Məhkəmə qərarları › İş №1(101)-487/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-487/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-487/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:20-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qız, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 2002-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 sentyabr 2019-cu il tarixdə saat 18 sadələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/48 saylı binanın qarşısında qonşusu Zərərçəkmiş şəxs3 gəlini Şahid1 ilə törətmiş olduqları xuliqanlıq zamanı onun anası X6 ilə mübahisə edib səs-küy etmələri səbəbindən oraya gəldikdə Zərərçəkmiş şəxs3 oğlu Zərərçəkmiş şəxs2 bədənin müxtəlif hissələrindən evdən götürdüyü taxta parçası ilə və yumruqla vuraraq sonuncuya boyun nahiyəsində əzilmiş yara, boyun, sağ kürəküstü, döş qəfəsinin arxa səthi nahiyələrində sıyrıqlar, sağçiyin qurşağı və sağ bazu nahiyələrində qançırlardan ibarət ümumilikdə qəsdən sağlamlığa yüngül zərər vurulmuş, bu zaman onlara yaxınlaşmaq istəyən Zərərçəkmiş şəxs3 sağ qol və döş nahiyəsindən yumruqla, taxta parçası ilə, ayaq nahiyəsindən təpiklə vurub yerə yıxaraq ona sağ said nahiyələrində əzilmiş səthi dəri yaraları, sağ said nahiyəsində qançır, bel və sol bud nahiyələrində hematomalarından ibarət xəsarətlər yetirərək ümumilikdə qəsdən sağlamlığa yüngül zərər vurmış və öz qanunsuz hərəkətlərini davam etdirərək əlindəki taxta parçası ilə hadisə yerində olan Zərərçəkmiş şəxs3 digər oğlu Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir dəfə qəsdən vuraraq ona OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpəgicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara kimi ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) daimi dayanıqlı itirilməsi ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. 18 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olan öz otağında qapını bağlayıb çarpayıda uzanıb mobil telefonda qulaqcıqla kinoya baxmışdır. Daha sonra sanitar qovşağa gətmək üçün otağından foyeyə, yəni dəhlizə çıxmışdır. Bu zaman anası Sevdanın mənzilin giriş qapısında olduğunu və mənzilin giriş hissəsində adının sonradan Xatirə və Nuranə olduğunu öyrəndiyi şəxslərin anası ilə mübahisə edərək əl-qol atdıqlarını görmüşdür. Onlara yaxınlaşan zaman adının sonradan Tuncay və Orxan olduğunu öyrəndiyi şəxslərin də, binanın dəhlizində olduğunu görmüşdür. Həmin vaxt onlar anası ilə mübahisə edib bacısı Sevincin harada olduğunu soruşaraq yaşadığı mənzilə daxil olmağa çalışmışlar. Mübahisə zamanı Tuncay bacısı Sevincin ünvanına nalayiq ifadələr işlətmiş və anası Sevdanı itələdiyi üçün anası yerə yıxılaraq qolundan xəsarət almışdır. Bu zaman onların yenidən yaşadığı mənzilə daxil olmaq istədiklərini görüb onların qarşısını almaq üçün mənzilin giriş hissəsində olan pol taxtasını götürüb onları çölə çıxarmışdır. Həmin vaxt Tuncay və Orxanın onun üzərinə gəldiyini görüb özünü müdafiə etmək üçün mənzildən götürdüyü pol taxtası ilə onların boyun nahiyəsindən vurmuş və zərbənin təsirindən pol taxtası qırılaraq yerə düşmüşdür. Bundan sonra onlar mənzilə daxil olub içəridən qapını bağlamışlar. Buna baxmayaraq Tuncay və yanında olan şəxslər mənzilin giriş qapısını təpiklə və pol taxtası ilə vuraraq qapının tııtacağı və şüşəsini qırmışlar. Daha sonra onların getdiyini görüb blokun dəhlizinə çıxaraq pəncərədən həyətə baxan zaman Tuncay və yanında olan anası Xatirənin, arvadı Nuranənin, qardaşı Orxanın onlara söyüş söydüyünü eşitmişdir. Buna görə də, binanın həyətində olan avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş yerə yaxınlaşıb onlara söyüş söyməmələrini bildirmişdir. Bu zaman Xatirə pol ağacı ilə onun başına arxadan bir dələ zərbə vurmuşdur. Bu zərbənin təsirindən başı silkələnmiş və verə yıxılmışdır. Başından qan axmağa başlamışdır. Sonradan Nuranə, Xatirə və Tuncay başından, belindən zərbələr vurmağa başlamışlar. Bundan sonra Tuncayın atası Vaqif gələrək onları ayırmış və mübahisə yekunlaşmılşdır. Daha sonra polis əməkdaşları gələrək hər kəsi sakitləşdirmişlər. Bundan başqa bildirmişdir ki, Tuncayı həyətdə vurmamış, iki nəfərin Tuncayı tutması və onun Tuncayın başına zərbə vurması kimi hadisə baş verməmişdir. Hadisə zamanı qardaşı yanında olmamış, qardaşı yalnız onu polis bölməsinə aparmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadələrində göstərdiyi xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. 18 sentyabr 2019-ca il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman anası Zərərçəkmiş şəxs3 mobil telefonla arvadı Şahid1 zəng elmiş və onunla danışdıqdan sonra Nuranə demişdir ki, həmin günü səhər saatlarında anasının qonşuluğunda yaşayan əvvəllər tanımadığı adını sonradan bildiyi Sevinclə arasında, binanın liftində yaranmış sıxlığa görə sözlə mübahisə yaranmışdır. Ona görə də dərhal arvadı Nuranə və həmin vaxt yaşadığı evdə qonaq olan qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə özünə məxsus “Lexus” markalı **-RK-*** nömrəli avtomobillə anasının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evin qarşısına gəlmişdir. Onlar anasının yaşadığı evin qarşısına çatıb avtomobili saxlamış və birlikdə avtomobildən düşdükdə atası Şahid2 binanın qarşısında olduğunu görmüşdür. O, atası ilə baş vermiş hadisənin səbəbi barədə söhbət etməyə başlamış, arvadı Nuranə və qardaşı Orxan birlikdə valideynlərinin yaşadığı mənzilə qalxmışlar. Təxminən 10 dəqiqədən sonra valideynlərinin yaşadığı binanın yuxarı mərtəbəsindən səs-küy gəldiyini eşitmişdir. Sonra qardaşı Orxan binanın girişindən çıxdıqda Orxanın boyun nahiyəsindən qan axdığını görmüşdür. Nə baş verdiyini soruşduqda Orxan özünü pis hiss etdiyini, onu döydüklərini demişdir. Həmin vaxt anası ilə arvadı da binadan çıxmışlar və yaşadıqları binanın 14-cü mərtəbəsində yaşayan, sonradan adının Rüfət olduğunu bildiyi şəxs tərəfindən döyüldüklərini bildirmişlər. Ona görə də o, atası, anası və arvadı birlikdə binanın qarşısında saxladığı avtomobilinə əyləşərək baş vermiş hadisə ilə əlaqədar şikayət etmək məqsədi ilə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmək qərarına gəlmişlər. Həmin vaxt üç nəfər əvvəllər tanımadığı, adının sonradan bildiyi Təqsirləndirilən şəxs Mahımıd oğlu və digər 2 nələr şəxs onlara tərəf yaxınlaşmış və onların ünvanına nalayiq sözlər deməyə başlamışlar. Onlardan biri bildiyinə görə orada olan avto yuma məntəqəsində işləmiş, hündür boylu, orta çəkili, uzun saçlı, idman bədən quruluşlu, qara saçlı oğlan, digər şəxs isə orada binanın altında olan "ibrahim power” idman zalında müəllim işləmiş, orta boylu, orta çəkili, qısa saçlı, idman bədən quruluşlu, şəxs olmuşdur. Bu zaman iki nəfər əvvəllər tanımadığı oğlanlardan orta boylu idmançı olan şəxs sol qolundan, digər şəxs isə sağ qolundan tutmuş, Rüfət isə yumruqla bir neçə dəfə baş nahiyəsinə vurmuşdur. Tanımadığı iki nəfər isə ayaqları ilə ayaq nahiyəsinə, şillə və yumruqla isə bas nahiyəsinə vurmağa başlamışlar. Bunu gördükdə atası, anası və arvadı yaxınlaşaraq həmin şəxsləri sakitləşdirməyə çalışmışlar. Gözünün tutulduğunu görüb ucadan qışqıraraq "gözüm görmür” demişdir. Bu zaman Rüfət ayağı ilə atasını vurmuş və zərbədən atası yerə yıxılmış, digər iki nəfər isə anasını və arvadını ayaqları ilə vurmağa başlamışlar. Bundan sonra birtəhər yerdən qalxıb atası, anası və arvadı ilə birlikdə özünə məxsus avtomobilə getmək istəsələr də, Rüfət, həmçinin onun yanında olan iki nəfər tanımadığı şəxslər əlləri və ayaqları ilə onları vurmağa davam etmişlər. Həmin vaxt Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları xidməti avtomobillə onlara yaxınlaşmış və onu avtomobillə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman Rüfət də polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarına baş vermiş hadisə ilə əlaqədar məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 21 yanvar 2020-ci il tarixli üzləşdirilmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası Şahid2 və anası Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 qardaşıdır. Şahid1 isə qardaşı Tuncayın arvadıdır. 18 sentyabr 2019-eu il tarixdə saat 16 radələrində qardaşı Tuncayın evinə qonaq getmişdir. Orada olan vaxt anası Xatirə gəlini Nuranəyə zəng etmiş və onunla danışdıqdan sonra Nuranə onlara demişdir ki, həmin günü səhər saatlarında anasının qonşuluğunda yaşayan əvvəllər tanımadığı adını sonradan bildiyi Sevinclə arasında, binanın liftində yaranmış sıxlığa görə sözlə mübahisə yaranmışdır. Ona görə də onlar birlikdə, yəni Nuranə və qardaşı Tuncay ilə birlikdə Tuncaya məxsus “Lexus” markalı, **-RK-*** nömrəli avtomobillə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evinin qarşısına gəlmişlər. Onlar yaşadığı evin qarşısına çataraq Tuncay avtomobili saxlamış və onlar birlikdə avtomobildən düşdükdə atası Şahid2 və anası Xatirənin binanın qarşısında dayandığını görmüşlər. Həmin vaxt Tuncay baş vermiş hadisənin səbəbi barədə atası Vaqiflə söhbət etməyə başlamışdır. O, Xatirə və Nuranə birlikdə yaşadığı mənzilə qalxmış, binanın 11-ci mərtəbəsində yerləşən mənzilin qarşısına çatdıqda, əynini dəyişmək üçün yaşadığı mənzilə daxil olmuşdur. Anası Xatirə və Nuranə isə birlikdə binanın 14-cü mərtəbəsinə çıxmışlar. Mənzilin içərisində olarkən yuxarıdan qışqırıq səsləri eşitmişdir. Buna görə də, dərhal mənzildən çıxaraq yuxarıya doğru baxan zaman dəhlizdən gələn səsin Xatirə və Nuranənin səsi olduğunu başa düşmüşdür. Buna görə də tez 11-ci mərtəbədən 14-cü mərtəbəyə qalxmışdır. Həmin vaxt adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs əlində döşəməni silmək üçün istifadə edilən taxta parçası olduğunu, taxta parçası ilə anası Xatirə və Nuranəni vurduğunu görmüşdür. Buna görə də, tez Rüfətin qarşısına keçərək onun əlində olan taxta parçasını almağa cəhd etmişdir. Həmin vaxt Rüfət bir neçə dəfə təpik zərbəsi ilə onun qarın nahiyəsindən vurmuşdur. Bundan sonra anası Xatirə və Nuranəni müdafiə edərək onları pilləkəndən aşağı endirmək istəyən zaman Rüfət əlindəki taxta parçası ilə boyun nahiyəsindən ardıcıl üç dəfə zərbə ilə vurmuşdur. Geri çevrilən zaman Rüfətin əlində olan döşəməni silmək üçün olan taxtanın sınmış vəziyyətdə olduğunu görmüşdür. Rüfətin taxta parçası ilə vurduğu zərbədən boyun nahiyəsindən xəsarət almış və boynundan qan axmağa başlamışdır. Anası Xatirəni və Nuranəni götürüb binanın həyətinə aparmışdır. Həmin vaxt qardaşı Tuncay da binanın həyətində olmuşdur. Boynundan qan gəldiyi üçün yaxınlıqdakı yaşadığı binanın əks tərəfindəki aptekə getmişdir. Həmin aptekdən sarğı almış, boynunu aptekin qarşısında dayanaraq sarımışdır. Bir müddət sonra anası Xatirəyə zəng edib halını soruşan zaman anası 34-cü PŞ-də olduqlarını və oraya gəlməyini bildirmişdir. Buna görə polis şöbəsinə gedərək baş vermiş hadisə barədə izahat vermişdir. Daha sonra öyrənmişdir ki, sarğı almaq üçün aptekə gedən zaman yaşadığı binanın qarşısında Rüfət və yanında olan iki nəfər tanımadığı şəxs qardaşı Tuncayla mübahisə etmiş, həmin iki nəfər şəxs Tuncayın qollarından tutub saxlamış, Rüfət isə yumruq zərbələri ilə Tuncayın baş nahiyəsindən vurmuşdur. Həmin vaxt orada olan anası Xatirə, atası Vaqif və Nuranə onları ayırmaq istəyən zaman Rüfət və yanında olan iki nəfər şəxs onları da vurub xəsarət yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda əri X4 və oğlu Zərərçəkmiş şəxs2 oğlıı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 oğludur, Şahid1 isə gəlinidir. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində işə getmək üçün yaşadığı binanın liftinə daxil olmuşdur. Bu zaman insan çox olduğu üçün üzr istəmişdir. Liftdə olarkən sonradan adının X6 olduğunu öyrəndiyi şəxs söz atmış və bildirmişdir ki, “adam çoxdur niyə liftə daxil olub sıxlıq yaradırsınız”. Bu zaman aralarında söz mübahisəsi yaranmış və binanın həyətinə qədər sözlə mübahisə edərək getmişlər. Həmin qadın onu nalayiq söyüşlərlə təhqir etmişdir. Öz avtomobilinə əyləşərkən ondan polisə şikayət edəcəyini bildirmişdir. Daha sonra oradan uzaqlaşmış və iş yerinə getmişdir. İş yerində olan zaman DlN-nin "102“ xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və ərizə yazaraq 34-cü RŞ-nin dəftərxanasına təqdim etmişdir. Sonra isə dəftərxanadan sahə inspektorıınun mobil nömrəsini istəmişdir. Daha sonra yaşadığı binaya gəlib liftə daxil olub 11-ci mərtəbədə olan mənzilinə qalxmaq istəyərkən liftə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs əlində formasını və rəngini xatırlamadığı bıçaqla nümayiş etdirərək, ona toxundurmadan hədələyib “mənim bacımdan şikayət etmisən, təcili şikayətini geri götür, əks təqdirdə səni öldürəcəyəm” sözlərini demişdir. Daha sonra mənzilinə gedib gəlini Nuranəyə zəng etmiş və olanları ona bildirmişdir. Nuranə isə halının pis olduğundan narahat olub oğlu Tııncay və Orxanla birlikdə gələcəyini bildirmişdir. Saat 18 radələrində oğlu Tuncay, gəlini Nuranə və oğlu Orxan yanına gəlmişlər. Binanın həyətində görüşmüşlər. Həmin şəxslərin mənzilini qonşulardan 14-cü mərtəbədə olduğunu öyrənmişlər. Gəlini Nuranə ilə birlikdə həmin mənzilə getmiş və qapını döymüşdür. Bu zaman Rüfət qapını açmışdır. Həmin vaxt Rüfət onları görən kimi heç bir aydınlıq gətirilmədən döşəməni silmək üçün istifadə edilən taxta parçasını götürüb onun və gəlini Nuranənin üzərinə gəlmişdir. Həmin vaxt onların səsinə oğlu Orxan yanına gəlmişdir. Orxan Rüfətin üstünə gəldiyimi görüb, onun qarşısını almağa çalışarkən Rüfət həmin taxta ilə Orxanın boynunun arxa nahiyəsinə zərbə endirmişdir. Bundan sonra Rüfət təpik və yumruqları ilə Orxanın bədəninin arxa nahiyəsinə zərbələr endirmişdir. Bu zaman oğlu Orxanı onun əlindən almaq üçün qarşısına keçmiş və Rüfət onun sağ qoluna vurmuşdur. Həmin vaxt onlar Rüfətin əlindən qaçıb binanın həyətinə düşmüşlər. Orxanın boyun nahiyəsində kəsik izləri olmuşdur. Onlar binanın həyətində olarkən oğlu Tuncay da orada olmuş və səsə- küyə Vaqif də gəlmişdir. Rüfət yuxarıdan taxta parçasının bir hissəsini onlar tərəfə atmış, lakin heç kimə dəyməmişdir. Sonra Rüfət onların arxasınca binanın həyətinə gəlmişdir. Binanın həyətinə düşənədək Rüfətin qardaşları kimi tanıdığı Qoca və adını bilmədiyi şəxs artıq onları vurmaq məqsədi ilə orada olmuşlar. Həmin vaxt Rüfətin əlində həmin taxta parçasının hissələri olmuşdur. Rüfət taxta parçası ilə qolundan vurmuş və taxta parçalarını yerə atmışdır. Həmin iki nəfər şəxs Tuncayı kənara çəkmiş, Rüfət isə yumruq və təpikləri ilə Tuncayın bədəninin müxtəlif nahiyələrinə, həmçinin baş nahiyəsinə vurmağa başlamışdır. Bıı zaman Tuncay ucadan qışqırıb “gözüm görmür" demişdir. X12 vəziyyətinin pis olmasım görüb onları ayırmaq üçün oraya yaxınlaşmışdır. Rüfət Vaqifi də təpiklə qarın nahiyəsinə vuraraq yerə yıxmışdır. Həmin vaxt o, Rüfətə yaxınlaşıb onları ayırmaq istəmiş, bu zaman Rüfət təpiklə döş qəfəsinin sağ yanından vuraraq onu da yerə yıxmışdır. Bundan sonra Tuncay DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gələrkən Rüfət oradan qaçmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 18 yanvar 2020-ci il tarixli üzləşdirilmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yışayır. Zərərçəkmiş şəxs1 əridir. Zərərçəkmiş şəxs3 qaynanasıdır. 18 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman qayınanası Zərərçəkmiş şəxs3 istifadə etdiyi mobil telefonuna zəng vurub danışarkən, həmin günü səhər saatlarında qonşuluqlarında yaşayan tanımadığı qadınla binanın liftində yaranmış sıxlığa görə aralarında sözlə mübahisə yarandığını bildirmişdir. Bundan sonra bu barədə əri Tuncaya demişdir. Həmin vaxt qaynı Zərərçəkmiş şəxs2 də onlara qonaq gəlmişdir. Bundan sonra Tuncay və Orxan birlikdə əri Tuncaya məxsus idarə etdiyi “Lexsus " markalı **-RK-*** nömrəli avtomobillə qayınanası Xatirənin yaşadığı Bakı səhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evin qarşısına getmişlər. Binanın qarşısına çatdıqda Tuncay avtmobili binanın qarşısında saxlamış və onlar birlikdə avtomobildən endikdə qayınatası Şahid2 və qayınanası Xatirənin binanın qarşısında dayandığını görmüşlər. Bundan sonra qayınanası Xatirə və qaynı Orxanla birlikdə qayınanasının yaşadığı mənzilə getmişlər. Tuncay və atası Vaqif isə binanın qarşısında qalmışlar. Onlar birlikdə, binanın 11-ci mərtəbəsində yerləşən mənzilin qarşısına çatdıqda qaynı Orxan əynini dəyişmək üçün yaşadıqları mənzilə daxıl olmuşdur. Qayınanası Xatirə ilə birlikdə binanın 14-cü mərtəbəsinə qalxmış və orada adını sonradan öyrəndiyi Sevinc Rzayevanın yaşadığı mənzilin qapısını döymüşlər. Həmin vaxt mənzilin qapısını adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs açmışdır. Bu zaman qaynanası Xatirə söhbət etmək məqsədi ilə Rüfətə anası Sevdanı çağırmasını bildirmişdir. Həmin vaxt Rüfət qaynanası Xatirəyə "nəyə gəlmisən" sözlərini deyib onlara nalayiq ifadələr işlədərək mənzilin giriş qapısının arxa hissəsində olan döşəməni silmək üçün istifadə edilən taxta parçasını götürüb üzərilərinə gəlmişdir. Rüfət onu əlləri ilə kənara itələyib bir neçə dəfə təpik zərbəsi ilə sol ayaq nahiyəsindən vurmuş və qışqırmağa başlamışdır. Yaranmış səsküyə qaynı Orxan da yaşadığı mənzildən çıxaraq 14-cü mərtəbəyə qalxmışdır. Həmin vaxt Orxan Rüfətə yaxınlaşaraq əlində olan döşəməni silmək üçün istifadə edilən taxta parçasını almaq istədikdə, Rüfət taxta parçası ilə Orxana bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Rüfət əlində olan taxta parçası ilə Orxanı vuran zaman Orxan boynunun arxa nahiyəsindən xəsarət almış və boynundan qan axmağa başlamışdır. Bundan sonra Rüfət təpik və yumruqlan ilə Orxanın bədəninin arxa nahiyəsinə zərbələr endirmişdir. Bu zaman qayınanası Xatirə Orxanı onun əlindən almaq üçün qarşısına keçmiş və Rüfət Xatirənin sağ qoluna da vurmuşdur. Orxan xəsarət aldığına görə aralanıb aşağı düşmüşdür. Bundan sonra o və Xatirə Orxanın arxasınca oradan binanın qarşısına düşmüş, həmin vaxt onlar binanın qarşısında olan əri Tuncaya binanın 14-cü mərtəbəsində yaşayan Rüfət tərəfindən döyüldüklərini demişlər. Sonra onlar, yəni o, qayınatası Vaqif, Xatirə və Tuncay birlikdə binanın qarşısında Tuncayın saxladığı avtomobilinə əyləşərək baş vermiş hadisə ilə əlaqədar şikayət elmək məqsədi ilə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmək qərarına gəlmişlər. Həmin vaxt əri Tuncay DİN-nin 102 xidmətinə zəng vuraraq döyülməkləri barədə məlumat vermişdir. Bu zaman Rüfət və iki nəfər əvvəllər tanımadığı şəxslər onlara tərəf yaxınlaşaraq nalayiq sözlər işlətmişlər. Həmin iki nəfər tanımadığı şəxslər Tıncayın qollarından tutmuş, Rüfət isə yumruqla bir neçə dələ Tuncayın baş nahiyəsinə vurmuşdur. Həmçinin tanımadığı iki nəfər şəxslər də ayaqları ilə Tuncayın ayaq nahiyəsinə vurmağa başlamışlar. Bu zaman Tuncay ucadan qışqırıb “gözüm görmür” demişdir. Xatirə və Vaqif Tuncayın vəziyyətinin pis olmasını görüb onları ayırmaq üçün onlara yaxınlaşmışlar. Rüfət təpiklə Vaqifin də qarın nahiyəsinə vuraraq yerə yıxmışdır. Həmin vaxt Xatirə də Rüfətə yaxınlaşıb onları ayırmaq istəmiş, bu zaman Xatirəni də Rüfət təpiklə döş qəfəsinin sağ yanından vuraraq yerə yıxmışdır. O, həmin şəxslərin Tuncayı döydüklərini görüb onlara yaxınlaşmış və əli ilə Rüfətin paltarından lutub dartaraq Tuncayı vurmalarının qarşısını almağa çalışmışdır. Bu zaman Rüfət təpik zərbəsi ilə onun qarın nahiyəsindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bu vaxt polis əməkdaşları xidməti avtomobillə hadisə baş verən verə gəlmiş və Tuncayı avtomobilə qoyaraq Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə aparmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 18 yanvar 2020-ci il tarixli üzləşdirilmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 arvadıdır. 18 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı evə gəlmiş və arvadı Xatirədən eşitmişdir ki, həmin günü səhər saatlarında qonşuluğunda yaşayan tanımadığı qadınla aralarında, binanın liftində yaranmış sıxlığa görə sözlə mübahisə yaranmışdır. Bundan sonra arvadı Xatirə bu barədə mobil telefon vasitəsilə oğlu Tuncayın arvadı Nuranəyə məlumat vermişdir. Həmin günü saat 16 radələrində yaşadığı mənzildən binanın qarşısına çıxmış və daha sonra oğlanları Tuncay, Orxan və Tuncayın arvadı Nuranə birlikdə Tuncaya məxsus avtomobillə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evin qarşısına gəlmişlər. Orada Tuncayla baş vermiş hadisənin səbəbi barədə söhbət etməyə başlamışlar. Oğlu Orxan isə gəlini Nuranə və Xatirə ilə birlikdə yaşadığı mənzilə qalxmışlar. 10 dəqiqədən sonra onlar binanın yuxarı mərtəbəsindən səs-küy gəldiyini eşitmiş və az sonra oğlu Orxan binanın girişindən çıxdıqda onun boyun nahiyəsindən qan axdığını görmüşdür. Ondan nə baş verdiyini soruşduqda Orxan onu döydüklərini demişdir. Həmin vaxt arvadı Xatirə və gəlini Nuranə birlikdə yaşadığı binadan çıxmışlar və binanın 14-cü mərtəbəsində yaşayan, sonradan adının Rüfət olduğunu bildiyi şəxs tərəfindən döyüldüklərini bildirmişlər. Ona görə də arvadı Xatirə, oğlu Tuncay və gəlini Nuranə ilə birlikdə binanın qarşısından aralaşaraq Tuncaya məxsus avtomobilə tərəf getmişlər. Məqsədi baş vermiş hadisə ilə əlaqədar şikayət etmək üçün Xəiai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmək olmuşdur. Həmin vaxt əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs və iki nəfər əvvəllər tanımadığı şəxslər onlara tərəf yaxınlaşaraq nalayiq sözlər işlətmişlər. Həmin iki nəfər tanımadığı şəxslər Tuncayın qollarından tutmuş, Rüfət isə yumruqla bir neçə dəfə Tuncayın baş nahiyəsinə vurmuşdur. Həmçinin tanımadığı iki nəfər şəxslər də ayaqları ilə Tuncayın ayaq nahiyəsinə vurmağa başlamışlar. Bu zaman Tuncay ucadan, qışqırıb “gözüm görmür” demişdir. Bunu gördükdə yaxınlaşaraq həmin şəxsləri sakitləşdirməyə çalışmışdır. Bu zaman Rüfət əli ilə onun yaxasından tutub ona vurmuş və o, zərbədən yerə yıxılmışdır. Həmin vaxt Xatirə də Rüfəti sakitləşdirmək üçün oraya yaxınlaşmış, Rüfət arvadı Xatirəni və gəlini Nuranəni də vurmuşdur. Daha sonra polis əməkdaşları xidməti avtomobillə hadisə baş verən yerə gəlmiş və Tuncayı avtomobillə qoyaraq Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə aparmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Sevda və Xatirə xanımla qonşudur. O, həmin binanın 14-cü mərtəbəsində yaşayır, Sevda Rzayeva ilə qapı qonşudur. Qapı döyülən zaman Sevda Rzayeva qapını açmış, bu zaman qadınlar arasında söz söhbət başalmış, həmin vaxt kişilər də söhbətə qoşulmuşlar və Rüfət qapıya tərəf çıxmışdır. Bu vaxt Sevda Rzayevanın qolu qapının arasında qalmış və onun qolu kəsilmişdir. Sevda Rzayeva qapını bağlamaq istəyən zaman Tuncay təpik ilə qapıya vurmuş və zərbədən qapıda onun ayağının izi qalmışdır. Həmin vaxt Rüfət pol ağacını özlərini müdafiə üçün götürmüşdür, çünki onlar Tuncaygilə görə qapını bağlaya bilməmişlər. O, Tuncayın vurulduğunu görməmiş, lakin Rüfətin vurulduğunu görmüşdür. Daha sonra Sevinc telefon ilə polisə zəng edən zaman onlar çıxmağa başlamışlar və tanımadığı bir oğlan Rüfətə qarşı söyüş işlətmiş və aşağı düşməsini ona demişdir. Həmin vaxt qonşusu Sevda Rüfətə yalvararaq aşağı düşməməsini demişdir. Sonra onlar aşağı düşmüşlər və aşağıda yenə dava olmuşdur. Orada olan balaca boy qadın pol ağacı ilə Rüfəti arxadan vurmuş və Rüfətin başından qan axmışdır. Onlar Rüfətin başını yuyaraq buz qoymuşlar. Bir müddət sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 sentyabr 2019cu il tarixli 929 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol təpə- gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18 sentyabr 2019- cu ıl tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərorvurmaya aiddirlər. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 17 sentyabr 2021- ci il tarixli T 277/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 göz almasının qapalı travması, gözdə işıq duyğusu ilə nəticələnən torlu qişanın qopması, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə şahid X1 məhkəmə iclasında verdiyi ifadəni, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, şahid Elnarə Dursunovanın məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini onun cəzasını yünügülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Rüfət Rzayvein cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablanmalı və halhazırda yetkinlik yaşına çatdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1–ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar