Məhkəmə qərarları › İş №1(101)-492/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-492/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-492/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:45-də X1 (sədrlik edən), hakimlər Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi) cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirləndirilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 5,031 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə saat 13:40-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq ünvan 3Mİnin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:53-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 5,031 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən “Zülfüqar” və “Əkbər” adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmələri və daşımaları barədə məlumat daxil olmuşdur.

4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə, saat 13:40 radələrində tutulmuş hesab edilmişdir.

5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 və Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə saat 13:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Az’rbaycan Respublikası DİN BMCMİ-yə gətirilmiş və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Şahid1 gödəkçəsinin sol yan cibindən 01 ədəd bıçağa oxşar dəmir predmet, gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd sellofan büküm və 01 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bıçağa oxşar dəmir predmet, sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm, sol yan cibindən 01 ədəd pul qabı və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. 01 ədəd pul qabına baxış zamanı içərisində 14 manat 40 qəpik pul, 01 ədəd “Bakı kartı”, 02 ədəd bank kartı, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd Təqsirləndirilən şəxs məxsus “Müharibə iştirakçısı vəsiqəsi” olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd sellofan büküm və 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd bank kartı və Təqsirləndirilən şəxs məxsus vəsiqələr götürülmüş, pul vəsaiti və “Bakı kartı” isə ona geri qaytarılmışdır.

6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/682 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan 02 (iki) ədəd zərfdə qablaşdırılmış: - üzərində “Ə. Aslanovdan aşkar edilmiş 01 sellofan büküm....” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,031 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Şahid1 aşkar edilmiş maddə ...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,867 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. X4 və Təqsirləndirilən şəxs üzərlərindən götürüldüyü qeyd olunan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’n siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 №-li obyekt üzrə metamfetamin - 5,031 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq - 4,931 qram. 2 №-li obyekt üzrə metamfetamin - 4,867 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq - 4,767 qram.

7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.

8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 128/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-696/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 27 iyul 2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-934/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 27 avqust 2024-cü il tarixədək uzadılmışdır.

9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 207/2024 nömrəli “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərardan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 yanvar 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.

10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)- 240/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 və Təqsirləndirilən şəxs barəsində 27 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir.

11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/84 nömrəli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Şahid1 və xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir.

12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində Kürdəmir şəhər ərazi dairəsi üzrə nümayəndəliyə onun haqqında heç bir şikayət daxil olmamışdır.

13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, vəsiqə və medalların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.

15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 586 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.

16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 xx.xx.2024-cü il tarixli 455/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.

17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 xx.xx.2024-cü il tarixli 47/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ əlin kəsilmə xarakterli yarası iti kənara malik əşyanın ola bilsin ki, şüşə qırıntısının təsirindən, müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur.

18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş predmet...” yazıları olan 01 ədəd bıçaq zavod üsulu ilə istehsal e dilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişən düzəlişlər edilməmişdir.

19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 iyul 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən soyuq silah hesab edilməyən 01 ədəd bıçaq maddi sübut kimi tanınmadan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.

20. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyul 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etidrən 01 ədəd CD disk və qalıq çəkisi 4,931 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs ifadəsi, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyləri, maddi sübut qərarları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir.

21. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2019-2021 -ci illərdə hərbi xidmətdə olmuşdur. Hazırda heç yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2 ay əvvəl xatırlamadığı suvenir mağazasından 15 manata bıçaq almış və bıçaqlara marağı olduğu üçün üzərində saxlamışdır. Onu da qeyd etmişdir ki, Zülfuqar adlı dostu var və o, Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. 25 yanvar 2024-cü il tarixdə o, Bakıya Zülfüqargilə qonaq gəlmişdir. 26 yanvar 2024-cü il tarixdə Zülfüqargilin evlərinin yaxınlığında tək piyada hərəkət edən zaman orada olan zibil qablarının yanından 01 ədəd sellofan büküm qarşısına çıxmış və həmin büküm diqqətini çəkdiyindən götürüb içərisinə baxmışdır. Əvvəllər istifadə etməsə də, həmin maddənin “şüşə” kimi adlandırılan narkotik maddə olduğunu bilmiş və cibinə qoymuşdur. Hadisə ilə bağlı onu da bildirmişdir ki, 27 yanvar 2024-cü il tarixdə tanışı Zülfuqar Məmmədov ilə birlikdə olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin, eləcə də soyuq silahların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Onlar səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində psixotrop maddə və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Zülfuqar Məmmədova üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Zülfuqar Məmmədov üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu, eləcə də bıçağı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığını bildirmişdir. Zülfuqar Məmmədovun gödəkçəsinin sol yan cibindən əməkdaşların iştirakı ilə 01 ədəd gümüşü rəngli, açılıb bağlanan bıçaq çıxarılıb masanın üstünə qoyulmuşdur. Daha sonra Zülfuqar Məmmədov gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Zülfuqar Məmmədov təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə olduğunu qeyd etmişdir. Zülfuqar Məmmədovun təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya aşkar edilməmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polislər tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşı tərəfindən ona üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində psixotrop maddə və bıçaq olduğunu, eləcə də bıçağı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxladığını bildirmişdir. Daha sonra əməkdaşların iştirakı ilə həmin predmet çıxarılıb masanın üstünə qoyulmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd pul qabını, sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Daha sonra təqdim edilmiş predmetə baxış keçirilmiş və onun qara rəngli, açılıb bağlanan bıçaq olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən aşkar edilmiş 01 ədəd pul qabına baxış zamanı içərisində 14 manat 40 qəpik pul, 01 ədəd “Bakı” kartı, 02 ədəd bank kartı, 02 ədəd ona məxsus vəsiqə olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd qara rəngli bıçaq polislər tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd vəsiqə və 02 ədəd bank kartı polislər tərəfindən götürülmüşdür. Aşkar edilmiş 14 manat 40 qəpik pul vəsaiti və 01 ədəd “Bakı” kartı ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 2 gün əvvəl Binəqədi rayonu ərazisindən tapdığını, marağı olduğu üçün üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin, eləcə də onun məlumatının olmadığını, eləcə də üstündən aşkar edilmiş 01 ədəd bıçağı təxminən 1 il əvvəl əldə etdiyini, hər hansı məqsəd üçün istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şifahi sorğu zamanı o, birlikdə saxlanıldığı Şahid1 tanışı olduğunu, Kürdəmir rayonunda yaşasa da, Bakı şəhərinə Şahid1 yanına qonaq gəldiyini, üstündə olan maddəni 26.01 2024-cü il tarixdə Binəqədi rayonu ərazisindən tapdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də Şahid1 belə məlumatının olmadığını, 01 ədəd bıçağı isə təxminən 2 ay əvvəl 15 manata aldığını, hər hansı məqsəd üçün istifadə etmədiyini, heç kimə vermədiyimi bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapmış və şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Tapdığı maddənin üzərindən götürüb istifadə etməmiş, necə tapmışdırsa o cür də təqdim etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri yox imiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Bıçaqlara marağı olduğu üçün üzərində saxlayırmış və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmayıb. "xxxx" MMC-yə məxsus ***-***- **-** mobil nömrəsindən istifadə etmişdir. Onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Lakin, təxminən bir həftə öncə evdə şüşə banka açan zaman o qırıldığından sol əlində kəsik yara əmələ gəlmişdir. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir.

22. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən və polis mayoru xüsusi rütbəsini daşıyan Şahid2 ifadəsində göstərmişdir ki, Aslan Əkbərun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yerinin Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında daha bir nəfər də olmuşdur. Həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onun şəxsiyyəti müəyyən olunduqdan sonra BMCMİ-nə dəvət etmişlər. BMCMİ-də vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet varsa təqdim etməsi təklif olunmuş və həmin təklifdən sonra o, üzərində olan bir büküm metamfetamini və bir ədəd bıçağı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. Əməliyyat məlumatı saxlanılan şəxslərin üzərlərində soyuq silah daşımaları və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, satışla bağlı xüsusatlar öz təsdiqini tapmamış, saxlanılan şəxsin üzərindən tərəzi aşkar olunmamışdır. Əkbərdən başqa da bir nəfər saxlanılmış, həmin şəxsin barəsində də əməliyyat məlumatı mövcud olmuşdur. Digər şəxsin də saxlanılmasında üzərinə baxış da daxil olmaqla sonadək iştirak etmişdir. Psixotrop maddəni haradan əldə etməsinə dair şəxsin dediklərini xatırlamır, lakin öz istifadəsi üçün üzərində daşıdığını qeyd etmişdir. Onlar saxlanılan zaman polis əməkdaşlarının içərisində Aqil adlı şəxs olmamışdır. Təqsirləndirilən şəxsin dedikləri yalandır, ona hər hansı psixi və fiziki təzyiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməliyyat məlumatının məzmunu ilə əlaqədar hazırki ifadəsilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyəti onunla əlaqələndirir ki, onlara ilk öncə məlumat satış məqsədilə narkotik vasitənin daşınması ilə bağlı daxil olmuş, əməliyyat tədbirlərinin gedişində isə satışla bağlı məlumatlar təsdiqini tapmamış və narkotik maddənin satıldığı şəxslərin dairəsini müəyyən edə bilməmişlər.

23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun dostudur, onu dostlarından birinin vasitəsi ilə tanımış və münasibətləri yaranmışdır. Əkbəri daha əvvəl də qonaq çağırmış, Əkbər də 26 yanvar 2024-cü il tarixdə gəlmişdir. O, Bakı şəhəri, Binəqədi rayonunda, Əkbər isə Kürdəmir rayonunda yaşamışdır. Əkbərlə görüşüb kafedə əyləşmiş, həmin gün Aqil adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Aqil adlı şəxsi tanımamış, ona səhv nömrəyə zəng etdiyini bildirəndə söyüş söymüş, Aqildən nə məqsədlə onunla görüşmək istədiyini soruşduqda görüşdükləri zaman deyəcəyini bildirmişdir. Ona gecə saatlarına bir vaxt deyib, həmin vaxt görüşə biləcəklərini bildirmiş və razılaşmışlar. Lakin Aqil gəlməmişdir. Daha sonra yenidən əlaqə saxladıqda telefon danışığı zamanı onlara söyüş söymüş və səhəri gün onları başqa bir yerdə görüşməyə çağırmışdır. Onlar razılaşmış, Aqil söyüş söydüyü üçün görüşə gedərkən özü ilə bıçaq da götürmüşdür. Əkbərdə bıçağın olub-olmaması barədə məlumatı yoxdur. Aqil ilk dəfə onunla əlaqə saxlamış, sonuncu dəfə isə Əkbərlə danışmışdır. Aqilin dediyi ərazidə 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 4cü polis bölməsinin yaxınlığında, Nabat kafesində oturarkən BMCMİ-nin polis əməkdaşları qollarını qandallayıb idarəyə aparmışlar. İdarədə onlara barələrində satış məqsədi ilə 5 qram narkotik vasitə əldə edib daşımağa görə cinayət işi açılacağı və 1 il cəzəçəkmə müəssisəsində cəza çəkəcəkləri bildirilmiş, Əkbərə və ona narkotik vasitə verib video çəkiliş aparmış və barələrində cinayət işi başlamışlar. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, eləcə də şəxsi istifadəsi üçün də narkotik vasitə əldə etmədiyini bildirmişdir. Onları saxlayan şəxslərin necə nəfər olmasını xatırlamır. İdarədə polislərin onlara narkotik vasitə verdiyini, şəxsi axtarış zamanı onu təqdim etməklərini tələb etdiyini bildirmişdir. Polis əməkdaşları onlara sorğu zamanı birinin narkotik vasitəni yerdən tapmasını, digərinin isə pul müqabilində almasını deməli olduğunu tapşırmışdır. İttiham aktında Əkbərlə onun narkotik vasitələri satmağa getdikləri qeyd olunmuş, lakin belə bir şey olmamışdır. Şəxsi axtarış zamanı müdafiəçi ilə təmin edilmiş, idarəyə gətirildikdən təxminən 3 saat sonra şəxsi axtarış aparılmışdır. Yaşadığı evə baxış keçirilməmiş, onda tərəzi də olmamışdır. Satışla məşğul olmağına dair hər hansı sms məlumatları da olmamışdır. İnternet üzərindən online qaydada oyun oynamamış, internet üzərində kimləsə mübahisə etməmiş, kimsə ona, o da kimsəyə söyüş söyməmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra işləməmiş, müalicə almışdır. Bıçağı özünü müdafiə etmək üçün götürmüş, çünki Aqil ona söyüş söymüşdür. O, Aqili tanımamış, nə ilə qarşılaşacağını bilməmişdir. Playstation oyunları oynamış, Binəqədi rayonunda yerləşən Playstation kluba getmişdir. Şəhrizad, Aynur, Natiq adlı şəxsləri tanımır və onlarla birlikdə PUBG oyunu oynamamışdır. Şağan qəsəbəsində olmamış, ora getməyi üçün ona kimsə geolokasiya göndərməmişdir. O, ittiham aktında yazılan ifadəni təsdiq etmir, o məzmunda ifadə verməmiş, ifadə ona məxsus olmamışdır. Sadəcə istintaq materiallarında bu cür yazılmış, ona da imzalatmışlar. Daha əvvəl psixoloji müalicə almamış, məhkəmədə də bu məzmunda izahat verməmişdir. Həqiqi hərbi xidmətdə sona kimi olmuş, yararsız kimi təxris edilməmişdir.

24. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2022-2023-cü illərdə hərbi xidmətdə olmuş və 2023-cü ilin oktyabr ayında hərbi xidmətdən qayıtmışdır. Hazırda heç yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 1 il olar ki, tanışı ona bıçaq hədiyyə etmiş və onun da bıçaqlardan xoşu gəldiyindən və marağı olduğundan həmin bıçağı üzərində daşıyırmış. Bundan başqa təxminən 25 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində yaşadığı binanın yaxınlığında piyada hərəkət edən zaman divarın kənarında 01 ədəd sellofan büküm qarşısına çıxmış və həmin büküm diqqətini çəkdiyindən götürüb içərisinə baxmışdır. Əvvəllər istifadə etməsə də, həmin maddənin “şüşə” kimi adlandırılan narkotik maddə olduğunu bilmiş və cibinə qoymuşdur. Onu da qeyd etmişdir ki, onun Kürdəmirdə yaşayan Əkbər adlı tanışı var və o, 26 yanvar 2024-cü il tarixdə onlara qonaq gəlmişdir. Hadisə ilə bağlı onu bildirmişdir ki, 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin, eləcə də soyuq silahların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində psixotrop maddə və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra “şüşə” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu, eləcə də bıçağı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığını bildirmişdir. Daha sonra gödəkçənin sol yan cibindən əməkdaşların iştirakı ilə 01 ədəd gümüşü rəngli, açılıb bağlanan bıçaq aşkar olunaraq masanın üstünə qoyulmuşdur. Daha sonra gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metapfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polislər tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və bıçaq olduğunu, eləcə də bıçağı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxladığını bildirmişdir. Daha sonra əməkdaşların iştirakı ilə həmin predmet çıxarılıb masanın üstünə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd pul qabını, sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Daha sonra təqdim edilmiş bıçağa baxış keçirilmiş və onun qara rəngli, açılıb bağlanan bıçaq olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən aşkar edilmiş 01 ədəd pul qabına baxış zamanı içərisində 14 manat 40 qəpik pul, 01 ədəd “Bakı” kartı, 02 ədəd bank kartı və Təqsirləndirilən şəxs məxsus vəsiqələr olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd qara rəngli bıçaq polislər tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, vəsiqələr, 02 ədəd bank kartları polislər tərəfindən götürülmüşdür. Aşkar edilmiş 14 manat 40 qəpik pul və 01 ədəd “Bakı” kartı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 2 gün əvvəl Binəqədi rayonu ərazisindən tapdığını, marağı olduğu üçün üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin, eləcə də Təqsirləndirilən şəxs məlumatının olmadığını, eləcə də üstündən aşkar edilmiş 01 ədəd bıçağı təxminən 1 il əvvəl əldə etdiyini, hər hansı məqsəd üçün istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onun tanışı olduğunu, Kürdəmir rayonunda yaşasa da, Bakı şəhərinə onun yanma qonaq gəldiyini, üstündə olan maddəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisindən tapdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də onun belə məlumatının olmadığını, 01 ədəd bıçağı isə təxminən 2 ay əvvəl 15 manata aldığını, hər hansı məqsəd üçün istifadə etmədiyini heç kimə vermədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapmış və gələcəkdə şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Tapdığı maddənin üzərindən götürüb istifadə etməmiş, necə tapmışsa o cür də təqdim etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri yox imiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Bıçaqlara marağı olduğu üçün üzərində saxlayırmış və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmayıb. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

25. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə Kürdəmirdən Bakıya gələn zaman Zülfüqar adlı dostu ona zəng vuraraq “Aqil” adlı şəxsin ona zəng vurduğunu, onu ölümlə hədələdiyini və onu təhqir etdiyini bildirmişdir. O, Aqilin nömrəsini Zülfüqardan alıb onunla əlaqə saxlamış, görüş yerini təyin etmiş, razılaşmalarına əsasən, ertəsi gün nahar vaxtı Bakı şəhəri Azadlıq prospektində yerləşən kafedə görüşmüşlər. Bakıya həmin Aqil adlı şəxslə danışmaq üçün gəlmiş, üzərində suvenir bıçağı da olmuş, bunu ekspertiza rəyi də təsdiq etmişdir. Azadlıq prospektində yerləşən kafeyə çatdıqda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 5-6 nəfər əməkdaşı yaxınlaşaraq onları saxlamışlar. Onu saxlayan şəxslər nə səbəbə saxlanıldığı barədə heçnə deməmiş, onu maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin polis əməkdaşları ona ya silahı, ya da narkotik vasitəni üzərilərinə qoyacaqlarını demişlər. O, Zülfüqarla özlərinə məxsus olmayan narkotik vasitələri boyunlarına götürmək məcburiyyətində qalmışlar. Məhkəmənin diqqətinə çatdırır ki, o, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir, satışı ilə məşğul olmamışdır. Müdafiəçini yalnız videoçəkiliş zamanı görmüşdür. Polislərin təkidi ilə o, narkotik vasitəni 2 gün əvvəl zibillikdən, dostu Zülfüqar da 3 gün öncə hasarın dibindən tapdıqlarını demişlər. Bakı şəhərinə ayın 26-sı gəldiyinə baxmayaraq, polislərin təkidi ilə ayın 25-i gəldiyini demişdir. Onun üzərində özünəməxsus mobil telefonda biri "xxxx", digəri isə “Nar” yəni Azerfon mobil operatorlarına məxsus iki ədəd mobil nömrə olmuşdur. Həmçinin, üzərində yuxarıda qeyd etdiyi bıçaq da olmuş, lakin tərəzi olmamışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

26. CM-in 234.4.3. maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

28. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

29. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

30. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

31. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

32. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

35. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

36. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

37. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

38. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

39. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

40. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab edilir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

42. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

46. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı

47. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

48. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

49. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Plenumunun qərari

50. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

51. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

52. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür.

53. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

54. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür.

55. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

56. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olubolmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin hüquqi tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir.

57. Belə ki, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai istintaqın əvvəlində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və o, ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə vermişdir.

58. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə saxlanılarkən, üzərində psixotrop maddənin olmadığını, heç vaxt narkotik vasitə əldə etmədiyini, həmin vasitələrdən istifadə etmədiyini, polis əməkdaşlarının təkidi ilə zibil qablarının yanından 01 ədəd sellofan bükümün qarşısına çıxdığını və onu götürərək üzərində daşıdığını, tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığını, nəticədə məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir.

59. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır.

60. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə psixi təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə məhkəmədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar ağlabatan və inandırıcı deyil.

61. Belə ki, Təqsirləndirilən şəxs psixi təzyiqlərə məruz qalması ilə bağlı ibtidai araşdırma dövrü hər hansı orqana müraciət etməmiş və bununla bağlı araşdırılma aparılmamışdır.

62. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hissədə məhkəməyə verdiyi məlumatlar işin hallarına uyğun deyil. Ona görə də məhkəmə bu hissədə onun verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir.

63. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən təmiz çəkiləri 5,031 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır.

64. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə həmin maddədən heç vaxt istifadə etməməsini, həmin maddənin polis əməkdaşı tərəfindən onun cibinə qoyulmasını iddia etsə də, bununla bağlı inandırıcı məlumat verməmişdir. Yəni Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən onun cibinə qoyulmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir.

65. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də təmiz çəkisi 5,031 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 66 Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən təmiz çəkisi 5,031 qram təşkil edən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir.

67. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin bükümləri könüllü şəkildə cibindən çıxarıb təqdim etməsinin heç bir məntiqli və ağlabatan cavabı yoxdur.

68. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır.

69. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur.

70. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulanadək onun psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə psixotrop maddə metamfetamin satması, psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə psixotrop maddəni əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır.

71. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz.

72. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddələrin satışı ilə məşğul olması, psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur.

73. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və BMCMİ-nə aparıldıqdan sonra onun üzərindən külli miqdarda ümumi təmiz çəkisi 5,031 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır.

74. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməmişdir.

75. Məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda sonuncunun ondan aşkar edilmiş psixotrop maddəni satış məqsədilə əldə etdiyinə dair xüsusatın mövcudluğuna dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. Məhkəmə vurğulayır ki, sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılmış, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmamışdır.

76. Belə ki, ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 5,031 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 27 yanvar 2024-cü il tarixdə saat 13:40 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 və Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Şahid1 gödəkçəsinin sol yan cibindən 01 ədəd bıçağa oxşar dəmir predmet, gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd sellofan büküm və 01 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bıçağa oxşar dəmir predmet, sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm, sol yan cibindən 01 ədəd pul qabı və 01 ədəd “Samsung” markalı mobil telefonu aşkar edilmişdir. 01 ədəd pul qabına baxış zamanı içərisində 14 manat 40 qəpik pul, 01 ədəd “Bakı kartı”, 02 ədəd bank kartı, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd Təqsirləndirilən şəxs məxsus “Müharibə iştirakçısı vəsiqəsi” olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd sellofan büküm və 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd bank kartı və Təqsirləndirilən şəxs məxsus vəsiqələr götürülmüş, pul vəsaiti və “Bakı kartı” isə ona geri qaytarılmışdır.

77. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir.

78. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ittiham irəli sürmüşdür.

79. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi.

80. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir.

81. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlmək mümkün deyil.

82. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir.

83. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır.

84. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır.

85. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil.

86. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir.

87. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə hüqiqi tövsif olunmasını zəruri hesab edir.

88. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir.

89. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.

90. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

91. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.

92. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir.

93. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir.

94. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir.

95. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisini, həmin psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür.

96. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir.

97. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

98. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

99. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir.

100. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

101. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.

102. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

103. İş üzrə mülki iddia yoxdur.

104. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fizikikimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 144 manat (yüz qırx dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. (hökmün 40-cı bəndi)

105. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.

106. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 4,931 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməlidir, həmçinin 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 39 və 105-ci bəndləri)

107. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.

108. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

109. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır.

110. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul ödənilməlidir.

111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,931 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 144 manat (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar