Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-482/2020 17.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x5 və x9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə iştirakları ilə xx xxxxx 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, hazırda işsiz, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ev 7, mənzil 17-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi, ev 1A, mənzil 30-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 2007-ci ilin sentyabr ayını 4-də özü tərəfindən 50 %, yəni 5 pay haqqı ilə təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və qeyd olunan tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, müxtəlif növ məhsulların istehsal və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsi fəaliyyəti ilə məşğul olan «xxxx» MMC-nin (VÖEN № **********) 5 sentyabr 2007-ci il tarixdən direktoru vəzifəsində işləməklə həmin Nizamnaməyə əsasən, Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, işçiləri vəzifəyə təyin etmək, vəzifədən azad etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə 2011-ci ilin iyun ayının ortalarında işgüzar münasibətlərindən istifadə edib «xxxxxxxx» ASC-nin rəhbərliyi ilə görüşərək direktoru olduğu cəmiyyət üçün xüsusi texniki avtonəqliyyat vasitələrinin alınmasından ötrü həmin bankdan kredit götürmək istədiyini və qeyd edilən avtonəqliyyat vasitələrini götürülmüş kreditlərin təminatı qismində həmin banka guya girov qoyacağını yalandan vəd edib, özü barəsində işgüzar və etibarlı sahibkar fikir formalaşdırmaqla bank rəhbərliyinin razılığını aldıqdan sonra cinayətkar niyyətini gizlətmək üçün bağlanacaq kredit müqavilələrində özünün tərəf olmamaması məqsədilə cinayətdən xəbərsiz olan şəxsi sürücüsü Şahid3 rəhbərlik etdiyi həmin Cəmiyyətdə 02.08.2010-cuil tarixdə şəxsən verdiyi əmrlə ofis meneceri vəzifəsinə təyin edib bankla apardığı danışıqlar nəticəsində Şahid3la həmin bankın Mərkəzi şöbəsi arasında nəqliyyat vasitələrinin alınması təyinatı üzrə 720 gün müddətinə, illik 16 % olmaqla 350.000 manat və xüsusi texniki avtonəqliyyat vasitələrinin alınması təyinatı üzrə 1080 gün müddətinə, illik 16 % olmaqla 721.700 manat məbləğində-ümumilikdə 2 kredit müqaviləsinin bağlanmasını razılaşdırmaqla, onlar arasında 24.06.2011-ciil tarixdə 350.000 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə dair K0367 №-li və 29.09.2011-ci il tarixdə 721.700 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə dair K0422 №-li kredit müqavilələrinin bağlanmasına nail olub ayrılmış həmin kredit məbləğinin 350.000 manatını 24.06.2011-ci il tarixdə Şahid3 ünvan 1 ünvanında yerləşən həmin bankın Mərkəzi şöbəsindən şəxsən götürməsindən sonra həmin pulu sonuncudan alaraq, həmçinin, Şahid3 vasitəsilə verdiyi tapşırıq əsasında, digər kredit müqaviləsi üzrə ayrılmış 721.700 manat pul vəsaitinin həmin Cəmiyyətin direktoru qismində “xxxxxxxxxx” MMC ilə 28 sentyabr 2011-ci il tarixdə xüsusi texniki avtonəqliyyat vasitələrinin alınması məqsədi ilə bağladığı alqı-satqı müqaviləsinin ödənişi qismində həmin MMC-nin kreditin götürüldüyü Zərərçəkmiş şəxs ASC-nin Mərkəzi şöbəsində olan AZ26PAHA 0000 0000 0000 1000 9871 nömrəli hesabına 29.09.2011-ciil tarixdə köçürülməsinə və qeyd olunan müqavilənin təyinatı üzrə 06.12.2011-ci il tarixdən etibarən «Howo» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «Howo» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «Howo» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «Howo» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «Howo» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «Shacman» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «Zoomlion» ZD160-3 markalı buldozer və «Hitachi» ZX330-3G markalı ekskovatorun alınmasına nail olub, özünün guya etibarlı müştəri olmaqla verdiyi vədə əməl etməsi görüntüsü yaratmaq və aldığı həmin nəqliyyat vasitələrinin bankın girovuna qoyulması vədini yerinə yetirmək tələbindən yayınmaq məqsədilə həmin kreditlər üzrə 2011-ci ilin iyul ayından 2012-ci ilin aprel ayınadək olan müddətdə hissə-hissə olmaqla, cəmi 305.768 manat ödəniş edib qəsdən kreditlərin təminatı kimi həmin avtonəqliyyat və kənd təsərrüfatı təyinatlı texnikaları banka girov kimi təqdim etməyib, 16.02.2012-ci il tarixdən 05.05.2012-ci il tarixə kimi həmin nəqliyyat vasitələrini ayrı-ayrı fiziki və hüquqi şəxslərə, o cümlədən, 16.02.2012-ci il tarixdə 1 ədəd «Howo» markalı nəqliyyat vasitəsini Şahid7, 12.03.2012-ci il tarixdə 1 ədəd «Howo» markalı nəqliyyat vasitəsini x6, 13.03.2012-ci il tarixdə 1 ədəd «Howo» və 1 ədəd «Shacman» markalı nəqliyyat vasitələrini Şahid6, 27.04.2012-ci il tarixdə 1 ədəd «Howo» markalı nəqliyyat vasitəsini x3, 05.05.2012-ci il tarixdə 1 ədəd «Howo» markalı nəqliyyat vasitəsini «xxxxxxxxxxxxxx» MMC-yə, «Zoomlion» markalı buldozer və «Hitachi» markalı ekskovatoru isə 17.04.2012-ci il tarixdə x2 əldə etdiyi vəsaitləri cinayətkar məqsədinə uyğun olaraq həmin kreditlərin ödənişinə yönəltməyib şəxsi məqsədlərinə uyğun sərf edərək, vahid niyyətlə «xxxxxxxx» ASC-yə məxsus ümumilikdə 1.071.700 (bir milyon yetmiş bir min yeddi yüz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə «xxxxxxxx» ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2007-ci il tarixdə x10 ilə birlikdə «xxxx» MMC-ni təsis etmiş, Cəmiyyət yarandığı vaxtdan direktoru işləmiş, Yavuz Rüstəmov təqribən 2009-cu ildə təsisçilikdən çıxmış və həmin tarixdən Cəmiyyətin 100 % təsisçisi olmuşdur. Rəhbərlik etdiyi Cəmiyyət daşımaçılıq işi ilə məşğul olduğu üçün 2010-cu ilin əvvəllərində Gədəbəy rayonunda yerləşən «AİMC» şirkəti qiymətli metallar istehsalı ilə məşğul olduğundan həmin şirkətlə müqavilə bağlamış və filizin daşınmasını həyata keçirmişlər. Bu səbəbdən ona işin görülməsi üçün texnika lazım olmuş, ona görədə 2011-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ASC-yə kredit götürmək üçün müraciət etmiş, həmin vaxt banka Cəmiyətdə ofis meneceri kimi də rəsmiləşdirdiyi, əslində isə sürücüsü olan Şahid3 ilə birlikdə getmiş, Nizamiyə etibarnamə verdiyindən sonuncu onun əvəzindən sənədləri imzalamışdır. 24.06.2011-ci i ltarixdə nəqliyyat vasitələrinin alınması üçün bankdan «xxxx» MMC-yə 350.000 manat pul ayrılaraq Cəmiyyətin hesabına köçürülmüş, pulu hesabdan ya özü, ya da ki, sürücüsü Nizami götürmüş, həmin məbləği nəqliyyat vasitələrinin ehtiyat hissələrinə xərcləmiş, həmin vaxt nəqliyyat vasitəsi almasa da hər ay banka ödənişlərini etmişdir. 28.09.2011-ci il tarixdə «xxxxxxxxx» MMC ilə müqavilə bağlayıb 16 ədəd nəqliyyat vasitəsinin alınması barədə razılaşmış, həmin nəqliyyat vasitələrini almaq üçün kredit götürülməsi üçün Zərərçəkmiş şəxs ASC-yə müraciət etmiş, ona həmin bankdan 721.700 manat kredit ayrılması barədə qərar qəbul edilmiş, 29.09.2011-ci il tarixli kredit müqaviləsini yenə Şahid3 imzalamış və 721.700 manat pul «xxxxxxxxx» MMC-yə ödənilmiş, bunun müqavilində ona bir ədəd ekskavator, bir ədəd buldozer və 6 ədəd özüboşaldan «Hovo» markalı avtomaşınlar verilmişdir. Zərərçəkmiş şəxs ASC ilə həmin avtomaşınlar Cəmiyyətin adına keçdikdən sonra banka girov qoyulacağı barədə razılaşsa da avtomaşınları banka girov qoymamış, təqribən bir il sonra isə həmin avtomaşınları başqa şəxslərə satıb borclarını ödəmişdir. Hazırda avtomaşınları kimlərə satmağını xatırlamır. Aldığı kreditin 305.000 manatdan artıq məbləğini ödəmişdir. 01.01.2011-ci il tarixdən 01.01.2012-ci il tarixə kimi Cəmiyətin 157.416,34 manat vergi borcu olmuş, həmin borc ödənilmədiyi üçün barəsində cinayət işi başlanılmış, 2013-cü ilin aprel ayında həmin borcun 10.000 manatını ödəmiş, qalan pulu ödəməyə maddi imkanı çatmamış, 2013-cü ilin aprel ayında Türkiyə Respublikasına getmiş, sonradan Zərərçəkmiş şəxs ASC-nin barəsində şikayət etdiyini, Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində barəsində cinayət işinin istintaqının aparıldığını öyrənmiş, ona görə də 27.01.2020-ci il tarixdə könüllü olaraq Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına keçərkən sərhəddə saxlanılaraq Bakı şəhərinə gətirilmişdir. Hazırda dəymiş maddi ziyanları tam ödəmiş, hər hansı bir borcu qalmamışdır. Hazırda etdiyi əməldən səmimi olaraq peşimandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2008ci ildən 2013-cü ilin iyu layınadək Zərərçəkmiş şəxs ASC-nin mərkəz şöbəsinin rəhbəri vəzifəsində işləmiş, vəzifə təlimatına əsasən kredit müqavilələri bağlamaq səlahiyyətlərinə malik olmuş, lakin bankın təlimatına əsasən kredit almaq üçün müraciət etmiş müştəri ilə ilkin danışıqları kredit mütəxəssisləri aparmışdır. 2011-ci ilin iyun ayında «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs və ofis meneceri Şahid3 bankın mərkəzi şöbəsinə kredit almaq üçün müraciət edərək şöbənin əməkdaşı Şahid2 xüsusi texnikalar alınması üçün bankdan kredit götürmək istədiklərini, ona isə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində müvafiq daşıma işlərinin “xxxx” MMC-yə tapşırıldığını və bu məqsədlə xüsusi texnikaların alınması üçün kredit götürmək istədiklərini bildirdiklərindən «xxxx» MMC-yə kredit verilməsi ilə bağlı bütün lazımı sənədləri müştəridən tələb etməsini Şahid2 tapşırmış, sənədlər təqdim edildikdən sonra onlara kredit verilib-verilməməsi məsələsinə baxılacağını bildirmişdir. «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs həmin qızıl mədənində müvafiq işlərin yerinə yetirilməsi ilə bağlı sənədləri təqdim etdikdən sonra, ona istədiyi xüsusi texnikaların alınması üçün lazımı kreditin ayrılması barədə kredit komitəsinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs texnikaları «xxxxxxxxx» MMC-dən alacağını bildirmişdir. «xxxxxxxx» ASC ilə «xxxxxxxxx» MMC arasında bank-müştəri qaydasında işbirliyi olduğu, Təqsirləndirilən şəxs almaq istədiyi texnikaların həmin MMC tərəfindən gətirilə biləcəyinin mümkün olduğunu bildikləri üçün bu barədə müvafiq sənədlər təqdim edildiikdən sonra «xxxx» MMC-yə «xxxxxxxxx» MMC-dən xüsusi texnikaların alınması üçün kredit ayrılmasına razılıq verilmişdir. Bundan sonra, onunla «xxxx» MMC-nin nümayəndəsi Şahid3 arasında 24 iyun 2011-ci il tarixdə 2 il müddətində illik 16% olmaqla 350.000 (üç yüz əlli min) manat, 29 sentyabr 2011-ci il tarixdə isə illik 16% olmaqla 3 il müddətində 721.700 (yeddi yüz iyirmi bir min yeddi yüz) manat «xxxx» MMC-yə kreditin ayrılmasına dair müqavilələr bağlanaraq qeyd olunan məbləğlər «xxxx» MMC-nin hesabına köçürülmüşdür. Razılaşmaya əsasən Təqsirləndirilən şəxs ilə «xxxxxxxxx» MMC arasında alqı-satqı müqaviləsi bağlanmalı, qeyd olunan texnikalar alınmaqla DİN-nin BDYPİ-dən qeydiyyatdan keçirilməklə götürülmüş kreditlərin təminatı kimi banka girov qoyulmalı idi. Hətta kredit müqaviləsi bağlanmamışdan əvvəl, yəni 28 sentyabr 2011-ci il tarixli «xxxx» MMC-nin rəhbərliyinə götürüləcək kreditin təminatı kimi «xxxxxxxxx» MMC-dən alacağı 15 ədəd xüsusi avto nəqliyyat vasitəsinin (13 ədəd samosval, 1 ədəd ekskovator, 1 ədəd buldozer) alınmasından dərhal sonra girovun rəsmiləşdirilməsi üçün sənədlərin banka təqdim edilməsi barədə tərəfindən rəsmi məktub da göndərilmiş və həmin MMC-nin rəhbərliyi rəsmi məktubla cavab verərək göstərilən şərtlərlə razı olduqlarını bildirmişlər. Bağlanmış kredit müqavilələrinin 3.4.7-ci bəndinə əsasən kreditin təyinatı üzrə istifadə edilməsininin müəyyən olunması məqsədi ilə kredit verənin nümayəndəsinə lazımı şərait yaratmaq və müvafiq sənədləri dərhal təqdim etmək, 3.4.8-ci bəndinə əsasən isə kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədləri dərhal kredit verənə təqdim etmək göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs müqavilələrin həmin şərtlərinin tələblərini pozaraq «xxxxxxxxx» MMC-dən aldığı xüsusi avto nəqliyyat vasitələrini BDYPİ-dən qeydiyyatdan keçirdikdən sonra onların girovla yüklü edilməsini təmin etməyərək sənədlərini banka təqdim etməmiş, həmin texnikalardan özü istifadə etməyə başlamışdır. Həmin kredit götürüldükdən sonra 3-4 ay ərzində ödənişlər aparılsa da, sonradan kreditlərin ödənişlərində gecikmələr yaranmış, bununla bağlı Təqsirləndirilən şəxs dəvət edib ondan «xxxxxxxxx» MMC-dən aldığı avtonəqliyyat vasitələrinin sənədlərini gətirib həmin texnikaları bankda girovla yüklü edilməsini, kreditlərin ödənişlərini vaxtlı-vaxtında ödəməsini, kredit müqavilələrinin şərtlərinə əməl etməsini bildirmiş, lakin sonuncu kreditlərin ödənişlərini yaxın vaxtlarda ödəycəyinə, kredit müqavilələrinin şərtlərinə əməl edəcəyinə söz versə də, bunların heç birini etməmiş və qaçıb gizlənmişdir. 2013-cü ildən iş yerini dəyişdiyindən həmin kreditlərlə bağlı olan proseslərdən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2010-cu ilin avqust ayından 2012-ci ilin iyul ayınadək «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs şəxsi sürücüsü işləmiş, işlədiyi dövrdə hər ay MMC-nin kassasından aylıq olaraq 600 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs ASC, «xxxxxxxxx» MMC və digər təşkilatlarla danışıqları Təqsirləndirilən şəxs aparmış, lakin etibarnamə ilə sənədlərə o, imza etmişdir. «xxxxxxxx» ASC-də 24 iyun 2011-ci il tarixli kredit müqaviləsini, maliyyələşdirmə üçün sifariş blankını və kreditin ödəniş cədvəlini Akifin göstərişi ilə etibarnamə əsasında özü imza edib möhürlə təsdiq etmiş, həmin muqavilədən ayrılmış 350.000 manatı bankdan götürüb Akifə vermişdir. Bundan başqa, 29 sentyabr 2011-ci il tarixli Kredit müqaviləsini, kreditin ödəniş cədvəlini, 11 aprel 2011-ci il tarixli “xxxxxxxxx” MMC ilə alqı-satqı müqaviləsini, ödəniş tapşırığını, 28 sentyabr 2011-ci il tarixli «xxxxxxxxx» MMC ilə alqı-satqı müqaviləsini vəödəniş tapşırığınıda Akifin göstərişi ilə özü, ekskovatorun təhvil-təslim aktını isə Təqsirləndirilən şəxs imzalamışdır. 29 sentyabr 2011-ci il tarixli Kredit müqaviləsi üçün Zərərçəkmiş şəxs ASC-dən «xxxxxxxxx» MMC-yə 721.700 manat pul köçürülmüş və «xxxxxxxxx» MMC həmin pulun əsasında beş ədəd «Howo» markalı özüboşaldan yük maşınının, bir ədəd «Shacman» markalı özüboşaldan yük maşınının, 1 ədəd «Hitachi» markalı ekskovatorun və 1 ədəd buldozerin dəyəri olduğu üçün yalınız həmin 4 adda 8 ədəd texnikanı onlara vermiş, həmin pulun əsasında alınmış 5 ədəd «Howo» markalı özüboşaldan yük maşını, 1 ədəd «Shacman» markalı özüboşaldan yükmaşınını və 1 ədəd «Hitachi» markalı ekskavatoru Təqsirləndirilən şəxs Gədəbəy rayonuna qızıl mədənində işləməsi üçün göndərmiş, 1 ədəd buldozeri isə Müşviq yolunda yol tikinti işlərinə icarəyə vermişdir. 2012-ci ilin iyul ayından sonra Təqsirləndirilən şəxs görməmiş, onunla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs hansı səbəbə görə nəqliyyat vasitələrini Zərərçəkmiş şəxs ASC-də girova qoymaması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2008-ci ilin oktyabr ayından «xxxxxxxxx» MMC-nin direktoru işləmişdir. Cəmiyyətin əsas fəaliyyəti Respublika ərazisinə xüsusi təyinatlı texnikaların idxalı və satışı, ehtiyat hissələrinin satışı, servis xidmətlərinin göstərilməsindən ibarətdir. «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxsla 2011-ci ildə xüsusi təyinatlı nəqliyyat vasitələrinin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. 1-ci müqavilə 11 aprel 2011-ci il tarixdə bağlanmış və həmin müqaviləyə görə işlədiyi MMC tərəfindən «xxxx» MMC-yə bir ədəd ekskovator markalı avtomaşın satılmış, həmin ekskovator «xxxx» MMC-yə təhvil-təslim aktı ilə verilmişdir. Müqaviləyə görə ekskovatorun dəyəri «xxxx» MMC tərəfindən tam ödənildikdən sonra onların mülkiyyətinə keçməli və həmin MMC tərəfindən ekskovatorun dəyəri hissə-hissə ödənilməli idi. Qeyd olunan ekskovator «xxxx» MMC-yə təhvil-təslim aktı ilə verilmiş və ekskovatorun istifadə edilməsi üçün onlara etibarnamə verilmişdir. Lakin «xxxx» MMC-nin rəhbərliyi tərəfindən həmin ekskovatorun pulu ödənilməmiş, onlar həmin texnikadan istifadə etdikdən sonra texnikanı yararsız hala salıb «xxxxxxxxx» MMC-yə qaytarmışlar. Bundan əlavə, 28 sentyabr 2011-ci il tarixdə «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs yenidən onlara müraciət edərək nağd pulla texnika almaq istədiyini, Zərərçəkmiş şəxs ASC-dən kredit götürəcəyini, həmin pulu da texnikanın alınmasına yönəldəcəyini bildirmiş, ona görə də «xxxxxxxxx» MMC ilə Təqsirləndirilən şəxs arasında 15 ədəd xüsusi təyinatlı texnikaların alqı-satqısına dair müqavilə bağlanmış, «xxxx» MMC-nin Zərərçəkmiş şəxs ASC-də olan bank hesabından «xxxxxxxxx» MMC-nin həmin bankda olan bank hesabına 721.700 (yeddi yüz iyirmi bir min yeddi yüz) manat pul köçürülmüşdür. Həmin pul məbləği yalnız 5 ədəd «Howo» markalı özüboşaldan yük maşınının, 1 ədəd «Shacman» markalı özüboşaldan yük maşınının, 1 ədəd «Hitachi» markalı ekskovatorun və 1 ədəd buldozerin dəyəri olduğu üçün həmin 4 adda 8 ədəd texnika 2011-ci ilin dekabr ayında «xxxx» MMC-yə satılmış və texnikaların sənədləri DYPİ-də qeydiyyatdan keçmək üçün «xxxx» MMC-nin rəhbərliyinə təhvil verilmişdir. «xxxx» MMC tərəfindən qalan 7 ədəd texnikanın, eləcə də «xxxx» MMC-yə 2011-ci ilin aprel ayında satılmış ekskovatorun dəyəri ödənilmədiyi üçün müqavilə şərtləri pozulmuş, 7 ədəd texnika onlara satılmamışdır. 28 setnyabr 2011-ci il tarixli müqavilə üzrə Təqsirləndirilən şəxs verilmiş 8 ədəd texnikanın ümumi dəyəri 654.812 manat təşkil etmiş, qalan 66.888 manat pul isə 11 aprel 2011-ci il tarixdə bağlanmış müqaviləyə görə «xxxx» MMC-yə təhvil verilmiş bir ədəd ekskovatorun təmirinə xərclənmişdir. Şahid2 cinayət işinin 1-ci cildinin 76-79-cu vərəqlərində olan və məhkəmədə elan edilərək araşdırılmış ifadəsindən görünür ki, o da Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid4 Nüsrət oğlu cinayət işinin 1-ci cildinin 86-89-cu vərəqlərində olan və məhkəmədə elan edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Şahid5la ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid6 cinayət işinin 1-ci cildinin 127-129-cu vərəqlərində olan və məhkəmədə elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, «2012-ci ilin aprel ayında «xxxx» MMCnin sürücüləri ona işlədikləri Cəmiyyətin avtomaşınlarının satıldığını bildirmiş, ona görə də telefonla «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxsla əlaqə saxlayıb sonuncu ilə «Müşfiq yolu» adlanan yerdə görüşmüş, Akif ona orada yerləşən avtomaşınları göstərib satacağı avtomaşınlarla eyni olduğunu bildirmiş, bundan sonra, Akifdən dörd ədəd «Shacman» markalı, biri isə «Howo» markalı avtomaşınları almağı barədə sonuncu ilə razılaşmış və 05 aprel 2012-ci il tarixdə Baş Dövlət Yol polis idarəsinə gedərək avtomaşınları adına keçirtmiş, Akifə beş ədəd avtomaşın üçün ümumilikdə 140.000 manat pul vermişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. Şahid7 cinayət işinin 1-ci cildinin 213-215-ci vərəqlərində olan və məhkəmədə elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, «2012-ci ilin fevral ayında dostu Vüqar ona «Howo» markalı ağ rəngli avtomaşının Akif adlı şəxs tərəfindən satıldığını bildirmiş, Vüqarla birlikdə həmin avtomaşına baxıb bəyəndiyi üçün almaq qərarına gəlmiş və avtomaşını Akif adlı şəxsdən 50.000 manat pula almışdır. Həmin «Howo» markalı avtomaşını **-NA-*** dövlət nömrə nişanı kimi BDYPİ-də adına rəsmiləşdirmiş, avtomaşını işlədə bilmədiyi üçün 29.02.2012-ci il tarixdə “xxxxxxxxxxx” MMC vasitəsi ilə Səbuhi Quliyev adlı şəxsə 50.000 manata satmışdır.» Cinayət işinin 1-ci cildinin 15-17-ci vərəqlərində olan 24.06.2011-ci il tarixli K0367 №li “xxxx” MMC ilə “xxxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, qeyd olunan tarixdə “xxxx” MMC-yə Zərərçəkmiş şəxs ASC-nin Mərkəzi şöbəsindən nəqliyyat vasitələrinin alınması təyinatı üzrə illik 16 % olmaqla 720 gün müddətinə 350.000 manat kredit ayrılmışdır. Cinayət işinin 1-ci cildinin 23-25-ci vərəqlərində olan 29.09.2011-ci il tarixli K0422 №li “xxxx” MMC ilə Zərərçəkmiş şəxs ASC arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, qeyd olunan tarixdə “xxxx” MMC-yə Zərərçəkmiş şəxs ASC-nin Mərkəzi şöbəsindən xüsusi texniki avtonəqliyyat vasitələrinin alınması təyinatı üzrə illik 16 % olmaqla 1080 gün müddətinə 721.700 manat kredit ayrılmışdır. Cinayət işinin 7-ci cildinin 60-66-cı vərəqlərində olan 04.09.2014-cü il tarixli «xxxx» MMC-nin AZ64 PAHA 0000 0000 0000 1002 4319 №-li hesab çıxarışından görünür ki, 350.000 manat kredit ödənişi 24.06.2011-ci il tarixdə məxaric edilmişdir. Cinayət işinin 1-ci cildinin 32-ci vərəqində olan 29.09.2011-ci il tarixli 15 №-li ödəniş tapşırığının surətindən görünür ki, 29.09.2011-ci il tarixdə Zərərçəkmiş şəxs ASC vasitəsi ilə «xxxx» MMC-nin hesabından 721.700 manat pul 16.09.2011-ci il tarixli 050 №-li müqaviləyə əsasən «xxxxxxxxx» MMC-nin hesabına köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 28-30-cu vərəqlərində olan 28.09.2011-ci il tarixli 050 №-li “xxxx” MMC ilə “xxxxxxxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünürki, satıcı “xxxxxxxxx” MMC 13 ədəd «Howo», 1 ədəd «Buldozer Zoomlion», 1 ədəd “Hitachi ZX330” və 1 ədəd “Çalov” markalı olmaqla, ümumi dəyəri 1.064.512,44 manat olan yük avtomaşınlarını alıcı “xxxx” MMC-nin mülkiyyətinə verməyi, alıcı isə avtomaşınların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqində olan 05.12.2011-ci il tarixli 1 №-li əlavə razılaşmanın surətindən görünür ki, 28.09.2011-ci il tarixli 050 №-li “xxxx” MMC ilə “xxxxxxxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə dəyişiklik edilərək satıcı “xxxxxxxxx” MMC 12 ədəd «Howo», 1 ədəd «Shacman», 1 ədəd «Buldozer Zoomlion» və 1 ədəd “Hitachi ZX330” markalı olmaqla, ümumi dəyəri 1.046.812,44 manat olan yük avtomaşınlarını alıcı “xxxx” MMC-nin mülkiyyətinə verməyi, alıcı isə avtomaşınların dəyərini satıcıya ödəməy iöhdəsinə götürmüşdür. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 06.12.2011-ci il tarixli AB № 745686 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Howo» markalı ** JR *** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobili 06.12.2011-ci i ltarixdə “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 06.12.2011-ci il tarixli AB № 745687 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Howo» markalı ** JR *** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobili 06.12.2011-ci il tarixdə “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 06.12.2011-ci i ltarixli AB № 745688 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Howo» markalı ** JR *** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobili 06.12.2011-ci i ltarixdə “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 06.12.2011-ci il tarixli AB № 745689 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Howo» markalı ** JR *** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobili 06.12.2011-ci i ltarixdə “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 06.12.2011-ci il tarixli AB № 745690 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Howo» markalı ** JR *** dövlət nömrənişanlı özü boşaldan yük avtomobili 06.12.2011-ci il tarixdə “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 06.12.2011-ci il tarixli AB № 745691 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Shachman» markalı ** JR *** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobili 06.12.2011-ci il tarixdə “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Cinayət işinin 7-ci cildinin 102-108-ci vərəqlərində olan 17.09.2014-cü i ltarixli 132 №-li cavab məktubundan görünürki, “xxxxxxxxx” MMC-dən “xxxx” MMC-yə satılmış, 2011ci il buraxılışlı “Zoomlion” ZD160-3 markalı buldozer və “Hitachi” ZX330-3G markalı ekskovator “xxxx” MMC tərəfindən 17.04.2012-ci il tarixli NV-004 nömrəli alqı-satqı müqaviləsi əsasında və eyni tarixli 263557 nömrəli qaimə ilə x1. Cinayət işinin 7-ci cildinin 4-6-cı vərəqlərində olan 08.04.2011-ci il tarixli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 7-ci cildinin 29-36-cı vərəqlərində olan “xxxx” MMC-nin nizamnaməsinin və 08.04.2011-ci il tarixli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, həmin Cəmiyyət 04.09.2007-ci il tarixdə qeydiyyata alınmış və təsisçiləri hər biri 5 pay olmaqla x10 və Təqsirləndirilən şəxsdur. Cinayət işinin 7-ci cildinin 76-cı vərəqində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, “xxxx” MMC 04.09.2007-ci il tarixdə 0107-P340- 49346 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyatdan keçmişdir. Cinayət işinin 7-ci cildinin 77-ci vərəqində olan 05.09.2007-ci il tarixli 01 saylı əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05.09.2007-ci il tarixdən “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 7-ci cildinin 75-ci vərəqində olan 02.08.2010-cu il tarixli 03 saylı əmrin surətindən görünür ki, Şahid3 02.08.2010-cu i ltarixdən “xxxx” MMC-də ofis meneceri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 7-ci cildinin 87-ci vərəqində olan 09.06.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 bütün dövlət orqanlarında, qeyri-dövlət orqanlarında səlahiyyətli nümayəndəsi olmasını, bütün bank əməliyyatlarını aparmağı, istənilən hesaba pul qoyub-almağı 09.06.2013-cü il tarixə kimi etibar etmişdir. Cinayət işinin 7-ci cildinin 29-36-cı vərəqlərində olan «xxxx” MMC-nin Nizamnaməsinin 8.1-ci bəndinə əsasən Cəmiyyətin əsas fəaliyyəti müxtəlif növ məhsulların istehsal və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsindən ibarətdir.«xxxx” MMC-nin Nizamnaməsinin 9.3-cü bəndinə əsasən Cəmiyyətin direktoru əsas vəzifələri Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, işçiləri vəzifəyə təyin etmək, vəzifədən azad etməkdən ibarətdir. Cinayət işinin 7-ci cildinin 245-246-cı vərəqlərində olan 12 fevral 2020-ci il tarixli qərardan görünür ki, 24.06.2011-ci il tarixli K0367 №-li və 29.09.2011-ci il tarixli K0422 №li kredit müqavilərinin surətləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 7-ci cildinin 214-cü vərəqində olan 31.01.2020-ci il tarixli PB-405 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1.071.700 (bir milyon yetmiş bir min yeddi yüz) manat məbləğində dəymiş maddi ziyanı tam həcmdə ödəmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, mahiyyət etibarı ilə etirafedici ifadə verməsi, onun həmin ifadəsi cinayət işi üzrə şahidlərin ifadələri, bank sənədləri və digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə iş üzrə şahid ifadələrini və qeyd olunan sənədləri iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qiymətləndirir. x16 Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlərin ifadələri də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 № -li qərarının 3-cü və 6-cı bəndlərinin tövsiyyələrində göstərilmişdir ki, «dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.» Cinayət işinin 6-cı cildinin 189-193 və 212-213-cü vərəqlərində olan qərarlardan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında x7 Araşdırılması Departamentində istintaq olunan cinayət işi üzrə «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, sonuncu istintaqdan gizləndiyi üçün barəsində 21 fevral 2014-cü il tarixdə axtarış elan edilmiş, 03 mart 2014-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hakimi Fuad Babayevin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-ci cildinin 144-159-cu vərəqlərində olan qərarlardan görünür ki, dan 04 noyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan olunması haqqında qərar qəbul edilmiş, lakin sonuncunun yeri müəyyən edilmədiyindən həmin qərarı ona elan etmək mümkün olmamış və barəsində həmin tarixdə axtarış elan edilmişdir. Cinayət işinin 7-ci cildinin 163-164-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən olunmadığından 17.11.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 7-ci cildinin 247-266-cı vərəqlərində olan 13 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 157.416,34 manat məbləğində vergiləri dövlət büdcəsinə tam ödədiyindən Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsinə əsasən CM-nin 213.2.2-ci maddəsi ilə elan olunmuş ittiham xaric edilərək cinayət işinə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə olan hissədə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinin tələbinə görə şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən yeddi il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 53.7-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə CMnin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş və onun barəsində CM-nin 75.1.2-ci maddəsi tətbiq edilə bilməz. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, maddi sübutları eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 7-ci cilinin 183-187 və 215-219-cu vərəqlərində olan protokol və qərardan görünür ki, 27.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn zaman sərhəd xidməti tərəfindən saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. Cinayət işinin 7-ci cildinin 235-238-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ev 7, mənzil 17-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi, ev 1A, mənzil 30-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 3-cü cildinin 72-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim edilmiş 05 mart 2020-ci il tarixli, 1089 nömrəli məktubundan görünür ki, vurulmuş ziyan tam olaraq ödənildiyindən Zərərçəkmiş şəxs ASC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. 1.071.700 manat məbləğində vurulmuş maddi zərərin könüllü olaraq tam ödənilib aradan qaldırılması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması, 56 yaşı olması, səmimi peşiman olması Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi zərərin könüllü olaraq tam ödənilərək aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 308.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə ilə əlaqədar olduğundan təqsirləndirilən şəxsə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 27 yanvar 2020-ci il tarixdən hazırki vaxtadək tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur, maddi sübutlar - 24.06.2011-ci il tarixli, K0367 №-li və 29.09.2011-ci il tarixli, K0422 №-li kredit müqavilərinin surəti cinayət işi materiallarında saxlanılmalı, məhkəmə məsrəfini təşkil edən 150 AZN (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 178.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 27 yanvar 2020-ci il tarixdən hazırkı vaxtadək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 19 (on doqquz) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş 5 (beş) il 4 (dörd) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçililsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 24.06.2011-ci il tarixli, K0367 №-li və 29.09.2011-ci il tarixli, K0422 №-li kredit müqavilərinin surəti cinayət işi materiallarında saxlanılsın, məhkəmə məsrəfini təşkil edən 150 AZN (bir yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-482/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-482/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver