Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-486/2025 17.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X16 (sədrlik edən), X13 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Ucar rayonunun Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ikisi hazırda himayəsində olmaqla dörd azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanında qeydiyyatda olmaqla ünvan 1 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-659/2024 saylı, 15 may 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 13 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(005)-925/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, 144- 1.2.2-ci, 144-1.2.4-1-ci, 144-1.2.5-ci və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Aidə adlı şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona X4 Dubay şəhərində restoranda xidmətçi kimi işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 09 noyabr 2020-ci il tarixdə saat 05:33-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X6 keçirməklə X4 Dubay şəhərinə aparıb, həmin şəhərdə yerləşən, “Aidə” adlı şəxsin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Aidə adlı şəxs ilə birlikdə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 09 noyabr 2020-ci il tarixdən 22 dekabr 2020-ci il tarixədək olan müddət ərzində Dubay şəhərində yerləşən müxtəlif gecə klublarında kişi müştəriləri ilə görüşdürüb həmin şəhərin müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Aidə adlı şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının əvəllərində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona X4 Dubay şəhərində işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 09 noyabr 2020-ci il tarixdə saat 05:32-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X6 keçirməklə X4 Dubay şəhərinə aparıb, həmin şəhərdə yerləşən, “Aidə” adlı şəxsin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Aidə adlı şəxs ilə birlikdə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 09 noyabr 2020-ci il tarixdən 24 yanvar 2021-ci il tarixədək olan müddət ərzində Dubay şəhərində yerləşən müxtəlif gecə klublarında kişi müştəriləri ilə görüşdürüb həmin şəhərin müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Aidə adlı şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Aidə” adlı şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərində istintaqa məlum olmayan ünvanda yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona X4 Dubay şəhərində işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Türkiyə Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 17 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasının dövlət sərhədinin X12 keçirməklə X4 Dubay şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra “Aidə” adlı şəxs ilə birlikdə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 17 dekabr 2020-ci il tarixdən 2021-ci ilin fevral ayının sonlarınadək olan müddət ərzində Dubay şəhərində yerləşən müxtəlif gecə klublarında kişi müştəriləri ilə görüşdürüb həmin şəhərin müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X4 Dubay şəhərinə ilk dəfə 2018-ci il tarixdə istirahət etmək məqsədi ilə getmişdir. Bir müddət orada yaşaymış və 2021-ci ildə “Aidə” adlı xanımla tanış olmuş, sonuncunun yanında könüllü olaraq pul qarşılığında kişilərlə görüşmüşdür. O, Dubayda olarkən “Nigar” adlı xanımla bir evdə qalmış, bir dəfə Nigar ona bildirmişdir ki, tanış iki qız var və sonuncular Dubay şəhərinə gəlmək istəyir, Nigar ondan bu barədə köməklik göstərməsini xahiş etmişdir. O, zərərçəkmiş şəxslərdən Aynurə ilə telefon vasitəsilə danışmış, işi bütün detalları ilə izah etmişdi və sonuncular Dubay şəhərinə hansı işi görəcəklərindən xəbərdar olaraq gəlmişlər. Aysunun Dubay şəhərinə çağırılmasında, ümumiyyətlə, iştirakı olmamışdır. Aidə zərərçəkmiş şəxslərin təyyarə biletlərini almış və bundan sonra sonuncular Dubay şəhərinə gəlmişlər. Sonuncuların Dubay şəhərində gəlmələri üçün hər birinə 3.000 manat pul xərclənmişdir, o şərtlə ki, işləyib həmin pulu qaytarsınlar. O, zərərçəkmiş şəxsləri hava limanında qarşılamış və oradan götürüb qalacaqları yerə aparmışdır. Bundan sonra o, mütəmadi olaraq zərərçəkmiş şəxslərlə birlikdə gecə klublarına getmiş, əvvəlcədən razılaşdırıldığı kimi sonuncular pul qarşılığında kişilər ilə görüşməyə başlamışlar. Qızların kişilərlə pul müqabilində görüşlərindən 800 dirhəm pul götürmüş və həmin pulu Aidəyə vermişdir. Aidə bu pulun 100 dirhəmini ona vermiş, qalan pulu isə özü və qızlar arasında bölüşdürmüşdür. Bir müddət sonra zərər çəkmiş şəxs ona getmək istədiklərini bildirdikdə o, bunu Aidəyə demiş, sonuncu borclarını ödədikdən sonra çıxıb gedə biləcəklərini bildirmişdir. Həmçinin o, heç kəsin pasportunu əlindən almamışdır. Əlavə olaraq ifadəsində onu da göstərmişdir ki, cari cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri, hazırda isə ev dustaqlığı qətimkan tədbiri seçildiyi üçün uşaqlarından ikisi onun himayəsində alınaraq, cinayət işi üzrə yekun qərar qəbul edilənədək, müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1-ci, 144-1.2.2-ci, 144-1.2.4-1-ci, 144-1.2.5-ci və 144-3.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 3 il bundan əvvəl rəfiqəsi Aynurla birlikdə kirayə yaşayan “Nigar“ adlı qadınla tanış olmuşdur. Onun Nigarla normal münasibətləri yaranmışdır. Onun Nigarın X4 Dubay şəhərinə getməsi barədə məlumatı olmuşdur. Nigar ona Dubay şəhərində gözəllik salonunda işlərin olduğunu və orada qazancının daha çox olacağını demişdir. Son 3 il ərzində, yəni 2018-ci ildən bu vaxta qədər müxtəlif yerlərdə, müxtəlif işlərdə işləmiş, lakin işlədiyi yerlərdə maaş az olduğundan və kirayə pulunu çətinliklə verdiyindən, eyni zamanda gündəlik tələbatını qarşılamaqda çətinlik çəkdiyindən Nigarın etdiyi təklifi qəbul etmişdir. Bundan sonra onlar Ayşənlə telefon vasitəsilə danışmış, sonuncu ona Aidənin onlara qalmaqda köməklik edəcəyəni bildirmişdir. Bundan sonra Aynurə ilə birlikdə xx.xx.2020-ci il tarixdə təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə oradan Ukraniya Respublikasının Kiyev şəhərinə oradan da X4 Dubay şəhərinə getmişlər. Orada onları Ayşən və bir sürücü qarşılamış, daha sonra onları evə aparmışdır. Evdə onları “Aidə” adlı qadın qarşılamış, onları eyni binanın müxtəlif mənzilinə yerləşdirmişdir. Uzun yoldan gəldikləri üçün həmin gün istirahət etmişlər. Növbəti gün Ayşənə və Aidəyə burada hansı gözəllik salonunda işləyəcəkləri barədə sual vermişlər. Bu zaman onlara deyilmişdir ki, Ayşənin nəzarəti altında dəvət etdiyi kişilərə intim xidmətlər göstərəcəklər və burada daha rahat pul qazanmaq vasitəsi bu yoldur. Onlar etiraz etmiş və Dubaya işləməyə gəldiklərini dedikdə sonuncular onlara əsəbləşərək dediklərini eləməyə məcbur olduqlarını, onlar səbəbini soruşduqda isə onları Dubaya gətirə bilmələri üçün 3.000 manata qədər xərc çəkdiklərini, bu pulu gözəllik salonunda işləyərək qazana bilməyəcəklərini, nəzarətləri altında gecə klublarına gedib orada tapdıqları kişi müştərilərlə cinsi əlaqədə olmalı olduqlarını bildirmişlər. O, buna etiraz etmiş və normal işdə işləyib pul qazanmaq istədiyini bildirmişdir. Lakin Aidə və Ayşən onlara nə deyirlərsə etməli olduqlarını bildirib hədələmiş və dərhal çəkdikləri xərci geri tələb etmişlər. Onlar sonunculara pulları olmadığını bildirdikdə, o zaman deyilənlərə əməl etməli olduqlarını demişlər. Əvvəllər Dubay şəhərinə yaşamadıqlarından, buradan tanışlar və xarici dil bilikləri olmadığından, sonuncularla razılaşmağa məcbur olmuşlar. Həmin gündən etibarən Aidənin göstərişi ilə Ayşən bizi öz nəzarəti altında axşam saatlarında klublara aparmağa və həmin klublarda tapdıqları kişi müştərilərlə görüşdürməyə başlamışdır. Sonuncu müştəriləri özü taparaq kişi müştərilərlə qiymətdə razılaşdıqdan sonra onları müxtəlif otellərə aparıb pul qarşılığında cinsi əlaqədə olmağa məcbur etmişdir. Həmin müddət ərzində isə Ayşən çöldə gözləyərək onları oradan götürüb evə gətirmişdir. Sonuncu onları gün ərzində 1-2 dəfə nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüş və bundan qazanc əldə etmişdir. Ayşən müştərilərdən pulu özü almışdır. Sonuncunun əldə etdiyi pulun yarısı Aidə tərəfindən ona verilmişdir. O, bir neçə gündən sonra artıq dözməyərək Ayşənə çıxıb getmək istədiyini bildirmiş, lakin Ayşən onun dediklərini eləməsə ailəsinə Dubaya gəlib nə işlə məşğul olduğunu deyəcəyəni bildirmişdir. O, Ayşənlə mübahisə etmiş və sonuncunun dediklərini etməkdən imtina etmişdir. Bu zaman Ayşən onu nalayiq söyüşlərlə söyüb təhqir edərək, buraya gəlməkdə onun üçün çoxlu pul xərclədiyini, o pulları işləyib qaytardıqdan sonra buraxacağını bildirmişdir. O, məcbur olub sonuncunun dedikləri ilə yenidən razılaşmışdır. X24 çoxlu tanışları olmuşdur, o isə orada heç kimi tanımış və qorxmuşdur. Ayşənlə birlikdə Aidə də həmin vaxt orada olmuş və sonuncunun da təzyiqləri olmuşdu. Təxminən 1 ay 10 günə yaxın müddət orada qaldıqdan sonra borcunu qaytarıb ölkəyə geri qayıtmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Dubaya gələrkən Ayşən onu xarici pasportunu əlindən almış, bir müddət sonra geri qaytarda da, o, Bakıya qayıda bilməmiş, çünki bunun üçün zəruri vəsaitə malik olmamışdır. Sonda təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif gözəllik salonlarında dırnaq ustası kimi faəliyyət göstərmişdir. Səidə adlı rəfiqəsini təxminən 6 ildir ki, tanımışdır. Həmin zamanlar Səidə geyim mağazasında satıcı kimi işləmişdir. Başqa bir rəfiqəsi də Səidə ilə birlikdə satıcı olaraq işləmişdir. Həmin dövrlərdə Səidə ilə münasibəti yaranmışdır. Həmin zamanlar o, “Nigar” adlı qadınla bir evdə kirayə yaşamışdır. Onun vasitəsilə Nigar və Səidənin də münasibəti yaranmışdır. Onlar birlikdə olduqları vaxt Nigarla mobil telefon əlaqəsi saxlamışlar. Nigar onlara Dubay şəhərində “Ayşən” adlı qadının yanında işlədiyini bildirmişdir. Lakin nə işləməsi barədə məlumat verməmişdir. Nigar vasitəsilə Səidə “Ayşən” adlı qadınla mobil nömrəsini vasitəsilə danışmışdır. Səidə ilə həmin zaman bütün günü birlikdə olurmuş və Ayşənlə danışıqlarında özüdə iştirak etmişdir. Ayşən onları öz yanına işləmək üçün dəvət etmişdir. Nə işləyəcəklərini soruşduqda Ayşən burada hər işə düzəlməkdə onlara köməklik edə biləcəyini bildirmişdir. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasında məhdudiyyətlər tətbiq edilmiş, buna görə də işsiz qalmışdır. Ayşən həmin zaman Dubay şəhərində olmuşdur. Ayşənə işsiz olduğunu bildirdikdə onlara Dubay şəhərinə gəlib orada işləyə biləcəyini təklif etmişdir. Nə işləyəcəyini soruşduqda Ayşən Dubay şəhərində məhdudiyyət olmadığından istənilən yerdə iş tapıb işləyə biləcəyini bildirmişdir. Lakin o, sonuncuya ingilis dilində bilmədiyini demişdir. Ayşən isə narahat olmamağını, ingilis dilini orada öyrənəcəyini, bu müddətdə köməklik edəcəyini bildirmişdir. Ayşən əgər istəsə Səidənin də Dubaya gələ biləcəyini bildirmişdir. Ayşən Dubay şəhərində “Ayka” adlı qadının evində qalacaqlarını və heç bir problem olmayacağını demişdir. Ayşənlə danışdıqda Səidə də yanında olmuşdur. Səidə də Ayşənlə çoxdan razılaşdığını və gedəcəyini bildirmiş, Səidəyə baxıb ürəklənərək pasportlarının fotoşəkillərini onlara göndərmişlər. Həmin vaxt təxmini olaraq 2020-ci ili noyabr ayının əvvəlləri olmuşdur. Daha sonra Ayşən onlar üçün bilet və viza almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə Səidə ilə birlikdə təyyarə vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə oradan Ukraniya Respublikasının Kiyev şəhərində oradan da X4 Dubay şəhərinə getmişlər. Həmin zamanlar karantin rejimi ilə əlaqədar olaraq Dubay şəhərinə birbaşa reys olmadığı üçün tranzit olaraq Dubay şəhərinə getmişlər. Orada onları Ayşən qarşılamış, “Ayka” adlı qadının evinə aparmışdır. “Ayka” adlı qadının evində 4-5 nəfərə yaxın qadın olmuşdur. Ayka eyni binada başqa mənzilə yerləşdirmişdir. Ayka və Ayşən eyni binada başqa mənzildə qalmışlar. Həmin gün istirahət etdikdən sonra “Ayşən” və “Ayka” adlı qadınla işlə bağlı söhbət etmişlər. Gəlməkləri üçün 3.000 manata qədər xərc çəkdiklərini, bu pulu gözəllik salonunda işləyərək qazana bilməyəcəklərini bildirmişlər. Ona görə də nəzarət altında gecə klublarına gedib orada tapdıqları kişi müştərilərlə cinsi əlaqədə olmalarını bildirmişlər. Onlar buna etiraz etmiş və normal işdə işləyib pul qazanmaq istədiklərini bildirmişlər. Lakin sonuncular onları nə deyirlərsə etməli olduqlarını bildirərək hədələmiş və dərhal çəkdikləri xərci geri tələb etmişlər. Pulları olmadığını bildirdikdə, Ayşən və Ayka onlara deyilənlərə əməl etməli olduqlarını demişlər. İlk dəfə idi ki, birlikdə Dubay şəhərinə gəlmişlər. Xarici dil bilikləri və tanışları olmamışdır. Ona görə də Ayşən və Aykaya etiraz edə bilməmişlər. Məcbur olub Ayka və Ayşənlə razılaşmışlar. Bundan sonra Aykanın, yəni ki Aidənin göstərişi ilə Ayşən axşam saatlarında onları klublara aparmağa, onlar isə həmin klublarda tapdıqları kişi müştərilərlə görüşdürməyə başlamışlar. Müştərini Ayşən tapmış və pulun məbləğini o müəyyən etmişdir. Kişi müştərilərlə qiymətdə razılaşdıqdan sonra onları müxtəlif otellərə aparmış və onlarla pul qarşılığında cinsi əlaqədə olmağa məcbur etmişlər. Həmin müddət ərzində isə Ayşən çöldə gözləyib daha sonra onları oradan götürərək evə gətirmişlər. O, gün ərzində 2-3 dəfə nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olmağı üçün görüşdürmüş və bundan qazanc əldə etmişdir. Ayşən müştərilərdən pulu özü almış, həmin pulun yarısı isə ona çatmışdır. Təxminən 1 ay 20 gün orada işlədikdən sonra Ayşənə getmək istədiyini bildirmişdir. Lakin Ayşən onu buraxmamış, hələ borcunun qaldığını bildirmişdir. Daha 1 ay orada qalmış və borcunu ödədikdən sonra Ayşən sərbəst buraxmışdır. Qayıtdıqdan sonra Aidə və Ayşən oradan zənglər etmiş və geri qayıtmağını tələb etmişlər. Eyni zamanda orada olanlar barədə hər hansı bir hüquq mühafizə orqanına şikayət etsə, Dubay Əmirliyində nə işlə məşğul olmağı barədə ailəsinə və yaxınlarına məlumat verəcəkləri ilə hədələmişlər. Baş verən hadisələr ona çox pis təsir etmişdir. Bu barədə heç kimə heçnə deyə bilməmişdir. Yaşadıqlarından psixoloji travma almışdır. Bir gün internet vasitəsi ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bilmiş, bundan sonra ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Ona verilmiş suala cavab olaraq göstərmişdir ki, Dubaya getdiyi ilk vaxtlar Ayşən onun pasportunu götürmüş, bir müddət sonra Ayşənə olan borcunu bir qismini ödəmiş və sonuncu onun pasportunu geri qaytarmışdır. Sonda təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsinin məzmunundan görünür ki, Aysel Rüstəmovanı təxminən 2019-cu ildən etibarən tanıyır, sonuncu ilə Bakı şəhərində olan gözəllik salonlarının birində tanış olmuş, Aysellə hərdənbir əlaqə saxlayıb bir-biriləri ilə danışmışlar. Ayselin hansı işdə işləməsi barədə məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Lakin bir neçə işdə işləsə də maddi ehtiyaclarını ödəyə bilməmişdir. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərində olan vaxtı Aysellə aralarında olan telefon danışığı zamanı maddi ehtiyaclarını ödəyə bilmədiyini bildirmişdir. Ayseldən iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Aysel də “Aidə” adlı qadının mobil nömrəsini göndərmiş və sonuncu ilə danışmağını bildirmişdir. O, Aidə ilə əlaqə saxlamağa başlamışdır. Aidə ingilis dilində bilib-bilmədiyini soruşmuş, o, az da olsa bildiyini demişdir. Aidə burada hər iş tapmaqda köməklik edə biləcəyini bildirmişdir. Pasportunun fotoşəklini sonuncuya göndərmiş və Aidə ona bilet almışdır. xx.xx.2020-ci il tarixdə Dubay şəhərinə getmişdir. Orada onu “Ayşən” adlı qadın qarşılamış və Aidənin evinə aparmışdır. Onu orada yerləşdirmişlər və istirahət etmişdir. Aidə pasportunu alıb iş üçün icazə düzəltdirəcəyini bildirmişdir. Ayşən də verməli olduğunu və bu barədə narahat olmamağını bildirmişdir. O, pasportunu Ayşənə vermişdir. Ayşən də bunu təsdiqləmiş və narahat olmamağını bildirmişdir. Aidəyə nə işləyəcəyini soruşduqda o buraya gəlməyi və qalmağı üçün xərclər çəkdiyini buna görə də Ayşənlə gecə klublarına gedib özünün tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olacağını bildirmişdir. Aidəyə buna görə buraya gəlmədiyini, əgər bu işlə məşğul olmalı olsa idi, Türkiyədə də edə biləcəyini bildirmişdir. Lakin Aidə onun yanına gəldiyi üçün verdiyi göstərişlərə tabe olmağını demişdir. Daha sonra üstünə qışqırıb təhdid etməyə başlamışdır. Uzun illərdir ki, orada yaşadığını, burada geniş əlaqələrinin olduğunu və onu məhv edə biləcəyini bildirmişdir. Daha sonra məcburiyyət qarşısında Aidə ilə razılaşmışdır. Bundan sonra, Ayşən onları özü ilə birlikdə müxtəlif gecə klublarına aparmağa başlamışdır. Ayşən onları gecə klublarına aparıb orada onlara müştəri tapmışdır. Müştəri ilə qiymət barədə danışıb pulu aldıqdan sonra onlara həmin müştəri ilə getməli olduqlarını bildirmişdir. Müştəri ilə cinsi əlaqədə olmaq üçün getdikdə onların tanışları olan taksilər gözləyirmişlər. Həmin müddət ərzində isə Ayşən gözləyərək daha sonra onları oradan götürərək evə gətirmişlər. Gün ərzində 3-4 dəfə Ayşən öz nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olmağı üçün görüşdürmüş və bundan qazanc əldə etmişdir. Ayşən müştərilərdən pulu özü almışdır. Əldə etdiyi puldan isə çox az hissəsi ona verilmişdir. Ayşən isə aldığı pulu Aidəyə vermişdir. Təxminən 2021ci ilin fevral ayının sonlarınadək olan müddət ərzində Aidə və Ayşən onu müxtəlif kişi müştərilərlə görüşməyə məcbur etmişlər. Məcbur olub onların dedikləri ilə razılaşmışdır. 2021-ci ilin fevral ayının sonlarında bir nəfər X7 vətəndaşı ilə tanış olmuşdur. Onun adı Thani idi. Ona başına gələnlər barədə danışmışdır. Daha sonra sonuncu Aidənin yanına gəlmiş və müəyyən pul müqabilində pasportunu Aidədən alıb onu oradan çıxarmışdır. Daha sonra Thani qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikasına gəlmişdir. Daha sonra Dubay şəhərinə Thani ilə görüşmək üçün getmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 baş idarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən X8 Dubay şəhərinə aparıldıqlarını, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını göstərmişlər. Baş idarə rəhbərliyi tərəfindən ərizələrin araşdırılması ona və Məhəmmədə həvalə edildi. Tərəflərindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 izahatları alınmış, bundan sonra “Təqsirləndirilən şəxs” adlı qadının şəxsiyyəti müəyyən edilmiş, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1994-cü ildə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra toplanmış material prosessual qərar qəbul olunması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs izahatının alınması üçün baş idarəyə dəvət edilərək BMCMİ-nin İstintaq İdarəsinə təqdim edilmişdir. Bundan sonra 29 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə baş idarəyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən X8 Dubay şəhərinə aparılaraq orada cinsi istismara məruz qaldıqlarını bildirmişlər. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 ərizəsi, Təqsirləndirilən şəxs barəsində toplanılmış materiala əlavə edilməsi və prosessual qərar qəbul edilməsi üçün BMCMİ-nin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsussatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” prtokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” prtokoldan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” X14 daxil olmuş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 10 iyul 2024-cü il tarixli 1999 saylı rəyində aşağıdakılar qeyd edilmişdir: Zərərçəkmiş şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs3 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs3 əqliintellektual imkanlarımn(qavrama, diqqət, yaddaş, təfəkkür, dərketmə, və s.) normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs3 əqliintellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündür. Zərərçəkmiş şəxs3 ona qarşı cinayət törədilən vaxt olduğu yerdə məcburi qalması hansı kənar təsir və ya hansı kənar şəxslərin təsirinin altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs3 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” X14 daxil olmuş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 10 iyul 2024-cü il tarixli 2000 saylı rəyində aşağıdakılar qeyd edilmişdir: Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarınm(qavrama, diqqət, yaddaş, təfəkkür, dərketmə, və s.) normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs2 əqliintellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Emosioal sabitlik, ünsiyyətçilik, adaptivlik kimi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqliintellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündür. Zərərçəkmiş şəxs2 ona qarşı cinayət törədilən vaxt olduğu yerdə məcburi qalması hansı kənar təsir və ya hansı kənar şəxslərin təsirinin altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs C 02114503 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 12:26-da “Heydər Əliyev adına X15”dan keçməklə Azrəbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 18:52-də həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adma X15”dan respublikaya daxil olmuşdur, xx.xx.2022-ci il tarixdə saat 14:32-də “Heydər Əliyev adına X20 n”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00- da həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15”- dan respublikaya daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs C 02114503 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 12:26-da “Heydər Əliyev adına X15”dan keçməklə Azrəbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 18:52-də həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15”dan respublikaya daxil olmuşdur, xx.xx.2022-ci il tarixdə saat 14:32-də “Heydər Əliyev adına X15”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00-da həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15”-dan respublikaya daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 C 03140377 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 05:39-da "Heydər Əliyev adına X15"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il -tarixdə saat 16:39da həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X21"-dan respublikaya daxil olmuşdur, xx.xx.2021-ci il tarixdə saat 09:45-də "Heydər Əliyev adına X22"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 11:27-də həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur, xx.xx.2022-ci il tarixdə saat 19:18-də "Heydər Əliyev adına X15"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:04-da həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"-dan respublikava daxil olmuşdur, xx.xx.2022-ci il tarixdə saat 09:42-da "Heydər Əliyev adına X15"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 02:54- də həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"- dan respublikaya daxil olmuşdur, xx.xx.2022-ci il tarixdə saat 13:44-də “Heydər Əliyev adına X15”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 05:51-də həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur,xx.xx.2023-cü il tarixdə saat 07:47-də həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının ərazisini Rusiya Respublikası istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə 11:21-də həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15”-dan respublikaya daxil olmuşdur, xx.xx.2023-cü il tarixdə həmin sənəddən istifadə etməklə"Heydər Əliyev adına X15”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə 16:13-də həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15”-dan respublikaya daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 C 00151497 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 12:19-da "Heydər Əliyev adına X15"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 14:27-də həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 05:32-də "Heydər Əliyev adına X15"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə 06:46-da həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə 10:15-də "Heydər Əliyev adına X15"-dan keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 02:11də həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13:03-da ”Heydər Əliyev adına X15”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 11:35-də həmin sənəddən istifadə etməklə “Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur, xx.xx.2023-cü il tarixdə saat 08:07-də "Heydər Əliyev adına X15”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini X8 Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 17:34-də həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"- dan respublikaya daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 C 00377343 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 13:03-da “Heydər Əliyev adına X15”-dan keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 06:26-da həmin sənəddən istifadə etməklə "Heydər Əliyev adına X15"-dan respublikaya daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, cinayətlərdən biri təsnifata görə ağır cinayətdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Səidə Şahniyarova və Zərərçəkmiş şəxs2 Dubay şəhərinə gələrkən hansı işi görəcəklərindən xəbərdar olması, sonuncuların və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 pasportlarını əllərində almaması, sonunculara məxsus pasportların özlərində olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1ci, 144-1.2.2-ci, 144-1.2.4-1-ci, 144-1.2.5-ci və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, 144-1.2.2-ci, 144-1.2.4-1-ci, 144-1.2.5-ci və 144-3.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun mənfi xarakterizə olunmayan şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti mənzilkommunal təsərrüfatı istehsalat birliyinin 1 saylı mənzil-kommunal sahəsi tərəfindən verilmiş xasiyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvan polis idarəsinin inzibati binası olduğu üçün orada yaşayış yoxdur. Sonuncunun üç övladı var. 1 saylı mənzil-kommunal sahəsində qeydiyyatda olduğu müddətdə barəsində şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını (Uşaqlardan ikisi - X23 və X2 Ayşən Elçin qızı barəsində həbs qətimkan tədbiri seçildiyi üçün müvəqqəti olaraq müvafiq sosial xidmət müəssisəinə yerləşdirilmişdir.) zərər çəkmiş şəxslərin şikayətçi olmamasını və aralarında barışıq əldə etmələrini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 30 avqust 2013-cü il təvəllüdlü X10 və 12 iyul 2021-ci il təvəllüdlü X17 anadan olmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti mənzilkommunal təsərrüfatı istehsalat birliyinin 1 saylı mənzil-kommunal sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardır: uşaqları Pərvin Sadıqov, Əli Sadıqov və Raul Sadıqov. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 noyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs ünvanlanmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs övladları X23, X17 və bacısının övladı İlknuru himayəsinə götürməsi bağlı xx.xx.2024-cü il tarixli ərizəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır. Agentlik tərəfindən uşaqların Təqsirləndirilən şəxs himayəsinə qaytarılması ilə bağlı sonuncunun yaşadığı ünvan 6 ünvanında Agentliyin əməkdaşı tərəfindən qiymətləndirmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs bacısının övladı İlknur üzərində rəsmi qəyyum (himayəçi) təyin olunmamışdır. Sonuncu barəsində açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi yekunlaşdıqdan sonra yenidən qiymətləndirmə aparılaraq uşaqların təqsirləndirilən şəxsin himayəsinə qaytarılması ilə bağlı müvafiq qərar qəbul olunacaqdır. Cinayət işinin materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X28 Perinetal Mərkəz tərəfindən verilmiş “Əvəzləmə kartı”ndan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə qız uşağı dünyaya gətirmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hazırda himayəsində iki azyaşlı uşağının olmasını, digər iki uşağının əvvəllər himayəsində olmaqla hazırki cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində barəsində həbs qətimkan tədbiri seçildiyi üçün cinayət işi üzrə yekun qərar qəbul edilənədək və işinin nəticəsində asılı olaraq müvafiq sosial xidmət müəssisəsinə yerləşdirildiklərini, himayəsində olan uşaqlarından biri - 16 sentyabr 2024-cü il tarixli qızının kifayət qədər azyaşlı olmaqla, sonuncunun həm qidalanma, həm də qayğı baxımından anasına olan ehtiyacını, zərər çəkmiş şəxslərin şikayətçi olmamasını və aralarında barışıq əldə etdiklərini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. BMT-nin Baş Məclisi tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin birinci bəndinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdən hökmün elan olunduğu tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müadirə ediməsli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 27 (iyirmi yeddi) iş saatı üçün 162 (yüz altmış iki) manat məbləğində vəsait «Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1ci, 144-1.2.2-ci, 144-1.2.4-1-ci, 144-1.2.5-ci və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, 144-1.2.2-ci, 144-1.2.4-1-ci, 144-1.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 03 (üç) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 27 (iyirmi yeddi) iş saatı üçün 162 (yüz altmış iki) manat məbləğində vəsait “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-486/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-486/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver