Məhkəmə qərarları › İş №1(101)-485/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-485/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-485/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Arbitrium” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Qaradağ rayonu, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq təkrarən əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədilə, külli miqdarda 2623,262 qram çəkidə narkotik vasitə hesab edilən heroin və 21,015 qram psixotrop maddə metamfetamini naməlum mənbədən əldə edərək özündə saxlamaqla daşımış və həmin narkotik vasitənin 0,796 qramını 02.01.2020-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində, köhnə Qaradağ polis postunun yaxınlığında qanunsuz olaraq Təqsirləndirilən şəxs2 10 manata satmış, 310,084 qramını 05.03.2020-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində, köhnə Qaradağ polis postunun yaxınlığında təkrarən qanunsuz olaraq qramını 23 manata olmaqla Təqsirləndirilən şəxs2 satmış, 05.03.2020-ci il tarixdə saat 23 radələrində Qaradağ rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ rayon polis idarəsinə gətirilmiş, orada üzərinə videoçəkilişlə baxış keçirilərkən üzərindən bir ədəd sellofan torbada 37,814 qram çəkidə heroin aşkar edilərək götürülmüş, daha sonra 06.03.2020-ci il tarixdə istifadəsində olan VAZ 2107 markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılarkən avtomobilin arxa oturacağının üzərindəki qara sellofan torbadan çıxrılmış göy rəngli sellofan torbanın içərisindən ağ rəngli sellofan torbada 21,015 qram çəkidə psixotrop maddə metamfetamin, ağ sellofan torbada 239,568 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək videoçəkilişlə götürülmüş, daha sonra 06.03.2020-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında keçirilmiş axtarış zamanı evin mətbəxtindəki mətbəxt mebelinin gözündən 2035 qram (2 kq 35 qr) çəkidə narkotik vasitə heroin, ümumilikdə külli miqdarda 2623,262 qram çəkidə narkotik vasitə heroin və 21,015 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq təkrarən əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq 02.01.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən köhnə Qaradağ polis postu yaxınlığında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 10 manata 0,796 qram çəkidə narkotik vasitə hesab edilən heroin alaraq həmin heroini 03.01.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qanunsuz olaraq 20 manata Şahid13 satmış, daha sonra Təqsirləndirilən şəxs2 təkrarən satış məqsədilə 05.03.2020-ci il tarixdə saat 08 radələrində qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən köhnə Qaradağ polis postu yaxınlığında Təqsirləndirilən şəxs1 qramını 23 manata 310,669 qram heroin əldə edib hissələrə bölərək 0,372 qramını üzərində, 0,213 qramını və 310,084 qramını istifadəsində olan VAZ 21011 markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımış, 05.03.2020-ci il tarixdə saat 17 radələrində Quliyev X2 RPİ-nin 11-ci PB-ninin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Qaradağ RPİnin 11-ci polis bölməsinə gətirilmiş, orada üzərində videoçəkilişlə edilmiş baxış zamanı əynindəki qara rəngli kostyumun sol yan cibindəki “Arqo” markalı siqaret paketinin içərisindəki bir ədəd ağ rəngli kağız büküyündə 0,372 qram çəkidə heroin aşkar edilərək götürülmüş, daha sonra idarə etdiyi VAZ 21011 markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə videoçəkilişlə axtarış aparılarkən avtomobilin qoltuqaltı hissəsindən bir ədəd sellofan bükümdə 0,213 qram heroin və avtomobilin sürət qutusunun sağ sərnişin oturacağına birləşən hissəində, döşəmənin kəsiyində qara rəngli, üzəri izolentlə bağlanmış sellofan bükümdə 310,084 qram çəkidə heroin, ümumilikdə külli miqdarda 310,669 qram çəkidə narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğui əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 05.03.2020-ci il tarixdə, axşam saat 23 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qaradağ rayon, Sahil qəsəbəsində yaşadığı Z.Qasımov küçəsindəki evinə gələrkən binanın qarşısında polis əməkdaşları onu idarə etdiyi avtomobillə birlikdə Qaradağ rayon polis idarəsinə dəvət etmişlər. Saxlayarkən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis idarəsində saat təxminən 23:30 radələrində o narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və saxlanılması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmış, sonra da onun üzərinə baxış keçirilmişdir. Üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Sonradan polislər çəkiliş etmək istədiklərini bildirərək əvvəlcədən hazırlanmış, guya içində narkotik vasitə olan qara rəngli sellofan torbanı avtomobilinin arxa oturacağına yerləşdirmişlər. Çəkilişi aparıb həmin torbanın ona məxsus olması kimi göstərdilər. Bundan sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanana getmişlər. Polislər özləri mətbəxə keçdikdən sonra onu çağırmışlar, video çəkiliş aparmışlar və guya mətbəxdə olan mebelin gözündən 2 bükümdə hər biri ayrı-ayrılıqda 1 kiloqram olan heron narkotik vasitələri aşkar etdiklərini bildirmişlər. Bütün sənədlərə məcbur qalıb imza etmişdir. Bir daha bildirir ki, narkotik vasitələr ona məxsus olmayıb, polislər həmin narkotik vasitələri onun avtomobilinə və evinə yerləşdirib sonradan çəkiliş aparmışlar. Hətta evinə yerləşdirdiləri tobanın içinə özü baxıb maddənin narkotik yox, torpaq olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğui əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. Nəvəsinə ad günü keçirən zaman geca saat 11-də evə polis əməkdaşları gəlib axtarış aparmışlar, guya ki, evində silah var. Lakin axtarış zamanı heç bir şey aşkarlanmamışdır. Sonradan Ələtdən olan bir nəfər tanışı ona zəng vurub 200 manat pulunun olduğunu bildirib, narkotik vasitəyə ehtiyacı olduğunu demiş, o da həmin şəxsin evinə yollanmışdır ki, ona narkotik vasitələrin satışı ilə məşğul olmadığını, niyə ona zəng vurduğunu soruşsun. Evində ailə üzvləri bildirmişlər ki, həmin şəxs polislər tərəfindən tutulub. Bundan sonra başa düşmüşdür ki, bu polislərin qurmasıdır, onu şərləmək istəyirlər. Ona görə də polisə özü gedib ona qarşı hansı səbəbdən bu hərəkətlərin törədildiyini soruşmuşdur. Polislər də torpağı yerdən götürüb torbaya töküb qoymularlar ki, guya narkotik vasitədir, Mehmandan alıb. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin 11-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid13 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə Yurd nömrəsiz evin qarşısında saxlanılaraq 11-ci PB-nə gətirilmiş, orada üzərinə baxış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bükümlərdə narkotik vasitə heroin və qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şahid13 bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş, 02 ədəd kağız bükümlərdə narkotik vasitə heroini Qobustan qəsəbə sakini Azər adlı şəxsdən 20 manata almışdır. Bu səbəbdən tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahid13 narkotik vasitə heroini aldığı şəxs 1968-ci il təvəllüdlü Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs2dur. Barəsində axtarış verilmiş Təqsirləndirilən şəxs2 05 mart 2020-ci il tarixdə saat 17:05-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 57-ci kilometrliyində körpünün üstündə «VAZ 2101» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun və 11-ci PB-nin sahə inspektoru Şahid2 tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman əynindəki qara rəngli kostyumun pencəyinin sol yan cibindən «Argo» siqaret qutusunun içərisindən ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 heroini həmin gün səhər saatlarında Mehman adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənib bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 saxlanıldığı zaman idarə etdiyi «VAZ 2101» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilində iki nəfər hal şahidinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı avtomobilin salonunda qoltuq altı hisəssində olan saxlanc yerindən açıq şəkildə marixuanaya bənzər kütlələr, bir ədəd açıq sellofan bükümündə narkotik vasitə heroin, habelə avtomobilin salonunda sürət qutusunun sağ sərnişin oturacağına birləşən hissəsində, döşəmənin kəsiyində bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 avtomobildən də aşkar edilərək götürülmüş heroinin həmin gün səhər saatlarında Mehman adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra narkotik vasitələr zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindilmiş Şahid9 ifadəsində göstərdi ki, 05 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və onun idarə etdiyi qırmızı rəngli **-CK-*** dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobilə baxış keçirilərkən hal şahidi qismində iştirak etmişdir. İlk öncə avtomobilin qoltuğunda bir büküm nəsə aşkar edilib kağızın üzərinə qoyulmuş, daha sonra avtomobilin sağ sərnişin tərəfindən ayaq altının altında bir ədəd qara rəngli selofana bükülmüş skoçla bağlanmış bükülü aşkar edilmişdir. Bundan sonra həmin bükülü də avtomobilin üzərində motorxananın üstündə kağıza qoyulmuş, Azər bildirmişdir ki, həmin balaca bükülüdə olan marixuanadır, böyük bükülüdə olan isə kokosdur, onu Mehman adlı şəxsdən almışdır. Daha sonra aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin zərfi və protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 Şahid9la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qaradağ RPİdə əməliyyat müvəkkili vəzifəsində işləyir, 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik madədələrin satışı ilə məşğul olması müəyyən edilərək həmin şəxs saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və üzərində videoçəkilişlə axtarış və götürmə aparılmışdır. Axtarış aparılmazdan əvvəl ona üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş hər hansı bir əşyanınn olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən bir büküm çıxardıb masanın üstünə qoymuş və bildirmişdir ki, həmin bükümdəki olan vasitə narkotik vasitə olan heroindir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Şahid4la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əvvəllər Qaradağ RPİ-də kiçik əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilmiş və həmin şəxs idarə etdiyi **-VP-*** dövlət nömrə nişanlı ağ rəngli VAZ 2107 markalı avtomobilində saxlanılmışdır. Mehmanın idarə etdiyi avtomobilində axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, avtomobildə qanunla daşınması, saxlanması qadağan olan əşya varsa təqdim etsin. Mehman da idarə etdiyi avtomobilin arxa oturacağında bir ədəd göy selofan torbanı çıxartmış, avtomobildən və selofan torbanın içərisindən iki büküm və bir ədəd tərəzi çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükülülərdən birində olan ağ rəngli maddə narkotik vasitədir və digər bükülüdə isə narkotik vasitə heroindir. Bundan sonra Mehmandan aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq möhürlənərək bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Mehmana məxsus Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 29 saylı binanın qarşısına gəlmişlər və iki nəfər hal şahidlərinin iştirakları 2-ci mərtəbəyə qalxaraq 18-ci mənzilə daxil olmuşlar. Mənzildə sırayla dəhlizdən başlayaraq otaqların hər birində axtarış aparılmışdır, otaqlardan əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dəlil aşkar edilməmişdir. Daha sonra mətbəxdə axtarış aparılmışdır, mətbəxdə pəncərə tərəfdə olan siyirtmənin 3-cü gözündə iki ədəd qara rəngli selofan torbaya bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükümlər hal şahidlərinin və Mehmanın özünün iştirakı ilə açılmış və bükümlərdə qəhvəyi rəngli toz halında maddələr olduğu aşkar edilmişdir. Mehman bildirmişdir ki, həmin maddələr heroindir, heroini İrandan Turac adlı şəxs ona göndərib ki, Bakı şəhərində satıb özü də pul qazansın, həmçinin Turac adlı şəxsin də pulunu göndərsin. Bundan sonra aşkar edilmiş iki büküm maddə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid5 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Qaradağ RPİdə kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilərək həmin şəxs idarə etdiyi **-VP-*** dövlət nömrə nişanlı ağ rəngli VAZ 2107 markalı avtomobilində saxlanılmışdır. Bundan sonra Mehmanın idarə etdiyi avtomobilində axtarış aparılmış. Mehmanda idarə etdiyi avtomobilin arxa oturacağında bir ədəd göy selofan torbanı çıxartmış, avtomobildən və selofan torbanın içərisindən iki büküm və bir ədəd tərəzi çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükülülərdən birində olan ağ rəngli maddə narkotik vasitədir və digər bükülüdə isə narkotik vasitə heroindir. Bundan sonra Mehmandan aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir, həmin zərf də protokol da iştirakçılar və Mehmanın özü tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 06 mart 2020ci il tarixdə başqa hal şahidi ilə Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış və götürmə tədbiri keçirilərkən iştirak etmişdir. O, digər hal şahidi, polis əməkdaşları və Təqsirləndirilən şəxs1 sonuncuya məxsus 18-ci mənzilə daxil olmuşlar. Polis əməkdaşları mənzildə dəhlizdən başlayaraq otaqların hər birində axtarış aparmışlar, lakin əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dəlil aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları, onlarla və evin sahibi Mehmanla birlikdə mətbəxə daxil olmuşlar, mətbəxdə pəncərə tərəfdə olan siyirtmənin 3-cü gözündə iki ədəd qara rəngli selofan torbaya bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükümlər Mehmanın özünün iştirakı ilə açılmış və bükümlərdə qəhvəyi rəngli toz halında maddələr olduğu aşkar edilmişdir. Mehman bildirmişdir ki, həmin maddələr heroindir və heroini İrandan Turac adlı şəxs ona göndəmişdir ki, Bakı şəhərində satsın, özü də pul qazansın, Turac adlı şəxsin də pulunu göndərsin. Bundan sonra aşkar edilmiş iki büküm maddə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 Şahid12 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, həmçinin narkotik vasitə qəbul etmişdir. 03.01.2020-ci il tarixdə Qobustan qəsəbəsi sakini olmaqla hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs2 ilə Qobustan qəsəbəsindəki Milli Qoruğun yaxınlığında görüşmüş. Azər narkotik vasitələrin satışı ilə məşqul olduğundan ondan 20 manata narkotik vasitə olan heroini almışdır. Həmin heroinin bir qismini istifadə etmişdir. Bundan 2 gün qabaq təxminən 01.01.2020-ci il tarixdə Qobustan qəsəbəsində körpünün yaxınlığında tanımadığı şəxsə 10 manat verərək ondan qurudulmuş marixuana almışdır. Sonra həmin narkotik vasitəni evində saxlamışdır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olduğuna görə əvvəllər məhkum edildiyindən yenidən bu hal baş verməsin deyə narkotik vasitələri evdə deyil, başqa yerdə saxlamaq qararına gəlmişdir. Belə ki, 11.01.2020-ci il tarixdə saat 09:45 radələrində evində gizlətdiyi 2 ədəd ağ kağıza bükülmüş qurudulmuş marixuananı, 2 ədəd ağ rəngli kağız kəsiyinə yığılmış narkotik vasitə olan heroini və heroindən istifadə etmək üçün dərman flakonlarını ağ rəngli salfetə bükmüş və əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibinə qoyaraq kənar bir yerdə gizlətmək üçün evdən çıxmışdır. Bir qədər getdikdən sonra evinin yaxınlığında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Bölmənin inzibati binasında videoçəkilişlə onun üzərinə baxış keçirilmiş. Baxış zamanı ona könüllü olaraq üzərindəki əşyalarını masanın üzərinə qoymağı təklif edilmişdir. O da əynindəki olan gödəkcənin sağ yan cibindən ağ rəngli salfetə bükülmüş bükülünü masanın üzərinə qoyub bildirmişdir ki, bükülünün içərisində olan narkotik vasitə olan heroin, heroini qəbul etmək üçün 2 ədəd flakonlar və qurudulmuş marixuanadır, ona məxsdur. O həmin heroini 03.01.2020-ci il tarixdə saat 13 radələrində Qobustan qəsəbəsindəki Milli Qoruğun yaxınlığında Qobustan qəsəbəsi sakini Azər adlı şəxsdən 20 manata almışdır, içərisində narkotik vasitə qurudulmuş marixuana olan digər iki ədəd bükümdəki narkotik vasitəni isə təxminən 2 gün əvvəl Qobustan qəsəbəsindəki körpünün yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqlərində olan 05 mart 2020-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 05 avqust 2020-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılmış və RPİ-nin 11-ci PB-də üzərində axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli kostyumun sol yan cibindən «Argo» markalı siqaret qutusu aşkar edilmiş və qutunun içərisində bir ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş digər şəxsi əşyaları və pulu Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Cinayət işinin 1-ci cildinin 123-126-cı vərəqlərində olan 05 mart 2020-ci il tarixli axtarış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 VAZ 21011 markalı qırmızı rəngli **-CK-*** dövlət nömrə nişanlı avtomobildən qoltuqaltı hissəsindən bir ədəd sellofan büküm, sürət qutusunun sağ sərnişin oturacağına birləşən hissəsində, döşəmənin kəsiyində qara rəngli üzəri zalentlə bağlanmış sellofan bükümdə olan narkotik vasitələr aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 153-154-cü vərəqlərində olan 05 mart 2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən üzərində yaşıl rəngli yazılar olan ağ sellofan torbaya bükülmüş qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 159-162-ci vərəqlərində olan 06 mart 2020-ci il tarixli şəxsi axtarış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ağ rəngli VAZ 2107 markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobilində aparılmış axtarış və götürmə zamanı avtomobilin arxa oturacağının üzərindəki qara sellofan torbadan çıxarılmış göy rəngli sellofan torbanın içərisindən ağ rəngli sellofan torbada psixotrop maddə metamfetamin, ağ selofan torbada heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 176-180-ci vərəqlərində olan 06 mart 2020-ci il tarixli şəxsi axtarış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında aparılmış axtarış zamanı evin mətbəx mebelinin gözündən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 38-39-cu vərəqlərində olan 10 mart 2020-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokolun surətindən görünür ki, Şahid13 3 saylı fotoşəkili göstərərək Təqsirləndirilən şəxs2 olduğunu və narkotik vasitələrin ondan aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 184-189-cu vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 mart 2020-ci il tarixli 6/66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan nəqliyyat vasitəsindən (zərf №1) bir ədəd bükümdə təmiz çəkisi 0,213 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş (zərf № 2) bir ədəd bükümdə təmiz çəkisi 0,372 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş (zərf №3) bir ədəd bükümdə təmiz çəkisi 21,015 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetmindir. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş (zərf №4) bir ədəd bükümdə təmiz çəkisi 239,568 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş (zərf № 5) bir ədəd bükümdə təmiz çəkisi 37,814 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 istifadəsində olan nəqliyyat vasitəsindən (zərf №6) bir ədəd bükümdə təmiz çəkisi 310,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1,2,4,5,6 zərflərdəki heroinlər bir-biriləri ilə və 7 №-li zərfdəki heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eynidir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cildinin 190-193-cü vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 mart 2020-ci il tarixli 6/80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığ mənzildən aşkar edilmiş maddə 2 ədəd paketdəki 2 ədəd bağlamada ümumi təmiz çəkisi 2035 qram (2 kq 35 qr) olan maddələr xarici əlamətlərinə və tərkibindəki komponentllərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 47-50-ci vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 yanvar 2020-ci il tarixli 606 saylı rəyinin surətindən görünür ki, Şahid13 aşkar edilmiş 02 ədəd kağız bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkisi 0,694 qram, 0,102 qram ümumi təmiz çəkisi 0,796 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər, 02 ədəd sınıq şüşə ampulaların içərisində heroin izləri vardır. İz şəklində olduğu üçün təqdim edilmiş 02 bükümdəki heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin 2-ci cildinin 121-122-ci vərəqlərində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18.05.2020-ci il tarixli 1335 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 123-124-cü vərəqlərində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18.05.2020-ci il tarixli 1334 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 125-130-cu vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 iyun 2020-ci il tarixli 6/705 saylı rəyində göstərilir ki,tədqiqata təqdim edilmiş paketlərdə Şahid13 Cabbar oğlundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən və istifadələrində olan avtomobildən götürülmüş heroinlər Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanından götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə görə 2 qram psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməyərərk ibtidai istintaqdakı ifadələrindən fərqli ifadə versələr də, hər ikisi ibtidai istintaqdakı ifadələrində törətdikləri cinayət əməlini etiraf etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 05.03.2020-ci il tarixdə axşam saat 23 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayon, Sahil qəsəbəsində yaşadığı Z.Qasımov küçəsindəki evinə gələrkən binanın qarşısında polis əməkdaşları onu idarə etdiyi avtomobillə birlikdə Qaradağ rayon polis idarəsinə dəvət etmişlər. Onu saxlayarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis idarəsində saat təxminən 23:30 radələrində o narkotik vasitələrin istifadəsi, gəzdirilməsi və saxlanılması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. O da əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən üzəri yaşıl naxışları olan ağ rəngli sellofana bükülmüş heroini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o həmin narkotik vasitə olan heroini 04.03.2020-ci il tarixdə İran vətəndaşından 1 qramını 15 manata öz istifadəsi üçün almış, bükümdə ümumilikdə 30 qrama yaxın heroin olduğunu bildirmişdir. Baxış zamanı üzərindən aşkar edilmiş 3 ədəd alışdırıcı, 2 ədəd “Kent4” markalı siqaret, bir ədəd açar, bir ədəd optik gözlük, 2 ədəd “Dirol” markalı saqqız, bir ədəd pul qabı, pul qabının içərisində olan 1 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 7 ədəd 1 manatlıq ümumilikdə 232 manat milli puləskinası, 1 ədəd 10 dollar, 1 ədəd 5 dollar, bir ədəd 2 dollar və bir ədəd 1 dollar, ümumilikdə 18 dollar və bir ədəd 5 evro xarici pul əskinası, “Samsung” markalı mobil telefon özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə bir ədəd zərfə qoyulmuş, üzəri mohürlənərək qablaşdırılmışdır. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmışdır və ona bu barədə öncədən məlumat verilmişdir. Daha sonra təklif edilmişdir ki, idarə etdiyi VAZ 2107 markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilində axtarış aparılacaqdır. O bu təkliflə razılaşmış və ərizə ilə müraciət etmişdir. Bundan sonra vəkilinin iştirakı ilə avtomobilində axtarış aparılması üçün avtomobilinin yaxınlığına gəlmişlər. Orada ona təklif edilmişdir ki, avtomobilində qeyri-qanuni əşya vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o özü bildirmişdir ki, avtomobilində narkotik vasitələr vardır və özü təqdim edə bilər. Odur ki, o avtomobilində arxa oturacağın üstündə qara rəngli sellofan torbanın içərisindən göy rəngli sellofan torbanı çıxartmış. Həmin göy rəngli sellofan torbanın içərisində saxladığı bir ədəd elektron tərəzini çıxartmış. Eləcə də orada saxladığı ağ sellofan torbadakı “şüşə” deyilən narkotik vasitəni təqdim etmişdir. Eləcə də göy sellofan torbadakı təqribən 250 qram çəkidə olan ağ sellofana bükülmüş heroini təqdim etmişdir. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. O polis əməkdaşlarına həmin narkotik vasitəni Azərə satmaq üçün götürdüyünü bildirmişdir. Eləcə də tərəzini də narkotiki satarkən çəkmək üçün istifadə edəcəyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş. Videoçəkilişdən istifadə edilmişdir. O və iştirakçılar protokola imza etmişlər. Sonra isə evində təxirəsalınmadan axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. O evində axtarış aparılmasına etiraz etməmişdir. Bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanna gedilmişdir. Qeyd etmişdir ki, evində aparılan axtarış zamanı mətbəxtdə mətbəxt mebelinin gözündə gizlətdiyi 2 bükümdə hər biri ayrı-ayrılıqda 1 kiloqram olan heron narkotik vasitələri aşkar edilərək götürülmüşdür. Orada protokol yazılmışdır. Ucadan oxunmuş. İmzalarla təsdiq edilmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 isə ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 05.03.2020-ci il tarixdə axşam saat 17 radələrində idarə etdiyi qırmızı rəngli “VAZ 21011” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qaradağ rayon, Qobustan qəsəbəsinin körpüsünün üzərində dayanmışdır. Bu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib onun Təqsirləndirilən şəxs2 olub-olmadığını soruşmuşlar. Bu zaman o Təqsirləndirilən şəxs2 olduğunu polis əməkdaşlarına bildirmişdir. Bu zaman polis əməkdaşları onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən axtarış olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobillə birlikdə onu Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Bundan sonra saat 18 radələrində o narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və saxlanılması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra onun üzərinə 11-ci PB-nin əməkdaşlarının və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynindəki qara rəngli kostyumun sol yan cibindən “Argo” markalı siqaret qutusunu çıxararaq, həmin siqaret qutusunun içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni şəxsi istifadə üçün bu gün səhər saatlarında Mehman adlı şəxsdən aldığını və elə bu məqsədlə də üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra o “Argo” markalı siqaret qutusu açıb içərisində bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı o həmin maddənin narkotik vasitə olduğunu bildirmişdir. O həmin heroini şəxsi istifadəsi üçün 05.03.2020-ci il tarixdə səhər saatlarında Mehman adlı şəxsdən almışdır. Bundan sonra baxış zamanı onun üzərindən aşkar edilmiş bir ədəd Nokia markalı mobil telefon aparatı, 7 ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinas olmaqla 150 manat pul və bir ədəd hərbi bilet özünə qaytarılmışdar. Aşkar edilmiş narkotik vasitə isə bir ədəd zərfə qoyulmuş, üzəri mohürlənərək qablaşdırılmışdır və iştirakçlar tərəfindən həmin zərf imzalanmışdır. Baxışla əlaqədar protokol tərtib edilmiş, onun və iştirakçıların imzaları ilə təstiq edilmişdir. Eləcə də həmin istintaq hərəkəti videoçəkilişlə aparılmışdır. Həmin videoçəkilişdən öncə bu barədə ona məlumat verilmişdir. Bundan sonra onun yazdığı razılığıq ərizəsi əsasında onun idarə etdiyi qırmızı rəngli “VAZ 21011” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilində axtarış keçirilməyə başlanmışdır. Axtarışdan öncə onun hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra polis əməkdaşlarının, 2 nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə istifadəsində olan avtomobilinə baxış keçirilmiş. Baxış avtomobilin qabaq sərnişin hissəsindən başlamışdır. Həmin yerdə avtomobilin bardaçok hissəsindən heç bir qanunazidd əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra avtomobilin qoltuqaltı hissəsinə baxılmışdır, həmin yerdən ona məxsus bir ədəd açıq vəziyyətdə olan kiçik marixuana kütləsi və şəffaf sellofan torbaya bükülmüş kiçik büküm aşkar edilərək götürülmüşdür. Bundan sonra avtomobilin qabaq sərnişin hissəsinə baxdıqda həmin yerdə, surətlər qutusunun sağ tərəfində yırtılmış döşəmənin kəsiyində gizlətdiyi narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin heroin qara sellofan büküyündə üzəri sarı rəngli izalentlə bağlanılmış formada idi. O həmin heroini Mehmandan məhz o formada almışdır və aşkar edilən yerdə gizlətmişdir. Bundan sonra avtomobilinin digər yerlərinə baxılsa da heç bir qanuzid əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı həmin həmin narkotik vasitələri 05.03.2020-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində bir qramını 23 manata Mehman adlı şəxsdən aldığını, çəkisinin isə təxminən 300 qram olduğunu bildirmişdir. Bundan sonra avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələr zərflərə qoyulmuş, üzəri mohürlənərək qablaşdırılmış və iştirakçlar tərəfindən həmin zərflər imzalanmışdır. Baxışla əlaqədar protokol tərtib edilmiş, onun və iştirakçıların imzaları ilə təstiq edilmişdir. Həmin istintaq hərəkəti zamanı da videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə məhkəmədə özünümüdafiə xarakterli ifadə verirlər. Hər iki təqsirləndirilən şəxsin məhkəmədə verdikləri ifadə hökmün təsviri əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan, ibtidai istintaqdakı ifadələri isə həmin sübutlarla uyğunluq təşkil edib təsdiq olunduğundan məhkəmə hər iki təqsirləndirilən şəxsin məhkəmədə verdikləri ifadəni ittihamı təkzib edən sübut qismində qəbul etmir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 103 və 112, 2-ci cildinin 13-18-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 137 və 147, 2-ci cildinin 19-24-cü vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir Cinayət işinin 2-ci cildinin 83-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 56-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 57-58-ci vərəqlərində olan tələbnamə və 187-189-cu vərəqlərində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər məhkəməsinin 23 aprel 1997-ci il tarixli hökmü ilə CM-nin 88-1; 15,88-1; 186; 38-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 mart 2007-ci ildə AR Prezidentinin 19 mart 2007-ci il tarixli 558 saylı əfv fərmanına əsasən azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 dekabr 2008-ci il tarixli hökmü ilə CM-in 177.3.2-ci maddəsi ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 may 2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan sonra da Quliyev X2 Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 05 ay 17 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 22 dekabr 2008-ci il tarixli hökm üzrə olan əməli 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanununa olan dəyişiklikliyə qədər CM-nin 177.3.2-ci maddəsinin tərkibini yaratmışdır. Qeyd olunan dəyişikliyə qədər CM-nin 177-187 və 189-1-ci maddələrində «xeyli miqdarda» dedikdə üç min manatdan on min manatadək, «külli miqdar» dedikdə on min manatdan yuxarı məbləğ nəzərdə tutulurdu. Hazırki dəyişikliyə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə isə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 22 dekabr 2008-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2un tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği əlli min manatdan çox olmadığından qeyd edilən dəyişikliyə əsasən onun əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Həmin Qanunun 1.61.2-ci maddəsinə əsasən 177.2-ci maddənin sanksiyası «bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd edilən dəyişikliyə görə cinayətlərin təsnifatı üzrə CM 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 dekabr 2008-ci il tarixli hökmü ilə məhkum olunduğu cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olan CM-nin CM 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və o, həmin maddələrlə məhkum olunmuş hesab edilmişdir. Məhkəmə hesab edir ki, 23 aprel 1997-ci il və 22 dekabr 2008-ci il tarixli hökmlər üzrə məhkumluğu CM-nin 83-cü maddəsinə müvafiq olaraq ödənildiyindən hazırda məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır, lakin 14 dekabr 2018-ci il tarixli hökm üzrə məhkumluğu CM-nin 83-cü maddəsinə müvafiq olaraq ödənilmədən hazırkı cinayət əməlini törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 münasibətdə cinayətin residivini yaradır ki, belə olan halda da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi nəzərə alınmalıdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Cinayətlərin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə nəzərdə tutulan ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 05 mart 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, ekspertiza tədqiqinə sərf olunmuş 509,64 (beş yüz doqquz manat altmış dörd qəpik) pulun 254,82 (iki yüz əlli dörd manat səksən iki qəpik) Təqsirləndirilən şəxs2 və 254,82 (iki yüz əlli dörd manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1№-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 0,163 qram, 2№-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 0,322 qram, 3№-li zərfdəki metamfetaminin tədqiqatdan sonra qalıq çəkisi 20,965 qram, 4 №-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 239,518 qram, 5 №-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 37,764 qram, 6№-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq şəkisi 310,034 qram, 7№-li kağız paketdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 0,636 qram, Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş tədqiqata sərf edildikdən qalıq qalmış 2034,8 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd “xxxx” MMC-dən alınmış disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmiş və müdafiəçi təqsirləndirilənş şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirakı edərək 45 (qırx beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 mart 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 509,64 (beş yüz doqquz manat altmış dörd qəpik) puldan 254,82 (iki yüz əlli dörd manat səksən iki qəpik) Təqsirləndirilən şəxs2 və 254,82 (iki yüz əlli dörd manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut -Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş 1№-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 0,163 qram, 2№-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 0,322 qram, 3№-li zərfdəki metamfetaminin tədqiqatdan sonra qalıq çəkisi 20,965 qram, 4 №-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 239,518 qram, 5 №-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 37,764 qram, 6№-li zərfdəki heroinin tədqiqatdan sonra qalıq şəkisi 310,034 qram, 7№-li kağız paketdəki heroinin tədqiqatdan sonra qalıq çəkisi 0,636 qram, Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş tədqiqata sərf edildikdən qalıq qalmış 2034,8 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd “xxxx” MMC-dən alınmış disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar