Məhkəmə qərarları › İş №1(101)-483/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-483/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-483/2020 03.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASC Nəsimi rayon sukanal idarəsinin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrindən, xx xxxxx 2019-cu il tarixə saat 18 radələrinə kimi olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 ASC-nin X11 ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinə qanunsuz daxil olub oradan 1 ədəd gücü 15 kilovat olan xx.xx.2002-ci il istismar tarixli ümumi dəyəri 1136 manat 46 qəpik olan su mühərrikini gizli olaraq talayıb zərər çəkmiş hüquqi şəxsə ümumilikdə 1136 manat 46 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsəd ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10, 15 və xx xxxxx 2019-cu il tarixlərdə vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus, ətrafdakı binaların istilik təchizatını təmin etmək üçün nəzərdə tutulmuş qazanxanaya qanunsuz daxil olaraq oradan 05 ədəd, hər birinin dəyəri 5000 manat təşkil edən, ümumi dəyəri 25.000 manat olan “Riello” markalı odluqların üzərindən 1000 manat dəyərində əlvan metal olan hissəcikləri, 5 ədəd hər birinin dəyəri 7000 manat olan ümumi dəyəri 35000 manat olan qaz sərfiyyatı klapanları, 5 ədəd hər birinin dəyəri 1500 manat olan ümumi dəyəri 7500 manat olan qaz tənzimləyici filterləri, 5 ədəd hər birinin dəyəri 1500 manat olan ümumi dəyəri 7500 manat olan qaz tənzimləyici klapanları, 4 ədəd hər birinin dəyəri 150 manat olan ümumilikdə 600 manat dəyərində kələbək (siyirtmə), 2 ədəd hər birinin dəyəri 3000 manat təşkil edən ümumilikdə 6000 manat dəyərində “Lovaro” şirkətinin 22k/vatt-3000 d/d markalı dövriyyə nasosu, 1 ədəd 2500 manat dəyərində “Vilo” 18 k/vatt-3000 d/d markalı dövriyyə nasosu, 400 ədəd hər birinin dəyəri 100 manat təşkil edən, ümumi dəyəri 40000 manat təşkil edən paslanmayan materialdan istehsal edilmiş hər biri 6976 k/vatt təşkil edən su qızdırıcılarının üzərindən ümumilikdə 5000 manat dəyərində əlvan metal hissəcikləri, 1 ədəd 800 manat dəyərində 4 k/vatt-3000 d/d güclü isti su dövriyyə nasosu, 5 ədəd hər birinin dəyəri 500 manat təşkil edən ümumilikdə 2500 manat dəyərində servo motorlar, elektrik idarəedici şkafın içərisindən 22 ədəd hər birinin dəyəri 35 manat təşkil edən 770 manat dəyərində 64A gücündə açar (avtomat), 22 ədəd hər birinin dəyəri 20 manat təşkil edən ümumilikdə 440 manat dəyərində istilik releləri, 50 manat dəyərində elektrik birləşmə naqilləri, elektrik şkafın içərisindən 4 ədəd hər birinin dəyəri 35 manat təşkil edən 140 manat dəyərində avtomat birləşdiriciləri, 3 ədəd hər birinin dəyəri 20 manat təşkil edən 60 manat dəyərində faza qoruyucuları, ümumi dəyəri 2500 manat təşkil edən 5 ədəd genişlənmə çəninin boruları, 5 ədəd qaz xəttinin boruları, 20 ədəd siyirtmələr, 2 ədəd 16 atmosfer manometr və 2000 manat dəyərində elektrik naqilləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 74.360 manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmiş və xx xxxxx 2019cu il tarixdə axşam saatlarında həmin qazanxanaya yenidən qanunsuz daxil olub oğurluq etmək istəyərkən həmin ünvanda yaşayan sakinlər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrindən xx xxxxx 2019-cu il tarixə saat 18 radələrinə kimi olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 ASC-nin X11 ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinə qanunsuz daxil olub oradan 1 ədəd gücü 15 kilovat olan xx.xx.2002-ci il istismar tarixli ümumi dəyəri 1136 manat 46 qəpik olan su mühərrikini gizli olaraq talayıb zərər çəkmiş hüquqi şəxsə ümumilikdə 1136 manat 46 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsəd ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10, 15 və xx xxxxx 2019-cu il tarixdə vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus, ətrafdakı binaların istilik təchizatını təmin etmək üçün nəzərdə tutulmuş qazanxanaya qanunsuz daxil olaraq oradan 05 ədəd, hər birinin dəyəri 5000 manat təşkil edən, ümumi dəyəri 25.000 manat olan “Riello” markalı odluqların üzərindən 1000 manat dəyərində əlvan metal olan hissəcikləri, 5 ədəd hər birinin dəyəri 7000 manat olan ümumi dəyəri 35000 manat olan qaz sərfiyyatı klapanları, 5 ədəd hər birinin dəyəri 1500 manat olan ümumi dəyəri 7500 manat olan qaz tənzimləyici filterləri, 5 ədəd hər birinin dəyəri 1500 manat olan ümumi dəyəri 7500 manat olan qaz tənzimləyici klapanları, 4 ədəd hər birinin dəyəri 150 manat olan ümumilikdə 600 manat dəyərində kələbək (siyirtmə), 2 ədəd hər birinin dəyəri 3000 manat təşkil edən ümumilikdə 6000 manat dəyərində “Lovaro” şirkətinin 22k/vatt-3000 d/d markalı dövriyyə nasosu, 1 ədəd 2500 manat dəyərində “Vilo” 18 k/vatt-3000 d/d markalı dövriyyə nasosu, 400 ədəd hər birinin dəyəri 100 manat təşkil edən, ümumi dəyəri 40000 manat təşkil edən paslanmayan materialdan istehsal edilmiş hər biri 6976 k/vatt təşkil edən su qızdırıcılarının üzərindən ümumilikdə 5000 manat dəyərində əlvan metal hissəcikləri, 1 ədəd 800 manat dəyərində 4 k/vatt-3000 d/d güclü isti su dövriyyə nasosu, 5 ədəd hər birinin dəyəri 500 manat təşkil edən ümumilikdə 2500 manat dəyərində servo motorlar, elektrik idarəedici şkafın içərisindən 22 ədəd hər birinin dəyəri 35 manat təşkil edən 770 manat dəyərində 64A gücündə açar (avtomat), 22 ədəd hər birinin dəyəri 20 manat təşkil edən ümumilikdə 440 manat dəyərində istilik releləri, 50 manat dəyərində elektrik birləşmə naqilləri, elektrik şkafın içərisindən 4 ədəd hər birinin dəyəri 35 manat təşkil edən 140 manat dəyərində avtomat birləşdiriciləri, 3 ədəd hər birinin dəyəri 20 manat təşkil edən 60 manat dəyərində faza qoruyucuları, ümumi dəyəri 2500 manat təşkil edən 5 ədəd genişlənmə çəninin boruları, 5 ədəd qaz xəttinin boruları, 20 ədəd siyirtmələr, 2 ədəd 16 atmosfer manometr və 2000 manat dəyərində elektrik naqilləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 74.360 manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmiş və xx xxxxx 2019cu il tarixdə axşam saatlarında həmin qazanxanaya yenidən qanunsuz daxil olub oğurluq etmək istəyərkən həmin ünvanda yaşayan sakinlər tərəfindən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən qazanxanaya Vüsalla birlikdə yalnız bir dəfə girmiş və ikinci dəfə girən zaman tutulmuşlar. Həmin yerdən yalnız üç ədəd su motoru və elektrik şitin bir neçə relelərini oğurlamışlar. Onlar qazanxanaya daxil olan zaman, qazanxananın qapısı açıq olmuş, onlar qapının qıfılını sındırmamışlar. Bundan sonra onlar həmin motorları aparıb satmaq istəyərkən motorların birini yolda qarşılarına çıxan qaraçı ilə dəyişdirmiş, həmin qaraçı onlardan götürdüyü motorun əvəzində onlara 35 manat pul və əlavə olaraq bir ədəd başqa formalı motor vermişdir. Onlar da məhz həmin motoru özlərində olan digər iki motorla birlikdə Baksol yolu deyilən yerə aparıb orada satmış, sonra yerdə qalan releləri isə 8-ci km bazarı deyilən yerə aparıb Vüsalla birlikdə orada satmışlar. Lakin Zərərçəkmiş şəxs2-dan oğurlanmış motorla bağlı onu bildirir ki, onlar həmin yerə girməmiş, oradan oğurluğun olub-olmamasından xəbərləri olmamış, oradan götürülməsi bildirilən motoru onlara yoldan keçən qaraçı vermiş, həmin motoru qaraçı ilə dəyişərək əldə etmişlər. Vüsalla həmin qazanxanaya yalnız bir dəfə girmiş və həmin vaxt da cəmi 3 ədəd motor və relelər götürmüşlər, yerdə qalan oğurlanmış əşyalardan xəbərləri yoxdur. Əvvəllər ifadə verdiyi zaman düşünürmüş ki, qeyd olunan avadanlıqların ayrı-ayrı günlərdə oğurladığını bildirdiyi təqdirdə ona oğurladığı günlərə görə ayrı-ayrı ittiham veriləcək və bu zaman oğurladığı avadanlıqların qiymətləri də aşağı olacaqdır. Lakin sonradan ona məlum olmuşdur ki, qeyd olunan avadanlıqları o ayrı-ayrı günlərdə oğurladığını bildirsə də ona vahid niyyətlə ittiham irəli sürülərək, bütün əmlakların qiyməti ümumiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən qazanxananın içindən Təqsirləndirilən şəxs2la birlikdə həqiqətən də 02 ədəd içərisində avtomatlar və relelər olan elektrik şitləri, 01 ədəd “Vilo” şirkətinin istehsal etdiyi və 2 ədəd “Lovaro” şirkətinin istehsal etdiyi su mühərriklərini oğurlamışlar. Həmin cinayətləri törətməkdə onlara köməklik göstərən şəxslər olmamış, həmin cinayətləri o, Vüsalla birlikdə törətmişlər. Onlar qazanxanadan oğurluq etdikdən sonra həmin avadanlıqları satmaq məqsədi ilə yoldan keçən taksiləri saxlayaraq qeyd edilən yerlərə satmaq məqsədi ilə getmiş, həmin taksi sürücüləri onların tanışları olmamışdır. Hadisə yerindən aşkar olunmuş bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, bir ədəd qara rəngli papaq, bir cüt qara rəngli əlcək ona məxsus olmuşdur. Aşkar olunmuş bıçaq tiyəsi isə ona məxsus olmamış o, Təqsirləndirilən şəxs2 məxsus olub-olmaması barədə onun heç bir məlumatı yoxdur. Onlar Şahid10 su mühərriklərini və Şahid11 avtomatları (maqnit işə buraxıcıları) və relelərin bəzilərini satdıqları zaman onlara həmin avadanlıqların cinayət yolu ilə əldə edilməsi barədə heç bir məlumat verməmişlər. Həmçinin Şahid10 və Şahid11 onlardan qeyd olunan avadanlıqları alan zaman həmin avadanlıqların kimə məxsus olmasını soruşmuş o, onlara həmin avadanlıqların özlərinə məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə xx xxxxx 2019-cu il tarixdə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, "Baksol" yolu adlanan yerə getmişlər. Həmin tarixdə təxminən saat 16 radələrində onlar qeyd olunan ünvana çatmış və burada mühərriklərdən birini qarşılarına çıxan tanımadıqları və anket məlumatlarını bilmədikləri şəxsə satmaq istədikdə, həmin şəxs özünün də su mühərrikləri satdığını və mühərrikin əvəzinə özündə olan su mühərriklərdən birini və əlavə olaraq 30 manat pul verə biləcəyini bildirmişdir. Onlar onunla razılaşmış və o, oğurladıqları "Vilo" şirkətinin istehsal etdiyi su mühərrikini həmin şəxsə vermiş və həmin şəxs özündə olan markasını bilmədiyi su mühərrikini və 30 manat pulu ona verərək çıxıb getmişdir. Sonradan o, Təqsirləndirilən şəxs2la birlikdə qazanxanadan oğurladığı 02 ədəd "Lovaro" şirkətinin istehsal etdiyi və tanımadıqları şəxsdən oğurlanan "Vilo" şirkətinin istehsal etdiyi su mühərrikinin əvəzinə götürdükləri markasını bilmədiyi su mühərrikini Şahid10 244 manata satmışlar. ünvan 2 saylı ünvanda yerləşən "Zərərçəkmiş şəxs2" ASC-nin zirzəmisindən oğurlanan su mühərrikini onlar qeyd olunan xx xxxxx 2019-cu il tarixdə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, "Baksol" yolu adlanan yerdə tanımadıqları şəxsdən "Vilo" şirkətinin istehsal etdiyi su mühərrikinin əvəzinə götürmüşlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən qazanxanaya Eldənizlə birlikdə yalnız bir dəfə girmiş, ikinci dəfə girmək istədikləri zaman onları həmin ərazinin sakinlər tutub saxlamış və polis əməkdaşlarına təhvil vermişlər. Onlar həmin yerdən yalnız üç ədəd su motoru və elektrik şitinin bir neçə relesini götürmüş, onlar qazanxanaya daxil olarkən qapı açıq olmuş, qıfılı onlar sındırmamışlar. Bundan sonra onlar həmin yerdən oğurladıqları motorları aparıb satmaq istəyərkən yolda qarşılarına çıxan qaraçı ilə motorların birini dəyişdirmiş, həmin qaraçı onlardan götürdüyü motorun əvəzinə onlara 35 manat pul və əlavə olaraq bir ədəd başqa formalı motor vermişdir. Onlar da həmin motoru özlərində olan digər iki motorla birlikdə Baksol yolu deyilən yerə aparıb Nazim adlı şəxsə satmış, yerdə qalan releləri isə 8-ci km bazarı deyilən yerə aparıb Pünhan adlı şəxsə satmışlar. Zərərçəkmiş şəxs2-dan oğurlanmış motorla bağlı bildirir ki, onlar həmin yerə girməmiş, oradan oğurluğun olubolmamasından xəbərsiz olmuşlar. “xxxxxxx”-dan götürülməsi bildirilən motoru onlara yoldan keçən qaraçı vermiş, həmin motoru qaraçı ilə dəyişərək əldə etmişlər. Bundan başqa Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1061-ci məhəllədə yerləşən qazanxananın içindən Təqsirləndirilən şəxs1la birlikdə həqiqətən də 02 ədəd elektrik şitləri, 01 ədəd “Vilo” şirkətinin istehsal etdiyi və 2 ədəd “Lovaro” şirkətinin istehsal etdiyi su mühərrikləri, bir neçə avtomatlar və releləri götürmüş, lakin qeyd olunan digər avadanlıqları onlar oğurlamamışlar. O, əvvəllər ifadə verdiyi zaman düşünmüşdür ki, qeyd olunan avadanlıqların ayrı-ayrı günlərdə oğurladığını bildirdiyi təqdirdə ona oğurladığı günlərə görə ayrı-ayrı ittiham veriləcək və bu zaman oğurladığı avadanlıqların qiymətləri də aşağı olacaqdır. Lakin sonradan ona məlum olmuşdur ki, qeyd olunan avadanlıqları o, ayrı-ayrı günlərdə oğurladığını bildirsə də ona vahid niyyətlə ittiham irəli sürülərək, bütün əmlakların qiyməti ümumiləşdirilmişdir. Onlar həmin cinayətləri törədərkən onlara köməklik göstərən şəxslər olmamış, həmin cinayətləri o, Təqsirləndirilən şəxs1la törətmişdir. Onlar qazanxanadan oğurluq etdikdən sonra həmin avadanlıqları satmaq məqsədi ilə yoldan keçən taksiləri saxlayaraq qeyd etdikləri yerlərə satmaq məqsədi ilə aparılmış lakin həmin taksi sürücüləri onların tanışları olmamışdır. Hadisə yerindən aşkar olunmuş bıçaq tiyəsi ona məxsus olmamış, Təqsirləndirilən şəxs1 məxsus olub-olmaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1la birlikdə xx xxxxx 2019-cu il tarixdə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, "Baksol" yolu adlanan yerə getmiş, o, Təqsirləndirilən şəxs1la birlikdə qazanxanadan oğurladıqları 02 ədəd "Lovaro" şirkətinin istehsal etdiyi və tanımadıqları şəxsdən o və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanan "Vilo" şirkətinin istehsal etdiyi su mühərrikinin əvəzinə götürdükləri markasını bilmədiyi su mühərrikini Şahid10 244 manata satmışlar. ünvan 2 saylı ünvanda yerləşən "Zərərçəkmiş şəxs2" ASC-nin zirzəmisindən oğurlanan su mühərrikini onlar qeyd olunan xx xxxxx 2019-cu il tarixdə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, "Baksol" yolu adlanan yerdə tanımadıqları şəxsdən "Vilo" şirkətinin istehsal etdiyi su mühərrikinin əvəzinə götürmüşlər. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, o, 2018-ci ilin aprel ayından etibarən Zərərçəkmiş şəxs1 MMC-də hüquqşunas vəzifəsində işləyir. Onun işlədiyi Zərərçəkmiş şəxs1 MMC müxtəlif hündür mərtəbəli binaların tikintisi ilə məşğuldur və belə binalar tikilən zaman həmçinin onların şirkəti tərəfindən həmin binalara müxtəlif su və elektrik avadanlıqları ilə təchiz olunmuş qazanxanalarda tikilərək binanın idarəetməsi təhkim olunan şirkətin istifadəsinə verilir. Həmin qazanxanalar başqa hər hansı bir şirkətin idarəetməsinə verilsə də, faktiki sahibkarı onun işlədiyi Zərərçəkmiş şəxs1 MMC şirkətidir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən qazanxana da onun işlədiyi MMC-yə məxsusdur. “xxxxxxxxxxxxx” MMC-nin direktoru Şahid1 xx xxxxx 2019-cu il tarixdə şifahi şəkildə işlədiyi Zərərçəkmiş şəxs1 MMC-nə qeyd olunan ünvanda yerləşən qazanxanadan çoxlu sayda müxtəlif avadanlıqlar oğurlanması və baş vermiş hadisə ilə əlaqədar Nəsimi RPİ-nin İŞ-də cinayət işi üzrə istintaq araşdırılması aparılması barədə məlumat vermişdir. Həmin qazanxanada olan avadanlıqlar onun işlədiyi şirkətə məxsus olduğundan onun, Şahid1 və “xxxxxxxxxxxxx” MMC-nin komendantı vəzifəsində işləyən Famil adlı şəxsin iştirakları ilə qazanxanaya baxış keçirilmiş və məlum olmuşdur ki, naməlum şəxslər qazanxananın qapısını açaraq 03 ədəd ümumi dəyəri 25.000 manat olan elektrik şitini, 02 ədəd ümumi dəyəri 24.000 manat olan esenger (boyler) sistemini, 05 ədəd ümumi dəyəri 30.000 manat olan istilik qazanının əsas idarə edici qurğuları, 02 ədəd ümumi dəyəri 6.000 manat olan reduktoru, 03 ədəd ümumi dəyəri 15.000 manat olan su mühərrikləri, 05 ədəd ümumi dəyəri 25.000 manat olan aparatların qazını tənzimləyən cihazları və 05 ədəd ümumi dəyəri 10.000 manat olan istilik qazanların idarə edici sxemlərini, releləri və çoxlu sayda elektrik avadanlıqlarını və avtomatlarını oğurlamışlar. Oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 MMC şirkətinə 135.560 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, həmin avadanlıqların oğurlanması nəticəsində qazanxananın ümumi bərpası üçün olan əmək haqqı 10.000 manat məbləğində olmuşdur. Nümayəndə1 MMC-yə məxsus olan qazanxanadan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar talanmış əmlakın siyahısında həm faktiki olaraq oğurlanmış, həm də baş vermiş hadisə nəticəsində yararsız hala salınmış əmlaka dair dəqiqləşmə aparıb bildirmiş ki, “Riello” markalı ümumi dəyəri 25000 manat olan 5 ədəd qorelkaların üzərindən ümumilikdə 1000 manat dəyərində əlvan metal olan hissəciklər oğurlandığı üçün onlar yararsız hala düşmüş. Bundan başqa, həmin siyahıda qeyd olunmuş 2 dəst ümumi dəyəri 40000 manat olan su qızdırıcılarının üzərindən ümumilikdə 5000 manat dəyərində əlvan metal hissələri oğurlandığından həmin dəst cihazlar yararsız hala salınmışlar. Daha sonra, siyahıda elektrik idarə edici şkaf kimi adı qeyd olunmuş cihazın tərkibində qeyd olunan hər birinin dəyəri 70 manat olan 22 ədəd, ümumi dəyəri 1540 manat olan maqnit işə buraxıcılar (maqnitapuskatel) oğurlanmamışdır. Bundan əlavə, elektrik şkaf kimi adı qeyd olunan cihazın 8 ədəd hər birinin dəyəri 70 manat olan ümumi dəyəri 560 manat təşkil edən maqnit işə buraxıcı (maqnitapuskatel) və 4 ədəd hər birinin dəyəri 25 manat olan ümumi dəyəri 100 manat təşkil edən zaman releləri oğurlanmamışdır. Odur ki, baş vermiş hadisə nəticəsində hüquqlarını müdafiə etdiyi şirkətə ümumilikdə 145560 manat məbləğində maddi ziyan dəydiyini bildirdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Rəhbərlik yanında aparat hüquq məsləhətçisi vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixində Zərərçəkmiş şəxs2” ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin rəisi Şahid6 tərəfindən akt şəklində Zərərçəkmiş şəxs2 ASC-nin X13 ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 ASC-nin X11 zirzəmisində 3 ədəd su mühərriklərinin və 20 metrlik kabelin oğurlanması barədə məktub göndərilmişdir. Həmin ASC-nin hüquq məsləhətçisi vəzifəsində işlədiyi üçün həmin iş üzrə aparılacaq proseslərdə ona idarənin rəisi tərəfindən etibarnamə verilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixində ona Nəsimi RPİ-nin 20-ci PB-dən zəng gəlmiş və o, ərizə və izahatın verilməsi məqsədilə həmin bölməyə dəvət olunmuşdur. Həmin tarixdə o, qeyd olunan bölməyə gedərək baş vermiş hadisə ilə əlaqədar ərizə və izahat yazmışdır. O, hadisənin şahidi olmamış, lakin hadisə nəticəsində onun işlədiyi idarəyə məxsus olan 3 ədəd su mühərrikləri və 20 metrlik kabel oğurlanmışdır. Qeyd olunan 3 ədəd su mühərriklərinin qiymətləri ilə o, Nəsimi RPİ-nin 20ci PB-nə akt təqdim etmişdir və həmin aktda 1 ədəd gücü 15 kilovat olan, istismar tarixi xx.xx.2003-cü il olan su mühərrikin qiyməti olmamış, yəni həmin mühərrikin oğurlanması nəticəsində onun işlədiyi idarəyə maddi ziyan vurulmamışdır, digər 1 ədəd gücü 15 kilovat olan, istismar tarixi xx.xx.2002-ci il olan su mühərrikin isə hadisənin baş verdiyi günə olan orta bazar qiyməti 1136 manat 46 qəpik kimi qeyd olunmuşdur. Həmin aktda hadisə nəticəsində oğurlanmış digər 1 ədəd gücü 18,5 kilovat olan, istismar tarixi xx.xx.1992-ci il olan su mühərrikin yararsız vəziyyətdə olmasını nəzərə alaraq qiyməti olmamışdır, yəni həmin mühərrikin oğurlanması nəticəsində işlədiyi idarəyə maddi ziyan vurulmamışdır. Həmçinin 20 metrlik kabelin qiyməti olmadığından həmin kabelin oğurlanması nəticəsində işlədiyi idarəyə maddi ziyan vurulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2009-cu ildən “xxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində çalışır. Onun işlədiyi “xxxxxxxxxxxxx” MMC Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1061-ci məhəllədə yerləşən binalara xidmət etmişdir. Həmin binalara xidmət məqsədi ilə həmin ərazidə elektrik stansiyası və qazanxana quraşdırılmışdır. Lakin hava şəraitinin artıq sabit keçməsi ilə əlaqədar onlar xx.xx.2019-cu il tarixdə qazanxananın istifadəsini dayandıraraq orada olan cihazları söndürüb qapısını bağlamışlar. Sonuncu dəfə onun işçisi, elektrik işləyən Rauf Manafov qazanxanaya xx xxxxx 2019-cu il tarixdə daxil olmuş, həmin vaxt qazanxanada hər şey yerində olmuş, bundan sonra o, qapını yenidən bağlayıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində elektrik Rauf şirkətin qarajına kislota gətirmək üçün qazanxanaya girəndə görmüşdür ki, qapı yerindən aralanmış vəziyyətdədir. O, düşünmüşdür ki, hər hansı bir şəxs və ya şəxslər dəmir parçası ilə aralayıb açmışlar. Daha sonra Rauf içəriyə daxil olanda görmüşdür ki, içəridə olan avadanlıqlar dağınıq vəziyyətdədir və oğurlanmışdır. Sonradan ona qazanxananın içərisindən əşyaların oğurlanması barədə məlumat verilmiş və o, qazanxanaya getmişdir. Onlar avadanlıqları yoxlayanda onlara məlum olmuşdur ki, naməlum şəxslər qazanxanadan 02 ədəd ümumi dəyəri 5.660 manat olan elektrik şitini, 02 ədəd ümumi dəyəri 40.000 manat olan su qızdırıcıları (nerj-paslanmayan material), 01 ədəd “Vilo” şirkətinin istehsal etdiyi ümumi dəyəri 2.500 manat olan və 2 ədəd “Lovaro” şirkətinin istehsal etdiyi ümumi dəyəri 6.000 manat olan su mühərrikləri, 05 ədəd ümumi dəyəri 35.000 manat olan qaz sərfiyyatlı klapanları, 05 ədəd ümumi dəyəri 25.000 manat olan “Riello” şirkətinin istehsal etdiyi odluq, 05 ədəd ümumi dəyəri 7.500 manat olan qaz tənzimləyici filtirləri, 05 ədəd ümumi dəyəri 7.500 manat olan qaz tənzimləyici klapanları, 04 ədəd ümumi dəyəri 600 manat olan kələbəklər, 01 ədəd ümumi dəyəri 800 manat olan dövriyyə nasosu, 05 ədəd ümumi dəyəri 2500 manat olan servo mühərrikləri, ümumi dəyəri 2500 manat olan 05 ədəd genişlənmə çəninin boruları, 05 ədəd qaz xəttinin boruları, 20 ədəd siyirtmələr və 02 ədəd monometr oğurlamışlar. Oğurluq hadisəsi nəticəsində “xxxxxxxxxxxxx” MMC şirkətinə 135.560 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, “xxxxxxxxxxxxx” MMC-də komendant vəzifəsində işləyir. Onun işlədiyi “xxxxxxxxxxxxx” MMC Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1061-ci məhəllədə yerləşən binalara xidmət edir. Həmin binalara xidmət məqsədi ilə həmin ərazidə elektrik stansiyası və qazanxana quraşdırılmışdır. xx xxxxx 2019-cu il tarixdə o, saat 09 radələrində qeyd olunan ünvanda işə gəldiyi zaman şirkətin direktoru Şahid1 ona xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında 2 nəfər şəxsin qazanxanaya daxil olan zaman tutulduğunu və polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-nə aparıldığını demişdir. O, həmin tarixdə qazanxananın içərisindən hansı avadanlıqların oğurlandığını müəyyən etmək məqsədilə həmin qazanxanaya baxış keçirtmiş və ona məlum olmuşdur ki, naməlum şəxslər qazanxananın qapısını açaraq 03 ədəd ümumi dəyəri 25.000 manat olan elektrik şitini, 02 ədəd ümumi dəyəri 24.000 manat olan esenger(boyler) sistemini, 05 ədəd ümumi dəyəri 30.000 manat olan istilik qazanının əsas idarə edici qurğuları, 02 ədəd ümumi dəyəri 6.000 manat olan reduktoru, 03 ədəd ümumi dəyəri 15.000 manat olan su mühərrikləri, 05 ədəd ümumi dəyəri 25.000 manat olan aparatların qazını tənzimləyən cihazları və 05 ədəd ümumi dəyəri 10.000 manat olan istilik qazanların idarə edici sxemlərini, releləri və çoxlu sayda elektrik avadanlıqlarını və avtomatlarını oğurlamışlar. Oğurluq hadisəsi nəticəsində qeyd olunan avadanlıqlar Zərərçəkmiş şəxs1 MMC şirkətinə məxsus olduğundan maddi ziyan həmin şirkətə vurulmuşdur. Hadisə nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs1 MMC şirkətinə 135.560 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, həmin avadanlıqların oğurlanması nəticəsində qazanxananın ümumi bərpası üçün nəzərdə tutulmuş əmək haqqı 10.000 manat məbləğindədir. Bundan sonra onlar baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 MMC şirkətinə məlumat vermiş və xx xxxxx 2019-cu il tarixdə onun, qeyd olunan şirkətdə hüquqşünas vəzifəsində işləyən Nümayəndə1 və Şahid1 iştirakı qeyd olunan qazanxanaya yenidən baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2012-ci ilin iyunun ayının 15-dən etibarən DİO-da xidmət edir. Hazırda Azərbaycan Respublikası DİN-nin Əlahiddə ÇPA-nın 9-cu Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunlarına, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidməti fəaliyyəti həmçinin ayrılmış xidməti ərazidə rəhbərlik tərəfindən müəyyən edilmiş digər əməkdaşları ilə birlikdə ictimai asayişin qorunmasından ibarətdir. Aşkar şəkildə cinayət əməllərini törətmiş şəxsləri cinayət başında yaxaladıqda ərazi polis orqanına müvafiq raport tərtib etməklə təhvil verirlər. xx.xx.2019-cu il tarixdə o, digər əməkdaşlar Şahid4 və X8 ilə birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nin ərazisində xidmət aparmışlar. Həmin tarixdə saat 20:40-da onlara efir vasitəsi ilə “Turan” (efir kanalı) məlumat vermişdir ki, “Kimya şəhərciyi” adlanan ərazidə yerləşən istixanadan naməlum şəxslər oğurluq edirlər. Onlar təcili həmin ünvana getmiş və Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti 1061-ci məhəlləyə çatdıqda görmüşlər ki, yaxınlıqda yerləşən binanın tanımadıqları və anket məlumatlarını bilmədiyi 3-4 sakinləri oğurluq edən tanımadıqları şəxsi tutaraq polis əməkdaşlarına təhvil vermək məqsədi ilə yanlarında saxlamışlar. Həmin tanımadığı və anket məlumatlarını bilmədiyi sakinlərdən biri onlara demişdir ki, oğurluq edən digər şəxs istixananın, yəni qazanxananın içində olmalıdır. O, oğrunu yaxalamış həmin sakinlərin anket məlumatlarını bilmir və onları əvvəllər görməmiş və tanımamış, hadisələr tez zamanda baş verdiyindən və gizlənmiş oğrunun yaxalanmasına görə yerində sakinlərin anket məlumatlarını toplamaq mümkün olmamışdır. Məlumatı aldıqdan sonra onlar qazanxanaya tərəf getmiş və içəri daxil olan zaman həqiqətən də oğurluq məqsədilə oraya girən tanımadıqları digər şəxsin də qazanxananın içində gizləndiyini görmüşlər. Bundan sonra onlar hər iki oğurluq zamanı yaxalanmış şəxsi təhkim olunmuş avtonəqliyyat vasitəsilə Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Bölmədə həmin oğurluq zamanı ifşa olunmuş şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilərək hadisə ilə bağlı polis serjantı Şahid4 tərəfindən raport tərtib edilərək tərəflərindən imzalanmış bundan sonra onlar yaxalanmış şəxsləri polis bölməsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutduqları zaman onlar müqavimət göstərməmiş və onlara qarşı da polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq göstərilməmişdir. O, həmin şəxsləri tutaraq onları polisə təhvil vermək məqsədi ilə hadisə yerinə gəldiyi üçün hadisə yerində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurluq əməllinin törətmək məqsədi ilə istifadə etdikləri alət və ya vasitələrə fikir verə bilməmişdir. Buna görə həmin şəxslər tərəfindən hər hansı bir alət və ya vasitə istifadə etdikləri barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayətini edərkən yanlarında digər şəxslərin olması və hadisə yerindən uzaqlaşmasını görməmişlər. Həmçinin, tanımadığı və anket məlumatlarını bilmədiyi binanın sakinləri də qazanxanaya iki nəfər şəxsin daxil olaraq oğurluq etmək istədiklərini və onlardan biri qaçmaq istəyərkən onu tutduqlarını, digərinin isə qazanxananın içərisində gizləndiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Əlahəddə ÇPA-nm 9-cu Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. O, xidməti fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunlarına, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidməti fəaliyyəti həmçinin ayrılmış xidməti ərazidə rəhbərlik tərəfindən müəyyən edilmiş digər əməkdaşlarla birlikdə ictimai asayişin qorunmasından ibarətdir. Aşkar şəkildə cinayət əməllərini törətmiş şəxsləri cinayət başında yaxaladıqda ərazi polis orqanına müvafiq raport tərtib etməklə təhvil verirlər. xx.xx.2019-cu il tarixdə o, digər əməkdaşlar Şahid4 və Şahid3 ilə birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nin ərazisində xidmət aparmışdır. Həmin tarixdə saat 20:40-da onlara efir vasitəsi ilə “Turan”(efır kanalı) məlumat verilmişdir ki, “Kimya şəhərciyi” adlanan ərazidə yerləşən istixanadan naməlum şəxslər oğurluq edirlər. Onlar təcili həmin ünvana getmiş, Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti 1061-ci məhəlləyə çatdıqda orada yaxınlıqda yerləşən binanın tanımadığı və anket məlumatlarını bilmədiyi 3-4 sakinlərinin oğurluq edən tanımadıqları şəxsi tutaraq təhvil vermək məqsədi ilə yanlarında saxladığını görmüşlər. Həmin tanımadığı və anket məlumatlarını bilmədiyi sakinlərdən biri onlara digər oğurluq edən şəxsin istixananın, yəni qazanxananın içində olduğunu bildirmişdir. Həmin sakinlərin anket məlumatlarını bilməmiş və onları əvvəllər görməmiş və tanımamışdır. Onlar qazanxanaya tərəf getmiş və ora daxil olan zaman həqiqətən də oğurluq məqsədilə oraya girən tanımadıqları digər şəxsin də qazanxananın içində gizləndiyini görmüşlər. Bundan sonra onlar hər iki şəxsi Nəsimi RPİ-nin 20-ci PBnə onlara təhkim olunmuş avtonəqliyyat vasitəsilə aparmışlar. Orada Şahid4 tərəfindən raport tərtib edilmiş, onlar həmin şəxsləri polis bölməsinə təhvil vermişlər. Həmçinin bölmədə olan zaman məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin rəisi vəzifəsində işləyir. Onun işlədiyi yerdə fəaliyyəti dayandırılmış nasosların saxlanması üçün zirzəmi olmuşdur. Ayda ən azı bir dəfə tərəflərindən həmin nasoslar saxlanılan zirzəmilərə texniki baxış keçirilmişdir. Bu baxışlarından biri də xx xxxxx 2019-cu il tarixdə axşam saat 18 radələrində onun, qəza-bərpa çilingəri Şahid7 və elektrik ustası Yolçuyev Səxavət tərəfindən keçirilmiş və baxış keçirilən zaman onlar zirzəminin qıfılı sındırıldığını görmüşlər. Zirzəmiyə daxil olan zaman 2 ədəd gücü 15 kilovat olan, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriklərinin və 20 metrlik kabelin oğurlanmasını aşkar etmişlər. Qeyd olunan 3 ədəd mühərrik fəaliyyəti dayandırılmış, 1 ədəd gücü 18,5 kilovat olan su mühərrikinin uzun müddət ərzində istismar olunduğu üçün yararsız vəziyyətdə olmuşdur. Həmin tarixdə dəftərxana bağlı olduğu üçün o, səhəri gün, yəni xx.xx.2019-cu il tarixində tərəfindən yenidən baxış keçirməklə Zərərçəkmiş şəxs2 ASC-nin X11 rəisinə məktub göndərmişdir. O, xx xxxxx 2019-cu il tarixdən qabaq qeyd olunan zirzəmiyə xx xxxxx 2019-cu il tarixində saat 16 radələrində texniki baxış keçirmişdir. Həmin texniki baxışı o, qəza-bərpa çilingəri Şahid7 ilə birlikdə keçirmiş və baxış zamanı 2 ədəd gücü 15 kilovat olan, 1 ədəd gücü 18,5 kilovat olan su mühərrikləri və 20 metrlik kabel zirzəminin içində olmuşdur. xx xxxxx 2019-cu il tarixdə texniki baxış təxminən 10 dəqiqə ərzində davam etmiş və baxış bitdikdən sonra o, zirzəminin qapısını bağlayaraq həmin zirzəmidən uzaqlaşmışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixində texniki baxış keçirilən zaman həmin avadanlıqların zirzəmidə olmadığını aşkar etmişdir. Buna görə də, o, düşünmüşdür ki, hadisə xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrindən xx xxxxx 2019cu il saat 18 radələrinə kimi olan müddət ərzində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 ASC-nin X11 zirzəmisində baş vermişdir. Qeyd olunan su mühərrikləri uzun müddət istismar olunduğu üçün fəaliyyəti dayandırılmış, həmçinin 1 ədəd gücü 18,5 kilovat olan su mühərriki yarasız vəziyyətə olduğu üçün zirzəmidə saxlanmışdır. Həmin 2 ədəd gücü 15 kilovat olan su mühərrikləri yadında olmayan qiymətə xx.xx.2003-cu il tarixindən etibarən istismara buraxılmış və bugünkü günə uzun müddət ərzində istismar olunmasını, köhnəlməsini nəzərə alındığı halda qiymətsiz olmuşdur. Eyni zamanda 1 ədəd gücü 18,5 kilovat olan su mühərriki xx.xx.1982-ci ildən etibarən istismara buraxılmışdır. Həmin mühərrikində uzun müddət ərzində istismar olunmasını, köhnəlməsini və yararsız vəziyyətdə olmasını nəzərə alsaq qiyməti olmayan avadanlıqdır. Həmçinin qeyd olunan 20 metrlik kabeldə təxminən 2003-cü ildə istismara buraxılmışdır, lakin istismar tarixini dəqiq bilməmiş və hal-hazırkı qiymətini də dəqiq qeyd edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin qəza-bərpa çilingəri vəzifəsində işləyir. Onun işlədiyi yerdə fəaliyyəti dayandırılmış nasosların saxlanması üçün zirzəmi olmuşdur. Ayda ən azı bir dəfə tərəfindən həmin nasoslar saxlanılan zirzəmilərə texniki baxış keçirilmişdir. Bu baxışlarından biri də xx xxxxx 2019cu il tarixində axşam saat 18 radələrində onun, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları, nasos qurğularının istismarı sahəsinin rəisi Şahid6 və elektrik ustası Yolçıyev Səxavətin iştirakları ilə keçirilmiş və baxış keçirilən zaman onlar zirzəminin qıfılı sındırıldığını görmüşlər. Zirzəmiyə daxil olan zaman 2 ədəd gücü 15 kilovat olan, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriklərinin və 20 metrlik kabelin oğurlanmasını aşkar etmişlər. Qeyd olunan 3 ədəd mühərrikin fəaliyyəti dayandırılmış, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriki uzun müddət ərzində istismar olunduğu üçün yararsız vəziyyətdə olmuşdur. Həmin hadisə ilə bağlı Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin rəisi Şahid6 tərəfindən Zərərçəkmiş şəxs2 ASC-nin X11 rəisinə məktub göndərmişdir. O, xx xxxxx 2019-cu il tarixdən qabaq qeyd olunan zirzəmiyə xx xxxxx 2019-cu il tarixində saat 16 radələrində texniki baxış keçirtmişdir. Həmin texniki baxışı Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin rəisi Şahid6 ilə birlikdə keçirmiş və baxış zamanı 2 (iki) ədəd gücü 15 kilovat olan, 1 ədəd gücü 18,5 kilovat olan su mühərrikləri və 20 metrlik kabel zirzəminin içində olmuşdur. xx xxxxx 2019-cu il tarixdə texniki baxış təxminən 10 dəqiqə ərzində davam etmiş və baxış bitdikdən sonra Şahid6 zirzəminin qapısını bağlayaraq həmin zirzəmidən uzaqlaşmışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixində texniki baxış keçirilən zaman həmin avadanlıqların zirzəmidə olmadığını aşkar etmişlər. Buna görə də, o, düşünmüşdür ki, hadisə xx xxxxx 2019-cu il saat 16 radələrindən xx xxxxx 2019-cu il saat 18 radələrinə kimi olan müddət ərzində baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin elektrik ustası (montyor) vəzifəsində işləyir. Onun işlədiyi yerdə fəaliyyəti dayandırılmış nasosların saxlanması üçün zirzəmi olmuşdur. Ayda ən azı bir dəfə tərəflərindən həmin nasoslar saxlanılan zirzəmilərə texniki baxış keçirilmişdir. Bu baxışlarından biri də xx xxxxx 2019cu il tarixində axşam saat 18 radələrində onun, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları, nasos qurğularının istismarı sahəsinin rəisi Şahid6 və qəza-bərpa çilingəri Şahid7 iştirakları ilə keçirilmiş və baxış keçirilən zaman onlar zirzəminin qıfılı sındırıldığını görmüşlər. Zirzəmiyə daxil olan zaman 2 ədəd gücü 15 kilovat olan, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriklərinin və 20 metrlik kabelin oğurlanmasını aşkar etmişlər. Qeyd olunan 3 ədəd mühərrik fəaliyyəti dayandırılmış, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriki uzun müddət ərzində istismar olunduğu üçün yararsız vəziyyətdə olmuşdur. Həmin hadisə ilə bağlı Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsinin rəisi Şahid6 tərəfindən Zərərçəkmiş şəxs2 ASC-nin X11 rəisinə məktub göndərmişdir. O, xx xxxxx 2019-cu il tarixdən qabaq qeyd olunan zirzəmiyə baxış keçirilməsi məqsədi ilə 2019-cu ilin iyul ayında getmiş, lakin dəqiq tarix yadında olmamışdır. Ona görə də, hadisənin nə vaxt baş verdiyini qeyd edə bilməmişdir. Hadisə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 ASC-nin X11 zirzəmisində baş vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsində usta vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahənin rəisi Şahid6 olmuşdur. Zərərçəkmiş şəxs2 ASC-nin X11 ünvan 2 ünvanında fəaliyyəti dayandırılmış nasosların saxlanması üçün zirzəmi olmuşdur. xx xxxxx 2019-cu il tarixdə sahə rəisi Şahid6 zirzəmidə oğurluq hadisəsi baş verdiyini və bununla əlaqədar zirzəmiyə yenidən baxış keçirərək akt tərtib olunacağını bildirmişdir. Həmin baxışda o, da iştirak etmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin zirzəminin qıfılı sındırılmışdır. Zirzəmiyə daxil olan zaman 2 ədəd gücü 15 kilovat olan, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriklərinin və 20 metrlik kabelin oğurlanmasını müəyyən etmişlər. Qeyd olunan 3 ədəd mühərrikin fəaliyyəti dayandırılmış, 1 ədəd gücü 18,5 kilovat olan su mühərriki uzun müddət ərzində istismar olunduğu üçün yararsız vəziyyətdə olmuşdur. Həmin tarixdə baxış zamanı Şahid6 tərəfindən akt tərtib olunmuş və Zərərçəkmiş şəxs2 ASC-nin X11 rəisinə məktub göndərilmişdir. xx.xx.2019-cu il tarixində sahə rəisi Şahid6 ona Nəsimi RPİ-nin 20-ci PB-də aparılan araşdırma ilə əlaqədar həmin bölməyə getməyi xahiş etmişdir. O, həmin bölməyə gedən zaman həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Elşən Rəsulov tərəfindən 3 ədəd su mühərriki tanınmaya təqdim edilmiş və o, 1 ədəd 15 kilovat olan göy rəngli korpuslu su mühərrikini üzərində olan qapağın zədəsindən və əyri olmasından tanımış və həmin su mühərrikin onların ASC-nin zirzəmisindən oğurlanmış mühərrik olduğunu bildirmişdir. Hadisənin nə vaxt baş verdiyini o, dəqiq bilməmiş, lakin Şahid6 ona xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində baxış keçirdən zaman oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Oğurluq hadisəsi xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrinə kimi olan müddət ərzində baş vermişdir. Hadisənin yeri isə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 ASC-nin X11 zirzəmisi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxın müddətdir ki, Dərnəgül qəsəbəsində yerləşən Baksol yolunda əlvan metal qəbulu məntəqəsində işləyir. Adətən metalları mal gətirən şəxslərdən, əsasən də topdan satışla məşğul olan şəxslərdən almış, çox nadir hallarda tanımadığı şəxslərdən şəxsiyyət vəsiqəsinin surətinə əsasən də mal alırlar. Mahiyyəti üzrə bildirir ki, xx xxxxx 2019-cu il tarixdə o, həmişəki kimi metal qəbulu məntəqəsində ticarətlə məşğul olmuşdur. Həmin vaxt təxminən saat 13 radələrində ona iki nəfər tanımadığı şəxs yaxınlaşıb əllərində 03 ədəd kəsilmiş su motorları olduğunu bildirib onları satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən satdıqları su matorlarının oğurluq olub-olmadığını soruşmuş, həmin şəxslər ona matorların oğurluq olmadığını bildirmişlər. O, həmin şəxslərdən satdıqları malların qiymətlərini soruşmuş, onlarda sərfəli qiymət dediyindən 03 ədəd su matorlarını 244 manat pul verib almışdır. xx xxxxx 2019-cu il tarixdə o, metal qəbulu məntəqəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb bildirmişdilər ki, aldığı 03 ədəd su motorları oğurluq olmuşdur. O, həmin vaxt bilmişdir ki, həmin şəxslər 03 ədəd su motorlarını oğurlayıb ona satmışlar. O, bunu bildikdə aldığı malları polis əməkdaşlarına təhvil vermiş, motorları aldığı şəxslərdən Vüsalı əvvəldən tanımış, lakin onunla hər-hansı münasibəti olmamışdır. Lakin onlardan malları alanda dəfələrlə onlardan soruşmuşdur ki, həmin satdıqları motorlar oğurluq deyil ki, həmin şəxslər ona əminliklə demişlər ki, motorlar özlərinə məxsusdur, oğurluq etməyiblər. Malları alarkən həmin şəxslərdən sənədlərini istəmiş, onlar ona demişlər ki, gətirib sənədlərini verəcəklər, lakin gətirib verməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxın müddətdir ki, 8-ci kilometr bazarında elektrik avadanlıqlarının pərakəndə satışı və təmiri ilə məşğul olur. Adətən satdığı malları İran İslam Respublikasından mal gətirən şəxslərdən, əsasən də, topdan satışla məşğul olan şəxslərdən almış çox nadir hallarda tanımadığı şəxslərdən şəxsiyyət vəsiqəsinə əsasən mal alır. xx xxxxx 2019-cu il tarixdə o, həmişəki kimi bazarda ticarətlə məşğul olmuş, həmin gün təxminən saat 15 radələrində ona iki nəfər tanımadığı şəxs yaxınlaşıb bildirmişlər ki, elektrik işləyirlər və əllərində bir az artıq qalan malları vardır, onları satmaq istəyirlər. O, həmin şəxslərdən nə mallarını satmaq istədiklərini soruşanda onlar ona demişlər ki, maqnit işə buraxıcı və elektrik cihazlarının işə salınması üçün istifadə olunan relelərini satmaq istəyirlər. O, həmin şəxslərdən soruşmuşdur ki, həmin satdıqları mallar oğurluq deyil ki, onlar ona əminliklə demişlər ki, mallar özlərinə məxsusdur və oğurluq deyil. O, onlardan satdıqları həmin malların qiymətlərini soruşanda ona uyğun qiymət dediklərindən o, onlardan 43 ədəd dedikləri malları almış, aldığı mallara görə həmin şəxslərə ümumilikdə 330 manat pul vermişdir. xx xxxxx 2019-cu il tarixdə o, bazarda olan zaman polis əməkdaşları ona yaxınlaşıb bildirmişlər ki, həmin şəxslərdən aldığı 43 ədəd rele və maqnit işə buraxıcı oğurlanmış mallar olmuşdur. O, yalnız həmin vaxt bilmişdir ki, ona malları satan şəxslər həmin elektrik cihazlarını oğurlayıb ona satmışlar. Bundan sonra o, aldığı həmin malları polis əməkdaşlarına könüllü təqdim etmiş, malları ona satmış şəxsləri o, əvvəldən tanımamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən qazanxanada baş verdiyi müəyyən edilmiş, hadisə yerinə baxış zamanı bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, bir ədəd qara rəngli papaq, bir cüt qara rəngli əlcək və bir ədəd bıçaq tiyəsi götürülmüşdür. (cild 01, iş vərəqə 72-76) İş materiallarında olan götürmə və baxış keçirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Şahid11 Bakı şəhəri, Nizami rayonu, 8ci km qəsəbəsində yerləşən bazarda 330 manata satdıqları 25 ədəd maqnit işə buraxıcı, 6 ədəd istilik relesi, 10 ədəd faza qoruyucu və 2 ədəd zaman relesi maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (cild 01, iş vərəqə 98-99) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 ASC-nin X11 zirzəmisində baş vermişdir. (cild 02, 43-46) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 13538 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, elektron cihazlarının satışı məntəqələrində, internet saytlarının və təqdim edilmiş siyahıda olan məlumatlarla mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin, xx xxxxx 2019-cu il tarixə, respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 25 ədəd müxtəlif modelli, texniki göstəricilərinə malik, xarici görünüşünə görə istismar olunmuş maqnit ilə işə buraxıcı cihaz 875 manat; 6 ədəd müxtəlif modelli, texniki göstəricilərinə malik, xarici görünüşünə görə istismar olunmuş istilik relesi 60 manat; 10 ədəd müxtəlif modelli, texniki göstəricilərinə malik, xarici görünüşünə görə istismar olunmuş faza qoruyucusu 100 manat; bir metr müxtəlif markalı və ölçülü, müxtəlif uzunluqda kəsilmiş vəziyyətdə, kəsilib təqdim edilmiş cihazlara quraşdırılmış, xarici görünüşünə görə istismar olunmuş elektrik naqilləri 0,30 manat. (cild 02, iş vərəqə 107-110) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 21493 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mühərriklərin satışı və köhnə mühərriklərin təmiri məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin işlənmiş vəziyyətdə, xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə, köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar qiymətləri, qərarın təsviri hissəsində və təqdim edilmiş məktub və arayışda göstərilən məlumatlarla əsasən nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən edilir: 2 ədəd gücü 22 k/v olan “Lovaro” adlı işlənmiş dövriyyə nasos 4800 manat; 1 ədəd gücü 15 k/v olan 17 il istismarda olmuş NAS.EN-50/20M*3SAAT adlı işlənmiş elektrik mühərriki 1421.10 manat. (cild 03, iş vərəqə 37-40) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxxxx 2019-cu il tarixli 2292 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 03, iş vərəqə 41-42) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxxxx 2019-cu il tarixli 2304 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 03, iş vərəqə 43-44) İş materiallarında olan DİN-in X1 daxil olmuş 011-3674-1219 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev 1061 ünvanında yerləşən qazanxanada baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 02 ədəd əlcək üzərində müqayisəli molekulyar-genetik tədqiqat aparılmış və müəyyən olunmuşdur ki, həmin əlcəklərin üzərində olan bioloji mənşəli materiallar xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məxsusdur. (cild 02, iş vərəqə 62) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 6128 nömrəli məktubundan görünür ki, barəsində sorğu verilmiş Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (cild 02, iş vərəqə 142) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 6129 nömrəli məktubundan görünür ki, barəsində sorğu verilmiş Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (cild 02, iş vərəqə 143) İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaları tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ASC-nin X11 Su anbarları və nasos qurğularının istismarı sahəsində usta işləyən Şahid9 ilə istintaq hərəkəti zamanı “2” nömrəsi ilə işarələnmiş, gücü 15 kilovat olan açıq göy rəngli su mühərrikini tanıyaraq həmin mühərrikin onun işlədiyi Zərərçəkmiş şəxs2 ASC-nin ünvan 2 ünvanında yerləşən X11 zirzəmisindən oğurlanan mühərrikin olduğunu, həmin mühərriki qapaq hissəsində olan zərbələrdən və təmirdən sonra qalan işarələrdən tanıdığını bildirmişdir. (cild 02, iş vərəqə 195-197) İş materiallarında olan xx.xx.2019-cu il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən qazanxananın yerini əyani şəkildə göstərməklə əvvəl verdiyi ifadəsini təsdiq etmişdir. (cild 02, iş vərəqə 225-228) İş materiallarında olan xx.xx.2019-cu il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq cinayətini törətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllənin kəsişməsində yerləşən qazanxananın yerini əyani şəkildə göstərməklə əvvəl verdiyi ifadəsini təsdiq etmişdir. (cild 02, iş vərəqə 230-233) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli istintaq eksperimenti aparılması haqqında protokoldan görünür ki, 1 ədəd gücü 15 k/v olan 17 il istismarda olmuş NAS.EN-50/20M*3SAAT adlı işlənmiş su mühərriki (elektrik mühərriki) ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 ASC-nin X11 zirzəmisinə aparılaraq həmin zirzəmidə su mühərriki üçün nəzərdə tutulmuş birləşdiricisi qurğusuna birləşdirilməsi mümkün olubolmamasını müəyyən etmək məqsədi ilə mütəxəssis qismində dəvət olunmuş Şahid7, X3 və X4 iştirakları ilə istintaq eksperimenti keçirilmiş və su mühərrikinin zirzəminin yumşaq birləşdiricisi qurğusuna birləşdirilməsi və mühərrikin aşağı hissəsində yerləşən yiv üçün nəzərdə tutulmuş yer ilə fundamentin mühərrikin aşağı hissəsinin bərkidilməsi üçün nəzərdə tutulmuş yer ilə uyğun gələrək bolt vasitəsilə bərkidilməsi mümkün olmuşdur. (cild 03, iş vərəqə 96-102) İş materiallarında olan «xxxxxxx» MMC-dən götürülmüş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iş üzrə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** GSM nömrəsinə aid ötürücü antenalar cədvəlinə keçirilmiş baxış zamanı məlum olmuş ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** GSM nömrəsinə aid ötürücü antenalar qeyd edilən ərəfədə əsas etibarı ilə ünvan 6 saylı ünvanda, yalnız xx xxxxx 2019-cu il tarixdə saat 13:06-da Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə 9 saylı ünvanda yerləşən A tikilisində, həmin tarixdə saat 17:12-də ünvan 8 saylı ünvanda, xx.xx.2019-cu il tarixdə saat 13:31-də ünvan 91 saylı ünvanda, xx.xx.2019-cu il tarixdə saat 10:03-də ünvan 10 saylı ünvanda, xx.xx.2019-cu il tarixdə saat 09:02-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Naxçıvani küçəsi, ev 1, 28 saylı ünvanda, həmin tarixdə saat 17:04-də Bakı şəhəri, Nəsimi rayonu X18 küçəsi 1008-ci məhəllə, xx.xx.2019-cu il tarixdə saat 00:44-də Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 38, xx.xx.2019-cu il tarixdə saat 16:19, 16:20-də Bakı şəhəri, Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2113-cü məhəllə, həmin tarixdə saat 16:57-də Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 2383-2387 saylı ünvanda fiksə edilmişdir. (cild 03, iş vərəqə 205) Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini qismən təqsirli bilməsi barədə verdiyi ifadələrinə qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri özlərinin qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakları ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində göstərmişlər ki, onlar qeyd edilən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus qazanxanaya bir dəfə deyil, 10 aprel, 15 aprel və xx xxxxx 2019-cu il tarixlərdə qanunsuz daxil olduqlarını, sonuncu dəfə isə 23 aprel tarixində həmin qazanxanaya daxil olan zaman tutulduqlarını bildirmişlər. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ona satılan avadanlıqların cinayət yolu ilə əldə olunması barədə məlumatının olmadığını və Təqsirləndirilən şəxs1 bu barədə ona məlumat vermədiyini təsdiq edərək onu ifşa etmişdir. (cild 01, iş vərəqə 211-213) İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid11 araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ona satılan avadanlıqların cinayət yolu ilə əldə olunması barədə məlumatının olmadığını və Təqsirləndirilən şəxs1 bu barədə ona məlumat vermədiyini təsdiq edərək onu ifşa etmişdir.(cild 01, iş vərəqə 214-216) İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, ona satılan avadanlıqların cinayət yolu ilə əldə olunması barədə məlumatının olmadığını və Təqsirləndirilən şəxs2 bu barədə ona məlumat vermədiyini təsdiq edərək onu ifşa etmişdir. (cild 01, iş vərəqə 217-219) İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid11 araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, ona satılan avadanlıqların cinayət yolu ilə əldə olunması barədə məlumatının olmadığını və Təqsirləndirilən şəxs2 bu barədə ona məlumat vermədiyini təsdiq edərək onu ifşa etmişdir. (cild 01, iş vərəqə 220-222) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qeyd edilən Plenum qərarının 17-ci bəndinin 3-cü abzasında göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Həmin Plenum qərarının 18-ci bəndinin 3-cü abzasına əsasən, əgər şəxs CM-nin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.3.3 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.3.3, yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 180.3.2, 180..3.3, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-nin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviriəsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Həmin Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Plenum qərarının 27-ci bəndinin 2-ci abzasına əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən,cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir.(cild 02, iş vərəqə 66-69) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir və onun əməlində residiv halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 03, iş vərəqə 25-26) Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 2292 və 2304 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən qaldırılmış mülki iddia qismən təmin edilməli və 74.360 (yetmiş dörd min üç yüz altmış) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nə qaytarılmalıdır. Belə ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 cinayət işi üzrə vermiş olduğu mülki iddiada cinayət əməli nəticəsində onlara dəymiş maddi ziyanın 145560 (yüz qırx beş min beş yüz altmış) manat olduğunu göstərsə də cinayət işinin materialları ilə onlara dəymiş ziyanın 74.360 (yetmiş dörd min üç yüz altmış) manat olması müəyyən edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 mülki iddianın təmin olunmayan hissəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASC tərəfindən qaldırılmış mülki iddia təmin edilməli və 1136,46 (min yüz otuz altı manat, qırx altı qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs “xxxxxxx” ASC-nə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-də saxlanılan, 2 ədəd “Lovaro” markalı nasos zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə, 1 ədəd “NAS.EN-50/20M*3SAAT” elektrik mühərrik Zərərçəkmiş şəxs2 ASC-nə, bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, bir ədəd qara rəngli papaq və bir cüt qara rəngli əlcək Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(006)-226/2019-cu il və xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. (cild 02, iş vərəqə 22- 23,24-27) Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 90 iş saatı həcmində hüquqi yardımla bağlı 540 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 132 manat miqdarında pul pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010cu il tarixdə edilmiş dəyişikliklərə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı 432 manat pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 132 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən qaldırılmış mülki iddia qismən təmin edilsin və 74.360 (yetmiş dörd min üç yüz altmış) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC yə qaytarılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 mülki iddianın təmin olunmayan hissəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASC tərəfindən qaldırılmış mülki iddia təmin edilsin və 1136,46 (min yüz otuz altı manat, qırx altı qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş “xxxxxxx” ASC-nə qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-də saxlanılan, 2 ədəd “Lovaro” markalı nasos zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə, 1 ədəd “NAS.EN-50/20M*3SAAT” elektrik mühərrik Zərərçəkmiş şəxs2 ASC-nə, bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, bir ədəd qara rəngli papaq və bir cüt qara rəngli əlcək Təqsirləndirilən şəxs1 qohumlarına hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 90 iş saatı həcmində hüquqi yardımla bağlı 540 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 132 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı 432 manat pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 132 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar