Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-482/2023 13.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1129.511 qram(l kq 129.511 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda yəni 27.584 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış və 13 avqust 2022-ci il tarixdə saat 18:30-da hüquq mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarın cibindən 10 ədəd (5 ədədi şəffaf sellofanda kristal halda, 2 ədəd şəffaf sellofanda qəhvəyi rəngli toz halda, 1 ədəd ağ dəftər vərəqinə bükülmüş içində kristal halda, 2 ədəd biri siqaretin qara kağızma və bir ədədi siqaretin gümüşü kağızına bükülmüş) ayrı-ayrılıqda təmiz çəkiləri 10.557 qr, 1.977 qr, 1.337 qr və 0.722 qr ümumi təmiz çəkisi 14.593 qram qəhvəyi rəngli tozşəkilli maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.309 qr, 0.242 qr, 0.256 qr, 0.199 qr, 26.396 qr, 0.182 qr ümumi çəkisi 27.584 qram ağ rəngli kristallardan ibarət maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evdən üzərində “Gen One" yazısı olan və içərisində heroinin izləri olan plastik qutunun içərisindən l (bir) ədəd bağlamada təmiz çəkisi 1100 qram qəhvəyi rəngli tozşəkilli kütləsi və 7(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.916 qr, 2.171 qr, 3.980 qr, 1.767 qr, 2.006 qr, 1.389 qr. 1.689 qr ümumi təmiz çəkisi 14.918 qram qəhvəyi rəngli maddələr, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, bir müddət olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 13 avqust 2022-ci il tarixdə tarixdə təxminən saat 18 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi dalan 1 ev 7-nin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu şübhəli şəxs qismində bölməyə dəvət etdilər. Orada axtarış aparıldı və axtarış zamanı onun əynindəki şalvarın sağ yan cibindən on büküm narkotikanı, bir ədəd tərəzini və həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus "Redmi" markalı telefonu təqdim edib yaşadığı evdə də narkotik vasitə olmasını polis əməkdaşlarına demişdir. Bundan sonra onun özünün, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə gedildi, yaşadığı gəlib evdən qabın içindən yeddi adǝd büküm aşkar olunaraq götürüldü, həmin bükümün və bağlamanın içində naroktik vasitə və maddə var idi. Həmin narkotik vasitələri onlayn vasitə ilə İran İslam Respublikasının vətəndaşından hər birinin qramını 18 manata əldə edir. Üzərindən və evindən aşkar olunmuş maddi sübutlar qablaşdırıldı və bu barədə protkol tərtib olundu. O, həmin metamfetamini və heroini özü istifadə etmək məqsədilə onlayn tanımadığı, adını bilmədiyi İran vətəndaşından 13 avqust 2022-ci il tarixdə səhər saatlarında almışdır. Ona qarşı fiziki və mənəvi təzyiqlər olmamışdır. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr və maddələr onun özünə məxsusdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, bir müddət narkotik vasitələrdən və maddələrdən istifadə edir. 13 avqust 2022-ci il tarixdə tarixdə təxminən səhər saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi dalan 1 ev 7-nin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmiş, Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parça şalvarının sağ yan cibindən 10 (on) bükümü və bir ədəd tərəzini, və həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus “Redmi” markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan telefon, bundan əlavə yaşadığı evdən bağlama və “Gen One” yazıları olan plastik qabın içindən 7 ədəd büküm aşkar olunaraq götürülmüş, həmin bükümün və bağlamanın içində olanlar naroktik vasitə və maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri onlayn vasitə ilə İran İslam Respublikasının vətəndaşından hər birinin qramını 18 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş maddi sübutlar ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırılmış, zərflərin üzərləri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin narkotik vasitədən istifadə etməyə imkanı olmamışdır. Polis əməkdaşı tərəfindən saxlanılan və polis idarəsində olduğu zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, hazırda Suraxanı RPİ-nin 31-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Bundan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. Həmin tarixdə saat 18:30-da ünvan 1 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək ona Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edildi, sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirildi. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs də əynindəki şalvarının cibindən on ədəd, beş ədədi şəffaf sellofanda kristal halda, iki ədəd şəffaf sellofanda qəhvəyi rəngli toz halda, bir ədəd ağ dəftər vərəqinə bükülmüş içində kristal halda, iki ədəd biri siqaretin qara kağazına və bir ədədi siqaretin gümüşü kağızına bükülmüş, içində toz halda olan qəhvəyi rəngli, bir ədədi metal rəngli kiçik ölçülü tərəzini və sol yan cibindən bir ədəd özünə məxsus qara rəngli “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə sorğu edən zaman o, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə və psixotrop maddə metamfetamin olmasını və həmin büküm onun özünə məxsus olmasını, həmin narkotik maddəni qramını 18 manata İran vətəndaşından onlayn vasitə ilə Binəqədi rayon ərazisindən götürdüyünü, bundan başqa yaşadığı evdə də narkotik vasitə olmasını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə qablaşdırıldı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə onun iştirakı ilə baxış keçirildi və Təqsirləndirilən şəxs evdə olan qara rəngli şkafın birinci siyirməsində üzərinə “Gen One” yazıları olan plastik qabın içindən 7 ədəd şəffaf sellofana bükülmüş içində toz halında qəhvəyi rəngli bükümlər və həmin şkafın ikinci siyirməsində bir ədəd şəffaf sellofana bükülmüş kütlə halda olan qəhvəyi rəngli bağlamanı təqdim etdi. Bükümlərə baxış zamanı içərsində qəhvəyi rəngli toz halında olan heroinə bənzər narkotik vasitə aşkar olundu. Bundan əlavə Təqsirləndirilən şəxs həmin bağlamanın içində narkotik heroin olduğunu, onlayn yolla öz istifadəsi və satmaq üçün İran vətəndaşından aldığını bildirdi. Aşkar olunmuş bağlama və bükümlər qablaşdırıldı, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edildi və protokol iştirakçılar tərəfindən imzalandı. Şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Suraxanı RPİ-nin NMB-in baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki tünd göy rəngli parça şalvarının sağ yan cibindən 10 ədəd (5 ədədi şəffaf sellofanda kristal halda, 2 ədəd şəffaf sellofanda qəhvəyi rəngli toz halda, 1 ədəd ağ dəftər vərəqinə bükülmüş içində kristal halda, 2 ədəd biri siqaretin qara kağızına və bir ədədi siqaretin gümüşü kağızına bükülmüş) içində toz halda olan qəhvəyi rəngli, 1 ədədi metal rəngli kiçik ölçülü tərəzini və sol yan cibindən bir ədəd özünə məxsus qara rəngli Redmi markalı üzərində ***-***-**-** saylı mobili nömrə olan mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 avqust 2022-ci il tarixli mənzilə baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə mənzildəki otaqlara baxış keçirilmiş və baxış zamanı mənzillə daxil olduqda otaqdakı şkafdan Təqsirləndirilən şəxs birinci gözündə olan üzərinə "Gen One" yazıları olan plastik qabın içindən yeddi ədəd şəffaf sellofana bükülmüş içində toz halında qəhvəyi rəngli bükümlər və həmin şkafın ikinci gözlüyündən bir ədəd şəffaf sellofana bükülmüş kütlə halda olan qəhvəyi rəngli bağlamanı təqdim edib bağlamanın içində olan narkotik vasitə sayılan heroin olduğunu, onlayn yolla öz istifadəsi və satmaq üçün X6 vətəndaşından aldığını bildirmişdir. Aşkar olunmuş bağlama və bükümlər qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edilib cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində tünd göy rəngli parça şalvarın sağ yan cibindən 10 ədəd (5 ədədi şəffaf sellofanda kristal halda, 2 ədəd şəffaf sellofanda qəhvəyi rəngli toz halda, 1 ədəd ağ dəftər vərəqinə bükülmüş içində kristal halda, 2 ədəd biri siqaretin qara kağazına və bir ədədi siqaretin gümüşü kağızına bükülmüş) içində toz halda olan qəhvəyi rəngli, 1 ədədi metal rəngli kiçik ölçülü tərəzini və sol yan cibindən bir ədəd özünə məxsus qara rəngli “Redmi” markalı üzərində 070-255- 18-78 saylı mobili nömrə olan mobil telefonu təqdim etməsi, həmin büküm açılaraq içərisində qəhvəyi rəngli və ağ rəngli kristal maddələr olmasının müəyyən edilməsi, ondan təqdim etdiyi 10 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümün içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşından onlayn qramını 18 manat məbləğində pula aldığını və üzərində daşıdığını bildirməsi, həmin büküm qablaşdınlaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik narkotik vasitələr və psixotrop maddələr, "Redmi” markalı içərisində ***-***-**-** nömrə olan mobil telefon və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs evinə baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbli fərdi yaşayış evinin həyətinə daxil olduqda sağ tərəfdə yerləşən bir otaqdan ibarət otaq vardır. Otağın qapısı ağ plastik qapıdır.Otağa daxil olduqda yer betondur, otaqda həmçinin təmir alətləri, dəzgahlar və təmir üçün istifadə olunan avadanlıqlar və sağ tərəfdə qara rəngli şkaf vardır. Vətəndaş Təqsirləndirilən şəxs həmin qara rəngli şkafın birinci gözündə olan üzərinə u‘Gen One” yazıları olan plastik qabın içindən 7 ədəd şəffaf sellofana bükülmüş içində toz halında qəhvəyi rəngli bükümlər və həmin şkafın ikinci gözlüyündən bir ədəd şəffaf sellofana bükülmüş kütlə halda olan qəhvəyi rəngli bağlamanı təqdim etdi. Bükümlərə baxış zamanı içərsində qəhvəyi rəngli toz halında olan heroinə bənzər narkotik vasitə aşkar olundu.Bundan əlavə Təqsirləndirilən şəxs həmin bağlamanın içində olan narkotik vasitə sayılan heroin olduğunu, onlayn yolla öz istifadəsi və satmaq üçün X6 vətəndaşından aldığını bildirdi. Aşkar olunmuş bağlama və bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2022-ci il tarixli 6/4336 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 10,557 qr, 1,977 qr, 1,337 qr və 0,722 qr ümumi təmiz çəkisi 14,593 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,309 qr, 0,242 qr, 0,256 qr, 0,199 qr, 26,396 qr, 0,182 qr ümumi təmiz çəkisi 27,584 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs evindən aşkar edilmiş” yazısı və imzalar olan 1 (bir) ədəd bağlamada və 3 (üç) ədəd zərfdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1100 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,916 qr, 2.171 qr, 3,980 qr, 1,767 qr, 2,006 qr, 1,389 qr. 1, 689 qr ümumi çəkisi 14,918 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarci əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin ümumi təmiz çəkisi 1114,918 qramdır. 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri, üzərində “Gen One" yazısı olan plastik qutunun içərisində isə heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdə olan heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz 1129,511 qram (1 kq 129,51 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2295 saylı 27 avqust 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli 8058 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Sail Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki tünd göy rəngli parça şalvarının sağ yan cibindən 10 ədəd (5 ədədi şəffaf sellofanda kristal halda, 2 ədəd şəffaf sellofanda qəhvəyi rəngli toz halda, 1 ədəd ağ dəftər vərəqinə bükülmüş içində kristal halda, 2 ədəd biri siqaretin qara kağızına və bir ədədi siqaretin gümüşü kağızına bükülmüş) içində toz halda olan qəhvəyi rəngli, 1 ədədi metal rəngli kiçik ölçülü tərəzini və sol yan cibindən, bir ədəd özünə məxsus qara rəngli Redmi markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı evinə baxış və götürmə aparılması çəkilmiş videogörüntünü özündə əks etdirən iki ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zaman aşkar edilərək götürülmüş ümumi çəkisi -14,593 qram narkotik vasitə heroin, təmiz çəkisi 27,584 qram olan psixotrop maddə metamfetamin, 1100 qram və 14, 918 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,433 qram narkotik vasitə heroin, qalıq çəkisi 27,344 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1099,8 qram və 14, 638 qram olan heroin maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ziddiyyətli ifadələr verməsinin səbəbini onun ifadə verməkdə sərbəst olması hüqundan istifadənin nəticəsi kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz ) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 180 ( yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən hüquqi yardımdan azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş ümumi çəkisi -14,593 qram narkotik vasitə heroin, təmiz çəkisi 27,584 qram olan psixotrop maddə metamfetamin, 1100 qram və 14, 918 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,433 qram narkotik vasitə heroin, qalıq çəkisi 27,344 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1099,8 qram və 14, 638 qram olan heroin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi, himayəsində azyaşlı uşağının olması, əvvəllər məhkum olmaması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ittiham olunduğu əməlin törədilməsi barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsinin, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləhdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Yusif oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 13 avqust 2022-ci ildə şübhəli şəxs qismində tutulub, 15 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 4874 saylı 01 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Yusif oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlnin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 ( doqquz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 avqust 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 ( yüz on dörd ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 180 ( yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumi çəkisi 14,593 qram narkotik vasitə heroin, təmiz çəkisi 27,584 qram olan psixotrop maddə metamfetamin, 1100 qram və 14, 918 qram narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,433 qram narkotik vasitə heroin, qalıq çəkisi 27,344 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1099,8 qram və 14,638 qram olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin, axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-482/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-482/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver