Məhkəmə qərarları › İş №1(101)-493/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-493/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-493/2023 16.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi saat 15:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, X1 və Qurbanova Nərmin Rüstəm qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi – anası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fəqani oğlunun iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Laçın rayonunun, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonunun, Quşçu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, qeydiyyatsız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “yuvinal” məhkəmə iclas zalında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının sonlarında qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Qanuni nümayəndə ilə birlikdə yaşadığı ünvan 1 ünvanında sonuncunun əvvəlki nikahından olan qız övladı, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaşı ilə bağlı törədilən əməlin xarakter və mahiyyətini qavramaq və dərk etmək qabiliyyətinə malik olmaması ilə əlaqədar zərərçəkmiş şəxsin yaranmış köməksiz vəziyyətindən istifadə edərək sonuncudan onun cinsiyyət orqanını oynatmaqla ereksiya vəziyyətinə gətirməsini tələb etmiş, zərərçəkmiş də əli ilə onun cinsiyyət orqanını oynatmış, bununla da o, aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin mart ayında Novruz bayramı ərəfəsində həmin mənzilin qonaq otağında onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaşı ilə bağlı törədilən əməlin xarakter və mahiyyətini qavramaq və dərk etmək qabiliyyətinə malik olmaması ilə əlaqədar zərərçəkmiş şəxsin yaranmış köməksiz vəziyyətindən istifadə edərək sonuncunun arxa nahiyəsini və cinsiyyət orqanını əlləri ilə toxunaraq oynatmış, sonuncudan öz cinsiyyət orqanına toxunmağını istədikdə Zərərçəkmiş şəxs törədilən əməlin xarakter və mahiyyətini qavramaq və dərk etmək qabiliyyətinə malik olmadan bu istəyi icra edərək onun cinsiyyət orqanını oynadaraq ereksiya vəziyyətinə gətirmiş, ardınca o, eyni hərəkətləri həmin mənzilin hamam otağında davam etdirərək nəticədə özünü eyakulyasiya (cinsi boşalma) vəziyyətinə gətirməklə cinsi ehtiyaclarını ödəyib aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Qanuni nümayəndə ilə Buzovna qəsəbəsində yerləşən dönərxanalardan birində işləyərkən tanış olmuşdur. Təxminən 5 il olarmış ki, Qanuni nümayəndə və onun azyaşlı qızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. Aralarında hər hansı münaqişə olmamışdır. Ötən ilin may ayından etibarən Qanuni nümayəndə onu nə qədər yaşadığı evə dəvət etsə də o, imkanı olmadığı və yol uzun olduğu üçün həmin evə getməmişdir. 2022-ci ilin may ayının 23-də mobil telefonuna zəng gəldiyini görmüş, telefona cavab verdikdə zəng edənin Rəhimənin qızı Dəniz olduğunu bilmişdir. Rəhimənin qızı Zərərçəkmiş şəxs ona anası Rəhimənin dərmanlar içərək hamama girdiyini və cavab vermədiyini demiş, o da evində olan 95 manat pulunu götürərək, Rəhiməgilin yaşadığı evə getmişdir. Daha sonra isə Dəniz telefonu anasına vermiş, Rəhimə qızı Dənizin ac olduğunu, məktəbə getmək üçün pulu olmadığını demişdir. O da 45 manatlıq ərzaq alaraq, Rəhiməgilin evinə yollanmış, Rəhimənin evində yemək yedikdən sonra gecəni həmin evdə keçirmişdir. Səhər saat 10 radələrində Dəniz onu yuxudan oyadaraq, telefonda oyun oynamaq istədiyini, telefonun kodunu açmasını demiş, o da telefonu açmaq istəyən zaman Rəhimə telefonun kodunu dəyişdiyini bildirmiş, o, bunun səbəbini Rəhimədən soruşduqda, Rəhimə səbəb demədən telefonu divara vuraraq sındırmışdır. Rəhimənin bu hərəkəti onun xətrinə dəymiş, o, evdən çıxaraq getmiş, telefonu aparıb təmirə verən zaman Qanuni nümayəndə ilə olan bütün yazışmaların silindiyini görmüşdür. Həmçinin, Rəhiməyə mesaj yazmış, Rəhimə ona mesaj yazmamasını, yalnız zəng etməsini demişdir. May ayının 25-də Rəhimənin doğum günü olmuş, Rəhimə ona axşam saat 23:00-dan sonra onlara gəlməsini demişdir. O da həmin günü axşam saat 12-yə qalmış Rəhiməgilə getmiş və Rəhimənin bir avtomobilə əyləşərək getdiyini görmüşdür. O, Rəhiməyə zəng edən zaman Rəhimə ona kobud sözlər deyərək, onu narahat etməməsini bildirmişdir. Bundan sonra gecə saat 5-ə işləmiş Rəhimə ona zəng edərək, danışmaq istəmiş, lakin, o, konturu olmadığını deyərək telefonu söndürərək yatmışdır. O, səhər yuxudan oyandıqda anası onu polis bölməsinə dəvət etdiklərini demiş, o da telefonu açmış və polis bölməsinə getmişdir. O, polis əməkdaşının yanında olarkən polis əməkdaşı Qanuni nümayəndə zəng edərək, onun bölmədə olmasını demiş, daha sonra bölmədə Rəhiməni bir daha narahat etməyəcəyi ilə bağlı yazı yazmış və polis bölməsindən çıxmışdır. Bundan sonra o, Rəhiməyə zəng edərək, ondan nə üçün polisə şikayət etməsini soruşmuş və avtobusa minərək evinə yollanmaq istəyən zaman yenidən polis bölməsinə çağırılaraq həbs edilmişdir. O, Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. İbtidai istintaq zamanı Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə məruz qalmış və bu səbəbdən sərbəst ifadə verə bilməmişdir. O, bir daha bildirir ki, azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Məhkəmədə qanuni nümayəndəsi - anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı düzgün ifadə verdiyini, həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsi - anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, halhazırda Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 2-ci sinif şagirdidir. Anası Qanuni nümayəndə təxminən 4-5 il bundan qabaq adı Fəttah olan Fəti dediyi şəxslə tanış olmuşdur. Bundan sonra anası ilə Fəti birlikdə yaşamağa başlamışlar. Əvvəllər Fətiyə əmi deyə müraciət etmişdir. Sonralar isə Fəti onda ata deyə müraciət etməyini istəmiş, həmçinin ona da “Qızım” deyəcəyini bildirmişdir. O da bundan sonra Fətiyə ata deyə müraciət etməyə başlamışdır. Fəti ona qarşı həmişə yaxşı olmuş, ona oyuncaqlar almış, onu mağazaya apararaq istədiklərini ona almış, onu məktəbə aparıb-gətirmişdir. Onlar əvvəl Mərdəkan qəsəbəsində yaşamışlar, sonradan isə Pirallahı qəsəbəsinə köçmüşlər, onlar həmin yerdə kirayədə yaşamışlar. 2022-ci ilin fevral ayının sonlarında həmin evdə tək olarkən Fəti oraya gəlmişdir. Daha sonra Fəti divanda uzanaraq öz mobil telefonu ilə tik-toka baxmağa başlamışdır. O isə öz oyuncaqları ilə oynamışdır. Daha sonra o, oyuncaqlarını yığışdırıb Fətinin yanına gedərək tik-toka baxmağa başlamışdır. Sonra da Fəti telefonu zaryatkaya qoymuşdur. Bir müddət sonra o, Fətidən telefonla oynamaq üçün icazə istəmişdir. Fəti isə ona “Oxala sonra” demişdir. Bunu deyərkən Fəti əli ilə ayıb yerini göstərmişdir. Bunu etmək istəməsə də, Fəti əlindən tutaraq əlini ayıb yerinə aparmışdır. Həmin vaxt Fəti artıq şalvarını aşağı endirmişdir. Bundan sonra Fəti öz əli ilə onun əlindən tutub öz ayıb yerini oxalatdırmışdır. Daha sonra 2022-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Pirallahıda kirayə yaşadıqları mənzildə evdə tək olarkən Fəti evə gəlmiş, anasının harada olduğunu soruşmuş, o da anasının Zirəyə getdiyini demişdir. Fəti kresloda oturaraq telefonla oynamağa başlamış, o da oynamaq istədiyini bildirmişdir. Bu zaman Fəti onu hamama aparmışdır. Bir müddət Fəti orada da ona öz ayıb yerini oxalatdırmışdır. Biraz keçdikdən sonra Fəti “Qurtardı, qurtardı” deməyə başlamışdır. Həmin vaxt Fətinin ayıb yerindən yerə ağ rəngli su tökülməyə başlamışdır. Daha sonra Fəti onun əlini və hamamda ağ rəngli su tökülən yeri yumuşdur. Daha sonra onlar otağa getmişlər və bundan sonra Fəti ona telefonla oynamağa icazə vermişdi. Fəti ona “Bu barədə anava nəsə desən, anavın yatdığı yerdə başını kəsərəm” deyə bildirmişdir. Həmçinin Fəti ona anasına heç nə deməmək üçün kuklalar almışdır. O da qorxudan anasına heç nə deməmişdir. Anasının xx.xx.2022-ci il tarixdə olan ad günündən 2 gün qabaq Fəti yenə onlara gəlmişdir. Həmin vaxt o, Fəti ilə otaqda olmuş, anası isə çöldə stəkanları yumuşdur. Fəti ona “Anana nəsə demisən?” deyə soruşduqda anasına heç bir şey demədiyini demişdir. Anası xx.xx.2022-ci il tarixdə ondan “Mən evə kamera qoymuşam, nə olub mənə deməlisən” deyə bildirdikdə o, Fətinin ona etdiklərini anasına danışmışdır. Məhkəmədə qanuni nümayəndə və şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 4-5 il birlikdə yaşamış, yaxşı münasibətləri olmuşdur. Fəttah həmişə qızı Zərərçəkmiş şəxs qarşı əvvəllər yaxşı münasibət saxlamış, onlar arasında “ata-qız” münasibəti belə olmuşdur. Fəttah qızına ona “ata” deyə müraciət etməyi bildirmiş, qızı da ona “ata” deyə müraciət etmiş, Fəttah da “qızım” demişdir. Fəttah qızını hər zaman məktəbə aparıb gətirmiş, dəfələrlə onu alış-verişə aparmışdır. Yaşadığı evin həyətində stəkanları yuyan zaman Fəttahın qızı Dənizə “ovxala, telefonu verim” deməsini eşitdikdən sonra şübhələnmiş və qızı Dənizi aldadaraq evə kamera yerləşdirdiyini demiş, Təqsirləndirilən şəxs ona qarşı hər hansı hərəkət edib-etməməsini soruşmuşdur. Bu zaman qızı Zərərçəkmiş şəxs Fəttahın ona qarşı seksual xarakterli hərəkətlərə yol verdiyini, cinsiyyət orqana toxundurduğunu və öpdürdüyünü, Fəttahın cinsiyyət orqanından ağ maye gəldiyin demişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı hərəkətindən şübhələnməmiş, qaldıqları evin kirayə pulunu Fəttah ödəmişdir. Fəttahla aralarında ara-sıra məişət problemləri ilə bağlı narazılıqları olsa da ciddi münaqişələri olmamış, o, Təqsirləndirilən şəxs hər hansı münaqişə ilə bağlı polisə şikayət etməmişdir. Təqsirləndirilən şəxs qadınlara və uşaqlara qarşı hərəkətlərində əvvəllər hər hansı qəribəlik görməmişdir. Qızı Zərərçəkmiş şəxs həmişə düzgün danışan uşaq olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı qərəzi yoxdur, ibtidai istintaq zamanı da düzgün ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 27 may 2022-ci il tarixli, 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən hər hansı bir obyektiv əlamət aşkar edilməmişdir. (cild 01, iş vərəqə 90-92) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 27 may 2022-ci il tarixli, 524 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəyində onun qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. (cild 01, iş vərəqə 93-96) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1975 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri ilə əlaqədar qərarın təsviri hissəsində göstərilən ona qarşı törədilmiş hərəkətlərin xarakter və mahiyyətini qavramaq və dərk etmək qabiliyyətinə malik olmamışdır. (cild 01, iş vərəqə 121-124) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl zamanı hər hansı psix xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlaı idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vərəqə 118-120) İş materiallarında olan 28 iyul 2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında“ protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə bir daha eyni məzmunlu ifadə vermişdir. (cild 01, iş vərəqə 109-114) İş materiallarında olan 28 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 115-117) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013-cü il təvəllüdlüdür. (cild 01, iş vərəqə 74) Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli məktubu ilə Təqsirləndirilən şəxs Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə məruz qalması və bu səbəbdən sərbəst ifadə verə bilməməsinə dair qeyd etdiyi xüsusatlarla əlaqədar Pirallahı rayon Prokurorluğuna sorğu verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Pirallahı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa, işgəncələrə məruz qalması ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığı üçün AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi, Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə məruz qalaraq cinayəti etiraf etməyə məcbur edilməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, iş üzrə zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, 28 iyul 2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında“ protokol, 28 iyul 2022-ci il tarixli üzləşdirmə protokolu, Pirallahı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 27 may 2022-ci il tarixli ifadəsi və digər mötəbər sübutlarla tam təkzib edilir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixli ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Qanuni nümayəndə ilə Buzovna qəsəbəsində yerləşən dönərxanalardan birində işləyərkən tanış olmuşdur. Təxminən 4 ildir ki Qanuni nümayəndə və onun azyaşlı qızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. Artıq 8 aydır ki onlar birlikdə Qanuni nümayəndə Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən mənzilində yaşayırlar. 2022-ci ilin fevral ayının sonlarında o, Qanuni nümayəndə ilə birlikdə kirayə yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzilə getmişdir. Qapının açarı onda olduğundan qapını açaraq içəri daxil olmuşdur. Həmin vaxt Dəniz evdə tək olmuşdur. Dənizdən anasının harada olduğunu soruşduqda, Dəniz isə anasının Mərdəkana getdiyini bildirmişdir. O, evin giriş hissəsindən sağ tərəfdə yerləşən otağa daxil olmuş və kresloda əyləşmişdir. Yarım saat keçdikdən sonra o, Dənizi yanına çağırmış, Dənizi qucaqlamış və arxa nahiyəsini əli ilə tumarlamışdır. Həmin vaxt o, spirtli içkinin təsiri altında olmuşdur. Bu hadisədən bir ay keçdikdən sonra, yəni 2022-ci ilin mart ayında Novruz bayramı ərəfəsində yenə spirtli içkinin təsiri altında həmin ünvanda kresloda əyləşmişdir. Qanuni nümayəndə evdə olmamağından istifadə edərək Dənizi yanına cağırmış, bir necə dəqiqə onun cinsiyyət orqanlarını tumarladıqdan sonra sonucunu evin giriş hissəsindən sağda yerləşən hamama aparmış və Dənizin cinsiyyət orqanlarına əl vuraraq öz ehtiyaclarını yerinə yetirmişdir. Həmçinin Dənizə onun cinsiyyət orqanımı oynatmasını demişdir. Dəniz də onun cinsiyyət orqanını oynatmış və bu hərəkətləri ilə onu boşaltmışdır. Onun sperması hamama tökülmüşdür. Bu qaydada onun Dənizə qarşı əxlaqsız hərəkətləri iki dəfə baş vermişdir. Bu hadisədən sonra o, Dənizə bu barədə anasına heçnə deməməsini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun cinsiyyət orqanını öpməyə məcbur etmədiyini, onu öldürməklə hədələmədiyini, hadisə zamanı Zərərçəkmiş şəxs onun cinsiyyət orqanını gördüyünü bildirmişdir. (cild 01, iş vərəqə 53-54) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və buna arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə: 88-89) Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilsə də, məhkəmə həmin halları cəzanı ağırlaşdıran hal kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli artıq ağırlaşdıran hal kimi nəzərə alındığından cəza təyin edilərkən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi halı təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(094)-24/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 21; 62-64) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Fəqani oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Fəqani oğluna təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. 0Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Səbuhi Hüseynov imza: İradə Həsənzadə Düzdür Məhkəmənin hakimi Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar