Məhkəmə qərarları › İş №1(101)-485/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-485/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-485/2023 18.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Zəngilan rayonunun Alıbəyli kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə axşam saatlarında dostu Şahid1 İfrat oğlunun yanında olan zaman Şahid1 tanışı Şahid2 ilə telefon danışığı zamanı sonuncu barəsində xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisəni aydınlaşdırmaq üçün həmin gün saat 23 radələrində Şahid1la birlikdə görüş yeri kimi təyin edilən ünvan 1 ünvanda yerləşən «50 Qəpik Obed» restoranına gəlib restoranın ikinci mərtəbəsində yerləşən otaqda Şahid2 və sonuncunun yanında gəlmiş Şahid3 və Zərərçəkmiş şəxs ilə görüşmüş, Şahid2 və Şahid1 aralarında olan sözlü mübahisəni aydınlaşdıran zaman Şahid1 yumruq və təpik zərbələri ilə Aydın Quliyevi döyməsinə görə üzərində olan bıçaqla Şahid1 bədən nahiyəsinə xəsarət yetirən Zərərçəkmiş şəxs qarşısına keçib etdiyi hərəkətin səbəbini soruşmuş, sonuncu əli ilə onu itələyərək barəsində nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs qisas almaq niyyətilə üzərində olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən məişət təyinatlı, qatlanan tipli cib bıçağını çıxarıb, həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs müxtəlif bədən nahiyələrinə zərbələr vuraraq ona sol çiyin nahiyəsinin 2 ədəd və döş qəfəsinin sağ yarısının arxa səthində boşluğa nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin ön səthinin, sağ əlin İİ barmağının kəsilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və döş qəsəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən ağ ciyərin yuxarı payının zədələnməsi, sol tərəfli pnevmohemotoroksla müşayiət olunan deşilmişkəsilmiş yarası kimi həyat üçün təhükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 İfrat oğlu və Şahid3 onun dostlarıdır. 18 iyul 2022-ci il tarixdə dəniz kənarında restoranda yemək yeyərkən İmanın mobil telefonuna zəng gəlmişdir. İman zəngə cavab verib Aydın adlı şəxslə danışmağa başlamışdır. Bu vaxt Elşad ona irad bildirib telefonu söndürməsini demiş və Aydının barəsində nalayiq ifadə işlətmişdir. Aydın Elşadın dediklərini eşitmiş və İmandan telefonu Elşada verməyi tələb etmişdir. Sonuncu ilə Aydın telefonda danışmış və Aydın Elşada narazılığını bildirmişdir. Elşad anlaşılmazlıq olduğunu desə də, Aydın görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 22-23 radələrinə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «50 Qəpik Obed» restoranında görüşmək qərarına gəlmişlər. Həmin yerə gedib saat 23 radələrində restoranın ikinci mərtəbəsində yerləşən kabinetdə oturmuşlar. Təxminən 5-10 dəqiqə sonra Aydın Məhəmməd adlı şəxslə birlikdə ora gəlmişdir. Restoranın ikinci mərtəbəsində onlardan başqa heç kim olmamışdır. Stol arxasında divanda Elşad, onun yanında Aydın və yanında Məhəmməd əyləşmişdir. O, Məhəmmədlə, İman isə Elşad ilə üzbəüz əyləşmişlər. Elşad ilə Aydın söhbət etməyə başlamışlar. Həmin vaxtı Aydın Elşad ilə çox aqressiv danışmış, sonuncu isə onu sakitləşdirməyə çalışmışdır. Aydın Elşadın barəsində nalayiq ifadələr işlətmişdir. Bu vaxt Elşad ilə Aydın bir-birilərinin yaxasından tutub əlbəyaxa olmuşlar. Elşad yumruq və təpiklə Aydını vurmuş və onlar hamısı ayağa qalxmışlar. Məhəmməd anidən bıçaq çıxardıb Elşadı vurmuşdur. O, Məhəmmədin qarşısına keçib nə etdiyini soruşduqda sonuncu, əli ilə onu itələyib söymüşdür. Odur ki, əsəblərini cilovlaya bilməmiş, həm dostu Elşadı vurduğu üçün, həm də onu itələyib söydüyü üçün üzərində olan açılıb qatlanan cib bıçağını çıxarıb bir dəfə Məhəmmədin bədənindən vurmuşdur. Həyəcanlı olduğundan bıçağın Məhəmmədin hansı nahiyəsinə dəydiyini bilməmişdir. Məhəmmədi vurmağına baxmayaraq sonuncu, əlində bıçaq onun üstünə gəlməkdə davam etmişdir. Özünü qorumaq üçün əlindəki bıçağı sağa-sola fırlatmışdır ki, Məhəmməd onu vura bilməsin. Bundan sonra orada olan Aydın və İman Məhəmmədi və onu aralayıb bir kənara çəkmişlər. X2, sonra isə onlar həmin restorandan çıxıb getmişlər. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 onun dostudur. 18 iyul 2022-ci il tarixdə saat 21-22 radələrində Nərimanov rayonu ərazisində görüşmüşlər. Həmin vaxt Aydın tanışları ilə Nəsimi rayonu ərazisində yerləşən «50 Qəpik Obed» restoranında görüşə gedəcəyini demişdir. Saat 23 radələrində birlikdə həmin restorana yola düşmüşlər. Aydının tanışları ilə nə səbəbə görüşdüyü bilməmişdir. Yolda olarkən Aydın dostu İmanla telefonla danışarkən, sonuncunun dostu Elşadın onun barəsində nalayiq ifadə işlətdiyini demişdir. Restorana daxil olmamış Aydın İmanla mobil telefonda danışaraq çatdığını demiş və restoranın ikinci mərtəbəsinə qalxmışlar. Restoranın ikinci mərtəbəsində kabinetə daxil olmuşlar. Kabinetdə üç nəfər Elşad, Camal və İman adlı şəxslər olmuşdur. Stol arxasında divanda Elşad oturmuş, sonuncunun yanında Aydın və onun yanında özü əyləşmişdir. Camal onunla üzbəüz, İman isə Elşad ilə üzbəüz stolun arxasında oturmuşlar. Söhbət başlayan kimi Aydın Elşada qarşı çox aqressiv olmuş, sonuncu ilə yüksək tonda danışaraq, tanımadan onun barəsində nalayiq ifadə işlətdiyi üçün ondan üzr istəməli olduğunu demişdir. Elşad anlaşılmazlıq olduğunu və məsələni şişirtməməyi demişdir. Aydın Elşadın ondan üzr istəmədiyini görüb onun barəsində işlətdiyi ifadəni Elşadın özünün barəsində işlətmişdir. Bundan sonra Elşad ayağa qalxıb yumruq və təpiklə Aydını vurmuşdur. Elşadgil üç nəfər, onlar isə iki nəfər olduğundan döyüləcəklərini düşünüb, üzərində olan açılıb-qatlanan balaca bıçaqla Elşadı qorxutmaq üçün bıçağı sağa-sola hərləyib sonuncunu vurmuşdur. Lakin bıçağın Elşadın hansı nahiyyəsinə dəydiyini bilməmişdir. Elşadı vurarkən Camal ona yaxınlaşmış, o, Camalın onu vurmaq istədiyini düşünüb, sonuncunun sinəsindən əli ilə itələmişdir. Bu zaman sinəsindən nəsə dəydiyini hiss edib, Camalın onu bıçaqla vurduğunu başa düşmüşdür. Sonradan Camalın əlində bıçaq olduğunu görmüşdür. Arxaya çəkilib bir qədər dayandıqdan sonra Camalın üstünə getmiş, sonuncu başını aşağı salıb əlindəki bıçağı sağa-sola fırlatmağa başlamış, bu zaman çiyin və çiyninin arxa tərəfindən xəsarətlər almışdır. Bundan sonra digərləri onları aralamışlar. Aydın ona qışqıraraq oradan getmələrini dedikdə, birlikdə qaçıb restorandan uzaqlaşmışlar. Yolda olarkən istifadə etdiyi açılıb-qatlanan bıçağı tullamışdır. Sonra halsızlaşmış və Aydın onu xəstəxanaya aparmışdır. Görüşə gedərkən Aydın onun üzərində bıçaq olduğunu bilməmişdir. Elşadı bıçaqladığına görə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-647/2023 saylı cinayət işinə baxılır. Təqsirləndirilən şəxslə barışmışdır. Sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İfrat oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid3 onun dostlarıdır. 18 iyul 2022-ci il tarixdə Camal və İmanla dəniz kənarında yemək yeyərkən sonuncunun mobil telefonuna zəng gəlmişdir. İmanın mobil telefonda çox danışdığını görüb ona irad bildirmiş və telefonu söndürməyini demişdir. Özündən asılı olmadan İmanın kiminlə danışdığını bilmədən, həmin şəxsin barəsində nalayiq ifadə işlətmişdir. Əvvəlcə həmin şəxsin eşitmədiyini zənn etmişdir. Lakin sonra İman mobil telefonda danışdığı Aydın adlı tanışının onunla danışmaq istədiyini demişdir. Telefonda Aydına anlaşılmazlıq olduğunu demiş və məsələni aydınlaşdırmaq üçün süfrə arxasında görüşüb mehribançılıqla söhbət etməyi təklif etmişdir. Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «50 Qəpik Obed» restoranında saat 22-23 radələrinə görüş yeri təyin etmişdir. Dəniz kənarında istirahəti yekunlaşdırıb o, İman və Camal ilə birlikdə həmin yerə getmişlər. Gecə olduğundan restoranda başqa heç kim olmamışdır. Onlar kabinetdə oturmuşlar. Təxminən 5-10 dəqiqədən sonra saat 23 radələrində Aydın Məhəmməd adlı şəxslə içəri daxil olmuşdur. Həmin vaxt Aydın onun yanında divanda oturmuşdur. Məhəmməd isə Aydının yanında əyləşmişdir. İman Elşadla, Camal isə Məhəmmədlə üzbəüz oturmuşlar. Söhbət etməyə başlayan kimi Aydın onunla yüksək tonla danışmağa başlamış, onu tanımadan barəsində nalayiq ifadə işlətdiyi üçün ondan üzr istəməli olduğunu demişdir. Sonuncunu sakitləşdirməyə çalışıb mehribançılıq olsun deyə onu dəvət etdiyini, lakin, onun əsəbi halda danışmaqla düz etmədiyini demişdir. Bu Aydının xoşuna gəlməmiş və onun barəsində eyni formada nalayiq ifadə işlətmişdir. Buna görə aralarında yaranan mübahisə davaya çevrilmişdir. Həmin vaxt yumruq və təpiklə Aydını vurmuş və Aydın yerə yıxılmışdır. Aydını vuran zaman Məhəmməd üstünə gələrək bədənindən bir neçə bıçaq zərbəsi vurmuşdur. Bu vaxt dostu Camal onun qarşısına keçərək nə etdiyini soruşmuş, Məhəmməd əli ilə Camalı itələyib onun barəsində nalayiq ifadə işlətmişdir. Odur ki, Camal bıçaq çıxardaraq Məhəmmədin bədənindən vurmuşdur. Bundan sonra Məhəmməd arxaya gedib bir neçə saniyə hərəkətsiz qalmışdır. Məhəmməd əlində bıçaqla Camalın üstünə getmək istəyəndə sonuncu, başını aşağı salıb bıçağı sağasola hərləməyə başlamışdır. Məhəmməd yenə də xəsarətlər almışdır. Oradakı uşaqlar onların hər ikisini kənara çəkmişdir. Aydın Məhəmmədə qışqıraraq oradan getmələrini bildirmişdir. Sonuncular qaçıb oradan uzaqlaşmışlar. Məsələnin üstünün açılmaması üçün evə getmək qərarına gəlmişdir. Evə gedərkən yolda yarasından qan gəlmiş, yaşadıqları Ramana qəsəbəsinə çatdıqdan sonra yarasını sarımış və əl-üzünü yumuşdur. Əynindəki qısaqol köynək qanlı olduğundan onu xatırlamadığı yerdə atmışdır. Səhəri gün səhhəti pisləşdiyi üçün onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm 12 ünvanında yerləşən «50 Qəpik Obed» restoranını işlədir. Restoran iki mərtəbəlidir. Birinci mərtəbədə ümumi zal və mətbəx yerləşir. Orada müştərilərə oturmaq üçün stol və stullar qoyulmuşdur. İkinci mərtəbədə isə kabinet və ümumi zal vardır. 18 iyul 2022-ci il tarixdə restoranda dava-dalaş və bıçaqlanma olması barədə hadisə yerinə polis əməkdaşları gəldikdən sonra xəbər tutmuşdur. Baş vermiş hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin gün restoranın iş fəaliyyəti pozulmamışdır. Dava-dalaş kabinetdə baş vermişdir. Restoranda kamera sistemi olsa da, videogörüntünü yaddaşında saxlayan qurğu xarab olduğundan videogörüntüləri yaddaşda saxlanılmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İşin 1-ci cildinin 91-95-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən törətdiyi əməli etiraf edib, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 1-ci cildinin 7-13-cü vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka 1 saylı X4 götürülmüşdür. İşin 1-ci cildinin 60-64-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçaq Təqsirləndirilən şəxs götürülmüşdür. İşin 158-159-cu vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 1149 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən ağciyərin yuxarı payının zədələnməsi, sol tərəfli pnevmohemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sol çiyin nahiyəsinin iki ədəd və döş qəfəsinin sağ yarısının arxa səthində boşluğa nüfuz etməyən bir ədəd deşilmiş- kəsilmiş yarası, sol saidin ön səthinin, sağ əlin İİ barmağının kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti əşyanın deşici-kəsici və kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 19 iyul 2022-ci il tarixə və şəraitə uyğun gəlir, bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə, döş qəfəsinin ön səthinin daxilə nüfuz edən ağciyərin yuxarı payının zədələnməsi və sol tərəfli pnevmohemotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşin 148-151-ci vərəqlərindəki məhkəmə-tibbi-kriminalistik ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 444-2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, köynəyin ön səthinin sol nahiyəsində iki ədəd və köynəyin sol qolunun arxa səthində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İşin 153-156-cı vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 563/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu -o-alfa,beta/İ/. Ekspetizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka, köynək və bıçaq üzərində olan maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin köynək və mayka üzərində olan ləkələrdə alfa və beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İşin 163-164-cü vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 2555 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən anlaqlı, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicə ehtiyacı yoxdur. İşin 160-cı vərəqlərindəki qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd mayka, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-yə təhvil verilmişdir. İşin 121-122 və 133-140-cı vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs 1 dekabr 2020-ci il tarixli hökmlə müəyyən edilmiş sınaq müddəti ərzində yenidən cinayət törətdiyindən onun məhkumluğu ödənilməmişdir. İşin 46-47-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların (məhkəmədə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş üzrə toplanmış protokollar, maddi sübutlar) məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1ci maddəsi ilə düzgün tövsif edilmişdir, odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-in 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki cəzaya əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) günü qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) günü qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd köynək, 1 ədəd mayka və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar