Məhkəmə qərarları › İş №1(101)-490/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-490/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-490/2021 23.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il fevralın 01-də Zərdab rayonunun Qoruqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, Zərdab rayonunun Qoruqbağı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci il avqustun 22-də saat 03 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evin yataq otağında bacısı Zərərçəkmiş şəxs aralarında baş vermiş ailə-məişət münaqişəsi zəminində əlində saxladığı, zavod üsulu ilə hazırlanan məişət təyinatlı, soyuq silah hesab edilməyən səyahət bıçağı ilə qəsdən iki dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bir ədəd döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd döş qəfəsinin arxa səthinin daxilə (plevra boşluğuna) nüfuz edən deşilmiş-kəsilmiş yara kimi xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildə ailə həyatı qurmuşdur, birgə nikahdan Emil adlı övladı anadan olmuşdur. O, müxtəlif yerlərdə ofisiant, anbardar və fəhlə işləməklə ailəsini dolandırmışdır. 2020-ci il avqustun 01-də anası Şahid1 ilə aralarında mübahisə yaranmış, sonuncunun əvvəlcədən tanıdığı Şahid6la səmimi münasibətlərinin olmağını özü üçün təxmin etmiş, belə ki, anasının Azadı qucaqlayıb «qələt eləmişəm, məni bağışla» deməsinin şahidi olmuşdur, sonuncular onu görən kimi bir-birindən ayrılaraq uzaqlaşmışlar. Anası ilə atası Şahid2 38 ildir rəsmi evli olduğundan bu hərəkət ona çox pis təsir etmişdir. Anası ilə söhbət etdikdə sonuncu ərinin saqqalına söyən Azadı təhqir etdiyini və sonradan üzr istədiyini dəsə də o, anasının xəyanət etdiyini düşünməklə sözlərinə inanmamışdır. İki gün anası ilə birlikdə yaşadıqları ünvan 2 ünvanındakı evə hərlənməmiş, 2020-ci il avqustun 05-də saat 01 radələrində isə gələn kimi sonuncu səbəbsiz yerə ona və arvadı Şahid5 qarşı dayanmadan nalayiq ifadələr işlətmiş, bacısı Şahid3 zəng edib «Paşa ilə ailəsi bu evdə yaşamasınlar» deyəndən sonra digər bacısı Zərərçəkmiş şəxs ona zəng çalaraq küçə söyüşü ilə «sən və arvadın evdən çıxın» söyləmişdir. Gecə saat 03 radələrində Aytəni və azyaşlı oğlunu taksi ilə qayınanasıgilə yola salmaqla qayıdıb həyətdə iki nəfər kişinin, evdə bibisi Şahid4, bibisi oğlu X2, bacıları Röyalənin və Xanımın, ata-anasının olduqlarını görmüşdür. İlkin olaraq Röyalə ilə sözlə mübahisə etməyə başlamış, göstərilən vaxt Xanım araya girərək «arvadın Aytən gündə bir maşından düşür və başqa kişilərə mənim yanımda nömrə verir» demişdir. Bu sözlərdən bərk qəzəblənərək özünü ələ ala bilməmiş, qorxutmaq məqsədi ilə qonaq otağındakı dolabın üst gözündən suvenir kimi istifadə etdikləri bıçağı götürməklə yataq otağına daxil olub həmin alətlə Xanımın kürək nahiyəsinə zərbə endirmişdir. Bundan sonra o, evi tərk etmiş, bir-iki vacib işini həll edərək polisə təslim olmuşdur. Hadisədən əvvəl valideynlərini döyməmiş, yalnız anası ilə sözləşmişdir. Əməlindən həddindən artıq peşman olmuşdur. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, son bir ildə qardaşı Təqsirləndirilən şəxslə normal olan münasibətləri sonuncunun arvadı Şahid5 görə pozulmuşdur. 2020-ci il avqustun 05-də anası Şahid1 bacısı Şahid3 zəng etməklə «Paşa məni və atanı döyür, gəlin bizə» bildirəndən sonra gecə saat 01 radələrində sonuncu, Röyalənin Yusif adlı azyaşlı oğlu və o, ünvan 2 ünvanına daxil olanda evin dağınıq vəziyyətdə, içəridə atası Şahid2, anasının, bibisi Şahid4 və sonuncunun övladı X2 olduqlarını görmüşlər. Saat 02-03 radələrində Paşa qapını sakit şəkildə açıb evə girərək köhnə söhbətləri açmaqla anası ilə mübahisə etməyə başlamış, Röyalə və onun barəsində nalayiq ifadələr işlətmişdir. O, biədəb sözləri eşitməsin deyə, bacısı oğlunu çölə çıxarıb ağlaya-ağlaya Paşaya «arvadının sözlərinə az qulaq as, biraz da bizə inan» demişdir. Qardaşı qəflətən üzərinə hücum edərək başını aşağı əyməklə kürək nahiyəsinə bıçaqla bir neçə zərbə vurub evdən çıxmışdır, Nadir və Röyalə onu dərhal xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən təqsirləndirilən şəxsin bacısı Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Şahid1 ilə 1981-ci ildə rəsmi qaydada bağladığı nikahdan Təqsirləndirilən şəxs, Şahid3 və Zərərçəkmiş şəxs adlı üç övladı vardır. 2020-ci il avqustun 05-də saat 01 radələrində oğlu ilə gəlini Şahid5 arasındakı münaqişə nəticəsində Paşa arvadı Qətibəni nalayiq ifadələrlə təhqir etmiş, Aytəni və nəvəsi X9 götürərək öz qayınanasıgilə aparmışdır. Qətibə mobil telefonla Röyalə və Xanım ilə danışmış, qızları ünvan 1 ünvanındakı evlərinə çatmamışdan qabaq bacısı Şahid4 və sonuncunun övladı X6 onlara gəlmişlər. Bir azdan evə qayıdan Paşa Röyalə və Xanım ilə sözlə mübahisə etməyə başlamış, gözlənilmədiyi halda sonuncuya kürək nahiyəsindən bir neçə dəfə zərbə endirdikdən sonra Nadir Paşanı tutmuş, oğlu isə həyacanlanmaqla əlindəki bıçağı yerə atıb evdən qaçmışdır. Nadir özünə məxsus yük avtomobili ilə Xanımı xəstəxanaya çatdırmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, övladı Təqsirləndirilən şəxs həmişə ondan borca pul istəməsi səbəbindən aralarında tez-tez sözlə mübahisə olmuşdur. 2020-ci il avqustun 01-də işlədiyi, Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən «Ramal» kafesində olarkən Şahid6 adlı müştərinin nalayiq ifadələr işlətməsinə görə mübahisə yaranmış, sonradan sonuncunun onu söymədiyini bilərək Azadın çiyninə əlini qoymaqla üzrxahlıq etdikdə oğlu onları görüb səhv başa düşərək onu təhqir etmiş və evə hərlənməməsini deməklə kafedən getmişdir. İki gün övladları Şahid3 və Zərərçəkmiş şəxs yaşadıqları ünvan 3 ünvanındakı evdə qalmış, 2020-ci il avqustun 03-də əri Şahid2, övladı Paşa, gəlini Şahid5 və nəvəsi X11 ilə bərabər yaşadıqları ünvan 2 ünvanındakı evə gəlmişdir. 2020-ci il avqustun 05-də saat 01 radələrində oğlu və gəlini ilə aralarında münaqişə yaranmış, Paşa evdə çox səs-küy saldığı üçün baldızı Şahid4, sonuncunun övladı X5 və qızlarını mobil telefonla zəng edib çağırmışdır. Bundan sonra Paşa Aytəni və Emili götürərək evdən çıxmış, bir qədər keçdikdə oğlu əsəbi vəziyyətdə geri qayıtmışdır. Saat 03 radələrində Paşa Röyalə və Xanım ilə sözlə mübahisə etməyə başlamış, qəflətən sonuncunun üzərinə hücum etmiş və qızının kürək nahiyəsinə bıçaqla bir neçə zərbə vurmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid4 şahidlər olan qardaşı Şahid2 və gəlini Şahid1 ilə uyğun ifadə verməklə yanaşı 2020-ci il avqustun 05-də saat 03 radələrində sonuncuların xahişi ilə yaşadıqları ünvan 2 ünvanındakı evdə olarkən qardaşı övladı Təqsirləndirilən şəxs səs-küy saldığına görə «əgər sən atan və anan ilə yola getmirsənsə, ayrı evə çıx» məsləhət verdiyini, Paşanın isə mübahisə etdiyi bacıları Şahid3 ilə Zərərçəkmiş şəxs və anasına müraciət edib «siz düzgün yolda deyilsiniz» söylədiyini, Xanımın da Paşaya «qardaş kimi mənim üçün heç nə etməmisən, bizə əxlaqsız deyirsən, ilkin olaraq öz arvadın Aytənə bax» bildirdiyini, bu sözlərdən sonra Paşanın çarpayının üzərində yerləşən Xanımın başını aşağı əyməklə bir neçə dəfə kürək nahiyəsinə bıçaqla zərbə endirdiyini göstərdi. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunan Şahid5 ibtidai araşdırmada şahid qismində dindirilərkən ifadəsində 2006-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olduğunu, maddi imkanları zəif olduğundan 2017-ci ildən ərinin valideynləri ilə ünvan 1 ünvanında yerləşən evdə yaşamağa başladıqlarını, 2020-ci il avqustun 04-də saat 22 radələrindən 2020-ci il avqustun 05-də saat 01 radələrinədək qayınanası Şahid1 nalayiq ifadələrlə onunla Paşanı təhqir etdiyinə görə sonuncunun onu və Emil adlı uşaqlarını anası X3 taksi ilə yola saldığını, 2020-ci il avqustun 05-də səhər saatlarında ərinin bacısı Şahid3 Paşanın digər baldızı Xanıma bıçaqla xəsarət yetirdiyini bildiyini göstərmişdir (iş vərəqi 126-128). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan Şahid6 ibtidai araşdırmada şahid qismində dindirilərkən ifadəsində 2020-ci il avqustun 01-də altı il ərzində tanıdığı Şahid1 işlədiyi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki «Ramal» kafesində həmişəki kimi yemək yeyəndə mobil telefonla danışmaqla nalayiq ifadə işlətdiyindən Qətibənin onunla mübahisə etdiyini, sonuncunun öz səhvini başa düşdükdən sonra ondan üzrxahlıq edib əlini çiyninə qoyduğunu, təsadüfən bu vaxt onları görən Qətibənin övladı Təqsirləndirilən şəxs anası ilə onun arasında yaxın münasibət olduğunu düşündüyünü, Paşaya «ayıb deyil, Qətibə xala mənim anam yaşındadır» dediyini, oğlanın isə əsəbi halda kafeni tərk etdiyini göstərmişdir (iş vərəqi 132-135). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 avqust tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən Şahid2 övladı Təqsirləndirilən şəxs digər övladı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmiş, həmin bıçaq götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 4-10). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 avqust və 2020-ci il 06 avqust tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus göy rəngli, üzərində çəhrayı, göy və ağ rəngi gül şəkilləri olan qolsuz qadın xalatının arxa boyun tərəfində iki ədəd zədənin ətrafında qana bənzər quru ləkələr müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 13 və 60-61). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 26). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evi göstərib ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 53-57). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 avqust tarixli protokoldan görünür ki, hadisə yerindən götürülərək baxış keçirilən dəstək hissəsi 10,5 sm, tiyə hissəsi 15,5 sm olmaqla 26 sm uzunluğundakı bir ədəd boz rəngli bıçağın üzərində qana bənzər ləkə izləri aşkanlanmış, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 58-59). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 07 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 64-65). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 07 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilməklə əvvəli 2020-ci il avqustun 07dən hesablanmaqla ev dustaqlığı qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 82-87). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 07 avqust tarixli 704 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənindəki xəsarətlər – bir ədəd döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, bir ədəd döş qəfəsinin arxa səthinin daxilə (plevra boşluğuna) nüfuz edən deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 101-102). İş materiallarında olan AZE seriyalı 19034768 №-li şəxsiyyət vəsiqəsinin və AZ-İİ seriyalı 156468 №-li doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il 23 aprel təvəllüdlü Emil adlı övladı vardır (iş vərəqi 129- 130). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 avqust tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onlara təqdim olunan hadisə yerindən götürülmüş bir ədəd bıçağı və sonuncuya məxsus qolsuz qadın xalatını tanımışlar (iş vərəqi 144-147). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il avqustun 31-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 148). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 09 sentyabr tarixli 5674 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışdır (iş vərəqi 150). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020ci il 21 sentyabr tarixli 663/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan qarışıq rəngli qadın xalatının üzərindəki qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunaraq yalnız A antigeni alınmaqla bu ləkələrin Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur, təqdim olunan bir ədəd bıçağın üzərində tədqiqat zamanı qan izləri aşkar edilməmişdir (iş vərəqi 153-157). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020ci il 07 oktyabr tarixli 435/2020 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus xalatın arxa orta nahiyəsində bir ədəd və sağ yan hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr tədqiqata təqdim olunan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən səyahət bıçağının tiyəsi ilə törənmişdir (iş vərəqi 160-163). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2020-ci il 28 sentyabr tarixli 1932 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 166-167). İş materiallarındakı Zərdab Rayonu İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 03 noyabr tarixli 233 nömrəli arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Qoruqbağı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır (iş vərəqi 176). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 05 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, hadisə yerindən götürülən bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd xalat maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.1.-ci, 126.2.4.-cü, 143-cü, 221-ci və 228.4.-cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir (iş vərəqi 180-192 və 194-195). Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2021-ci il 06 may tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, iddiası və maddi tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən ibtidai araşdırmadakı şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədiilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il avqustun 05-dən 2020-ci il avqustun 07-dək tutulduğu 02 (iki) gün və 2020-ci il avqustun 07-dən 2021-ci il avqustun 23-dək ev dustaqlığında saxlanıldığı 01 (bir) il 16 (on altı) gün, cəmi 01 (bir) il 18 (on səkkiz) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alıb Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməklə hadisə yerindən götürülən bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd xalat məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaqda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 40 iş saatı, məhkəmədə Bakı şəhəri «Verdiktum» vəkil bürosunun saylı vəkili Müdafiəçi tərəfindən 68 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 408 manat köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il avqustun 05-dən 2020-ci il avqustun 07-dək tutulduğu 02 (iki) gün və 2020-ci il avqustun 07-dən 2021-ci il avqustun 23-dək ev dustaqlığında saxlanıldığı 01 (bir) il 16 (on altı) gün, cəmi 01 (bir) il 18 (on səkkiz) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 408 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməklə hadisə yerindən götürülən bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd xalat məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar