Məhkəmə qərarları › İş №1(101)-493/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-493/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-493/2024 15.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Sülh küçəsi 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik küçəsində fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Leyla» adlı şəxs və sonuncunun vasitəsilə tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istifadəsində olan «X8 6 Pro» markalı «M1806E7TG» modelli «**********82777, **********57775» imei kodlu mobil telefonun üzərində olan ********** mobil nömrə ilə «Whatsapp» sosial şəbəkəsindən istifadə edib cinayətkar qrupun üzvü «Əli» adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olmuş «+**********17» mobil nömrəsi ilə telefon əlaqəsi yaradaraq, sonuncunun informasiya-telekommunikasiya şəbəkəsi hesab edilən «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 23 fevral 2023-ci il tarixdə saat 18:50 radələrində ünvan 1 ünvanında yerləşən «Təbrik» şadlıq sarayının arxasındakı boş ərazidə yerləşdirdiyi 7 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkisi 2,241 qram kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, 1 mart 2023-cü il tarixdə saat 21:20-də Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 7 ədəd şəffaf sellofan bükümdə ayrıayrılqıda təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkisi 2,241 qram kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ildən etibarən narkotik vasitə marixuanadan, tutulmamışdan qabaq son iki ayda isə narkotik vasitə heroindən istifadə etmişdir. Təxminən yarım qram heroin onun gündəlik norması olmuşdur. Fərdi qaydada taksi fəaliyəti ilə məşğul olmuşdur. 2023-cü ilin yanvar ayının sonlarında «İnstagram» sosial şəbəkəsində bir nəfər ona tanımadığı profildən narkotik vasitə şəkilləri göndərib, ucuz qiymətə satdığını bildirmişdir. Sonuncu özünü «Mehdi», «Əli» və «Baba» adları ilə təqdim edərək İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxsin polis ola biləcəyini düşünüb, təklifdən imtina etsə də, sonuncu ona narkotik vasitə heroin şəkilləri göndərməkdə davam etmişdir. Narkotik vasitələr ucuz qiymətə təklif olunduğundan, bir müddət sonra həmin şəxsdən narkotik vasitə almaq qərarına gəlmişdir. Bundan sonra həmin şəxs ona +**********17 mobil nömrəsini vermiş və onlar «Whatsapp» proqramı vasitəsilə əlaqə saxlamağa başlamışlar. Sonunucunun adını özünə məxsus «Redmi» markalı mobil telefonunda «ali zarparast22» kimi qeyd etmiş və şəxsi istifadəsi üçün ondan bir qədər narkotik vasitə heroin istəmişdir. «Əli» ona 50 qramdan aşağı narkotik vasitə satmadığını bildirmiş, o isə ən çox 5 qram heroin ala biləcəyini demişdir. Bundan sonra Əli onunla razılaşmışdır. O, «Əli»nin ona göndərdiyi hesaba 22 fevral 2023-cü il tarixdə saat 20:25-də Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən «Araz» supermarketin içərisində quraşdırılmış «MilliÖn» aparatında olan «m10» tətbiqi vasitəsi ilə bir qramı 30 manatdan olmaqla 150 manat pul göndərmişdir. Səhərisi gün 23 fevral 2023-cü il tarixdə saat 17 radələrində Əli ona «Whatsapp» proqramı vasitəsilə ünvan 4 ünvanda yerləşən «Təbrik» şadlıq sarayının arxasında bir yerin koordinatını, ardınca da üzərində ox işarəsi olan bir otluq sahənin şəklini göndərib, sifariş etdiyi 5 qram narkotik vasitəni həmin şəkildə işarələdiyi otluqda qara rəngli qutunun içərisində olduğunu bildirmişdir. Təxminən saat 18:50-də qeyd olunan ünvana gedib, orada otluğun içərisində qara rəngli eynək qutusunda gizlədilmiş 10 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinləri götürüb üzərində olan qara rəngli siqaret qutusuna yığaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyub həmin yerdən uzaqlaşmışdır. Bir neçə gün ərzində onlardan 3-nü istifadə etmiş, 7-i isə qalmışdır. 1 mart 2023-cü il tarixdə Rəhimə adlı tanışı ilə mübahisə etmiş və sonuncu ondan polisə şikayət edib, onu qaçırdığını bildirmişdir. Odur ki, axşam saatlarında Yasamal rayonu, M.Seyidov küçəsi 13 ünvanının qarşısında iki nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılaraq 28-ci PB-nə aparılmışdır. Orada polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla, üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində saxladığı qara rəngli siqaret qutusunun içərisində olan 7 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinləri, həmin gödəkçənin sol yan cibindən üzərində «***-***- **-**» mobil nömrəsi olan, özünə məxsus «Redmi» markalı mobil telefon aparatını çıxardıb polis əməkdaşlarına təqdim etmiş, bükümlərin içərisində narkotik vasitə olduğunu, İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin ona göndərdiyi koordinatlar əsasında 23 fevral 2023-cü il tarixdə saat 18:50 radələrində Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Təbrik» şadlıq sarayının arxasındakı boş ərazidən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 7 ədəd şəffaf sellofana bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. İran İslam Respublikası vətəndaşının göstərişi ilə heç kimə narkotik vasitə satmamış və verməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir-təzyiq göstərilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 1 mart 2023-cü il tarixdə Şahid3 DİN-in 102 xidmətinə və işlədiyi bölməyə müraciət edərək Təqsirləndirilən şəxs Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbin yanında görüş zaman onu qaçırtmağa çalışdığını bildirmişdir. Şahid3 müraciəti rəsmi qaydada qeydiyyata alındıqdan sonra bölmə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs müəyyən edilərək bölməyə gətirilməsi məqsədilə bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyataxtarış tədbirlərinə başlamışlar. Keçirilmiş tədbir nəticəsində həmin gün saat 21:20-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılaraq bölməyə aparılmışdır. Bölmədə Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün saxladığı yeddi bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Axtarış zamanı sonuncu əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli siqaret qutusunun içərisində yeddi ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Aşkar edilmiş yeddi ədəd bükümdən ikisi açıldıqda içərilərində qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin bükümlərini İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə 150 manat pul köçürdükdən sonra 23 fevral 2023-cü il tarixdə saat 18:50 radələrində ünvan 1 ünvanında yerləşən «Təbrik» şadlıq sarayının arxasındakı boş ərazidə gizlədilmiş yerdən götürdüyünü bildirmiş, narkotik vasitələri əldə etdiyi İran İslam Respublikası vətəndaşı ilə olan yazışmaların və bükümləri götürdüyü ünvanın şəklinin «Redmi» markalı mobil telefonunda olduğunu əlavə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yeddi ədəd şəffaf sellofana bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-nin 28-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, sonuncu ilə 20 fevral 2023-cü il tarixdə «Telegram» sosial şəbəkəsi vasitəsi ilə aralarında sevgi münasibəti yaranmışdır. Sonradan İdrisdən xoşu gəlməmiş, ayrılmaq qərarına gəlib bu barədə sonuncuya bildirmişdir. Buna baxmayaraq İdris ondan əl çəkməmişdir. 1 mart 2023-cü il tarixdə günorta saatlarında rəfiqəsi X5 rayonunda yerləşən, dəqiq ünvanını bilmədiyi evinə getmişdir. Bu vaxt İdris ona zəng edib harada olduğunu soruşmuş, sonuncuya Aygüngildə olduğunu demişdir. İdrisin Aygündən xoşu gəlmədiyindən əsəbiləşərək onun üzərinə qışqırmış, orada qalmamasını, təcili görüşməli olduqlarını bildirmişdir. Odur ki, həmin gün saat 16-17 radələrində 158 nömrəli orta məktəbin yaxınlığında İdrislə görüşmüş və sonuncunun avtomobilinə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra İdris onun üstünə qışqırmağa başlamışdır. İdrisin hərəkətlərindən qorxub, avtomobilin açıq olan sağ yan şüşəsindən özünü çölə atmış və qaçmağa başlamışdır. İdris onun arxasınca gəlməmişdir. Bundan sonra İdrisi qorxutmaq və İdrisin bir daha ona yaxın durmasının qarşısını almaq üçün DİN-nin 102 xidmətinə və Yasamal RPİ-nin 28-ci PB-nə məlumat vermişdir. Şikayət edərkən qorxduğundan İdrisin onu qaçırtmaq istədiyini bildirmişdir. Həqiqətdə özü könüllü avtomobilə əyləşmiş, İdrisin qışqırmasından qorxub avtomobilin şüşəsindən özünü çölə ataraq qaçmışdır. İşin 28-29-cu vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 1 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli siqaret qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş 7 (yeddi) ədəd bükümdə tozşəkilli, qəhvəyi rəngli «kakos» kimi bilinən narkotik vasitə heroin, sol yan cibindən isə «Redmi» markakı mobil telefon aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin 7 ədəd narkotik vasitə heroin bükümü və «Redmi» markalı mobil telefon götürülmüşdür. İşin 133-137-ci vərəqlərindəki mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş üzərində «***-***-**-**» mobil nömrəsi ilə istifadə olunan «X8 6 Pro» markalı mobil telefona aparatına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon «X8 6 Pro» markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefonun ekranın fonunda mavi rəngli təbiət fotoşəkili yerləşdirilmişdir. Mobil telefon istifadəyə yararlı vəziyyətdədir. Mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Mobil telefonda olan «Whatsapp» tətbiqetməsinə baxış zamanı aşağıdakı ismarıclar müəyyən edilmişdir. 8 fevral 2023-cü il tarixdə saat 16:07-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «***-***-**- **» adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrəsindən «X3» məzmunlu yazılı mesaj, həmin gün Təqsirləndirilən şəxs saat 16:07-də «40*24'53.4»N 50*00'27.4»E» ünvanının lokasiyası, 8 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs «Senden soruşsam ki beyaq ne qeder ver misen deyersen ki 05», «Men senden 05 mal almısam yaxsi brat», «Kim olursa olsun» məzmunlu yazılı mesaj göndərmişdir. 08 fevral 2023-cü il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs «***-***-**-**» mobil nömrəsnin istifadəçisinə 01 ədəd elektron tərəzinin üzərində 267 qram narkotik vasitə heroinə bənzər maddənin çəkilməsinin təsvir edildiyi 01 ədəd fotoşəkil göndərmişdir. 8 fevral 2023-cü il tarixdə saat 18:13-də «***-***-**- **» mobil nömrəsinin istifdəçisi Təqsirləndirilən şəxs «Tural» adlı şəxsin «***-***-**-**» mobil nömrəsini göndərib «Brat danişdun?» məzmunlu yazılı mesaj göndərmişdir. 8 fevral 2023-cü il tarixdə saat 18:33-də «***-***-**-**» mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs «40*24'59.8»N 50*00'26.6»E» ünvanının lokasiyasını, saat 18:53-də «40*24'53.8»N 50*00'27.8»E» ünvanının lokasiyasını atmışdır. 8 fevral 2023-cü il tarixdə saat 19:11-də İ.Abdullyev «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə «Sizdə adres nə gedir», «Küçə adi» məzmunlu yazılı mesaj göndərmiş, sonuncu da Təqsirləndirilən şəxs «Atamoglan rzayev» məzmunlu yazılı mesaj göndərmişdir. 8 fevral 2023-cü il tarixdə saat 19:17-də Təqsirləndirilən şəxs «***-***-**-**» mobil nmrəsinin istifadəçisinə «***-***-**-**» məzmunlu yazılı mesaj göndərmişdir. 15 fevral 2023-cü il tarixdə saat 15:26-da İdris istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə «Whatsapp» tədbiq etməsindən «Leyla» adı ilə qeydiyyata aldığı, «***-***-**-** « mobil nömrəsinin istifadəçisinə 40 saniydən ibarət «Leyla bax sən öl mamaya da demişdim faizə zada götürsün pul Allahakkı diyir yoxdu, mən də axtarıram, alınsa xəbər elə də nəsə olsa xəbər elə başıvı işdət gör neynirsən, bizə 240 manat lazımdı ki maya fiso, onnan sonra partdat getsin də sən öl Leyla Allahakkı, pastiyanmda temamız olub, özü də mən borca xərcə girib eliyirəm diyənə alındıra bilmirəm, pastayannı maya qalsın sən öl götür qalanını ver getsin də, gör nəsə eliyə bilsön xəbər elə sən öl, 240 manat bax polnu belə yox belə bəsimizdi, 200 manat tap, 40 manat mən düz-qoş eliyərəm» məzmunlu səsli mesaj, 22 fevral 2023-cü il tarixdə saat 19:36-da Təqsirləndirilən şəxs «Leyla» adlı kontakta 1 ədəd içərisində, «bir nəfər şəxsin «ali zarparast22» adlı kontakta whatsapp proqramında 110 manatı olduğunu, 40 dəqiqəyə 40 manat pul tapıb 150 manat pul atacağını bildirməsi» barədə mesajlaşmanı əks etdirən fotoşəkil, həmin tarixdə saat 19:37-də «8 e kimi atsam», «Gotururem, «Bugün», «Sabah sene getirerem» məzmunlu yazılı mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat l4:03-də Təqsirləndirilən şəxs «Leyla» adlı kontakta «4098 5844 6562 1074» bank hesab nömrəsini, həmin vaxtda eyni zamanda «taksi proqramlarından birində Masazır kəndi, Zəngilan Şəhərciyi yaşayış kompleksinə» doğru sifarişi özündə əks etdirən 1 ədəd fotoşəkil göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs «Leyla» adlı kontakta «50 manat atdılar Leyla mənə, nə diyisən otu isdiyirsən ya yox?» məzmunlu səsli mesaj göndərmişdir. 25 fevral 2023-cü il tarixdə saat 19:52-də «Leyla» adlı kontakt Təqsirləndirilən şəxs «Anam cani deyirdinki payivi verecem» məzmunlu yazılı mesaj göndərmişdir. 28 fevral 2023-cü il tarixdə saat 00:01-də Təqsirləndirilən şəxs «Leyla» adlı kontakta «Bu iranlı **** məni əməlli saldı *****» məzmunlu yazılı mesaj göndərmişdir. 28 fevral 2023-cü il tarixdə saat 10:51-də «Leyla» adlı kontakt Təqsirləndirilən şəxs «Salam idris, dunen halsiziydim inan Allaha heckesle danismag istemirdim eve gelen kimi yatdim, o *** meni pis eledi kecen gunden cemisi 2 defe çekmişdim galanidi verdim birineki cek zeherlen, mene sepki verdi gizarti verdi ellerimin ustune, bilerek basladim icki icmeyeki belke kecer gizarti sonrada basladi bedenim gaşinmaga koroce appar tulla temasiydi, sadece pisime gelen odur ki sen bilirsen ki men onsuzda ona pul verecemde hec olmasa mene temiz tema tap ver onu niye mene soxuşdurdun bilirsnki *** olanda cekmicem» məzmunlu yazılı mesaj göndərmişdir. 28 fevral 2023-cü il tarixdə saat 19:47-də «Leyla» adlı kontakt Təqsirləndirilən şəxs «İranlinin», «Pulunu yoladaa» məzmunlu yazılı mesajlar göndərmişdir. 28 fevral 2023-cü il tarixdə saat 20:42-də Təqsirləndirilən şəxs «Leyla» adlı kontakta «40*21'06.3»N 49*49'45.8»E» ünvanını lokasiyasmı göndərmişdir. 1 mart 2023-cü il tarixdə saat 23:00-da «Varimiydi sen ol ama cigara aidim cekdiy» məzmunlu yazılı mesaj göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kontaktlarında «ali zarparast22» adı axtarışa verildikdə sonuncunun «+98 939 489 4717» mobil nömrəsinin Təqsirləndirilən şəxs mobil telefonunda qeydiyyata alındığı, lakin həmin şəxslə whatsapp mesajlaşmalarnın Təqsirləndirilən şəxs mobil telefon aparatında qalmadığı müəyyən edilmişdir. 3 fevral 2023-cü il tarixdə saat 17:46-da İdrisin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Whatsapp» tətbiq etməsindən «Zaman» adı ilə qeydiyyata alınan, «070-274- 18-14» mobil nömrəsinin istifadəçisi «05 isdeyir», «Usaq», «Var qaqa?» məzmunlu yazılı ismarıclar göndərmişdir. İdris həmin tarixdə saat 17:48-də «Zaman» adlı kontakta «Var» məzmunlu yazılı mesaj göndərmişdir. 3 fevral 2023-cü il tarixdə saat 17:48-də «Zaman» adlı kontakt Təqsirləndirilən şəxs «Gotre bilsen», «Qudret isdeyir» məzmunlu yazılı mesajlar gönədrmişdir. 3 fevral 2023-cü il tarixdə saat 18:06-da Təqsirləndirilən şəxs «Zaman» adlı kontakta «Zaman alınır, Qüdrətə mənim nömrəmi ver, ya da özün bi dənə telefon tap mənə mütləq zəng elə, yazma qardaşımsan, ekrana düşür, alınmağına alınır, işdiyirəm, gözdiyə bilirsə gözdəsin, yox ama tələsirsə qaqaş dinnə onda alınmır» məzmunlu səsli mesaj göndərmişdir. 8 fevral 2023-cü il tarixdə saat 16:01-də «Zaman» adlı kontakt Təqsirləndirilən şəxs «Qudret» adlı şəxsin «***-***-**-**» mobil nömrəsinə yazılı mesaj olaraq göndərmişdir. 17 fevral 2023-cü il tarixdə saat 19:13-də «Zaman» adlv kontakt Təqsirləndirilən şəxs «He onu sorsan var idi» məzmunlu yazılı mesaj göndərmişdir. 17 fevral 2023-cü il tarixdə saat 19:13-də Təqsirləndirilən şəxs «Zaman» adlı kontakta «Yo yoxdu qaqa», «Ot var» məzmunlu yazılı mesajlar yollamışdır. 21 fevral 2023-cü il tarixdə saat 04:21-də Təqsirləndirilən şəxs «Zaman» adh kontakta «Turbuckovu da hazır elə», «Bize deyendeki eynuvu qalin», «Elə», «Maşında oturag», «40 dəq çıxıram mən evdən», «Bir falqalig dvij elemisem» məzmunlu yazılı mesajlar göndərmişdir. 21 fevral 2023-cü il tarixdə saat 22:31-də «Zaman» adlı kontakt Təqsirləndirilən şəxs «Qaqa qudretnen danismisdim bayax dedi 300 ne qede pul atiblar zad uzatmadim» məzmunlu yazıl mesaj yollamış, saat 22:57-də Təqsirləndirilən şəxs «Zaman» adlı kontakta «Yaxçı qaqa özüm həll edəcəm», «Sabah görüm nə edirem» məzmunlu yazılı mesajlar yollamışdır. 24 fevral 2023-cü il tarixdə saat 02:08-də «Zaman» adlı kontakt Təqsirləndirilən şəxs 3 ədəd fotoşəkil və «Qalani vardiye onunda yarsi onan», «Qudrete kurs qoydum pul temasin dedi ciracam agzin onun» məzmunlu yazılı mesajlar göndərmişdir. 3 ədəd fotoşəkildə bir nəfər şəxsin «Amil» adlı şəxslə whatsapp proqramında mesajlaşması əks olunmuş, həmin mesajlaşmalardan «Amil» adlı şəxsin falqada nəfəs yolu ilə narkotik vasitə qəbul etdiyi görülməkdədir. 25 fevral 2023-cü il tarixdə saat 17:28-də «Zaman» adlı kontakt Təqsirləndirilən şəxs «Qudret yazb», «Ds», «İsdeyir axsama» məzmunlu yazılı mesajlar, saat 17:29-da Təqsirləndirilən şəxs «Zaman» adlı kontakta «Nə?», «Daş?», «Daş yoxdu» məzmunlu yazılı mesajlar göndərmişdir. 25 fevral 2023-cü il tarixdə «Zaman» adlı kontakt Təqsirləndirilən şəxs «Bide deyerem catdrsinlar tema axdarmaga tez tapilar» məzmunlu yazılı mesajlar göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kontaktlarında «Amil» adı axtarışa verildikdə sonuncunun mobil nömrəsinin Təqsirləndirilən şəxs mobil telefonunda qeydiyyata alınmadığı müəyyən edilmişdir. 09 fevral 2023-cü il tarixdə saat 23:02-də İdrisin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Whatsapp» tətbiq etməsindən «Koki» adı ilə qeydiyyata alınan, «***-***- **-**» mobil nömrəsinin istifadəçisi «Ala gəldi», «Bu nömrəyə atdim», «Poz yazismani» məzmunlu yazılı mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 09:34-də Təqsirləndirilən şəxs «Koki» adlı kontakta «yazson da gejdi, partdadı geceynən getdi hamisi» məzmunlu səsli mesaj yollamışdır. 06 fevral 2023-cü il tarixdə saat 00:45- də İdris istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Whatsapp» tətbiq etməsindən «Dede 050» adı ilə qeydiyyata alınan, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə «Qaqa yarım saata zada yanindayam», «0.7 qoydum senuncun», saat 00:47-də «Tərəzi lazımdır mene» məzmunlu yazılı mesajlar yollamışdır. 06 fevral 2023-cü il tarixdə saat 23:43-də Təqsirləndirilən şəxs «Dede 050» adlı kontakta «Daş yoxdu», «Bərəkət haqqı», «Dunenkinden», «Var.» məzmunlu yazılı mesajlar göndərmişdir. 22 fevral 2023-cü il tarixdə saat 14:23-də Təqsirləndirilən şəxs «NURLAN» adlı kontakta «Keri mən üçdə gedə bilmicəm neyçün atam, mən üç tamam fuadın yanında olmalıyam, müdirdən yarım saatlıq icazə almışam, bi dənə baş-gözümü qırxdırmağa, anamın canına and olsun, əgər götürsön özün getsön mən bi dənə götürərəm sənnən keri» məzmunlu səsli mesaj yollamışdır. 22 fevral 2023-cü i İtarixdə saat 15:31-də Təqsirləndirilən şəxs «NURLAN» adlı kontakta «Keri», «Alinsa Eger 2 dene lazımdi», «Fuadın yanındayam almırsa Eger diyersen pulu alim atım sene», «6 7 dəq yanındayam» məzmunlu yazılı mesajlar yollamışdır. 22 fevral 2023-cü il tarixdə saat 20:21-də «NURLAN» adlı kontakt Təqsirləndirilən şəxs 25 manat məbləğində pul vəsaitini 4098 5844 6562 1074 nömrəli hesaba göndərməsi barədə 01 ədəd qəbzin fotoşəklini göndərmişdir. 17 fevral 2023-cü il tarixdə saat 13:14-də İdris istifadəsində olan ***-***-**-** mobil nömrəsində «Whatsapp» tətbiq etməsindən «Nadir 077» adı ilə qeydiyyata alınan, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə «Heç nə işdiyirəm qaqaş, heç nə də yoxdu, sən öl boş-boşuna yazma, bir azdan olucey, olsa xəbər eliyərəm sənə» məzmunlu səsli mesaj göndərmişdir. Həmin tarixdə saat 13:14-də «Nadir 077» adlı kontakt Təqsirləndirilən şəxs «Keri dünənki daddıydı allah camvı sağ eləsin», «Varındısa bu gün işdən sonra görüşey bidə götrüm sənnən»məzmunlu yazılı mesaj göndərmiş, saat 13:15-də Təqsirləndirilən şəxs «Nadir 077» adlı kontakta «qaqaş hələ yoxdu sən öl, bir azdan götürəcəm o yatıb, gözdüyrəm dursun, oyanan kimi zəng eliyecey mənə, gedib götürəcəm xəbər eliyərəm sənə» məzmunlu səsli mesaj göndərmişdir. 18 fevral 2023-cü il tarixdə saat 12:51-də «Nadir 077» adlı kontakt Təqsirləndirilən şəxs «Şəhərə gələndə xəbər elə», «Dünənki 1 dənəni götrücəm səndən» məzmunlu yazılı mesaj yazmışdır. 20 fevral 2023-cü il tarixd saat 18:43-də «Nadir 077» adlı kontakt Təqsirləndirilən şəxs «Şey varındı?» məzmunlu yazılı mesaj göndərmişdir. 20 fevral 2023-cü il tarixdə saat 18:43-də Təqsirləndirilən şəxs «Nadir 077» adlı kontakta «Birdene», «O da ozume», «Yox satılmır» məzmunlu yazılı mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 13:00-da «Nadir 077» adlı kontakt Təqsirləndirilən şəxs «Gəlib eloceysən şəhər tərəfə», «Varndə nəsə» məzmunlu yazılı mesajlar yazmış, saat 13:00-da Təqsirləndirilən şəxs də «Nadir 077» adlı kontakta «Var qaqash», «Məndə deyil Razinde usagdan goturmusdum» məzmunlu yazılı mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 13:01-də «Nadir 077» adlı kontakt Təqsirləndirilən şəxs «Mənçün 1 dğnə ayır qardaşmsan» məzmunlu yazılı mesaj, saat 13:02-də «Narmalnidi idiiiş?» məzmunlu yazılı mesaj göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 13:16-da Təqsirləndirilən şəxs «Nadir 077» adlı kontakta «lap siment də döyül qaqaş, belə də nar mal,uy durur da, yalannan sənə nə diyim, ama uydurur, pis döyül yəni narmal» məzmunlu səsli mesaj göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 13:23-də «Nadir.077» adlı kontakt Təqsirləndirilən şəxs «Ebiyo olsun», «Fıs deyildə əsas», «Verəndi», «Onda gözdürəmdə qardaşım 6dan sora», «Əgər mələdə tez olun eləsən», «Xəbər elə mehinin yanna qoy ordan şeyliyey» məzmunlu yazılı mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs «Nadir 077» adlı kontakta «Nadir Allaha and olsun iki baş şey var idi, maşında qapıya qoymuşdum bərəkətə and olsun, harda salmışam neynəmişəm maşını ələş vələş eliyib tapa bilmirəm, başım xərəb olub təmiz, birini səninçün saxlamışdım, birini də uşaq var Ümid ona verməliydim» məzmunlu səsli mesaj, saat 18:13-də «yoxe and olsun Allaha Nadir anamın canı cəhənnəm olsun hər şey, sən Öl iki dənə kağıza bükmüşdüm, ikisini də, qoymuşdum qapıya bilmirəm kilokun içinə qoymuşdum, dönər yemişdim, dönərin kilokuna», «oynan bir yerdə atmışam, neyləmişəm, təmiz başım xərəb oldu da, beyağdan saxlamışam maşını day ayağaltıları atmışam, sidekanın arası zad tapa bilmirəm anamın canına and olsun» məzmunlu səsli mesajlar göndərmişdir. 14 fevral 2023-cü il tarixdə saat 03:24-də İdris istifadəsində olan ***-***-**-** mobil nömrəsində «Whatsapp» tətbiq etməsindən «Elvin Mehle» adı ilə qeydiyyata alınan, «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə «neynirsən qaqaş, mənə bax, torpağ varindu, kola» məzmunlu səsli mesaj göndərmiş, saat 03:24-də «Elvin Mehle» adlı kontakt Təqsirləndirilən şəxs «nə qədə qaqaş» məzmunlu səsli mesaj və 6768-6771-7250- 4312 məzmunlu yazılı mesaj göndərmişdir. 14 fevral 2023-cü il tarixdə saat 13:27-də Təqsirləndirilən şəxs «Elvin Mehle» adlı kontakta «Pepsi cola var?», «Qiymət», «Hansı», «Pt?» məzmunlu yazılı mesajlar göndərmişdir. Həmin tarixdə saat 13:27-də «Elvin Mehle» adlı kontakt Təqsirləndirilən şəxs «Yahsi», «He duzwler», «Yari 35 man» məzmunlu yazılı mesajlar göndərmişdir. 20 fevral 2023-cü il tarixdə saat 13:43-də Təqsirləndirilən şəxs «Elvin Mehle» adlı kontakta «qaqaş gəlirəm də mən, yarı kola götürücəm, ola bilsün bi dənə də yarı patı götüdüm, o da indi xəbər gözdiyirəm, çıxıram yola, Ağ şəhərdəyəm gəlləm», «yaım saata ordeyam qaqaş gəlləm» məzmunlu səsli mesajlar, «Elvin», «Heresinden yari» məzmunlu yazılı mesajlar göndərmişdir. 21 fevral 2023-cü il tarixdə saat 01:55-də Təqsirləndirilən şəxs «Elvin Mehle» adlı kontakta «şükür Allaha qaqaş salamatçıhqdı, Elvin daş qalıb?» məzmunlu səsli mesaj göndərmiş, saat 01:55-də «Elvin Mehle» adlı kontakt Təqsirləndirilən şəxs «nə qədə, nə qədə isdiyirsən», «belə belə bir-iki dənə qalın onu da ki uşağa da söz vermişəm, indi bilmirəm də indi qalmışam o üçünün arasında» məzmunlu səs mesaj göndərmişdir. 21 fevral 2023-cü il tarixdə saat 01:56-da Təqsirləndirilən şəxs «Elvin Mehle» adlı kontakta «məynən taksidə işdiyən uşağ var, o isdiyir, yığdı məni ki marağlan gör var yoxsa yox, yarı isdiyir, var, hə, diyim ona görüm nə diyir?» məzmunlu əssli mesaj göndərmişdir. 21 fevral 2023-cü il tarixdə saat 01:59-da Təqsirləndirilən şəxs «Elvin Mehle» adlı kontakta «Elvin 30 a düzələr?» məzmunlu yazılı mesaj, «Elvin anam cam cəmi diyir otuz beş manat pulum var, atır mənə, məndə də cəmi iki manat pul var, yəni beş manat benzinə götürürəm özümçün, əmələ gələrsə gəlim» məzmunlu səsli mesaj göndərmiş, həmni tarixdə saat 02:00-da «Elvin Mehle» adlı kontakt Təqsirləndirilən şəxs cavab olaraq «Yoh ee», «Yahsi», «Gel», «Oteldeyem» məzmunlu yazılı mesajlar göndərmişdir. 26 fevral 2023- cü il tarixdə saat 01:52-də İ.Adullayev «Elvin Mehle» adlı kontakta «10 lug das düzələr?» məzmunlu yazılı mesaj göndərmiş, cavab olaraq sonuncu Təqsirləndirilən şəxs saat 01:53-də «Yahsi» məzmunlu yazılı mesaj göndərmişdir. 12 fevral 2023-cü il tarixdə saat 03:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Whatsapp» tətbiq etməsindən «+994 55 702 62 52» adı ilə qeydiyyata alınan, «***-***-**-**» mobil nömrəsinin istifadəçisi «Ata məndə kanal var prosta yoxdu indi səhər ohıcey didim bidenə sənədə yazim belke alindirdun qaqasuncun nəsə» məzmunlu yazılı mesaj göndərmişdir. 12 fevral 2023-cü il tarixdə saat 03:22-də Təqsirləndirilən şəxs «***-***-**-**» mobil nömrəsinin istifadəçisinə «Bu vaxt çətine», «Ot alınar alınsa» məzmunlu yazılı mesajlar göndərmişdir. 12 fevral 2023-cü il tarixdə saat 03:22-də «055- 702-62-52» mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs «Ağartı necə ?(« məzmunlu yazılı mesaj göndərmiş, sonucuya cavab olaraq Təqsirləndirilən şəxs «Yoxdu vallah», «Ancag seher» məzmunlu yazılı mesajlar göndərmişdir. 12 fevral 2023-cü il tarixdə saat 03:24-də «***-***- **-**» mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs «Ot hardadiki kera?» məzmunlu yazılı mesaj göndərmiş, həmin tarixdə sonuncuya cavab olaraq Təqsirləndirilən şəxs «Kendde» məzmunlu yazılı mesajını göndərmişdir. 12 fevral 2023-cü il tarixdə saat 13:28də Təqsirləndirilən şəxs «Nə qədər lazımdı ki» məzmunlu yazılı mesajına «***-***-**-**» mobil nömrəsinin istifadəçisi cavab oalraq «05 pt» məzmunlu yazılı mesaj göndərmişdir. 20 fevral 2023-cü il tarixdə saat 15:29-da «***-***-**-**» mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs «Kera daşi maraglanmag olar?» məzmunlu yazılı mesaj göndərmiş, cacvab olaraa sonuncuya Təqsirləndirilən şəxs saat 15:59-da «Yoxduye vallah» məzmunlu yazılı mesaj göndərmişdir. Həmin tarixdə saat 15:59-da «***-***-**-**» mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs «Məndəkində vare», «Yari qalib bidene», «15 duzeltmisəm mən», «Belke 15 qoyasan goturey?», «Birinci eldi», «Dobru verir» məzmunlu yazılı mesajlar yazmışdır. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində narkotik vasitəni «+ 98 939 489 4717» mobil nömrəsinin istifadəçisi «Mehdi» adlı şəxsdən aldığını bildirmişdir. «Whatsapp» tətbiq etməsinə və kontaktlar bölməsinə keçirilmiş baxış zamanı yuxarıda qeyd olunan nömrənin «ali zarparast22» adı ilə qeydiyyata alındığı müəyyən edilmiş, Təqsirləndirilən şəxslə həmin abonent arasında hər hansı bir səsli və ya yazılı mesajların olması aşkar olunmamışdır. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Daha sonra mobil telefonun qalereya olan bölməsinə tərəfimdən baxış keçirilən zaman istintaq üçün əhəmiyyətli 09 ədəd bükümdə narotik vasitə «heroin»-ə bənzər maddənin təsvir olunduğu 01 ədəd fotoşəkil, «Zaman» adlı kontaktla whatsapp proqramında narkotik vasitəylə bağlı aparılmış mesajlaşmanın 01 ədəd screen edilmiş surətinin olduğu, «Amil» adlı kontaktla whatsapp proqramında narkotik vasitə istifadəsiylə bağlı aparılmış mesajlaşmanın 03 ədəd screen edilmiş surətinin olduğu, 01 ədəd falqanın üzərində qara rəngli ərimiş maddənin təsvir oldunduğu 01 ədəd fotoşəklin olduğu, 01 ədəd falqanın üzərində qara rəngli maddənin əriməsinin təsvir olunduğu 05 saniyədən ibarət 01 ədəd videogörüntünün olduğu, 01 ədəd falqanın alışqanla yandırılmasının təsvir olunduğu 03 saniyədən ibarət 01 ədəd video görüntünün olduğu, narkotik vasitənin və ya psixotrop maddənin atıldığı ünvanın göstərilməsu ilə bağlı 10 saniyədən ibarət 01 ədəd videogörüntünün olduğu, narkotik vasitənin və ya psixotrop maddənin atıldığı ünvanın ağ rəngli oxla təsvir edildiyi 01 ədəd fotoşəklin olduğu, «ali zarparast22» adlı kontaktla whatsapp proqramında 150 manat pul vəsaitinin göndərilməsi ilə bağlı aparılmış mesajlaşmanın 01 ədəd screen edilmiş surətinin olduğu, içərisində narkotik vasitə və ya psixotrop madənin olduğu ehtimal edilən 01 ədəd göy rəngli siqaret qutusunun olduğu, narkotik vasitə və ya pisxotrop maddənin atıldığı ünvanın yaşıl rəngli xətlə təsvir olundğu 01 ədəd fotoşəklin olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan «X8 6 Pro» markalı mobil telefonun «Gmail» proqramına baxış keçirilsə də, həmin proqramdakı Elektron ünvan 1 hesabında istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan «X8 6 Pro» markalı mobil telefonun «Qeydlər» proqramına baxış keçirilsə də, həmin proqramda istintaq üçün əhəmiyyətli hər hansı qeyd və ya qeydlər müəyyən edilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs məxsus olan «X8 6 Pro» markalı mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sonuncunun «Whatsapp» proqramı vasitəsi ilə apardığı danışıqlarda özünü ona Əli və Mehdi adları ilə təqdim edən və telefonunda «ali zarparast22» qeydə aldığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşını telefonunda ***-***-**-** mobil nömrəsinin istifadəçisi «Leyla» adlı şəxs kimi qeydə aldığı şəxsiyyəti istintaqa tam məlum olmayan şəxsin vasitəsi ilə tanımış, daha sonra sözügedən şəxslər arasında narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı mesajlaşmalar aparılmışdır. Belə ki, Leyla adlı şəxsin dedikləri əsasında «Əli» adlı şəxs külli miqdarda satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə satdığını əsas göstərərək Təqsirləndirilən şəxslə Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin və pisxotrop maddələrin satışı barədə razılaşmışdır. Leyla adlı şəxs bu razılaşmada «Əli» adlı İran İslam Respublikasının vətəndaşından narkotik və psixotrop maddələri almaqda maliyyə dəstəyi verməyi öz üzərinə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs, Leyla adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxs və «Əli» adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncu qanunsuz olaraq satış məqsədi ilə ölkə ərazisində narkotik vasitə və psixotrop madədlərin çatdırılmalı, İdris və Leyla isə həmin narkotik vasitə və ya psixotrop maddənin satışını həyata keçirmişdir ki, sonuncu dəfə «Əli» adlı şəxs Leyla adlı şəxsin maliyyə dəstəyi əsasında Təqsirləndirilən şəxs satması üçün ümumilikdə 10 bükümdə narkotik vasitə heroin vermişdir. Təqsirləndirilən şəxslə «Əli» adlı şəxs arasındakı narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqı prosesi sosial media və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə həyata keçirildiyindən Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatına keçirilmiş baxış zamanı «Whatsapp» proqramı vasitəsi ilə aparılmış danışıqlardan və Təqsirləndirilən şəxs ifadəsindən göründüyü kimi sonuncu ödənişi ödəmə terminalı vasitəsilə Əlinin göndərdiyi mobil nömrəyə «m 10» proqramı vasitsilə etmiş və 10 bükümdə narkotik vasitəm ünvan 6 ünvanında yerləşən «Təbrik» şadlıq sarayının arxasındakı boş ərazidən götürmüşdür. İşin 139-147-ci vərəqlərindəki yaddaş kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 3 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus «X8 6 Pro» markalı mobil telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əldə edilməsi ilə bağlı keçirilmiş 29 mart 2023-cü il tarixli 5/354 nömrəli məhkəmə-texniki ekspertizası rəyinə əlavə edilmiş, içərisində Təqsirləndirilən şəxs məxsus «X8 6 Pro» markalı mobil telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əks olunduğu 01 ədəd yaddaş kartına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, «Native Messages» adlı qovluğa daxil olduqda həmin qovluqda 28 ədəd mesajlaşmaların olunduğu «text document» formatlı mətn sənədlərinin olduğu müəyyən edilmişdir. Həmin sənədlərdən «chat-114.txt» adlı sənədə daxil olduqda, xx.xx.2023-cü il tarixdə saatl2:36:27-də Təqsirləndirilən şəxslə «***- ***-**-**» mobil nömrəsinin istifadəçisi arasında «Fuad gəlim bəlkə sənə deyib gedim bu nisyə vermir vallah» mövzulu yazılı mesajlaşmanın aparıldığı müəyyən edilmişdir, «chat- 164.txt» adlı sənədə daxil olduqda, xx.xx.2023-cü il tarixdə saat 5:14:55-də Təqsirləndirilən şəxslə sonuncunun mobil telefonunda «Koki» adıyla qeydə alınmış «***- ***-**-**» mobil nömrəsinin istifadəçisi arasında bank kartının nömrəsi ola biləcək «4098 5844 6562 1074» mövzulu yazılı mesajlaşmanın aparıldığı müəyyən edilmişdir. «attachments 151» adlı qovluqdakı «PTT-20230213-WA001 l.opus» adlı sənəddə 00:11 saniyədən ibarət audio səs yazısı vardır. Həmin audio səs yazısında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsə «Bu günə yüz faizdir brat, milyon faiz çatdırsın ki, mənim də o, müştərimdir. Deyim ki yəni, göndərəcək də 100 faiz göndərəcək, mən də ondan gözləyirəm» məzmunlu səs yazısı göndərdiyi müəyyən edilmişdir. «attachments218» adlı fayla baxış keçirən zaman içərisində «jpg» formatlı sənədlərin olduğu müəyyən edilmişdir. Həmin fayldakı «İMG-2023O224-WA0000.jpg» adlı şəklə baxış kçirən zaman müəyyən edilmişdir ki, həmin şəkil «whatsapp» proqramındakı mesajlaşmanm screen edilmiş surətidir. Həmin mesajlaşmada istintaqa məlum olmayan şəxsin «whatsapp» proqramında «Amil» adı ilə qeydə alınmış şəxslə mesajlaşdıgı görünür. Həmin mesajlarda görünməyən tarixdə saat 01:56-da «Amil» adlı şəxsin «Ozde mendeknin ne das var hamsi zey imis» məzmunlu yazılı mesaj yazdığı, istintaqa məlum olmayan şəxsin saat 01:56-da «Amil»-ə «Sabah gorsak men sene tozunan alib eridib getrecem basmizi acariq» və «uzağda qani qara otrub» məzmunlu yazılı mesaj yazdığı müəyyən edilmişdir. «attachments218» adlı faylda «İMG-20230224-WA0001.jpg» adlı fotoşəklə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin sənəddəki fotoşəkil «İMG-20230224-WA0000.jpg» adlı sənəddə əks olunmuş mesajlaşma kimi «Amil» adı ilə telefonda qeydiyyata alınmış şəxs ilə istintaqa məlum olmayan şəxs arasındakı mesajlaşmadır. Həmin mesajlaşmada qeyd olunmayan tarixdə saat 01:47-də istintaqa məlum olmayan şəxsin «Amil» adlı şəxsə 01 ədəd fotoşəkil göndərdiyi və «Bir falqa atdix iki dene balaca zibil cixdi bilmirem nedi» məzmunlu yazılı mesaj yazdığı, saat 01:53-də «Amil» adlı şəxsin qarşısındakı şəxsə «Allahaqi 3 tusdu nedi vura bilmedim duz kimi seylerdi erimir hec falqada», «Yetim falqada desik agzim burnum yandi blat» və «Coxduye brat qarsgi» məzmunlu yazılı mesajlar yazmışdır. «attachments218» adlı fayldakı «İMG-20230224-WA0002.jpg» adlı sənədə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin sənəddəki fotoşəkil «İMG-20230224- WA0000.jpg» adlı sənəddə əks olunmuş mesajlaşma kimi «Amil» adı ilə telefonda qeydiyyata alınmış şəxs ilə istintaqa məlum olmayan şəxs arasındakı mesajlaşmadır. Screen edilmiş fotoşəkildən görünür ki, fotoşəkildə görünməyən tarixdə istintaqa məlum olmayan şəxs saat 01:58-də «Amil» adlı şəxsə «Bir flqa getrecem imimiz cekwrik yaxsi?» məzmunlu yazılı mesaj, saat 01:58-də «Amil» adlı şəxs qarşı tərəfə «Yaxsi brat seher xeberleserik» və «Bele qozvad alma» məzmunlu yazılı mesajlar, saat 01:58-də istintaqa məlum olmayan şəxs «Amil» adlı şəxsə «İsdemirem xecaletdi qalim meni taniyirsan menen almisan sen» məzmunlu yazıh mesaj, saat 01:58-də «Amil» adlı şəxs qarşısındakı şəxsə «Etaga sen oldgun ucun xecalet falan yoxdu» məzmunlu yazılı mesaj göndərmişdir. «attachments218» adlı fayldakı «İMG-20230301- WA0061.jpg» adlı sənədə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin sənəddə istintaqa məlum olmayan və ekranda görünməyən şəxsin əlində 01 ədəd, hesab nömrəsi «4098 5844 7165 4861» olan kartın arxa tərəfini tutduğu görünür. «attachments218» adlı fayldakı «attachments251» adlı sənədə baxış keçirən zaman içərisindəki «İMG-20230222-WA0034.jpg» adlı «jpg» formatlı sənəddə 01 ədəd qəbz fotoşəkli olduğu müəyyən edilmişdir. Həmin fotoşəkildə xx.xx.2023-cü il tarixdə saat 20:21-də 25,00 manat məbləğində pul vəsaitinin 416973******0460 nömrəli bank kartı hesabından 409858******1074 hesab nömrəli «leobank» bank kartına köçürüldüyü müəyyən edilmişdir. Qeyd olunanlardan başqa «WhatsApp_**********66@s.whatsapp.net» adlı qovluqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı fayl və ya fotoşəkil müəyyən edilməmişdir. 168 ədəd «text document» formatlı mətn sənədlərinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin sənədlərdə «WhatsApp» proqramında Təqsirləndirilən şəxs digər şəxslərlə aprdığı mesajlaşmalar qeyd olunmuşdur. Baxış zamanı sözügedən mesajların 26 aprel 2023-cü il tarixli, «mobil telefona baxış keçirilməsi haqqında» protokolu tərtib olunan zaman Təqsirləndirilən şəxs mobil telefonundakı «WhatsApp» proqramında baxış keçirilmiş mesajlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. «Archives» adlı qovluqda «PTT-20230201-WA0009.opus» adlı audio səs yazısında Təqsirləndirilən şəxs «Leyla» adlı şəxsə «Leyla, Ələkbər deyir ki, varımdır, amma indi deyir heç cürə şeyliyə bilmirəm, atasının əfv olunması zad yazıblar, ancaq axşama deyir» məzmunlu 00:12 saniyədən ibarət audio səs yazısı göndərdiyi müəyyən edilmişdir. Hansı ki, «Leyla» adlı şəxsin mobil telefona baxış keçirilən zaman «whatsapp» proqramında yazılmış mesajlardan Təqsirləndirilən şəxslə narkotik vasitə alıb-satdığı bilinir. «PTT-20230201-WA0023.opus» adlı audio səs yazısına keçirilmiş baxış şəxsiyyəti istintaqa məlum olmayan şəxsin Təqsirləndirilən şəxs «qaqaş səni gözdüyürəme mən uje çatmışam oğlanın yanma, sən mənə deyən kimi Sabunçuun keçidində biz görüşey də bir yerdə, mən götürürəm burdan fitdiyirəm ora, sən də Meştağadan fitdə ora, görüşey, papıdm onu ötürüm sənə çıx get də, bir dənə də siqeret ujduğ bi dənə şeyün olseydı, biz də sənin şotuva şellənərdiy» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230201 - WA0028.opus» adlı audio səs yazısına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs başqa bir şəxsə «qaqaş lili yox, şey olmalıdır, aliseylə preqabalin var, ikisi var, amma lirika yoxdu, preqabalin də əvəzedicisidi də, üç yüzdiy onnan var» məzmunlu səsli mesaj yolladığı müəyyən edilmişdir. «PTT- 20230201- WA0029.opus» audio səs yazısına keçirilmiş baxış zamanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsin «neçiyə mənim qardaşım neçiyədi?» məzmunlu səsli mesaj göndərdiyi məlum olmuşdur. «PTT-20230201-WA0042.opus» adlı sənəddəki audio ss yazısına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs başqa bir şəxsə «sənə lamıçka alım dəyişim, iyirmi beş manat da elə bil ümumi, altmışdan çıxıram, otuz beş manat çatım Meştağaya ordan vuracam sizün karta» məzmunlu səsli mesaj yollamışdır. «PTT-20230202-WA001 l.opus» adlı sənədə baxış keçirilən zaman müəyyən edilmişdir ki, «Leyla» adlı şəxs Təqsirləndirilən şəxs «Mən də heç nə də, yeni durmuşam, elə duran kimi telefonumu açdım sənə yazdım, temaynan məşğulam, karoçi özün bildün, yeni başlamısan da, on beş manat da yenə min bərəkət, axşama kimi turla, turlar at İnşallah qazanarsan, mən sənə hələ üç manat borjduyam, yaxşı» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230202-WA0013.opus» adlı sənədə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, «Leyla» adlı şəxs Təqsirləndirilən şəxs «birini verdim sənə, ikisini özüm çəkdim, birin də Nailəyə göndərdim, bu qədər, bir neçə vaxt olmayacaq da yanı, ama başqa bir svyaz var, o da ki ancağ puluynan» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230202-WA0017.opus» adlı audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «alisey götürmək olar bir üç-dörd dənə beş dənə, demişdünee dənəynən də verir, ya belə, necə diyirsən, bir də sən didüyvü tapşırmışam ona, nə vax gəliceysən görüşey bizim tərəfə» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230202-WA0022.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «sən qardaşım tez at ki puli, mən indi uşaaqlarçun gedəcəm götürmeyə, səninçün də götürüm, yaxşı, iki dəfeyə gedib-gəlmiyim, özün bilirsən ki artıq rasxoddu da, benzini zadı hər bi şey, yaxşı brat davay» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230202-WA0024.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qaqaş sən marağlan dəqiq disən, mən özümüzkün də saat doqquzdan sonraya saxlıyım ki, iki dəfəyə gedib-gəlmiyim» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230202-WA0027.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «yaxşı qaqaş yaxşı, gör nə diyirəm sənə bir də, o ot diyirdünaa, bildün də, ondan imkan olsa bir dənə prob götürmək olar yəni? İsdiyən olsa, isdiyən varee baxsın, xoşuna gələn olsa dalneşi gedicey də, bi dənə probluq imkan varsa qardaşuva verərdün, xouma gəlsə şey olsa prablem deyül» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230203-WA0007_l.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «bu qara isa burdaneydı da, ona görə özü didi ki, hə ver iyirmiyə, mən də verdim, yəni biləsən» məzmunlu səsli mesaj göndərmişdir. «PTT- 20230203-WA0014.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qaqaş həll olaree, bu diyir heç yerdə yoxdi, ona görə vermir, yetmişdən aşağı vermir qramını, yarım da otuz beşə, isdiyirsən, diyim şeklini atsın bax, yəni bıdı da, istəsələr diərsən, istəməsələr də yox, diyir heç yerdə yoxdi, o tema bağlanıb, genə qaldırıblar» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230203-WA0019.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qardaşım, təmiz vericey də, narahat olma iki dənə yarı, altmış manatdi, atsınnar karta gedim götürüm ötürüm sənə onu. Bir də ki qalotkanın bi dənəsi də, qramı nə qədə olur? Mənə dinən, altı-yeddi qram isdiyən var, bi dənə mənə dinən neçiyədi» məzmunlu səsli mesaj göndərmişdir. «PTT- 20230203- WA0022.opus» audio səs yazışma baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qardaşım, balalarımın canı cavab gözdüyürəm, buralardayam diyanmışam, bi dənə diyən kimi gedib götürücəm, üreyün isdiyirsə, adamun varsa götürə bilirsənsə hardansa lap mənimçün də götür, ikimiz bir yerdə götürey lap gedey bir yerdə qoyaq, mən də gözdüyürəm cavab» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230204- WA0012.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qardaşım başına dönüm, dünən mən danışanda dedim də yəni o tayda mahmız qutarıb, Allahın köməkliyi ilə bu gün İnşallah yolumuz gedəcək, malımız çatsın kuryerçim götürsün mən sənə xəbər edəcəm, yəni uşaqlara deyibsən ki incidin belə filan, ikimizin canına and olsun əlimizdə mal yoxdur, indi mən səni pula vurdurum səni gözlədim o Allah rizası olmazdı, əlimdə mal olsun pula vurdurum başa düşdün də nə deyirəm» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230204-WA0025.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs 00:55 saniyədən ibarət səsli mesaj yollamış, səsli mesajın əvvəlində pulu qaytara bilmədiyini Təqsirləndirilən şəxs bildirdikdən sonra səsli mesajın 00:49-cu saniyəsində «bi dənə daşım yoxdu ki, başım açılsın nəsə iş görüm, başım dumanlanıb tutulub qalmışam» deyir. «PTT-20230204-WA0034.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs başqa bir şəxsə «hə atam atır, beş dəyqeyə də otuzu atır, İnşalla mah götürürəm sənə bi dənə sürprizim var, sənə bi dənə klient vericəm, muştuluğee bilisən nə cekpot « məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205- WAOOOO.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qardaş mal satma, canının qadasın alım, lazım olsa bağlıyım səni» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205- WA0005.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qardaş canının qadasm alım səbirri ol, qabağıma da problem çıxdı yaxşı, adamım çöldədi ünvan atırdı, bayaq sənə zəng vuranda götüseydin indi hamısı yerbeyer olmuşdu, götümüşdün getmişdin evə. Bir-iki ünvan qalıb onu da atır gələ evə sənin ünvanını atacaq götürəcəksən, başına dönərəm üzünü say qadan alaram» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205- WA0008.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «ayqa canının qadasın alım, sabahları İnşallah dörd-beşdə dene atacam gedib götürəcəysən, cavab vermiyip» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205-WA0017.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «bi də ki qardaş qadan alaram indi dünənki iki daşdı səkkiz torpaqdı adamın əlindədi, canının qadasm alaram, onu atacam götürərsən, yaxşı, onu istifadə eliyin, satm yaxşı, gecə onnan bağlı nə lazım olsa genə ataceyam sənə, yaxşı, başına dönərəm» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205- WA0020.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «canının qadasm alım qardaş, sən öl ba dünənki temadı satmışam, iki daşım qalır, torpağım çoxdu, bunu götür ərit yaxşı, İnşallah daşı əlimə düşsün atım da, onnan vana, gecə gözdüyə bilərsən bi vaxt atım onnan vana atım götür daşı, həm də beş-altı dövrə istəsən buları atım fılfora get Allahın köməkliyi ilə götü qayıt evə» məzmunlu səsli mesaj göndərmişdir. «PTT- 20230205-WA0023.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «onda gözdə də canım, gözdə saat gecə on bir zad dövrəsi, on-on bir dövrəsi atım daşıyı götür, yaxşı» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205-WA0025.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «onu götü ərit, İnşalla əlin mayalansa İnşalla yaxşı olucey zor olucağ Allahın köməkliyi ilə narahat olma» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205- WA0040.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «çox göz qabağında olma saxla bir kafedə zadda çay zad iç, atıram da kardasa indi atıram» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205-WA0043.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əli adlı şəxsə «yox Əli, maşın sürürəm, həyee bir dənə xəlvət yerə keçib tam baxıb sənə diyicəm» məzmunlu səsli mesaj göndərmişdir. «PTT- 20230205- WA0044.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «arxayın ol, özdəri iki daşdı səkkiz torpaq, narahat olma açıb özün də baxarsan, Allah xeyrin versin, Allah işini avand eləsin» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205-WA0045.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «mənnən düz iş görsən xeyrini aparacaqsan narahat olma, mənən heç kimə zərər gəlməz, əlimnən gələn köməkliyi eliyəcəyəm, sən də mənnən gücdü iş gör, narahat olma, gücdü maldan kurs edəcəm satacaqsan, İnşalla heç taksiyə də getmiyəcəysən, yaxşı pul var narahat olma anca düz işdəməynən» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205-WA0046.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əli adlı şəxsə «inan Allaha atmışam qoymuşam cibimə, paketin içindədi, paketi heç açmamışam, bi dənə işimi bitirib açıb baxacam, məndə yalan yoxdu qardaşım, prosta mən belə gözəyarı baxdım, içini eşməmişəm, bax gör sən didün, yam olsa diyərdim ki açmışam. Yox açmamışam, siqeret kutusunun içində ağ salfanın içindeydi, siqeretin kiloku oluree, siqeretin öz kiloku, onun içindeydi» məzmunlu səsli mesaj göndərmişdir. «PTT- 20230205-WA0047.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «billəme qardaş, sən yad adam olseydin yəni ürəkdən deyirem mən sənə İnşalla içindədi açıb baxarsan iki dənə daşdı, iki dənə kola, canının qadam alarm, özüvə yaxşı bax» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205- WA0048.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «qardaşım camvın qadasın alım, hər nədi sat, başına dönərəm İnşalla əvəzin çıxacam, əvvəlimiz işdi kimseden əvəzin çıxacam, öz əlindədi də Bakıdasan, o qədə kola isdiyən var ki orda eliyə bilərsən satasan» məzmunlu səsli mesaj göndərmişdir. «PTT-20230205-WA0049.opus» audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Təqsirləndirilən şəxs «onu da soruşdum qardaş ünvan işdi baş düşüb ba sən öl özüm ölüm, on kola var imiş, səkkiz kola iki daş onnan onu işdibağ atıb, başuva dönüm üzürrü say, özün eliyə bilərsəne öz əlində onu orda yerbəyer elə də özün» məzmunlu səsli mesaj göndərmişdir. Daha sonra «Configuration» adlı fayla baxış keçirilən zaman içərisində 69 ədəd sənəd olduğu müəyyən edilmişdir. Baxış keçirmək üçün həmin sənədlərə daxil olunsa da, ekranda qeyd olunan sənədləri açmaq mümkün olmamışdır. «Database» qovluğuna baxış keçirən zaman içərisində 892 ədəd sənəd olduğu müəyyən edilmişdir. Baxış keçirmək üçün həmin sənədlərə daxil olunsa da, ekranda qeyd olunan sənədləri açmaq mümkün olmamışdır. «Document» adlı qovluğa baxış keçirən zaman içərisində 21ədəd əsasən «pdf» formatlı sənədləin olduğu müəyyən edilmişdir. Həmin sənədlərdən «0_receipt_63c9998848fbla78455d7502_az.pdf’, «2_**********8********.pdf», «2_**********6********.pdf», «**********274_receipt_63e2b35064 aa0467347c7931_az.pdf», «**********570_receipt_63e2b35064aa0467347c7931_az.pdf’, «DOC-202302 08- WA0008..pdF, «receipt_63c9998848fbla78455d7502_az.pdf», «receipt_63c9998848fbla78 455d750 2_az_l.pdf» və «receipt_63e2b35064aa0467347c7931_az.pdf»-də Qədirova Məlahətin «LeoBank»-a məxsus 409858****1074 nömrəli bank kartından Azərbaycan Beynəlxalq Bankına uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 23:27-də 5 manat, xx.xx.2023-cü il tarixdə saat 15:09da 13 manat, 20.02,2023-cü il tarixdə saat 23:07-də 12 manat, xx.xx.2023-cü il tarixdə saat 00:23-də 10 manat göndərdiyi görülməkdədir, «receipt.pdf’ adlı sənədə axış zamanı Pirizadə Ziyadın LeoBank»-a məxsus 409858****9385 nömrəli bank kartından "xxxx" ASCyə məxsus 416973****7691 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə saat 11:57-də 70 manat göndərdiyi müəyyən edilmişdir. «Document» adlı qovluqda yuxarıda qeyd olunanlardan başqa digər sənədlərə də baxış keçirmək üçün həmin sənədlərə daxil olunsa, sonuncular ekranda açılmamışdır. Bundan sonra «İmage» adlı qovluğa baxış keçirən zaman içərisində 14.057 ədəd sənəd olduğu müəyyən edilmişdir. Həmin qovluqdakı sənədlərə baxış keçirən zaman «jpg» formatlı fotoşəkillər olduqları müəyyən edilmişdir. Baxış zamanı 14.057 ədəd fotoşəkilin bir çoxu məişət xarakterli olduğu müəyyən edilsə də, bir sıra fotoşəkillərin iş üçün əhəmiyyət daşıdığı müəyyən edilmişdir. Belə ki, «.thumbdata5-**********_embedded_2.jpg» adlı sənəddə narkotik vasitənin atıldığı yer, «.thumbdata5-**********_embedded_3.jpg» adlı sənəddə istifadə üçün nəzərdə tutulmuş 01 ədəd falqa, «.thumbdata5-**********_embedded_4.jpg» adlı sənəddə üzü görünməyən şəxsin əlində 01 ədəd falqa, «**********791.jpg» adlı sənəddə içərisinə narkotik vasitə və ya psixotorop maddə doldurulmuş, üzərində «PALL MALL» yazılmış 01 ədəd siqaret qutusu, « **********868.jpg» adlı sənəddə narkotik vasitə və ya pisxotrop maddənin olduğu yerin yaşıl rəngli xətlə göstərildiyi, « **********009.jpg» adlı sənəddə 4098 5844 6085 5982 nömrəli, «LeoBank»-a məxsus bank kartı, «**********158.jpg» adlı sənəddə içərisinə narkotik vasitə və ya psixotorop maddə doldurulmuş, üzərində «DUNHİLL» yazılmış 01 ədəd siqaret qutusu, « **********383.jpg» adlı sənəddə narkotik vasitə və ya pisxotrop maddənin olduğu yerin ağ rəngli oxla göstərildiyi, «**********290.jpg» adlı sənəddə üzü görünməyən şəxsin əlində 01 ədəd falqa, «**********994.jpg» adlı sənəddə «whatsapp» proqramında «Zaman» adlı şəxslə narkotik vasitə və ya pisxotrop maddələrlə bağlı aparılmış mesajlaşmalarm screen edilmiş surəti, «**********137.jpg» adlı sənəddə «whatsapp» proqramında «Amil» adlı şəxslə narkotik vasitə və ya pisxotrop maddələrlə bağlı aparılmış mesajlaşmalarm screen edilmiş surəti, «**********326.jpg» adlı sənəddə «whatsapp» proqramında «Amil» adlı şəxslə narkotik vasitə və ya pisxotrop maddələrlə bağlı aparılmış mesajlaşmalarm screen edilmiş surəti, «**********492.jpg» adlı sənəddə «whatsapp» proqramında «Amil» adlı şəxslə narkotik vasitə və ya pisxotrop maddələrlə bağlı aparılmış mesajlaşmalarm screen edilmiş surəti, «**********596.jpg» adlı sənəddə içərisində yandırılmış və əridilmiş qara rəngli maddə olan 01 ədəd falqanın fotoşəkli, «**********918.jpg» adlı sənəddə 01 ədəd falqanın foto şəkli, «**********223.jpg» adlı sənəddə narkotik vasitə və ya psixotrop maddənin atıldığı ünvanın gecə çəkilmiş 01 ədəd fotoşəkli, «**********473.jpg» adlı sənəddə 09 ədəd bükümdə «heroin»-ə bənzər narkotik vasitənin olduğu 01 ədəd fotoşəkil, «02cdl9f08b0b4470be6900dc046ca89b.jpg» adlı sənəddə üzərində «progabalin 300pgn 120 azn 1 üst 60 azn yarım list» yazıları olan 01 ədəd fotoşəkil təsvir edilmişdir. Qeyd olunanlardan başqa «İmages» adlı qovluqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı fotoşəkilə rast gəlinməmişdir. Bundan sonra «Text» adlı qovluğa baxış keçirən zaman içərisində 3.442 ədəd sənəd olduğu müəyyən edilmiş, baxış zamanı qeyd olunan sənədlərin iş üçün heç bir əhəmiyyə kəsb etmədiyiyi aşkar olunmuşdur. Bundan sonra «Video» adlı qovluğa baxış keçirən zaman içərisində 326 ədəd sənəd olduğu müəyyən edilmişdir. Həmin sənədlərə keçirilmiş baxış zamanı içərisində əsasən məişət xarakterli videogörüntülərin olduğu müəyyən edilsə də, həmin sənədlərdən «VİD-20230204-WA0017.mp4» adlı sənəddə 04 saniyədən ibarət videogörüntüdə Təqsirləndirilən şəxs avtomobili ilə getdiyi yolu görüntüyə aldığı, lakin video görüntü qeydə alınan zaman heç bir şey danışmadığı müəyyən edilmişdir. Bundan başqa «VİD-20230205-WA0003.mp4» adlı sənədə baxış keçirən zaman 02 saniyədən ibarət videogörüntüdə bir nəfər şəxsin gecə saatlarında avtomobilin salonundan səssiz şəkildə önündəki yolu görüntüyə aldığı müəyyən edilmişdir. «VİD-20230206- WA0007.mp4» adlı sənədə baxış keçirən zaman 04 saniyədən ibarət videogörüntüdə bir nəfər şəxsin işıqlı bir otaqda əlində 01 ədəd şəffaf polietilen torbada narkotik vasitə «heroin»-ə bənzər maddəni səssiz şəkildə sağa və sola doğru fırlatdığı müəyyən edilmişdir. «VİD-20230210-WA0059.mp4» adlı sənədə baxış keçirən zaman 05 saniyədən ibarət videogörüntüdə Təqsirləndirilən şəxs avtomobili ilə önünü səssiz şəkildə görüntüyə aldığı, lakin video görüntü qeydə alınan zaman heç bir şey danışmadığı müəyyən edilmişdir. « VİD-20230213-WA0030.mp4» adlı sənədə baxış keçirən zaman 31 saniyədən ibarət videogörüntüdə üzü videoda görünməyən qadın cinsli şəxsin əlində siqaretə doldurulmuş narkotik vasitəni yandıraraq narkotik vasitəni görüntüyə aldığı, videogörüntünün fonunda da musiqi olduğu müəyyən edilmişdir. «VİD-20230222- WA0029.mp4» adlı sənədə baxış keçirən zaman 12 saniyədən ibarət videogörüntüdə naməlum şəxsin ödəmə terminalı vasitəsilə «operatorlarıdan «m l0»-a daxil olaraq «***-***- **-**» mobil nömrəsini yığdığı görünməkdədir. «VİD-20230223- WA0037.mp4» adlı sənədə baxış keçirən zaman 11 saniyədən ibarət videogörüntünün Təqsirləndirilən şəxs tərəfindən gecə saatlarında qeydə alındığı, videgörüntünün gedişində videogörüntüdə dəqiq görünməyən ünvanda Təqsirləndirilən şəxs pilləkənlərin yanını görüntüləyərək «Əli» adlı şəxsə mobil telefonunun pis çəkdiyini, həmin yerdə olduğunu, lakin sadəcə olaraq hara atdığını bilmədiyini söylədiyi müəyyən edilmişdir. Baxış zamanı «VİD-20230223- WA0038.mp4» adlı sənəddəki videogörüntünün «VİD-20230223-WA0037.mp4» adlı sənəddəki videogörüntü ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. «VİD-20230224- WA0017.mp4» adlı sənədə baxış keçirən zaman 04 saniyədən ibarət videogörüntüdə bir nəfər şəxsin səssiz şəkildə əlindəki falqanı alışqanla yandırdığı müəyyən edilmişdir. Baxış zamanı «VİD-20230224-WA0017.mp4» adlı sənəddəki videogörüntünün «VİD-20230224- WA0018.mp4» adlı sənəddəki videogörüntü ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. «VİD-20230224-WA0023.mp4» adlı sənədə baxış keçirən zaman 04 saniyədən ibarət videogörüntünün Təqsirləndirilən şəxs tərəfindən qeydə alındığı, əlində 01 ədəd falqa olduğu, falqada qara rəngli maddənin əriməsini qeydə aldığı, Təqsirləndirilən şəxs videogörüntüdə «bax əriyir, bax» deyə söylədiyi müəyyən edilmişdir. Baxış zamanı «VİD- 20230224-WA0023.mp4» adlı sənəddəki videogörüntünün «VİD-20230224-WA0024.mp4» adlı sənəddəki videogörüntü ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. «VİD-20230224- WA0099.mp4» adlı sənədə baxış keçirən zaman 22 saniyədən ibarət videogörüntünün «Leyla» adlı şəxs tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Videogörüntü zamanı «Leyla» adlı şəxs əlində siqaret dənəsinə doldurulmuş narkotik vasitəni görüntüyə alaraq videogörüntünün əvvəlində Təqsirləndirilən şəxs «İdris, bax, yarım elə bil ki bi dənə baş doldurdu yanımda sən öl, özüm çəkmədim ki birinci dedim o çəksin də, çünki mən başa düşmiycəm kafasmı məndə başqadı. Bax bu qaldı o bi dənədən» deyir. Daha sonra videogörüntünün 17-ci saniyəsində stolun üzərində olan kibrit qutusunun içərisindəki yaşıl rəngli maddəni işarə edib görüntünü kibrit qutusuna doğru yaxınlaşdıraraq Təqsirləndirilən şəxs «bi də necə vermisənsə elədi» söyləyir. «VİD-20230224- WA0101.mp4» adlı sənədə baxış keçirən zaman 14 saniyədən ibarət videogörüntünün «Leyla» adlı şəxs tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Videogörüntü zamanı «Leyla» adlı şəxs üzərində «XStyle Duel» yazısı olan 01 ədəd siqaret qutusunu görüntüləyib kameranı qutunun içərisinə doğru yaxınlaşdırıb içindəki narkotik vasitəyə oxşar maddələri görüntüyə alaraq Təqsirləndirilən şəxs «ba qoydum içinə, hətta o yarımçığı da hansını ki çəkmədi çırpdı getdi, dedi a bu nədi deyir bu qədə yol gəlmişəm diyir buna görə, qırx doqquza qoyacam götürərsən» deyir. Daha sonra «thumbnails» adlı fayla baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin faylın içərisində 13.836 ədəd «jpg» formatlı fotoşəkil vardır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin fotoşəkillərin bir çoxu məişət xarakterlidir. Bununla yanaşı, «.thumbdata5—**********_ embedded_28_thumb.jpg» adlı sənəd açılan zaman ekranda 02 ədəd siqaret qutusu, müxtəlif sayda alışqan və dərman olduğu ehtimal edilən maddələrin olduğu fotoşəkil açılmışdır. «.thumbdata5-- **********_embedded_33_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə narkotik vasitə və ya psixotrop maddənin atıldığı yerin təsvir edildiyi, w.thumbdata5- **********_embedded_34_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə içərisinə narkotik vasitə və ya psixotrop maddənin doldurulduğu 01 ədəd siqaret qutusunun təsvir edildiyi, «.thumbdata5-- **********_embedded_63_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə narkotik vasitə və ya psixotrop maddənin atıldığı yerin ağ rəngli oxla təsvir edildiyi, «.thumbdata5--**********_embedded_64_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd siqaret qutusunun təsvir edildiyi, «.thumbdata5-**********_embedded_68_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə üzərində qara rəngli maddə olan 01 ədəd falqanın təsvir edildiyi, «.thumbdata5-**********_embedded_96_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə üzərində qara rəngli maddə olan 01 ədəd falqanın təsvir edildiyi, «.thumbdata5--**********_embedded_97_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd ağ rəngli bükümün təsvir edildiyi, «.thumbdata5-- **********_embedded_105_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd elektron tərəzinin üzərində fotoşəkildə aydın görünməyən maddənin çəkilməsinin təsvir edildiyi, «.thumbdata5-- **********_embedded_133_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd falqanın təsvir edildiyi, «,thumbdata5-- **********_embedded_134_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə şəxsin əlindəki siqaret qutusunda 04 ədəd siqaret dənəsinin təsvir edildiyi, «.thumbdata5--**********_embedded _183_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə bir nəfər şəxsin əlində içərisinə narkotik vasitə doldurulmuş 01 ədəd siqaret dənəsinin təsvir edildiyi, «.thumbdata5--**********_embedded_187_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə «kola 25 palt 25» yazılarının və xeyli miqdarda pul vəsaitinin təsvir edildiyi, «.thumbdata5— **********_embedded_194_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 06 ədəd küt halında toplanmış şəkildə, ekranda aydın şəkildə görülməyən maddənin təsvir edildiyi, «.thumbdata5--**********_embedded_195_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə ekranda aydın şəkildə görülməyən maddənin təsvir edildiyi, «.thumbdata5--**********_embedded_216_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə üzərində narkotik vasitə «heroin»-ə bənzər maddənin çəkildiyi 01 ədəd elektron tərəzinin təsvir edildiyi, «.thumbdata5--**********_ embedded_226_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd şəffaf bükülüdə narkotik vasitə «heroin»-ə bənzər maddənin təsvir edildiyi, «.thumbdata5- **********_embedded_222_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə xeyli miqdarda pul vəsaitinin təsvir edildiyi, «.thumbdata5--**********_ embedded_220_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə stolun üzərində pul vəsaitlərinin təsvir edildiyi, «.thumbdata5--**********_embedded_264_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə içərisinə narkotik vasitə və ya psixotrop maddənin doldurulduğu 01 ədəd siqaret qutusunun təsvir edildiyi, thumbdata5- **********_embedded_265_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə narkotik vasitə və ya psixotrop maddənin atıldığı yerin təsvir edildiyi, «.thumbdata5--**********_embedded_270_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd elektron tərəzinin üzərində qəhvəyi rəngli, narkotik vasitə «heroin»-ə bənzər maddənin çəkisinin çəkilməsinin təsvir edildiyi, «,thumbdata5—- ********** _embedded_271_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd elektron tərəzidə 03 qram çəkidə qəhvəyi rəngli, narkotik vasitə «heroin»-ə bənzər maddənin çəkisinin çəkilməsinin təsvir edildiyi, «.thumbdata5-- **********_embedded_272_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd elektron tərəzinin üzərində 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə «heroin»-ə bənzər maddənin çəkisinin çəkilməsinin təsvir edildiyi, «.thumbdata5-- **********_embedded_300_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə «heroin»-ə bənzər maddənin təsvir edildiyi, «,thumbdata5-**********_ embedded_301_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə bir nəfər şəxsin 01 ədəd bükümdə narkotik vasitəyə oxşar maddəni ovucunda tutmasının təsvir edildiyi, «.thumbdataS-- **********_embedded_302_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə çubuq şəklində iki ədəd falqanın yandırılmasının təsvir edildiyi, «.thumbdata5- İ967290299_embedded_305_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 09 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə «heroin»-ə bənzər maddənin təsvir edildiyi, «.thumbdata5-**********_embedded_368_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə üzərində «Winston» yazılmış 01 ədəd siqaret qutusunun təsvir edildiyi, «.thumbdata5- **********_embedded_377_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə bir nəfər şəxsin əlində 01 manatlıqlar şəklində qeyri-məbləğdə pul vəsaiti tutmasının təsvir edildiyi, «.thum bdata5-l967290299_embedded_ 408_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə «EXİ 1 ədəd 50 AZN» yazlarının və 03 ədəd mavi, o cümlədən 07 ədəd çəhrayı rəngli tabletlərin təsvir edildiyi, «.thumbdata5-**********_embedded_2_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə narkotik vasitə və ya pisxotrop maddənin atıldığı ünvanın təsvir edildiyi, «.thumbdata5-**********_embedded_3_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə bir nəfər şəxsin əlində 01 ədəd falqa olduğunun təsvir edildiyi, «.thumbdata5-**********_embedded_4_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə bir nəfər şəxsin əlində 01 ədəd falqa olduğunun təsvir edildiyi, «.thumbdata5-**********_embedded_18_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə 01 ədəd elektron tərəzinin təsvir olunduğu, «0acd54eaeb0ccf4a39661 f4071 c2dc879e26ab02c950d90ff6bf72f4 1636c947_thumb.jpg» adlı sənəddəki fotoşəkilə baxış keçirilən zaman həmin fotoşəkildə narkotik vasitə və ya pisxotrop maddənin atıldığı yerin ağ rəngli oxla işarə edildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan başqa həmin faylın içində iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı hal və ya hallar müəyyən edilməmişdir. İşin 151-ci vərəqindəki CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglər, həmin nömrələrin sahiblərinin anket məlumatları olan 26 may 2023-cü il tarixli, BKC-LGL- 6361/23 nömrəli "xxxx" MMC-dən daxil olmuş məktub və həmin məktuba əlavə edilmiş üzərində «6361/2023» rəqəmləri yazılmış 01 ədəd «CD» diskə Yasamal RPİ-nin 309 saylı xidməti otağında «HP» markalı kompüterdə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir ki, bir ədəd «CD» fomatlı diskin üzərində qələmlə «6361/2023» rəqəmləri yazılmış yazı mövcuddur. Həmin disk Yasamal RPİ-nin İŞ-nin 309 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd «SMS_ Tarixcesi_ **********3846 _552361366» adlı, «SMS_Tarixcesi__ **********3849— 552361366» adlı fayl, «Zenglerin_ Detallasmasi_ **********2633___552361366» adlı fayl «Zenglerin_Mexsusluq_Tarixceleri_ **********2636___552361366JBKC» 01 ədəd 01 ədəd və 01 ədəd adlı fayl aşkar olundu. «SMS_Tarixcesi_ **********3846__552361366» adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan yazılı mesajlar qeyd olunmuşdur. Baxış zamanı həmin mesajlarda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «SMS_Tarixcesi_ **********3849__552361366» adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək göndərilən yazılı mesajlar qeyd olunmuşdur. Baxış zamanı həmin mesajlarda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «Zenglerin_Detallasmasi_ **********2633___552361366» adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin zəng etmiş müxtəlif operatorlara məxsus abonentlərlə aparılmış danışıqların müddətləri göstərilmişdir. Həmçinin qeyd olunan faylda olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2023-ci il tarixdə saat 20:47:09-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Yasamal rayonu istiqamətində öz mövcudluğunu dəyişərək sonuncu dəfə 1 mart 2023-cü il tarixdə, saat 22:22:55-də Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində mövcud olmuşdur. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «Zenglerin_Mexsusluq_Tarixceleri_ 202305 22112636___552361366JBKC» adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərin məxsus olduğu mobil nömrələrinin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin özünün adına qeydiyyatda olması görünür. Həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs mobil telefon aparatına keçirilmiş baxış zamanı «Whatsapp» proqramında Təqsirləndirilən şəxslə narkotik vasitələrin və ya psixotrop maddələrin istfadəsi və ya dövriyyəsi ilə bağlı şübhəli mesajlaşmaların aparıldığı, «Leyla» adı ilə qeydiyyata alınmış kontaktın istifadəsində olan «***-***-**-**» mobil nömrəsinin Nailə Rəfıxanova (AA1774175) adlı şəxsə məxsus olduğu, «Elvin» adı ilə qeydiyyata alınmış kontaktın istifadəsində olan «***-***-**-**» mobil nömrəsinin X4 (AA 1546447) adlı şəxsə məxsus olduğu, adı kontaktlarda qeydiyyata alınmayan «***-***-**-**» mobil nömrəsinin Nurlan Musayev (AA3146454) adlı şəxsə məxsus olduğu müəyyən edilmişdir. İşin 92-ci vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 mart 2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD-R diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 1 mart 2023-cü il tarixdə saat 23:00-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 28-ci PBnin təhqiqatçısı, polis mayoru Kamil Rahmanovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Kamil Rahmanovun qarşısında daha sonra sol tərəfində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun müdafiəçisi X1r. Xidməti otaqda olan masanın sağ tərəfində - əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və 01 ədəd qara rəngli qolsuz gödəkçə olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1dur. Videogörüntünün başlanğıcında təhqiqatçı X7 Abdullayevdən nə səbəbə polis bölməsinə gətirildiyini soruşduqda, Təqsirləndirilən şəxs 1 mart 2023-cü il tarixdə saat 21 radələrində iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq Rəhimə adlı şəxsin ondan şikayətçi olduğunu bildirdiyini, polis bölməsinə dəvət olunduqdan sonra söhbət əsnasında polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu etiraf etdiyini söyləmişdir. Videoçəkilişin davamında təhqiqatçı Kamil Rahmanov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibinə salaraq içərisində 7 ədəd sellofan bükümdə narkotik vasitə heroinlər olan qara rəngli siqaret qutusunu çıxarıb qarşısındakı masanın üzərinə qoyur, ardınca sol əlini əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibinə salaraq oradan 01 ədəd «X8 6 Pro» markalı mobil telefon aparatını çıxarıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükümlərdə qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən olunur. O, həmin maddənin «kakos» kimi tanınan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl tanımadığı, sosial mediada özünü ona «Mehdi» adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşı vasitəsilə «MilliÖn» ödəmə terminalı vasitəsilə 150 manat ödəməklə «Əhmədli» qəsəbəsində tanımadığı şəxsdən götürərək əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində daşıyaraq 1 mart 2023cü il tarixdə saat 21 radələrində polis əməkdaşları tərəfindən ünvan 7 ünvanının qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. İşin 36-40-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 2 mart 2023-cü il tarixli, 6/1248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 167» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs: imza, üç imza, Təhqiqatçı: K.Rahmanov-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 07 (yeddi) ədəd bükümlərdəki təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram, 0,355 qram, ümumi təmiz çəkisi 2,241 olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 131-132-ci vərəqlərindəki kompüter-texniki ekspertizasının 29 mart 2023-cü il tarixli, 5/354 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «X8 6 Pro» markalı «M1806E7TG» modelli «**********82777, **********57775» «imei» kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan «X8 6 Pro» markalı «M1806E7TG» modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, «SMS» mesajlar, audio, foto, video fayllar, «WhatsApp», «Telegram» proqram təminatları, «İnstagram» sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. İşin 153-154-cü vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 3 mart 2023-cü il tarixli 1232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 156-157-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 3 mart 2023-cü il tarixli 1203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, «üzvi şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən «üzvi şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idrə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 103-cü vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 180-211-ci vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ötürülmüş 07 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkisi 2,241 (tədqiqatdan sonra qalıq 2,101) qram narkotik vasitə heroin, üzərində «***-***-**-**» mobil nömrəsi olan bir ədəd «X8 6 Pro» markalı mobil telefon aparatı, həmin telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əldə edilməsi ilə bağlı keçirilmiş 29 mart 2023-cü il tarixli 5/354 nömrəli məhkəmə-texniki ekspertizası rəyi əsasında tərtib olunmuş, içərisində Təqsirləndirilən şəxs məxsus «X8 6 Pro» markalı mobil telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əks olunduğu bir ədəd yaddaş kartı, 1 mart 2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD-R disk, "xxxx" MMC-dən daxil olmuş 26 may 2023-cü il tarixli, BKC/LGL- 6361/23 nömrəli məktuba əlavə edilmiş bir ədəd «CD» disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, narkotik vasitə heroin, «X8 6 Pro» markalı mobil telefon aparatı saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, yaddaş kartı və disklər isə cinayət işinə əlavə edilmişdir. İşin 18-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Dövlət ittihamçısı çıxışı zamanı təsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə tövsif edilmiş «internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə» bəndinin onun ittihamından çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4cü maddələri ilə verilmiş ittihama görə o, 2023-cü ilin yanvar ayında internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Leyla» adlı şəxs və sonuncunun vasitəsilə tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istifadəsində olan «X8 6 Pro» markalı «M1806E7TG» modelli «**********82777, **********57775» «imei» kodlu mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə ilə «Whatsapp» sosial şəbəkəsindən istifadə edib cinayətkar qrupun üzvü «Əli» adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olmuş «+98 939 489 4717» mobil nömrəsi ilə telefon əlaqəsi yaradaraq, sonuncunun informasiya-telekommunikasiya şəbəkəsi hesab edilən «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 23 fevral 2023-ci il tarixdə saat 18:50 radələrində ünvan 6 ünvanında yerləşən «Təbrik» şadlıq sarayının arxasındakı boş ərazidə yerləşdirdiyi 07 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkisi 2,241 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsinin dispozisiyasını CM-nin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi təşkil edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan görünür ki, o, cinayətin törədilməsi zamanı informasiya-telekommunikasiya şəbəkəsi olan onun istifadəsindəki mobil telefonun «Whatsapp» ani mesajlaşma proqramından yuxarıda qeyd edilmiş miqdarda narkotik vasitələrin qoyulduğu yerin məkan paylaşımını əldə etmək üçün istifadə etmişdir. Hazırki iş üzrə informasiya-telekommunikasiya şəbəkəsi olan «Whatsapp» ani mesajlaşma proqramı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olduğu şəxslər arasında fərdi rabitə əlaqəsi kimi istifadə edilmişdir. Qeyd edilən fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da, ibtidai istintaq orqanı tərəfindən həmin fakta düzgün hüquqi qiymət verilməmiş, bununla da təqsirləndirilən şəxsə əsassız olaraq CM-nin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə tövsif edilmiş «internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə» bəndi onun ittihamından çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Onun bu hissədə ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar (işin 151-ci vərəqindəki CD diskə baxış keçirilməsi haqqında protokol, işin 139-147-ci vərəqlərindəki yaddaş kartına baxış keçirilməsi haqqında protokol, işin 139-147-ci vərəqlərindəki yaddaş kartına baxış keçirilməsi haqqında protokol) və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 1 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ötürülmüş 7 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkisi 2,241 (tədqiqatdan sonra qalıq 2,101) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində «***-***-**-**» mobil nömrəsi olan 01 ədəd «X8 6 Pro» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı, həmin telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əldə edilməsi ilə bağlı keçirilmiş 29 mart 2023-cü il tarixli 5/354 nömrəli məhkəmə-texniki ekspertizası rəyi əsasında tərtib olunmuş, içərisində Təqsirləndirilən şəxs məxsus «X8 6 Pro» markalı mobil telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əks olunduğu 01 ədəd yaddaş kartı, 1 mart 2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD-R disk, "xxxx" MMC-dən daxil olmuş 26 may 2023-cü il tarixli, BKC/LGL-6361/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 172 (yüz yetmiş iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 7 ədəd şəffaf sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,317 qram, 0,323 qram, 0,218 qram, 0,363 qram, 0,382 qram, 0,283 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkisi 2,241 (tədqiqatdan sonra qalıq 2,101) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Üzərində «***-***-**-**» mobil nömrəsi olan 01 ədəd «X8 6 Pro» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. Həmin telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əldə edilməsi ilə bağlı keçirilmiş 29 mart 2023-cü il tarixli 5/354 nömrəli məhkəmə-texniki ekspertizası rəyi əsasında tərtib olunmuş, içərisində Təqsirləndirilən şəxs məxsus «X8 6 Pro» markalı mobil telefon aparatının yaddaşında mövcud olan, o cümlədən yaddaşından pozulmuş məlumatların əks olunduğu 01 ədəd yaddaş kartı, 1 mart 2023-cü il tarixdə Yasamal RPİnin 28-ci PB-nin əməkdaşları tərəfindən Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD-R disk, "xxxx" MMC-dən daxil olmuş 26 may 2023-cü il tarixli, BKC/LGL-6361/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 172 (yüz yetmiş iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar