Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-487/2023 19.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərcüməçi X3 iştirakı ilə 1976-cı il yanvarın 29-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs 2022-ci il avqustun 23-də saat 05 radələrində atalığı Şahid1 və mərhum anası X6 ünvanına şərəf və ləyaqəti alçaldan ifadələr işlətməsi səbəbinə aydınlıq gətirmək məqsədi ilə 2022-ci il avqustun 23-də saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu küçəsi, ev 35, mənzil 19 ünvanının qarşısında görüşdüyü Ağabala Əli oğlu X5 Ağayev ilə davranışda, əxlaq və mənəviyyat normalarına hörmətsizlik edib özündən yaşlı və qayğıkeş atalığına kobud cavab qaytarmasına görə Zərərçəkmiş şəxs tərəfindən özündən yaşlı Şahid1 ilə qeyd edilən tərzdə danışığın düzgün olmaması barədə irad tutduqda aralarında yaranan şəxsi münasibətlərin pozulması zəminində, səbəbli olaraq üzərində olan insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan iti uclu kəsici-deşici əşya ilə sonuncunu vurub Zərərçəkmiş şəxs sol ağciyərin yuxarı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (300 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici xarakterli alətin bir zərbəsinin təsiri ilə müşayiət olunmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, milliyyətcə rus olmasına baxmayaraq orta təhsilini Azərbaycan dilində almaqla sərbəst oxuya bilir, qonşusu olan, uzun müddətdir tanıdığı Zərərçəkmiş şəxs bundan öncə yaşadığı məhəllədən dəfələrlə oğurluq etdiyinə görə məhkum olunmuşdur. 2022-ci il avqustun 21-də saat 04 radələrində sonuncunun evlərinin təmir olunan otağının pəncərəsindən pilləkənə hoppanmağını görərək arxasınca bayıra çıxsa da Ağabalanı tutub saxlaya bilməmişdir. Həmin tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 35 «a» ünvanındakı X2 işlətdiyi «Murad» adlı marketdə olarkən Ağabala mağazaya daxil olaraq su almaqla pulunu Əmirsultana verdikdən sonra çıxıb getmişdir. 2022-ci il avqustun 23-də saat 05 radələrində atalığı Şahid1 Ağabalanın bir əlində iki ədəd torba ilə qonşuluqdakı evə girdiyini müəyyən etdiyini, sonuncunun yaşadığı məhəlləyə qayıdaraq Eldarın onu niyə güdməyi barədə sorgu-sual etdiyini və onun atalığını nalayiq ifadələrlə söyməklə sonuncu ilə başqa cür söhbət edəcəyi ilə hədələdiyini göstərilən tarixdə saat 12 radələrində öyrəndikdə o, məsələni aydınlaşdırmaq məqsədi ilə Ağabalagilə getmiş, bu zaman sonuncunun yaşadığı evin həyətində əyləşərək əlindəki mətbəx bıçağı ilə mis kabellərin örtüyünü soyduğunu müşahidə etmiş, yaxınlaşıb atalığı ilə aralarında nə baş verdiyini soruşanda Ağabala bir daha sonuncunun, habelə mərhum anası X6 ünvanına nalayiq söyüşlər söydüyündən o, sağ ayağı ilə Ağabalanı vuran vaxt sonuncu büdrəyərək yerə yıxılmış, Ağabala yerdən qalxıb bıçaqla onu vurmaq istədikdə o, özünü müdafiə etməyə məcbur qaldığından adı çəkilən qonşusunun əlindəki, sonuncuya tərəf çevirdiyi həmin bıçaq Ağabalanın bədəninə batmış, yəni o, göstərilən şəxsə qəsdən və yaxud da ehtiyatsızlıqdan xəsarət yetirməmiş, sonuncunu itələyəndə Ağabala sözügedən bıçağın üstünə yıxılmışdır. Hətta onun qolu sınıq olduğundan o, ittiham olunduğu bıçaq zərbəsini fiziki cəhətdən yetirə bilməzdi. Günahı olmasa da zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Hadisədən dərin məyusluq hissi keçirir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda irəli sürülən Azərbaycan Respublikasının CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş ittihamla bağlı o, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanır, 20 ildir tanıdığı qonşusu Təqsirləndirilən şəxs ilə münasibəti daima yaxşı olmuşdur. 2022-ci il avqustun 23-də saat 05 radələrində o, Rauf adlı dostugildən çıxaraq özünün yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvana gələn zaman Vyaçeslavın atalığı Şahid1 ona diqqətlə baxdığını gördükdə bunun səbəbi ilə maraqlanmış, sonuncu ona əsəbi vəziyyətdə «get işinlə məşğul ol, baxıram əcəb edirəm» deyəndə o, Eldarla görüşüb söhbət edəcəyini söyləmişdir. Həmin tarixdə saat 13 radələrində o, yaşadığı evin həyətində oturduğu vaxt əlindəki bıçaqla və rezakla kabellərin örtüyünü təmizləyərkən giriş qapısından Vyaçeslavın hirsli halda həyətə daxil olduğunu görərək rezakı yerə qoymuş, sonuncu Eldar ilə mübahisə etməsinə görə ona irad bildirmişdir. Bundan sonra aralarında başlayan münaqişə nəticəsində Vyaçeslav onun əlindəki bıçağı ona qarşı çevirib ehtiyatsızlıqdan sinə nahiyəsinin sol tərəfinə batırmışdır. O, dərhal qardaşı Şahid3 zəng etdikdə sonuncu özünü tez evə çatdırmaqla onu 1 saylı X9 aparmışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışaraq sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Vyaçeslavın onu vurmaq niyyəti olmamış, hadisənin törədildiyi bıçaq onun əlində olmuş, sonuncunun atalığını və mərhum anasını söydüyündən Vyaçeslav məsələni aydınlaşdırmaq üçün gəlmişdir. Kin saxladığına görə ibtidai istintaqda fərqli ifadə vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 1977-ci ilin noyabr ayından 2022-ci ilin avqust ayınadək X10 ilə qeyri-rəsmi ər-arvad kimi yaşadığını, qonşusu Zərərçəkmiş şəxs ilə münasibətinin əvvəllər normal olduğunu bildirib təqsirləndirilən şəxs olan oğulluğu Təqsirləndirilən şəxs ilə eyni məzmunda ifadə verməklə yanaşı hadisənin bilavasitə şahidi olmadığını göstərdi. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə törətdiyi əməli tam etiraf edərək atalığını və mərhum anasını söyən, qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu küçəsi, ev 35, mənzil 19 ünvanının həyətində sonuncunu təpiklə vurduqdan sonra göstərilən zaman mis kabellərin örtüyünü soymaqla məşğul olan Ağabalanın əlindəki bıçağı alıb həmin alətlə sonuncunun sol döş nahiyəsinə xəsarət yetirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 10-11, 44-45, 68-70 və 225- 227). Məhkəmə iclasında elan olunaraq tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadələrdə 2022-ci il avqustun 23-də saat 05 radələrində qonşusu Şahid1 ilə mübahisə etdiyinə görə həmin tarixdə saat 13 radələrində sonuncunun oğulluğu Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu küçəsi, ev 35, mənzil 19 ünvanının həyətində əynindəki şalvarın sağ yan cibindən mətbəx bıçağı çıxarmaqla sinə nahiyəsindən qəsdən bir zərbə endirdiyini, hadisə vaxtı onun əlində bıçaq yox, rezak olduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 96-98 və 189-190). Məhkəmə iclasında elan olunub tədqiq edilən Şahid1 ibtidai istintaqda verdiyi ifadədə oğulluğu Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxs təpiklə yerə yıxandan sonra sonuncunun əlindəki bıçağı almaqla əsəbindən nə etdiyini bilməyərək döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə vurduğunu sonradan öyrəndiyini göstərmişdir (1-ci cild, iş vərəqi 120-122). Məhkəmə iclasında elan olunub tədqiq edilən Şahid3 ibtidai istintaqda verdiyi ifadədə zərər çəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs ilə uyğun ifadə verərək hadisəni sonuncunun ona təcili yardım işçilərinin qardaşını xəstəxanaya aparmamışdan əvvəl danışdığını, Ağabalanın bıçaqlandığı yaşayış yerinə sonuncunun telefon zəngi əsasında gəldiyini göstərmişdir (1-ci cild, iş vərəqi 144-146). Məhkəmə iclasında elan olunub tədqiq edilən Şahid2 ibtidai istintaqda verdiyi ifadədə 2022-ci il avqustun 23-də saat 13 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs qonşusu Şahid1 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu küçəsi, ev 35, mənzil 19 ünvanının həyətində mübahisə etməklə üzərindəki bıçaqla sonuncuya ağır xəsarət yetirdiyini eşitdiyini, hadisənin birbaşa şahidi olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 131-133). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 23 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvandakı hadisə yerinə baxış zamanı bir ədəd bıçaq aşkarlanıb götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 5-8). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 23 avqust tarixli protokoldan və və ona əlavə edilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 20:00-da Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun atalığı Şahid1 məlumat verilmişdir (1-ci cild, iş vərəqi 37- 38). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 24 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvandakı hadisə yerini göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 46-47). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 25 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif olunaraq təqsirləndirilən şəxs qismində cəlb olunan sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 52 və 54-55). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il 25 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il avqustun 23-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 84-87). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabrın 07-də tərtib etdiyi tələbnamədən, hökmün və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2010-cu il 16 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü maddəsi ilə təqsirli bilinməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2013-cü il avqustun 16-da Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76.3.1.-ci maddəsinə əsasən 03 ay 17 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2015-ci il 19 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2018-ci il aprelin 26-da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD saylı Qanunu tətbiq edilərək cəza müddəti 04 il 06 aya endirilmiş, 2019-cu il yanvarın 05-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2019-cu il 04 yanvar tarixli qərarına əsasən 08 ay 26 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, 2019-cu il sentyabrın 30-da cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 99-100, 104-110, 127 və 149-150). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 24 oktyabr tarixli 10051 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicə olunmamışdır (1-ci cild, iş vərəqi 147). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsinin canlı şəxsn ekspertizasına dair 2022-ci il 28 oktyabr tarixli 762 nömrəli ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol ağciyərin yuxarı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (300 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin bir zərbəsinin təsirindən törənməklə müddəti 2022-ci il avqustun 23-nə uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 169-172). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasına dair 2022-ci il 31 oktyabr tarixli 2887 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 174-175). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Ekspertizası Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 17 noyabr tarixli 3/1472 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (1ci cild, iş vərəqi 177-178). İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci il 18 noyabr tarixli ərizəsindən görünür ki, 2022-ci il avqustun 23-də saat 13 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu küçəsi, ev 35, mənzil 19 ünvanında olan zaman Təqsirləndirilən şəxs əsaslı səbəb ilə qəsdən onun sol döş boşluğuna bir dəfə bıçaqla vurub ağır bədən xəsarəti yetirdiyinə görə barəsində qanuni ölçü götürülməsini xahiş etmişdir (1-ci cild, iş vərəqi 179). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 noyabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən hər biri ifadələrini təsdiqləmişdir (1-ci cild, iş vərəqi 197-200). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 18 noyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 201-202). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 noyabr tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.4.-cü, 221.3.-cü və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan əməlin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq saxlanılması üçün idarənin növbətçi hissəsinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 228-242). İş materiallarında olan 2022-ci il 21 noyabr tarixli ərizədən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, hadisə onun təşəbbüsü əsasında baş vermiş, əgər o, atalığı Şahid1 və mərhum anası X7 söyərək təhqir etməsəydi, nəticədə Təqsirləndirilən şəxs onu qəsdən bıçaqla vurmazdı (1-ci cild, iş vərəqi 259). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci il 19 dekabr tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu aralarında olan dava zamanı ona qəsdən xəsarət yetirməmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 31 dekabr tarixli 17/389346 №-li məktubu ilə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 7613/2022 №-li məhkumun tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 27-də müayinədən keçərkən ona «ağciyər vərəmi, sağ əl barmaqlarıının İV və V distal falanqalarının sınığından sonrakı vəziyyət» diaqnozu qoyulmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymət verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs «sağ əl barmaqlarıının İV və V distal falanqalarının sınığından sonrakı vəziyyət» diaqnozu qoyulması hadisənin törədilməsinə mane olan hal deyildir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş özünün qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutun mövcudluğu, eləcə də iş üzrə digər mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla hadisədən dərin məyusluq hissi keçirməsini, ağciyər vərəmi xəstəliyinə düçar olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməklə əməlin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il avqustun 23-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il avqustun 23-dən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməklə əməlin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-487/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-487/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver