Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-489/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 18-də qeydiyyatda olan və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağ massivi yeni tikilidə yaşayan, Bakı şəhəri -Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstitnaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,074 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli, cins şalvarın sağ, yan cibindən üzərində “спички» yazılmış kibrit qutusunun içərisində, satış məqsədi ilə saxladığı 13 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri təmiz çəkiləri 0,063 qram, 0,130 qram, 0,032 qram, 0,259 qram, 0,024 qram, 0,033 qram, 0,040 qram, 0,027 qram, 0,084 qram, 0,026 qram, 0,037 qram, 0,256 qram, 0,063 qram olmaqla ümumi təmiz çəkisi 1,074 qram olan ağ rəngli kristallardan ibarət, kimyəvi komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan ümumi təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış heroini və ümumi təmiz çəkisi 8,211 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 14 sentyabr 2022-ci il tarixdə saat 16:15 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən özünün şübhəli aparmasına görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə üzərində saxladığı ümumi 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,036, 0,042 qram, 0,025 qram, 0,041 qram, 0,035 qram, 0,028 qram, 0,042 qram, 0,032 qram və 0,032 qram olan ümumi təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış heroini və 1 ədəd kibrit qutusunda 6,039 qram, həmçinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qram, 0,255 qram, 0,335 qram, 0,245 qram, 0,332 qram, 0,237 qram, 0,258 qram, 0,318 qram ümumi çəkisi 8,211 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin baxış iclasının əvvəlində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, onda metamfetamin olmamış, heroin olmuşdur. O, birinci epizod üzrə ittiham aktı ilə tam razılaşmış, lakin 2-ci epizod üzrə bildirmişdir ki, üzərindən metamfetamin aşkar edilməmişdir. Lakin 09 iyun 2023-cü il tarixli məhkəmə iclasında sənədlər tədqiq edilərkən, üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdiən DVD diskə baxış keçirilərkən hər iki epizod üzrə üzərindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmasını bildirsə də əməlində satış məqsədinin olmamasını vurğulamışdır. Özü avtobus sürücüsü işləmişdir. 055 376 03 00 və 055 *** ** ** saylı hər iki mobil telefon nömrəsi ona məxsusdur. 055 376 03 00 nömrəsini başqa şəxsə vermişdir. 055 *** ** ** nömrəsi isə əsas istifadə etdiyi nömrədir. 055 *** ** ** nömrəsini 2021-ci ildə işlətmiş və 2022-ci ildə həmin nömrəni adını xatırlamadığı şəxsə istifadə üçün vermişdir. Belə ki, həmin şəxs mobil telefon almış, nömrəsi olmadığı üçün nömrəni həmin şəxsə istifadə üçün vermişdir. O, narkotik vasitəni başqa şəxslərlə pay şəklində versə də satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, təxminən 1-2 ildir ki, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini qəbul edir . Bu maddələri hər dəfə Bakı şəhərində fərqli şəxslərdən şəxsi istifadəsi üçün əldə edir. 17 avqust 2022-ci il tarixdə gecə vaxtı Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı , yalnız üzdən gördüyü şəxsdən 80 manat müqabilində psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamağa başlamışdır. Bundan sonra həmin maddələri şəxsi istifadəsində rahat olması üçün 13 ədəd büküm halında ayırmışdır. 18 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra ondan şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb edildikdə, o, üzərində hər hansı bir sənəd olmadığını onlara bildirmişdir. Bundan sonra o, həyəcanlanaraq üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirmişlər. Burada onun anket məlumatları dəqiqləşdirilmişdi. Burada da o, üzərində psixotrop maddə metamfetamin olmasını səmimi etiraf etmişdir. Daha sonra Polis Bölməsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən dövlət hesabına ona müdafiəçi təyin edilmişdi. Ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona üzərinə videoçəkiliş ilə şəxsi axtarış istintaq hərəkətinin aparılacağı bildirilmişdir. O, bundan sonra videoçəkiliş zamanı müdafiəçimin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə yazmışdır. Belə ki, üzərində psixotrop maddə olan metamfetamin olduğundan istəmirmiş ki, müdafiəçisi bunu öz gözü ilə görsün. Müdafiəçinin gələcəkdə onu ürəkdən müdafiə edə bilməyini istəyirdi. Daha sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilməyə başlamışdı. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və ya paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi cins şalvarının, sağ və sol yan ciblərinə, arxa cibinə baxılmış, lakin hər hansı bir aşya aşkar edilməmişdir. Sonra isə o, üzərindən aşkar edilən 1 ədəd kibrit qutusunun içərisində bükümlər olmasını, onların içərisində isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Kibrit qutusunun içərisində 15 ədəd büküm olmuşdur. Bu bükümlərin 8 ədədi dəftər vərəqində, 2 ədədi qara rəngli siqaret kağızında, 2 ədədi gümüşü rəngli siqaret kağızında, 2 ədədi şəffaf sellofan bükülüdə, 1 ədədi isə ağ rəngli kağızda olmuşdur. 13 ədədində psixotrop maddə olan metamfetamin olmuşdur. Lakin digər 2 bükülü boş olmuşdur. Onları özü üçün əlavə olaraq götürmüşdür. Daha sonra polis əməkdaşları həmin maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, həmin maddələri 17 avqust 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən 80 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra istintaq hərəkətində iştirak edən iştirakçılara həmin 13 ədəd, içərisində ağ kristallik rəngli maddələr olan bükümlərin, eləcə də, içərisi boş olan 2 ədəd bükülünün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdi. Bundan sonra həmin bükümlər zərfə qoyularaq, zərfin ağzı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin zərflər üçün nəzərdə tutulmuş 100 nömrəli möhürü ilə möhürlənmişdi. 2022-ci ilin 13 sentyabr tarixdə gecə saatlarında Bakıxanov qəsəbəsində olan meşəlik ərazidə adını bilmədiyi şəxsdən 110 manata bir büküm neçə büküm heroini və bir neçə büküm qurudulmuş marixuananı almış, sonrakı zamanda həmin heroinləri kibrit qutusuna qoyub həmçinin qurudumuş marixuanaları da şəffaf sellofana qoyub və birini isə kibrit qutusuna qoyub göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. 14 sentyabr 2022 tarixdə saat 16:15 radələrində Maştağa qəsəbəsi, Xanlar küçəsi ilə hərəkətdə olarkən 14cü polis bölməsinin polis əməkdaşları ona yaxınlaşmış, sorğu suala tutmuşlar. O, həyəcanlanıb onlardan uzaqlaşmaq istəmişdir. Onlar onu yaxınlıqdakı 14-cü Polis Bölməsinə dəvət etmişlər. Birlikdə 14-cü polis bölməsinə gəlmişlər. Onlara yolda olarkən üzərində narkotik olmasını demiş, orada hüquqları izah edilmiş, müdafiəçi ona təqdim edilmiş, xidməti otaqların birində ona üzərində hər hansı qanunla qadağa olunmuş əşya olub-olmaması soruşulduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşüb, həmin heroinləri və otları cins göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş və bu barədə protokol tərtib olunmuşdu. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm qablaşdırılaraq möhürlənmiş və ona həmin qanunsuz maddələrin ekspertizaya göndəriləyi izah olunmuşdur. Polislər ona ciddi nəzarət etdiyindən üzərindəki narkotik vasitələri özündən uzaqlaşdırmağa macal tapmamış, üzərinə yalnız təhqiqatçının iştirakıyla baxış keçirilmişdi. O, həmin şəxsi yalnız üzdən tanıyır . Başqa heç bir anket məlumatlarını bilmir. Onun heç bir polis əməkdaşından şikayət və ya tələbi yoxdur. O, bəzən narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmuş , həmçinin pay da vermişdir. 2 ədəd kağız bükümü o, əlavə olaraq kibrit qutusunun içərisinə qoymuşdur. Nəzərində saxlamışdır ki, gələcəkdə şəxsi istifadə də və satışında rahat olması üçün həmin bükümləri ayırmalı olsa həmin 2 ədəd boş bükümdən də istifadə edə bilmişdir. O, həmin psixotrop maddə olan metamfetamini 1 ədəd bükümdə əldə etmişdir. Lakin daha sonra öz rahatçılığı üçün bu maddələri bükümlər halında saxlamağa başlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş 14-cü Polis Bölməsinin əməkdaşı Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmadan, ona özünü şübhəli apardığına görə yaxınlaşmış, bölməyə gətirmiş, bölmədə video çəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş 14-cü Polis Bölməsinin əməkdaşı Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, şəxs barəsində əməliyyat məlumatı olmamış, sonuncu özünü şübhəli apardığına görə ona yaxınlaşıb, bölməyə dəvət etmiş, şəxsin üzərindən narkotik vasitə aşkar edilmiş, bununla bağlı müvafiq videoçəkiliş qeydə alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş 14-cü Polis Bölməsinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tutularkən tanımış, şəxsin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüş, təqsirləndirilən şəxsin 14 sentyabr 2022-ci ildə tarixdə tutulmasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinidrilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixində, Sabunçu rayonu Maştağa qəsəbəsinin Nizami küçəsində, Samir adlı polis əməkdaşı ilə axşam radələrində ərazidə baş verən oğurluq hadisələrilə bağlı xidmətdə olarkən, vətəndaşın özünü şübhəli apardığını görərək ona yaxınlaşmış, özlərini təqdim etmiş və vətəndaşın üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığı barəsində sual vermişdirlər. Vətəndaşın üzərində heç bir sənəd olmadığı və suallara qeyri-dəqiq cavablar verdiyi üçün vətəndaşı polis bölməsinə dəvət etmişdirlər. Şəxsin üzərinə video çəkilişlə baxış keçirilən zaman şəxsin üzərində narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 18 avqust 2022-ci il tarixli raportdan görünür ki, 18 avqust 2022-ci il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində xidmətdə olan Sabunçu rayon polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Təqsirləndirilən şəxs həmin tarixdə saat 22.00 dəqiqədə saxlanılmış və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmişdir ( Cild 1, iş vərəqə 99). 18 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “спички” yazılmış kibrit qutusunun içərisində 8 ədəd dəftər vərəqinə bükülü, 2 ədəd qara rəngli siqaret kağızına bükülü, 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülü, 2 ədəd şəffaf sellofona bükülü və 1 ədəd ağ rəngli kağıza bükümləri təqdim etmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdə olan narkotik vasitənin patı olduğunu ,həmin maddələri Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. (Cild 1, iş vərəqə 119-121). Məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdə 13 ədəd bükümlərdəki təmiz çəkiləri 0,063 qram, 0,130 qram, 0,032 qram, 0,259 qram, 0,024 qram, 0,033 qram, 0,040 qram, 0,027 qram, 0,084 qram, 0,026 qram, 0,037 qram, 0, 256 qram, 0, 063 qram ümumi təmiz şəkisi 1,074 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd boş bükümlərin içərisində narkotik və psixotrop maddələrin izləri yoxdur. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,944 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 127-130). 20 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( Cild 1, iş vərəqə 175). 20 avqust 2022-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus, 13 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,063 qram, 0, 130 qram, 0,032 qram, 0,259 qram, 0,024 qram, 0,033 qram, 0,040 qram, 0,027 qram, 0,084 qram, 0,026 qram, 0,037 qram, 0, 256 qram, 0, 063 qram ümumi təmiz çəkisi 1,074 qram olan ağ rəngli kristallardan ibarət, kimyəvi komponentlərə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və Sabunçu rayon polis şöbəsində saxlanılması qərara alınmışdır (Cild 1, iş vərəqə 188). 14 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində vətəndaş özünü sübhəli apardığından verilən suallara qeyri adekvat cavab verdiyindən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət edilmiş, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, aparılan söhbət nəticəsində vətəndaş Təqsirləndirilən şəxs etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir (cild 1, iş vərəqə 4). Şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusu və 1 ədəd şəffaf selofanın içərisində ağ rəngli kağız bükümlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsi, digər 01 ədəd kibrit qutusunun içərisində şəffaf selofanda olan 09 ədəd ağ rəngli kağıza bükülmüş narkotik maddə olan heroinə bənzər maddə, təqdim etdiyi 01 ədəd şəffaf sellofonun içərisində ümumi 09 ədəd bükümdən 08 ədədi ağ rəngli kağız bükümündə marixuanaya bənzər qurudulmuş ot kütləsi və 1 ədəd gümüşü bükümündə bitki toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 110 manat müqabilində əldə etdiyini bildirmişdir(cild 1, iş vərəqə 26-28). Məhkəmə-bioloji ekspertizasının 15 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,039 qram və 1 ədəd sellofan torbacığın içərisində olan 8 ədəd kağız kəsikləri bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qram, 0,255, 0,335, 0,245, 0332, 0,237, 0,258, 0,318 qram olmaqla ümumi çəkisi 8,211 qram bitki mənşəli kütlələr tərkibində narkotik bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0, 233 qram bitki toxumu becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumudur. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir(cild 1, iş vərəqə 40-42). Məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdə 9 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,036 qram, 0,042 qram, 0,025 qram, 0,041 qram, 0,035 qram, 0,028 qram, 0,042 qram, 0,032 qram, 0,032 qram olmaqla ümumi çəkisi 0,313 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından heroinin qalıq çəkisi 0,223 qram təşkil etmişdir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (cild 1, iş vərəqə 45-47). “Maddi sübut kimi tanınması haqqında” 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 8,211 qram qurudulmuş marixuana və 0,313 qram heroinin maddi sübut kimi tanınması, ekspertiza üçün istifadə edilməsi hissəsi nəzərə alınmaqla Sabunçu Rayon Polis idarəsində saxlanılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 77). 08 oktyabr 2022-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, 14-cü Polis Bölməsində Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il və 14 sentyabr 2022-ci il tarixdə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 201). 22 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və material ayrılması haqqında qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış maddələrin Sabunçu Rayon polis bölməsinin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması müəyyən edilmişdir(cild 1, iş vərəqə 234-239). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir (cild 1, iş vərəqə 182-183). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinin təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.2ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən təkrarən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri təkrar törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin, 12-ci bəndinə əsasən qurudulmuş halda 500 qram və daha artıq çəkidə marixuana və həmin Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 qram və daha artıq çəkidə çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmədə tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin növlərini və miqdarını mübahisələndirmədən əməlində satış məqsədinin olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, özünün də etiraf etdiyi kimi hər iki epizod üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən ümumi təmiz çəkisi 1, 074 qram olan psixotrop maddə metamfetamin, 0, 313 qram olan narkotik vasitə heroin və 8, 211 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olması işin mübahisəsiz hallarıdır. Bundan başqa məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-**, ***-***-**-**, mobil telefon nömrələrinin hansı müddətdə aktiv balansda olması,2022-ci ilin may ayının 1-dən 2022-ci ilin sentyabr ayının 1-dək həmin mobil telefonlardan hansı nömrəli mobil telefonlara zəng edilməsi və zəng qəbul edilməsi, həmin nömrələrin kimə məxsus olması barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən ***-***-**-** saylı nömrə ilə aparılan danışıqlardan görünür ki, tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı çox saylı sms mətnlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı məzmunda sms-lərin yazıldığı dövrdə ***-***-**-** mobil telefon nömrəsini adını xatırlamadığı şəxsə verdiyini bildirsə də həmin şəxsin kim olduğu barədə müvafiq dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs qismində dindirilərkən narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən 15 bükümdən ikisinin boş olmasını, həmin iki ədəd boş bükümü digər bükümlərin gələcəkdə həm satışı, həm istifadəsi üçün bükümlərə ayırmalı olacağı təqdirdə rahat olması üçün üzərində gəzdirməsi, psixotrop maddə metamfetamini bir bükümdə alsa da onu bükümlərə ayırması barədə ifadələri psixi təsir və ya fiziki təzyiqə məruz qalmadan verdiyini bildirərək, həmin ifadələri məhkəmə iclasında dəyişdirməsi səbəbini izah edə bilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslanaraq yuxarıda göstərilən halları, habelə “спички” yazılmış kibrit qutusunun içərisində 8 ədəd dəftər vərəqinə bükülünü, 2 ədəd qara rəngli siqaret kağızına bükülünü, 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü, 2 ədəd şəffaf sellofona bükülünü və 1 ədəd ağ rəngli kağıza bükümləri 17 avqust 2022-ci il tarixdə əldə etməsinə baxmayaraq 18 avqust 2022-ci il tarixədək, 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsi, digər 01 ədəd kibrit qutusunun içərisində şəffaf selofanda olan 09 ədəd ağ rəngli kağıza bükülmüş narkotik maddə olan heroinə bənzər maddə, 01 ədəd şəffaf sellofonun içərisində ümumi 09 ədəd bükümdən 08 ədədi ağ rəngli kağız bükümündə marixuanaya bənzər qurudulmuş ot kütləsini 13 sentyabr 2022-ci il tarixdə əldə etməsinə baxmayaraq 14 sentyabr 2022-ci il tarixədək üzərində gəzdirməsini, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin növ müxtəlifliyini, çoxlu sayda bükümlərə ayrılmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, əvvəllər məhkum edilməməsini, məhkəmədə qismən etiraf edici ifadələr verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu barəsində cavan olması, əvvəllər məhkum edilməməsi, məhkəmədə qismən etiraf edici ifadələr verməsi kimi yüngülləşdirici halları nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarına əlavə edilmiş 18 avqust 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş, lakin 20 avqust 2022-ci il tarixdə sonuncu barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 108, 170-172,174-175). Lakin Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə hazırki cinayət işi üzrə başqa epizod üzrə yenidən şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 15), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 83-89). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının 08 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır(cild 1, iş vərəqə 193-194). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabunçu rayon polis idarəsinə maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,223 qram təşkil edən heroin, qalıq çəkisi 0,944 qram təşkil edən metamfetamin, 8,211 qram qurudulmuş marixuana məhv edilməli,təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, mobil telefon nömrələri ilə aparılan danışıqlar, yazışmaların mətni barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 268 (iki yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40, 45,127). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 264 ( iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,223 qram təşkil edən heroin, qalıq çəkisi 0,944 qram təşkil edən metamfetamin, 8,211 qram marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə aparılan danışıqlar, yazışmaların mətni barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 268 (iki yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 264 ( iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-489/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-489/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver