Məhkəmə qərarları › İş №1(101)-492/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-492/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-492/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə 09 noyabr 1984-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Zabrat qəsəbəsi Dəmiryolu küçəsində müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu 2-ci Mədən yeni tikili evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxxxxx 1984-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində ‘həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 3a yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən basqın edib talayacaqları Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinin yaxınlığında o pusquda dayanıb qrupun digər üzvlərinə işarə verməklə, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 məntəqənin qapısının qarşısında dayanıb məntəqənin qapısını bağlayıb içəriyə daxil olan və çıxan şəxslərin hərəkət etməsinə imkan verməməklə, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan şəxslə birlikdə əlvan metal qəbul məntəqəsinə daxil olaraq həmin metal qəbulu məntəqəsində işləyən Zərərçəkmiş şəxs yumruq və təpiklə döyüb ona alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirib sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib üzərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə metal qəbulu məntəqəsində masanın üzərində olan dəmir qutunun içərisindən 900 manat nağd pulu və Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində «Samsunq A 40» markalı mobil telefonu talamaqla quldurluq etmişlər. Təqsirləndirilən şəxs2 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən basqın edib talayacaqları Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 pusquda dayanıb qrupun digər üzvlərinə işarə verməklə, o məntəqənin qapısının qarşısında dayanıb məntəqənin qapısını bağlayıb içəriyə daxil olan və çıxan şəxslərin hərəkət etməsinə imkan verməməklə, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan şəxslə birlikdə əlvan metal qəbul məntəqəsinə daxil olaraq həmin metal qəbulu məntəqəsində işləyən Zərərçəkmiş şəxs yumruq və təpiklə döyüb ona alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirib sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib üzərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə metal qəbulu məntəqəsində masanın üzərində olan dəmir qutunun içərisindən 900 manat nağd pulu və Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində «Samsung A 40» markalı mobil telefonu talamaqla quldurluq etmişlər. Təqsirləndirilən şəxs3 14 avqust 2021-cİ il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən basqın edib talayacaqları Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 pusquda dayanıb qrupun digər üzvlərinə işarə verməklə, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 məntəqənin qapısının qarşısında dayanıb məntəqənin qapısını bağlayıb içəriyə daxil olan və çıxan şəxslərin hərəkət etməsinə imkan verməməklə, o istintaqa məlum olmayan şəxslə birlikdə əlvan metal qəbul məntəqəsinə daxil olaraq, həmin metal qəbulu məntəqəsində işləyən Zərərçəkmiş şəxs yumruq və təpiklə döyüb ona alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirib sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib üzərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə metal qəbulu məntəqəsində masanın üzərində olan dəmir qutunun içərisindən 900 manat nağd pulu və Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində «Samsung A 40» markalı mobil telefonu talamaqla quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona 500 manat borcu var idi. 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 zəng edərək, ondan borcunu ödəməsini xahiş etdikdə, o cibində 100 manat pul olduğunu, borcundan həmin hissəni ödəyə biləcəyini, borcunun qalan hissəsini isə başqa vaxt ödəyəcəyini bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs2 kirayə ev axtarırdı və ona telefonla danışığı zamanı bildirdi ki, gəlsin görüşsünlər ki, həm pulunu qaytarar, həm də ev var, ona baxar. Mehman onun yanında fəhlə kimi işləyirdi, həm də taksi fəaliyyətilə məşğul olurdu. Mehmanla “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq onu Təqsirləndirilən şəxs2lə görüşmək üçün bir yerə aparmasını xahiş etdi. Bundan sonra Mehman onu santralın yanına apardı və orada Təqsirləndirilən şəxs2lə və Vüsalın tanışı olan Xətai ilə görüşdülər. Təqsirləndirilən şəxs2 ona 100 manat pul verdi. Təqsirləndirilən şəxs2 onun evinin içində təmir işləri aparıldığını və 15 gün ərzində hazır olacağını bildirib ona həmin evə baxmağını təklif etdi. Bundan sonra həmin evə getdilər və oraya baxdılar. Bundan sonra onlar yolda olarkən, Mehman ondan həmin ərazidə metal qəbulu məntəqəsinin olub-olmamasını soruşduqda, o ona şüşə sexinin yanında metal qəbulu məntəqəsinin olduğunu dedi. Mehman onları “Avtobus” kafenin yanında maşından düşürtdü və onlar çay içənə qədər geri qayıdacağını bildirdi. Lakin Mehman geri qayıtmadı və ona dəfələrlə zəng etməyinə baxmayaraq cavab vermədi. Bundan sonra Təqsirləndirilən şəxs2lə Xətaini başqa bir avtomobillə yola saldı, özü isə Zabrat qəsəbəsi yaxınlığında Rahat marketə getdi. Hadisə baş verən gün o Zərərçəkmiş şəxs məxsus metal qəbulu məntəqəsinə getmişdir və Vüsala su krantı təqdim etməklə 18 manat pul əldə etmişdir. “Avtobus” kafe ilə hadisə baş verdiyi metal qəbulu məntəqəsi arasında 1 km məsafə var, Mehman, Vüsal və onun quldurluq etmək barədə razılaşmaqları olmayıb. Mehmanın idarə etdiyi avtomobildə o, Vüsal Musatafayev və Xətai adlı şəxs var idi, o Xətaini tanımır, bildiyi qədəri ilə Vüsal Musatafayevin tanışı idi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olurdu. Hadisə baş verdiyi gün o evdə olan zaman, Nahid ona zəng edərək, onu bir yerə aparmağını xahiş etdi. O da onu gedib santralın yanına apardı. Orada əvvəllər tanımadığı Vüsal Musatafayev və Xətai adlı şəxslə görüşdülər. Vüsal Musatafayev və Xətai avtomobilə əyləşdilər və onları Nahidin evinə baxmaq üçün Nahidgilə apardı. Bu vaxt avtomobildə o, Nahid, Təqsirləndirilən şəxs2 və Xətai var idi. Onlar Nahidin evinə baxdıqdan sonra Nahid, Təqsirləndirilən şəxs2 və Xətaini Balaxanı qəsəbəsində yerləşən “Avtobus” kafenin yanında maşından düşürtdü. Bundan əvvəl Nahiddən bu ərazidə metal qəbulu məntəqəsinin olub-olmamasını soruşmuşdu və o da Zabrat yolunda belə bir məntəqənin olduğunu dedi. Onlara kafedə onu gözləmələrini və metal qəbulu məntəqəsinə gedib gələcəyini bildirdi. Bundan sonra o Zərərçəkmiş şəxs məxsus olan metal qəbulu məntəqsinə getdi. Orada Zərərçəkmiş şəxs metal parçaları verərkən məntəqədə dəmir qabın içində pulun olduğunu gördü və Zərərçəkmiş şəxs məşğul olmasından istifadə edərək, 315 manat pul və 1 ədəd telefonu götürdü. Bu vaxt Zərərçəkmiş şəxs onu gördü və yanındakı digər şəxslə birgə üzərinə gəldi. Onlar məntəqənin qapısını bağladılar ki, o qaçmasın. Onlarla məntəqənin içərisində əlbəyaxa oldu. Bu vaxt Zərərçəkmiş şəxs zərbə vurdu və o yerə yıxıldı və o da oradan uzaqlaşdı. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis bölməsində ona təzyiq olundu və buna o da onların təqdim etdiyi ifadəni imzaladı. Bundan sonra isə istintaq təcridxanasında olarkən, müstəntiqə polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün onların təqdim etdiyi ifadəni imzaladığını və yenidən ifadə vermək istədiyini bildirdi, lakin o onu yenidən dindirməkdən imtina etdi. Metal qəbulu məntəqəsindən 315 manat pul və 1 ədəd telefon götürdü. Pul dəmir qabın içində idi. Bu əməli törətməyinə səbəb övladının talessimiya xəstəsi olması və maddi baxımdan çətinlik çəkməyi ilə əlaqədar olmuşdur. Götürdüyü 315 manatı bu məqsədlə istifadə etdi, telefonu isə harasa tulladı. Məntəqəyə o tək daxil olmuşdur, yanında heç kəs olmayıb. Məntəqənin qapısınıın yanında dayanan şəxs onunla birgə oraya gəlməyib, o həmin şəxsi tanımır, yəqin ki, həmin şəxs Zərərçəkmiş şəxs işçisi olub. Mehman, Vüsal və onun quldurluq etmək barədə razılaşmaları olmayıb. Nahid onun həmin məntəqəyə yalnız metal təqdim etmək məqsədi ilə getdiyini bilirdi, onun orada törətdiyi oğurluqdan xəbəri əvvəlcədən olmayıb. Hadisəni tək törətmişdir və bıçaqdan istifadə etməmişdir. Metal qəbul məntəqəsinə təqribən 1 kiloqram mis parçası aparmışdı və onları 15-20 manata təqdim etməyi nəzərdə tutmuşdu. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Nahidi tanıyır, lakin Mehmanı tanımır. Onun Nahidə 500 manat borcu var idi. 14 avqust 2021-ci il tarixdə Nahid ona zəng edərək, borcu ödəmək üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsinə çağırdı. O da tanışı Xətai ilə birgə taksiyə əyləşərək həmin ünvana getdi. Onu tanışları Ruslan adı ilə çağırır. Nahidin onu çağırdığı yerə, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsinədəki məntəqənin yanına Xətai ilə birgə getmişdi. Məntəqəyə kimlərin daxil olduğunu bilmir. İbtidai istintaqda təzyiq altında olduğu üçün ona təqdim olunan ifadəni imzalamışdır, o basqında iştirak etməmişdir. Ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və bunun səbəbi ailəsinin onun azadlığa buraxmaq istəyi olmuşdur. O zərərçəkmiş şəxsə zərər vurmamış və hadisədə iştirak etməmişdir. Nahidin dediyi ünvana getməkdə məqsədi ona olan borcunu ödəmək olmuşdur. Şəmkir rayonunda yaşadığı üçün Bakı şəhərinin ərazisini tanımır və buna görə də başqa yerdə görüşməklərini Nahidə təklif etmədi və onun dediyi yerdə görüşmək barədə onunla razılaşdı. Nahidə borcunu qaytarmaq üçün onun dediyi yerə gedərkən cibində 100 manat pulu var idi. Nahidə olan borcunu tam olmasa da, müəyyən hissəsini ödəmək üçün Nahidlə görüşmək barədə onunla razılaşdı. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində metal qəbulu məntəqəsi var və həmin məntəqədə həm müdir, həm də fəhlənin işini də özü görür. Hadisədən əvvəl təqsirləndirilən şəxslərdən Mehmanla tanışlığı olmasa da, məntəqənin qarşısından arabir keçərkən görmüşdür. Nahidi isə müştəri kimi tanımışdır. Digər təqsirləndirilən şəxsi isə heç vaxt görməmiş və tanımır. Hadisə baş verdiyi gün, yəni 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində işdə idi və məntəqənin qarşısında təmizlik işləri görürdü. Bu vaxt Mehman yanında tanımadığı bir şəxslə birlikdə metal qəbulu məntəqəsinə yaxınlaşdı. Onların hərəkətləri onda şübhə yaratdığı üçün metal qəbul məntəqəsinin içərisinə daxil oldu ki, orada olan pulları və qiymətli əşyaları götürməsinlər. O içəriyə daxil olduqdan sonra onlar da arxasınca içəri daxil oldular. Onlar ondan mis metalın alış qiymətinin nə qədər olmasını soruşdular və bu vaxt o cavab verməyə hazırlaşanda, Mehmanın yanında olan şəxs ona qəflətən yumruqla zərbə vurdu və o yerə yıxıldı. Bu vaxt özünü müdafiə etmək üçün Mehmana zərbə vurdu və o məntəqənin qapısından çölə çıxdı. Lakin Mehmanın yanında olan şəxs onu döyürdü və onun ağzını əliylə bağlamışdı ki, səsi eşidilməsin. Onlara müqavimət göstərdiyi üçün həmin tanımadığı şəxs ona zərbə vurmaq üçün hər hansı bir əşya çıxardı və bu anda bıçaq səsi eşitdi və buna görə də fikrincə, həmin vasitə bıçaq idi və həmin əşyanın arxa tərəfi ilə başına bir neçə dəfə bıçaqla vurdu. Mehman 900 manat pulunu və 500 manat dəyərində mobil telefonunu götürdü və hər ikisi qaçıb oradan uzaqlaşdı. Bundan sonra o 12-ci Polis bölməsinə hadisə barədə məlumat verdi. Hadisə təqribən 15-20 dəqiqə davam etdi. Məntəqənin qapısını arxadan kimsə bağlamışdı və kimin bağladığını bilmir. Məntəqədə stolun üstündə təqribən 600 manat pul var idi. Bundan əlavə cibində də 100 manatlıq pul əskinasları var idi. Basqında iştirak edən şəxslər həm cibindəki, həm də stolun üzərindəki pulları götürdülər. Vüsal ona dəymiş zərəri tam həcmdə ödəmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 quldurluq etməmələri və Təqsirləndirilən şəxs3 quldurluq etmək niyyətində olmaması sadəcə soyğunçuluq etmək istədiyi barədə verdiyi ifadələrinə tənqidi tənqidi yanaşaraq özlərini müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, onlar, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Belə ki, təqsirləndiilən şəxslər ibtidai istintaqda hər biri ayrı ayrılıqda ifadə verərək, bildirmişdirlər ki, onlar birgə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinə basqın etmişdirlər. Cinayət işində olan baş vermiş hadisə ilə bağlı olaraq əlvan metal qəbulu məntəqəsinin yaxınlığında olan müşahidə kamerasında olan görüntüləri əks etdirən 1 ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin video müşahidə kamerası Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Zabarat-Ramana avtomobil yolunun yaxınlığında yerləşən «əlvan metal qəbulu» məntəqəsinin qarşısında olan yolu görüntüləyir, görüntüyə baxarkən 14 avqust 2021-ci il tarixdə saat 16 radədələrində üç nəfər oğlan sakit yerişlə məntəqəyə doğru yaxınlaşması görüntüyə gəlir. Həmin üç nəfərdən irəlidə olan iki oğlandan biri uzunboylu qara rəngli qısaqol köynəkdə olan şəxs isə məntəqənin qarşısında dayanaraq əlində kisə ilə yerdə yır- yığış edən şəxslə məntəqəyə daxil olurlar. Həmin şəxslər məntəqəyə daxil olduqdan sonra qısaqol ağ köynəkdə olan arıq bədən quruluşlu oğlan qəfildən onların arxasınca məntəqəyə daxil olur. Həmin iki nəfərin arxasınca gələn qara rəngli qısaqol köynəkdə olan dolu bədən quruluşlu bir nəfər oğlan isə metal qəbulu məntəqəsinin qapısını çöldən bağlayıb arxadan sıxaraq qarşısında dayanır, bir neçə dəqiqədən sonra məntəqəyə daxil olan şəxslər birlikdə məntəqədən çıxırlar. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 16.08.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıynğı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan 14.08.2021-cil tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi və müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Göygöl rayon məhkəməsinin 22.01.2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Şəmkir İcra və Probasiya şöbəsinin 140\22 saylı 08.08.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Göygöl rayon məhkəməsinin 22.01.2020-cı il tarixli hökmü Şəmkir İcra və Probasiya şöbəsinin icraatına 18.02.2020-ci il tarixdə daxil olmuş və 23.08.2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edildyinə görə məhkumluğu olan hesab edilsə də, residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4,18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xəzər rayon məhkəməsinin 16.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 16 sentyabr 2021-ci il taridən hesablanmışdır. “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-ci bəndinə əsasən bu Qərarın 2.2 və 2.3-cü bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilirlər. Həmin Qərarın 7-ci bəndində qeyd edilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarından müəyən olunur ki, Fərman Mehmanov “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-ci bəndinə əsasən həmin cəzadan azad edilməli olduğu halda ona vaxtında amnistiya tətbiq edilməmişdir. Belə olan halda Fərman Mehmanov barəsində yuxarıda qeyd edilən amnistiya aktı tətbiq edilməklə həmin qərarın 2.4-ci bəndinə əsasən o, Xəzər rayon məhkəməsinin 16.09.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edilməli, 7-ci bəndinə əsasən isə məhkumluğu olmayan hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 16 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 16 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 tutulmuşdur. Cinayət işində olan 29 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllərində zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, sonuncuların təqsirləndirilən şəxslərlə barışması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran hal hallar müəyyən edilmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işı üzrə maddi sübut olan baş vermiş hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “8 Noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-ci bəndinə əsasən Təqsirləndirilən şəxs3 Xəzər rayon məhkəməsinin 16.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin və həmin amnistiya aktının 7ci bəndinə əsasən məhkumluğu olmayan hesab edilsin. Cinayət işı üzrə maddi sübut olan baş vermiş hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar