Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-483/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Astara rayonunun Ojakəran kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonunun Ojakəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Plotnikov küçəsi 79-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, x xxxx 1999-cu il tarixdə Hacıqabul rayonunun Talış kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Abdulabad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Bağlar massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgə əmlakını silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qoyub ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən x xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1ci blokunun 1-ci mərtəbəsində 2 saylı mənzilin qarşısında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib əl çantasını verməsini tələb etmiş, Zərərçəkmiş şəxs tələblərini yerinə yetirməməsini gördükdən sonra silah qismində istifadə edilən bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona bel nahiyəsinin 1 ədəd və sol dirsək nahiyəsinin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş, yarası ilə nəticələnən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vumaya aid edilən və döş qəfəsinin sol yarısından döş və qarın boşluğuna nüfuz edən diafraqmanın və dalağın zədələnmələri ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əsgər yoldaşıdır. Zərərçəkmiş şəxs isə təxminən 2016-cı ildən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs ilə Nərimanov rayonu ərazisində yerləşən “N.Nərimanov” adına istirahət parkında tanış olmuş və sonra münasibətləri yaranmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs tapa bilməmişdir. Təxminən 2017-ci ilin aprel ayında hərbi xidmətə yollanmışdır. 2018-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris olunub Bakı şəhərinə gəlmişdir. Təsadüfən əsgər yoldaşı Təqsirləndirilən şəxs2la istirahət etmək üçün Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanındakı mənzilə getmişlər. Bundan sonra x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2la görüşüb x xxxx 2020-ci il tarixdə səhər saatlarına kimi onunla birlikdə “Yaşıl” bazarda işləmiş və sonra səhər Binəqədi rayonu ərazisində ünvanını bilmədiyi tanışının yaşadığı evə getmişlər. Orada bir qədər dincəldikdən sonra yemək yemiş, sonra evdən çıxıb birlikdə “Yaşıl” bazara gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2la birlikdə avtobusla Nərimanov rayonuna gəlmiş, bir qədər “Nərimanov” parkında oturub söhbət etmişlər. O, həmin vaxt X4 əlaqə saxlamasını xahiş etmiş və istirahət etmək üçün onun yanına getmələrini təklif etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ona qapı açmayacağını bildirmiş və buna görə də Zərərçəkmiş şəxs məhz onun zəng etməsini təklif etmiş, Hatəm də etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs2 “Metropark” ticarət mərkəzinin yanında yerləşən taksafondan Zərərçəkmiş şəxs zəng edib gəlmək istədiyini bildirmişdir. Bir neçə dəfə zəngləşdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 yaşadığı evdə olmasını və gələ biləcəyini demişdir. Saat 22:30 radələrində onlar gəzərək Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və bloka daxil olmuşlar. O, bir az kənarda dayanmış, sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı 1-ci mərtəbədə olan 2 saylı mənzilin zəngini vurmuşdur. Zərərçəkmiş şəxs qapını açmış və Təqsirləndirilən şəxs2 mənzilə bir addım daxil olmuşdur. Sonra o, qapıya yaxınlaşdıqda Zərərçəkmiş şəxs onu görmüş və “yenə sən” deyərək səs-küy salmağa başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs onu və ailə üzvlərini təhqir etməyə başlamışdır. O, həmin vaxt təhqirlərə dözə bilməmiş və cibində olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs sol tərəfindən vurmuşdur. Zərərçəkmiş şəxs buna baxmayaraq üstünə gələrək əl-qol atmağa və təhqiramiz sözlər danışmağa başlamışdır. O da arxaya çəkilərək yenə də Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt özünü itirdiyi üçün bıçağın Zərərçəkmiş şəxs dəyməməsini düşünmüşdür. Nəticədə Zərərçəkmiş şəxs 3 dəfə bıçaqla vurmuş və həmin bıçaqlardan biri onun sol qoluna dəymişdir. Bundan sonra özünü itirmiş və hadisə yerindən qaçmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 da onunla birlikdə qaçmışdır. Onlar hadisə yerindən uzaqlaşaraq “Salam Baku” restoranının yanına gəlmişlər. Bir az gəzdikdən sonra Hatəm çıxıb getmişdir. O isə F.X.Xoyski küçəsi ilə gələrək qara rəngli “Hyundai Elantra” markalı taksiyə minərək “Yaşıl” bazarın qarşısına gəlmiş, sonra isə başqa bir taksi ilə Binəqədi rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi mənzilə getmişdir. xx xxxx 2020-ci il tarixdə isə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, Sevincin evində əvvəllər bir neçə dəfə olmuşdur. Onun hadisə baş verən gün üzərində mobil telefon olmamışdır. Sevinclə onun bir-birinə borcları olmamışdır. O, ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Hatəmlə o, Sevincin evinə istirahət etmək üçün getmişdir. Müstəntiqə ifadə verərkən müdafiəçi iştirak etmişdir. Hatəm Sevinci onunla tanış etmişdir. Sevinc ilə onun arasında pula görə mübahisə olmamışdır. Hatəmlə o, əvvəllər də Sevincin evində olmuşlar. Hadisə günü Sevinc onu təhqir etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3 -cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əsgər yoldaşıdır. Hərbi xidmətdən gəldiyi il Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Tanış olduqdan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək onunla pul müqabilində cinsi əlaqədə olmuşdur. Təxminən 1 ay sonra, yəni 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs yaşadığı evə aparmış və o da Sevinclə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yaşamışdır. 2019-cu ilin yanvar ayından sonra Kamranla əlaqəsi kəsilmişdir. Sonrakı dövr ərzində Kamran 2-3 aydan bir ona müxtəlif nömrələrdən zəng edərək hal-əhval tutmuş, lakin görüşməmişlər. Sonuncu dəfə x xxxx 2020-ci il tarixdə yaşadığı Hacıqabul rayonundan çıxaraq Bakı şəhərinə gəlmiş və əmisi Şahid yaşadığı Abşeron rayonu, Bağlar yaşayış massivində müvəqqəti yaşamağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə zəngləşmişlər və sonuncu ona hazırda Bakı şəhərində yerləşən “Yaşıl” bazarda işlədiyini demişdir. x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşmək üçün onun işlədiyi “Yaşıl” bazara getmişdir. Daha sonra onlar Kamranın yaşadığı, Binəqədi rayonu ərazisində tanımadığı ünvana getmişlər. Orada bir qədər dincəldikdən sonra yemək yemişlər və evdən çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 mobil telefonunu evdə qoymağını bildirmil və özü də mobil telefonunu evdə qoymuşdur. Sonra onlar birlikdə “Yaşıl” bazara gəlmişlər. Oradan çıxarkən o bazardan çiynində çanta ilə çıxmış və birlikdə avtobusla Nərimanov rayonuna gəlmişlər. Bir qədər gəzişdikdən sonra Kamran ona Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq onun evinə gedib istirahət etməyi təklif etmiş, o da razı olmuşdur. Sonra Kamranla birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin yanına gəlmişlər və orada mağazalardan birindən müxtəlif spirtli içkilər alaraq “Nərimanov” istirahət parkında içmişlər. Saat 17-18 radələrində “Metropark” ticarət mərkəzinin yanında yerləşən taksafondan Zərərçəkmiş şəxs zəng edib onun yanına gəlmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə hələ evdə olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə Sevincə zəng etmiş, nəticədə sonuncu ona yarım saata yaşadığı evə gələcəyini demişdir. Saat 22:30 radələrində onlar gəzə-gəzə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 62 saylı yaşayış binasının qarşısına gəlmişlər və bloka daxil olmuşlar. Zərərçəkmiş şəxs həmin binanın 1-ci mərtəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs1 bir qədər kənarda dayanmış və o mənzil 2 ünvanının zəngini vurmuşdur. Zərərçəkmiş şəxs qapını açmış və o 1-2 addım içəri girmişdir. Zərərçəkmiş şəxs ona evdə adam olduğunu bildirmiş, ancaq onu evə dəvət etmişdir. Sevinc qapını örtmək istəyərkən Kamran qapını əli ilə saxlamış və əlindəki bıçaqla içəri bir addım daxil olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 görən kimi hay-küy salmağa başlayaraq onu təhqir etmişdir. Kamran da Zərərçəkmiş şəxs üzərinə gedərək əlindəki bıçaqla ona tərəf bir neçə zərbə atmışdır. O da qorxuya düşüb qaçmağa başlamış, Təqsirləndirilən şəxs1 də arxasınca qaçmışdır. Onlar blokdan çıxaraq avtomobil yolu istiqamətinə qaçmışlar, sonra bir-birilərini itirmişlər. O piyada “Yaşıl” bazara gəlmiş və orada Təqsirləndirilən şəxs1 gözləməyə başlamışdır. Lakin yarım saat gözlədikdən sonra Kamranın gəlmədiyini görüb müvəqqəti yaşadığı Abşeron rayonu, Bağlar yaşayış massivinə getmiş və hadisədən qorxduğu üçün bir neçə gün evdən çıxmamışdır. xx xxxx 2020-ci il tarixdə o Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sevincin evinə apardığı çantanın içərisində 1 ədəd tapança formalı alışqan, 2 ədəd plastik kələpçə və 1 ədəd yapışqanlı lent var olmuşdur. Hadisə zamanı üzərində mobil telefon olmamışdır. Hadisə axşam saatlarında baş vermişdir. Çantanın içindəki əşyalardan iş yerində istifadə etmişdir. Sevincin Kamranı nəyə görə təhqir etdiyini bilmir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və buna görə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 ona, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq onlara getməyi, özündə olan bıçaqla Zərərçəkmiş şəxs qorxudacağını və pulunu alacağını bildirdiyini, o, bıçaqla qorxutma təklifini rədd etdiyini, Təqsirləndirilən şəxs1 isə ona, Sevincin pulunun olacağını, onu özünün qorxudacağını, onun vəzifəsinin isə yalnız qapını açdırmaq olduğunu, o da bu təkliflə razılaşdığını, Təqsirləndirilən şəxs1 bir qədər kənarda dayandığını, Zərərçəkmiş şəxs qapını açdıqdan sonra o, mənzilə bir-iki addım daxil olduğunu, Zərərçəkmiş şəxs ona, evdə adam olduğunu bildirdiyini, qapını örtmək istədiyi vaxt isə Təqsirləndirilən şəxs1 qapını əli ilə saxladığını və əlindəki bıçaqla içəri bir addım daxil olduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və əlindəki bıçağı görən kimi hay-küy salmağa başladığını, onlar özlərini itirdiklərini, bu vaxt Təqsirləndirilən şəxs1 əlindəki bıçaqla Zərərçəkmiş şəxs üzərinə gedərək ona tərəf bir neçə zərbə atdığını, o, gördüyü səhnədən qorxuya düşüb qaçmağa başladığını, Təqsirləndirilən şəxs1 də onun arxası ilə qaçdığını, sonra birbirilərini itirdiklərini, onlar qabaqcadan öz aralarında Zərərçəkmiş şəxs qarət etdikdən sonra “Yaşıl” bazarın qarşısında görüşmə barədə razılığa gəldiklərini, x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı mənzilə konkret olaraq Zərərçəkmiş şəxs qorxudub onun pulunu almaq məqsədi ilə getmələrini, aralarındakı razılaşmaya əsasən onun vəzifəsinin qapını döyüb S.Nəsiovanın qapını açmasına nail olmaqdan ibarət olmasını, işin qalanını isə, yəni Zərərçəkmiş şəxs qorxudub pulunu almağı isə Təqsirləndirilən şəxs1 öz üzərinə götürməsini bildirmişdir (cild 2, iş vərəqə 76-80). Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri 181.3.3-cü maddəsi ilə nəzərdə cinayət əməlini törətməkdə təqsirli olmaları Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci il tarixdə səhər saatlarında oğlu Zakir Nəsirovla birlikdə tanışı Maral adlı qadının həyat yoldaşının il mərasiminə getmişlər. Saat 15:30 radələrində oğlu Zakir Nəsirov idarə etdiyi avtomobillə onu “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranın qarşısında düşürtmüşdür. Bundan sonra o Nərimanov rayonu ərazisində yerləşən mağazaları gəzmişdir. Daha sonra yaşadığı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 62, mənzil 2 ünvanına gəlmişdir. Bir qədər sonra isə çörək almaq üçün kirayədə yaşadığı evdən çıxaraq “Nənəmin Təndiri” adlanan yerə getmiş, lakin orada çoxlu növbə olduğundan təkrar evə qayıtmaq istəyərək saat 22:30 radələrində gəzə-gəzə kirayədə yaşadığı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 62 saylı yaşayış binasının qarşısına gəlmiş və bloka daxil olmuşdur. Bu vaxt arxasınca bloka 2 nəfər əvvəllər tanımadığı, adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daxil olmuşlar. Təqsirləndirilən şəxs1 hündür boylu olmaqla əynində qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı və üzündə qara rəngli tibbi maska olmuşdur. Təqsirləndirilən şəxs2 isə alçaq boylu, sarıyanız, gözləri göy və üzündə seyrək tükləri olmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq “bacı telefonu olar 1 dəqiqə” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs2 kim olduğunu soruşmuş, bu vaxt Təqsirləndirilən şəxs1 paltarını tutub buraraq ona “çantanı bura ver” sözlərini demiş və qəflətən ona bıçaqla zərbə vurmuşdur. O da qışqıraraq yuxarı mərtəbəyə doğru qaçmışdır. Bu vaxt onlar qorxub qaçmışlar. Sonra o 1-ci mərtəbədə olan kirayədə yaşadığı mənzilə daxil olmuşdur Bir neçə dəqiqədən sonra isə xəstəxanaya getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 çantasını ona verməyini istəmişdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı ona bıçaqla bir neçə dəfə xəsarət yetirmişdir. Blokda onlardan başqa heç kəs olmamışdır. Həmin şəxslərdən hündürboylu olanın əynində kurtka olmuşdur. Çantasında 500 manat pul və qızıl sırğalar olmuşdur. Təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs2 iş tapmaq üçün x xxxx 2020-ci il tarixdə Bakı şəhərinə onun evinə gəlmiş və həmin gün axşam saatlarında evdən çıxaraq əsgərlik yoldaşı ilə görüşməyə getdiyini bildirmişdir. Bundan sonra x xxxx 2020-ci il tarixdə saat 5 radələrində Təqsirləndirilən şəxs2 evə qayıtmışdır. Hatəmdən harada olduğunu və nə üçün evə bu saatda gəldiyini soruşduqda o, əsgərlik yoldaşı ilə birlikdə olduğunu demişdir. Həmin vaxt Hatəmin əlində boz rəngli çiyinə asmaq üçün çanta olmuşdur. O Hatəmdən həmin çantanın kimə məxsus olduğunu soruşduqda o, çantanın əsgərlik yoldaşının olduğunu bildirmişdir. O həmçinin Hatəmdən nə üçün mobil telefonuna zəng çatmadığını soruşmuş, o da mobil telefonunun xarab olduğunu, təmir üçün əsgərlik yoldaşına verdiyini demişdir. xx xxxx 2020-ci il tarixdə isə Nərimanov RPİ-nin əməkdaşları Hatəmi saxlamışlar. O da polis əməkdaşlarının təklifi ilə könüllü olaraq Hatəmin evdə qoyduğu əl çantasını gətirib istintaqa təqdim etmişdir. Həmin çantanın içərisində nə olduğundan məlumatı olmamışdır. Hatəm mobil telefonunun xarab olduğunu bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 75-80; 143-147). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək biri-birinin üzünə qarşı demişlər (cild 1, iş vərəqə 148-152). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri hadisə yeri olan ünvan 2 ünvanının qarşısında yoxlanılarkən təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişlər (cild 1, iş vərəqə 72-74; 137-139). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 414 saylı xx xxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısından döş və qarın boşluğuna nüfuz edən, diafraqmanın və dalağın zədələnmələri ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və bel nahiyəsinin 1 ədəd və sol dirsək nahiyəsinin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmiş şəxsin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla x xxxx 2020-ci il tarixə uyğun gəlmişdir (cild 1, iş vərəqə 234-235). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 454/2020-MTBŞ saylı x xxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Oalfa,beta/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar və qısaqol mayka üzərindəki ləkələrdə və hadisə yerindən 8 ədəd kiçik pambıq topaları üzərinə hopdurulub götürülmüş maddi ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, şalvar və qısaqol mayka üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən, ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 237-240). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1271 saylı xx xxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 242-243). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1272 saylı xx xxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 245-246). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı x xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 62 saylı yaşayış binasının 1-ci blokunda baş vermiş hadisə ilə əlaqədar hadisə baş verən ünvanın yan tərəfində yerləşən, Ə.Rəcəbli küçəsi 64 saylı yaşayış binasında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülər olan 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı həmin DVD diskdə 14 dəqiqə 48 saniyə müddətində videogörüntülərin olması, görüntülərin 5.06.2020-ci il tarixə, saat 22:30 radələrinə təsadüf etməsi, görüntülərin 2:37-ci dəqiqəsində şəxsiyyətləri sonradan istintaqa məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 62 saylı yaşayış binası istiqamətinə getmələri, görüntülərin 6:25-ci dəqiqəsindən 6:30 dəqiqəsinədək olan müddət ərzində isə qadın cinsli şəxsin ucadan qışqırıq səslərinin eşidilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 39). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 əmisi Şahid könüllü olaraq istintaqa təqdim etdiyi x xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 62 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində, 2 saylı mənzilin qarşısında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 üzərində olan və sonradan Şahid yaşadığı evə aparıb qoyduğu 1 ədəd əl çantasına baxış keçirilmişdir. Baxış zamanı həmin əl çantasının boz rəngli olması, üzərində “Free Soldier” yazısının olması, içərisində 1 ədəd yapışqanlı lentin, 1 ədəd tapança formasında alışqanın və 2 ədəd plastik kələpçələrin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 142). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid istintaqa təqdim etdiyi, üzərində “Free Soldier” sözləri yazılmış əl çantası, 1 ədəd yapışqanlı lent, 1 ədəd tapança formasında alışqan və 2 ədəd plastik kələpçələr tanınma üçün Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 təqdim edilmiş predmetlərin ona məxsus olmasını, x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs evinə gedərkən həmin əl çantasını saxlamaq üçün Təqsirləndirilən şəxs2 verməsini, hadisədən sonra ayrı istiqamətlərə qaçmalarını və həmin əl çantasının Təqsirləndirilən şəxs2 qalmasını, sonradan Təqsirləndirilən şəxs2 həmin əl çantasını hara aparmasından məlumatının olmadığını göstərmişdir (cild 1, iş vərəqə 153). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid istintaqa təqdim etdiyi, üzərində “Free Soldier” sözləri yazılmış əl çantası, 1 ədəd yapışqanlı lent, 1 ədəd tapança formasında alışqan və 2 ədəd plastik kələpçələr tanınma üçün Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs2 təqdim edilmiş əl çantasının Təqsirləndirilən şəxs1 məxsus olmasını, x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs evinə gedərkən Təqsirləndirilən şəxs1 həmin çantasını özü ilə götürməsini, yolda olarkən çantanı saxlamaq üçün ona verməsini, hadisədən sonra həmin əl çantasını əmisi Şahid yaşadığı evə aparmasını, evə çatdıqdan sonra çantanı açaraq içərisində hazırda ona təqdim edilən 1 ədəd yapışqanlı lentin, 1 ədəd tapança formasında alışqanın və 2 ədəd plastik kələpçələrin olduğunu görməsini göstərmişdir (cild 1, iş vərəqə 154). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş şalvar və qısaqol mayka, qan nümunəsi, həmçinin hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 62 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində, 2 saylı mənzilin qarşısından götürülmüş üzərində qan nümunələri olan 8 ədəd pambıq topaları, Şahid istintaqa təqdim etdiyi, üzərində “Free Soldier” sözləri yazılmış əl çantası, 1 ədəd yapışqanlı lent, 1 ədəd tapança formasında alışqan və 2 ədəd plastik kələpçələr iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülər olan 1 ədəd DVD diskin sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 45-54). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 186-187). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələlərinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə tövsif etməklə yanaşı onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 112-114). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 175-177). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə görə cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar və qısaqol mayka, qan nümunəsi, hadisə yerindən götürülmüş 8 ədəd pambıq topaları, üzərində “Free Soldier” sözləri yazılmış əl çantası, 1 ədəd yapışqanlı lent, 1 ədəd tapança formasında alışqan və 2 ədəd plastik kələpçələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 62 saylı yaşayış binasının yaxınlığında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülər olan 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ona (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar və qısaqol mayka, qan nümunəsi, hadisə yerindən götürülmüş 8 ədəd pambıq topaları, üzərində “Free Soldier” sözləri yazılmış əl çantası, 1 ədəd yapışqanlı lent, 1 ədəd tapança formasında alışqan və 2 ədəd plastik kələpçələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 62 saylı yaşayış binasının yaxınlığında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülər olan 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.