Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-482/2024 09.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 mart 2023-cü il tarixdə səhər saatlarında aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında sonuncudan külli miqdarda 13,602 qram çəkidə psixotrop maddə metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 11 mart 2023-cü il tarixdə saat 18:45-də Bakı şəhəri Binəqədi RPİ- nin 43-cü PB-nin əmədaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4da yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 13,602 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanının qarşısında olarkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirmiş, sonra da onu rəisin otağına aparmışlar. Rəis ona demişdir ki, “sən həbsxanaya getməlisən”, o isə bunun səbəbini soruşduqda, ona səbəbini deməyə borclu olmadığını bildirmişdir. Daha sonra onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edəcəklərini bildirmişlər. Razılaşmayacağı halda isə ailəsini və onu külli miqdarda narkotik vasitə ilə ittiham edəcəklərini demişlər. Ona qarşı olan qanunsuzluqların səbəbini soruşduqda, onlar, bu ərəfələrdə dindarların tutulduğunu və onun da həmin səbəbə görə saxlanıldığını demişlər. Bundan sonra onun sağ cibinə 10 qram maddə qoyub şəxsi axtarışda təqdim etməyini deyərək həmin maddənin metafetamin olduğunu bildirmişlər. Polislər ona şəxsi axtarış zamanı məscidin yaxınlığında psixotrop maddə aldığını deməyini bildirsələr də, o, məscidin yaxınlığında aldığını deməyəcəyini bildirmişdir. Ancaq qorxduğundan şəxsi axtarış zamanı polis əməkdaşlarının dedikləri kimi danışaraq 10 qram metafetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin maddə ona məxsus deyil, polis əməkdaşları onu təhdid etdiklərindən məcbur olub sənədlərə imza etmişdir. Polislər onun həbs edilməyinin əsas səbəbi kimi sosial şəbəkələrdə dini paylaşımlar etməyini göstərmişlər. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Himayəsində 1 azyaşlı uşağı vardır. Onu polis bölməsinə aparan şəxslər şəxsi axtarışda iştirak etməmişlər. Şəxsi axtarışda müdafiəçi iştirak etməmişdir. Müstəntiqə ifadə verməmiş, sonuncu ondan yalnız sənədlərə imza etməyini tələb etmişdir. Müstəntiq ona təqdim etdiyi sənədlərin onun hüquq və vəzifələrindən ibarət çıxarış olduğunu bildirmiş, o da həmin sənədlərə oxumadan imza etmişdir. Qətimkan tədbiri ilə bağlı məhkəmə iclası zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. "xxxx" MMC-də fəhlə işləmişdir. Dini ibadətlə məşğul olsa da, heç bir dini vəzifəsi olmamışdır. Polis əməkdaşları ailəsini də həbs edəcəklərini dediklərindən, qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2-3 aydır ki, müxtəlif narkotik vasitələr və psixotrop maddələr istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən qəbirsanlığın yaxınlığında əvvələr tanımadığı şəxsədən 10 manat pul qarşılığında psixotrop maddə metafetamin almışdır. Həmin psixotrop maddənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmişdir. Həmin tarixdə saat 18:45 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında olan zaman əvvələr tanımadığı mülki geyimdə olan iki şəxs ona yaxınlşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Sonra həmin şəxslər onu 43-cü PB-nin inzibati binasına gətirmişlər. Bu zaman o, polislərdən nə səbəbə saxlanıldığını soruşduqda, onlar, ona izah etmişlər ki, onun narkotik vasitələrin istifadəsində və üzərində saxlamağı barədə onlarda məlumat var. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqları izah edildikdən sonra o, xahiş etmişdir ki, ona dövlət hesabına müdafiəçi təqdim edilsin. Ona müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra polis bölməsində otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Masanın üzərinə qoyduğu sellofan büküm polis əməkdaşları tərəfindən açılmış və orada olan şəxslərə göstərilmiş və daha sonra qablaşdırılaraq şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 58-60). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. 2023-cü ilin mart ayında axşam saatlarında ünvan 3 ünvanının qarşısında olan zaman xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs həmin yerə gəlmişdir. Bir qədər həmin şəxsi müşahidə etdikdən sonra əlverişli şərait yaranmış və dərhal ona yaxınlaşıb Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etmədikdən sonra onu Binəqədi RPİ-nin 43-cü PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilərək vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmişdir. Sonra da Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə patı olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2 nəfər axşam saatlarında saxlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyi barədə verdiyi izahatı xatırlamır. Ola bilsin ki, əməliyyat tədbirinə Şahid2 rəhbərlik etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı kimin tərtib etdiyini xatırlamır. Əməliyyat məlumatı xidmət etdikləri polis bölməsinə daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs “Binəqədi Sentralniy” adlanan ərazinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək üçün əməliyyat tədbirinin keçirildiyini xatırlamır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən nə qədər müddət sonra üzərinə baxış keçirildiyini xatırlamır. Təqsirləndirilən şəxs psixotrop maddədən başqa üzərində hər hansı əşyanın olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs “Binəqədi Sentralniy” adlanan ərazidən yaşadığı evə tərəf gəldikdə saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlayarkən üzərində mobil telefon olub-olmadığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları ünvanla onun yaşadığı evin arasında təxminən 1 kilometr məsafə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 7 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid1 Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 18:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar edildiyini, ona psixoloji və fiziki təzyiqlərin olmadığını göstərmişdir (cild 1, iş vərəqə 123-126). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 7 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid2 Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 18:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar edildiyini, ona psixoloji və fiziki təzyiqlərin olmadığını göstərmişdir (cild 1, iş vərəqə 127-130). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə patı olduğunu, həmin bükümü 11 mart 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarında olan “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 3 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 11 mart 2023-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Samir Hacıyevin xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçı Samir Hacıyevin qarşısında masanın arxasında sol tərəfində oturmuş şəxs Təqsirləndirilən şəxs, onun yanında əyləşmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, onun qarşısında əyləşmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2dur. Videoçəkilişin davamında təhqiqatçı Samir Hacıyev tərəfindən X2 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə patı olduğunu, həmin bükümü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Sonra büküm zərfə qoyularaq qablaşdırılır (cild 1, iş vərəqə 82). Cinayət işinin materiallarında olan 1 noyabr 2023-cü il tarixli "xxxx" MMC-dən və 1 noyabr 2023-cü il tarixli "xxxx" MMC-dən məhkəməyə göndərilmiş CD disklərdən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları X3 və Şahid2 istifadəsində olmuş mobil nömrələrin anten əhatə dairələri Təqsirləndirilən şəxs tutulduğu 11 mart 2023-cü il tarixdə saat 18:45 radələrində müəyyən edilməmişdir (cild 2). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən polis əməkdaşları X8 və Şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs tutduqları zaman üzərlərində mobil telefonlarının olub-olmamasını xatırlamırlar. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətində qeyd etdiyi şahid qismində dindirilmiş polis əməkdaşları X3 və Şahid2 11 mart 2023-cü il tarixdə saat 18:45 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı ünvan 3 ünvanının ərazisində olmamaları ilə bağlı xüsusatlar həmin məlumatlarla təsdiq olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2023-cü il tarixli 6/1521 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 243” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, 3 imza, Samir Hacıyev-imza....” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 13,602 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 13,602 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 13,502 qram, cild 1, iş vərəqə 39-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 25 aprel 2023-cü il tarixli 2410 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 101-102). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Məhkəmə ilk öncə, iş materialları ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq ibtidai istintaq dövründə narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddəni əldə etməsi, qeyd edilən maddənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddə ilə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddə olan metafetamini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin üzərindən 1 ədəd sellofanda külli miqdarda psixotrop maddə olan metafetamini aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasını, eləcə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 1 ədəd selofana bükülmüş külli miqdarda təmiz çəkisi 13,602 qram olan külli miqdarda psixotrop maddə metafetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitə məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metafetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin birbirini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 7 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 13,502 qram olan psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 131-141). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 85). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallandan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 149). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 74-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 13,502 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 13,502 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-482/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-482/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver