Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-487/2024 23.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6 və X11 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, Müdafiəçisi: Bakı şəhər 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Rusiya Federasiyası Saratov Vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, işsiz, əvvəllər məhkum olunmaayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə, Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümuni təmiz çəkisi 3063.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini 02 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 980.0 qram və 2065.0 qram olan hissəsini yaşadığı ünvan 4də saxlamış, 01 ədəd sellofanda təmiz çəkisi 18.0 qram olan hissəsini üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərtə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2023-cü il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu 2 Aprel küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qalın qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 18.0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin tarixdə onun yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman yataq otağındakı yataq mebelinin aşağı hissəsindəki dolabın içərisindən 02 ədəd sellofanda külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 980.0 qram və 2065.0 qram, ümumi təmiz çəkisi 3045.0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tanıdığı bir adam var imiş, telefon vasitəsilə onunla əlaqə saxlamışdır. Əmircana, Bülbülə qəsəbəsinə getmiş və 18 qram mal almışdır. Oradan çox getməmişdir ki, onu tutmuşlar. Birinci onu idarəyə aparmışlar, daha sonra isə evə. Evdə tanışlığı olan xanım var imiş, onunla birlikdə qalırmış. Evdə olarkən sellofana bükülü 3 kiloya yaxın malı çıxardıb “bu sənə aiddir” demişlər. Amma o qəbul etməmişdir. Daha sonra ona hədə-qorxu gələrək bildirmişlər ki, əgər qəbul etməsə ona daha ağır maddələr verəcəklər. Videoçəkiliş aparılmış, amma polislər öncədən evə girib hər şeyi özləri yerləşdirdikdən sonra çəkilişə başlamışlar. Narkotik vasitələri o təqdim etmişdir, çünki xanımı da tutacaqlarını deyərək onu qorxutmuşlar. Narkotik istifadə etmişdir. Polis əməkdaşları barədə heç bir orqana şikayət etməmişdir. 18 qram marixuananı təxmini 1-2 ay istifadə edəcəkmiş. 150 manat ödəniş etmişdir. Narkotiki aldığı adamın nömrəsi Azərbaycan qeydiyyatlı mobil nömrə olmamışdır. Narkotiki götürdükdən 2-3 dəqiqə sonra tutulmuşdur. Onu birbaşa idarəyə aparmışlar. Ona Bəylər adlı polis əməkdaşı tərəfindən hədə-qorxu olmuşdur. İdarədə onu təxmini 1 saata yaxın saxlamışlar. Evdə isə 5-6 nəfər polis işçisi olmuşdur. İstintaq zamanı müstəntiqə narkotik vasitəni kimdən aldığını demişdir. Evdən heç bir şey çıxmamışdır, özləri onu yükləmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu Baş İdarəyə aparmışlar. İdarədə üzərinə baxış keçirilmişdir. Bundan sonra onun mənzilinə də baxış keçirilmişdir. Baxış zamanı həm evindən, həm də üzərindən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bildirmişdir ki, narkotiki Kamyar adlı iranlıdan alıb. İfadəsində bildirmişdi ki, mənzilində də narkotik vasitə mövcuddur. Evindən də narkotik vasitə aşkar olunmuşdur. Şəxsi Sabunçuda evinin qarşısında saxlamışlar. Saxladıqdan sonra axtarış üçün Baş İdarəyə aparmışlar. Əəməliyyat tədbirində o, Vüqar və Bəylər adlı polis əməkdaşları iştirak edirmiş. Qrup rəhbəri o imiş. Məlumat ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuşdur. Haradan əldə etməsi barədə məlumat yox imiş. Şəxsin üzərinə baxışı əlverişli şərait olmadığı üçün Baş İdarədə keçirmişlər. Onu axşam saatlarında saxlamışlar. O, müqavimət göstərməmiş, amma müqavimətə cəhd edirmiş. Qaçmaq istəyirmiş. Baxışda Vüqar və Bəylər adlı əməkdaşlar da iştirak edirmiş. Şəxsin xəsarətləri onlar saxlayan zaman yox imiş. Fərhad narkotik vasitəni Kamyar adlı şəxsdən aldığını demişdir. Şəxsin üzərindən və evindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana imiş. Avtomobilə zərurət olmadığı üçün baxış keçirilməmişdir. Mənzilə baxış isə üzərinə şəxsi axtarış keçirildikdən sonra olmuşdur. Narkotiki satan iranlını istintaq müəyyən etdiyi üçün bu barədə məlumatı yoxdur. Bu əməliyyat məlumatı ilə bağlı başqa şəxs müəyyən etməmişlər. Şəxsin evinə baxış zamanı orada olan xanım baş idarəyə izahat almaq üçün aparılmışdır. O qadını idarəyə aparmamışdır. Şəxsin üzərinə şəxsi axtarış zamanı mobil telefon da aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsı saxladıqdan sonra onu Baş İdarəyə aparmışlar. İdarədə üzərinə şəxsi axtarış zamanı narkotik vasitə marixuana aşkar olunmuşdur. Bundan sonra mənzilə də baxış keçirilmiş və marixuana aşkar edilib götürülmüşdür. Bildirmişdir ki, narkotiki Kamyar adlı iranlıdan alıb. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə olmuşdur. Təqsirləndirilən şəxs iranlıdan alıb başqa ünvanlara çatdıracağını bildirmişdir. Şəxs özü narkotikin dövriyyəsində iştirak etdiyini etiraf etmiş və fakt öz təsdiqini tapmışdır. Məlumat Şahid2 daxil olmuşdur. Məlumatdakı halları o daha dəqiq bilir. O istintaqda da bu cür ifadə vermişdir. Məlumat narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Şəxs saxlanılarkən onlara qarşı olan ilkin hərəkətini xatırlamır. Baxış Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirilmişdir. Xanımla bağlı heç bir halı xatırlamır. Saxlanılarkən təqsirləndirilən şəxsə hər hansı təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Mart ayında əməliyyat tədbiri zamanı Sabunçu rayonu ərazisində keçirilən tədbir zamanı şəxsi saxlayıb Baş İdarəyə aparmışlar. Üzərinə baxış zamanı üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxsin narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi səbəbindən saxlamışlar. Məlumat Şahid2 daxil olmuşdur. Tədbirin gedişi ilə bağlı məlumatlandırılmışlar. Şahid2 tədbirin Sabunçuda olacağını bildirmiş, onları şəxsin xarici görünüşü, onu səciyyələndiriən hallar, həmin yerdə yaşayış yeri olduğu, narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi barədə məlumatlandırmışdır. Məlumat narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Sabunçu rayonu ərazisində küçələrin arasında şəxsi saxlamışlar. Şəxsi saxlayandan sonra ona yaxınlaşan şəxsin kim olduğunu xatırlamır. Şəxsin üzərindən baş idarədə şəxsi axtarış zamanı narkotik aşkar olunmuşdur. Fərhadı axşam saatlarında hava qaralanda saxlamışlar. İdarəyə getdikdən sonra onlar şəxsin üzərində narkotik vasitə oduğunu bilmişdir. Zərurət olduğu üçün və şərait olduğu üçün baxışı Baş İdarədə keçirmişlər. Şəxs bildirmişdir ki, onun yaşayış yeri axtarış keçirilən evdir. Evin Fərhada məxsus olmasını Şahid2 araşdırmışdır. Şəxsin evinə baxış keçirməklə bağlı ondan razılıq ərizəsi alınmışdır. Narkotik vasitəni şəxs evdən çıxarıb özü təqdim etmişdir. Narkotik vasitəni 2-3 gün əvvəl götürdüyünü bildirmişdir. Üzərindən çıxan narkotik vasitənin evdən çıxan narkotik vasitənin tərkibi ilə eyni olduğunu bildirmişdir. Qrupun tərkibində 3 nəfər olmuşlar. Əməliyyat tədbiri Suraxanı rayonunda adını bilmədiyi məhəllədə keçirilmişdir. Əməliyyat keçirilən zaman ərazi polis əməkdaşları iştirak etməmişdir. Əməliyyat tədbiri axşam keçirilmişdir. Saxlanılan zaman şəxsin üzərində şəxsi axtarış aparılmamışdır. Mənzilə baxış təqirləndirilən şəxsin ərizəsi əsasında keçirilmişdir. Şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Onlar da şəxsə qarşı heç bir təzyiq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 2 ildən çoxdur ki, tanıyır. İşdən evə gəlmiş, biraz sonra basqın olmuşdur. Evdə o və 3 uşağı olmuşdur. Onu mətbəxə salmışlar. Çölə çıxmağına da icazə verməmişlər. O Fərhadın narkotik istifadə etdiyinə inanmırmış. Axşam övladları olduğu üçün Fərhad onun evində qalmırmış. Fərhadı narkotik istifadə edərkən görməmişdir. Hətta içki içərkən də görməmişdir. Polislər Fərhada təzyiq göstərmişlər. Özləri ilə çöldən böyük bir bağlama götürərək evə gətirmişlər. O istintaqdakı ifadəsində evdən narkotik maddə tapılması ilə bağlı nəsə deməmişdir. Fərhadın narkotikin təsirində olduğunu göstərən hər hansı əlamət hiss etməmişdir. Evi 2 otaqdan ibarətdir. O, dolaba gündəlik əşyalarını qoyurmuş. Dolabda narkotik olsa görərmiş. Evə 6 nəfər polis əməkdaşı basqın etmişdir. Oxuduğu ifadədə belə şeylər yazdığını xatırlamır. İbtidai istintaq zamanı verilmiş ifadədəki imza ona məxsus olmaya bilər. O Fərhadın müəyyən vaxtlarda içkili olduğundan şübhələnmiş, ancaq narkotik qəbul etdiyini düşünməmişdir. O narkotikin dolabdan çıxdığını görməmişdir. O polis əməkdaşlarının çöldən əllərində bağlama gətirdiklərini görmüşdür. Çəkilişdə narkotikin Fərhaddan çıxdığını göstərmişlər. Ona kənardan təsir olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərində ittiham aktında qeyd olunan miqdarda narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 mart 2023-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qalın qış gödəkçəsinin sağ yan cibindən yaşadığı ünvanın açarını, 101 manat pulunu, içərisində ***-***-**-** saylı GSM nömrə olan İphone markalı mobil telefonunu, sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 101 manat pul, yaşadığı evin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində tünd vaşıl rəngli, kəskin iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisini müəyyən etmək məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin qablaşdırılma ilə 20 (iyirmi) qram olması müəyyən edilmişdir. Həmin büküm 01 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-in Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni təxminən 3 gün öncə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində "Kamyar" adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsi 2 aya yaxındır ki, tanıdığını, onun nömrəsinin mobil telefonunda da qeyd edildiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla 2000-3000 manat pul əldə etməli olduğunu, yaşadığı Sabunçu rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmamasını, özünün 5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatı olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə haqqında” 10 mart 2023-ci il tarixli protokoldan görünür ki, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o narkotik tərkibli maddələrin qalan hissəsini mənzilin yataq otağında saxladığını bildirərək oraya daxil olmuş və orada olan yataq mebelinin aşağı hissəsindəki dolabın içərisindən 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş və başqa heç yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqdim edilmiş sellofan torba baxış keçirilməsi üçün qonaq otağına gəlirilmişdir. Baxış keçirilən zaman həmin sellofan torbanın içərisində 1 ədəd elektron tərəzi və 02 ədəd sellofan bağlamada tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilən zaman ümumi təxmini çəkisinin 3 kq 105 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni İran vətəndaşı “Kamyar” adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoymaqla 2000-3000 manat pul əldə etmək məqsədilə əldə etdiyini, həmin “Kamyar” adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, özünün 5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç yerdə narkotik tərkibli maddələr saxlamadığını, Şahid1 və ya başqa bir nəfərin bu barədə məlumatlı olmamasını bildirmişdir. Baxış zamanı qeyd olunan ünvanda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış süni işıqlandırma şəraitində keçirilmiş, baxış zamanı “İphone” markalı mobil telefonun videoçəkiliş funksiyasından istifadə edilməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Aparılan videoçəkiliş 1 ədəd DVD diskə yazılaraq prorokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/365 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 18,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə...” yazı və imzalar olan sellofan bağlamada 2 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 980,0 qr və 2065,0 qram olmaqla, ümumi çəkisi 3045,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-3063,0 qram, tədqiqata sərf edildi-0,15 qram, qalıq-3062,85 qram (ekspertiza tədqiqatın dəyəri 88 (səksən səkkiz)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “diskə baxış keçirilməsi barədə” 10 mart 2023-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qalın qış gödəkçəsinin sağ yan cibindən yaşadığı ünvanın açarını, 101 manat pulu, “İphone” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisində tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə sıfırlanmış halda olan elektron tərəzidə çəkildikdə 20 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu, 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində İran vətəndaşı “Kamyar” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin şəxsi iki aya yaxındır ki, tanıdığını, onun mobil nömrəsini telefonunda qeyd etdiyini, həmin maddələri deyilən yerə qoyacağı halda 2000-3000 manat pul əldə edəcəyini, yaşadığı Sabunçu rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, özünün 5 ilə yaxındır ki. narkotik vasitə istifadə etdiyini, saxlanılan zaman və idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “diskə baxış keçirilməsi barədə” 10 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsi nömrəsiz evdə çəkiliş aparılmış, evə baxış keçirilməzdən əvvəl sonuncuya həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini mənzilin yataq otağında saxladığını bildirərək yataq otağına daxil olmuş, yataq otağında olan yataq mebelinin aşağı hissəsindəki dolabın içərisindən 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş və başqa heç yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqdim edilmiş sellofan torba götürülərək baxış keçirilməsi üçün qonaq otağında masanın üzərinə qoyulmuşdur. Baxış keçirilən zaman həmin sellofan torbanın içərisində bir ədəd böyük elektron tərəzi və 02 ədəd sellofan bağlamada tünd yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyən edilmişdir. Həmin madda sellofan torba ilə birlikdə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildikdə çəkisinin 3 kq 105 qram olması müəyyən edilmiş, aşkar edilmiş kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni İran vətəndaşı “Kamyar” adlı şəxsin vasitəsilə əldə etdiyini, sonuncunun mobil nömrəsini telefonunda qeyd etdiyini, həmin maddələri deyilən yerə qoyacağı balda 2000- 3000 manat pul qazana biləcəyini, özünün 5 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, başqa heç yerdə narkotik maddə saxlamadığını, evində saxıladığı narkotik maddələrdən Şahid1 və digər ailə üzvlərinin məlumatı olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus İphone markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan mobil telefon aparatında ***-***-**-** GSM nömrə olması müəyyən edilmiş, telefonun «Kişilər» bölməsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi “Kamyar” adlı şəxsin mobil nömrəsinin +98 939 *** **** olması müəyyən edilmişdir. Mobil telefonun «Son aramalar» bölməsində 09 mart 2023-cü il tarixdə saat 16:44 dəqiqədə “Kamyar” adı ilə qeyd edilmiş +98 939 *** **** mobil nömrə ilə aralarında 03 dəqiqəlik danışıqlar aparılması müəyyən edilmişdir. Mobil telefonda quraşdırılmış «Whatsapp» mobil tətbiqinə, həmçinin mobil telefonun «mesajlar», «qalareya» bölməsinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-203/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1566 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxsin yaxın münasibətdə olan tanışı olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq üçün digər sübutlarla öz təsdiqini tapan ibtidai istintaqda verdiyi ilkin ifadəsindən imtina edir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, mebel sexində rəsmi olaraq dərzi kimi işləmişdir. 12 il imiş ki, həyat yoldaşından rəsmi şəkildə boşanmışdır. Keçmiş həyat yoldaşı ilə birgə nikahdan üç övladı vardır. Təqsirləndirilən şəxs tanıyır. Onunla 1 ildən artıq müddətdir ki, qeyri rəsmi ər-arvad münasibətində olmuşlar. Onunla heç bir ədavəti yoxdur. Fərhadın narkotik vasitə istifadə etdiyini bilməmiş, onun yaşadıqları evdə narkotik vasitə istifadə etməsini də görməmişdir. 09 mart 2023-cü il tarixdə Fərhadla ikisi evdə olan zaman saat 19 radələrində çörək almağa getmiş, qayıdanda görmüşdür ki, Fərhad hallıdır. Lakin ondan spritli içki iyi gəlmir, həm də evdə spirtli içki olmamışdır. Şübhələnmişdir ki, nəşə çəkmişdir. Ona görə ki, onun nəşə çəkməyindən çoxdan şübhələnmişdir. Hiss etmişdir ki, hərdən özünü çox sərbəst, hətta milyonçu kimi aparır. Belə vaxtlarda hansı ki, cibində çörək pulu belə olmadığı halda ona demişdir ki, səni Parisə aparacağam. Başa düşmüşdür ki, o hallıdır. Fərhad ona heçnə demədən evdən çıxıb getmiş, təxminən bir saatdan sonra evin qapısı döyülmüşdür. Açıb görmüşdür ki, qapıda Fərhad və bir neçə kişi var. Onlar evə girmişlər. Fərhad ona demişdir ki, mətbəxə keçsin. Mətbəxdə olanda onlar nədənsə söhbət etmişlər, sonra onu əvvəlcə çölə, daha sonra yataq otağa çağırmışlar, orada videoçəkiliş aparılmışdır. Fərhad yataq otağından dolabın içindən bir ədəd sellofan torba çıxartmış və demişdir ki, nəşədir, hansısa iranlının adını çəkmiş və onun verdiyini demişdir. Sonra sellofanı açmışlar, içindən ot və tərəzi çıxmışdır. Sonra nəsə yazmışlar, o da imzalamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən nömrəsiz fərdi evin yataq otağındakı dolabın içində narkotik vasitə saxladığı barədə məlumatı olmamışdır. Həmin bükülünün ora necə düşməyini bilməmişdir. Balaca evdir, tez-tez yığışdırılır, orada nəsə yad nəsə görsəymiş maraqlanıb baxarmış, lakin heç vaxt görməmişdir. Birinci dəfə 09 mart 2023-cü il tarixdə görmüşdür. xx.xx.2023-cü il tarixdə evə baxış keçirilməsi prosesində polis əməkdaşları tərəfindən nə ona, nə də ki, Fərhada qarşı heç bir hüquqa zidd hərəkətlər və ya təzyiq edilməmişdir. Əksinə Fərhad onun yanında dolabın içindəki bükümü özü çıxardıb təqdim etmişdir. Hətta adi vaxtı savadsız olduğundan üçdən artıq cümləni dalbadal deyə bilməyən Fərhad elə bil ki, ömür boyu kamerada çəkilişlərdə iştirak edən şəxs kimi danışmışdır ki, narkotiki iranlıdan alıb bura gətirib gizlətmişdir. 09 mart 2023-cü il tarixdə, saat 19 radələrində evdən çıxanda Fərhad normal adi vəziyyətdə olmuş, qayıdanda isə görmüşdür ki, sərbəst hərəkət edə bilmir, ayaqları bir-birinə dolaşır, düz yolu qoyub dairəvi gedir. Buna görə hiss etmişdir ki. narkotik istifadə etmişdir. Lakin özü onda heç vaxt narkotik görməmiş və onun yanında qəbul etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/385 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildin 98-99-cu vərəqlərində olan xx.xx.2023cü il tarixli şahidin dindirmə protokolunun 1-ci vərəqində İmza qrafasındakı imza və 2-ci vərəqinin sonunda İmza: Şahid1 yazıları arasında olan imza- Şahid1 tərəfindən icra olunmuşdur. (ekspertiza tədqiqatın dəyəri 125 (yüz iyirmi beş) manat) Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan və qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 09 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 213 (iki yüz on üç) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3062,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 213 (iki yüz on üç) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 213 (iki yüz on üç) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN–in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3062,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-487/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-487/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver