Məhkəmə qərarları › İş №1(101)-487/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-487/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-487/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində mühafizəçi işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, ümumi təmiz çəkisi 4,099 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nizami RPİ- nin 24-cü PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindəki qırmızı rəngli sellofanın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 03 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,173 qram, 1,649 qram, 1,277 qram külli miqdarda ümumi təmiz çəkisi 4,099 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsində mühafizəçi işləmişdir. Onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamış, tutulmamışdan bir gün qabaq əməliyyat müvəkkili Şahid1 onun evinə zəng vurmuşdur. Həmin zəngdən sonra onun üzərində narkotik vasitə ilə strateji əhəmiyyətli obyektdə yerləşən iş yerinə getməyi ağlasığmazdır. O, əgər narkotik vasitə istifadəçisi olsa idi, həmin zəngdən sonra ən azından narkotik vasitəni üzərində gəzdirməzdi. Onun ambulator yoxlaması zamanı da qanından narkotik vasitə istifadəçisi olmadığı aşkar edilmiş, eləcə də, telefonunda narkotik vasitə ilə bağlı hər hansı danışıqlar aşkar edilməmişdir. Onu ötən il Ramazan ayında haqsız yerə həbs etmişlər. Ona qarşı irəli sürülmüş ittiham saxtadır. 7 aprel tarixində işdən çıxıb evə qayıdan zaman polis əməkdaşları onu yaşadığı məhəllədə tutmuşlar. Onu polis bölməsində ailəsi ilə təhdid edərək, narkotik vasitənin ona aid olması ilə razılaşmayacağı halda ailə üzvlərini də polis bölməsinə gətirəcəklərini, evindən narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Bu səbəbdən ona təqdim etdikləri sənədləri imzalamışdır. O, saxlanılan zaman hava şəraiti yaxşı olmuş, lakin dərhal onun üzərinə saxlanıldığı yerdə baxış keçirilməmişdir. Digər günlər olduğu kimi, saxlanıldığı gün də işdə sıra baxışında onun üzərinə baxış keçirilmişdir. Ona zəng saxlanıldığı gündən bir gün qabaq, yəni 06 aprel tarixində edilmişdir. Onu yalnız polis bölməsinə aparan zaman onların səlahiyyətində olan məsələ olmadığını, haqqını halal etməyini bildirmişlər. Onun məhəllədə saxlanılmağından polis bölməsində üzərinə baxış keçirilənədək təxminən 2 saat müddət keçmişdir. Təhqiqatçı ona bükümləri göstərərək, narkotik vasitə “kokos” olmasını bildirmişdir. Polis əməkdaşı onların evinə zəng edən zaman onunla 1-2 saniyə danışa bilmişdir. Polislər ona nə üçün evinə zəng etdiklərini açıqlamamışlar. Saxlanıldığı vaxtdan əvvəl onun polis bölməsinə getdiyi, hər hansı şikayət ünvanladığı və ya onun barəsində kiminsə polisə müraciət etməsi halları olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, 07 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində qeyri qanuni əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Həmin zaman və polis şöbəsinə gətiriləndə üzərində narkotik vasitə olduğundan o, əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən 01 ədəd qırmızı rəngli sellofanı çıxarıb təqdim edərək içərisində 03 ədəd bükümdə narkotik vasitə olan kakos və 01 ədəd elektron tərəzi olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni 05 aprel 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını və üzərində gəzdirdiyimi bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd 20 manatlıq əskinaz, 5 ədəd 1 manatlıq əskinaz və qara rəngli “Xiaomi Redmi 8” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş 03 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Üzərinə baxış keçirilən zaman aşkar edilmiş 2 ədəd 20 manatlıq və 5 ədəd 1 manatlıq əskinaz özünə qaytarılmışdır. Üzərindən digər əşya və sənədlər aşkar edilməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə qəbul etmir. Narkotik vasitəni gələcəkdə polis orqanlarına təhvil vermək məqsədilə götürüb üzərində saxlamışdır. Saxlanılarkən və polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona hər-hansı fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Saxlanılan zaman və PŞ-nə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir. Onun üzərinə yalnız PŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Uzun müddətdir 070-583-07- 63 mobil nömrəsindən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 aprel 2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Təbriz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər görmüş və həmin şəxsin ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Rəhbərliyin əmri ilə ondan və şöbənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlamış və ona barəsində daxil olmuş məlumat barədə məlumat verdikdən sonra onu 24-cü PŞ-nə gətirmişlər. Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç sol yan cibindən qırmızı rəngli sellofanı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd 20 manatlıq, 5 ədəd 1 manatlıq əskinazları və əynindəki qara rəngli şalvarın sağ yan cibindən qara rəngli «Xiaomi Redmi 8» markalı mobil telefonu aşkar olunmuşdur. Daha sonra həmin sellofana baxış keçirilərkən içərisindən 1 ədəd elektron tərəzi və 3 ədəd bükümdə spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, həmin maddələrin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümləri evinin yaxınlığında tapdığını və üzərində saxladığını bildirmişdir. Daha sonra o bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı gün əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində onun saxlanılmasından öncə əməliyyat tədbiri keçirilməmişlər. Təqsirləndirilən şəxs o və ya əməliyyat qrupunun digər üzvü tərəfindən zəng edilməmişdir. Əməliyyat qrupunun digər üzvü Şahid2 olmuşdur. ***-***-**- ** nömrəsi ona məxsus deyil. Həmin nömrənin digər qrup üzvünün adına qeydiyyatdan keçirilməsi ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açmamış, onu şəxsi əməliyyat məlumatı əsasında saxlamışlar. Əməliyyat məlumatı qanunsuz dövriyyə ilə bağlı olmuşdur. Əməliyyat məlumatında “Təbriz adlı şəxs” kimi məlumat verilmiş, onlar həmin şəxsin məhz Təqsirləndirilən şəxs olmasını əməliyyat yolu ilə dəqiqləşdirmişlər. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar da həmin gün qəbul olunmuşdur. Keçirdikləri əməliyyat tədbirləri məlumatın yoxlanılmasından və şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs Qara Qarayev prospekti 119 ünvanında, axşam saat 20:30 radələrində saxlanılmışdır. Onun üzərinə dərhal baxış keçirilməsini təklif etməmiş, hava qaranlıq olduğundan, eləcə də, 2 nəfər olduqlarından həm şəxsi saxlayıb, həm də videoçəkiliş aparmaqları mümkün olmamışdır. Şöbəyə gətirildikdən sonra üzərinə baxış keçiriləcəyi üçün ciblərini yoxlamamışlar. Təqsirləndirilən şəxs saxlanılması zamanı videoçəkilişdən istifadə olunmamışdır. Təqsirləndirilən şəxs saxladıqları yerə maşınla getmiş, maşını kimin idarə etdiyini hazırda xatırlamır. Təqsirləndirilən şəxs qoluna qandal vurulmasını xatırlamır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdə dərhal baxış keçirməmiş, çünki müəyyən vaxt müddətində onu vəkillə təmin etmişlər. Həmin vaxt saata baxmadığı üçün nə qədər müddət keçməsini xatırlamır. Aprel ayının 5-i tarixində Təqsirləndirilən şəxs evinə zəng etməmişdir, qeyd olunan nömrənin kimə məxsus olmasını bilmir. Üzərinə şəxsi axtarış keçirilənədək Təqsirləndirilən şəxs onların nəzarəti altında olmuşdur. Ola bilər ki, həmin zaman kəsiyində o, onun yanından ayrılaraq marketə gedibgəlmiş olsun, həmin müddət ərzində belə Təqsirləndirilən şəxs kiminsə qanunsuz vasitə verməsi mümkün deyil. Təqsirləndirilən şəxs saxlanılan zaman onun tutulmağının sifariş əsasında həyata keçirilməsi ona bildirilməmişdir. “Mən sənə 2 gün qabaq deyirdim ki, tutulmayasan” ifadəsini onu tutan zaman işlətməmiş, əgər elə ifadə işlətsəydi, o, videoçəkiliş zamanı etiraz edərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Suraxanı RPİ-nin 33-cü PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 aprel 2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Təbriz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanının yaxınlığına yollanmışlar. Saat 20:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamış və Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmişlər. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç sol yan cibindən qırmızı rəngli sellofanı və əynindəki qara rəngli şalvarın sağ yan cibindən qara rəngli mobil telefonu çıxararaq təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisindən 3 ədəd şəffaf bükümlər və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olduğunu, yaşadığı ünvanın yaxınlığından tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 03 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa, ***-***-**-** nömrəsi ona məxsusdur və həmin nömrə vasitəsilə Təbrizlə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs ilə bağlı əvvəlki tarixlərdə əməliyyat məlumatının daxil olub-olmaması barədə məlumatı yoxdur. Ona məxsus olan ***-***-**-** nömrəsindən digər şəxslərin, yəni, dost-tanışın istifadə etməsi mümkündür. 05 aprel tarixində hər hansı əməliyyat tədbiri keçirilməsini və ona görə də, hər hansı qərar qəbul edilib-edilməməsini xatırlamır. Əməliyyat tədbirinə Şahid1la birlikdə ikisi getmişlər. Təbrizin fotoşəkili onlarda olmamış, portal məlumatlarının olub-olmamasını hazırda xatırlamır. Saxlanılan zaman Təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. Saxlanıldığı yerdə Təqsirləndirilən şəxs dərhal üzərinə baxış keçirilməsini təklif edib-etməməklərini, dərhal baxışa mane olan halların olub-olmamasını, Təqsirləndirilən şəxs vəkil gələnədək kimin nəzarətin olmasını, qoluna qandal vurulub-vurulmamasını, Təqsirləndirilən şəxs saxlamağa maşınla getdiyini, lakin kimin maşını ilə getdiklərini xatırlamadığını bildirmişdir. Polis Şöbəsinə daxil olan kimi Təqsirləndirilən şəxs üzərini yoxlamamış, vəkilin iştirakını təmin etdikdən sonra qanunla nəzərdə tutulmuş müddət ərzində şəxsi-axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman videoçəkilişdən istifadə edilib-edilməməsini, videoçəkilişi hansı əməkdaşın aparmasını, 5 aprel tarixində ***-***-**-** nömrəsini kimin istifadə etməsini xatırlamır. Həmin ***-***-**-** nömrəsi hazırda üzərində deyil. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. O saxlanılan zaman “İki gün qabaq əməliyyat tədbiri keçirilən zaman, sən tutulmayasan deyə dua edirdik” ifadəsini işlətməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən qırmızı rəngli sellofanı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd 20 manatlıq əskinazı, 5 ədəd 1 manatlıq əskinazı və əynindəki qara rəngli şalvarın sağ yan cibindən qara rəngli «Xiaomi Redmi 8» markalı mobil telefonu təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisində bükülü vəziyyətdə olan 3 ədəd şəffaf rəngli büküm və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümə baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, elektron tərəzi ilə birlikdə xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığından tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 03 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış keçirilən zaman aşkar edilmiş 2 ədəd 20 manatlıq əskinaz və 5 ədəd 1 manatlıq əskinaz iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/1927 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksləri olan iki ədəd zərfdə: - üzərində «1. Şübhəli şəxs: «imza» Təqsirləndirilən şəxs...» sözləri, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd selofan bükümdə ayrı ayrılıqda təmiz çəkisi 1,173 qram, 1,649 qram, 1,277 qram, ümumi təmiz çəkisi 4,099 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 3 (üç) ədəd selofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(007)-115/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,099 qram olan heroin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,150 qram sərf edildikdən sonra 3,949 qram heroinin qalığı və 1 (bir) ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış video çəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı video yazıdan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən qara rəngli «Xiaomi Redmi 8» markalı mobil telefonu, 2 ədəd 20 manatlıq, 5 ədəd 1 manatlıq əskinazları və qara rəngli gödəkçənin iç sol yan cibindən qırmızı rəngli sellofanı çıxararaq masanın üzərinə qoyur. Həmin sellofana baxış keçirilən zaman içərisindən 3 ədəd şəffaf bükümlər və 01 ədəd elektron tərəzi aşkar edilir. Bükümə baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, elektron tərəzi ilə birlikdə xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığından tapdığını və üzərində gəzdirdiyini bildirir. Aşkar olunmuş 03 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülür. Aşkar edilmiş «Xiaomi Redmi 8» markalı mobil telefon mühüm əhəmiyyət kəsb etdiyindən bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs suallara cavab olaraq saxlanılarkən və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini qeyd edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(007)-182/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət-Axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 07 aprel 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 23 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024cü il tarixli, xx/xx-4955 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş CD diskə “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3414 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi 25 aprel 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, saxlanılması üçün Nizami Rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmış, iş üzrə təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahid ifadələri, baxış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü 23il tarixli 3-16-16/2-6/1927 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3414 nömrəli ekspert rəyləri, DVD disk və iş üzrə toplanmış digər istintaq materialları sübut növü kimi qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları, xx.xx.2018-ci il tarixli X4 və xx.xx.2021-ci il tarixli X5 vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olara.q hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroin 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai istintaqın əvvəlində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və o, ittiham üzrə özünü təqsirli bilməyərək ifadə vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edildikdən sonra, yəni ibtidai istintaq davam edən zaman o, özünü təqsirli bilməyərək heç vaxt narkotik vasitə əldə etmədiyini, həmin vasitələrdən istifadə etmədiyini, tutularkən üzərində narkotik vasitə olmadığını, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığını, nəticədə məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, şəxsi axtarış keçirilən zaman onun cibindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu və şəxsi axtarış zamanı könüllü şəkildə həmin narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə psixi təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə məhkəmədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar ağlabatan və inandırıcı deyil. Belə ki, Təqsirləndirilən şəxs psixi təzyiqlərə məruz qalması ilə bağlı məhkəməyə müraciət etməmiş və bununla bağlı araşdırılma aparılmamışdır. Bundan başqa, məhkəmədə dindirilmiş 2 (iki) polis əməkdaşı ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edərək şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən bir neçə bükümdə psinarkotik vasitənin və elektron tərəzinin aşkar edildiyini təsdiq etmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hissədə məhkəməyə verdiyi məlumatlar işin hallarına uyğun deyil. Ona görə də məhkəmə bu hissədə onun verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,173 qram, 1,649 qram və 1,277 qram, ümumi təmiz çəkisi 4,099 qram olan külli miqdarda narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin ona aid olmamasını, ümumiyyətlə həmin maddədən heç vaxt istifadə etməməsini, həmin maddənin polis əməkdaşı tərəfindən onun cibinə qoyulmasını iddia etsə də, bununla bağlı inandırıcı məlumat verməmişdir. Yəni Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin kimin tərəfindən onun cibinə qoyulmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də ayrı-ayrılıqda təmiz çəkiləri 1,173 qram, 1,649 qram və 1,277 qram, ümumi təmiz çəkisi 4,099 qram olan külli miqdarda narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən qırmızı rəngli sellofanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin bükümləri könüllü şəkildə cibindən çıxarıb təqdim etməsinin heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən üç bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, 07.0.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və 24-cü Polis bölməsinə aparıldıqdan sonra onun üzərindən külli miqdarda ümumi təmiz çəkisi 4,099 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməmişdir. Məhkəmə, verilən ittihamın iş üzrə digər sübutlarla təmin edilməməsi səbəbindən onların həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. Məhkəmə vurğulayır ki, sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılmış, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulmuş, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmamışdır. Belə ki, ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 4,099 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 07 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nizami RPİ- nin 24-cü PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindəki qırmızı rəngli sellofanın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 03 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,173 qram, 1,649 qram, 1,277 qram külli miqdarda ümumi təmiz çəkisi 4,099 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 manat (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Nizami Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 3,949 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir, həmçinin 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili X1 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Nizami Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 3,949 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, həmçinin 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili X1 30 (otuz) manat məbləğində pul ödənilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 65 (altmış beş) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Elmin Rüsəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar