Məhkəmə qərarları › İş №1(101)-488/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-488/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-488/2020 23.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakışəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1971-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Lənkəran şəhəri, H.Əliyev küçəsi, ev 22-də qeydiyyatda olmaqla, Bakışəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, ev 6-da yaşamış, Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M üə y y ə n e t d i : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, İran İslam Respublikası vətəndaşı adı istintaqa Əlirza kimi məlum olan şəxsdən 850 manata külli miqdarda ümumilikdə təmiz çəkisi 95,302 qram qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.089 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz təmiz çəkiləri 29.566 qram və 0.432 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib yaşadığı Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsində olan kiçik tikiliyə daşımaqla saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuşəməliyyat məlumatıəsasında keçirilmişəməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evin həyətindəki kiçik tikiliyə videoçəkiliş ilə baxış keçirilən zaman içəridən üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd sellofon bağlamada içərisində təmiz çəkisi 90,0 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,302 qram, ümumi çəkisi 95,302 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 2.089 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz təmiz çəkiləri 29.566 qram və 0.432 qram, ümumi təmiz çəkisi 29,998 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrəözünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki,əslən Lənkəran şəhərindən olsa da, Sabunçu rayonu Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, ev 6 ünvanında yaşayır. Təxminən 15 ilə yaxındır ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Tutulmamışdan dörd gün qabaq Zabrat qəsəbəsindəƏlirza adlıİran İslam Respublikası vətəndaşı ilə görüşmüşdür. Əlirza ilə söhbət edərkən sonuncu narkotik vasitə satdığını demişdir. İstifadəçisi olduğu üçün Əlirzadan narkotik vasitə almaq qərarına gəlmişdir. Sonuncudan 125 manata marixuana, 50 manata metanfetamin və qramı 22 manatdan olmaqla 30 qram heroin almışdır. Ümumilikdə 835 manat pul verməli olsa da, Əlirzaya cəmi 300 manat verib, pulun qalanını bir müddət sonra verəcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə getmiş, həmin narkotik vasitələri evin həyatyanı sahəsindəki kiçik tikilidə gizlətmişdir. Bir neçə dəfə metanfetamindən istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə evə gələrkən ətrafda polis əməkdaşlarının avtomobillərini görüb, polislərin yaşadığı evə baxış keçirdiklərini başa düşmüş və həmin gün evə gəlməmişdir. O, evdə olmadığı vaxt polis əməkdaşları atasının iştirakı ilə evə baxış keçirmişlər. Evin həyatyanı sahəsində olan kiçik tikilidən masanın üzərindən özünə məxsus bir ədəd qızıl-zinət əşyalarıüçün nəzərdə tutulmuş elektron tərəzi, şəffaf selofonda hər biri 1 ml olan 9 ədəd tibbi iynə, içərisində 8 ədəd 10 ml-lik kalsiyum qlyuqonat ampulaları və tulçinka yağına məxsus göy rəngli plastmas qab aşkar edilmişdir. Həmin qabın içərisinə baxış keçirilən zaman içərisində marixuana olan kibrit qutusu, şəffaf selofona bükülmüş açıq qəhvəyi rəngli narkotik vasitə olan heroin, şəffaf selofona bükülmüş marixuana, şəffaf selofona bükülmüşşəffaf rəngli kristal şəkilli metamfetamin, üzərində «Borimed» yazısı olan bir ədəd dərman həbi vəüzərində «Clindomysin» yazısı olan bir ədəd kapsula aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. xx xxxxxx 2019-cu il tarixdə polisdən uzun müddət gizlənə bilməyəcəyini başa düşüb, Sabunçu RPİ-nin 14-cü PB-nə gedərək aşkar olunan narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə satmaq niyyəti olmamışdır. Hər dəfə narkotik vasitəni qəbul etməmişdən qabaq onun çəkisini müəyyən etmək üçün elektron tərəzidən istifadə etmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, barəsindəədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Ceyhun təxminən 15 ildir ki narkotik vasitələrdən istifadə edir. Sonuncu iki dəfə narkoloji dispanserdə müalicə almışdır. Tutulanadək hər gün narkoloji dispanserə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində evinə polis əməkdaşları gəlmişdir. Yaşadığı evdən çöləçıxmış və polis əməkdaşlarının nə səbəbə görə gəlmələrini soruşmuşdur. Polis əməkdaşları oğlu Ceyhunun yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmişlər. O, polis əməkdaşlarının evinə və həyatyanı sahəsinə baxış keçirmələrinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları evinə və həyatyanı sahəyə videoçəkiliş aparılmaqla baxış keçirməyə başlamışlar. Evin həyətində olan kiçik tikiliyə baxış keçirilən zaman oradakı masanın üzərindən bir ədəd qızıl-zinət əşyalarıüçün nəzərdə tutulmuş tərəzi, şəffaf selofonda hər biri 1 ml olan 9 ədəd tibbi iynə, içərisində 8 ədəd 10 ml-lik kalsiyum qlyuqonat ampulaları və tulçinka yağına məxsus göy rəngli plastmas qab aşkar edilmişdir. Həmin qabın içərisindən kibrit qutusu, şəffaf selofona bükülmüş, açıq qəhvəyi rəngli toz halında maddə, şəffaf selofona bükülmüş qurudulmuş ot, şəffaf selofona bükülmüşşəffaf rəngli kristal şəkilli maddə, üzərində «Borimed» yazısı olan bir ədəd dərman həbi vəüzərində «Clindomysin» yazısı olan bir ədəd kapsula aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunu polis əməkdaşı açdıqda spesfik iyə malik qurudulmuş ot müəyyən edilmişdir. Aşkar edilmiş maddələr götürülərək qablaşdırılmışdır. Polis əməkdaşları aşkar edilmiş maddələrin kimə məxsus olmasını soruşduqda oğlu Ceyhuna məxsus olmasını bildirmişdir. Polis əməkdaşları evə baxış keçirərkən Ceyhun evdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,DİN-nin Bakışəhər Sabunçu RPİ-nin 14-cü polis bölməsinin başəməliyyat-müvəkkilidir. xx xxxxxx 2019-cu il tarixdə Lənkəran şəhər sakini Ceyhun adlışəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq yaşadığı Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evdə saxlaması barədə polis bölməsinin əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Ceyhun adlışəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, Şahid4, Şahid3 və təhqiqatçı Firdovsi İsgəndərov ilə birlikdə Bakışəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən yaşayış evinə getmişlər. Onları Təqsirləndirilən şəxs atası Şahid1 qarşılamış, sonuncu evə baxış keçirilməsinə etiraz etməmişdir. Odur ki, Şahid1 iştirakı ilə videoçəkiliş aparılmaqla evə baxış keçirilməyə başlamışlar. Evin həyətyanı sahəsindəki köməkçi tikilinin içərisində olan masanın üzərindən bir ədəd qızıl-zinət əşyalarıüçün nəzərdə tutulmuş tərəzi, şəffaf selefonda hər biri 1 ml olan 9 ədəd tibbi iynə, içərisində 8 ədəd 10 ml-lik kalsiyum qlyuqonat ampulaları, tulçinka yağına məxsus göy rəngli plastmas qab aşkar edilmişdir. Həmin qaba baxış keçirilən zaman qabın içərisində spesifik iyə malik marixuana bitkisinə bənzər qurudulmuş ot olan kibrit qutusu, şəffat selefona bükülmüş açıq qəhvəyi rəngli heroinə bənzər toz halında maddə, şəffaf sellofana bükülmüş marixuana bitkisinə bənzər qurudulmuş ot, səffaf sellofana bükülmüşşəffaf rəngli kristal şəkilli maddəüzərində «Borimeo» yazısı olan bir ədəd dərman həbi vəüzərində «Clindomysin» yazısı olan bir ədəd kapsula aşkar edilmişdir. Aşkar edilmiş maddələr və otlar baxışda iştirak edən şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxışın nəticələrini özündəəks etdirən protokol tərtib olunmuş, oxunduqdan sonra iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki,Sabunçu RPİnin 14-cü PB-də sahə rəisi vəzifəsində işləyir. Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi xidməti ərazisinə daxildir. Təqsirləndirilən şəxs onun xidmət etdiyi ərazidə yaşayır. Sonuncu narkoloji dispanserdə qeydiyyatdadır, orada müalicə almışdır. Ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməkdaşlardan məlumat daxil olmuşdur. Buna görə də xx xxxxxx 2019-cu il tarixdəəməliyyat tədbirləri keçirilmiş və Ceyhunun yaşadığı evdən külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid6 ifadəsində göstərdi ki,2005-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ailə həyatı qurmuş və birgə nigahlarından bir övladları olmuşdur. Əvvəllər Ceyhun münasibətləri yaxşı olsa da, sonradan aralarında narazılıqlar yaranmışdır. Buna səbəb isə Ceyhunun narkotik vasitələrdən istifadə etməsi olmuşdur. Sonuncu 2009-2010-cu illərdə narkoloji dispanserdə müalicə almışdır. Narkotikdən istifadə etdiyinə görə Ceyhundan boşanmışdır. Sonuncunun narkotik vasitəni hardan əldə etməsindən xəbəri olmamışdır. 2019-cu ilin noyabr ayında Ceyhunun yaşadığı evdən külli miqdarda narkotik vasitələrin aşkar olunduğunu və bu səbəbdən sonuncunun polislər tərəfindən tutulduğunu eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmişşahid X2 ifadəsindən görünür ki, əvvəllər Bakışəhəri, Naxçıvani küçəsində kafe işlətmişdir. Təqsirləndirilən şəxs da kafedə müştəri kimi tanımışdır. Belə ki, Ceyhun həmin kafeyə gəlməmişdən əvvəl ona zəng edib, otaqlardan birini saxlamasını xahiş etmişdir. Ceyhunun xahişi əsasında kafedə onun üçün boş otaq saxlamışdır. Bundan başqa Ceyhunla heç bir əlaqəsi olmamış, sonuncunun nə işlə məşğul olmasını bilməmişdir. İşin 8-10-cu vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən yaşayış evinə baxış keçirilən zaman evin sol tərəfində kiçiki tikilisinin içərisində olan masanın üzərindən bir ədəd qızıl-zinyət əşyalarıüçün nəzərdə tutulmuş tərəzi, şəffaf selefonda hər biri 1 ml olan 9 ədəd tibbi iynə, içərisində 8 ədəd 10 ml-lik kalsiyum qlyuqonat ampulaları, tulçinka yağına məxsus göy rəngli plastmas qab, həmin qabın içərisində spesifik iyə malik malik marixuana bitkisinə bənzər qurudulmuş ot olan kibrit qutusu, şəffat selefona bükülmüş açıq qəhvəyi rəngli heroinə bənzər toz halında maddə, şəffaf selefona bükülmüş marixuana bitkisinə bənzər qurudulmuş ot, səffaf selefona bükülmüşşəffaf rəngli kristal şəkilli maddəüzərində «Borimed» yazısı olan bir ədəd dərman həbi vəüzərində «Clindomysin» yazısı olan bir ədəd kapsula aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddə götürülüb qablaşdırılaraq Sabunçu RPİ-nin 14-cü PB-nin zərflər üçün 159 nömrəli möhürü ilə möhürlənmiş, hadisə ilə bağlı tərtib olunmuş protokol baxışın iştirakçıları tərəfindən imza edilmiş, heç bir şikayət və təklif daxil olmamışdır. Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən yaşayış evinə baxış videokamera ilə qeyd alınaraq keçirilmiş və həmin görüntülər diskə köçürülərək cinayət işinəəlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28002 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı ...» yazısı və imzalar olan sellefon bağlamadakı içərisində: təmiz çəkisi 90,0 qram və 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,302 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 95,302 qramdır. Materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28003 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı ...» yazısı və imzalar olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 2.089 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop - metamfetamindir, üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı otağından aşkar olunaraq götürülmüşdür ...» əl yazıları olan zərfdəki (№2) 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz təmiz çəkiləri 29.566 qram və 0.432 qram, ümumi təmiz çəkisi 29,998 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1№-li zərfdəki blister kəsiyi üzərində «Borimed» yazısı olan 1ədəd açıq qəhvəyi rəngli dərman tableti və blister üzərində «Clindomysin» yazısı olan 1 ədəd tünd qırmızımtıl-qəvəyi rəngli dərman kapsulundakı preparat Azərbaycan Respublikasının ərazisində nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə ambulator narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2842 saylı rəyindən görünür ki, müayinə zamanıTəqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müayinəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30944 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 89,95 qram və 5,252 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı maddələrin təmiz çəkiləri 90,0 qram və 5,302 qram təşkil edirdi. Materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30932 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində «02 ədəd zərfdə maddi sübut Təqsirləndirilən şəxs.......» sözlər və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 29,536 qram; 0,412 qram; ümumi təmiz çəkisi - 29,948 qram olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd kağız zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İşin 75-ci vərəqəsindəki «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Bakışəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evə baxış keçirilən zaman çəkilmişözündə videogörünütləri əks etdirən bir ədəd DVD dikə tərəfindən baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü xx xxxxxx 2019-cu il tarixli və saat 07 dəqiqə 43 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları iştiraçıların və həmin evdə yaşayan X1 iştirakı ilə evə baxış keçirir, baxış zamanı Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evin içərisindən hər hansı bir qanunla qadağan olunmuşəşya aşkar edilmir. Evdən çöləçıxdıqda sol tərəfdə kiçik tikiliyə daxil olur, həmin tikilinin içərisində müxtəlif əşyalar vardır, sol tərəfdə kiçik masanın üzərindən bir ədəd qızıl-zinyət əşyalarıüçün nəzərdə tutulmuş tərəzi, şəffaf selefonda bir neçəədəd şprislər, bir neçəədəd kalsiyum qlyuqonat ampulaları və tulçinka adlanan yağa məxsus göy rəngli plastmas qab aşkar edildi. Həmin qaba baxış keçirilən zaman həmin qabın içərisində kibrit qutusu, şəffat selefona bükülmüş toz halında maddə, şəffaf selefona bükülmüş, səffaf selefona bükülmüşşəffaf rəngli kristal şəkilli maddəüzərində «Borimed» yazısı olan bir ədəd dərman vəüzərində «Clindomysin» yazısı olan bir ədəd kapsula şakar edildi. Polis əməkdaşı kbrit qutusunu açıqda içərisində ot olması müəyyən edilmişdir. İşin 139-150-ci vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evə baxış keçirilən zaman evin sol tərəfində kiçik tikilidən aşkar edilərək götürülmüşüzərində heroin izləri olan bir ədəd elektron tərəzi, evdən götürülmüşümumi çəkisi 95,302 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.089 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 29,998 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin vəözündə videogörünütləri əks etdirən bir ədəd DVD disk işüzrə maddi sübut kimi tanınmış, ekspertiza tədiqatından sonra qalıq qalmışümumilikdə təmiz çəkisi 95,102 qram qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.039 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 29.888 qram narkotik vasitə heroin və elektron tərəzi saxlanılmasıüçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, bir ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İşin 113-114-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 47-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdəşübhəli şəxs qismində tutulmuşdur. İşin 156-cı vərəqəsindəki şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Abbasəli oğlunun himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək yaşadığı evdən aşkar edilən müxtəlif növ narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Onun ifadəsinin həmin hissəsi işüzrə dindirilmişşahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan digər sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinəəsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun barəsində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinəəsasən o, cəzasınıümumi rejimli cəzaçəkmə müəsisəsindəçəkməli, cəzaçəkmə müddətinin başlanğıcışübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinəəsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşüzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Bakışəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evə baxış keçirilən zaman evin sol tərəfində kiçik tikilidən aşkar edilərək götürülmüşüzərində heroin izləri olan bir ədəd elektron tərəzi, evdən götürülmüşümumi çəkisi 95,302 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.089 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 29,998 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədiqatından sonra qalıq qalmışümumilikdə təmiz çəkisi 95,102 qram qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.039 qram psixotrop-metamfetamin, ümumi təmiz çəkisi 29.888 qram narkotik vasitəheroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 316 (üç yüz on altı) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumi rejimli cəzaçəkmə müəsisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İşüzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi 6 saylıünvanda yerləşən evə baxış keçirilən zaman evin sol tərəfində kiçik tikilidən aşkar edilərək götürülmüşüzərində heroin izləri olan bir ədəd elektron tərəzi, evdən götürülmüşümumi çəkisi 95,302 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.089 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 29,998 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədiqatından sonra qalıq qalmışümumilikdə təmiz çəkisi 95,102 qram qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 2.039 qram psixotrop-metamfetamin, ümumi təmiz çəkisi 29.888 qram narkotik vasitəheroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 316 (üç yüz on altı) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar