Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-482/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq on ədəd bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 1,229 qram, 0,774 qram, 0,404 qram, 0,424 qram, 0,872 qram, 0,437 qram, 0,389 qram, 0,429 qram, 0,410 qram, 0,390 qram olmaqla, ümumilikdə külli miqdarda cəmi təmiz çəkisi 5,758 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 5,012 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, on altı ədəd bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 3,256 qram, 4,563 qram, 0,890 qram, 0,863 qram, 0,890 qram, 0,890 qram, 0,877 qram, 0,889 qram, 0,880 qram, 0,446 qram, 0,465 qram, 0,456 qram, 0,438 qram, 0,428 qram, 0,427 qram, 0,052 qram olmaqla, ümumilikdə külli miqdarda cəmi təmiz çəkisi 16,710 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, səkkiz ədəd gümüşü rəngli kağız bükümlərdə hər birində ayrı-ayrılqıda təmiz çəkiləri 0,568 qram, 0,436 qram, 0,482 qram, 0,665 qram, 0,587 qram, 0,562 qram, 0,501 qram, 0,606 qram və bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,433 qram olmaqla, ümumilikdə cəmi təmiz çəkisi 4,840 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 14 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivi ərazisində özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarın sağ yan cibindəki bir ədəd “Winchester” markalı siqaret qutusundan on ədəd sellofan bükümlərdə hər birində ayrıayrılıqda təmiz çəkiləri 1,229 qram, 0,774 qram, 0,404 qram, 0,424 qram, 0,872 qram, 0,437 qram, 0,389 qram, 0,429 qram, 0,410 qram, 0,390 qram olmaqla, ümumilikdə külli miqdarda cəmi təmiz çəkisi 5,758 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,012 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd “Winchester” markalı siqaret qutusundan on altı ədəd sellofan bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 3,256 qram, 4,563 qram, 0,890 qram, 0,863 qram, 0,890 qram, 0,890 qram, 0,877 qram, 0,889 qram, 0,880 qram, 0,446 qram, 0,465 qram, 0,456 qram, 0,438 qram, 0,428 qram, 0,427 qram, 0,052 qram olmaqla, ümumilikdə külli miqdarda cəmi təmiz çəkisi 16,710 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd “Winchester” markalı siqaret qutusundan səkkiz ədəd gümüşü rəngli kağız bükümlərdə hər birində ayrı-ayrılqıda təmiz çəkiləri 0,568 qram, 0,436 qram, 0,482 qram, 0,665 qram, 0,587 qram, 0,562 qram, 0,501 qram, 0,606 qram və bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,433 qram olmaqla, ümumilikdə cəmi təmiz çəkisi 4,840 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər gül alveri ilə məşğul olmuşdur. 2010-cu ildən narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Təxminən 5-6 aya yaxındır ki, narkotik vasitə marixuanadandan və heroindən arada bir istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. 14 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Bakı səhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivi ərazisində olduğu vaxt iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. O, üzərində olan şəxsiyyətini təsdiq edən sənədini polis əməkdaşlarına təqdim etmiş, polislər onun sənədinə baxdıqdan sonra onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə getməyini təklif etmişlər. O da polis bölməsinə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona şübhəli şəxs qismində bölməyə gətirildiyini bildirmiş və ondan üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməyini istəmişdir. O da bir neçə gün əvvəl tanımadığı şəxsdən aldığı 5 qram tiryəki masanın üzərinə qoymuşdur. Bu zaman adını bilmədiyi polis əməkdaşı içərisində başqa narkotik vasitə olan kibrit qutusunu qarşısına qoymuş və tiryəklə yanaşı qutunun içində olan başqa narkotik vasitəni də boynuna götürməyini tələb etmişdir. O, etiraz edəndə polis əməkdaşı evinə gedib daha çox narkotik vasitə çıxaracağını demişdir. O, məcbur olub həmin polis əməkdaşının dediyi ilə razılaşmış və videoçəkiliş aparılarkən ona verilən təlimata uyğun olaraq polislərin verdikləri narkotik vasitəni cibindən çıxarıb masanın üzərinə qoymuş və onların dediyi sözləri demişdir. Polis əməkdaşı həmin bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşmuş, o, bükümlərin içərisində narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin olduğunu deyib, onları Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 100 manata aldığını demək məcburiyyətində qalmışdır. O, heç zaman narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız istifadəsi ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız tiryək aşkar edilmişdir. O, tiryəkin 5 qramını 40 manata almışdır. O, törətdiyi əməlin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5-6 aya yaxındır ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən falqada çəkmə yolu ilə, arada bir isə narkotik vasitə marixuanadan və tiryəkdən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni, psixotrop maddə metamfetamini və marixuananı Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini, tiryəki, marixuananı və psixotrop maddə metamfetamini sonuncu dəfə 14 avqust 2021-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən istifadəsi üçün 100 manata almışdır. Həmin gün təxminən saat 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivi ərazisində olduğu vaxt iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədini istəmişlər, o, üzərində olan şəxsiyyətini təsdiq edən sənədini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onun sənədinə baxdıqdan sonra ona onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə getməsini təklif etmişlər. O, da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 14-cü polis bölməsinə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona şübhəli şəxs qismində bölməyə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına etirazının olubolmamasını soruşmuş, o, da etiraz etməmiş və bundan sonra polis əməkdaşı ona üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin olan üç ədəd “Winchester” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin siqaret qutuları bir-bir polis əməkdaşı tərəfindən açıldıqda, içərisində saxladığı, xırda bağlamalarda narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin olan bükümlər aşkar edilmişdir. Polis əməkdaşı həmin bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşanda o, səmimi olaraq bükümlərin içərisində narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin olduğunu deyərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən istifadəsi üçün ümumilkidə 100 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin olan bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 69-73). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəһəri Sabunçu RPİ-nin 14-cü polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. Vəzifə şəlahiyyətlərinə narkotik və psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 14 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Sabunçu RPİ-nin 14-cü polis bölməsinin sahə inispektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını deyərək, bir qədər onunla söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də üzərində narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də onlar həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də onlarla polis bölməsinə gəlmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından o, bölmənin baş təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmış, sonra mobil telefon vasitəsi ilə videoçəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən sellofan torbanı çıxardaraq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən üç ədəd siqaret qutusu aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin siqaret qutuları açıldıqda birinin içərisindən on ədəd sellofan bükümlərdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə, bir ədəd sellofan bükümdə tünd qara rəngli, spesifik iyə malik maddə, ikinci siqaret qutusunun içərisindən 16 altı ədəd sellofan bükümlərdə ağ rəngli kristallik formada, spesifik iyə malik maddə, üçüncü siqaret qutusunun içərisindən isə səkkiz ədəd gümüşü rəngli kağız bükümlərdə və bir ədəd qəhvəyi rəngli kağız bükümdə qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutularının içərisində saxladığı bükümlərdən aşkar edilən maddələrin narkotik vasitələr və psixotrop maddələr olduğunu deyərək, həmin maddələri Qara Qarayev metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün ümumilkidə 100 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14.08.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:15 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində xidmətdə olan zaman bir nəfər şəxsin polis əməkdaşlarını görən zaman özünü şübhəli aparmağa, həmin yerdən uzaqlaşmağa tələsdiyini gördükdə həmin şəxs polis bölməsinə dəvət edilmiş, onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış, axtarış və götürmə aparılması haqqında 14.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 18:50də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd “Winçester” markalı siqaret qutularını təqdim edib, qutuların içərisində narkotik vasitə olduğunu deyərək, bu narkotik vasitələrini 14 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 100 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Winçester” markalı siqaret qutusunun birinin içində 10 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, digər siqaret qutusunda 16 ədəd sellofan bükümdə toz kristal şəkilli spesifik qoxuya malik ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 1 ədəd sellofan bükümdə olan tünd qara rəngli, spesifik qoxuya malik narkotik vasitə hesab edilən tiryəkə bənzər maddə, digər siqaret qutusunun içərisində 8 ədəd gümüşü rəngli siqaret kağızına və 1 ədəd qəhvəyi rəngli siqaret kağızına bükülü vəziyyətdə qurudulmuş ot kütləsi hesab edilən maddələr müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (cild 1, iş vərəqi 26-28). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15.08.2021-ci il tarixli, 6/3514 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №100” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd üzərində “Winchester” göstəricisi siqaret qutusunda olan: - on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,229 qram, 0,774 qram, 0,404 qram, 0,424 qram, 0,872 qram, 0,437 qram, 0,389 qram, 0,429 qram, 0,410 qram, 0,390 qram, ümumi təmiz çəkisi 5,758 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - on altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,256 qram, 4,563 qram, 0,890 qram, 0,863 qram, 0,890 qram, 0,890 qram, 0,877 qram, 0,889 qram, 0,880 qram, 0,446 qram, 0,465 qram, 0,456 qram, 0,438 qram, 0,428 qram, 0,427 qram, 0,052 qram, ümumi təmiz çəkisi 16,710 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - bir ədəd bükümdə təmiz çəkisi 5,012 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 5,758 qram, tədqiqata sərf edildi - 0,4 qram, qalıq - 5,358 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 16,710 qram, cəmi tədqiqata sərf edildi - 0,48 qram, qalıq - 16,230 qram. Tiryəkin təmiz çəkisi - 5,012 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,962 qram. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 38-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15.08.2021-ci il tarixli, 7/790 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan kağız paketdəki bir ədəd “Winchester” adlı siqaret qutusunun içərisində 08 (səkkiz) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrlılıqda təmiz çəkiləri 0,568 qram, 0,436 qram, 0,482 qram, 0,665 qram, 0,587 qram, 0,562 qram, 0,501 qram, 0,606 qram və 01 (bir) ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,433 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 4,840 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 4,840 qram, tədqiqata istifadə olundu - 0,18 qram, (hər obyektdən 0,02 qram) qalıq - 4,660 qram. Aparılmış tədqiqatın dəyəri 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat təşkil edir (cild 1,iş vərəqi 43-47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24.09.2021-ci il tarixli, 7/933 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş səkkiz ədəd gümüşü kağız və bir ədəd qəhvəyi rəngli kağız bükülülərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi- 4,660 qram, cəmi tədqiqata 0,18 qram istifadə edildi (hər obyektdən 0,02 qram), qalıq - 4,48 qram. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqə 141-143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03.11.2021-ci il tarixli, 4277 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kanabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,iş vərəqə 134-135). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və pisixoloji ekspertizasının 29.10.2021-ci il tarixli, 2537 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli-intellektual imkanlara görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs eqosentrizm, başqalarının hisslərinə qarşı biganəlik, inadkarlıq, hövsələsizlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət iqtidarında olmuşdur (cild 1, iş vərəqi 136-140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videodiskə baxış keçirilməsi barədə 16.08.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən baxış və götürmə aparılması zamanı çəkilmiş DVD diskdə olan video görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videoçəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə Sabunçu RPİnin 14-cü polis bölməsinin əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra Sabunçu RPİ-nin 14-cü polis bölməsinin baş təhqiqatçısı Samir Allahverdiyev, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin daşınmasında şübhəli bilindiyi üçün 14-cü polis bölməsinin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində tutularaq saxlanıldığını və 14cü polis bölməsinə gətirildiyini deyərək, ona hüquq və vəzifələrini izah edir, daha sonra vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs də etiraz etmir və bundan sonra təhqiqatçı Samir Allahverdiyev, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofan torbanı çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi sellofan torbaya təhqiqatçı Samir Allahverdiyev tərəfindən baxış keçirilir və içərisindən üç ədəd “Winchester” markalı siqaret qutusu aşkar edilir. Bundan sonra təhqiqatçı Samir Allahverdiyev tərəfindən həmin siqaret qutuları açıldıqda birinin içərisindən səkkiz ədəd gümüşü, bir ədəd qəhvəyi rəngli kağız büküm, ikinci siqaret qutusunun içərisindən on bir ədəd sellofan büküm, üçüncü siqaret qutusunun içərisindən isə on altı ədəd sellofan büküm və həmin bükümlərin içərisindən maddələr aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutularının içərisindən aşkar olunmuş bükümlərin içərisində olan maddələrin narkotik vasitə heroin, tiryək, psixotrop maddə metamfetamin və marixuana olduğunu deyərək, onları Qara Qarayev metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün ümumilkidə 100 manata aldığını bildirir. Bundan sonra içərisində maddələr olan bükümlər yenidən Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutularının içərisinə qoyulur, sonra həmin siqaret qutuları təhqiqatçı Samir Allahverdiyev tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, orada olan şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır (cild 1, iş vərəqi 74-75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 25.11.2021-ci il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəyə dair məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və sms-i yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:
1. 28-07-2021 -ci il tarixdə, saat 06:32:55-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Qaqas sabahin xeyir Allaha and olsun geca bir dost yigdi berk agrayirdi çekdik onu kulokun divarindan mene 2-3 tustu catani duran kimi cixart veziyyetden meni? Baxış zamanı müəyyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır. ***-***-**-** saylı mobil nömrə ünvan 2 ünvanında qeydiyyatda olan X3 adınadır (cild 1, iş vərəqə 129-132). İşdə olan maddi sübut kimi tanıma haqqında 04.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketin içərisində 2 ədəd üzərində “Winchester” göstəricisi siqaret qutusunda olan on ədəd bükümdə ümumi təmiz çəkisi 5,758 qram olmuş narkotik vasitə heroin, on altı ədəd bükümdə ümumi təmiz çəkisi 16,710 qram olmuş psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 5,012 qram olmuş narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq, heroinin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 5,358 qram qalığı, metamfetaminin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 16,230 qram qalığı və tiryəkin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 4,962 qram qalığı saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 108-110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 06.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketin içərisində səkkiz ədəd gümüşü rəngli və bir ədəd qəhvəyi rəngli kağız bükümdə ümumi təmiz çəkisi 4,840 qram olmuş narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 4,48 qram qalığı saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 144-146). İşdə olan sübutların qiymətləndirilməsi barədə 08.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, həmçinin "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 148-159). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə 08.12.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni heroinin əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* başqa cinayət işi icraata ayrılmışdır (cild 1, iş vərəqi 161-162). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın bir hissəsindən görünür ki, ondan aşkar edilmiş bir ədəd “Winchester” markalı siqaret qutusundan səkkiz ədəd gümüşü rəngli kağız bükümlərdə hər birində ayrı-ayrılqıda təmiz çəkiləri 0,568 qram, 0,436 qram, 0,482 qram, 0,665 qram, 0,587 qram, 0,562 qram, 0,501 qram, 0,606 qram və bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,433 qram olmaqla, ümumilikdə təmiz çəkisi 4,840 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı o, satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu hissədə ittiham irəli sürməklə ibtidai istintaq orqanı səhvə yol vermişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisinin 4,840 qram, yəni şəxsi istehlak miqdarında olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, həmin əməl cinayət məsuliyyəti yaratmır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan ümumilikdə təmiz çəkisi 4,840 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlama və daşıma hissə çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ondan cəmi 5 qram tiryək aşkar edilməsi və yalnız həmin tiryəkin ona məxsus olması, polis işçilərinin təhdidi altında və polislərə məxsus olan narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini də boynuna götürməsi, narkotik vasitələrinin satışı ilə məşğul olmaması, narkotik vasitələrin yalnız istifadəçisi olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfə artıq olmasını, habelə ayrı-ayrı bükümlərə bükülməsi hallarını, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini və yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə məhz ona məxsusdur və onları satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 09.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.05.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.02.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 05.01.2015-ci ildə təyin edilmiş cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 119-121). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl, yəni 21 fevral 2014-cü il tarixdə cəza çəkməkdən azad edildiyi gündən hazırkı cinayəti törətdiyi günə kimi altı ildən çox müddət keçdiyinə görə, məhkəmə onun məhkumluğunu ödənilmiş hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 16, 99-101). Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi həbs olunduğu 14 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,358 qram qram narkotik vasitə heroin, 16,230 qram psixotrop maddə metamfetamin, 4,962 qram narkotik vasitə tiryək və 4,48 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 215,82 (iki yüz on beş manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,358 qram qram narkotik vasitə heroin, 16,230 qram psixotrop maddə metamfetamin, 4,962 qram narkotik vasitə tiryək və 4,48 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD formatlı disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 215,82 (iki yüz on beş manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.