Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-493/2020 10.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1,Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 558, ev 30, mənzil 33də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olub birlikdə guya gəlir əldə etməyi yalandan vəd verib, aldadaraq etibarını qazanmış, 2011-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi, 1 saylı ünvanında yerləşən ‘‘Azərbaycan Dövlət Dram Teatrının” qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 79.130 manat təşkil edən 100.000 ABŞ dolları, xx xxx 2015-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12/42 saylı ünvanda yerləşən "Elmlər Akademiyası” metrostansiyasının qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 41.936 manat təşkil edən 40.000 ABŞ dolları, xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 20 saylı ünvanda yerləşən 225 nömrəli tam orta məktəbin qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 31.464 manat təşkil edən 30.000 ABŞ dolları, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12/42 saylı ünvanda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 47.913 manat təşkil edən 30.000 ABŞ dolları, xx xxxx 2016-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 740 saylı ünvanda isə Zərərçəkmiş şəxs1 qardaşı Şahid4 vasitəsilə göndərmiş olduğu Azərbaycan Respublikasının milli pul vahidi ilə 37.737 manat təşkil edən 24.000 ABŞ dollar pulunu sonuncudan alıb, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının milli pul vahidi ilə 238.180 manat təşkil edən külli miqdarda 224.000 ABŞ dollar nağd pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs1 həmin məbləğdə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Cinayət işinin başlanılmasına səbəb Zərərçəkmiş şəxs1 ərizəsi olmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 7-9-cu vərəqələrində olan Zərərçəkmiş şəxs1 ərizəsində Təqsirləndirilən şəxs 2011-ci ilin may ayında qazanc əldə etmək və əldə edilən gəlirdən ona da pay vermək adı ilə ondan Bakı şəhərində Yasamal rayonunda «Dram Teatrının» yanında 100.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə «Elmlər Akademiyası» metrosunun yanında 40.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 30.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 24.000 ABŞ dolları və xx.xx.2016-cı il tarixdə 40.000 ABŞ dolları pulu aldığını göstərmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 müxtəlif hüquq-mühafizə orqanlarına eyni məzmunlu ərizələrlə müraciət etmişdir. Cinayət işinin 1-ci cild 1-2-ci vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorunun sabiq birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun xx xxxxxx 2019-cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərarında qeyd edilmişdir ki, Bakı şəhər Baş polis idarəsinin istintaq və təhqiqat idarəsində Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş Təqsirləndirilən şəxs barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərar əsassız olduğundan ləğv edilmiş, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq, istintaqın aparılması üçün Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la qohumluq münasibətləri var, onunla münasibəti yaxşı olmuşdur. 2000-ci ildən o, Bakı şəhəri, Səbail rayonu, "Azərbaycan" prospektində yerləşən “MUM”-da işləməyə başlamışdır. Əvvəl məişət avdanlıqları mağazasında satıcı işləmişdir. 2007-ci ildən isə “MUM”-da qızıl əşyalarının satışı ilə məşğul olmuşdur. Buna görə də qızıl əşyaları alaraq qazanc əldə etmək məqsədilə satılması üçün tanıdığı şəxslərin mağazalarına təhvil vermişdir. Bir neçə il bu növ fəaliyyət göstərdikdən sonra 2011-ci ildə isə özü üçün piştaxta icarə edərək özü fəaliyyətə başlamışdır. Piştaxtanın fəaliyyət göstərməsi ilə əlaqədar olaraq o, icarə haqqı verməmişdir. Belə ki, onun “MUM“-un rəhbərliyi ilə yaxın münasibəti olduğundan aylıq icarə haqqı ödəməyib və sadəcə satıcıya satılan maldan xeyir vermişdir. Piştaxtasında satışda dövriyyəsi təxminən 200.000 manat dəyərində müxtəlif çeşiddə qızıl əşyaları olmuşdur. Həmin ərəfədə onun müştərilərinin arasında qohumu Zərərçəkmiş şəxs1 da olmuşdur. Bəhram mütəmadi olaraq ona zəng edərək ucuz qızıl əşyası olduqda ona xəbər etməyini və özünün alacağını deyirmiş. Həmin vaxt Bəhram Vergilər Nazirliyində Audit Departamentində şöbə rəisi vəzifəsində işləmişdir. Bundan sonra Bəhramın deməsi ilə o, ucuz qızıl əşyalar olduqda Bəhramın iş yerinə gedərək həmin qızılları göstərmişdir. Bəhram bəyənərək pulunu verib qızılları almışdır. Bu hal dəfələrlə olmuşdur. 2012-ci ildə Bəhram ona pulu olduğunu bildirmiş və təklif etmişdir ki, ona istədiyi məbləğdə pul verə bilər və birlikdə şərik işləsinlər. O, Bəhrama özünün maddi dövriyyəsinin özünə kifayət etdiyini bildirmişdir. Bəhrama onu da deyib ki, həm də dövriyyəsinin çox olduğu halda vergi ödənişləri zamanı narahatçılıq yarana bilər. Bəhram Vergilər Nazirliyində işlədiyindən vergi ilə bağlı heç bir probleminin ola bilməyəcəyini və vergi ilə bağlı olan hissəni özünün həll edəcəyini demişdir. Buna görə də o, Bəhramla razılaşmışdır. 2012-ci ilin əvvəllərində Bəhramla birgə iş fəaliyyətinə başlamışdır. Belə ki, onun dövriyyəsində olan puluna əlavə olaraq Bəhram tərəfindən 100.000 ABŞ dolları pul verilmişdir. Həmin pullara o, daha çox qızıl-zinət əşyaları alaraq “MUM”-da yerələşən 2-ci mərtəbədə olan piştaxtada satışa çıxartmışdır. Bəhramla iş birliyi 2016-cı ilədək davam etmişdir. 2016-cı ildə isə X9 pul köçürülməsi üçün Şahid2 61802 ABŞ dolları pul vermişdir ki, Dubayda onun dediyi adamlardan götürsün. Əli onun pulunu ələ keçirərək ona ziyan vurmuşdur. Bununla bağlı müvafiq araşdırma aparılmışdır. 2016-cı ildə Bəhrama bildirmişdir ki, yaranmış maddi vəziyyətlə bağlı işlərin davam etdirilməsi mümkün deyil və təklif etmişdir ki, hesablaşaraq ayrılsınlar. Bəhramla hesablaşaraq bu nəticəyə gəlmişlər ki, Bəhramın ona 36.223 dollar borcu qalmışdır. Bununla bağlı da məhkəmə orqanlarında araşdırma aparılmışdır. Bəhramla şifahi razılaşaraq Bəhramın təklifi ilə ona vermiş olduğu 100.000 ABŞ dolları pula qızıl-zinət əşyaları alınaraq mağazada satılacaqmış və əldə edilmiş qazanc ikisinin arasında yarı bölünəcəkmiş. Bəhram ona pulu qaytarmağı tələb etməmiş, o özü Bəhrama hesablaşmağı təklif etmişdir. Qızılların alınması və “MUM”- da piştaxtada satışa çıxarılmasını o, təmin etməli, vergi ilə bağlı olan ödənişləri isə Bəhram həll etməliymiş. 2012-ci ilin əvvəllərindən 2016-cı ilin sentyabr ayının əvvəllərinə kimi olan müddət ərzində Bəhramla hər ay hesablaşmış, 100.000 ABŞ dollar qarşılığında 143.434 ABŞ dolları qazanc olub və qeyd olunan pulun yarısını, yəni 71.717 ABŞ dollarını Bəhrama vermiş, qalanını isə özü götürmüşdür. Bəhramla birgə fəaliyyəti zamanı onun tərəfindən vergi ödənilməmişdir. Belə ki, qeyd etdiyi kimi Bəhramla fəaliyyətə başlayanda Bəhram ona bildirmişdir ki, vergi ödənişlərinə aid olan hissəni Bəhramın özü həll edəcəkdir. Qızılları o, müxtəlif üsullarla əldə etmişdir. Belə ki, Bakı şəhərində yerləşən müxtəlif zərgərlik sexlərindən sifariş edib əldə etmişdir. Bundan başqa Çin, Türkiyə və X8 keçirilən sərgilərdə iştirak etməklə özünə münasib olan əşyaları seçərək sifariş etmişdir. Sifarişdən sonra isə hazır olunmaları üçün bir müddət vaxt tələb olunmuş, hazır olduqdan sonra isə həmin firmalar özləri qızıl əşyalarının Azərbaycan Respublikasına çatdırılmasını təmin edərək ona Bakı şəhərində çatdırmışlar. Ödənişlər isə danışığa əsasən ya əvvəlcədən, ya da ki, çatdırıldıqdan sonra ödənilmişdir. Qızılın 1 qramına 7 ABŞ dolları gömrükdə pul ödənilmişdir. Qızıl-zinət əşyalarını təhvil aldıqdan sonra pullarını qızılları təhvil verən şəxslərə vermişdir. Qızılların çatdırılması, təhvil verilməsi və ödəniş edilməsi barədə rəsmi sənədləri həmin vaxtdan bir neçə il ötdüyündən və əhəmiyyət kəsb etmədiyi üçün saxlamamışdır. Zərərçəkmiş şəxs1 göstərdikləri hamısı yalan və böhtandır. O, qızıl əşyalarının heç bir zaman qeyri-qanuni yolla ölkəyə gətirilməsində iştirak etməmişdir. Bəhramın hal-hazırda ona 36.223 dollar borcu var. O, Bəhramla danışıb alqı-satqı etmiş, aldığı pulun əvəzində də Bəhrama mal vermişdir. Bəhram onunla danışanda öz pullarını şişirdilmiş məbləğlərlə ifadə etdikdə o, Bəhrama demişdir ki, onun malının satış qiyməti 300.000 ABŞ dollarıdır. Zərərçəkmiş şəxs1 mərhələ-mərhələ ona cəmi 234.000 ABŞ dolları vermişdir. Lakin Bəhram ona verdiyi 192,023 dollar xalis maya dəyəri olan malların qiymətini, arvadının dəfələrlə aldığı malları və özünün dediyi adamlara verdiyi cəmi 9200 dollar pulu hesablamadan ona qarşı ərizə yazmışdır. Bəhrama verdiyi 161 ədəd qızıl əşyaların qiyməti 97.628 ABŞ dollar, 35 ədəd qızılın qiyməti isə 94.395 ABŞ dollar, yəni ümumilikdə qızılların maya dəyəri 192 .000-dən çox olub. Satış qiyməti isə 380.000 ABŞ dolları olmuşdur. O, qızılları Bəhrama verəndə onun sənədlərini də vermişdir. O, ümumilikdə Bəhrama 270,000 dollardan artıq pul vermişdir. Onun zərərçəkmiş şəxslərə heç bir borcu yoxdur. O, Zərərçəkmiş şəxs1la qarşılıqlı hesablaşmalarını əks etdirən 1 ədəd zoğalı rəngdə dəftərçəni ifadəsinə əlavə etməklə istintaqa təqdim etmişdir. O, hər ayın əvvəlində Bəhrama qazanc vermiş, hər ayın əvvəlində də verdiyi qazancı da qeyd etmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsi sonradan, yəni təxminən 2016-cı ilin dekabr ayından tanımışdır. O, Zərərçəkmiş şəxs2 pul almamış, həmin pulu yəni 40.000 ABŞ dolları pulu ona şəxsən Bəhram özü vermişdir. Bəhram sonuncu 40000 dollar pulu ona verəndən 2 ay sonra ona deyib ki, həmin pul Həsənə məxsusdur. Həsənə pulu kimə veribsə ondan da tələb etməsini demişdir. Bundan başqa Həsənlə onun arasında heç bir danışıq olmayıb. Həsənin dedikləri tamamilə yalandır. Həmin gün onun avtomobilində o, Bəhram və Həsən «Romance Palace» adlı restoranın yanına getmişlər və orada o, zərgərlərdə olan qızılları götürüb Bəhrama vermişdir. O, Bəhrama qızılları saxlamaq məqsədi ilə vermişdir. Satması üçün verməmişdir. Bəhrama qızıllarını saxlamasını, sonra isə pulunu verib ondan götürəcəyini bildirmişdir. Bəhram da cibindən 40.000 dolları çıxarıb ona vermişdir. Həmin gün onun Həsənlə hər hansı bir danışığı olmayıb. O, Həsəndən pul almamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Bəhram özü ona şərik olmağı təklif edib, o da razılaşmışdır. Ona verdiyi pulun müqabilində o, Bəhrama qazanc vermişdir. O, Şahid1 tanımamışdır. Şahid1 ondan heç vaxt pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 ona 100.000 ABŞ dollarını verəndə həmin pulun qaytarma müddətini danışmamışlar. O, hər ay ona qazanc vermiş və Bəhram ondan əsas pulunu tələb etməmişdir. Zərərçəkmiş şəxs1la və ümumiyyətlə mühasibatlığa dair bütün qeydləri özündə olan qırmızı dəftərçədə aparmışdır. «Qara mühasibatlıq» qeyd dəftərini ibtidai istintaqı aparan müstəntiqə təhvil vermiş və müstəntiq həmin dəftərçəni ekspertizaya təqdim etmişdir. Ekspert rəyi ilə razı deyil.Sonradan müstəntiq həmin dəftərçəni ona qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 pulları verəndə ondan qəbz almamışdır. Həmin dəftərçədəki olan əlyazmaları özü tərtib etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəftərçədə heç bir qeydlər aparmamış və imza etməmişlər. Qızıllara qiymət veriləndə o, iştirak etməyib və həmin rəylə razı deyil. Qızıllara necə qiymət qoyulduğunu bilmir. O, 2018-ci ildə işini bərpa edəndə, qızılları Bəhramdan istəyəndə və qızılların müqabilində pul təklif edəndə, Bəhram ona qızılların olmadığını bildirmişdir. 2012-ci ildə Bəhram bir neçə gün müalicədə olmuş, gələndən sonra isə ona qazancını vermişdir. Bəhram qızılların alqı-satqısında iştirak etməmiş, ona inandığını və özünün bununla məşğul olaraq qazancı ona verməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oglu ifadəsində göstərmişdir ki, özü uzun illər ərzində Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır, hal-hazırda təqaüdə çıxmış və xəstəliyi ilə əlaqədar heç yerdə işləmir. Onun qohumu X17 zərgərliklə məşğul olur və son illərdə «Mərkəzi Univermaqda» zərgərlik məmulatlarının alıqı-satqısını həyata keçirir. 2011-ci ilin təqribən may ayında qohumu X18 onun yanına yaxınlaşaraq qızıl-zinət əşyalarının alqı-satqısında yaxşı qazanc əldə etmək imkanının olmasını bildirərək, ona da həmin işə qoşulmağı təklif edərək bildirmişdir ki, bir neçə yüz min dollar versə, onun müqabilində yaxşı gəlir əldə etmək mümkündür. Onun bu işdən başı çıxmadığını Nizamiyə bildirmiş, lakin sonuncu ona müxtəlif vədlər verərək, həmin işin həddindən artıq gəlirli olduğunu, onun özünün heç bir iş görmək lazım olmadığını, yalnız gəlir götürəcəyini, pis halda ondan aldığı pulu gəlirlə birlikdə ən geci iki ay müddətində qaytaracağını bildirərək, onu bu işin həqiqətən özü üçün çox müvəffəqiyyətli olduğunu inandırmışdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işdə ona cəmi 100.000 ABŞ dolları verə bilər və həmin ilin may ayında Bakı şəhəri. Yasamal rayonu, Füzuli küçəsi, 1 saylı ünvanında, ‘‘Azərbaycan Dövlət Dram Teatrının” qarşısında Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları pul vermişdir. Bir neçə aydan sonra onun səhhətində onkoloji problemlər aşkarlandığı üçün o, təcili olaraq Türkiyə Respublikasına getməli olmuş və uzun müddət orada müalicə almışdır. Həmin vaxtlar o, yalnız öz səhhəti ilə məşğul olduğundan qohumu Təqsirləndirilən şəxs etibar etdiyi üçün Nizaminin ondan aldığı pulların hesabatını aparmamışdır. Etimad qazanmaq üçün Təqsirləndirilən şəxs ona hissə-hissə müxtəlif vaxtlarda 4.950 ABŞ dolları pul vermişdir. Hər dəfə gəlirin az olduğunu və pulun digər hissəsini Nizamidən istədikdə, sonuncu ona deyirmiş ki, əldə olunan gəlirləri təzə malların alınmasına sərf edib və pul dövriyyədə olduğu üçün gələcəkdə daha çox gəlir əldə edəcəklər. O, da Nizaminin həmin vədlərinə inanmışdır. xx xxx 2015-ci il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə o, Nizami ilə görüşmüş və Nizami ona ucuz zinət əşyalarının olduğunu, həmin zinət əşyalarının çox dəyərli olduğunu, bunun üçün 40.000 ABŞ dolları məbləğində pul lazım olduğunu və həmin qızıl zinət əşyalarını satdıqdan sonra böyük gəlir əldə edəcəyini bildirmişdir. O, Nizamiyə səhhəti ilə əlaqədar olaraq çox xərcinin çıxdığını, bu səbəbdən də onda 40.000 ABŞ dolları məbləğində pulun olmadığını bildirmişdir. Lakin Nizami təkid edərək bu işdə böyük maraq olduğunu və qazanclarının çox olacağını bildirərək həmin pulu başqalarından tapmasını təklif etmişdir. Nizami bir daha vurğulamışdır ki, qazanc çox olacaq, pulu aldığın adama da xeyirdən 1500 ABŞ dolları pay verərlər, yerdə qalan məbləği də yarı bölməsini demişdir. Bundan sonra o, yaxın dostu Şahid1 zəng vuraraq məsələni olduğu kimi Rəşidə izah edib ona da qazanc olaraq 1500 ABŞ dolları verəcəyini vəd etmişdir. 40.000 ABŞ dolları məbləğində pulu o, Rəşiddən alaraq xx xxx 2015-ci il tarixdə «Elmlər Akademiyası» metrosunun yanında qohumu Nizamiyə vermişdir. Bir aydan sonra o, Nizamiyə zəng vuraraq dostu Rəşiddən aldığı 40.000 ABŞ dolları məbləğində pulu və Rəşidin qazancını geri qaytarmalı olduqlarını bildirdikdə Nizami həmin gün 1500 ABŞ dolları pulu ona gətirmiş, aldığı həmin qızıl-zinət əşyasını daha baha satmaq istədiyi üçün hələ satmadığını, satdıqdan sonra onun dostu Rəşiddən aldığı 40.000 ABŞ dolları məbləğində pulu geri qaytaracağını ona bildirmişdir. Növbəti ayın tamamında o, yenidən Nizamiyə zəng vuraraq 40.000 ABŞ dolları məbləğində almış olduğu pulu geri qaytarmalı olduqlarını bildirdikdə, Nizami ona həmin qızıl-zinyət əşyasını satdığını, lakin daha uğurlu mal düşdüyü üçün həmin malı aldığını ona dedikdə o, Nizamiyə narazılığını bildirərək onun icazəsi olmadan nahaq belə bir addım atdığını demiş, Nizami isə ona hər ay pulu götürdüyü adama alqı-satqılara görə 1500 ABŞ dolları və onun özünə isə yaxşı gəlir verməyə vəd etmişdir. Bundan başqa xx xxxx 2015-ci il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə onlar həmin gün “Mərkəzi Univermağın” yanında görüşmüş, söhbət zamanı Nizami ona işlərin qaydasına düşdüyünü, qısa müddət ərzində ondan aldığı bütün pulları qaytaracağını bildirib ona 30.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. O, Nizaminin ona verdiyi 30.000 ABŞ dolları məbləğində pulu dostu Şahid1 qaytarmaq üçün sonuncuya zəng etmiş, lakin Rəşid Bakıda olmadığı üçün o, Rəşidlə görüşə bilməmişdir. Təqribən 5 gün sonra Nizami ona zəng vuraraq qaytardığı 30.000 ABŞ dollarını ondan istəyərək bildirmişdir ki, uğurlu təklif var, pulu evdə saxlamaq olmaz, puldan pul qazanmaq lazımdır və 30.000 ABŞ dolları müqabilində ona böyük xeyir verəcəyini bildirmişdir. O, Nizaminin sözlərinə yenə də inanaraq 30,000 ABŞ dolları məbləğində pulu “Space” televiziyasının yaxınlığında 225 nömrəli məktəbin yanında Nizamiyə vermişdir. Bundan başqa xx xxxx 2016-cı il tarixdə Nizami yenidən ona zəng vuraraq bahalı briliyant qaşlar aldığını, lakin 30.000 ABŞ dolları məbləğində pulunun çatışmadığını ona demişdir. Nizami həm onun yaxın qohumu olduğundan və həm də onun həddindən artıq inandırmaq bacarığı olduğu üçün, o, növbəti dəfə onun vədlərinə inanmışdır. O, yenidən dostu Rəşidə zəng vuraraq vəziyyəti Rəşidə izah etmiş və Rəşid 30,000 ABŞ dolları ona vermişdir. O da həmin pulu «Elmlər Akademiyası» metrosunun yanında Nizamiyə vermişdir. xx xxxx 2016-cı il tarixdə Nizami ona zəng vuraraq ona qaytarmalı olduğu bütün pulları topladığını, lakin bunun üçün 7 günlük ona əlavə olaraq 24.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O, yenidən dostu Şahid1 zəng vurmuş, ona vəziyyəti izah edərək həmin məbləğdə pulu verməsini Rəşiddən xahiş etmişdir. Özü Bakı şəhərində olmadığı üçün, qardaşı Şahid4 24,000 ABŞ dolları məbləğində pulu onun dostu Rəşiddən götürərək Masazır qəsəbəsinə gedən körpünün yanında qohumu Nizamiyə vermişdir. Ümumilikdə 2011-2016-cı il tarixdə Nizami ondan 100.000 ABŞ dolları və onun vasitəsilə 94.000 ABŞ dolları pul aldığı müxtəlif vaxtlarda xeyir vermək adı ilə az məbləğlərdə, mərhələlərlə ona 4950 ABŞ dolları və onun vasitəsilə Rəşidə 8.000 ABŞ dolları pul vermişdir və bununla da Nizami özünə inam yaratmışdır. Bundan sonra o, dəfələrlə qohumu Nizamiyə zəng vuraraq istər dostu Rəşiddən alıb ona verdiyi cəmi 94.000 ABŞ dolları məbləğində pulları, istərsə də özünün Nizamiyə verdiyi 100.000 ABŞ dolları məbləğində pulları Nizamidən geri istəməyə başlamış, lakin qohumu Nizami müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. xx xxxxxxxx 2016-cı il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə o, Nizaminin qeyd etdiyi pulları qaytarmaq istədiyini düşünərək Yasamal rayonunda «Tri Korona» adlı binanın yanında Nizami ilə görüşmüşdür. Həmin vaxt Nizami ona zibilə düşdüyünü, Dubaya pul köçürmək üçün camaatdan pullar aldığını, həmin pulları Ağcabədi rayonundan olan Əli adlı şəxsin onu aldadıb qaytarmadığını, pullara görə də gəlib «Mərkəzi Univermaqda» yerləşən vitrindən qızıl-zinət əşyalarının bir hissəsini, həmçinin də ona qaytarmalı olduğu cəmi 194.000 ABŞ dollarlıq mallardan 91.542 ABŞ dolları məbləğində malları da apardıqlarını demiş və bildirmişdir ki, əgər o, Nizamiyə 42.000 ABŞ dolları verməsə, onun Nizamiyə verdiyi bütün pullar batacaqdır. Həmin dövrdə onun səhhətində yaranan problemlərlə bağlı çox əsəbi və gərgin olduğu üçün, Nizaminin onu belə çıxılmaz vəziyyətə salması ilə əlaqədar nə edəcəyəni bilməmiş, yaranmış vəziyyətdən çıxış yolunu yenə də Nizamiyə pul verməkdə görmüşdür. Özündə pul olmadığı üçün, bu barədə öz tanışı Zərərçəkmiş şəxs2 bildirmişdir. Sonuncu onunla birlikdə Nəsimi rayonunda «Dostluq» kinoteatrının yanında Nizamiylə görüşmüş və Zərərçəkmiş şəxs2 Nizaminin sözlərinə inanaraq ona 40.000 ABŞ dolları vermişdir. Nizami “Romans Palas” şadlıq evinin həyətində kimlərləsə görüşmüş və Həsənin ona verdiyi 40.000 ABŞ dolları məbləğində pulu verdikdən sonra Həsənin ona verdiyi pulların müqabilində almış olduğu 91.542 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını geri alaraq ona vermişdir. Həmin vaxt onun geri götürdüyü malların içərisində 161 ədəd qızıl zinət əşyası olmuşdur. Nizami bildirmişdir ki, iki gün ərzində ondan aldığı bütün pulları geri qaytararaq qızıl-zinət əşyalarını ondan götürəcəkdir. Buna baxmayaraq 2 gündən sonra Nizami yenidən ona 35 ədəd qızıl-zinət əşyası gətirərək işlərin biraz uzanacağını bildirmişdir. Həmin 35 ədəd qızıl zinət əşyalarının üzərində həmin əşyaların guya 91.542 ABŞ dolları qiyməti olduğu Nizaminin özü tərəfindən qeyd edilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə o, 234.000 ABŞ dolları məbləğində hissə-hissə pul vermişdir. Nizami halhazıradək aldığı ümumi 234.000 dollar məbləğində pulu geri qaytarmayıb. Hal-hazırda Nizaminin hərəkətləri nəticəsində tam şəkildə müflis olmuşdur. Rəşiddən aldığı 24.000 dollar pula görə o, Zərərçəkmiş şəxs2 5000 dollar pul götürüb Rəşidə vermişdir. Nizami aldığı pulları geri qaytarmadıqda o, həmin mallardan 60 ədədini 15.000 dollar pula satmışdır. 60 adda qızılları o, təxminən 2017-ci ildə ayrı-ayn xatırlamadığı şəxslərə satmışdır. O, həmin malları o səbəbə dəyər-dəyməzinə satmışdır ki, öz xərclərini ödəsin. Buna baxmayanıq o, Nizaminin yazdığı məbləğlə razılaşır və həmin qızıllara görə Nizaminin ona verməli olduğu 100,000 dollar puldan 26.412 dolları çıxır və beləliklə də Nizaminin 100.000 dollara görə ona 73,588 dollar məbləğində pul verməli olduğunu qəbul edir. 136 adda qızı-zinət əşyalarını o, 500 manat ödədikdən sonra Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» Birliyində xx xxxxxx 2018-ci il tarixdə qiymətləndirilmiş, həmin malların satış qiyməti 188.257 manat 60 qəpik, alış məntəqələrində orta bazar alış qiyməti isə 80.500 manat 25 qəpik qeyd olunmuşdur. Həmin qızılları o, əvvəlcə saxlaması üçün Rəşidə vermişdir. Nizami ondan ümumi aldığı 234.000 dollardan onun satdığı 60 ədəd qızıla görə 26.412 dollar, ona xeyir adı ilə verdiyi 4950 dollar və Rəşidə verdiyi 8000 dollardan başqa pul verməyib. Nizaminin ona verdiyi qalan 136 ədəd malın qiymətini ekspertiza rəyinə əsasən o, 47353 dollar qəbul edir. Nizamiyə əlbəəl 234.000 dollar pul verilmişdir. Təqsirləndirilən şəxs ondan pul alması və hansı şərtlərlə alması barədə, hansı məbləğdə pul alması, dostlarından pul alması barədə və dəfələrlə konkret vaxt təyin edib pulları qaytaracağını bildirməsi barədə onda səs yazıları vardır. Nizaminin ona 152.235 dollar verəcəyi qalmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs 162.288 manat maddi ziyan və 100.000 manat mənəvi ziyanı tələb edir və mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 dediklərini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsində olan Tibbi-sosial ekspertiza müayinəsindən çıxarışdan və cinayət işinin 2-ci cild 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ambulator kart arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 burun-udlağın bədxassəli yenitörəməsi, burun-udlaq karsinoması, PKT kurslarından sonrakı vəziyyət T2N3M1 İV mərhələ xəstəliyi, birinci dərəcəli əlillik mövcuddur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır və Bəhramla yaxın dostluq münasibətləri var. 2016-ci ilin sentyabr ayında Bəhram ona müraciət edərək onun qohumu Nizami adlı şəxsə təcili olaraq 40000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O, Bəhramı çoxdan tanıdığından Bəhramın qohumuna pul verməyə razılaşmışdır. xx.xx.2016-cı il tarixdə Bəhramla birlikdə Bakı şəhəri, Səbail rayonu, “Mərkəzi Univermaq” ın yanında görüşmüşlər. Bəhramın “Toyota Camry” markalı maşını ilə Nizami ilə görüşmək üçün Nəsimi rayonu ərazisində yerləşən “Dostluq” kinoteatrının yanına gedib, orada Nizami ilə görüşmüşlər. Nizami ilə görüşdükdən sonra Nizaminin “BMW X5” markalı avtomobilinə əyləşmişlər. Daha sonra o, Nizamiyə 40000 ABŞ dolları borca pul vermişdir. O, pulu Nizamiyə Bəhrama görə vemişdir. O, pulu Nizamiyə verəndən sonra Nizami maşından düşüb «Romance Palace» adlı restorana getmiş və tez də əlində bir paketlə qayıdıb maşına əyləşmişdir. O, arxada oturmuşdur. Bəhramla Nizami qabaq oturacaqda bağlamada olan qızılları sayıb nə isə yazırmışlar. Lakin bağlamada nə qədər qızıl olmasını və onların nə yazmalarını xatırlamır. Təqsirləndirilən şəxs almış olduğu 40000 ABŞ dolları borcu 2 gün ərzində qaytaracağına söz vermiş, lakin o, həmin puldan bu günə kimi hər hansı məbləğdə pul qaytarmamışdır. Həmin puldan ona xeyir verməsini deməyib. O, pulu xeyir götürmək üçün verməmiş, borc kimi vermişdir. O, pulu Nizamiyə verəndən bir müddət sonra bilib ki, Nizami Bəhramın pullarını qaytarmır. Dəymiş maddi ziyan 40.000 ABŞ dollarını təqsirləndirilən şəxsdən tələb edir. Xahiş edir mülki iddia təmin edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən tanıyır və Təqsirləndirilən şəxs onlarla qohumluq əlaqəsi də var. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 ümumilikdə 234.000 ABŞ dolları almağından onun xəbəri olmuşdur. Lakin, qardaşının Nizamiyə pul verməsində, nə də onların söhbətlərində iştirak etməmişdir. Nizaminin qardaşına nə qədər qızıl verməsindən və qardaşı Bəhramın da həmin qızılları satmasından məlumatı olmamışdır. xx.xx.2016- cı il tarixdə qardaşı Bəhram tanışı Rəşiddən 24.000 ABŞ dolları götürüb Nizamiyə çatdırmağını dediyindən o da qardaşının deməsinə görə Rəşiddən 24.000 ABŞ dollarını götürərək Masazır qəsəbəsində, körpünün altındakı dairədə yanacaq doldurma məntəqəsinin yanında Nizamiyə vermişdir. Həmin ərəfədə qardaşı Bəhram Bakı şəhərində olmamışdır. Lakin sonradan Nizami həmin pulları qaytarmadıqda o, özü də Nizami ilə dəfələrlə görüşərək söhbət etmiş və Nizami aldığı pulları hər dəfə geri qaytaracağını ona da vəd versə də bu günə kimi pulları geri qaytarmamışdır. Qardaşının deməsinə görə məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs onun qardaşından aldığı 234,000 ABŞ dollarını qızıl-zinət əşyaları alaraq həmin malları satdıqdan sonra qazanc əldə olunacağını qardaşına söz vermiş, lakin sonradan Nizami qardaşının etibarından istifadə edərək ondan aldığı pulları qaytarmamış və heç bir qazanc verməyərək Bəhramı aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Belə ki, hər ikisi Ağcabədi şəhərində yaşamış və ailəvi tanışlıqları var. 2013-cü ildə ailə üzvlərinin razılığı ilə Təqsirləndirilən şəxs Bakı şəhərində "Mərkəzi Univermaq" da yerləşən qızıl mağazasında satıcı kimi işləməyə başlamışdır. O, əmək müqaviləsiz işləmişdir. Maddi məsul şəxs kimi müqaviləsi olmamışdır. Vergi məsələləri ilə Nizami özü məşğul olmuş, onun bu barədə məlumatı olmayıb. Nizaminin yerə görə nə qədər icarə haqqı verməsini bilməmişdir. Əmək haqqını ona Təqsirləndirilən şəxs özü vermişdir. Nizami ona əvvəllər 300 manat, daha sonra 400 manat, son illərdə isə məvacibini artıraraq 500 manat əmək haqqı vermişdir. Həmin mağazada onun işi ona təhvil verilmiş qızıl-zinət əşyalarını Nizaminin təyin etdiyi qiymətlərlə satmaq və həmin pulu isə xəzinədə saxlamaq olmuşdur. Satılmış qızılların öz qeydiyyat dəftərində qeydiyyatını, hesabatını aparmaqla daha sonra Nizamiyə təqdim etmişdir. Həmçinin, yalnız Nizaminin öz razılığı alındıqdan sonra tanış müştərilərə qızılların nisyə satışı da həyata keçirilmişdir. 2014-cü ildə isə Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, o, Bəhramı Nizaminin dostu kimi tanımışdır. Həmçinin Zərərçəkmiş şəxs1 mağazaya gələrək onlardan qədimi, yəni köhnə istehsallı qızıl əşyaları nağd olaraq almışdır. Zərərçəkmiş şəxs1 gələrkən bir neçə dəfə onu xüsusi geyim formasında görmüş və buna görə Bəhramın dövlət işçisi olduğunu güman etmişdir. Təxminən 2016-cı ilin yay aylarında həmişə olduğu kimi səhər saatlarında o, "Mərkəzi Univermaq" da işdə olarkən Nizami ona zəng edərək mağazaya bir nəfərin gələcəyini, həmin şəxsin istədiyi qızıl əşyalarını piştaxtadan ona verməyini və verilmiş mallara dair siyahı yazmağı ona tapşırmışdır. Bir müddət sonra isə mağazaya Nizaminin adından bir nəfər şəxs gəlmiş və həmin şəxs piştaxdada olan qızılların arasından özü seçim edib götürmüşdür. O, isə həmin əşyaları siyahıya almışdır. Həmin qızıl əşyaları təxminən 15 ədəd müxtəlif çeşiddə və dəyəri təxminən 50000 ABŞ dollar olmuşdur. Həmin şəxs əşyaları götürdükdən sonra çıxıb getmişdir. O, bu barədə Nizamiyə məlumat vermişdir. Bundan başqa Nizaminin deməsi ilə müxtəlif vaxtlarda, müxtəlif şəxslərə müxtəlif çeşiddə qızıl əşyaları vermişdir. Həmin şəxslər Nizaminin adından yaxınlaşaraq qızılları götürüb çıxıb getmişlər. O, belə başa düşüb ki, Nizaminin həmin şəxslərə pul borcu olmuş və ya həmin qızıllar pul əvəzində götürülmüşdür. Təxminən bir ay sonra 15 ədəd müxtəlif çeşiddə olmuş, təxminən 50000 ABŞ dollar dəyərində mallar mağazaya gətirilərək ona təhvil verilmişdir. Həmin ərəfədə, yəni 2016-cı ildə mağazada ümumiyyətlə alış-veriş yox vəziyyətində olmuş, həmçinin Nizami artıq mağazaya satılması üçün yeni partiya qızıllar gətirməmişdir. O, belə başa düşmüşdür ki, Nizaminin maddi çətinliyi var və borclu olduğu şəxslər pul əvəzində qızıl əşyaları götürmüşlər. 2016-cı ilin axırlarına qədər mağazada satış olmamış, yeni partiya mallar gətirilməmiş və Nizami uzun müddət mağazaya gəlmədiyinə görə Nizami ilə yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, həmin şəraitdən bezərək piştaxtada olan qızılları, təmənnasız olaraq Nizaminin deməsi ilə müxtəlif şəxslərə verilən qızılların siyahısını, eyni zamanda hesabat dəftərini yığaraq Nizamiyə təhvil vermiş və daha işləmək istəmədiyini bildirərək işdən uzaqlaşmışdır. Bundan sonra 2017-ci ilin axırlarında Nizami ona zəng edərək, univermaqda yenidən piştaxta icarə etdiyini bildirib onu yenə də satıcısı kimi işə dəvət etdikdə o, razılaşaraq həmin vaxtdan işə başlamış və 2019-cu ilin avqust ayınadək Nizaminin mağazasında işləmişdir. İşlədiyi müddətdə ona məlum olmuşdur ki, mağazada olan mallar Nizaminin deyil, həmin mallar univermaqda işləyən İsmayıl adlı şəxsə aid olmuşdur. Nizami isə həmin malları ondan götürüb özünün əlavə etdiyi qiymətə sataraq qazanc əldə etmişdir. 2019-cu ilin təxminən avqust ayında mağaza bağlandığı üçün o, Nizaminin yanından işdən çıxmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, Bəhramın Nizamiyə nə qədər pul verməsini bilmir. Onun yanında Nizamiya pul verilməmişdir. Ona məlum olmuşdur ki, Nizami ilə Bəhram birgə bizneslə məşğul olmuşlar. Yəni, Zərərçəkmiş şəxs1 Nizaminin piştaxtasında olan qızılların alınması üçün Nizamiyə pul vermişdir. Hesabatı Nizami özü aparmış, özünün kitabçası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 təxminən 17 ildir tanıyır, onunla yaxın dostluq və ailəvi münasibətləri var. xx.xx.2015-ci il tarixdə Bəhram ona zəng edərək 40.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Bəhram ona Bəhramın qohumu Nizami adlı şəxsin qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, həmin Nizami adlı şəxsin ona da həmin işə qoşulmağı təklif etdiyini və Nizaminin ona yaxşı gəlir verəcəyəni dediyini bildirmişdir. X25 bildirmişdir ki, həmin işə digər öz dostlarını da qoşsa onlara da yaxşı qazanc verəcək. Bundan sonra, Bəhram ona artıq pulu varsa, qızıl-zinət əşyalarının alınıb-satılması üçün Nizamiyə 20 günlüyə pul verməsini, Nizaminində bu pulun müqabilində ona 1500 ABŞ dolları pul verəcəyini bildirmişdir. Lakin o, Bəhrama ona heç bir əlavə pulun lazım olmadığını bildirmiş və xx.xx.2015-ci il tarixdə 40.000 ABŞ dolları pulu Bəhrama vermişdir. Sonra xx.xx.2015-ci il tarixdə Bəhram ona zəng edərək onunla görüşmüş və ona 1500 ABŞ dolları verərək Nizamiyə verdiyi 40.000 ABŞ dolları pulla Nizaminin aldığı malları sata bilmədiyini demişdir. Bundan sonra Bəhram yenə də ona müraciət edərək, Nizamiyə pul lazım olduğunu və pul verdiyi halda Bəhrama yaxşı gəlir verəcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə 30.000 ABŞ dolları və xx.xx.2016-cı il tarixlərdə 24.000 ABŞ dolları pulu Nizamiyə vermək üçün Bəhrama vermişdir. Bəhramın ona dediyinə görə bu pulları verdiyinə görə Nizami Bəhrama 30.000 ABŞ dollarına görə guya ayda 1000 ABŞ dollar, 24.000 ABŞ dollara görə isə guya günə 100 ABŞ dolları verəcəyinə, pulların hamısını uzağı bir həftəyə qaytaracağına vəd vermişdir. Nizami bu pullara çox ucuz mal alacağını və baha qiymətə sataraq gəlir əldə edəcəyini bildirmişdir. Lakin Bəhram ona 3000 ABŞ dolları, xx.xx.2016-cı ildə 2500 ABŞ dollar və xx.xx.2016-cı ildə 2500 ABŞ dolları vermişdir. Bəhram həmin pulları Nizamidən alıb ona verdiyi bildirmişdir. Sonra o, Nizaminin Bəhramı şirnikləşdirmək üçün və digər şəxsləri də aldadaraq, həmin işə cəlb etmək üçün guya gəlir kimi qələmə verərək həmin pulları Bəhrama verdiyini dərk etmişdir. Sonda Bəhram ona Nizaminin çox böyük problemləri olduğunu, özünündə Nizamiyə verdiyi pulları ala bilmədiyini demişdir. Təbii ki, o, verdiyi pulları Bəhramdan tələb etməyə başlamışdır. O, pulları Bəhrama verərkən aralarında heç bir müqavilə bağlanmamışdır. O, Bəhramın pis günə qaldığını, özünündə xəcalət çəkdiyini hiss etmişdir. Onun dəfələrlə tələblərinə dözməyərək, Bəhram Həsəndən 5000 ABŞ dolları pul və 136 ədəd qızıl-zinət əşyası alaraq ona vermiş və Nizaminin onu aldadıb, pulları qaytarmadığını etiraf etmişdir. O, pulları və qızılları Bəhramdan götürmək istəməsə də Bəhram bu işə onu özü saldığını bildirmişdir. Malları Bəhram ona verdikdən sonra bildirmişdir ki, Nizami həmin malları hissə-hissə pul verərək geri alacaq və əgər Nizami pulları verməsə Bəhram özü ona pulları qaytaracaqdır. xx.xx.2018-ci il tarixdə Bəhram ondan 136 ədəd qızıl əşyalarını götürmüş və malın qiymətləndirilməsi üçün ekspertizaya verdikdən sonra xx.xx.2018-ci il tarixdə malları yenidən geri qaytarmışdır. Ondan sonra təxminən 2019-cu ilin avqust ayında Bəhram ona 5.0000 ABŞ dollar pulu verdiyi pulların qazancı kimi, həmçinin Bəhrama verdiyi 94000 ABŞ dollar pulu da tam şəkildə ona qaytarmışdır. 50.000 ABŞ dollar onun qazancı olmuşdur. O, 50.000 manat qazancın vergisini verməmişdir. Buna görə də o, özündə olan 136 ədəd qızıl-zinət əşyasını Bəhrama qaytarmışdır. Ona verilən qızılın qiymətini o, bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, Bəhramı dövlət işçisi kimi tanımışdır. Onun yanında dəfələrlə Bəhram Nizamiyə zəng etmiş, lakin Nizami telefonu götürməmişdir. Nizaminin atası ilə danışanda da atası da pulun qaytarılacağına söz vermişdir. Onun Nizami ilə heç bir söhbəti olmamışdır. Nizamini Bəhramın qohumlarının yas mərasimində cəmi 1 dəfə görmüşdür. Bəhrama da pulu ona verdiyini, ondan da tələb edəcəyini bildirmişdir. Bəhram Nizamiyə nə qədər pul verməsini ona deməmişdir. Bəhram ona Nizaminin onun pulunu vermədiyini, məhkəmə ilə pulunu Nizamidən tələb edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, tanıyır. Nizaminin qardaşı Siyavuş Ağcabədi rayonunda yaşayır. Siyavuş vasitəsilə də Nizami ilə tanış olmuşdur. 2017-ci ildə Siyavuş və qardaşı Nizami onun barəsində şikayət etmişlər ki, guya o, Nizamini aldadaraq, ondan külli miqdarda pul almışdır. Lakin bütün bu ittihamlar hamısı yalan çıxmış, ona dələduzluq maddəsi ilə istintaq orqanı ittiham irəli sürmüş, lakin sonrada məhkəmə onu Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə məhkum etmişdir. Zərərçəkmiş şəxs1 tanımır. Lakin Nizami və Siyavuş qardaşlarından eşitmişdir ki, Bəhram adında Vergilər Nazirliyində işləyən qohumları var, onlar həmin qohumundan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar almışlar. Sonradan o, Nizaminin özünün Bəhram adlı şəxsi aldadaraq, pulları ona qaytarmamaq üçün ona böhtan atdığını, guya onun Nizamidən 61.000 manat pul almağını və qaytarmamağını dediyini başa düşmüşdür. Zərərçəkmiş şəxs1 Nizamiyə pul verməsini görməmişdir. Onun Nizamiyə borcu olmayıb. Nizaminin qardaşından borc pul almışdır. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, Nizami onun əmisi oğludur, aralarında normal münasibətləri var. Zərərçəkmiş şəxs1 isə təxminən 15 ildən çox olar ki, tanıyır və Bəhramla münasibətləri normaldır. Nizami və Bəhramın arasında hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Nizami ilə Bəhramın arasında bir müddətdir ki, davam edən pul mübahisəsi var, lakin o, həmin mübahisənin yaranma səbəbini bilmir. Bəhramla o, danışanda Bəhram ona bildirmişdir ki, Nizaminin ona pul verəcəyi var. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü cild 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, **********402000 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs (fərdi sahibkar) kimi qeydiyyatda olması barədə “Vergi ödəyicilərinin dövlət reyestri”ndə məlumat yoxdur. Cinayət işinin 1-ci cild 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən əraziyə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs2 ilə “Mərkəzi Univermaq” ın yanında görüşdükdən sonra Nəsimi rayonu ərazisində yerləşən “Dostluq” kinoteatrının yanına gələrək Təqsirləndirilən şəxs ilə görüşüb ona 40.000 ABŞ dolları məbləğində pul vəsaiti verdiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 105-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs dediklərinə əsasən ünvan 7 saylı ünvanda yerləşən “Romans Palas” şadlıq sarayının yerləşdiyi ünvana gələrək baxış keçirilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, müxtəlif vaxtlarda tanışı Bəhramla birlikdə pul qoyaraq qızıl alqı-satqısı ilə məşğul olduqlarını və sonuncu dəfə ona məxsus qızılları bir nəfərdən götürmək üçün Zərərçəkmiş şəxs1 zəng vuraraq 40.000 ABŞ dolları pul istəmiş və Bəhramla Bakı şəhəri, Nəsimi rayonu, “Dostluq” kinoteatrının qarşısında görüşüb birlikdə onun avtomobili ilə Nizami rayonunda yerləşən “Romans Palas” şadlıq sarayının qarşısına gəlmişlər. O, avtomobilin içərisində Zərərçəkmiş şəxs1 40.000 ABŞ dollarını götürərək, “Romans Palas” şadlıq evinin qarşısında avtomobildən düşərək qızılları götürüb Zərərçəkmiş şəxs1 verdiyini bildirmişdir.Baxış zamanı “Samsung” markalı fotoaparatdan istifadə edilmişdir. Cinayət işinin 2-ci cild 183-189-cu vərəqələrində olan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində verdiyi xx xxxxxxx 2019-cu il tarixli izahatından və ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 içərisində səs yazıları olduğunu bildirdiyi 2 (iki) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş 26 və xx xxxxxxx 2019-cu il tarixli həmin disklərə baxış keçirilməsi barədə protokollardan görünür ki, Azərbaycan Respublikası DİN-nin BBPİ-nin İstintaq və X16 cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis mayoru X19, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 iştirakları ilə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 2 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 deməsinə görə CD diskdə olan səs yazılarından biri ona, digəri isə Təqsirləndirilən şəxs məxsusdur. CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra hallar müəyyən edilmişdir. Belə ki, CD diskdə qeydə alınmış 7-ci danışıq xx.xx.2017-ci ildə baş tutmuş və 9 dəqiqə 17 saniyə davam etmişdir. Həmin danışıq zamanı Zərərçəkmiş şəxs1 dediyinə görə sonuncu Nizami kimi təqdim edilən şəxslə «…100.000 dollar Bəhramın özü tərəfindən verilib, 94.000 dollar 3 hissədən ibarət olmaqla 3 dəfəyə götürülüb… sonuncu dəfə götürülmüş 40.000 dolları isə Nizaminin 2 günə qaytarmalı olduğu bildirilmiş, Nizami kimi təqdim edilən şəxs isə bununla razılaşmış, lakin pulunun olmadığını, heç yerdən pul tapa bilmədiyini bildirir...» -CD diskdə qeydə alınmış 10-cu danışıq xx.xx.2017-ci ildə baş tutmuş və 4 dəqiqə 2 saniyə davam edir. Həmin danışıq zamanı Zərərçəkmiş şəxs1 dediyinə görə sonuncu Nizami kimi təqdim edilən şəxsə «…pulu Nizamiyə verərkən heç bir sənədləşmə tələb etmədiyini, 40.000 dollar pulu Nizaminin ondan malı girovdan çıxarmaq üçün aldığını, həmçinin Nizamidən digər iki nəfərin pulunu verməsini, öz pulunu daha sonra da verə biləcəyini demiş, Təqsirləndirilən şəxs kimi təqdim olunan şəxs isə malın gələcəyini, oradan gələn pulla Bəhramın pulunu verəcəyini bildirir…» -Bundan başqa CD diskdə qeydə alınmış 17-ci danışıq xx.xx.2017-ci ildə baş tutmuş və 1 dəqiqə 9 saniyə davam edir. Həmin danışıq zamanı Zərərçəkmiş şəxs1 dediyinə görə sonuncu Nizami kimi təqdim edilən şəxsdən «…əgər Əli onun pulunu verməsə necə olacağını soruşur, Nizami isə onun pulunu ödəyəcəyini, Bəhramın pulunu ödəmək üçün nə lazım gəlsə edəcəyini bildirir…» -CD diskdə olan 28-ci danışıq xx.xx.2018-ci ildə baş tutmuş və 5 dəqiqə 38 saniyə davam edir. Həmin danışıq zamanı Nizami kimi təqdim olunan şəxs bildirir ki, «…rayonda torpaq sahəsi var, həmin torpağı satır, onu aldatmaq fikri yoxdur, balasının canına and içərək Bəhramın pulunu qaytaracağına söz verir…» - CD diskdə olan 16-cı danışıq xx.xx.2018-ci ildə baş tutmuş və 9 dəqiqə 33 saniyə davam edir. Danışıq zamanı Zərərçəkmiş şəxs1 dediyinə görə Nizami kimi təqdim edilən şəxs «… and içərək səbrli olmasını, gözlədiyini, adamla danışdığını, evi satıldığını bildirir. Zərərçəkmiş şəxs1 dediyinə görə özü 240.000 dollar pulun verilməli olduğunu, heç olmasa evin pulu olan 40.000 dolların verilməsini, daha sonra digər hissəyə keçməyi bildirir…» Zərərçəkmiş şəxs1 dediyinə görə Nizami kimi təqdim edilən şəxs «…ona satıb verəsi malı olmadığını, torpağı satıb pulunu verəcəyini deyir…» -CD diskdə olan 33-cü danışıq 3 dəqiqə 36 saniyə davam edir və bu danışıq xx.xx.2018-ci ildə baş tutmuşdur. Həmin danışıqda Zərərçəkmiş şəxs1 dediyinə görə Nizami kimi qeyd edilən şəxs «…Bəhrama təşəkkürünü bildirir ki, vaxtında ona kömək edib, ona pul verib malını girovdan çıxarıb, Zərərçəkmiş şəxs1 dediyinə görə özü «…verdiyi pulu faizlə vermədiyini və pulu tələb etdiyini bildirir...» İbtidai araşdırmanı aparan müstəntiq cinayət işinin 2-ci cild 190-206-cı vərəqələrində olan eyni məzmunlu danışıqları 26 oktyabr və xx xxxxxxx 2019-cu il tarixli baxış protokollarında əks etdirmişdir. Cinayət işinin 1-ci cild 23-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxxxxx 2018-ci il tarixli, 354 saylı “Malların qiymətini müəyyən etmək üçün” ekspert rəyindən görünür ki, sifarişçi Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli məktubuna əsasən ekspertizaya təqdim edilmiş 136 dəst qızıl-zinət əşyalarının qiymətləndirilməsinə əsasən 3/5 şifrəli brilyant qaşların tədqiq olunan tarixdə satış qiymətləri 1 karatın qiyməti – 700 AZN, 750 əyar qızılın 1 qramı – 75 AZN-lə, 585 əyar qızılın 1 qramı – 60 AZN-lə, 3 karat zümrüd qaşın 1 karatı – 600 AZN dəyərində hesablanaraq ümumilikdə bütün – 136 ədəd zinət-əşyalarının qiymətinin 188.257,6 (bir yüz səksən səkkiz min iki yüz əlli yeddi manat 60 qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 103-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxxxxx 2018-ci il tarixli, 354/A saylı “Malların qiymətini müəyyən etmək üçün” ekspert rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki, sifarişçi Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli məktubuna əsasən ekspertizaya təqdim edilmiş 136 dəst qızılzinət əşyalarının qiymətləndirilməsinə əsasən 3/5 şifrəli brilyant qaşların bugünə olan satış qiymətləri 1 karatın qiyməti – 250 AZN, 750 əyar qızılın 1 qramı – 50 AZN-lə, 585 əyar qızılın 1 qramı – 40 AZN-lə, 3 karat zümrüd qaşın 1 karatı – 300 AZN dəyərində hesablanaraq ümumilikdə bütün – 136 ədəd zinət-əşyalarının qiymətinin 80.500,25 (səksən min beş yüz manat iyirmi beş qəpik) manat müəyyən edilmişdir. Lakin cinayət işinin 5-ci cild 110-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3294 №-li ekspert rəyindən görünür ki, "Ekspertiza təyini haqqında" qərarda və Azərbaycan Respublikası Ticarət və X7 Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 354 və 354/A saylı rəylərində göstərilən 136 ədəd qızıl-zinət əşyalarının 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 58.329,00 manat müəyyən olunmuşdur. Cinayət işinin 5-ci cild 103-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı – "AZN Məzənnələrindən çıxarış" dan görünür ki, xx xxx 2011-ci il tarixində 1 ABŞ dollarının kursu 0,7913 AZN; xx xxx 2015-ci il tarixində 1 ABŞ dollarının kursu 1,0484 AZN; xx xxxx 2015-ci il tarixində 1 ABŞ dollarının kursu 1,0488 AZN; xx xxxx 2016-cı ildə 1 ABŞ dollarının kursu 1,5971 AZN; xx xxxx 2016-cı ildə 1 ABŞ dollarının kursu 1,5724 AZN; xx xxxxxxxx 2016-cı il tarixdə isə 1 ABŞ dollarının kursu 1,6211 AZN olmuşdur. Cinayət işinin 5-ci cild 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş X2 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X6 xx xxxxxx 2020-ci il tarixli "cinayət işindən materialın ayrılması haqqında" qərara əsasən Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi üçün Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işindən material ayrılmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilmişdir. Cinayət işinin 5-ci cild 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş X2 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X6 xx xxxxxx 2020-ci il tarixli "cinayət işindən materialın ayrılması haqqında" qərara əsasən Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi üçün Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işindən material ayrılmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Vergilər Departamentinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs1 ilə 2012-ci ildə Bəhramın təklifinə əsasən şərik işləmişlər və şərik işlədiyi dövr ərzində sonuncudan mərhələ-mərhələ cəmi 234.000 ABŞ dolları pul vəsaitini almış, əvəzində isə ona 270.000 ABŞ dolları qaytarmış və əksinə olaraq həmin birgə fəaliyyət nəticəsində Zərərçəkmiş şəxs1 ona 36.223 ABŞ dolları borcu yaranmışdır. O, hər ayın əvvəlində Bəhrama qazanc vermiş, hər ayın əvvəlində də verdiyi qazancı da qeyd etmişdir. Onun zərərçəkmiş şəxslərə heç bir borcu yoxdur. O, məhkəməyədək icraat zamanı Əsədovla qarşılıqlı hesablaşmalarını əks etdirən 1 ədəd zoğalı rəngdə dəftərçəni ifadəsinə əlavə etməklə istintaqa təqdim etmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə birinci epizodla bağlı, Zərərçəkmiş şəxs1, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş birinci epizoda dair ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs özü ifadəsində qeyd etmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həqiqətən mərhələ-mərhələ 234.000 ABŞ dolları alaraq, guya əvəzində 270.000 ABŞ dolları ona qaytarmış və sonuncunun ona 36.223 ABŞ dolları borcu yaranmışdır. Zərərçəkmiş şəxs1 ona borclu olduğu halda, nədən ötrü Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 97.628 ABŞ dolları qiymətində 161 ədəd və 94.395 ABŞ dolları qiymətində olan 35 ədəd qızıl-zinət əşyalarını verməsini o, heç cür izah edə bilməmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs borcu olmaması həmçinin cinayət işinə əlavə edilmiş məhkəmə qətnamələri ilə də təsdiq olunur. Cinayət işinə əlavə edilmiş 1-ci cild 184-187-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-1830/2019 №-li qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs1 qarşı 36.223 ABŞ dolların tutulması barədə iddia ərizəsi təmin edilməmişdir. Cinayət işinin 4-cü cild 113-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli,2(102)-8120/2019 №-li qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 9118/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinin tələbinə görə mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası CPM-nin 65.7-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Bundan başqa, öz ifadələrində təqsirləndirilən şəxs istintaq orqanına təqdim etmiş olduğu “qara mühasibatlıq” dəftərinə istinad edərək bildirmişdir ki, həmin dəftərçədə Zərərçəkmiş şəxs1 verdiyi pul məbləğlərini əks etdirmişdir. «Qara mühasibatlıq» qeyd dəftərini ibtidai istintaqı aparan müstəntiqə təhvil vermiş və müstəntiq həmin dəftərçəni ekspertizaya təqdim etmişdir. Ekspert rəyi ilə razı deyil.Sonradan müstəntiq həmin dəftərçəni ona qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 pulları verəndə ondan qəbz almamışdır. Həmin dəftərçədəki olan əlyazmaları özü tərtib edirdi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəftərçədə heç bir qeydlər aparmamış və imza etməmişlər. Cinayət işinin 4-cü cild 245-254-cü vərəqələrində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Baş X2 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Ceyhun Mircavadlı tərəfindən dindirilərkən onun özü tərəfindən hər ay mədaxil və məxaricə aid hesabat tərtib edib, qeydlər apardığı “dəftərçə” nin cinayət işinin materiallarına əlavə edilməsini və həmin dəftərçənin məhkəmə xətşünaslıq ekspertizasına təqdim edilməsini xahiş etmişdir. Cinayət işinin 5-ci cild 1-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində “RUSSKİYE SAMOTSVETY” sözləri yazılmış zoğalı rəngli dəftərçə götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 5-ci cild 115-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3231 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd qırmızı üzlüklü dəftərçənin səhifələri üzrə (dəftərçənin səhifələri ekspert tərəfindən nömrələnmişdir): 1.1 1 -ci səhifəsindəki bütün əlyazıları, 2-ci səhifəsindəki “17.11.12 Kassada qal- 5000m 31.02.13 NZ-125- Pərvizə verildi (1350$ +360m xx.xx.2013 Atcot olundu Bəhrama 1385 $ xeyir verdim, mart ayı ücün qazanc’" əlyazıları, 3-5-ci səhifədəki bütün əlyazıları, 6- cı səhifədəki “xx.xx.2014 Atcot olundu İyul ayı-940m (1200$) Bəhrama xeyir verildi xx.xx.2014 Atcot olundu Avqust ayı-3185 $ Bəhrama xeyir verildi xx.xx.2014 Atcot olundu Sentyabr ayı-2800$ Bəhrama xeyir verildi xx.xx.2014 Atcot olundu Oktyabr ayı-2900$ Bəhrama xeyir verdim” əlyazıları, 7-10-cu səhifədəki bütün əlyazıları, 68-ci səhifədəki “mart” sözündən başqa digər əlyazıları, 70-74-cü səhifədəki bütün əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. 1.2 Həmin dəftərçənin 2-ci səhifəsindəki “xx.xx.2013 NZ-064 sırqa NZ-063 üzük Araza verdim 25,02.2013 Atcot olundu Bəhrama 1900$ xeyir verdim yanvar-fevral aylarının qazancı" əlyazıları və 68-ci səhifədəki “mart” sözü rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. 1.3 Həmin dəftərçənin 6-cı səhifəsindəki “Noyabr ayı boş oldu. xx.xx.2014 Atcot olundu Dekabr ayı 1850$ Bəhrama xeyir verdim" əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. 1.4 Tədqiq olunan dəftərçənin 2-ci səhifəsindəki “xx.xx.2013 NZ-064 sırqa NZ-063 üzük Araza verdim xx.xx.2013 Atcot olundu Bəhrama 1900$ xeyir verdim yanvar-fevral aylarının qazancı" əlyazılarımn və 68-ci səhifədəki “mar t” sözünün, 6-cı səhifəsindəki “Noyabr ayı boş oldu. xx.xx.2014 Atcot olundu Dekabr ayı 1850$ Bəhrama xeyir verdim" əlyazıları ilə həmin dəftərçədəki digər əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdur. 2.1. Diyircəkli qələmlə icra olunmuş yazıların icra vaxtını müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə təqdim olunan dəftərçədəki diyircəkli qələmlə icra olunan əlyazılarının icra olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020ci il tarixli, 3231 №-li ekspert rəyində Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi «dəftərçədə» zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus əlyazma və imzaların olması barədə heç bir məlumat əks etdirilməmişdir. Cinayət işinin 5-ci cild 119-133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş X2 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X6 cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının 8-ci bəndindən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dəftərçə cinayət işi üzrə heç bir əhəmiyyət kəsb etmədiyi üçün maddi sübut kimi tanınmamışdır. Cinayət işinin 5-ci cild 137-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi zoğalı rəngdə, üzərində “Russkiye Samotsvety” yazılmış dəftərçə Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-cimaddəsinə əsasən aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsindən də görünür ki, həmin dəftərçədə olan əlyazmaları ona məxsusdur, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən orada heç bir qeydiyat və imzaları mövcud deyil. Bu əsasdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin dəftərçəni sonradan özü istədiyi və ona sərf etdiyi yazılar və rəqəmlərlə doldura bilərdi. Beləliklə, Təqsirləndirilən şəxs istintaq zamanı təqdim etdiyi «dəftərçə» maddi sübut kimi tanınmadığından və bununla bağlı istintaq orqanının ləğv edilməmiş qərarı olduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini əsaslı hesab etmir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, Zərərçəkmiş şəxs1,şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Zərərçəkmiş şəxs1 aldatma epizodu üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası belə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Zərərçəkmiş şəxs2 aldadıb, etibarından sui-istifadə edərək ona 40.000 ABŞ dolları, yəni, Azərbaycan Respublikasının milli pul vahidi ilə 64.844 manat ziyan vurmaqla dələduzluq etməsi epizodu çıxarılmalıdır. İbtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 girovda olan qızıl-zinət əşayalarını girovdan çıxarıb, iki gün müddətinə qaytarmaq şərti ilə yalandan vəd etməklə inandırıb aldadaraq, xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu. Mehdi Abbasov küçəsi, 22 saylı ünvanda yerləşən “Romans Palas” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası milli pul vahidi ilə 64.844 manat təşkil edən külli miqdarda 40.000 ABŞ dollar nağd pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, zərərçəkmiş şəxs Həsən Sevidova həmin məbləğdə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının yuxarıda qeyd olunan epizodla əlaqədar belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham iş materiallarında mövcud olmayan sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit edilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlarlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş epizod üzrə sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılması qənaətinə gəlir: Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldadaraq onun külli miqdarda ziyan vurduğunu qeyd etmişdir. Lakin, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan izahatında, cinayət işinin 2-ci cild 59-60-cı vərəqələrində olan izahatında və cinayət işinin 4-cü cild 228-229-cu vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs 40.000 ABŞ dolları məbləğində pulu Bəhramın xahişi ilə iki günlük pul lazım olduğuna görə verməsini göstərib. Bundan başqa, cinayət işinin 5-ci cild 70-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini “...Zərərçəkmiş şəxs1 xahişi ilə 2 gün müddətinə qaytarmaq şərti ilə xatırlamadığım vaxta təxminən 2016-cı ilin oktyabr və ya noyabr ayının sonunda Bakı şəhəri, Nəsimi rayonu, "Dostluq" kinoteatrının qarşısında görüşürək, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə əyləşərək, Bakı şəhəri, Nizami rayonunda yerləşən "Romans Palas" şadlıq evinin həyətində əlbəəl qarşımda oturan şəxs – Təqsirləndirilən şəxs 40.000 ABŞ dolları pul vermişəm... hissəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında dindirilən zaman Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin 40.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs iki gün müddətinə qaytarmaq şərti ilə borca vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadaraq, etibarından suiistifadə edib ona külli miqdarda ziyan vurması ilə bağlı cinayət işinin materiallarında hər hansı sübutedici sənəd mövcud deyil. Həmçinin, məhkəmə baxışı zamanında belə bir hal sübuta yetirilməmişdir. Məhkəmədə ifadə vermiş Təqsirləndirilən şəxs ümumiyyətlə Zərərçəkmiş şəxs2 pul almadığını, 40.000 ABŞ dolları pulun ona Zərərçəkmiş şəxs1 tərəfindən verilməsini bildirmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı həmin halları araşdırmamış və şübhələri aradan qaldırmamışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri təkzib və ya təsdiq etməmiş, cinayət işində olan sənədləri təhlil etməyərək, çatışmamazlığların aradan qaldırılması üçün heç bir tədbirlər görməmişdir. Təqsirləndirilən şəxs həmin epizod üzrə təqsirli bilinməsi üçün iş üzrə hər hansı düzünə və ya yanakı digər sübut yoxdur. xx xxxx 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” X5 Baş Assambleyası tərəfindən xx xxxxxx 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.» “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə də, adı çəkilən Konvensiyaların tələbinə görə zərərçəkmiş şəxsin öz mülkiyyətində olan pul vəsaitindən maneəsiz olaraq istifadə etmək hüququ olduğundan, həmin vəsaitin onun tərəfindən kiməsə borc verilməsinə cinayət hüquqi aspektdən yanaşılması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yesoers Belçikaya qarşı (27DR61) məhkəmə işində Komissiya qərara alır ki, 6-cı məddənin 3b bəndi ilə birlikdə götürülmüş tərəflərin bərabərliyi prinsipi məhkəmə, prokurorluq və istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, onların ixtiyarında olan və ya onlar üçün əlçatan olan, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına və ya ittiham hökmünün yumşaldılmasına kömək edə bilən istənilən material əldə edilsin. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, subutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxarıldıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. X1rşı işində X21 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X21 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X23rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətinin ağırlaşdırılmasın və onun müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 5-ci cild 61-ci vərəqəsində olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 21 saylı Mənzil Kommunal İstismar sahəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan və cinayət işinin 5-ci cild 65- 66-cı vərəqələrində olan sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə həyat yoldaşı 1990-cı il təvəllüdlü X12, qızları 2007-ci il təvəllüdlü X14 və 2014-cü il təvəllüdlü X15 daxildir. Cinayət işinin 5-ci cild 63-cü vərəqəsində olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 21 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MKİS-ə şikayət daxil olmamışdır, müsbət xasiyyətləndirilir. Cinayət işinin 3-cü cild 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən,Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsiniAzərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işinin 5-ci cild 162-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclası zalından həbsə alınmasını əsaslı hesab edir. Onun barəsində cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxslər-mülki iddiaçılar tərəfindən verilmiş mülki iddianın əsaslılığını araşdırmışdır. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə müraciət edərək, mülki iddiaçı qismində tanınmağı və ona dəymiş 162.288 ABŞ dolları, mənəvi zərərə görə 100.000 ABŞ dollarının, cəmi 262.288 ABŞ dollarının, ekspertiza xərci kimi çəkdiyi 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş 152.235 ABŞ dolları və ya 162.288 manat maddi ziyanın ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-ci maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 38.3-cü maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin olunmalı, yəni, Zərərçəkmiş şəxs1 dəymiş 152.235 ABŞ dolları və ya 162.288 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları mənəvi ziyanın ödənilməsi barədə iddia ilə çıxış etmişdir. Məhkəmə kollegiyası iddianın məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini nəzərə alır. Həmin normaya əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və X21 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 mənəvi ziyanın ödənilməsi hissəsinin əsasları iddiada müəyyən edilmədiyindən, onun təsdiq olunması üçün sübutlar təqdim olunmadığından iddianı bu hissədə həll etmək mümkün olmadığına görə mülki iddia həmin hissədə baxılmadan saxlanılmalıdır.Lakin məhkəmə bu mülki iddianın hissəvi baxılmamış saxlanılmalı olduğu qənaətinə gələrək, bu iddianı vermiş şəxsin həmin iddianı Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında verə bilməsini nəzərə alır. Həmçinin, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasında mülki iddia ərizəsi ilə müraciət edərək, mülki iddiaçı qismində tanınmağı və ona dəymiş 40.000 ABŞ dollarının, həmin pula görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 7000 ABŞ dolları məbləğində faizin, cəmi 47.000 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda onun Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib, aldadaraq külli miqdarda ziyan vurmaq epizodu məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və həmin epizod elan olunmuş ittihamdan çıxarılmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmalı və ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İş üzrə maddi sübut yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 211 manat 50 qəpik (iki yüz on bir manat əlli qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 3-cü cild 182-ci vərəqəsində olan DİN-nin DYP «Web Portalından» çıxarışdan görünür ki, “BMW X5” markalı, “**-NZ-***” qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Təqsirləndirilən şəxs məxsusdur.Lakin ibtidai istintaq orqanı həmin əmlak üzərinə həbs qoyulması barədə heç bir tədbir görməmişdir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu çıxarılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin və Zərərçəkmiş şəxs1 dəymiş 162.288 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin.Mülki iddianın qalan hissəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 211 manat 50 qəpik (iki yüz on bir manat əlli qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-493/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-493/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver