Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-483/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs vıə onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Mərkəz” Vəkil Bürosunun vəkili X5, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3 və «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikahsız evli himayəsində bir nəfər azyaşlı uşagı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 22 mart 2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, 11 may 2024-cü il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanu tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 37 ünvanında yerləşən 292 saylı fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs və onunla qohumluq münasibətlərində olan Şahid1 bir neçə saat əvvəl, yəni həmin gün saat 11 radələrində sonuncuya məxsus “ZAZ Siavuta" markalı, **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən tikinti alətlərinin oğurlanması və həmin əşyaların geri qaytarılmasını tələb etmələri səbəbindən qardaşı X6 ilə Zərərçəkmiş şəxs və Şahid1 arasında yaranmış mübahisəni eşidərək evin qarşısına çıxıb qeyd olunan mübahisəni aydınlaşdırmaq və götürülmüş əşyaları qaytarmaq əvəzinə səs-küyə toplaşan insanların olmasına baxmayaraq silah qismində istifadə olunan, məhkəməyədək icrat mərhələsində müəyyənləşdirilməmiş deşici-kəsici xassəyə malik olan alətdən istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla xuliqanlıq edərək qarşılıqlı surətdə Zərərçəkmiş şəxs və Şahid1 ilə mübahisəni davam etdirmiş, cinayətkar niyyətinin realizəsinə uyğun silah qismində istifadə olunan istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan həmin naməlum alətlə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən vurub ona sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə, saat 11 radələrində özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 37 ünvanında yerləşən 292 saylı fərdi yaşayış evində olub yatarkən qeyd olunan ünvanın qarşısında qardaşı X1 naməlum şəxslər tərəfindən döyülməsi barədə xəbəri qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Şahid4 aldıqdan dərhal sonra oyanıb yaşadığı evin darvaza qapısının qarşısına çıxaraq qardaşı Niyaməddin Əliyevlə əvvəllər tanıdığı iki nəfərlə - baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və sonuncu ilə qohumluq münasibətində olan Şahid1 ona məlum olmayan səbəbdən savaşmalarını və Zərərçəkmiş şəxsla Şahid1 qardaşı Niyaməddin Əliyevi döymələrini gördükdən sonra baş vermiş hadisəyə müdaxilə edib münaqişəni dayandırmaq istədikdə Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən ona qarşı fiziki zor tətbiq edilib yerə yıxdıqdan və sonuncular tərəfindən tətbiq olunan bərk küt əşyanın (əşyaların), o cümlədən daşla endirilmiş zərbələrin, həmçinin əl barmaqlarının dırnaqları, yumruq, təpik və s. təsirindən sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ əlin arxa səthinin, sağ əlin İİ, İİİ, İV, V barmaqlarının sıyrıqları, döş qəfəsinin əzilməsi kimi xəsarətlər aldıqdan sonra naməlum şəraitdə əldə etdiyi, silah qismində istifadə olunan, məhkəməyədək icrat mərhələsində müəyyənləşdirilməmiş deşicikəsici xassəyə malik olan alətdən istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla xuliqanlıq edərək deşici-kəsici xassəyə malik olan həmin naməlum alətlə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən vurub ona sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi və həmçinin həmin Məcəllənin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də avtobus sürücüsü işləmişdir. Hadisə olan vaxt, yəni 01 mart 2023-cü il tarixdə yaşadığı evdə yatmışkən, səhər saat 09-09:30 radələrində həyat yoldaşı onu oyadaraq qardaşı Niyaməddinin çöldə dalaşdığını bildirmiş, qardaşını çöldə döydüklərini demişdir. O, dərhal çölə çıxmış və qardaşını döyərək yerdə sürüdüklərini, qardaşının qol-qıçının qan içində olduğunu görmüşdür. O, çölə çıxan kimi Sadiq ona hücum edərək onu qaldırıb yerə çırpmış, onun yanında olan Uğur cibindən «zubil»i, yəni dəmir aləti çıxarıb onun başına atmış, başı yarılmış və qan açılmışdır. O, onların hər ikisini tanımış, əvvəllər aralarında pul söhbəti də olmuşdur. O, yerdən durmuş və dalaşmağa başlamışdır. Həmin vaxt o, qanı görüb, Uğurun atdığı dəmiri yerdən götürüb ona tərəf atmış, lakin dəmir Uğura dəyməmiş, Sadiqin kürəyinə keçmişdir. O, Sadiqə hər hansı başqa xəsarət yetirməmişdir. O, dəmiri atan zaman Uğur və Sadiq yanbayan dayanmış vəziyyətdə olmuşlar. Onların səs-küyünə 3-4 dəqiqə müddətində qonşular yığışmış, onları bir-birindən qonşular aralamış və davanı qonşular görmüşlər. Qonşuları Sumayə xanım gəlib ağlamış, davanı dayandırmağı xahiş etmişdir. Uğur və Sadiq çıxıb getmiş və beləliklə də onların mübahisələri qurtarmışdır. Bundan sonra onu həkimə aparmışlar. Dəmir alətlə onun başı yarıldığından xəstəxanada onun başına 3 tikiş qoyulmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında baş vermiş hadisənin səbəbləri və motivləri ilə bağlı göstərdi ki, hadisənin səbəbləri ona sonradan bəlli olmuşdur. Belə ki, əsl adı “Babək” olan onun “Şoşi” adlı tanışı hadisədən 1-2 gün qabaq ona maşın açarları dəsti satmışdır. O, açar dəstinə, real dəyəri 50-60 olmasına baxmayaraq, cəmi 15-20 manat pul vermişdir. O, həmin açarların oğurluq olduğunu və ya kiməsə məxsus olduğunu bilməmişdir. Sadiq və Uğurun demələrinə görə həmin açarlar onlara məxsus olmuş, Sadiq və Uğur Babəkdən açarların yerini soruşmuş, sonuncu açarları Elməddinə, yəni ona satdığını demişdir. Bundan sonra Sadiq və Uğur onu çağırmış, həmin vaxt o da evdə yatmış vəziyyətdə olmuşdur. Qardaşı Niyaməddin isə çölə çıxıb onlara, onun yatmasına görə onun evdə olmadığını demiş, axşamüstü gəlmələrini xahiş etmiş, problem olmadığını, açarları alıb qaytarmaqla məsələni yoluna qoyacaqlarını bildirmişdir. Belə olduqda qapının ağzında qardaşına əl-qol atıb onu döymüş, onu yerdə sürümüşlər. Həmin vaxt qardaşı yerdə hərəkətsiz vəziyyətdə olmuşdur. O, evdən çıxan kimi, onların gəlmə səbəbini aydınlaşdırmadan, dalaşmağa başlamışlar. Sadiq və Uğur onun üzərinə hücum edərkən o, dəmiri atmışdır. Onun dəmiri atmaqda məqsədi onları zərərsizləşdirmək olmuşdur. Hadisə zamanı o, başından və qolundan xəsarət almış, hadisə ilə bağlı ekspertizadan keçirilmiş, xəsarətlərinin yaranma səbəbini ekspertə danışmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaqı mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında həyat yoldaşı və azyaşlı övladı İsmayıl, anası Nəsibə, atası Hamlet, qardaşı Niyaməddin də yaşayır. 02 mart 2023-cü il tarixdə, saat təxminən 11-12 radələrində yaşadığı evdə yatıb istirahət edərkən həyat yoldaşı Ləman onu oyatmış, tanımadığı iki nəfərin onun qardaşı Niyaməddini döydüklərini bildirmişdir. Odur ki, cəld yerindən duraraq həyətə çıxmış və həmin vaxt əvvəllər tanımadığı, adının Sadiq olmasını sonradan öyrəndiyi şəxs qəfildən onun ayağından tutaraq onu yerə yıxmış, səbəbini izah etmədən onu döyməyə başlamışdır. Sadiq onu yumruqla, təpiklə bədəninin müxtəlif nahiyyələrindən, o cümlədən başından və böyründən vurmuşdur. Sonda isə Sadiq daşla onun başından vurmuş və başı partlayaraq qanamışdır. Həmin vaxt əvvəllər tanımadığı, adının Uğur olmasını sonradan öyrənib bildiyi şəxs isə onun qardaşı Niyaməddinlə süpürləşmiş və sonra onların hər ikisi yerə yıxılmışdır. Elə həmin vaxt Uğur cibindən çıxardığı zubilə oxşayan balaca dəmir parçasını ona atmış, lakin o, başını əydiyindən həmin dəmir alət divara dəymişdir. Sonra isə o, həmin dəmir aləti götürüb Uğurun üstünə atmış və alət Uğura yox, yanında olan Sadiqə dəymişdir. Sonra hay-küyə qonşular gəlmiş və anası onu qardaşı ilə birlikdə «Məlikov» adına xəstəxanaya aparmışdır. Həmin xəstəxanada onun başına tikiş qoyulmuş və digər tibbi prosedurları edib evə buraxmışlar. Səhərsi gün isə o, anası ilə KTM-ə, yəni «Semaşko» xəstəxanasına getmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində 01 mart 2023-cü il tarixində əsl adı Babək olan «Şöşü» ləqəbli bir şəxslə Şahid1 idarə etdiyi “ZAZ Slavuta” markalı, **- SB-*** dövlət nömrə nişanlı avtomobildən bir ədəd laqonda, avtomobillərin təmiri üçün nəzərdə tutulmuş açar dəsti ilə birlikdə yaşıl rəngli plastmass çamadan, bir ədəd zavod çörəyi və 2 (iki) manat məbləğində konfet oğurladığını etiraf etmiş və göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə, təxminən saat 14 radələrində o, qonşuluqda yaşayan «Şöşü» ləqəbli, Babək adlı şəxslə evə tərəf gedərkən, Babək yolunun üstündə «ZAZ Slavuta» markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə boylanmış, o isə yoluna davam etdirmişdir. Bir müddət sonra “Şöşü” gəlib ona çatmış, qeyd edilən avtomobildən götürdüyü bir ədəd laqondanı, yaşıl rəngli plastmass çemodanı, bir ədəd zavod çörəyini və konfeti ona vermişdir. O da həmin əşyaları, yəni bir ədəd laqondanı, yaşıl rəngli plastmas çamadanı götürüb yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində oğurluq həmin əşyaları istintaqa təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, Uğur və Sadiqlə olan həmin dava-dalaşın onların evlərinin darvazasının önündə küçədə baş vermişdir. Uğur və Sadiqin hadisə ilə bağlı dedikləri ilə razılaşmır. Qardaşının Sadiq və Uğur tərəfindən döyüldüyünü görüb həmin məsələyə qarışmış və heç kəsi oraqla və ya ona oxşayan bir alətlə vurmamış, şəhər yerində evdə oraq saxlamamışdır. Uğur cibindən çıxardığı zubilə oxşayan balaca dəmir parçasını ona atmış, o da bu dəmir aləti götürüb Uğurun üstünə atmış, lakin alət Uğura yox, yanında olan Sadiqə dəymişdir (iş vərəqə: cild İ, səh.145-147, cild İİİ, səh. 65-67). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib ifadəsində göstərdi ki, o, “Hunday Matrix” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bununla yanaşı, əlindən ustalıq da gəlmiş, müvafiq iş təklif olunduqda tikinti-təmir işləri ilə də məşğul olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində bacanağı Şahid1la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 40, Fəxrəddin Qurbanov küçəsində yerləşən bir fərdi yaşayış evində santexnika işləri görmüşdür. Belə ki, 01 mart 2023-cü il tarixdə, saat təxminən 10 radələrində Uğur etibarnamə əsasında idarə etdiyi “ZAZ Slavuta” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobillə işlədikləri evin qarşısına gəlib saxlamış və təmir işləri göbrdükləri həmin evə gəlmişdir. Təxminən saat 12 radələrində Uğura işlədikləri evin zirzəmisinin açarı lazım olduğundan gedib saxladığı avtomobildən götürüb geri qayıtmışdır. Saat təxminən 14 radələrində o, Uğurla birlikdə nahar etmək üçün Uğurun saxladığı avtomobilin yanına getmiş və maşının salonunda saxladıqları yeməkləri götürmüşlər. Uğur avtomobilin salonuna baxarkən maşının qabaq sərnişin oturacağında saxladığı termos və yeməklərin yerində olduğunu, lakin çörək və konfetlərin orada olmadığını görmüşdür. Sonra Uğur salonun arxa hissəsinə nəzər yetirmiş və ona avtomobilin salonuna oğru girməsini bildirmişdir. Onlar avtomobilin yük yerinə baxmış və oradan bir ədəd laqondanın, yəni elektrik kəsici alətin və avtomobil təmiri üçün nəzərdə tutulmuş açar dəstinin də oğurlandığını görmüşlər. Uğur təmir etdikləri evin zirzəmisinin açarı üçün gəldikdə avtomobilin sürücü tərəfindən olan qapısını açıq saxladığını və oğruların avtomobilin salonuna məhz həmin qapıdan daxil olduqlarını ehtimal etmişdir. Sonra onlar avtomobili saxladıqları yerin qarşısındakı fərdi yaşayış evində müşahidə kamerasının olmasını müəyyən etmiş və avtomobildən törədilmiş oğurluq hadisəsinin həmin kamera görüntülərinə düşməli olduğunu güman etmiş və Uğur həmin evin sahibindən bu video görüntüləri göstərməsini xahiş etmişdir. Növbəti gün onlar həmin video görüntüləri əldə edib baxdıqda avtomobildən oğurluq faktı təsdiq olunmuş və oğurluğun iki nəfər kişi cinsli şəxslər tərəfindən törədilməsi məlum olmuşdur. Belə ki, həmin görüntülərdə biri təxminən 13-15 yaşlı, digəri isə 25-27 yaşlı şəxslərin Uğurun avtomobilinə yaxınlaşaraq ətrafında bir müddət hərləndiyi, sonra yaşca böyüyünün onların işlədiyi evin darvazasına yaxınlaşaraq oranı müşahidə etməsi, digərinin isə avtomobilin salonuna girdiyi, bir neçə dəqiqədən sonra oradan laqondanı, açar dəstinin olduğu plastmas çamadanı və s. götürərək çıxdığı, sonra həmin şəxslərin birlikdə küçə ilə getdikləri müəyyən edilmişdir. Onlar həmin görüntülərə baxdıqdan sonra, onların heç birini tanımamalarını nəzərə alıb, avtomobilindən oğurluq etmiş şəxslərin kimliyini müəyyən etmək üçün həmin videogörüntüləri küçədə yerləşən marketləri işlədən şəxslərə göstərmək qərarına gəlmişlər. Həmin vaxt onun başqa işləri olduğundan həmin işlə Uğur özü tək məşğul olmuşdur. Uğur oğurluq etmiş şəxslərdən birinin Musa adlı şəxsin nəvəsi «Şöşü» ləqəbli şəxs olduğunu öyrənmişdir. Ona görə də o, Uğurla birlikdə «Şöşü» ləqəbli şəxsi axtarmağa başlamış və onun yaşadığı evə yaxınlaşarkən bir qadın “Şöşü”nun onun oğlu olduğunu bildirmişdir. Sonra onlar qadınla birlikdə “Şöşünün” evinə gəlmiş və qadın oğlunu yanına çağırmışdır. Həmin oğlan onları görən kimi Uğurun avtomobilindən oğurlanmış əşyaların “Elməddin” adlı şəxsdə olduğunu demiş və Elməddindən qorxduğunu bildirmişdir. Oğlanın anası oğlunu Elməddinin özü ilə apardığını təsdiq etmişdir. Sonra «Şöşü» onlarla birlikdə gedərək «Elməddin» adlı şəxsin yaşadığı evi onlara göstərmiş, özü isə onları orada qoyub, geri qayıtmışdır. Onlar qapını xeyli döysələr də açan olmamışdır. Lakin «Şöşü»nün anası Uğura bir nömrə demiş, Uğur da həmin nömrəyə zəng edərək telefonu “Şöşünün” anasına vermişdir. “Şöşünün” anası telefon zənginə cavab verən bir şəxslə danışdıqdan sonra qapıya təxminən 20-22 yaşlı hündürboylu bir oğlan çıxmışdır. Onlar həmin şəxsdən Elməddini soruşmuş, həmin şəxs Elməddinin qardaşı olduğunu demiş, lakin qardaşının evdə olmadığını bildirmişdir. Belə olduqda, onlar həmin oğlana Elməddinin Uğurun avtomobilindən oğurlanmış alətləri qaytarmalı olmasını bildirmiş, əks təqdirdə polisə müraciət etməli olacaqlarını demişlər. Bunu eşidən həmin şəxs onlarla kobud danışmış, çıxıb getməyi, yarım saat sonra gəlməyi onlardan tələb etmişdir. Həmin vaxt onlar alətləri qaytarmayacaqlarını fikirləşdiklərindən Uğur DİN-in 102 xidmətinə zəng etmiş, oğurluq barədə məlumat vermək istərkən oğlan, təqsirləndirilən şəxsin qardaşı olmasını öyrəndiyi Niyaməddin adlı şəxs gözlənilmədən Uğurun üstünə hücum çəkərək əlindəki telefonu alıb söndürmüş və əlləri ilə Uğurun boğazından tutaraq onu boğmağa başlamışdır. Həmin vaxt o, müdaxilə edərək yerə yıxılmış vəziyyətdə olan Uğuru yerdən qaldırıb həmin şəxsin əlindən almağa, onları ayırmağa çalışmışdır. Bu an evin açılan darvazasından başqa bir oğlan, baxılan iş üzrə Təqsirləndirilən şəxs çıxmış və qəflətən onu arxadan sol kürək nahiyəsindən nəiləsə vuraraq ona xəsarət yetirmişdir. O, Uğuru yerdən qaldırdığı üçün onun üzü Uğura tərəf olmuş, zərbə ona arxadan dəymişdir. Ona zərbə dəyən ana qədər o, Elməddini görməmişdir. Zərbə aldıqda dərhal geri çevrilmiş və Elməddini, onun əlindəki qırmızı rəngli, orağa bənzər deşici aləti görmüşdür. Uğur əlindəki aləti atmamış, əlində saxlamışdır. O, aldığı zərbədən ani olaraq nəfəsi kəsilmiş, yıxılmaqdan özünü güclə saxlamışdır. Həmin vaxt Uğur onu vuran şəxsi itələmiş, sonuncu digər tərəfə yıxılmışdır. Elə həmin ərəfədə evdən təxminən 30 yaşlarında bir qadın çıxaraq onların üstünə hücum edən şəxsləri sakitləşdirərək evin həyətinə salmışdır. Elməddin həyətlərinə keçərkən həmin aləti özü ilə aparmış, hadisə yerinə atmamışdır. Onu həmin poliklinikaya bacanağı Uğur məhəllə arası ilə qaçıra-qaçıra aparmışdır. Uğur onun vəziyyətinin ağır olduğunu görüb onu poliklinikadan Ə.Məlikov adına xəstəxanaya aparmış və həmin gün onu əməliyyat etmişlər. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisə vaxtı orada bacanağı Şahid1, Babək, Babəkin anası Xədicə, Elməddin və Niyaməddin Əliyev qardaşları və sonradan Elməddingili sakitləşdirib evə salan bir qadın olmuşdur. O, sonuncu qadının Elməddinin həyat yoldaşı Şahid4 olmasını bilməmişdir. Hadisə nəticəsində ondan güclü qan getmiş, qanın dayanması üçün əynindəki paltarı çıxarıb yaranı bağlamış, sonra hay-küy düşmüş, o, özünü itirmiş və hamı hadisə yerindən qaçmışdır. “ZAZ Slavuta” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobildən ona məxsus hər hansı bir əşya oğurlanmamış, ona maddi ziyan dəyməmişdir. Hadisə zamanı Niyaməddin orağa bənzər alətlə ona xəsarət yetirmiş, o, hadisə zamanı heç kimə xəsarət yetirməmiş, kiməsə şillə və ya təpik vurmamış və kiməsə hansısa əşya atmamışdır. Onun Elməddinin özünə və ya qardaşına qarşı hər hansı zorakılıq hərəkətləri olmamış, o, vurulmazdan qabaq o, və ya Uğur kiməsə dəmir və ya hər hansı əşya atmamışlar. Nə onda, nədə ki Uğurda zubil deyilən bir alət olmamış, heç kimə zubil atmamış, heç kimə xəsarət yetirməmişlər. O, xəsarət alana kimi Uğur Elməddinə daş, taxta və yumruq atmamış, o, vurulandan sonra və ya əvvəl Elməddinlə Uğur arasında hər hansı insident, o cümlədən tutaşma, süpürləşmə olmamışdır. Hazırda onlar barışmış, onun heç kimə, o cümlədən Təqsirləndirilən şəxs qarşqı şikayəti, tələbi və iddiası qalmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verdikdən dərhal sonra təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı tədqiq oldunan iş üzrə Zərərçəkmiş şəxs ilə təqsirləndirimlən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür k, qeyd olunan istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 150-153). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, o, bacanağı Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 40, Fəxrəddin Qurbanov küçəsində yerləşən bir fərdi yaşayış evində santexnika işləri görmüş, 01 mart 2023-cü il tarixdə, təxminən saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi “ZAZ Slavuta” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobili işlədikləri evin qarşısında saxlamış, təxminən saat 14 radələrində nahar etmək üçün avtomobilin salonunda saxladığı yeməyi götürmək üçün getdikdə avtomaşının salonundan evdən gətirdiyi çörək və konfetlərin, avtomobilin yük yerindən isə bir ədəd markasını xatırlamadığı laqondanın və avtomobil təmiri üçün nəzərdə tutulmuş açar dəstinin oğurlanmasını müəyyən etmişdir. Yanlışlıqla avtomobilin sürücü tərəfindən olan qapısını açıq saxladığını və oğruların avtomobilin salonuna məhz həmin qapıdan daxil olduqlarını ehtimal etmişdir. Bundan sonra o, Sadiqlə birlikdə avtomobilin saxlandığı yerin qarşısındakı fərdi yaşayış evində müşahidə kamerası olmasını müəyyən etmiş və avtomobildən törədilmiş oğurluq hadisəsi həmin kamera görüntülərinə düşməsini fikirləşib, ev sahibinə müraciət etmişlər. Növbəti gün, yəni 01 mart 2023-cü il tarixdə Sadiqlə həmin video görüntüləri əldə edib baxdıqda onun idarə etdiyi avtomobildən oğurluğu iki nəfər kişi cinsli şəxslərin törətməsi müəyyən olunmuşdur. Belə ki, həmin görüntülərdə biri təxminən 13-15 yaşlı, digəri isə 25-27 yaşlı şəxslərin onun avtomobilinə yaxınlaşaraq ətrafında bir müddət hərləndiyi, sonra yaşca böyüyünün işlədiyi evin darvazasına yaxınlaşaraq oranı müşahidə etdiyi, digərinin isə avtomobilin salonuna girdiyi, bir neçə dəqiqədən sonra oradan laqonda, avtomobillərin təmiri üçün nəzərdə tutulmuş açar dəstinin olduğu yaşıl rəngli plastmas çamadanı və s. götürərək çıxdığı və sonra həmin şəxslərin birlikdə küçə ilə getdikləri müəyyən edilmişdir. Hadisə nəticəsində ona ümumilikdə 97 manat maddi ziyan dəymişdir. Onlar həmin görüntülərə baxdıqdan sonra avtomobilindən oğurluq etmiş şəxslərin kimliyini müəyyən etmək üçün onda olan videogörüntüləri avtomobili saxladığı küçədə yerləşən marketləri işlədən şəxslərə göstərmiş, nəticədə oğurluq etmiş şəxslərdən birinin Musanın nəvəsi “Şöşü” ləqəbli şəxs olmasını müəyyən etmişq, digərini isə tanıyan olmamışdır. Ona görə də, Sadiqlə birlikdə “Şöşü” ləqəbli şəxsi axtarmağa başlamış, sonuncunun yaşadığı evə yaxınlaşarkən bir qadınla ünsiyyətdə olmuş və qadın «Şöşü»nün onun oğlu olduğunu demişdir. Sonra onlar birlikdə “Şöşünün” evinə gəlmiş və onlarla olan qadın oğlunu yanına çağırmışdır. Şöşü onları görən kimi avtomobilindən oğurlanmış əşyaların “Elməddin” adlı şəxsdə olmasını bildirmiş, həmçinin Elməddindən qorxduğunu demişdir. “Şöşü” onlarla gedərək “Elməddin” adlı şəxsin yaşadığı evi onlarpa göstərmiş, evi onlara göstərərək özü geri qayıtmışdır. Onlar qapını xeyli döysələr də açan olmamış, bunu görən yanında olan qadın ona bir nömrə deyərək həmin nömrəyə zəng etməyi bildirmişdir. O, həmin nömrəyə zəng edərək telefonu “Şöşünün” anasına vermiş, həmin qadın telefona zəngə cavab verən şəxslə danışdıqdan sonra qapıya təxminən 20- 22 yaşlı hündürboylu bir oğlan çıxmış və onlar oğlandan Elməddini soruşmuş, həmin şəxs Elməddinin qardaşı olduğunu, qardaşının evdə olmadığını bildirmişdir. Onlar adının Niyaməddin olduğunu sonradan öyrənib bildikləri həmin oğlana avtomaşından edilmiş oğurluq barədə danışmış, Elməddinin oğurladığı alətləri qaytarmalı olduğunu demiş, əks təqdirdə məcburiyyət qarşısında polisə müraciət etməli olacaqlarını bildirmişlər. Bunu eşidən Niyaməddin onlarla kobud danışmış, alətlərin onlarda olduğunu təsdiq edərək çıxıb getmələrini tələb etmiş, yarım saat sonra gəlmələrini istəmişdir. Belə olduqda o, DİN-nin 102 xidmətinə zəng etmişdir. Bunu görən Niyaməddin əvvəlcə zəng etməməyi ondan tələb etmiş, sonra isə gözlənilmədən onun üstünə hücum çəkərək əlindəki telefonu alıb söndürmüş və sonra əlləri ilə onun boğazından tutaraq onu boğmağa başlamışdır. Həmin vaxt Sadiq işə qarışıb, onu Niyaməddinin əlindən almağa çalışmışdır. Elə bu vaxt evin açılan darvazasından başqa bir şəxs, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs çıxaraq baş vermiş hadisə ilə bağlı heç bir araşdırma aparmadan əlində tutduğu qırmızı rəngli, orağa oxşayan bir alətlə Sadiqin kürək nahiyyəsindən vurmuşdur. Elməddini hadisə yerinə kimin çağırdığını bilməmişdir. Elməddin Sadiqi əlindəki alətlə ikinci dəfə vurmaq İstəyəndə o, həmin şəxsi itələmiş və Elməddin yerə yıxılmışdır. Həmin vaxt evdən çıxan təxminən 30 yaşlı bir qadın Elməddinlə Niyaməddini sakitləşdirib evə salmışdır. O, Sadiqin sol kürək nahiyyəsindən qan axmasını, onun çoxlu qan itirdiyini görüb, ona tez tibbi-yardım göstərmək üçün 179 saylı orta məktəbin yanında yerləşən poliklinikaya aparmış, oradan isə onları Məlikov adına xəstəxanaya göndərmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, Niyaməddinin onu boğması nəticəsində onun boyun nahiyəsində göyərmələr olmuş, amma indi onda hər hansı xəsarət izləri qalmamışdır. Hadisə zamanı onlar Elməddinə əllə, təpiklə xəsarət yetirməmiş, onlar hadisə yerində Elməddinə dəmir parçası, o cümlədən zubil atmamış, onun əlində sadəcə mobil telefon olmuşdur. Hadisə yerində onlarda heç bir alət olmamış, onlar ora davaya getməmiş, onun əlində sadəcə mobil telefon olmuşdur. Elməddinlə Niyaməddinə kimin xəsarət yetirdiyini o, bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, hadisə günü tezdən, yəni 02 mart 2023-cü il tarixdə, saat təxminən 11 radələrində yaşadıqları evdə olub yatmış olarkən evin darvaza qapısı möhkəm döyüldüyündən qardaşı Elməddinin həyat yoldaşı onu qapya göndərmiş, “get, gör kimdir?” demişdir. Həmin vaxt ana-ataları evdə olmamış, o özü, qardaşı Elməddin və sonuncunun həyat yoldaşı evdə olmuşlar. Darvazaya çıxmış, qapının ağzında əvvəldən tanıdığı Sadiq və Uğur adlı iki şəxsin dayandığını görmüşdür. Onlarla salam-sağolu olmasa da Binəqədidə yaxınlıqda qaldıqlarını bilmişdir. Onlara «buyurun, eşidirəm» dedikdə onlar qardaşı Elməddinə maşın açarı verdiklərini və ya onların açarlarının götürüldüyünü demiş, evdə olduğu təqdirdə qardaşını çağırmağı istəmişlər. O, qardaşının evdə olmadığını, onların da bildirdiyi məsələlərdən, yəni nəyisə götürüb-götürmələrindən məlumatsız olduğunu bildirmiş, məsələni aydınlaşdırmaq üçün yarım saat və ya bir saat ona vaxt verilməsini xahiş etmiş, əşyaları götürüldüyü təqdirdə təzədən bərpa etdirəcəyinə söz vermişdir. Həmin vaxt Sadiqgil razılaşmamış, «yox, bu dəyqə girəcəyik həyətə, qardaşını çağır» demiş, verilmədiyi təqdirdə polisə yığacağını demişlər. O, onların polisə zəng etmələrinə etiraz etməmiş, amma Elməddinin qardaşı kimi məsuliyyət daşıdığını, 1 saata nə götürübsə, onu onlara qaytarıb verəcəyinə söz vermişdir. Uğur polisi yığarkən onu eşidib təzədən odboy vermiş, yəni söndürmüşdür. Sadiq onunla razılaşıb getmək istərkən Uğur razılaşmamış, «yox, onun yerinə sən verməlisən» demiş, Sadiq isə ona təpik atıb onu yerə yıxmışıdr. Həmin vaxt onların hər ikisi onun üzərinə cummuş və səs-küy yaranmışdır. Səsə qardaşı Elməddinin yoldaşı çıxıb vəziyyəti görmüş və Elməddini çağırmağa getmişdir. Qardaşı Elməddin evdən çıxıb onun döyüldüyünü görmüş, «onun nə günahı var» demişdir. Bu vaxt Sadiq onu buraxıb, qardaşının ayağına cummuş, onu yerə yıxmış və onlar yerdə «boğuşmağa» başlamışlar. Uğur qardaşı ilə Sadiqin yerdə «boğuşduğunu» görüb, qardaşına dəmir atmış, lakin o, həmin dəmirin qardaşına dəyibdəymədiyini görməmişdir. Uğur dəmir parçasını qardaşına atanda Sadiq onun üstündə olmuşdur. Onların hər ikisi qardaşının üstünə cumduqda, o, arxadan Uğura cumaraq onu boğmuş, Uğur arxası üstə leşin üstünə yıxılmışdır. Sadiq onun qardaşını buraxıb onun üstünə cummuşdur. Həmin vaxt qardaşı yerdən ayağa qalxmış, onu yerdə boğduqlarını görmüş, yerdə olan dəmiri götürüb atmış, həmin dəmirn Sadiqin belinə dəymiş və yerə düşmüşdür. Həmin vaxt qonşuları Sumayə xala orada olmuş, qonşular hamısı yığışıb onları ayırmış, Sadiqgil gedəndə yerdəki dəmiri götürüb çıxıb getmişlər. Şahid2 ifadəsinin davamında göstərdi ki, Sadiqgil onların qapısına gəlməzdən qabaq oğurlanmış alətlərlə bağlı ona və ya onun qardaşına heç bir zəng gəlməmişdir. Xəyaləgil qonşuluqda qalsalar da, onlara oğurluqla bağlı zəng etməmişdir. Eşitdiyinə görə onların oğurluğa aidiyyəti olmuşudr. Sabiqgil iki nəfər onu döyən zaman o, onların ünvanına nalayiq ifadə işlətməmiş, yalnız qışqırmış, heç kim çıxmamış, Sadiqgil onu təkliyib döymüşlər. Üst-başı cırıq-cırıq olmuş, hətta ekspertizadan keçmişdir. Onlar dördü dava-dalaş edən zaman Sadiq söyüş söymüş, hadisədən sonra çıxıb gedəndə də söyüş söymüş, yalnız müstəntiqin yanında olarkən üzr istəmişdir. Daha sonra cinayət işinə məhkəmə istintaqı zamanı tədqiq oldunan iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür k, qeyd olunan istintaq hərəkəti keçirilərkən Şahid1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 154-157). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədəki ifadəsi ilə onun həmin iş üzrə məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı sonuncunun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə, saat təxminən 11 radələrində yaşadığı evdə yatıb istirahət edərkən onun mobil telefonuna zəng gəlmiş, lakin həmin nömrəni tanmadığından cavab verməmişdir. Buna baxmayaraq, həmin nömrədən ardıcıl olaraq yenə də ona zənglər gəldiyindən məcbur qalıb telefonu açmış və zəng edənin qonşuluqda yaşayan tanıdığı «Şöşü» ləqəbli, Babək adlı oğlanın anası Xəyalə xanım olması ona məlum olmuşdur. Xəyalə ona oğlu Babəkin hansısa avtomobildən oğurladığı laqonda və alətlərlə olan çemodanı onun qardaşı Elməddinə verdiyini demiş, hazırda həmin əşyaların sahiblərinin gəlib alətlərini istədiklərini bildirmişdir. Ona görə də o, qapıya çıxmış və evin darvazasının önündə küçədə Xəyalə xanımdan başqa əvvəllər tanımadığı, sonradan adlarının Uğur və Sadiq olduğunu bildiyi iki nəfərin də dayanmasını görmüşdür. Həmin şəxslər onu görən kimi onun qardaşı Elməddini soruşmuş, qardaşının oğurladığı əşyaları verməyəcəyi təqdirdə polisə şikayət edəcəklərini bildirmişlər. O, həmin şəxsləri sakitləşdirməyə çalışaraq qardaşının hazırda evdə olmadığını demiş, məsələni həll edə bilməsi üçün ona bir saat vaxt vermələrini istəmişdir. Sonradan adının Uğur kimi bildiyi şəxs onunla razılaşsa da, Sadiq dərhal ya qardaşını tapmasını, ya da oğurlanmış əşyaları qaytarmasını demiş, əks təqdirdə DİN-nin 102 xidmətinə şikayət edəcəyini bildirmişdir. O, həmin şəxslərlə razılaşmadıqda Sadiq ona «podnojka» (ayaqla badalaq) atıb yerə yıxmış, Uğur isə dayanıb onlara baxmışdır. Həmin vaxt çölə çıxan gəlinləri, yəni Elməddinin həyat yoldaşı Ləman onun döyüldüyünü görüb evə girmişdir. Bundan sonra evin darvazasının açıldığını və qardaşı Elməddinin onu dərhal buraxmaları tələbi ilə onlara yaxınlaşdığını görmüşdür. Həmin an onunla süpürləşən Sadiq onu buraxıb qardaşının üstünə cummuş və onu yerə yıxaraq döyməyə başlamışdır. Bunu görən Uğur da Elməddinə hücum etmiş və Uğur cibindən çıxardığı zubilə oxşayan balaca dəmir parçasını Elməddinə atmış, lakin həmin dəmir alət, qardaşı başını əydiyindən, divara dəymişdir. Elməddin də həmin dəmir aləti götürüb Uğurun üstünə atmış və alət Uğura yox, yanında olan Sadiqə dəymişdir. Sonra o, qardaşının baş nahiyyəsidən qan gəldiyini, qardaşının iki nəfər tərəfindən döyüldüyünü görüb buna mane olmaq üçün Uğurun boynundan tutub özünə tərəf çəkərək sıxmağa başlamış və hər ikisi yerə yıxılmışdır. Həmin vaxt Sadiq onun qardaşı ilə süpürləşmişdir. Sonra hay-küyə qonşular gəlmiş və anaları onu qardaşı ilə birlikdə «Məlikov» xəstəxanasına aparmış, həmin xəstəxanada onu müayinə edib ilkin tibbi yardım göstərmişlər. Baş vermiş dava-dalaş zamanı o, əl və ayaq dirsəklərindən müxtəlif xəsarətlər almışdır. Hadisənin növbəti günü anası ilə birlikdə KTM-ə, yəni “Semaşko” xəstəxanasına getmişlər. Şahid2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, hadisədən əvvəl Uğurun DİN-nin 102 xidmətinə zəng edərək bir qadınla danışdığını görüb Uğura polisə zəng etməyə tələsməməsini demişdir. Belə ki, o, onlardan vaxt istəmiş, qardaşı Elməddinin həmin oğurluqdan xəbərdar olub-olmamasını aydınlaşdırmaq istəmişdir. Uğur onunla razılaşıb telefonu özü söndürmüşdür. Həmin vaxt Xəyalə xanım da onların yanında olmuşdur. Sonra isə o, həmin şəxslərə hücum çəkməmiş, dava-dalaş onun ifadəsində göstərdiyi kimi olmuşdur. Onu və Elməddini sakitləşdirib evə salan qadın Elməddinin həyat yoldaşı Ləman olmuşdur. Həmin hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisə yerində ondan və qardaşı Elməddindən başqa, Xəyalə və Sumaya adlı qadınlar, qonşuları Əli dayı və qəssab Arif dayı olmuşdur (iş vərəqə: cild İİ, səh. 112-113). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür k, qeyd olunan istintaq hərəkəti keçirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 158-161). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə tədqiq olunan şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür k, qeyd olunan istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 162-165). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xəstəxanaya həkimə getməsi üçün səhər-səhər taksi çağırmış, taksi gəldikdə yaşadığı evdən çıxıb aşağı düşmüş və həmin vaxt 50-60 metr aralı məsafədə baxılan iş üzrə Təqsirləndirilən şəxs qardaşı Niyaməddini onların özlərinin qapısının qarşısında iki nəfər tanımadığı oğlanların yerə yıxıb üstünə oturaraq döydüklərini görmüşdür. Belə ki, onların qapısından Elməddingilin qapısı açıq görünür. Həmin vaxt ətrafda o, heç kimi görməmişdir. O, qışqırıb «ona dəyməyin» demiş və yaxınlaşıb onları ayırmaq istəmişdir. Elə həmin vaxt gəlin, yəni Elməddinin arvadı Ləman öz həyətlərindən çölə çıxmış, o, gəlinə onların bir-birini qırdıqlarını, yəni savaşdıqlarını demiş və qaynanasını, Niyaməddinin anasını çağırmasını bildirmişdir. Bundan sonra Elməddinin arvadı içəri, yəni evlərinə qaçmış və dərhal da geri gəlmişdir. Həmin vaxt taksi onu gözləməkdə olduğundan o, sürücüdən gözləməsini xahiş etmiş, ayağında problem olduğundan yavaş-yavaş savaşanlara tərəf getmiş, həmin iki nəfəri Niyaməddindən uzaqlaşdırmaq istəmişdir. O, savaşanlara çatana qədər Elməddinin də həyətlərindən küçəyə çıxdığını görmüşdür. Elə həmin vaxt tanımadığı, adlarını bilmədiyi savaşan oğlanlardan biri Elməddinə bir dəmir atmış, dəmir Elməddinin başına dəyib qanatmışdır. O, qan görəndə onlara ümumilikdə «ay bala, döyməyin, bir-birinizi öldürməyin» demişdir. O, əvvəlcə atılan dəmirin bıçaq olduğunu zənn etsə də, ancaq dəmir olduğunu görüb dəqiqləşdirmişdir. Bundan sonra Elməddin ona atılan dəmiri yerdən götürüb savaşan iki oğlanın arxasınca atmış, lakin həmin dəmir Elmədini vurana yox, digər oğlana dəymişdir. Dəmir atılan zaman yaxında olmuş və hər şeyi dəqiqliklə görmüşdür. Dəmir yerə düşmüş, hadisə yerində olanlardan kimsə dəmiri götürmüşdür. Daha sonra onları aralaşdırıb uzaqlaşdırmış, bu ikisi, yəni qardaşlar evə getmiş, o özü də taksiyə minib xəstəxanaya getmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, hadisə səbəbləri barədə onun məlumatı olmamış, bu barədə ibtidai istintaqda da heç nə deməmişdir. Hadisənin kim tərəfindən başlanıldığını, nəyə görə başladığını o, Niyaməddini yerə yıxıb sürüyərkən nə dediklərini, nə danışdıqlarını o, bilməmiş, hadisədən əvvəl səs-küy eşitməmişdir. Hadisəni ilk gördüyündə orada Niyaməddin və iki oğlandan başqa heç kim olmamış, hadisə yerində söyüş, çığır-bağır eşitməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunməqla tədqiq edildi. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs qonşu olmuş, onu çoxdan tanımışdır. 2023-cü ilin mart ayının əvvəllərində, səhər saat 11 radələrində həkimə getmək üçün taksi sifariş vermiş və yaşadığı evin qarşısında olan zaman yaşadığı ünvan 4 ünvanın önündə adlarını sonradan bildiyi Sadiq və Uğur adlı şəxslərlə qonşuluqda yaşayan Şahid2 aralarında mübahisə etmələrini, adları çəkilən iki nəfər şəxsin Şahid2 yerə yıxaraq döymələrini görmüşdür. Həmin vaxtı qonşuluqda yaşayan Ləman da səs-küyə gəlmiş, onlar birlikdə hər iki tərəfi sakitləşdirə bilməmiş, Ləman evlərinə qayıtmışdır. Həmin vaxt evin həyətinin qapısı önündə Uğur və Sadiq Niyaməddini yerə yıxaraq onu döyməkdə davam etmişlər. Elməddin mübahisə edən şəxsləri aralayan zaman həmin şəxslərdən biri, yəni Sadiq Elməddinin sifətinə yumruq zərbəsi endirmiş, onun yanında olan Uğur isə üzərində olan "zubil"i (burada: deşici-kəsici metal aldət) Elməddinin başına atmışdır. Həmin vaxt Elməddin yerdə olan "zubil"i götürüb Uğura tərəf atmış, "zubil" Uğura deyil, Sadiqin kürək nahiyəsinə dəymiş, Sadiqin kürəyi qanamağa başlamışdır. Daha sonra sifariş etdiyi taksiyə minərək oradan xəstəxanaya yollanmışdır. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, hadisənin səbəbləri sonradan ona məlum olmuşdur. Öyrəndiyinə görə hadisənin baş verməsinə səbəb Uğurun idarə etdiyi avtomobildən baş vermiş oğurluq hadisəsi ilə bağlı Sadiq və Uğurun əşyaları geri tələb etməsi ilə bağlı Şahid2 ilə aralarında yaranmış mübahisə olmuşdur. Hadisə yerində o, Şahid2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Uğur Hətəmov və Şahid4 olmuşdur (iş vərəqə: cild İİ, səh. 118-120). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid3 göstərdi ki, müstəntiq onun ifadəsini bir-iki sual-cavab etməklə yazmış, imzalatmaq üçün mənə vermiş, o, ifadələrini oxumadan imzalamışdır. O, hadisənin səbəbləri barədə heç bir ifadə verməmişdir. O, müstəntiqə Niyaməddinlə savaşan iki nəfərin adları-familiyaları və hadisənin səbəbləri barədə heç nə deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə rəsmi deyil, kəbin-nigah münasibətinə daxil olmuş və bu nigahdan 01 nəfər azyaşlı uşaqları vardır. ünvan 5 ünvanında o, özünün ailə üzvləri, subay qaynı Şahid2, qaynanatası və qaynanası birlikdə yaşamışlar. Şahid4 hadisənin mahiyyəti üzrə ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayının 1də, səhər saat 11 radələrində yaşadıqları evin həyət qapısı döyülmüş, qaynı Şahid2 qapını açıb bayıra çıxmışdır. Həmin vaxt o, evdə iş görmüş, həyat yoldaşı Elməddin isə evdə yatmışdır. Təxminən 5 dəqiqə sonra evin həyət qapısının önündə səs-küy gəldiyini eşidib dava-dalaş olmasını başa düşüb bayıra, yəni küçəyə çıxmış və düz onların darvaza qapılarının ağzında qaynı Şahid2 tanımadığı iki oğlanın yerə yıxaraq təpikliyib döymələrini görmüşdür. Həmin oğlanların adlarının Sadiq və Ugur olmasını hadisədən sonrakı proseslərdə öyrənib bilmişdir. Qonşuluqda yaşayan Sümayə xala da səs-küyə ora gəlmiş, sonuncu yaşlı adam olduğundan onlar birlikdə savaşan tərəfləri sakitləşdirə bilməmişlər. O, savaşanları sakitləşdirə bilmədiyindən evə qayıdaraq həyat yoldaşı Elməddini yuxudan oyadıb ona qardaşın Niyaməddini küçədə döymələrini xəbər vermişdir. Elməddin cəld şəkildə yerindən qalxıb hadisənin olduğu yerə, yəni evlərinin darvaza qapısının önünə qaçmış, o da Elməddinin arxasınca küçəyə qaçmış, həyətinin qapısının önündə Uğurla Sadiqin qaynı Niyaməddini yerə yıxaraq döyməkdə davam etdiklərini görmüşdür. Elməddin hadisə yerinə gələn kimi birinci həmin iki nəfəri Niyaməddindən aralaşdırmaq istəmiş, lakin həmin şəxslərdən biri, yəni sonradan Sadiq kimi tanıdığı şəxs Elməddinin sifətinə yumruq zərbəsi endirmiş, yoldaşının ayağından yapışaraq yerə yıxmış, sonuncu əlində olan daşla Elməddinə tərəf atsa da, daş Elməddinə dəyməmişdir. Adının Uğur olmasını sonradan bildiyi oğlan isə cibindən çıxardığı dəmirlə Elməddinin başından vurmuş, dəmir yerə düşmüşdür. Dəmir Elməddinin başını yarmış, başı qanamağa başlamışdır. Bundan sonra Elməddin yerdə olan həmin götürüb təxminən 2-3 metr məsafədən Uğura tərəf atmış, lakin dəmir parçası Uğura deyil, Sadiqin kürək nahiyəsinə dəymiş və Sadiqin kürəyi qanamağa başlamışdır. Bütün bunlara baxmayaraq onları ayıra, həmin oğlanları qapılarından uzaqlaşdıra bilməmişlər. Sumayə xala qışqıra-qışqıra «get qaynananı çağır» desə də qaynanası evdə olmadığından çağıra bilməmişdir. Elə həmin vaxt oğlanlar birinin kürəyinin qanamasını gördükdə hadisə yerindən uzaqlaşıb getmişlər. Şahid4 ifadəsinin davamında göstərdi ki, hadisədə iştirak etmiş iki nəfərin, yəni Sadiqlə Uğurun onların qapısının qarşısına nə üçün gəldiklərini, hadisənin nəyə görə baş verdiyini, qaynını nə üçün döymələrini həmin vaxt o, bilməmişdir. O, səs-küy eşidib 1-ci dəfə evdən çıxarkən hadisə yerində Sumayə xalanı görməmişdir, lakin o, içəri girib Elməddini çağırdıqdan sonra çölə çıxarkən Sumayə xalanın artıq orada olduğunu və onları aralamağa çalışdığını görmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunməqla tədqiq edildi. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində səhər saat 11 radələrində yaşadığı ünvan 4 evdə olan zaman evin həyətinin qapısı döyülmüş, bu zaman qaynı Şahid2 qapını açmış, o da həmin vaxtı evdə iş görmüşdür. Təxminən 5 dəqiqə keçdikdən sonra evin qapısı önündə səs-küy gəldiyini eşidib nə məsələ olduğunu öyrənmək üçün evdən bayıra çıxmışdır. Həmin vaxt adlarını sonradan bildiyi Sadiq və Ugur adlı şəxslərlə qaynı Şahid2 aralarında mübahisə etdiklərini, mübahisə nəticəsində adları çəkilən iki nəfər şəxsin qaynı Şahid2 yerə yıxaraq döymələrini görmüşdür. Həmin vaxtı qonşuluqda yaşayan Sümayə xanım da səs-küyə gəlmiş, lakin Sümayə xanım yaşlı olduğundan onlar birlikdə hər iki tərəfi sakitləşdirə bilməmişlər. Odur ki, o, evə qayıdaraq yoldaşı Elməddini yuxudan oyadıb "qardaşın Niyaməddini döyürlər" deyib xəbər verdikdə Elməddin cəld şəkildə yerindən ayağa qalxıb hadisənin olduğu yerə qaçmış, o da Elməddinin arxasınca qaçmışdır. Belə ki, o, evin həyətinin qapısı önündə olan zaman Uğur və Sadiqin qaynı Niyaməddini yerə yıxaraq onu döyməkdə davam etdiklərini görmüşdür. Elməddin mübahisə edən şəxsləri aralayan zaman həmin şəxslərdən biri yəni, Sadiq Elməddinin sifətinə yumruq zərbəsi endirmiş, Sadiqin yanında olan şəxs, yəni Uğur isə üzərində olan "zubil"i (burada: kəsici-deşici metal alət) Elməddinin başına vurmuşdur. Həmin vaxtı Elməddin də yerdə olan "zubil”i götürüb Uğura tərəf atmış, lakin "zubil" Uğura deyil, Sadiqin kürək nahiyəsinə dəymişdir. Sadiqin kürəyi qanamağa başlamışdır. Daha sonra Sadiq və Uğur çıxıb getmiş, onlar da evə qayıtmışlar. Şahid4 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, hadisənin baş vermə səbəbləri ona sonradan məlum olmuşdur. Eşitdiyinə görə Uğurun idarə etdiyi avtomobildən oğurluq hadisəsi baş vermiş, Sadiq və Uğurun əşyaları geri tələb etməsi ilə bağlı Niyaməddinlə aralarında yaranmış mübahisə olmuşdur. Baş vermiş mübahisə zamanı o, qaynı Şahid2, yoldaşı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Uğur Hətəmov, qonşuluqda yaşayan Sümayə adlı qadın da hadisə yerində olmuşlar(iş vərəqə: cild İİ, səh. 122-124). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid4 göstərdi ki, o, müstəntiqin yanında ifadə verlikdən sonra həmin ifadələrini oxuyub imzalamışdır. Hadisənin səbəbləri barədə həqiqətən məlumatı olmamış, sonradan öyrənib bilmişdir. İfadə verərkən həyəcanlı olduğuna görə həyat yoldaşına daş atılması barədə ifadə vermək onun yadından çıxmışdır. Yoldaşının yumruqla vurulduğunu görməmişdir. O, hadisədən 1 il sonra müstəntiqə ifadə vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 1678 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthində sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Tədqiq olunan həmin rəydən görünür ki, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X11” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə saat 12:35-dən bir qədər əvvəl əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan samlamlığa AĞİR zərərvurmaya aiddir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət onun xarakteri və lokalizasiyasından asılı olaraq ekspertiza təyin etmək barədə qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə otbiçən oraqla endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir (iş vərəqə: cild İİ, səh. 51-55). Məhkəmə baxışı zamanı tədqiq olunan təkrar məhkəmə-tibbi ekspertizasının 29 mart 2024-cü il tarixli, T267/2024 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə və qərarda göstərilən suallara uyğun olaraq tibbi komissiya belə nəticəyə gəlmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs bədən səthində sol kürək sümüyünün zədələnməsi və tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, otbiçən oraqla kənar şəxs tərəfindən yetirilən zərbə təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023cü ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətin xarakteri və lokalizasiyası onun istər şəxsin özü tərəfindən, istərsə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsini inkar edir(iş vərəqə: cild İİ, səh. 3-7). Lakin məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 1677 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində Şahid1 bədən səthində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir(iş vərəqə: cild İİ, səh. 47-50). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 aprel 2023-cü il tarixli, 892 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, lakin onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmak ittiham iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona istinad olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İİ, səh. 26-27). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi 01mart 2023-cü il tarixdə Şahid2 və onun qardaşı – Təqsirləndirilən şəxs müxtəlif bədən xəsarətləri ilə «Ə.D.Məlikov adına X12» Publik Hüquqi şəxsə daxil olmuş, fakta görə başlanılmış cinayət işi üzrə ibtidai istintaq orqanının 03 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilmiş, qərar icrası təmin edilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Binəqədi rayon Şöbəsinə təqdim edilmişdir(iş vərəqə: cild İ, səh. 78,79, 97,98). Lakin cinayət işinə məhkəmə baxışı zamanı cinayət işinin materialları öyrənilib tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilməsinə, həmin qərar icraya yönəldilməsinə baxmayaraq, müvafiq tibbi rəy cinayət işinin materiallarına əlavə olunmamış, hüquqi baxımdan qiymətləndirilməmişdir. Hansı ki, məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs sərbəst ifadəsində hadisə vaxtı başından və qolundan xəsarətlər aldığını, xəsarətləri ilə bağlı tibbi ekspertizadan keçirildiyini, xəsarətlərinin yaranma səbəbini ekspertlərə danışdığını təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışının gedişatında «Ə.D.Məlikov adına X11» Publik Hüquqi şəxsə ünvanlanmış məhkəmə sorğusu əsasında əldə olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 mart 2023-cü il tarixli, 397 saylı rəyi ilə müəyyən edildi ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilməsinə, həmin qərar icraya yönəldilməsinə baxmayaraq, müayinə olunan Təqsirləndirilən şəxs «Ə.D.Məlikov adına X12» PHŞ-də və «X13» PHŞ-də adına tərtib edilmiş tibbi sənədlərin ekspertizaya təqdim olunmaması səbəbindən, qeyd olunan ekspertizanın keçirilməsi mümkün olmamışdır (iş vərəqə: cild İİİ, iş materialları). Ən nəhayət, məhkəmə sorğusuna əsasən təqdim olunan və cinayət işinə məhkəmə baxışı zamanı tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli, 08/397 nömrəli rəyindən görünür ki, ğaxılan iş üzrə Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, ənsə nahiyəsinin qançırşişkinliyi, sağ əlin arxa səthinin, sağ əlin İİ, İİİ, İV, V barmaqlarının sıyrıqları, döş qəfəsinin əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Ə.D.Məlikov adına X11” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, ənsə nahiyəsinin qançırşişkinliyi, sağ əlin arxa səthinin, sağ əlin İİ, İİİ, İV, V barmaqlarının sıyrıqları, döş qəfəsinin əzilməsi isə həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarına əsasən həmin xəsarətlərin qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) və eləcə də daşla endirilmiş zərbələr nəticəsində əmələ gələ bilməsi mümkündür. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında» 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, protokolun tərtib olunduğu 01 mart 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 37 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs baxılan iş üzrə Təqsirləndirilən şəxs tərəfindən xəsarətləndirilməsi faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 81-82, 83-84). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi, yəni onun Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi və həmçinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə bu hissədə belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, o, Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi təsdiq olunsa da, onun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törədərkən bunu xuliqanlıq niyyəti ilə törətməsi təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə cinayət hadisəsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qohumu Şahid1 təşəbbüsü ilə baş vermişdir. Belə ki, adı çəkilən şəxslər bir gün əvvəl Şahid1 idarə etdiyi avtomaşından oğurlanmış özlərinə məxsus tikinti-məişət alətlərini, hüquq-mühafizə orqanlarına məlumat vermədən, axtarıb tapmaq təşəbbüsü ilə hərəkətə keçib, alətlərin baxılan iş üzrə Təqsirləndirilən şəxs olması barədə qeyri-rəsmi məlumat aldıqdan sonra sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 37 ünvanında yerləşən 292 saylı fərdi yaşayış evinin qarşısına gəlib onların qapısını döymüş, evdən küçəyə çıxan təqsirləndirilən şəxsin qardaşı Şahid2 ilə oğurlanmış əşyalarının qaytarılması mövzusunda mübahisə edib sonuncu ilə savaşmışlar. Bundan sonra qardaşının qeyriləri tərəfindən küçədə döyülməsi barədə məlumat alan evdə yatmış Təqsirləndirilən şəxs küçəyə çıxıb qardaşının əvvəllər tanıdığı iki nəfər tərəfindən ona məlum olmayan səbəbdən döyülməsini görüb hadisəyə müdaxilə etmiş, hadisə yerində olan Sadiq Şamilov və Şahid1 tətbiq etmiş olduqları bərk küt alət və əl-ayaq təsirindən xəsarətləndirilmiş və məhz bundan sonra ittihamın əsasını təşkil edən, Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri nəzərdə tutulan cinayət hadisəsi baş vermişdir. İbtidai istintaq orqanının «sübutları qiymətləndirmə, əməlin tövsifi və cinayət işindən başqa cinayət işinin ayrılması barədə» 10 iyun 2024-cü il tarixli qərarının məzmunundan görünür ki, baxılan iş üzrə aparılan ibtidai araşdırma nəticəsində Zərərçəkmiş şəxs və Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, hazırda baxılan cinayət işindən işin məhkəməyədək icraatı mərhələsində ibtidai istintaq orqanının 10 iyun 2024-cü il tarixli ümumi qərarına əsasən Şahid1 etibarnamə əsasında idarə etdiyi “ZAZ Siavuta" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildən tikinti alətlərinin oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və Zərərçəkmiş şəxs və Şahid1 əməlində xuliqanlıq cinayətinin mövcud olmasmı faktına görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır(iş vərəqə: cild İİİ, səh. 8- 40). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ali Məhkəməsi Plenumunun bu tövsiyyəsi həm də xuliqanlıq niyyətilə qəsdən törədilən başqa cinayətlərə, o cümlədən qəsdən bədənə ağır xəsarət yetirmə cinayətinə də şamil olunur. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsindən əvvəl həmin hadisədən ümumiyyətlə məlumatsız olmuş, doğma qardaşının qeyriləri tərəfindən döyülməsi xəbərini aldıqdan sonra küçəyə çıxmış və qardaşının döyülməsinin şahidi olmuşdur. Baş vermiş hadisənin gedişatı ona hadisənin səbəblərini aydınlaşdırmağa imkan verməmiş, o özü zorakı təsirə məruz qalmışdır. Mübahisə və dalaşma zərər çəkmiş şəxs tərəfin təşəbbüsü və eyni zamanda təqsirləndirilən şəxsin yaşadığı ünvanın qarşısında baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, istintaq orqanı tərəfindən baxılan iş üzrə törədilmiş cinayət hadisəsinin vaxtı ilə bağlı yanlışlığa yol verilmiş, bütün sübutlarla Şahid1 etibarnamə əsasında idarə etdiyi “ZAZ Siavuta" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildən tikinti alətlərinin oğurlanması faktının bir gün əvvəl, baxılan iş üzrə cinayət hadisəinin isə 01 mart 2023-cü il tarixdə saat 11 radələrində sübuta yetirilməsinə baxmayaraq, cinayət hadisəsinin vaxtı “01 mart 2023-cü il tarixdə, saat 15” olaraq göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3cü maddələri ilə müəyyən olunan ittihamın məzmununda dəyişiklik edilməklə cinayət hadisəsinin baş verdiyi tarix dəyişdirilməməklə, baş verdiyi vaxt saat 11 olaraq göstərilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(iş vərəqə: cild İİ, səh. 191-192). Cinayət işinin məhkəməyədək icraatı mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq orqanına notarial qaydada təsdiq edilmiş 13 aprel 2023-cü il ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərmiş, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir(iş vərəqə: cild İ, səh. 166). Məhkəməyə təqdim olunan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər 2016-cı il təvəllüdlü azyaşlı uşağı vardır, Təqsirləndirilən şəxs özü «Qarışıq astma» diaqnozu ilə xəstədir (iş materialları). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-cü maddəsinə, onun əvvəllər məhkum olunmadığını, «Qarışıq astma» diaqnozu ilə xəstə olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, yüngülləşdirici hallar olduqda cəza təyinetmənin prinsiplərini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Müəyyən edildiyi kimi, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində baxılan iş üzrə 21 mart 2024-cü il tarixdə axtarışla tutulmuş, 22 mart 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarına əsasən barəsində 16 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 11 may 2024-cü il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və sonuncu yekun məhkəmə aktı qəbul edilənəd fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək sonuncu qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-483/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-483/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver