Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-494/2020 05.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1999-cu ildə Naxçıvan MR, Şərur rayonunda anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev 27/1 yaşamış, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Nərimanov rayonu, M.Arif küçəsi 10 ünvanında Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə aralarında yaranmış mübahisə nəticəsində, yəni Zərərçəkmiş şəxs yanında olan Şahid3 və həyat yoldaşı Şahid1 “bu niyə bizə belə baxır” sözünü deməsini bəhanə edib Zərərçəkmiş şəxs “nə deyirsən ə, düdük, gəl bura görüm” sözünü deyib, heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təstiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yumruqla qəsdən üz nahiyyəsindən vuraraq ona açıq kəllə-beyin travması,beynin yüngül dərəcədə əzilməsi, soldan alın-gicgah-təpə nahiyyəsinin şişkinli hematoması, sol göz ətrafının şişkinli hematoması və gözün ağlı qişasının qansızması ilə müşayiət olunan alın sümüyünün cibinin soldan hər iki səhifəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarət, burun belinin və burunun sol keçəcəyinin əzilmiş yaraları, alt dodağın sağ yarısının şişkinliyi və iç selikli qişasının əzilmiş yarası ilə müşaət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində Nərimanov rayonu, M.Arif küçəsi 10 ünvanında yerləşən “Seyid” marketin qarşısında tanışı Rəşad ilə birlikdə dayanıb siqaret çəkmişdir. Həmin vaxt iki nəfər oğlan yol ilə keçərkən sonradan adının Qurban olduğunu bildiyi şəxs yanındakı oğlana “buna bax e adama nətər baxır, basıb gözünü çıxardasan” demişdir. Bu sözləri deyən Qurbanın arxasınca da bir nəfər qız gəlmişdir. O, Qurbanın bu sözünü eşidib ona “qaqaş bidənə bura gəl görüm kimə deyirsən o sözü” demişdir. Qurban isə yoluna davam etmişdir. O Qurbana yaxınlaşıb bir daha “kimə deyirdin o sözü ?” demişdir. Qurbanın yanında olan oğlan isə ona “qadınlayıq” sözünü demişdir. O da Qurbana “apar qadını ötür gəl dərdləşərik” demişdir. Sonra Qurban yoluna davam etmişdir. Qurban bir neçə addım aralaşdıqdan sonra geriyə çönüb onu yanına çağırmış, “sən mənim ailəmə baxırsan” demiş, o isə “əgər mən sənin ailənə baxıramsa mən ailəmdən xəbərsizəm, yox əgər sən mənə şər atırsansa sən ailəndən xəbərsizsən” demişdir. Bu zaman Qurban ona “peysərin danışığına baxe” deyib ona təpik atmışdır. O araxaya çəkilsə də təpik onun sol ayağından dəymişdir. Buna cavab olaraq yumruqla Qurbanın sağ çənəsindən vurmuş, Qurban bu zərbədən yerə yıxılmış, başı asfalta dəymişdir. Yəni, Qurbanın baş nahiyyəsində olan xəsarətlər o yerə yıxıldıqda əmələ gəlmişdir. O, yalnız bir dəfə Qurbanın sağ çənə nahiyyəsindən yumruqla vurmuşdur. Qurbanın bədəninin başqa heç bir nahiyyəsinə zərbələr vurmamışdır. Bundan sonra yoldan keçən maşınlardan birini saxlatdırıb Qurbanı, yanındakı oğlanla birlikdə «Aşağı Montin» parkına apararaq orada onu ayıltmışlar, hətta birlikdə çay içmişlər. Bundan sonra o, Qurbangildən aralanaraq evinə getmişdir. Axşam evində yatdığı zaman polis əməkdaşları gəlib onu aparmışlar. Hal-hazırda Qurbanla barışmış, Qurbanın ondan heç bir şikayəti yoxdur. Etdiyi əməldən peşmandır. Əlavə orlaraq bildirir ki, kinq boksla məşğul olur, Naxçıvan Muxtar Respublikasında keçirilən yarışlarda iştirak etmiş, bu sahədə nailiyyətləri vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə həyat yoldaşı Şahid1 və qohumu Şahid3 ilə birlikdə dayısı Nadir Ağayevin yaşadığı Nərimanov rayonu, A.Məmmədov ev 19, mənzil 7 ünvanına getmişdir. Saat təxminən 15 radələrində yenə üçü birlikdə evdən çıxmışlar. Bir neçə metr getdikdən sonra yolun kənarında dayanan iki nəfər oğlandan saqqallı olanı, yəni bu gün məhkəmədə gördüyü Təqsirləndirilən şəxs həyat yoldaşına baxdığı üçün Alqışa “bu niyə belə baxır ?” demişdir. Təqsirləndirilən şəxs onun bu sözünü eşidib yüksək səslə ona “nə deyirsən ə, düdük, gəl bura görüm” demişdir. Yunisin həyat yoldaşının yanında onu o cür çağırması ona pis təsir etmişdir. Yunislə aralarında mübahisə yaranmışdır. O Yunisə “niyə mənim həyat yoldaşıma baxırdın ?” demişdir. Yunis də baxmadığını demiş, “əgər mən sənin həyat yoldaşına baxıramsa mənim ailəmdən xəbərim yoxdur, yox əgər sən mənə şər atırsansa sənin ailəndən xəbərin yoxdur” demişdir. Bir qədər sözlə mübahisə etdikdən sonra o üzünü çevirib gedən zaman Yunis heç bir söz demədən arxadan onun üz nahiyyəsinin sol gicgah hissəsindən yumruqla bir dəfə vurmuş, zərbədən o yerə yıxılmış, bu zaman alın hissəsi səkinin bardyuruna dəymişdir. Bundan sonra o özündən getmiş, yalnız xəstəxanada ayılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun məhəllə yoldaşı və dostudur. Zərərçəkmiş şəxs isə tanımır, onu ilk dəfə hadisə baş verən zaman görmüşdür. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində o və Yunis yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən “Seyidin” dükanı deyilən mağazanın qarşısında dayanıb söhbət etmişlər. Bu zaman onların yanından bir oğlan və bir qızla səki ilə keçən Zərərçəkmiş şəxs yanındakı digər oğlana “bunlar bizə niyə belə baxır ?” demişdir. Halbuki o və Yunis həmin şəxslərə fikir verməmiş, ümumiyyətlə onlara tərəf baxmamışlar. Buna baxmayaraq Qurban Yunisə yaxınlaşaraq irad tutmuş, Yunis isə əsəbləşərək demişdir ki, “əgər biz sənin yanındakı qadına baxmışıqsa bizim ailəmizdən xəbərimiz yoxdur, əgər sən bizə şər atırsansa sənin ailəndən xəbərin yoxdur”. O da Qurbana neçə ildi bu məhəllədə qaldığını, burada heç vaxt belə bir söhbət olmadığını demişdir. Yunis də Qurbana “lazım deyil, get burdan, problem yaratma, yanında qadın var, apar qadını qoy, gələrsən danışarıq” demişdir. X12 kənara çəkilib söhbət etməsini tələb etmişdir. Qurban və Yunis təxminən 10-15 metr kənara çəkilmiş, Qurbanın yanında olan qız isə oradan getmişdir. O, kənardan görmüşdür ki, Qurbanla Yunis əllə dava etmişlər, Qurban yerə yıxılmış, Yunis isə oradan qaçıb getmişdir. Alqışla dərhal Qurbana yaxınlaşmış, onu yerdən qaldırmağa çalışmışlar. Qurbanın alın nahiyyəsində sıyrıq var idi, ayağı isə onu saxlamırdı. Təcili aptekə gedərək spirt və pambıq alıb Qurbanın alın nahiyyəsinə vurmuşdur. Lakin bu zaman Qurbanın məhəllədə yaşayan Nadir adlı qohumu gələrək Qurbanı çağırdıqları təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Həmin vaxt Qurban artıq özünə gəlmiş və bildirmişdir ki, onu vuran adamı xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, ilk dəfə hadisə zamanı görmüşdür. Zərərçəkmiş şəxs isə onun qohumudur. Aysel isə Qurbanın həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdə onlar qohumları Nadir Ağayevin yaşadığı Nərimanov rayonu, A.Məmmədov 19, mənzil 7 ünvanına getmişlər. Oradan isə saat təxminən 15 radələrində yaxınlıqda yaşayan tanışlarının evinə getmək üçün o, Qurban və Aysel evdən çıxıb yolun kənarı ilə getmişlər. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi ilə gedən zaman yolun kənarında iki nəfər oğlanın dayanıb söhbət etdiklərini görmüşdür.Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs onlara tərəf baxmış, Qurban ona və Ayselə “bunlar niyə bizə belə baxır ?” demişdir. Yunis də Qurbanın bu sözünü eşidib Qurbana “ ə, düdük kimə deyirsən o sözü, gəl bura görüm” demişdir. Qurban da Yunisin yanına getmişdir. Onların arasında mübahisə yaranmışdır. Yunis Qurbanın qolundan tutub onu kənara çəkmiş, Aysel mübahisəni görüb qorxmuş və kömək çağırmaq üçün getmişdir. Yunisin yanında dayanmış və sonradan adının Rəşad olduğunu bildiyi oğlanla kənarda dayanıb mübahisəyə baxırdılar. Həmin vaxt mübahisə edib qurtardıqdan sonra Qurban üzünü çevirib getmək istədikdə Yunis arxadan Qurbanın sol sifət nahiyyəsindən əli ilə bir dəfə vurmuşdur. Qurban bu zərbədən yerə yıxılmışdır. O və Rəşad tez Qurbanın yanına gedib Qurbanı yerdən qaldırmışlar. Yunis isə oradan qaçıb getmişdir. Rəşad aptekdən spirt və pambıq alıb gətirərək Qurbana ilk tibbi yardımı göstərməyə çalışmışdır. Bu zaman Aysel onların yanına gəlmiş və onlar Qurbanı evə apamışlar. Daha sonra təcili yardım xidməti gəlib Qurbana ilkin tibbi yardım göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PAE» TTB-nin Nərimanov rayon şöbəsində məhkəmə-tibb eksperti vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə tanıyır, onun barəsində xx.xx.2019-cu il tarixli 959 saylı ekspertiza rəyini o vermiş və həmin rəyi təsdiq edir. Müdafiçinin sualına cavab olaraq bildirir ki, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 01 avqust tarixli 269 saylı qərarı ilə təsdiq edilmiş «Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısında, həmin siyahının 1.2.2-ci bəndində kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları ağır xəsarətlərə aid edilmişdir». Bununla belə xəsarətlərin müəyyən edilməsinə dair Səhiyyə Nazirliyinin təlimatında bu dəyişikliklər əksini tapmadığı üçün təlimata əsasən ekspertizanı keçirmişdir. Təlimata uyğun isə Zərərçəkmiş şəxs kəllə sümüyündə mövcud olmuş xəsarətlər ağır xəsarətlərə aid edilmişdir. Ekspertizanı o Zərərçəkmiş şəxs yerləşdiyi xəstəxanadakı xəstəlik tarixinə əsasən və Zərərçəkmiş şəxs özünün birbaşa müayinəsi ilə keçirmişdir. Özü xəstəxanaya xəstəxanaya gedərək xatırladığı kimi, xx.xx.2019-cu il tarixdə müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər mövcuddur - açıq kəllə beyin travması,beynin yüngül dərəcədə əzilməsi, soldan alın gicgah təpə nahiyyəsinin şişkinli hematoması, sol göz ətrafının şişkinli hematoması və gözün ağlı qişasının qansızması ilə müşayiət olunan alın sümüyünün cibinin soldan hər iki səhifəsinin sınığı, burun belinin və burunun sol keçəcəyinin əzilmiş yaraları, alt dodağın sağ yarısının şişkinliyi və iç selikli qişasının əzilmiş yarası, həmin xəsarətlərin törənməsi bərk küt əşyanın, ola bilsin ki, əl ilə yetirilməsi mümkündür. Dərəcələrinə görə Zərərçəkmiş şəxs açıq kəllə beyin travması,beynin yüngül dərəcədə əzilməsi, soldan alın gicgah təpə nahiyyəsinin şişkinli hematoması, sol göz ətrafının şişkinli hematoması və gözün ağlı qişasının qansızması ilə müşayiət olunan alın sümüyünün cibinin soldan hər iki səhifəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qeyd olunan digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ağır zərərə gəldikdə alın sümüyünün cibinin soldan üst və iç səhifələrində sınıq mövcud olmuşdur. Bundan savayı, xəstəlik tarixində baş beynin KT-də (tomoqrafiya) müəyyən edilmişdir ki, solda alın cibinin hər iki səhifəsinn sınığı aşkarlanmış, sol orbita ətrafı dərialtı hemotoma qeyd olunmuş, hava qabarcığı müşahidə olunması göstərilmişdir. Bu isə o deməkdir ki, sınıq nəticəsində başın daxilinin başdan kənarda olan hava ilə təması varsa bu xəsarət ağır xəsarətlərə aid edilməlidir. Məhkəmə iclasında ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdə o həyat yoldaşı Qurban ilə onun dayısı Nadir Ağayevin yaşadığı Nərimanov rayonu, A.Məmmədov 19, mənzil 7 ünvanına getmişlər. Onlar bir neçə saat orada oturduqdan sonra saat təxminən 15 radələrində yaxınlıqda yaşayan tanışlarının evinə getmək üçün o, həyat yoldaşı Qurban və Qurbanın qohumu Alqış birlikdə evdən çıxmışlar. Onlar Nərimanov rayonu, M.Arif küçəsi 10 ünvanından keçən zaman yolun kənarında dayanmış iki nəfər oğlandan biri onlara baxmışdır. Bu zaman həyat yoldaşı Qurban ona “bunlar niyə bizə belə baxır?” demişdir. Həmin vaxt yolun kənarında dayanan oğlanlardan saqqallı olanı həyat yoldaşı Qurbana “ ə, düdük kimə deyirsən o sözü, gəl bura görüm” demiş, Qurban isə bu sözə görə onun yanına getmiş, o şəxslə mübahisə etmişdir. Qorxduğu üçün oradan kömək çağırmaq üçün uzaqlaşmışdır. Geri gəldikdə Qurbanın yerdə olduğunu görmüş və Qurbanı yerdən qaldırıb evə aparmışlar, 103 təcili tibbi yardım xidmətinə zəng edib həkim çağırmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2019-cu il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə, saat 17:31 radələrində X9 evinə qonaq gələn Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən döyülməsini, beynində və qaş nahiyyəsində çat olması və 1 saylı KTM-də müalicə olmasını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş 30.10 2019-cu il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək bildirimişdir ki, xx.xx.2019-cu il tarixdə Nərimanov rayonu, M.Arif küçəsi 10 ünvanında olan zaman tanımadığı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “baxışın keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, baxış ünvan 4 ünvanında keçirilir. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ailəsi ilə gedən zaman Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermiş, sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurub hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli Təqsirləndirilən şəxs «ifadənin yerində yoxlanılması və götürülmə haqqında» protokoldan müəyyən olunur ki, o, Nərimanov rayonu, M.Arif küçəsi 10 ünvanında yerləşən “Seyid” marketin qarşısında tanışı Rəşad ilə dayanan zaman həmin vaxt yoldan keçən iki nəfər oğlandan biri digərinə “buna bax e adama nətər baxır, basıb gözünü çıxardasan” demişdir. Həmin oğlanların arxasınca da bir nəfər qız gəlmişdir. O həmin sözü deyən Zərərçəkmiş şəxs həmin sözü kimə dediyini sorşmuşdur. Həmin şəxs isə yoluna davam etmişdir. Qurbana aparıb ailəsini qoyub gələmsini demişdir. Ondan sonra Hüseynli bir neçə addım getdikdən sonra geriyə qayıdıb onun qolundan tutub kənara çəkmişdir. Ona ailəsinə nə üçün baxdığını demişdir. O da «əgər mən sənin ailənə baxmışamsa, mən ailəmdən xəbərsizəm, yox əgər sən mənə şər atırsansa sən ailəndən xəbərsizsən” demişdir. Bu zaman Qurban onu təhqir etmiş və təpiklə ayağından vurmuşdur. O araxaya çəkilsə də təpik onun sol ayağından dəymişdir. O da yumruqla Qurbanın üz nahiyyəsindən sağ tərəfindən vurmuşdur. Qurban zərbənin təsirindən yerə yıxılmışdır. Cinayət işində olan «tutma haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14.12. 2019-cu il tarixli, 4(005)-1176/2019 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı il Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qəimkan tədbiri ilə əvəz edilmişdir. «Qətimkan tədbirinin seçilməsi barədə» xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-cu il tarixədək tarixədək, cəmi 01 ay 21 gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmədə təqdiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 959 saylı rəyindən müəyyən ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- açıq kəllə beyin travması, beynin yüngül dərəcədə əzilməsi, soldan alın gicgah təpə nahiyyəsinin şişkinli hematoması, sol göz ətrafının şişkinli hematoması və gözün ağlı qişasının qansızması ilə müşayiət olunan alın sümüyünün cibinin soldan hər iki səhifəsinin sınığı, burun belinin və burunun sol keçəcəyinin əzilmiş yaraları, alt dodağın sağ yarısının şişkinliyi və iç selikli qişasının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkmişin xəstəxanaya müraciət etməsindən az əvvəl olmaqla qərarda qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcələrinə görə açıq kəllə beyin travması,beynin yüngül dərəcədə əzilməsi, soldan alın gicgah təpə nahiyyəsinin şişkinli hematoması, sol göz ətrafının şişkinli hematoması və gözün ağlı qişasının qansızması ilə müşayiət olunan alın sümüyünün cibinin soldan hər iki səhifəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qeyd olunan digər xəsarətlər isə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə təqdiq edilmiş məhkəmə-komisyon ekspertizasının xx.xx.2020-ci il tarixli, T11/2020 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-açıq kəllə beyin travması, beynin yüngül dərəcədə əzilməsi, soldan alın gicgah təpə və göz ətrafı nahiyyələrin şişkinli hematoması, sol gözün ağlı qişasına qansızması ilə müşayiət olunan alın cibinin soldan hər iki səhifəsinin sınığı, burun belinin və burunun sol keçəcəyinin əzilmiş yaraları, alt dodağın sağ yarısının şişkinliyi və selikli qişasının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə və vaxtda yəni xx.xx.2019-cu ildə törənmiş və dərəcələrinə görə açıq kəllə beyin travması, beynin yüngül dərəcədə əzilməsi, soldan alın gicgah təpə və göz ətrafı nahiyyələrin şişkinli hematoması, sol gözün ağlı qişasının qansızma ilə müşayiət olunan alın cibinin soldan hər iki səhifəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xüsusiyyətlərinə, lokalizasiyalarına və sayına görə onların şəxsin özü tərəfindən yetirilmələri mümkün deyildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək Zərərçəkmiş şəxs barəsində təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. «Məhkəmə Ttibbi Ekspertiza və X6» Publik hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli, 481 saylı rəyindən müəyyən ki, Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcədə əzilməsi, solda alın-gicgah-təpə və göz ətrafı nahiyyələrin şişkinli hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan alın cibinin soldan hər iki səhifəsinin sınığı, burun belinin və burunun sol keçəcəyinin əzilmiş yaraları, alt dodağın sağ yarısının şişkinliyi və iç selikli qişasının əzilmiş yarası aşkar edilmişdir. Həmin xasarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsiri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcələrinə görə açıq kəllə beyin travması, beynin yüngül dərəcədə əzilməsi, soldan alın-gicgah-təpə və sol göz ətrafının nahiyyələrin şişkinli hematoması, sol gözün ağlı qişasına qansızması ilə müşayiət olunan alın cibinin soldan hər iki səhifəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə ayrı-ayrılıqda, istərsədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, bütün məhkəmə-tibbi rəylərlə Zərərçəkmiş şəxs yetirilmiş alın cibinin soldan hər iki səhifəsinin sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs anası tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, zərərçəkmiş şəxsin və şahid ifadəsi, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, xuliqanlıq motivi ilə qəsdən sağlamlığa ağır zərər vurma (CM-nin 126.2.4-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoymaqla onlara qarşı laqeyidcəsinə hörmətsizlik göstərməklə ictimai qaydaları və əxlaq normalarını pozmaq və yaxud heç bir səbəb olmadan, yaxud cüzi bəhanə ilə törədilən cinayət əməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmçinin bilinməlidir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Göründüyü kimi, münaqişə Təqsirləndirilən şəxs təşəbbüsü ilə başlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarında qeyd edilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. Beləliklə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması cinayət işi materiallarında olan onun özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.2.4-cü maddəsi ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Beləliklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş xx xxxxxxx 2020-ci il tarixdən hesablamalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı xx xxxxxx 2019-cu il tarixdən x xxxxxx 2020-ci il tarixədək, həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 21 gün ona təyin olunan cəza müddətinə hesablanmaqla çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda X5 törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhər 20 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi subut və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustanqlığında saxlanıldığı - 01 (bir ) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 05 (beş ) il 10 (on) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhər 10 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-494/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-494/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver