Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-486/2023 02.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1, X3, Novruzova Ülviyyə Şəmsəddin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhmanov küçəsi, döngə 2, mənzil 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni, təmiz çəkisi 2,655 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhimov küçəsi, döngə 2 ünvanın yaxınlığına qədər daşımış, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 2nin 12-ci Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz cəkisi 2,655 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər 0,2 qram heroinlə CM-nin 234.1-ci maddəsi ilə tutulmuş, son hadisədən 8 ay əvvəl isə azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra narkotikdən evində istifadə etmişdir. Hadisə günü, yəni 27 avqust 2022-ci il tarixdə də tanımadığı birindən 0,5 qram heroin almışdım və ayağyolunda hamısını istifadə etmişdim. Həmin gün saat 11-12 radələrində əmisi oğlu Ramin və Emin adlı usta ilə birlikdə evlərinin pilləkənini düzəldərkən küçə qapısı döyülmüş, həmin vaxt evdə olan anası ona qapı döyənlərin polislər olduğunu, onu aparmaq üçün gəldiklərini bildirmişdir. Anası polislərin gəldiyini qapının ağzına baxan pəncərədən görmüşdür. O, evdə gizlənib qapını açmadığından polislər onların küçə qapısını, həyətə giriş qapısını və evin qapısını sındırıb evə daxil olmuşlar. Belə ki, o, əvvəllər də 234.1-ci maddə ilə tutulduğundan onu yenə də tutmaq istəmişlər. Polislər evin qapsına çatanda, o özü qapını açmış, nə istədiklərini soruşmuşdur. Polisdə bilərsən deyib, evdən onu və iki dostunu polisə aparmışlar. 12-ci Polisində ona qarşı fiziki zor tətbiq olunmuş, ona “234.4.3-cü maddə ilə getməlisən” demişlər. Bunların hamısı onun əvvəllər narkotiklə tutulması ilə əlaqədar olmuşdur. Tutularkən onun üzərində narkotik vasitə olmamış, lakin çıxış yolu olmadığını görüb, təqdim olunan sənədlərə imza etmişdir. Razılaşdıqdan sonra onun cibinə narkotik qoyulmuş və videoçəkilişdə çıxarıb təqdim etməsi tapşırılmışdır. Videoçəkilişdə də üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olun telefonunu və cibinə qoyduqları narkotiki çıxarıb təqdim etmiş və özünə məxsus olduğunu demişdir. Lakin o, təqdim etdiyi narkotikin miqdarını bilməmişdir. Artıq məhkəmədə sanksiyada 234.1-1 maddə ilə ona qarşı ittiham irəli sürüldüyü ona məlum olmuşdur. Həmin gün onunla birlikdə yaşadığı kənddən 10 nəfər narkotiklə bağlı saxlanılmış və hamısına da 234.1-1-ci maddə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislərə qapını könüllü olaraq açmadığından onlar hündür divarları aşıb həyətə keçə bilmiş, hətta iki nəfər polis əməkdaşı qalxıb həyət hamamın damında dayanmışlar. O, ittihamda göstərildiyi kimi küçədə tutulmamış, evinin içrisindən götürülmüşdür. O, narkotik vasitədən istifadə edən olsa da, onda heç vaxt külli miqdarda narkotik olmamışdır. Hazırda onun barəsində Xətai RPİ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi istinqtaq olunmuş və artıq yekunlaşmışdır. O, tanışları ilə birlikdə soyuducu və kondisioner oğurlamışlar. Lakin həmin cinayət işləri, müraciət etməsinə baxmayaraq, bir icraatda birləşməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, ona fiziki və mənəvi təzyiqlər göstərilməsinə baxmayaraq o, xəsarət almamsış, fiziki təzyiqə məruz qalması ilə bağlı heç bir orqana müraciət etməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçmiş, lakin onda hər hansı xəsarət müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Lütvü Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Uzun illərdir ki, narkotik alüdəçisidir, ineksiya yolu ilə heroindən istifadə edir. Sonuncu dəfə narkotiklə bağlı həbs edildikdən sonra azadlığa 2021-ci ilin dekabr ayında “Amnistiya” qərarına əsasən çıxmış və 2022-ci ilin yanvar ayından yenidən inyeksiya yolu ilə heroindən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdlir ki, 27 avqust 2022-ci il tarixdə ağrıları olduğuna görə narkotik almaq qərarına gəlmiş və odur ki, yaşadığı əraziyə, yəni Sabunçu rayonu, Ramana qəsəbəsinə çıxaraq heroin satanlarla maraqlanmışdır. Saat 17 radələrində orada ilk dəfə gördüyü, tanımadığı, hazırda görsə belə tanıya bilməyəcəyi, adını ona Vüqar kimi öildirmiş şəxsi üzdən narkomana oxşatmış və Vuqara ağrıları olduğunu deyib narkotik istəmişdir. Vüqar ondan 30 manat alıb uzaqlaşmış, təxminən 10 dəqiqə sonra təkrarən ona yaxınlaşıb şəffaf selofana bükülmüş 1 büküm heroin verib getmişdir. O, aldığı narkotiki axşama yaxın istifadə edib, gecəni rahat, ağrısız yata öiləcəyini fikirləşmişdir. Amma həmin gün, yəni 27 avqust 2022-ci il tarixdə, saat 20 radələrində, evinin ətrafında, yəni ünvan 4 ünvanın yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan, sonradan adlarını öyrənib bildiyi 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ona yaxınlaşaraq özlərini 12-ci Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, ondan sənəd tələb etmişlər. Üzərində heç bir sənədi olmadığından, üzərində, həmçinin heroin olduğundan həyəcanlanmış və polis əməkdaşlarından yayınmaq istəmiş, lakin polis əməkdaşları ona imkan verməmişlər. Polis əməkdaşları onu 12-ci Polis şöbəsinə dəvət etmiş və o, könüllü olaraq polis əməkdaşları ilə birgə 12-ci PŞ-yə getmişdir. 12-ci Polis şöbəsində X5 tərəfindən ona özünün seçdiyi vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş, lakin üzərindən aşkar olunacaq heroini onu müdafiə edəcək vəkili Natiq Cəfərov görməsin deyə baxış zamanı vəkilin iştirakından imtina etmiş və bu barədə ərizə yazmışdır. Bunu ona görə etmişdir ki, gələcəkdə üzərindən narkotik çıxmasını görməyən vəkili onu əminliklə müdafiə etsin. Baxış zamanı üzərində qanunsuz ola biləcək hər hansı maddə olub-olmaması soruşulmuş, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan, Vüqar adlı şəxsdən aldığı bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra şalvarının sol cibindən özünə məxsus, üzərində öz adına rəsmiləşmiş ***-***-**-** nömrəsi olan “Samsung” markalı telefonunu çıxararaq təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, 27 avqust 2022-ci il tarixdə Ramana qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, son 5-6 il ərzində narkotikdən istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa heçnə aşkar olunmamışdır. Həmin narkotik və “Samsung” markalı telefonu zərfdə qablaşdırılmış, zərf möhürlənmiş, zərfin üzərinə imza atmışlar. Baş verənlər protokollaşdırılmış, o, həmin protokolla tanış olub imzalamışdır. O, narkotik satıcısı olmamış, yalnız istifadəçisi olmuş, həmişə tapıb ala bilmədiyindən, aşkar olunan heroini birdəfəlik almışdır (iş vərəqə: 52-54). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 27 avqust 2022-ci il tarixdə, saat 20 radələrində o, eyni Şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhimov küçəsində xidmət apararkən həmin küçədə döngə 2 ünvanın yaxınlığında əvvəllər tanımadığı, baxılan iş üzrə Təqsirləndirilən şəxs özünü şübhəli aparması, yəni onun alkoqol və ya narkomaniya sərxoşluğu altında olması onların diqqətini cəlb etmiş və onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edə biləcək sənəd istəmişlər. Təqsirləndirilən şəxs üzərində sənədinin olmadığını deyib, onlardan yayınmağa çalışmış və bu zaman əlini cibinə salaraq nəyinisə gizlətmək istəmişdir. Təqsirləndirilən şəxsla şəxsiyyəti ilə bağlı sorğu-sual apararkən o, ziddiyyətli cavablar vermiş və tez bir zamanda onlardan uzaqlaşmaq istəmişdir. Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan onlar Təqsirləndirilən şəxs 12-ci PŞ-nə aparmışlar. O, və əməliyyat müvəkkili Şahid2 Nicatla əlaqədar PŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, raportun icrası X5ə həvalə edilmişdir. X5 Təqsirləndirilən şəxs vəkillə təmin etmiş, ona hüquqları izah edilmişdir. Bundan sonra X5 şübhəli şəxs Təqsirləndirilən şəxs haqqında çıxarılmış şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış etmiş, onu şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılacağı barədə xəbərdar etmişdir. Təqsirləndirilən şəxs videoçəkilişin həyata keçirilməsi ilə bağlı etiraz etmədikdə 12-ci PŞ-nin inzibati binasında X5in xidməti otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarışdan əvvəl X5 Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə könüllü olaraq təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofanda olan bükülünü və sol yan cibindəki “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Təqdim olunan həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, 27 avqust 2022-ci il tarixdə Ramana qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, son 5-6 il ərzində narkotikdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı onun üzərində başqa heçnə aşkar olunmamışdır. X5 həmin narkotiki və “Samsung” markalı telefonu zərfə qablaşdırmış, zərf möhürlənmiş və üzərinə imza atmışlar. Baş verənlər barədə protokol tərtib olunmuş, o, əməliyyat müvəkkili Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs həmin protokolla tanış olub protokolu imzalamışlar. Şahid - Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə müvəkkili Şahid1 ifadəsində, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs onun küçədə deyil, evində saxlanılması, iki nəfər dostunun da onunla bərabər onun evində saxlanılması, çoxlu sayda polis tərəfindən onun yaşadığı ünvana basqın olunması, onun evinin qapılarının sındırılması, onun özünə zor tətbiq olunması, ittihamda göstərilən narkotik vasitənin qanunsuz olaraq polis tərəfindən onun ciblərinə qoyulması, boynuna götürməsi və etirafedici ifadə verməyə məcbur edilməsi barədə göstərdikləri yalnız müdafiə xarakterlidir və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır, onun qeyd etdikləri baş verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində həmkarı – məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşayiəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Sabunçu RPİ 12-ci PŞ-nin təhqiqatçısı Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, şalvarının sol yan cibindən isə qara rəngli telefonunu çıxardaraq masanın üzərinə qoyur. X5 selofanı açarkən içərisində qəhvəyi rəngli, kristal formalı maddənin olması görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkortik vasitəni 27 avqust 2022-ci il tarixdə, səhər saatlarında Ramana qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, son 5-6 il ərzində narkotikdən istifadə etdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdıfr. Uekunda Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, həmin zərf möhürlənmiş, proses iştirakçıları və Təqsirləndirilən şəxs tərəfindən zərf imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, , Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qanun pozuntularına yol verilməmiş, təqsirləndirilən şəxsin üzərində zor tətbiq olunmasının əlamətləri müəyyən edilməsinə dair qeydlər aparılmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 22-23). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 27 avqust 2022-ci il tarixli protokolun məzmununa uyğundur və diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 42-43). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd CD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, CD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» və “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: 44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2022-ci il tarixli, 6/4597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N159” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,655 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 26-30). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 5528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 79-80). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 2,655 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,605 qram heroin narkotik vasitəsi və axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «CD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «CD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 70). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən araşdırma aparılması üçün material ayrılmışdır (iş vərəqə: 92-96). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 2,655 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi qeyri-etirafedici ifadələrini və həmçinin onun küçədə deyil, evində saxlanılması, iki nəfər dostunun da onunla bərabər onun evində saxlanılması, çoxlu sayda polis tərəfindən onun yaşadığı ünvana basqın olunması, onun evinin qapılarının sındırılması, onun özünə zor tətbiq olunması, ittihamda göstərilən narkotik vasitənin qanunsuz olaraq polis tərəfindən onun ciblərinə qoyulması, boynuna götürməsi və etirafedici ifadə verməyə məcbur edilməsi barədə gətirdiyi dəlilləri onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum edilmiş, ardınca Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş, ardınca Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay azadlıqdan məhrum edilmiş, ardınca Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndi tətbiq edilməklə Amnistiya qərarının 36-cı bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarın 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmüşdür (iş vərəqə:84-86). Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, barəsində həmin cinayət işinə məhkəmə baxışı mərhələsində Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində daha bir cinayət işinə baxılmış və sonuncu Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış və qanunun tələbinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü 04 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cinayət işinin materialları). Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə caza təyini ilə bağlı eyni zamanda belə nəticəyə gəldi ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və ona cəza çəkməsi üçün qəti olaraq ədalətli və şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbləri baxımından) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əvvəllər törətmiş olduğu cinayətlərə görə məhkumluğunun götürüldüyünü və hazırda baxılan iş üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından başqa hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə toplandığını və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq şəxs olacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həm baxılan cinayət işi üzrə və həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü üzrə baxılmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində həm baxılan iş üzrə, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü üzrə baxılmış cinayət işi üzrə 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli məhz 27 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 5528 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,605 qram heroin narkotik vasitəsi məhv edilməlidir. - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 55,0 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,605 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 55,0 (əlli beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-486/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-486/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver