Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-482/2025 31.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta ixtisas təhsilli, ailəli və himayəsində iki azyaşlı uşaq olan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pospekti, ev 40-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli və himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Fatmayı kəndində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə “X12” Qapalı Səhmdar Cəmiyyətində gözətçi vəzifəsində işlədiyi müddət ərzində həmin cəmiyyətdə onunla eyni vəzifədə işləyən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək cəmiyyətin balansında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 4-cü Mədən küçəsində yerləşən texnika parkından 23 iyul 2022-ci il tarixdə, saat 18 radələrində 1.000 manat dəyərində “Omax” markalı 2-ci kateqoriya 1 ədəd moyka aparatını, eyni ünvandan 01 avqust 2022-ci il tarixdə, saat 01 radələrində 1 ədədinin qiyməti 250 manat olan 2 ədəd 500 manat dəyərində “NH T3.75” markalı 1-ci kateqoriya 12 v 100 Ah adlı akkumlyatoru və 1 ədəd 300 manat dəyərində “NH L215” markalı 1-ci kateqoriya 12 v 140 Ah adlı akkumlyatoru, 1 ədəd 150 manat dəyərində dairəvi formada traktorun daşınması üçün nəzərdə tutulan dəmir təkəri, 1 ədəd 250 manat dəyərində “Lovol 504” markalı 12 v 100 Ah adlı 1-ci kateqoriya akkumulyatoru, eyni ünvandan 27 avqust 2022-ci il tarixdə, saat 01 radələrində 1 ədədinin qiyməti 14.000 manat olan 2 ədəd 28.000 manat dəyərində “CAT D8” markalı 2-ci kateqoriya aparıcı tırtılı və 1 ədədinin qiyməti 23000 manat olan 2 ədəd 46.000 manat dəyərində “Shantui 32” markalı tırtılı, eyni ünvandan 28 avqust 2022-ci il tarixdə, saat 22 radələrində 1.500 manat dəyərində 1 ədəd CAT D7 markalı 1-ci kateqoriya hidravlik nasosu, 1 ədədinin qiyməti 360 manat olan 2 ədəd 720 manat dəyərində “CAT D7” markalı 1-ci kateqoriya 12 v 190 Ah adlı akkumlyatoru, 1 ədəd 13.000 manat dəyərində “CAT D7” markalı 1-ci kateqoriya hidravlik motoru, eyni ünvandan 04 sentyabr 2022-ci il tarixdə, saat 00:01-dən 03:13-dək olan müddət ərzində 1 ədəd 1.800 manat dəyərində İveco Astra markalı 2-ci kateqoriya cihazlar lövhəsini, 1 ədəd 2.000 manat dəyərində “Doosan 180” markalı 2-ci kateqoriya qısa kardanı, 1 ədəd 3.000 manat dəyərində “NH B110B” markalı 2-ci kateqoriya ön çuloku, 1 ədəd 2.500 manat dəyərində “NH B110B” markalı 2-ci kateqoriya qabaq çarx topu (stupisa), 1 ədəd 3.700 manat dəyərində Draqline markalı 2-ci kateqoriya işəsalma mühərrikini (puskaj), 1 ədədinin qiyməti 9.500 manat olan 3 ədəd 28.500 dəyərində 1-ci kateqoriya hidravlik silindiri, 1 ədəd 10.000 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya slindirlər blokunu, 1 ədəd 8.000 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya dirsəyli valı, 1 ədəd 850 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya porşeni, 1 ədədinin qiyməti 35 manat olan 12 ədəd 420 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya friktsion diski, 1 ədədinin qiyməti 45 manat olan 11 ədəd 495 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya dişi, 1 ədədinin qiyməti 175 manat olan 8 ədəd 1.400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya yayı, 1 ədədinin qiyməti 230 manat olan 8 ədəd 1.840 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya yayı, 1 ədəd 55 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya kipləşdirici üzüyü, 1 ədədinin qiyməti 50 manat olan 8 ədəd 400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya rukavı, 1 ədəd 200 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya süzgəc korpusu, 1 ədədinin qiyməti 2 manat olan 8 ədəd 16 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya boltu, 1 ədədinin qiyməti 0,50 manat olan 4 ədəd 2 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya şaybanı, 1 ədəd 400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya plitanı, 1 ədəd 1.400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya barabanı, 1 ədəd 750 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya çöl barabanını, 1 ədədinin qiyməti 350 manat olan 2 ədəd 700 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya kapotu (örtüyü), 1 ədəd 280 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya qutu gövdəsini, 1 ədəd 3.600 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya pinionu, 1 ədəd 2.500 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya dişli çarxı, 1 ədəd 350 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya işə salma açarını, 1 ədədinin qiyməti 1.200 manat olan 2 ədəd 2400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya təmizləyici lapatkanı, 1 ədəd 3.500 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya bağlayıcı bloku, 1 ədəd 6.000 manat dəyərində “CAT D6” markalı 1-ci kateqoriya radiatoru, 1 ədəd 1.200 manat dəyərində “NH TD5.110” markalı 2-ci kateqoriya radiatoru, 1 ədəd 1.500 manat dəyərində kompaktoru, 1 ədəd 26.700 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya sürətlər qutusunu və 1 ədədinin qiyməti 600 manat olan 6 ədəd 3.600 manat dəyərində roliki gizli olaraq talamaqla, zərərçəkmiş hüquqi şəxs “X12” Qapalı Səhmdar Cəmiyyətinə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 211.478 (iki yüz on bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində külli maddi ziyan vuraraq Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə “X12” Qapalı Səhmdar Cəmiyyətində gözətçi vəzifəsində işlədiyi müddət ərzində həmin cəmiyyətdə onunla eyni vəzifədə işləyən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək cəmiyyətin balansında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 4-cü Mədən küçəsində yerləşən texnika parkından 23 iyul 2022-ci il tarixdə, saat 18 radələrində 1.000 manat dəyərində “Omax” markalı 2-ci kateqoriya 1 ədəd moyka aparatını, eyni ünvandan 01 avqust 2022-ci il tarixdə, saat 01 radələrində 1 ədədinin qiyməti 250 manat olan 2 ədəd 500 manat dəyərində “NH T3.75” markalı 1-ci kateqoriya 12 v 100 Ah adlı akkumlyatoru və 1 ədəd 300 manat dəyərində “NH L215” markalı 1-ci kateqoriya 12 v 140 Ah adlı akkumlyatoru, 1 ədəd 150 manat dəyərində dairəvi formada traktorun daşınması üçün nəzərdə tutulan dəmir təkəri, 1 ədəd 250 manat dəyərində “Lovol 504” markalı 12 v 100 Ah adlı 1-ci kateqoriya akkumulyatoru, eyni ünvandan 27 avqust 2022-ci il tarixdə, saat 01 radələrində 1 ədədinin qiyməti 14.000 manat olan 2 ədəd 28.000 manat dəyərində “CAT D8” markalı 2-ci kateqoriya aparıcı tırtılı və 1 ədədinin qiyməti 23000 manat olan 2 ədəd 46.000 manat dəyərində “Shantui 32” markalı tırtılı, eyni ünvandan 28 avqust 2022-ci il tarixdə, saat 22 radələrində 1.500 manat dəyərində 1 ədəd CAT D7 markalı 1-ci kateqoriya hidravlik nasosu, 1 ədədinin qiyməti 360 manat olan 2 ədəd 720 manat dəyərində “CAT D7” markalı 1-ci kateqoriya 12 v 190 Ah adlı akkumlyatoru, 1 ədəd 13.000 manat dəyərində “CAT D7” markalı 1-ci kateqoriya hidravlik motoru, eyni ünvandan 04 sentyabr 2022-ci il tarixdə, saat 00:01-dən 03:13-dək olan müddət ərzində 1 ədəd 1.800 manat dəyərində İveco Astra markalı 2-ci kateqoriya cihazlar lövhəsini, 1 ədəd 2.000 manat dəyərində “Doosan 180” markalı 2-ci kateqoriya qısa kardanı, 1 ədəd 3.000 manat dəyərində “NH B110B” markalı 2-ci kateqoriya ön çuloku, 1 ədəd 2.500 manat dəyərində “NH B110B” markalı 2-ci kateqoriya qabaq çarx topu (stupisa), 1 ədəd 3.700 manat dəyərində Draqline markalı 2-ci kateqoriya işəsalma mühərrikini (puskaj), 1 ədədinin qiyməti 9.500 manat olan 3 ədəd 28.500 dəyərində 1-ci kateqoriya hidravlik silindiri, 1 ədəd 10.000 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya slindirlər blokunu, 1 ədəd 8.000 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya dirsəyli valı, 1 ədəd 850 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya porşeni, 1 ədədinin qiyməti 35 manat olan 12 ədəd 420 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya friktsion diski, 1 ədədinin qiyməti 45 manat olan 11 ədəd 495 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya dişi, 1 ədədinin qiyməti 175 manat olan 8 ədəd 1.400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya yayı, 1 ədədinin qiyməti 230 manat olan 8 ədəd 1.840 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya yayı, 1 ədəd 55 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya kipləşdirici üzüyü, 1 ədədinin qiyməti 50 manat olan 8 ədəd 400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya rukavı, 1 ədəd 200 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya süzgəc korpusu, 1 ədədinin qiyməti 2 manat olan 8 ədəd 16 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya boltu, 1 ədədinin qiyməti 0,50 manat olan 4 ədəd 2 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya şaybanı, 1 ədəd 400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya plitanı, 1 ədəd 1.400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya barabanı, 1 ədəd 750 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya çöl barabanını, 1 ədədinin qiyməti 350 manat olan 2 ədəd 700 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya kapotu (örtüyü), 1 ədəd 280 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya qutu gövdəsini, 1 ədəd 3.600 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya pinionu, 1 ədəd 2.500 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya dişli çarxı, 1 ədəd 350 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya işə salma açarını, 1 ədədinin qiyməti 1.200 manat olan 2 ədəd 2400 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya təmizləyici lapatkanı, 1 ədəd 3.500 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya bağlayıcı bloku, 1 ədəd 6.000 manat dəyərində “CAT D6” markalı 1-ci kateqoriya radiatoru, 1 ədəd 1.200 manat dəyərində “NH TD5.110” markalı 2-ci kateqoriya radiatoru, 1 ədəd 1.500 manat dəyərində kompaktoru, 1 ədəd 26.700 manat dəyərində “Shantui 32” markalı 2-ci kateqoriya sürətlər qutusunu və 1 ədədinin qiyməti 600 manat olan 6 ədəd 3.600 manat dəyərində roliki gizli olaraq talamaqla, zərərçəkmiş hüquqi şəxs “X12” Qapalı Səhmdar Cəmiyyətinə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 211.478 (iki yüz on bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində külli maddi ziyan vuraraq Təqsirləndirilən şəxs1ə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2022-ci ilin fevral ayında “ X12” Qapalı Səhmdar Cəmiyyətində gözətçi vəzifəsinə işə daxil olmuş və orada 7 ay işləmişdir. O, işlədiyi müddətdə ilk 3 ay ərzində Təqsirləndirilən şəxs2 ilə birgə növbədə olmuşlar. 3 ay sonra onun növbəsi dəyişmişlər və o, A.Abbasov adlı şəxslə eyni növbədə olmuşdur. A.Abbasov adlı şəxs “X12” Qapalı Səhmdar Cəmiyyətində növbə rəisi olmuşdur. A.Abbasov onlara şirkətin xidmət rəisi olan R.Abutalıbov ilə əlaqəsinin olduğunu bildirmişdir və sonuncu onlara şirkətdə artıq qalan tullantıları xidmət rəisi R.Abutalıbovun icazəsi ilə yığmağı və satıb qalan məvacibi öz aralarında bölüşməyi təklif etmişdir. O, birinci dəfə maaşının ona kifayət etdiyini bildirərək təklifi rədd etmişdir. A.Abbasov onu arxayın salaraq özünün də onun kimi 2 uşağının olduğunu və artıq qalan tullantı dəmirləri xidmət rəisi N.Abutalıbovun razılığı ilə satacaqlarını bildirmişdir. O, bu təkliflə razılaşmışdır. A.Abbasov adlı şəxs ona şirkətə avtomobilin gələcəyini xəbər verərərək ona həmin avtomobilləri içəri buraxmağını tapşırmışdır. O, video görüntülərdə olduğu kimi mühafizəçi formasında avtomobilə həmin dəmir tullantıları yerləşdirməkdə kömək etmişdir. O, sertifkatlaşdırılmış illərin mühafizəçisidir. Şirkətdə kameranın olmadığı yerləri dəqiq bilir. Onun bu əməli kamera qarşısında etməyi əməlin oğurluq olduğunu bilməməyini sübut edir. O, daha sonra “X12” QSC-də başqa malların əksik olduğuna şahid olmuşdur. Lakin onun avtomobilə yerləşdirmək üçün kömək etdiyi mallar, həqiqətən də, tullantı dəmirlər olmuşdur. “X12” QSC-də işləyən əməkdaş kameraları açmış və onları polis bölməsinə göndərmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, o, “X12” QSC-də gözətçi işləmişdir. O, ümumi olaraq əraziyə daxil olan avtomobillərin giriş-çıxışını, sənədlərin imzalanması kimi məsələləri həyata keçirilməsinə nəzarət etmişdir. O, növbə ilə müxtəlif postlarda avtomobillərin giriş-çıxışına nəzarət etmişdir. O, sənədlərin imzalanmasına 2-ci postda nəzarət etmişdir. Onlar şirkətdəki postda 2-3 nəfər işçi olmuşlar. Onlar posta avtomobillərin girişinə sənəd ilə icazə vermişlər. Lakin bəzən “X12” QSC-də xidmət rəisi olan R.Abutalıbovun göstərişi ilə avtomobilin sənədsiz girişinə icazə vermişlər. R.Abutalıbov işdən çıxdıqdan sonra növbə rəisi A.Abbasovun göstərişi ilə hərəkət etmişlər. Onlar A.Abbasovun göstərişi ilə də posta avtomobilləri sənədsiz buraxmışlar. Yük gətirən avtomobillər gecə saatlarında gəlmişlər və onlar həmin avtomobillərin nə gətirdiklərini soruşaraq dəftərə qeyd etmişlər. “X12” QSC-də N.Abutalıbovun və növbə rəisi olan A.Abbasovun göstərişi ilə sənədsiz daxil olmasına icazə verdikləri avtomobillərin girişinin qeydiyyatını aparmamışlar. Çünki vəzifəcə onlardan üstün olan şəxslərin göstərişini həyata keçirmişlər. O, R.Abtalubovun və A.Abbasovun hansı səbəbdən avtomobilləri sənədsiz girişinə icazə verdiklərini bilmir. O, “X12” QSC-də yeni işə başladığı üçün avtomobillərin sənədsiz giriş-çıxışı məsələsini verilmiş göstərişə əsasən həyata keçirmişdir. O, “X12” QSC-də 2022-ci il fevral ayında işə başlamışdır. Ona ittiham aktında qeyd olunan tarixlərdə avtomobillərin sənədsiz daxil olması göstərişini növbə rəisi A.Abbasov vermişdir. O, sənədsiz girişinə icazə verilən avtomobillərə yüklənən malların adını və miqdarını bilmir. O, sənədsiz girişinə icazə verilən avtomobillərə malların yüklənməsinə kömək etmiş, lakin həmin mallar dəmir tullantıları olmuşdur. O, təxminən 2-3 dəfə malların avtomobilə yüklənməsinə kömək etmişdir. O, avtomobilə yükləməyə kömək etdiyi tullantı malların qarşılığında 10 manat, 15 manat və 35 manat gəlir əldə etmişdir. O, A.Abbasov adlı şəxsin verdiyi göstərişləri yerinə yetirərkən Təqsirləndirilən şəxs2 yanında olduğunu xatırlamır. Onların günorta saatlarında işləri çox olduğundan artıq tullantıları adətən gecə saatlarında avtomobilə yerləşdirmişlər. O, avtomobillərə tullantı dəmir parçaları, borular və avtoyuyucu aparat yükləməyə kömək etmişdir. O, avtomobillərə yüklədiyi mallar barədə rəhbərliyə məruzə etməmişdir. Bu göstərişləri ona növbə rəisi A.Abbasov vermişdir. A.Abbasov özü ona növbə rəisi olduğunu demişdir. O, A.Abbasovun növbə rəisi olduğuna dair sənəd görməmişdir. R.Abutalıbovun göstərişi ilə A.Abbasov onların postda növbə rəisi təyin olunmuşdur. O, A.Abbasovun “X12” QSC-də uzun müddət işlədiyindən sonuncunun göstərişlərini icra etmişdir. O, avtomobilə yükləməyə kömək etdiyi tullantı malların qarşılığında 10 manat, 15 manat və 35 manat gəlir əldə etmişdir. Ona qeyd etdiyi məbləğdə pulları A.Abbasov vermişdir. Müstəntiqə əraziyə gedəndə hansı yerdən nəyin götürüldüyünü göstərmişdir. Bütün götürdüyü yerin kamerası olmuşdur. Onun iştirak etdiyi bütün hərəktlərində Nüsrət onun yanında olmamış, Alim olmuşdur. Ola bilər Nüsrət yanında olsun, amma onun yadında deyil. Onun bütün hərəkətləri həm gündüz, həm də axşam vaxtı olub. Yuyucu aparatın aparılması olan görüntüdəki şəxslərdən biri odur. Həmin yuyucu aparat köhnə tullantıların içərisində olmuşdur. Alim onlara rəisin xəbəri olduğunu və aparatın artıq metal olduğunu demişdir. Alim həmin aparatı satıb özlərinə 2-3 manat pul edə bilərik demişdir. Alim onların növbə rəisləri olaraq onlara yuyucu aparatın satmaqlarına icazə vermişdir. Həmin yerdə dəmir barmaqlığın arxasında tullantılar olurdu. Həmin yuyucu aparat da orda olduğu üçün tullantı olduğunu bilirdilər. Onların tullantı satmaq kimi icazələri yox idi, sadəcə Alim onlara tullantıları satmağa icazə vermişdir. Nurlan müəllim Alimi onların üzərilərində növbə rəisi təyin etmişdir. Xidmət apardıqları ərazidə olan bütün nəzarət kameralarının yerini bilmiş, gizli olan nəzarət kamerası olmamışdır. Videolardan da görünür ki, o, orada moyka aparatında və təkər diskinin götürülməsində köməklik etmişdir. Digər videolarda hətta zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onun digər hadisələrdə olmadığını, iştirak etmədiyini bildirmişdir. Tırtılların oğurlanmasında iştirak etməmişdir. 1 ədəd işlənmiş moyka aparatına görə insana 5 ildən 10 ilə qədər cəza verilməz. xx.xx.2022-ci il tarixdəki görüntüdəki şəxs odur. Qrup şəklində oğurluq hadisəsi ilə bağlı demək istəyir ki, o, iş yerində olmuşdur. Onların məqsədi sadəcə axtarışda olan iş yoldaşı Alimin köhnə, lazım olmayan materiallarını satıb 5-10 manat qazanc əldə etmək idi. Yeni olan əşyaların saxlanıldığı, yəni anbar deyilən yerdə nəsə çıxartsaydılar onda götürüb oğurluq etmiş olardılar. Onlar tullantı olan yerdən, torpaq olan yerdən köhnə işlənmiş materiallar götürmüşlər. O, 1 ədəd moyka aparatına və təkərin diskinə görə 11 ay cəza çəkmişdir. Həmin müddətdə ailəsindən, uşaqlarından olmuşdur. Etdiyi əmələ görə cəzanı çəkmişdir. Xəstə, əlil anası var, sonuncunun ondan başqa heç kimi yoxdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, “X12” QC-də mühafizə xidmətində işləmişdir. O, 2-ci postda, Alim birinci postda, Fikrət isə 2-ci postda gözətçilik etmişdir. A.Abbasovla Təqsirləndirilən şəxs1 arasında texnika parkında olan tullantı dəmirlərini götürülməsi barədə danışıqları olmuşdur. Bu barədə görüntülər var və həmin görüntülər ibtidai istintaq zamanı onlara da göstərilmişdir. Görüntülərdən A.Abbasovun gəlib Təqsirləndirilən şəxs1la söhbət etməsi və həmin söhbətdən 10-15 dəqiqə sonra qırmızı VAZ 2106 markalı avtomobilin parka daxil olması görünür. A.Abbasov tanışı ilə birlikdə texnika parkından hansısa əşyalar götürüb həmin avtomobilə yükləmiş və sonra çıxıb getmişlər. Həmin vaxt o, avtomobilə yaxınlaşmamış və avtomobilə hər hansı bir əşya yükləməmişdir. Eləcə də, A.Abbasov və Şahid5 avtomobilə hansı əşyalar yüklədiyini görməmişdir. O, əraziyə heç kimi ərazidən nəsə götürmək üçün daxil etməmiş və heç kimdən pul almamışdır. Hamısını A.Abbasov idarə etmişdir. Ərazidə 1 ədəd disk var idi, onu da A.Abbasovun Şahid5 adında tanışı qazel markalı yük avtomobilinə yükləyib aparmışdır. Onun iş üzrə sübutları var, müstəntiq onların sübutla bağlı ifadələrinə baxmamışdır. Elədiyi cinayətə görə məsuliyyət daşımağıma hazırdır. Cinayət işi materiallarında elə ifadələr var ki, A.Abbasovun etdiklərini guya o, etmiş, amma görüntülərdə də görünür ki, hər şeyi A.Abbasov özü edib. Müstəntiqə bu barədə deyəndə, müstəntiq ona, zərərçəkmiş şəxsə və onların vəkillərinə belə tapşırıq verilməsini bildirmişdi. Görüntüdə hər şey göstərilir. Görüntüdə də görünür ki, o, ordan disk götürür. Maddi vəziyyəti yaxşı deyil, kirayədə qalır, uşağı ilə bağlı dərmanlara pul çatdırmaq üçün o, 2-3 yerdə işləmişdir. Növbədə əlavə qazanca görə 36 saat işləmişdir. Bir gün A.Abbasovla eyni növbəyə düşür, bir gün isə başqası ilə eyni növbəyə düşürdü. Onun hər dəfə A.Abbasovla eyni növbəyə düşməməyini nəzərə alınmasını xahiş edir. O, disk götürmüş, görüntüyə də düşüb, lakin 10 ədəd akkumulyatorun avtomobilə yüklədiyini yazmışlar, amma belə hal olmayıb, görüntüdə də onun disk götürməyi görünür. İstintaq zamanı şahidlər təzyiqlər altında olduqları üçün onun da adını hallandırmışlar, amma ilkin istintaq zamanı kamera çəkilişi zamanı şahidlər onu tanımadıqlarını bildirmişlər. O, bir dəfə fəhlə olmadığı üçün A.Abbasovun göstərişi ilə köməyə getmiş və həmin kömək etdiyi məsələ ilə bağlı məhkəmədə və istintaqda sözlərini demişdir. Görüntüdə qırmızı rəngli VAZ 2106 markalı avtomobilə A.Abbasovun nasosu, yağ nasosunu və başqa detalları yükləməsi əks olunur, amma həmin detalların onun iştirakı ilə yüklənməsi yazılmışdır. Bu barədə müstəntiqə də demişdir. Həmin vaxt o, orda olmamış, amma ittiham aktında Təqsirləndirilən şəxs2 qırmızı rəngli avtomobili qarşılaması və müəyyən əşyaları götürüb avtomobilə yükləməsi və həmin avtomobillə qarajdan çıxması qeyd olunmuşdur. Bəzi epizodlarda olmuş, amma bəzilərində isə olmamışdır. Disklə olan epizodda diski o, götürmüş, karobkanın yüklənməsinə köməklik etmiş, silindirləri də götürmüşdür. Bir də A.Abbasovun Şahid4 adlı alıcı arasında telefon danışığında bir az problemlər yaşanmış, bir-birilərinə təhqiredici sözlər səsləndirmişlər. O, həmin vaxt telefonu A.Abbasovdan götürüb aranı sakitləşdirmişdir. Telefon danışıqları çıxarılsa onun heç bir yerdə iştirakı olmadığı ortaya çıxacaqdır. O, suallara cavab olaraq bildirmişdir ki, 4 epizodla bağlı göstərilən tarixdə onun iştirakı olub-olmaması bu hadisələrlə bağlı yadında qalmayıb, video görüntülərə baxdıqda tam dəqiq deyə bilər. Video görüntülərdə xx.xx.2023-cü il tarixdə, saat 01:00-dan 03:00-a kimi 25 ədəd əşyanın çıxarılması göstərilir. 4 sentyabr görüntüsündə qeyd olunan ağır texnika dedikləri əşyaların 3 saat ərzində texnikasız 3 nəfərin əli ilə çıxarılması mümkünsüzdür. Ona karobkanın götürülməsində 270 manat, diskin götürülməsinə görə 20 manat, silindirin götürülməsinə kömək etməyinə görə 57 manat, yuyucu aparatının dəmirlərinin götürülməsinə görə isə 47 manat verilmişdir. Götürülməsinə köməklik etdiyi əşyaların dəyəri təxmini 40.000 manat olar. O, karobkanın dəyərinin 26000 manat civarında olduğunu biləndən sonra ümumi əşyaların təxmini 40.000 manat olduğunu özü hesablamışdır. Onun götürdükləri tam dəqiq araşdırılandan sonra, ona düşən məbləği hissə-hissə qaytarmağa razıdır. A.Abbasov növbə rəisi olmuş, onların üzərilərində cavabdeh şəxs olmuşdur. Həmin günü növbədə A.Abbasov, o, və Təqsirləndirilən şəxs1 olmuşdur. Malların daşınmasında iştirak edən A.Abbasovun tanışlarının adlarını istintaqda Şahid4 və Şahid5 olduğunu bilmişdir. Şahid3 adlı şəxs isə dəmir alan yerin müdiri olmuş, götürdükləri malları aparıb sonuncuya vermişlər. Şahid3 adlı şəxs A.Abbasovu tanıyırdı, Şahid3 işlətdiyi yer onların işlədikləri yerdən 200-300 metr aralıqda olmuş və dəmirlərin hardan gəlməsini də bilmişdir. Ona heç nə deyilmirdi, sadəcə olaraq o, yüklədiyi malları aparıb avtomobildən düşürdüb çıxıb gedirdi, pulunu da A.Abbasov alırdı. Onun vəzifəsi nəzarətçi olmuşdur. O, giriş çıxışa baxmış, avtomobilləri yoxlamışlar, çıxışda qaiməni almışlar. Zərərçəkmiş şəxs tərəfindən tapşırıq olanda avtomobilləri qaiməsiz buraxmışlar. O, bildiklərini ibtidai istintaqda demişdir. Malların daşınması ancaq gecə vaxtlarında deyil, gündüz vaxtlarında da olmuşdur. Bu hadisələrlə bağlı onun qazancı 270 manat, 57 manat, 47 manat və 20 manat olmuşdur. Karobkanı aparan Şahid4la o, qiymət barədə heç bir danışıq aparmamışdır. Şahid3 adlı şəxslə o, heç bir pul danışığı aparmamış, bir dəfə fəhləsi olmadığından kömək etməsini təklif etmiş, o da getmişdir. İttiham aktında dəyəri 100.000 manat məbləğindən çox olan əşyaların qaytarılmasında o, iştirak etməmişdir. O, şirkətdə rəsmi nəzarətçi işləmiş, 36 saat işləmişdir. Götürdüyü əşyalar açıq ərazidə yerləşmiş, aşkar yerdə olmuşdur. Onun vəzifəsi nəzarət etmək olmuşdur. Xidmət rəisi ilə əlaqə saxlaya bilərdi, amma verilən göstərişlərlə bağlı sonuncudan heç nə soruşmamışdır. Növbə rəisləri A.Abbasov olmuş və o, sonuncunun göstərişlərini icra etmişdir. Ona görə də, xidmət rəisinə heç nə deməmişdir. Ona verilən pullar fəhlə pulu olmuşdur. O, həmin əşyaların oğurlanması barədə bilməmiş, o, oğurluq olduğunu bildiyi gün şirkətin rəisi Fərrux müəllimə zəng etmişdir. Fərrux müəllim onun postuna gəlmiş və o, sonuncuya nə etdiyini etiraf etmişdir. Ona xidmət rəisinin xəbəri olduğunu və fəhləlik etdiyinə görə ona pul veriləcəyini demişlər. Bu barədə ona A.Abbasov demişdir. Onlar xidmət rəisinə tabe olmuşlar, amma növbədə A.Abbasova tabe olmuşlar. Qaiməsiz çıxan mallar A.Abbasovun göstərişi ilə olmuşdur. Sonradan qaimə verilib və kimə verildiyini bilməmişdir. Göstərişlər tək gecə vaxtları olmamış, gündüz vaxtları da olmuşdur. Hər posta aid ərazi barədə sənədləşmə olmamış, sadəcə şifahi deyilmişdir. O, ancaq 2-ci posta cavabdeh olmuşdur. Gecələr də o, öz ərazisində oturmuşdur. Hamı da gəlib onun ərazisində yığışmışdır. Gecə növbətçi olaraq ərazini gəzməmişlər. Onun əmək müqaviləsi var, amma ona verilməmişdir. O, tullantı mallardır deməmiş, Alim demişdir. O, dəmirləri boşaltmağa onlara kömək etmişdir. Yuyucu aparatın aparılması olan görüntüdəki şəxslərdən biri odur. Görüntüdə işləməyən yuyucu aparatın maketidir, işlək vəziyyətdə deyil. Görüntüdə təkər diski axtarmışlar, Alimin göstərişi ilə həmin diski aparmışlar. Diski də tullantı adı ilə aparmışlar. Tırtılların oğurlanmasında iştirak etməmişdir. Videogörüntüdəki şəxslərdən biri odur. Xidmət apardıqları ərazidə olan bütün nəzarət kameralarının yerini bilmiş, gizli olan nəzarət kamerası olmamışdır. Anası onkoloji xəstədir, ola bilər bir daha anasını görə bilməz. 1-ci və 2-ci istintaq zamanı özünü qismən təqsirli bilmişdir. O, 1 ədəd disk-təkər götürmüşdür. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ifadəsində bildirir ki, 12 ədəd akkumulyator götürülüb. Görüntüdə də hər şey açıq aşkar görünür ki, o, Fikrətlə birlikdə 1 ədəd disk təkər götürmüşdür. İttihamda tırtıllardan söhbət gedir. Bununla bağlı heç bir görüntü, sübut yoxdur. Tırtılla bağlı heç bir məlumatı yoxdur, orada olmamışdır. Yuyucu aparat deyilən aparat sadəcə maketdir. Dəmirlər götürülüb. Görüntüdə təkər diski axtarırlar. Alimin göstərişi ilə həmin diski aparırdıq. Diski də tullantı adı ilə aparmışlar. Alim Nurlanın çox yaxını olduğu, evinə gedib-gəldiyi üçün onun dediklərinə inanmışlar. Görüntüdəki avtomobil ona məxsusdur. İcarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Alim avtomobillə əraziyə gəldiyi vaxtı 2-ci postda idi. Avtomobil ancaq onda olduğu üçün o, gəlib aparırdı. Alim nə vaxt nə tapşırırdı, o vaxt da dediklərini edirdi. Oğurluq etmiş, özünü bu hissədə də təqsirli bilir, amma moyka aparatının oğurlanmasında özünü təqsirli bilmir. Evin yeganə gəlir mənbəyi odur. 1 azyaşlı xəstə uşağı və onkoloji xəstə anası var. Dediklərinin nəzərə alınaraq cəza zamanı həbslə əlaqədar olmayan cəza növünün seçilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş və ailəsi ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəli olmuş və onun iki azyaşlı uşağı var. 22 yanvar 2022-ci il tarixdə o, “X12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı əmək müqaviləsi əsasında nəzarət şöbəsinə gözətçi vəzifəsi üzrə işə qəbul edilmişdir. Həmin vaxtdan başlayaraq o, “X12” QSC-in Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 4-cü Mədən küçəsində yerləşən texnika parkında gözətçi vəzifəsində işləmişdir. O, saat 08-də texnika parkına işə gəlmiş və 24 saat müddətində texnika parkında gözətçilik etmişdir. Həmin müddət başa çatdıqdan sonra o, yaşadığı evə qayıtmış və bir sutka istirahət etdikdən sonra yenidən işə gəlmişdir. O, gözətçilik işini texnika parkında yerləşən üçüncü postda aparmışdır. Lakin, əsas post texnika parkının girişində yerləşən nəzarət buraxılış məntəqəsi hesab edilmiş və ora ikinci post sayılmışdır. O və digər gözətçilər çox hallarda ikinci postda birlikdə olaraq gözətçilik etmişlər. Texnika parkının girişində əllə açılıb bağlanan şlaqbaum olmuşdur. Texnika parkında kənd təsərrüfatı texnikaları, tikinti texnikaları və yük avtomobilləri, o cümlədən həmin texnikaların ehtiyyat hissələri olmuşdur. O və digər gözətçi işləyən şəxslər həmin texnikaların mühafizəsini həyata keçirmişlər. O, əvvəllər işə başlayanda başqa şəxslərlə gözətçilik etmiş, lakin, bir neçə ay sonra o, növbədə digər gözətçilər Nüsrət və Alimlə birlikdə olmuşdur. 2022-ci iyul ayında xatırlamadığı gün Alim ona və Nüsrətə texnika parkında olan tullantı dəmirlərini götürüb satmalarını, bununla bağlı xidmət rəisi Ruhlan Abutalıbovla danışıb razılıq aldığını demişdir. Alim həmin dəmir əşyalarının istifadəyə yararsız olduğunu, “X12” QSC-ə ehtiyac olmadığını demişdir. Alim ona və Nüsrətə narahat olmamalarını, dəmirləri götürməyin icazəsini aldığını, onların oğurluq etmədiyini, hər tərəfdə müşahidə kameralarının olduğunu demişdir. O, Alimə inanaraq texnika parkından istifadəyə yararsız, tullantı dəmir əşyalarını götürüb satmaqla bağlı razılaşmışlar. O, Alimdən texnika parkından hansı əşyaları götürüb satmalarını təklif etdiyini soruşmuş və həmin əşyaları onlara göstərməsini demişdir. Alim onu və Nüsrəti texnika parkının axırına apararaq orada olan otluq-torpaq sahəsində bir hissəsi torpaq qatında, bir hissəsi çöldə olan tullantı dəmirləri göstərmişdir. O, həmin əşyaların dəmir qırıntıları, dəmir darvazanın çərçivə ramkasının bir hissəsi, kiçik ölçüdə dəmir qırıntıları olduğunu görmüşdür. O, dəmir əşyalara baxdıqda hər hansı bir texnikaya aid olmadığını, həqiqətən də tullantı dəmirlər olduğunu görmüşdür. Bundan sonra o, Alimə daha da inanmışdır. Sonra Alim onları texnika parkının girişinə doğru aparmış və orada moyka aparatlarının yanında yerləşən bir ədəd dəmir avadanlığı göstərib həmin əşyanın xarab, istifadəyə yararsız olduğunu, həmin əşyanı da götürəcəklərini demişdir. Bir neçə gün sonra, 2022-ci ilin iyul ayının sonlarında xatırlamadığı gün, axşam saatlarında əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Mətləb adlı şəxs idarə etdiyi texnika parkına gəlmişdir. Həmin vaxt o və Nüsrət nəzarət buraxılış məntəqəsində işdə olmuşlar. Alim Nüsrətə qapını açmasını və “Qazel” markalı avtomobili texnika parkına buraxmasını demişdir. Nüsrət şlaqbaumu açıb Mətləbin idarə etdiyi “Qazel” markalı avtomobili texnika parkına buraxmışdır. O, Alim və Mətləblə birlikdə Alimin əvvəlcədən göstərdiyi moyka aparatına oxşar xarab, köhnə formada olan dəmir avadanlığı götürüb “Qazel” markalı avtomobilə yükləmişlər. Bundan sonra Mətləb avtomobilini idarə edərək oradan getmişdir. Səhəri gün Alim posta gələrək dəmir avadanlığın təxminən 30-40 kiloqram olduğunu, satdığını, pulu böldüyünü demiş və ona 10 manat pul vermişdir. Bir neçə gün sonra xatırlamadığı gün gecə saatlarında Alim “Qazel” markalı avtomobilin sürücüsü Mətləbi texnika parkına çağırmışdır. Mətləb gəldikdən sonra o, Alim və Mətləblə birlikdə darvaza qapısının çərçivəsini götürüb avtomobilə yükləmişlər. Bundan başqa onlar Mətləbin idarə etdiyi avtomobili iki ədəd boruya oxşar dəmir əşyası və kvadrat formada bir ədəd dəmir əşyası yükləmişlər. Mətləb avtomobilini idarə edərək həmin əşyaları texnika parkından aparmışdır. Səhəri gün Alim dəmirləri satdığını, əldə etdiyi pulu böldüyünü demiş və ona 35 manat pul vermişdir. O, Alimin verdiyi pulları gündəlik tələbatına xərcləmişdir. 2022-ci ilin sentyabr ayının əvvəlində xatırlamadığı gün o, texnika parkında işdə olarkən Alim əvvəllər tanımadığı, sonradan adı ona məlum olan İsmət adlı şəxslə birlikdə gəlmiş, parkda gəzmiş və dəmirlərə baxmışlar. Sonra Mətləb idarə etdiyi “Qazel” markalı avtomobillə texnika parkına gəlmiş və hansısa dəmir əşyasını avtomobilə yükləmişlər. Lakin, o, Alimgilin yanına getməmiş və texnika parkından hansı əşyalar götürdüyünü görməmişdir. Sonra Mətləb “Qazel” markalı avtomobili idarə edərək texnika parkından getmişdir. Həmin vaxt da o, “Qazel” markalı avtomobilin içərisinə baxmamış və Mətləbin avtomobillə hansı dəmir əşyasını apardığını görməmişdir. Səhəri gün Alim apardığı dəmir əşyasını satdığını, əldə etdiyi pulu böldüyünü demiş və ona 50 manat pul vermişdir. O, həmin pulu gündəlik tələbatına xərcləmişdir. 2022-ci ilin sentyabr ayının əvvəlində “Grand Motors”un işçiləri texnika parkındakı sürətlər qutusunun olmadığını demiş və bununla da Alimin texnika parkından dəmir apardığı aşkar edilmişdir. Həmin fakta bağlı “Grand Motors” Binəqədi rayon polis idarəsinə şikayət etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs yalan ifadə vermişdir. Belə ki, o, Alim və Nüsrətlə birlikdə “X12” QSC-nin texnika parkından bir neçə dəfə dəmir əşyaları götürsələr də həmin əşyaların məbləği 211478 manat məbləğində olmamışdır. Onların götürdüyü əşyaların qiyməti maksimum 500 manat məbləğində olmuşdur. O, Alim və Mətləblə birlikdə 23 iyul 2022-ci il tarixdə, saat 18:24-də texnika parkından moyka aparatına bənzər bir ədəd köhnə, yararsız vəziyyətdə dəmir avadanlıq götürüb Mətləbə məxsus “Qazel” markalı avtomobilə yükləmişlər. Bu səbəbdən moyka aparatının qiymətinin 1000 manat dəyərində olması mümkün olmamışdır. O, texnika parkından hər hansı bir akkumlyator və dəmir təkər götürməmiş, həmin əşyaları Nüsrətin idarə etdiyi avtomobilə yükləmişdir. Həmin hadisədə o, iştirak etməmiş, bundan onun xəbəri olmamışdır. O, tırtılların kəsilməsində və oğurlanmasında iştirak etməmişdir. O, texnika parkına qırmızı rəngli “VAZ-2106” markalı avtomobilin gəldiyini görməmiş, o, həmin avtomobilə hər hansı bir bir əşya yükləməmiş, eləcə də Nüsrətin həmin avtomobilə hər hansı bir əşya yükləyib oğurladığını görməmişdir. 04 sentyabr 2022-ci il tarixdə, saat 00:01 dəqiqədən başlayaraq o, texnika parkından Mətləbin “Qazel” markalı avtomobilinə hər hansı bir əşyanın yüklənməsində iştirak etməmişdir. Həmin vaxt Alim, İsmət və Mətləb adlı şəxslər birlikdə texnika parkına gəlmiş, Mətləbin idarə etdiyi “Qazel” markalı avtomobilə hansısa dəmir əşyaları yükləyib aparmışlar. Lakin, o, postda olmuş, həmin şəxslərin yanına getmədiyi üçün dəmir əşyaların konkret olaraq hansı əşyalar olduğunu görməmişdir. Mətləb idarə etdiyi avtomobillə texnika parkından çıxıb gedərkən isə o, həmin avtomobilin içərisinə baxmamışdır. Fərhadın ifadəsində göstərdiyi çoxlu sayda dəmir əşyaların oğurlanması və əşyaların qiymətləri inandırıcı olmamışdır. Çünki, texnika parkında olan əşyaların hamısı köhnə, istifadə edilmiş vəziyyətdə olmuş, çox hissəsi isə dəmir parçaları, qırıntıları olduğundan dəyərsiz olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş və ailəsi ilə birlikdə Abşeron rayonu Fatmayi qəsəbəsində yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. O, ailəli olmuş və onun iki azyaşlı uşağı var. 02 iyun 2021-ci il tarixdə o, “X12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı əmək müqaviləsi əsasında nəzarət şöbəsinə gözətçi vəzifəsi üzrə işə qəbul edilmişdir. Həmin vaxtdan başlayaraq o, “X12” QSC-in Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 4-cü Mədən küçəsində yerləşən texnika parkında gözətçi vəzifəsində işləmişdir. O, saat 08-də texnika parkına işə gəlmiş və 36 saat müddətində texnika parkında gözətçilik etmişdir. Həmin müddət başa çatdıqdan sonra o, yaşadığı evə qayıtmış və 12 saat istirahət etdikdən sonra yenidən işə gəlmişdir. O, gözətçilik işini texnika parkının girişində yerləşən nəzarət buraxılış məntəqəsində etmiş və həmin yer ikinci post adlanmışdır. Texnika parkının girişində əllə açılıb bağlanan şlaqbaum olmuşdur. Texnika parkında nəzarət buraxılış məntəqəsindən əlavə olaraq birinci və ikinci postlar da olmuş və hər iki postda fasiləsiz olaraq ən azı bir nəfər gözətçilik etmişdir. Alim birinci postda, Fikrət isə 2-ci postda gözətçilik etmişdir. Texnika parkında kənd təsərrüfatı texnikaları, tikinti texnikaları və yük avtomobilləri, o cümlədən həmin texnikaların ehtiyyat hissələri olmuşdur. O və digər gözətçi işləyən şəxslər həmin texnikaların mühafizəsini həyata keçirmişlər. 2022-ci iyul ayında xatırlamadığı gün növbə rəisi Alim ona və Firkətə texnika parkında olan tullantı dəmirlərini götürüb satmalarını, bununla bağlı xidmət rəisi Ruhlan Abutalıbovla danışıb razılıq aldığını demişdir. Təxminən iki-üç gün sonra, 2022-ci ilin iyul ayının sonlarında xatırlamadığı gün, axşam saatlarına yaxın saatlarda əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Mətləb adlı şəxs idarə etdiyi “Qazel” markalı avtomobillə texnika parkına gəlmişdir. Həmin vaxt o, nəzarət buraxılış məntəqəsində işdə olmuşdur. Alim ona qapını açmasını və “Qazel” markalı avtomobili texnika parkına buraxmasını demişdir. Fikrət də onun yanında olmuşdur. O, şlaqbaumu açıb Mətləbin idarə etdiyi “Qazel” markalı avtomobili texnika parkına buraxmışdır. Alim Mətləblə birlikdə “Qazel” markalı avtomobillə texnika parkından hansısa əşyalar götürüb həmin avtomobilə yükləmiş və sonra çıxıb getmişlər. Həmin vaxt o, “Qazel” markalı avtomobilə yaxınlaşmamış və avtomobilə hər hansı bir əşya yükləməmişdir. Eləcə də, o, Alim və Mətləbin “Qazel” markalı avtomobilə hansı əşyalar yüklədiyini görməmişdir. Səhəri gün Alim ona bir gün əvvəl texnika parkından Mətləbin idarə etdiyi “Qazel” markalı avtomobillə apardığı dəmirləri satdığını, dəmirlərin pulunu özünün, Ruhlanın, Fikrətin və onun arasında böldüyünü, ona 57 manat pul düşdüyünü demişdir. Həmin vaxt Alim ona 57 manat pul vermişdir. O, həmin pulu qəbul edib gündəlik tələbatına xərcləmişdir. Həmin gün saat 18 radələrinədək o, növbədə qalmış və sonra yaşadığı evə getmişdir. Bir neçə gün sonra xatırlamadığı gün o, texnika parkının nəzarət buraxılış məntəqəsində işdə olmuşdur. Gecə saatlarında Alim ona və Fikrətə texnika parkından dəmir disk götürəcəyini demişdir. Alim ona icarə əsasında idarə etdiyi “Opel Vectra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili texnika parkına sürməsini demişdir. O, qara rəngli həmin avtomobilini texnika parkına sürərək dönüb geri qayıtmışdır. Fikrət nəzarət buraxılış məntəqəsində dayanıb gözləmişdir. O, Alimlə birlikdə bir ədəd dəmir diski texnika parkından götürüb avtomobilin salonuna yükləmişlər. O, avtomobili idarə edərək texnika parkının yaxınlığında yerləşən “Neptun” adlı mağazanın qarşısında dayandırmışdır. Alim səhəri gün Mətləbin gəlib diski götürəcəyini demişdir. Bundan sonra onlar texnika parkına qayıdıb işlərini davam etdirmişlər. Səhəri gün Mətləb həmin diski avtomobilindən götürüb aparmış və bir neçə gün sonra Alim ona və Fikrətə hər birinə 20 manat pul vermişdir. O, həmin pulu da gündəlik tələbatına xərcləmişdir. Bir neçə gün sonra o, işdə olan zaman Alim ona texnika parkındakı sürətlər qutusu adlı dəmir avadanlığı götürəcəklərini demişdir. Səhəri gün, xatırlamadığı tarixdə gecə saatlarında o, nəzarət buraxılış məntəqəsində işdə olan zaman Alim əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş İsmət adlı şəxslə birlikdə texnika parkına gəlmişlər. Sürətlər qutusu adlı dəmir avadanlığı ağır çəkidə olduğu üçün Alim texnika parkında olan manipulyatorun açarını İsmətə verərək avadanlığı həmin texnika ilə götürüb giriş qapısı tərəfə yaxınlaşdırmasını demişdir. İsmət manipulyatoru idarə edib sürətlər qutusu adlı dəmir avadanlığı götürmüş və giriş qapısına doğru yaxınlaşdırmışdır. Həmin vaxt Alim mobil telefonla Mətləbə zəng edərək sonuncunu texnika parkına çağırmışdır. Mətləb gəldikdən sonra İsmət idarə etdiyi manipulyatorla sürətlər qutusu adlı dəmir avadanlığı Mətləbin idarə etdiyi “Qazel” markalı avtomobilə yükləmişdir. Sürətlər qutusu adlı dəmir avadanlığın “Qazel” markalı avtomobilə yükləməsində o, da iştirak etmiş, kömək etmişdir. O, sürətlər qutusu adlı dəmir avadanlığın kəndirindən tutub itələyərək “Qazel” markalı avtomobilə qoyulmasını təmin etmişdir. Mətləb “Qazel” markalı avtomobili idarə edərək İsmətlə birlikdə getmişlər. Alim isə texnika parkında işdə qalmışdır. O, Alimlə birlikdə “Grand Motors”un hamamında duş qəbul etmişdir. İki gün sonra Alim “karopka” adlı dəmir avadanlığını satdığını demiş və ona 270 manat pul vermişdir. O, həmin pulu uşağının müalicəsinə xərcləmişdir. Bir neçə gün sonra xatırlamadığı gün Alim “Qazel” sürücüsü işləyən Mətləbi texnika parkına çağırmışdır. Həmin vaxt o, Alim və Mətləblə birlikdə texnika parkından buruq-buruq formada, düz formada adlarını bilmədiyi təxminən 4-5 ədəd dəmir götürüb Mətləbə məxsus “Qazel” markalı avtomobilə yükləmişdir. Mətləb avtomobilini idarə edərək həmin əşyaları aparmışdır. Təxminən iki gün sonra Alim götürdüyü dəmir əşyaları satdığını, pulu böldüyünü, ona 40 manat pul düşdüyünü demiş və ona 40 manat pul vermişdir. Göstərdiklərindən başqa o, “Grand Motors”a məxsus hər hansı bir əşyanın götürülməsində iştirak etməmiş, həmçinin, hər hansı bir şəxsin “Grand Motors”a gəlməsindən, hər hansı bir əşya, dəmir avadanlıqları götürməsindən xəbəri olmamışdır. 2022-ci ilin sentyabr ayının əvvəlində o, “Grand Motors”un işçilərinin onların götürdükləri sürətlər qutusunu axtardığını bilmişdir. O, sürətlər qutusunu götürdüklərini satış şöbəsinin müdiri Fərrux müəllimə demişdir. “Grand Motors” Binəqədi rayon polis idarəsinə şikayət etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs yalan ifadə vermişdir. Belə ki, o, Alim və Fikrətlə birlikdə “X12” QSC-nin texnika parkından bir neçə dəfə dəmir əşyaları götürsək də həmin əşyaların məbləği 211478 manat məbləğində olmamışdır. Onların götürdüyü əşyaların qiyməti maksimum 40000 manat məbləğində olmuşdur. 23 iyul 2022-ci il tarixdə, saat 18:24-də Alim moyka aparatını texnika parkından Mətləblə birlikdə götürüb “Qazel” markalı avtomobilə yükləyən zaman o, texnika parkında işdə olmuşdur. Lakin, həmin moyka aparatının götürülməsində o, iştirak etməmişdir. Həmin moyka aparatı köhnə, istifadəyə yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən moyka aparatının qiyməti 1000 manat dəyərində olması düzgün olmamışdır. 01 avqust 2022-ci il tarixdə saat 01:49 o, Alimlə birlikdə texnika parkından yalnız bir ədəd dəmir təkər-disk götürüb onun icarə ilə idarə etdiyi qara rəngli avtomobilin salonuna yükləmişdir. Həmin vaxt onlar texnika parkından akkumlyator götürməmişlər. O, tırtılların kəsilməsində və oğurlanmasında iştirak etməmişdir. Bundan başqa o, texnika parkından traktorun tırtıllarının kəsilməsini və oğurlanmasını görməmişdir. Texnika parkında quraşdırılmış video müşahidə kamerasına məhkəmə prosesində o, da baxmışdır. Həmin video görüntüdə tırtılların kəsilməsi və oğurlanması olmamışdır. O, texnika parkına qırmızı rəngli “VAZ-2106” markalı avtomobilin gəldiyini görməmiş, o, həmin avtomobilə hər hansı bir əşya, o cümlədən hidravlik nasos, iki ədəd akkumlyator və bir ədəd hidromotor yükləməmiş, həmin əşyaları oğurlamamışdır. 04 sentyabr 2022-ci il tarixdə saat 00:01 dəqiqədən başlayaraq onlar texnika parkından İsmətin manipulyatorla Mətləbin “Qazel” markalı avtomobilinə yüklədiyi sürətlər qutusunun aparılmasını təşkil etmişlər. Onlar Fərhadın ifadəsində göstərdiyi çoxlu sayda əşyaları texnika parkından götürməmişlər. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2021-ci ildən rəhbər vəzifəsində çalışır. Hadisələr 2022-ci ildə baş vermişdir. Ümumiyyətdə beş epizodda olan oğurluq hadisəsi baş vermişdir. Tarixlər də ittiham aktında qeyd olunub, 23 iyul, 1 avqust, 26-27 avqust, 28 avqust və 4 sentyabr tarixlərində baş vermişdir. Hər bir oğurluq halların kamera çəkilişləri təqdim olunmuşdur. Ümumilikdə oğurlanan malların dəyəri 211.478 min manat dəyərində çıxarılıb, onun 104.308 manatı hüquq mühafizə orqanları vasitəsi ilə tapılıb yerinə qaytarılıb, 107.170 manatlıq olan ehtiyyat hissələri bu günədək tapılmamışdır. Hadisəni ilk dəfə görənlər 8 sentyabr tarixində servisin texniki xidmət şöbəsində, hal-hazırda şahid kimi məhkəmədə iştirak edənlər Asiman Abdurahmanov, Şahid2r, biri servisin texniki xidmət şöbəsinin rəhbəri kimi çalışır, digəri baş mexanik vəzifəsində çalışır. Hər ikisi 8 senyabr tarixində ona yaxınlaşaraq ərazidə malların yox olduğunu bildirmişlər. Bundan sonra o, tapşırıq vermiş və komissiya yaradılmışdır, komissiyaya görə ərazidə olan bütün mallar bir-bir siyahıdan çıxarılmışdır. Hansı malları var, hansı çatmır və bundan başqa videogörüntülərə baxış üçün adam ayrılmış, videogörütülərin çıxarılması üçün 9 sentyabr tarixində Yaşar müəllim 102 xidmətinə zəng etmiş, sonra o, ərizə ilə 102 xidmətinə müraciət etmişdir ki, belə bir hadisə baş verib və siyahı üzrə malların qiymətləri qeyd olunmuşdur. Proses gedən zaman bu oğurluq edən şəxslər tərəfindən araşdırma ilə bağlı heç bir köməklik edilməmiş, heç bir yol göstərilməmiş, ancaq hüquq mühafizə orqanlarının köməkliyi vasitəsi ilə, şəxsən onun iştirakı ilə beş yerdən - 8 km bazarı, Eminin idarə etdiyi ərazidən, Xırdalanda yerləşən təmir məntəqəsindən bir də Masazırdan İsmətin qeyd etdiyi götürdüyü ərazidən bu məhsullar yığılıb, ümumilikdə 104.308 manatlıq mal tapılıb qaytarılmışdır, 107.170 manatlıq mal qalmış, geri qaytarılmamışdır. Hadisələri ittiham aktında göstərilən kimi qeyd etmişdir. Bütün epizodlar üzrə hansı malların götürülməsini də qeyd etmişdir. Bütün oğurluq hadisələri şənbə, bazar günləri olmuşdur. Günorta dedikləri hadisələr bazar günü olmuş, bir də gecə baş vermiş hadisələr şənbə və bazar günləri olmuşdur. Ümumiyyətlə «Grand Motors şirkəti» Azərbaycan Respublikasının fəaliyyəti ağır texnikaların, kənd təsərrüfat texnikalarının satışını həyata keçirir. O, suallara cavab olaraq bildirmişdir ki, hadisələr 23 iyuldan başlayır, yekun hadisə 4 sentyabrda baş vermişdir. Onlarda ümumiyyətlə bütün ehtiyyat hissələr kameranın altında görsənir, amma onlarda stok ərazisi var, yuxarı ərazidir, həmin ərazi kamerada tam olaraq görünmür. Texnikalar boşaldılan ərazi, texnikaların yığım, montaj işləri ilə məşğul olan yerləri onlar stok ərazisi deyirlər. Həmin ərazinin bucaq hissəsi tam olaraq kameradan görünmür. O, qeyd etdiyi hissələr və götürülən mallar kameradan görsənir. Açıq aydın görsənir ki, Qazel markalı maşınla ərazidən ehtiyyat hissələrini götürürlər avtomobilə yükləyib ərazidən çıxırlar. Hadisə çox uzun müddət olduğu üçün onlarda 23 iyul tarixindən qabaqdan olan vaxtı kamera götürürdü, çünki ondan qabaqkı vaxtı onlar görə bilməmişlər, kameranın yaddaşı yoxdur. 23 iyuldan 4 sentyabra qədər olan müddətə baxmışlar. Təqsirləndirilən şəxslərdən başqa həmin müddətdə başqa şəxslərin oğurluq etdiklərini o, görməmişdir. Oğurluq baş verən zaman kameradan görünür ki, 4 sentyabr tarixində ərazidə bir çox kənar şəxslərin Nüsrət və Alimin iştirakı ilə ərazidə kameranın altında danışıqlar gedir. Həmin şəxslərin kimliyi bilinmir. Kameradan görünür ki, həmin şəxslər var və söhbət edirlər. Araşdırma zamanı kimliyi bilinən İsmət, Emin, Mətləb olmuşdur. Mətləb Qazel markalı maşının sürücüsüdür, Emin Qazel maşınının sahibidir, İsmət həmin sürətlərin qutusunun və katokların pulunu verib alan şəxsdir. Amma ərazidə onlardan başqa şəxslər də olmuşdur. Onlara texnikalar ölkələrdən sökülü vəziyyətdə gəlir. Onlar texnikaların yığımı ilə məşğuldurlar. Onların servis komandaları var, hansı ki, təmir işləri ilə məşğul olur. O, sadaladığı 1-ci və 2-ci kateqoriyalı hissələr texnikalara quraşdırılması üçün, yəni ərazidə həmin ehtiyyat hissələrinin təmir məqsədi ilə istifadə olunması üçün verilmişdir. Onlarda ehtiat hissələri ehtiyat hissələrinin anbarına daxil olur. Ehtiyyat hissələri rəsmi sənədlə anbara daxil olur, anbardan həmin ehtiyyat hissələrini sifariş əsasında anbardan götürülüb istifadə olunur. Onlar idxalçıdırlar, onlar ehtiyyat hissələrini mədaxil anbara edirlər, anbardan həmin ehtiyyat hissələrini sifariş əsasında götürülərək təmir prosesinə istifadə olunur. Onlar anbardan götürülmüş ehtiyyat hissələrinin siyahısını verə bilərlər. Onlarda təhvil-təslim var, anbardar onu servisə təhvil verir, servisin mexaniki həmin malları təhvil alır. Onlar məhkəməyə sənəd təqdim edə bilərlər ki, həmin müddətdə servisdə bu qədər mal qalığı olub, qalıq malların içərisində bunlardır, qalanları qalıb, onlara əl vurulmayıb. Şirkətdə mühafizə şöbəsinin rəhbəri Ruhlan Abutalıbov və onun əməkdaşlarıdır. Onlarda üç post olur. 1-ci post onların ofisin girişidir, 2-ci post texnika parkın girişidir, 3-cü post stok ərazisidir. Bu üç postun hər birində məntəqə var. O postlara da üç mühafizəçi- Alim, Nüsrət, Fikrətdir. Bunlar üçü bir yerdə həmin müddətdə növbəyə yazılmışlar. Hərənin özünün postu var, hamısı da bir-birindən aralıdır. Əraziyə texnika girəndə 2-ci postdan keçir, 3-cü post maşının əraziyə girməsini görə bilir, 1-ci post isə ofisin giriş-çıxışıdır. Onların qeydlər aparmaq üçün qeyd jurnalları var. Jurnalları yoxlamışlar həmin tarixlərdə qeydlər olmamışdır. Mühafizəçilər maşının girib çıxmasına və əraziyə nəzarət edirlər. 1-ci və 2-ci postdan kənar heç bir ehtiyyat hissələri çıxa bilməz. Ümumiyyətlə ehtiyyat hissələrin çıxışı 2-ci postdan çıxmalıdır. Postlarda onlar öz aralarında dəyişirdilər. Ona görə Alimin onların üstündə başçı olduğu dedikləri düz deyil. Üçü də eyni vəzifədə, eyni səlahiyyətdə olan işçilərdir. Əmək müqavilələri əlavə olunmuşdur. Hadisə 23 iyuldan 4 sentyabradək olan aralıqda olmuşdur. Hadisə barədə 8 sentyabrda xəbəri olmuş, həmin tarixdə də kameralara baxılmışdır. Kamerada 8 sentyabrdan 4 sentyabradək olan yazılara baxmışlar, ondan əvvəlki tarixlərə kameranın yaddaşına görə baxılması mümkün olmamışdır. Kamera stok ərazisini tam görmür, bir bucağını görür. Ərazidən çıxan malı o, görür, çünki mal avtokarla və Qazellə götürülür. Sürətlər qutusunun götürülməsi kamerada açıq aydın görülür. Oğurlanan malların 20 faizi stok ərazisinə düşür, 80 faizi açıq aydın görünür. O, 23 iyul tarixinə ehtiyyat hissələrinin anbarda olan qalığı, bir də 4 sentyabr tarixinə olan anbarda olan qalıq barədə, fərqlənməyə görə sənəd təqdim edə bilər, yəni başlanğıc nöqtədə anbarda nə olub, bir də bitmiş nöqtədə nə olmuşdur. Qeyd etdiyi kimi, kamera stok ərazisini tam əhatə etmir. 104.308 manat dəyərində qaytarılan malları ona müstəntiq göstərmişdir. Həmin malları birinci dəfə müstəntiqin, sahə rəisinin, bir də servis əməkdaşlarının iştirakı ilə götürmüşdür. Onlar birlikdə iki məntəqəyə yaxınlaşmışlar. Bir məntəqə təmir məntəqəsi olmuş, ordan katokları götürmüşlər, ikincidə sürətləri götürmüşlər, amma digər ərazilərə, 8 km bazarına o, müstəntiqlə birlikdə getmişdir, bir də servis əməkdaşları getmişdir. Eminin iki ərazisindən müstəntiq, o, bir də servis əməkdaşları ilə getmişlər. Təqsirlənirilən şəxslər bu malların aşkar olunmasına köməklik göstərməmişlər. Bəlkə araşdırma zamanı müstəntiqə demişlər, amma onlara heç nə deyilməmişdir. Maşınların girişi-çıxışı jurnalda mühafizəçilər tərəfindən qeydə alınmalıdır. Bütün giriş çıxışlar qeyd olunmalıdır. Rəhbər başqa bir tapşırıq versə belə jurnalda qeyd olunmalıdır. Qeyd etdiyi kimi hissələr 1-ci, 2-ci kateqorialı olur. 1-ci kateqoriyalı hissələr yəni, sırf anbardan götürülür. 2-ci kateqoriyaya ehtiyyat hissələri açıq havada saxlanılır. Əraziyə mühafizədən keçmədən heç kim girə bilməz. Ərazidə olan bütün texnika, ehtiyyat hissələri hamısı ya anbara, ya da servisə verilən hissələrdir. Bunların hamısı qaimələrlə, sənədləşmə ilə verilir. Texnikanın təmir mərhələsi uzun müddət çəkdiyində texnika açıq havada qalır. Ağır texnikalarla işlədilən işlər torpaq şəraitində olur, ona görə ehtiyyat hissələri torpaqla təmasda olurlar. Onlar ayrı-ayrı təmir edib sonra texnikanın üstünə quraşdırırlar. Elə texnikalar var ki, bir il açıq havada çardağın altında dayanır. Sürətlər qutusu oğurlanıbsa, o, həmin sürətlər qutusunu yerinə qaytarmalıdır. Moyka aparatının çıxarılmasını və Qazelə yüklənməsi kameradan görünür. Sentyabr ayının 8-i Sürətlər qutusunun yerində olmadığı aşkar olunmuşdur. Asiman ona məlumat vedikdən sonra komissiya yaradılmışdır. Ona oğurluq hadisəsi barədə məlumat veriləndən sonra, komissiya yaradılmış və mallar yoxlanılmışdır. Götürdükləri ehtiyyat hissələr hamısı sağlam olmuşdur, üç ədəd silindr olub, onların içərisində hazır avadanlıqlar da olmuşdur. xx.xx.2022-ci il tarixdə olan videogörüntüdə idarə olunan pikap markalı avtomobil şirkətə məxsusdur. Avtomobil təqsirləndirilən şəxslər tərəfindən idarə olunur. Şirkətə məxsus olan avtomobillərin açarları mühafizəçilərdə olur.Oğurluq hadisələrin hamısında Nüsrət, Fikrət və Alim iştirak ediblər. Şəxslərdən biri postda durub əraziyə kiminsə gəlməyinə nəzarət edirdi. Digər 2 nəfər şəxs isə ərazidə mal oğurlayırdılar. Görüntüdə olan şəxslər Nüsrət və Fikrətdir. Sürətlər qutusu oğurlanıbsa, həmin sürətlər qutusu yerinə qaytarmalıdır. Moyka aparatının çıxarılmasını və Qazelə yüklənməsi kameradan görünür. Görüntüdə Qazel markalı avtomobil gəlir. Hadisə xx.xx.2022-ci il tarixdə, saat 18:24 radələrində baş verib, qeyri-iş günüdür. Görüntüdəki şəxslər Nüsrət və Fikrətdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, yerdə qalan ziyanla bağlı ödəniş olunmayıb, barışıq yoxdur. Təqsirləndirilən şəxslərə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar ümumiyyətlə mütəmadi olaraq texnikaların üzərində yoxlama işi aparırlar. O, tabeçiliyində olan baş mexanik Şahid2 sürətlər qutusunu yoxlamağa göndərmiş, sonuncu gəlib sürətlər qutusunun yoxa çıxdığı barədə məlumat vermişdir. O, oğurluq hadisəsi baş verdiyi barədə öz rəhbərinə məlumat vermişdir. Sonra ərazidə olan bütün texnikaları yoxlamağa başlamışlar. İtən texnika qeydə alınmış, videgörüntüləri çıxartmışlar. Videogörüntülərdə bütün oğurluq hadisələri görsənir. O, suallara cavab olaraq bildirmişdir ki, o, anbardan mal təhvil almır. Ehtiyat hissəsinin orda olub-olmaması ehtiyyat hissəsinin anbarından götürülüb ora qoyulmalıdır. Anbardan ehtiyyat hissələrini götürən şəxs malın götürülməsi barədə sənədə qol çəkir. Sürətlər qutusu yox olandan sonra o, hansı hissələrin olmaması ilə bağlı araşdırmaya vermişdir. Araşdırma komissiyası kameraya üç ayın ərzində olan tarixlərə baxmışdır. Detalların götürülməsi və maşına yüklənməsi prosesi hamısı kameradan görünürdü. O, itən ehtiyyat hissələrin siyahısını verə bilər, qiymətləndirməni o, müəyyən edə bilməz. Qaytarılan ehtiyyat hissələrin götürülməsində o da iştirak etmişdir, polis əməkdaşının iştirakı ilə götürülmüşdür. Qaytarılan hissələr siyahı ilə qeyd olunmuşdur. 08 sentyabr tarixində ona sürətlər qutusunun olmaması barədə Məcidov tərəfindən məlumat veriləndən sonra, özü də gedib baxmış və həmin gün öz rəhbərinə məlumat vermişdir. Həmin gün qutunun yoxa çıxması araşdırılıb məlum olmuşdur. 2-3 aydan bir mallara baxış keçirilir. Protokola əsasən yoxlama olmamışdır. Bir iri qabaridli hissəni görmədikdə oğurluq baş verməsini başa düşmüşlər. 2-3 aydan bir yoxlama aparmaq onun səlahiyyətinə daxildir. Hadisədən əvvəl onlar yoxlayanda hansı texnikaların yerində olub-olmaması yaddaşlarındadır. Yoxlama aparanda o, yoxlama barədə heç yerə imza etmir. Sürətlər qutusu olmayandan sonra o, araşdırmaya vermişdir və başqa detalların da oğurlandığı aşkar olunmuşdur. Digər ehtiyat hissələrin götürülməsi kamera görüntülərindən aşkar olunmuşdur. O, Şahid2 sürətlər qutusunu yoxlamaq üçün göndərmişdir. Hadisəni törədənləri kamera görüntüləri ilə müəyyən etmişlər. Onun yanında Fikrətlə Nüsrət oğurluq etdiklərini etiraf etməmişlər. Onlar etiraflarını polis idarəsində etmişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ifadəsində onların polis idarəsində etiraf etdiklərini nəzərə almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 9 sentyabrda ehtiyyat hissələrinə baxış keçirilən zaman sürətlər qutusunun olmaması aşkar olunmuşdur. Bu barədə o, rəhbəri Şahid1 bildirmişdir. Şahid1 da öz növbəsində şirkətin direktoruna məlumat vermiş, araşdırmaya başlanılmışdır. Videokameralara baxılmış və onda sürətlər qutusunun yerindən götürülməsi barədə məlumat olmuşdur. O, götürülmüş detalların siyahısını rəhbərə vermişdir. Bundan sonra bu barədə bölmədə izahat vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, baş mexanik kimi baxış keçirtmiş, detalların yerində olmamasını müəyyən etmişdir. Ona sürətlər qutusuna baxmağa tapşırıq verilmişdir. Qutu yerində olmayandan sonra digər detalların yerində olmaması müəyyən olunmuşdur. Şahid1 onun rəhbəri olduğuna görə məlumatı sonuncuya vermişdir. O, rəhbərinə məlumat verəndən sonra, rəhbəri də şirkətin rəhbərinə məlumat vermişdir. Sonra komissiya yaradılmış, videogörüntülərə baxılmışdır. Mühafizəçiləri dindirmək onun səlahiyyətində deyil. Sürətlər qutusunun maşına yüklənilib ərazidən çıxarılması videogörüntülərdən görünür. Videogörüntülərdən təqsirləndirilən şəxslərin və digər şəxslərin oğurluq etmələri müəyyən olunmuşdur. Rəhbərlik oğurluq edən şəxsləri dindirib, amma onun yanında dindirmə olmamışdır. O, öz vəzifəsini yerinə yetirmişdir, sürətlərin qutusunun oğurlanmasını rəhbərinə bildirmişdir. İstintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, dəmir işi ilə məşğul olur. Nüsrətlə Alim ona yaxınlaşıb iş yerində tullantı dəmirlərin olduğu barədə məlumat vermişlər. O, birlikdə gedib onların iş yerində dəmirlərə baxmış, dəmirlər tullantı olmuşdur. Dəmirlərin götürülməsini istəmişlər. O da öz işçilərini göndərmiş və gedib onların iş yerindən dəmirləri götürmüşlər. Qalanını da izahatında qeyd etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, dəmirlərin çəkisini qeyd etmiş, 2 tona yaxın olmuşdur. Dəmirlər Qazel markalı maşınla aparılmışdır. Həmin dəmirləri sonra gələnlərə təhvil vermişlər. Pompa, radiator, tır-tır sepi, xarab ehtiyat hissələri olmuşdur. Şəxslərin iş yerlərindən gedib götürülmüşdür. O, iş yerlərinə gedib dəmirlərə baxmış, sonra işçiləri gedib götürmüşlər. Getdikləri tarix yadında deyil, axşam saat 8 olardı. O, günorta vaxtı dəmirlərə baxmağa getmiş, işçiləri axşam getmişdir. Nüsrətdən şəxsiyyət vəsiqəsini alıb dəmirləri götürmüşdür. Mühafizəçi formasında mənə yaxılaşmışlar, tullantı olduğunu, burdan çıxarılması tapşırıldığını bildirmişlər. Onlar təqsirləndirilən şəxslərin iş yerinə yaxın yerdə işləyirlər, yaxınlaşıb tullantı dəmirlərin olduğunu bildirmişlər. Pul verməyini, kimə verdiyini izahatında dəqiq göstərmiş, indi yadında qalmamışdır. İki partiya mal olmuş, 40 qəpikdən dəmirlərin kilosunu almışdır. Səhv etmirsə, birinci dəfə 800 manat vermiş, ikinci dəfə xatırlamır. Götürdükləri ehtiyat hissələrinin sağlam olduğunu o, bilmir. Hissələrin yararlı olduğunu onlar bilməmişlər, onlara xarab, tullantı mallar olduğu bildirilmişdir. Ona iki dəfə mal vermişlər. Fəhlələri malları götürüb gətirmişlər, Nüsrətin niyə gəldiyini bilmir. Onun yanına iki nəfər gəlmişdi, onlardan birinin şəxsiyyət vəsiqəsini almış, amma kimin xatırlamır. İstintaqda verdiyi ifadəsində kimin vəsiqəsini aldığını qeyd etmişdir. Həmin şəxsiyyət vəsiqəsini 6-cı polis bölməsinə vermişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ona heç kim Nüsrət adlı şəxsin adını çəkməyini deməmişdir. Onun yanına gəlib danışan Alimlə Nüsrət olmuşdur. Mal satanda ikisi də olmuşlar. İfadəsində qeyd etdiyi kimi qiymətin Alimlə Nüsrətlə razılaşdığı düzdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 Alıyar oğlu ifadəsində göstərmişdir ki, o, əlvan metal qəbulu məntəqəsində fəhlə vəzifəsində işləmişdir. Həmin məntəqəni işlədən Emin ona məntəqənin yaxınlığında yerləşən “X12” QSC-də müxtəlif əlvan tullantıların olduğunu və onların gətirmək lazım olduğunu bildirmişdir. O da həmin cəmiyyətin həyətinə getmiş, onları orda uzun oğlan qarşılamışdır. Həmin oğlan yığılmalı olan müxtəlif əlvan tullantılarını göstərmiş, onlar da həmin əlvan tullantılarını Qazel markalı maşına yığıb getmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, o, Binəqədi rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsində fəhlə vəzifəsində işləmişdir. O, həmin vaxtı məntəqəni işlədən Eminin yanında işləyirdi. Emin yanında oğlanı otuzdurub müəssisənin həyətində əlvan tullantıları yığıb gətirməyinə göstəriş vermişdir. Həmin yerə Qazel markalı maşınla getmişlər. Onun yanında oturan oğlan oranın işçisi olmuşdur. Mühafizəçinin göstərdikləri tullantı olan dəmirləri maşına yığmışlar. Orda qırıq və salamat vəziyyətdə olan dəmir də olmuşdur. Təzə olan dəmir olmamışdır. O, yığıb aparmış, Emin özü çəkib dəmirləri yığmışdır. Onun vəzifəsi dəmirləri yığıb boşaltmaq olmuşdur. Yanında oturan oğlan Eminlə getmişdir. Ad ilə heç kimi tanımır, üzdən görsə tanıyar. İstintaqda verdiyi ifadəni təsdiq edir. Həmin əraziyə iki-üç dəfə getmişlər. Həmin vaxt kimləri gördüyü yadında qalmamışdır. Gecə vaxtı olduğundan onları kimin qarşıladığını bilmir, amma mühafizəçi olduğunu bilir. Eminin yanına gəlib-gedən oğlan göstərirdi, o, dəmirləri yığıb yükləyirdi, hərdən özü də yığmağa kömək edirdi. O, böyük dəmirləri dəmir doğrayan alətlə kəsib maşina yığırdı. Sürətlər qutusunu həmin oğlan özü manipulyatorla maşına yükləmiş, o, aparıb qaraja düşürtmüş, sonra qayıdıb dəmirləri yükləmişdir. İsmət adlı şəxsi tanımır, adları yadında qalmamışdır. Qazel markalı maşını o, sürmüş, dəmirləri də yükləmişdir. Qapı ilə götürdükləri dəmirlərin yeri ilə məsafə azdır. O, həmin yerdə təkcə keçəl oğlan yadındadır. Qazel maşın dolu olmurdu. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, sürətlər qutusunu ittihamda göstərilən yerdə yox, Xırdlanda Petrolun yanında düşürtmüşdür. 2 il keçdiyinə görə sürətlər qutusunu maşına yükləməyə kimlərin kömək etdiyini xatırlamır, amma qutu ağır olduğuna görə yükləməyə kömək edən olmuşdur. Orda olan, onlara kömək edən adamların adları yadında qalmamışdır. Alim adlı şəxsin şəkilini görsə bəlkə tanıyar. Hadisədən çox vaxt keçdiyinə görə heç kim yadında qalmamışdır. Dəmir yığmağa 2-3 dəfə gəlmişdir. Ağır yük olanda kömək edən olmuşdur. Kömək edənlərin içində təqsirləndirilən şəxslərin olub-olmaması yadında qalmamışdır. Yaddaş problemi var. Təqsirləndirilən şəxslərin ona kömək etdikləri yadında deyil. Adları o, demişdir, müstəntiq yazıb imza atmışdır. Müstəntiq onu dindirəndə adlar yadında olmuş, müddət keçdiyindən adlarını xatırlamır. Kömək edənlər yadında qalmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, istintaqda ifadə vermişdir. Özü çilingər işləmişdir. Mətləbi çoxdan tanıyır. O, qəzaya düşəndən sonra yaddaşında problemləri var. Heç nə xatırlamır. O, suallara cavab olaraq bildirmişdir ki, Mətləb onu çilingər kimi hansısa qutu ilə bağlı köməyə çağırmışdır. Qutuya baxmağı yadında deyil. Qutudan başqa nəyəsə baxmağını xatırlamır. Nümayəndə Təqsirləndirilən şəxs1 tanıyır, harda görüşməyini xatırlamır. Həmin əraziyə Mətləbin dəvəti ilə gəlmişdir. Mətləb ona zəng edib nə dediyi yadında deyil. Alim adlı şəxsin adını eşitmişdir. Alimə pul verməyini xatırlamır. Masazırdan bir qutunun götürülməsini xatırlamır. Qəza hadisəsinin olduğu təxminən bir ildir. Qəzada başından xəsarət almışdır. Müvəqqəti saxlama yerində Təqsirləndirilən şəxs2lə bir olmaqları yadında deyil, xatırlamır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Alimə 3300 manat pul verməyi yadında deyil. İfadəsini o vaxt verdiyi üçün düzgün ola bilər. 3300 manat pulu kimdən götürüb Alimə verməyini xatırlamır, yadında deyil. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:10 radələrində Şahid2 DİN-nin 102-xidmətinə zəng vuraraq Grand Motors avtomobil təmiri şirkətin həyətindən kənd təsərrüfatı texnikaların, avadanlıqların və ehtiyat hissələrinin oğurlanması barədə məlumat verməsi bildirilmişdir. (İ cild, i.v. 8) Əmək müqaviləsi, Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “X12” Qapalı Səhmdar Cəmiyyətinin direktor müavini Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi növü üzrə həmin QSC-nin Nəzarət şöbəsinə gözətçi vəzifəsi üzrə işə qəbul edilmişdir. (İ cild, i.v. 17-29) Əmək müqaviləsi, Əmək müqaviləsinin (kontraktı) surətindən görünür ki, “X12” Qapalı Səhmdar Cəmiyyətinin direktor müavini Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi növü üzrə həmin QSC-nin Nəzarət şöbəsinə gözətçi vəzifəsi üzrə işə qəbul edilmişdir. (İ cild, i.v. 57-68) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4-cü Mədən küçəsində yerləşən “X12” QSC-nin inzibati həyətində baş vermişdir. (İ cild, i.v. 73-76) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 17:00-da CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 114) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 123-124) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1066/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(001)-1392/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-851/2023 nömrəli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixədək müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (İ cild, i.v. 139-143, 322-326, İİİ cild, i.v. 28-31) xx.xx.2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 18:10-da CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 133) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 162-163) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1124/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(001)-1315/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli, 4(001)-1391/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-852/2023 nömrəli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixədək müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (İ cild, i.v. 178, 327-331, 235-239, İİ cild, i.v. 44-47, İİİ cild, i.v. 32- 35 ) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (İ cild, i.v. 180-181) xx.xx.2022-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:50-02:56 radələrində şirkətin ərazisi ilə avtokran hərəkət edir və avtokranın yük hissəsində sürətlər qutusu görünür. Görüntüyə baxdıqdan sonra “X12” QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 02:50-02:56 radələrində QSC-nin mühafizəçiləri Abbasov Alim, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Şantui” markalı buldozerin sürətlər qutusunu sökdükdən sonra şirkətə məxsus avtokran vasitəsi ilə onu yerindən çıxarıb oğurlamışlar. (İ cild, i.v. 192) xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Abşeron rayonu Masazır yaşayış massivində yerləşən nömrəsiz evin həyətində saxlanılan “Shantui SD32” markalı traktora məxsus bir ədəd sürətlər qutusu götürülərək baxış keçirilmişdir. Baxış zamanı Şahid4 həmin sürətlər qutusunu 5000 manat pulun müqabilində Alim adlı şəxsdən aldığını bildirmişdir. (İ cild, i.v. 204-207) xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən təmir sexində saxlanılan “Shantui SD32” markalı traktora məxsus beş ədəd tırtılın diyircəkləri götürülərək baxış keçirilmişdir. Baxış zamanı Şahid4 həmin tırtılın diyircəklərini Alim adlı şəxsdən aldığını bildirmişdir. (İ cild, i.v. 208-211) xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, “Shantui SD32” markalı traktora məxsus bir ədəd sürətlər qutusu oxşar əşyalar arasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs həmin sürətlər qutusunu tanıyaraq “X12” QSC-yə məxsus olduğunu bildirmişdir. (İ cild, i.v. 212) xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, “Shantui SD32” markalı traktora məxsus traktorun beş ədəd diyircəkləri oxşar əşyalar arasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs həmin beş ədəd diyircəkləri tanıyaraq “X12” QSC-yə məxsus olduğunu bildirmişdir. (İ cild, i.v. 213) Şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamənin surətlərindən və Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X8 adlı, Təqsirləndirilən şəxs1 himayəsində isə xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 adlı azyaşlı uşaqları vardır. (İ cild,i.v. 224-225, 228-229) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8539 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 2008-ci il buraxılışlı və həmin ildən istismarda olan “Shantui 32” markalı Buldozerin ehtiyyat hissələrinin istismarda olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 1. təqdim edilən “Shantui 32” markalı Buldozerin tırtılının diyircəklərinin 1 ədədi – 300,00 manat, 2. təqdim edilən 1 ədəd “Shantui 32” markalı Buldozerin sürətlər qutusu – 15000,00 manat, 3. təqdim edilməyən 1 ədəd “Shantui 32” markalı Buldozerin tırtılı nəzəri qaydada – 14000,00 manat. (İ cild, i.v. 245-248) xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki müşahidə kamerasının xx.xx.2022-ci il tarixli videogörüntüsünün yazıldığı 01 ədəd Transcend” markalı yaddaş kartı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, “X12” QSC-yə məxsus 01 ədəd “Shantui 32” markalı buldozerə məxsus sürətlər qutusu, 05 ədəd “Shantui 32” markalı buldozerə məxsus tırtılın diyircəkləri maddi sübut kimi tanınmış və saxlanılması üçün “X12” QSC-yə qaytarılmışdır. (İ cild, i.v. 249) xx.xx.2022-ci il tarixli toplanmış sübutlara qiymət verilməsi barədə qərardan görünür ki, iş üzrə əməl CM-in 177.2.1, 177.2.4-cü maddələrindən CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 252-264) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd “CD” baxış zamanı diskdə “23.07.22”, “01.08.22”, “27.08.22”, “28.08.22” və “04.09.22” adlı beş ədəd qovluğun olduğu və həmin qovluqlarda videogörüntülərin olduğu müəyyən edilmişdir. “23.07.22” adlı faylda bir ədəd videogörüntü olmuş, həmin videogörüntü 23 iyul 2022ci il tarixdə saat 18:24:02-də başlayır, video sürətləndirilmiş formadadır, gündüz vaxtdır və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkı görünmüşdür. Texnika parkına ön hissəsi ağ rəngli, yük yeri boz rəngli olan “Qaz-3302” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, sürücü avtomobili döndərib arxa tərəfə idarə edərək texnikaların yanında dayandırmışdır. Avtomobilin salonunda sürücüdən əlavə bir nəfər şəxsin də olduğu müşahidə edilmişdir. Sonra əynində göy rəngli köynək olan iki nəfər və ağ-qara rəngli köynək olan bir nəfər şəxs oraya gəlmişdir. Əynində qara rəngli paltar olan şəxs isə avtomobilin qarşısında dayanmışdır. Əynində göy rəngli köynək olan iki nəfər və ağ-qara rəngli köynək olan bir nəfər şəxs moyka aparatlarının olduğu yerə getmiş, onlardan iki nəfər şəxs moyka aparatına oxşar bir ədəd əşyanı avtomobilə tərəf gətirmiş, digər bir nəfər şəxs onların yanında müşahidə aparmışdır. Onlar həmin moyka aparatına oxşar əşyanı gətirib avtomobilin ön tərəfinə qoymuşlar. Sonra əynində göy rəngli köynək olan iki nəfər və ağ-qara rəngli köynək olan bir nəfər şəxs texnika parkından qapı çərçivəsi formasında olan üç ədəd əşyanı gətirib moyka aparatına oxşar əşyanın yaxınlığına qoymuşlar. Əynində qara rəngli paltar olan şəxs “Qaz-3302” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib bir neçə metr qabaq tərəfdə qeyd olunan əşyaların yanında dayandırmışdır. Sürücü avtomobildən aşağı düşmüşdür. Əynində göy rəngli köynək olan iki nəfər və ağ-qara rəngli köynək olan bir nəfər şəxs moyka aparatına oxşar bir ədəd əşyanı və çərçivə formasında olan üç ədəd əşyanı həmin avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra sürücü avtomobilə əyləşmiş, orada olan şəxslərdən bir nəfər də avtomobilin sərnişin yerində əyləşmiş, sürücü avtomobili idarə edərək texnika parkından getmişdir. Həmin videogörüntü 23 iyul 2022-ci il tarixdə saat 19:47:25-də başa çatmışdır. “01.08.22” adlı faylda bir ədəd videogörüntü olmuşdur. Həmin videogörüntü 01 avqust 2022-ci il tarixdə saat 01:48:56-da başlamış, video sürətləndirilmiş formada, qaranlıq vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkı görünmüşdür. Texnika parkında üç nəfər şəxs gəzmiş, həmin şəxslərdən iki nəfəri texnika parkından bir ədəd təkər götürüb mərkəzə, yola doğru aparıb qoymuşdur. Sonra həmin şəxslər qara rəngli minik avtomobili ilə parkın içərisində olan yolla digər tərəfə getmiş, sürücü orada avtomobili dayandırmışdır. Sürücü və yanında olan şəxs avtomobildən düşüb orada hərəkət etmişlər. Sonra sürücü avtomobilə əyləşərək avtomobili idarə edib təkərin yanında dayandırmış, digər şəxs isə piyada olaraq oraya gəlmişdir. Həmin iki nəfər şəxs birlikdə olaraq təkəri götürüb minik avtomobilinin arxa sağ qapısından salona qoymuşlar. Digər şəxs piyada olaraq parkın girişi istiqamətində getmişdir. Sürücü isə avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edərək getmişdir. Həmin videogörüntü 01 avqust 2022-ci il tarixdə saat 01:48:56-da başa çatmışdır. “27.08.22” adlı faylda bir ədəd videogörüntü olmuşdur. Həmin videogörüntü 27 avqust 2022-ci il tarixdə saat 01:33:26-da başlamış, video sürətləndirilmiş formada, qaranlıq vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkı görünmüşdür. İki nəfər şəxs parkın yolu ilə piyada olaraq girişə doğru hərəkət etmişdir. Bir nəfər şəxs isə həmin şəxslərin arxasınca yük qaldırıcı mini avtomobili girişə doğru idarə etmişdir. Bundan sonra həmin iki nəfər şəxs digər tərəfə doğru hərəkət etmiş, ön tərəfdə hərəkət edən şəxsin əlində bir ədəd əşya olmuşdur. Həmin şəxslər ön tərəfdə dayanmış “Qaz-3302” markalı avtomobilə doğru getmiş və əlində olan əşyanı həmin avtomobilin yük yerinə yükləmişlər. Sürücü avtomobili arxa-arxaya girişə doğru idarə etmiş, döndərib yenidən arxa-arxaya digər tərəfə doğru idarə etmişdir. Üç nəfər şəxs avtomobilin yük yerinə hansısa əşya yükləmişlər. Bir nəfər şəxsin avtomobilin sükanı arxasına, bir nəfər şəxs sərnişin oturacağına əyləşmişdir. Bir nəfər isə piyada hərəkət etmişdir. Sürücü avtomobili parkın çıxışına doğru idarə edərək saat 01:42:26-da oradan getmişdir. Sonra saat 02:23:12-də texnika parkına ağ rəngli “Pikap” formalı ağ rəngli bir minik avtomobili gəlmiş və girişdən digər tərəfə doğru hərəkət etmiş, sonra dayanmışdır. Avtomobildən bir nəfər şəxs düşərək piyada girişə doğru hərəkət etmişdir. Dörd nəfər şəxs qapı çərçivəsi formasında olan əşyanı əllərində aparıb “Pikap” formasında olan avtomobilin yük yerinə qoymuşlar. Sürücü “Pikap” formasında olan avtomobili idarə edib döndərərkən bir nəfər şəxs girişdən həmin avtomobilə doğru piyada olaraq hərəkət etmişdir. Sonra sürücü “Pikap” formasında olan avtomobili dayandırmış, bir nəfər şəxs avtomobilin sərnişin oturacağına minmiş, digər şəxs isə texnikaların olduğu əraziyə daxil olmuşdur. Sonra sürücü avtomobili idarə edərək texnika parkının girişinə doğru getmişdir. Həmin videogörüntü 27 avqust 2022-ci il tarixdə saat 02:47:08-də başa çatmışdır. “28.08.22” adlı faylda dörd ədəd videogörüntü olmuşdur. Birinci videogörüntü 28 avqust 2022-ci il tarixdə saat 19:08:18-də başlamış, video sürətləndirilmiş formada, gündüz vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkının girişi görünmüşdür. Həmin vaxt texnika parkının girişinə ağ rəngli “Pikap” formasında bir minik avtomobili gəlmiş və orada dayanmışdır. Texnika parkının gözətxanasından bir nəfər şəxs çıxıb girişə doğru getmişdir. Avtomobildən göy rəngli geyimdə iki nəfər, qara rəngli geyimdə bir nəfər və sarı rəngli geyimdə bir nəfər olmaqla cəmi dörd nəfər şəxs düşmüşdür. Həmin şəxslər şlaqbaumun arasından texnika parkına daxil olmuşlar. Həmin şəxslər texnika və avadanlıqların olduğu əraziyə daxil olmuşlar. Saat 22:37:07-də qaranlıq vaxtı qırmızı rəngli bir minik avtomobili texnika parkının girişindən içəri daxil olmuşdur. Həmin avtomobil dayanmış və içərisindən dörd nəfər şəxs düşmüş, həmin şəxslər texnika parkından hansısa əşya götürüb avtomobilin yük yerinə qoymuşdur. Giriş tərəfdən bir nəfər şəxs də onların yanına gəlmişdir. Üç nəfər şəxs avtomobilə əyləşmiş, iki nəfər şəxs isə piyada olaraq girişə doğru hərəkət etmişdir. Həmin şəxslərdən qara rəngli geyimdə olan şəxsin sol əlində bir ədəd əşya olmuş və özü ilə daşımışdır. Sürücü avtomobilə döndərib girişə doğru idarə etmişdir. Piyada hərəkət edən iki nəfər şəxs isə binaya daxil olmuşdur. Avtomobil gələrək həmin binanın istiqamətində dayanmışdır. Sonra binaya daxil olan iki nəfər şəxs çölə çıxmış, onlardan qara rəngli geyimdə olan şəxs avtomobilə əyləşmişdir. Digər göy rəngli geyimdə olan şəxs piyada olaraq girişə doğru hərəkət etmişdir. Sürücü avtomobili idarə edərək saat 22:41:28-də texnika parkından çıxıb getmişdir. Həmin videogörüntü 28 avqust 2022-ci il tarixdə saat 22:53:27-də başa çatmışdır. Faylda olan ikinci videogörüntü 28 avqust 2022-ci il tarixdə saat 19:20:05-də başlamış, gündüz vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkı görünmüşdür. Əynində göy rəngli paltar olan iki nəfər, boz rəngli paltar olan bir nəfər və qara rəngli paltar olan bir nəfər olmaqla cəmi dörd nəfər şəxs parkda yerləşən texnikaların arasında gəzərək həmin texnika və avadanlıqlara baxmış, müşahidə aparmışlar. Həmin videogörüntü 28 avqust 2022-ci il tarixdə saat 19:22:43-də başa çatmışdır. Faylda olan üçüncü videogörüntü 28 avqust 2022-ci il tarixdə saat 19:35:57-də başlamış, “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkının anbar hissəsi görünmüş, içəri qaranlıq olmuşdur. Həmin vaxt dörd nəfər şəxs qapıdan içəri daxil olaraq traktorların arasında gəzmişdir. Həmin şəxslərdən birinin əlində işıq fənəri olmuş və fənərlə texnikalara baxmışlar. Saat 19:38:05-də həmin şəxslər qapıdan çıxaraq anbarı tərk etmiş və həmin vaxt videogörüntü başa çatmışdır. Faylda olan dördüncü videogörüntü 28 avqust 2022-ci il tarixdə saat 19:38:21-də başlamış, gündüz vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkı görünmüşdür. Saat 19:38:32-də əynində göy rəngli paltar olan iki nəfər, boz rəngli paltar olan bir nəfər və qara rəngli paltar olan bir nəfər olmaqla cəmi dörd nəfər şəxs parkda yerləşən texnikaların arasında gəzərək həmin texnika və avadanlıqlara baxmış, müşahidə aparmışlar. Həmin şəxslərdən biri traktorun üstünə çıxmışdır. Sonra qaranlıq düşmüş və videogörüntü saat 20:00:17-də başa çatmışdır. “04.09.22” adlı faylda üç ədəd videogörüntü olmuşdur. Birinci videogörüntü 04 sentyabr 2022-ci il tarixdə saat 02:49:35-də başlamış, qaranlıq vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkı görünmüşdür. Bir nəfər şəxs texnika parkında olan **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa-arxaya idarə etmiş, avtomobilin yanında isə üç nəfər şəxs olmuşdur. Saat 02:51:19-da sürücü avtomobili dayandırmış və aşağı düşmüşdür. Saat 02:52:36-da orada olan şəxslərdən biri texnika parkında olan traktoralrdan birini idarə edib yerini dəyişmiş və sonra orada dayandırmışdır. Saat 02:56:59-da videogörüntü başa çatmışdır. Faylda olan ikinci videogörüntü 04 sentyabr 2022-ci il tarixdə saat 02:56:17-də başlamış, qaranlıq vaxt olmuş və “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkının yama hissəsi görünmüşdür. Bir nəfər şəxs texnika parkında olan **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa-arxaya idarə etmiş, avtomobilin kran hissəsi yuxarıdan çəkilmiş elektrik xəttinə dəymişdir. Sürücü saat 02:57:25-də avtomobili dayandırmış, elektrik xətti ilə bağlı maneə aradan qaldırılmış və sürücü avtomobili yenidən geriyə idarə etmişdir. Saat 03:11:51-də “Qaz-3302” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil texnika parkına gələrək həmin avtomobilin sağ tərəfində dayanmışdır. Saat 03:14 dəqiqədə sürücü kran vasitəsi ilə manipulyatorun üzərində olan bir ədəd sürətlər qutusunu yuxarı qaldırmış, orada olan digər şəxslər həmin əşyanı “Qaz-3302” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləmişlər. Saat 03:21də yükləmə bitmiş və “Qaz-3302” markalı avtomobil oradan getmişdir. Sürücü **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək soldan ikinci sırada yerləşən yamaya daxil etmiş və orada dayandırmışdır. Həmin video görüntü saat 03:29:00-da videogörüntü başa çatmışdır. Faylda olan üçüncü videogörüntü 04 sentyabr 2022-ci il tarixdə saat 04:05:24-də başlamış, “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan binanın içərisi, turniket hissəsi görünmüşdür. İki nəfər şəxs yarıçılpaq vəziyyətdə içəridə gəzmiş, biri mobil telefon vasitəsi ilə danışmış, digəri isə paltarını geyinmişdir. Həmin video görüntü saat 04:08-də videogörüntü başa çatmışdır. Baxışda iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs video görüntülərdə olan şəxslərin X11, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu, həmin şəxslərin “X12” Qapalı Səhmdar Cəmiyyətinin Balansında olan texnika parkından müxtəlif əşyalar, avadanlıqlar oğurladığını, oğurlanmış əşyaları Şahid5 Alıyar oğlunun idarə etdiyi “Qaz-3302” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Vectra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə apardıqlarını, **-JU-*** dövlət qeydiyyat nişanlı Manipulyator avtomobilini İsmət adlı şəxsin idarə etdiyini, İsmətin həmin avtomobili idarə edib sürətlər qutusunu Şahid5 idarə etdiyi “Qaz-3302” markalı avtomobilə yüklədiyini və apardıqlarını bildirmişdir. (İİİ cild, i.v. 72, 77- 79) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİİ cild, i.v. 118-120, 124-126) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild, i.v. 136-139) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild, i.v. 140-145) “X12” QSC-nin “oğurlanmış avadanlıqların siyahısı və qiymət cədvəli”, gömrük bəyannamələri, elektron qaimələrdən görünür ki, həmin QSC-nin anbarından oğurlanmış avadanlıqlar üzrə şirkətə ümumilikdə 211478,00 manat maddi ziyan dəymişdir. 1. NH T3.75 Akkumlyator 12 v 100 Ah 1-ci kateqoriya 1 ədədinin qiyməti 250 manat, 2 ədədi 500 manat. 2. NH L215 Akkumlyator 12 v 140 Ah 1-ci kateqoriya 1 ədədinin qiyməti 300 manat. 3. Dəmir təkər 2-ci kateqoriya 1 ədədinin qiyməti 150 manat. 4. Hidravlik silindir 1ci kateqoriya 1 ədədinin qiyməti 9500 manat, 3 ədədi 28500 manat. 5. Shantui 32 Slindirlər bloku 2-ci kateqoriya 1 ədədinin qiyməti 10000 manat. 6. Shantui 32 Dirsəyli val 2-ci kateqoriya 1 ədədinin qiyməti 8000 manat. 7. Draqline Puskaj 2-ci kateqoriya 1 ədədinin qiyməti 3700 manat. 8. Lovol 504 Akkumlyator 12 v 100 Ah 1-ci kateqoriya 1 ədədinin qiyməti 250 manat. 9. CAT D8 Aparıcı tırtıl 2-ci kateqoriya 1 ədədinin qiyməti 14000 manat, 2 ədədi 28000 manat. 10. CAT D7 Hidravlik nasos 1-ci kateqoriya 1 ədədinin qiyməti 1500 manat. 11. CAT D7 Akkumlyator 12 v 190 Ah 1-ci kateqoriya 1 ədədinin qiyməti 360 manat, 2 ədədi 720 manat. 12. CAT D7 Hidravlik motor 1-ci kateqoriya 1 ədədinin qiyməti 13000 manat. 13. Shantui 32 Aparıcı tırtıl 2-ci kateqoriya 1 ədədinin qiyməti 23000 manat, 2 ədədi 46000 manat. 14. CAT D6 Radiator 1-ci kateqoriya 1 ədədinin qiyməti 6000 manat. 15. NH TD5.110 Radiator 2-ci kateqoriya 1 ədədinin qiyməti 1200 manat. 16. Omax Moyka aparatı 2-ci kateqoriya 1 ədədinin qiyməti 1000 manat. 17. Kompaktor 2-ci kateqoriya 1 ədədinin qiyməti 1500 manat. 18. Shantui 32 Bağlayıcı blok 2-ci kateqoriya 1 ədədinin qiyməti 3500 manat. 19. Shantui 32 Pinion 2-ci kateqoriya 1 ədədinin qiyməti 3600 manat. 20. Shantui 32 Dişli çarx 2-ci kateqoriya 1 ədədinin qiyməti 2500 manat. 21. Shantui 32 İşə salma açarı 2-ci kateqoriya 1 ədədinin qiyməti 350 manat. 22. Shantui 32 Təmizləyici lapatka 2-ci kateqoriya 1 ədədinin qiyməti 1200 manat, 2 ədədi 2400 manat. 23. Shantui 32 Qutu gövdəsi 2-ci kateqoriya 1 ədədinin qiyməti 280 manat. 24. Shantui 32 Kapot (örtük) 2-ci kateqoriya 1 ədədinin qiyməti 350 manat, 2 ədədi 700 manat. 25. Shantui 32 Baraban 2-ci kateqoriya 1 ədədinin qiyməti 1400 manat. 26. Shantui 32 Göl barabanı 2-ci kateqoriya 1 ədədinin qiyməti 750 manat.
27. Shantui 32 Plita 2-ci kateqoriya 1 ədədinin qiyməti 400 manat. 28. Shantui 32 Porşen 2-ci kateqoriya 1 ədədinin qiyməti 850 manat. 29. Shantui 32 Friktsion disk 2-ci kateqoriya 1 ədədinin qiyməti 35 manat, 12 ədədi 420 manat. 30. Shantui 32 Diş 2-ci kateqoriya 1 ədədinin qiyməti 45 manat, 11 ədədi 495 manat. 31. Shantui 32 Yay 2-ci kateqoriya 1 ədədinin qiyməti 175 manat, 8 ədədi 1400 manat. 32. Shantui 32 Yay 2-ci kateqoriya 1 ədədinin qiyməti 230 manat, 8 ədədi 1840 manat. 33. Shantui 32 Kipləşdirici üzük 2-ci kateqoriya 1 ədədinin qiyməti 55 manat. 34. Shantui 32 Rukav 2-ci kateqoriya 1 ədədinin qiyməti 50 manat, 8 ədədi 400 manat. 35. Shantui 32 Bolt 2-ci kateqoriya 1 ədədinin qiyməti 2 manat, 8 ədədi 16 manat. 36. Shantui 32 Şayba 2-ci kateqoriya 1 ədədinin qiyməti 0,5 manat, 4 ədədi 2 manat. 37. Shantui 32 Sürətlər qutusu 2-ci kateqoriya 1 ədədinin qiyməti 26700 manat. 38. Shantui 32 Rolik 2-ci kateqoriya 1 ədədinin qiyməti 600 manat, 6 ədədi 3600 manat. 39. Shantui 32 Süzgəc korpusu 2-ci kateqoriya 1 ədədinin qiyməti 200 manat. 40. İveco Astra cihazlar lövhəsi 2-ci kateqoriya 1 ədədinin qiyməti 1800 manat. 41. Doosan 180 Qısa kardan 2-ci kateqoriya 1 ədədinin qiyməti 2000 manat.
42. NH B110B Ön çulok 2-ci kateqoriya 1 ədədinin qiyməti 3000 manat. 43. NH B110B Qabaq stupisa 2-ci kateqoriya 1 ədədinin qiyməti 2500 manat. (İİİ cild, i.v. 185-186) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzlərinə qarşı deməklə bir daha təsdiq etmişdir. (lİİ cild i.v. 203-210) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrindən CM-in 177.3.2-ci maddəsinə tövsif edilmiş, müşahidə kamerasının qeydə aldığı “X12” QSC-nin balansında olan texnika parkından oğurluq edilməsinin video görüntüsünün olduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İİİ cild, i.v. 211-234) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 240-242, İV cild, i.v. 6-8) Səhhətin müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu X2 böyrəyin ikiləşməsi, sağ tərəfli ureterohidronefroz İİ dərəcə (Q62.0), xroniki pielonefrit (N11.9), sağ böyrəyin büzüşməsi (N26.0) xəstələyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X6 endoskopiya şöbəsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 valideyni X5 yoğun bağırsağın (köndələn çənbər bağırsağın) BL-sı. Sol mədəciyin diastolikdisfunksiyası. Mitral qapağın min çatmamazlığı (arxa tayda kiçik kalsifik düyün). Aortal qapağın (hemodinamik əhəmiyyətsiz) və aorta kökünün zəif sklerozu və.s xəstəliklərin dən əziyyət çəkir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli CM-in 177.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 oğlunun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, onun avtomobilə yerləşdirmək üçün kömək etdiyi malların tullantı dəmirlər olması, oğurluq olduğunu bilməməsi, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, onun əşyaların oğurlanması barədə bilməməsi, tullantı dəmirlər olması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokollar, üzləşdirmə protokolları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş disk məhkəmədə tədqiq olunarkən təqsirləndirilən şəxsləri hər biri görüntülərdə (ətraflı şəkildə qeyd olunmuşdur) olan şəxslərin özləri olduqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələrində və məhkəmə istintaqında verdikləri ifadələrində bir sıra qeyd etdikləri əşyaları götürdüklərini etiraf etmişlər, ifadələrin məhz həmin hissələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Bundan başqa qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş əmək müqavilərinin surətlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gözətçi kimi əsas vəzifələrinə obyekt və maddi dəyərlərin qorunmasını həyata keçirmək, işindən irəli gələn sənədlərin, cədvəllərin aparılması, rəhbərliyin verdiyi tapşırıqları düzgün və vaxtında yerinə yetirilməsi daxildir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ifadələrində qeyd etdikləri kimi özlərindən vəzifəcə üstün şəxslərin göstərişlərini icra etməklə bu əmələ yol verdiklərini qeyd etsələr də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə həmin ifadələrə də tənqidi yanaşır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.14, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayələrində iki nəfər az yaşlı uşaqlarının olmasını, əvvəllər məhkum olunmamalarını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, Təqsirləndirilən şəxs2 oğlunun və anasının xəstəliklərdən əziyyət çəkmələrini, Təqsirləndirilən şəxs2 oğlunun İİ dərəcəli əlil olmasını, cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduqları CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 01 il 25 gün müddət, Təqsirləndirilən şəxs2 isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 01 il 17 gün müddət onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklərindən, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onların barəsində həbs qətimkan tədbiri seçilməli, onlar, məhkəmə iclas zalında dərhal həbs edilməlidirlər. Habelə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X12” QSC-yə məxsus 01 ədəd “Shantui 32” markalı buldozerə məxsus sürətlər qutusu, 05 ədəd “Shantui 32” markalı buldozerə məxsus tırtılın diyircəkləri saxlanılması üçün “X12” QSC-yə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerasının xx.xx.2022-ci il tarixli videogörüntüsünün yazıldığı 01 ədəd Transcend markalı yaddaş kartı, müşahidə kamerasının qeydə aldığı “X12” QSC-nin balansında olan texnika parkından oğurluq edilməsinin video görüntüsünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 60 saat olmaqla ümumilikdə 85 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 60 saat olmaqla ümumilikdə 85 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 85 saat hüquqi yardıma görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 635 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 01 il 25 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 05 (beş) il 05 (beş) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 01 il 17 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 05 (beş) il 05 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “X12” QSC-yə məxsus 01 ədəd “Shantui 32” markalı buldozerə məxsus sürətlər qutusu, 05 ədəd “Shantui 32” markalı buldozerə məxsus tırtılın diyircəkləri saxlanılması üçün “X12” QSC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerasının xx.xx.2022-ci il tarixli videogörüntüsünün yazıldığı 01 ədəd Transcend” markalı yaddaş kartı və müşahidə kamerasının qeydə aldığı “X12” QSC-nin balansında olan texnika parkından oğurluq edilməsinin video görüntüsünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 85 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 635 (altı yüz otuz beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov