Məhkəmə qərarları › İş №1(101)-491/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-491/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-491/2023 30.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, bina 80, mənzil 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzimov küçəsi, ev 133-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs8 Cənubi Koreya Respublikasından «Toyota Rav 4» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib ona təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq, 16 aprel 2021-ci il tarixdə rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs8 19800 manat, 2022-ci ilin aprel ayının əvvəlində sifariş olunan avtomobilin gömrük xərclərinin ödənilməklə avtomobilin sonuncuya təhvil verilməsi adı ilə həmin ünvanda 5000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs8 24800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs4 birlikdə Cənubi Koreya Respublikasından “BMW” markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib sataraq qazanc əldə etmək barədə yalan vəd verib onu aldadaraq, 21 aprel 2021-ci il tarixdə rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 5500 manat, 2021ci ilin iyun ayının əvvəlində X4 «Chevrolet» və «Toyota Prius» markalı avtomobilləri alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib sataraq qazanc əldə edəcəkləri adı ilə həmin ünvanda 10800 manat və yenə də 2021-ci ilin iyun ayının əvvəlində X4 «Kia Stinger» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib sataraq qazanc əldə edəcəkləri adı il həmin ünvanda 6000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 22300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs3 “BMW” markalı avtomobil üçün qabaq faraları, led surət cihazı və sükan X4 gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2021-ci ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu H.ünvan 4 ünvanında yerləşən «3 Tac» adlanan binanın qarşısında 6000 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Qubadov Mayıl Babaş oğluna Cənubi Koreya Respublikasından «Kia Sportage» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 05 oktyabr 2021-ci il tarixdə rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 6200 manat, 2021-ci ilin oktyabr ayının sonunda sifariş olunan avtomaşının dəyərinin qalan hissəsinin ödənilməsinin tələb olunması bəhanəsi ilə Bakı şəhəri Binəqədi rayonu Əliyar Əliyev küçəsində yerləşən avtotəmir məntəqəsində 2800 manat və 2021-ci ilin noyabr ayının ortalarında sifariş olunmuş avtomobilin gömrük xərcinə tələb olunması bəhanəsi ilə həmin ünvanda 5200 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxs Mayıl Qubadova 14200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 X4 «Toyota Rav 4» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2021-ci ilin dekabr ayında ünvan 5 ünvanında 9600 manat pulu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 9600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs6 Cənubi Koreya Respublikasından «Kia Sportage» və «Hundai Santafe» markalı avtomobili alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2022-ci ilin yanvar ayında Bakı şəhəri Binəqədi rayonu Əliyar Əliyev küçəsində yerləşən avtotəmir sexində 4400 manat, 2022-ci ilin fevral ayında həmin ünvanda 14000 manat və 2022-ci ilin mart ayında həmin yerdə 34665 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs6 53065 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs9 Becən oğluna sonuncunun bacısı oğlu Zərərçəkmiş şəxs4 ilə birlikdə qazanc əldə etmək məqsədi ilə sifariş etdikləri avtomaşınların gömrük xərclərinin ödənilməsinin tələb olunması barədə yalan məlumat verərək onu aldadıb 2022-ci ilin mart ayında rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 9700 manat və 2022-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 2 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında 6700 pulunu alıb vədinə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 16400 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 X4 «BMW F 30» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2022-ci ilin aprel ayında Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən «Təzəbazar» ticarət mərkəzinin yaxınlığında yerləşən ofisdə 14000 manat, 2022-ci ilin may ayında sifariş olunmuş avtomobilin gömrük xərcinə tələb olunması adı ilə ünvan 7 ünvanında 7500 manat alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs7 21500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 X4 «Toyota Prius» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətizdirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 21 iyun 2022-ci il tarixdə sonuncunun Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən «Kapital Bank»a aid bankomat vasitəsilə onun plastik kart hesabına göndərdiyi 3655 manat, 24 iyun 2022-ci il tarixdə həmin ünvanda eyni qayda ilə göndərdiyi 2365 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 6020 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o “NN” adlı şirkətin sahibidir, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. X11 ilə 2018-ci ildə tanış olmuşdur. Həmin vaxt Elgün anası ilə mübahisə etdiyi üçün dostu Asimin evində qalırdı, Elgünlə Asimin evində tanış olmuşdur. Tanış olduqları zaman Elgünə maşın və maşın ehtiyyat hissələrinin satışı ilə məşğul olduğunu bildirmişdir. Elgün də dayısı Vidadinin “Subaru” markalı maşını üçün fara sifariş etmiş və o həmin faranı gətizdirmişdir. Bundan sonra Elgün ona birlikdə işləməyi təklif etmiş o razılaşmış və onlar birlikdə işləməyə başlamışlar. Lakin Elgünün qohumu Zərərçəkmiş şəxs8 üçün “Toyota RAV 4” markalı maşını gətizdirməyib, bu məqsədlə heç kəsdən pul almamış nə də ki pul verməmişdir. O maşınları xaricdən gətizdirmək üçün ABŞ, Koreya və Gürcüstanla internet vasitəsi ilə əlaqə saxlamış və internet üzərindəndə maşınları müştərilərə sonuncuların öz vəsaiti hesabına əldə edirdi. Akifin Elgünün xalasının yoldaşı olmasını sonra bilmiş və sonra tanış olmuşdur. Elgünlə «Toyota RAV 4» markalı maşının gətizdirilməsi üçün 12.160 manat dəyərində müqavilə bağlamış, həmin məbləğ avtomobilin müstəqil dəyəri və qəza xərcləridir. Qeyd olunan məbləğ Akif tərəfindən ödənilməmişdir. «Toyota RAV 4» markalı maşın Bakıda dostu İlkin Əliyevdədir. Zərərçəkmiş şəxs4a aid epizod üzrə bildirir ki, sonuncuyta Cənubi Koreya Respublikasından “BMW” markalı maşını gətizdirmiş, lakin Zərərçəkmiş şəxs4 verə bilməmişdir. Həmin maşına görə 5.200 manatı Elgün ödəmiş, 3.200 manat pulu isə o qoymuşdur. Elgünün verdiyi 5.200 manatı Elgünə qaytarmaq üçün müstəntiqə vermişdir. «BMV» markalı maşın isə Gürcüstan ərazisinə gətirilmişdir. Zərərçəkmiş şəxs3 epizodu üzrə bildirir ki, sonuncunu tanıyır, Anar Baloğlanov ona “BMW” markalı maşın üçün faralar sifariş etmiş, lakin Anar ona 6000 manat bir, 4000 manat bir vermişdir. Lakin faraları qiyməti razılaşdırılan qiymətdən artıq olduğu üçün faraları gətizdirə bilməmiş, pulu Anara qaytarmışdır. Qubadov Mayıl Babaş oğlunun epizodu üzər onu bildirir ki, sonuncu ilə özünə məxsus servisdə tanış olmuş, Mayıl ona “KİA Sportage” markalı maşın sifariş etmiş, müqavilə bağlamış, o, maşını 04 ay müddətinə çatdırmalı idi, həmin maşını başqa bir şəxsə satmışdır. Maşina görə Mayıl Qubadovdan 14.200 manat almış, lakin həbsdə olduğu üçün həmin pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 epizodu üzrə onu bildirir ki, onu tanıyır, Elçinin ona borcu var, belə ki, Elçin ona sifariş verdiyi “Toyota RAV 4” markalı maşının 50%-ni yəni, 9.425 manatını vermiş, həmin puldan 3.300 manatını vermiş, həbsdə olduğu üçün qalan məbləği ödəyə bilmir. Zərərçəkmiş şəxs6 epizodu üzrə bildirir ki, sonuncu ilə dost olmuş hər gün görüşüb asudə vaxtlarını birlikdə keçirmişlər. Vüqardan 4000 manat pul almışdır ki, şərikli maşın gətizdirib sataraq gəliri aralarında bölsünlər.O Vüqarın heç bir pulunu mənimsəməmişdir, bu boş söhbətdir. Zərərçəkmiş şəxs9 epizodu üzrə bildirir ki, Vidadi Elgünün dayısıdır, lakin onunla ticarəti olmamışdır. Vidadi ümumiyyətlə onun ofisində olmamış, Vidadi Elgünlə birlikdə ona kömək edirdilər. O Vidadinin heç bir məbləğdə pulunu mənimsəməmişdir. Zərərçəkmiş şəxs7 epizodu üzrə bildirir ki, sonuncunu tanıyır, Zərərçəkmiş şəxs7 ondan “BMW” markalı maşın sifariş vermiş, həmin maşın üçün 22.500 manat pul ödəniş etmişdir. Lakin həmin maşını gətizdirib başqa şəxsə satmışdır. Zərərçəkmiş şəxs1 epizodu üzrə bildirir ki, sonuncunu tanıyır, ona maşın sifariş vermiş, həmin maşını əldə etmiş, maşın yolda olan zaman onu həbs etmişlər. Vurduğu ziyanları həbsdə olduğu üçün qaytara bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4 il olar ki, tanıyır, o əvvəllər xarici ölkədə işləmiş, Bakıya məzuniyyətə gəldiyi zaman Nicat ona iş gördüyünü, ofisi olduğunu, birgə iş görməyi təklif etmişdir. İşlərində avtomobil ehtiyyat hissələrinin xaricdən gətizdirib burada satmaqla qazanc əldə etmə olmalı idi. O Nicada inanaraq 2021-ci ilin aprel ayında ona 1200 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində olan ofisində vermişdir. Nicad onu əmin etmişdir ki, 10 günə alınacaq ehtiyyat hissələri Bakıya gələcək, həmin hissələr satıldıqdan sonra onun pulunu qazancla birlikdə verəcəkdir. Təxminən 10 gündən sonra Nicad öz ofisində onun 1200 manat pulunu və əlavə 200 manat qazanc vermiş və onun Nicada inamı və etibarı daha da artmışdır. Nicadla iş gördüyünü xalasının əri Zərərçəkmiş şəxs8 demiş və Akif özünə avtomaşın almaq istədiyini deyərək onu Nicadla tanış etməyi demişdir. O da Akifi Nicadla tanış etmiş, sonuncu Akifə “TOYOTA RAV 4” markalı avtomobil təklif etmiş və Akif onun üçün bu modeldən olan maşını sifariş etməyi Akifdən xahiş etmişdir.Nicat həmin avtomobil üçün 19800 manat pul istəmiş və o xalasının əri Akifin tapşırığı ilə sonuncunun evində gedib həmin məbləğdə pulu götürüb Nicada vermişdir. X19 ofisində vermişdir. Akif isə ona zəng vurub demişdir ki, sabah özü Akifin ofisinə gətirib maşının alınmasına dair müqavilə bağlayacaq, bu səbəbdən Akif pulu heç yerə göndərməsin. Akifin tapşırığını Nicada çatdırdıqda sonuncu demişdir ki, “TOYOTA RAV 4” markalı avtomobili həmin gün almalıdır, pulu dərhal göndərməlidir. Bunu Akifə zəng edib dedikdə Akif ondan xahiş etmişdir ki, Nicadla müqaviləni özü, yəni onun iştirakı olmadan bağlasın. 16 aprel 2021-ci il tarixdə o Nicadla müqavilə bağlamış, müqavilənin şərtlərinə görə maşın 3 aya Bakıya gətirilməli idi. Bundan sonra Akif ona təklif etmişdir ki, xaricdən “BMW” markal avtomobil gətirib satsınlar, belə ki, bu maşında qazan çox olacaqdır. O da onunla razılaşaraq ona 5500 manat pulu elə 2021-ci ilin aprel ayının sonlarında vermişdir. Bu maşınla bağlı o Nicadla pul verdiyi tarixdə müavilə bağlamış, maşının satışından əldə edəcəkləri gəliri yarı-yarıya böləcəkləri barədə razılaşmışlar.Həmin maşının da, Nicadın deməsinə görə, 3 ay ərzində Bakıya gətiriləcəyi gözlənilirdi. Bundan sonra elə həmin ayda o Nicada ehtiyyat hissələrin alınması üçün 2400 manat vermiş, Nicad 10-12 gündən sonra ona həmin 2400 manat pulunu, əlavə olaraq isə 300 manat qazanc pulu vermişdir. Onun həmin ərəfələrdə 10800 manat pulu olmuş və o Nicadla razılaşmışdır ki, həmin pula maşın gətirib sataraq qazanc əldə edib yarı bölsünlər. Nicadla birlikdə bu pula 02 ədə “Chevrolet Cruse” və 01 ədə “Toyota Prius” markalı avotomobillər sifariş vermişlər. Bu avtomobillərlə bağlı Nicadla müqavilə bağlamış, Nicada tam etibar etmişdir. 10800 manat X19 ofisində şəxsən özü vermişdir. Bundan sonra o Nicada “Kia Stringer” avtomobili sifariş etmək üçün ona 6000 manat pulu müavilə bağlamadan ona vermişdir. Bundan sonra 2021-ci ilin avgust ayında o Nicada avtomobil ehtiyyat hissələrini almaq üçün 2500 manat vermiş, Nicad bir müddət sonra həmin puldan 1500 manat qaytarmış, qalan 1000 manat pulu və qazancı isə bu günədək verməmişdir. Nicada özünə və Akifin verdiyi pullara görə aylar keçməsinə baxmayaraq maşınlar gəlməmiş, Akif maşınların gah gəmidə gah Gürcüstanda olduğunu bəhanə gətirib maşınları üzə çıxartmırdı. Akif artıq öz pulunu da ondan tələb edir, o Nicada bunu dedikdə sonuncu and-aman edirdi ki, hər şey qaydasındadır, maşınlar mütləq gələcəkdir. Yaranmış vəziyyəti dayısı Vidadiyə deyib ondan kömək istəmiş, Vidadi də bir neçə dəfə Nicadla görüşüb məsələləri həll etməsini istəmişdir. Nəhayət 2022-ci ildə pullar veriləndə 1 il sonra Nicad bildirmişdir ki, maşınlar Bakıda gömrükdədirlər, onların gömrük rüsumunu ödəmək lazımdır. O da dayısı Vidadinin vasitəsi ilə Toyota üçün 8740 manat, digər maşınlar üçün isə 9700 manat pul vermişdir. Bundan bir neçə gün sonra isə Vidaninin yanında Gömrük İdarəsinin binasının qarşısında özü şəxsən Nicada 6700 manat pul vermişdir. Lakin, bu pulların alınmasına baxmayaraq Nicat o maşınlar ona təhvil verməmiş, pullarını qaytarmamışdır. Nicada üst-üstə 60600 pul vermiş, o puldan 24800 manat Akifin payına düşür, şəxsən ona vurulmuş ziyan isə 36550 manat təşkil edir. Qeyd etmək istəyir ki, Nicada verdiyi pulun bir hissəsi dayısı Vidadiyə məxsusdur, Nicad bildirir ki, guya ibtidai istintaq zamanı müstəntiqə ona verilməsi üçün 5200 manat pul vermişdir. Bu Nicadın yalanıdır, Nicad müstəntiqə pul verməmiş, müstəntiq də ona heç nə verməmişdir. Pulunu Nicaddan tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı baldızı oğlu Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanımışdır. Məhz Elgünə inanıb 19800 manat pulu özünə “Toyota Rav 4” markalı avtomobil gətirilməsi üçün 2021-ci ilin aprel ayında Elgünün vasitəsi ilə Nicada vermiş, Nicad özü də sonrakı görüşü zamanı Elgündən bu pulu aldığını etiraf etmişdir. O avtomobilin alınması üçün müqaviləni özü bağlamaq istəsədə Elgün özü onun əvəzinə müqavilə bağlamışdır. Maşın 3 aya gətirilməli idi, lakin maşın heç gəlmədi. O dəfələrlə Elgünə və Nicada öz narazılığını bildirdikdə Nicad ona yolda gələn maşının fotoşəkillərini ona göstərir, maşının yaxın vaxtlarda bakıya çatacağını deyirdi. Nəhayət pulu verdikdən bir il sonra, 2022-ci ilin aprel ayında Nicad ona məlumat vermişdir ki, güya maşın Bakıda, gömkrük xərclərini ödəmək üçün 5000 manat lazımdır. Həmin puluda Elgünün vasitsəi ilə Nicada göndərmişdir. Lakin vaxt keçdikdə maşın ala bilmədiyi üçün aldadıldığını başa düşərək polisə şikayət etmişdir. Ona ümumilikdə 24800 manat ziyan dəymiş, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Nicad Niyazını 2021-ci ilin yanvar ayından qohumu Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanımışdır. Elgün bildirmişdir ki, Nicadla şərikli iş görür, xaricdən maşın və ehtiyyat hissələri gətirirlər. Ona “BMW” markalı avtomobil lazım olduğu üçün istəyini Elgünə bildirmiş, Elgünün vasitsəilə Nicadla görüşmüş, Nicad belə bir maşının gömrük pulu ilə birlikdə dəyərinin 21500 manat təşkil edəcəyini demiş, həmin maşın ABŞ-dan sifariş verəcəyini demişdir. Bu qiymət sərfəli olduğu üçün 2022-ci ilin aprel ayında 28 May metrostansiyasının yanında olan Nicadın ofisində Elgünün yanında Nicada 14000 manat pul vermiş, Nicad 3 aya maşını Bakıya gətizdirəcəyinə söz vermişdir. Həmin maşınla bağlı Nicadla müqavilədə bağlamışdır. Bundan sonra, 2022-ci ilin may ayında Elgün ona bildirmişdir ki, Nicad artıq maşının gəldiyini, gömrük xərclərinin ödənilməsi üçün 7500 manat lazım olduğunu demişdir. O da Nicadla danışandan sonra Elgünə 7500 manat vermiş və Nicad Elgünün həmin pulu ona verdiyini təsdiqləmişdir. Buna baxmayaraq ona heç bir maşın, nə də ki pulu qaytarmamışlar. Ona dəymiş 21500 manat məbləğində ziyan tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun yanında maşın ustası işləyən həmyerlisi Şahid vasitəsi ilə tanımışdır. Belə ki, o, öz maşınını təmir üçün Mərdanın yanına gətirən zaman o demişdir ki, müdiri Nicad xaricdən ucuz qiymətə maşın gətirir və ona da təklif etmişdir ki, Nicadın vasitəsi ilə özünə maşın alsın. O da Nicada sifariş vermək üçün «Kia Sportage» markalı avtomobil seçmiş, bu maşının Azərbaycana gətirilməsi üçün Nicada hissə-hissə 2021-ci ilin oktyabr ayında 6.200manat, həmin ayda ikinci dəfə elə sexdə 2.800 manat, 2021-ci ilin noyabr ayında sexdə gömrük xərclərinə görə daha 5.200 manat pul ödəmişdir. Pulun verilməsini Mərdan təsdiqləyə bilər. Belə ki, 2.800 manat pulu sexdə Nicada Mərdanın yanında vermişdir. Sonda Nicad heç bir maşın gətirməmiş, onun dediklərinin hamısı yalan olmuşdur.Nicad ondan ümumilikdə 14.200 manat pul almış, həmin pulunu Nicaddan tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından tanıyır. Belə ki, o özünə maşın almaq istəmiş və sosial şəbəkələrdə Təqsirləndirilən şəxs məxsus "xxxx"adlı səhifəyə rast gəlmiş, həmin MMC maşın ticarəti ilə məşğul olduğu üçün əlaqə telefonuna zəng edərək Nicadla danışmış, ona 2 ədəd «Toyota Prius» markalı avtomobili sifariş vermişdir. Nicadın ofisinə gedib müvafiq müqavilə bağlamış, 21 iyun 2022-ci il tarixdə 3.655 manat, 24 iyun 2022-ci il tarixdə 2.365 manat pulu bankomat vasitəsi ilə Nicadın kartına yükləmişdir. Nicad hər iki pul vəsaitinin kartına yüklənməsini təsdiq etmişdir. Xeyli müddət gözləsə də maşınları gəlməmişdir. Sonra bilmişdir ki, Nicad onun kimi şəxsləri aldatdığı üçün həbs edilmişdir. Ona Nicad tərəfindən6.020 manat məbləğində ziyan vurulmuş, həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs «BMV» markalı avtomaşınların ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. 2021-ci ilin avqust ayında o, Nicadın işlədiyi Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən mağazasına gələrək Nicada özünə məxsus «BMV-528 F10» markalı avtomaşın üçün qabaq faraları, bir ədəd şitin led surət cihazı və bir ədəd sükan sifariş etmişdir. Sifarişlərinin ümumi dəyəri 6000 manat təşkil etmiş və həmin məbləği o, Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi küçəsində yerləşən «3Tac» binalarının qarşısında görüşərək ödəmişdir. Nicad sifariş edilən ehtiyyat hissələrinin 15 gün ərzində gətiriləcəyinə söz vermişdir. Lakin bu müddət çatdıqdan sonra Təqsirləndirilən şəxs həmin ehtiyyat hissələri gətizdirməmiş, səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirməklə onu aldadaraq pulu qaytarmaqdan boyun qaçırmışdır. Nəhayət o, Nicaddan pulunu dəfələrlə geri tələb etdikdən sonra Nicad aldığı 6000 manat puldan 2000 manatını qaytarmış, qalan 4000 manat pul isə bu günədək ödənilməmişdir. Həmin pulun ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanıyır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 isə əmisi nəvəsidir. Zərərçəkmiş şəxs7la söhbət zamanı özünə «Hunday SantaFe» və «Kia Sorento» markalı avrtomobillər almaq istədiyini demiş, Fariz bildirmişdir ki, Nicad adlı tanışı var, həmin marka avtomobilləri Koreyadan ucuz qiymətə gətirir. O, Farizin vasitəsilə Nicadla görüşmüş və söhbət zamanı Nicad bildirmişdir ki, gömrük pulu ilə birlikdə həmin maşınarı 53065 manata Cənubi Koreya Respublikasından Bakı şəhərinə gətizdirib təhvil verə bilər. O, Nicada o qədər pulunun hazırda olmadığını və pulları hissə-hissə verə biləcəyini demişdir. Nicad razılaşmış və o hissə-hissə, ilk dəfə 2022-ci ilin yanvar ayının ortalarında 4400 manatı işlədiyi Vest Hospitalda qohumu Farizə vermiş, sonuncu isə həmin məbləği aparıb Nicada vermişdir. İkinci dəfə 2022-ci ilin fevral ayının əvvəlində yenə həminki qaydada o, Farizə işlədiyi yerdə 14000 manat pulu vermiş və Fariz həmin məbləği aparıb Nicada vermişdir. Üçüncü dəfə isə 2022-ci ilin mart ayında yenə həminki qaydada o, Farizə işlədiyi yerdə 34665 manat pulu vermiş və Fariz aparıb həmin məbləği Nicada vermişdir. Hər dəfə Farizə pulu verdikdən sonra Nicada zəng edərək pulun ona çatması ilə maraqlanmış, Nicad isə hər dəfə Farizin pulu ona verdiyini məbləğini deməklə təsdiq etmişdir. Həmin maşınları Nicad 3 ay ərzində gətirilməsinə söz versə də Nicadın dediyi vaxtdan xeyli müddət keçsə də maşınlar gətirilməmiş , Nicaddan bunun səbəbi ilə maraqlandıqda həqiqətə uyğun olmayan bəhanələr gətirmiş, sonda ondan öz pulunu tələb etməsinə baxmayaraq pulunu da qaytarmamışdır. Öz pulunu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs Mayıl Qubadov isə həmkəndlisi və uzaq qohumudur. O, Təqsirləndirilən şəxsla birlikdə Binəqədi rayonunda yerləşən avtotəmir servisdə usta işləyirdi. 2021-ci ilin sentyabr ayında Mayil özünə məxsus Nexia markalı avtomobili onun yanına düzəltdirməyə gələndə Mayilə demişdir ki, onunla bir avtotəmir məntəqəsində işləyən X20 Respublikasından ucuz qiymətə avtomaşınlar gətirir. Həmin vaxt Nicad onların yanında idi və Nicadla Mayil tanış olmuşdur. Mayil Nicada «Kia Sportage» markalı avtomobil istədiyini demiş və Nicaddan bu markadan olan maşının qiymətini soruşmuşdur. Nicad da ona bildirmişdir ki, həmin maşının xaricdən Bakıya gətirilməsi üçün ümumilikdə 13 000 manat xərci var və maşının gətirilmə müddəti ən geci 6 ay, ən tezi isə 3 ay təşkil edir. Nicadla Mayılın bundan sonrakı münasibətlərindən az məlumatı olmuşdur. X22 13.000 manat verəndə o, onların yanında olmuşdur. Qalan 1.500 manatın verilməsindən xəbəri olmamışdır. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxsla onun da alış-verişi olmuş, ona 10.200 manat pul vermiş, həmin pulu hissə-hissə geri almışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Becən oğlunun ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bacısı oğludur. Təqsirləndirilən şəxs isə Elgünün vasitəsilə tanımışdır. 2021-ci ilin may ayında eşitmişdir ki, Elgün Nicadla birlikdə maşın alveri edir, o, bunu biləndə Elgün demişdir ki, artıq Nicadla birlikdə bir neçə maşın ABŞ-dan sifariş vermişdir. Bunların içində yeznəsi Akif də vardır, Akif də «Toyota Rav 4» markalı maşın sifariş vermişdir. Bir müddət keçmiş və demişlər ki, maşınlar 2021-ci ilin avqust ayında gəlməlidir, lakin maşınlar gəlməmişdir. O, həmin vaxt Nicadla tanış olmuş və Nicad ona demişdir ki, yolda problem olub deyə maşınlar ləngiyir. Həmin ilin oktyabr ayından maşınlar gəlmədiyi üçün narazılıqlar başlamışdır. 04 aprel 2022-ci il tarixdə Nicad demişdir ki, 2 ədəd «Şevrolet Kruz» və 1 ədəd «Prius» markalı maşınlar gəlib artıq Bakıdadır, bunun üçün gömrük rüsumları lazımdır. Ümumilikdə həmin maşınların, yəni 2 ədəd «Şevrolet Kruz», 1 ədəd «Toyota Prius», 1 ədəd «BMV», 1 ədəd «Kia Stinger» və 1 ədəd «Toyota Rav 4» markalı avtomobillərinə görə gömrük və yol pulu xərcləri üçün ümumilikdə 16400 manat pul vermişdir. Həmin puldan yalnız sonuncu 6700 manat pulu Elgünlə birlikdə Bakı şəhəri Yasamal rayonu Gömrük İdarəsinin qarşısında vermişdir. Yerdə qalan pulları isə tək işlədiyi Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən Klinikada vermişdir. Elgünün atası olmadığına görə o, dayısı kimi sonuncuya işində nailiyyət olsun deyə Elgünün əvəzindən Nicada ümumilikdə 16400 manat pulu vermişdir. Ona ümumilikdə 16400 manat, yeznəsi Zərərçəkmiş şəxs8 24800, 22300 manatı isə Elgünə ziyan dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşqul olur. Onun özünə məxsus ünvan 9 ünvanında yerləşən 11 saylı mənzili vardır. Həmin mənzili o, kirayəyə verərək ailəsini dolandırır. 2021-ci ildə o, həmin mənzili Təqsirləndirilən şəxs adlı şəxsə vermişdir. Nicadla həmin vaxtdan münasibəti yaranmışdır. Nicad özünü Amerikadan avtomobillərin gətirməsi işə məşqul olan şəxs kimi təqdim etmişdir. Nicad ona məxsus mənzildə 2022-ci ilin iyul ayına kimi kirayəşin yaşamışdır. Aralarında olan söhbət zamanı Nicad ona onunçün Amerikadan avtomobil gətirməyi təklif etmişdir. O, sonuncu ilə razılaşmış və aralarında olan razılığa əsasən o, avtomobilin dəyərinin bir hissəsini ödəməli və avtomobil gəlib Bakıya çatdıqdan sonra qalan hissəsini ödəməli olmuşdur. Bu məqsədlə də, Amerikadan onun üçün «Toyota» markalı avtomaşının gətirilməsi məqsədi ilə o, işlədiyi ünvan 10 ünvanında yerləşən ofisində avtomobilin ilkin dəyərinin 9600 manat hissəsini Təqsirləndirilən şəxs ikilikdə vermişdir. Nicad isə pulu götürdükdən sonra avtomobili sifariş etdiyini və avtomobilin dörd ay müddətinə avtomobilin gələcəyini bildirmişdir. Lakin, vəd verilmiş müddətə avtomobil Bakı şəhərinə gəlmədikdə o, bununla bağlı Nicadla əlaqə saxladıqda Nicad avtomobilin sifariş olunduğunu və artıq yolda olduğunu bildirərək müxtəlif bəhanələr gətirirmiş. Lakin sonradan Nicadı tapa bilməmiş və ona məlum olmuşdur ki, Nicad digər şəxsləri də avtomobil gətirmək adı ilə aldadaraq pullarını ələ keçirilmiş və bu səbəbdən Yasamal polisi tərəfindən həbs edilmişdir. Ona görə də o, aldadıldığını başa düşərək şikayət ərizəsi ilə aidiyyatı üzrə müraciət etmişdir. Təqsirləndirilən şəxs Məhərrəm oğlunun ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün,zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o Təqsirləndirilən şəxsı təxminən 4 ildi tanıyır. 2021-ci ilin aprel ayında Nicadın işlətdiyi Nəsimi rayonu Təzə bazarın yanında olan ofisdə görüşmüş, Nicad ona birlikdə avtomobil ehtiyyat hissələri ilə bağlı iş qurmağı təklif etmiş və o ilk olaraq ona 1200 manat vermişdir. 2 həftə sonra Nicad ona 1200 manat və əlavə 200 manat pul qaytarmışdır. Sonra o Nicada yenidən 2400 manat pul vermiş, Nicad isə 12 gün sonra həmin 2400 manat pulu və əlavə olaraq 300 manat pul qaytarmışdır. Sonra Nicad ona şirkətinin Amerikadan avtomobil gətirdiyini və birlikdə sifariş verərək qazanc əldə etmələrini təklif etmişdir. O 5500 manat pulu Nicada vermiş və Nicad Amerikadan “BMW” markalı avtomobil sifariş etmişdir. Sonra onun xalasının yoldaşı Zərərçəkmiş şəxs8 ona 19000 manat pul verərək Amerikadan “Toyota RAV 4” markalı avtomobil sifariş etmişdir və Zərərçəkmiş şəxs4 sifariş edilən hər iki avtomobilin invoysunu görmüşdür. Sonra Nicad ondan 2 ədəd “Chevrolet Cruse” markalı və 1 ədəd “Toyota Prius” markalı avtomobili sifariş etmək üçün 10800 manat pul almışdır. Sonra Nicad ondan avtomobil ehtiyyat hissələri üçün 2021-ci ilin avqust ayında 2500 manat pul almış, 1500 manatı qaytarmış qalanını isə verməmişdir. 02 iyun 2022-ci ilin tarixdə o sifariş verilən avtomobillərin gəlməməsi ilə bağlı Nicaddan məlumat aldıqda, Nicad ona həmin avtomobillər üçün 13300 manat gömrük rüsumu lazım olduğunu bildirmiş və o həmin məbləğdə pulu Nicada ofisdə vermişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs ona 37360 manat ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Xidmət göstərilməsinə dair» xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 "xxxx" direktoru Təqsirləndirilən şəxs «Toyota RAV 4» markalı maşın sifariş vermiş, maşına görə 12160 manat pul ödəmiş, qalan 7640 manat pulu isə maşını aldıqdan sonra ödəməlidir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanıdır. Zərərçəkmiş şəxs4 son olaraq 6700 manat pulu Təqsirləndirilən şəxs həmin yerdə verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı puldan 30.000 manat pulu ən geci xx.xx.2022-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs5 Bakı şəhəri BPİ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun etibarından istifadə edərək, onu aldadaraq 14200 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Xidmət göstərilməsinə dair» xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 "xxxx" direktoru Təqsirləndirilən şəxs «Kia Sportage» markalı maşın sifariş vermiş, maşına görə 6120 manat pul ödəmiş, qalan 6880 manat pulu isə maşını aldıqdan sonra ödəməlidir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs7 Bakı şəhəri Yasamal rayon prokuroruna ünvanldığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs X4 «BMW F 30» markalı avtomobil gətirəcəyinə inandırdığı üçün ona 14000 manat, 2022-ci ilin may ayında isə 7500 manat pul vermiş, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs6 Bakı şəhəri Binəqədi RPİnin 5-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizsindən müəyyən olunur ki, o, 2022-ci ilin yanvar ayında “Hunday Santafe” markalı avtomobil almaq məqsədi ilə həmin vaxt Bakı şəhəri, Binəqədi rayon, Dərnəgül qəsəbəsində yerləşən «Çermet» körpüsünün yaxınlığında olan "xxxx" avtomobillərin təmiri sexində X9 52000 manat pul versədə, sonuncu soradan vədinə əməl etməmiş onu aldadaraq pulunu ələ keçirib dələduzluq etmişdir. Zərərçəkmiş şəxs6 ərizəsində göstərdiyi halları xx.xx.2022-ci il tarixdə iştirakı ilə keçirilmiş «hadisə yerinə baxış» zamanı təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış X6 Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2021-ci ilin avqust ayınn 11-də Təqsirləndirilən şəxs avtomobil ehtiyyat hissələrinin alınması məqsədi ilə 6000 manat pul vermiş, həmin pulun 2000 manatı ona qaytarılmış, qalan 4000 manat pulu isə ona qaytarılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 mülkiyyətində olan ünvan 18 ünvanında yerləşən evimi 2021-ci ilin iyul ayından Təqsirləndirilən şəxs kirayə vermişdir. Nicadla görüşlərin birində Nicad ona “Toyota” markalı avtomobilləri Amerikadan sifarişlə gətirdiyini demiş və ona müxtəlif qiymətli maşınlar göstərdikdən sonra, o maşınlardan birini almaq qərarına gəlmişdir. O Nicada özünün işlədiyi Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi 14 görüşmüş və Nicada 9600 manat pul vermişdir. Nicad 2022-ci ilin may ayına qədər müxtəlif bəhanələr gətirərək ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal RPİnin 27-ci PB-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 21 iyun 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs Amerikadan “Toyota Prius” markalı avtomobilin sifarişi üçün 21 iyun 2022-ci il tarixdə 3655 manat və 24 iyun 2022-ci il tarixdə 2365 manat pul alsa da, vədinə əməl etməmiş və pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" xx.xx.2022-ci il tarixli müqavilədən və «Kapital Bank»ın ödəniş qəbzindən müəyyən olunur ki, 3655 manat və 2365 manat pul Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsi tutma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-723/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 3038 saylı, xx.xx.2022-cü il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. -Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 may 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 122 saat ictimai işlər cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin cəzanı çəkməkdən azad edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də 01 aprel 2021-ci il tarixdə barəsində CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə ********* material üzrə cinayət məsuliyyətindən azad edilmiş, Nəsimi rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət işinin icraatına xitam verilmiş, Qax RPŞ-də 23 iyun 2021-ci il tarixdə barəsində CPM-nin 40.3-cü maddəsi tətbiq edilməklə ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxsdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi xx.xx.2022-ci il tarixli izahatında ümumilikdə Zərərçəkmiş şəxs4 «Toyota RAV 4» markalı maşına görə 60600 manat pul almışdır. Müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində isə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə 2018-ci il tarixdə tanış olmuş, belə ki, Elgün öz evlərində anası ilə mübahisə edib dostu Asimin evində qalırmış. O, Asimin evinə gedərkən Elgünlə tanış olmuşdur. X18 yaşayır. Sonradan Elgün ərəb ölkələrinə işləməyə getmişdir. 2021-ci ilin aprel ayında Elgün yenidən Bakıya gəlmişdir. Görüşərək söhbət edən zaman Elgün nə işlə məşğul olmasını soruşmuş, o, isə sonuncuya demişdir ki, maşın ustasıdır, fara düzəldir. Həmin vaxt Elgün tanımadığı, adını sonradan bildiyi dayısı Vidadinin maşını «Subaru» üçün fara sifariş etmiş və o, həmin faranı gətizdirmişdir. Həmin ərəfədə Elgün ona təklif etmişdir ki, birlikdə işləsinlər. O, razılaşmış və onlar birlikdə işləməyə başlamışlar. Elgünlə birlikdə pul qoyub avtomobillər üçün ehtiyat hissələri gətirib qazanca şərik olurmuş, həm də Elgün onun yanında usta kimi işləyirmiş. Həmin ərəfədə o, 3-4 dəfə ABŞ-dan müştərilər üçün maşın gətizdirmişdir. Bu barədə Elgünün məlumatı olmuşdur. Bir dəfə Elgün ona yaxınlaşmış və demişdir ki, ABŞdan maşın gətirə bilərlərmi ? O, isə Elgünə demişdir ki, gətirə bilərlər. Elgün ona demişdir ki, qohumu Zərərçəkmiş şəxs8 üçün «Toyota Rav 4» markalı avtomobil almaq istəyirlər. O, razılaşmış və internet vasitəsilə maşını tapmışdır. Maşının videosunu sonunculara atmış və bəyənmişlər. O, öz şirkətinin adı ilə Elgünlə müqavilə bağlamışdır ki, maşını alsın. Həmin vaxt Akif ümumilikdə 12600 manat pulu Elgünə vermişdir ki, maşını alsınlar. Lakin həmin vaxt Akif zəng etmişdir ki, maşını hələ almasınlar, özü sabah gəlsin öz adına alsınlar. O, isə Akifə demişdir ki, həmin maşın üçün 500 ABŞ dolları depozit qoyulmuşdur, lakin Akif demişdir ki, maşını saxlasın, sabah özü gələr alarlar. Elgünə bunu deyəndə Elgün demişdir ki, «xeyr, maşın yaxşı maşındır, alaq». O, isə Elgünlə müqavilə bağlayıb maşını almışdır. Bundan sonra o, Bakı şəhərində başqa yerdə avtoservis icarəyə götürmüşdür. O, internetdə maşın tapmış və Elgünlə danışmışlar ki, şərikli maşın alsınlar. Həmin maşını onlar Elgünlə müqavilə bağlayıb şərikli almışlar. Elgün ona 5500 manat pul vermişdir. Yerdə qalan hissə isə onun üzərinə düşmüşdür. Onlar bir yerdə işləməyə yenə davam etmişlər. Birlikdə şərikli avtoehtiyat hissəsi almış və qazancı yarı bölmüşlər. Zərərçəkmiş şəxs4 iş birliyinə dəvət edərək bir ədəd Toyota Rav 4, bir ədəd BMW F 30, 2 ədəd Chevrolet Kruz, 1 ədəd Toyota Prius, 1 ədəd Kia Stinger, həmçinin həmin avtomobillərin gömrük xərcləri üçün ümumilikdə 60600 manat pul almamış, 2 ədəd Chevrolet və 1 ədəd Toyota Prius markalı avtomobilləri özü almış, Elgün ona həmin maşınlar üçün pulları ödəyəcəyini desə də ödəməmişdir. Lakin buna baxmayaraq o, Elgünün qohumlarının yanında demişdir ki, Elgün həmin avtomobillər üçün ona pul vermişdir.Elgün ona gömrük rüsumları ilə bağı heç bir pul verməmiş, dayısı Vidadi avtoehtiyat üçün ona Elgün vasitəsilə ümumilikdə 4000 manat pul göndərmiş, həmin pulları Elgün ona çatdırmış, o, qazanc kimi pulları Elgünə vermişdir ki, Vidadiyə çatdırsın, lakin Elgün Vidadiyə çatdırmamışdır. Gətirdiyi avtomobillər üzrə gömrük bəyannaməsi onun adına rəsmiləşdirilmişdir. Ödənişi özü edirmiş, onun şirkəti avtolagistika, avtomobil ehtiyat hissələri və avtoservis fəaliyyəti ilə məşğul olurmuş, «Toyota Rav 4» hazırda Bakıda dostu Əliyev İlkindədir, «BMW» markalı avtomobil isə hazırda Gürcüstandadır. Elgün gömrüyə görə ona pul ödəməli olmuşdur, ödəmədiyi üçün avtomobili dostu İlkinə vermişdir. Bakı şəhər Nəsimi RPİ-yə verdiyiniz izahatında Elgündən ümumilikdə 60600 manat pul almağını Vidadi dayı ilə üzbə-üz gəlməmək üçün etiraf etmişdir. Qubadov Mayıl Babaş oğlundan xx.xx.2021-ci il tarixdə ilk dəfə Bakı şəhəri Nəsimi rayonu inzibati ərazisində yerləşən rəhbəri olduğu "xxxx" MMC-in ofisində 6120 manat pul almışdır ki, «Kia Sportage» markalı avtomobili Koreyadan alıb gətirəcəkdir. İkinci dəfə 2021-ci ilin noyabr ayında işlədiyi Bakı şəhəri Binəqədi rayonu inzibati ərazisində yerləşən işlədiyim servisdə 1200 manat pul almışdır. Pulu aldıqdan sonra maşının gəlməyi ləngimiş və pulu geri qaytara bilməmişdir. onun Mayıla 7320 manat pul verəcəyi vardır. Bundan başqa sonuncu dəfə 2022-ci ilin mart ayında Nəsimi rayonu inzibati ərazisində yerləşən rəhbəri olduğu "xxxx"-in ofisində İsgəndərov Vüqar adlı şəxsdən ümumilikdə təxminən, 4300 manat pul almışdır ki, Koreyadan «SantaFe» markalı maşın gətirəcəkdir. Lakin həmin maşın da ləngimiş və pulunu ödəyə bilməmişdir. Əlavə olaraq Vüqardan 2022-ci ilin aprel ayında yenə Nəsimi rayonunda yerləşən ofisində 4000 manat borc almış və həmin pulu da ödəyə bilməmişdir. Onun Vüqara ümumilikdə 8300 manat verəcəyi vardır. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda əmlakını ələ keçirməsi özünün ibtidai istintaq zamanı verdiyi, zərərçəkmiş şəxslərin, şahid ifadələri, hadisə yerinə baxış protokolları, müqavilələr və ödəniş qəbzləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs maddi zərərin ödənilməsi üçün 53.065 manat və vurulmuş mənəvi zərərə görə 5.000 manat, dövlət rüsumu 264,2 manat, cəmi 58.329,2 pulun tutulmasını, Zərərçəkmiş şəxs5 isə təqsirləndirilən şəxsdən ona dəymiş maddi zərərin ödənilməsi üçün 14200 manat və 133 manat dövlət rüsumunun tutulmasını xahiş etmişlər. Məhkəmə nəzərə alır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 03 ” noyabr 2008-ci il tarixli 7 saylı Qərarından müəyyən olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutulmalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o zərərçəkmiş şəxs qismində tanınır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs6 mülki iddiası həm mülki iddia, həm dəmənəvi ziyanın ödənilməsi hissəsində ödənilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 53.065 manat pulunu ələ keçirərək onlara psixoloji sarsıntılar yaşatmışdır. Beləliklə, Zərərçəkmiş şəxs6 vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 5.000 (beş min) manat tutulmaqla, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 mülki iddiaları təmin edilməlidir. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 xeyrinə maddi zərərin ödənilməsi üçün 53.065 manat, vurulmuş mənəvi zərərə görə 5.000 manat, dövlət rüsumu 264,2 manat cəmi 58.329,2 manat, Zərərçəkmiş şəxs5 xeyrinə isə 14.200 manat, dövlət rüsumuna görə 133 manat - cəmi 14.333 manat tutulsun. Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilir. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi) manat pul «KREDO»Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar