Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-486/2022 21.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə saat 01 radələriııdə şəxsiyyəti istintaqa Əlimurad adı ilə məlum olan şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına 100 manat məbləğində pul köçürməklə satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 2,407 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,793 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq Əlimurad adlı şəxs tərəfindən qabaqcadan qoyulmuş ünvan 2 ünvanında yerləşən “Praqa” restoranının arxa hissəsində boş sahədən götürüb əldə edərək əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibində olan “Winston” markalı siqaret qutusuna qoyub saxlamaqla daşımış və bu barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 13 avqust 2021-ci il tarixdə saat, 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nə gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd ‘‘Winston” markalı siqaret qutusunda 10 ədəd şəffaf sellofana bükülmüş halda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram, 0249 qram, 0,239 qram, 0,273 qram, 0220 qram, 0,242 qram, 0,249 qram, 0,238 qram, 0,252 qram, 0,221 qram, ümumi təmiz çəkisi 2,407 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf sellofana bükülmüş halda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,563 qram, 0,065 qram, ümumi təmiz çəkisi 0,628 qram və 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,015 qram, 0,072 qram, ümumi təmiz çəkisi 0,165 qram, ümumilikdə içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 0,793 qram ağ rəngli kristalardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsilə birlikdə yaşamış, heç bir yerdə işləmir. O 1 ildir ki, kakos kimi tanıdığı narkotik vasitə istifadə edir. O həmin narkotik vasitəni Əlimurad adlı şəxsdən əldə etmişdir. O Əlimuradm hazırda xatırlmadığı kart nömrəsinə Milliön ödəmə terminlı vasitəsilə pul göndərmişdir və Əlimurad da narkotik vasitə qoyduğu yerin şəklini ona vatsapla göndərmişdir və o gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. O, hazırda xatırlamadığı Əlimuradın ona atdığı kart hesabına 06 avqust 2021-ci il tarixdə 100 manat pul atmış və 07 avqust 2021-ci il tarixdə saat 01 radələrində Əlimuradın ona dediyi yerdən yəni, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “Praqa” restoranının arxasından gizlədilmiş yerdən götürərək üzərində saxlamışdır. O həmin narkotik vasitəni Vinston markalı siqaret qutusunun içində götürmüşdür. Həmişə narkotik vasitə götürən zaman ətrafdakılar şübhələnməsin deyə boş siqaret qutusunun içində olmuşdur. O həmin narkotik vasitəni gecə-gündüz istifadə etmək üçün ayıraraq bölmüşdür və əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində saxlamışdır. 13 avqust 2021cı il tarixdə saat təxminən 21.30 radələrində o ünvan 6 ünvanının yaxınlığında olan zaman ona iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuşdur və razılığı əsasında üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən o əynindəki tünd göy rəngli cins şalvarın sol cibində olan Vinston markalı siqaret qutusunun içərisindən 10 ədəd şəffaf sellofana bükülmüş "kokos" kimi tanıdığı heroin, 02 ədəd şəffaf selloffana və 03 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş "şüşə" kimi tanıdığı metamfetamin ondan aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitə və psixotop maddəni tanımadığı Əlimurad adlı şəxsdən almışdır və həmin şəxs barəsində başqa anket məlumatlara malik deyildir. Əlimuradm mobil telefonu onun mobil telefonunda vardır. O istifadəsində olan 070- 808- 83- 03 saylı mobil nömrə ilə Əlimurada məxsus onun mobil telefonumun yaddaşında "Ali Baba" kimi qeyd etdiyi +98 938 *** **** saylı və "Ali Baba 1" kimi qeyd etdiyi +380 (63) *** ** ** saylı mobil nömrələr ilə vatsap vasitəsilə yazışmışlar və həmişə də yazışdıqdan sonra yazışmaları silmişdir. Onun üzərindən aşkar edilmiş həmin narkotik vasitə və psixotop maddəni tanımadığı Əlimurad adlı şəxsdən almışdır və həmin şəxs barəsində başqa anket məlumatlara malik deyildir. Əli muradı görmədiyi üçün həmin şəxsin xarici görünüşü barədə heç bir məlumata malik deyildir. O ilk dəfə idi ki, Əlimuraddan narkotik vasitə və psixotrop maddə almışdır və onun üzərindən aşkar edilmiş və Əlimuradan aldığı narkotik vasitə və psixotrop maddəyə görə Əlimuradm ona atdığı kart hesabına 100 manat pul göndərmişdir və həmin narkotik vasitə və psixotrop maddənin sata bilsəydi əldə etdiyi gəlirdən Əlimurada heç nə verməyəcəkdir. O, heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. O, həmin narkotik vasitə və psixotrop maddəni həm satmaq həm də özü istifadə etmək məqsədilə əldə etmişdir. Ona məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 10.08.2021 -ci il tarixdə, saat 18:04:45-də ***-***-**-** mobil nömrəsindən “Salam qaqaş yuz faiz oyun oynursan.8 azn pulum var tema götürə bilərsən mectin qaqaş?” məzmununda, 11.08.2021 -ci il tarixdə, saat 00:03:09-da ***-***-**-** mobil nömrəsindən “Qaqaş etiş on manat oldu pul brat ALLAHA qurban olum cingizden aldım gör neynirsen brat vezyetim çox pisdi” məzmununda, 11.08.2021 -ci İl tarixdə, saat 16:54:05-də ***-***-**-** mobil nömrəsindən “Qaqaş salam alekum necesen qaqa 18 manatım var yarım götüre bilersen mecün seııe zehmet” məzmununda sms mətnlərinin gəlməsi və 070-492-18- 19 saylı mobil nömrə X1 olması ilə bağlı suala cavab olaraq o, X3 tanımadığını və həmin şəxsin ona bu məzmunda sms göndərməsini xatırlamadığını bildirmişdir. Ona məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11.08.2021 -ci il tarixdə, saat 23:18:46-da ***-***-**-** mobil nömrəsindən “Etiş bildirme men seııe diyecemki 10 verim 1 Onunda seher vercemde ama butoy vercem” məzmununda, 12.08.2021 -ci il tarixdə, saat 11:40:31-də ***-***-**-** mobil nömrəsindən “Qaqa uzurlu say tema istiyirdiler menen onoqere zenq vururdum soruşum var nese” məzmununda, 12.08,2021 -ci il tarixdə, saat 14:58;00-da ***-***-**-** mobil nömrəsindən “Qaqa 05 suse de qoturde ” məzmununda, 12,08.2021-ci il tarixdə, saat 15:58:35-də ***- ***-**-** mobil nömrəsindən “Eti bawıva donum alisam varidi artig elave uwaga verdim pul aidim 10 man var indi buğun hec cekmemiwem komek ela goturumde brat” məzmununda, 12.08.2021-ci il tarixdə, saat 16:10:02-də ***-***-**-** mobil nömrəsindən “Brat Men duwurem X11 Gorum Neynirem” məzmununda, 12.08.2021-ci il tarixdə, saat 19:02:11 -də ***-***-**-** mobil nömrəsindən “Axwamin xeyir gagaw?bagiwla narahat edirem brat yar; onna goturmek olaar?birde neciye olacag? məzmununda, 12.08.2021-ci il tarixdə, saat 22:53:27-də ***-***-**-** mobil nömrəsindən “5243 7544 1072 9261 ” məzmununda, 12.08.2021-ci il tarixdə, saat 22:53:36-də ***-***-**-** mobil nömrəsindən “Albalidi brat ” məzmununda sms mətnlərinin gəlməsi və ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrinin sahiblərinin kim olması barədə suala cavab olaraq o, ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrinin sahiblərini tanımadığlnı və həmin şəxslərin ona bu məzmunda sms göndərməsini xatırlamadığım bildirmişdir. Ona məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 14.08.2021 -ci il tarixdə, saat 00:14:24-də 055- ***-**-** mobil nömrəsindən “Etiş mənəm akif brat gelmey istiyirdim o tereflere gecde olsa uzurlu hesab ela brat alınar qardaşım gelim”məzmununda sms mətninin gəlinəsi və Akifin kim olması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, Akif əvvəllər Nefçilərdə yaşadığı üçün o Akifi qonşusu kimi tanımışdır və Akifin nə səbəbə ona bu məzmunda sms göndərməsi ona məlum deyildir və həmin sms ona 14 avqust 2021 -ci il tarixdə göndərdiyi və o 13 avqust 2021 -ci il tarixdə polis tərəfindən tutulduğu üçün Akiflə görüşə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, 2011-ci ildən DİO-da, 2018-ci ildən isə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 13 avqust 2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində əməliyyat qrupunda olan zaman Nizami RPİ- nin 25-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 tərəfindən Nizami rayonu ərazisində yaşayan “Etibar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın yoxlanılması məqsədilə həmin şəxs 13 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 4 ünvanının qarşısında saxlanılmış və Polis Şöbəsinə dəvət olunmuşdur. O həmin gün əməliyyat qrupunun üzvü olduğu üçün həmin şəxsin üzərində şəxsi axtarış və götürmənin aparılmasında iştirak etmişdir və tərəfindən şəxsi axtarış və götürmə prosesi videoya çəkilmişdir. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmişdir və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi,ev 4,mənzil 121 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunu çıxardıb stolun üstünə qoymuşdur. “Winston” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisində 10 ədəd şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 02 ədəd şəffaf seloffana bükülmüş və 03 ədəd siqaretin gümüşü rəngli kazığına bükülmüş içərisində ağ rəngli maddələr bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və online şəkildə 100 manat pul ödəyərək aldığını, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “Praqa” restoranının arxasında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş 15 ədəd bükümdə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165” nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir və onun tərəfindən çəkilmiş videoçəkilişin 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən DİO-da və 2020-ci ildən isə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Nizami rayonu ərazisində yaşayan “Etibar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması, istifadəsi və satışı barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 13 avqust 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 13 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmişdir və həmin şəxsə hüquq və vəzifələri İzah olunduqdan sonra həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi,ev 4,mənzil 121 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunu çıxardıb stolun üstünə qoymuşdur. “Winston” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisində 10 ədəd şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 02 ədəd şəffaf seloffana bükülmüş və 03 ədəd siqaretin gümüşü rəngli kazığma bükülmüş içərisində ağ rəngli maddələr bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və "şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və Online şəkildə 100 manat pul ödəyərək aldığını, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “Praqa” restoranının arxasında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş 15 ədəd bükümdə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165” nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir və Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən çəkilmiş videoçəkilişin 1 ədəd DVD diski protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər,Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkili, polis baş leytenantı Şahid3, şahid qismində dindirilmiş Şahid2 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi yəni anası X7 və həyat yoldaşı X4 və iki azyaşlı övladı ilə birlikdə yaşayır. O ev təmiri ustası kimi fərdi əməklə məşğul olur. Onun mobil telefonu olmadığı üçün mobil nömrə istifadə etmir və hərdən bir anası Zinyət Qəniyeva məxsus “Samsung A10” markalı mobil telefonu istifadə edir. O əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün hal-hazırda müalicə alır və “Respublika Narkolji Mərkəzi”-də qeydiyyatda olmaqla orada ambulator müalicə alır və hər gün saat 9.00-dan saat 15 radələrinə qədər Narkoloji Mərkəzə gedərək orada dərmanlar qəbul edir. O, əvvəllər yəni 2016-cı ilə qədər ünvan 10 ünvanında yaşamışdır və Təqsirləndirilən şəxs də yaşadığı məhələdən tanımışdır. Onun anası Zinyət Qəniyevə məxsus və hərdən bir onun istifadəsində olan 055- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 14.08.2021-ci il tarixdə saat 00.14 radələriııdə “Etiş mənəm akif brat gelmey istiyirdim o tereflere gecde olsa uzurlu hesab ela brat almar qardaşım gelim” məzmununda sms göndərilməsini xatırlamır və ola bilsin ki, kimsə onun mobil telefonundan yazmışdır. O Təqsirləndirilən şəxslə heç bir əlaqəsi olmamış və Etibarla o təxminən 2021-ci ilin mart ayından etibarən görüşməmişdir. O, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə və psixotrop maddə almamışdır.(i.v.174-177); Cinayət işinin 33-34-cü vərəqlərində olan Təqsirləndirilən şəxs narkotik vasitə heroinin aşkar edilib götürülməsi barədə 13.08.2021 -ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunu çıxardıb stolun üstünə qoymuşdur. “Winston” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisində 10 ədəd şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 02 ədəd şəffaf seloffana bükülmüş və 03 ədəd siqaretin gümüşü rəngli kazığma bükülmüş içərisində ağ rəngli maddələr olan bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və online şəkildə 100 manat pul ödəyərək aldığını, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən “Praqa” restoranının arxasında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülmüşdür. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 71-ci vərəqində olan “DVD” diskə baxış keçirilməsi haqqında 15 avqust 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı, yəni Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunu çıxardıb stolun üstünə qoymuşdur, “Winston” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisində 10 ədəd şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 02 ədəd şəffaf seloffana bükülmüş və 03 ədəd siqaretin gümüşü rəngli kazığına bükülmüş içərisində ağ rəngli maddələr olan bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və online şəkildə 100 manat pul Ödəyərək aldığını, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən "Praqa” restoranının arxasında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini bildirməsi müşahidə olunur. Cinayət işinin 41-47-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/3491 saylı 14 avqust 2021 -ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” Yazısı olan zərfdəld, 10 (on) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 2,407 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 0,628 qram və 3 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,165 qram, ümumilikdə 0,793 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub,kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 186-188-ci vərəqlərində olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin 28282/21 saylı 27.10.2021 -ci il tarixli məktubu ilə alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəninı giriş-çıxış zənglərinə dair məlumatlar yazılmış bir ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 10.08.2021 -ci il tarixdə, saat 18:04;45-də 070- ***-**-** mobil nömrəsindən “Salam qaqaş yuz faiz oyun oynursan.8 azn pulum var tema götürə bilərsən mecün qaqaş?” məzmununda, 11.08.2021-ci il tarixdə, saat 00:03:09-da ***-***-**-** mobil nömrəsindən “Qaqaş etiş on manat oldu pul brat ALLAHA qurban olum cingizden aldım gör neynirsen brat vezyetim çox pisdi” məzmununda, 11.08.2021-ci il tarixdə, saat 16;54:05-də 070-492- 18-19 mobil nömrəsindən “Qaqaş salam alekum necesen qaqa 18 manatım var yarım götüre bilersen mecün sene zehmet” məzmununda sms mətnlərinin gəldiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11.08,2021-ci il tarixdə, saat 23:18:46-da ***-***-**-** mobil nömrəsindən “Etiş bildirme men sene diyecemki 10 verim 1 Onunda seher vercemde ama butoy vercem” məzmununda sms mətninin gəldiyi müəyyən edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 12.08.2021 -ci il tarixdə, saat ll;40:31-də ***-***-**-** mobil nömrəsindən “Qaqa uzurlu say tema istiyirdiler menen onoqere zenq vururdum soruşum var nese” məzmununda, 12.08,2021-ci il tarixdə, saat 14:58:00-da ***-***-**-** mobil nömrəsindən “Qaqa 05 suse de qoturde ” məzmununda sms mətnlərinin gəldiyi müəyyən edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 12.08.2021-ci il tarixdə, saat 15:58:35-də 055- ***-**-** mobil nömrəsindən “Eti bawıva donum alisam varidi artig elave uwaga verdim pul aidim 10 man var indi buğun hec cekmemiwem lcoıuek ela goturumde brat” məzmununda, 12.08.2021-ci il tarixdə, saat 16:10:02-də ***-***-**-** mobil nömrəsindən “Brat Men duwurem X10 Gorum Neynirem” məzmununda, 12.08,2021-ci il tarixdə, saat 19:02:11 -də ***-***-**-** mobil nömrəsindən “Axwamin xeyir gagaw?bagiwla narahat edirem brat yar; onna goturmek olaar?birde neciye olacag? məzmununda sms mətnlərinin gəldiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 12.08.2021- ci il tarixdə, saat 22:53:27-də ***-***-**- ** mobil nömrəsindən “5243 7544 1072 9261 ” məzmununda, 12.08.2021 -cı il tarixdə, saat 22:53:36-də ***-***-**-** mobil nömrəsindən “Aibalidi brat ” məzmununda sms mətnlərinin gəldiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 14,08.2021 -ci il tarixdə, saat 00:14:24-də ***-***-**- ** mobil nömrəsindən “Etiş mənəm akif brat gelmey istiyirdim o tereflere gecde olsa uzurlu hesab ela brat almar qardaşım gelim”məzmununda sms mətninin gəldiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “İpohe 7” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirildi. Baxış zamanı zənglər və mesajlar olan bölümün boş olduğu, “Whatsapp” proqramının ilə yazışmalarda isə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yazışma olmadığı müəyyən edildi. Mobil telefona baxış zamanı Ali Baba kimi qeyd olunmuş şəxsin +98 ***-***-**-** saylı mobil nömrəni, Ali Babal kimi qeyd olunmuş şəxsin +380 63 645 95 88saylı mobil nömrəni istifadə etdiyi müəyyən edilmişdir. Cinayət işinin 180-181-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 3952 saylı 14.10.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 195-204-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə 10 ədəd bükümdə ümumi təmiz çəkisi 2,407 qram olan heroinin və 2 (iki) ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 0,628 qram və 3 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,165 qram, ümumilikdə 0,793 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd “Winston” markalı siqaret qutusu maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilmiş və həmin görüntülər “DVD” diskinə köçürüldüyündən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən MMC-nin 28282/21 saylı 27,10.2021 -ci il tarixli məktubu ilə istintaqa daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə yazışmaları özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlundan qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroin və o cümlədən psixotrop maddə olan metafetamin aşkar edilməsini, satış məqsədilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-23 və 82-85-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-109-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 25.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ııin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və 29.07.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 3952 saylı 14.10.2021-ci il tarixli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2,407 qram, tədqiqatdan sonra qalıq hissəsi 2,207 qram olan heroinin və ümumi təmiz çəkisi 0,793 qram, tədqiqatdan sonra qalıq hissəsi 0.693 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd “Winston” markalı siqaret qutusu məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd DVD disk v ə 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2,407 qram, tədqiqatdan sonra qalıq hissəsi 2,207 qram olan heroinin və ümumi təmiz çəkisi 0,793 qram, tədqiqatdan sonra qalıq hissəsi 0.693 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd “Winston” markalı siqaret qutusu məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Bir ədəd DVD disk v ə 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov a