Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-483/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan (məhkumluğu ödənilmiş), ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır: belə ki, Təqsirləndirilən şəxs X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 256,356 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 445 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, Nazim Cabbarov qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşımış, 06 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən X11 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Araz küçəsində saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və orada X4 üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 16,356 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə, saat 23:45-də əməliyyat tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən X4 yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi evə aparılmaqla baxış keçirilən zaman həmin evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konstruksiyalı rəfin altındakı ağ rəngli sellofan torbanın içərisindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə 240 qram çəkidə, yəni külli miqdarda tərkibinə görə Nazim Cabbarovun üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə 16,356 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ilə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə 445 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X11 onun qonşusu olmuş, sonuncunun narkotik vasitələrdən istifadə etməsindən, narkotik vasitələrlə əlaqəsinin olmasından məlumatı olmamış, özü yük daşıma fəaliyyəti ilə məşğul olmuş, 06 aprel 2022-ci il tarixdə Şamaxı rayonuna yola düşmüş, yolda olarkən özünü Əli kimi təqdim edən Xəzər RPİ-nin əməkdaşı zəng edərək polis idarəsinə gəlməli olduğunu demiş, o, Pirqulu qəsəbəsinə apardığı yükü boşaltdıqdan və Bakı şəhərinə qayıtdıqdan sonra polis idarəsinə gedəcəyini demişdir; Pirqulu qəsəbəsinə apardığı yükü boşaltdıqdan sonra Bakı şəhərinə geri qayıdarkən Pirəşükül polis postunda onun idarə etdiyi yük avtmobili polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları avtomobilinin şüşələrini sındıralaraq onu avtomobildən düşürmüş və Xəzər RPİ-yə aparmışlar, orada polis əməkaşları ona qarşı fiziki təsir və təzyiq göstərərək onların göstərdiyi bükümdə olan narkotik vasitəni götürməsini və videoçəkilişdə təqdim etməsini,özünə məxsus olmasını deməsini tələb etmişlər, lakin o, təzyiqlərə dözərək polis əməkdaşlarının tələbini yerinə yetirməmiş, bundan sonra polis əməkdaşları təzyiqlərini davam etdirərək ondan Nazim Cabbarova narkotik vasitə verməsini etiraf etməsini tələb etmişlər və o, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində Nazim Cabbarova narkotik vasitə verməsini etiraf etmiş və təqdim edilmiş bütün sənədləri imzalamışdır; Nazim Cabbarovun ondan narkotik vasitə alması barədə dedikləri yalandır, Nazim Cabbarov onu şərləmişdir, şərləməsinə səbəb isə aralarında avtomobillə bağlı yaranmış şəxsi ədavət və düşmənçilik olmuşdur. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Alballıq dayanacağı, Araz küçəsində X11 ilə qonşuluqda yaşamış və normal münasibətləri olmuşdur. Sonradan həmin ünvandan hazırda yaşadığı ünvana köçmüşdür. Buna baxmayaraq Nazim ilə münasibətləri davam etmişdir. Eyni zamanda Nazimin narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduğunu bilirmiş. Əvvəllər bir neçə dəfə Nazim ilə birlikdə narkotik vasitə qəbul etmişdir. 2022-ci ilin mart ayının sonlarında, dəqiq tarixi yadında qalmayan vaxt Nazimlə söhbət zamanı Nazim ona bildirmişdir ki, onun üçün satmağa narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təşkil etsin. O da Nazimlə razılaşmışdır. Belə ki, o təsadüfən sosial şəbəkələrdə özünü İranlı kimi təqdim edən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə rnəşğul olduğu ilə rastlaşmışdır. Bundan sonra o həmin İranlı şəxsin hazırda xatırlamadığı sosial şəbəkə ünvanına yazıb ondan Nazim üçün narkotik vasitə və psixotrop maddə istəmişdir. Bundan sonra həmin şəxsin dediyi hazırda xatırlamadığı kart nömrəsinə pul göndərmişlər və həmin şəxs sifariş verilən narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmdəli qəsəbəsi ərazisində yerləşən 9 saylı Cəza Çəkmə müəssisəsinin yaxınlığına qoyub yerini onlara bildirmiş və həmin maddələri oradan götürmələrini demişdir. Budan sonra, o, Nazim ilə Əhmədli qəsəbəsində görüşüb Nazimin avtomobili ilə həmin şəxsin dediyi ünvana getmişlər. Belə ki, avtomobili o idarə etmiş və həmin yerə getmişlər. Orada Nazim avtomobildən düşüb həmin bükümləri götürərək avtomobilə əyləşmiş və onlar oradan uzaqlaşmışlar. Yolda o, avtomobildən düşmüş və Nazim avtomobili idarə edərək çıxıb getmişdir. Hətta Nazimdən ayrılarkən Nazim ona bildirmişdir ki, çəkdiyi əziyyətə görə onun payını özü onun üçün göndərəcək. Lakin Nazim onun üçün heç bir narkotik vasitə və psixotrop maddə göndərməmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazim polis əməkdaşları tərəfindən tutulub və qeyd olunan narkotik vasitə və psixotrop maddələr üzərindən və evindən aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 103-105). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, o, və digər əməliyyat müvəkkili Şahid2lə birlikdə əməliyat məlumatı əsasında saxladıqları X4 üzərində və yaşadığı evdə keçirilənq şəxsi axtarış zamanı küll miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmiş və Nazim Cabbarov həmin narkotik vasitəni və psixotrop maddəni ona Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Şahd Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Nazim» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin 08 noyabr 1961 -ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X11 olması müəyyən edilmişdir. Bundan sonra o digər polis əməkdaşı ilə birlikdə X4 narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və X8 ifşa etmək məqsədi ilə digər polis əməkdaşı Şahid2 ilə birlikdə 06 aprel 2022-ci il tarixdə gecə saat 20:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Araz küçəsinə yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və X8 qeyd olunan yerdə müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları olduğunu bildirib onu Azərbaycan Respublikası DİN-in BNMİ-nə dəvət etmişlər. Nazim Cabbarov heç bir etiraz etməyib onlarla birlikdə Azərbaycan Respublikası DİN-in BNMİ-nə getmişdir. Azərbaycan Respublikası DİN-in BNMİ-də X4 üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla İdarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı Nəcəf Aburşuya həvalə edilmiş və X11 təhqiqatçıya təqdim olunmuşdur. X1 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Nazim Cabbarovu şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X15 06 aprel 2022-ci il tarixdə saat 22:00-da X4, dəvət olunmuş müdafiəçi Kərim Bağırovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə X9 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Nazim Cabbarova hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra X11 əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Nazim Cabbarovun əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd açar və 10 manat pul aşkar olunmuşdur. Daha sonra 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 18 qram olması müəyyən edilmişdir. Həmin kütlələr içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Nazim Cabbarovan üzərində aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 10 manat pul və 01 ədəd açar isə əhəmiyyət kəsb etmədiyindən Nazim Cabbarovun özünə qaytarılmışdır. Sorğu-sual zamanı X11 üzərində aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə neroini 12 gün öncə Xətai rayonu razisində tanışı Təqsirləndirilən şəxs satmaq məqsədi ilə əldə etdiyini və vaxtaşırı narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq ünvan 3 ünvanında yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. X4 ünvan 3 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X15 06 aprel 2022-ci il tarixdə, saat 23:45-də X4, dəvət olunmuş müdafiəçi Kərim Bağırovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin ünvana baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl X15 şübhəli şəxs Nazim Cabbarova sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla müəyyən edilmiş əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X11 fərdi evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konstruksiyalı rəfin altında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə baxarkən oradan 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr, 04 ədəd «e-manat» çekləri, 02 ədəd plastik bank kartı və Nazim Cabbarova məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olundu. Psixotrop məddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 454 qram olması müəyyən olunmuşdur. Sonra isə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 259 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırlılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrəinə baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, preldmet və maddə aşkar olunmamışdır. Sorğu zamanı Nazim Cabbarov üzərindən aşkar olunmuş narkotik maddələri tanışı Təqsirləndirilən şəxs satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, «e-manat» çeklərinin narkotik vasitələrin satışı ilə bağlı çeklər olduğunu, aşkar olunan bank kartlarının bacıları Sədaqət Cabbarova və Nəzakət Cabbarovaya məxsus olduğunu, həmin bank kartlarına narkotik vasitələrinin satışından əldə etdiyi pul məvaciblərinin yükləndiyini, sonuncularla eyni həyətdə ancaq müxtəlif evlərdə yaşadığını, başqa haradasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Qeyd olunanlarla bağlı X15 tərəfindən müvafiq protokollar tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir (1-ci cild iş vərəqi 126- 128). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, özünün barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi ilə düzgün olmayan ifadələr vermişdir, Təqsirləndirilən şəxs ona narkotik vasitə və psixotrop maddə verməmişdir. X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə axşam saat 20:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, Araz küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynimdə olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd açar, əynində olan göy rəngli şalvarın sol yan cibindən isə 10 manat pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 18 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və özü tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, 01 ədəd açar və 10 manat pul isə ona geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri təxminən 12 gün əvvəl Xətai rayonu ərazisində tanışı Təqsirləndirilən şəxs satmaq məqsədi ilə əldə etdiyini və vaxtaşırı olaraq narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, əlavə olaraq Bakı şəhəri, Xəzər rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hər hansı həkim müayinəsinə ehtiyacının olmadığını, verilən sualları tam başa düşdüyünü bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanına getmişlər, fərdi evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konustruksiyalı rəfin altında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroin, 04 ədəd «E-manat» çəkləri, **********030661, **********507438 nömrəli bank kartları, 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 454 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 259 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. O Təqsirləndirilən şəxs i ə əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiyi üçün peşman olduğunu bildirmişdir (1-ci cild iş vərəqi 30-32). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 06 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış protokolundan görünür ki, X4, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və X4 hüquqlarını müdafiə edən Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X10 iştirakları ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X16 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən X9 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra X11 əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Nazim Cabbarovun əynində əlan həmin gödəkçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd açar, 10 manat pul aşkar olunmuşdur. Daha sonra 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 18 qram olması müəyyən edilmişdir. Həmin kütlələr içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Nazim Cabbarovun üzərində aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 10 manat pul və 01 ədəd açar isə əhəmiyyət kəsb etmədiyindən Nazim Cabbarovun özünə qaytarılmışdır. Sorğusual zamanı X11 üzərində aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroini 12 gün öncə Xətai rayonu razisində tanışı Təqsirləndirilən şəxs satmaq məqsədi ilə əldə etdiyini və vaxtaşırı narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq ünvan 3 ünvanında yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Video çəkiliş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən aparılmışdır. Video görüntü 07 dəqiqə 19 saniyə davam etmişdir (1-ci cild iş vərəqi 10-12 və 61). İşdə olan 06 aprel 2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış protokolundan görünür ki, X4, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və X4 hüquqlarını müdafiə edən Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X10 iştirakları ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X16 tərəfindən X17 dğlunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evə video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman Nazim Cabbarov həmin fərdi evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konstruksiyalı rəfin altında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə baxarkən oradan 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr, 04 ədəd «e-manat» çekləri, 02 ədəd plastik bank kartı və Nazim Cabbarova məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 454 qram olması müəyyən olunmuşdur. Sonra isə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 259 qram olması müəyyən olunmuşdur. Qeyd olunanlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan X15 tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Video çəkiliş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən aparılmışdır. Videogörüntü 10 dəqiqə 32 saniyə davam etmişdir (15-17 və 62) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli 6/1901 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan, üzərində «Şübhəli şəxs X4 üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,356 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; üzərində «Şübhəli şəxs Cabbarov Nazimin yaşadığı evdən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada olan üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) bükümdə təmiz çəkisi 445 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (1-ci cil diş vərəqi 18-23). İşdə olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə 15 sentyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-nin BKC/LGL-8839/22 saylı 25 iyul 2022-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən X4 adına (055) ***-**-** saylı mobil nömrənin olması aşkar olunsa da, həmin diskdə istintaq üçün əhəmiyyətli hər hansı bir danışıq və yazışma aşkar edilməmişdir (1-ci cild iş vərəqi 122) İşdə olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə 26 sentyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-nin AZF/LGL-5748/22 saylı 15 iyul 2022-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən X4 adına (070) ***-**-** və (070) ***-**-** saylı mobil nömrənin olması aşkar olunsa da, həmin diskdə istintaq üçün əhəmiyyətli hər hansı bir danışıq və yazışma aşkar edilməmişdir (1-ci cild iş vərəqi 123). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 27 oktyabr 2022-ci il tarixli 6373 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 140-141). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 oktyabr 2012ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qərarı ilə 24 dekabr 2015-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, şərti cəzanın müddəti 04 aprel 2016-cı il tarixdə bitmişdir (1-ci cild iş vərəqi 49). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 2022-ci ildə, yəni cəzadan vaxtından əvvəl şərti azad edilməsindən 7 il sonra törətdiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (1-ci cild iş vərəqi 77-78). İşdə olan Bakı şəhəri Xəzər RPi-nin 2-ci Polis Bölməsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir (1-ci cildiş vərəqi 85-87). İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (1-ci ild iş vərəqi 111-112). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-ci il tarixli qərarından və 21 dekabr 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Röyal X2 narkotik vasitə verməməsi, Nazim Cabbarovda aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşlarının fiziki təsiri və təzyiqi nəticəsində etirafedici ifadələr verməsinə dair ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, işdə olan 06 aprel 2022-ci il tarixli X5 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Nazim Cabbarovun üzərindən 1 bükümdə 18 qram çəkidə heroinə bənzər kütlə aşkar edilmiş, Nazim Cabbarov üzərindən aşkar olunmuş narkotiik maddələri təxminən 12 gün əvvəl Xətai rayonu ərazisində tanışı Təqsirləndirilən şəxs satmaq məqsədi ilə əldə etidyini bildirmişdir (1-ci cild 10-12 vərəqdə). İşdə olan 06 aprel 2022-ci il tarixli X4 yaşadığı mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Nazim Cabbarovun yaşadığı ünvan 3 ünvanında bir bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər, 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar ounmuş. Sonra metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 454 qram olmuş, sonra heroinə bənzər kütlə tərəzidə çəkilmiş və çəkisi 259 qram olmuşdur. Nazim Cabbarov aşkar edilmiş maddələri tanışı Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir (1-ci cild iş vərəqi 15-16). Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmasını göstərməmiş, həmçinin barəsində qətimkan tərdiri seçilməsi üçün 27 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinə aparılarkən işə baxan hakimə bu barədə bildirməmiş, əksinə həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs cinayət əməlini törətməsin etiraf etmiş, tanışı Nazim Cabbarovun ona İranlı şəxsin mobil telefon nömrəsini verdiyini, o, həmin şəxslə əlaqə saxladığını, bundan sonra Nazimlə Xətai rayonu ərazisində yerləşən 7 saylı CÇM-in yaxınlığında həmin iranlı şəxsin bildirdiyi yerdən heroin və metamfetamini götürdüklərini, bundan sonra Nazim onu Neftçilər metrostasniyasının yanında düşürərək çıxıb getdiyini, əməlindən peşiman olduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etmişdir (1-ci cild iş vərəqi 111-112). Məhkəmə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini bildirdiyi üçün Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Bu səbəbdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və döyülməyə məruz qalması barədə göstərdiyi xüsusatların yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən 03 aprel 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna məlumat verilmiş ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncəyə məruz qalması faktı ilə bağlı yoxlama aparılıb-aparılmaması, yoxlama aparıldığı halda yoxlamanın nəticəsi barədə məlumat verilməsi və qəbul edilmiş qərarın əsaslılığı barədə rəyi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə məlumat-sorğu verilmişdir (2ci cild). Bundan başqa məhkəmə tərəfindən 3 aprel 2023-cü il tarixli məktubla Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olduğu və çıxdığı, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olduğu tarixlərə dair məlumatların, o cümlədən həmin tarixlərdə onun şəxsi müayinəsinə dair məlumatların, müayinə zamanı üzərində xəsarət aşkarlandığı halda həmin məlumatların Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə müvafiq olaraq Bakı şəhəri Xəzər RPİ-nin MSY-yə və Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxansına sorğular göndərilmişdir (2-ci cild). İşdə olan Bakı şəhəri Xəzər rayon prokurorluğunun 19 aprel 2023-cü il tarixli 87-C- 23 №-li məktubu ilə daxil olmuş 28 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman qanunsuz hərəkətlərə məruz qalması, törətmədiyi cinayət əməlinə dair etirafedici iadənin alınması məqsədilə döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 87-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (2-ci cild). İşdə olan Bakı şəhəri Xəzər RPİ-nin 15 aprel 2023-cü il tarixi 3-13-45/2-9681/23 №-li məktubundan görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin müvəqqəti saxlama yerində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən kürək nahiyəsində qızarmış xəsarət aşkarlanmışdır (2-ci cild). İşdə olan Azərbaycan Respublikası ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının təqim etdiyi X12 tibbi kitabçasından çıxarışdan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində çapıqlar və zədələr aşkarlanmamış, sonuncunun heç bir şikayəti olmamışdır (2-ci cild). Bundan başqa iş üzrə şahid X6 barəsində olan 1(101)-1464/2021 №-li cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü cinayət işinə əlavə edilərək tədqiq edilmişdir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Nazim Cabbarov məhkəmə zamanı ifadə verərkən tanışı Təqsirləndirilən şəxs ona hadisədən qabaq narkotik vasitələri küçədə sökülmüş bir yerdə gizlətməsini demiş və narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olmasını göstərmişdir (2-ci cild). Yuxarıda qeyd olunan və məhkəmə zamanı tam araşdırılmış sənədlər, ekspert rəyləri və digər sübütlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı Azərbaycan Respublikası DİN-in Baş Naroktiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə göstərdikləri və öz müdafiəsi üçün gətiridiyi digər dəlillər, o cümlədən Nazim Cabbarova narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməməsi barədə verdiyi ifadəsi həqiqətə uyğun olmayaraq, qeyri-səmimi olmaqla məhkəməni yanıltmağa yönəlmişdir. Bundan başqa məhkəmə, iş üzrə şahid X4 məhkəmə zamanı verdiyi Təqsirləndirilən şəxs ona narkotik vasitə və psixotrop maddə verməməsi barədə ifadəsinə tənqidi yanaşır, həmin ifadənin Nazim Cabbarovun ibtidai istintaq zamanı verdiyi çoxsaylı izahat və ifadələri, o cümlədən barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə tam təkzib olunması nəticəsinə gəlir, hazırki iş üzrə verdiyi ifadəsinin təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşıması kimi qiymətləndirir. Qeyd olunanlar ibtidai istintaq oranı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlaması barədə gəldiyi nəticələri əsaslı hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 3 azyaşlı uşağının olmasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir; CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr) əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı psixotrop maddə metamfetamin ümumi təmiz çəkisi 445 qram və narkotik vasitə heroinin ümumi təmiz çəkisi 256,356 qram olduğundan hər ikisi külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 27 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzaçəkməsinin başlanğıcının 27 avqust 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 27 oktyabr 2023-cü il tarixli 6373 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı oldmadığından, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli və o, ərazi narkoloji dispanserində profillaktiki qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Nazim Cabbarovun üzərindən və yaşadığı evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 256,256 qram narkotik vasitə heroin və 444,950 qram psixotrop maddə metamfetaminin Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalı, X4 üzərində və yaşadığı evdə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Nazim Cabbarovun üzərindən və evindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 256,256 qram narkotik vasitə heroin və 444,950 qram psixotrop maddə metamfetaminin Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ciil tarixli hökmünə əsasən məhv edilməsi barədə qərar qəbul edilməsi nəzərə alınsın, X4 üzərində və yaşadığı evdə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-483/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-483/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver