Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-481/2023 24.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, N.Nərimanov adına NQÇİ-də elektrik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı “Əmir” adlı şəxslə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin dekabr ayının axırlarında “Əmir” adlı şəxsin vasitəsilə istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 35,418 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 56d, 24-cü mənzilə aparıb yataq otağında kənara yığılmış yataq dəstlərinin arasında gizlətməklə saxlamışdır. Bundan başqa o, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əmir” adlı şəxs və tanışı Şahid1 ilə danışıb razılaşaraq narkotik vasitə və psixotrop maddələrin satılması və pulunun göndərilməsi barədə rol bölgüsünü dəqiqləşdirmiş, 02 yanvar 2022-ci il tarixdə işlədiyi N.Nərimanov adına NQÇİ-nin göndərişi əsasında Xəzər dənizində olarkən “Əmir” adlı şəxsin ona külli miqdarda ümumi təmiz çəkisi 477,449 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 123,465 qram olan psixotrop maddə metamfetamin və ümumi çəkisi 36,739 qram narkotik vasitə tiryək göndərməsi barədə Şahid1 məlumat verib, narkotik vasitə və psixotrop maddələrin olduğu yerin dəqiq koordinatını “WhatsApp” vasitəsilə mesajla göndərdikdən sonra Şahid1 həmin narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə girişdə dəniz kənarından götürüb daşıyaraq evinə aparıb satışını təşkil etmək məqsədilə hissələrə bölüb bir ədəd bükümdə təmiz çəkisi 3,465 qram psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 4,896 qram narkotik vasitə heroini özü ilə götürüb qalan hissəsini evdə gizlətmiş, bununla da o, təkrarən satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə Şahid1 Azərbaycan Respublikası DİN-nin BNMİnin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üzərindən bir ədəd bükümdə təmiz çəkisi 3,465 qram psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 4,896 qram narkotik vasitə heroini, daha sonra isə yaşadığı ünvan 4 ünvanına baxış zamanı mənzilin qonaq otağında olan taxta konstruksiyalı dolabda gizlətdiyi 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə təmiz çəkisi 120 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,063 qr, 6,166 qr, 1,324 qr, 460 qr ümumi təmiz çəkisi 472,553 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 36,739 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, xx.xx.2022-ci il tarixdə isə o, şübhəli şəxs qismində tutulduqdan sonra yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı o, yataq otağında kənara yığılmış yataq dəstlərinin arasından satış məqsədilə əldə edib saxladığı 35,418 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni İİR vətəndaşı olan “Əmir” adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etmiş, Şahid1 narkotik vasitə istifadəçisidir, o, tək yaşayırmış. Onlar birlikdə Şahid1 evində narkotik vasitə istifadə etmiş, Şahid1 mənzilində aşkar olunan narkotik vasitələri Fuad gedib ona deyilən yerdən götürmüşdür. O, Şahid1 satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə verməmiş, o, işdən evə gələndə, ona bildirmişlər ki, iki nəfər polis əməkdaşı onu axtarır. O, bunu bildikdə, onu nə üçün axtardıqlarını aydınlaşdırmaq məqsədi ilə könüllü olaraq Qaradağ RPİ-nə getmişdir. Qaradağ RPİ-də polis əməkdaşı ona narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini qeyd edərək, “biz sənin evinə axtarış üçün gedəcəyik, əgər səndə hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa bizə bildir” demişdir. O da şəxsi istifadəsi üçün özündə narkotik vasitə saxladığını bildirmiş və polis əməkdaşları ilə birlikdə onun yaşadığı mənzilə getmişlər. Yaşadığı mənzilində şəxsi istifadəsi üçün əldə edib saxladığı kokos kimi tanığı narkotik vasitə heroini o, polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. O, polis əməkdaşlarına təqdim etdiyi “kokos” kimi tanığı narkotik vasitə heroinin çəkisinin 35 qram olduğunu və ittiham aktında qeyd edilən tiryək və metamfetamin ona məxsus olmadığını bildirmişdir. O, X3 adına NQÇİ-də elektrik işlədiyindən ayın 15 günü dənizdə, 15 günü isə evdə olmuş, işə gedəcəyinə görə artıq çəkidə narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o xeyli müddətdir ki, narkotik vasitə istifadəçisidir, həmin narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. O, saxlanılan zaman üzərində olan narkotik vasitəni isə Əmir adlı tanımadığı şəxsdən almış, Əmirlə isə telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsla eyni qəsəbədə yaşadıqları üçün əlaqələri yaranmış, Təqsirləndirilən şəxs da narkotik vasitə istifadəçisi olduğundan onlar birlikdə narkotik vasitə istifadə etmişlər. Təqsirləndirilən şəxs ona narkotik vasitə və ya psixotrop maddə satmamış, atası rayonda yaşamış, atasına pul göndərdiyi üçün ona bank kartı lazım olmuşdur. Təqsirləndirilən şəxsla onun münasibəti yaxşı olmuş, ona görə də ondan bank kartı istəmiş, Təqsirləndirilən şəxs oğlu Riad Əzizovun bank kartını istifadə etməsi üçün ona vermişdir. O, narkotik vasitəni bir şəxsə hədiyyə olaraq vermək istəmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs narkotik vasitəni yerləşdirdiyi yerin şəklini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə yollamışdır ki, Təqsirləndirilən şəxs həmin şəxsə yollasın. Həmin şəxsi Təqsirləndirilən şəxs tanımış, bu hal 1-2 dəfə təkrarlanmışdır. Təqsirləndirilən şəxs bunun müqabilində həmin şəxsdən pul almamışdır. Təqsirləndirilən şəxsla aralarında “zakladka” ilə bağlı hər hansı razılaşma olmamış, Təqsirləndirilən şəxs ona narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, ittiham aktını oxuyanda Təqsirləndirilən şəxsla aralarında pul bölünməsi məsələsi barədə məlumatı olmuş, ittiham aktında qeyd edilən 200 manat məbləğində pulun onun özünə məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın kisik inspektoru, polis serjantı Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin MSY-də xidmətdə olduğu zaman şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi bildirilmişdir. Bundan sonra Qaradağ RPİ-nin iş-nin müstəntiqi Azər Həsənov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında kənara yığılmış yataq dəstlərinin arasından bir ədəd sellefon bükülünü çıxardaraq təqdim etmiş və həmin bükülüdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə ağ zərfə qoyularaq AR-sı DİN-nin 46 nömrəli zərflər üçün möhürü ilə möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imza edilmişdir. Həmin yataq otağında olan dolabın siyirməsinə baxış zamanı Təqsirləndirilən şəxs məxsus AZE ******** seriyalı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi götürülmüş, mənzilin digər otaqlarına baxış zamanı mənzildən əlavə qanunla qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər polis idarəsinə gəlib ona və ya başqa əməkdaşlara özündə narkotik vasitə olması barədə məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin MYS-nin polis nəfərləri Şahid2 və X5 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/426 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 35,418 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə!əri”-in siyahısına (Siyahı l) daxildir. (cild 01, iş vərəqə 129-134) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1308 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 35,368 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “Şübhəli şəxs Şahid1 üzərindən....” sözləri olan 1 nömrəli paketdəki təmiz çəkisi 4,796 qram olan narkotik vasitə heroin və üzərində “Şübhəli şəxs Şahid1 yaşadığı mənzildən....” sözləri olan 2 nömrəli paketdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 472,453 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (cild 01, iş vərəqə 195-199) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkaloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4001 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 131-132) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli 10482 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Cəbrayıl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıbdır. (cild 02, iş vərəqə 46) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına Təqsirləndirilən şəxs müdafiəçi X1 və polis əməkdaşları Qaradağ RPİ-nin CA üzrə inspektoru, polis serjantı Şahid4, Qaradağ RPİ-nin MSY-nin polis nəfərləri, polis serjantı Şahid2 və X2 iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağında kənara yığılmış yataq dəstlərinin arasından bir ədəd sellefon bükülünü çıxardaraq təqdim edib bildirmişdir ki, həmin bükülüdə olan maddə narkotik vasitə heroindir və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün almışdır. Həmin yataq otağında olan dolabın siyirməsindən baxış zamanı Təqsirləndirilən şəxs məxsus AZE ******** seriyalı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi götürülmüş, mənzilin digər otaqlarına baxış zamanı mənzildən əlavə qanunla qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir maddə və predmet aşkar olunmamışdır. Aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. İştirakçılarla birlikdə protokol imzalanmışdır. (cild 01, iş vərəqə 124) İş materiallarında olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(002)-08/2022 saylı qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə 201) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatı nəticəsində qalıq qalan ümumi təmiz çəkisi 35,418 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı protokola əlavə olunmuş 1 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. (cild 02, iş vərəqə 58-67) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi, Şahid1 narkotik vasitə satmaması, evindən aşkarlanan narkotik vasitə heroini iş zamanı istifadə etməsi üçün artıq çəkidə əldə etməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “baxış keçirilməsi barədə” protokol və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, narkotik vasitə heroindən istifadə edirmiş, heroini tanımadığı şəxslərdən alırmış, 2017-ci ildə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində ev aldığından maddi cəhətdən çətinliklər yarandığına görə hardansa pul əldə edib pul borcunu qaytarmaq istəyirmiş, təxminən 2021-ci ilin iyun ayının ortalarında o, narkotik istifadə edən zaman qəsəbə sakini Fuad adlı şəxslə tanış olmuş, Fuad adlı şəxsdən bir neçə dəfə heroin almağa başlamış, Fuadla münasibəti başlamış, həmin ayın sonlarında Fuadla görüşən zaman Fuad ona bildirmişdir ki, “ona satıb pul əldə edib həmin pulları tən yarı bölmək üçün külli miqdarda narkotik vasitə lazımdır.” Onun maddi çətinlikləri olduğuna görə maddi çətinliklərini, yəni borclarını qaytarmaq üçün əlinə fürsət düşdüyündən Fuadın təklifinə razılıq vermişdir. 2021-ci ilin iyun ayının sonunda o, “İnstagram” sosial şəbəkəsində axtarışlar apararaq İran İslam Respublikasının vətəndaşı Əmir adlı şəxslə əlaqə quraraq həmin şəxslə “WhatsApp” üzərindən əlaqə saxlamış və onlar razılaşmışlar ki, Əmir ona narkotik vasitə göndərəcək və o, narkotik vasitələri satıb pulunu Əmirə onlayın şəkildə ödəyəcəkdir. Əmir heroinin qramını 15 manatdan, metamfetaminin qramını isə 20 manatdan ona satırmış, bundan sonra birinci dəfə 2021-ci ilin iyun ayının ortalarında Əmir ona şəkil göndərərək 30 qram heroin və 30 qram metamfetamini həmin yerə qoyduğunu bildirmişdir. Bundan sonra o, həmin narkotik vasitələri Fuada vermiş və Fuada həmin narkotik vasitələri haradan əldə etməyi barədə məlumat verməmiş, Fuad verdiyi narkotik vasitələri tanımadığı şəxslərə pərakəndə şəkildə heroinin qramını 30 manata, metamfetaminin qramını isə 40 manata sataraq orada olan qazancı onunla tən yarı bölmüş, Əmir adlı şəxsin ona göndərdiyi "xxxx" bankına aid plastik kartına onlayn şəkildə 1000 manat pul köçürdürmüş, 2021-ci ilin iyul ayının əvvəlində, yəni o, pulu köçürdükdən iki gün sonra Əmir adlı şəxs ona 100 qram heroin və 50 qram metamfetamin göndərəcəyini bildirmiş, həmin Əmir adlı şəxs ona həmin gün narkotik vasitələri qoyduğu yeri “WhatsApp” vasitəsi ilə foto şəklini göndərmiş, həmin yerdən narkotik vasitələri götürərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Fuad adlı şəxslə görüşərək Fuada vermiş, Əmirdən götürdüyü narkotik vasitələri heç vaxt tərəzi vasitəsi ilə çəkib götürmürmüş, ona görə ki, o, Fuada verdikdən sonra Fuad həmin narkotik vasitəni videoya çəkib “WhatsApp” vasitəsi ilə ona göndərirmiş. Fuad heroinin qramını 30 manata, metamfetaminin qramını isə 40 manata sataraq 5000 manat pul əldə etmişdir. Həmin 5000 min manatın 2500 manatın Əmir adlı şəxsin kart hesabına onlayn şəkildə köçürmüşdür. Fuad yerdə qalan 2500 manat pulu onunla tən yarı bölmüşdür. Bu minvalla 6 dəfə satış əldə edərək qazancı tən yarı bölmüşlər. X3 adına NQÇİ-də elektrik işlədiyindən ayın 15 günü dənizdə, 15 günü isə evdə olurmuş, Bakı şəhərində olmayanda, yəni dənizdə işdə olan zaman Əmirin onun üçün göndərdiyi narkotik vasitə heroinin və metamfetaminin olduğu yerin şəklini Fuada “WhatsApp” vasitəsi ilə göndərirmiş, Fuad da həmin yerdən narkotik vasitələri götürərək öz evlərinə aparıb şəklini və video görüntüsünü çəkib ona “WhatsApp” vasitəsi ilə göndərirmiş, 2021-ci ilin dekabr ayının 20-də Əmirin ona satmaq üçün göndərdiyi narkotik vasitə heroindən təxminən 35 qram götürərək yaşadığı evdə yataq otağında kənara yığılmış yataq dəstlərinin arasına “KENT” markalı siqaret boş qutusuna sellefon bükümdə qoyaraq öz istifadəsi üçün gizlətmiş, xx.xx.2022-ci il tarixdə işi ilə əlaqədar olaraq Xəzər dənizinə getmiş və göndərilən narkotik vasitələri Fuada çatdırılması və Fuadın həmin Əmir adlı şəxslə əlaqə saxlamaması üçün telefon vasitəsi ilə həm Əmirlə, həmdə Fuadla əlaqə saxlayırmış, Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə dənizdə işdə olan zaman Əmir adlı şəxs ona 500 qram narkotik vasitə heroinin, 150 qram metamfetaminin və Əmirdən özü və Fuadın şəxsi istifadəsi üçün pulsuz xahiş etdiyi 40 qram tiryəki qoyduğu yerin yenə də ona şəklini göndərmiş, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrindən sonra Fuadla əlaqəsi kəsilmiş, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 56D-də binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Qaradağ RPİ-nə dəvət etmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmiş, təxminən 3 il olar ki, narkotik maddə heroin istifadə edir və həmin narkotik vasitələri tanımadığı şəxslərdən alır, Əmir adlı şəxslə qiyabi tanış olduqdan sonra ona satmaq üçün göndərdiyi narkotik vasitələrdən götürürmüş, Fuad Əmir adlı İran islam Respublikası vətəndaşı ilə heç bir əlaqə saxlamamış və ondan narkotik vasitə almamış, onun Şahid1 verdiyi "xxxx" a məxsus kart oğlu X6 məxsus olmuş və oğlu Riaddan kartı götürərək Şahid1 vermiş, həmin kartdan pulu Şahid1 çıxartmış və nağd pulu ona gətirdikdən sonra narkotik vasitələrin pulunu çıxdıqdan sonra qalan pulu Fuadla yarı bölmüş, oğlu Riad Əzizovun kartını almış, Riadın kartdan hansı məqsədlə istifadə etdiklərindən xəbəri olmamış, bundan əlavə heç bir cinayət törətməmiş, saxlanılarkən və polis idarəsində olarkən heç kim fiziki və ya psixi güc tətbiq etməmiş, Əmir adlı şəxsin mobil nömrəsini xatırlamır və qeyd edə bilməmişdir. (cild 02, iş vərəqə 39-43) Eləcə də, iş üzrə Şahid1 ibtidai istintaq zamanı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-1043/2022 saylı hökmü üzrə verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir və heroini sosial şəbəkələr vasitəsi ilə tanımadığı şəxslərdən əldə edir, son zamanlar narkotik vasitələri ona Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs verir, xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarında Azərlə Sahil qəsəbəsində görüşdükdə ona bir sellofan bükümdə heroin, bir bükümdə metamfetamin və bir bükümdə tiryək vermiş, həmin narkotik vasitələri üzərində gizlədərək yaşadığı evə gəlmiş, həmin narkotik vasitələri və psixotrop maddəni evdə qonaq otağında olan taxta konstruksiyalı dolabın siyirməsində gizlətmiş, səhərisi Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət mərkəzinə gedərək oradan həmin narkotik vasitələri ölçərək satmaq məqsədilə 1 ədəd elektron tərəzi alaraq narkotik vasitələri gizlətdiyi yerə qoymuş, bundan sonra “İnstaqram” sosial şəbəkəsində narkotik vasitə satmağı barədə məlumat yerləşdirdikdən sonra xx.xx.2022-ci il tarixdə təxminən səhər saatlarından narkotik vasitələri tanımadığı şəxslərə satmağa başlamış, onunla əlaqə saxlamış tanımadığı şəxslərə istifadəsində olan Təqsirləndirilən şəxs oğlu Riad Əzizova məxsus "xxxx" ASC-yə aid plastik kartının şəklini göndərirmiş, həmin şəxslər pulu kartına göndərdikdən sonra narkotik vasitələri gizlətdiyi yerin şəklini çəkib həmin şəxsə gedib sifariş verdiyi narkotik vasitələri götürməsi üçün göndərmiş, xx.xx.2022-ci il tarixdə axşam saatlarına qədər 200 manat məbləğində Azərin ona satmaq məqsədi ilə verdiyi narkotik vasitə və psixotrop maddələrdən satmış, Azərdən əldə etdiyi narkotik vasitə olan heroinin 1 qramını 30 manata, psixotrop maddə olan metamfetamini 1 qramını 40 manata satmış, narkotik vasitə olan tiryəki isə öz istifadəsi üçün Azərdən almış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saatlarında evə gəlib narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin götürərək hərəsindən bir büküm düzəldib əynində olan qara rəngli gödəkcənin sağ yan cibində gizlədərək aparmış, lakin müştəri olmadığına görə saat 23:10 radələrində evə qayıdan zaman evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onu polis bölməsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmiş və orada ona hüquq və vəzifələri vəkilin iştirakı ilə izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində İdxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan narkotik maddə heroini və psixotrop maddə olan metafetamini təqdim etmiş, bundan sonra onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 224 manat pulu, 1 ədəd özünə məxsus “Redmi” markalı mobil telefonu və bir ədəd açarı götürmüş, 224 manat pulun 200 manatını narkotik vasitələrin satışından əldə etdiyini, 24 manatın atasının verdiyini bildirmiş, bundan sonra polis əməkdaşları 1 ədəd açarı və 24 manat pulu onun özünə qaytarmış, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, eləcə də, 200 manat pulu zərfə qoyaraq möhürləmiş, həmin narkotik vasitə heroini və psixotrop maddənin bir hissəsini yaşadığı mənzildə gizlətdiyini də bildirmiş, yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmiş, orada videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə yaşadığı ünvan 7 ünvanında qonaq otağında taxta konstruksiyalı dolabın siyirməsində gizlətdiyi 4 bükümdə narkotik vasitə heroini, 1 bükümdə psixotrop maddə olan metamfetamini, bir bükümdə narkotik vasitə tiryəki və 1 ədəd həmin narkotik vasitələri çəkərək satdığı elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları bu barədə protokol tərtib edərək təqdim etdiyi narkotik vasitələri və psixotrop maddələri zərfə qoyaraq qablaşdırmış, iştirakçılarla birlikdə həmin zərfi və protokolu imzalamış, narkotik vasitələri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirmiş, Azər ona həmin narkotik vasitələri verdikdən sonra narkotik vasitələri hissələrə bölərək satmağa başlamış, satdığı narkotik vasitələrin pulunu Azər Azizova verirmiş və Azər ona həmin pullardan xərclik üçün verirmiş, həmin narkotik vasitə heroini və və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş, narkotik vasitə olan tiryəki isə öz istifadəsi üçün Təqsirləndirilən şəxs almış, Təqsirləndirilən şəxsla “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığını qeyd etmiş, Azərin bütün mobil nömrələri və əlaqə vasitələri ona məxsus olan və polis əməkdaşları tərəfindən götürülmüş “Redmi” markalı mobil telefonunda olduğunu da demiş, bundan əlavə heç bir cinayət törətməmiş, saxlanılarkən və polis bölməsində olarkən ona heç kim fiziki və ya psixi güc tətbiq etməmiş, ilkin araşdırma zamanı və videoçəkiliş vasitəsi ilə protokol tərtib edilərkən narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Əmir” adlı şəxsdən aldığını bildirmiş və bunu Təqsirləndirilən şəxsla münasibətlərini pozmamaq üçün dediyini qeyd etmiş, sosial şəbəkə vasitəsi ilə satdığı narkotik vasitələrin pulunu Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus kartdan çıxardaraq Azərə verirmiş və narkotik vasitənin pulunu çıxdıqdan sonra onlar qazancı yarı bölmüşlər. (cild 01, iş vərəqə 68-72, cild 02, iş vərəqə 49-57) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X8 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X8 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanından aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı nəticəsində qalıq qalan ümumi təmiz çəkisi 35,418 qram çəkidə narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 47-48) İş materiallarında olan AR Bakı şəhəri Qaradağ RİHB-nın Səngəçal qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2092 saylı arayışdan və 2091 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatdadır, hazırda ünvan 2 ünvanında yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 44-45) İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qaraciyərin toksiki mənşəli sirrozu, dekompensasiya mərhələsi, Portal hipertenziya, Assit, Hepatosplenomeqaliya, xroniki xolesistit kəskin faza, xroniki pielonefrit, sol tərəfli böyrək daşı xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 242-252) Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs qaraciyərin toksiki mənşəli serrozu xəstəliyinin olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(002)-13/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 111-112, 161-164) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 5-6) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay 18 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 4001 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və Şahid1 barəsində olan cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 məxsus “Redmi” markalı mobil telefon, Şahid1 narkotik vasitələrin satışından əldə etdiyi 200 manat pul əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, Təqsirləndirilən şəxs barəsində ayrılmış ********* saylı cinayət işinə aid edilmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: Azərbaycan Respublikası CM-nin 99-1.1.1 maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2 maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3 maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4 maddəsinə əsasən, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikasının CM-nin 99-1.2 maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə belə hesab edir ki, Qaradağ rayon Polis İdarəsində saxlanılan Şahid1 narkotik vasitələrin satışından əldə etdiyi 200 manat pul cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olduğundan, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edildiyindən, AR CM-in 99-1.1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməli və həmin pul vəsaitləri dövlət nəfinə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilərək götürülmüş və saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmiş ümumi təmiz çəkisi 35,368 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 35,418 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid1 məxsus “Redmi” markalı mobil telefon Şahid1 yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı protokola əlavə olunmuş 01 ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 18 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 06 il 01 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz olunsun, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilərək götürülmüş və saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,418 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid1 məxsus “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Şahid1 yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı protokola əlavə olunmuş 01 ədəd disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. AR CM-in 99-1.1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilsin və Qaradağ rayon Polis İdarəsində saxlanılan 200 manat pul dövlət nəfinə alınsın. İş üzrə məhkəmə xərcləri-ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-481/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-481/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver