Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-492/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Dəvəçi rayonunun Söhbətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olan, Dəvəçi rayonunun Söhbətli kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 182.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını ələ keçirmiş, bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz girməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid qəsdlə birinci dəfə 2020-ci ilin fevral ayında ünvan 1 ünvanda Zərərçəkmiş şəxs2 sağlamlığı üzərində zor göstərəcəyi ilə bağlı hədə-qorxu ifadə olunan hərəkətlər etməklə pul tələb edərək 200 manat pul almış, ikinci dəfə 2020-ci ilin mart ayında həmin ünvanda eyni məzmunlu hədə-qorxu ilə ifadə olunan hərəkətlər etməklə pul tələb edərək 100 manat pul almış, sonuncu dəfə bir neçə gün sonra həmin ünvana gələrək zərərçəkmiş şəxsin sağlamlığı üzərində zor göstərəcəyi, yaxın qohumları olan uşaqlarının sağlamlığı üzərində zor göstərəcəyi ilə bağlı hədə-qorxu ilə ifadə olunan hərəkətlər etməklə pul tələb etmiş, həmin günü Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə 50 manat pulunu alaraq ümumilikdə zərərçəkmiş şəxsə 350 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 may 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanın qarşısında qohumu X4 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əvvəlcədən razılaşdırılmış cinayət planına əsasən sifətlərinin görünməsini çətinləşdirən qara rəngli maska-örtüklərdən istifadə edərək yayayış evinin həyətinə hasardan aşmış, həyətdə evin elektrik cərəyan blokundan elektrik keçiricini ayırmaqla işıqları söndürmüş, evə həyətdə olan taxta pilləkəndən istifadə edərək pəncərədən qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 yatmış olduğu yataq otağına daxil olaraq çarpayıda uzanıb vəziyyətdə yatan hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs1 baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və yumruq zərbələri endirib, sonuncuya sağ gözətrafı nahiyənin qançırı, hər iki gicgah nahiyəsinin şişkinli qançırları, alt dodağın səthi əzilmiş yarası ilə müşaiyət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, digər hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs2 çarpayıdan durub dəhlizə doğru qaçmaq istəyən zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxs dəhlizdə Zərərçəkmiş şəxs2 tutaraq bədəninə qəsdən əl və yumruq zərbələri vurmaqla yerə yıxmış, bundan sonra Təqsirləndirilən şəxs və X4 hər iki zərərçəkmiş şəxsin sağlamlıqlarına təhülkəli zorakılıq tətbiq edərək əl və ayaqlarını kustar üsulla hazırlanmış kəndir və skoçla bağlayıb basqın etməklə mənzilin şkafından 2900 manat, stulun üzərində asılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 600 manat pulu ələ keçirməklə ümumilikdə zərərçəkmiş şəxsə 3500 manat maddi ziyan quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin əvvələrinədək bir müddət Binəqədi rayonu, Binəqədi qəsəbəsində kirayədə yaşamış, “Daveo Nexia” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 da təxminən bir il olar ki, tanımışdır. Belə ki, bir il əvvəl Binəqədi rayonu, Gülüstan küçəsində yaşayarkən Fatmagilin evində olmuşdur. Belə ki, Fatma onun qohumu Günaygillə bir həyətdə yaşamışdır. Ona demişlər ki, Fatma şifoner satmış, həmin ərəfədə onun həyat yoldaşı da ev üçün şifoner axtarmışdır. O, həyat yoldaşı Səidə ilə birlikdə Fatmagilə getmişlər. Fatmanın həyat yoldaşı Babək də evdə olmuşdur. Şifoneri bəyənmədiyi üçün almamışdır. Həmin vaxtdan etibarən onun Babəklə və Fatma ilə münasibətləri yaranmışdır. Belə ki, onun mobil telefonu Babəkgildə olmuşdur. Babəkgil ona bir neçə dəfə zəng vurmuş və taksi ilə Fatmanı müxtəlif ünvanlara aparmaqla taksi xidməti göstərmişlər. Belə ki, 2019-cu ilin sonlarında Babəkin həyətdə saxladığı avtomobildən pul oğurlanmışdır, Babək həmin oğurluqla bağlı onu evinə çağırmışdır. Çağırmaqda məqsədi o olmuşdur ki, maşınından pul oğurlayan şəxsin müəyyən olunmasında köməklik etsin. O, Babəkə bildirmişdir ki, “xəbər olsa deyərəm”. Bundan sonra o, bir neçə dəfə onların evində olmuşdur. Sonradan o, eşitmişdir ki, Babək onun arxası ilə danışıb və onu söymüşdür. O, Babəki cəzalandırmaq qərarına gəlmiş, 25 may 2020-ci il tarixdə saat 02 radələrində o, xalası oğlu Nurlanla birlikdə Babəkgilin yaşadığı Binəqədi qəsəbəsində, 3-cü mədəndəki evinə getmişlər. Qapını döymüş və Babək qapını açmış, Babək qapını açan kimi o, həyətə daxil olmuş, Nurlan həyətə daxil olmamışdır. O, Babəkdən onun arxası ilə danışıb-danışmamasını soruşmuş, Babək boynuna almasa da o, Babəki döymüşdür. O, Babəkin əl-qolunu bağlamamış, Babəkin evindən pul götürməmişdir. Telefonu ilə pulu həyətə düşübmüş, onu da Nurlan götürmüşdür. Geridə qalanlar hamısı Fatma və Babəkin uydurmaları olmuşdur. Zərərçəkmiş şəxs2 ilə qeyri-rəsmi münasibətlərin olmuşdır. Babəkin avtomobilindən əvvəllər baş vermiş oğurluq hadisəsindən xəbəri olmamış, həmin oğurluq hadisəsinə aidiyyatı olmamışdır. Zərərçəkmiş şəxs2 əvvəllər pul tələb etməmiş, Zərərçəkmiş şəxs2 vurmamış, Fatmadan pul almamışdır. Zərərçəkmiş şəxs2 hər hansısa bir bıçaqla hədə qorxu gəlməmiş, pul istəməmişdir. Fatmagilin evinə Nurlanla birlikdə gəlmiş, onların ikisindən başqa kənar şəxs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə 2012-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan Xədicə və Nihat adlı uşaqları olmuşdur. 2019-cu ilin oktyabr ayında o, yuxanda göstərilən ünvana köçmüşdür. Əvvəl ünvan 4. Həmin evdə olarkən o, evinin şifonerini satmışdır. Bu barədə o, qonşularına, o cümlədən Günaya bildirmişdir. Günayın yoldaşının Taleh adlı qohumu olmuşdur. Günay ona demişdir ki, Talehin yoldaşı şifoner almaq istəyir. Bu məqsədlə 2019-cu ilin yay ayında Taleh, həyat yoldaşı Səidə ilə, Günay da öz həyat yoldaşı ilə onlara gəlmişlər. Səidə Talehlə şifonerə baxıb bəyənməmiş və çıxıb getmişlər. Sonradan o, həmin şifoneri «Lalafo» da satmışdır. O, Günaya o vaxt demişdir ki, “evimizə gətirdiyin kimlərdir?” Günay demişdir ki, “Taleh avtoritetdir, türmədən təzə çıxıb”. O, həmin söhbətin üstünü vurmamışdır. 2019-cu ilin oktyabr ayında təzə evə köçəndən sonra dekabr ayında evin qabağından onun “Reno meqan” markalı avtomobilindən 4300 manat pul oğurlanmışdır. Bir müddət keçsə də pul tapılmamışdır. O, Günayın evə şifoner almaq məqsədilə gətirdiyi Taleh adlı şəxsə müraciət etmiş, bəlkə həmin şəxs oğrunu tapar. O, Talehə zəng vurmuş və yeni il ərəfəsində Talehə zəng vurub evə çağırmış. Taleh 2019-cu ilin sonlarında ilk dəfə onlara gəlmiş, əlində də yeni il hədiyyəsi olmuşdur. O, Talehə maşından pul oğurlanmasını demişdir. Taleh ona sual vermişdir ki, “maşın yuyucuya aparmamısan?” O da demişdir ki, maşını Badamdar qəsəbəsinə ustaya aparmışdır. Taleh yanlarından kiməsə zəng vurmuş və demişdir ki, guya həmin ustanı tapsınlar. Taleh çıxıb getmiş və demişdir ki, “darıxma pulunu tapacağam”. Təxminən 1 aydan sonra o, Talehə zəng vurmuş və demişdir ki, “puldan xəbər varmı?” Taleh ona demişdir ki, “xəbər var, görüşərik söhbət edərik”. 2020-ci ilin yanvar ayında Taleh yenidən onlara gəlmişdir. Taleh demişdir ki, “maşından oğurluq edən şəxsi tapdım, o dedi ki, mən maşından pul oğurlamamışam, yalnız maqnitofon oğurlamışam”. Həmin şəxsin kim olduğunu öyrənmək istəsə də Taleh adını deməmiş, yalnız demişdir ki, “narkomandır”. Taleh çıxıb getmiş, 25 may 2020- ci il tarixdə saat 01.30 radələrində o, evə gəlmiş, bərk yorğun olduğu üçün dəhlizin sonunda yataq otağında Fatmanın yanında çarpayıda uzanıb yatmış. Uşaqlar da o biri yandakı otaqda yatmışlar. Bir də bədənində baş verən ağrıdan yuxudan durmuşdur. Görmüş ki, bir nəfər qara maskalı şəxs onu vurur. O, durmaq istəsə də onu yumruqla vuraraq yenidən çarpayıya uzatmışdır. Fatma çarpayıdan duraraq bayıra qaçmış və dəhlizdə bükülüb yerə oturmuşdur. Onlardan biri isə onu yumruqla vurmaqla əl-qolunu bağlamışdır. Digər şəxs isə şkafı axtarmağa başlamışdır. Fatma bayıra çıxanda pilləkəndə bir nəfər də maskalı şəxs Fatmanı söyərək demişdir ki, «qancıq hara qaçırsan?», Fatmanı içəri itələyəndə Fatma yerə yıxılmış və ürəyi getmişdir. Həmin şəxslərdən biri isə şalvarının cibindən 600 manat, digəri isə şkafdan 2900 manat pulunu götürmüşdür. Onu da dəhlizə yerdə əlləri və ayaqları bağlı vəziyyətdə ataraq getmişlər. Fatma özünə gələndə demişdir ki, əlini açsın və Fatma əlini açmışdır. O, bıçağı götürərək bayıra onların arxasınca qaçmaq istəsə də fikrindən daşınmışdır. Sonra o, yataq otağının pəncərəsinə açılan qonşunu pəncərəsinin şüşəsini bıçağın tiyəsi ilə döyməyə başlamışdır. Sonra isə 102 xidmətinə yığmışdır. Sonradan Fatma ona demişdir ki, evə girən şəxslərdən birinin sifətini görə bilmiş, həmin şəxs Nurlan olmuşdur, digər şəxs isə Taleh olmuşdur. O, həmin şəxslərin sifətini görə bilməmiş, lakin Talehi təxmin etmişdir. Talehin səsindən də bilmişdir ki, odur, arada-bir ona demişdir ki, “kimin arvadına sataşmısan?” Nurlanın sifətini Fatma dəqiq görmüş, Talehi də hərəkətlərindən tanımışdır, belə ki, Talehin üzünü görməmişdir. Üçüncü şəxs isə dəhlizdə dayanmışdır. Ona hadisə nəticəsində 3500 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxs Rafiq Kazımova ağır cəza verilməsini və mobil telefonların qaytarılmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisədən sonra xəstəxanaya düşmüşəm, bununla əlaqədar olaraq hadisə ilə bağlı yadımda heç nə qalmayıb. O, Təqsirləndirilən şəxs əməlinə huquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə ailə qurmuş, birgə nikahdan Xədicə və Nihat adlı uşaqları var. 2019-cu ilin oktyabr ayında o, yuxanda göstərilən ünvana köçmüşdür. Ondan əvvəl Binəqədi rayonu, Gülüstan küçəsi 15 ünvanındakı həyət evində yaşamışlar. Həmin evdə olarkən o, evin şifonerini satırmış. Bu barədə o, qonşularlma, o cümlədən Günay adlı qonşusuna bildirmişdir. Günayın yoldaşının Taleh adlı qohumu olmuşdur. Günay ona demişdir ki, Talehin yoldaşı şifoner almaq istəyir. Bu məqsədlə 2019-cu ilin yay ayında Taleh, həyat yoldaşı Səidə ilə, Günay da öz həyat yoldaşı ilə onlara gəlmişlər. Səidə Talehlə şifonerə baxıb bəyənməmiş və çıxıb getmişlər. Sonradan o, həmin şifoneri «Lalafo» da satmışdır. O, Günaya həmin vaxt demişdir ki, “evimizə gətirdiyin kimlərdir?”, Günay demişdir ki, “Taleh avtoritetdir, türmədən təzə çıxıb”. O, həmin söhbətin üstünü vurmamışdır. 2019-cu ilin oktyabr ayında təzə evə köçəndən sonra dekabr ayında evin qabağından həyat yoldaşının Reno Meqan markalı avtomobilindən 4300 manat pul oğurlanmışdır. Bir müddət keçsə də pul tapılmamışdır. O, təsadüfən bir dəfə Babəkə demişdir ki, Günayın onların evə şifoner almaq məqsədilə gətirdiyi Taleh adlı şəsə müraciət etsin, bəlkə Taleh oğrunu taparmış. Günayın həyat yoldaşından o, Talehin nömrəsini istəmişdir. O da nömrəsini həyat yoldaşı Babəkə vermişdir. Babək Talehə zəng vurmuş və yeni il ərəfəsində Talehə zəng vurub evə çağırmış. Taleh 2019-cu ilin sonlarında ilk dəfə bonlara gəlmiş, əlində də yeni il hədiyyəsi var imiş, Babək Talehə maşından pul oğurlanmasını demiş. Taleh Babəkə sual vermişdir ki, “maşını yuyucuya aparmamısan?” Babək də demişdir kı, “maşını Badamdar qəsəbəsinə ustaya aparmışam.” Taleh yanlarından kiməsə zəng vurmuş və demişdir ki, guya həmin ustanı tapsınlar. Taleh çıxıb getmiş və demişdir ki, “darıxma pulunu tapacağam”. Təxminən 1 aydan sonra Babək Talehə zəng vurmuş və demişdir ki, “puldan xəbər varmı?” Taleh Babəkə demişdir ki, “xəbər var, görüşərik söhbət edərik”. Taleh Babəki kafeyə çağırsa da o, Babəkə demişdir ki, “Talehi evə çağır”. 2020-ci ilin yanvar ayında Taleh yenidən onlara gəlmiş. Taleh demişdir ki, “maşından oğurluq edən şəxsi tapdım, o dedi ki, mən maşından pul oğurlamamışam, yalnız maqnitofon oğurlayıb”. Həmin şəxsin kim olduğunu öyrənmək istəsələr də Taleh adını deməmiş, yalnız demişdir ki, “nakromandır”. Taleh çıxıb getmiş. Təxminən 2020-ci ilin fevral ayında Taleh onun mobil telefonuna zəng vurmuş və özünü təqdim edərək ona demişdir ki, “Babək lazımdır”. O da demişdir ki, “Babəkin özünə zəng vur”. Taleh demişdir ki, “Babəkə zəng çatmır”. Təxminən 15 dəqiqədən sonra qapı döyülmüş və o, qapını açmış. Taleh ona demişdir ki, “Babəkə zəng çatmadığı üçün gəlmişəm və demək İstəyirdim ki, mənə təcili 200 manat pul lazımdır”. O demişdir ki, “özünə zəng vur”. Taleh demişdir ki, “Babəkə deyərsən ki, 200 manat pul lazımdır”. O da demişdir ki, “deyərəm”. Lakin o, Babəkə Talehin evə gəlməsini deməmişdir. Səhərisi gün yenə Taleh evə gəlmiş, qapını döymüş və demişdir ki, “Babəkə dedin ki, 200 manat pul lazımdı?”. O da demişdir ki, “xeyr, demədim”. Taleh demişdir ki, “siz məni elə-belə adam bilirsiniz, lakin səhv edirsiniz”. O Talehə demişdir ki, “bir də evə gəlsən 102 xidmətinə zəng vuracağam”. Taleh demişdir ki, “mən içəridən çıxmış adamam, 16 il yatmışam, içəri getmək mənim üçün heç nədir. Sən uşaqlarından qorx, mənim bayırda adamlarım var, səhərə pulu hazırla gəlib aparacağam”. O Talehdən bərk qorxmuş, yenə də Babəkə deməmişdir. Həmin gün Babəkin cibindən 100 manat pul götürmüş, qonşuluqda yaşayan Sinə adlı xanımdan da 100 manat almış. Səhərisi gün ona zəng vurmuş və demişdir ki, yaxınlıqda yerləşən balaca mağazaya gəlsin. Bizim evdən təxminən 300 metr aralıda mağaza var imiş. O, aparıb ilk dəfə 200 manat pulu Talehə vermiş və ona heç nə demədən çıxıb getmişdir. Təxminən 1 ay keçəndən sonra Taleh yenə ona zəng vurmuş. Yenə də ondan pul istəmişdir. O, Talehə demişdir ki, “pulum yoxdur”. Taleh demişdir ki, “kimdənsə tapa bilərsən?” O, da demişdir ki, “pul yoxdur”. Taleh demişdir ki, “çox təcilidir”. O, demişdir ki, “təzə köçmüşəm, bu arada heç kimi tanımıram”. Taleh demişdir ki, “sabah gələcəyəm və dəstəyi asmışdır”. O yenə də qorxusundan Babəkin cibindən 100 manat götürüb səhərisi gün yenə də Talehin zəngindən sonra həmin mağazada aparıb Talehə vermişdir. Bir neçə gündən sonra evin qapısı döyülmüş və o, soruşmuşdur ki, “kimdi?”, Taleh də demişdir ki, “Talehdir”, o, qorxub qapını açmış. Taleh içəri girmiş və ondan 50 manat pul istəmiş. O, Talehə demişdir ki, “sənə daha pul verməyəcəyəm”. Bu zaman Taleh onu şillə ilə vurmuş və o, yerə yıxlanda başı pilləkənə dəymiş və partlamışdır. Bu zaman bıçaq çıxararaq əlində fırlatmağa başlamış və demişdir ki, “səhərə gələcəyəm, pulu hazırla” və çıxıb getmişdir. Təxminən yarım saatdan sonra Babək evə gəlmiş, alnında olan yaranı soruşanda demişdir ki, “yıxılmışam”. Lakin təcili yardıma zəng vurmamışlar. Səhərisi gün ona zəng etmiş və o, demişdir ki, “qaynımdan gedib 50 manat pul götürüb verəcəyəm, lakin taksi pulum yoxdur, qaynım da 20-ci sahədə qalır”. Taleh demişdir ki, “maşın bəhanədir, maşın məndədir, gəlib səni aparacağam”. Çox keçmədən Taleh ona zəng vurmuş və demişdir ki, “çıx yola”. O, uşaqlarla yola çıxmış və orada Taleh yoldan taksi saxlamış və o, uşaqlarla maşına minib anasının yaşadığı C.Cabbarlı küçəsindəki evinə getmiş, Taleh də Öz maşını ilə arxası gəlmiş. O, uşaqları anası gilə qoyub, bacısının 12 yaşlı qızı Yağmuru özü ilə götürmüş ki, Taleh yolda ona zor tətbiq etməsin. O, Yağmurla xatırlamadığı markalı Talehin maşınına minib 20-ci sahəyə getmiş. Taleh maşını sürmüş və 20-ci sahəyə gedib qaynı Natiqdən 50 manat pul alamış. Demişdir ki, həyat yoldaşı ondan kosmetika istəyibmiş, buna görə həmin kosmetikanı almaq üçün 50 manat lazım imiş. Natiq pulu ona vermiş və o, həmin pulu maşında Talehə vermiş. Taleh gətirib onu “Sentralni” adlanan ərazidə düşürmüş və o, anasıgilə getmişdir. Təxminən 10 gündən sonra ona Taleh zəng vurmuş və demişdir ki, “rayondayam, telefonuma kontur vur”. Lakin o, kontur vurmamışdır. 24 may 2020-ci il tarixdə səhər Taleh ona zəng vurmuş və o, mobil telefonu götürməmiş, anasıgildə imiş. Saat 19 radələrində o, evə gəlmiş. Axşam saat 01.30 radələrində Babək də evə gəlmiş. O, Babəklə dəhlizin sonundakı yataq otağında çarpayıda uzanmışlar. Babək yorğun imiş və dərhal yatmış. Uşaqlar da o biri yandakı otaqda yatmışlar. O, Babəkin yanında uzanmış və mobil telefonla “tik.tokda” imiş. Bu zaman ona Taleh messaj yazmış. Messaj belə imiş -« Neynəyirsən?» , o da yazmışdır ki, “heç nə”. Taleh yazmışdır ki, “uşaqlar yatıb?” o da yazmışdır ki, “uşaqlar yatıb, mən də yorğunam, yatıram, mənə yazma”. Sonra o, VVatsapı söndürmüşdür. O, yata bilməmişdir. Belə ki, Talehin hədə qorxularından sonra o, dəfələrlə xəstəxanaya müraciət etmiş, yuxusu pozulubmuş. Təxminən yarım saatdan sonra o, tappıltı səsi eşitmiş. Babəkə demişdir ki, “evdən səs gəlir”. Babək ayılmamışdır. Bu zaman tappıltı səsləri güclənəndə o, daha bərk qışqıraraq Babəki yuxudan ayıltmaq istəmiş. Bu zaman içəri iki nəfər qara maskalı şəxs daxil olmuş. Babək həmin vaxt ayılmış və bu zaman Babəki yumruqla vuraraq yenidən çarpayıya uzatmışlar. O, çarpayıdan duraraq bayıra qaçmış və dəhlizdə bükülüb yerə oturmuş və qışqırmış. Həmin şəxslər isə Babəki yumruqla vururmuşlar və Babək əli ilə ona işarə etmişdir ki, “qaç”. O, bayıra çıxanda pilləkəndə bir nəfər də maskalı şəxs var imiş. Həmin şəxs onu söyərək demişdir ki, «qancıq hara qaçırsan?». Onu içəri itələyəndə Babəkin döyən şəxslərdən biri, onun başından tutaraq itələmiş və yerə sıxmışdır. Bu zaman o, Talehin yekə əlindən bilmişdir ki, bu Taleh imiş, sifətini görməsə də boy buxunundan da Talehi tanımışdır. O, ayağa duraraq qonaq otağına qaçanda şillə ilə onu vurmuş və o, yerə yıxılmış və huşunu itirmişdir, ayılanda görmüşdür ki, əlini skoçla bağlayıblarmış. Babək də dəhlizdə yerdə əlləri və ayaqları bağlı vəziyyətdə imiş. Babək demişdir ki, “getdilər və qapını bağla”. O, əli skoçlu vəziyyətdə gedib qapının cəftəsini çəkmiş. Babəkin yanında yerdə bıçaq var imiş. Babək demişdir ki, “əlimi aç”. O, əli skoçlu vəziyyətdə Babəkin əlindəki ipi bıçaqla kəsmiş və Babəkin əlini açmışdır. Babək öz əli ilə ayağındakı kəndiri açmış. Sonra Babək onun qolundakı laxlayan vəziyyətdə olan skoçu açmış. Daha sonra Babək həmin bıçağı götürərək bayıra onların arxasınca qaçanda o, qoymamışdır. Babək onun sözünə baxmayıb qaçanda demişdir ki, “məni tək qoyma”. Bu zaman Babək geri qayıtmışdır. Sonra isə Babək yataq otağının pəncərəsinə açılan qonuşunu pəncərəsinin şüşəsini bıçağın tiyəsi ilə döyməyə başlamış. Sonra isə 102 xidmətinə yığmış. O, sonradan özünə gələndə bilmişdir ki, iki nəfər otağa girən şəxslərdən biri Taleh, o biri isə Nurlan imiş. Nurlanı o, Talehin yanında görmüş. Belə ki, Taleh maşınla ondan pul almağa gələndə Nurlan Talehin maşınında olubmuş. Nurlanı o, atasıgilin məhləsində də görmüşdür. Belə ki, Talehin sifətini o, görməmişdir, lakin hərəkətlərindən bilmiş ki, Taleh imiş, Taleh heç danışmırmış. Nurlanın yanındakı şəxsin Taleh olmasına əmin imiş. Taleh üzündəki maskanı çıxarmırmış. Nurlan isə Babəki döyəndə maskasını yarıya kimi yuxarı qaldırmışdır, bu cəhətdən o, Nurlam tanımışdır. Üçüncü şəxsi isə o, tanımamışdır. Üçüncü şəxsin üzündə qara maska olmuşdur. Belə ki, həmin şəxslər evə daxil olanda bayırda həyətin işığını da rubilnikdən söndürmüşlər ki, həyət qaranlıq olsun. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, hadisə yerində olmayıb, hadisədən heç bir xəbəri olmayıb. Cinayət işinin 1-ci cildinin 122-124-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Binəqədi rayon ekspertiza şöbəsinin 20.06.2020-ci il tarixli 797 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarəti ər-sağ gözətrafı nahiyənin qançırı, hər iki gicgah nahiyəsinin şişkinli qançırları, alt dodağın səthi əzilmiş yarası bərk küt əşyanın ( əşyaların ) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 25 may 2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisssində göstərilən şəraitdə, yəni insan bədəninin hissələr ( yumurq, əl və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 1-ci cildinin 125-127-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Binəqədi rayon ekspertiza şöbəsinin 932 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində xəsarətlər aşkar olunmadı. Cinayət işinin 1-ci cildinin 208-210-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Şəxsinin 04.08.2020-ci il tarixli 1424 saylı rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığm və s. psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. 2. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəli 1 iyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. 3. Təqsirləndirilən şəxs hal-hazırda hər hansısa bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 14-16-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Şəxsinin 26.10.2020-ci il tarixli 2136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hal-hazırda ÜZVİ EMOSİONAL-LƏBİL POZUNTU müəyyən edilir. Bunu amnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki müayinənin nəticələri ( anamnestik məlumatlara görə uşaqlıqdan onda tez yorulma, halının tez-tez dəyişməsi, əsəb gərginlikləri keçirdiyi zaman ürəkgetmə halları olması, ailə həyatı quraraq uşaqları anadan olduqdan sonra göstərilən halların daha da artması, əsəb gəldikdə nə etməsini bilməməsi, elədiklərini xatırlaya bilməməsi hallan biruzə verdiyi üçün psixiatrik müayinələrdə olmaqla müalicələr qəbul etməsi, Bakı şəhəri, 2 saylı X1 “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” diaqnozu ilə stasionar müalicəyə daxil olaraq 5 iyun 2020-ci il tarixdə Prof.B.M.Əsədov tərəfindən müayinə edilərək onda “Baş beyin üzvi xəstəliyi nəticəsində psixi və davranış pozuntuları ( yanaşı) kəskin psixotik vəziyyət” diaqnozu müəyyən edilməsi, hazırki müayinə zamanı bir qədər əsəbiliyi, emosinal ləbilliyi və s. sübut edir. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs2 qarşı qərarın təsviri hissəsində göstərilən cinayət əməlindən sonra onun pxisi vəziyyətinin pisləşməsi baş verdiyi üçün zərərçəkmiş şəxs qismində istintaqa verdiyi ifadənin baş vermiş hadisənin real gedişatım əks etdirməməsi mümkündür, yəni verilən sualların cavabları Zərərçəkmiş şəxs2 tərəfindən təhrif edilmiş, yəni səhv olması istisna edilmir. Cinayət işinin 2-ci cildinin 27-33-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə deməklə təsdiqləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli hesab etməməsi, ifadəsində quldurluq və hədə-qorxu ilə tələbetmə cinayətlərini törətməməsini bildirməsi kimi göstərdiyi xüsusatlar iş üzrə digər sübutlarla tam təkzib olunduğundan özünü məsuliyyətdən yayındırmaq xarakterli kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 62 və 103-107-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 57-59, 179-190, 192-197-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs 20.04.2004-cü il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 181.3.2 və 228.2.1-ci maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26.08.2009-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 09.10.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 il 3 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. 09.08.2019-cu ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmiş ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs yenidən qəsdən ağır cinayət törətmişdirsə həmin şəxsin cinayəti xüsusi təhlükəli residiv hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən ağır cinayət törətdiyindən məhkumluğu olan hesab edilir və onun əməli CM-nin 18.3-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayətlərin xüsusi təhlükəli residivi olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.4-cü maddəsinə müvafiq olaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 500 AZN (beş yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 182.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 181.2.1, 181.2.2, 181.2.3-cü maddələri ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 182.1-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 12 (on iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 iyun 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 500 AZN (beş yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov