdır. Surxayla Nərimanovda rayonunda restoranda görüşmüşlər. Bir qədər Hikmət haqqında danışmışlar. Surxay Hikmətin səhv hərəkət etdiyini demişdir. Daha sonra Surxay oğlunun işə düzəlməsində ona köməklik edəcəyini bildirmişdir. Bunun üçün Surxay ondan 13000 (on üç min) manat məbləğində pul istəmişdir. O, Surxayla razılaşmış, oğlunun prokurorluqda qulluğa qəbul olunması məqsədilə Surxaya 13 min manat pul vermişdir. Lakin Surxay sonradan işin düzəlmədiyini bildirərək pulu geri qaytarmışdır. Hikmət ondan ümumilikdə 61000 (altmış bir min) manat məbləğində pul istəmişdir. Hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün ola bilsin ki, bəzi xüsusatları xatırlamır. O, Hikmətə pulları hissə-hissə vermişdir. Hikmətə pulu Həsən Əliyev küçəsində vermişdir. Hikmətlə danışan zaman Surxayı tanımamışdır. O, Surxayı bir il yarım müddətdən sonra tanımışdır. Surxaya Hikmətin ondan 48000 (qırx səkkiz min) manat məbləğində pul aldığını söyləmişdir. Surxay onun başına gələnləri dostu Natiqdən eşitdiyini söyləmişdir. Surxay Hikməti çağıraraq, Hikmətdən onun işinin uzanmasının səbəbini soruşmuş və işini həll etməsini xahiş etmişdir. 48000 (qırx səkkiz min) manat məbləğində pulu Hikmətin qardaşı, 13000 (on üç min) manat məbləğində pulu isə Surxayın tanışı Natiq ona ödəmişdir. Ona dəymiş ziyan tamamilə ödənildiyindən şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 jurnalist kimi tanımışdır. Onlara ümumilikdə 7 nəfərə həkim Sevinc Heydərovanın səhv müalicə etməsi nəticəsində zərər dəymişdir. Təqsirləndirilən şəxs1 istiqamətləndirməsinin nəticəsi olaraq Mehriban Əliyevanın rəhbərlik etdiyi mərkəzə yaxınlaşmışlar. Həmin Mərkəzdə onlara dəymiş zərərin əvəzi ödənilmişdir. Elə həmin vaxtdan Təqsirləndirilən şəxs1 yaxşı insan kimi tanımışdır. Sonradan X1da 60 yaşı tamam olmasına baxmayaraq, könüllü olaraq imtahana getmiş və yüksək nəticə əldə etmişdir. 11 saylı xüsusi təhsil məktəbində müəllimə kimi fəaliyyət göstərir. Məktəbdə əqli və fiziki məhdudiyyətli uşaqlar təhsil alır. Həmin uşaqlara 4-5-ci sinif səviyyəsində təhsil verilir. Lakin, X1da onların bilik səviyyəsinə uyğun olmayan, ali təhsil səviyyəsinə uyğun suallar qeyd olunmuşdur. Özü Bakı Dövlət Universitetini bitirmişdir. Əvvəllər öz ixtisası üzrə işləmişdir. Sonradan qeyd etdiyi məktəbdə işləməyə başlamışdır. Sevil müəllimə imtahan verəndə onun komüter donduğu üçün nəticələr sıfırlanmış, o da çox təsirlənərək ağlamışdır. Həmin nəticədən apellyasiya qaydasında müraciət edilməsinin mümkünlüyü onlara bildirilmişdir. Onun da ilk ağlına gələn Təqsirləndirilən şəxs1 yardım istəmək olmuşdur. Təqsirləndirilən şəxs1 isə cavabında əlaqə saxlayaraq geri dönüş edəcəyini bildirmişdir. Bir müddət sonra yenidən Təqsirləndirilən şəxs1 zəng etmişlər. Təqsirləndirilən şəxs1 də apelyasiyaya müraciət etmələrini məsləhət görmüşdür. O zaman Təqsirləndirilən şəxs1 məbləğ deməsə də, Sevil müəllimə lazım olsa bankdan pul götürüb hüquqlarının müdafiə olunması üçün vəkilə müraciət edə biləcəyini demişdir. Həmin məbləği bir neçə müddət sonra Təqsirləndirilən şəxs1 verməli olmuşlar. Təqsirləndirilən şəxs1 özü vəkil olmamış, sadəcə olaraq, o, vəkil tapacağını vəd etmişdir. Təqsirləndirilən şəxs1 onlara daha öncə həkimdən ödənişlərini geri almaqda yardım göstərdiyi üçün ona yenidən müraciət etmişlər. Pul veriləndən sonra da bu hadisə baş vermişdir. O da Təqsirləndirilən şəxs1 həyat yoldaşına zəng etmiş və müəllimələrin verdiyi pulları bankdan götürdüklərini, indi o pulları geri istədiklərini ona bildirmişdir. Nəticə etibarilə həmin pullar geri ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayəti yoxdur. 10 min manat Elmira müəllimə, 10 min manat da Sevil müəllimə vermişdir. Əslində Təqsirləndirilən şəxs1 məbləğ deməmişdir. Təqsirləndirilən şəxs1 bir dəfə onları istiqamətləndirmiş, onun köməyini gördükləri üçün yenidən ona müraciət etmişlər. Təqsirləndirilən şəxs1 zəng edəndə işin düzələcəyini deyərək onları inandırmışdır. Məhkəməyə çağırıldıqdan sonra artıq Təqsirləndirilən şəxs1 inanmamışlar. Məhkəmənin diqqətinə çatdırır ki, alınmış pullar Təqsirləndirilən şəxs1 ailəsi tərəfindən artıq qaytarmışdır. İbtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qsimində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir xeyli müddətdir ki, tanıyır. Keçən ilin payız aylarında X6 Federasiyasında Turizm ixtisası üzrə təhsil almaq barədə ona müraciət etmişdir. Özü "xxxx" MMC-nin təsisçisi və direktorudur. "xxxx" MMC olaraq Azərbaycan vətəndaşı tələbələri xaricdə təhsil almaları üçün yönləndirirlər. Xaricdəki Universitetlər ödənişli olduğu üçün demək olar ki, göndərdikləri tələbələrin 80 faizi qəbul olunur. İradə Nəcəfovanın təhsili ilə bağlı ümumilikdə təhsil haqqı, yataqxana xərci ilə birlikdə xərclər 2000 manat təşkil etmişdir. Qeyd olunan şəxslə qəbul imtahanı təşkil olunmuşdur. Belə ki, namizədlər Rusiya Federasiyasına getmədən onlayn imtahan bölməsi vasitəsilə ofisə dəvət olunmuşlar. Ofis Bakı şəhəri, Yasamal rayonu ərazisində “Altes Plaza”da yerləşmişdir. İradə Nəcəfovanı da onu qeyd olunan məqsədlə ofisə dəvət etmişdir. Sənədləri artıq universitetə təqdim etmişlər, universitetin təyin etdiyi gün onlar onlayn qaydada imtahan vermək üçün ofisə gəlmişlər. Bir müddət sonra İradə Nəcəfova universitetə qəbul olunmuş, təhsil haqqı ödənilmişdir. Yəni üzərlərinə götürdükləri işi tam şəkildə yerinə yetirmişlər. Qeyd etdiyi təhsil müəssisələri ilə müqavilələr bağlanmışdır. Sözügedən ali təhsil müəssisəsi ilə şifahi müqavilələri vardır. İradə Nəcəfovaya hər hansı zərər dəyməmişdir. Belə ki, şirkət olaraq onlar öz vəzifələrini yerinə yetirmişlər. Amma o, gedib oxumamışdır. Hətta Təqsirləndirilən şəxs1 yaxın adam kimi İradə Nəcəfovaya güzəşt edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qızı universitetə qəbul ola bilmədiyindən, qaynanası ona bir tanışının vasitəsilə qızı İradə Nəcəfovanın ali məktəbə qəbul məsələsini həll edə biləcəyini demişdir. O isə bunun üçün maddi imkanlarının olmadığını bildirmişdir. Sonra qaynanasının özünün danışdığını öyrənmişdir. Qaynanası qeyd olunan işlə bağlı görüşməyə getdiyini bildirərək, onu aparmasını xahiş etmişdir. O da qaynanasını maşınla aparmışdır. Elnarə adlı digər bir xanımı da maşınla götürmüş və Hikmətin yanına getmişlər. Pul Qaynanasının pulu olmuşdur. Hikmətə tam güvənə bilmədikləri üçün notariusa getməyi qərara almışlar. Notarius bağlı olmuş, qaynanası pulu Elnarə xanıma vermişdir. Təqsirləndirilən şəxs1 ilə onun arasında söhbət olmamış, Hikməti tanımamışdır. Hikmət qaynanası ilə söhbət etmişdir. Şərtləri dəqiq bilməsə də, universitetə qəbul üçün 9000 ABŞ dolları veriləcəyindən məlumatı olmuşdur. Həmin pulun geri qaytarılıb-qaytarılmadığından məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, iş üzrə digər Şahid5 həyat yoldaşıdır. Təqsirləndirilən şəxs1 X1a görə onlardan, yəni arvadı Rahibənin iş yoldaşlarından 20 min manat pul almışdır. Hazırda ona qarşı şikayətləri yoxdur. Pulu müəllimələr verəndə o da iştirak etmiş, onları maşınla aparmışdır. İş düzəlməmiş, lakin, onlara dəyən ziyanın əvəzi ödənilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla tələbə yoldaşı olmuşdur. X4 müəllim kimi çalışmışdır. Təqsirləndirilən şəxs1 hansı sahədə çalışmasından xəbərsiz olsa da, onun əlaqələrinin geniş olmasını bilmişdir. İradə isə onun çalışdığı Beynəlxalq Universitetdə mühasib olmuş, onu 2002-ci ildən tanımışdır. Uzun müddət görüşməmişlər. Sonra Sahil metrostansiyası yaxınlığında görüşmüşlər. İradə nəvəsi ilə bağlı kömək istəmişdir. O da, Təqsirləndirilən şəxs1 adlı belə bir tanıdığı insan olduğunu demişdir. İradə xanım onu Hikmətlə görüşdürməsini xahiş etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs1 kömək edə biləcəyini söyləmişdir. İradə xanım da vəsaiti vermişdir. O, pul qaytarılanda iştirak etməmişdir. Yalnız 9.000 ABŞ dolları pul veriləndə orada olmuşdur. Hikmət özü “mənim sənə olan borcumu verilən puldan götür” deyə ona bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə aralarında təxminən 6500-7000 manat borc olmuşdur. İradədən aldığı pulun 5000 dollarını Təqsirləndirilən şəxs1 vermiş, 4000 dolları isə aralarında olan borcun əvəzində özündə saxlamışdır. 4000 dollar borcun nə üçün yarandığını açıqlamaq istəmir. O vaxt İradə 5000 dolları onun götürdüyünü bilməmişdir. Hikmət İradəyə pulların hamısının özündə olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, əvvəllər polis orqanlarında xidmət etmişdir. 2022-ci ilin axırlarında Ağstafa RPŞ-də Post-Patrul Xidmətinin polis nəfəri vəzifəsindən azad edilmişdir. Atası Zərərçəkmiş şəxs2 işə bərpa olunması üçün Rasim adlı tanışı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adlı şəxsə müraciət etmişdir. 2022-ci ilin iyul ayında o, atası və Rasim Bakıda Hikmətlə görüşmüşlər. Hikmət onlara işə bərpa olunması üçün 12000 manat pul lazım olduğunu demişdir. 2023-cü ilin avqust ayında Hikmətə əvvəlcə 10000 manat, daha sonra 2000 manat pul vermişdir. Hikmət onun 2 ay ərzində işə bərpa olunacağını bildirmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Hikmət vədinə əməl etməmişdir. Onlar işin alınmadığını görüb ondan pulunu istəmişlər, lakin Hikmət pulu qaytarmamışdır. İbtidai istintaq zamanı isə bizə dəymiş ziyanın 11300 manatı ödənilmiş, 700 manat isə hazırki vaxtadək ödənilməmiş qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, mobil Məhərrəmov onun 15 illik dostudur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı da uzun müddətdir ki, tanıyır. 2022-ci ilin iyun ayında Mobillə görüşüb söhbət edərkən oğlunun 2018ci ildə BDU-nun hüquq fakültəsini bitirdiyini və prokurorluq orqanlarında işə qəbul olmaq istədiyini bildirmişdir. Mobilin oğlunun işə qəbul olması üçün Mobilə Hikmətlə görüşməsini və danışmasını təklif etmişdir. Qeyd olunan məqsədlə o, Hikmət və Mobil birlikdə görüşmüşlər. Hikmət görüş zamanı Mobilə oğlunun işə qəbul olunması üçün 70000 manat pul lazım olduğunu bildirmişdir. Mobil əvvəlcə ona 48.000 manat verəcəyini, qalan 22.000 manatı isə sonradan oğlu prokurorluq orqanlarına işə qəbul olunduqda verəcəyini bildirmişdir. Bir müddət sonra Hikmətlə Gənclik metrostansiyası yaxınlığında görüşmüşlər. Görüş zamanı Hikmət onlara Mobilin oğlu Vasifin Səbail rayon prokurorluğunda işə qəbul olmasını guya təsdiq edən Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Natiq Hüseynovun imzası və Baş Prokurorluğun möhürü əks edilən sənəd təqdim etmişdir. Hikmətə həmin sənədi onlara verməsini bildirdikdə, o, buna etiraz edərək sənədin məxfi olduğunu demişdir. Onlar isə Hikmətdən sənədin şəklini çəkib götürməyi tələb edərək sənədin şəklini çəkmişlər. Mobil 1 ay sonra bir neçə dəfə Hikmətdən işin nə vaxt həll olunacağını soruşsa da, Hikmət vədinə əməl etməmişdir. Hikmətdən pulu geri tələb etmişlər, Hikmət isə pulu 3 günə qaytaracağını demişdir. Pulun verilməsindən bir il yarım keçəndən sonra Təqsirləndirilən şəxs2 ona zəng edib işi görən şəxsin özünün olduğunu bildirib, Hikmətin onun müavini olduğunu demişdir. Mobil Surxaya artıq işin həll olunmasını yox, pulun geri qaytarılmasının gərəkli olduğunu bildirmişdir. Surxay isə onun bu “işə” qarışmadığını bildirmişdir. Bir müddət sonra Mobil onunla əlaqə saxlayaraq Surxayla görüşüb danışdığını, aralarında yaxşı münasibət yarandığını, belə ki, yerli olduqlarını bildirmiş və ona da artıq bu işlə məşğul olmamasını demişdir. Mobilə bu işdən geri çəkiləcəyini, lakin, iş alınmayacağı təqdirdə onu günahkar bilməməsini bildirmiş və ondan sonra bu məsələyə qarışmamışdır. Bir gün Mobil onunla söhbət zamanı Surxaya 13000 manat pul verdiyini demişdir. Təxminən 5-6 ay bu məsələ ilə maraqlanmamış və uzaq dayanmışdır. Lakin, sonradan Surxay da Mobilin oğlunu işə düzəldə bilməmişdir. Bir müddət sonra Mobil ona Hikmət və Surxayın ikisinin də tutulduğunu, nömrələrinə zəng çatmadığını bildirmişdir. Hikmət və Surxayın jurnalistika sahəsində işlədiyini bilmişdir. Hikmət ona Mobilin oğlunu prokurorluqda və Prezident administrasiyasında olan tanışlarının vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. Hikmət bu məqsədlə Mobildən 48000 manat almışdır. Daha sonra Mobil Surxaya 13000 manat pul vermiş, lakin, onun bu pulun verilməsində iştirakı olmamışdır. Hikmətin onlara göstərdiyi sənəddə Mobilin oğlu Vasifin adının da olmuş, qeyd olunan siyahıda prokurorluğa qəbul olan şəxslərin adları qeyd olunmuşdur. Hikmət və Mobil arasındakı danışıq 22 iyun 2022-ci il tarixdə olmuşdur. Surxayın Mobillə tanış olmasında onun iştirakı olmamış, onlar özləri tanış olmuşlar. Hikmət həmin ərəfədə 3 gün sonra pulu qaytaracağını demişdir. Mobil Surxayı tanımazdan əvvəl də o, Surxayı tanımış, lakin, onları o, tanış etməmişdir. Eşitdiyinə görə X58 adlı tanışları tanış etmişdir. Mobilin oğlunun işə düzəlməsi məsələsindən onun 1 il 7 ay sonra, yəni verilmiş 48 min manat Hikmətdən geri tələb edildiyi zaman məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 uzun müddətdir ki, tanıyır, ailəvi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 təxminən 1 il əvvəldən tanımışdır. Şahid9 da uzun müddətdir tanımış və onunla da yaxşı münasibətləri olmuşdur. Belə ki, onlar tez-tez görüşmüşlər. Bir gün görüşdükləri zaman söhbət əsnasında Mobil oğlunun prokurorluq orqanlarında işə düzəlməsi üçün 48000 manat pul verdiyini demişdir. O isə öz növbəsində ona bu işin dələduzluq ola biləcəyindən ehtiyatlı olmasını məsləhət görmüşdür. Mobil Hikmətə inandığını, işdə problem olmayacağını bildirmişdir. Bir müddət sonra Mobil ona Hikmətin onu aldatdığını, pulu isə 3 gün ərzində qaytaracağını bildirmişdir. 2023-cü ilin əvvəllərində Surxay ona zəng edib görüşmək istədiyini demişdir. Surxayı evinin yanına çağırmışdır. Görüş zamanı Surxay ona Mobilin oğlunun işini müavini Hikmətin düzəltdiyini, lakin, işdə problem yarandığını bildirmiş və onu Mobillə görüşdürməyi xahiş etmişdir. O, Mobilə məlumat vermiş və onunla birlikdə N.Nərimanov rayonu, Mado kafesinə gedib Surxayla görüşmüşlər. Surxay Mobilə onun oğlunun işə düzəlməsində köməklik edə biləcəyini bildirib, oğlunu işə düzəldəcəyini vəd etmişdir. Sonradan məlumatı olmuşdur ki, Mobil Surxaya bu məqsədlə 13000 manat pul vermiş, lakin, Surxay da onun oğlunu işə düzəldə bilməmişdir. Daha sonra Surxay ona bu pulu Mobilə qaytarmaq lazım olduğunu demişdir. O da Surxaydan 13000 manat pulu götürüb Mobilə qaytarmışdır. Mobil Surxaya pulu oğlunun prokurorluğa işə düzəlməsi üçün vermişdir. 13000 manatı Surxaydan götürüb Mobilə qaytarmış, lakin, danışıqlarında şəxsən iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, fərdi sahibkar kimi müxtəlif şirkətlərlə podrat müqaviləsi bağlayıb onların yeni tikiləcək olan inzibati binalarında kommunikasiya işləri görməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 atası Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2021-ci ildə atası ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində bələdiyyə sənədi ilə anası X15 məxsus torpaq sahəsində qeyri-yaşayış obyekti ilə bağlı tikinti aparmaq istədiyini, lakin, dövlət qurumlarından, yəni, Bakı şəhəri İcra Hakimiyyətindən, Binəqədi Rayon İcra Hakimiyyətindən icazə ala bilmədiyini, tanışı olan Hikmətin müəyyən bir məbləğin qarşılığında bu işi həll edə biləcəyini bildirmişdir. Hikmət işin həll olunması üçün atasından 50000 manat pul istəmişdir. 2021-ci ilin sentyabr ayında atası ilə birlikdə Hikmətlə görüşmüşlər və atası Hikmətə 30000 manat pul vermişdir. Həmin pulu atası "xxxx" ASC-dən kredit müqaviləsi əsasında götürmüşdür. Hikmət işin həll olunması üçün pulun qalan hissəsini yəni, 20.000 manatını tezliklə verməli olduqlarını bildirmişdir. Təxminən 15 gün sonra, Hikmətlə yenidən görüşərək qalan 20000 manat pulu ona vermişlər. Hikmət ilin sonuna kimi, 2-3 ay ərzində bu işin həll olunacağını desə də, işi həll edə bilməmişdir. Hazırki vaxtadək pul onlara tam olaraq qaytarılmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş 50.000 manat maddi ziyandan 21.000 manat ödənilmiş, 29.000 manat ziyan isə ödənilməmiş qalmışdır. Şikayət və tələbi olmadığı barədə notarial qaydada ərizə versə də, ona vəd verilən 16 min manatın da geri qaytarılmasını tələb edir. Lakin, Təqsirləndirilən şəxs1 ilə qalan 13 min manat pulun hissə-hissə qaytarılması barədə razılığa gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, ona Oktay adlı Xızı rayon Təhsil şöbəsində işləyən tanışı zəng edərək, barəsində mətbuatda mənfi məzmunlu yazılar dərc olunduğunu bildirərək, həmin yazının silinməsinə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, özü də yazıçı olduğundan, həmin şəxsin həmkarı olduğu halda yazının silinməsini xahiş edə biləcəyini demişdir. Oktay adlı tanışının ona verdiyi həmin nömrəyə dəfələrlə zəng etsə də cavab verən olmamış, o, həmin nömrəyə “whatsapp” mobil tətbiqi ilə mesaj yazaraq telefona cavab verməsini xahiş etmiş, lakin, mesajı cavabsız qalmışdır. Onun nömrəsinin son 4 rəqəmi “78-81”dir. Onun tərəfindən yazılmış mesajı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq göstərmiş və hadisəni o zaman xatırlamışdır. Üzərindən 3-4 il keçdiyi üçün yadında olmamışdır. O, Binəqədi rayonu ərazisində yaşayır, Xızı rayonunda yerləşən torpaq sahəsiylə bağlı ara-sıra Xızı rayonuna gedib-gəldiyi üçün Oktay adlı şəxsi Xızı rayonunda Təhsil şöbəsinin əməkdaşı kimi tanımışdır. Yaddaşında müəyyən qədər problemlər olduğundan ibtidai istintaqda ifadəsində dediklərini tam xatırlamır, həmin ifadəsini təsdiq edir. O, kimdənsə Təqsirləndirilən şəxs2 şəxsiyyəti barədə, onun “reket jurnalist” olub-olmaması barədə hər hansı məlumat almamışdır. Sadəcə olaraq, Oktay müəllimə zəng edərək, həmin şəxsin telefonlarına cavab verməməsini bildirərək, barəsində yazılanlara əhəmiyyət verməməsini, özünü boş yerə əsəbləşdirməməsini məsləhət görmüşdür. Üzərindən 5 ilə yaxın vaxt keçdiyi üçün Surxayı “reket jurnalist” kimi tanıdıqlarını deyən şəxslərin kim olmasını hazırda unutmuşdur. Şahid11 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, O, X26 uzun müddətdir tanımış, həmin şəxsi təxminən 20 ildən artıq müddətdir tanımaqla, onunla ailəvi dostluqları mövcuddur. Oqtay Abdullayev uzun müddət Xızı rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, isə ixtisasca jurnalistdir və uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda yazıçılıq fəaliyyəti ilə məşğul olmaqla müxtəlif romanların müəllifidir. 2020-ci ilin sonlarında Oqtay Abdullayev ona zəng etmiş və bir müddət bir-biriləri ilə hal-əhval tutduqdan sonra, Oqtay ona çətinliklə üzləşdiyini demişdir. O, Oqtay müəllimdən nə baş verdiyini soruşduqda, Oqtay müəllim ona Surxay adlı bir jurnalistin onu narahat etdiyini bildirmişdir. Belə ki, Oqtay ona bildirmişdir ki, özünü “aktualxəbər.az” saytının redaktoru və jurnalist kimi təqdim edən Surxay onun barəsində həqiqətə uyğun olmayan rüsvayedici xarakterli məlumatları özünün redaktoru olduğu saytda dərc etmişdir. Oqtay ona zəng etməsinin səbəbinin də bu hadisə olduğunu bildirmiş və onun jurnalist olmağı səbəbindən ona kömək edə biləcəyini düşündüyünü demişdir. O, Oqtaya bildirmişdir ki, “aktualxəbər.az” saytının redaktoru Surxayı tanımır. Lakin, Oqtay ilə yaxın olduğu üçün ona bildirmişdir ki, həmin şəxsin əlaqə nömrəsini ona versin və o, Surxaya zəng edib məqaləni silməyini xahiş etsin. Oqtay ona Surxayın mobil nömrəsini vermiş və o, Surxaya dəfələrlə zəng etsə də, Surxay onun zənglərinə cavab verməmişdir. Digər jurnalist tanışlarına zəng edib Surxay barədə maraqlandığı zaman onlar ona Surxayı tanıdıqlarını, onun yaxşı xarakterizə olunmadığını, Surxayı “reket jurnalist” kimi tanıdıqlarını, ona zəng edib nəyisə xahiş etməyin mənasız olduğunu, pul almadığı təqdirdə Surxayın həmin məqaləni silməyəcəyini bildirmişlər. Odur ki, o, Oqtaya zəng edib Surxayın onun zənglərinə cavab vermədiyini demişdir. Bundan sonra Oqtay barədə olan məqalələr internetdən silinməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 noyabr 2023-cü il tarixli “cinayt işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 BMCMİ-nə müraciət edərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 2021-ci ilin sentyabr-oktyabr aylarında ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılması üçün müxtəlif dövlət orqanlarından icazə alınması adı ilə 50.000 manat, Zərərçəkmiş şəxs2 isə 2023-cü ilin avqust ayında oğlunu işə bərpa etmək adı ilə 12.000 manat alaraq onlara məxsus pulu ələ keçirdiyini bildirmələri və bununla bağlı BMCMİ-nin istintaq idarəsində toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs10 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs9 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokollarından görünür ki, üzləşdirmələr zamanı Zülfiyyət Şirin ifadəsini qismən təkzib edərək Təqsirləndirilən şəxs2 hadisə vaxtı orada olmadığını, pulu birbaşa Təqsirləndirilən şəxs1 verdiyini, pulun Təqsirləndirilən şəxs1 verilməsindən Təqsirləndirilən şəxs2 məlumatı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilən zaman həmin şəxslər ifadələrini bir-birinin üzlərinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilən zaman həmin şəxslər ifadələrini bir- birinin üzlərinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid9 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilən zaman həmin şəxslər ifadələrini bir-birinin üzlərinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid10 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilən zaman həmin şəxslər ifadələrini bir-birinin üzlərinə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş avtomobilə “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Lexus LX570 markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 27 noyabr 2023-cü il tarixdə saat 15:50dən etibarən baxış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs1 həmin avtomobilin özünün istifadəsində olduğunu bildirib, avtomobilin açarının özündə olduğunu bildirib avtomobili açaraq baxışa təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs1 qeyd edilən avtomobildə Azərbaycan Respublikası qanunvericiliyi ilə gəzdirməsi, saxlaması, daşıması qadağan olunan əşya və predmet varsa onu könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs1 baxış keçiriləcək avtomobilində hər hansı gəzdirməsi, saxlaması, daşıması qadağan olunan əşya və predmet saxlamadığını bildirmiş və tədbir iştirakçıları ilə avtomobilə baxış keçirməyə başlamışlar. Avtomobilin qapısını açıb salona baxış keçirdiyi zaman salonda sürücü və sərnişin oturacaqlarının arasında olan hissədə 01 ədəd İphone markalı mobil telefonun olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs1 telefonun özünə məxsus olduğunu bildirdi. Bundan sonra sərnişin oturacağının qarşısında olan saxlanc yerinə baxış keçirildiyi zaman orada 01 ədəd pul qabının, sənədlərin və 01 ədəd sellofan paketin olduğunu müəyyən edildi. Təqsirləndirilən şəxs1 hər bir əşyanın özünə məxsus olduğunu bildirdi. Bundan sonra pul qabı tərəfindən açılaraq baxış keçirildi. Pul qabının içərisində Təqsirləndirilən şəxs1 məxsus sənədlər və pul aşkar edildi. Təqsirləndirilən şəxs1 pul qabında 16000 manat pul olduğunu bildirdi. Tərəfimdən həmin pullar sayıldı və pul qabında 10.000 manat və 6000 manat olmaqla ümumilikdə 16.000 manat pul aşkar edildi. Tərəfimdən avtomobilin arxa oturacaqlarına və arxa yük yerinə baxış keçirilsə də, avtomobildən hər hansı istintaq üçün əhəmiyyət daşıya biləcək predmet aşkar edilmədi. Baxış istintaq hərəkəti zamanı aşkar edilmiş pul qabı və mobil telefon 01 ədəd kağız zərfdə, sənədlər 01 ədəd kağız zərfdə, 01 ədəd sellofan paketin içərisindəki sənədlər isə olduqları paketdə qablaşdırılaraq götürüldü. Baxış istintaq hərəkətində iştirak edən şəxslər hər biri götürülən əşyaların qablaşdırıldığı predmetin üzərini imzaları ilə təsdiq etdilər. Baxış keçirilməsi 27 noyabr 2023-cü il tarixdə saat 16:05-də başa çatdı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd İphone markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 mobil telefonu sensor dizaynlı, çoxfunksiyalı, daxili yaddaşlı, ön və arxa kameralı bənövşəyi rəngli İphone markalıdır. Mobil telefon tərəfimdən işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin telefonun daxilində “whatsapp” və “whatsapp business” mobil tətbiqləri mövcuddur. Həmin mobil tətbiqlərə daxil olan zaman mobil tətbiqdə hər hansı məlumatın olmadığı və heç bir nömrə ilə qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Bundan sonra mobil telefonda olan qalereya hissəsinə daxil olduqda orada iş üzrə əhəmiyyət kəsb edən fotoşəkillərin olması müəyyən edilmişdir. Aşağıda göstərilən fotoşəkillər protokola əlavə edilmişdir: 1.Üzərində N.Nərimanov r/n 11 nömrəli xüsusi təhsil məktəbi sözləri yazılmış kağızın fotoşəkili 2.Elmira Zamanovaya məxsus sənədin fotoşəkili 3.Zərərçəkmiş şəxs7 məxsus sənədin fotoşəkili 4.X11 (Zərərçəkmiş şəxs1 həyat yoldaşı) məxsus fərdi-qeyri yaşayış sahəsində aid fotoşəkillər (12 ədəd) 5.Şahid8 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkili 6.X10 (Zərərçəkmiş şəxs5 övladı) şəxsiyyət vəsiqəsinin, diplomunun, hərbi biletinin fotoşəkilləri (04 ədəd) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 məxsus sənədlərə “Baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıda qeyd edilən sənədlər aşkar edilmişdir: 1.X2 məxsus yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və “X76” klinikasından tibbi arayış 2.X31 məxsus tam orta təhsil haqqında attestat, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi 3.X21 məxsus şəxsiyyət vəsiqəsinin surəti 4.X32 məxsus tam orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin, hərbi biletin surəti 5.X27 Azərbaycan Respublikası CM-in 263.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 6.X16 məxsus yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və ərizə 7.X33 Azərbaycan X8 İnstitutu tərəfindən verilmiş tibbi rəy, arayış və məhkəmə qətnaməsi 8.X43 ilə aralarında bağlanılan borc müqaviləsi 9.Hermes Finance MMC ilə X34 arasında bağlanmış müqavilə və ödəniş qəbzləri 10.Baş Prokurorluğa ünvanlanmış müraciət 11.Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmünün surəti 12.X12 məxsus diplomun surəti Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 məxsus pul qabına “Baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıda qeyd edilən sənədlər aşkar edilmişdir: 1.Hər biri 100 manatlıq olmaqla ümumilikdə 160 ədəd pul əskinazı-16.000 manat pul 2.Üzərində baş redaktor Təqsirləndirilən şəxs2 imzası olan Aktualxəbər informasiya agentliyinə məxsus xidməti vəsiqə 3.01 ədəd flaşkart 4.Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə 5.Ödəniş qəbzləri 6.Elmira Zamanovanın sənədinin surəti 7.X17 Təqsirləndirilən şəxs1 verdiyi etibaramə 8.Üzərində “N.Nərimanov r/n 11 nömrəli xüsusi təhsil məktəbi” sözləri yazılmış kağız 9.Zərərçəkmiş şəxs7 məxsus şəxsiyyət vəsiqəsinin surəti 10.Adore Parfumery məxsus endirim kartı 11.Çinici-yə məxsus kart 12.Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi 13.Üzərində Azərbaycan Respublikası Baş Prokurorluğu yazılmış siyahı 14.Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış məktub Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD disklərdə olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən zaman gələcəkdə iş üzrə əhəmiyyət daşıması ehtimal edilən aşağıda göstərilən məlumat aşkar edilmişdir: xx/xx/2023,13:30:11,**********41,**********11, Şərəfsiz sən bir də minə adboy ver bax günüvə o cındırı məhkəməyi verdiyim kimi səni də verirəm ya yox. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd bank ödənişinin çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 Qazax rayonunda yerləşən “MilliÖn”elektron ödəmə sistemindən X18 isifadəsində olan bankomat kartına 2000 manat pul göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs5 təqdim etdiyi sənəddən görünür ki, Zərərçəkmiş şəxs5 oğlu Vasif Qəhrəmanovun prokurorluq orqanlarına qəbul olması öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “internet resurslarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Google Chrome” tətbiqinə daxil olduqdan sonra axtarış bölməsinə iş üzrə Zərərçəkmiş şəxs9 ad, soyad və ata adını daxil etdikdən sonra zərərçəkmiş şəxsin ifadəsində qeyd edilən tarixə və məzmuna uyğun məqalənin olması aşkar edilmişdir. Qeyd edilən məqalənin internet linki aşağıdakı kimi olmuşdur: https://vertikal.az/gundem/21195-xizi-tehsili-gorun-ne-gundedr.html Həmin məqalənin məzmununda zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi kimi Xızı Təhsil Şöbəsinin müdiri Zərərçəkmiş şəxs9 müəllimlərdən pul yığaraq mənimsəməsi, cüzi hissəsi ilə şəhidlərə yardım etməsi və s. kimi məlumatlar dərc edilmişdir. Qeyd edilən məqalənin redaktoru sonda xəbərin mənbəyinin //aktualxeber.az// saytı olduğunu göstərmişdir. Aktualxəbər.az saytına daxil olduqda həmin saytın fəaliyyətinin dayandırıldığı müəyyən edildiyi üçün saytdan redaktor barədə məlumat əldə etmək mümkün olmamışdır. Bundan sonra “facebook.com”-da həmin sayta məxsus səhifəyə daxil olunan zaman orada saytın rəhbərinin mobil telefon nömrəsinin 050 *** ** ** olması qeyd edilmişdir. Qeyd edilən səhifənin internet linki aşağıdakı kimidir: https://www.facebook.eom/p/Aktualxeberaz-**********06689/ Yuxarıda qeyd edilən mobil nömrənin cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş sorğuya əsasən Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 182.2.1, 182.2.2, 182.2.4 və 302.1 -ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il 09 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası seçilməklə 02 il şərti sınaq müddəti tətbiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş şərti sınaq müddəti ləğv edilməklə məhkumluğu götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il və xx.xx.2018-ci il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 08 il müddətinə azadlıqdan məhrum edilmə cəzası seçilməklə 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.4, 302.1 və 302.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il 09 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası seçilməklə 02 il şərti sınaq müddəti tətbiq edilmiş, xx.xx.2020-ci il tarixdə şərti sınaq müddəti ilə əlaqədar təyin edilmiş cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, o, ümumilikdə 47.231 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli notarial ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın yalnız 29.000 manat hissəsinin ödənilməmiş qalmasını bildirərək, ümumilikdə 29.231 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs1 yaxın qohumları tərəfindən ona 13000 (on üç min) manat ödənilmişdir. Hazırda mülki cavabdehin ona ümumilikdə 16.000 (on altı min) manat borcu qalmışdır. Ödənilmiş 231 (iki yüz otuz bir) manat dövlət rüsumu nəzərə alınmaqla, ümumilikdə 16.231 (on altı min iki yüz otuz bir) manat pulun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini, həmin məbləğin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin depozit hesabında Təqsirləndirilən şəxs1 adından saxlanılan vəsaitə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 pul qabından aşkar edilərək götürülmüş hər biri 100 manatlıq olmaqla ümumilikdə 160 ədəd pul əskinazı yəni, 16.000 manat pulun gələcəkdə məhkəmə istintaqı zaman zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi məsələsinin həllinə kömək edə biləcəyi nəzərə alınaraq saxlanması üçün DİN-in Maliyyə- Plan İdarəsinin depozitinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X39 və xx.xx.2006-cı il təvəllüdlü X35 olmaqla üç övladı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X41 Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli notarial ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli notarial ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyandan qalan 700 manat hissənin Təqsirləndirilən şəxs1 qardaşı tərəfindən ödənildiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın iş üzrə digər sübutlarla təmin edilməməsi səbəbindən onun həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. Məhkəmə vurğulayır ki, sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılmış, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulmuş, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmamışdır. Belə ki, ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 təkrarən tanışı X44 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirmək məqsədi ilə özünün Azərbaycan Respublikası Baş Prokurorluğunun yüksək vəzifəli rəhbər şəxsləri ilə yaxın əlaqələrinin olmasına dair Zərərçəkmiş şəxs5 yalan məlumatlar verib onu aldadaraq həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs5 övladı X10 Bakı şəhəri Səbail Rayon Prokurorluğunda müstəntiq vəzifəsinə xidmətə qəbul edilməsinə köməklik göstərəcəyi ilə bağlı Zərərçəkmiş şəxs5 qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində Şahid9 yanında 48.000 manat, daha sonra 2023-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “Elmlər” metrostansiyası yaxınlığındakı Hüseyn Cavid parkının ərazisində qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs5 13.000 manat pulu aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 61.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində sübutların növləri sadalanaraq: şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər göstərilmişdir. Məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus əmlakı təkrarən ələ keçirərək dələduzluq etmə ittihamına dair hissədə Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın məbləği müəyyən edilərkən ibtidai istintaq orqanı öz mövqeyini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki, verilmiş ittihamdan da göründüyü kimi, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 48.000 manat pulu 2022-ci ilin iyun ayının sonlarında almış, həmin 48 min manat pulun verilməsində və ya tərəflər arasındakı razılaşmada Təqsirləndirilən şəxs2 iştirakını təsbit edəcək hər hansı hal müəyyən edilməmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 13.000 manat pulu 2023-cü ilin oktyabr ayının əvvəllərində almışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 13.000 manat pulu Zərərçəkmiş şəxs5 alan zaman onların arasında həmin pulun daha öncə Hikmətə verilmiş 48.000 manat pulun davamı kimi verilməsinə dair hər hansı danışıq olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 da suallara cavab verərkən, hadisənin üzərindən uzun müddət vaxt keçdiyi üçün Surxayın onun Hikmətə verdiyi 48000 (qırx səkkiz min) manat məbləğində puldan xəbəri olub-olmamasından xatırlamadığını qeyd etmişdir. Belə olan halda, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5dan 48.000 manat məbləğində pulun alınmasında Təqsirləndirilən şəxs2 iştirakının olmaması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 6 may 2022-ci il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli Plenum Qərarının 34-cü bəndində qeyd edilmişdir ki, CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir. Bir və ya bir neçə dələduzluğun törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən həmin cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq hesab olunur (CM-nin 178.3.1-ci maddəsi). Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona xeyli miqdarda, yəni 13.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan hüquqlarının və X13 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, müqayisəli şəkildə təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gələrək, hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə tövsif olunmalıdır. Eyni zamanda, məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə ümumiyyətlə təqsirli bilməməsinə dair ifadəsinə də hüquqi qiymət verərək, həmin ifadəni özünü müdafiə xarakteri daşımaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi həmçinin, Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən, yəni, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə isə özünü ümumiyyətlə təqsirli bilməməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək məqsədilə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, həqiqi məlumatları gizlətməklə, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirilməsinə yönəldilmiş qəsdən hərəkətlər törətmişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaqla hədələmədə ifadə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə AR CM-nin 178.2.2, 178.2.4, 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları Təqsirləndirilən şəxs1 özünün ibtidai istintaq zamanı qismən etirafedici 28 noyabr 2024-cü il tarixli, 31 may 2024-cü il tarixli, 16 iyul 2024-cü il tarixli ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmədə dindirilmə protokolları, iş materiallarında olan “internet resurslarına baxış keçirilməsi haqqında” protokol, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD disklərdə olan məlumatlara baxış keçirilməsi barədə protokol, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd İphone markalı mobil telefona baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş avtomobilə “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokol, Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş sənədlərə “Baxış keçirilməsi haqqında” protokol, Təqsirləndirilən şəxs1 məxsus pul qabına “Baxış keçirilməsi haqqında” protokol, pul qabından aşkar edilmiş həmin protokola əlavə edilmiş üzərində baş redaktor Təqsirləndirilən şəxs2 imzası olan Aktualxəbər informasiya agentliyinə məxsus xidməti vəsiqə, Üzərində “N.Nərimanov r/n 11 nömrəli xüsusi təhsil məktəbi” sözləri yazılmış kağız, Zərərçəkmiş şəxs7 məxsus şəxsiyyət vəsiqəsinin surəti, Üzərində Azərbaycan Respublikası Baş Prokurorluğu yazılmış siyahı, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd bank ödənişinin çıxarışı, Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi sənəd və məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetirilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarının 1-1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. X54 1-2-ci bəndinə əsasən, hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. Plenum Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verdiyi halda, hədə-qorxu ilə tələb etmədə təqsirli şəxsin qəsdi tələb olunan əmlakın gələcəkdə əldə edilməsinə və yaxud quldurluqda və soyğunçuluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra edildiyi vaxt və yaxud gələcəkdə əmlaka olan hüququn əldə edilməsinə və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsinə yönəlir. Plenum Qərarının 3-cü bəndinə əsasən, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Lakin, təqsirkarın başqa şəxs vasitəsilə zərərçəkmiş şəxsə ünvanladığı əmlakın, ona olan hüququn verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi barədə hədə ilə müşayiət olunan tələb onun iradəsindən asılı olmayan hər hansı səbəblərdən ünvana çatdırlmazsa, bu halda cinayət hədə-qorxu ilə tələb etməyə cəhd kimi qiymətləndirilməlidir. Plenum Qərarının 5-ci bəndinə əsaəsn, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Plenum Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı təkrarən ələ keçirərək dələduzluq etmiş, həmçinin, bir qrup şəxs halında zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında müdafiəçilər tərəfindən müdafiə olunmuş, onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxslər onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə AR CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri özlərini media subyektinin əməkdaşı kimi təqdim edib zərər çəkmiş şəxslərdə özlərinə qarşı inam, etibar yaradaraq, törətdiklərindən onlara həmin maddələr üzrə əsas cəza təyin edilərkən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza da əlavə cəza kimi təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, onlara təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və əlavə cəza əsas cəzaya birləşdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Məhkəmə tərkibi, AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir az yaşlı uşağının olmasını, AR CM-nin 59.1.14-cü maddəsinə əsasən dələduzluq cinayəti nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, AR CM-nin 59.1.12-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti üzrə zərər çəkmiş şəxslə barışmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və 61.1-ci maddədə göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Həmçinin, məhkəmə tərkibi, AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən dələduzluq cinayəti nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxslərlə barışmasını, həmçinin, AR CM-nin 59.1.12-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə cinayəti üzrə zərər çəkmiş şəxslərlə barışmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və 61.1-ci maddədə göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və ya tələbinin olmaması,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi AR CM-nin AR CM-nin 178.2.2, 178.2.4-ci maddələri üzrə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının, 182.2.1, 182.2.2-ci maddələr üzrə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və ya tələbinin olmaması,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi AR CM-nin 182.2.1 və 182.2.2-ci maddələrinə münasibətdə, həmin maddələrdə nəzərdə tutulmuş 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli ilə bağlı epizodları, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın tam ödənilməməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1 və 182.2.2-ci maddələri cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 09 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş avtomobilə baxışın videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd İphone markalı mobil telefon, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, Aktualxəbər informasiya agentliyinə məxsus xidməti vəsiqə, Elmira Zamanovanın sənədinin surəti, Üzərində “N.Nərimanov r/n 11 nömrəli xüsusi təhsil məktəbi” sözləri yazılmış kağız, Zərərçəkmiş şəxs7 məxsus şəxsiyyət vəsiqəsinin surəti, üzərində Azərbaycan Respublikası Baş Prokurorluğu yazılmış siyahı olan 01 ədəd zərf hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası və mülki iddiaya dəyişiklik edilməsi ilə bağlı ərizəsi nəzərə alınmaqla, mülki iddia təmin olunmalı və ümumilikdə 16.231 (on altı min iki yüz otuz bir) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, Zərərçəkmiş şəxs1 ödənilməlidir. Cinayət işi üzrə DİN-in Maliyyə-Plan İdarəsinin depozitində saxlanılan Təqsirləndirilən şəxs1 pul qabından aşkar edilərək götürülmüş 16.000 manat pul Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın ödənilməsinə yönəldilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 99-3.1-ci maddəsinə əsasən, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. AR CM-nin 99-3.2-ci maddəsinə əsasən, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakları məhkəmə tərəfindən müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona AR CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunaraq, 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-nin 182.2.1, 182.2.2-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın, AR CM-nin 66.4-cü maddəsinə əsasən, əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunaraq, 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddiməsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-nin 182.2.1, 182.2.2-ci maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın, AR CM-nin 66.4-cü maddəsinə əsasən, əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş avtomobilə baxışın videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd İphone markalı mobil telefon, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, Aktualxəbər informasiya agentliyinə məxsus xidməti vəsiqə, Elmira Zamanovanın sənədinin surəti, Üzərində “N.Nərimanov r/n 11 nömrəli xüsusi təhsil məktəbi” sözləri yazılmış kağız, Zərərçəkmiş şəxs7 məxsus şəxsiyyət vəsiqəsinin surəti, üzərində Azərbaycan Respublikası Baş Prokurorluğu yazılmış siyahı olan 01 ədəd zərf hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin olunsun və ümumilikdə 16.231 (on altı min iki yüz otuz bir) manat pul Təqsirləndirilən şəxs1 tutularaq, Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə DİN-in Maliyyə-Plan İdarəsinin depozitində saxlanılan Təqsirləndirilən şəxs1 pul qabından aşkar edilərək götürülmüş 16.000 manat pul Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın ödənilməsinə yönəldilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar