Məhkəmə qərarları › İş №1(101)-484/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-484/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-484/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X1, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi X10, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X11 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “xxxx ASC”-nin X16 sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində “BC” kateqoriyalı AC №243661 nömrəli vəsiqə ilə təsdiq olunmuş sürücülük hüququ və 007343 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi, hüquqi şəxs “xxxx ASC”-nə məxsus “UAZ- 315302” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon ərazisində yerləşən yarımstansiyaların mühavizə dövrlərini yoxlanılması məqsədilə ezam olunduqları vaxtı Quba-Söhüb yolunun 70-ci kilometrliyində Quba rayonu Söhüb kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək döngəli torpaq yolda idarəetməni itirdiyindən avtomobil yoldan çıxıb 50 metr hündürlükdən yoxuşa aşmış, nəticədə “UAZ-315302” markalı avtomobilin arxa sağ oturacağında olan sərnişin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Tapdıq oğlunun həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölmələrinə, avtomobilin arxa sol oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1, həmçinin sürücü Təqsirləndirilən şəxs sağlamlığa ağır zərər vuran xəsarətlər almalarına və “UAZ-315302” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə “xxxx ASC”-nə 4692,76 (dörd min altı yüz doxsan iki manat yetmiş altı qəpik) manat maddi ziyan vurulmasına səbəb olan yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə iş yoldaşları, xxxx ASC-nin Şimal regional şöbəsinin işçiləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə birlikdə Quba rayon ərazisində yerləşən yarımstansiyaların mühafizə dövrələrinin yoxlanılması məqsədilə ezam olunmuşlar. Bir gün Quba şəhərində yerləşən Xınalıq mehmanxanasında gecələdikdən sonra, xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Quba rayonu, Söhüb kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Həmin vaxtı o, idarə etdiyi “UAZ” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında Zahid, onun arxasında sol tərəfdə Saleh, Salehin yanında Namiq əyləşmişdir. O, saat təxminən 10:30 radələrində Söhüb kəndinə çatmağa az qalmış, yol pis olduğundan avtomobili asta sürətlə idarə etmişdir. Bundan sonra o, üzü yoxuşa avtomobili idarə etdiyi vaxt, yolun bərbadlığından idarəetməni itirmiş, həmin vaxtı idarə etdiyi avtomobil üzü aşağı hündürlükdən dərəyə yuvarlanmışdır. Bundan sonra o, huşunu itirdiyindən heç nəyi xatırlamamış, hadisə günü spirtli içki qəbul etməmiş və qeyd olunan avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, iki nəfər iş yoldaşı hadisə vaxtı dünyasını dəyişmiş, o və digər iş yoldaşı isə müxtəlif dərəcəli xəsarətlər almışlar. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək, hadisənin dağlıq ərazidə, çətin yol şəraitində baş verməsinin, özünün də hadisə nəticəsində ağır xəsarət almasının, himayəsində 2 azyaşlı qız övladının olmasının, həyat yoldaşının heç bir yerdə işləməməsinin, bu səbəbdən ailənin yeganə qazanc gətirəni olmasının, ona azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə ailəsinin həyat şəraitinin xeyli pisləşəcəyinin cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə oğlu Namiq, iş yoldaşları İlkin, Saleh və Zahidlə birlikdə İlkinin idarə etdiyi işıq idarəsinə məxsus “UAZ” markalı avtomobillə işlə bağlı Quba rayonuna ezam olunmuşlar. O, xx xxxxxxxx 2019-cu il tarixdə günorta radələrində işdə olan zaman işlədiyi idarədə olan iş yoldaşlarından oğlu Namiqin Quba rayonunda İlkinin idarə etdiyi avtomobillə qəzaya uğradığını bildirmişlər. Hadisə zamanı avtomobili İlkinin idarə etdiyini və avtomobildə olan şəxslərin hamısının vəziyyətlərinin yaxşı olmadığını demişlər. O, məlumatı alan kimi dərhal Quba rayon Mərkəzi Xəstəxanasına gəlmiş və xəstəxanada oğlu Namiqin və iş yoldaşı Zahidin hadisə nəticəsində aldıqları xəsarətlərdən dünyalarını dəyişdiklərini, avtomobilin sürücüsü İlkin və sərnişin Salehin müxtəlif dərəcəli bədən xəsarətləri almalarını xəbər almışdır. Hadisə iş vaxtı ehtiyatsızlıqdan baş verdiyi üçün hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə atası Zərərçəkmiş şəxs3, iş yoldaşları İlkin, Saleh və Namiqlə birlikdə İlkinin idarə etdiyi xidməti “UAZ” markalı avtomobillə işlə bağlı Quba rayonuna ezam olunmuşlar. O, xx xxxxxxxx 2019-cu il tarixdə günorta radələrində evdə olan zaman atasının iş yoldaşları evlərinə gələrək Zahidin Quba rayonunda qəzaya uğradığını, hadisə zamanı avtomobili İlkinin idarə etdiyini və avtomobildə olan şəxslərin hamısının vəziyyətlərinin yaxşı olmadığını bildirmişlər. Bundan sonra o, məlumatı alan kimi dərhal Quba rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada o, atası Zahidin, iş yoldaşı Namiqin hadisə nəticəsində aldıqları xəsarətlərdən dünyalarını dəyişmələrini, mərhum atasının digər iş yoldaşları avtomobilin sürücüsü İlkin və sərnişin Salehin müxtəlif dərəcəli bədən xəsarətləri almalarını xəbər almışdır. Hadisə iş vaxtı ehtiyatsızlıqdan baş verdiyi üçün, hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə iş yoldaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxsla birlikdə Quba rayonunda yerləşən yarımstansiyaların mühafizə dövrələrinin yoxlanılması məqsədilə Quba rayonuna ezam olunmuşlar. Bir gün Quba şəhərində yerləşən Xınalıq qonaq evində gecələdikdən sonra səhər tezdən Quba rayonu, Söhüb kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili sürücü İlkin idarə etmiş, İlkinin yanında qabaq sərnişin oturacağında Zahid, sürücünün arxasında arxa sol tərəfdə o, onun yanında isə Namiq əyləşmişdir. Yolda Afurca kəndində saxlayıb bulaq suyu içib sərinlədikdən sonra yenidən hərə öz yerinə əyləşib yola davam etmişlər. Onlar saat təxminən 10:30 radələrində Söhüb kəndinə çatmağa az qalmış, İlkin yol pis olduğundan avtomobili asta sürətlə idarə etmişdir. Bundan sonra onun başı telefona qarışan vaxt qəfildən avtomobilin sürət yığdığını hiss edib tez yola baxmış və avtomobilin yoldan çıxaraq üzü aşağı dərəyə istiqamətləndiyini görmüşdür. O, daha sonra huşunu itirdiyindən sonrasını xatırlamamışdır. Avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Sürücü İlkin qeyd olunan avtomobili yol vərəqəsi əsasında idarə etmiş və avtomobillə Quba rayonuna gələn zaman avtomobildə hər hansı nasazlıq hiss etməmişlər. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsini, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı qız övladının olmasını nəzərə alaraq onu bağışladığını bildirərək, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməməsini, lakin vermiş olduğu mülki iddianın müştərək qaydada “xxxx” ASC və Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, xxxx ASC-də aparıcı hüquqşünas vəzifəsində işləyir. xxxx ASC-nin əməkdaşları Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Quba rayon ərazisində yerləşən yarımstansiyaların mühavizə dövrlərini yoxlanılması məqsədilə Quba rayonuna ezam olunmuşlar. xxxx ASC-nin sürücüsü Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində “BC” kateqoriyalı AC №243661 nömrəli vəsiqə ilə təsdiq olunmuş sürücülük hüququ və 007343 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi, hüquqi şəxs “xxxx ASC”-nə məxsus “UAZ- 315302” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Söhüb yolunun 70-ci kilometrliyində Quba rayonu Söhüb kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirmiş və ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində xxxx ASC-nin əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aldıqları xəsarətlərdən vəfat etmiş, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və xxxx ASC-nin əməkdaşı Zərərçəkmiş şəxs1 isə ağır dərəcəli bədən xəsarətləri almışlar. Həmçinin, “xxxx ASC”-nə məxsus “UAZ” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tam yararsız hala düşmüş və nəticədə “xxxx ASC”-yə 4692,76 (dörd min altı yüz doxsan iki manat yetmiş altı qəpik) manat məbləğində ziyan dəymişdir. Hazırda “xxxx” ASC-nin Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və ya mülki iddiası yoxdur. Bu barədə rəsmi olaraq xxxx ASC-nin məktubu da məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Birliyinin Quba rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 34 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinin xarici müayinəsi zamanı hər iki gözün ağlı qışasında qansızmalar, başın sağ alın-təpə nahiyəsində geniş əzilmiş-cırılmış-soyulmuş yarası, hər iki gözaltı nahiyənin qançırı, sağ qulaq seyvanında əzilmiş-cırılmış yara, sağ bazu oynağının çıxığı, bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində xarici müayinədə təsvir edilən yara sahəsində geniş qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma aşkar edilmişdir ki, bunlar da, həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülən qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik vasitələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş vermiş avtoqəza zamanı başın küt travmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. (iş vərəqə 49-50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 35 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 Tapdıq oğlunun meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və sol qulağında qanlı ifrazat, üz skeleti sümüklərinin sınığı, başında və bədənində çoxlu yara və sıyrıq, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində alın-təpə-gicgah və ənsə nahiyələrində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin çox qəlpəli sınığı, və kəllənin deformasiyası, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər iki tərəfdən qabırğaların çoxlu qapalı ikiqat sınıqları, sol ağ ciyərin yuxarı və aşağı payının toxumasının cırılıb dağılması və sol ağ ciyərin toxumasına qansızma, döş və qarın boşluğunda 1600ml-ə yaxın sərbəst qan, l-ll boyun fəqərələrinin qəlpəli sınığı, sağ baldırın hər iki sümüyünün orta 1/3-dən, sol baldırın hər iki sümüyünün aşağı 1/3-dən qapalı sınıqları aşkar edilmişdir ki, bunlar da, həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülən qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik vasitələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb baş vermiş avtoqəza zamanı başın küt travmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. (iş vərəqə 51-52) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 1150 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər-baş beyin silkələnməsi şəklində ifadə olunan qapalı kəllə beyin travması, sağ bazu sümüyünün orta 1/3-dən qapalı qəlpəli sınığı, sağ baldırın hər iki sümüyünün orta 1/3-dən açıq qəlpəli sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxxx 2019-cu il tarixdə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, onun adına olan xəstəlik tarixində hadisə ərəfəsində xəstəxanaya daxil olarkən spirtli içki qəbul etməsi və ya ağzından alkoqol iyi gəlməsi haqqında qeydiyyat yoxdur, bu xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. (iş vərəqə 39-40) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 1149 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – yarımhuşsuz-soporoz vəziyyət və baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan sifətində sağda əzilmişcırılmış yara, İ dərəcəli travmatik şokla müşayiət olunan sol budun orta 1/3-nin arxa səthində və sol baldırın orta 1/3-nin ön səthində əzilmiş-cırılmış yaralar, sol bud sümüyünün və sol baldır sümüklərinin orta 1/3-dən açıq sınığı, sağ bud sümüyünün aşağı 1/3-dən qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, onun adına olan xəstəlik tarixində hadisə ərəfəsində xəstəxanaya daxil olarkən spirtli içki qəbul etməsi və ya ağzından alkoqol iyi gəlib-gəlməməsi haqqında qeydiyyat yoxdur, bu xəsarətlər dəəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. (iş vərəqə 41-42) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin 78/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “müştərək travma; qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri; baş beyin əzilməsi; subaraxnoidal qansızma; sol gicgah və alın payında hematoma; sağ bud sümüyünün kondiluslarının açıq repozisiyası; anatomik metal lövhə və millər vasitəsilə osteosintezi; sol bud sümüyünün qapalı repozisiyası, intramedulyar kilidli ştift vasitəsilə osteosintezi, sol qamış sümüyünün qapalı repozisiyası, intramedulyar kilidli ştift vasitəsilə sanasiyası, yad cisim və nekrotik toxumaların ləğvi cərrahi əməliyyatdan sonrakı vəziyyətin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı o, yataq rejimində və hərəkəti məhdud olmuşdur. Təqsirləndirilən şəxs almış olduğu müştərək travma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (iş vərəqə 161-167) İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X12-Nəqliyyat Hadisələrinin ekspertizaları şöbəsinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 24150 nömrəli ekspert rəyindən görünür ki, “UAZ-315302” markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vərəqə 55-58) İş materiallarında olan Quba RPŞ-nin DYPB tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs AC 243661 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüquqlarından məhrum edilməmişdir. (iş vərəqə 24) İş materiallarında olan Quba RPŞ-nin avtomobil duracağında saxlanılmış “UAZ” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssisin iştirakı ilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilin sürət qutusu 1-ci sürət vəziyyətində, gücləndiricisi qoşulu vəziyyətdə olmuşdur. (iş vərəqə 46-48) İş materiallarında olan “xxxx ASC”-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, 183 nömrəli məktubdan görünür ki, “xxxx ASC”-nə məxsus “UAZ” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tam yararsız hala düşmüş və nəticədə “xxxx ASC”-yə 4692,76 (dörd min altı yüz doxsan iki manat yetmiş altı qəpik) manat məbləğində ziyan dəymişdir. (iş vərəqə 124) İş materiallarında olan “xxxx” ASC-nin hüquq idarəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx xxxx 2021-ci il tarixli məktubdan da görünür ki, “xxxx”ASC-nə yol nəqliyyatı hadisəsi nəticəsində dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir mülki iddia və şikayətləri yoxdur. İş materiallarında olan “xxxx” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-nin Avtonəqliyyat xidmətində xx.xx.2015-ci il tarixdən sürücü işləyir, işlədiyi müddət ərzində nizam-intizamlı, məsuliyyətli və işgüzar işçi kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-dən müştərək qaydada maddi zərər olaraq 13216 (on üç min iki yüz on altı) manat, mənəvi zərər olaraq 15000 (on beş min) manat və dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsini, eyni zamanda xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay üçün 555 (beş yüz əlli beş) manat məbləğində pulun əmək qabiliyyəti bərpa olunana qədər “xxxx” ASC tərəfindən ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 38) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən xx xxxx 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 1427 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi, atası-1956-cı il təvəllüdlü X2, anası- 1957-ci il təvəllüdlü X3, bacısı-1986-cı il təvəllüdlü X5, arvadı-1985-ci il təvəllüdlü X6, qızları - 2014-cü il təvəllüdlü X7 və 2016-cı il təvəllüdlü X8 ibarətdir və Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 132-133) İş materiallarında olan AZ-lll№776918 və AZ-lll№281157 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014cü və xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı qız övladları vardır. (iş vərəqə 134) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsini, hadisənin istehsalat zamanı dağlıq ərazidə çətin yol şəraitində ani ehtiyatsızlıq səbəbindən baş verməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X4 ilə barışmasını, Zərərçəkmiş şəxs1 ona həbslə əlaqədar cəzanın verilməməsini xahiş etməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı qız övladının olmasını, hadisə vaxtı özünün də ağır xəsarətlər almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-prosessual məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd edilən Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini “xxxx” ASC-nin Sumqayıt şöbəsinə məxsus “UAZ-315302-13” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidməti ezamiyyətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək döngəli torpaq yolda idarəetməni itirdiyindən törətmişdir. Odur ki, qeyd edilən cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Beləliklə, Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nə qarşı Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılmış mülki iddia Təqsirləndirilən şəxs münasibətdə qismən, yəni 13216 (on üç min iki yüz on altı) manat maddi zərərə aid və mənəvi zərər olaraq 1000 (min) manat məbləğində pul vəsaitinin ödənilməsinə aid hissədə təmin edilməli, ümumilikdə 14216 (on dörd min iki yüz on altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddianın mənəvi zərərə görə təmin edilməmiş 14000 (on dörd min) manat hissəsi, eyni zamanda xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay üçün 555 (beş yüz əlli beş) manat məbləğində pulun əmək qabiliyyəti bərpa olunana qədər “xxxx” ASC tərəfindən Zərərçəkmiş şəxs1 ödənilməsinə dair hissəsi baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 209) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X13 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılmış mülki iddia Təqsirləndirilən şəxs münasibətdə qismən təmin edilsin, 13216 (on üç min iki yüz on altı) manat məbləğində maddi zərər və 1000 (bir min) manat məbləğində mənəvi zərər, ümumilikdə 14216 (on dörd min iki yüz on altı) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin, mülki iddia qalan hissədə baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X13 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin hakimi Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar