Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-484/2020 07.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Nümayəndə, mülki iddiaçı - “xxxxxxxxxxxxxxxx MMC”-nin nümayəndəsi Şahid3, iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Zəngilan şəhəri S.Vurğun küçəsi ev 25də qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 3-cü sahə ev 24-də yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində yerləşən «xxxx» supemarketdə olarkən onun əvvəllər həmin marketdən etdiyi oğurluğ etdiyi səbəbindən marketin işçiləri tərəfindən polisə məlumat verildiyini görüb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, oradan qaçmağa cəhd edərkən masanın üzərində olan dəmir qayçını götürüb, ondan silah qismində istifadə edərək qayçı ilə onu saxlamaq istəyənxxxxxxxxxxxxin satıcısı Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısına bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs1 döş qəfəsini sol yarısının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirərək xuliqanlıq etmiş, daha sonra həminxxxxxxxxxxxxdə adminstrator işləyən Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini və ictimai borcunu yetirərək Üvli Sultanovu tutub saxlamaq istəyən zaman Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə əlində olan dəmir qayçıyla Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyyələrinə bir neçə dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının bayır səthinin plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qan və hava yığılmasına) səbəb olan bir ədəd, döş boşluğuna nüfuz etməyən bir ədəd, üçli sinirin hər 3 şaxəsinin travmatik zədələnməsi ilə əlaqədar üzün sol tərəfində total ptoz, hissiyat və mimikanın pozulmasına səbəb olan sol qulaq önü nahiyənin bir ədəd, sol çənəarxası nahiyənin bir ədəd, sol bazunun ikibaşlı əzələsinin və sol bazu venasının şaxəsinin zədələnməsinə səbəb olan sol bazu nahiyəsinin iki ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaralarından ibarət, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli, törətdiyi əməllərdən peşman olduğunu bildirərək ifadələrində göstərdi ki, ailəlidir. Heç yerdə işləmir. Pula ehtiyacı olduğu üçün xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixlərdə Zabrat qəsəbəsində yerləşən “xxxx” marketdən içki və ərzaq məhsullarl oğurlayıb satmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində o, yenidən həmin marketə yumurta almaq üçün getmişdir. Marketə daxil olan zaman mühafizəçi ona yaxınaşıb yuxarı qalxmağı təklif edib sinəsindən tutub dartdı. O, da onunla ikinci mətrəbəyə qalxıb otağa daxil olmuşlar. Mühafizəçinin yanında bir nəfər də var idi. Mühafizəçi ona kompüterdə görüntü göstərdi və dedi ki, o, marketdən oğurluq etmişdir. O isə boynuna almamışdır. O, havası çatmadığını, çöldə söhbət etmələrini desə də mühafizəçi onu otaqdan çıxmağa qoymadı. O, əgər onu çölə buraxmasa həmin yeri dağıdacağını dedikdə mühafizəçi onu söydü. O da həmin vaxtı masanın üstündə olan dəmir qayçını götürüb özünə xəsarət yetirəcəyini bildirmişdir. Bu zaman mühafizəçi əli ilə qapını bağlamaq istədi, lakin onun əlində qayıçı olduğunu görüb kənara çəkildi. O da qaçaraq ikinci mərtəbədən düşmüşdür. Marketdən çıxmaq istəyən zaman marketin işçilərindən biri ona yaxınlaşıb, onu tutmağa çalışdıqda, o da əlindəki qayçı ilə həmin şəxsə bir dəfə vurmuş və bir az qabağa getmiş, həmin yerdə olan digər şəxs də onu saxlamağa çalışdıqda həmin şəxsi də qayçı ilə vurub həmin yerdən uzaqlaşmışdır.Btün bunlarpı maddi vəziyyətinin çətin olması səbəindən edib. O,tutulandan sonra ikinci uşağı da olub.Özü və birinci uşağı talasimiya xəstələridir. Bunu təsdiq edən sənədələri təqim edə bilən nə qohumu, nə də tanışı yoxdur. Törətdiyi əməllərdən də peşimandır. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs məhkəmədə araşdırılan hadisə ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. O, “xxxx” marketin adminstratoru vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 12:00 radələrində bir nəfər merketdən 2 ədəd 61 manat dəyərində viski oğurlamışdır. Onlar həmin hadisəni müşahidə kamerasına baxan zaman aşkar etmişlər. xx xxxxxx 2019-cu il tarixdə həmin şəxs yenə də marketdən ümumilikdə 51 manat dəyərində bir ədəd “Nemirof” markalı araq və bir ədəd şüşə qabda zeytun yağı oğurlamışdır. Onlar həmin hadisəni də müşahidə kamerasına baxan zaman aşkar etmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 20:40 radələrində həmin şəxs marketə daxil oldu və marketdə mühafizəçi işləyən Abbasa yaxınlaşdı. O, Abbasın həmin şəxslə söhbət etdiyini görüb onlara yaxınlaşmışdır. Abbas və məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan olunan Təqsirləndirilən şəxs marketin ikinci mərtbəsində yerləşən müşahidə kameralarını görüntüləri yazılan otağa dəvət edib onunla birlikdə otağa qalxmışlar. Onlar Ülvüyə əvvəllər oğurluq etməsi barədə video görüntünü göstərdikdə, Ülvü dedi ki, oğurluğu özü yox, qardaşı edib. Onlar polisə məlumat vermək istərkən,Ülvü otaqdan çıxıb qaçmaq istədi, Abbas isə onu saxlamağa çalışdı. Bu zaman marketin işçilərindən kimsə onu çağırdı. O da birinci mərtəbəyə düşərək kassaya getmişdir. Təxminən bir-iki dəqiqə sonra o, kassadan çıxaraq ikinci mərtəbəyə tərəf gedən zaman Təqsirləndirilən şəxs ona tərəf gəldiyini görmüşdür. Ülvi əlindəki əşya ilə əvvəlcə Vüsalı vurdu. O, Ülvüyə mane olmağa çalışdıqda Ülvü həmin alətlə onun da sol qoltuqaltı nahiyyəsindən və boynundan vurub marketdən çıxıb, qaçıb getdi. Marketin işçiləri onu və Vüsalı, xəstəxanaya aparmışlar. Orada o, əməliyyat olunmuşdur. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs otaqdan götürdüyü qayçı ilə onu və Vüsalı vurmuşdur. Hadisə nəticəsində ona əlli min manatdan çox zərər vurmuşdur. Həmin zərərin təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs məhkəmələ araşdırılan hadisə ilə əlaqədar tanıyır. Onunla ədavətləri və yaxınlıqları olmayıb. O, “xxxx” marketdə meyvə bölməsində satıcı işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində o, işdə olan zaman marketin adminstratoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 onu təcili çağırdı. O da meyvə bölməsindən çıxıb Məhəmmədə tərəf yaxınlaşan zaman məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan X3 ona tərəf gəlib əlində olan iti əşya ilə heç bir səbəb olmadan onu vurdu. O, indi də bunun səbəbini bilmir. Bu zaman Məhəmməd də Ülviyə yaxınlaşıb onu tutmaq istəyərkən o, əlindəki alətlə Məhəmmədi də vurub marektdən çıxıb qaçdı. Onun dalınca qaçsa da tuta bilməmişdir. O, yenidən marektə daxil olan zaman Məhəmmədin boyun və qarın nahiyyəsinin qan içində olduğunu görmüşdür. Həmçinin özü də qarın nahiyyəsindən xəsarət almışdır. Bundan sonra işçilər onu və Məhəmmədi xəstəxanaya apardılar. Xəstəxanada məlum olmuşdur ki, həmin şəxs əvvəllər də marketdən oğruluq etmiş, onu və Məhəmmədi qayçı ilə vurmuşdur. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar tanıyır, aralarında ədavətləri və yaxınlıqları olmayıb. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun iş yoldaşlarıdır. Münasibətləri yaxşıdır. O, “xxxx” marketdə mühafizəçi işləyir. xx xxxxxx 2019-cu il tarixdə bir nəfər cavan oğlan işlədiyi marketdən viski oğurladı. Onlar həmin hadisəni müşahidə kamerasına baxan zaman aşkar etmişlər. xx xxxxxx 2019-cu il tarixdə həmin şəxs yenə də marketdən oğurluq etmişdir. Onlar həmin hadisəni də müşahidə kamerasına baxan zaman aşkar etmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 20:40 radələrində həmin oğurluqları etmiş şəxs marketə daxil oldu və yumurta almaq istədiyini dedi. O, həmin şəxsin əvvəllər oğurluq etdiyini bilib onu ikinci mərtəbədə yerləşən müşahidə kameralarının görüntüləri yazılan otağa dəvət etmişdir. Həmin şəxs onunla birlikdə otağa qalxdı. Adminstrator Zərərçəkmiş şəxs2 da onunla birlikdə otağa gəldi. Onlar həmin şəxsə əvvəllər oğurluq etməsi barədə video görüntünü göstərmişlər, lakin Ülvü oğurluğu özünün deyil, qardaşının etdiyini dedi. Onlar polisə məlumat vermək istərkən Ülvü otaqdan qaçmaq istədi, o da Ülvünü buraxmamağa çalışmışdır. Ülvü isə əvvəlcə stolu götürüb kompyuterin monitoruna vurdu, sonra isə masanın üstündə olan qayçını götürüb özünü vuracağını dedi. O da qapını əli ilə bağlı saxlamağa çalışsa da sorna qapını buraxmışdır. Ülvü də əlində qayçı ilə qaçaraq birinci mərtəbəyə düşdü, orada əvvəlcə satıcı Zərərçəkmiş şəxs1, daha sonra isə Zərərçəkmiş şəxs2 vuraraq oradan qaçıb getdi. Şahid3 Mütəqim oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar tanıyır, aralarında ədavətləri və yaxınlıqları yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “xxxxxxxxxxxxxxx” MMC-nin işçiləridir. Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi Neftçilər küçəsində yerləşən «xxxx»xxxxxxxxxxxxdən 16 və xx xxxxxx 2019-cu il tarixdə oğurluq etmişdi. xx xxxxxx 2019-cu il tarixdə Ülvü yenidən marketə gəldikdə, marketdə mühafizəçi işləyən Abbas Hömbətov və marketin adminstratoru Zərərçəkmiş şəxs2 müşahidə kameralarının görüntülərini göstərib hadisə barədə polisə məlumat vermək istəyən zaman, Təqsirləndirilən şəxs masanın üzərindən dəmir qayçını götürüb marketdə satıcı işləyən Vüsalı Şıxıyevə, daha sonra isə Zərərçəkmiş şəxs2 xəsarət yetirərək qaçıb getmişdir. Vüsal və Məhəmməd isə xəsarət aldıqları üçün xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə ümumilikdə 61 manat dəyərində bir ədəd “Black bull”markalı viski və bir ədəd “Sherodons” markalı likyor içkisini oğurlamışdı. Bundan sonra isə xx xxxxxx 2019-cu il tarixdə Ülvü yenə də marketdən ümumilikdə 51 manat dəyərində bir ədəd “Nemirof” markalı araq və bir ədəd “Barqers” markalı zeytun yağı oğurlamışdır. Təqsirləndirilən şəxs ümimilikdə marketə 112 manat maddi ziyan vurmuşdur. Məhkəmədə ifadələri elan olunub araşdırılmış Şahid2 ifadələrində göstərmişdir ki, Üvli Sultanov həyat yoldaşıdır, Ülvi ilə təxminən 7 il olar ki, ailə həyatı qurmuş. Onlaın birgə nigahından bir az yaşı ölvadı vardır. O, özü heç bir yerdə işləmir, Üvli isə fərdi əməklə məşğul olurmuş və müxtəlif yerlərdə fəhləlik edirmiş. xx.xx.2019-cu il tarixdə axşam saat 22 radələrin Ülvi yaşadıqları evə gəlmiş və demişdir ki, “xxxx” marketdə mübahisə edərək dava etmiş və kiməsə xəsarət yetirmişdiri. Ancaq başqa ona heçnə deməmiş özünün peşman olduğunu bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadıqları evə gələrək Ülvini saxlamışlar və bildirmişlər ki, Ülvi 2 nəfər şəxsə qayçı ilə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları Ülvini aparmışlar. Ancaq hadisənin hansı şəraitdə baş verməsini bilmir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tairxli 1835 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qayçı ilə yetirilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1904 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının bayır səthinin plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qan və hava yığılmasına) səbəb olan bir ədəd, döş boşluğuna nüfuz etməyən bir ədəd, üçli sinirin hər 3 şaxəsinin travmatik zədələnməsi ilə əlaqədar üzün sol tərəfində total ptoz, hissiyat və mimikanın pozulmasına səbəb olan sol qulaqönü nahiyənin bir ədəd, sol çənəarxası nahiyənin bir ədəd, sol bazunun ikibaşlı əzələsinin və sol bazu venasının şaxəsinin zədələnməsinə səbəb olan sol bazu nahiyəsinin iki ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, qayçı ilə yetirilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının bayır səthinin plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qan və hava yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Üçli sinirin hər 3 şaxəsinin travmatik zədələnməsi ilə əlaqədar üzün sol tərəfində total ptoz, hissiyat və mimikanın pozulmasına səbəb olan sol qulaqönü nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının bayır səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sol çənəarxası nahiyənin bir ədəd, sol qoltuqaltı nahiyənin iki ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya addir. Məhkəmədə elan olunub araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2714 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki, psixiatrik müayinənin nəticələri-xasiyyətcə əsəbi, inadkar, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, SN 1 saylı RPX-də müalicə olunması, hərbi xidmətə çağırış zamanı Bakı şəhər RƏXD-də müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırki müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22 maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb, təsvir etmək və istintaqa düzgün ifadə vermək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, bu sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi sübuta yetirildi. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə «xxxx»xxxxxxxxxxxx MMC-nin nümayəndəsi Şahid3 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Zabrat qəsəbəsi Neftçilər küçəsində yerləşən «xxxx»xxxxxxxxxxxxə daxil olub ümumi dəyəri 61 manat olan alkoqollu içki məhsullarını, xx xxxxxx 2019-cu il tarixdə yenidən Zabrat qəsəbəsi Neftçilər küçəsində yerləşən həmin marketə daxil olub ümumi dəyəri 51 manat olan alkoqollu içki və zeytun yağı oğurladığını, bunula da mülki iddiaçıya vurduğu 112 manat maddi ziyanın və 20.80 manat dövlət rüsumunun, ümumilikdə 132.80 manatın Təqsirləndirilən şəxs tutulub mülki iddiaçıya ödənilməsini, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 7774 manat maddi ziyanın 50000 manat məbləğində mənəvi ziyanın, 323 manat vəkil xərcinin, 31 manat dövlət rüsumunun, ümumilikdə 58128 manatın Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini xahiş etdi. Məhkəmə, «xxxx»xxxxxxxxxxxx MMC-nin nümayəndəsi Şahid3 mülki iddiasını müzakirə edib mülki iddiaçıya dəymiş ziyanın bilavasitə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlləri nəticəsində və ya həmin əməllərlə əlaqədar vurulmaması səbəbindən iddianın təmin edilməməsini, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə mülki iddiasını müzakirə edib həmin iddianı təmin edən sübutların təqdim olunsa da həmin sənədlərin əslinin təqdim edilmədiyini, ona görə də onları təsdiq və ya təkzib etməyin mümkün olmadığını nəzərə alıb iddianın baxılmamış saxlanılmasını və mülki iddiaçıya həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Müdafiəçi tətəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs bu məbləği ödəmək üçün maddi imkanın olmadığı müəyyən olundu. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu məbləğin ödənilməsindən azad edilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınmış hadisənin video görüntüləri olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir Məhkəmədə, Təqsirləndirilən şəxs məsulliyətini yüngülləşdirən hallar kimi himayəsində azyaşlı uşağının, heç yerdə işləməyən həyat yoldaşının, özünün qaçqın ailəsindən olub, törətdiyi əməllərdən peşman olması, səmimi ifadələr verməsi, əvvəllər məhkum olmaması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs özünün və uşağının talassemiya xəstəsi olması və maddi vəziyyətinin çətin olması barəsindəki bəyanatını da ona təyin ediləcək cəzaya təsir hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, təyin ediləcək cəzanın əvvəlinin tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, cəza təyin ediləcək cəzanın həcmini müəyyən edrəkən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq you ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına ödənilsin, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. Zərərçəkmiş şəxs «xxxx»xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Şahid3 132.80 (yüz otuz iki manat səksən qəpik) manatın Təqsirləndirilən şəxs tutulub mülki iddiaçıya ödənilməsi barədə iddiası təmin olunmasın. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı 58128 (əlli səkkiz min yüz iyirmi səkkiz) manat iddia tələbi baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsə həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-484/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-484/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver