Məhkəmə qərarları › İş №1(101)-480/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-480/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-480/2023 24.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X23 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs və onun nümayəndələri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə1, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Tərcüməçilər: X24, X10 və X5 iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1976-cı ildə Rusiya Federasiyasında anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMCnin direktoru vəzifəsində işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair 1(101)-480/2023 nömrəli cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi:

1. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə yəni, zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və onun haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmədə təqsirləndirilir.

2. İbtidai istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə yəni, zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən 2.000.000 ABŞ dolları pulun tələb edilməsi barədə şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qarşılıqlı iddialar əsasında mülki mühakimə icraatı qaydasında məhkəmədə mübahisələndirdiyi və bütün məhkəmə instansiyalarında iddiası təmin edilməyən, əvvəllər ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2012-ci ildə onun razılığı olmadan sökülməsini bəhanə edərək 2016-cı ilin avqust ayından sentyabr ayınadək olan müddət ərzində həmin şirkətin ünvan 3 ünvanında yerləşən ofisində və Səbail rayonu, A.Quliyev küçəsində yerləşən X12rşısında onun göstərişi ilə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri qeyd olunan MMC-nin təsisçisi Zərərçəkmiş şəxs onu oğurladacaqlarını, övladı xx.xx.2000-ci il təvəllüdlü X1 sərbəst hərəkət etdiyi zaman çəkilmiş fotoşəkilini istifadələrində olan mobil telefonun ekranında nümayiş etdirib, ailə üzvləri barədə bütün məlumatlara malik olduqlarına inandırıb, qorxudaraq özünün və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə qeyd edilən ünvanda sökülmüş qeyri-yaşayış sahəsinin guya kompensasiyası olaraq Zərərçəkmiş şəxs həmin qeyri-yaşayış sahəsinin həmin dövrdə müəyyən edilmiş və həm də real bazar dəyərindən on beş dəfə artıq məbləğdə həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən 2.000.000 ABŞ dolları məbləğində külli miqdarda pulu tələb etmiş və 2016-cı ilin sentyabr ayından 2018-ci ilin fevral ayına qədər olan müddətdə "xxxx" MMC-nin Səbail rayonu, H.Abdullayev küçəsi 5 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi külli miqdarda pulun ödənməsinə əvvəlcədən razılaşdığı 1.360.000 manat təşkil edən 800.000 ABŞ dolları puldan 850.000 manat təşkil edən 500.000 ABŞ dolları pulu hissə-hissə olmaqla bir neçə dəfəyə tanışı Şahid9 vasitəsilə alıb ələ keçirdikdən sonra cinayətkar niyyətini tamamlamaq məqsədi ilə 2018-ci ilin fevral ayından 2021-ci ilin dekabr ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs işlədiyi "xxxx" MMC-nin Səbail rayonu, H.Abdullayev küçəsi 5 ünvanında yerləşən ofisində olduğu vaxtlarda müxtəlif ölkələrin mobil operatorlarına məxsus mobil telefon nömrələri vasitəsi ilə “WatshAapp” ani mesajlaşma mübadilə sistemindən istifadə etməklə dəfələrlə zənglər edib onun guya ali hakimiyyət orqanlarında işləyən şəxsləri aldadaraq pullarını ödəməkdən yayınması ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları kütləvi informasiya vasitələrində yayma hədəsi ilə həmin dövrün məzənnəsi ilə 510.000 manat təşkil edən qalan 300.000 ABŞ dolları məbləğində külli miqdarda pulu vahid niyyətlə əhatə olunan qəsdlə tələb etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. Şirkət 2011-ci ilin aprel ayında təsis olunmuşdur və əsas fəaliyyəti tikinti işləridir. Fəxri inşaatçı adına layiq görülmüş, bir neçə dövlət layihəsi həyata keçirmişdir. Şirkət 2012-ci ildə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 4 ünvanında səkkiz mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üzrə sifariş almışdır. Sözü gedən ərazidə yaşayan sakinlərin köçürülməsi və bu evlərin sökülməsi ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti məşğul olmuş, şirkətin söküntü, köçürmə işlərinə və öhdəliklərinə heç bir aidiyyətı olmamış, yalnız tikinti işləri aparılaraq başa çatdırılmışdır. Təqsirləndirilən şəxs obyektində aparılmış söküntü işində şirkətinin texnikasından istifadə olunub-olunmaması barədə bilmir, çünki şirkətin texnikası müxtəlif yerlərdə istifadə olunurdu. 2013-2014-cü illərdə yaşayış binasının tikintisi zamanı şirkətin hüquqşünası ona bildirmişdir ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb etdiyindən şirkət cavabdeh qismində məhkəməyə dəvət olunmuşdur. Şikayətçi Təqsirləndirilən şəxs idi. Həmin vaxt bu məsələ ilə şirkətin hüquqşünasları məşğul olmuş, 2016-cı ilə qədər davam edən məhkəmə çəkişməsi nəticəsində qəbul edilən məhkəmə qararları şirkətin lehinə olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin məlum iddialarla bağlı son qərarına görə, şikayətçinin iddiası təmin edilməmiş, yəni şirkətin xeyrinə qərar verilmişdir. 2015-ci ildə şirkətdə bəzi problemlər yarandığından hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi, indiki Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ofisində qanunsuz yoxlama aparıb, müəyyən sənədləri götürdüklərindən MTN-nə çağırılmış və həmin vaxt nazirliyin əməkdaşları Mövlan Şıxəliyev və Təhsin Ağayev ona bir neçə sual verəndən sonra həm Təqsirləndirilən şəxs, həm də onlara pul verməli olduğunu demişlər. Onlara şirkətinin tikinti, layihələndirmə, abadlaşdırma işləri görməsini, söküntü ilə məşğul olmamasını deyib, məhkəmə qərarlarını göstərərək Təqsirləndirilən şəxs pul verməli olmadığını bildirmişdir. Bundan sonra 2016-cı ildə, mərhum dostu Rasim bir nəfərin onunla görüşmək istədiyini demiş, həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Rasimlə Təqsirləndirilən şəxs özünün Mərdəkanda yerləşən bağ evində qəbul etmişdir. Təqsirləndirilən şəxs bundan əvvəllər «Hayatt Regency» otelindəki fitnes zalında idman edərkən görmüşdür. Təqsirləndirilən şəxs bağ evində onunla kobud danışaraq onun obyektini sökdüyünü demiş, o da Kamala obyektini sökmədiyini, sadəcə tikinti apardığını, bununla bağlı müvafiq məhkəmə qərarları olduğunu demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, «mən məhkəmələrə inanmıram, həmin pulu səndən başqa yol ilə alacam». Ondan nə qədər pul istədiyini soruşanda, Kamal «2.000.000 ABŞ dolları» deyə cavab vermişdir. Təqsirləndirilən şəxsla nə qədər mülayim danışaraq hər ikisi üçün hər şeyi aydınlaşdırmağa çalışsa da, Kamal kəskin mövqeyini dəyişməmiş, heç kimi tanımaq istəmədiyini və hər hansı yolla olur-olsun pulu ondan alacağını bildirmişdir. Bundan sonra Kamal Akımovun ondan, guya dağıtdığı obyektə görə pul almaq niyyətini başa düşüb, həm də onunla kobud danışdığı üçün evini tərk etməsini tələb etmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs nümayəndəsi Şahid23 ofisində olduğu vaxt şəxsən özü, daha sonra öz ofisinin qarşısında, hətta yolda avtomobillə hərəkətdə olduğu vaxt tanımadığı, idmançı bədən quruluşlu, zahirən və danışıqları Şimali Qafqaz sakinlərinin ləhcəsinə bənzəyən şəxslər onu saxlatdırıb, müxtəlif hədələr gələrək, tələb olunan pulu verməli olduğunu demişlər. Onu avtomobili ilə hərəkətdə olarkən saxlayan maşının nömrəsi Dağıstan Muxtar Respublikasına məxsus 05 nömrəsi ilə başlayan dövlət nömrə nişanlı, qara rəngli, «BMW» markalı avtomobil olmuşdur. Həmin şəxslər başqa millətə və quldura oxşayırdılar. Təqsirləndirilən şəxs ona istər üzbə-üz görüşdükləri vaxtlarda, istər telefon danışığı zamanı dəfələrlə “hər bir halda mən səndən istədiyim pulu mütləq alacam, müəyyən adamlar gəlib səni başa salacaqlar” demiş, tanımadığı həmin şəxslər isə əgər qardaşları Kamala 2.000.000 ABŞ dolları verməsə, onu dağa aparacaqlarını, ondan sonra ailəsi pulu götürmələri üçün həmin şəxslərə yalvaracağını, daha sonra telefonda oğlu Əsəd Əsgərovun şəhərdə gəzən vəziyyətdə şəklini göstərərək bütün ailə üzvlərinin harada olduqlarını və hərəkətləri barədə məlumatlarının olduğunu söyləmişlər. Həmin şəxslər oğlunu da oğurlayacaqları, pulu ödəməsə onu öldürəcəkləri ilə bağlı hədə-qorxu da gəlmişlər. Onların məqsədinin nə qədər ciddi olduğuna bir daha əmin olmuş, təhlükəni real təhlükə kimi qəbul etmiş və bu təhlükədən istifadə olunacağından qorxduğu üçün onları başa düşdüyünü və hər şeyi edəcəyini demişdir. Beləliklə, aliəsinin təhlükəsizliyi, həmçinin həmin vaxtlarda şirkətinin bir sıra problemləri olduğu üçün məcbur qaldığından Təqsirləndirilən şəxsla danışaraq ona 800.000 ABŞ dolları verməyə razılaşmışdır. Ofisdə Təqsirləndirilən şəxs pul verməyə razılaşanda orada onun tərəfindən Şahid6, Şahid5 Rəfail oğlu və Rahib olmuşlar. Təqsirləndirilən şəxs tələb etdiyi pulu vermək məqsədlə dostundan borca pul almış və Kamalın qoyduğu şərtlə, dostu Şahid9 vasitəsi ilə hər dəfə 50.000-100.000 olmaqla, ümumilikdə 500.000 ABŞ dollarını hissə-hissə ona ödəmişdir. Şahid9 hər dəfə gəlib pulu ofisdən götürmüşdür. Təqsirləndirilən şəxs pul verməyinə MTN əməkdaşlarının təsiri olmamışdır. Lakin sonralar qalan 300.000 ABŞ dollarını ödəyə bilməmiş, bundan sonra ABŞ-da yaşayan Təqsirləndirilən şəxs ondan şantaj və hədə ilə pul tələb etməyə başlamış, ona başqa ölkələrdən hədə-qorxu dolu zənglər gəlmişdir. Pul vermək fikri olmadığı üçün Təqsirləndirilən şəxs Azərbaycanın yuxarı orqanlarında haqqında müxtəlif cür, yalan xarakterli məlumatlar yayılacağını, buna rəsmi reaksiya olmasa mətbuatda (kütləvi informasiya vasitələrində) dərc olunacağını deyirdi. Həmin vaxtdan Təqsirləndirilən şəxs müxtəlif orqanlara onun barəsində şikayət edib işgüzar nüfuzunu zədələməyə başlamışdır. Sonra Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə çağırılmış, məsələyə aydınlıq gətirməsi bildirilmiş, Təqsirləndirilən şəxs şikayətlərinin böhtan olduğunu, hədəqorxu və şantaj yolu ilə artıq ondan 500.000 ABŞ dolları aldığını və bu məbləğdən narazı qalaraq əlavə olaraq 300.000 ABŞ dolları tələb etdiyini izah etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs «müraciətləri» ilə bağlı bütün müvafiq məhkəmə qərarlarını Səbail Rayon İcra Hakimiyyətinin Aparatına təhvil verib, hüquq-mühafizə orqanlarında araşdırma aparılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməməsinin səbəbləri müxtəlif idi. Belə ki, hələ ilk vaxtlar, yəni Təqsirləndirilən şəxs onun bağ evinə gəlib pul tələb edəndə maddi vəziyyəti yaxşı olduğu üçün şikayət etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs MTN-də yüksək vəzifəli şəxslərə arxalandığını və bununla vəziyyətini daha da ağırlaşdıra biləcəyini dediyinə görə belə bir addım atmamışdır, çünki dəfələrlə MTN-ə çağırılaraq problemi həll etməsi qəti tövsiyə olunmuşdur. Ailəsinin rahat yaşaya bilməsi üçün, həyatına və ailəsinə qarşı real təhlükəni görüb, Təqsirləndirilən şəxs mənzilinin qiyməti 120.000-140.000 ABŞ dolları olduğu halda, ona 2.000.000 ABŞ dollarından müəyyən məbləğdə ödəməyə razılaşmış və ödəmişdir. Sonradan maddi imkanları tükəndiyi üçün Təqsirləndirilən şəxs pul verməyi dayandırmışdır. Bundan başqa həmin vaxta kimi özünün, ailəsinin təhlükəsizliyini təmin etmək üçün yaxın idmançı dostlarını ətrafına toplaya bilmiş və həmin şəxslər bir neçə vəziyyətdə özlərini sübut etdikləri üçün artıq ailəsinin təhlükəsizliyinə əmin olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır, ona qarşı maddi ziyan və mənəvi zərərə görə iddia tələbi vardır.

4. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2018-ci ilədək olan müddətdə "xxxx" MMC-nin xəzinadarı vəzifəsində işləmişdir. Həmin şirkətin təsisçisi Zərərçəkmiş şəxs, direktoru isə Şahid3dur. MMC tikinti sektorunda fəaliyyət göstərirdi. 2013-cü ildə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 müraciət edərək Bayıl qəsəbəsində 30-32 sot torpaq sahəsini boşalda biləcəyini bildirmiş, orada yaşayan sakinlərlə Qurban özü danışmış və köçürülmələri ilə şəxsən məşğul olmuşdur. Qurban İsmayılov ilə müəyyən danışıqlardan sonra "xxxx" şirkəti tərəfindən binanın tikintisinə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şirkəti məhkəməyə vermişdir ki, guya tikinti aparılan ərazidə onun evi olmuşdur. Bu barədə Qurban İsmayılovla danışmış, Qurban da ona demişdir ki, həmin adam kimdirsə dələduzluq edir, köçürülən sakinlərin arasında Akimov soyadlı şəxs olmamışdır. 2016-cı ildə "xxxx" şirkətinin yerləşdiyi ünvan 3 ünvandakı ofisdə olarkən Zərərçəkmiş şəxs onu otağına dəvət edib, ofisin başqa işçilərinin yanında Təqsirləndirilən şəxs göstərib demişdir ki, həmin şəxsə 800.000 ABŞ dolları pul versin. İlk dəfə Zərərçəkmiş şəxs onu və digər həmkarlarını Təqsirləndirilən şəxsla tanış edərkən, otağa daxil olanda Azərin narahatçılığını və ümumi otaqda ab-havanın gərgin olduğunu görmüşdür. Onlara otaqda oturmaq belə təklif olunmamış və bildirilmişdir ki, Təqsirləndirilən şəxs və ya nümayəndəsinə pul verilməli olacaqdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verməli olduğu barədə göstərişi onu təəccübləndirmişdir. Çünki, Təqsirləndirilən şəxs şirkətlə uzun müddət sürən məhkəmə çəkişmələrinin olmasını və məhkəmənin şirkətin xeyrinə qərarlar qəbul etdiyini bilirdi. Zərərçəkmiş şəxs ona demişdir ki, «bu ev məsələsi deyil, burada başqa məsələlər var, sənə deyə bilmərəm, vaxt gələr hər şey aydın olar». Zərərçəkmiş şəxs tapşırığı ilə Şahid9 Azər müəllimin iş otağında Təqsirləndirilən şəxs çatdırması üçün 50.000 və 100.000 ABŞ dolları məbləğlərdə pul vermişdir. Sonuncu dəfə pul 2018-ci ilin əvvələrində verilmişdir. Məlumatı olduğu qədər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çatdırmaq üçün ümumilikdə 500.000 ABŞ dolları məbləğdə pulu təxminən iki il ərzində hissə-hissə vermişdir. Zərərçəkmiş şəxs çoxdan cəsarətli insan kimi tanıyır, lakin Təqsirləndirilən şəxs ofisə gələn ərəfələrdə Azər müəllimin böyük problemlərlə rastlaşdığını hiss edirmiş.

5. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru işləmişdir. Şirkət 2012-ci ildə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 4 ünvanda yerləşən təxminən 47 sot yerdə köhnə məhəllədə səkkizmərtəbəli yaşayış binasının inşasını həyata keçirməyə başlamış, 2015-ci ildə tikinti başa çatdırılmışdır. Binanın inşası dövründə eşitmişdir ki, Təqsirləndirilən şəxs tikinti aparılan yerdə hansısa sahəyə malik olduğunu iddia edib, məhkəmədə şirkətdən kompensasiya tələb etmişdir. Məhkəmənin qərarları şirkətin xeyrinə olsa da, şirkətdə Təqsirləndirilən şəxsla bağlı müzakirələr gedəndə təsisçi Zərərçəkmiş şəxs əsəbi olur, hər dəfə Akimovun soyadı çəkiləndə işə qarşı münasibəti soyuyur və stress vəziyyətinə düşür və bunu onunla yanaşı bütün ofisin işçiləri görürdü. Məlum idi ki, Zərərçəkmiş şəxs iş prosselərinə aidiyyəti olmayan, nə isə ciddi şəxsi xarakterli narahatçılığı var və bu səbəbdən də daim əsəbi olur. 2016-cı ilin yay aylarında şirkətin ofisinin qarşısında üç-dörd nəfər digər milliyyətdən olan, idmançı bədən quruluşlu, saqqallı və rus dilində danışan şəxsin ofisə icazəsiz girib, Zərərçəkmiş şəxs yanına gəlməyə cəhd etdiklərini, həmin vaxt Azərin onlara yaxınlaşaraq söhbət etdiyini və həmin şəxsləri sakitləşdirməyə çalışdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşmaq istədikdə şirkətin mühafizə xidmətinin rəisi Məqsəd Məhərrəmov onu və orada olan ofis işçilərini yaxınlaşmağa qoymamış və bildirmişdir ki, Zərərçəkmiş şəxs həmin şəxsləri özü sakitləşdirir. Kənardan həmin şəxslərin Zərərçəkmiş şəxs qolundan tutub dartdıqlarını, rus dilində «sən bizə konkret vaxt de, nə vaxt verəcəksən» dediklərini eşitmişdir. Həmin şəxslər getdikdən sonra Zərərçəkmiş şəxs ofisə daxil olaraq heç kimə heç nə demədən öz otağına keçmişdir. İşçilərin deməsindən və sonradan məlum olmuşdur ki, həmin hadisə zamanı onların ofisinə gələn qeyd etdiyi şəxslər Zərərçəkmiş şəxs istifadələrində olan mobil telefonda nə isə şəkil göstərmişlər, həmin vaxtdan sonra Azər həmin şəxslərlə tamamilə fərqli sakit danışmağa başlamış, hədələrini real qəbul edib sanki ehtiyat etmişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs daha da əsəbi və fikirli idi. Ofisdə əməkdaşlar arasında normal səmimi münasibətlər olmasına baxmayaraq heç kim Zərərçəkmiş şəxs yaxınlaşıb nə baş verməsini, həmin şəxslərin kimlər olması, tələblərinin nə olması barədə suallar verməyə risq etmirmiş, Azər özü heç kimə heç bir açıqlama verməmişdir. Bir müddət yəni, bir neçə gün sonra həmin şəxslərdən ikisini o təkrarən ofisdə görmüş, Zərərçəkmiş şəxs həmin şəxsləri qarşılayıb otağına aparmış, içəri keçdikdən sonra qapını bağlamışlar və içəridə nə söhbətlər getdiyini bilməmişdir. Bir müddətdən sonra həmin şəxslər çıxıb getmişlər və Zərərçəkmiş şəxs özü həmin şəxsləri yola salarkən onlara «narahat olmayın həll edəcəm» ifadəsini işlətmişdir. Zərərçəkmiş şəxs otağına girib, məsələ ilə maraqlanmaq istəyərkən Azər heç bir şey deməmiş, lakin çox əsəbi və özünü itirmiş vəziyyətdə olmuşdur. Sonradan işçilərdən eşitmişdir ki, Təqsirləndirilən şəxsiçin adamları Zərərçəkmiş şəxs pul tələb etmişlər. Hətta Təqsirləndirilən şəxs yanında bir nəfər tanımadığı şəxslə ofisə də gəlmiş, Zərərçəkmiş şəxs onların yanında Kamala 800.000 ABŞ dolları verəcəyini bildirmiş, Kamal da demişdir «bilirsən də pulu ödəməsən səni nə gözləyir», Azər də başını aşağı salmaqla təsdiq cavabı vermişdir. Zərərçəkmiş şəxs bu ifadəsinin könüllü iradə ifadəsi olmadığını anlamışdır. Belə ki, onu çoxdan tanıdığı üçün əminliklə deyə bilər ki, Zərərçəkmiş şəxs öhdəlik götürəndə təzyiq altında imiş və buna məcbur edilirmiş. Təqsirləndirilən şəxs gəlişindən sonra Zərərçəkmiş şəxs məsələni aydınlaşdırmağa cəhd etsə də, sonuncu bu məsələni gizli saxlamışdır. Sonradan öyrənib bilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hissə-hissə olmaqla cəmi 500.000 ABŞ dolları pul vermişdir.

6. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2008-ci ildən təxminən 2015-ci ilədək "xxxx" MMC-də xəzinadar vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMCnin təsisçisi idi və şirkət tikinti sektorunda fəaliyyət göstərirdi. İşdən çıxdıqdan sonra kömək etmək üçün şirkətin ofisinə gedib-gələrkən Zərərçəkmiş şəxs psixi durumunda gərginlik olmasını, həddən artıq əsəbi olduğunu müşahidə etmişdir. 2021-ci ilin dekabr ayında Bakı şəhəri Səbail Rayon Prokurorluğuna dəvət olunarkən əvvəl ona verilmiş sualların mahiyətindən, sonra isə sabiq iş yoldaşlarının danışıqlarından bilmişdir ki, Zərərçəkmiş şəxs həmin dövrdə əsəbi olmasına səbəb Təqsirləndirilən şəxs Azərə və ailə üzvlərinə hədə-qorxu gələrək külli miqdarda pul tələb etməsi olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs kim olmasını bilməmiş, sonra ona məlum olmuşdur ki, Kamal ilə "xxxx" şirkəti arasında uzun müddət sürən mülki mübahisəyə müxtəlif məhkəmə instansiyalarında baxılmış, qərarlar şirkətinin xeyrinə çıxarıldığı üçün Kamal qanunsuzluğa yol verərək kompensasiya alması üçün hədə-qorxu kimi vasitələrə əl ataraq Zərərçəkmiş şəxs yarım million ABŞ dolları qədər məbləğində pulunu ələ keçirməyə nail olmuşdur. Xəzinadar olaraq Zərərçəkmiş şəxs tapşırığı əsasında çox adamlara pul vermişdir. Ola bilsin ki, həmin şəxslərdən biri Şahid9 olsun və görsə bəlkə də üzdən tanıya bilər.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Rəfail oğlu ifadəsində göstərmişdir ki, 2011-ci ilədək "xxxx" MMC-nin təsisçisi olmuş, dövlət qulluğunda olarkən şirkətin təsisçiliyindən çıxmış, bir də 2016-cı ildən sonra şirkətə işə qayıtmış və məsləhətçi kimi işləməyə başlamışdır. Məsləhətçi olaraq fəaliyyət əhatəsi şirkətin biznesin inkişafın siyasətinin formallaşmasına köməklik etmək idi. Şirkətin digər təsisçisi qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxsla qohum olaraq münasibətləri daha yaxın olduğundan onun maddi sıxıntılarının olduğunu bilmişdir. Zərərçəkmiş şəxs deməsinə görə, problemlərdən birini yaradan Təqsirləndirilən şəxs idi. Təqsirləndirilən şəxs ilk dəfə təxminən 2016-cı ildə Zərərçəkmiş şəxs iş otağında görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs onları otağına çağırıb demişdir ki, Təqsirləndirilən şəxs 800.000 ABŞ dolları pul verəcək və buna şahid olsunlar. Hətta həmin ərəfələrdə Zərərçəkmiş şəxs ona tam ətraflı olmasa da, Təqsirləndirilən şəxs onu hədələyib külli miqdarda pul tələb etdiyini bildirmiş, qohum olmaları səbəbindən özünün və ailə üzvlərinin ehtiyatlı olmalarını tövsiyyə etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çatdırılması üçün verdiyi pul vəsaitinin şirkətin büdcəsinə aid olmadığını, həmin vəsaitin şəxsi əmlakın satlıması və əlaqələrin hesabına əldə edilməsini bilirdi. 2021-ci ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs növbəti dövlət hakimiyyət orqanının rəhbərinə həqiqətə uyğun olmayan böhtan xarakterli müraciətləri baxılması üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilmiş, həmin orqan da məsələyə hüquqi qiymətin verilməsi materiallar aidiyyəti üzrə araşdırılması üçün Səbail Rayon Prokurorluğuna göndərmişdir.

8. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1994cü ildən tanıyır, dostdurlar. Söhbət əsnasında Zərərçəkmiş şəxs eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif instansiyalara müraciət edərək, Azərin təsisçisi olduğu "xxxx" şirkətindən külli miqdarda pul tələb etmiş, Azərdə Kamala çatdırılması üçün Şahid9 500.000 ABŞ dolları məbləğində pul vermişdir. Şirkətin borcları siyahısında Təqsirləndirilən şəxs adı olmamışdır. Təqsirləndirilən şəxs kim olmasını bilməmiş, tam təfərrüatları ona məlum olmasa da, eşitdiyi məlumatdan ona məlum olmuşdur ki, Kamal "xxxx" şirkətinin Bayıl qəsəbəsində apardığı tikinti zonasında hansısa sahəyə malik olduğunu əsassız iddialar edirmiş və ona görə də həddən artıq kompensasiya ödənilməsini tələb edirmiş. Nəticədə keçirilmiş bir sıra məhkəmələrin müxtəlif qərarları ilə Təqsirləndirilən şəxs iddiaları təmin edilməmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, Təqsirləndirilən şəxs göndərdiyi şəxslərin onun yaşadığı evi və uşaqlarının oxuduqları məktəblərin yerini bilmələri onda narahatçılıq yaratmışdır. Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, hamısı ehtiyyatlı olsunlar. Sonradan xəbər tutmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tələbi qarşısında razılaşmışdır. Dəqiq xatırlamır, amma bir dəfə Zərərçəkmiş şəxs otağına dəvət olunarkən digər həmkarlarıyla yanaşı orada tanımadığı insanlar var imiş. Ola bilsin ki, həmin şəxslərin arasında Təqsirləndirilən şəxs da olmuşdur. Xatırlayır ki, həmin anda onlar heç biri əyləşməmişlər, həmin «qonaqlardan» biri Zərərçəkmiş şəxs 800.000 ABŞ dolları verəcəyini onlara eşitdirmişdir. Bir epizodik anı xatırlayır ki, o və digər həmkarları əyləşmək istəyəndə Təqsirləndirilən şəxs buna icazə verməmişdir. Bu görüşdən sonra ofisə Təqsirləndirilən şəxs təyin etdiyi Şahid9 Kamala çatası pulu iltizamla gəlib götürmüş, o və digər həmkarları pulun verilməsinə şahid olmuşlar, hətta pul götürülüb iltizam yazılan zaman çəkilişlər də aparılmışdır. Şəkillər çəkilməsi barədə təşəbbüs Zərərçəkmiş şəxs idi və belə başa düşmüşdür ki, Azər bunu etməklə özünü bir daha Təqsirləndirilən şəxs qarşısında sığortalayır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxulara məruz qalmasını Azəri şirkətin ofisindən gizli çıxaran andan bilmişdir. Tam detallı şəkildə Zərərçəkmiş şəxs bununla bağlı heç kəslə bölüşmürdü, lakin qısa olaraq Təqsirləndirilən şəxs tərəfindən təhlükə yarana biləcəyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şantajları, təhdidlərinə görə hüquqmühfizə orqanlarına müraciət etməsini demiş, lakin Azər bunu özünün həll edəcəyini bildirmişdir. Bundan başqa, Şahid6 istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, 2016-cı ilin yay aylarında həmin vaxt ofisdə olmadığından bir qrup şəxsin ofisə gəlib orada Zərərçəkmiş şəxs qarşı təyziq etməsinin şahidi olmamış, bu barədə sonradan ona ofisin əməkdaşları məlumat vermişdirlər. Əvvəlki ifadəsində qeyd etdiyi kimi Təqsirləndirilən şəxs və Şahid9 ofisə gələrkən Zərərçəkmiş şəxs otağında ondan başqa Şahid5, hüquqşünas Şahid1, məsul işçi Şahid3 və xəzinadar Şahid2 olmuşlar. Onların yanında Zərərçəkmiş şəxs şifahi olaraq həmin iki nəfərdən birinə, yəni Təqsirləndirilən şəxs külli miqdarda pul ödəyəcəyi barədə bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs istehza ilə Zərərçəkmiş şəxs soruşmuşdur ki, sən bilirsən də pulu verməyəcəyin halda başına nələr gələcək və Azər də başını aşağı salmaqla başa düşdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs bu ifadəsini hansısa məcburiyyət qarşısında etdiyini anlamışdır. Belə ki, onu çoxdan tanıdığı üçün əminliklə deyə bilər ki, sonuncu öhdəlik götürəndə təzyiq altında imiş.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibəti olmuş, onun rəhbəri olduğu şirkətlərin birində 2020-ci ilin yanvar ayınadək çalışmış, sonra isə öz təşəbbüsü ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs də tanıyır, lakin onunla sıx münasibəti olmamışdır. Bildiyinə görə Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən binanın tikintisinə başlayan ərəfədə Təqsirləndirilən şəxsla Azərin arasında sonuncuya məxsus obyektin sökülməsi ilə bağlı narazılıqlar olmuş, biri-birinə qarşı məhkəmədə iddia qaldırmışlar və məhkəmə prosesi uzun müddət davam etmişdir. Hətta bir dəfə Zərərçəkmiş şəxsla birlikdə vəkil Şahid23 məxsus ofisə getmiş və Kamandar həmin ərəfədə Təqsirləndirilən şəxs vəkili olduğundan həmin şəxslərin arasında olan mülk mübahisəsini həll etməyə çalışmışdır. Təqsirləndirilən şəxs özü də bu görüşdə iştirak etmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs bir-iki dəfə Zərərçəkmiş şəxs Axundov bağının yanında yerləşən ofisində görmüş, bir dəfə də onların razılığa gəlmələri üçün Kamalla «Həyat Regency» hotelində görüşüb, danışıq aparmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs işçisi olaraq bilirdi ki, Azər Təqsirləndirilən şəxs obyektinə görə kompensasiya olaraq 800.000 ABŞ dolları məbləğində pul verəcəyini öhdəsinə götürmüşdür, yəni bu barədə onlar özləri ofisdə razılığa gəlmişlər. Həmin görüşdə özü də qismən iştirak etmiş, onun yanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul ödəyəcəyinə söz vermişdir. Həmin görüşdə həmçinin «ağsaqqal» rolunu üzərinə götürən Şahid9 iştirak edirdi, sonradan Camaldinlə Azərin arasında yaxşı yoldaşlıq münasibətləri yaranmış və ailəlikcə yoldaşlıq etmişlər. Razılıq əldə olunduqdan sonra ofisin xəzinadarları Şahid4 və Şahid2 Zərərçəkmiş şəxs tapşırığı əsasında hər dəfə ofisə gəlib-gedən Şahid9 müəyyən məbləğdə pul verirmişlər. 500.000 ABŞ dolları pul ödəyəndən sonra Zərərçəkmiş şəxs pulun verilməsini dayandırmış və Təqsirləndirilən şəxs Azərdən müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinə şikayət etməyə başlamışdır. Bundan sonra hadisələrin necə inkişaf etdiyini bilmir, bildiyinə görə Azər verilməsi vəd verdiyi pulun qalan hissəsini Kamala verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsini eşitməmiş, onun yanında belə söhbətlər olmamış, Azər ona belə hallar barədə danışmamışdır.

10. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1997-ci ildən tanıyır, ailəvi dostdurlar. 2016-cı ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ailəsinə qarşı olan təhdidlərin qarşısını almaq üçün pul lazım olduğundan ondan borca pul istəmiş, ona ümümilikdə 170.000 ABŞ dolları məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs 2017-ci ilin əvvəllərində ona olan pul borcunu tam şəkildə ödəmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən etibarən tanımış, onun mülki işlərinə vəkil kimi çıxmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs təsisçisi olduğu "xxxx" şirkəti arasında mülki iş olmuş, üç instansiya məhkəməsi Azərin lehinə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs onun ofisində görüşəndə, ikisinin arasında gərginlik olmuş, Kamala ortaq məxrəcə gəlməyi təklif etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs demişdir ki, «yaxşı, mən sənə göstərərəm, görərsən nə olacaq». Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 800.000-1.000.000 ABŞ dolları civarında pul tələb etmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla arasında ədavəti olmamışdır, hazırda da yoxdur, Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs maraqlarından çıxış etməyi və bütün informasiyaları Azərə ötürməyi barədə dedikləri isə cəfəngiyatdır.

12. Məhkəmədə dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 01 iyun 2009-cu il tarixdən 01 noyabr 2015-ci il tarixədək "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, 2015-ci ildə işdən çıxmışdır. MMC-də işlədiyi müddətdə əsasən «JAK» markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini idarə etmiş, həmin avtomobil nasaz olanda və ya təmir edildiyi müddətdə «JAK» markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini, bəzən isə «İSUZU» markalı, dövlət qeydiyyat nişanının son rəqəmi 106 olan yük avtomobilini idarə etmiş, göstərdiklərindən başqa şirkətə məxsus digər avtomobil idarə etməmişdir. ünvan 5 ünvanında söküntü işlərinin aparılmasında ümumiyyətlə iştirak etməmiş, «JAK» markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini idarə etdiyi 2012-2014-cü illər ərzində sözü gedən ünvanda tikinti aparıldığı vaxtlarda oraya yalnız yanacaq və sair tikinti materialları aparmışdır.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onon beş il əvvəl "xxxx" MMC-yə işə düzəlmiş və orada 2016-cı ilədək müxtəlif vəzifələrdə, öncə fəhlə, daha sonra isə iş icraçısı işləmişdir. İşi hörgü, suvaq, malyar və ağlay daşların düzülməsi olmuş, işlədiyi müddətdə heç vaxt söküntü işlərində iştirak etməmişdir. Orada işlədiyi müddətdə ona işlə bağlı tapşırıqları şirkətin direktoru Şahid3, sonuncuya isə göstərişləri əsas rəhbər Zərərçəkmiş şəxs verirdi. Onlarla arasında normal münasibət olmuş, ədavət və yaxud düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. İbtidai istintaq zamanı təqdim olunmuş videofaylda olan görüntüdə əks edilmiş texnika onun əvvəllər işlədiyi "xxxx" MMC-yə məxsusdur, lakin həmin söküntüdə iştirak etməmişdir və **-JR-***, **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərini kimlərin idarə etməsi, həmin şəxslərin kimliyi barədə məlumatı yoxdur.

14. Məhkəmədə dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, 2013-ildən 2019-cu ilin iyun ayına qədər "xxxx" MMC-də mühafizə xidmətinin rəisi vəzifəsində işləmiş, şirkətin rəhbəri Zərərçəkmiş şəxs olmuşdur. Şirkət tikinti sektorunda fəaliyyət göstərirdi. 2015-ci ildə Zərərçəkmiş şəxs yeznəsi Şahid5 Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuş və bundan sonra şirkətin ağır günləri başlamışdır. Belə ki, həmin vaxtlarda ofisə çoxlu şikayətçi adamlar gəlir, həmin şəxslərdən normal şəkildə gələnləri də olurdu, bir qədər səs-küy salanları da. Şirkətdən şikayətçi olan fəhlələr, podratçı şirkətin nümayəndələri və kreditorlar gələndə həmin şəxslərin qarşısına çıxıb problemləri həll etməyə və ya ən azı həmin şəxsləri sakitləşdirməyə çalışırmışlar. Çünki gələnlərin çoxu düşünürdü ki, Şahid5 həbs olunduqdan sonra Zərərçəkmiş şəxs da həbs olunacaqdır və həmin şəxslərin pulları batacaq. Bu səbəbdən də gələnlər səs-küylü formada və aqressiv olurmuşlar. Mühafizə xidmətinin rəisi olaraq bütün baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almağa və əvvəlki dövrlərə nisbətən daha ayıq-sayıq olmağa çalışmış, hətta mütəmadi olaraq binanın ətrafını gəzib patrul xidməti də aparmışdır. Həmin ərəfədə soyadı şirkətin hüquqşünası tərəfindən ofisdə tez-tez çəkilən «Akimov» adlı şəxs barədə eşidib məlumatlı olmuşdur ki, həmin şəxs şirkət tərəfindən tikinti aparılan ərazidə hansısa sahəyə malik olduğunu iddia edib, məhkəmədə kompensasiya verilməsini tələb etmişdir. Həmin dövrlər Zərərçəkmiş şəxs onsuzda mövcud problemlərin qarşısında əsəbi, gərgin vəziyyətdə olmuş, Akimovla bağlı müzakirələr gedərkən daha çox əsəbi olur, hər dəfə onun soyadı çəkiləndə işə qarşı münasibəti soyuyur və stress vəziyyətinə düşürmüş. 2016-cı ilin yay aylarında, təxminən iyul ayında dəqiq tarixini bilmədiyi vaxtda, şirkətin ofisində işdə olarkən günorta saatlarında qara rəngli, «BMW» markalı dövlət nömrə nişanını hazırda dəqiq xatırlamadığı «05» rəqəmi ilə başlayan, Rusiya Federasiyasına- Dağıstana aid olan avtomobil ofisin qarşısına gələrək siqnal vermiş, içərisindən üç-dörd nəfər digər milliyətdən olan, idmançı bədən quruluşlu, saqqallı şəxslər düşüb ona yaxınlaşaraq Zərərçəkmiş şəxs «Azik» adlandıraraq harada olmasını soruşub, göstəriş formasında onu çağırmasını demişlər. Onlarla beş-yeddi dəqiqə mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs yaranmış səs-küyə görə oraya gəlmiş, həmin şəxslər Azərə «sən bilirsən biz kimik və kimin adamlarıyıq, niyə bizimlə görüşmürsən, niyə bizdən yayınırsan» demişlər. Həmin şəxslərin xoş niyyətli olmadıqlarını görüb onlara yaxınlaşmaq istəmiş, lakin Zərərçəkmiş şəxs buna icazə vermədiyi üçün kənarda dayanıb onlara izləmişdir. Məcburiyyət qarşısında dayanıb kənara çəkilmiş və mühafizəçilərə tapşırmışdır ki, həm 102 xidmətinə zəng etməyə, həm də həmin şəxslər Zərərçəkmiş şəxs zor tətbiq edəcəkləri halda bu şəxslərlə əlbəyaxa olub qanunsuz hərəkətlərinin qarşısını alaraq həmin şəxsləri zərərsizləşdirməyə hazır olsunlar. Həmin şəxslərdən birinin əynində yay pencəyi var imiş və o özü uzun müddət Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyindən müşahidə edirmiş ki, pencəyinin altında nə isə var, lakin dəqiq nə olmasını deyə bilməz, ola bilər silah olsun, ola bilər elektroşok və sair xəsarət yetirmək üçün qanunsuz əşya olsun. Həmin şəxslərdən biri Zərərçəkmiş şəxs əlində olan telefonda nə isə göstərəndən sonra Zərərçəkmiş şəxs onlara mütləq aralarında olan problemi qısa müddətə həll edəcəyini söz vermiş, onlar da çıxıb getmişlər. Hətta həmin şəxslər getdikdən sonra Zərərçəkmiş şəxs yaxınlaşıb bu şəxslərin kim olmasını, nə üçün onlara həmin şəxsləri susdurmaq üçün şərait yaratmadığını soruşduqda Zərərçəkmiş şəxs bildirmişdir ki, onsuz da hazırda kifayət qədər problemləri var, həm də Akimovun həmin adamları ümumi işlərlə, şirkətlə bağlı deyil başqa məsələ ilə bağlı gəlmişlər, onun bilmədiyi başqa məsələlər var. Bundan bir neçə gün sonra həmin şəxslərdən ikisi təkrarən ofisə gəlmişlər, Zərərçəkmiş şəxs özü aşağı düşüb onları qarşılayaraq otağına aparmış, o isə həmin şəxsləri qapıyadək müşayət etmiş, onlar bir müddət otaqda söhbət etdikdən sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs onları yola salarkən «narahat olmayın həll edəcəm» ifadəsini işlətmişdir. Bundan bir-neçə gün sonra Təqsirləndirilən şəxs Şahid9lə ofisə gəlib təxminən otuz-qırx beş dəqiqə Zərərçəkmiş şəxsla iş otağında söhbət etdikdən sonra çıxıb getmişlər. Həmin vaxtdan sonra Şahid9 bir-neçə dəfə də ofisə gəlib pul alaraq getdiyini görmüş, amma hansı məbləğdə pul almasını bilməmişdir. Sonrakı prosesləri müşahidə etdikdən sonra və ofisdə olan söhbətlərdən bilmişdir ki, gələn şəxslər məhz Təqsirləndirilən şəxs adamları olmuş və həmin şəxslərin bu qanunsuz hərəkətləri nəticəsində Kamal Zərərçəkmiş şəxs hədə yolu ilə külli miqdarda pul almışdır.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də mətbuat meneceri kimi işləmiş, şirkətin təsisçisi Zərərçəkmiş şəxs və onun ailəsini uzun illərdi qohumları ilə eyni ünvanda qonşuluqda yaşadığı vaxtdan tanımışdır. Şirkət 2012-ci ildə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 4 ünvanda yerləşən 47 sot yerdə, köhnə məhəllədə səkkizmərtəbəli yaşayış binasının inşasını həyata keçirmiş və qeyd olunan tikinti 2015-ci ildə başa çatdırılaraq, yaşayış sahələrinin mülkiyyətçilərinin istifadəsinə verilməsi prosesinə başlanılmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs yeznəsi Şahid5 həbs olunması və bundan sonra şirkətdə baş verənlər barədə digər şahid X13 ilə eyni məzmunda ifadə vermişdir. Binanın inşası dövründə tikinti zonasında əvvəl nə vaxtsa yerləşən sahəyə dair soyadı şirkətin hüquqşünası tərəfindən ofisdə tez-tez çəkilən Təqsirləndirilən şəxs barədə eşidib məlumatlı olmuşdur ki, həmin şəxs tikinti aparılan yerdə hansısa sahəyə malik olduğunu iddia edib, məhkəmədə kompensasiya verilməsini tələb etmişdir. 2016-cı ilin yay aylarında, dəqiq xatirlamadığı tarixdə ofisin pəncərəsindən baxanda görmüşdür ki, ofisin qarşısında qara rəngli, «BMW» markalı maşın dayanıb, maşının yanında üç-dörd nəfər digər milliyətdən olan, idmançı bədən quruluşlu, saqqallı şəxs Zərərçəkmiş şəxsla danışaraq, ona barmaqla işarələr göstərir, əlindən dartıb onu silkələyir və özlərini rekert kimi aparırlar. Ofisin içərisində olduğundan həmin şəxslərin nə barədə danışdıqlarını eşitməmiş, lakin hərəkətlərindən və davranışlaından görünürmüş ki, bu şəxslər Zərərçəkmiş şəxs nə isə tələb edirlər və Azər də onları sakitləşdirməyə çalışırmış. Sonradan Zərərçəkmiş şəxs ona demişdir ki, «rekertdirlər, Akimov göndərib və ondan pul tələb edirlər». Daha sonra bilmişdir ki, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla Təqsirləndirilən şəxs 500.000 ABŞ dolları məbləğində pul vermişdir.

16. Məhkəmədə dindirilmiş şahid, "xxxx" MMC-nin sabiq sahə rəisi Şahid17 digər şahidlər X13 və Şahid16 ifadələrindəki xüsusatları təsdiq etməklə, onlarla eyni məzmunlu ifadə vermişdir.

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2013-cü ildən "xxxx" MMC-də mühəndis-texnik vəzifəsində işləyir. Şirkət tərəfindən ünvan 6 ünvanında səkkizmərtəbəli bina inşa edilmiş, tikinti 2015-ci ildə başa çatdırılaraq yaşayış sahələrinin mülkiyyətçilərin istifadəsinə verilməsi prosesinə başlanılmışdır. Binanın inşası dövründə şirkətdə olan işçilərdən eşidib bilmişdir ki, tikinti zonasında əvvəl nə vaxtsa yerləşən sahəyə dair Təqsirləndirilən şəxs hansısa sahəyə malik olduğunu əsassız iddia edib, məhkəmədə kompensasiya verilməsini tələb etmişdir. Sonralar ofisdə olan zaman pəncərədən baxanda görmüşdür ki, ofisin qarşısında qara rəngli, «BMW» markalı dövlət nömrə nişanlı avtomobil dayanıb və maşının yanında dörd-beş nəfər digər millətin nümnayəndəsi, idmançı bədən quruluşlu, saqqallı şəxslər şirkətin təsisçisi Zərərçəkmiş şəxs ilə danışaraq ona təzyiq göstərirlər. Pəncərə bağlı olduğu üçün həmin yerdə aparılan danışıqların məzmununu eşitməmiş, lakin həmin şəxslərin hərəkətlərindən və davranışından görmüşdür ki, onlar Zərərçəkmiş şəxs əllərində olan telefonu göstərərək nə isə deyib tələb edirlər, Azərə danışmağa imkan vermirlər, Azər onları sakitləşdirməyə çalışır. Bir müddət sonra həmin şəxslər oraya gəldikləri qara rəngli dövlət nömrə nişanını xatırlamadığı qara rəngli «BMW» markalı maşına oturaraq oradan getmişlər. Həmin şəxslər getdikdən sonra Zərərçəkmiş şəxs ofisə daxil olub öz iş otağına keçmiş, heç kim Zərərçəkmiş şəxs yaxınlaşıb nə baş verməsini, həmin şəxslərin kimlər olması, tələblərinin nə olması barədə suallar verməyə risq etməmiş, Azər özü də heç kimə heç bir açıqlama verməmişdir. Sonralar eşitmişdir ki, həmin şəxslər Təqsirləndirilən şəxs adamları olmuşlar və Zərərçəkmiş şəxs hissə-hissə olmaqla Kamala 500.000 ABŞ dolları pul vermişdir.

18. Məhkəmədə dindirilmiş Şahid14 digər Şahid13 ifadəsindəki xüsusatları təsdiq etməklə, onunla eyni məzmunlu ifadə vermişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2016-cı ilə qədər olan müddət ərzində "xxxx" şirkətində əvvəl mexanik köməkçisi, sonra baş mexanik, daha sonra isə qaraj müdürü vəzifəsində işləmişdir. Həmin müddət ərzində şirkət tərəfindən həyata keçirilmiş bir sıra dövlət layihələrin həyata keçirilməsində müdiri olduğu avtoqarajın texnikaları işləmiş, texnikalar daxili əmrlərlə müvafiq sürücülərə təhkim olunmuşdur. İşdən sonra və ya istirahət günlərində digər şirkətlər və ya fiziki şəxslərdən sifariş olduqda, həmin texnikanı sifariş üzrə əlavə qazanc məqsədilə işlətmiş və aldığı pulu sürücülərlə aralarında bölmüşlər. Şirkətdə işlədiyi dövrdə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında heç bir söküntü işləri aparılmamışdır. Həmin ünvanda o özü 2012-ci ildə şirkətdən xəbərsiz əlavə qazanc əldə etmək üçün əvvəllər tanımadığı şəxsin sifarişi ilə pul müqabilində cəmi, iki dəfə söküntü işləri aparmışdır. Buna görə də, nəqliyyat vasitələrinin üzərində şirkətin adı qeyd olunan yazıların üstünü bağlatdırmışdır. İşi görən şəxs kimi həmin söküntünün kim tərəfindən aparılması, yerin kimə məxsus olmasını bilməmiş, sadəcə şəhərin içində həmin yer söküldüyü üçün düşünmüşdür ki, yəqin söküntü işləri qanunidir. Həmin yerdə söküntü aparan zaman əmlak sahiblərindən kiminsə narazılıq etdiyinin şahidi olmamışdır. Qeyd edilən müddətdə və ərazidə işləmiş **-JR-*** və **-JV-*** dövlət qeydiyyat nişanlı «Shadman» markalı yük maşınlarını Əhməd və Rəfail adlı sürücülər, 10-H-555 dövlət qeydiyyat nişanlı ekskavatoru isə Əzizağa adlı sürücü idarə etmişdir. Həmin sürücülərin digər anket məlumatlarını xatırlamır, onda olan məlumata əsasən Əhməd rəhmətə gelib, digər iki nəfər isə Bakı şəhərində yaşayır.

20. Məhkəmədə dindirilmiş Şahid22 Fariz oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2002-ci ildən tanıyır. Onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evində mühafizəçi işləmiş, 2011-ci ildən etibarən isə bağban kimi daimi işləməyə başlamışdır. 2016-cı ilin yay aylarında Zərərçəkmiş şəxsla bağda olarkən Təqsirləndirilən şəxs və Rasim bağa gəlmişlər. Zərərçəkmiş şəxs gələn şəxsləri mülayim qaydada qarşılamış, Təqsirləndirilən şəxs isə ona hədələyici tərzdə nə isə demiş, beləliklə Azərlə Kamalın arasında beş-yeddi dəqiqəlik bir müddətdə ayaqüstə mübahisə olmuş, Azər həmin şəxslərə bağı tərk etmələrini deyəndən sonra ona, bu adamlar bir də gəlsələr bağa buraxmamağı, səhəri gün isə mütəxəssislər dəvət edib bağın həyəti və ətrafına müşahidə kameraları çəkdirməyi tapşırmış, o da tapşırığı yerinə yetirmişdir.

21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 2001-ci ildən elektrik və kamera quraşdırılması işi ilə məşğul olur. 2016-cı ilin yay aylarında tanışı Şahid22 Fariz oğlunun müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolu üzərində yerləşən Mərdəkan bağları adlanan ərazidə Zərərçəkmiş şəxs məxsus bağ evinə işçiləri ilə birlikdə bir ay ərzində işləyərək müşahidə kameraları quraşdırmışlar. Orada işləyən zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ailəsi həmin ünvanda yaşayır və Azər yəqin ki, ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə onlara bu işi gördürüb, görüntüləri daimi izləmək üçün mobil telefonuna da proqram quraşdırmışdır.

22. Məhkəmədə dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov, B.Sərdarov, Leopold, M.Rastropoviç və S.Tağızadə küçələrində avtomaşınların parklanması işinə baxır. Zərərçəkmiş şəxs da bu səbəbdən tanıyır. 2015-ci ildə Zərərçəkmiş şəxs yeznəsi Şahid5 Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduqdan bir müddət sonra ofisə çoxlu adamlar gəlməyə başlamış, əksəriyyəti normal şəkildə gəlsə də, bəziləri səs-küy salmışlar. Gələnlər əsasən borclular olmuş və gəlib pullarını tələb etmişlər. Şirkətin işçiləri çıxıb həmin şəxsləri qarşılayır, problemlərini həll edir və sakitləşdirməyə çalışırdılar. 2016-cı ilin yay aylarında dəqiq tarixini xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs ofisinin qarşısında qara rəngli, Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı «BMW» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilin dayanmasını görmüş, Zərərçəkmiş şəxs ofisdən düşüb həmin avtomobilin yanında olan üç-dörd nəfərə yaxınlaşmış və rus dilində nə isə danışmışlar. Rus dilini yaxşı bilmədiyi üçün onların danışıqlarının məzmununu tam başa düşməmiş, lakin gələn şəxslərin hərəkətləri və davranışlarından görünürmüş ki, onlar Azərə əllərində olan telefonun ekranını göstərib nə isə deyib, tələb edirlər. Zərərçəkmiş şəxs həmin şəxsləri sakitləşdirməyə çalışırdı. Həmin vaxt Zərərçəkmiş şəxs onlardan çəkinməsi, çox ehtiyat etməsi bu şəxslərin kobud sözlərinə hərəkətlərinə baxmayaraq həmin şəxsləri sakitləşdirmək istəməsi ona çox qeyri-adi gəlmişdir. Açıq-aydın görünürdü ki, Zərərçəkmiş şəxs bu şəxslərin real olaraq nə isə etməsindən qorxur. Düşünmüşdür ki, əgər Zərərçəkmiş şəxs özü bu şəxslərdən çəkinirsə, deməli onlar çox təhlükəli adamlardır. Həmin vaxt orada olan ofisin mühafizəçiləri baş verənlərə müdaxilə etmədikləri üçün o da bu şəxslərə yaxınlaşmamış və bir müddətdən sonra həmin şəxslər gəldikləri avtomobilə əyləşərək oradan getmişlər.

23. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 istintaqa verdiyi ifadəsindən məlum olur ki, 2013-cü ildən 2019-cu ilədək olan müddətdə "xxxx" MMC-nin hüquqşünası vəzifəsində işləmiş, şirkətin təsisçisi Zərərçəkmiş şəxs, direktoru isə Şahid3 olmuşlar. MMC tikinti sektorunda fəaliyyət göstərirdi. Təxminən 2012-ci ildə "xxxx" MMC Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 4 ünvanda yerləşən təxminən 47 sot yerdə, köhnə məhəllədə səkkizmərtəbəli yaşayış binasının inşasını həyata keçirmiş, söküntü işlərini şirkətlə olan razılaşmaya əsasən digər fiziki şəxslər üzərinə götürmüş, söküntü və köçürmə işləri ilə şirkət məşğul olmamışdır. Müvafiq orqanlardan lazımi icazələr alındıqdan sonra və bütün normativlərə riayət etməklə tkinti işlərinə başlanılmışdır. 2013-cü ildə "xxxx" şirkəti 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə cavabdeh qismində dəvət olunmuş, şirkətin təmsil edilməsi ona həvalə edilmişdir. Hazırlıq prosesində məlum olmuşdur ki, vətəndaş Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bayıl qəsəbəsindəki tikinti zonasında əmlak hüquqlarının mövcudluğunu, qanunsuz olaraq orada yerləşən qeyri-yaşayış sahəsinin söküldüyünü, kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmənin qərarı ilə iddianın baxılması aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsində iddiaçı qismində Zəkiyyə Səttarova deyil adını sonradan bildiyi Təqsirləndirilən şəxs çıxış etmişdir. Təqsirləndirilən şəxs iddia etmişdir ki, söküntü zonasında guya ki, ona məxsus, lakin Zəkiyyə Səttarovanın adına olan 128 kv.metr ərazidən ibarət qeyri-yaşayış sahəsi olmuş, həmin qeyri-yaşayış sahəsi "xxxx" şirkəti tərəfindən qanunsuz sökülmüş, ona görə də qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə bərpa edilərək geyri qaytarılması barədə məhkəməyə müraciət edilmiş, cavabdeh qismində yalnız hüquqi şəxs "xxxx" MMCni qoymuşdur. Nəticə etibarı ilə Təqsirləndirilən şəxs iddiası əsassız olduğundan bütün məhkəmə instansiyalarında təmin edilməmişdir. Məhkəmə prosesləri 2016-cı ilin avqust ayınadək davam etmş və xx.xx.2016-cı il tarixdə Bakı Apellasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməyərək qanuni güvvəyə minmişdir. Bundan müəyyən müddət sonra Zərərçəkmiş şəxs hərəkətlərində həyəcan hiss olunmuş, elə həmin ərəfədə şirkətin həmin vaxtı yerləşdiyi ünvan 3 ünvandakı ofisdə olarkən qəfildən ona bildirilmişdir ki, müəyyən məbləğdə pul vəsaitinin digər şəxsə verilməsi ilə bağlı iltizam nümunəsi hazırlanmalıdır. Ümumi verilən məbləğ 500.000 ABŞ dolları olmuş və həmin məbləğ hissəhissə olaraq Təqsirləndirilən şəxs çatdırılması üçün Şahid9 verilmişdir. İlk dəfə iltizamın nümunəsini Zərərçəkmiş şəxs otağına aparanda sonuncunun yanında iki nəfər tanımadığı kişi olmuş, otaqdakı mənzərə gərginliyi ilə seçilmişdir. Otağa daxil olarkən başa düşmüşdür ki, iki nəfərdən biri Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsi barədə sonra kimdənsə eşitmiş, lakin Azərin hədə-qorxuya məruz qalmasının şahidi olmamışdır. Zərərçəkmiş şəxs təsis etdiyi şirkətdə uzun müddət işlədiyi üçün özünə güvənən, idmançı kimi tanıyırdı. Lakin, məhkəmə çəkişmələri bitəndən sonra belə həyacanlı vəziyyətdə heç vaxt görməmişdir (cild 01, i.v 141-143).

24. Məhkəmədə Şahid21 Əlibala oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, 2005-ci ildən etibarən ünvan 8 ünvanlarda yerləşən "xxxx" MTK-da işləyir. "xxxx" MTK-nın Səbail rayonu, H.Abdullayev küçəsi 5 ünvanında inşa edilmiş binanın birinci və ikinci mərtəbəsində yerləşən ofisində həmçinin "xxxx" şirkəti də fəaliyyət göstərirdi. Onun iş otağı həmin vaxtlar binanın altında imiş, lakin buna baxmayaraq öz şikətləri və digər "xxxx" şirkətinin əməkdaşları ilə daim bir-birlərini görür və ünsiyyətdə olurmuşlar. 2015-ci ildə "xxxx" şirkətinin təsisçisi Zərərçəkmiş şəxs yeznəsi Məmmədov Rafail oğlu Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduqdan sonra həmin şirkətin ağır günləri başlamış, həmin vaxtlarda ofisə çoxlu sayda adamlar gəlmiş, gələn şəxslərdən bəziləri səs-küy salmışlar. Şirkətin işçiləri ofisə müraciət edən narazı şəxsləri qarşılayıb problemlərini həll etməyə və sakitləşdirməyə çalışırmışlar. Təxminən 2016-cı ilin yay aylarında tarixini dəqiq xatırlamadığı vaxtda, binanın içini və ətrafında gəzərkən görmüşdür ki, ofisin qarşısında tünd rəngli xarici markalı avtomobil dayanıb və maşının yanında üç-dörd nəfər xarici görkəmlərinə görə Azərbaycanlıya oxşamayan, saqqalı şəxs Zərərçəkmiş şəxsla danışaraq sonuncuya barmaq ilə işarələr göstərir, əlindən dartıb silkələyirlər. Bir qədər aralıda olduğu üçün həmin şəxslərin aralarında aparılan danışıqların məzmununu dəqiq eşitməmişdir, lakin hərəkətlərindən və davranışlarından görünürmüş ki, bu şəxslər Zərərçəkmiş şəxs çox ciddi təyziq edir, nə isə sübut edib tələblərin yerinə yetirtməyə təkidlə çalşır, həmçinin əllərində olan telefonun ekranında nə isə göstərərək Azərlə çox sərt formada danışıb nə isə tələb edir, Azərə danışmağa imkan vermirlər və sonuncu həmin şəxsləri sakitləşdirməyə çalışırmış. Zərərçəkmiş şəxs həmin şəxslərdən açıq formada çəkinib ehtiyatla rəftar etməsi ona çox qəribə gəlmişdi. Həmin şəxslər Zərərçəkmiş şəxs səhv etmirsə «Akimov» soyadlı şəxsin məsələsinin Azərin bir nömrəli probleminin olmasını, hər şeydən əvvəl Akimovun problemini həll etməli olduğunu bildirib, belə olmadığı halda Azər üçün heç də yaxşı olmayacağını deyirmişlər. Həmin vaxt ofisin mühafizəçiləri də orada imiş və həmin şəxslər də kənardan baxıb müşahidə etdiyindən, hadisəyə müdaxilə etmədikləri üçün onlara yaxınlaşmamış, bir qədər sonra mübahisə yekunlaşmış, həmin şəxslər qeyd etdiyi avtomobilə oturaraq oradan getmişlər. Kənarda olduğu üçün həmin şəxslərin danışıqlarının məzmununu tam dəqiq eşitməsə də, onların davranışından və uca səslə dedikləri bəzi sözlərdən başa düşürmüş ki, Zərərçəkmiş şəxsla söhbət zamanı nəyisə başa salmağa çalışaraq Akimov tərəfindən göndərildiklərini, sonuncunun pulunu mütləq ödəməli olduğunu Azərdən tələb edirmişlər, Azər də onları sakitləşdirib, bir qədər də çəkinərək məsələni həll edəcəyini deyirmiş. Bu qaydada olan hadisə yeganə imiş, bundan əvvəl və sonra bu dərəcədə ciddi hadisənin şahidi olmamışdır (cild 05, i.v 127-130).

25. İbtidai istintaq oraqını iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin (mülki iddiaçının), çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, aşağıdakı mütəxəssis və ekspert rəylərini, sənədləri (istintaq hərəkətlərinin protokolları və digər sənədlər) də sübut növləri kimi təqdim etmişdir.

26. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müraciət-ərizə və Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhəri Səbail Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb 2.000.000 ABŞ dolları verməyəcəyi halda özünün və ailə üzvlərinin zorakılıqla müşaiyət olunan hərəkətlərə məruz qalacaqları barədə Təqsirləndirilən şəxs tərəfindən edilən hədəqorxuya məruz qalaraq ünvan 3 ünvanında yerləşən ofisində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə hissə-hissə Təqsirləndirilən şəxs çatdırılması üçün 500.000 ABŞ dolları verməsi, sonuncunun hədə-qorxu hərəkətlərini davam etdirərək əlavə olaraq 300.000 ABŞ dolları tələb etməsi barədə Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsi olmuşdur (cild 01, i.v. 01-03).

27. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2(102)-179/14 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı ünvan 2 saylı binanın birinci mərtəbəsində sahəsi 128,0 kv.m olan yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 8 saylı binanın birinci mərtəbəsində sahəsi 128,0 kv.m olan qeyri-yaşayış sahəsinin əvvəlki layihə əsasında bərpa edilməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasını, həmin qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, daşınmaz əmlakın sökülməsində iştirak etmiş şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə tələblə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin işin aidiyyatı üzrə baxılması üçün Səbail Rayon Məhəkəməsinə göndərilməsinə dair xahişi birinci instansiya məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2 inz (81)-22/2013 nömrəli qərardadı ilə rədd edilmiş, cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1 inz(103)-1438/13 nömrəli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2 inz (81)-22/2013 nömrəli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla əlaqədar cavabdehin kassasiya şikayəti Ali Məhkəmə tərəfindən qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1 inz(103)- 1438/13 nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (cild 01, i.v. 07-13).

28. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-1(103)-489/14 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının cavabdeh "xxxx" MMC və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsinin sökülməsi və dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2 inz (81)-22/2013 nömrəli qərardadından cavabdehin verdiyi apellyasiya şikayəti qismən təmin edilərək birinci instasiya məhkəməsinin sözü gedən qərardadı ləğv edilmiş və iddia mümkün sayılmamışdır (cild 01, i.v. 14-17).

29. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2(102)-707/14 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-489/14 nömrəli qərarından verdiyi kassasiya şikayəti cavabdeh "xxxx" MMC-yə qarşı ziyan tələbinə dair mübahisəyə baxılması inzibati-iqtisadi məhkəmənin səlahiyyətinə aid olmadığından apellyasiya instansiyasının iddianı mümkün saymamaqda haqlı olması səbəbindən təmin edilməmişdir (cild 01, i.v. 19-23; cild 03, i.v. 64-68).

30. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-547/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələblərinə dair iddiasına əlavə etdiyi mülki işin mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 nömrəli binada aparılan tikinti işlərinin dayandırılması, cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə iddianın təmini tədbiri haqqında vəsatəti təmin edilməmişdir ( cild 01, i.v. 24-25).

31. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-547/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələblərinə dair iddiası iddiaçının subyektiv hüquqa malik olmaması, yəni iddia olunan qeyri-yaşayış sahəsinin 5 saylı dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə-2-192 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının adına qeydiyyata alınması səbəbindən təmin edilməmişdir (cild 01, i.v. 26- 40).

32. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7830/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələblərinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-547/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır (cild 01, i.v. 49-59).

33. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-865/16 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələblərinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-547/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7830/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, sözü gedən qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir (cild 01, i.v. 60-66).

34. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3894/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-547/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, sözü gedən qətnamə ləğv edilmiş, lakin iddiaçının cavabdehə qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması və sair tələbi də təmin edilməmişdir. Qətnamənin ləğvinə səbəb olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini onun subyektiv hüququnun olmaması səbəbindən təmin etməmiş, lakin iş apellyasiya məhkəməsinin icraatında olduğu vaxt həmin hal aradan qalxmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Təqsirləndirilən şəxs Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızına qarşı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamələrlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 8 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin Zəkiyyə Səttarovanın mülkiyyətinə keçməsi etibarsız olmuşdur və belə olan halda Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Bundan başqa qətnamədə o da göstərilmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 nömrəli binanın birinci mərtəbəsində 196 kv.m torpaq sahəsində yerləşən 128 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin 2012-ci ilin yay aylarında cavabdeh təşkilat tərəfindən sökülməsi və həmin ərazidə cavabdeh tərəfindən hündürmərtəbəli bina inşa edilməsi, sökülən qeyri-yaşayış sahəsinə görə mülkiyyətçiyə heç bir kompensasiya ödənilməməsi mübahisənin sübuta yetirilmiş hallarıdır. Belə ki, işin araşdırması zamanı cavabdeh "xxxx" ASC-nin nümayədəsi Mehman Zeynalov bildirmişdir ki, qarşı tərəf, yəni iddiaçı sökülmüş əmlaka görə real olmayan pul vəsaiti tələb etdiyindən tərəflər razılığa gələ bilməmişlər. Bununla da nümayəndə əmlakın söküntüsünün məhz tərəflərindən aparıldığını etiraf etmişdir. Bütün bunlara baxmayaraq iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması və sair tələbini apellyasiya instansiyası cavabdeh tərəfindən mübahisəli ərazidə hündürmərtəbəli bina inşa edildiyindən əmlakın ilkin vəziyyətinin bərpası tənasübsüz surətdə böyük xərc tələb etdiyi üçün mümkün olmaması səbəbindən təmin etməmiş, eyni zamanda əsaslandırıcı hissədə mülki qanunvericiliyə görə yaranmış vəziyyətdə kreditora pul əvəzi verilə biləcəyini qeyd etmişdir (cild 01, i.v. 41-48; cild 03, i.v. 55-62).

35. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-4028/16 nömrəli qərarının surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb edilməməsi, bununla da iddia müddətinin tətbiqinin məhdudlaşdırılması qənaəti ilə apellyasiya instansiyasının sözü gedən qərarı ləğv edilərək, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızı ilə arasında 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2008-ci il tarixli, AN-J ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir (cild 02, i.v. 36-43; cild 03, i.v. 46-53).

36. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, həmin şirkət nizamnamə ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış, təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir (cild 04, i.v. 18-27).

37. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 saylı evin 40,6 kv.metr, ümumi 17 kv.metr yaşayış sahəsindən ibarət birotaqlı 5 nömrəli mənzilin satıcısı X16; Səbail rayonu, Xanlar küçəsində yerləşən 4 saylı evin 53,8 kv.metr, ümumi 33,5 kv.metr yaşayış sahəsindən ibarət ikiotaqlı 12 nömrəli mənzilin satıcısı X9; ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evindən ona məxsus olan yaşayış otağının satıcısı X14; Səbail rayonu, Xanlar küçəsində yerləşən 4 saylı evin 63 kv.metr, yaşayış sahəsi 43 kv.metr olan ikiotaqlı 2 nömrəli mənzilin, həmin binanın zirzəmisində köməkçi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin satıcısı X18; Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 saylı evin ümumi sahəsi 36,5 kv.metr olan ikiotaqlı 3 nömrəli mənzilin satıcısı X31; Səbail rayonu, Xanlar küçəsində yerləşən 6 saylı evin yaşayış sahəsi 17,0 kv.metr olan birotaqlı 6 nömrəli mənzilin satıcısı X22; Səbail rayonu, Xanlar küçəsində yerləşən 6 saylı evin ümumi 29,0 kv.metr yaşayış sahəsindən ikiotaqlı 1 nömrəli mənzilin satıcısı X6; Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 saylı evin ümumi sahəsi 26,0 kv.metr, yaşayış sahəsi 12,0 kv.metr olan birotaqlı 1 nömrəli mənzilin satıcısı X19; Səbail rayonu, Xanlar küçəsi 6b ünvanda yerləşən fərdi yaşayış evindən ona məxsus olan 1/8 hissənin satıcısı X32 ilə alıcı Şahid2 arasında bağlanmış müqavilələr əsasında həmin əmlaklar sonuncunun mülkiyyətinə keçmişdir (cild 04, i.v. 251-280).

38. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin müxtəlif nömrəli çıxarışlarının, ayrı-ayrı vətəndaşların ərizələrinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 11 ünvandakı 1, 2, 3, 5, 6 saylı mənzillər; Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində 5, 7, 9 saylı fərdi yaşayış evləri xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək olan müddətdə Şahid2 tərəfindən əmlakların haqqı ödənilməklə adına rəsmiləşdirilmişdir (cild 02, i.v. 216-229; cild 03, i.v. 96-97).

39. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 365 saylı, xx.xx.2013-cü il tarixli sərəncamının surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1/10-O-5 saylı razılıq məktubu və vətəndaş Şahid2 xx.xx.2013-cü il tarixli müraciəti nəzərə alınaraq Səbail rayonu, Xanlar küçəsində yerləşən köhnə tikililərin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Şahid2 icazə verilmişdir (cild 01, i.v. 80; cild 02, i.v. 235; cild 03, i.v. 69).

40. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014cü il tarixli, 0991 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə fiziki şəxs Şahid2 arasında 365 saylı, xx.xx.2013-cü il tarixli sərəncam, xx.xx.2014-cü il tarixli, 12832 saylı inşaat pasportu əsasında Səbail rayonu, Xanlar küçəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır (cild 01, i.v. 81-84).

41. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 565 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Xanlar küçəsində yaşayış binasının tikintisi üçün vətəndaş Şahid2 icazə verilmişdir (cild 01, i.v. 85; cild 02, i.v. 236; cild 3, i.v. 70).

42. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********83 saylı məktubundan görünür ki, Şahid2 mülkiyyətində olan əmlaklar sırasında ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi (hazırda Təqsirləndirilən şəxs adına qeydiyyatda olan) olmamış, yalnız icarə hüququ ilə Xanlar küçəsi ünvanda yerləşən 0,37 ha. həyətyanı torpaq sahəsinin qeydiyyata alındığı və hazırda icarəsində olduğu göstərilmişdir (cild 04, i.v. 15-16).

43. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" MMC ilə arasında bağlanmış müqaviləyə əsasən verilmiş xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair auditor rəyinin surətindən görünür ki, ünvan 2 nömrəli binanın birinci mərtəbəsində yerləşən X8 məxsus 128 kv.metr sahədə qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixə dəyəri 195.000 manat təşkil edir (cild 01. i.v. 75).

44. İş materiallarında olan «MBA LTD» qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, MB09/128 saylı ekpert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 8 nömrəli binanın birinci mərtəbəsində istifadədə olan 196 kv.metr torpaq sahəsində yerləşən 128 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 2012-ci ilin yay aylarında hesablanmış bazar dəyəri 270.700 manat təşkil etmişdir (cild 01, i.v. 76-79).

45. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1006 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 06 mart 2013-cü il, 05 sentyabr 2012-ci il, 25 iyul 2013-cü il, 04 dekabr 2012-ci il tarixli və 01 avqust 2012-ci il tarixli pul vəsaitlərinin təhviltəslim qəbzlərinin kserosurətlərində «Təhvil aldı: X3» qrafalarında əks olunan imzalar- X3 tərəfindən icra olunmuşdur. Həmin qəbzlərinin kserosurətlərindən görünür ki, Qurban İsmayılov Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən təxmini 0,31 hektar ərazidə inşa edilmiş binanın sökülməsi işlərini və orada yaşayan sakinlərin mübahisəsiz kompensasiyalarının ödənilməsi şərti ilə köçülürməsi işlərinin təşkili və icra edilməsi üçün xx.xx.2012-ci ildə 500.000 manat, xx.xx.2012-ci ildə 1.000.000 manat, xx.xx.2012-ci ildə 1.500.000 manat, 06 mart 2013-cü ildə 1.500.000 manat, 25 iyul 2013-cü ildə 1.000.000 manat pulları cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 təhvil almışdır. Həmin qəbzlərin hər birində tərəflər binanın sökülməsi və insanların (sakinlərin) köçülürməsi, ümumən ərazinin boşaldılması işi Qurban İsmayılovun üzərinə düşməsi barədə razılaşmışlar; aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir (cild 03, i.v. 86-94).

46. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4060-9/4523 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, cinayət işi materiallarında olan çıxarışa, mütəxəssis rəyinə, birja qiymətlərinə, alqı-satqı müqaviləsinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən 128 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixdə istismarda olması nəzərə alınmaqla həmin tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 230.400,00 (128 m2 x1.800 manat) manat müəyyən edilmişdir; aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir (cild 03, i.v. 127-130).

47. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iş materiallarında olan bütün izahat və ifadələrində Təqsirləndirilən şəxs təsisçisi olduğu "xxxx" MMC-yə qarşı irəli sürdüyü qanunsuz və əsassız iddiaların çoxsaylı məhkəmə instansiyaları tərəfindən rədd edilərək şirkətin xeyrinə qərarlar qəbul olunduğunu və bundan sonra vəziyyəti belə görüb artıq məhkəmələrdə uduzduğundan ona qarşı şantaj və böhtan xarakterli məlumatlar yaymağa başlayaraq, onu və ailə üzvlərini ciddi-cəhdlə hədələməyə, ondan külli miqdarda pul tələb etməyə başladığını bildirmişdir (cild 01, i.v. 86-89-da olan xx.xx.2022-ci il tarixli izahat; i.v. 185-189; cild 04, i.v. 63-69; cild 05, i.v. 78-80; 92-98-də olan ifadələr).

48. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şahid9 xx.xx.2016-cı il tarixdə 50.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 50.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 50.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 50.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 100.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs göndərmək üçün Zərərçəkmiş şəxs qəbul etmişdir. Şahid9 tərəfindən həmin qəbzlər yazılarkən və qeyd edilmiş pullar qəbul edilərkən çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir (cild 01, i.v. 90-109).

49. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan ünvan 13 ünvanda yerləşən ümumi sahəsi 438,6 kv.metr olan qeyri-yaşayış binasını 3.960.000,00 manata; A.Şaiq küçəsi, ev 241 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 40.000,00 manata xx.xx.2017-ci il tarixdə eyni şəxsə özgəninkiləşdirmişdir (cild 02, i.v. 195-198).

50. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 01 saylı borc müqaviləsi və eyni tarixli təhvil-təslim aktından görünür ki, Zərərçəkmiş şəxs Şahid6 həmin tarixdə 500.000 ABŞ dolları məbləğində pulu borc şəklində qəbul etmişdir (cild 02, i.v. 245-247).

51. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hazırki cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (cild 05, i.v. 225).

52. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən, məktub və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət-Prosessual Məcəllənin 74-cü maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilmiş; Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəlb edilmiş, xx.xx.2011-ci il tarixdə Cinayət-Prosessual Məcəllənin 40.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə ona, bəraət verilmiş və beləliklə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i.v. 139-140; cild 02, i.v. 152; cild 04, i.v. 02-10; cild 05, i.v. 169-171).

53. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin xx.xx.2022, xx.xx.2022-ci il tarixli, 016-46687-1222 və 016-90122-1222 saylı məktublarından görünür ki, Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 02, iş vərəqi 125; cild 03, i.v. 132).

54. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022, xx.xx.2022-ci il tarixli, **********51 və **********55 saylı məktublarından görünür ki, ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir (cild 02, i.v. 161; cild 04, i.v. 163-164).

55. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, xx.xx.2022-ci il tarixdə hüquq və vəzifələri (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi; «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələri) elan edilməklə qərarın surəti təqdim edilmiş, Təqsirləndirilən şəxs «tam saxtadı» qeyd etməklə imza etməkdən imtina etmişdir (cild 02, i.v. 74-79).

56. İş materiallarında olan Bakı Şəhər Prokurorunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində çıxarılmış təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli və məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (cild 02, i.v. 115-121).

57. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-38/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində çıxarılmış təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli və məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarların qanunsuz və əsassız olduğu barədə Bakı Şəhər Prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir (cild 02, i.v. 126-130).

58. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 6(103)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayəti və Bakı Şəhər Prokurorunun apellyasiya protesti təmin edilmiş, bununla əlaqədar olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində çıxarılmış təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarların qanunsuz və əsassız olduğu barədə Bakı Şəhər Prokurorunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə 6(009)- 38/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Zərərçəkmiş şəxs şikayət ərizəsi təmin edilməmişdir (cild 02, i.v. 177-181).

59. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs 2016-2018-ci illər ərzində Təqsirləndirilən şəxs hədələri nəticəsində sonuncuya çatdırması üçün Şahid9 ümumilikdə 500.000 ABŞ dollarını verdiyi, eləcə də özünü Təqsirləndirilən şəxs adamları kimi təqdim edən naməlum şəxslərin ona hədə-qorxu gəldiyi ünvan 14 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsindəki ofisinə özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi əvvəlki ifadələrini təsdiq etmişdir; fotocədvəllər protokola əlavə olunmuşdur (cild 02, i.v. 87-95).

60. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxsiç isə öz ifadəsində dediklərini bir daha bildirməkdən əlavə onun dediklərinin az bir qisminin doğru olduğunu demişdir (cild 02, i.v. 44-53).

61. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Yusifzadə (Xanlar) küçəsində 1-8 ünvanlarının yerində inşa edilmiş çoxmərtəbəli binanın yerləşdiyi əraziyə baxış keçirilmişdir; fotoşəkillər protokola əlavə olunmuşdur (cild 02, i.v. 237-239).

62. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli protokollarından görünür ki, şahidlər Şahid5, Şahid6, Şahid2 ilə digər Şahid7 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5, Şahid6, Şahid2 ifadələrində göstərdikləri xüsusatları Şahid7 üzünə qarşı bir daha təsdiq etmişlər, sonuncu isə öz ifadəsində dediklərini onlara qarşı bir daha bildirmişdir (cild 02, i.v. 22-30).

63. İş materiallarında olan Azərbayan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli protokolu ilə müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 17919 saylı saylı məktubuna əlavə edilmiş diskə baxış keçirilən zaman 050 2107120, 050 2107123, 050 2229991, 050 3070736, 051 ******* saylı mobil telefon nömrələrinin xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə, 050 ******* saylı mobil telefon nömrəsinin xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək və 050 ******* saylı mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, sms mətnləri vardır, həmçinin xx.xx.2022-ci il tarixli, 3447 saylı müşayiət məktubu ilə göndərilməklə əlavə edilmiş diskə baxış keçirilən zaman 050 ******* saylı mobil telefon nömrəsinin, 25 fevral 2022-ci il tarixli 3448 saylı məktuba əlavə edilmiş diskdə 050 2229991, 050 ******* və 051 ******* saylı mobil telefon nömrələrinin xx.xx.2016-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, sms mətnlərinə dair məlumatlar aşkar edilmiş, lakin cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmamışdır; bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa könüllü təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zaman «… . «2012-09-07 17.54.46» adlı video görüntüdə asfalt yolun kənarında qazıntı işlərinin aparılması, oradakı birmərtəbəli köhnə tikilinin qismən sökülmüş vəziyyətdə olması, həmin vaxt yolun kənarında müxtəlif texnika, həmçinin **-JV-*** dövlət qeydiyyat nişanlı «Shacman» markalı yük avtomobilinin olduğu, Təqsirləndirilən şəxs həmin avtomobilin sol və sağ ön qapısı, habelə **-JR-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli yük maşınının sağ qapısı üzərində olan kağız parçasını qopartması, həmin hissələrdə "xxxx" yazılarının olması, daha sonra həmin ərazidə olan söküntü aparılmış hissələr və orada olan 10-H-055 dövlət qeydiyyat nişanlı, sarı rəngli «Hyundai» markalı ekskavatorun üzərində "xxxx" yazısının olması» müəyyən olunmuşdur (cild 05, i.v. 59-60).

64. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 91-ci maddəsi; «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələri) elan edilməklə qərarın surəti təqdim edilmiş, Təqsirləndirilən şəxs müvafiq protokolları imza etməkdən imtina etmişdir (cild 05, i.v. 140-150).

65. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 05, i.v. 160-161).

66. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə qəbul edilmiş müvafiq qərarların surətini, hüquq və vəzifələrindən çıxarışları alsa da, bildiriş və protokolları imzalamaqdan, habelə elan olunmuş ittiham üzrə ifadə verməkdən imtina etmişdir (cild 05, i.v. 163).

67. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qeyri-yaşayış obyektinin real bazar dəyərinin müəyyən edilməsi üzrə tərtib olunmuş 003/2022 saylı hesabatı tərtib edildiyi tarixə olan qeyri-yaşayış sahəsinin qiymətini müəyyən etdiyindən, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa könüllü təqdim etdiyi bir ədəd diskdə olan görüntülər ona elan edilmiş ittiham üzrə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halları müəyyən etmədiyindən sübut hesab edilməmiş; Zərərçəkmiş şəxs və təsisçi "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşmiş 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi təsdiq edilmədiyindən onların barəsində həmin faktlarla bağlı cinayət təqibinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 05, i.v. 228-269).

68. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ********* saylı cinayət işindən istintaqa məlum olmayan cinayət əməlinin digər iştirakçıları barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ********* saylı cinayət işinin ayrıca icraata ayrılması, həmin işdə həmçinin ünvan 2 ünvanda yerləşən 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülüb-sökülməməsi, müsbət halda həmin əngllərin kim tərəfindən törədilməsi müəyyən edilməklə bu xüsusatlara hüquqi qiymət verilməsi müəyyən edilmişdir (cild 05, i.v. 272-273).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

69. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ali təhsilini başa vurduqdan sonra tikinti şirkəti təsis edərək xırda podrat işləri görmüş, 2015-ci ilədək Azərbaycanda tikinti biznesində çalışmış, müxtəlif şirkətlərin direktoru və təsisçisi olmuş, 2015-ci ildə ailəsi ilə X11 X29 Anjeles şəhərinə köçüb, daimi orada yaşamağa başlamışlar. Azərbaycan vətəndaşlığından çıxmamışdır. ABŞ-da tikinti biznes sahəsində çalışır, Azərbaycanda "xxxx" MMC-nin direktorudur və həmin şirkətin fəaliyyəti ilə bağlı Azərbaycana gəlib-gedir. Barəsində olan cinayət işi üzrə onu deyə bilər ki, 2008-ci ildə ünvan 16 ünvanında yerləşən 196 kv.metr torpaq sahəsi üzərində yerləşən 148 kv.metr ölçüdə birmərtəbəli köhnə qeyri-yaşayış sahəsini yaşayış binası tikmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı X2 alqı-satqı müqaviləsi əsasında 390.000 ABŞ dollarına (həmin dövrün kursuna uyğun 350.000 manat) almışdır. Qeyri-yaşayış sahəsinin qiyməti 400.000 ABŞ dolları olmuş, 390.000 ABŞ dollarına razılaşmışlar. Mülkiyyətçi pulu xaricə aparmaq istədiyini dediyindən məbləğin bütün göstərilməsi üçün onun dediyi ilə razılaşmış və məbləğ 400.000 ABŞ dolları göstərilmişdir. Çıxarışda qeyri-yaşayış sahəsinin ölçüsü 128 kv.metr qeyd olunmuş, lakin faktiki olaraq həmin yerin sahəsi 148 kv.metr təşkil etmişdir. Bir müddət sonra maliyyə böhranı ilə üzləşmiş, pul əldə etmək üçün borca girmiş, əvəzində sözü gedən yaşayış sahəsini pul götürdüyü şəxsin yaxın qohumunun adına keçirmişdir. Yəni, faktiki olaraq həmin yaşayış sahəsi onun idi, formal olaraq isə X4 adına keçmiş, borcunu ödədikdən sonra yenidən əmlakını öz adına keçirmişdir. 2012-ci ildə qardaşının deməsinə görə əraziyə ağır texnika cəlb olunduğunu və qeyri-yaşayış sahəsinin söküntüsünə başlanılmasını bilib, dərhal həmin əraziyə gəlmiş və görmüşdür ki, “Hyundai” markalı ekskavator ona məxsus qeyri yaşayış sahəsinin söküntüsünə başlayır. Həmin vaxt ətrafda yaşayan qonşulardan nə baş verdiyini soruşduqda ikimərtəbəli yaşayış evinin və evə bitişik olan, ona məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün söküldüyünü, yerində park tikiləcəyini bildirmişlər. Söküntü zonasında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin işçisi olmuş və sonuncunun deməsinə əsasən qeyri-yaşayış sahəsinin kimsəsiz olduğunu güman etdiklərindən söküntü işləri aparmışlar. Qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu deyəndən sonra söküntü işləri dayandırıldığı üçün bununla bağlı heç bir yerə müraciət etməmişdir. Gələcəkdə söküntü işlərinin qarşısını almaq üçün təsisçisi olduğu “Sterlinq” şirkətinə məxsus üç ədəd yük avtomobilini əraziyə gətirib obyektin qarşısında düzmüş, həmin avtomobillər bir ay yarım müddətdə orada qalmışdır. Lakin, yük avtomobillərinin dayanması şirkətinə xeyli miqdarda maddi ziyan vurduğundan nəqliyyat vasitələrin oradan götürülməsinə dair göstəriş vermiş, həmin günün gecəsi ərazisinə yenidən ağır texnika cəlb edildiyini və qeyd olunan sahənin tam sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Söküntü işlərinin kim tərəfindən aparılmasını dəqiqləşdirdikdə məlum olmuşdur ki, işi aparan "xxxx" tikinti şirkətidir. Şirkətin rəhbəri Zərərçəkmiş şəxs əvvəllər idman zalından qiyabi olaraq üzdən tanımış, yaxud ola bilsin ki, restoranda və ya başqa yerdə görmüşdür. Onda söküntünün "xxxx" şirkətinin texnikası ilə aparılması barədə videogörüntülər də mövcuddur. Söküntüyə görə ona heç bir kompensasiya verilməmiş, bununla bağlı 2012-ci ildən məhkəmə prosesləri başlamış və 2016-cı ilin avqust ayınadək müxtəlif instansiyalarda aparılmışdır. Məhkəmə qərarların əksəriyyəti onun xeyrinə olmasa da, qeyri-yaşayış sahəsinin ona məxsus olması tanınmışdır. Əvvəl məhkəməyə müraciət etdikdə cavabdeh kimi Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətini göstərməsinə səbəb rəsmi olaraq Zərərçəkmiş şəxs və "xxxx" şirkətinin söküntü işlərini aparmağı etiraf etməmələri idi. Məhkəmənin verdiyi sorğularla müəyyən olunmuşdur ki, söküntü işlərinin aparılmasına cavabdeh olan şəxs birbaşa "xxxx" şirkətidir. Məhkəmə çəkişmələri gedən zaman "xxxx" şirkəti söküntü zonasında yeddimərtəbəli ultra premium tipli yaşayış binasının inşasını aparmış, lakin, məhkəmə qərarlarından irəli gələn məsələlərlə Zərərçəkmiş şəxs başa düşmüşdür ki, artıq tikintisini başa çatdırdığı sahədə əvvəl yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ yenə də ondadır. Yəni, məhkəmələrinin gəldiyi nəticəyə görə söküntü işləri aparılarkən qeyri-yaşayış sahəsi onun adına olmadığına görə onun söküntüdən şikayət etməyi əsassız sayılmışdır. Məhkəmə çəkişmələri bitəndən sonra Zərərçəkmiş şəxs hərəkətlərindən bütün orqanlara şikayət etməyə başlamışdır. 2016-cı ildə Zərərçəkmiş şəxsla həmin yerin sökülməsinə görə 800.000 ABŞ dollarına razılaşmışlar. Zərərçəkmiş şəxsla razılaşdıqları kimi, sonuncunun ona 800.000 ABŞ dolları ödəyəcəyini öhdəsinə götürməsini Şahid9 və Azərin sağ əli Şahid7 təsdiq edə bilərlər. Zərərçəkmiş şəxs ona hissə-hissə olmaqla iki il ərzində tanışı Şahid9 vasitəsi ilə 500.000 ABŞ dolları vermişdir. Lakin, Zərərçəkmiş şəxs 800.000 ABŞ dollarını ona on altı ay ərzində yəni, hər ay 50.000 ABŞ dolları olmaqla ödəməyə söz versə də, vəd verdiyi müddətdə pul ödəmədiyi və gecikmələrə yol verdiyi üçün tez-tez Azərə zəng vurub pulun vaxtında verilməsini tələb etmişdir. 500.000 ABŞ dolları ödəyəndən sonra, Azər ödənişləri dayandırmış və onun çoxsaylı zənglərinə də cavab verməmişdir. Buna görə də, müxtəlif orqanlara şikayət etmiş, lakin nəticəsi müsbət olmamış, əksinə özünün barəsində cinayət işi açılmışdır. Belə ki, 2021-ci ilin dekabr ayının sonlarında özünü Səbail Rayon Prokurorluğunun əməkdaşı Azər Abdulov kimi təqdim edən şəxs ona, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətindən daxil olan şikayəti araşdırdığını deyib, Bakı şəhərinə gəlibgəlməyəcəyini soruşmuş, 2022-ci ilin yanvar ayının axırlarında Bakıya səfər planlaşdırdığını bildirmişdir. Güman edirdi ki, Səbail Rayon Prokurorluğu Zərərçəkmiş şəxs qanunsuz əməllərindən olan şikayətini araşdırır. Lakin, Heydər Əliyev adına Beynəlxalq Hava limanında qeydiyyatdan keçərkən məlum olmuşdur ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən axtarılır və barəsində hədə qorxu tələb etmə maddəsi ilə cinayət işi başlanılmışdır. İlk dəfə istintaqda bilmişdir ki, Zərərçəkmiş şəxs onun hədə-qorxu gəlib 500.000 ABŞ dolları aldığı barədə və əlavə 300.000 ABŞ dolları tələb etdiyi barədə rəsmi orqanlara şikayət etmişdir. Bu tam absurddur. Zərərçəkmiş şəxs yalan danışır, ondan şikayət etdiyinə görə pulunun qalan hissəsini ödəməkdən yayınmaq üçün qurduğu ssenaridir. Heç vaxt Zərərçəkmiş şəxs hədə-qorxu ilə pulunu istəməmiş, ona və ailəsinə hədə-qorxu gəlməmiş, bunun üçün kiməsə tapşırıq verməmiş, yalnız dövlət orqanlarına şikayət etmişdir. Zərərçəkmiş şəxs kimsə zəng edib pulunu istəyə bilər, çünki bildiyinə görə onun kimi Azər çox adamın mülkiyyətini qanunsuz ələ keçirmişdir. Lakin, şəxsən onun puluna görə Zərərçəkmiş şəxs heç kəs zəng vurub hədə-qorxu gəlməmişdir. Əgər hədəqorxu yolu ilə Zərərçəkmiş şəxs pul almaq istəsəydi, bunu çoxdan edər, uzun müddət ərzində rəsmi orqanlara müraciət etməzdi. Zərərçəkmiş şəxs yalnız öz haqını, yəni sökülən əmlakının- 200 kv.metr obyektin dəyərini tələb etmişdir. Ümumiyyətlə tələbi konkret Zərərçəkmiş şəxs yox, "xxxx" şirkətindən olmuşur, çünki obyekti həmin şirkət sökmüşdür. Sökülən obyektdən ticarət mərkəzi kimi istifadə etmiş, sonra isə satmaq üçün təmir etdirmişdir. Obyekti qanunsuz sökülmüş, oranı nə satmış, nə də kiməsə hədiyyə vermişdir. Zərərçəkmiş şəxsla həm onun bağ evində, həm də Axundov bağında görüşmüşlər. Şikayətlərini Milli Təhlükəsizlik Nazirliyinə, nazir Mədət Quliyevin vaxtında etmiş, Mövlan Şıxəliyevi tanımamış və qəbulunda olmamışdır. Dağıstan ləhcəsi ilə danışan şəxslərlə Zərərçəkmiş şəxs ofisinə gedib onu hədələməmiş, həmçinin Azərin avtomobilinin qarşısını kəsib, ona, “səni dağlara apararıq” sözü deməmiş və hədələməmişdir.

70. Məhkəmədə dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 il bundan əvvəl tanımış, həmyerli kimi aralarında normal münasibət olmuş, həmçinin Zərərçəkmiş şəxs da təxminən eyni vaxtdan tanımış, aralarında səmimi münasibət yaranmış, heç biri ilə ədavəti olmamışdır, hazırda da yoxdur və hər ikisi ilə münasibət və əlaqələri qalmaqdadır. 2016-ci ilin ortalarında Təqsirləndirilən şəxs xahişi ilə Zərərçəkmiş şəxs ofisinə getmiş, orada Kamal və Azər danışıb razılığa gəlmişlər ki, X36 Ştatlarına getdiyi üçün o, hər ay ofisə gəlib 50.000 ABŞ dollarını götürüb Kamala çatdıracaq. Onlar ofisdə görüşərkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs çox rəsmi şəkildə görüşmüşlər, yəni həmin şəxslər arasında mehriban danışıq və söhbətlər olmamış, sırf rəsmi danışıqlar olmuşdur ki, Azər tərəfindən verilən pulları o təhvil alaraq Kamala çatdıracaqdır. Həmin vaxt Təqsirləndirilən şəxs kiminsə oturmasına irad bildirməsini xatırlamır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında pul vəsaitinin ödənilməsi məqsədi ilə olan danışıqlarda iştirak etməmiş, Kamal onu öz etibarlı adamı kimi təqdim edərkən artıq həmin şəxslər arasında razılaşma olmuşdur və bu razılaşmanın harada necə əldə olunması ona məlum deyil. Bir müddət olmaqla ofisdən ümumilikdə 500.000 ABŞ dolları götürüb Təqsirləndirilən şəxs qardaşı və anasına vermişdir. Hər dəfə pulu götürərkən qəbz yazmış və videoçəkiliş aparılmışdır, təşəbüskarın isə kim olduğunu bilmir, lakin ofisdə soruşduqda bildirmişlər ki, belə olmalıdır, o da etiraz etməmişdir. Həmin pulların Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs nə üçün və nə məqsədlə verilməsinin səbəbini, aralarında olan məhkəmə çəkişmələrindən məlumatı olsa da detallarını bilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 500.000 ABŞ dolları ödədikdən sonra ödənişi dayandırmasının səbəbi barədə bilmir, bununla maraqlanmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsi barədə heç bir vaxt bilməmişdir və əgər Azərin məhz bu səbəbdən Kamala pul ödədiyini bilsəydi heç bir halda bu söhbətlərdə iştirak etməzdi.

71. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 Məşədi oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Bəzi zamanlar bir-birlərindən müəyyən məbləğlərdə borca pullar götürüb, sonra geri qaytarmışlar. 2008-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ona müraciət edib, təxminən 40.000 ABŞ dollarını beş il müddətinə geri qaytarmaq şərti ilə borc istəmiş, razılaşaraq bunun müqabilində adına daşınmaz əmlakı alqı-satqı ilə keçirməsini xahiş etmiş, Kamal da etiraz etməyərək ünvan 17 ünvanında yerləşən binananın birinci mərtəbəsində 128 kv.metr sahəyə malik qeyriyaşayış sahəsini ona verə biləcəyini demişdir. Razılaşmaya əsasən Təqsirləndirilən şəxs onun pulunu tam qaytardıqdan sonra həmin əmlak yenidən Kamala geri qaytarılacaqdı. Əmlaka dair alqı-satqı olan tarixdə yəni, 20 noyabr 2008-ci ildə müqavilənin bağlandığı notariat kontorunda 40.000 ABŞ dollarına nisbətdə manata məzənnə ilə 31.800 manat pulu Təqsirləndirilən şəxs vermiş, Kamal da mülkiyyətində olan qeyd etdiyi qeyri-yaşayış sahəsini öz adında daşınmaz əmlak olmasını istəmədiyi üçün formal olaraq bacısı Vəlizadə (Səttarova) Zəkiyyə Nadir qızının adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs həmin pulun müqabilində ona verdiyi obyekti sonradan yenidən satdığı zaman həmin pulu ona geri verəcəyini bildirmiş, pulu geri qaytara bilməyəcəyi təqdirdə konkret olaraq vəziyyətin necə olacağını danışmasalar da, həmin əmlak onlarda olduğundan bu baxımdan hər hansı bir porblem yox idi, özləri bir nəticəyə gələcəkmişlər, lakin o özü obyekt üzrərində hər hansı bir sərəncam verəcəyi təqdirdə Kamalı məlumatlandıracaqdı ki, əgər ondan aldığı pulu geri qaytara bilirsə bu obyekti elə Kamalın özünə satsın. 2012-ci ilin payız aylarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayıb ona satdığı qeyri-yaşayış obyektinin kimsə tərəfindən söküldüyünü bildirib, həmin sahənin sökülməsi ilə bağlı kiminləsə razılaşması, ümumiyyətlə bu barədə xəbərdar olub-olmadığını soruşmuş, həqiqətən olduğu kimi bundan xəbərsiz olduğunu, heç kimlə razılaşmadığını demiş, Kamalla həmin yerə yaxınlaşanda həqiqətən də obyektin tanımadığı şəxslər tərəfindən sökülməyə başlanıldığını, sonrakı günlərdə isə tamamilə sökülməsinin şahidi olmuş, ona məxsus əmlakın sökülməsi ilə bağlı mülki etibarnamə əsasında bacısının adından müxtəlif hüquqmühafizə orqanlarına, həmçinin vəkillər vasitəsi ilə mülki qaydada məhkəmələrə müraciət etmişlər. Obyektin qanunsuz sökülməsi ilə bağlı müracitələrin nəticəsini bilməmiş, iddiaları məhkəmələrdə mübahisələndirilən zaman və obyekt də söküldüyü üçün Təqsirləndirilən şəxs verdiyi pulu geri istəmiş, Kamal pulu tam qaytarandan sonra bacısı Zəkiyyənin adından mülki etibarnamə əsasında nümayəndəsi kimi digər tərəfdən isə Kamal notrariusun iştirakı ilə xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsini ləğv etmişlər. Beləliklə, faktiki olaraq mövcud olmasa da həmin əmlaka dair onların yəni, bacısıyla Təqsirləndirilən şəxs arasında olan alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin vaxta qədər Kamalın adına olan notariusda saxlanılmış çıxarış onun özünə geri qaytarılmış, həmin vaxta qədər bacısının adına aldıqları çıxarışı isə notariat kontoruna təhvil vermişlər. Faktiki olaraq əmlak mövcud olmasa da Kamalın əvvəlki çıxarışı öz hüquqi qüvvəsini geri qaytarmışdır. Həmin obyektlə bağlı sonrakı hərəkətlər barədə elə də məlumatı olmamışdır.

72. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* saylı Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 8 nömrəli binanın birinci mərtəbəsində 128,0 kv.m ümumi, 128.kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 3599 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır (cild 02, i.v. 04).

73. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X17 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini alıcı Təqsirləndirilən şəxs mülkiyyətinə vermişdir (cild 01, i.v. 01-03).

74. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 8 nömrəli binanın birinci mərtəbəsində 128,0 kv.m ümumi, 128.kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 3599 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır (cild 01, i.v. 05).

75. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 8 nömrəli binanın birinci mərtəbəsində 128,0 kv.m ümumi, 128.kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 3599 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır (cild 01, i.v. 06).

76. İş materiallarında olan alqı-satqı müqaviləsinin ləğvi barədə xx.xx.2013-cü il tarixli sazişin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi ünvanında 8 saylı binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 128.kv.metr, əsas sahəsi 128 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmişdir (cild 02, i.v. 14).

77. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 003/2022 saylı hesabatından görünür ki, ünvan 2 nömrəli binanın birinci mərtəbəsində yerləşən tikintialtı sahəsi 196 kv.metr, ümumi sahəsi 146 kv.metr olan qeyri-yaşayış obyektinin bazar dəyəri 1.957.000 manatdır; fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 106-112).

78. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-105665-1222 nömrəli məktubundan görünür ki, 2012- 2013-cü illər ərzində «Shacman SX3254D404 yük» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən "xxxx" MMC-nin sahibliyində olmuş, xx.xx.2016-cı ildə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmış, «Shaanqı SX3314DT366 yük» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-nin sahibliyində olmuş, xx.xx.2015-ci ildə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmışdır (cild 04, i.v. 126-128).

Hüquqi əsaslandırma:

79. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

80. Konstitusiyanın 63-cü maddəsində göstərilir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada yerinə yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna və məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

81. Konstitusiyanın 68-ci maddəsinin 1 və 3-cü bəndlərində hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına, dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüquqlarının olması nəzərdə tutulmuşdur.

82. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqları və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

83. Konstitusiyanın 125-ci maddəsində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

84. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

85. Avropa İnsan Hüquqları Məhkəməsi «Telfner Avstriyaya qarşı» işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır.

86. «Berbera, Messege və Habordo İspaniyaya qarşı» işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.

87. «Hoanq Fransaya qarşı» işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz.

88. Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədilə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.

89. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin d yarımbəndi cinayət işi üzrə məhkəmə icraatının gedişatı zamanı təqsirləndirilən şəxsə qarşı özgənin sözlərinə əsaslanan ifadələrin istifadəsinə qarşı prezumpsiya nəzərdə tutur. Dəlillərin müdafiə tərəfinə yardım hesab edilə biləcəyi hallarda özgənin sözlərinə əsaslanan ifadələrin istifadəsinin istisna edilməsi də əsaslandırılmış hesab olunur («X20rşı qərar»).

90. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər («Papon Fransaya qarşı iş»).

91. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı «Bratyakin Rusiyaya qarşı», «Fadin Rusiyaya qarşı», «Lenskaya Rusiyaya qarşı» və «Radçikov Rusiyaya qarşı» işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

92. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X28rşı iş).

93. «Van de Hurk Niderlanda qarşı», «Boldea Rumınyaya qarşı» və «Hadjianastassiu Yunanıstana qarşı» işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər.

94. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.

95. Cinayət Məcəlləsinin 3-cü maddəsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsinin cinayət məsuliyyəti yaratmasını nəzərdə tutur. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir.

96. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini nəzərdə tutan 7-ci maddəsində göstərilir ki, yalnız törətdiyi ictimai-təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

97. Cinayət Məcəlləsinin 182-ci maddəsinə görə, hədə-qorxu ilə tələb etmə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunur. Sözü gedən maddənin 3.2-ci bəndi külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etməni nəzərdə tutur.

98. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyekiv araşdırmaq, təqsirsiz şəxslərə bəraət vermək məqsədilə ədalət mühakiməsini həyata keçirmək və sair daxildir.

99. Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə boclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

100. Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsindən çıxış edərək 23.1-ci maddədə qeyd edilir ki, məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz.

101. Cinayət-Prosessual Məcəllənin 25-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

102. Cinayət-Prosessual Məcəllənin 28-ci maddəsində göstərilir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxılmalıdır. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

103. Cinayət-Prosessual Məcəllənin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və ya cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir.

104. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tətdiq edilənədək sübut və digər mateirallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsi).

105. Cinayət-Prosessual Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

106. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

107. Cinayət-Prosessual Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

108. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilmişdir ki, Konstitusiyanın 63cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəllənin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirlərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsaitləri əsasında sübutun qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət- Prosessual Məcəllənin 33.4, 33.8, 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tətbiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tətdiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlar istinad edilə bilməz.

109. Cinayət-Prosessual Məcəllənin cinayət təqibini istisna edən hallardan bəhs edən 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1-ci (cinayət hadisəsi olmadıqda) maddəsində nəzərdə tutulmuş halda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.

110. Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. 42.2, 42.2.1-ci maddə isə qeyd edir ki, bu Məcəllənin 42.1.1-ci (cinayət hadisəsi olmadıqda) maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır.

111. Cinayət-Prosessual Məcəllənin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarılmalıdır.

112. «Azərbaycan Respublikası CPM-nin 391.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət edilməsi və bununla da, işin ədalətli həll məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məkhum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə, təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur.

113. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilir ki, «Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Cinayət-Prosessual Məcəllənin 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş «cinayət hadisəsinin olmaması» təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir.

114. Cinayət-Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır.

115. Cinayət-Prosessual Məcəllənin 175.3 və 175.5-ci maddələrində göstərilir ki, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən sonra qüvvədən düşmüş saylır.

116. Cinayət-Prosessual Məcəllənin 353-cü maddəsinin 3-cü bəndi və həmin bəndin 4-cü yarımbəndinə görə məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir.

117. Cinayət-Prosessual Məcəllənin 56.0, 56.01, 61.1, 62.1 və 63-cü maddələrinin tələbinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə tanınır. Bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

118. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası xx.xx.1998-ci il tarixli Qanununun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvini və ya sui-istifadəni mübahisələndirdiyi təqdirdə, vurulmuş ziyanın ödənilməsi hüququnu qazanmış olur.

119. Cinayət-Prosessual Məcəllənin 348.3-cü maddəsi bəraət hökmü çıxararkən məhkəmənin bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qərar qəbul etməsini nəzərdə tutur.

120. Cinayət-Prosessual Məcəllənin 356.5-ci maddəsində göstərilir ki, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

121. Cinayət-Prosessual Məcəllənin 354.1-ci maddəsinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və ya baxılmamış saxlanması barədə qərarlardan biri qəbul olunur.

122. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 74-cü bəndində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs barəsində Cinayət-Prosessual Məcəllənin 42.1.1-ci maddəsinə müvafiq olaraq cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı ləğv edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

123. Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübutlar qiymətləndirilərkən iş materialları ilə birlikdə ilk növbədə Təqsirləndirilən şəxs verilmiş ittihamda istinad edilən cinayət əməli təhlil edilməlidir.

124. Cinayət hüquq nəzəriyyəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətinin ictimai-təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən maddədə nəzərdə tutulmuş əməlləri törətməklə təqsirkar zərərçəkmiş şəxsin nəinki əmlakına və əmlaka olan hüququna qəsd edir, həm də onun və ya onun yaxın qohumlarının sağlamlığını, şərəf və ləyaqətini təhlükə altına alır. Şərh olunan cinayətin bilavasitə obyektini mülkiyyət hüququ və başqa əmlak xarakterli mənafelər, əlavə obyektini isə şəxsiyyətin sağlamlığı, habelə şərəf və ləyaqəti təşkil edir. Hədə-qorxu ilə tələb etmənin predmetini yalnız əmlak deyil, həm də əmlaka olan hüquq (məsələn, borcun mövcudluğunu təsdiq edən sənəd və ya müqavilə) və əmlak xarakterli hərəkətlər təşkil edir. Burada əmlak xarakterli hərəkətlər dedikdə, yerinə yetirilməsi təqsirkara müəyyən maddi fayda gətirən və ya adi halda yerinə yetirilməsi müəyyən xərc tələb edən işlər və ya xidmətlər (avtomobilin və ya mənzilin təmir edilməsi, təqsirkarın əvəzinə onun görməli olduğu işin yerinə yetirilməsi və s.) başa düşülməlidir. Hədə-qorxu ilə tələb etmənin obyektiv cəhəti aşağıdakı əlamətləri özündə əks etdirir: 1) özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunan əməl; 2) belə tələb etmənin üsulu kimi təqsirkann zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə. Təhlil edilən cinayətin obyektiv cəhətini təşkil edən əməl hədələmə ilə birləşmiş tələb etmədən ibarətdir. Həmin tələb özgənin əmlakını, əmlaka olan hüquqlarını ələ keçirməyə və ya zərərçəkmiş şəxsin təqsikarın xeyrinə müəyyən əmlak xarakterli hərəkətlər etməsinə nail olmağa yönəlmişdir. Belə tələb təhlil edilən maddədə nəzərdə tutulmuş hədələmə üsulları ilə birlikdə ifadə olunur. Hədə-qorxu ilə tələb etmə hədənin aşağıdakı növləri ilə törədilir: 1) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə hədələmə; 2) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla hədələmə; 3) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının əmlakını tələf etməklə hədələmə. Burada zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyətinə qarşı yönəlmiş zor göstərməklə hədələmənin xarakteri konkretləşdirilməmişdir. Bu, sağlamlığa istənilən dərəcəli zərər vurma ilə, hətta öldurməklə hədələmədən ibarət ola bilər. Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi dedikdə, təkcə zərərçəkmişin özünə qarşı deyil, eyni zamanda uşaqları, yaxın qohumlarına və ya digər şəxslərə qarşı dərhal fiziki zorakılıq tətbiq etmək niyyətini ifadə edən birbaşa ifadələr, həm də işin halları nəzərə alınmaqla, cinayətkarın silah nümayiş etdirmək kimi hədələyici hərəkətləri (tapança, ülgüc, bıçaq və s.) başa düşülür. Başqa sözlə desək, öldürmə və ya sağlamlığa ağır zərər vurma təhlükəsi qurbanın şüurunda ona və ya digər şəxslərə qarşı ölümə və ya sağlamlığa ağır zərər vura biləcək zorakılıq tətbiq edilməsinin mümkünlüyü barədə yaranan söz və ya hərəkətlərlə ifadə edilir. Hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub-olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda isə özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi müxtəlif hüquq pozuntuları barədə məlumatlar və s. aid edilə bilər. Zərərçəkmi şəxsin və ya onun yaxın qohumlarının əmlakını tələf etmə hədəsi konkret olaraq onların mənzilinə, avtomobilinə və başqa daşınar və daşınmaz əmlakına qarşı yönəlmiş ola bilər. Hər bir halda zərərçəkmiş şəxs tərəfindən real və həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Belə hədə zərərçəkmiş şəxsə müxtəlif üsullarla və formalarda çatdırıla bilər. Hədə-qorxu ilə tələb etmə cinayəti Cinayət Məcəlləsinin 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Burada tələbin yerinə yetirilib-yetirilməməsinin cinayətin başa çatması üçün əhəmiyyəti yoxdur. Şərh edilən cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, subyekti isə 14 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxsdir. Əmlakı tələb etməni muzdla sifariş verən və ya maliyyələşdirən şəxsin əməli əmlakı və ya ona olan hüququ zorla tələb etmədə təşkilatçı və ya təhrikçi kimi qiymətləndirilməlidir. Hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı tərkib əlamətlərindən olan bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, oğurluğun eyni adlı ağırlaşdırıcı tərkib əlamətləri ilə üst-üstə düşür. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməl kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıları, təhrikçiləri, köməkçilərinin) barəsindəki sübutlara hökmdə qiymət verilməlidir.

125. Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə yəni, zərərçəkmişin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və onun haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə onun əmlakını tələb etməsi faktını sübuta yetirə bilməmişdir. Ona görə də, hazırkı iş üzrə cinayət hadisəsinin baş verməməsi əsası ilə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır.

126. Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın əsası ilk öncə Zərərçəkmiş şəxs ifadələrində (bax: 47-ci bənd) istinad etdiyi təqsirləndirilənin ona qarşı ünvan 2 ünvanında yerləşən 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələblərinə dair müraciət etdiyi çoxsaylı məhkəmə proseslərində uduzması və yalnız bundan sonra ondan pul tələb etməsi əsasında qurulmuşdur. Halbuki, hökmün 27-35-ci bəndlərindən görünür ki, Təqsirləndirilən şəxs əleyhinə çıxarılmış çoxsaylı məhkəmə qərarları əslində birbaşa iddia tələbinə münasibətdə olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona məxsus olan sözü gedən ünvanda yerləşən qeyri-yaşayış sahəsini götürdüyü borc müqabilində Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının adına rəsmiləşdirməsi nəticəsində məlum ərazidə aparılan söküntünün qanunsuz hesab edilməsi, sahənin əvvəlki layihə əsasında bərpa edilməsin ilə bağlı Zəkiyyə Səttarovanın cavabdeh "xxxx" MMC-yə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia tələbi cavabdeh tərəfindən məhkəmə aidiyyatı hissəsində mübahisələndirilmiş, bununla əlaqədar yuxarı instansiya məhkəmələrinin qərarı ilə iddiaya baxılması inzibati-iqtisadi məhkəmənin səlahiyyətinə aid olmadığından iddianın mümkün sayılmaması haqlı hesab olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, iddiaçının tələbi subyektiv hüquqa malik olmaması, yəni iddia olunan qeyri-yaşayış sahəsinin Zəkiyyə Səttarovanın adına qeydiyyata alınması səbəbindən təmin edilməmişdir. Bununla əlaqədar iddiaçının yuxarı instansiya məhkəmələrinə şikayətinə əsasən işə yenidən baxılmış, bu dəfə apellyasiya məhkəməsinin 2(103)-3894/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin əsaslandığı iddiaçının subyektiv hüquqa malik olmaması səbəbi, yəni Təqsirləndirilən şəxsla Zəkiyyə Səttarovanın arasındakı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə aradan qaldırıldığından qətnamə ləğv edilmişdir. Həmçinin, sözü gedən apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 8 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir, həmin əmlak cavabdeh təşukilat tərəfindən qanunsuz olaraq sökülmüş və cavabdeh təşkilat tərəfindən sökülən qeyri-yaşayış sahəsinə görə mülkiyyətçiyə heç bir kompensasiya ödənilməmişdir. Bu barədə cavabdeh şirkətin nümayədəsi Mehman Zeynalov özü də etiraf etmişdir. Həmin qətnamə ilə Təqsirləndirilən şəxs sökülmüş əmlak müqabilində kompensasiya tələb etmək hüququnun olması tanınmışdır. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması və sair tələbini apellyasiya instansiyası cavabdeh tərəfindən mübahisəli ərazidə hündürmərtəbəli bina inşa edildiyindən əmlakın ilkin vəziyyətinin bərpası tənasübsüz surətdə böyük xərc tələb etdiyi üçün mümkün olmaması səbəbindən təmin etməmiş, eyni zamanda əsaslandırıcı hissədə mülki qanunvericiliyə görə yaranmış vəziyyətdə kreditora pul əvəzi verilə biləcəyi qeyd edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla Zəkiyyə Səttarovanın arasındakı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsinin Ali Məhkəmə tərəfindən ləğv edilməsinə səbəb isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb edilməməsi, bununla da iddia müddətinin tətbiqinin məhdudlaşdırılması qənaəti olmuşdur ki, bu da əmlakın mülkiyyətçisinin Təqsirləndirilən şəxs olmasını təkzib mənasını vermir.

127. Qeyd olunanlardan başqa, iş materiallarında olan rəsmi sənədlərlə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir (bax: 54, 71-76-cı bəndlər).

128. Həmçinin iş materialları ilə o da sübut olunur ki, "xxxx" şirkətinin nümayəndəsi Şahid2 xx.xx.2012, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək olan müddətdə ünvan 18 ünvanlarda yerləşən mənzillər, fərdi-yaşayış evləri və qeyri-yaşayış sahələrini aldığı mülkiyyətçilərlə bağladığı alqı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin müxtəlif nömrəli Çıxarışları ilə adına rəsmiləşdirmişdir. Həmin müqavilələr arasında ünvan 2 ünvanda yerləşən, hazırda Təqsirləndirilən şəxs adına qeydiyyatda olan qeyri-yaşayış sahəsinə dair istər onun özü, istərsə də, Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının arasında alqı-satqı aparılmasına dair hər hansı bir sənəd olmamış, yalnız icarə hüququ ilə Xanlar küçəsində yerləşən 0,37 ha. həyətyanı torpaq sahəsinin qeydiyyata alındığı və hazırda icarəsində olduğu göstərilmişdir (bax: 37-38, 40, 42-ci bəndlər).

129. İbtidai istintaq orqanının ittihamı əsaslandırdığı digər fakt Zərərçəkmiş şəxs ünvan 2 ünvanda aparılan söküntü işlərinin təsisçisi olduğu şirkət tərəfindən aparılmaması barədə dedikləridir. Bu hal qanuni qüvvəsini almış yuxarıda qeyd olunan apellyasiya məhkəməsinin qətnaməsi ilə tamamilə təkzib olunur. Həmin işin mülki icraatı zamanı "xxxx" MMC-nin nümayədəsi özü bu faktı etiraf edərək bildirmişdir ki, «qarşı tərəf, yəni iddiaçı Təqsirləndirilən şəxs sökülmüş əmlaka görə real olmayan pul vəsaiti tələb etdiyindən tərəflər razılığa gələ bilməmişlər». Bununla da nümayəndə əmlakın söküntüsünün məhz tərəflərindən aparıldığını etiraf etmişdir». Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ərazidə söküntü işləri "xxxx" MMC-yə məxsus olan texnika vasitəsilə aparılmışdır. Doğrudur, "xxxx" şirkətində qaraj müdürü vəzifəsində işləmiş, iş üzrə Şahid15 ifadəsində şirkətə məxsus texnikanı qeyri-iş günlərində əlavə qazanc əldə etmək üçün digər şəxslərin sifarişi əsasında istifadəyə verdiklərini desə də, onun bu ifadəsi digər bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, Şahid15 həmin vaxtlar sürücü kimi işləyən şəxslərin adlarını bildirsə də, həmin şəxslərin istintaqa cəlb edilməsi üçün hər hansı bir tədbirlərin görülməsi iş materiallarından məlum olmur. Bundan başqa mübahisəli məsələ iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-105665-1222 nömrəli məktubu ilə də öz təsdiqini tapmışdır. Bundan başqa ibtidai istintaq orqanının sübutların qiymətləndirməsi haqqında xx.xx.2022ci il tarixli qərarında qeyd etdiyi «Zərərçəkmiş şəxs və təsisçi "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşmiş 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi təsdiq edilmədiyindən onların barəsində həmin faktlarla bağlı cinayət təqibinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilsin» ifadə ilə, elə həmin qərarın digər sətir başlığında, həmçinin xx.xx.2022-ci il tarixli qərarında göstərdiyi «… cinayət işinin ayrıca icraata ayrılması, həmin işdə həmçinin ünvan 2 ünvanda yerləşən 128 kv.metr sahəyə malik qeyriyaşayış sahəsinin qanunsuz olaraq sökülüb-sökülməməsi, müsbət halda həmin əngllərin kim tərəfindən törədilməsi müəyyən edilməklə bu xüsusatlara hüquqi qiymət verilməsi …» ifadələri arasındakı təzadlı ifadələr ittiham tərəfinin gəldiyi nəticəni konkretləşdirmir. Sübutların qiymətləndirilməsi qərarında digər diqqəti çəkən məqam qərarda guya Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə olan qeydlərdir. Halbuki, Təqsirləndirilən şəxs qismində cəlb olunduğu vaxtdan özünü elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, qəbul edilmiş müvafiq qərarların surətini, hüquq və vəzifələrindən çıxarışları alsa da, bildiriş və protokolları imzalamaqdan, habelə elan olunmuş ittiham üzrə ifadə verməkdən imtina etmişdir (bax: 34, 63, 78, 19, 67-68, 64-66-cı bəndlər).

130. Hökmün 125-128-ci bəndlərində göstərilənlərə əsasən demək olar ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakına, əmlaka olan hüquqlarına qəsd etməmiş, əksinə ondan özünə məxsus əmlakın aralarında razılaşdıqları dəyərini tələb etmişdir ki, bu da mülkiyyətçi kimi onun subyektiv hüququdur. Belə olan halda Təqsirləndirilən şəxs ittiham olunduğu hədə-qorxu ilə tələb etmə cinayət əməlinin obyekti yaranmır.

131. Digər tərəfdən ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və onun qohumlarını real olaraq ölümlə hədələməsi, şahidlərin bir qisminin (Şahid2, Şahid3, Şahid4, X13, Şahid16, Şahid17, Şahid13, Şahid14, Şahid20, habelə məhkəmədə ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid21 Əlibala oğlu) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təyziq göstərməsi, üzərinə adamlar göndərməsi və sair barədə ittihamları da, əsas götürdükləri dəlillərlə öz təsdiqini tapmır, onların özlərinin ehtimallarına və ya digər əməkdaşların dediklərinə əsaslanır ki, bu hal da təqsirləndirilənin xeyrinə həll olunmalıdır. Zərərçəkmiş şəxs ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bağ evində olarkən, habelə nümayəndəsi Şahid23 ofisində olduğu vaxt şəxsən özü, daha sonra öz ofisinin qarşısında, hətta yolda avtomobillə hərəkətdə olduğu vaxt tanımadığı, idmançı bədən quruluşlu, zahirən və danışıqları Şimali Qafqaz sakinlərinin ləhcəsinə bənzəyən şəxslər onu saxlatdırıb, telefonda oğlunun şəhərdə gəzən vəziyyətdə şəklini göstərərək bütün ailə üzvlərinin harada və hərəkətləri barədə məlumatlı olduqlarını, oğlunu oğurlayacaqlarını, özünü isə öldürəcəkləri ilə bağlı hədə-qorxu gəlib, tələb olunan pulu verməli olduğunu demişlər. Təqsirləndirilən şəxs nəinki üzbə-üz görüşdükləri vaxtlarda, həm də telefon danışıqları zamanı onu dəfələrlə hədələmişdir. Lakin iş materiallarında biridigərini təkzib edən və ya ümumi danışıqdan eşidilənlərə əsaslanan ifadələrdən başqa bu deyilənləri sübut edəcək hər hansı bir videogörüntü, telefon danışıqları və sair kimi mötəbər sübutlar yoxdur. "xxxx" MMC-nə verilmiş sorğulara alınmış cavablarda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs istifadələrində olan mobil telefon nömrələrinə ifadələrdə istinad olunan müddətlərdə daxil olan və çıxan zənglərin siyahısı, sms mətnləri əldə olunmuş, lakin bu məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən heç nə olmamışdır. Belə olan halda müxtəlif üsullarla hədə-qorxu gəlmənin, konkret olaraq ölümlə hədələmənin nədə ifadə olunması məlum deyil. Başqa sözlə desək hadisədə hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib elementi olan obyektiv cəhəti də müəyyən olunmur (bax: 4, 5, 6, 14-18, 22, 24, 63).

132. Bundan başqa iş üzrə şahidlər Şahid5, Şahid6 və Şahid2 2016-cı ildə "xxxx" şirkətinin yerləşdiyi ünvan 3 ünvandakı ofisdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs onların və işçilərin iştirakı ilə olan görüş barədə dediklərinin özlərinin və digər şahidlərin ifadələri ilə üst-üstə gəlməməsi də diqqəti cəlb edir. Belə ki, onlar həmin vaxtı Zərərçəkmiş şəxs işçilərin yanında Təqsirləndirilən şəxs göstərib həmin şəxsə 800.000 ABŞ dolları pul verilməli olduğunu deməsini, həmin vaxt Azərin narahatçılığını və ümumi otaqda abhavanın gərgin olduğunu gördüklərini, onlara otaqda oturmaq belə təklif olunmadığını və sair demişlər. Dediklərinə görə həmin vaxt şirkətin əməkdaşı Şahid7 də orada olmuşdur. Lakin, Şahid7 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsini eşitmədiyini, onun yanında belə söhbətlər olmadığını bildirməklə fərqli ifadə vermiş, bu səbəbdən hələ ibtidai istintaq zamanı onların arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, hər biri öz dediklərini bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər. Lakin, bu istintaq hərəkətindən sonra nə ibtidai, nə də məhkəmə istintaqında dindirilən şahidlər Şahid5, Şahid6 və Şahid2 eyni epizod üzrə ifadə verərkən Şahid7 adını çəkmişlər. Bundan başqa hər üç Şahid7 nisbətən Zərərçəkmiş şəxs daha yaxın münasibətdədirlər, hətta Rəşad Azərin yeznəsidir. Belə olan halda bu şahidlərin Zərərçəkmiş şəxs xeyrinə ifadə vermələri istisna olunmur (bax: 4, 7-9, 62).

133. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3894/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə (cild 01, i.v. 41-48; cild 03, i.v. 55-62) mübahisəli əmlakın Təqsirləndirilən şəxs məxsus olması, həmin əmlakın "xxxx" ASC tərəfindən qanunsuz sökülməsi təsdiq olunduğundan hazırkı cinayət işində zərərçəkənin və onun tərəfindən çıxış edən şahidlərin fərqli ifadələr verməsi əhəmiyyət kəsb etmir. Həmin məhkəmə qərarı olduğu təqdirdə ümumiyyətlə həmin faktla bağlı fərqli yoxlama aparılması əsaslı olmamışdır. Qeyd olunan faktla bağlı təkcə onu demək kifayətdir ki, sökülməsi nəzərdə tutulan ərazidə yaşayan şəxslərin əmlaklarının sökülməsi üçün onlarla bağlanan müqavilələr "xxxx" ASC-nin əməkdaşı (xəzinədarı) ilə bağlanmış, həmin əmlaklara görə vəsaiti də şirkət ödəmiş və sübut kimi həmin sənədləri ittiham tərəfi cinayət işinə əlavə etmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarı ilə K. Akimovun vurulmuş zərərə görə kompensasiya almaq hüquqları tanınmışdır. Ona görə Təqsirləndirilən şəxs əmlakının söküntüsünün Səbail rayon İH-i tərəfindən aparılması, bu barədə məlumatsız olması, ancaq tikintini həyata keçirməsi, Təqsirləndirilən şəxs söküntü ilə bağlı ödəniş etməyə borclu olmaması barədə zərərçəkənin və digərlərinin analoji ifadələri həqiqətə uyğun olmayan yalan ifadələr kimi dəyərləndirilməlidir.

134. İbtidai araşdırma orqanı qanuni qüvvəsini almış həmin qətnamənin əsaslandırıcı hissəsini nəzərə almadan qətnamənin qət etdi hissəsində iddianın rədd olunması barədə göstərişi rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs mülki işlər üzrə bütün məhkəmə proseslərini uduzduğu təqdirdə zərərçəkəndən pul tələb etməkdə davam etmiş, bununla bağlı ittiham tərəfinin ifadələrinə sübut kimi üstünlük vermişdir. Hansıki, həmin qərarın əsaslandırıcı hissəsində açıq-aydın qeyd olunmuşdur ki, şirkət Təqsirləndirilən şəxs məxsus olan əmlakı qanunsuz olaraq sökmüş, onun mülkiyyət hüquqlarına müdaxilə etmiş, lakin əmlakın yerində hündürmərtəbəli bina inşa edlidiyi və tikilinin əvvəlki vəziyyətə gətirilməsi mümkün olmadığı üçün Təqsirləndirilən şəxs iddiası rədd edilməlidir. Məhz qeyd olunan qərar qəbul edildikdən sonra tərəflər kompensasiyanın məbləğini qarşılıqlı olaraq 800.000 ABŞ dolları məbləğində razılaşaraq ödənişin qaydalarını, hansı məbləğdə, kimin vasitəsilə, hansı müddətə ödənilməsini müəyyən etmişlər.

135. Zərərçəkən Zərərçəkmiş şəxs həmin razılaşmaya uyğun olaraq iki il ərzində ABŞ-da yaşayan təqsirləndirilən şəxsə razılaşdıqları şəxs vasitəsi ilə ödənişlər etmiş, hər dəfə onları rəsmiləşdirmiş və video çəkiliş aparmışdır. İki ildən sonra qalıq 300.000 ABŞ dolları pulu ödəmədiyi üçün Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarına şikayəti əsasında hazırkı mübahisə başlamışdır. İki il ərzində aparılmış ödənişlərin ABŞ-da yaşayan təqsirləndirilən şəxsin hədələrinin təsiri altında aparılması absurd olmaqla məntiqə və tərəflərin münasibətlərinə uyğun deyil, kənar seyriçi üçün inandırıcı görünə bilməz.

136. Zərərçəkənin mənafeyindən çıxış edən şahidlərin bir-birinə uyğunlaşdırılmış ifadələri əsasında Təqsirləndirilən şəxs hədələrinin təsiri altında guya Zərərçəkmiş şəxs qorxması obrazının yaradılması bir-birinə uyğunlaşdırılmış məntiqə uyğun gəlməyən ifadələrdən başqa heç bir mötəbər sübutla təsdiq olunmur. Təqsirləndirilən şəxsin zərərçəkəni guya övladı ilə bağlı hədələməsi, onun şəhərdə gəzdiyi vaxt fotosunu çəkərək zərərçəkənə nümayiş etdirməklə hədə-qorxu gəlməsi ilə bağlı deyilənlər zərərçəkənin özünün bəyanatı və onun tərəfindən çıxış edən, yaxın münasibətlərdə olduğu şahidlərin ifadələrindən başqa digər sübutlarla təsdiq edilmir.

137. Qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin əməlinin cinayət hadisəsi olub-olmamasının müəyyən edilməsi, barəsində ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər (bax: 101,102, 104, 106-108-ci bəndlər).

138. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittaham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun.

139. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosesual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.

140. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad edilməlidir.

141. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin tərkib əlamətlərinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından ona, həmin maddə ilə verilən ittiham üzrə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməlidir (bax: 110, 111, 113-cü bəndlər).

142. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə bağlı qeyd olunur ki, ona bəraət verildiyindən sözü gedən qətimkan tədbiri ləğv edilməlidir (bax: 115-ci bənd).

143. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir (bax: 116-120-ci bəndlər).

144. İş üzrə üzərinə həbs qoyulmuş, habelə xüsusi müsadirə olunmalı əmlak, həmçinin maddi sübut yoxdur.

145. Məhkəmə məsrəfləri ilə bağlı müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan, ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir (bax: 116, 121-ci bəndlər).

146. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş maddi zərərə görə 500.000 ABŞ dolları, eləcə də hədə-qorxu ilə tələb etməklə vurulmuş mənəvi zərərə görə 500.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.000.000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsinə dair mülki iddia (ərizə və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbz) rədd edilməlidir (bax: 116, 121- 122-ci bəndlər).

147. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.1, 42.2, 42.2.1, 55, 193, 344-350, 352-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.1, 42.2, 42.2.1-ci maddələrinə uyğun olaraq cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş maddi zərərə görə 500.000 ABŞ dolları, eləcə də hədə-qorxu ilə tələb etməklə vurulmuş mənəvi zərərə görə 500.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.000.000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsinə dair mülki iddia rədd edilsin. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan, ümumilikdə 160 (bir yüz altmış) manat pul dövlət büdcəsinin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar