Məhkəmə qərarları › İş №1(101)-493/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-493/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-493/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X12 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X10 və X11, dövlət ittihamçısları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər, “De Fendo” Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ali təhsilli, işləməyən, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və 09 sentyabr 2023cü il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Salyan rayonu ərazisində gizlətməklə saxladıqları 14 kiloqram 515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 22,317 qram çəkidə heroin və 39,010 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərilərində qanunsuz daşımaqla əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 13,250 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs3 Nəcəfli oğlu bir ədəd bükümdə 9,067 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 39,010 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində, digər hissəsini isə “Toyota Prius” markalı **-TT-*** nömrə nişanlı avtomobildə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin gün saat 01:40-da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesinin 3-cü kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib 23 yanvar 2024-cü il tarixdə saat 04:00-dan etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 13,250 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 9,067 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 39,010 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 razılıqları və iştirakları ilə “Toyota Prius” markalı **-TT-*** nömrə nişanlı avtomobildə 23 yanvar 2024-cü il tarixdə saat 05:30-dan etibarən keçirilmiş baxış zamanı arxa oturacağın üzərindən 14 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1030 qram, 1040 qram, 1025 qram, 1050 qram, 1010 qram, 1060 qram, 1045 qram, 1070 qram, 1035 qram, 1040 qram, 1040 qram, 1025 qram, 1020 qram, 1025 qram olmaqla, ümumi təmiz çəkisi 14515 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Salyan rayonu ərazisində gizlətməklə saxladıqları 14 kiloqram 515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 22,317 qram çəkidə heroin və 39,010 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərilərində qanunsuz daşımaqla əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 13,250 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs3 Nəcəfli oğlu bir ədəd bükümdə 9,067 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 39,010 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində, digər hissəsini isə “Toyota Prius” markalı **-TT-*** nömrə nişanlı avtomobildə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin gün saat 01:40-da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesinin 3-cü kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib 23 yanvar 2024-cü il tarixdə saat 04:00-dan etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 13,250 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 9,067 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 39,010 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 razılıqları və iştirakları ilə “Toyota Prius” markalı **-TT-*** nömrə nişanlı avtomobildə 23 yanvar 2024-cü il tarixdə saat 05:30-dan etibarən keçirilmiş baxış zamanı arxa oturacağın üzərindən 14 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1030 qram, 1040 qram, 1025 qram, 1050 qram, 1010 qram, 1060 qram, 1045 qram, 1070 qram, 1035 qram, 1040 qram, 1040 qram, 1025 qram, 1020 qram, 1025 qram olmaqla, ümumi təmiz çəkisi 14515 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.1, 181.3.2 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə CM-in 181.3.2-ci maddəsi hökmdən xaric edilərək 16 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Salyan rayonu ərazisində gizlətməklə saxladıqları 14 kiloqram 515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 22,317 qram çəkidə heroin və 39,010 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərilərində qanunsuz daşımaqla əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 13,250 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs3 Nəcəfli oğlu bir ədəd bükümdə 9,067 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 39,010 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində, digər hissəsini isə “Toyota Prius” markalı **-TT-*** nömrə nişanlı avtomobildə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin gün saat 01:40-da Bakı şəhəri, Binəqədi rayonu. Sumqayıt şosesinin 3-cü kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib 23 yanvar 2024cü il tarixdə saat 04:00-dan etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 13,250 qram çəkidə narkotik vasitə heroin. Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 9,067 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 39,010 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 razılıqları və iştirakları ilə “Toyota Prius” markalı **-TT-*** nömrə nişanlı avtomobildə 23 yanvar 2024-cü il tarixdə saat 05:30-dan etibarən keçirilmiş baxış zamanı arxa oturacağın üzərindən 14 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1030 qram, 1040 qram, 1025 qram, 1050 qram, 1010 qram, 1060 qram, 1045 qram, 1070 qram, 1035 qram, 1040 qram, 1040 qram, 1025 qram, 1020 qram, 1025 qram olmaqla, ümumi təmiz çəkisi 14515 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi tanıyır, Təqsirləndirilən şəxs3 isə tanışıdır. Hava yağışlı olduğu üçün Rafiqdən Salyan rayonundan cehiz gətirmək bəhanəsilə onunla getməsini xahiş etmişdir. Salyan rayonunda Şahbaz adlı tanışından yol kənarında 100 qram “marixuana”nı 200 manata almışdır. Rafiq, Cəlal və o birlikdə olmuşlar. 22 yanvar 2024-cü il tarixində yol kənarında olan marketlərin birində olmuşlar. Marketdən çıxan zaman ona və yanında olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 mülki geyimdə olan 4 nəfər yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib şübhəli şəxs qismində onları idarəyə dəvət etmişlər. İdarədə üzərinə baxış keçirilən zaman üzərindən bir büküm heroin aşkar edilmişdir. Sonra avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən 14 kq marixuna aşkar edilmişdir. Ona psixi və fiziki təzyiq göstərilmişdir. Aşkar edilən psixotrop maddə olan metamfetamin ona aid deyildir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o tutulana qədər yenicə həbsdən azad olunmuşdur. CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etmişdir. Marketdə olarkən polis əməkdaşları ona yaxınlaşıb şübhəli şəxs qismində onu idarəyə aparmışlar. Onları ayrı-ayrı maşınlarda aparmışlar. Narkotik vasitəni Salyandan almışdır, Salyana Rafiq və Cəlalla birgə getmişdir. Cəlal “Azəriqaz” kartını doldurmaq üçün getmişdir. Polis idarəsində üzərinə baxış keçirilmişdir, sonradan maşının arxa yük yerinə baxış keçirilmişdir. Onun üzərində marixuana olmuşdur, psixotrop maddə metamfetamin olmamışdır. Ona fiziki təzyiq göstərilmişdir. Onları marketin qarşısında 2-3 maşın saxlamışdır. Saxlanıldıqdan 3-4 saat sonra üzərinə baxış keçirilmişdir. Cəlalla təsadüfən görüşmüşdür. Cəlalın üzərində narkotik vasitə olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt Vüqarın ailə üzvlərinin çağırışı əsasında taksi kimi onları Təqsirləndirilən şəxs1 cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə aparmış, bundan sonra Vüqarın ailəsi onun mobil telefon nömrəsini götürərək daim onun xidmətindən istifadə etmək istədiklərini bildirmişlər, o da mobil telefon nömrəsini Vüqarın ailəsinə vermişdir, bu yolla Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsindən çıxandan sonra Vüqarla da münasibəti yaranmışdır. 22 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək gəlməsini demiş, lakin həmin vaxt onun evində qonağı olduğundan çıxa bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra yenə 3-4 dəfə ona zəng vurduğundan, evdə olan qonağı gedib işləri ilə məşğul olmasını bildirmişdir. O da evdən çıxıb Təqsirləndirilən şəxs1 evinə getmiş, ikisi birlikdə evdən çıxıb onun maşını ilə gedərkən yolun kənarında Təqsirləndirilən şəxs3 görmüşlər. Cəlal Vüqarın tanışıdır, onun Cəlalla heç bir münasibəti olmamışdır. Vüqar ona maşını saxlamasını demiş, o, maşını saxlayandan sonra Vüqar Cəlaldan hara getdiyini soruşmuş, Cəlal da qaz kartına balans yükləməyə getdiyini demişdir. Vüqar da həmin vaxt ona Cəlalı da yolüstü düşürtməli olduqlarını demiş, Cəlal onun maşınına əyləşmişdir. X32 1-2 saatlıq işi olduğunu, birlikdə gedib qayıtmaqlarını təklif etmiş, Cəlal da Vüqarla razılaşmış, üçü birlikdə Salyan rayonuna getmişlər. Salyanda konkret hara getdiklərini o bilməmişdir, yolu ona Təqsirləndirilən şəxs1 göstərmişdir. Salyan rayonunda yolun bir tərəfi boşluq, əks tərəfi isə həyətlər olan bir yerə gəlmişlər. Orada kiçik bir kanal da axmışdır. Orada Təqsirləndirilən şəxs1 maşından düşüb getmiş, 5-10 dəqiqə sonra geri qayıtmışdır. Bundan sonra bir yerdə Bakı şəhərinə qayıtmışlar, Biləcəri qəsəbəsində “Rahat Market”in yanında maşını saxlayıb marketə daxil olmuşlar, oradan su və şirniyyat alıb çıxarkən polis əməkdaşları onları saxlamış, üstündə axtarış aparmışlar, onu maşının arxa oturacağında əyləşdirmişlər. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, üzərindən aşkar olunmuş metamfetamini polis əməkdaşları onun üstünə qoymuşlar. Belə ki, təhqiqatçı ona hədə-qorxu gələrək əgər videoçəkiliş zamanı üzərindən çıxan metamfetaminin özünə məxsus olmasını deməsə, gedib yaşadığı evdən 1 kiloqram narkotik vasitə və tərəzi çıxaracağını və işini elə rəsmiləşdirəcəyini bildirmişdir. Onun da evdə yaşlı, xəstə atası və anası var imiş, bu səbəbdən onların dedikləri ilə razılaşmışdır. Sonra təhqiqatçı onun taksi sürücüsü olduğunu, bu işlə əlaqəsi olmadığını bildiyini demişdir, “anbar” verməsini, verdiyi təqdirdə onu buraxacağını bildirmişdir, o da bu işlərlə heç bir əlaqəsi olmadığından hər hansı “anbar” barədə bilmədiyini demişdir. Orda polis əməkdaşları Vüqarın üstünə də “kakos” qoyub çıxartmışlar, Təqsirləndirilən şəxs3 üzərinə nə qoyulduğunu bilməmişdir. O, ancaq üçünün arasında ən çox onun üzərinə psixotrop maddə qoyulduğunu bilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, narkotik vasitənin götürülməsi ilə bağlı onun heç kimlə telefon danışığı və ya yazışması olmamışdır. 22 yanvar tarixində Təqsirləndirilən şəxs1 ona zəng vurub rayonda “servis” olduğunu, gedib həmin “servis”i götürməli olduğunu demişdir, onlar da oraya getmişdir, lakin Vüqarın nə götürməsindən məlumatı olmamışdır. Onun üzərinə 39 qram metafetamin qoyulmuşdur. Hər üçünün cibinə maddələr qoyulmuşdur, onlara videoçəkiliş zamanı maddələrin çıxarılacağı deyilmiş, öz istifadələri üçün əldə etdiklərini demələri tapşırılmışdır. O, narkotik vasitələrdən istifadə etməmişdir. Digər iki təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə edib-etmədiklərini bilməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. O, əslində heç Vüqarı Salyana aparmaq istəməmişdir, Vüqar ona getməli olduqlarını deyərkən Vüqara yol haqqının 200 manat olacağını demiş, çox yüksək məbləğdə olduğunu eşidib onunla getmək istəməyəcəyini düşünmüşdür. Lakin Vüqar ona gedib gəlməklərinə 150 manat verə biləcəyini dedikdən sonra, gündəlik maşınının icarə haqqının 25 manat təşkil etdiyini fikirləşib Vüqarı aparmağa razılaşmışdır. Salyana getdikdən sonra Təqsirləndirilən şəxs1 bir həyətin qarşısında maşından düşmüş və tezliklə qayıdacağını demişdir, o da maşından düşüb təbii ehtiyacını ödəmək üçün kənara keçmişdir. O, maşına qayıdarkən Vüqar artıq maşına qayıdıb oturmuşdur, bu səbəbdən Vüqarın nə götürüb gətirdiyini görməmişdir. Maşınının baqajı açılmamışdır. Maşını Bakı- Sumqayıt yolunun üzərindəki “Rahat” marketin qarşısında saxlayıb marketə daxil olmuşdur, təxminən 10 dəqiqə marketdə olduqdan sonra su və şirniyyat alıb marketdən çıxan anda 3 nəfər şəxs ona yaxınlaşıb saxlamış, qoluna arxadan qandal vurmuşlar, marketin qarşısında dayanmış qara rəngli, səhv etmirsə “Xazar” markalı maşının yanına aparmışlar, üstünü yoxlayıb maşınının açarını, mobil telefonunu götürüb həmin maşına əyləşdirmişlər. O, saxlanıldıqdan sonra avtomobilinin kim tərəfindən idarə olunduğunu bilməmişdir, avtomobilini sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində görmüşdür. Avtomobilini o, sürüb aparmamışdır. Onlar, təxminən saat 23-24 radələrində saxlanılmış, maşınına baxış isə saat 2-3 radələrində, yəni saxlanılmaqlarından təxminən 2-3 saat sonra keçirilmişdir. Cəlalın narkotik vasitədən xəbərinin olub-olmamasını bilməmişdir. Cəlal maşından düşüb getməmişdir, Vüqar düşüb getdikdən sonra Cəlal maşında qalmışdır. Vüqarın maşından düşüb getdiyi yerin bir tərəfi çöllük, qarşı tərəfi isə həyətlər imiş. Vüqar maşından düşüb gedəndən 5-6 dəqiqə sonra o, maşından düşüb bir qədər aralanmış, geri maşına qayıdarkən isə Vüqarın artıq qayıdıb maşında əyləşdiyini görmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur. 22 yanvar tarixində yaşadığı evdə qaz qurtardığından, mağazadakı aparat vasitəsilə qaz kartının balansını artırmaq üçün evdən çıxıb mağazaya getmiş, həmin mağazadakı ödəmə aparatı işləmədiyindən mağazadan çıxıb yolun qırağı ilə evə qayıdarkən Vüqarla Rafiq maşını yanında saxlamışlar. Bir-birlərindən hal-əhval tutandan sonra Vüqargilə onu Sumqayıt şəhərində bir yerdə qaz kartına balans vurması üçün düşürməklərini bildirmişdir. Yolda gedərkən Vüqar ona qızı üçün cehiz götürməyə getdiyini, bir saata, saat yarıma gedib gələcəklərini, onlarla getməsini demiş, lakin hara gedəcəklərini ona deməmişdir. Onlar Salyan rayonuna getmişlər, əvvəllər heç vaxt Salyan rayonunda olmamışdır, Coratdan heç vaxt kənara çıxmamışdır, Sumqayıt şəhərinə ildə bir dəfə getmişdir. Salyan rayonunda Rafiq maşını bir yerdə saxlamış, Vüqar maşından düşüb harasa getmiş, bir neçə dəqiqədən sonra əlində bir bağlama qayıtmışdır, Rafiq də maşına qayıtmış və bir yerdə Bakı şəhərinə yollanmışlar. Vüqarın əlində maşına gətirdiyi təxminən yarım metr enində qara rəngli bağlama var imiş. Bundan sonra Sumqayıta qayıtmışlar, Xırdalanda su və şirniyyat almaq üçün “Rahat” marketə daxil olmuşlar. Marketdən çıxarkən tanımadığı 3 nəfər şəxs onu heç ayağını yerə dəyməyə qoymadan götürüb bir maşına salmış, heç ondan kim olduğunu, orada nə etdiyini soruşmamışlar və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada polis əməkdaşları onlarla çox kobud danışmış, ünvanlarına söyüşlər işlətmiş, onlarda narkotik vasitə olduğunu demişlər. Onun boynuna 9 qram heroini qoymaq istəmişlər, o da götürmək istəməmişdir, lakin söyüş söydüklərinə, təhqir etdklərinə görə, gedib evindən narkotik vasitə çıxaracaqları barədə ona hədə-qorxu gəldiklərindən məcbur olub boynuna götürmüşdür. Videoçəkiliş zamanı da narkotik vasitənin ona məxsus olduğunu demişdir. Hamısının üzərinə bir yerdə baxış keçirmişlər, Vüqarın cibindən “kakos”, Rafiqin də cibindən metamfetamin çıxmışdır, 4-5 saatdan sonra da maşının arxa oturacağından qurudulmuş marixuana aşkar edilmişdir. Həmin mariuxana, təxminən yarım metr enində bağlamanın içərisində olmuşdur. Həmin bağlama Vüqarın Salyanda götürdüyü əşya deyilmiş, həmin əşyanı o, heç sonra da görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, Rafiqlə tanışlığı olmamışdır. Vüqarın nə işlə məşğul olmasını bilməmişdir. Vüqar cəzaçəkmə yerindən təzə çıxmışdır. O, arada bir “nəşə” və “kakos” narkotik vasitələrindən istifadə etmişdir. Təxminən 1 il olar ki, narkotik vasitələrdən istifadəni tərgitmişdir. Narkotik vasitələrdən asılılıqdan evdə müalicə almışdır. Müalicəni dərmanlar, müxtəlif ağrıkəsicilər qəbul etməklə almışdır. Dərmanları özü aptekdən almışdır. Vüqardan “kakos”, yəni heroin aşkar edilmişdir. Onların üçünü də ayrı-ayrı otaqlara salıb incitmişlər, boyunlarına almaları üçün məcbur etmişlər. Polis əməkdaşları onu vurmuşdur. Oradakı adını bilmədiyi, üzdən tanıya biləcəyi polis əməkdaşı ürəyindən bir dəfə yumruqla vurmuşdur. Onun üzərində narkotik vasitə olmamışdır, məcburən üzərinə qoymuşlar. Üzərinə narkotik vasitə qoyulandan, videoçəkilişdən sonra bu barədə müstəntiqə şikayət etmişdir. Müstəntiq ona artıq gec olduğunu demişdir. Polis əməkdaşları onun üzərinə saxladıqları yerdə baxış keçirməmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində maşına təxminən ora gətirilməklərindən 5 saat sonra baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Vüqar, Cəlal və Rafiq adlı şəxslərin narkotik vasitələrin daşınması və satışı ilə məşğul olduqlarına dair əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, üzvlərdən biri də o olmuşdur. Şəxslər əməliyyat tədbiri nəticəsində Sumqayıt şossesi, 3-cü kilometr ərazisində onlar tərəfindən saxlanılmışlar. Saxlanılan zaman həmin şəxslər “Prius” markalı maşında olmuşlar. Həm maşınlarına, həm də şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı həm üzərlərindən, həm də avtomobildən narkotik vasitə aşkar olunmuşdur. Avtomobildən bağlama aşkar olunmuş, həmin bağlamanın içərisində təxminən 14 kiloqram çəkidə marixuana olmuşdur. Aşkar olunan narkotik vasitələr sənədləşdirilmişdir. Vüqar həmin narkotik vasitələri Salyan ərazisindən təhvil aldıqlarını, iranlının göstərişi əsasında deyilən ünvanlara yerləşdirəcəklərini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Hətta onlar könüllü şəkildə narkotik vasitələri təqdim etmişlər. O, Vüqarın saxlanılmasında iştirak etmiş, Vüqar saxlanılan zaman narkotik vasitəni Salyan rayonu ərazisindən götürdüyünü demişdir. 14 kiloqram marixuana avtomobilin arxa oturacağından aşkar edilmiş, Vüqar narkotik vasitəni almaq üçün iranlı ilə özünün danışdığını, özünün götürdüyünü demiş, Cəlal və Rafiq ünvana nə üçün getdiklərindən məlumatlı olmuşlar. Vüqarın telefonunda satışla bağlı müəyyən yazışmalar olmuş, şəxslər narkotik vasitələri “zakladka” yolu ilə satmışlar. Şəxslərin üzərlərindən də narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərinə narkotik vasitə yerləşdirməmişlər. Bununla bağlı, təqsirləndirilən şəxslərin danışdıqları tamamilə səhvdir, cəfəngiyyatdır. Onların üzərində 200 qram narkotik vasitə ola-ola 14 kiloqram narkotik vasitə yerləşdirilməsi kimi bir hal baş verməmişdir. Məhkəmədə tərəflərin razılığı ilə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində şahid göstərmişdir ki, 22 yanvar 2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1973-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6an Təqsirləndirilən şəxs1, xx.xx.1974-cü ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1983-cü ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 22 yanvar 2024-cü il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesinin 3-cü kilometrliyinə yollanmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 23 yanvar 2024-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesinin 3-cü kilometrliyində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bənzər şəxslər **-TT-*** nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin yanında saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmaları müəyyən edilmişdir. Həmin şəxslər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilmiş və üzərilərində keçiriləcək istintaq hərəkətləri üçün birlikdə BNMİ-nin inzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillər dəvət olunaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmişlər və müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstlərinin yoxlanılacağı və üzərilərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 buna etiraz etmədiklərini bildirmişlər. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Vüqara, Rafiqə və daha sonra Cəlala üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra Vüqar əynində olan gödəkçənin sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 136 manat pul, içində siqaret dənələri olan siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan həmin gödəkçənin sol yan cibindən “Redmi” və “Huavei” markalı mobil telefonlar, əynində olan şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı, 130 manat pul, sürücülük və şəxsiyyət vəsiqələri, 02 ədəd bank kartı aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 manat pul, içində siqaret dənələri olan siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuş, aşkar edilmiş kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları və vəsiqələr götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Vüqar verilən suallara cavab olaraq aşkar olunmuş maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şəhruz” adlı şəxsin göstərişi ilə Salyan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, Rafiqin taksi sürücüsü, Cəlalın isə qohumu olduğunu, əlavə olaraq Rafiqin idarə etdiyi “Toyota Prius” markalı, **- TT-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olumuş metamfetaminə bənzər maddənin özünə məxsus olduğunu, həmin narkotikləri İran İslam Respublikası vətəndaşı “Murtuza” adlı şəxsin göstərişi ilə Suraxanı rayonu ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, Vüqarı Sumqayıt şəhərindən tanıdığını, Cəlalı isə əvvəldən tanımadığını, idarə etdiyi “Toyota Prius” markalı, **-TT-*** nömrəli avtomobildə baxış keçirilməsinə etirazı olmadığını, fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq aşkar olumuş heroinə bənzər maddənin özünə məxsus olduğunu, həmin narkotiki Sumqayıt şəhərində tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini, Vüqarla qohum olduğunu, Rafiqi isə əvvəldən tanımadığını, sərnişin qismində əyləşdiyi “Toyota Prius” markalı, **-TT-*** nömrəli avtomobildə baxış keçirilməsinə etirazı olmadığını, fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra avtomobilə baxış keçirilmişdir. Bu zaman Vüqar həmin avtomobilin arxa hissəsindəki 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbadan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, aşkar olunmuş predmetlər üzərində müvafiq qeydlər aparılmaqla həmin torbada qabaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir (cild 2, iş vərəqi 43-46). İfadəsi elan olunduqdan sonra Şahid1 elan olunmuş ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid4, Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2273D ünvanında qeydiyyatda olmaqla ünvan 6an Təqsirləndirilən şəxs1, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları bildirilir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifşa olunmaları və yaxalanmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2273D ünvanında qeydiyyatda olmaqla ünvan 6an Təqsirləndirilən şəxs1, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün 23 yanvar 2024-cü il tarixdə, saat 01:40 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3-cü kilometrliyinin yaxınlığında "Toyota Prius" markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişlər, həmin avtomobil isə duracağa yerləşdirilmişdir (cild 1, iş vərəqi 9). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və şəxsi axtarışa dair diskdə olan görüntülərdən görünür ki, həmin tarixdə müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şübhəli şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtaris kecirildi. Səxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd "Redmi" markalı mobil telefon, 136 (yüz otuz altı) AZN pul, içində siqaret dənələri olan sigaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olundu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 16 qram (on altı qram) oldu. X5 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən "Redmi" və "Huavei" markalı mobil telefonlar, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı, 130 (yüz otuz) AZN pul, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, **********209720, **********908261 nömrəli bank kartları aşkar olundu. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 43 qram (qırx üç qram) oldu. Sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) AZN pul, içində siqaret dənələri olan siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olundu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 16 (on altı) qram oldu. Sonra həmin kütlələr qablaşdırıldı, şübhəli şəxslər, müdafiəçilər imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları və vəsiqələr götürüldü, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarıldı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Salyan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə hər hansı əlbirliyinin olmadığını, Rafiqin taksi sürücüsü, Cəlalın isə qohumu olduğunu, əlavə olaraq Rafiqin idarə etdiyi, "Toyota Prius" markalı, **-TT-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, Rafiq və Cəlalın orada narkotik maddə saxlanılmasından məlumatlarının olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olumuş metamfetaminin özünə məxsus olduğunu, həmin narkotikləri İran İslam Respublikası vətəndaşı "Murtuza” adlı şəxsin vasitəsi ilə Suraxanı rayonu ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, Vüqarı Sumqayıt şəhərindən tanıdığını, ancaq narkotiklərin dövriyyəsi ilə bağlı hər hansı əlbirliyinin olmadığını, Cəlalı isə əvvəldən tanımadığını, idarə etdiyi "Toyota Prius" markalı, **-TT-*** nömrəli avtomobildə baxış keçirilməsinə etirazı olmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin narkotikləri Sumqayıt şəhərində tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini, Vüqarla qohum olduğunu, ancaq narkotiklərin dövriyyəsi ilə bağlı hər hansı əlbirliyinin olmadığını, Rafiqi isə əvvəldən tanımadığını, sərnişin qismində əyləşdiyi "Toyota Prius" markalı, **-TT-*** nömrəli avtomobildə baxış keçirilməsinə etirazı olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 76-81). - avtomobilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan və baxışa dair diskdə olan görüntülərdən görünür ki, həmin tarixdə müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə “Toyota Prius” markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa hissəsindəki 1 (bir) ədəd sellofan torbanı təqdim etdi. Həmin torbadan yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 15 kq 410 qram (on beş kq dörd yüz on gram) oldu. Daha sonra aşkar olunmuş predmet üzərində müvafiq qeydlər aparılmaqla həmin torbada qabaşdırıldı, möhürləndi və götürüldü. Daha sonra avtomobilə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb dən əşya, predmet və maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Salyan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində 1000 (min) manat pul alacağını, onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə hər hansı əlbirliyinin olmadığını, Rafiqin taksi sürücüsü, Cəlalın isə qohumu olduğunu, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin avtomobildə Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması barədə məlumatlarının olmadığını bildirmişlər (cild 1, iş vərəqi 88-92). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/454 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 üzərindən..." sözləri olan kağız paketdəki üzərində "Təqsirləndirilən şəxs1 qeydi olan kağız yapışdırılmış bir ədəd bükümdə təmiz çəkisi 13,250 qram olan qəhvəyi rəngli maddə və üzərində "Təqsirləndirilən şəxs3" qeydi olan kağız yapışdırılmış bir ədəd bükümdə təmiz çəkisi 9,067 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üzərində "Təqsirləndirilən şəxs2 qeydi olan kağız yapışdırılmış bir ədəd bükümdə təmiz çəkisi 39,010 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (cild 1, iş vərəqi 107-113). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 imza, Təqsirləndirilən şəxs2 imza, Təqsirləndirilən şəxs3 imza ....” yazı və imzalar olan bir ədəd qara rəngli polietilen bağlamada 14 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamadada hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 1030,0 qr, 1040,0 qr, 1025,0 qr, 1050,0 qr, 1010,0 qr, 1060,0 qr, 1045,0 qr, 1070,0 qr, 1035,0 qr, 1040,0 qr, 1040,0 qr, 1025,0 qr, 1020,0 qr, 1025,0 qram olmaqla, ümumi çəkisi 14515,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir (cild 1, iş vərəqi 117-121). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 157-158). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 170-171). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 182-183). - mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 246). - mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Redmi” markalı və 01 ədəd “Huawei” mobil telefona baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 247). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 22,217 qram qalmış narkotik vasitə heroin, 14514,30 qram qalmış qurudulmuş marixuana və 38,910 qram qalmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 248-249). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi ilə bağlı əməliyyat tapşırığına cavab olaraq bildiririlir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən və avtomobildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib saxlamaqla daşımaları aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, İran İslam Respublikasının vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir (cild 2, iş vərəqi 3). - Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan, ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 7, mənzil 1 ünvanında qeydiyyatdadır. Ailə üzvləri – X18 (həyat yoldaşı – 1975-ci il təvəllüdlü), X34 oğlu (oğlu – 1996-cı il təvəllüdlü), X35 oğlu (oğlu – 2001-ci il təvəllüdlü), X14 (anası – 1954-cü il təvəllüdlü), X15 (qardaşı – 1978-ci il təvəllüdlü). Qeydiyyatda olduğu vaxtdan 19 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 60-63). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müraciəti əsasında Respublika Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış 149-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir (cild 2, iş vərəqi 64-65). - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan, ona əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 1, mənzil 7 ünvanında qeydiyyatda yoxdur, orada yaşamır. Sözügedən ünvanda yaşadığı müddətdə ailə tərkibi özündən, həyat yoldaşı X6, qızı X7 (xx.xx.2013-cü il təvəllüdlü), oğlu X29 oğlundan (xx.xx.2021-ci il təvəllüdlü) ibarət olmuşdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-252/2017-ci il tarixli icra vərəqəsinə əsasən, qeydiyyatdan çıxarılan Təqsirləndirilən şəxs1 həmin ünvanda yaşadığı müddət ərzində barəsində 16 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Hal-hazırda ünvan 11 ünvanında qeydiyyatdadır (cild 2, iş vərəqi 67-70). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası”nda olmamışlar (cild 2, iş vərəqi 71-73). - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli məktubundan, ona əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 12 ünvanında qeydiyyatdadır. Ailə tərkibi özündən, həyat yoldaşı X2, qızı X8 (xx.xx.2010-cu il təvəllüdlü), qızı X4 (xx.xx.2012-ci il təvəllüdlü) ibarətdir. Qəsəbədə qeydiyyatda olduğu və yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs3 barəsində Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 75-78). - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqi 81). - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hərhansı məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqi 84). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “MTE və PA Birliyi” PHŞ-in 523 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş məhkumun tibbi kitabçasında xx.xx.2024-cü il tarixə uyğun xəsarət barədə heç bir qeydiyyat aparılmamış və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir, cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 120-122). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1098 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 123-124). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1100 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 125-126). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1101 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 127-128). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış, avtomobilə baxış aparılmasının videogörüntülərinin əks edildiyi iki ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır (cild 2, iş vərəqi 129-146). - cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 147-148). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 150-151). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 171-172). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 200-201). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 saxlanılarkən polis əməkdaşlarının ona qarşı fiziki təzyiq edərək onu döymələri, onun üzərində psixotrop maddə metamfetamin olmaması, Salyan rayonundan cəmi 100 qram narkotik vasitə marixuana əldə etməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin narkotik barədə məlumatlarının olmaması, döyülməsi nəticəsində narkotikləri boynuna götürməsi, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmaması, Təqsirləndirilən şəxs1 əldə etdiyi marixunana barədə hər hansı məlumatının olmaması, polis əməkdaşlarının ona hədə-qorxu gəlməsi nəticəsində narkotiki boynuna götürməsi, Təqsirləndirilən şəxs3 saxlanılarkən onun üzərində hər hansı narkotikin olmaması, Təqsirləndirilən şəxs1 əldə etdiyi marixunana barədə hər hansı məlumatının olmaması, polis əməkdaşlarının onu döyməsi və ona hədə-qorxu gəlməsi nəticəsində narkotiki boynuna götürməsi barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özlərinin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, polis bölməsində tutularkən hər üç təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilərək müdafiəçilər dəvət edilmiş, müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onların üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə müvafiq təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmiş, X5 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetamin kütləsini təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin kütləsini təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Salyan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə hər hansı əlbirliyinin olmadığını, Rafiqin idarə etdiyi, "Toyota Prius" markalı, **-TT-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddəni təqdim də biləcəyini, Rafiq və Cəlalın orada narkotik maddə saxlanılmasından məlumatlarının olmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olumuş metamfetaminin özünə məxsus olduğunu, həmin narkotiki İran İslam Respublikası vətəndaşı "Murtuza” adlı şəxsin vasitəsi ilə Suraxanı rayonu ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, idarə etdiyi "Toyota Prius" markalı, **-TT-*** nömrəli avtomobildə baxış keçirilməsinə etirazı olmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olumuş heroinin özünə məxsus olduğunu, həmin narkotiki Sumqayıt şəhərində tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini, Vüqarla qohum olduğunu, ancaq narkotiklərin dövriyyəsi ilə bağlı hər hansı əlbirliyinin olmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Bundan sonra müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə “Toyota Prius” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa hissəsindəki 1 (bir) ədəd sellofan torbada qurudulmuş marixuana kütləsini təqdim etmiş, kütlə elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı aşkar olumuş narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Salyan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə hər hansı əlbirliyinin olmadığını bildirmişdir. Şəxsi axtarışın və baxışın nəticəsinə görə müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxslər və müdafiəçilər tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxslərin saxlandığı İstintaq təcridxanasından onların tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid kitabçalarda onların saxlanılan zaman xəsarət almadıqlarını bildirməsi, bədən səthində yeni xəsarətlərin olmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Nərimanov Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında həmin idarədə araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin, habelə onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara yol verilmədiyi üçün toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə Nərimanov Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında həmin idarədə araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin, habelə onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqlərə və digər qanunsuzluğaa yol verilmədiyi üçün toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdürlər. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, işin faktiki hallarını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, onlar aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişlər. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, saxlamaları və daşımaları kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsinə və ittiham aktına əsasən Təqsirləndirilən şəxs3 məhkumluğu müəyyən edilməmişdir (cild 2, iş vərəqi 8-9). İş materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 181.3.1, 181.3.2, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.2.1-ci maddələri ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökmdən 181.3.2ci maddəsi xaric edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu iə azad edilmişdir (cild 2, iş vərəqi 10-12). İş materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 13-16). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə ona xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən səkkiz il keçmədiyindən, Təqsirləndirilən şəxs1 isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən, onların məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və onlar məhkumluğu olan şəxslər hesab edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi xüsusilə ağır cinayətə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin xüsusilə təhlükəli residivi, Təqsirləndirilən şəxs1 əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlində cinayətin xüsusilə təhlükəli residivin, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, 1 yetkinlik yaşına çatmayan uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirəh hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələbinə görə, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barələrində 24 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onların şübhəli şəxs kimi tutulduğu 23 yanvar 2024-cü tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışlar (cild 1, iş vərəqi 26, 46, 66, 227-231, 232-237, 238-243; cild 2, iş vərəqi 101-105, 106-110, 111-115). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmələrinin başlanğıcı onların şübhəli şəxs kimi tutulduqları 23 yanvar 2024cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 22,217 qram çəkidə narkotik vasitə heroin, 14514,30 qram çəkidə qurudulmuş marixuana və 38,910 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış, avtomobilə baxış aparılmasının videogörüntülərinin əks edildiyi 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 151 (yüz əlli bir) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə, yəni hər birindən 50,33 (əlli manat otuz üç qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 22,217 qram çəkidə narkotik vasitə heroin, 14514,30 qram çəkidə qurudulmuş marixuana və 38,910 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübutlar - şəxsi axtarış, avtomobilə baxış aparılmasının videogörüntülərinin əks edildiyi 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 151 (yüz əlli bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə, yəni hər birindən 50,33 (əlli manat otuz üç qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar