Məhkəmə qərarları › İş №1(101)-489/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-489/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-489/2024 25.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X6 və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X5, X10 və X2, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, M.Zərərçəkmiş şəxs küçəsi, ev 35 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyəti ilə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı – digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib digər şəxsin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi, özünün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssisi kimi zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edəcəkləri, sənədləşmənin aparılması və başa çatdırılmasının digər şəxsə aid olması, pulların alınaraq sonradan bölüşdürüləcəyi barədə qabaqcadan öz rollarını aralarında bölüb razılaşdıqdan sonra 450.000 manat müqabilində Zərərçəkmiş şəxs faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 34m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin may ayının ortalarında ünvan 3 ünvanında 24.000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10.000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10.000 (on min) manat, 2021-ci ilin iyun ayının əvəllərində Yasamal rayonu, Naxçıvani küçəsində Şahid vasitəsilə 3.000 (üç min) manat, 2021-ci ilin iyun ayının ortalarında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid vasitəsilə 10.000 (on min) manat, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİnin yaxınlığında Zərərçəkmiş şəxs özündən 60.000 (altımış min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid vasitəsilə hissə-hissə olmaqla 15.000 (on beş min) manat, 20.000 (iyirmi min) manat və 10.000 (on min) manat, ümumilikdə 162.000 (yüz altımış iki min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımamış, Şahid adlı şəxsi tanımışdır. Şahid Zərərçəkmiş şəxsla yaxın dost olmuş, şərikli işlər görərək, torpaq alıb-satmışlar. Hər ikisi uzun müddət bu işlə məşğul olmuşlar. O, Nərimanovda, Teymur Əliyev küçəsində çayxana işlətmişdir. Şahid bir neçə dəfə ora gələrək, ona Zərərçəkmiş şəxs adlı dostunun olduğunu bildirərək, onunla görüşməyi təklif etmiş, Bilgəhdə hektarla yerləri olduğunu qeyd edərək, onlara baxıb kömək etməsini istəmişdir. O, Zöhraba etiraz etmişdir. Zöhrab hər həftə gəlib Zərərçəkmiş şəxs onunla görüşmək istədiyini demişdir. Bu müddətdə o, Nofəl Musayevlə birlikdə iş görürmüş. Onlar həm Nərimanovda, həm Masazırda işlər görmüşlər. O, Nofələ bu işləri görməsi üçün külli miqdarda pul verirmiş. O, əvvəl polisdə, daşınmaz əmlakda işləmiş, həmin vaxt pensiyaya çıxmış, sənədlərdən anlayışı olmuşdur. Zöhrab da bunu bilmiş, onu tanımışdır. Zöhrab da gedib gəlib demişdir ki, onun orada yerləri var, Fuada verəcəkdir. 3 hektar yarım torpağın söhbəti getmişdir. Bir müddət sonra o, Zöhrabla görüşmək üçün razılaşmışdır. Fuad xahiş etmişdir ki, Fərəc gəlsin, onların həyətində görüşsünlər. O, Nofəl Musayevlə zəngləşmiş və demişdir ki, Nofəl maşını sürər, gedərlər. Onlar Fuadın həyətinə getmişlər. Nofəl maşından düşməmiş, o və Zöhrab maşından düşüb Fuadın həyətində oturub, çay içmişlər. Fuad “bəs maşındakı niyə gəlmir” deyə soruşmuş, o, gəlmək istəmədiyini demişdir. Fuad darvazadan çıxıb Nofəli çağırmağa getmiş, Nofəl yenə gəlməmişdir. Onlar çay içmişlər. Fuad öz işlərindən danışmış, demişdir ki, “mənim bu qədər yerim, bu qədər sənədim var, sən mənə kömək elə, mən sənə pulun verəcəm”. O da bu sənədləşmənin onluq olmadığını demişdir. Fuad demişdir ki, adam tap etsin, o, pulunu verəcəkdir. O da zəhmət haqqı alacağını demişdir. Fuad ona bir dəfə 2000, bir dəfə də 1000 manat, ümumilikdə 3000 manat zəhmət haqqı vermişdir. Fuad “neynirsən elə, işimi həll et” demişdir. Sonra məlum olmuşdur ki, bu yerlər Fuada aid deyildir. Fuad bir-iki dəfə onları dəniz kənarına aparıb yeri göstərmiş, Nofəllə də söhbət etmişlər, Nofəl Fuada demişdir ki, söz verir Fərəc bu işi həll edəcəkdir. Ona görə söz vermişdir ki, həmin işi Nofəl özü həll edəcəkmiş. Bir müddətdən sonra Nofəl ora adam aparmış, yeri ölçdürmüşdür. Nofəl ona “bu işi mən bacarıram, qoy mən həll edim” demişdir. Nofəl ona “sən heç kimə bu işi mənim həll etdiyimi demə” demişdir. O, özü bu işdən çəkinmiş, Nofəl özünün sənədləşdirəcəyini demişdir. O da Fuada demişdir ki, “bu iş həll olsa mənə pul verəcəksən”. Fuad da 3000 manat pul vermişdir. Nofəl də həmin yerə bir neçə dəfə mühəndis aparmış, ölçdürmüş, ona bu yerin 3 hektar yarım deyil, 9 hektar olduğunu demişdir. Nofəl “gəl bunu sənədləşdirək, 6 hektar da sənə verim” demişdir. X19, İsmayıl, Orxan adlı şəxslər olduğunu, işi danışdığını bildirmişdir. O, “axı Fuad deyir bura mənimdir” deyə cavab vermişdir. Nofəl o torpağın dövlətin olmasını, Fuadın sadəcə oranı zəbt etdiyini, kim sənədləşdirsə onun olacağını demişdir. Nofəllə bir neçə gün danışmış, axırda razılaşmışlar ki, etsin. Nofəl demişdir ki, “get Fuaddan hər hektara görə 100 min manat pul al”. O, bu məbləğin çox olduğunu demişdir. Onlar Fuadla razılaşmışlar. Fuad hissə-hissə ona, o da Nofələ pul vermişdir. Nofəl ona mühəndisin çəkdiyi yer quruluşunu gətirmiş, “6 hektarı sənindir” demişdir. Orada həmin vaxt torpağın bir sotu 17-20 min manat dəyərində olmuşdur. O, Fuadın verdiyi pulu da, öz pulunu da Nofələ vermişdir. Nofəl narahat olmamasını demiş, Kamillə danışdığını, işin həll olacağını qeyd etmişdir. Fuad da dəfələrlə zəng vurub, soruşmuşdur. Fuad ona ümumilikdə 94.000 manat pul vermiş, o da bunların hamısını öz hesab dəftərində qeyd etmiş və Nofələ vermişdir. Nofəl həm də təxminən 500.000 manat da ondan pul almışdır. O, qəbzləri Fuada da təqdim etmişdir. Nofəl Fuadı aldatdığı kimi onu da aldatmışdır. O, Nofələ ona görə inanmışdır ki, Nofəl onun Masazırdakı və digər işlərini həll etmişdir. O, Fuadın pulunu mənimsəməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində eyni zolaqda olan 5 ədəd 12 sot torpağın özəlləşməsinə ehtiyac olmuşdur. Şahid adlı bir şəxs olmuş, ona bu torpaqları özəlləşdirə biləcəyini demişdir. O, bu torpaqları 2007-ci ildə Zöhrabdan almışdır. Zöhrab ona Fərəcin polisdə vəzifədə işlədiyini, torpaq özəlləşdirmə işini bacardığını demiş, o da inanmışdır. Onlar ilk dəfə Fərəclə Yasamal rayonunda Zöhrab qaldığı küçənin qarşısında görüşmüşlər. O, Zöhrab vasitəsilə Fərəclə danışmış, məsələni izah etmişdir. O, özəlləşdirmə ilə bağlı Fərəcə pulları vermişdir. Fərəc ondan 12 sot torpaq üçün ilk dəfə təxminən 30 neçəsə min pul istəmişdir. Sonra məbləği 10 min də artırıb 40 neçəsə min manat etmişdir. O da Fərəc nə deyirdisə, razılaşmışdır. İlk proses 12 sot torpaqla bağlı olmuşdur. Onun Fərəcə verdiyi ümumi məbləğ 162 min manatdır. Həmin pulun 44 min manatı 12 sot torpaq üçün, 60 min manatı onun qarşısındakı yer üçün olmuşdur. Zöhrab həmin 60 min manat pulun 55 min manatını onun pulundan Fərəcə vermişdir. Sonradan Fərəc bu pulu aldığını etiraf etmişdir. Fərəc onların Pirşağı qəsəbəsində olan kənd evinə gəlmişdir. Onlar Fərəcə çay süfrəsi açmışlar. İlk 24 min manat pulu Fərəc orada ondan almışdır. Sonra Fərəc ondan ardıcıl olaraq 2 dəfə 10 min manat pul almışdır. Fərəc ondan ümumilikdə 44 min manat pul almışdır. Ondan sonuncu 60 min manatı Binəqədi rayonunda Respublika Dövlət Yol Polisi idarəsinin yanında almışdır. Fərəc dəniz kənarında olan sahə ilə bağlı onunla 450 min manata razılaşmışdır. O, ilkin ödəniş kimi Fərəcə 60 min manat pul vermiş, qalan pulu sonra verəcəkmiş. Bu ərəfədə Zöhrab da ondan pul almışdır. Zöhrab ondan 55 min manat alıb 40 min ayrı, 15 min ayrı Fərəcə vermişdir. O, ümumilikdə Fərəcə 162 min manat pul vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Axundov X11 Fərəcin Xırdalan BT-sinin girişində mühafizəçi işlədiyini, 96 min manatı bütün işləri həll etməsi üçün Fərəcə verdiyini, 1-ci mərhələdə Fərəcin ondan 44 min manat pul aldığını, sonra Fərəcin ondan yenə pul istədiyini, onun şirkətinin 2 hektar torpağının da özəlləşdirilməli olduğunu, 60 min manatı da onun üçün verdiyini, pulun hara, necə bölünəcəyini bilmədiyini, pulu bütün işin həll olunması üçün verdiyini, onda torpaqlara aid hüquq müəyyənedici sənədin Bağlar İdarəsinin orderləri olduğunu, orderlərin onun adına deyil, fərqli şəxslərin adına olduğunu, ona həmin fərqli şəxslərin adına etibarnamə verildiyini, həmin etibarnamələrin Fərəcə verilənə qədər ləğv edilmədiyini, orderləri Fərəcə verəndən sora Fərəcin onları ləğv etdirdiyini, Fərəcin həmin orderləri ləğv etməkdə məqsədinin onu aldatmaq, pullarını almaq, torpaqlarını ələ keçirmək olduğunu, etibarnaməni Zöhrabdan həmin torpaq sahəsini özəlləşdirmək üçün 12-13 il bundan əvvəl aldığını, Zöhrabdan həmin etibarnamənin niyə ləğv olunduğunu soruşduğunu, Fərəclə danışdıqdan aylar sonra Zöhrab etibarnaməni ləğv edib borcu olan şəxslərə borcları üçün verdiyini dediyini, Fərəcə bir dəfə 44 min, bir dəfə 60 min olmaqla ümumilikdə 104 min manat pul verdiyini, Fərəcə pul verməmişdən qabaq Fərəcə vermək üçün Zöhraba 20 min manat, Fərəcə pul verdikdən sonra isə 10 min manat pul verdiyini, Zöhrabın ona borcu olduğunu, Zöhrabın 25 min manat da həmin verdiyi 30 min manatın üzərinə qoyub 55 min manat Fərəcə verməli olduğunu, Fərəc ilk öncə pul aldığını dandığını, daha sonra pulu aldığını etiraf etdiyini, 3 min manat da əlavə olaraq sxemlərin ölçülməsi üçün Zöhrabla Fərəcə verdiyini, işin getdikcə uzandığını, sonradan bunların hamısının yalan olduğunun üzə çıxdığını, Fərəci tapa bilmədiyini, nə vaxt görsə Fərəcin işin düzələcəyi barədə and içdiyini, Zöhrabın da ondan möhlət istədiyini, düzələcəyini dediyini, daha sonra Zöhrabın onu aldatdıqlarını özünün açıqladğını və onun da həmin şəxslərdən şikayət etdiyini, Nofələ pul vermədiyini, Fərəcgilin Nofəli ona sürücü kimi təqdim etdiklərərini, sonradan işi görənin əslində Nofəlin olduğunu öyrəndiyini, bunların hamısının fırıldaq olduğunu, Fərəcin ona dəymiş 162 min manat zərərin heç bir hissəsini ödəmədiyini, Fərəclə barışmadığını, pulunu tələb etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Fərəc və Fuadı sənədləşdirmə ilə bağlı o, tanış etmişdir. O, Fərəci uzun müddətdir ki, tanımış, Fərəc polisdə işləmiş, onunla çox yaxşı münasibəti olmuşdur. O, Fuadla danışanda bilmişdir ki, torpağı sənədləşdirmək istəyir. Ona görə də Fərəci Fuadla tanış etmişdir. İlk dəfə Bakıda, 6-cı paraleldə görüşmüşlər. Xeyli söhbət etdikdən sonra Fuad Fərəci sorğu-suala tutmuşdur. Sənədləşmə işləri ilə məşğul olduğunu soruşmuşdur. Fərəc də onun suallarına cavab vermişdir. Tanış olandan sonra onlar bu işə başlamaq qərarına gəlmişlər. O, Fuada Fərəcin xarakterindən danışmış, yaxşı adam olmasını demiş və “amma bu adama yalan danışmaq, onu aldatmaq olmaz, gəlin, halal iş görək, mən də bir az pul qazanım” deyə bildirmişdir. Hətta Fuad ona demişdir ki, bu işi tamamlasalar, hamı üçün yaxşı olacaqdır. Fərəc bu söhbəti eşitmişdir. O, Fərəcə bu işin sonu yaxşı qutarmasa, gedib məhkəmədə ifadə verməli olacağını demişdir. Fərəc ona narahat olmamasını, arxayın olmasını demişdir. O da Fuada arxayın olmasını bildirmişdir. Fərəc onun üçün bundan əvvəl işlər gördüyündən, buna görə də o, Fərəci Fuadla tanış etməyə qərar vermişdir. O, Fərəcin Fuadı aldadacağını bilsə, onları tanış etməzmiş. O, makler işləmişdir. Onun da bu işdə marağı olmuşdur ki, iş alınar, Fuad ona pul verər. Aralarında hesab-kitab olmuş, sonra Fərəc ona zəng edib, Fuaddan pulu aldığını demişdir. Fərəc Fuaddan pul alanda o, orada olmamış, amma xəbəri olmuşdur. İlk dəfə 60 min, 2-ci dəfə isə səhv etmirsə, 34 min manat pul olmuşdur. Ümumilikdə 94 min manatın hamısını sənədləşdirmə üçün almışdır. Onlar Fuadla görüşəndə artıq bu işlərin həll olunacağını eşitmişlər, sonra ehtiyaclar ortaya çıxmağa başlamışdır. Nofəl Fərəcin tanışıdır. O, Nofəli həmişə Fərəcin yanında görmüş, bir yerdə gedib-gəlmişlər. İş o yerə çatmışdır ki, artıq Nofəl və Fərəcin arasında hesab kitab olması, Nofəlin Fərəci aldatması məlum olmuşdur. Sonrakı pullardan da ehtiyac olduqca o, Fərəcə, Fərəc də Nofələ vermişdir. O, Fuadı görə bilməmiş, Fuadın yerinə öz cibindən ödəniş etmişdir. O, haradasa təxminən 55 min manat Fərəcə pul vermişdir. Axırıncı dəfə də Nofəllə danışanda Nofəl demişdir ki, bu qədər də pul gətir, məsələni həll edək. O, orada Fərəc və Nofəlin iş gördüyünü bilmişdir. Sonra o, gəlib Fuada bu işdə yalan olduğunu demişdir. Fuad ondan nə olduğunu soruşmuş, o da bu işi görənin Fərəc olmasını, Nofəl haqqında eşitmədiyini, Nofəlin dələduz adam olduğunu demişdir. O, Gənclik parkda Fərəclə dalaşmış, hətta bir-birilərinə qarşı təhqiredici sözlərdən də istifadə etmişlər. O, Fərəcə ondan pulları alıb Nofələ verdiyini eşitdiyini, Nofəlin çox dələduz insan olmasını demişdir. Hətta o, orada pis söz işlədəndə Nofəl başını aşağı salmışdır. O da Fərəcə “bax, sənin tapdığın insan necə biridir, mən pis söz işlətdim, o, başını aşağı saldı, dələduzların birinci hərəkəti belə olur, onlara pis söz deyilsə belə, başlarını aşağı salırlar ki, təki onlara pul gəlsin, bunun üçün hər şeyi qəbul edirlər” sözlərini demişdir. Fərəc onu qucaqlamış və “sən düz deyirsən, Nofəl mənim başıma oyun açıb” deyə bildirmişdir. O, Fuadla danışmış, demişdir ki, “burada yalan var, mən elə bilirdim ki, işi görən Fərəcdir, amma Nofəl imiş”. Onlar Fuadla gecə saat 2-yə qədər söhbət etmişlər. Fuad ona demişdir ki, “mən əslində bunu hiss eləmişdim, sadəcə bu işdə sən var idin deyə dedim ki, yalan olmaz”. O da bu işdə yalan olmasını demişdir. Fərəc və Nofəl arasında haqq-hesab çoxdur. Onların arasında olan haqq-hesab 55 min bir, 94 min manat da birdir. Fərəc ona 94 min demiş, ondan da əlavə 55 min almışdır. O, heç kimdən pul almamış, öz cibindən bu pulu Fərəcə vermişdir. Onun Fərəcə verdiyi pullar Fuadın pulları olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Əliyev X12 torpağın sənədləşdirilməsinə söz verdiyini, təxminən 300 min manata sənədləşdirməni edəcəyini, sonrakı 5 sənədləşmə üçün də Fərəc təxminən 148 min manat istədiyini, Fərəcin əvvəl burada yalan olmadığını dediyini, sonra burada yalan olduğunu etiraf etdiyini, hətta onlar Binəqədi rayon Polis İdarəsində görüşəndə Fərəc və Nofəlin dalaşdıqlarını, Fərəcin Fuaddan 94 min manat aldığını, sonrakı söhbətlərdə Fuadın 55 min bir, 94 min manat bir pul tələb etdiyini, özünün Fuaddan 50-55 min manat alıb hissə-hissə Fərəcə verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o, əvvəllər Naxçıvan şəhərində təkər satışı ilə, sonradan Bakı şəhərində tikinti işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 15 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Komitəsində mühafizə polisi kimi işləmişdir. Bir gün Fərəc Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsinə baxmaq üçün ora getməklərini demiş, orada Zöhrab da olmuşdur. Fərəclə Fuad arasındakı torpaq alqı-satqısı və digər işləri ilə bağlı xəbərdar olmamışdır. Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində dindirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X4 ona Pirşağı qəsəbəsində olan torpaq sahəsinə baxmağı təklif etdiyini, lakin onun Fuadla əlaqəsinin olmadığını, onun Fuad və Fərəclə heç bir alqı-satqı işinin olmadığını, Fuadla əlaqə saxlamadığını bildirdi. Çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs Nofəlin Fuadı onun vasitəsilə tanıdığını, Pirşağı qəsəbəsinə gedərkən maşında Zöhrabın da olduğunu, maşını isə Nofəlin idarə etdiyini, Fuadla görüşlər zamanı Nöfəlin dəfələrlə iştirak etdiyini, Nofəlin sənədləşdirmə işləri ilə məşğul olduğunu və torpağın sənədləşdirilməsinin 1 ay 15 gün çəkəcəyini dediyini, 90.000 manatın Nofələ verildiyini, amma torpaq sahəsinin sənədləşdirməsinin mümkün olmadığını bildirdi. Çarpaz suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Axundov X16 ona xəbərdarlıq edərək torpaq sahəsinin sənədlərinin düz olmadığını, onu sənədləşdirməyin mümkün olmayacağını bildirdiyini, Nofəlin isə sənədləşmənin mümkün olacağını dediyini bildirdi. Bununla yanaşı, iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunmiuş ifadəsində X20 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, həmyerli kimi tanımış və əvvəllər onun Abşeron RPİ-nin Mühafizə polisində işlədiyini və 3-4 il olar ki, pensiya yaşı ilə bağlı işdən çıxdığını bilmiş və həmin müddət ərzində onunla dostluq münasibətində olmuşdür. Zərərçəkmiş şəxs 2021-ci ilin təxminən iyun ayında tanımışdır. Belə ki, həmin ərəfədə dostu Təqsirləndirilən şəxs onu Pirşağı qəsəbəsinə aparmağı xahiş etmiş və o, Fərəci özünə məxsus Land Cruzer markalı **-AB-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili ilə Pirşağı qəsəbəsinə aparmış, Fərəc yolda sonradan adı ona məlum olan Zöhrab adlı şəxsi də maşına götürərək birlikdə Pirşağı qəsəbəsinə getmişlər. Zöhrabın bələdçiliyi ilə sonradan adı məlum olan Zərərçəkmiş şəxs adlı şəxsin evinə getmiş və X25 Axundovun həyət evinə sonuncunun dəvəti ilə daxil olmuş, o, özü isə maşında oturub onları gözləmişdir. Təxminən bir saat sonra onlar Fuadın həyətindən çıxmış və Zərərçəkmiş şəxs onları ötürərkən o, telefonla danışsa da sükan arxasından düşüb Fuadla əl verib görüşmüş, bir-birinə adlarını çəkməklə tanış olmuşlar. Bundan sonra Fərəc və Zöhrabla birlikdə həmin ünvandan uzaqlaşmış, Zöhrabı yolda düşürərək Fərəclə birlikdə yaşadıqları ünvana getmişlər. Təxminən 20-25 gün sonra Təqsirləndirilən şəxs təkrar onu Pirşağı qəsəbəsinə aparmasını xahiş etmiş və əvvəlki kimi Zöhrab adlı şəxsi də yolda avtomobilə götürərək birlikdə Pirşağı qəsəbəsinə getmişlər. Orada onlar Zərərçəkmiş şəxs dəvəti ilə dəniz kənarında adını xatırlamadığı kafedə masa arxasında əyləşib çay içmiş, Fərəclə Fuad masa arxasında torpaq sənədləşməsi ilə bağlı müzakirələr apararaq söhbətlər etmişlər. Fuad müəllim dəniz kənarında onun yerinin olduğunu və onun sənədləşməsində köməklik göstərilməsini Fərəcdən xahiş etmiş və sonuncu köməklik göstərə biləcəyindən danışmışdır. Söhbət zamanı ona məlum olmuşdur ki, Fuad müəllimlə Fərəci Zöhrab adlı şəxs tanış etmişdir. Hətta çaydan sonra birlikdə dəniz kənarında torpaq sahəsini gəzmiş və Zərərçəkmiş şəxs Fərəcə həmin yeri göstərib sənədləşdirmək istədiyi yerin həmin yer olduğunu izah etmişdir. Sənədləşmə barədə söhbət etsələr də pul barədə onların arasında hər hansı danışığın aparıldığının şahidi olmamışdır. Aradan 8-9 ay keçmiş, 2022-ci ilin yay aylarında Zöhrabla birlikdə şəhərdə olduğu zaman Fərəc onun Zərərçəkmiş şəxsla görüşmək üçün Nərimanov rayonu ərazisində yerləşən “Yaban” restoranına getmək lazım olduğunu demiş və birlikdə həmin restorana getmişlər. Orada Zərərçəkmiş şəxs Fərəci sorğu-suala tutaraq nədən ona verdiyi pullara görə vəd verdiyi sənədləri hazırlayıb vermədiyini soruşmuşdur. Fərəc isə bir az da vaxt istəmiş, hansısa şəxslərlə danışdığını, ona vəd verdiyi işləri yerinə yetirəcəyini demişdir. Orada Zöhrab və o, özü də iştirak etmiş, Zərərçəkmiş şəxs onun nə üçün sürücü qismində həyətinə gəldiyini soruşmuş, Zərərçəkmiş şəxs sürücü kimi deyil, dostu Fərəcin xahişi ilə onu Pirşağı qəsəbəsinə apardığını demişdir. Bundan başqa Zərərçəkmiş şəxs ona sual verərək Fərəcin ondan aldığı 60.000 manat pulun 30.000 manatının onda olduğunu soruşduqda Fərəclə onun ortaq işlərinin olduğunu, Fərəcdən 2-3 ay sonra pul aldığını, həmin pulun ona aidiyyəti olmadığını demişdir. Nofəl Musayev, həmçinin ifadəsində qeyd etmişdir ki, onun iştirakında Zərərçəkmiş şəxs tərəfindən Fərəcə pul verilməsə də onların arasında olan sonrakı danışıq və görüşlərdən aralarında 60.000 manatın mübahisəsinin getdiyini eşitmişdir (cild 2, iş vərəqi 11-14, 142-146). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, özünü Torpaq Komitəsinin işçisi kimi təqdim edən Nofəl Musayev və Abşeron rayon Əmlak şöbəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslər tərəfindən istifadəsində olan torpaq sahəsinin sənədləşdiriləcəyi adı ilə 2021-ci ilin yay aylarında hissələrlə, ümumilikdə 162.000 manat məbləğində külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirilmişdir (cild 1, iş vərəqi 3). - X20 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamın məzmunundan görünür ki, o, istintaq orqanının çağırışlarına vaxtında əməl edəcəyi, təyin olunmuş tarixdə istintaq orqanına gələcəyi, eləcə də şikayətçi Zərərçəkmiş şəxsla razılaşmaq üçün real addımlar atacağına dair iltizam verməklə öhdəlik götürmüşdür (cild 1, iş vərəqi 43). - Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamın məzmunundan görünür ki, o, təyin olunmuş tarixdə istintaq orqanına gələcəyi, eləcə də şikayətçi Zərərçəkmiş şəxsla razılaşmaq üçün real addımlar atacağına dair iltizam verməklə öhdəlik götürmüşdür (cild 1, iş vərəqi 44). - baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş, onunla Təqsirləndirilən şəxs və X20 arasında danışıqların yazıldığı 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı danışıqların aparıldığı müəyyən edilmişdir: 004 və 005 nömrəli fayllarda - Zərərçəkmiş şəxs özü danışaraq bildirir ki, iki gündür bunlarla mübahisədəyik, bunu götürüb aparmışam Nofəlin yanına, əvvəl elə bilirdim ki, heç nə yoxdur, sonra agah oldu ki, burda 10 manat puldur, verilməliymiş, verilib 5 manat, 5 manatı qalıb, amma 5 manatın kimdə olması bilinmədi, o atdı bunun üstünə, bu atdı onun üstünə. Həmin zaman Təqsirləndirilən şəxs söhbətə qoşulub bildirir ki, həll eliyəcəyik, 3-4 maşın var satıb həll eliyəcəyik. Zərərçəkmiş şəxs isə bildirir ki, bu tək sənin işin deyil, 3 nəfər pul verib, biri mənəm, amma bu o halda düzələ bilər ki, Nofəl Fərəcə yalan deməsə, Fərəcin ortağı Nofəl və Nofəlin qardaşı var. 006 nömrəli faylda - Zərərçəkmiş şəxs, Şahid və Təqsirləndirilən şəxs arasında danışıq gedir. Zöhrab bildirir ki, bildiyi həqiqət budur ki, bu iş pozulmayıb, o, özünü bu işdə kənara çəkmir, Nofəllə birlikdə bir nəfər dövlət adamı ilə görüşüb, məlum olub ki, 10 manat çatmalı imiş, 5 manat çatıb. Fərəc bildirir ki, rəy verilib, 9 hektara rəy alınıb artıq, 4 hektar da onun içərisindədir. Zərərçəkmiş şəxs deyir ki, nə qədər gözləyək, bir ilə yaxındır. Zöhrab isə deyir ki, 5 manat yerindədir, həmin adam qalan 5 manatı bizdən istəyir. Fuad isə deyir ki, bizdən yox, bunlardan, Fərəc və Nofəldən. Həmin zaman Fərəc söhbətə qoşulub deyir ki, veriləcək. Fuad soruşur ki, Nofəl niyə gəlmir, qaçır, yayınır. Fərəc isə deyir ki, siz məni tanıyırsınız. Fuad isə deyir ki, o, elə əvvəlidən deyib ki, Nofəl bu işin arasındadır, Nofəl isə susurdu. 007 nömrəli faylda - Zərərçəkmiş şəxsla Nofəl Musayev arasında danışıq gedir. Nofəl Musayev başqa şəxsə çıxarış almasından və çıxarış alınması üçün hansı sənədlərin toplanmasının lazım olmasından danışır. 008 nömrəli faylda - Zərərçəkmiş şəxsla Nofəl Musayev arasında danışıq gedir. Zərərçəkmiş şəxs Nofələ bildirir ki, sən əvvəl özünü Fərəcin yanında sürücü kimi aparırdın. Nofəl isə bildirir ki, sənə əvvəldən demişəm narahat olma. Zərərçəkmiş şəxs bildirir ki, Fərəcə pul verən vaxtı sən özünü sürücü kimi aparırdın. Nofəl isə deyir ki, həmin vaxtı ona pul verilməyib, ona 2-3 aydan sonra pul verilib. Fuad isə deyir ki, o vaxtı verdiyi 60.000 manatın 30.000 manatının ona verildiyi deyilirdi. Zərərçəkmiş şəxs Nofələ deyir ki, dəniz kənarında səninlə söhbət edəndə sən pulu almışdın ki, mənə vədlər verirdin. Nofəl isə həmin vaxtı deyil, ondan sonra pulu aldığını bildirir. Zərərçəkmiş şəxs Nofəldən soruşur ki, sonradan pulu aldın? Nofəl təsdiq edir ki, pulu alıb. 009 nömrəli faylda - Zərərçəkmiş şəxs, Şahid və Nofəl Musayev arasında danışıq gedir. Zöhrab Nofələ sual verır ki, Pirşağıda söhbət zamanı Fuad ondan soruşub ki, sən bu işin harasındasan. Nofəl də bildirib ki, hər tərəifndə, Fərəc mənim dostumdur, ona otveçatam. 0010 nömrəli faylda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında danışıq gedir. Fərəc bildirir ki, narahat olma, Baksovetdə adam var, düzələcək, pul var, 4-5 ədəd maşın da var. Fuad Fərəcə bildirir ki, sən 60 mini məndən aldın qabağa görə. 0011 nömrəli faylda - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında danışıq gedir. Fərəc deyir ki, pulun müəyyən hissəsi xərclənib, amma problem deyil, mülk var, maşın var 3-4 dənə. Fuad Fərəcə sual verir ki, sən pulu Nofələ vermisən. Fərəc də deyir ki, Nofəl də deyir kiməsə vermişəm, orda problem yaranıb. Fuad deyir, Fərəc Nofəli söhbətdə satmır, amma özu sonra problemdə qalacaq. 0014 nömrəli faylda - Zərərçəkmiş şəxs və Nofəl Musayev arasında danışıq gedir, Nofəl bildirir kı, Bakı şəhərində bir nəfər deyə bilməz ki, Nofəl onun bir manatını yeyib. Nofələ sual verilir ki, sən Torpaq Komitəsində nə vaxt işləmisən. Nofəl orada işləmədiyini bildirir, ümumiyyətlə dövlət işində işləmədiyini bildirir (cild 1, iş vərəqi 54-55). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 74-75). - götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, İcraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 nömrəli kooperativi tərəfindən xx.xx.1993-cü il tarixli orderlə 2022 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 534m, 535s, 535i nömrəli bağ sahələri Şahid tərəfindən xx.xx.2012-ci il tarixdə 19 saylı DNK-də 30 il müddətinə Zərərçəkmiş şəxs etibarnamə ilə etibar edilmişdir (cild 1, iş vərəqi 87-92) - ifadənin yerində yoxlanması xx.xx.2022-ci il tarixli protokollardan və fotocədvəllərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ünvan 3 ünvanı göstərib Təqsirləndirilən şəxs və X20 ilə tanışı Şahid vasitəsilə tanıdıqdan sonra Təqsirləndirilən şəxs özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edərək daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssis olduğunu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi özünü təqdim etmiş X13 vasitəsi və köməkliyi ilə 450.000 manat müqabilində onun faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 534m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq 2021-ci ilin may ayının ortalarında ünvan 3 ünvanda 24.000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10.000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10.000 (on min) manat, 2021-ci ilin iyun aymda Yasamal rayonu, Naxçıvani küçəsində Şahid vasitəsilə hissələrlə göndərdiyi 55.000 (əlili beş min) manat, 2021-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİ-nin yaxınlığında 60.000 (altımış min) manat olmaqla, ümumilikdə 162.000 (yüz altımış iki min) manat məbləğində pulunu ələ keçirərək ona külli miqdarda maddi ziyan vurduğunu bildirmiş, Pirşağı qəsəbəsi, Yasamal və Binəqədi rayon ərazilərində pulların alındığı ünvanları ayrılıqda yerində göstərməklə ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqi 93-99). - Təqsirləndirilən şəxs iştirakı ilə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs, X20, X17 ilə aralarında aparılmış dialoqun səs yazıları əks olunmuş 1 ədəd CD diskindəki 1443 kb həcmli 1 nömrəli faylda Təqsirləndirilən şəxs, Şahid və Zərərçəkmiş şəxs arasında aparılan danışıq zamanı Təqsirləndirilən şəxs “həll edəcəyik, 4-5 maşın var satıb məsələni həll edəcəyik” deyə cavab verir. 2,712 kb həcmli 3-cü faylda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciət edərək Nofəlin nədən görüşə gəlmədiyini soruşur və Təqsirləndirilən şəxs: Fuad müəllim siz məni tanımısınız, pulu mənim əlimlə vermisiniz, Nofəl də bu işə cavabdehdir, ancaq əsas mənəm” deyə cavab verir. 1,949 kb həcmli 5-ci faylda, Şahid Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında dialoq aparılır. Şahid Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Təqsirləndirilən şəxs isə Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 2,076 kb həcmli 7-ci faylda Təqsirləndirilən şəxs “Əslində iş düzəlir, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var” deyə cavab verir. 2.665 kb həcmli 8-ci faylda Təqsirləndirilən şəxs: “Nofəl deyir pulun müəyyən hissəsi xərclənib” kimi etirafedici ifadələri əks olunmuşdur (cild 1, iş vərəqi 165-166). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 169-171). - X13 iştirakı ilə xx.xx.2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində markası olmayan, ağ rəngli 1 ədəd CD diskinin içərisində 1)-1443 kb, 2)-1,473kb, 3)-2,72kb, 4)-1,726, 5)-1,949, 6)-2,522, 7)-2,076 kb, 8)- 2.665kb, 9) -2,572kb, 10)-3,133kb, 11)-3,779 kb həcmdə səs yazılarının mövcud olduğu, həmin səs yazılarının Zərərçəkmiş şəxs ilə X20, Təqsirləndirilən şəxs, Şahid arasında dialoq aparıldığı zaman qeydə alınmışdır. 4)-1,726 həcmli faylda, Nofəl Musayev- rəyin dalınca sərəncam, şəhərsalmanın rəyi, dedi bunlar mütləqdir. Dedi gecə saat 03-də sənin pulunu verəcəm, dedim 3 gün, 1 həftədən sonra verərsən, lap pis tərəfi məsəlçün 10.000 məndədir. 5)- 1,949-həcmli faylda, Fuadla-Nofəl arasında olan dialoqda. Nofəl-orderlər var, 3,5 siz vermisiniz. Fuadın Nofələ müraciəti:şofer kimi otururdun, niyə danışmırdın. Nofəl: Mən dedim narahat olma, o vaxt sizin işlərə start verilmişdir. Pulu 2-3 aydan sonra almışdım.Tarixə baxıb deyərəm-sentyabr. Fərəc-torpaq işləri gedirdi. Nofəl-Pulu sonradan aldım-bəli-bəli, gəldilər kordinantları vurdular-çıxardılar. 6) Zöhrab, Fərəc və Fuad arasında dialoq aparılır. Zöhrab Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Fərəc Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 7)-2,076kb həcmli faylda. Təqsirləndirilən şəxs.Əslində iş düzəlir, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var. 8)-2.665kb həcmli faylda. Fərəc- Nofəl deyir müəyyən hissəsi xərclənib. 11)-3,779kb həcmli faylda, Fuadla-Nofəl arasında dialoq, Zərərçəkmiş şəxs Nofələ müraciət edir. “Bu pramidanın başı sənsən”, “Sən hansı dövlət işində işləmisən”, Nofəl- cavan vaxtlarımda cəmi 3 ay dövlət işində işləmişəm..., X20 CD diskində aparılan danışıqlarda iştirak etdiyini, Şahid və Zərərçəkmiş şəxsla aralarındakı dialoqun ona aid olduğunu, digər şəxslərin Təqsirləndirilən şəxs, Şahid və Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqi 244-245). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Pirşağıda yerləşən torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülməsi üçün Zöhrabdan xahiş etdiyini, Zöhrabın bu işi görməsi üçün Fərəc və Nofəl adlı şəxslərin edə biləcəyini dediyini, Fərəcin bu işlərin görülməsi üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manat pul verilməsini dediyini, Pirşağı qəsəbəsində Zöhrabın yanında Fərəclə Nofələ 24.000 manat pul verdiyini, bir neçə gün sonra Zöhrabın yanında Fərəcə 10.000 manat pul verdiyini, bu zaman Nofəlin sürücü kimi maşında əyləşdiyini, daha sonra torpaq sahəsinin sxemini çəkdirmək üçün 3000 manat pul verdiyini, Zöhrabın Fuada olan borcundan 55.000 manat pulu Fərəc və Nofələ verdiyini, sonuncu dəfə isə 60.000 manat pulu Fərəc və Nofəllə görüşüb onlara verdiyini, lakin həmin torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülmədiyini bildirmiş və bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pul aldığını, təkrar 10.000 manat pul alıb Nofələ verdiyini, yenidən 60.000 manat pul alaraq Nofələ verdiyini, Zərərçəkmiş şəxs 3 dəfəyə 94.000 manat pul alaraq Nofələ verdiyini bildirmişdir (cild 1, iş vərəqi 183-187). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs Nofəl Musayevin arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Pirşağıda yerləşən torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülməsi üçün Zöhrabdan xahiş etdiyini, Zöhrabın bu işi görməsi üçün Fərəc və Nofəl adlı şəxslərin edə biləcəyini dediyini, Fərəcin bu işlərin görülməsi üçün 450.000 manat pul lazım olduğunu və ilkin olaraq 120.000 manat pul verilməsini dediyini, Pirşağı qəsəbəsində Zöhrabın yanında Fərəclə Nofələ 24.000 manat pul verdiyini, bir neçə gün sonra Zöhrabın yanında Fərəcə 10.000 manat pul verdiyini, bu zaman Nofəlin sürücü kimi maşında əyləşdiyini, daha sonra torpaq sahəsinin sxemini çəkdirmək üçün 3000 manat pul verdiyini, Zöhrabın Fuada olan borcundan 55.000 manat pulu Fərəc və Nofələ verdiyini, sonuncu dəfə isə 60.000 manat pulu Fərəc və Nofəllə görüşüb onlara verdiyini, lakin həmin torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan işlərin görülmədiyini bildirmiş və bir daha Nofəl Musayevin üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Nofəl Musayev isə Təqsirləndirilən şəxs ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini bildirmişdir (cild 2, iş vərəqi 15-18). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Nofəl Musayevin arasında üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zöhrabın ona Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün kömək istədiyini, onun da əvvəllər tanıdığı Nofələ bu barədə məlumat verdiyini, sənədləşmə prosesinin həll edilməsini Nofəl öz üzərinə götürsə də, onun da cavabdehlik daşıdığını bildirdiyini, Nofəlin torpaq sahələrinin sənədləşdirilməsi üçün 450.000 manat pul lazım olacağını dediyini, Pirşağı qəsəbəsində Zərərçəkmiş şəxs 24.000 manat pulu alan zaman tək olduğunu, Pirşağı qəsəbəsindən qayıtdıqdan sonra Elit Ticarət mərkəzinin qarşısında pulu Nofələ verdiyini, Nofəlin həmin pulu götürüb sənədləşməyə köməklik göstərəcəyini dediyini, Zərərçəkmiş şəxs ikinci dəfə onunla görüşüb ona 10.000 manat pul verdiyini və “Daymond” restoranının yanında həmin pulu Nofələ verdiyini, daha sonra 60.000 manat pulu Zərərçəkmiş şəxs alaraq Elit Ticarət Mərkəzinin yanında Nofələ verdiyini sonuncunun üzünə qarşı bildirmişdir. Nofəl Musayev isə Təqsirləndirilən şəxs ondan onu Pirşağı qəsəbəsində aparmasını xahiş etdiyini, bu zaman orada Zöhrab adlı şəxslə görüşərək Zərərçəkmiş şəxs evinə getdiklərini, orada söhbət etdiklərini, lakin onun orada iştirak etmədiyini, təkrar Fərəcin ondan Pirşağı qəsəbəsinə getməyi xahiş etdiyini, söhbət zamanı Fərəcin ondan Zərərçəkmiş şəxs torpaq sahələrinin özəlləşdirilməsi üçün lazım olan sənədləşmə işlərinə köməklik göstərilməsini xahiş etdiyini, bir müddət sonra Fərəclə birlikdə “Yaban” restoranında Zərərçəkmiş şəxsla görüşdüyünü, bu zaman Zərərçəkmiş şəxs Fərəcdən pulu alıb nə üçün sənədləşmə işlərini görmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini, onun isə bu işlərlə əlaqəsinin olmadığını dediyini, Zərərçəkmiş şəxs Fərəcə pul verməsinin şahidi olmadığını, sonradan onların arasında 60.000 manat pul alış-verişi olduğunu bildiyini, Zərərçəkmiş şəxs sənədləşdirmə işlərinin görülməsini öhdəsinə götürməsi barədə vəd vermədiyini, Fərəcin aldığı pullara görə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə köməklik göstərə biləcəyini, Fərəclə onun qeyd etdiyi restoranlarda görüşüb yemək yediklərini, lakin ondan pul almadığını bildirmişdir (cild 2, iş vərəqi 19-22). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, iş vərəqi 3-5). - Şahid ifadəsinin yerində yoxlanlılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid Zərərçəkmiş şəxs məxsus 55.000 manat məbləğində pulu 2021-ci ilin iyun-iyul aylarında hissələrlə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Nofəl Musayevin iştirakı ilə Təqsirləndirilən şəxs verməsinə dair istintaqa vermiş olduğu ifadəsini yerində təsdiq etdiyi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 86-88). - Şahid iştirakı ilə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində markası olmayan, ağ rəngli 1 ədəd CD diskinin içərisində 1)-1443kb, 2)-1,473kb, 3)-2.712kb, 4)-1,726, 5)-1,949, 6)-2,522, 7)-2,076kb, 8)-2.665kb, 9)-2,572kb, 10)-3.133kb, 11)-3,7 79kb həcmdə səs yazılarının mövcud olduğu, həmin səs yazılarının Zərərçəkmiş şəxs ilə Şahid, X20, Təqsirləndirilən şəxs arasında dialoq aparıldığı zaman qeydə alınmışdır. Belə ki, 1)-1443kb-həcmli faylda Şahid:-götürmüşəm aparmışam onların yanına, sonradan məlum olub ki, verilməliymiş 10 manat, verilib 5 manaat..., Təqsirləndirilən şəxs: həll edəcəyik, 4-5 maşın var satıb məsələni həll edəcəyik. Zərərçəkmiş şəxs: Aləm qarışıb bir-birinə.., 3)-2.72kb-həcmli faylda, Şahid:-bilmədiyiniz həqiqətlər olub, gəlmişik bura işin mahiyyətini aydınlaşdıraq..., Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciət edir-Nofəl niyə gəlmir, qaçıb yayınır. Fərəc cavab verir. Fuad müəllim siz məni tanımısınız, pulu mənim əlimlə vermisiniz, Nofəl də bu işə cavabdehdir, ancaq əsas mənəm. 4)-1,726 həcmli faylda, Nofəl Musayev- rəyin dalınca sərəncam, şəhərsalmanın rəyi, dedi bunlar mütləqdir. Dedi gecə saat 03-də sənin pulunu verəcəm, dedim 3 gün, 1 həftədən sonra verərsən. 5)- 1,949-həcmli faylda, Fuadla-Nofəl arasında olan dialoqda. Nofəl-orderlər var, 3,5 siz vermisiniz. Fuadın Nofələ müraciəti: şofer kimi otururdun, niyə danışmırdın. Nofəl-Mən dedim narahat olma, o vaxt sizin işlərə start verilmişdir. Pulu 2-3 aydan sonra almışdım. Tarixə baxıb deyərəm-sentyabr. Fərəc-torpaq işləri gedirdi. Nofəl-Pulu sonradan aldım-bəli-bəli, gəldilər kordinantları vurdular-çıxardılar. 6) Zöhrab, Fərəc və Fuad arasında dialoq aparılır. Zöhrab Nofəlin bu işə aidiyyətini olduğunu sonradan bildiyini deyir. Fərəc Nofəlin onun bu işdə olmasının gizli saxlanmasının ondan xahiş etdiyini deyir. 7)-2,076kb həcmli faylda. Təqsirləndirilən şəxs. Əslində iş düzəlirdi, yubanması Nofəlin içəridə qalması ilə əlaqəli oldu. Pul var, 4 dənə, 5 dənə maşın var. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciət edir- 60.000 manatı məndən alanda kiminlə danışırdın? 8)-2.665kb həcmli faylda. Fərəc- Nofəl deyir müəyyən hissəsi xərclənib. 9)-2,572kb həcmli faylda, Nofəllə Fuad arasında dialoq. Nofəl danışır-onu şərləyib tutduracam..., 11)-3,779kb həcmli faylda, Fuadla-Nofəl arasında dialoq, Fuad Nofələ müraciət edir. “Bu piramidanın başı sənsən”,”Sən hansı dövlət işində işləmisən”, Nofəl- cavan vaxtlarımda cəmi 3 ay dövlət işində işləmişəm..., Şahid CD diskində aparılan danışıqlarda iştirak etdiyini, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Nofəl Musayevlə aralarındakı dialoqun ona aid olduğunu, həmin danışıqlardakı səs yazılarının iştirakçılarının Təqsirləndirilən şəxs, Nofəl Musayev və Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir (cild 2, iş vərəqi 89-90). - məhkəmə-kompyuter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/357 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs X15 məxsus “İpone 12 Pro” markalı “A2406”modelli mobil smartfonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli SİM danışıq kartının yaddaşına baxış keçirilmiş və (07 ədəd kontakt, 45 ədəd SMS mesaj və 04 ədəd silinmiş mesaj) məlumatlar aşkar olunaraq 1 ədəd DVD-R tipli diskə köçürülərək “Ekspertiza 5-357”adlı iş çantasında ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir (cild 2, iş vərəqi 113-117). - məhkəmə-kompyuter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsunq Galaxy A10” markalı, arxa məlumat lövhəsinə görə SM-A105F/DS modelli mobil smartfonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “******************** (İCCİD) seriya nömrəli SİM danışıq kartının yaddaşına baxış keçirilmiş və (07 ədəd kontakt və 25 ədəd SMS mesaj) məlumatlar müəyyən olunaraq “Ekspertiza 5-358” adlı iş çantasında bir ədəd DVD-R-tipli diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir (cild 2, iş vərəqi 118-122). - xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Şahid zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 55.000 manat məbləğində pul vəsaitlərini hissələrlə 2021-ci ilin iyun-iyul aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Nofəl Musayevin iştirakı ilə Təqsirləndirilən şəxs verdiyinə dair ifadəsini sonuncunun üzünə qarşı deməklə təsdiq etmişdir (cild 2, iş vərəqi 149-153). - xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid ilə təqsirləndirilən şəxs X20 arasında keçirilmiş üzləşmə zamanı Şahid zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 55.000 manat məbləğində pul vəsaitlərini hissələrlə 2021-ci ilin iyun-iyul aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, “Praqa” restoranı qarşısında Nofəl Musayevin iştirakında Təqsirləndirilən şəxs verdiyinə dair ifadəsini Nofəl Musayevin üzünə qarşı deməklə təsdiq etmişdir (cild 2, iş vərəqi 154-158). - təqdim etmə, götürmə və baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən 02 ədəd düzxətli məktəbli dəftər vərəqələri və üzərində kiril və latın əlifbaları ilə "Nofəl, Fuda (Fuad) yazıları və rəqəmlər əks olunmuşdur. Əlyazmanın 1-ci vərəqində "xx.xx.2021.40.dollar.verdim-Nofəl.Aldım imza...Fuda, Pirşağı 4.8hA.30min Nofəl Aldım. İmza...." Nofel42.800 aldı nofel. imza....Nofər.+15min verdim, Nofəl 2500 aldım imza..."qeydləri, 2-ci vərəqində "Nofel42.800 aldı nofel. imza....Nofər.+15min verdim, Nofəl 2500 aldım imza..."qeydləri aparılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əlyazmada göstərilən qeydlər Nəfəllə onun arasında aparılmış, aldım yazıları və imza isə Nofəl tərəfindən qeyd olunmuş və həmin məbləğləri alıb götürmüşdür (cild 2, iş vərəqi 246-248). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd elektron məlumat daşıyıcısı CD disk, Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən alınmış pul vəsaitlərinin Nofəl Musayevə verilməsinə, sonuncunun ona təqdim olunan pul vəsaitlərini aldığını öz imzası ilə təsdiq etməsinə dair 2 vərəqədən ibarət əlyazma iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin istintaq materiallarında saxlanılmışdır (cild 2, iş vərəqi 249-267). - cinayət işindən iş ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X13 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və cinayət işinə ********* nömrə verilmişdir (cild 2, iş vərəqi 269-272). Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə tədqiq olunmuş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub zərərçəkmiş şəxsdən ittiham aktında göstərilmiş külli miqdarda pul məbləğini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsiri onun ibtidai və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi - zərərçəkmiş şəxsin pullarının özü tərəfindən deyil, digər şəxs tərəfindən ələ keçirilməsi barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özünün ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnaməsindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən təqsirli bilinərək CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.2, 32.4,312.2, 320.1-ci maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi xx.xx.2021ci il tarixdə, həmin idarədə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (cild 2, iş vərəqi 98-99). Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4 və 32.4,312.2-ci maddələri ilə verilmiş ittiham çıxarılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham çıxarılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 25 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)- 21/2023 saylı hökmünün müstəqil icra olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 7-ci bəndinə əsasən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmü müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulması və axtarış elan edilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 119-120). Axtarışda olan şəxsin tutulması barədə 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 139-140, 152-153, 199-205, 207-211; cild 2, iş vərəqi 181-187) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanma müddəti 17 iyul 2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs təqdim etdiyi 2 vərəqdən ibarət əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 107,30 (yüz yeddi manat 30 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları köçürülmüş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs təqdim etdiyi 2 vərəqdən ibarət əlyazma cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 107,30 (yüz yeddi manat 30 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar