Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-48/2024 16.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni Nümayəndəsi «BHM və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin ART şöbəsinin direktoru işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X24 Psixatriya xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuş, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2008-ci ilin sentyabr ayında «hipokampin atrofiyası, mədəciklərin genişlənməsi- hidrosefaliya, arxa kəllə çuxurunda genişlənmiş meqasistema və epilepsiya» ilə doğulmuş qızı Aliyə Taxvelinin bu əlamətlərlə anadan olmasını xx.xx.2007-ci ildən onunla rəsmi nikahla ailə quraraq birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs1 görmüş, bunu bəhanə edərək həmin vaxtdan başlayaraq sonuncuya qarşı aqressiv münasibətlər göstərib 2018-ci ilin dekabr ayının əvvəllərində müxtəlif vaxtlarda yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1 ilə heç bir səbəb olmadan mübahisə edərək dəfələrlə yaşadığı evdə azyaşlı qızları, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə xx.xx.2015-ci il təvəllüdlü Nailə Taxvelinin gözləri qarşısında Zərərçəkmiş şəxs1 əlləri və ayaqları ilə vurub sonuncuya Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı ilə müşayət olunan sol bazu oynağı nahiyəsinin ön səthinin, sağ bazunun yuxarı 1/3-nin iç səthinin və sol bazunun orta 1/3-nin ön səthinin, sağ bazunun aşağı 1/3-nin iç səthinin qançırları ilə nəticələnməklə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu dəfə 09 dekabr 2018-ci il tarixdə, saat 22 radələrindən başlayaraq bir müddət əvvəl narkotik vasitə olan "Marixuana" qəbul edib psixi və davranış pozuntusu halında olmaqlaxx.xx.2018-ci il tarixdə, saat 02-03 radələrində heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək saçlarından tutduğu vəziyyətdə uşaqlarının oyanmasına səbəb olmaqla, uşaqları ilə vidalaşdırmağa məcbur etməklə, ona uşaqlarının gözü qarşısında əlləri ilə vurub başın sağ gicgah nahiyəsinin, hər iki mil-bilək oynağı nahiyəsinin qançırlarının və sol mil-bilək oynağı nahiyəsinin ön səthinin sıyrığı ilə nəticələnməklə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, doğulduğu andan Zərərçəkmiş şəxs2 xəstəliyinə görə qəbul etməməklə, buna Zərərçəkmiş şəxs1 səbəb olmasını bəhanə etməklə, ailəsi ilə maraqlanmamaqla və maddi dəstək olmamaqla, həmçinin narkotik maddələr qəbul etməklə AdelyaTaxveliyə pisixi iztirablar vermişdir. Bundan başqa o, narkotik vasitə olan "Marixuana" qəbul edib psixi və davranış pozuntusu halında olmaqla xx.xx.2018-ci il tarixdə, saat 02:42-də arvadı Zərərçəkmiş şəxs1 saçlarından tutduğu vəziyyətdə «hipokampin atrofiyası, mədəciklərin genişlənməsihidrosefaliya, arxa kəllə çuxurunda genişlənmiş meqasistema və epilepsiya» ilə doğulmuş qızı Aliyə Taxvelinin yatdığı otağa gətirərək sonuncunun yuxudan oyanmasına səbəb olmuş və Adelyanı onunla vidalaşdırarkən onun gözü qarşısında Zərərçəkmiş şəxs2 qolundan tutaraq dartıb çarpayıdan yerə düşürməsi nəticəsində aldığı kəllə-beyin travmasından ona hər iki tərəfdə subdural sahədə baş beyni laterallardan zəif kompresiya edən ən qalın yerində sağda 9 mm, solda isə 10 mm ölçülü homogen tərkibli ciblənmiş maye yığıntısı ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid və sağ bazu nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Daha sonra o, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 5,647qram narkotik vasitə olan qurudulmuş «Marixuana»nı 2018-ci ilin dekabr ayının əvvəlində əldə edərək sahibliyində və idarəçiliyində olduğu «Lexus» markalı, **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının saxlanc yerində saxlayaraq gəzdirmiş və xx.xx.2018-ci il tarixdə keçirilmiş baxış zamanı avtomaşından həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, 09 dekabr 2018-ci il tarixdə, saat 22 radələrindən başlayaraq bir müddət əvvəl narkotik vasitə olan "Marixuana" qəbul edib psixi və davranış pozuntusu halında olmaqla xx.xx.2018-ci il tarixdə, saat 02-03 radələrində yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 yuxudan oyadıb onunla heç bir səbəb olmadan mübahisə edərkən sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə azyaşlı qızları, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2015-ci il təvəllüdlü Nailə Taxvelinin yuxudan oyanmasına səbəb olan hərəkətlər edərək uşaqlarının gözləri qarşısında NailəTaxvelinin ağlayaraq anasını çağırmasına məhəl qoymadan arvadının saçlarından tutaraq mənzilin otaqlarında gəzdirməklə müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib uşaqlarının yanında onu buraxmasına dair arvadı Zərərçəkmiş şəxs1 yalvarışlarına fikir verməyərək uşaqları ilə vidalaşmağa məcbur edib sonuncuya əzab vermiş, saçlarından tutaraq yaşadığı mənzilin mətbəx otağının qarşısında olan eyvana gətirərək Zərərçəkmiş şəxs1 müqavimətini qırmağa yönəlmiş hərəkətlər edib onun bel nahiyyəsini eyvanda olan məhəccərə sıxan zaman ona dərəcəsinə görə təyin ediməyən oma nahiyəsinin qançırı və qançırının fonunda kiçik ölçülü kəsilmiş yarasından ibarət xəsarət yetirdikdən sonra öz niyyətini sona çatdırmaq məqsədi ilə müstəsna dərəcədə qəddarlıq edərək Zərərçəkmiş şəxs1 ayaqlarından tutub qaldıraraq eyvandan küçəyə atması nəticəsində ona baş beyinin sol gicgah-təpə və ənsə paylarının əzilib-dağılması və evakuasiyası, həmin nahiyələrdə yumşaq qişalara, beyin toxumasına qansızmaları, mədəciklərə qansızması, beyinciyin, uzunsov beyinin və varol korpüsünün toxumasına qansızması, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpə-alın və ənsə nahiyələrində yumşaq toxumalar altına qansızması, sol gicgah əzələsinə qansızmaları, başın sol təpə-ənsə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol ağciyərin cırılması və toxumasına qansızmaları, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların, orta körpücük və kürək xətləri üzrə sınıqları və qabırğaarası əzələlərdə qansızmaları, sol böyrəkətrafı toxumaya qansızması, döş sümüyünün, sol bud və sağ baldır sümüklərinin sınıqları, sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı, sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı, başın alın nahiyəsinin, üzün sol yarısının, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin, sağ əlin İ barmağının, qarının sol yan səthinin sıyrıqları, sol üst göz qapağının qançırı, sağ yuxarı ətrafın iç səthini əhatə edən iri ölçülü qançırı, sol bazunun, sağ əlin İ barmağının yastıq hissəsinin, sağ diz oynağı nahiyəsinin, sol budun, sağ baldırın qançırları ilə nəticələnən, kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin toxumasının əzilib-dağılması və evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) kimi həyatla bir araya sığmayıb ölümü ilə birbaşa əlaqəli və ölümünə səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, özünü elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mərhum Adelya ilə 2008-ci ildə ailə qurmuş, bir-birilərini çox sevirmişlər. Onun Adelyanı öldürməsinə heç bir səbəb olmamışdır. Onun ailəsini tanıyanların hamısı yoldaşı ilə olan münasibətləri bilirdilər. Birinci qızı beyin travması ilə dünyaya gəlmişdir. Lakin qızının travma ilə doğulması onun qızına qarşı pis münasibətinə səbəb olmamışdır. Əksinə o, qızının müalicəsi üçün əlindən gələni etmiş, qızını Türkiyəyə, İsrailə müalicəyə aparmışdır.2015-ci ildə ikinci qızı dünyaya gəlmiş, ikinci uşağı normal olmuşdur. O, marixuana qəbul edirdi, ilk dəfə Hollandiyaya gedəndə qəbul etmişdir. Belə ki, oradakı barlarda marixuananın istifadəsi qanunidir. Hadisənin yəni, həyat yoldaşı Adelyanın eyvandan yerə düşüb ölməsi anını xatırlamır. Ümumiyyətlə, Adelya ilə son saatda olan münasibətləri də xatırlamır. Hadisənin necə baş verdiyini hadisədən əvvəl marixuana qəbul etdiyini də xatırlamır. Ona verilmiş digər ittihamları da qəbul etmir. Özünə məxsus maşında narkotik vasitə olan marixuana saxlamamış, maşından kibrit qutusunda aşkar olunmuş marixuananın kimə məxsus olmasını bilmir, qızı Aliyə Taxvelini yuxudan oyadaraq arvadının gözü qarşısında qolundan tutaraq çarpayıdan yerə atmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Bundan savayı yoldaşı Adelyanı saçlarından tutub otaqlarda sürüməmiş, onu uşaqları ilə vidalaşmağa məcbur etməmiş, psixi iztirablar verməmişdir. İbtidai istintaq zamanı müdafiəçisi və tərcüməçinin iştirakları ilə verdiyi ifadələrində təqsirləndirilən qşəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə ailə quraraq bir müddət Adelya ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 28, mənzil 18-də yaşamışdırlar. Həmin nikahdan xx.xx.2008-ci il tarixdə Aliya adlı, 2015-ci il tarixdə isə Nailə adlı qızları doğulmuşdur. Daha sonra, 2013-cü ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 381-ci məhəllə R.Behbudov küçəsi, ev 65, mənzil 51-ə köçərək orada yaşamağa davam etmiş və arvadı ilə birgə yaşadığı müddət ərzində mehriban münasibətləri olmuşdur. Qızı Aliya anadan olan gündən autizm xəstəliyindən əziyyət çəkdiyindən özü və arvadı Adelya çətinliklə pul toplayaraq qızını müalicə etdirmişlər. Ailə daxilində adət olduğundan hər ilin dekabr ayının birində yaşadığı mənzildə şam ağacı bəzədilsə də, bu il şam ağacı dekabr ayının səkkizində bəzədilmişdir. Belə ki, həmin gün şam ağacını qurduqdan sonra ailəsi ilə birlikdə arvadı Adelyanın qohumlarına məxsus bağ evinə getmişdirlər. Orada Adelyanın qohumları olmuş, onlar bağda istirahət edərək gecəni orada qalıb bazar günü, yəni xx.xx.2018-ci il tarixdə, saat 18-19 radələrində bağdan qayıtmışdırlar. Bağdan qayıtdıqdan sonra yaşadığı mənzildə saxladığı və bir hissəsini özü ilə götürdüyü «Marixuana»nanı kağıza dolduraraq yaşadığı mənzilin eyvanında çəkmişdir. Bir müddət sonra uşaqları yatmış və qızı Aliya autizm xəstəliyindən əziyyət çəkdiyindən daima bir otaqda qalmışdır. xx.xx.2018-ci il tarixdə, saat 01 radələrində “Whatapp”-da yaratdığı «PROJEKT-X» qrupunda dostu Tarik kimi yazdığı Əli-Səttara və arvadı Adelyaya statuslar yazsa da onlar cavab verməmiş, özü isə tək mesajlar yazmışdır. Mesajlarda hər ikisinə hörmətindən və məhəbbətindən danışaraq admin kimi şərtlərini bildirmişdir. Daha sonra, saat 02 radələrində arvadı Adelya ilə münaqişəsi başlamış və münaqişə zamanı arvadının saçlarından tutaraq onu yaşadığı mənzilin otaqlarında ora-bura sürümüş, sonra isə mənzilin eyvanına çıxarıb bədəninin aşağı hissəsindən tutub qaldıraraq onu eyvandan aşağı atmışdır. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və müvafiq sənədləşmə aparmağa başlamışlar. 2008-ci il tarixdən narkotik vasitə olan «Marixuana» qəbul etmiş, narkotik vasitəni tanımadığı adamlardan müxtəlif məbləğlərə almış və ya yerdən tapmış, narkotik vasitəni özünə məxsus «Lexus» markalı, **-LH-*** dövlət nömrə nişanlı avtomaşında və ya yaşadığı mənzildə saxlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hüquqi varisi və zərərçəkmiş şəxs X11 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi vəkil Nümayəndə vasitəsilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, hazırkı cinayət işi üzrə ibtidai istintaq vəbundan öncə keçirilən məhkəmə baxışı zamanı verdiyi ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və təqsirliliyi cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı zamanı toplanmış çoxsaylı mötəbər sübutlarla (özünün ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi, ibtidai istintaqda və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, hadisə yerinə, avtomaşına, mənzilin yataq və qonaq otaqlarına, mətbəxinə və dəhlizinə quraşdırılmış video müşahidə kameralarına baxış protokolları, məhkəmə-tibbi, məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-kriminallistik ekspertizalarının rəyləri, SMS mesajlaşmaları və mobil telefon danışıqlarına dair yazışmalar və sair ) öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində müvafiq ittiham hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 hüquqi varisi və zərərçəkmiş şəxs X11 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədə verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs onun kürəkənidir, mərhum Adelya isə qızı olmuş, Aliyə isə nəvəsidir. Təqsirləndirilən şəxsin ifadəsini dinləmiş, həmin ifadələri qəbul etmir. Həqiqətən 2005-cı ildə qızı Adelya Təqsirləndirilən şəxs ilə orta məktəbin yuxarı siniflərində oxuduğu zaman tanış olmuşdur. Belə ki, qızının oxuduğu məktəbdə «KVN» komandasını Ramiz hazırlamış, elə o zaman da qızı Ramizlə tanış olmuşdur. 2007-ci ildə qızı Ramizlə ailə qurmuşdur. İlk vaxtlar onların münasibətləri yaxşı olmuşdur. Lakin qızı Adelyanın birinci övladı dünyaya gəldikdən sonra Ramizin Adelyaya və qızı Aliyəyə münasibəti dəyişmişdir. Belə ki, Aliyə beyin travması ilə dünyaya gəlmiş, bu isə Ramizin xoşuna gəlməmişdir. O, xəstə doğulmuş uşağına baxmaq istəmədiyi üçün Aliyəni üç yaşına qədər o özü saxlayaraq qulluq etmişdir. Ramiz yüksək maaşlı vəzifələrdə işləməsinə baxmayaraq ailəsinə ümumiyyətlə baxmırdı. Qızı və özü uşaqlara, evə lazım olan qida və əşyaları almağa məcbur olmuşlar. Bundan başqa, qızının deməsindən Ramizin daima içkili olması, başqa qadınlarla görüşməsini bilmişdir. Vəziyyət o hala çatmışdır ki, 2012-ci ildə qızı Ramizdən boşanmaq qərarına gəlmiş, lakin Ramiz yalvardığına görə yenə onu bağışlamışdır. xx.xx.2018-ci il tarixdə bağa getməyi qərara almışlar. Butun günü bağa getmək üçün hazırlaşmış və bu barədə Adelya ilə dəfələrlə söhbətlər etmişdir. Saat 20 radələrində öz maşını ilə bağa getmiş, saat 22 radələrində Ramiz və Adelya uşaqları ilə birlikdə bağa gəlmiş, həmin vaxt Adelya maşından düşərək uşaqlarla birlikdə bağa girsə də, Ramiz maşının qapılarını bağlayaraq 4 saata yaxın maşında oturmuşdur. Adelyadan Ramizin nəyə görə belə etdiyini soruşduqda Adelya ərini müdafiə edərək Ramizin anası ilə sözləşdiyini əsəbləşdiyi üçün maşında oturmasını demişdir. Hətta kiçik nəvəsinin qidası və butulkası maşında qalmasına baxmayaraq Ramiz qapını Adelyanın bir çox yalvarışlarından sonra açmışdır. Nəhayət özü də bağa gələrək bağda gecələmişdir. Bağdan xx.xx.2018-ci il tarixdə qayıtdıqdan sonra təxminən saat 22 radələrində Ramiz «Watsaap»la ona müxtəlif məzmunlu yazılar yazmış, hətta kəsilmiş insan barmağının şəklini qoyaraq guya hansısa iş yoldaşının barmağının kəsildiyini, onun işlədiyi yerdə müvafiq həkimin olub-olmamasını soruşmuşdur. O da cavab yazısında bildirmişdir ki, lazım olan həkim vardır, iş yoldaşını xəstəxanaya gətirə bilər, sonra isə yazmışdır ki, öldürə bilmirəm. O, ondan soruşmuşdur ki, kimi öldürə bilmirsən? Ramiz cavab verməmiş, o ondan təkrar olaraq məni öldürə bilmirsən soruşmuş, Ramiz cavab yazmışdır ki, hə. Bundan sonra Ramiz profilinə evindəki yolka şəklini qoymuş və yazmışdır ki, ancaq Aliyəyə yazığım gəlir. Ramizin Aliyanın adını çəkməsi ona qəribə gəlmiş və Ramizə bu günə kimi Aliya ilə maraqlanmadığını, bu gün nə üçün dayanmadan Aliyanın adını çəkdiyini demiş, Ramiz də ona “bu mənim özüm üçün də maraqlıdır” cavabını vermiş, sonra cərgə ilə bir neçə dəfə rus dilində «spi spokoyno» yazaraq telefonunu söndürmüşdür. Ramizin bu yazılarından narahat olaraq qızı Adelyaya zəng etmiş, qızı telefonu açaraq qızı Aliyənin otağında Aliyənin çarpayısının yanında yerdə yatdığını, hər şeyin yaxşı olduğunu demişdir. Ramizin ona yazdıqlarını qızına dedikdə Adelya demişdir ki, ona fikir verməsin. Səhər işə getməyə hazırlaşdıqda qapısının döyülməsini eşitmişdir. Qapını açdıqda pilləkanlarda demək olar ki, bütün yaxın qohumlarını görmüşdür. Qapını isə bacısı Nərgiz döymüşdür. Nərgiz çox pis vəziyyətdə idi. Adelyanın yıxılıb zədələnməsini ona demiş, lakin axırda bilmişdir ki, Adelyanı Ramiz eyvandan ataraq qətlə yetirmişdir. Ramizin narkoman olmasını da bilirdi. Ramizin davranışı, məntiqsiz hərəkətləri, nəvələrinin dayəsinin Ramizin əşyalarının içindən kibrit qutularında otabənzər maddələri tapması buna əsas vermişdir. Aliyənin hadisə vaxtı xəsarət almasına dair onu bildirir ki, hadisə gününədək Aliyə daim dayənin nəzarəti altında olmuş, yıxılmamış, heç bir xəsarəti olmamışdır. Adelya öldükdən sonra Aliyənin hərəkətlərində aqresivlik yaranmış, yuxusu pozulmuş, bir müddətdən sonra da əli ilə başını göstərib başında olan ağrılardan şikayətlənmiş, daha sonra isə qızdırması qalxmışdır. Bundan sonra, Aliyə müayinəyə aparılmış və müayinə zamanı Aliyənin travma alması müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs qızını əvvəlki illərdə tez-tez döyür, əzab verirdi. Bir-neçə dəfə qızı yanında paltarlarını yanında dəyişəndə qollarında göyərtilər görmüş, qızı Ramiz tərəfindən döyüldüyünü demişdir. Lakin Adelya onun bu məsələyə müdaxilə edilməsinə qoymamış, ümumiyyətlə ailə işlərinə kiminsə müdaxilə etməsinə icazə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Həmçinin mərhum Zərərçəkmiş şəxs1 də tanımışdır. Belə ki, 2010-cu ildən bu ailənin evində dayə işləmişdir. Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuş, mərhum Adelya ilə isə münasibətləri rəfiqə kimi olmuşdur. Mərhum çox yaxşı insan olmuş, uşaqlarını çox istəmiş, ailəcanlı olmuşdur. Bu ailənin birinci övladı Aliyə dünyaya autizm xəstəliyi ilə gəlmiş, bu səbəbdən ona xüsusi qayğı və diqqət tələb olunurdu. Onun vəzifəsi məhz Aliyəyə xidmət etmək olmuşdur. 2015-ci ildə Adelyagilin ikinci qızı dünyaya gəldikdən sonra ona da dayəlik etmişdir. Ramiz haqqında onu deyə bilər ki, o, mərhum Adelya ilə tez-tez mübahisə edirdi. Belə ki, Adelyagilin evində olduğu zaman onların mübahisə səslərini dəfələrlə eşitmişdir. Lakin Adelya yoldaşı ilə olan münasibətlərini ona və yaxud qohumlarına heç vaxt bildirmir, ailəsini qoruyub saxlamağa çalışmışdır. Onu da qeyd etmək istəyir ki, Aliyənin xəstə doğulmasında Ramiz günahı Adelyada görür, onu qınayır, xəstə uşağa soyuq münasibət bəsləyirdi. Uşaq ağlayanda əsəbləşir, ondan uşağın səsini kəsməyi tələb edirdi. Lakin ikinci övladına qarşı Ramiz yaxşı münasibət bəsləyir, ikinci uşağını çox istəyirdi. xx.xx.2018-ci il tarixdə səhər Adelyagilə gələrək səhər yeməyini hazırlayıb Aliyanı yedizdirmiş, sonra yuxudan oyanan kiçik qız Nailəyə də yemək hazırlayıb yedizdirmişdir. Həmin gün Ramiz özünü yaxşı hiss etməmiş, hamama girib uzun müddət orada qalmışdır. Hətta Adelyanın tapşırığı ilə aptekə gedib Ramiz üçün dərman almışdır. Həmin gün Ramizin işçiləri evə gəlib yolka qurmuşlar. Hətta bu vaxtı Ramiz hamamdan çıxmamışdır. Adelya Ramizin vəziyyətini təzyiqinin artması ilə izah etmişdir. Həmin vaxt Ramizin hərəkətlərində qeyri-adilik görmüş, lakin buna fikir verməmiş, çünki onun narkotik vasitələr qəbul etməsindən məlumatlı idi. Belə ki, dəfələrlə Ramizin şalvarlarını paltar maşınına atmazdan əvvəl ciblərini yoxlayarkən oradan içində kəskin iy verən otlar aşkar etmiş, hətta bir dəfə mətbəxdə şkafların birində içində ot olan kibrit qutusu aşkar etmişdir. Təbii ki, aşkar etdiyi əşyalar barədə Adelyaya məlumat verirdi. xx.xx.2018-ci il tarixdə saat 05 radələrində Adelyanın xalası qızı ona zəng edərək Adelyanın eyvandan aşağı düşərək ölməsini demişdir. Lakin Adelyanın necə düşməsi barədə dəqiq bir söz deməmişdir. Saat 06-07 radələrində Ramizgilə gəlmiş və blokda Adelyanın qohumu Muradla qarşılaşdığı üçün ondan nə baş verdiyini soruşduqda Murad ona Ramizin Adelyanı yaşadığı evin eyvanından ataraq öldürdürdüynü demişdir. Aliyənin hadisə vaxtı xəsarət almasına dair onu bildirir ki, hadisə gününədək Aliyə daim onun nəzarəti altında olmuş, yıxılmamış, heç bir xəsarəti olmamışdır. Adelya öldükdən sonra Aliyanın hərəkətlərində aqresivlik yaranmış, yuxusu pozulmuş, bir müddətdən sonra da əli ilə başını göstərib başında olan ağrılardan şikayətlənmiş, daha sonra isə qızdırması qalxmışdır. Bundan sonra, Aliya müayinəyə aparılmış və müayinə zamanı Aliyanın travma alması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bu iş üzrə bu məhkəmədə verdiyi əvvəlki ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanımış, onunla orta məktəbdə sinif yoldaşı olmuş, aralarında dostluq münasibəti olmuşdur. Ramizlə ailəvi dostluq münasibəti olmuş, hər iki ailə birlikdə asudə vaxtlarını dəfələrlə keçirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə arvadı Adelya arasında münasibətlərin yaxşı olmasını görmüşdür. xx.xx.2018-ci il tarixdə, saat 22 radələrində “Whatapp”da Ramizlə yazışmış, onun gərgin olmasını hiss etmişdir. Ramizin marixuana istifadə etdiyini görməmiş, lakin onun özü narkotik vasitə istifadəçisi olmuşdur. . xx.xx.2018-ci il tarixdə səhər hadisənin baş verdiyini bilmişdir. Şahid1 bundan əvvəlki məhkəmə iclasında şahid qismində verdiyi ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla dostluq münasibəti olmuşdur. Ramiz 2007-ci ildə, o isə 2014-cü ildə ailə qurmuşlar. Ramizlə ailəvi dostluq münasibəti olmuş, hər iki ailə birlikdə asudə vaxtlarını dəfələrlə keçirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə arvadı Adelya arasında münasibətlərin yaxşı olmasını görmüşdür. Ramiz son illər «Buta Palace» şirkətində art-direktor vəzifəsində işləmiş, o da rejissor olduğu üçün Ramiz hərdən ona sifarişlər vermişdir. Etiraf edir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə çəkmə üsulu ilə narkotik vasitə olan marixuana qəbul etmişdir. Sonuncu dəfə Ramizi xx.xx.2018-ci il tarixdə görmüş, həmin gün, saat 22 radələrində Ramiz onun iş yerinə gələrək onu doğum günü ilə əlaqədar təbrik etmək istədiyini demişdir. Ramizlə görüşdükdən sonra onunla bir müddət əvvəl işlədiyi kinostudiyada, sonra isə Ramizin maşınında əyləşib sonuncunun yaşadığı ev istiqamətində getmiş, yolda Ramiz ona ətir aldığını, ətri ona xx.xx.2018-ci il tarixdə verəcəyini bildirmişdir. Həmçinin Ramiz «Projekt-X» şirkəti yaratdığını və həmin şirkətlə müxtəlif şou-biznesdə birgə proyektlər həyata keçirərməklə pul qazanacaqlarını bildirmişdir. Onlar Ramizin evinə çatdıqdan sonra sonuncu üstündə siqaret kağızına bükülmüş narkotik vasitə olan «marixuana»nı cibindən çıxararaq çəkmiş, sonra ona da təklif etdiyi üçün onun təklifini qəbul edib bir-iki dəfə həmin siqaretdən «zatyajka» eləyərək çəkmişdir. Bundan sonra, taksi ilə öz yaşadığı evə getmiş və bir daha Ramizi görməmişdir. 08 və 09 dekabr 2018-ci il tarixlərdə bir-neçə dəfə Ramizlə telefonla danışaraq və «Watsaap»da yazışaraq müxtəlif mövzularda söhbət etmişdir. Həmin vaxt Ramiz bağa getdiyini və bağda dincəldiyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə, saat 22 radələrində “Whatapp”da Ramizlə yazışmış, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə keçən gecə Ramizlə “Whatsapp” vasitəsi ilə yazışan zaman Ramiz ona “mən bu gün artıq 3 baş şey çəkmişəm, sən öl, birin elə indicə eyvanda çəkdim” mesajını göndərməsi ilə sonuncu marixuanı çəkməsini nəzərdə tutmuşdur. Lakin onun bu mesajını o yatdığı üçün xx.xx.2018-ci il tarixdə saat 07 radələrində yuxudan oyandıqdan sonra oxumuşdur. Təxminən bir saat sonra isə Adelyanın qohumu Murad ona zəng edərək Adelyanın öldüyünü demiş, lakin hadisə barəsində dəqiq məlumat verməmişdir. Həmin gün arvadı ilə birlikdə hüzrə gəlmiş və oradakı söhbətlərdən bilmişdir ki, Ramiz Adelyanı yaşadığı evin eyvanından atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,mərhum Təqsirləndirilən şəxs mərhum bacısı Adelyanın əri olmuşdur. Onun Ramizlə münasibətləri yaxşı olmamışdır. Səbəbi isə Ramizin bacısı Adelyaya kobud münasibəti olmuşdur. Bacısının ölümünü hadisə günü səhər evlərinə gəlmiş xalası Nərgiz vasitəsilə bilmişdir. Baxılan iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Samirənin kürəkəni kimi tanıyır, mərhum Adelya isə bacısı Samirənin qızı olmuşdur. Adelyanın Ramizlə 2007-ci ildə ailə qurmasının əleyhinə olmuş, çünki Adelya ilə Ramizin çox fərqli insanlar, fərqli ailələrdən olduğunu görmüşdür. Buna baxmayaraq Adelya Ramizi sevdiyini bildirərək onunla ailə qurmuşdur. İlk vaxtlar onların xoş sədası gəlmiş, lakin 2008-ci ildə Adelyagilin doğulmuş qızı Aliyə xəstə olduğundan sonuncuların ailəsində mübahisələr başlamışdır. Belə ki, Aliyə autizm xəstəliyi ilə dünyaya gəlmiş, onun da günahını Ramiz Adelyada görmüşdür. O, xəstə doğulmuş uşağına baxmaq istəmədiyi üçün Aliyəni üç yaşına qədər bacısı Samirə saxlayaraq qulluq etmişdir. Ramiz yüksək maaşlı vəzifələrdə işləməsinə baxmayaraq ailəsinə ümumiyyətlə baxmır, uşaqlara, evə lazım olan qida və əşyaları almır, daima spirtli içkilər qəbul edir, başqa qadınlarla ünsiyyət saxlayırdı. Bunu o, bacısı Samirənin sözlərindən bilmişdir. 2012-ci ildə Adelya Ramizdən boşanmaq qərarına gəlmiş, lakin Ramiz yalvardığına görə yenə onu bağışlamışdır. xx.xx.2018-ci il tarixdə yaxın qohumlar bağa getməyi qərara almışlar. O, bağa getmiş, bacısı Samirə də saat 20 radələrində öz maşını ilə bağa gəlmiş, bundan sonra saat 22 radələrində Ramiz və Adelya uşaqları ilə birlikdə bağa gəlmiş, həmin vaxt Adelya maşından düşərək uşaqlarla birlikdə bağa girsə də, Ramiz maşının qapılarını bağlayaraq 4 saata yaxın maşında oturmuşdur. Adelyadan Ramizin nəyə görə belə etdiyini soruşduqda Adelya ərini müdafiə edərək Ramizin anası ilə sözləşdiyini əsəbləşdiyi üçün maşında oturmasını demişdir. Hətta kiçik qızı Nailənin qidası və butulkası maşında qalmasına baxmayaraq Ramiz qapını Adelyanın bir çox yalvarışlarından sonra açmışdır. Onun öz maşını maşın üçün olan dayanacaqda Ramizin saxladığı maşının arxasında olmuş, Ramizdən maşını kənara çəkib ona yol verməsini xahiş etsə də sonuncu heç bir reaksiya verməmiş, böyük əziyyətlə maşını dayanacaqdan çıxara bilmişdir. Bundan sonra Ramizin özü də bağa gələrək bağda gecələmişdir. Növbəti gün o, işləri olduğu üçün səhər bağı tərk etmişdir. Hadisə günü səhər xalası qızı Sona zəng vurub ağlaya-ağlaya Adelyanın öldüyünü bildirmişdir. Dərhal Adelyanın yaşadığı evə getmiş, binanın qarşısında Ramizin anası, bacısı. Dayə və öz qohumlarını görmüşdür. Adelyanın ölməsini desələr də ilk öncə onun eyvandan düşdüyünü heç kəs deməmişdir. Lakin sonra ona bildirmişlər ki, Adelya eyvandan yerə düşüb ölmüşdür. Xalası oğlu Murada Adelyanın eyvandan düşməsinin mümkün olmadığını, onu ramizin eyvandan atdığını əminliklə demişdir. X21 sevmədiyini, onu incitdiyini bilirdi. Baxılan iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsini sonuncuların yaşadığı binanın komendantı olaraq tanımışdır. Bu ailədən heç bir narazılıq, şikayət olmamışdır. Ailə daxilində hər hansı problemin olmasını da bilmirdi. xx.xx.2018-ci il tarixdən 10 dekabr 2018-ci il tarixə keçən gecə saat 03 radələrində binanın gözətçisi Şahid4 ona zəng edərək Təqsirləndirilən şəxs arvadının özünü eyvandan yerə atdığını demişdir. Dərhal hadisə yerinə gələrək Zərərçəkmiş şəxs1 asfalt üzərində üzüquylu uzandığını, başı ətrafında çoxlu qan olduğunu görmüşdür artıq polis əməkdaşları və təcili tibbi yardım maşını binanın qarşısında idi. Polis əməkdaşları ilə birlikdə o və Şahid4 Təqsirləndirilən şəxs yaşadığı 5-ci mərtəbəyə qalxaraq qapını döymüşlər. Lakin qapını heç kəs açmamışdır. Bir müddət sonra hadisə yerinə gələn müstəntiq və polis əməkdaşları ilə birlikdə təkrar olaraq Taxvelinin yaşadığı mənzilin qarşısına qalxaraq yenə qapını döymüşlər. Bu dəfə qapını Ramiz özü açmış, qapını açdıqda Ramizin alt paltarında olmasını, qeyri-adi halda olmasını görmüşdür. Düzdür, Ramizdən alkoqol iyi gəlməsə də vəziyyəti sərxoş adamın vəziyyətinə bənzəyirdi. Polis əməkdaşları Ramizdən arvadının harada olmasını soruşduqda sonuncu arvadının yataq otağında yatdığını demişdir. Polislr ona yoldaşının bayırda asfaltda ölmüş halda olduğunu dedikdə Ramiz yenə də arvadının evdə yatdığını demişdir. Əlavə olaraq bildirir ki, o və binanın gözətçisi Şahid4 polis əməkdaşlarının dəvəti ilə binanın qarajında dayanmış Təqsirləndirilən şəxs məxsus maşının salonuna keçirilmiş baxışda hal şahidi qismində iştirak etmişlər. Maşının açarını polislərə Təqsirləndirilən şəxs evinin işçisi olan Rəna Məmmədova vermiş, lakin həmin qadının maşina baxışda iştirak etməsini xatırlamır. Ola bilsin ki, o aralıda durmuşdur. Polis əməkdaşları maşından sükanın sol tərəfində rolun altında olan bir yerdən kibrit qutusu aşkar etmişlər. Kibrit qutusunun içində isə ot kütləsi var idi. Həmin kibriti, həmçinin maşından aşkar edilmiş başqa əşyaları bir zərfə qablaşdırmışlar. Həmin zərfin üzərinə imzasını qoymuş, lakin zərfin möhürlənib-möhürlənmədiyini artıq xatırlamır. Baxış zamanı o maşının yanında sol tərəfdə Şahid4lə birlikdə dayanaraq hər şeyi aydın görmüşlər. Baxılan iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və sonuncunun arvadı Adelyanı gözətçi işlədiyi "xxxx" MMC-nin binasında yaşamış sakinlər kimi tanımışdır. Həmin bina ünvan 2 ünvanında yerləşir. Taxveli ailəsi binanın 5-ci mərtəbəsində yaşamış, bu ailə haqqında heç bir şikayət və ya narazılıq olmamışdır. xx.xx.2018-ci il tarixdə saat 20 radələrində növbəni qəbul etmiş, növbə vaxtı binanın təhlükəsizliyinə, həmçinin binanın giriş-çıxışına nəzarət etmişdir. xx.xx.2018-ci il tarixdə növbədə olduğu müddətdə hadisə baş verməmişdən təxminən bir neçə dəqiqə əvvəl səs eşitsə də, səsin kimə məxsus olmasını bilməmişdir. Saat 02:35-də mühafizəçi otağında televizora baxarkən təkrar səs gəldiyini eşidib nə baş verdiyini bilmək üçün çölə çıxıb ətrafa baxsa da, heç nə görə bilmədiyi üçün mühafizə otağına qayıtmışdır. Otağa daxil olan kimi yenidən inilti səsi eşitdiyindən yenidənbayıra çıxaraq ətrafa baxmış, telefonun işığını yandırıb maşınların arasına baxdıqda Zərərçəkmiş şəxs1 gecə paltarında üzü üstə yerdə olduğunu və yerin qana boyandığını görüb dərhal polis və təcili tibbi yardıma məlumat vermiş, həmçinin komendanta zəng edib hadisə barədə məlumat vermişdir. Polisə məlumat verdikdən 5 dəqiqə sonra polislər, onların ardınca isə təcili yardım əməkdaşları gəlmişdir. Adelya təmiz qan içində olmuş, təcili yardım həkimləri ona baxaraq öldüyünü demişlər. Bu müddətdə Roman da gəlmiş və ondan bir də nə baş verdiyini soruşduqda telefonda dediklərini təkrarlamış və Roman da yaxınlaşıb Adelyanın meyitini görmüşdür. Polis əməkdaşları da ondan Adelyanın hansı mənzildə yaşadığını soruşduqda onlara Adelyanın 5-ci mərtəbədə yerləşən 51 nömrəli mənzildə yaşadığını demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə o və Roman yuxarı qalxmışdır. İlk dəfə Taxveligilin qapısını döysələr də açan olmamışdır. Sonra Nəsimi rayon prokurorluğunun əməkdaşları gəldikdə özü və Roman prokurorluğun əməkdaşları ilə birlikdə yenidən Təqsirləndirilən şəxs evinə qalxmışlar. Bu dəfə Ramiz qapını açmış və polis əməkdaşları mənzilə daxil olmuşlar. Ramiz qapını açdıqda onun alt paltarında olduğunu, anlaqsız vəziyyətdə olmasını görmüşdür. Polislər ondan arvadının harada olmasını soruşduqda demişdir ki, yoldaşı yataq otağında yatmışdır. Həmçinin xx.xx.2018ci il tarixdə binanın komendantı Roman Xudiyevlə birlikdə hal şahidi qismində binanın qarajında yerləşən maşınının salonuna baxışda iştirak etmişdir. Maşının sükanının sol alt tərəfində qəpik yığılan yerdən kibrit qutusu aşkar olunmuş, içində ot kütləsi olmuşdur. Həmçinin maşında salfetka, telefon naqili və sair artıq xatırlamadığı əşyalar da olmuşdur. Aşkar olunmuş əşyalar polislər tərəfindən zərfə qoyulmuş, lakin həmin zərfin möhürlənmə prosesini görməmişdir. Baxışla əlaqədar tərtib olunmuş protokolu oxuyub imza etmişdir. X22 Taxvelinin evinin işçisi kimi tanıyır. Onun maşina baxışda iştirak etməsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Hal-hazırda hadisədən çox vaxt keçdiyi üçün ola bilsin ki, bəzi şeyləri dəqiq xatırlamır. Baxılan iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Mərhum Adelya isə Ramizin arvadı olmuşdur. Ramizlə Adelya 2007-ci ildə bir-birilərini sevib ailə qurmuşlar. İlk əvvəl Ramiz nənəsinin mənzilində yaşamış, sonra isə hadisə baş verdiyi binadan mənzil alaraq orada yaşamışlar. Oğlu ailəsini,arvadı və uşaqlarını çox istəyirdi. Xəstə doğulan ilk uşağını özü bir neçə dəfə xarici ölkələrə müalicə üçün aparmışdır. Oğlunun ailəsinə diqqətsiz olması, Adelyaya qarşı kobud olmasına inanmır. Ramizgilin ailəvi fotoşəkillərinə baxsan görərsən ki, onlar bir-birilərini və uşaqlarını çox istəmiş, asudə vaxtlarını birgə keçirmişlər. O, oğluna qarşı soyuq olmamışdır, sadəcə oğlunun evinə getdikdə gəlini tərəfindən soyuq qarşılandığı üçün ora az-az gedərdi. Hadisə barədə ona qızı xəbər vermiş, qızı ilə birlikdə Ramizin yaşadığı binanın qarşısına getmişlər. Orada Ramizin uşaqlarının dayəsi Sevda ilə görüşmüşlər. Sevda ona demişdir ki, faciə baş verib, Adelya eyvandan düşüb ölübdür. O, inanmır ki, oğlu Ramiz bu cinayəti törətmiş olsun. Sonra bilmişdir ki, Ramiz hadisədən 2 gün əvvəl toydan evə pis halda gəlmiş və həmin pis vəziyyəti davamlı olmuş, ona heç kəs yardım etməmişdir. Həmçinin 2015-ci ildə Ramizin 2-ci qızı dünyaya gəldikdə həmin vaxt da Ramiz pis vəziyyətdə olmuş, danışa bilməmişdir. Bunu Ramizin dayəsi Sevda telefonla ona məlumat vermişdir. Ramizgilə getdikdə ona demişlər ki, Ramiz uşağın doğulmasına görə həyəcanlı olduğundan alkoqol və dərmanlar içib belə vəziyyətə düşmüşdür. Yəni, Ramiz qorxmuşdur ki, 2-ci uşaq da dünyaya xəstə gələ bilər. Ramizin Adelyanı balkondan atmasının səbəbi ona məlum deyil, bu haqda heç nə bilmir. Hesab edir ki, hadisə vaxtı Ramizin başı üstündə olmamışdır. Baxılan iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun evində qulluqçu işləmişdir. Təqsirləndirilən şəxs arvadı Adelya və böyük qızı Aliyəyə qarşı münasibəti pis olmuşdur. Aliyəni xəstə doğulduğu üçün heç qəbul etmək istəmir, bu səbəbdən arvadı Adelya ilə də tez-tez mübahisələri olmuşdur.Aliyə xəstə olduğu üçün ağlayıb–qışqıranda Ramiz uca səslə «zakroyte ey rot» deyə qışqırırdı. Ramiz hətta onunla da kobud davranır, onun da üstünə qışqırırdı. Axırıncı dəfə Ramizin evində xx.xx.2018-ci il tarixdə olmuş, növbəti gün istirahət günü olduğu üçün Ramizgilə xx.xx.2018-ci il tarixdə səhər saat 08 radələrində gəlmiş, o zaman dayədən bilmişdir ki, Adelya özünü eyvandan atmışdır. Lakin Adelyanın intihar etməsinə heç cür inanmır, çünki həmin eyvanın bağlı hissəsi hündür olmaqla Adelyanın özü də qorxusundan eyvana heç çıxmırdı. Həmin gün eyvanda şüşə qırıntıları və qan izləri görmüşdür. Polis əməkdaşlarının təklifi ilə evdə qarderobda olan Təqsirləndirilən şəxs məxsus avtomaşının açarını onlara təqdim etmiş, həmçinin maşının yerləşdiyi binanın zirzəmisində yerləşən qarajdakı yerini göstərmişdir. Maşının salonuna polis əməkdaşları və hal şahidləri olmuş binanın komendantı Roman Xudiyev və gözətçisi Şahid4 iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt o maşından təxminən 7 metr kənarda dayanmışdır. Maşından daraq, pasport, pul qabı, əti rvə kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutusunun içərisində ot var idi. Lakin bu otun nə olmasını bilmir. Kibrit qutusunda olan otun çəkisini polis əməkdaşları çəkməmişlər, sadəcə salondan aşkar olunmuş bütün əşyaları bir paketə qablaşdırmışlar. İçində ot olan kibritin salonun hansı hissəsindən çıxdığını bilmir, çünki qeyd etdiyi kimi maşından bir qədər aralıda dayanmışdır. Lakin hal şahidləri maşının düz yanında dayanmışlar. Maşina baxışla əlaqədar tərtib olunmuş protokola imza etmişdir. Protokolu şəxsən özü oxumamış, lakin protokolu tərtib etmiş şəxs protokolda yazılanları hamıya elan etmişdir. Bildirmək istəyir ki, o mənzildə olan nəzarət kameraların görüntülərinə heç vaxt baxmamışdır. Belə ki, həmin kameralar mənzildə ona və dayəyə nəzarət etmək üçün quraşdırılmışdır. Baxılan iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili olmaqla polis kapitanıdır. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə keçən gecə əməliyyat qrupunun tərkibində olmuşdur. DİN-nin 102 xidmətinə daxil olmuş məlumatın bölməyə verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada məlum olmuşdur ki, binanın gözətçisi binanın qarşısında bir qadın meyidini aşkar edərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əməliyyat qrupunun üzvləri binaya qalxaraq Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını döymüşlər. Qapını Ramiz açaraq evdə olan qızları ilə birlikdə paltar şkafına keçib oradan çıxmırdı. Nəhayət Ramizin qohumlarından biri gəldikdən sonra Ramiz şkafdan çıxaraq uşaqları buraxmışdır. Təqsirləndirilən şəxs bölməyə gətirildikdə isə ona arvadının ölümü ilə əlaqədar verdiyi suala cavab olaraq bildirmişdir ki, arvadını eyvandan özü yerə atmışdır. Bunun səbəbini Təqsirləndirilən şəxs soruşduqda o bunu başqa yerlərdə deyəcəyini demişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs yaşadığı binanın yanına qayıdaraq binanın qarajında saxlanılan Təqsirləndirilən şəxs məxsus maşına baxış keçirmişlər. Maşının açarını müstəntiqə Təqsirləndirilən şəxs evində çalışan bir qadın vermişdir. Avtomaşında sükanın sol tərəfində altda xırda pulların saxlanıldığı bir yerdə kibrit qutusu aşkar edilmiş, qutunun içində isə narkotik vasitəyə bənzər ot kütləsi aşkar olunmuşdur. Hadisədən artıq xeyli müddət -8 ay keçdiyi üçün avtomaşının salonundan digər əşyaların aşkar olunmasını xatırlamır. Bununla belə baxışla əlaqədar tərtib olunmuş protokola imza atmış və həmin protokolda qeyd olunanları təsdiq edir. Maşından aşkar olunmuş kibrit qutusu müstəntiq tərəfindən zərfə qoyularaq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan Qanuni nümayəndə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, qızı Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə ünvan 4 ünvanında əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilmişdir. Cinayət işində olan xx.xx.2018-cı il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsində yerləşən 65 nömrəli binanın qarşısıdır. Üzü bina istiqamətində dayandıqda binanın sağ küncündən 6,73m məsafədə, binadan 117 sm aralıda yerdə üzüüstə uzanmış vəziyyətdə qadın meyti vardır. Qadının baş nahiyyəsinin ətrafında gölməçə formasında qanabənzər ləkələr vardır. Qadının üzərində olmuş şalvar bel nahiyəsindən aşağıda olub, sonuncunun bel nahiyəsində xəsarət izi vardır. Baxışda iştirak edən Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı İlkin Nəbizadə bildirdi ki, meyt Zərərçəkmiş şəxs1 məxsus olub sonuncu 65 nömrəlim binanın 2-ci blokunda, 5-ci mərtəbədə 51 nömrəli mənzildə yaşayır və hazırda polis əməkdaşları həmin ünvandadır. Bundan sonra baxış iştirakçıldarı birlikdə həmin ünvana qalxmışlar. Müəyyən edildi ki, həmin ev giriş qəhvəyi rəngli seyf tipli qapıdır, qapıdan evin dəhlizinə daxil olunur, ev 3 otaq, mətbəx, tualet-hamam otağı, dəhliz və eyvandan ibarətdir. Qapından daxil oolduqda dəhlizin sol tərəfində güzgülü paltar şkafı vardır. Qapıdan daxil olduqda sağ tərəfdə ümumi otaq, sol tərəfdə dəhlizin sonunda uşaqların yataq otağı, sağ tərəfində yataq otağı yerləşir. Ümumi otaqla yataq otağı arasında dəhlizin ortasında sağ tərəfində mətbəx, ondan sonra isə eyvan yerləşir. Mətbəxin qarşısında isə dolab yerləşir. Dolabın içərisində tursik maykada Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxs vardır. Təqsirləndirilən şəxs çox aqresivdir, ona verilən suallara tam cavab vermir, verdiyi cavabları isə aqresiv şəkildə verir, arvadının hansı şəraitdə yıxılması barədə suala arvadını evyandan atdığını bildirib, buna səbəb kimi isə xəstə uşağının göstərdi. Təqsirləndirilən şəxs qeyri-müəyyən hərəkətlərini və davranışını görüb ondan hər hansı bir narkotik vasitə qəbul edib-etmədiyi sualına sonuncu marixuana çəkdiyini bildirmişdir. Mənzilin otaqlarına baxış keçirildikdə dəhlizin solunda yerləşən dolabda yerdə sol tərəfdə vedomüşahidə qurğusunun yaddaş qutusu olmuş, dolabın siyirtmələrində müxtəlif əitirlər, siqarıetlər, içərisində tütün olan qutular vardır. Dolabda əşyaların düzümü pozulmamışdır. Həmin dolabın qarşısında dəhlizin sağ tərəfində yerləşən mətbəxə baxış keçirildikdə mətbəx mebeli tərafınlda stullar olan masa aşkar edilmiş, mebeldə olan əşyalar səliqəlidir, düzümü pozulmamışdır. Mətbəxdən eyvana açıq qapı vasitəsi ilə keçməklə müəyyən olunmuşdur ki, evyanın döşəməsi kafeldəndir, eyvanın mühəccərinin hündürlüyü döşəmədən106 sm, çıxıntıdan hündürlüyü isə 98 sm-dir. Eyvanda döşəmədə səpələnmiş şəkildə şüşə qırıntıları var, mühəccərin ortasında havada asılmış vəziyyətdə içərisində gül olan dibçək, qapından sağ və sol tərəflərdə şkaf və üsüstə qoyulmuş vəziyyətdə ağ rəngli plastik stullar vardır. Mühəccərin sağ küncündən sola doğru 32, 35 və 38 sm məsafədə yerdən 73, 78, 87 sm hündürlüyündə axıntı və sıçrama formasında qanabənzər ləkələr vardır. Mühəccərin sağ küncündən döşəməyə düzülümüş 9-cu kakfelin üzərində damcı formasında qanabənzər ləkə vardır. Eyvanın mühəccərindəki qanabənzər ləkələrin olduğu istiqamətdə Zərərçəkmiş şəxs1 yerdə aşkar edilmiş meyiti eyni istiqamətdədir, yəni Zərərçəkmiş şəxs1 yerdəki meyti ilə qanabənzər ləkələr eyni bir düz xəttədə yerləşir. Cinayət işində olan «baxış keçirilməsi haqqında» xx.xx.2018-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65 ünvanında yeraltı dayanacağında olan Təqsirləndirilən şəxs məxsus “Lexsus” markalı, **- LH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sükanının sol aşağı hissəsində saxlanc yerində bir ədəd kibrit qutusunda otabənzər kütlə və toxumlar, həmçinin həmin saxlancyerinin içərisində dağınıq vəziyyətdə qurudulmuş ot qırıntıları aşkar edilərək götürülmüşdür. Cinayət işində olan xx.xx.2018-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs marixuana və barbiturat qəbulu nəticəsində sonuncuda psixi və davranış pozuntusu yaranmışdır. Cinayət işində olan xx.xx.2018-cı il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 dekabr 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs müdafiəçi və tərcüməçinin iştirakları ilə xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində, xx.xx.2018-ci il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı verdiyi ifadələrindən müəyyən olunur ki, yaşadığı mənzildə xx.xx.2018-ci il tarixdi, gecə saat 02 radələrində arvadı Adelya ilə münaqişəsi başlamış, münaqişə zamanı arvadının saçlarından tutaraq onu yaşadığı mənzilin otaqlarında ora-bura sürüyüb, bir neçə dəfə mənzilin eyvanına çıxarıb, onun bədənin altından tutub evyandan aşağı atmışdır. Hadisədən əvvəl xx.xx.2018-ci il tarixdə axşam bağdan qayıtdıqdan sonra yaşadığı mənzildə saxladığı marixuananı kağıza dolduraraq mənzilin eyvanında çəkmişdir. Həmçinin narkotik vasitənin özünə məxsus “Lexsus” markalı, **-LH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobildə saxlamışdır. X8 görə yaşadığı mənzilin eyvanından küçəyə atmışdır. Cinayət işində olan «baxışın keçirilməsi haqqında» xx.xx.2018-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağına quraşdırılmış video müşahidə kameralarına saat 02:41:28-dən saat 03:21:51-dək baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə tarix xx.xx.2018-ci il, video görüntünün müddəti isə 1 saat 36 dəqiqə göstərilmişdir. 02:41:28-də yataq otağında işığın yandığı müşahidə edilir. Zərərçəkmiş şəxs1 yataqda uzanmışdır. Birdən Adelya yataqdan qalxaraq Ramizə tərəf hücum edir, Ramiz isə onu tutur. Adelya qışqıra-qışqıra Ramizi vurur və onun əlindən çıxmağa çalışır. Adelya ağlaya-ağlaya “burax məni”, “burax, çıx get”, dayanmadan “xahiş edirəm” sözlərini deyir. Adelya ağlaya-ağlaya nə qədər Ramizin əlindən çıxamağa çalışsa da, Ramizin əlindən çıxa bilmir. Ramiz Adelyanı tutaraq balaca qızı Nailənin beşiyinin yanına gətirir və qızını oyadır. Adelya müqavimət göstərməyə çalışır. 02:41:55də Ramiz Adelyanın qollarından tutaraq özü ilə dartaraq aparıb otaqdan çıxarır. 02:41:59- 02:42:35 aralıqlarında Adelyanın uca səslə durmadan qışqırıq səsləri eşidilir. Bu vaxt balaca qızları Nailə yatağında ayağa qalxır. Ağlaya-ağlaya anasını çağırır, “ana”, “ana”, “ana gəl” deyir. Nailə hələ də ağlamağa davam edir. 02:43:03-də işıq sönür. 02:43:24-də işıq sönülü olsa da, Ramizlə Adelyanın səsləri eşidilir. Ramiz “yaxşı qızım” deyir. Adelya bir neçə dəfə “mən sənə inanıram” deyir. Adelya “neynirsən sən, burax məni” deyir. Nailə ağlayır və dəfələrlə ağlaya-ağlaya “ana”, “ana”, “ana yanıma gəl” deyir. 02:44:35-də işığın yandığı müşahidə edilir. Adelya “belə etmə”, “uşaqda stress olacaq”, “mənə əl vurma”, “gözlə, gözlə”, “Alya var orda” sözləri və Adelyanın qışqırtı səsləri eşidilir. Balaca qızları Nailə 2 dəfə ucadan “Ana” deyir. 02:44:41-də işıq sönür. Nailə hələ də “ana gəl” deyir. 02:44:55-də işıq yanır. Adelyanın “gözlə”, “Alya” sözləri deməsi eşidilir. 02:44:06-da ucadan Adelyanın qışqırtı səsləri eşidilir. 02:45:18-də Ramiz otağa daxil olaraq qızı Nailəyə “yeni ilin mübarək” deyərək qızı ilə söhbət edir, balaca qızları Nailə “ana uçdu” dedikdə Ramiz “bəli, ana uçdu” dedi. 02:46:00-da Ramiz qızı ilə birlikdə otağı tərk edir. 02:50:12-də Ramizin böyük qızı Aliya otağa daxil olub yataqda oturur. 02:50:44-də əvvəl Ramizin balaca qızı Nailə, daha sonra özü otağa daxil olur. 02:50:55-də Ramiz, daha sonra balaca qızı Nailə 02:51:16-da yenidən otaqdan çıxıb 02:51:33-də qayıdırlar. 02:51:51-də Ramiz bir daha otaqdan çıxaraq 02:52:03-də geri qayıdır. Ramiz otaqda yatağın ətrafında gəzişə-gəzişə qızları ilə söhbət edir. 02:55:15-də Ramiz otaqdan çıxaraq əlində şəkillərlə 02:56:16-da otağa qayıdır. Ramiz yataqda oturaraq qızları ilə şəkillərə baxıb söhbət edir. 03:00:00-da Ramiz otağın qapısını bağlayaraq işığı söndürür və qayıdıb yataqda qızları ilə uzanır. 03:21:51-də Ramiz qızları ilə otağı tərk edir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə qızı Zərərçəkmiş şəxs2 otağına quraşdırılmış video müşahidə kameralarına saat 02:41:57-dən saat 02:51:49-dək baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə tarix xx.xx.2018-ci il, video görüntünün müddəti isə 1 saat 36 dəqiqə göstərilmişdir. 02:41:57-də işıq sönülü olsa da, Adelyanın ucadan qışqırıq səsləri eşidilir. 02:42:00-da otağın işığın yanır, Ramiz Adelyanı itələyərək böyük qızının otağına daxil edir və Adelya otağın giriş qapısının qarşısında yerə yıxılmış vəziyyətdədir, qışqıraraq ağlayır. X33 Adelya otağa daxil olan kimi oyanır. Ramiz Adelyaya “ayağa qalx” deyib saçından tutub onu ayağa qaldırır. Daha sonra Aliyanın yatdığı çarpayıya doğru aparır. Bu vaxtı Adelya qışqırır. Adelyanın əynində olan şalvar onun belindən aşağıya düşür və Adelyanın beli açıq qalır. Ramiz qızı Alyanın qolundan tutub dartaraq onu yataqdan yerə salır. Bunu görən Adelya Ramizə uca səslə “sən nə edirsən” deyir. Amma Ramiz ona cavab vermir. 02:42:20-də Ramiz Adelyanın saçından tutaraq onu otaqdan çıxardıqdan sonra uca səslə Adelyanın qışqırtı səsləri eşidilir. Böyük qızları Aliya bir müddət yatağa oturulu vəziyyətdə söykənir. 02:43:43-də Aliya yatağına uzanır. 02:43:09-da Ramizlə Adleya qızlarının otağının giriş qapısının qarşısında görünürlər. 02:43:15-də otağın işığı sönür. Amma danışıq səsləri eşidilsə də, video müşahidə qurğusunda xışıltı səsləri həddindən artıq yüksək olduğundan hansı söhbətlərin edildiyini eşitmək mümkün deyil. 02:43:46-02:43:51 aralıqlarında uca səslə Adelyanın qışqırıq səsləri eşidilir. 02:44:56-02:44:58 aralıqlarında işıq sönülü olan zaman Adelyanın 2 dəfə “Alya” sözünü deməsi eşidilir. 02:46:02-də Ramiz qucağında balaca qızı Nailə ilə otağa gəlir və böyük qızına yaxınlaşıb hər iki qızını qucaqlayır. Lakin xışıltı səsləri yüksək olduğundan danışıqları eşitmək mümkün olmur. 02:46:38-də onlar otağı tərk edirlər və 02:51:49-da otaqda işıq sönür. Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağına quraşdırılmış video müşahidə kameralarına saat 01:53:35-dən saat 03:55:53-dək baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə tarix xx.xx.2018-ci il, video görüntünün müddəti isə 1 saat 36 dəqiqə göstərilmişdir. 01:53:35-də Adelya salona daxil olur və Ramizə sağ əllə stəkan, sol əllə isə içməsi üçün predmet (dərmana bənzər) verir, ancaq Ramiz ona veriləni içmək üçün ağzına qoymaq istəyəndə predmet yerə düşür, Ramiz onu yerdən götürür və Ramizlə Adelya görüntüdə itirlər. Görüntüdə xışıltı yüksək olduğundan Ramizlə Adelya arasında olan danışıqları eşitmək mümkün deyil. Ramiz 01:54:07-dən 01:54:17-dək, eləcə də, qısaqol köynəkdə 02:29:30-dan 02:29:42-dək salonda gəzişir. 02:29:42-dən 02:46:51dək salonda heç bir hərəkətlilik müşahidə edilmir. 02:46:51-də Ramiz qucağında balaca qızı Nailə ilə salona daxil olub televizoru yandırır, bu vaxt böyük qızı Aliya da onların yanına gəlir. Ramiz qızlarını qucaqlayır, daha sonra qızlar divanda uzanırlar. Ramiz qızları ilə bir az söhbət etdikdən sonra salonda gəzişir və 02:48:41-də görüntüdə salondan çıxıb gedir. 02:49:25-də Ramizin hər iki qızı salonu tərk edirlər və həmin vaxtdan 03:23:45-dək görüntüdə heç bir hərəkətlilik qeyd edilmir. 03:53:14-də Ramizin balaca qızı salona daxil olsa da, 03:54:30-da oranı tərk edir. 03:55:46-da Ramizin balaca qızı yenidən salona qayıdır və 03:55:53-də görüntüdə polis əməkdaşı peyda olur. Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxinə quraşdırılmış video müşahidə kameralarına saat 01:51:55-dən saat 03:27:26-dək baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə tarix xx.xx.2018-ci il, video görüntünün müddəti isə 1 saat 36 dəqiqədir. 01:09:31-də Adelya mətbəxə daxil olub 01:09:40-də oranı tərk edir. 01:21:19-da Adelya mətbəxə daxil olaraq 01:21:35-da çıxanda işığı söndürür. 01:51:55-də mətbəğin işığı yanır, Adelya mətbəxə daxil olur, mətbəx mebelinin rəfindən stəkan götürüb çaynikdən stəkana su töküb 01:52:14-də mətbəxdən çıxıb gedir. 01:53:24-də mətbəxdə işıq sönür. Mətbəxin işığı söndükdə mətbəxdəki stolun ətrafına səliqəli şəkildə yerləşdirilmiş 2 dənə stul vardır. 02:42:23-02:42:32 aralıqlarında Adelyanın qışqırtı səsləri eşidilir. 02:43:47-02:43:50 aralıqlarında Adelyanın qışqırtı səsləri eşidilir. 02:44:56-02:44:58 aralıqlarında Adelyanın qışqırtı səsləri eşidilir. 02:45:05-02:45:06 aralıqlarında Adelyanın qışqırtı səsləri eşidilir. 02:48:51-də mətbəxin işığı yanır. Mətbəğin işığı yandıqda mətbəxdəki stolun ətrafında səliqəli şəkildə yerləşdirilmiş 2 dənə stulun yerini dəyişmiş vəziyyətdə, yəni dağınıq olması müşahidə edilir. İşıq yandıqdan sonra Ramiz mətbəxdən eyvana (balkona) keçib qayıdaraq mətbəxdən çıxır və 02:49:26-da yenidən mətbəxə qayıdır. Qızları da mətbəxə daxil olur. Balaca qızı Nailə su, daha sonra Ramizin özü içir. Xışıltı səsləri yüksək olduğundan Ramizlə qızları arasında baş verən söhbətləri eşitmək mükün deyil. 02:50:07də qızları mətbəxi tərk edir. 02:50:17-də Ramiz yenidən mətbəxdən keçərək eyvana daxil olur və 02:50:22-də geriyə qayıdır. Həmin vaxtı Ramizin balaca qızı da mətbəxə daxil olur və 02:50:36-da onlar mətbəxdən çıxıb gedirlər. 02:52:00-da mətbəxin işığı sönür. 02:55:21-də mətbəxin işığı yanır və Ramiz mətbəxə daxil olur. 02:55:49-da işıq sönür və Ramiz oranı tərk edir. 02:55:57-də işıq yanır ancaq 03:27:26-dək heç bir hərəkətlilik müşahidə edilmir. 03:27:26-da Ramizin balaca qızı, daha sonra polis əməkdaşları mətbəxə daxil olurlar. Təqsirləndirilən şəxs yaşadığı mənzilin dəhlizinə quraşdırılmış video müşahidə kameralarına baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə tarix xx.xx.2018-ci il, video görüntünün müddəti isə 1 saat 36 dəqiqədir. İşıq sönülüdür. 02:46:46-da Ramiz qızı ilə dəhlizdən keçərək salona gedir. 02:48:43-də Ramiz salondan çıxır, bir neçə saniyə dəhlizdə dayanır, sonra 02:47:48-də dəhlizdən keçib gedir. 02:49:13-də dəhlizdən keçərək salona daxil olur. 02:49:22-də Ramiz yenə salondan çıxıb dəhlizdən keçir. 02:51:01- 02:51:14 aralıqlarında Ramiz dəhlizdən daxil olub dəhlizdə gəzişir. 03:21:55-də Ramizin böyük qızı Aliya, onun ardınca Ramiz mənzilin giriş qapısına tərəf gedirlər və Aliya qapını açır. Qapı açıldıqdan sonra polis əməkdaşları içəri daxil olurlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs mənzilində quraşdırılmış vediokameraların görüntülərinin əks olunduğu CD diskə baxış keçirilməklə cinayət işində olan «CD diskə baxışın keçirilməsi haqqında» xx.xx.2018-ci il tarixli protokolda əks olunan hallar öz təsdiqini tapmışdır. Cinayət işində olan xx.xx.2019-cu il tarixli «baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefonda Whatsaap” ” sosial şəbəkəsi vasitəsi ilə aparılan yazışmalarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə xx.xx.2018-ci ilə keçən gecə qaynanası Qanuni nümayəndə və dostu Şahid1lə danışıqlar aparmış, həmçinin yaratdığı “Project-X” qrupunda çoxlu sayda mesajlar yazmışdır. Təqsirləndirilən şəxs Əli-X15” ” yazışmalarında ona 3 narkotik maddə çəkdiyini etiraf etmişdir, həmçinin həmin yazışmadan görünür ki, Ramiz Əli-Səttara istifadə etməsi üçün narkotik maddə vermişdir. Qanuni nümayəndə ilə isə yazışmasında Təqsirləndirilən şəxs qızı Aliya haqqında fikrini bölüşərək sonuncun taleyinin onun üçün bu günə kimi maraqlı olmadığını bildirmişdir. Cinayət işində olan xx.xx.2018-ci il tarixli «baxışın keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65 ünvanın qarşısında yerləşən 71 nömrəli 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayan Faiq Rəhmanovun mənzilinin qarşısında quraşdırılmış video müşahidə qurğusu ilə hadisənin baş verdiyi xx.xx.2018-ci ildə, saat 02:40-02:50 dəqiqələr arasında çəkilmiş görüntülərə qeyd edilən mənzildə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən tarixlərdə və saatlarda Təqsirləndirilən şəxs yaşadığı evin eyvanını və hər hansı bir hərəkətliliyi hava qaranlıq olduğundan görmək mümkün deyildir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 119 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 meyitində çoxsaylı xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətləri aşağıdakı kimi qruplaşdırmaq olar: İ qrup xəsarətlər - 1) baş beyinin sol gicgah-təpə və ənsə paylarının əzilib-dağılması və evakuasiya, həmin nahiyələrdə yumşaq qişalara, beyin toxumasına qansızmalar, mədəciklərə qansızma, beyinciyin, uzunsov beyinin və varol korpüsünün toxumasına qansızma, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpə-alın və ənsə nahiyələrində yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızmalar, başın sol təpə-ənsə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol təpə nahiyəsinin əzilmişcırılmış yarası; 2) sol ağciyərin cırılması və toxumasına qansızmalar, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların, orta körpücük və kürək xətləri üzrə sınıqları və qabırğaarası əzələlərdə qansızmalar, sol böyrəkətrafı toxumaya qansızma; 3) döş sümüyünün, sol bud və sağ baldır sümüklərinin sınıqları; 4) sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı; 5) sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı; 6) başın alın nahiyəsinin, üzün sol yarısının, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin, sağ əlin İ barmağının, qarının sol yan səthinin sıyrıqları; 7) sol üst göz qapağının qançırı, sağ yuxarı iç səthini əhatə edən iri ölçülü qançırı, sol bazunun, sağ əlin İ barmağının yastıq hissəsinin, sağ diz oynağı nahiyəsinin, sol budun, sağ baldırın qançırları. Qeyd olunan xəsarətlər onun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs1 hündürlükdən düşərək yerin bərk küt örtüyünə (asfalt, beton və s.) dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İİ qrup xəsarətlər: 1) başın sağ gicgah nahiyəsinin, hər iki mil-bilək oynağı nahiyəsinin qançırları; 2) sol mil-bilək oynağı nahiyəsinin ön səthinin sıyrığı; 3) oma nahiyəsinin qançırı və qançırının fonunda kiçik ölçülü kəsilmiş yarası: Qeyd olunan xəsarətlər onun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Həmin xəsarətlərdən başın sağ gicgah nahiyəsinin, hər iki mil-bilək oynağı nahiyəsinin qançırlarının və sol mil-bilək oynağı nahiyəsinin ön səthinin sıyrığının müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, ayaq, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Oma nahiyəsinin qançırının və qançırları fonunda kiçik ölçülü kəsilmiş yarasının xarakterini, lokalizasiyasını, hadisə yerinə baxış keçirilməsi haqqında protokolda qeyd olunanları nəzərə alaraq demək olar ki, həmin xasarətlərin Zərərçəkmiş şəxs1 oma nahiyəsinin küt əşyaya dəyməsi və ya çırpılması və həmin nahiyəsinin iti kənarlı əşyanın (alətin), ola bilsin ki şüşə qırıntısının kəsməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İİİ qrup xəsarətlər: 1) sol bazu oynağı nahiyəsinin ön səthinin qançırları; 2) sağ bazunun yuxarı 1/3-nin iç sətinin qançırı; 3) sol bazunun orta 1/3-nin ön səthinin, sağ bazunun aşağı 1/3-nin iç səthinin qançırları. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunan bu xəsarətlərdən sol bazunun orta 1/3-nin ön səthinin, sağ bazunun aşağı 1/3-nin iç səthinin qançırları onun ölümündən 3-4 gün əvvəl, sağ bazunun yuxarı 1/3-nin iç səthinin qançırı onun ölümündən 2-3 gün əvvəl, sol bazu oynağı nahiyəsinin ön səthinin qançırları onun ölümünən 1-2 gün əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Həmin xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, həmçinin insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş İ qrup (hündürlükdən yıxılma zamanı əmələ gəlmiş) xəsarətlərin bədənin daha çox sol arxa-yan hissələrində üstünlük təşkil etməsi hündürlükdən düşmə zamanı bədənin hissələrinin yerin bərk səthinə dəyməsini sübut edir. Zərərçəkmiş şəxs1 həyatla bir araya sığmayan xəsarətlər aldıqdan sonra yerimək, danışmaq və digər hərəkətlər etmək iqtidarında olması mümkün deyildir. Zərərçəkmiş şəxs1 ölümü həyatla bir araya sığmayan xəsarətlər aldıqdan sonra qısa zaman kəsiyində (saniyələr və ya bir-neçə dəqiqələr ərzində) baş vermişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin toxumasının əzilib-dağılması və evakuasiya (kəllə boşluğundan xaricə çıxması) kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs1 hər iki mil-bilək oynağı nahiyəsində olan qançırların və sol milbilək oynağı nahiyəsinin ön səthinin sıyrığının qarşılıqlı mübarizə nəticəsində əmələ gələ bilmələri istisna olunmur. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini, lokalizasiyasını, hadisə yerinə baxış keçirilməsi haqqında protokolda yazılanları, meyitinin tapıldığı yerdə duruş vəziyyətini, qərarda göstərilən məlumatları nəzərə alaraq demək olar ki, hündürlükdən düşmə pilləli (mərhələli) olmamışdır. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2018-ci il saat 12:00) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş İ qrup xəsarətlərin onun hündürlükdən tullanması, yıxılması, digər şəxs tərəfindən atılması nəticəsində əmələ gələ bilmələri haqqında məhkəmə-tibbi baxımdan konkret fikir söyləmək mümkün deyildir və bu istintaq yolu ilə təyin edilə bilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, biabitur turşusu törəmələri, alkoloidlər (hməçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda HİV müayinəsinin nəticəsi mənfi olmuşdur (aşkar edilməmişdir). Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli,1254 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2018-ci il tarixli, 32352 saylı rəyindən məyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs məxsus Lexus 430 CS markalı... saxlanc yerindən bir ədəd kibrit qutusunda..." sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 1297 saylı rəyindən müəyyən olunur ki, X11 bədən səthində aşkar olunmuş xəsarət-sağ bazu nahiyyəsinin qançırı küt əşyanın təsirindən müayinədən 10-15 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işində olan komission məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 126/KEŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və onun izinin olduğu müəyyən edilməmişdir. Lakin, ilkin məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsində bir ədəd qançırın olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, müddəti 10-15 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, onda hal hazırda anadangəlmə qüsurlar: hipokampin atrofıyası, mədəciklərin genişlənməsihidrosefaliya, arxa kəllə çüxurunda genişlənmiş meqasistema və epilepsiya xəstəliyinin əlamətləri qeyd olunur. Eyni zamanda hidrosefaliya ilə əlaqədar ventrikulo-sistemal drenaj əməliyyatının (2014-ci ildə) keçirildiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 hal hazırki sağlamlıq durumu və düçar olduğu xəstəliklərlə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkün deyildir. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin “Radiologiya şöbəsi”ndə maqnit rezonans tomoqrafıya müayinəsindən keçirilmişdir. Müayinə zamanı onda hər iki tərəfdə subdural sahədə baş beyni laterallardan zəif kompresiya edən ən qalın yerində sağda 9 mm, solda isə 10 mm ölçülü homogen tərkibli ciblənmiş maye yığıntısı müəyyən edilmişdir. Bu patoloji dəyişikliklər çəkilmiş radioloji CD disk görüntülərində öz əksini tapmışdır və bu patoloji proses bir neçə ay əvvəl (1-5 ay) aldığı kəllə-beyin travması ilə əlaqədar olduğu qənaətə gəlinmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə çəkilmiş Kranial MRT görüntülərinə əsasən, onda qeyd olunan patoloji hal travmatik mənşəli olub, müddəti barədə konkret fikir söylənilməsi mümkün olmasa da, çəkilmiş Kranial MRT görüntülərini nəzərə alaraq demək olar ki, bu travmanın 1-5 ay arasında baş verməsi istisna edilmir. Qeyd olunan travma müxtəlif vəziyyət və şəraitdə (başına zərbə, hündürlükdən yıxılma, silkələnmə və s.), o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs2 almış olduğu kəllə-beyin travmasından uzun müddət vaxt keçdiyindən və həmin dövrdə ona müvafiq müayinələr (KT, MRT) aparılmadığından travmanın həyat üçün təhlükəli olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Lakin, halhazırda Zərərçəkmiş şəxs1 müəyyən edilən kəllə-beyin travması əlamətlərinə görə, sağlamlığa Yüngül zərərvurma kimi qiymətləndirilir. Cinayət işində olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 695/MTKŞ/2018 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının arxa hissəsinin orta-yuxarı nahiyəsində bir ədəd kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə hər-hansı bir iti ülgücü olan kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus jaket, mayka, tuman və bir cüt corab üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt corab, tuman, qısaqol mayka, sviter və idman şalvarı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 943/2018-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: B alfa (h) (İİİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi O (İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus ağımtıl jaket, idman şalvarı, ipli mayka, bir cüt corablar, qara rəngli trusik, Təqsirləndirilən şəxs məxsus kişi finkası, 03 ədəd çubuqlu pambıq tamponlar üzərində qan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alınmışdır. Aqqlyutinlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri B alfa /H/ (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 03 ədəd siqaret kötükləri üzərində ağız suyu aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təqiq edildikdə yalnız “H” antigeni alınmışdır. Belə olan halda, bu ağıc suyu O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya tədqim edilmiş 03 ədəd siqaret kötükləri üzərində qan və ya digər hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya tədqim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi finkası üzərində qan, şüşə qırıntıları (kül qabının qırıntısı) üzərində qan, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli sviter, qara rəngli qısaqol mayka, bir ədəd kişi trusiki və bir cüt corablar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-ci il tarixli, 416 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 328 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməli törədənə kimi hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Bakı İstintaq Təcridxanasında olduğu zaman Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə təcridxanada saxlanılan şəxslə aralarında yaranmış münaqişə zamanı xəsarətlər almış, həmin tarixdən xx.xx.2019-cu il tarixədək Respublika Neyrocərrahlıq Xəstəxanasında müayinə və müalicə edilərək “Qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Soltərəfli yüngül hemiparez” diaqnozu ilə Penitensiar Xidmətinin müalicə müəssisəsinə qaytarılmışdır. Hazırki müayinə zamanı aldığı travma barəsində soruşduqda hadisəni xatırlamadığını bildirir. Yoxlanılan şəxsin aldığı travma ilə əlaqədar travmadan bilavasitə əvvəl baş vermişlərin yadında qalmaması mümkündür. Belə ki, tibbi ədəbiyyata görə retroqrad amneziya şəxsin aldığı ağır kəllə-beyin travmasından sonra meydana gələn, hadisə önü baş vermişlərin yaddaşdan silinməsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, hal- hazırda yoxlanılan şəxsdə keçirilmiş kəllə-beyin travmasından sonrakı astenik hal retroqrad amneziya ilə müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda müəyyən edilən keçirilmiş kəllə-beyin travmasından sonrakı astenik hal retroqrad amneziya ilə diaqnozu onu hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, tez özündən çıxmaq, qıcığa qarşı tez reaksiya vermək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, eqosentrizm, öz niyyətlərini axıra qədər həyata keçirmək istəyinin güclü olması və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İstintaq materiallarında olan baş vermiş hadisəni təsvir edən kamera görüntülərindən belə qənaətə gəlinir ki, hadisə zamanı Ramiz Taxverlinin hansı psixi-emosional sferasında aqressivlik, impulsivlik, qəddarlıq yaranmışdır. Həmin halın yaranması onda aşkar edilən narkotik maddələrdən sui- istifadə etməsi ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisəni törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.2019-cu il tarixli, 8689 nömrəli məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışlar. Cinayət işində olan 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2018-ci il tarixli, 1/1592 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 son 10 ildə stasionar müalicə üçün 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına müraciət etməmişlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin xx.xx.2019-cu il tarixli, 5443 saylı məktubundan müəyyən olunur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs almış olduğu bədən xəsarətləri ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Respublika Neyrocərrahiyə Xəstəxanasının Reanimasiya şöbəsində stasionar müalicə almışdır. Aparılan hərtərəfli müalicə nəticəsində səhhətində nisbi yaxışlaşma əldə etdikdən sonra xx.xx.2019-cu il tarixdə Müalicə Müəssisəsinə geri qaytarılmışdır.Müalicə müddətində ona 07.01, 17.01, xx.xx.2019-cu il tarixlərdə Neyrocərrahiyyə xəstəxanasından dəvət olunan mütəxəssislər tərəfindən baxış keçirilmişdir. Oftalmoloqun müayinəsi zamanı “OD- görmə sinirində durğunluq (sağ göz sinirində durğunluq)”, OS-hemoftalm (sol gözün daxilində qansızma)” diaqonuz müəyyənləşdirilmiş və müalicə təyin edilmişdir. Neyrocərrahın baxışı zamanı huşu aydın, bəbəklər S=D (sağ sola bərabərdir), fotoreaksiya saxlanılıb, burun-dodaq büküşü simmetrik, ətraflarda hərəkət tam, refleksler S=D (sağ sola bərabərdir), meningial əlamətlərin olmaması və əvvəlki baxışlarla müqayisədə müsbət dinamikanın müşahidə edilməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs digər tibb müəssisəsində müayinə və müalicə olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq şərait yaradılmışdır. xx.xx.2019-cu il tarixdə R.X28 Mərkəzdə baş beyinin kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya, döş qəfəsinin və qarın boşluğu orqanlarının kompüter tomoqrafiyası müayinələrindən keçirilmiş, mülki sektordan dəvət olunan neyrocərrahın baxışına cəlb edilmişdir. Mütəxəssis “keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, sol alın-təpə nahiyyəsinin lövhəşəkilli xroniki subdural hematoması” diaqnozu müəyyənləşdirmiş və hematomanın beyin toxumasına kompressiyasının (sıxılmanın) olmaması üçün cərrahi müdaxiləyə ehtiyac olmadığını qeyd edərək xəstənin müşahidə altında saxlanılmasını məsləhət görmüşdür. Məhkəmə baxışı zamanı təyin olunaraq 21 yanvar 2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 05 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməmişdən əvvəl və cinayət əməlini törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra istintaq təcridxanasında saxlanılan zaman aldığı kəllə-beyin travmasından sonra onun psixi vəziyyətində pozuntular yaranmışdır. Təqsirləndirilən şəxs hal-hazırda baş beynin üzvi zədələnməsi (travma mənşəli) nəticəsində psixi və davranış pozuntuları (psixopatiyayabənzər sindrom), intellekt və yaddaşın enməsi ilə” formasında psixi patologiya müəyyən edilir. Təqsirləndirilən şəxs xeyli müddət ərzində müalicə olunmasına baxmayaraq, onda aşkarlanan psixi patalogiya indiyə qədər davam edir. Buna görə də Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Buna görə də Təqsirləndirilən şəxs barəsində CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə baxışı zamanı təyin olunaraq keçirilmiş təkrar kompleks-komisyon stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 18 saylı rəyindən müəyyən olunur:
1. Məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «BAŞ BEYİNİN ÜZVİ ZƏDƏLƏNMƏSİ (TRAVMA MƏNŞƏLİ) NƏTİCƏSİNDƏ PSİXİ VƏ DAVRANİŞ POZUNTULARİ (PSİXOPATİYAYABƏNZƏR SİNDROM), İNTELLEKT VƏ YADDAŞİN ENMƏSİ İLƏ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, anamnestik məlumatlar (təcridxanada saxlanıldığı müddətdə xəsarət alması, ağır kəllə-beyin travmasından sonra Respublika Neyrocərrahlıq Xəstəxanasının reanimasiya, nevrologiya şöbələrində müalicə olunması, «Qapalı kəllə-beyin travması. Baş beyinin ağır dərəcəli əzilməsi. Travmatik subaraxnoidal qansızma. Sağ təpə nahiyəsində kəskin lövhəvari subdural hemotama. Hər iki yarımkürədə posttravmatik işemiya. İkitərəfli paraorbital hematoma. Bədənin çoxsaylı qançırları», «Sol alın-gicgah nahiyəsinin xroniki subdural lövhəvari hematoması», «Qapalı kəllə-beyin travması. Baş-beyinin ağır dərəcəli əzilməsi. Travmatik subaraxnoidal qansızma. Sağ təpə nahiyəsində kəskin lövhəvari subaraxnoidal hematoma. Sağ tərəfli spastik hemiparez. Posttravmatik ensefalopatiya», «Qapalı kəlləbeyin travmasından sonrakı qalıq əlamətləri. Soltərəfli yüngül hemiparez», «OD-görmə sinirində durğunluq (sağ göz sinirində durğunluq), OS-hemoftalm (sol gözün daxilində qansızma)», «Keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət. Sol alın-təpə nahiyəsinin lövhəşəkilli xroniki subdural hematoması» diaqnozlarının qoyulması və müvafiq müalicə alması, 14 fevral 2020-ci ildə 3 nömrəli şəhər kliniki xəstəxanası X24də aparılan baş beyinin maqnit-rezonans tomoqrafiyası müayinəsi zamanı «...Sol maksilyar sinusda retension kist... Kortikal sulkus və girusların dərinliyi və genişliyinin artması (kortikal atrofiya). Mədəcik sistemində orta dərəcəli genişlənmə... Sol alın, sağ təpə, hər iki ənsə paylarında müxtəli ölçülü, ətrafında qlioz dəyişikliyi olan kortiko-subkortikal malyasiya sahələri...» qeyd olunması, boyun və döş nahiyələrinin maqnit-rezonans tomoqrafiyası müayinəsi zamanı «...Boyun və döş fəqərəarası disklərin intensivliyinin degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləməsi... Boyun və döş fəqərə cisimləri səthlərində subxondrol sklerotik dəyişikliklər... fəqərəarası disklərdə Şmorl duyunləri... arxa median qabarma» aşkarlanması, 15 fevral 2020-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X24də aparılan elektroensefaloqrafik müayinə zamanı «pasiyentin deyilən tapşırıqlara əməl etmədiyi» göstərilməklə müayinədən sonra «...beyinin biocərəyan fəallığının irritativ dəyişiklik əlamətləri ilə səciyyələnməsi, beyin qabığı və qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi...») əlamətlərinin qeyd olunması və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə olduğu müddət ərzində özünü narahat və qeyri-adekvat aparması, şöbədaxili rejimə tabe olmaması, geyiminə və təmizliyinə fikir verməməsi, elementar sanitar-gigiyena qaydalarına riayət etməməsi, heç nəyə fikir verməyib müxtəlif pinti hərəkətlər etməsi, ona edilən müraciətlərə adekvat cavab verə bilməməsi, oyanıqlı halda olması, bir yerdə qərar tuta bilməməsi və situasiyaya uyğun gəlməyən müxtəlif hərəkətlər etməsi, baş ağrısı, halsızlıq, bulimiya, hava çatışmazlığı duyğusuna görə qapalı yerdə qala bilməmə, enurez, poliuriya, yuxusuzluq müşahidə edilməsi, bütün gün ərzində stereotip olaraq bir-birinə bənzər sualları dəfələrlə qışqıra-qışqıra təkrarlaması, uca səslə yersiz tələblər irəli sürməklə şöbədəki sakitliyi pozması və digər sınanan şəxslərin narazılığına səbəb olması, qıcığa qarşı həssaslığının artması, əsaslı səbəb olmadan əsəbiləşməsi, əhvali-ruhiyyəsinin teztez dəyişməsi, ekspertlər komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz görünməsi, ətrafa qarşı biganə olması, komissiya üzvlərinə fikir verməməsi, bələdliyinin zamana, məkana və ətraf mühitə görə pozulması, hazırda harada olduğunu, ili və ayı göstərə bilməməsi, məhsuldar ünsiyyət qurmaqda çətinlik yaranması, söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, təfəkkürünün azməhsuldar və tempinə görə ləng olması, mnestik-koqnitiv funksiyalarında kobud pozuntu – yaddaşında aşkar zəiflik və diqqətində dərin dağınıqlıq nəzərə çarpması, anamnestik məlumatları fraqmentar və qeyriardıcıl çatdırması, nə üçün həbs olunduğunu, hansı cinayət əməlini törətdiyini, nə vaxt və necə kəllə-beyin travmasını aldığını izah edə bilməməsi, iradə və motivasiyalarının zəifləməsi, maraqlarının yalnız həyati tələbatlarını ödəməklə məhdudlaşması, əhvaliruhiyyəsində davamsızlıq müşahidə olunması, aşkar səbəb olmadan tez-tez kövrəlməsi, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən heç nəyi yadına sala bilmədiyini deməsi, həyat yoldaşını niyə qətlə yetirməsi barəsində soruşulduqda bu mövzuda heç nə bilmədiyini söyləməsi, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi, ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi və s.) sübut edir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X24də bir dəfə ambulator, iki dəfə stasionar məhkəmə psixiatrik ekspertizasından keçirilmişdir. Hər üç ekspertiza zamanı tərtib edilən rəylərdə Təqsirləndirilən şəxs cinayəti törədən zaman anlaqlı olması öz əksini tapmışdır. Ekspertiza rəyləri arasında ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həbs olunduqdan sonra xx.xx.2018-ci il tarixdə İstintaq Təcridxanasında qapalı kəllə beyin travması almışdır. xx.xx.2019-cu il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası zamanı onda müəyyən olunmuş «Keçirilmiş kəllə beyin travmasından sonrakı astenik hal, retroqrad amneziya ilə» diaqnozlu vəziyyət həmin travma nəticəsində yarana bilərdi. Təkrar təyin olunmuş ekspertizalara qədər keçən müddət ərzində onda həmin travma nəticəsində «psixopatiyayabənzər sindrom, intellekt və yaddaşın enməsi ilə» halı yaranmışdır. Sonuncu hal artıq psixiatrik müalicə tələb edən ciddi patologiyadır. Buna görə də Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür.
2. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Müayinə olunan Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar ona verilən sualları cavablandırmaması, hadisə ilə bağlı istintaq zamanı verdiyi ifadələri xatırlamaması və heç bir hadisə törətmədiyini bildirməsi səbəbindən onun hadisəni törədərkən hansı emosional halda olmasını müəyyən etmək mümkün deyildir. İİ. Yekun hissəsi
1. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab olunmalıdır.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra istintaq təcridxanasında saxlanılan zaman aldığı ağır kəllə-beyin travmasından sonra onun psixi vəziyyətində pozuntular yaranmışdır. A. Hal-hazırda Təqsirləndirilən şəxs «Baş beyinin üzvi zədələnməsi (travma mənşəli) nəticəsində psixi və davraniş pozuntuları (psixopatiyayabənzər sindrom), intellekt və yaddaşın enməsi ilə» formasında psixi patologiya müəyyən edilir. B. Təqsirləndirilən şəxs onda aşkarlanan psixi patologiya nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum olmuşdur.
4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir.
5. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddələsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs müalicəyə ehtiyacı vardır. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə
6. Təqsirləndirilən şəxs hadisə zamanı hansı emosional halda olmasını müəyyən etmək mümkün deyildir. 22 may 2020-ci il tarixdə məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmiş Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğu üçün və bunun nəticəsində öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanından məhrum olduğu üçün barəsində o sağalmış hesab edilənədək tibbi xarakterli məcburi tədbirlər- ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilmişdir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılmış, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilmişdir. Qərarla iş üzrə yekun nəticə verilənədək maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus ağımtıl jaket, idman şalvarı, ipli mayka, bir cüt corablar, qara əngli trusik, Təqsirləndirilən şəxs məxsus kişi finkası, tünd göy rəngli sviter, qara rəngli qısaqol mayka, bir ədəd kişi trusiki və bir cüt corablar, üzərində qan ləkələri olan 03 ədəd çubuqlu pambıq tamponlar, şüşə qırıntıları (kül qabınını qırıntısı) Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında, Bakı şəhəri Nəsimi RPİ-nə təhvil vermiş bir ədəd kibrit qutusunda 5,647 qram natkotik maddə olan marixuana saxlanıldıqları yerdə qalmaları, videogörüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. 11 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X24 baş direktoru Orxan Cəfərovun xx.xx.2024-cü il tarixli 2381 saylı arayışı daxil olmuşdur. Həmin arayışdan müəyyən olunur ki, Psixatriya xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə qəbul olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada vəfat etmiş, həmçinin Təqsirləndirilən şəxs vəfatı ilə bağlı məhkəmə elektron sistemində olan portal məlumatından və ölüm haqqında şəhadətnaməsinin surətindəndə onun xx.xx.2024-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin formalarından ölməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X9 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək oğlu Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə dayandırılmış cinayət işinin icraatı təzələnmiş və mərhum Təqsirləndirilən şəxs hüquqi varisi X5 oğlunun ölümü ilə əlaqədar cinayət işinə xitam verilməsinə etiraz etməsinə əsasən cinayət işi üzrə məhkəmə baxışı təyin edilərək məhkəmə istintaqı aparılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailədidir, iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 34 saylı, 27 fevral 2019-cu il tarixli sərəncamına əsasən Qanuni nümayəndə nəvələri-xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qız və xx.xx.2015-ci il təvəllüdlü X12 qəyyumu təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Şahid4, X19, X20, Qanuni nümayəndə Rəfail qızı, Şahid2, Şahid6, X13 ifadələri, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 və 11 dekabr 2018-ci il tarixdə müdafiəçisi və tərcüməçinin iştirakları ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ifadələrinin yerində yoxlanılması zamanı verdiyi ifadəsi, hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2018-ci il tarixli protokolu, Təqsirləndirilən şəxs mənzilində quraşdırılımış müşahidə kamerasının videogörüntülərini əks etdirən CD diskə baxış protokolundan və bu diskə məhkəmədə baxışdan, Zərərçəkmiş şəxs1 öldürülməsi ilə əlaqədar keçirilmiş məhkəmə ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam sübuta yetirilmişdir ki, 09 dekabr 2018-ci il tarixdə, saat 22 radələrindən başlayaraq bir müddət əvvəl narkotik vasitə olan "Marixuana" qəbul edib psixi və davranış pozuntusu halında olmaqla xx.xx.2018-ci il tarixdə, saat 02-03 radələrində yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 yuxudan oyadıb onunla heç bir səbəb olmadan mübahisə edərkən sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə azyaşlı qızları, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2015-ci il təvəllüdlü Nailə Taxvelinin yuxudan oyanmasına səbəb olan hərəkətlər edərək uşaqlarının gözləri qarşısında NailəTaxvelinin ağlayaraq anasını çağırmasına məhəl qoymadan arvadının saçlarından tutaraq mənzilin otaqlarında gəzdirməklə müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib uşaqlarının yanında onu buraxmasına dair arvadı Zərərçəkmiş şəxs1 yalvarışlarına fikir verməyərək uşaqları ilə vidalaşmağa məcbur edib sonuncuya əzab vermiş, saçlarından tutaraq yaşadığı mənzilin mətbəx otağının qarşısında olan eyvana gətirərək Zərərçəkmiş şəxs1 müqavimətini qırmağa yönəlmiş hərəkətlər edib onun bel nahiyyəsini eyvanda olan məhəccərə sıxan zaman ona dərəcəsinə görə təyin ediməyən oma nahiyəsinin qançırı və qançırının fonunda kiçik ölçülü kəsilmiş yarasından ibarət xəsarət yetirdikdən sonra öz niyyətini sona çatdırmaq məqsədi ilə müstəsna dərəcədə qəddarlıq edərək Zərərçəkmiş şəxs1 ayaqlarından tutub qaldıraraq eyvandan küçəyə atması nəticəsində ona baş beyinin sol gicgah-təpə və ənsə paylarının əzilib-dağılması və evakuasiyası, həmin nahiyələrdə yumşaq qişalara, beyin toxumasına qansızmaları, mədəciklərə qansızması, beyinciyin, uzunsov beyinin və varol korpüsünün toxumasına qansızması, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpə-alın və ənsə nahiyələrində yumşaq toxumalar altına qansızması, sol gicgah əzələsinə qansızmaları, başın sol təpə-ənsə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol ağciyərin cırılması və toxumasına qansızmaları, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların, orta körpücük və kürək xətləri üzrə sınıqları və qabırğaarası əzələlərdə qansızmaları, sol böyrəkətrafı toxumaya qansızması, döş sümüyünün, sol bud və sağ baldır sümüklərinin sınıqları, sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı, sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı, başın alın nahiyəsinin, üzün sol yarısının, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin, sağ əlin İ barmağının, qarının sol yan səthinin sıyrıqları, sol üst göz qapağının qançırı, sağ yuxarı ətrafın iç səthini əhatə edən iri ölçülü qançırı, sol bazunun, sağ əlin İ barmağının yastıq hissəsinin, sağ diz oynağı nahiyəsinin, sol budun, sağ baldırın qançırları ilə nəticələnən, kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin toxumasının əzilib-dağılması və evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) kimi həyatla bir araya sığmayıb ölümü ilə birbaşa əlaqəli və ölümünə səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Eyni Plenum qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bundan əlavə məhkəmə baxışı zamanı zərərəçkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 dayəsi işləmiş Şahid7 ifadələrindən, Təqsirləndirilən şəxs mənzilində quraşdırılımış müşahidə kamerasının videogörüntülərini əks etdirən CD diskə baxış protokolundan və bu diskə məhkəmədə baxışdan, zərərçəkmiş şəxs Aliyə Taxvelinin barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəylərindən müəyyən edilmişdir ki, narkotik vasitə olan "Marixuana" qəbul edib psixi və davranış pozuntusu halında olmaqla xx.xx.2018-ci il tarixdə, saat 02:42-də arvadı Zərərçəkmiş şəxs1 saçlarından tutduğu vəziyyətdə «hipokampin atrofiyası, mədəciklərin genişlənməsi- hidrosefaliya, arxa kəllə çuxurunda genişlənmiş meqasistema və epilepsiya» ilə doğulmuş qızı Aliyə Taxvelinin yatdığı otağa gətirərək sonuncunun yuxudan oyanmasına səbəb olmuş və Adelyanı onunla vidalaşdırarkən onun gözü qarşısında Zərərçəkmiş şəxs2 qolundan tutaraq dartıb çarpayıdan yerə düşürməsi nəticəsində aldığı kəllə-beyin travmasından ona hər iki tərəfdə subdural sahədə baş beyni laterallardan zəif kompresiya edən ən qalın yerində sağda 9 mm, solda isə 10 mm ölçülü homogen tərkibli ciblənmiş maye yığıntısı ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid və sağ bazu nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası CM-nin "Qəsdən sağlamlığa yüngül zərər vurma"ya dair 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyətinə səbəb olur. Bundan başqa məhkəmədə tədqiq edilmiş sübut növlər ilə-zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci ilin sentyabr ayında «hipokampin atrofiyası, mədəciklərin genişlənməsi- hidrosefaliya, arxa kəllə çuxurunda genişlənmiş meqasistema və epilepsiya» ilə doğulmuş qızı Aliyə Taxvelinin bu əlamətlərlə anadan olmasını xx.xx.2007-ci ildən onunla rəsmi nikahla ailə quraraq birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs1 görmüş, bunu bəhanə edərək həmin vaxtdan başlayaraq sonuncuya qarşı aqressiv münasibətlər göstərib 2018-ci ilin dekabr ayının əvvəllərində müxtəlif vaxtlarda yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1 ilə heç bir səbəb olmadan mübahisə edərək dəfələrlə yaşadığı evdə azyaşlı qızları, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə xx.xx.2015-ci il təvəllüdlü Nailə Taxvelinin gözləri qarşısında Zərərçəkmiş şəxs1 əlləri və ayaqları ilə vurub sonuncuya Azərbaycan Respublikası CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı ilə müşayət olunan sol bazu oynağı nahiyəsinin ön səthinin, sağ bazunun yuxarı 1/3-nin iç səthinin və sol bazunun orta 1/3-nin ön səthinin, sağ bazunun aşağı 1/3-nin iç səthinin qançırları ilə nəticələnməklə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu dəfə 09 dekabr 2018-ci il tarixdə, saat 22 radələrindən başlayaraq bir müddət əvvəl narkotik vasitə olan "Marixuana" qəbul edib psixi və davranış pozuntusu halında olmaqlaxx.xx.2018-ci il tarixdə, saat 02-03 radələrində heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək saçlarından tutduğu vəziyyətdə uşaqlarının oyanmasına səbəb olmaqla, uşaqları ilə vidalaşdırmağa məcbur etməklə, ona uşaqlarının gözü qarşısında əlləri ilə vurub başın sağ gicgah nahiyəsinin, hər iki mil-bilək oynağı nahiyəsinin qançırlarının və sol mil-bilək oynağı nahiyəsinin ön səthinin sıyrığı ilə nəticələnməklə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, doğulduğu andan Zərərçəkmiş şəxs2 xəstəliyinə görə qəbul etməməklə, buna Zərərçəkmiş şəxs1 səbəb olmasını bəhanə etməklə, ailəsi ilə maraqlanmamaqla və maddi dəstək olmamaqla, həmçinin narkotik maddələr qəbul etməklə Zərərçəkmiş şəxs1 pisixi iztirablar vermişdir. Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət məsuliyyətinə səbəb olur. Bundan başqa, məhkəmə iclasında təqsirləndirilən şəxsin qismən öz ifadəsi, Şahid1 ifadəsi, digər şahidlərin ifadəsi, təqsirləndirilən şəxsin nəqliyyat vasitəsinə baxış protokolu, təqsirləndirilən şəxsin barəsində keçirilmiş məhkəmə narkoloji ekspertiza rəyi, narkotik vasitəsinə dair ekspertiza rəyi, məhkəmədə tədqiq edilmiş və xx.xx.2019-cu il tarixli «baxış keçirilməsi haqqında» protokolunda əks olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan telefonda «Watsap» sosial şəbəkəsi vasitəsi ilə aparılan yazışmalarında Şahid1 3 dəfə narkotik maddə çəkdiyini etiraf etməsi və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla istintaqa məlum olmayan mənbədən şəxsi istehlak məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 5,647 qram narkotik vasitə olan qurudulmuş «Marixuana»nı 2018-ci ilin dekabr ayının əvvəlində əldə edərək sahibliyində və idarəçiliyində olduğu «Lexus» markalı, **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının saxlanc yerində saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət məsuliyyətinə səbəb olur. Beləliklə məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuş, xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs1 öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlamış və daşımışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 133.1, 128, 120.2.4 və 234.1-ci maddələri ilə tövsif etmiş və ona qeyd olunan maddələrlə ittiham hökmünün çıxarılmasını mümkün sayır, lakin Təqsirləndirilən şəxs hüquqi varisi olan anası X4 oğlunun vəfatı ilə bağlı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)) xitam verilməsinə etiraz etdiyi üçün sonuncunun barəsində ittiham hökmü çıxarılmalı, lakin Təqsirləndirilən şəxs vəfat etdiyi üçün cəza təyin edilməməlidir. Ölmüş şəxsin barəsində hüquqi nəticələrə dair qanunvericilikdə aşağıdakı müddəalar vardır: 41.2. Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) ,habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 43.3-1. Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 43.4. Məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir Maddə 44. Məhkum etmənin əsasları 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər, CMnin 128, 133.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri Azərbaycan Respublikası CMnin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus ağımtıl jaket, idman şalvarı, ipli mayka, bir cüt corablar, qara əngli trusik, Təqsirləndirilən şəxs məxsus kişi finkası, tünd göyə rəngli sviter, qara rəngli qısaqol mayka, bir ədəd kişi trusiki və bir cüt corablar, 03 ədəd çubuqlu pambıq tamponlar üzərində qan ləkələri,şüşə qırıntıları (kül qabınını qırıntısı) və Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs “Lexsus” markalı, **-LH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış zamanı saxlanc yerindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda 5,647 qram natkotik maddə olan marixuana məhv edilməli, videogörüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi Qaydası”nın tələblərinə, Narkomanlığa və X6 X10 üzrə Dövlət Kolmissiyasının 2012-ci il 09 yanvar tarixli 01 nömrəli Sərəncamına əsasən barəsində məhvetmə qəbul edilmiş az miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekkursorlarının məhv edilməsi prposesi şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanınsız X10 üzrə komissiyası tərəfindən, yəni Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətndə fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanınsız X10 üzrə komissiya” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 450,17 (dörd yüz əlli manat on yeddi qəpik) manat pul vəsaiti dövlət vəsaiti hesabına Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla “AİM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 180 AZN (yüz səksən manat) pul “AİM” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ona cəza təyin edilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus ağımtıl jaket, idman şalvarı, ipli mayka, bir cüt corablar, qara əngli trusik, Təqsirləndirilən şəxs məxsus kişi finkası, tünd göyə rəngli sviter, qara rəngli qısaqol mayka, bir ədəd kişi trusiki və bir cüt corablar, 03 ədəd çubuqlu pambıq tamponlar üzərində qan ləkələri, şüşə qırıntıları (kül qabınını qırıntısı) və Bakı şəhəri Nəsimi RPİ-nə təhvil vermiş bir ədəd kibrit qutusunda 5,647 qram natkotik maddə olan marixuana məhv edilsin, videogörüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanınsız X10 üzrə komissiya” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 450,17 qəpik (dörd yüz əlli manat on yeddi qəpik) manat pul vəsaiti dövlət vəsaiti hesabına Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 180 AZN (yüz səksən manat) pul “AİM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Leyla Əsgərova-Məmmədova Novruz Kərimov