Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-483/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Siyavuş Həbib ğlu Hacıyev və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçilər X4 və Arifə Arif qızı Bağırovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1989-cu ildə Cəlilabad rayonunun Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu Günəşli ərazi dairəsi, Günəşli kəndində qeydiyyatda olub, Bakı şəhəri Xətai rayonu, Məmmədov küçəsində nömrəsiz evdə kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs qardaşı X1 borc pul almaq məqsədi ilə 27 iyun 2021-ci il tarixdə saat 2 radələrində sonuncunun kirayədə yaşadığı ünvan 1 ünvana gəlmiş, lakin qardaşının borca verilməsi üçün pulu olmadığını yəqin etdikdən sonra, özgənin əmlakını talama məqsədilə həmin ünvanda yaşayan digər sakinlərin yatmasından və qardaşı Xəyal Verginovun diqqətinin yayınmasından istifadə edərək dolabın üzərindən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 530 manat dəyərində olan 1 ədəd «Samsung A 30» markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus 480 manat dəyərində olan «X11 9» markalı mobil telefonu gizli talayıb, Zərərçəkmiş şəxs2 cəmi 530 (beş yüz otuz) manat, Zərərçəkmiş şəxs3 cəmi 480 (dörd yüz səksən) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla 18 sentyabr 2021-ci il tarixdə saat 1 radələrində ünvan 2 ünvanda yerləşən evə açıq pəncərədən qanunsuz daxil olmaqla basqın edib, yataqda olan Zərərçəkmiş şəxs1 boğaz və çənə nahiyəsindən tutub sıxaraq nağd pul və qiymətli əşyaları tələb edərək ona sifət, sol qulaqarxası, boyun və çənə nahiyələrinin sıyrıqları ilə nəticələn sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sonuncuya məxsus 120 manat dəyərində «Samsung Galaxy J 5» markalı, «SM-J530FM/DS» modelli 1 ədəd mobil telefonu, 75 manat dəyərində «Samsung Galaxy J 5», «SM-J510FN/DS modelli 1 ədəd mobil telefonu, 120 manat dəyərində «Huawei» markalı 1 ədəd mobil telefonun qulaqcığını, 8 manat dəyərində 1 ədəd kəməri və 33 manat 50 qəpik nağd pulunu ələ keçirib hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 356 (üç yüz əlli altı) manat 50 (əlli) qəpik miqdarda ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1, 181.2.2, 181.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 iyun 2021-ci il tarixdə qardaşı Xəyalın yaşadığı ünvan 1 evdən oğurluq etməmişdir. 18 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 qarşı quldurluq etməmiş, evdən heç nə götürməmişdir. Onunla qonşuluqda yaşasa da, nə Sevili, nə də qardaşı Zauru əvvəllər tanımamışdır. Həmin gün yaşadığı məhəllədə Elçin və Ramil adlı Ağcabədi rayon sakinləri təcili pula ehtiyacları olduqlarını bildirib, iki ədəd «Samsung J5» markalı mobil telefon satdıqlarını demişlər. Qiyməti münasib olduğundan həmin telefonları almış və sonradan onları metronun 20 Yanvar stansiyası yaxınlığında, yəni ünvan 3 ünvanda yerləşən telefon mağazasında satmışdır. 3-4 gündən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Polisdə sənədləri oxumadan imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Heç bir cinayət törətməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qardaşı Zaur ilə birlikdə yaşayır. 17 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlmiş və saat 22 radələrində yatmağa getmişdir. Zaur həmin vaxt oyaq olmuşdur. Gecə yatdığı vaxt qəflətən ağrı hiss edib oyanmış və bu zaman bir nəfər tanımadığı şəxsin başının üstündə dayanaraq əli ilə onun boğazından tutub boğduğunu görmüşdür. Qışqırmağa başlamış, bu vaxt həmin şəxs onun ağzından tutub sakit durmağını tələb etmişdir. O isə qışqırmağa davam etmişdir. Buna baxmayaraq qardaşı Zaur oyanmamışdır. O, sakit dayanmadığından həmin şəxs onu buraxıb qaçıb getmişdir. Həmin şəxsin arxasınca qaçmış, sonuncu evin pilləkənlərində yıxılmışdır. Dərhal evin qapısını içəridən bağlayıb evə girmişdir. Daha sonra həmin şəxs ayağa qalxıb, qaçaraq evin həyətini tərk etmişdir. Onun üzündən qan axmağa başlamış, həmçinin boğazında xəsarət izlərinin olduğunu görmüşdür. Qardaşı Zauru yuxudan oyadıb, baş verənləri danışmışdır. Evə baxdıqda pəncərənin açıq olduğunu, pəncərənin yanında ayaq izlərinin olduğunu görmüşdür. Qardaşı Zaurun yatdığı otaqda yatağın üzərində qoyduğu «Samsung J5» markalı mobil telefonun və bir ədəd «Huawei» markalı mobil telefon qulaqcığın, yatdığı yatağın üzərində olan özünə məxsus «Samsung J5» markalı mobil telefonun, qardaşının yatdığı otaqda yerdə qoyduğu şalvarının kəmərinin, 3 manat 50 qəpik pulunun və pəncərənin yanında qoyduğu 30 manat pulunun götürüldüyünü aşkar etmişdir. Sonra təcili tibbi yardıma və polisə zəng edib məlumat vermişdir. TTY avtomobili gəlib, onu 3 saylı xəstəxanaya aparmışdır. Hazırda mobil telefonlar ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayından Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti, ev 189 ünvanda kirayədə yaşamağa başlamışdır. Müxtəlif tikintilərdə fəhlə işləyib özünü dolandırır. Həmin ünvanda onunla yanaşı həmkəndliləri Zərərçəkmiş şəxs3, Əmrah və Xəyal adlı şəxslər də yaşamışdır. 27 iyun 2021-ci il saat 1 radələrində o, Zərərçəkmiş şəxs3, Əmrah və Xəyal evdə olmuşlar. Həmin vaxt özünə məxsus ***-***-**-** mobil nömrəsi olan «Samsung A 30» markalı mobil telefonu yatdığı çarpayının yanındakı dolabın üzərinə qoyub yatmışdır. Həmin vaxt havalar isti olduğundan yaşadıqları otağın qapısını açıq vəziyyətdə qoymuşlar. Səhər saat 8 radələrində Zərərçəkmiş şəxs3 onu yuxudan oyadıb, özünə məxsus «X11 9» markalı mobil telefonun yatdığı çarpayının üzərindəki yastığın altında olmadığını demiş, o da, öz telefonunu qoyduğu yerdə tapa bilməmişdir. Onların xahişi ilə Əmrah oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Qapı və pəncərədə heç bir müdaxilə izi olmamışdır. Mobil telefonu hadisədən 7 ay əvvəl 530 manata almışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, 2021-ci ilin may ayından etibarən ünvan 4 ünvanda onunla yanaşı həmkəndliləri Zərərçəkmiş şəxs2, Əmrah və Xəyal adlı şəxslər yaşayırlar. Bakı şəhəri Nəsimi rayonu ərazisində telefon mağazasında satıcı işləyir. 27 iyun 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs2, Əmrah və Xəyal evdə olmuşlar. Gecə yatarkən ona məxsus içərisində ***-***-**-** mobil nömrəsi olan «X11 9» markalı mobil telefonu başının altındakı yastığın alt hissəsinə qoymuş və yuxuya getmişdir. Həmin ərəfədə havalar isti keçdiyindən otağın qapısını açıq vəziyyətdə saxlamışlar. Gecə saat 3 radələrində Əmrahla Xəyal həmin otağa daxil olarkən o, oyanmışdır. Sonuncular küçədə siqaret çəkdiklərini demişlər. Bundan sonra yatmış və səhər saat 8 radələrində oyanmışdır. Bu vaxt mobil telefonu yastığın altında olmamışdır. Hamını oyatmış və Zərərçəkmiş şəxs2 də çarpayısının yanındakı dolabın üstünə qoyduğu mobil telefonunun yerində olmadığını demişdir. Onlarla birlikdə həmin otaqda yaşayan Xəyal və Əmraha «Nokia» və «LG» markalı mobil telefonlar isə oğurlanmamışdır. Onların xahişi ilə Əmrah 102-yə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Qapı və pəncərədə heç bir müdaxilə izi olmamışdır. Ona məxsus mobil telefonu 2020-ci ilin avqust ayında 480 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bacısı Sevil ilə birlikdə yaşayır. 17 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində evə gəlmişdir. Bacısı həmin vaxt evdə olmuşdur. Saat təxminən 22 radələrində bacısı yatmağa getmişdir. O isə saat 00:30 radələrində yatmışdır. Saat təxminən 1:30 radələrində bacısı onu yuxudan oyatmış və bu zaman Sevilin çox həyəcanlı vəziyyətdə və üzündə qan izləri olduğunu görmüşdür. Sevildən nə baş verdiyini soruşduqda sonuncu, bir nəfər şəxsin evə daxil olaraq onu boğduğunu bildirmişdir. Dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və təcili tibbi yardım çağırmışdır. Bundan sonra evə nəzər yetirdikdə, evin pəncərəsinin açıq olduğunu və pəncərənin yanında ayaq izlərinin olduğunu görmüşlər. Yatdığı otaqda yerə qoyduğu 3 manat 50 qəpik pulun və şalvarının kəmərinin oğurlandığını aşkar etmişdir. Həmçinin yatağın üzərinə qoyduğu «Samsung J5» markalı mobil telefon və bir ədəd «Huawei» markalı mobil telefon qulaqcığı oğurlanmışdır. Bundan başqa Sevilin yatdığı yatağın üzərində olan «Samsung J 5» markalı mobil telefon və yatağın yanındakı pəncərənin yanında qoyduğu 30 manat pul oğurlanmışdır. Naməlum şəxs tərəfindən evdən aparılan əşyalar və pul bacısı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Mobil telefonlardan biri onun, qulaqcıq isə hər ikisi tərəfindən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, «20 Yanvar» metrostansiyası yaxınlığında ünvan 3 ünvanda icarə əsasında telefon mağazası işlədir. 18 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs mağazaya gəlib, iki ədəd mobil telefon satdığını bildirmişdir. Mobil telefonlara baxdıqda hər ikisinin işlənmiş «Samsung Galaxy J 5» markalı olduğunu müəyyən etmişdir. Ekranlarında və korpusunda çoxlu sayda cızıq və zədələr olmuşdur. Həmçinin Zamiq ona bir ədəd mobil telefon qulaqcığını da almağını təklif etmişdir. Zamiqdən həmin mobil telefon aparatlarının qutularını istəmiş və mobil telefonları haradan əldə etdiyini soruşmuşdur. Zamiq mobil telefonların özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan təcili satdığını, mobil telefon qutularını isə itirdiyini demişdir. Zamiqə ilkin olaraq hər iki mobil telefona görə 20 manat pul təklif etmiş, bir qədər sonra 25 manata hər iki mobil telefonu almağa razı olmuşdur. Həmçinin Zamiqdən mobil telefon qulaqcığını pulsuz götürmüşdür. Bundan sonra sonuncu mağazadan getmiş və bir daha onu görməmişdir. Həmin əşyaları baha qiymətə satmaq fikrində olmuşdur. Əvvəlcə mobil telefon qulaqcığını təmizləmiş və təxminən bir saat sonra tanımadığı müştəriyə 15 manata satmışdır. 3-4 saatdan sonra mağazaya mülki geyimdə olan polis əməkdaşları gəlib, səhər saatlarında Zamiqin ona satdığı 2 ədəd mobil telefonların oğurluq yolu ilə əldə edildiyini bildirmişlər. Aldığı mobil telefonlar polislər tərəfindən götürülmüşdür. Qulaqcığı isə artıq satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, müxtəlif yerlərdə fəhləlik edib özünü dolandırır. Həmçinin mobil telefon və yaxud digər əşyaları ucuz qiymətə alıb, sonradan baha qiymətə satmaqla da məşğuldur. 2021-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhərində telefon mağazasından köhnə mobil telefon almaq istəmişdir. Həmin vaxt soradan adını bildiyi Təqsirləndirilən şəxs də oraya daxil olmuş, mağazada işləyən şəxsə iki ədəd mobil telefon satdığını bildirmişdir. Lakin mağazada işləyən şəxslər təklifini rədd etmişlər. Zamiq mobil telefonları ucuz satdığından telefonlarla maraqlanmışdır. Zamiqdən mobil telefonları nəyə görə ucuz qiymətə satdığını soruşmuş, sonuncu telefonların özünə məxsus olduğunu, ehtiyac üzündən ucuz qiymətə satdığını demiş, telefonların qutularını itirdiyini bildirmişdir. O, Zamiqdən şəxsiyyət vəsiqəsini tələb etmiş, sonuncu şəxsiyyət vəsiqəsini ona vermiş və o, vəsiqənin surətini çıxartmışdır. Zamiq 150 manat müqabilində bir ədəd «Samsung» və 1 ədəd «Xiaomi» markalı mobil telefonları ona satmışdır. O, mobil telefonları götürüb Bakı şəhərinə qayıtmışdır. Bir neçə gün sonra metronun 20 Yanvar stansiyasının yaxınlığında xatırlamadığı telefon mağazasında mobil telefonları 300 manata satmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, əvvəllər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Xəyal Verginov ilə birlikdə Bakı şəhəri Xətai rayonu, «8 Noyabr» prospekti, ev 189-da kirayədə yaşamışdır. 27 iyun 2021-ci il tarixdə gecə saatlarında o, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Xəyal Verginov evdə olmuşlar. Həmin vaxt onlar bir az söhbət edib yatmağa getmişlər. Yatmamışdan əvvəl özünə məxsus 2 ədəd «Nokia» və 1 ədəd «LG» markalı mobil telefonları orada olan dolabın üzərinə qoymuşdur. Zərərçəkmiş şəxs2 də öz növbəsində özünə məxsus «Samsung A 30» markalı mobil telefonu həmin dolabın üzərinə qoymuşdur. Bundan sonra səhər saatlarında Zərərçəkmiş şəxs3 oyanaraq özünə məxsus «Xiaomi» markalı mobil telefonun oğurlandığını bildirmişdir. Onun mobil telefonu isə yerində olmuş, həmin dolabın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus «Samsung A 30» markalı mobil telefon da oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirtmişlər. Mobil telefonların hansı şəraitdə oğurlanmasını bilmir. İşin 1-ci cildinin 150-154-cü vərəqlərindəki protokoldan görünür ki, baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 8-12-ci vərəqlərindəki baş vermiş quldurluq faktı ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 82-84-cü vərəqlərindəki Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ona qarşı quldurluq edən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmiş və ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qeyd etdiklərini təsdiq edərək yalnız evdən onun tərəfindən aparılan pul vəsaitinin məbləği ilə bağlı razı olmadığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs deməsinə görə evdən yalnız 13 manat pul vəsaitini götürmüşdür. İşin 2-ci cildinin 34-36-cı vərəqlərindəki Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 1 ədəd «Samsung» və 1 ədəd «Xiaomi» markalı mobil telefonları ona satan şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmiş və ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Şahid3 dediklərini tam olaraq təsdiq etmişdir. İşin 2-ci cildinin 31-33-cü vərəqlərindəki Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 2 ədəd «Samsung Galaxy J 5» markalı mobil telefon və 1 ədəd mobil telefon qulaqcığını ona satan şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmiş və ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Şahid2 dediklərini tam olaraq təsdiq etmişdir. İşin 1-ci cildinin 44-45-ci vərəqlərindəki protokoldan görünür ki, istintaq zamanı baş vermiş quldurluq faktı ilə əlaqədar iki ədəd «Samsung Galaxy J 5» markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən ünvan 5 ünvanda yerləşən telefon mağazasından götürülmüşdür. İşin 1-ci cildinin 105-107-ci vərəqlərindəki protokoldan görünür ki, istintaq zamanı götürülərək maddi sübut qismində tanınmış 2 ədəd mobil telefonlar Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmişdir. Tanınma zamanı masanın üzərində 6 ədəd eyni tipli mobil telefonlar qoyulmuş və telefonlar masanın üzərində sol tərəfdən sağ tərəfə say ardıcıllığı ilə 1-dən 6-ya kimi nişanlanmışdır. İstintaq zamanı təqdim edilmiş 2 ədəd «Samsung Galaxy J 5» markalı mobil telefonlar «3» və «6» rəqəmləri altında nişanlanmışdır. Predmetlər masa üzərinə qoyulub nişanlandıqdan sonra Zərərçəkmiş şəxs1 xidməti otağa dəvət olunmuş və həmin predmetləri nəzərdən keçirib bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talanan mobil telefonlar məhz ona tanınmaya təqdim edilmiş 1-dən 6-ya kimi nömrə altında nişanlanmış mobil telefonlardan «3» və «6» nömrəsi altında nişanlanmış mobil telefonlardır. Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirmişdir ki, o, həmin mobil telefonları üzərlərində olan cızıq izlərindən, ekrandakı kiçik zədələrdən və rəngindən tanımışdır. Məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 909 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sifət, sol qulaqarxası, boyun və çənə nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 18 sentyabr 2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 9/6865 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş telefonların istifadədə olunması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1 ədəd qara rəngli, 16 GB yaddaş tutumlu, Vietnam istehsallı «Samsung Galaxy J5» markalı, «SM-J530FM/DS» modelli mobil telefon - 120 manat; 1 ədəd qızılı rəngli, 16 GB yaddaş tutumlu, Vietnam istehsallı «Samsung Galaxy J5» markalı, «SM- J510FN/DS» modelli mobil telefon hazırkı vəziyyətdə, üzərində istismar xarakterli qüsurlar (kiçik ölçülü qırıq, cızıqlar, rəng qopuqları) olmaqla - 75 manat. Məhkəmə-daktiloskopik ekspertizasının 30 noyabr 2021-ci il tarixli 21/674 R saylı rəyindən görünür ki, 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, İ.Məmmədov küçəsi, ev 6 ünvanda vətəndaş Zərərçəkmiş şəxs1 qarşı törədilmiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 13 ədəd kağız parçasının üzərinə yapışdırılmış 13 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 1 ədəd əl-barmaq və 4 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 2 ədədi xx xxxx 1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 1 ədəd əl-barmaq və 2 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İşin 2-ci cildinin 47-60-cı vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, istintaq zamanı götürülmüş iki ədəd «Samsung J5» markalı mobil telefonlar maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İşin 1-ci cildinin 109-111-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 66.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunaraq 20 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşin 1-ci cildinin 54-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. İşdəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 oktyabr 2015-ci il təvəllüdlü Verginzadə Nicat adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 181.2.2, 181.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək cinayət törətmədiyini göstərdi. Təqsirləndirilən şəxsin bu ifadəsi ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 177.1, 181.2.2, 181.2.3-cü maddələri ilə tövsif edilməklə o, həmin maddələr ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivinin olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-in Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1, 181.2.2, 181.2.3-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: İstintaq zamanı götürülmüş iki ədəd «Samsung J5» markalı mobil telefonların Zərərçəkmiş şəxs1 qaytarıldığı nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatına sərf edilmiş 50 manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 177.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 181.2.2 və 181.2.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianin olmadığı nəzərə alınsın. Maddi sübutlar: İstintaq zamanı götürülmüş iki ədəd «Samsung J 5» markalı mobil telefonların Zərərçəkmiş şəxs1 qaytarıldığı nəzərə alınsın. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatına sərf edilmiş 50 manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-483/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-483/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver