Məhkəmə qərarları › İş №1(101)-488/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-488/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-488/2022 02.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 27 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 28-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, xx xxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(060)-183/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 7(060)- 87/2022 saylı qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(060)-183/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3rəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əsgər» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 6.274,139 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1.504,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan 2800 ədəd narkotik vasitə metadonu və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram olan 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridi istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Əsgər» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,055 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 14,084 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 6240 qram narkotik vasitə heroini, külli miqdarda 1504,2 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan 2800 ədəd metadon tərkibli dərman preparatlarını, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram olan 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 sentyabr 2021-ci il tarixdə, saat 22:30da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,055 qram heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,084 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 04 sentyabr 2021-ci il tarixdə saat 00:45dən etibarən Təqsirləndirilən şəxs2 öz könüllü razılığı və Təqsirləndirilən şəxs1 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsindən bir ədəd polietilen torbanın içərisində olan altı ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1065 qram, 1070 qram, 1000 qram, 1030 qram və 1065 qram olmaqla ümumi çəkisi 6240 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətləri ilə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1504,2 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli sellofan torbada külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan üzərində “Methadone” markalanma göstəricisi olan tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynilik təşkil edən 280 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 2800 ədəd üzərlərində ‘‘F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman preparatları və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram üzərində Timol-XX markalanma göstəricisi olan tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynilik təşkil edən 430 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əsgər» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 6274,139 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1504,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan 2800 ədəd narkotik vasitə metadonu və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram olan 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridi istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Əsgər» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,055 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 14,084 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 6240 qram narkotik vasitə heroini, külli miqdarda 1504,2 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan 2800 ədəd metadon tərkibli dərman preparatlarını, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram olan 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridini özünün idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 sentyabr 2021 -ci il tarixdə, saat 22:30da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun idarə etdiyi “Opel Astra" markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,055 qram heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,084 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 04 sentyabr 2021-ci il tarixdə saat 00:45dən etibarən Təqsirləndirilən şəxs2 öz könüllü razılığı və Təqsirləndirilən şəxs1 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsindən bir ədəd polietilen torbanın içərisində olan altı ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1065 qram, 1070 qram, 1000 qram, 1030 qram və 1065 qram olmaqla ümumi çəkisi 6240 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1504,2 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli sellofan torbada külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan üzərində “Methadone” markalanma göstəricisi olan tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynilik təşkil edən 280 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 2800 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman preparatları və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram üzərində Timol-XX markalanma göstəricisi olan tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynilik təşkil edən 430 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin nəşə və psixotrop maddənin patı adlandırılan metamfetamin növündən istifadə edir. Son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də pul qazanmağın yollarını axtarmışdır. Buna görə təxminən bir il bundan əvvəl “İnstagram” sosial şəbəkəsində bir nəfər İran İslam Respublikasında yaşayan və oranın vətəndaşı olan Əsgər adlı şəxslə tanış olmuşdur. İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə sosial şəbəkədə danışan zaman Əsgər ona bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğuldur, əgər istəsə onu da öz işinə şərik edə bilər. Belə ki, Əsgər adlı şəxs ona demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitələrin satışı ilə məşğul olan adamları var, həmin şəxslərdən biri ola bilər. Əsgərin deməsinə görə onun işi narkotik vasitəni Əsgərin dediyi ünvandan götürüb, onun deyəcəyi ünvana qoymaq imiş. Bunun müqabilində isə pul əldə edəcəkmiş. Əsgər adlı şəxslə narkotik vasitənin alışı-satışı ilə əlbir olmaq üçün razılıq vermişdir. Əsgər adlı şəxslə tanış olandan sonra ona təxminən 4 dəfə narkotik vasitə göndərmiş, həmin narkotik vasitələri götürüb onun dediyi ünvanlara çatdırmışdır. Həmin narkotik vasitələri payladıqdan sonra 5-ci dəfə Əsgər adlı şəxslə danışan zaman narkotik vasitə göndərməyini bildirmişdir. Əsgər adlı şəxs də narkotik vasitə göndərəcəyini bildirmişdir. Əsgər adlı şəxs narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanına göndərəcəyini bildirmişdir. Buna görə də bir nömrə vermişdir ki, onunla əlaqə saxlasın. 03 sentyabr 2021ci il tarixdə iranlı Əsgər adlı şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrə hazırda yadında deyil. Həmin nömrəni narkotik vasitəni götürəndən sonra telefonundan da silmişdir. Həmin iranlı şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamış və onun Mətbuat prospekti 529 ünvanına gəlməyini bildirmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində qonşusu və tanışı Təqsirləndirilən şəxs2 zəng etmişdir. Çünki, Təqsirləndirilən şəxs2 taksi sürməklə məşğul olmuşdur. Qəhrəmana Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Qəhrəman isə stansiya Sumqayıta onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Qəhrəman onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin yerdə onun idarə etdiyi «Opel Astra» markalı **-DD-*** qeydiyyat nişanlı avtomobilə minmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələr barədə heçnə deməmiş, ümumiyyətlə Qəhrəmanın onun tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə heç bir xəbəri olmamışdır. Qəhrəmanın xəbəri olmadan narkotik vasitə götürməyə getmişdir. Yasamal rayonunda Mətbuat prospektinə çatandan sonra Əsgər adlı şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxsi Mətbuat prospektində ara küçələrin birinə çağırmışdır. Həmin ara küçədə həmin şəxs gözləmişdir. Onun tünd rəngli «Azsamand» markalı nömrəsini xatırlamadığı avtomobili var imiş. Həmin maşının yanında Qəhrəman maşını saxlamışdır. Həmin şəxs öz maşınının arxa yük yerindən Təqsirləndirilən şəxs2 maşınının arxa yük yerinə bir ədəd torbada narkotik vasitəni qoymuş və uzaqlaşmışdır. Həmin şəxsi görsə tanıya bilməz, onun anket məlumatlarını bilmir. Narkotik vasitəni maşının yük yerinə qoyduqdan sonra oradan çıxmaq istəmişdir. Avtomobilin yük yerinə qoyulan narkotik vasitə dolu çantanın içərisində bir büküm narkotik vasitə heroini götürüb öz cibinə qoymuşdur. 03 sentyabr 2021-ci il tarixdə axşam saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə onun idarə etdiyi ‘Opel Astra’ markalı **-DD- *** nömrəli avtomobilin yanında dayanarkən bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Qəhrəmanı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişlər. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili də baş idarəyə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Qəhrəmana üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə nə isə tapmışlar. Bundan sonra həmin kütlələr qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. O, könüllü olaraq bildirmişdir ki, Qəhrəmanın avtomobilində narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər. Daha sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Sonra, o, Təqsirləndirilən şəxs2, müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə “Opel Astra” markalı, **-DD-*** nömrəli avtomobilin yanına getmişlər. Avtomobildə qanunsuz hər hansısa bir əşya varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, həmin avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd polietilen torbanı təqdim etmişdir. Torbaların içindən altı ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli bağlamada metadon həbləri aşkar olunmuşdur. Metadonun içərisində tramadol həbləridə var imiş. Sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etmiş, həmin narkotik maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqmış. Daha sonra baxış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışlar. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 azad etməyi xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, ancaq Təqsirləndirilən şəxs2 orda sadəcə taksi rolunu oynamış, heç nə haqqında məlumatı olmamışdır. O, Qədimov Qəhramana taksiçi kimi zəng etmişdir ki, onu Koroğlu metrosu tərəfə qohumugilə aparsın. Daha sonra iranlı ona zəng edib ünvanı dəyişib getmişlər Yasamala, orda narkotik vasitəni götürəndə onu tutmuşlar. Təqsirləndirilən şəxs2 heç maşından da düşməmiş, o, torbanı götürüb maşının yük hissəsinə qoyanda narkotiklə mübarizənin əməkdaşları onları tutmuşlar. Təqsirləndirilən şəxs2 torbanın içində nə olduğunu bilməmiş, ona torbanın qohumuna məxsus olduğunu demişdir. Maşında aşkar olunan bütün narkotik vasitələr ona aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 123-127-ci və cinayət işinin 2-ci cild 83-84-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Təxminən 10-15 dəqiqə sonra Qəhrəman mənim yaşadığım ünvanın yaxınlığına gəldi. Həmin yerdə onun idarə etdiyi Opel Astra markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilə mindim. Maşına mindikdən sonra ona iranlı Əsgər adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyimi bildirdim və narkotik vasitəni Mətbuat prospektindən götürüb yaşadığım ünvana gətirmək üçün 30 manat pul verəcəyimi bildirdim. Təqsirləndirilən şəxs2 mənimlə razılaşdı. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşdu. Mən narkotik vasitəni götürməmişdən əvvəl Qəhrəmana bu barədə dedim ki, sonra birdən narazı qalar. Onun xəbəri ola-ola narkotik vasitə götürməyə getmişik. ...Şəxsi axtarış zamanı mənə və daha sonra Qəhrəmana üzərimizdə qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyimiz təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etdi. ...Qəhrəman verilən suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş heroin özünə məxsusdur, həmin narkotik maddəni məndən şəxsi istifadəsi üçün əldə etmişdir, Yasamal rayonu ərazisində mənim ilə birlikdə narkotik maddə əldə etdiyini, lazımı yerə çatdırdıqdan sonra mənim ona pul verəcəyimi, əlavə olaraq idarə etdiyi Opel Astra markalı, **-DD-*** nömrəli avtomobildə narkotik maddə olduğunu bildirmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin protokollarda olan imzalar ona məxsusdur. Elan olunmuş protokolu qismən təsdiq edir, narkotik vasitələr yalnız ona məxsus olmuş, Təqsirləndirilən şəxs2 torbanın içində nə olduğunu bilməmişdir. O, dindirmə protokollarına inanıb həmin hissəni oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü təqsirkar bilmir, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Həmin ifadələri oxumadan imza etmişdir. İfadə verməkdən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imzalar ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 107-110 və 1-ci cild 140-143-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... Təqsirləndirilən şəxs2 ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilərək bildirmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində qonşusu və tanışı Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil telefonuna zəng edərək Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Xanbabanı Bakı şəhərinə apara biləcəyini bildirmişdir. Dayandığı yerdən Xanbabanın yaşadığı ünvanın yaxınlığına təxminən 10-15 dəqiqə ərzində gəlmişdir. Xanbaba evlərinin yaxınlığında idarə etdiyi “Opel Astra” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobilə minmişdir. Maşına mindikdən sonra Xanbaba ona demişdir ki, iranlı Əsgər adlı şəxs ona narkotik vasitə göndərir, həmin narkotik vasitəni götürməyə gedir və narkotik vasitəni Mətbuat prospektindən götürüb yaşadığı ünvana gətirəcək, müqabilində isə ona 30 manat pul verəcəkdir. Pul qazanacağı üçün razılıq vermişdir. Ancaq bilmişdir ki, narkotik vasitəni daşımaq qanunsuz bir hərəkətdir. 30 manat pulu ona verdiyi üçün bu işə razı olmuşdur. Maşında Bakı şəhərinə gedərkən Xanbabadan narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Xanbaba isə bu işdən qazanc əldə etdiyini bildirmişdir.Yasamal rayonunda Mətbuat prospektinə çatandan sonra Xanbaba Əsgər adlı şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs Mətbuat prospektində ara küçələrin birinə çağırmışdır. Həmin ara küçədə həmin şəxs gözləmişdir. Onun tünd rəngli “Azsamand” markalı nömrəsini xatırlamadığı avtomobili olmuşdur. Həmin maşının yanında maşını saxlamışdır. Həmin şəxs özünün maşının arxa yük yerindən maşınının arxa yük yerinə bir ədəd torbada narkotik vasitəni qoymuş və uzaqlaşmışdır. Həmin şəxs sarışın, 180 sm boyunda, saçları seyrək, normal bədən quruluşlu bir şəxs olmuşdur. Lakin adını bilməmişdir. Narkotik vasitəni maşının yük yerinə qoyduqdan sonra oradan çıxmaq istəmişdir. Xanbaba avtomobilin yük yerinə qoyulan narkotik vasitə dolu çantanın içərisində bir büküm narkotik vasitə heroini götürüb ona vermişdir ki, istifadə edər. Bir bükümü isə öz cibinə qoymuşdur. 03 sentyabr 2021-ci il tarixdə axşam saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə onun idarə etdiyi “Opel Astra” markalı **-DD-*** nömrəli avtomobilin yanında dayanarkən bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Xanbabaya narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Xanbabanı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. İdarə etdiyi avtomobili də baş idarəyə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Xanbabaya və daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Xanbaba əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və 12 manat pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə mobil telefonlar götürülmüş, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və 12 manat pul ona geri qaytarılmışdır. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq Xanbaba bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən onun ilə birgə əldə etmişdir, həmin narkotik maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, narkotik maddələri əvvəlcədən razılaşaraq onun idarə etdiyi “Opel Astra” markalı, ** DD *** nömrəli avtomobilə yerləşdirmişdir, əvəzində pul verəcəkdir, həmin avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Xanbabanın dediklərini təsdiq edir, üzərindən aşkar olumuş heroin özümə məxsusdur, həmin narkotik maddəni Xanbabadan şəxsi istifadə üçün əldə etmişdir, Yasamal rayonu ərazisində Xanbaba ilə birlikdə narkotik maddə əldə etmişdir, əlavə olaraq idarə etdiyi “Opel Astra” markalı, ** DD *** nömrəli avtomobildə narkotik maddə vardır. Daha sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Avtomobilə baxış keçirilməsi ilə bağlı o, Təqsirləndirilən şəxs1, müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə “Opel Astra” markalı, **-DD-*** nömrəli avtomobilin yanına getmişdir. Avtomobildə qanunsuz hər hansısa bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd polietilen torbanı təqdim etmişdir. Torbaların içindən altı ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli bağlamada metadon həbləri aşkar olunmuşdur. Sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etmişdir, həmin narkotik maddələri “Əsgər" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, bu işləri görməkdə onun ilə əlbirdir. O da verilən suallara cavab olaraq bildirdi ki, Xanbabanın dediklərini təsdiq edir və narkotik vasitənin qanunsuz dövriyyəsində Xanbaba ilə əlbirdir. ... » Həmçinin, cinayət işinin 1-ci cild 72-74-cü vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... Şəxsi axtarış zamanı mənə və Xanbabaya üzərimizdə qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyimiz təklif olundu. ...Sonra mən əynimdə olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, nakotik vasitə heroini təqdim etdim. ...Sonra heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 15 qram (on beş) oldu. ...Mən sorğu zamanı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyimi, üzərimdən aşkar olunmuş heroinin özümə məxsus olduğunu, həmin narkotik maddəni Xanbabadan şəxsi istifadəm üçün əldə etdiyimi, Yasamal rayonu ərazisində Xanbaba ilə birlikdə narkotik maddə əldə etdiyimi, lazımı yerə çatdıqdan sonra Xanbabanın mənə pul verəcəyini, əlavə olaraq idarə etdiyim “Opel Astra” markalı, ** DD *** nömrəli avtomobildə narkotik maddə olduğunu, avtomobilə baxış keçirilməsinə etirazım olmadığını bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. İmzalar onun imzasıdır. O, polis əməkdaşlarına inanıb oxumadan imza etmişdir Bundan başqa, elan olunmuş cinayət işinin 1-ci cild 49-52-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protkolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş prortokolu təsdiq etmir, imza onun imzasıdır, lakin, o, polis əməkdaşlarına inanıb imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Əməliyyat qrupunun digər üzvləri Şahid2, Şahid3 və Elşad Qarayevlə həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanının yaxınlığında olduğunu öyəndikdən sonra 03 sentyabr 2021-ci il tarixdə saat 22:30 radələrində həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında başqa bir nəfər şəxslə Opel markalı avtomobilin yanında dayandıqlarını görmüşlər və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər özlərini təqdim edərkən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxslərə onlarla Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyi təklif etdikdə onlar etiraz etmədən onalrla birlikdə Baş İdarəyə gəlmişlər. Eyni zamanda Opel markalı avtomobildə Baş idarənin həyətinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra ilk öncə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və on iki manat pul aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və on iki manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən Təqsirləndirilən şəxs2 ilə birgə əldə etmiş, həmin narkotik maddələri Əsgər adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqmış, narkotik maddələri əvvəlcədən razılaşaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** nömrəli avtomobilə yerləşdirmişlər, əvəzində Təqsirləndirilən şəxs2 pul verəcəkmş, həmin avtomobildə narkotik maddə saxlamış, orada saxladığı narkotik maddələri təqdim edə bilcəyini bildirmiş və həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərindən aşkar olumuş heroinin özünə məxsus olmasını, həmin narkotik maddəni Xanbabadan şəxsi istifadəsi üçün əldə etdiyini, Yasamal rayonu ərazisində Xanbaba ilə birlikdə narkotik maddə əldə etdiklərini, lazımi yerə çatdırdıqdan sonra Xanbaba ona pul verəcəyini bildirmiş və idarə etdiyi, “Opel Astra” markalı, **-DD-*** nömrəli avtomobildə narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra, videoçəkiliş qurtarmış, protokol tərtib edilmişi, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobildə baxış keçirmək üçün Baş İdarənin həyətinə düşmüşlər. 04 sentyabr 2021-ci il tarixdə saat 00:45 radələrində baş idarənin həyətində videoçəkilişlə avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd polietilen torbanı təqdim etmişdir. Torbanın içindən yeddi ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, bir ədəd qara rəngli bağlamada metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən heçnə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri Əsgər adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını bildirmiş və bu işləri görməkdə Təqsirləndirilən şəxs2 da ona köməklik etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, üzərindən aşkar olumuş heroinin özünə məxsus olmasını, avtomobildə olan həmin narkotik maddəni Xanbaba ilə birlikdə əldə etdiklərini, bu işləri görməkdə Xanbabaya çatdırma ilə bağlı taksi kimi köməklik etdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxslərin hər ikisi narkotik vasitəni könüllü təqdim etmişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid4 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunarfaq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadələr verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 03 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayn, ev 23, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 03 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 188-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 5(004)-761/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 03.09.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin rəisi, polis general mayoru İslam Hümbətovun 03 sentyabr 2021-ci il tarixli, Ə223-008-21 saylı Əmrindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayn, ev 23, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 49-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və 12 manat pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə mobil telefonlar götürülmüş, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və 12 manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən Təqsirləndirilən şəxs2 ilə birgə əldə etdiyini, həmin narkotik maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, narkotik maddələri əvvəlcədən razılaşaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra" markalı, **-DD-*** nömrəli avtomobildə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs1 aldığını, Yasamal rayonu ərazisində Xanbaba ilə birlikdə əldə etdiklərini, lazımi yerə çatdırdıqdan sonra Xanbabanın ona pul verəcəyini, idarə etdiyi “Opel Astra" markalı, **-DD-*** nömrəli avtomobildə narkotik maddə olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 54-55-ci vərəqələrində olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 sentyabr 2021-ci il tarixli ərizələrindən görünür ki, onlar “Opel Astra" markalı, **-DD-*** nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişlər. Cinayət işinin 1-ci cild 58-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 sentyabr 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, “Opel Astra” markalı, **-DD-*** nömrəli avtomobilə baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə ola biləcək narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd polietilen torbanı təqdim etmişdir. Torbaların içindən altı ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, bir ədəd qara rəngli bağlamada metadon həbinə bənzər maddələr aşkar olunmuşdur. Sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Əsgər" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ona köməklik etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 da Xanbabanın dediklərini təsdiq etdiyini, avtomobildə olan narkotik vasitəni Xanbaba ilə əldə etdiyini, bu işləri görməkdə Xanbabaya çatdırma ilə bağlı taksi kimi köməklik etdiyini bildirmişdir. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 75-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2021-ci il tarixli, 7/884 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən... ” sözləri yazılmış çəhrayı rəngli sintetik torbada skoçla bağlanmış bir ədəd sellofan bağlamada təmiz çəkisi 1504,2 qr (1 kq 504,2 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cild 79-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2021-ci il tarixli, 6/3863 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 20,055 qr (üzərində Təqsirləndirilən şəxs1 yazısı olan) və bir ədəd bükümdə təmiz çəkisi 14,084 (üzərində Təqsirləndirilən şəxs2 yazısı olan) qəhvəyi tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar olunmuş ..” kisədəki, -6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1010 qr, 1065 qr, 1070 qr, 1000 qr, 1030 qr, 1065 qr, ümumi təmiz çəkisi 6240 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində: “Methadone 40” markalanma göstəricisi olan 280 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 2800 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 2800 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 112 qramdır (konvalyutun üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla). Metadon tərkibli həblər tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricilərinə görə eynidirlər. -üzərində: “Timol-XX (tramadol hydrocholide tablets 225 mq)” markalanma göstəricisi olan 430 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 4300 ədəd ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 4300 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 967,5 qramdır (konvalyutun üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla). Tramadol hidroxlorid tərkibli həblər tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynidirlər. Təqdim edilmiş heroin ümumi təmiz çəkisi 6274,139 qramdır (6 kq 274,139 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in İİ siyahısına daxildirlər. Tramadol hidroxlorid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan 05 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru, A.İ.Bünyadov Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd elektron nəzarət vasitəsini təhvil almışdır. Cinayət işinin 1-ci cild 206-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri və zəng məlumatlarını özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsi ilə mütəmadi olaraq telefon danışıqlarının olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 209-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri və zəng məlumatlarını özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq telefon danışıqlarının olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 210-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 oktyabr 2021-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 211-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 oktyabr 2021-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatına baxış keçirilən zaman, həmin mobil telefonun işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir Cinayət işinin 1-ci cild 214-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri və zəng məlumatlarını özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq telefon danışıqlarının olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Mahir Gülməmmədlinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, VMAS portalı üzrə yoxlama zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasına gediş-gəlişi müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Mahir Gülməmmədlinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, VMAS portalı üzrə yoxlama zamanı Təqsirləndirilən şəxs2 İran İslam Respublikasına gediş-gəlişi müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 04 dekabr 2021-ci il tarixli, 008-9290-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışında əlbir olduqları Əsgər adlı şəxsin və cinayətin digər iştirakçılarının dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 16-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Mahir Gülməmmədlinin 06 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi, tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş iki ədəd “Samsung” markalı mobil telefonların ayrılmış cinayət işində həmin şəxslərin yaxın qohumlarına qaytarılması nəzərdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 33-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Mahir Gülməmmədlinin 06 dekabr 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddənin, eləcə də güclü təsir edən maddələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Bundan başqa, məhkəmə baxışında cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan məlumatların mətnlərinə baxış zamanı aşağıdakı məzmunda SMS mətnlələr müəyyən edilmişdir: 09.08.2021-ci ildə saat 16:58:01-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Patini paylamisan hamiya pati istiyen yoxdu sene lazimdi eh ay xanbaba”; 10.08.2021-ci ildə saat 17:01:13-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “1qramida duzelt gelirem”; 10.08.2021-ci ildə saat 21:39:39-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Tema gotursen mene xeber ele ha”; 16.08.2021-ci ildə saat 14:41:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Sabahun xeyir neynirsen buralardasansa 2qr ayri yarim qiram ayri gotur ged zapravkaya mende gelim orda oturum sms yaz evdeyem daniwa bilmirem ... evde”; 16.08.2021-ci ildə saat 23:58:20-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Sennen ses sorag gelmedi noldu bele tez itirdin arintirovkavi kolanin pulu hazirdi vaxtin olanda zeng vur gotur”; 26.08.2021-ci ildə saat 23:11:43-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Menem samir 1kilo pati lazimdi tez getire bilirsen biz terefe mene xeber de tez gozduyen var vacib tezzz”; 29.08.2021-ci ildə saat 23:57:53-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Yetim bugun mene ot verirdin bes noldu )))”; 30.08.2021-ci ildə saat 01:04:58-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Sen ne vaxt gelersen ay qaqaw 3denede kola lazimdi srocnu”; 30.08.2021-ci ildə saat 01:13:53-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Duzelt xeber ele 3kola bir 05 kola bir 1denede pati vessalam”; 31.08.2021-ci ildə saat 16:35:10-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Brat sen 5 yarim kola duzeltde gelirem zeng eleme”; 01.09.2021-ci ildə saat 01:06:10-da Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Burdayam yetim.bele sene nece rahatdisa ele ele yetim.agrimagin hec yerjne dusmedide etaga.kola belke nese komek eder sene oncun didim.baska sobetdi bu zil qara”; 01.09.2021-ci ildə saat 18:41:59-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Qaqa uwaqlar zeng vurublar yari kola lazimdi ne deyirsem menen xeber” məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, üzərində narkotik vasitə olmamış, və avtomobilə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin yerləşdirməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 1-ci cild 181-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini “.... Maşına mindikdən sonra Təqsirləndirilən şəxs2 iranlı Əsgər adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyimi bildirdim və narkotik vasitəni Mətbuat prospektindən götürüb yaşadığım ünvana gətirmək üçün sənə 30 manat pul verəcəyimi bildirdim. Sən razılaşdın. Qəhrəman narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşdu. Mən isə bu işdən qazanc əldə etdiyimi bildirdim. Sənin xəbərin ola-ola narkotik vasitə götürməyə getmişdik. ...Həmin şəxs özünün maşınının arxa yük yerindən sənin maşınını arxa yük yerinə bir ədəd torbada narkotik vasitəni qoydu və bizdən uzaqlaşdı. Avtomobilin yük yerinə qoyduğumuz narkotik vasitə dolu çantanın içərisindən bir büküm narkotik vasitə heroini götürüb sənə verdim ki, istifadə edərsən. Bir bükümü isə öz cibimə qoydum. ... ” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Həmçinin, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Bundan başqa, məhkəmədə tədqiq edilərək araşdırılmış 03 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın cibindən bir ədəd bükümdə qəhvəyi rəngli kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildikdə, sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildikdə, onun əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki qurğu və 12 AZN pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılaraq, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar götürülmüşdür. Azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı texniki vasitə və 12 manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şəxsi axtarış aparılarkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən Təqsirləndirilən şəxs2 ilə birgə əldə etdiyini, həmin narkotik maddələri “Əsgər” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, narkotik maddələri əvvəlcədən razılaşaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra" markalı avtomobildə saxladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs1 aldığını, Yasamal rayonu ərazisində Xanbaba ilə birlikdə əldə etdiklərini, lazımi yerə çatdırdıqdan sonra Xanbabanın ona pul verəcəyini, idarə etdiyi “Opel Astra" markalı avtomobildə narkotik maddə olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilərək araşdırılmış 04 sentyabr 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış 1 ədəd DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, “Opel Astra” markalı, **-DD-*** nömrəli avtomobilə baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə ola biləcək narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və sənədləri vermələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində olan bir ədəd böyük qırmızı rəngli torbanı təqdim etmişdir. Torbanın içindən altı ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, bir ədəd qara rəngli bağlamada metadon həbinə bənzər maddələr aşkar olunmuşdur. Aşkar edilmiş həmin narkotik vasitələr elektron tərəzidə çəkilərək, qablaşdırılmışdır. Aavtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmamışdır. Baxış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Əsgər" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ona köməklik etdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 da Xanbabanın dediklərini təsdiq etmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri münasibətdə məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli, Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunlarının və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, qurudulmuş marixuanın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar, Metadonun 0.02 qramı şəxsi istehlak miqdarından artıq, 1.6 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Həmçinin, tərkibində “tramadol hidroxlorid” olan dərman vasitələrində (100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2- [(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid) “tramadol hidroxlorid”in miqdarı 6 qramdan çox olduqda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 256-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 02 dekabr 2021-ci il tarixli, 1375 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 254-cü vərəqəsində olan 23 saylı MKS-dən daxil olmuş 01 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilmişdir. Cinayət işinin 1-ci cild 255-ci vərəqəsində olan 23 saylı MKS-dən daxil olmuş 01 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibinə 1994-cü il təvəllüdlü həyat yoldaşı X4, uşaqları – 2016-cı il təvəllüdlü X2 və 2017-ci il təvəllüdlü X1 daxildirlər. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 oktyabr 2021-ci il tarixli 3766 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabiodlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 1-ci cild 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 % dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, 22 may 2013-cü ildə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Həmçinin, cinayət işinin 2-ci cild 8-14-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(060)-183/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, cinayət işinin 2-ci cild 7-ci vərəqəsində olan Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş 03 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 28 gününü çəkmiş, 01 il 04 ay 02 gün hissəsini çəkməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 02 günü çəkilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 7(060)-87/2022 saylı qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(060)-183/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 02 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 02 (iki) ay 01 (bir) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 02 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 02 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 1-ci cild 248-ci vərəqəsində olan 23 saylı MKS-dən daxil olmuş 01 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilmişdir. Cinayət işinin 1-ci cild 249-cu vərəqəsində olan 23 saylı MKS-dən daxil olmuş 01 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibinə 1986-cı il təvəllüdlü həyat yoldaşı X3, uşaqları - 2008-ci il təvəllüdlü X8 oğlu və 2009-cu il təvəllüdlü X6 oğlu daxildirlər. Cinayət işinin 1-ci cild 251-252-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2008-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı və 2009-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin 2-ci cild 3-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 noyabr 2021-ci il tarixli 4389 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabiodlərin istifadə etmə hallan olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 172-174-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli, 4(005)-896/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 38-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 169-171-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli, 4(005)-897/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 19,955 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 13,984 qram çəkidə narkotik vasitə heroin, avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 6239,76 qram çəkidə narkotik vasitə heroin, 1504,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2790 ədəd metadon həbi və 4290 ədəd tramadol həbi məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 ( on) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 02 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 02 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 19,955 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 13,984 qram çəkidə narkotik vasitə heroin, avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 6239,76 qram çəkidə narkotik vasitə heroin, 1504,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2790 ədəd metadon həbi və 4290 ədəd tramadol həbi məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar