Məhkəmə qərarları › İş №1(101)-489/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-489/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-489/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında 07.12.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, «20 Yanvar» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 06 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 2,567 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımış, 16 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb, ünvan 2erləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 06 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram, 0,226 qram, 0,497 qram, 0,536 qram, 0,449 qram, 0,502 qram xarici əlamətlərinə və tərkibindəki konponentlərinə görə eyni tərkibli olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,567 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, əvvəllər, yəni 2015-ci ildə xuliqanlıq cinayət əməlinə görə Xətai rayon məhkəməsi tərəfindən islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmişdir. 16 avqust 2021-ci il tarixdə atası Əfqanla qonşuları Məryəm xalanın evində söküntü işləri aparmış, söküntü nəticəsində Məryəm xalaya lazım olmayan kərpicləri arabaya yığaraq öz həyətlərinə daşımışdır. Təxminən saat 11 radələrində anası Mətanət atasına zəng edərək həyətlərinə sahə müvəkkilinin gəldiyini, onların tez evə gəlmələrini demişdir. O, atası ilə evlərinə getmişlər. Orada sahə müvəkkili Sabir müəllimi görmüşdür. Sabir oraya daha 2 nəfər əməkdaşla gəlmişdir. Həmin vaxtı əmisinin arvadı Xəyalə də onlarda olmuşdur. Sabir müəllim bildirmişdir ki, qonşularında oğurluq hadisəsi baş vermiş, bu məsələni araşdırmaq üçün onun onunla polisə getməsi, bəzi məsələləri araşdırması vacibdir. Əynindəki paltarı tozlu olduğu üçün evə keçib geyimini dəyişərək Sabir və onunla olan 2 polislə birikdə sonuncuların maşını ilə polisə getmişdir. Orada ona oğurluqda şübhələndikləri şəxslərin görüntülərini göstərmişlər, lakin o, ona göstərilən şəxslərin heç birini tanımamışdır. Polislər ona inanmayaraq onu döymüşlər ki, oğurluq edən şəxslər barədə məlumat versin. Lakin onun oğurluq və oğurluğu törədənlər barədə məlumatı olmadığı üçün polislər ona təklif etmişlər ki, üzərinə narkotik vasitə götürsün. Əks halda onu oğurluğa görə də məsuliyyətə cəlb edəcəklər. O da polislərin təsiri altında polislərin onun şalvarının sağ yan cibinə 6 büküm metafetaminin qoyulmasına etiraz etməmiş, üzərinə videoçəkilişlə aparılmış baxış zamanı həmin bükümləri masanın üzərinə qoyaraq ona aid olduğunu, həmin bükümləri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Qeyd etmək istəyir ki, sahə müvəkkili Sabir müəllim onun yalnız polis şöbəsinə gətirilməsində iştirak etmişdir. Onun telefonunda narkotik vasitələrin dövriyyəsinə dair yazışmalar olsa da həmin yazışmaların 16 avqust 2021-ci il tarixdə saxlanılmasına heç bir aidiyyatı yoxdur. Yəni həmin gün üzərində heç bir şey olmamış, onu evdən polis apardıqda paltarını dəyişib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-ci PB-nin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti sahəsində, yəni Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi ev 3 ünvanında yaşayan sakin kimi tanıyır. Təqsirləndirilən şəxs mənfi xarakterizə edir. Onun xırda oğurluqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı var idi. 16 avqust 2021-ci il tarixdə polis şöbəsinin əməkdaşlarına Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə və istifadəsində habelə Xətai RPİ-nin inzibati ərazisində oğurluq cinayətləri törətməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna bilavasitə daxil edilməsə də Təqsirləndirilən şəxs yaşadığı ev inzibati ərazisinə aid olduğundan keçiriləcək əməliyyat axtarış tədbirlərində zəruri köməklik göstərilməsinə cəlb edilmişdir. Belə ki, Tərlanın yaşadığı ərazi özbaşına tikililər olmaqla qarışıq yerdədir, oranı tanımadan həmin ünvanı tapmaq da çətindir. Bundan sonra əməliyyatçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanı əməliyyatçılara təqdim etmiş, sonuncular da qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 34-cü PŞnə aparmışlar. Sonrakı prosessual hərəkətlərdə iştirak etməmiş, yalnız məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən şüşə adlanan metafetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Tərlan saxlanılan gün qonşuluqda yaşayan Məryəm adlı yaşlı qadının evində söküntü işləri aparmamış, belə bir qadının həmin ərazidə yaşamasından məlumatı yoxdur. Tərlangilin evinə o daxil olmamış, onun valideynləri ilə söhbət etməmiş, Tərlanın paltarının dəyişməsindən məlumatı yoxdur. Sonradan Tərlanın evinə mobil telefonları götürmək üçün getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Tərlanın yaşadığı Əhmədli qəsəbəsi, Rezervuar küçəsində onun işlədiyi maşın təmiri sexi yerləşir. Həmin sexdən üzbəüz olan Tərlanın yaşadığı məhəllə görünür. Məsafə həmin məhəlləyə 150-200 m olar. 16 avqust 2021-ci il tarixdə iş yerində olan zaman saat təxminən 11-12 radələrində görmüşdür ki, Tərlan evləri istiqamətində piyada gedən zaman sahə müvəkkili Sabir müəllim və mülki geyimli iki şəxs Tərlana yaxınlaşaraq sonucunu Sabir müəllimin idarə etdiyi Mersedes markalı maşina əyləşdirib aparmışlar. Tərlanın həmin gün araba ilə həyətlərinə kərpic, kubik daşımağını xatırlamır. Həmin məhəllədə Məryəm adlı qadının yaşamasını bilmir, Tərlanın atası ilə birlikdə Məryəmin evində söküntü işləri aparmasından xəbəri yoxdur. O, müstəntiqə Tərlanın sexdə işləyən başqa bir işçiyə narkotik satmasını deməmiş, Tərlanın həmin gün sexə gəlməsini bildirməmiş, Tərlanın narkotik vasitə istifadəçisi və yaxud satıcısı olmasını bilmir. Bununla belə ona ibtidai istintaq zamanı verdiyi ifadə protokolunda olan imza ona məxsus deyil, yalnız bu gün məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Tərlanın yaşadığı Əhmədli qəsəbəsi, Rezervuar küçəsində Şahid5 işlədiyi maşın təmiri sexi ilə yanaşı başqa bir sexdə işləyir. Həmin sexdən üzbəüz olan Tərlanın yaşadığı məhəllə görünür. Məsafə həmin məhəlləyə 150-200 m olar. 16 avqust 2021-ci il tarixdə iş yerində olan zaman saat təxminən 11-12 radələrində görmüşdür ki, Tərlan evləri istiqamətində piyada gedən zaman sahə müvəkkili Sabir müəllim və mülki geyimli iki şəxs Tərlana yaxınlaşaraq sonucunu Sabir müəllimin idarə etdiyi Mersedes markalı maşina əyləşdirib aparmışlar. Tərlanın həmin gün araba ilə həyətlərinə kərpic, kubik daşımağını xatırlamır. Həmin məhəllədə Məryəm adlı qadının yaşamasını bilmir, Tərlanın atası ilə birlikdə Məryəmin evində söküntü işləri aparmasından xəbəri yoxdur. O, müstəntiqə Tərlanın sexdə işləyən başqa bir işçiyə narkotik satmasını deməmiş, Tərlanın həmin gün sexə gəlməsini bildirməmiş, Tərlanın narkotik vasitə istifadəçisi və yaxud satıcısı olmasını bilmir. Bununla belə ona ibtidai istintaq zamanı verdiyi ifadə protokolunda olan imza ona məxsusdur, lakin ifadəsini oxumadan imzalamış, yalnız bu gün məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 34-ci PBnin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona 16.08.2021-ci il tarixdə məxfi mənbədən məlumat daxil omuşdur ki, Tərlan adlı şəxs Xətai rayonu ərazisində baş vermiş oğurluqlarda iştirak etmiş və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayır və istifadəsi ilə məşğul olur. Bundan sonra, raportla şöbənin rəhbərliyinə müraciət etmiş, elə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmaqla ondan və həmkarı Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq onun şəxsi maşını ilə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsinə gedərək həmin ərazini müşahidəyə götürərək Təqsirləndirilən şəxs oxşar şəxsin həmin küçədə yerləşən 3 saylı evin qarşısına gəlməsini gördükdə ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncunu Xətai RPİnin 34-ci PB-yə dəvət etmişlər.Təqsirləndirilən şəxs etiraz etmədən onun idarə etdiyi maşına əyləşmiş və hamısı birlikdə Polis Şöbəsinə gələrək Tərlanı şöbənin təhqiqatçısı İsaq Həsənova təhvil vermişlər. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın dəqiq yerini onlara şöbənin sahə müvəkkili Şahid3 dəqiq bildirmişdir. Lakin Sabir müəllim onlarla əməliyyat tədbirində iştirak etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla, onun və həmkarı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan əvvəl təhqiqatçı Tərlandan üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən altı ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri təqdim etmişdir. Həmin bükülülər təhqiqatçı tərəfindən bir-bir açıldıqda içərilərində ağ rəngli kristal şəkilli metafetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan maddə “şüşə” deyilən narkotik vasitədir, həmin vasitələri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Qeyd etmək istəyir ki, hadisədən artıq 6 ay keçdiyi üçün Təqsirləndirilən şəxs hansı geyimdə olmasını, geyiminin çirkli və yaxud təmiz olmasını xatırlamır. Həmçinin Təqsirləndirilən şəxs guya saxlanıldığı gün haradasa söküntü işləri aparması barədə məlumat verməmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlamışlar. Onu yaşadığı evdən aparmamışlar və ona qarşı heç bir fiziki zor və ya təzyiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 34-ci PBnin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid2 16.08.2021-ci il tarixdə məlumat daxil omuşdur ki, Tərlan adlı şəxs Xətai rayonu ərazisində baş vermiş oğurluqlarda iştirak etmiş və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayır və istifadəsi ilə məşğul olur. Bundan sonra, Şahid2 raportla şöbənin rəhbərliyinə müraciət etmiş, elə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmaqla ondan və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq onlar şəxsi maşını ilə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsinə gedərək həmin ərazini müşahidəyə götürərək Təqsirləndirilən şəxs oxşar şəxsin həmin küçədə yerləşən 3 saylı evin qarşısına gəlməsini gördükdə ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncunu Xətai RPİ-nin 34-ci PB-yə dəvət etmişlər.Təqsirləndirilən şəxs etiraz etmədən onun idarə etdiyi maşına əyləşmiş və hamısı birlikdə Polis Şöbəsinə gələrək Tərlanı şöbənin təhqiqatçısı İsaq Həsənova təhvil vermişlər. Bundan sonra təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla, onun və həmkarı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan əvvəl təhqiqatçı Tərlandan üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən altı ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri təqdim etmişdir. Həmin bükülülər təhqiqatçı tərəfindən bir-bir açıldıqda içərilərində ağ rəngli kristal şəkilli metafetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan maddə “şüşə” deyilən narkotik vasitədir, həmin vasitələri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Qeyd etmək istəyir ki, hadisədən artıq 6 ay keçdiyi üçün Təqsirləndirilən şəxs hansı geyimdə olmasını, geyiminin çirkli və yaxud təmiz olmasını xatırlamır. Həmçinin Təqsirləndirilən şəxs guya saxlanıldığı gün haradasa söküntü işləri aparması barədə məlumat verməmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlamışlar. Onu yaşadığı evdən aparmamışlar və ona qarşı heç bir fiziki zor və ya təzyiq etməmişlər. Həmçinin əməliyyat tədbirinə şəxsi maşınla getsələr də həmin maşının ona və yaxud da həmkarı Şahid2 məxsus olmasını dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Həyat yoldaşı Əfqan Məmmədov və oğlu ilə birlikdə Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 3-də yaşayırlar. Oğlunun narkotik vasitə istifadə etməsindən şübhələnirdi, bunu onun davranışından və gözlərinin ətrafının qızarmasından hiss etmişdir. Lakin onun narkotik vasitə qəbul etməsinn şahidi olmamış, oğlunun narkotik vasitələrin alqı-satqısı ilə bağlı telefon söhbətlərini eşitməmişdir. Belə ki, oğlu telefon söhbətləri edən zaman kənara çəkilib danışardı. 16.08.2021-ci il tarixdə səhər saatlarında əri Əfqanla Tərlan qonşuluqda yaşayan yaşlı qadın olan Məryəm xanımın həyətində söküntü işləri görmək üçün evdən çıxmışlar. Oğlunun əynində həmin vaxt idman şalvarı, köynək və şəpiklər olmuşdur. Həmin gün saat təxminən 11 radələrində sahə müvəkkili Sabir müəllim evlərinə gələrək Tərlanı soruşmuşdur. O, Tərlanı nə üçün soruşduğunu Sabir müəllimdən maraqlandıqda sonuncu demişdir ki, qonşu evdən telefon oğurlanmış, telefon oğrularını guya Tərlan tanıdığını deyərək Tərlanı çağırmasını xahiş etmişdir. O da ərinə zəng edərək onları evə çağırmışdır. Tərlan evə gəldikdən sonra yalnız şalvarını dəyişib Sabir müəllimin gəldiyi maşınla getmişdir. Sabir müəllim söz vermişdir ki, Tərlanın izahatını alıb dərhal buraxacaqlar. Lakin təxminən 1-2 saatdan sonra Sabir müəllim yenə onlara gələrək Tərlana məxsus olan mobil telefonu istəmiş və o, Tərlanın köhnə mobil telefonunu ona vermişdir. Bir müddət sonra, yəni həmin gün Sabir müəllim yenə evlərinə tək gələrək Tərlanın daha bir telefonunun olduğunu və həmin telefonu ona verməsini bildirmişdir. O, Tərlana məxsus təzə Samsunq markalı telefonu Sabir müəllimə vermiş, oğlunun nə vaxt buraxılacağını ondan soruşmuşdur. Sabir müəllim də Tərlanın bir azdan buraxılacağını deyərək çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Əfqan İsa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Həyat yoldaşı Mətanət və oğlu ilə birlikdə Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 3-də yaşayırlar. 16.08.2021-ci il tarixdə səhər saatlarında qonşuları Məryəm xala və onun oğlu Ağarəhimin xahişi ilə Tərlanla birlikdə həmin həyətdə söküntü işləri görmək üçün evdən çıxmışlar. Oğlunun əynində həmin vaxt idman şalvarı, köynək və şəpiklər olmuşdur. Həmin gün saat təxminən 11 radələrində arvadı Mətanət zəng edib sahə müvəkkili Sabir müəllim evlərinə gələrək Tərlanı soruşduğunu demişdir. O da Tərlanla birlikdə evlərinə getmişlər. Evin qarşısında Sabir müəllimlə mülki geyimdə olan daha iki şəxsi görmüşdür. Tərlanı nə üçün soruşduğunu Sabir müəllimdən maraqlandıqda sonuncu demişdir ki, qonşu evdən telefon oğurlanmış, telefon oğrularını guya Tərlan tanıdığını deyərək Tərlanın onunla bölməyə izahat verməyə getməsinin lazım olduğunu bildrmişdir. Oğlu evə keçib şalvarını dəyişərək küçəyə çıxıb Sabir müəllimin Mersedes markalı maşınına minmişdir. Həmin maşına Sabir müəllimlə birlikdə onunla gələn mülki geyimli şəxslər də əyləşib getmişlər. Bundan bir müddət sonra, yəni elə həmin gün Sabir müəllim tək evlərinə gələrək Tərlanın mobil telefonunu istəmiş, X11 köhnə mobil telefonunu vermiş, Sabir isə uşağını bir azdan sonra evə buraxacağını vəd edərək getmişdir. Lakin həmin günü oğlu evlərinə qayıtmamış, növbəti gün səhər Sabir müəllim yenə onlara gələrək Tərlanın digər Samsunq markalı telefonunu istəmişdir. X11 təzə Samsunq markalı telefonunu Sabir müəllimə vermiş, sonuncu bir saatdan sonra Tərlanın buraxılacağını deyərək çıxıb getmişdir. Lakin oğlunu polisdə həbs etmişlər, istintaq zamanı o, arvadı ilə müstəntiqin yanına gedib onlardan izahat alınmasını tələb etsələr də müstəntiq Elşən Quliyev ifadələrini almamış, bundan sonra o, arvadı ilə birlikdə prokurorluğa gedib müstəntiqdən narazılıqlarını bildirərək ifadələrinin alınmasını tələb etmişlər. Tərlanın saxlanıldığı gün qardaşının arvadı Xəyalə Məmmədova da onların evində olmuş, oğlu Tərlanla birlikdə həmin gün Ağarəhimgildə işlədiyini Ağarəhim özü də təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynı Əfqanın oğludur. Tərlanın narkotik vasitə istifadə etməsindən şübhələnmiş və bu barədə Tərlanın anasından eşitmişdir. Tərlanın digər şəxslərlə əlaqədə olub narkotik vasitələri əldə edib satmasından isə məlumatı olmamışdır. 16 avqust 2021-ci il tarixdə səhər Tərlanın yaşadığı ünvan 1-də olmuş, o, ailəsi ilə Tərlangilin qonşuluğunda yaşayır. həmin gün Tərlan atası Əfqanla qonşu Məryəm xanımın həyətində söküntü işləri görmüş, Tərlan araba ilə qonşudan həyətlərinə sökülmüş kərpicləri daşıyırdı. Həmin gün saat 12 radələrində evin qarşısına gümüşü rəngli Mersedeslə sahə müvəkkili 2 nəfər mülki geyimli şəxslə gəlmiş, onlar evin sahibini çöldən səslədikdə qaynı arvadı Mətanət Məmmədova çölə çıxmış, o da Mətanətlə birlikdə çölə çıxmış və eşitmişdir ki, sahə müvəkkili Mətanətə deyir ki, məhəllədə oğurluq hadisəsi baş vermiş, bununla bağlı Tərlan 5-10 dəqiqəlik şöbəyə getməli, orada ondan izahat alındıqdan sonra özü şəxsən Tərlanı gətirib məhəlləyə qaytaracaqdır. Bundan sonra Mətanət ərinə zəng etmiş, bir neçə dəqiqəyə Tərlan gəlmişdir. Sahə müvəkkili Tərlana Mətanətə dediklərini təkrarlamış, bundan sonra Tərlan evə keçib idman şalvarını dəyişərək göy rəngli cins şalvar geyinib polislərlə birlikdə onların maşını ilə getmişdir. Təxminən 1-2 saatdan sonra sahə müvəkkili qayıdaraq Mətanətdən Tərlanın mobil telefonunu istəmiş, Mətanət də həmin telefonu ona vermişdir. Həmin telefondan Tərlanın narkotik vasitələrin satışı ilə bağlı danışıqların olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu Əfqanın oğludur. O, qonşuluqda yaşayan Məryəm xanımın oğludur. 15 avqust 2021-ci il tarixdə qonşu Əfqan onların həyətində söküntü işləri aparmış, Əfqanın oğlu Tərlan da ona kömək edərək söküntüdən çıxan kərpicləri araba ilə öz həyətlərinə daşımışdır. Bundan başqa heç nə bilməmiş və sonradan eşitmişdir ki, Tərlan narkotik vasitələrin satışı ilə əlaqədar tutulmuşdur. Məhkəmə iclasında ibtdai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanıyır.Onun Tərlanı tanımağına səbəb isə uzun müddətdir ki, Kənd Əhmədli qəsəbəsində dəmir yığmaqla məşğul olması olmuşdur. Daima Kənd əhmədlidə olduğuna görə bilmişdir ki, Tərlan narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olur. 16 avqust 2021-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsində dəmir arabası ilə dəmir yığan zaman iki nəfər şəxsin Tərlanın yaşadığı evin qapısının yaxınlığında dayanıb bir-biri ilə söhbət etdiyini görmüş və o, araba ilə həmin şəxslərin yanında keçəndə eşitmişdir ki, polisə aid söhbətlər etmişlər və onun üçün maraq doğurmuşdur ki, həmin şəxslər niyə orada dayanıblar. O, fikirləşmiş ki, yəqin Tərlanını tutmaq istəyirlər. Bu səbəbdən bir qədər irəliyə gedərək dayanıb həmin şəxslərə baxmışdır. Həmin vaxt Tərlan haradansa gəlmiş və Tərlan evlərinə yaxınlaşanda həmin polis işçiləri Tərlana yaxınlaşaraq saxlayıb markasını bilmədiyi avtomobilə əyləşdirərək aparmışlar. Həmin vaxtı Tərlan saxlanılan zaman küçədə heç kim olmamışdır. Həmin vaxtı hava çox isti olmuşdur. Ona görə keçədə heç kim olmamışdır. Tərlanın polis əməkdaşları tərəfindən tutulmağını ondan başqa heç kim görməmişdir. Onun tanıdığı narkotik istifadəçisi Tərlan polis əməkdaşları tərəfindən saxlanılan zaman heç kim Tərlanı görməmişdir. Sadəcə olaraq onun üçün maraq doğurduğuna görə kənardan dayanaraq polis əməkdaşlarının niyə Tərlanın qapısında dayandığını gördüyü üçün kənardan dayanaraq müşahidə etmişdir. O səbəbdən bilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman Tərlanın tutulmasını ondan savayı heç kim görməmişdir. Eyni zamanda Tərlanın polis əməkdaşları tərəfindən tutulması ani bir vaxtda olmuş, yəni təqribən 1-2 dəqiqə içində olmuşdur. Polis əməkdaşları Tərlana yaxınlaşıb nə isə deyərək Tərlanı markasını və dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli xarici maşına əyləşdirib aparmışlar. Təqsirləndirilən şəxs Əfqan oğlunun bir neçə dəfə onunla birlikdə əvvəllər küçələrdən dəmir yığan adlarını bilmədiyi tanışlarına narkotik vasitə təklif etməklə satdığının şahidi olmuşdur. Tərlan bir neçə dəfə ona narkotik satmaq istəməsinə baxmayaraq o, Tərlandan ondan narkotik almamışdır. Bu səbəbdən Tərlanın narkotik satmasını və istifadə etməsini bilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 16.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Tərlan adlı şəxsin Xətai rayonu ərazisində baş vermiş oğurluqlarda şübhəli bilinən və qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və istifadəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanan 16.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 16 avqust 2021-ci il tarixdə, saat 12:00-da Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən “şüşə” adlandırılan metafetamin olan psixotrop maddəyə bənzər 06 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər aşkar edilmiş, həmin bükülülər elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 3.10 qram olması müəyyən edilmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edidlmiş «şüşə» adlandırılan maddəni 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 16.08.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Xətai rayon məhkəməsinin 18.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafəçisinin iştirakı ilə 16.08.2021-ci il tarixə vediyi ifadəsi və təqsirləndirilən şəxs qismində verdiyi 18.08.2021-ci il tarixli ifadəsindən müəyyən olunur ki¸15 avqust 2021-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, «20 Yanvar» metrostansiyasının yaxınlığında olan zaman əvvəllər də bir neçə dəfə «şüşə» adlandırılan psixotrop maddə metafetamin aldığını, adını və anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmış və sonuncudan psixotrop maddə metafetamin istəmişdir. Razılaşdıqdan sonra həmin şəxsdən 90 manat müqabilində altı büküm psixotrop maddə metafetamin almışdır. Sonra istifadə edərək üzərində, yəni əynindəki tünd boz rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin şəxsdən aralaşmışdır. 16 avqust 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə ondan özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edən zaman cibində narkotik vasitə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib-etməməyimi soruşduqda, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra üzərində nə varsa təqdim etməyi bildirdikdə, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən içərisində altı ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metafetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş altı ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metafetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə tərtib olunmuş protokolu heç bir etiraz etmədən imzalanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi onun üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş üzərinə baxış protokoluna tam yuğun olmaqla həqiqətə uyğundur və sübut növü kimi qəbul olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 17.08.2021-ci il tarixli, 6/3542 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 6 (altı) ədəd bükümdə təmiz çəkisi 2,567 qram ağ rəngli kristall şəkilli maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metafetamindir. Metafetamin 25 iyun 2005-ci il tarixli Arəzbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 22.09.2021-ci il tarixli, 6/3670 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM- nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdəki, üzərində Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə 6(altı) ədəd bükümdə ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 2,567qram ( ayrı-ayrılıqda təmiz çəkisi 0,357qr, 0,226qr, 0,497qr, 0,536qr, 0,449qr, 0,502qr) olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə eynidir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 29.09.2021-ci il tarixli, 3668 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs bildirməsinə görə təxminən 2019-cu ildən narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında» 01 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.01.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan smslərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 19.02.2021-ci il tarixdə saat 12:44:29-da ***-***-**-** saylı nömrədən “X23 X16 Olar 20 Manat Var”, ***-***-**-** saylı nömrədən 03.05.2021-ci il tarixdə saat 20:48:21-də ***-***-**-** saylı nömrədən “Qaqa 30manatdig Tema Alinir?”, 05.05.2021-ci il tarixdə saat 20:23:00-da “Qaqa Necesen.X24 X10 X20 X21 Vezyetden Olurem”, 06.05.2021-ci il tarixdə saat 20:52:31-də “X25 Duz Elemedun.X26 Kakos 03 X18”,19.05.2021-ci il tarixdə saat 00:04:12-də “QAQA NECESEN.X22 X27 X14 X28 Qowda.X17 Haqqi”, ***-***-**-** saylı mobil nömrədən 31.05.2021-ci il tarixdə saat 22:01:15-də “brat 1qr lazim idi. alinarsa gelim senede pat dobru qret elyecem brat”, ***-***-**-** saylı nömrədən 25.06.2021-ci il tarixdə saat 22:29:09-da “Terlan deyir ezbeyovdayam gelir ehmedliye özde 1 dene qalıb cemisi”, ***-***-**-** saylı nömrədən 11.07.2021-ci il tarixdə saat 18:38:41-də “Brat 15ə 1çet kola bidə 5diy patı alınar?”, 11.07-2021-də saat 21:29:30-da “10 manatım var ağrıyıram.. köməyliy elədə götrəy birşey” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Qeyd olunan SMS-lərlə əlaqədar Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajların ona aid olmasını təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 02.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalan 2,327 qram çəkidə psixotrop maddə olan metafetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd “CD” formatlı və 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1ci və dijər maddələri ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, 01.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə şəxsi istehlak miqdarından və külli miqdardan artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, məhkəmə baxışı zamanı şahidlər - Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid6, ibtidai istintaq zamanı ifadə vermiş Şahid4 Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə saat 12 radələrində məhz yaşadığı evinin qarşısında saxlanıldığını, polis əməkdaşına məxsus avtomaşına əyləşərək getdiyini göstərmiş, həmin halı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən təsdiq edərək məhz yaşadığı evinin qarşısında saxlanılaraq polisə aparılmasını təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs telefonuna daxil və xaric olunmuş SMS-lərin mətnlərindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin fəal yayanı olmaqla satmışdır. Məhkəmə-narkoloji ekspertiza rəyinə əsasən o məhz opiodlərin qəbulu ilə əlaqədar narkomaniya xəstəliyindən əzab çəkməklə heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair protokol və videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokollardan onun polis şöbəsində tam sərbəst və könüllü olaraq psixotrop maddəni təqdim etməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 16 avqust 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş, tətqiqatdan sonra qalıq qalmış 2,327 qram çəkidə psixotrop maddə olan metafetamin məhv edilməli, 1 ədəd “CD” və 1 ədəd “DVD” fomatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, tətqiqatdan sonra qalıq qalmış 2,327 qram çəkidə psixotrop maddə olan metafetamin məhv edidlsin, 1 ədəd “CD” və 1 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar