Məhkəmə qərarları › İş №1(101)-494/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-494/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-494/2023 14.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, Hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X5 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 3-də yaşamış və qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək özünə məxsus, idarə etdiyi və mülkiyyətçisi olduğu “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 6,242 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15:50-də ünvan 1 ünvanı yaxınlığında idarə etdiyi “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Daxili İşlər Nazirliyinin ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasına dəvət edilib həmin avtomobili ilə birgə gətirildikdən sonra orada həmin gün saat 17:05-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 6,242 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 3,100 qram və 3,142 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra 23 avqust 2022-ci il tarixdə saat 18:11-dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə ona məxsus həmin “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı həmin 01 ədəd ov bıçağı qını ilə birlikdə “VAZ- 2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı ön saxlanc yerindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, icarə müqaviləsi əsasında xalası oğlu ilə birlikdə işlətdiyi “Çay evi”ndən 100-120 manat arası pul götürməklə gündəlik dolanışığını təmin etmişdir. Yaşadığı müddət ərzində nəinki narkotik vasitələri, heç tütün məhsulu olan siqaret belə çəkməmişdir. O, yaşadığı ərazidə narkotik vasitə satıcılarını, “bariqa” adlanan şəxsləri sıxışdırdığı üçün ona qarşı qərəzli şəkildə cinayət işi başlanılmış və məhkəməyə göndərilmişdir. O, yaşadığı ərazidə olan narkotik vasitə satıcılarına dəfələrlə bildirmişdir ki, bu yaxşı bir iş deyil və bu əməllərdən əl çəkmək lazımdır. Narkotik vasitə satıcıları ətrafda nə qədər çox olarsa, narkotik vasitə aludəçilərinin müalicə olunması o qədər çətin olur. O “Bandotdel” tərəfindən tutulmamışdan əvvəl də bir dəfə “Narko Biznesin” əməkdaşları tərəfindən həmin ilin aprel ayında saxlanılmışdır. Saxlanılan zaman həmin şəxslər ona qan analizində narkotik vasitə və psixotrop maddələr aşkar olunacağı təqdirdə həbs olunacağı, müvafiq qan nümunələrində narkotik vasitələrin mövcudluğu barədə neqativ nəticələr əldə olunacağı halda idarədən sərbəst buraxılacağı bildirilmişdi. O, Yasamal rayonunda olan Bakı şəhəri Narkoloji Dispanserinə gətirilmiş, ondan götürülmüş nümunələrdə narkotik vasitələr, psixotrop maddələrin mövcud olması müəyyənləşdirilməmiş, analizin nəticələri barədə ona sənədin surəti, “Narko Biznesin” əməkdaşlarına isə əsli təqdim edilmişdir. Həmin hadisədən bir neçə müddət sonra icarə əsasında işlətdiyi obyektə təxmini olaraq 10-12 nəfər şəxs daxil olmuş, ona müqavimət göstərməməsini bildirmişdirlər. O isə anlaşılmaz bir vəziyyətdə bildirmişdir ki, “siz kimsiniz və mən niyə müqavimət göstərim sizə”. Çay evinə polis əməkdaşları daxil olan zaman Peyman və ondan başqa qab yuyan kimi çalışan “Mətanət” adlı qadın da olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onu İdarəyə aparmaq üçün gələn polis əməkdaşlarının çoxluğu çayxanada müştərilərin çox olacağı təqdirdə müqavimətin alınması zərurəti ilə əlaqədar olmuşdur. Ondan belindəki bıçağın verilməsi istənilmiş, üzəri axtarılmış, çay evində əyləşdiyi divanın üstü-altı yoxlanılmış və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Onu avtomobilinin yanına gətirərək, maşınında narkotik vasitə aşkar etdiklərini bildirmişdirlər. Daha sonra bir şəxs əlində bıçaqla gələrək bıçağın ona məxsus olduğunu və bıçağı çay evində divanın altında gizlətdiyini bildirmişdir. Peyman adlı şəxs də onunla birlikdə idarəyə aparılmışdır. İdarədə olan zaman qanunsuz əşyaların (silah və narkotik vasitənin)özünə məxsus olmasını söyləmək ondan tələb edilmiş, 5 ildən 12 ilə kimi istirahətə gedəcəyi kinayəli şəkildə ona bildirilmişdir. Narkotik vasitənin və bıçağın ona məxsus olması barədə polis əməkdaşlarının göstərişi ilə razılaşsa da daha yüngül maddə ilə ittiham olunmasını xahiş etmiş, onlar isə belə bir şeyin mümkün olmayacağını bildirmişdirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında elə hadisələr baş vermişdir ki, o, onlarla razılaşmağa məcbur olmuşdur. Təqsirləndirilən şəxs o idarədə döyülməyən adam olmadığını vurğulayaraq, fiziki təzyiqə yəni, şillə, yumruq, təpik zərbəsinə, əsasən də psixolji təzyiqə məruz qalması nəticəsində polis əməkdaşlarının göstərişləri ilə razılaşdığını, ona qarşı qanunsuz şəkildə elan edilmiş ittihamları qəbul etdiyini bildirmişdir. Belə ki, Peyman adlı yanında xidmət göstərən gənc şəxsin də şübhəli şəxs qismində onunla birgə İdarəyə gətirilməsinə görə çıxılmaz vəziyyətdə qalmış və polis əməkdaşlarının bu qanunsuz əməllərinə qarşı təmkinliyini qorumuşdur. Polis əməkdaşlarına özünün əvvəllər məhkum olunduğunu, Peymanın isə gənc olduğunu, onun heç bir təqsiri olmadığını bildirərək sonuncunun buraxılmasını xahiş etmişdir. İbtidai istintaqın sonuna kimi susmasının səbəbi də ona bu barədə verilən vədlər olmuşdur. İbtidai istintaq zamanı narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyi məzmunlu ifadələri polis əməkdaşlarının göstərişi ilə demişdir. İbtidai istintaq dövründə barəsində narkoloji eskpertiza keçirilərkən ondan heç bir nümunə götürülmədən narkotik vasitə istifadəçisi olduğu bildirilmişdir. Onların məhləsinin yanındakı dayanacaqda açıq bazar açmaqla narkotik vasitələri satan şəxsləri qovduğuna görə başına bu hadisələr gəlmişdir. Onunla eyni binada yaşayan “Rəşad” adlı narkotik vasitə aludəçisi olan şəxs ona demişdir ki, “narkotik vasitə satanlar olduğu üçün biz müalicə oluna bilmirik”. O ümumilikdə iki nəfər narkotik vasitə satıcısını, yəni “bariqanı” vurmuşdur, həmin şəxslərin harada yaşadığını və adını bilmir. Narkotik vasitələrin onun olduğunu söyləməli olduğunu biləndə özünə xəsarət yetirmək istəmişdir. İstintaq təcridxanasına gətirilən zaman xəsarət almasıyla bağlı heç nə deməmişdir. O ittiham aktını tərtib edən müstəntiqə onu şərləmələrini, müstəntiq isə ona kömək edə bilməyəcəyini bildirmişdir. Hadisələr onun işlətdiyi çay evində yerləşən kamera ilə qeydə alınsa da müvafiq kameradakı yaddaş kartı götürülmüşdür. Onun məhkumluğu olmuş, cəzasını çəkmişdir. O sonuncu dəfə azad olunduqdan sonra heç vaxt soyuq silah əldə etməmiş və üzərində gəzdirməmişdir. Barəsində hökm çıxarılarkən xəstələrinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, özü heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, bu kimi maddələri satmamışdır. İttihamda göstərilən, özünün üzərindən aşkar edilmiş narkotik vasitə heroini isə özü çəkib qəbul etmək məqsədilə cibində saxlamışdır. Özü ünvan 3 ünvanında atası X8 və anası X9 ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç yerdə işləmir, Bakı şəhəri Nəsimi rayonu ərazisində Memar Əcəmi metrostansiyasının yaxınlığında icarəyə götürdüyü obyekti çayxana kimi işlədərək özünü dolandırır. Atası Eldar heç yerdə işləmir, anası Sevil də işsizdir, evdar qadındır. Ailədə özündən başqa bir qardaşı və bir bacısı var. Qardaşı Sənan 2019-cu ildən Rusiya Federasiyasına gedib, orada yaşayır və işləyir, subaydır. Bacısı Məryəm isə evlidir, öz ailəsi ilə birgə yaşayır. Özü əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 221-ci maddələri ilə məhkum olunmuşdur. 23 avqust 2022-ci il tarixdə saat təxminən 16 radələrində özü tanışı Şahid5 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında özünə məxsus “VAZ-2106” markalı, **- EO-*** qeydiyyat nişanlı avtomobilinin yanında dayanmışdır. Şahid5 bir neçə ildir ki tanıyır, məhəllə tanışıdır, Bakı şəhəri "Xutor” adlanan ərazidə yaşayır. Peymanla aralarında normal yoldaşlıq münasibəti var, heç vaxt ədavət və düşmənçiliyi, qərəzli münasibəti olmamışdır, hazırda da yoxdur. Qeyd etdiyi kimi avtomobilinin yanında olduğu zaman kənardan onlara tərəf mülki geyimdə bir neçə nəfər yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Onların təklifi ilə özlərini onlara təqdim etmişlər. Polis əməkdaşları özünə demişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğu üçün şübhəlidir, özlərində olan qərarı ona göstərməklə əməliyyataxtarış tədbiri keçirilməsini demişlər və özündən üzərində narkotik və psixotrop maddələr olub-olmaması barədə soruşduqda özü səmimi şəkildə demişdir ki üzərində iki büküm «kokos», yəni narkotik vasitə heroin var. Tanışı Peymanın onda narkotik maddə olmasından xəbəri olmamış, Peyman bundan tam məlumatsız olmuşdur. Polis əməkdaşları Peymandan da üzərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşmuş, Peyman bildirmişdir ki, üzərində qanunsuz heç nə yoxdur. Özü həmin heroini Memar Əcəmi metrostansiyasının yanında yerdən tapıb götürmüş, ara-sıra özü çəkib qəbul etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları şübhəli olduqlarına görə onu və tanışı Peymanı özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib aparmışlar, həmçinin özünün “VAZ-2106” markalı, **-EO-*** qeydiyyat nişanlı avtomobilini də oraya aparmışlar. Həmin idarəyə gələndən sonra polis əməkdaşları tərəfindən özü şübhəli şəxs kimi tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib ona təqdim edilmiş, özü heç bir etiraz etməmişdir. Sonra idarədə videoçəkilişlə özünün üzərində şəxsi axtarış aparılacağı, həmçinin tanışı Peymanın üzərinə də baxış keçiriləcəyi bildirilmiş, etiraz etməmişlər. İdarədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə özünün üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşları onu və Peymanı bu barədə qərarla tanış etmişlər, əvvəlcə özünə təklif etmişlər ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Özü də üzərində «kokos», yəni narkotik vasitə heroin olmasını bir daha bildirib əynindəki göy cins şalvarının sağ yan cibində saxladığı 02 ədəd sellofan bükümdə olan heroini, avtomobilinin pult-açarını, həmçinin şalvannın sol yan cibindən öz şəxsiyyət vəsiqəsini və 20 manat şəxsi pulunu, eləcə də şalvarının arxa sağ cibindən öz “Samsung’’ markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi həmin 02 ədəd sellofan bükümləri açıb baxmış və bükümlərin hər birinin içərisində olan narkotik vasitə heroini aşkar etmişlər. Polis əməkdaşları həmin 02 ədəd heroin bükümlərini götürüb zərfə qoyub qablaşdırmışlar. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onun “Samsung” markalı mobil telefonunu və şəxsiyyət vəsiqəsini də iş üzrə əhəmiyyət kəsb edəcəyini bildirib götürmüşlər, 20 manat pulunu və avtomobilinin pult-açarını isə ona qaytarmışlar. Polis əməkdaşları tanışı Peymanın da üzərinə baxış keçirmişlər, Peymana üzərində narkotik vasitələr və psixotrop maddələr varsa təqdim etməyi təklif etmişlər. Peyman da bildirmişdir ki, üzərində belə maddələr, nə də başqa qanunsuz heç bir əşya yoxdur. Polis əməkdaşlarının təklifinə əsasən Peyman əynindəki göy cins şalvarının arxa sol cibindən özünün “Samsung” və “Nokia" markalı mobil telefonlarını və şalvarının sağ yan cibindən isə özünə məxsus 4 manat pulunu çıxardıb masanın üzərinə qoymuş, polis əməkdaşları baxış keçirərək onun mobil telefonlarını və pulunu özünə qaytarmışlar. Sorğu sual zamanı özü üzərindən aşkar edilmiş həmin heroin bükümlərini Bakı şəhərində Memar Əcəmi metrostansiyasının yanında yerdən tapdığını, özü çəkib qəbul etmək üçün saxladığını bildirmişdir. Polis əməkdaşları ondan “VAZ-2106” markalı, **-EO-*** qeydiyyat nişanlı avtomobilində hər hansı qanunsuz əşya, maddə olub-olmadığı da soruşmuş, özü səmimi şəkildə bildirmişdir ki, həmin avtomobildə sadəcə 01 ədəd suvenir olan bıçağı var, heç bir narkotik və ya psixotrop maddələr, başqa qanunsuz digər əşyalar yoxdur, saxlamır. Avtomobilinə baxış keçirilməsinə də heç bir etiraz etməmişdir. Sonra şəxsi axtarış və götürmə prosesi başa çatmış, bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, özü də, tanışı Peyman da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra polis əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətinə gətirilib saxlanılmış, özünə məxsus “VAZ-2106” markah, **-EO-*** qeydiyyat nişanlı avtomobilinə özünün və vəkilinin iştirakı ilə videoçəkilişlə baxış keçirməyə başlamışlar. Özündə olan açar-pultla həmin avtomobilini özü açmış, sonra qabaq sağ qapını və salonda saxlanc yeri olan bardaçoku da açaraq bardaçokda saxladığı 01 ədəd suvenir bıçağını polis əməkdaşlarına təqdim etmişdir. Həmin bıçaq əl tutan yeri və kəsici hissəsinə keçirilmiş qabı bəzəkli olan suvenir bıçaq olmuşdur. Daha sonra avtomobilinin digər qapılarını, baqaj yerini də açıb baxışa təqdim etmiş, polis əməkdaşları avtomobildə olan digər şəxsi əşyalara da baxış keçirmiş, qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunmuş 01 ədəd həmin suvenir bıçaq da polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılmışdır. Özü həmin bıçağı xatırlamadığı hansısa suvenir satışı mağazasından marağı olduğu üçün almışdır. Avtomobilə baxış prosesi başa çatandan sonra polis əməkdaşı tərəfindən bu barədə protokol yazılıb tərtib olunaraq ucadan oxunmuş, özü də protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələrinin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı ilə bağlı rəhbərliyə məruzə edilmiş və 23 avqust 2022-ci il tarixində əməliyyat qrupu yaradılmışdır. Nəsimi rayonu, Cavadxan küçəsi ünvanında yerləşən 17 saylı binanın qarşısına gedərək, saat 16:00-da orada iki nəfərin avtomobilin yanında dayandığını görmüş, onlara yaxınlaşaraq özünü təqdim etdikdə sonra təqsirləndirilən şəxs də özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmiş, Baş İdarəyə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində olan əşyaları könüllü şəkildə verilməsini xahiş etmiş, şəxs üzərində olan iki büküm narkotik vasitə heroini təqdim etmiş, narkotik vasitə olan heroin götürülərək qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Narkotikin satışı ilə bağlı olan fakt öz təsdiqini tapmamış, lakin əməliyyat məlumatında narkotik vasitələrin satışı da olmuşdur. Avtomobilin ətrafında Vüsala yaxınlaşdıqları zaman Peyman onun yanında olması səbəbindən İdarəyə gətirilmişdir. Avtomobilin yanında Təqsirləndirilən şəxs yaxınlaşdıqları zaman onun üzərinə axtarış keçirilməmişdir. Şəxs tutulduqdan sonra dərhal idarəyə gətirilmiş, üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Şəxsin üzərinə baxış keçirdikdən bir müddət sonra avtomobilinə də baxış keçirilmişdir. Protokolun tərtib edilməsinin nə qədər müddət çəkdiyini xatırlamır. Videoçəkilişdə Peyman da iştirak etmiş, Vüsalın üzərindən aşkar edilmiş narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. Peymanın üzərinə də baxış keçirilmiş, ifadəsini aldıqdan sonra o sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs üzərindən iki büküm narkotik vasitə olan heroindən başqa qeyri-qanuni əşya aşkar edilməmiş,o narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və satmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən avtomobilin “bardaçok”undan bıçaq aşkarlanmış və o həmin bıçağın suvenir olduğunu qeyd etmişdir. Onun iş yeri və məşğuliyyəti, o cümlədən qazancı barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs vətəndaş olaraq əvvəllər heç bir yerdə görməmiş, Təqsirləndirilən şəxs bildirdiyi, yəni onun çay evində işləyən zaman götürülməsi və həmin yerdə üzərinə baxış keçirilməsi, heç bir narkotik vasitə aşkar edilməməsini inkar etmişdir. Əməliyyat məlumatının məzmununda narkotik vasitənin miqdarı, narkotik vasitəni satacağı şəxslər barədə, o cümlədən kiminləsə əlbirlik etməsi barədə məlumat olmamışdır. O cümlədən, satış məqsədilə narkotik vasitə əldə etməsi əməliyyat məlumatında öz əksini tapsa da, aparılmış tədbirlər nəticəsində satış faktı öz təsdiqini tapmamışdır. Əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxsla bağlı olmuş, əməliyyat məlumatının tək Təqsirləndirilən şəxsla bağlı olmasına baxmayaraq, onun yanındakı digər şəxs Peymanın Vüsalla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlbirliyi ola bilərdi deyə onlar Peymanı da idarəyə dəvət etmiş, Peyman şahid qismində videoçəkilişdə iştirak etmiş və istintaq zamanı onun ifadəsi alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. O, da əməliyyat qrupunun tərkibinə daxil edilmiş, Təqsirləndirilən şəxs yeri müəyyən edildikdən sonra 23 avqust 2022-ci il tarixdə günorta, saat təxminən 3-4 radələrində Nəsimi rayonunda ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onlar iki nəfər olmuş, avtomobilin içərisində olmamış yanında dayanmışdırlar. Onlar özləri isə 4 nəfər olmuşdurlar. Anket məlumatları dəqiqləşdirildikdən sonra hər ikisi idarəyə dəvət edilmişdir. İdarədə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğu təqdirdə təqdim edilməsi xahiş edilmişdir. O da üzərində 2 büküm heroin olduğunu bildirərək stolun üzərinə qoymuşdur. Narkotik vasitə onlar tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsin saxlanılmasında çay evi ilə bağlı detalları o araşdırmamış, onların hamısını, araşdırmanı əməliyyat qrupunun rəhbəri təşkil etmişdir. Onlar şəxsi saxlayaraq təhvil vermiş, sonrakı mərhələdə araşdırma təhqiqatçı və istintaq orqanı tərəfindən həyata keçirilmişdir. Digər şəxs Peyman Təqsirləndirilən şəxs yanında olduğuna görə şübhə yaranmış və onu da bölməyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə ilə bağlı bildirmişdir ki, o narkotik vasitənin istifadəçisidir, həmin narkotik vasitəni tapmışdır. Şəxs özü avtomobildə bıçaq olduğunu qeyd etmiş,bu səbəbdən avtomobilə baxış keçirilmiş və bir ədəd bıçaq aşkar edilmişdir. Şəxs həmin bıçağın suvenir olduğunu göstərmişdir. Həm təqsirləndirilən şəxsə, həm də Peymana qarşı fiziki təzyiq göstərilməsinin şahidi olmamışdır. İşi istintaqa təhvil verənə qədər təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin özünəməxsusluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxsin yaxınlaşdığı yerin ünvanı dəqiq yadında deyil. Şəxsləri idarəyə dəvət etmiş və videoçəkiliş vasitəsilə baxış və axtarış istintaq hərəkətlərini həyata keçirmişlər. Birinci çəkilişlə bağlı protokol tərtib edildikdən sonra avtomobilə baxış həyata keçirilmişdir. Şəxs barəsində əvvəllər ona məlumat daxil olmamışdır. Əməliyyat məlumatının məzmununda şəxs barəsində və şəxsin harada olması barədə məlumatlar əməliyyat qrupunun rəhbəri Şahid1 daxil olmuşdur. Vüsal və Peymanı çay evindən tutub aparmamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin avqust ayında işlədiyi baş idarəyə Təqsirləndirilən şəxs barəsində Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı təqsirləndirilən şəxsin silah gəzdirməsi barədə informasiyanı ehtiva etməmişdir. Onlar həmin məlumatla bağlı qeyd olunan tarixdə Nəsimi rayonu ərazisində, Memar Əcəmi metrostansiyası yaxınlığında əməliyyat tədbiri keçirmiş və Təqsirləndirilən şəxs yanında bir nəfər tanışı ilə saxlayaraq idarəyə dəvət etməklə idarə etdiyi avtomaşınla birgə Baş İdarəyə gətirmiş, Baş idarədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, nəqliyyat vasitəsinə baxış və onun yanındakı şəxsin üzərinə də baxış istintaq hərəkətini keçirmişdirlər. Vüsalın yanındakı dostunu onun Vüsal barəsində məlumatı ola bilməsi ehtimalına görə aparmışlar, Vüsalın dostunun da üzərində qanunsuz əşya ola bilməsi ehtimalı Baş İdarədə təhqiqatçı tərəfindən sonuncunun da üzərinə baxış keçirilməsini zəruri etmişdir. Onlar tədbirə 4 nəfər olaraq 1 nəfərin arxasınca getmiş, hansı maşınla getdiyini xatırlamasa da hamısı bir maşına yerləşmişdirlər. Təqsirləndirilən şəxs maşında arxa oturacaqda 2 nəfərin arasında oturmuşdur. Təqsirləndirilən şəxs öz maşınını da Baş İdarəyə gətirsələr də həmin maşını kimin idarə etdiyini, Təqsirləndirilən şəxs Peymanla bir maşında gətirib-gətirmədiklərini, tədbirə hansı maşınla getdiyini, Vüsalı hansı maşınla idarəyə apardıqlarını xatırlamır. Belə olan hallarda onlar təqsirləndirilən şəxsin maşını idarə etməsinə icazə vermirlər. Təqsirləndirilən şəxs maşını ya mavi ya da yaşıl rəngdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs əlini bağlamamış, şəxsin maşınını onun içərisində qanunsuz əşya ola biləcəyidən İdarəyə gətirmişdirlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 büküm narkotik vasitə heroin, avtomaşınından isə 1 ədəd bıçaq aşkarlamış və bununla bağlı müvafiq sənədləşmə aparmışdırlar. Bıçağın maşının hansı hissəsindən aşkar edildiyini xatırlamır. Bıçaq uzun bəzəkli və qaşlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni özünün bildirdiyinə görə yerdən tapmışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan əvvəl və sonra hər hansı bir ictimai iaşə obyektinə girib Təqsirləndirilən şəxs üstünü yoxlamamış, şəxsi saxladığı yerin ərazisində çay evləri olsa da, onlar çay evinə daxil olub Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmişdirlər. O, avtomaşına baxış keçirilərkən iştirak etmiş, maşından çıxan soyuq silah suvenir bıçaq olmuşdur. Təqsirləndirilən şəxs həyat tərzi barədə onda xüsusi məlumatlar yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, tərkibində onun da olduğu əməliyyat qrupu yaradılmış və Nəsimi rayonu ərazisində əməliyyat tədbiri həyata keçirilmişdir. Əməliyyat məlumatının məzmunu narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatının nəticəsində Təqsirləndirilən şəxs Əcəmi metrostansiya yaxınlığında Cavadxan küçəsi 17 ünvanında saxlamışdırlar. Təqsirləndirilən şəxsin avtomobili göy rəngdə olmuşdur, lakin onu kimin sürüb idarə gətirdiyini xatırlamır. Onlar 4 nəfər bir maşınla ünvana getmişdirlər. O öz avtomobilinin rəngini, avtomobilini kimin sürdüyünü, Vüsal və Peymanın hansı avtomobildə aparılmasını, onların bir yerdə və ya ayrı-ayrı maşınlarda otuzdurulubotuzdurulmamasını, Təqsirləndirilən şəxs avtomobilinin sonuncunun özü tərəfindən idarə olunub-olunmamasını xatırlamır. Saxlanılan şəxs onların nəzarəti altında olmuşdur. Tədbir zamanı Təqsirləndirilən şəxs yanında olan bir nəfər şəxslə saxlanılaraq Baş İdarəyə dəvət edilmişdir. Peymanın üzərinə şübhəli şəxs qismində baxış keçirmişdirlər. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Hadisənin təfərrüatlarını dəqiqliklə yox, təxminən xatırlayır. Onlar Təqsirləndirilən şəxsla bağlı əməliyyata getdikdə, onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumatlandırılmışdırlar. Əməliyyatın keçirildiyi yer yolun kənarı olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hansı iaşə obyektinin olduğunu, Təqsirləndirilən şəxs idarəyə hansı maşınla gətirdiklərini xatırlamır, maşının göy rəng VAZ 21 markalı olduğunu bilir. Onlar əməliyyata 4 nəfər polis əməkdaşı olaraq, 1 maşında getmişdirlər. Onlarda Peyman adlı şəxslə bağlı məlumat olmamış, Vüsalın yanında olduğu üçün onu da Baş İdarəyə dəvət etmişdirlər. Altı nəfər bir maşında yerləşmədiklərindən İdarəyə gəlmək üçün Vüsalın avtomobilini də istifadə etmişlər. Təqsirləndirilən şəxsin üzərində 2 büküm narkotik vasitə heroin aşkar edilmiş və şəxs narkotik vasitəni videoçəkiliş zamanı metrostansiya yaxınlığından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onların müşahidəsi altında Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxsə məxsus suvenir tipli soyuq silah onun maşınından aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində bildirmişdir ki, hazırda qəlyançı işləyir. Memar Əcəmidə yerləşən çay evində Təqsirləndirilən şəxs müdir olmuşdur. Onunla həmçinin uşaqlıqdan münasibətləri olmuş, atasının dostu olmuşdur. Hadisə günü, yəni 23 avqust 2022-ci il tarixdə vəsiqə göstərmədən yalnız şifahi şəkildə polis əməkdaşı olduqlarını bildirməklə xidmət etdikləri çay evində onlara yaxınlaşan 6-7 nəfər və ya daha çox şəxs tərəfindən üzərlərində nə olması soruşulmuş və üst-başlarına baxış keçirilmiş, baxış zamanı üzərlərində heç nə aşkar olunmamışdır. Üzərilərinə keçirilən baxışın səbəblərini soruşsalar da onlara idarəyə gedəndən sonra məsələnin aydınlaşdırlacağı bildirilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdırlar. İdarəyə aparılmazdan əvvəl xidmət etdikləri obyektdə aparılmış yoxlama zamanı üzərilərindən heç nə aşkar edilməmiş, bir nəfər polis əməkdaşı isə baş verən bütün bu hadisələri özündə əks etdirən kameranın yaddaş görüntülərini götürmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt üzərində narkotik vasitə aşkar edilməmiş, həmçinin onun bıçaq gəzdirdiyinin şahidi olmamışdır. Vüsal bir neçə ay əvvəl də başqa dövlət qurumunun əməkdaşlarının tələbi ilə qanından analiz vermiş və qanında heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs namaz qılan adam olmuş, bıçaq gəzdirən olmamışdır. O, İdarədə 5 gün saxlanılmış, onları niyə gətirdiklərini soruşduqda isə onlar döyülmüş, hər ikisinə təzyiq göstərərək Vüsalın cibindən narkotik vasitə çıxartmışdırlar. Belə ki, Təqsirləndirilən şəxs biraz qışqır-bağır saldıqdan sonra hər ikisini ayrı-ayrı otaqlara salaraq döymüşlər. O, Vüsalın, Vüsal isə onun döyülərkən qışqırmasının səsini eşitmişlər. Vüsal digər otaqdan onu cavan olduğu üçün döyməmələri barədə qışqırmış, bundan sonra sonuncunu döyməyi dayandırmışdırlar. Təqsirləndirilən şəxs onun vasitəsilə təzyiq etmişlər. Sonuncu onun cavan uşaq olduğunu, onunla işlərinin olmamasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxsla aralarında 10 yaş fərq vardır. O, Təqsirləndirilən şəxs təzyiq vasitəsi kimi aparılmış və sonuncu polis əməkdaşlarının üzərində narkotik vasitə, avtomobilində bıçaq saxlaması barədə göstərişləri ilə razılaşanadək İdarədə saxlanılmışdır. Vüsal narkotik vasitənin nə olduğunu belə bilmir. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən təqdim etdiyi narkotik maddənin adını Təqsirləndirilən şəxs soruşsalar da o, həmin sualı cavablandıra bilməmişdir. Müstəntiqə ifadə verən zaman nə özünün, nə də Təqsirləndirilən şəxs döyülməsini bildirməsə də Vüsalda narkotik vasitə görmədiyini qeyd etmişdir. Gəncləri narkotik vasitələrin istifadəsindən kənarlaşdırdığına görə Vüsala belə bir şər atıblar. Vüsal artıq videoçəkilişlə narkotik vasitənin ona aid olduğunu bildirdikdən sonra təxminən 18 :00 radələrində o, həmin idarənin zirzəmisinə salınmış, avtomobilə keçirilən baxış istintaq hərəkəti zamanı bu səbəblərdən istirak etməmiş, müstəntiq tərəfindən ifadəsi alınanadək “zirzəmidə” saxlanılmış, qohumları ilə əlaqə saxlanılmamışdır, ifadəsinin alındığı günün səhəri isə sərbəst buraxılmışdır. Polis əməkdaşları tərəfindən döyülsə də “kimdən kimə şikayət edim?” düşüncəsi ilə yol verilmiş qanun pozuntularına barədə heç bir oqrana müraciət etməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, rəsmi iş yeri olmasa da, ünvan 5 ünvanında yerləşən, tanışı Təqsirləndirilən şəxs icarəyə götürüb işlətdiyi “017” adlı çay evində təxminən 6-7 ay olar ki, qəlyançı işləyir. Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır, aralarında həmişə normal münasibət olmuşdur, ədavət və düşmənçilik, qərəzlilik olmamışdır, hazırda da yoxdur. 23 avqust 2022-ci il tarixdə saat təxminən 16 radələrində özü tanışı Təqsirləndirilən şəxsla birlikdə ünvan 1 ünvanın yaxınlığında, elə Vüsala məxsus olan “VAZ-2106” markalı, **-EO- *** qeydiyyat nişanlı avtomobilin yanında dayanmışdır. Həmin ərəfədə kənardan onlara tərəf mülki geyimdə bir neçə nəfər yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Onların təklifi ilə özlərini təqdim etmişlər. Polis əməkdaşları tanışı Vüsala demişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə özlərində məlumat var, ona görə şübhəlidir, özlərində olan qərarı da Vüsala göstərmişlər, əməliyyat-axtarış tədbiri keçirilməsini demişlər və Vüsaldan üzərində narkotik və psixotrop maddələr olubolmaması barədə soruşduqda tanışı Vüsal polis əməkdaşlarına demişdir ki, öz üzərində iki büküm narkotik vasitə heroin var. Özü Vüsalın bu sözünü eşidib təəccüblənmiş, çünki Vüsalda narkotik maddə olmasından xəbəri və məlumatı olmamışdır. Polis əməkdaşları ondan da üzərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşduqda özü bildirmişdir ki, öz üzərində qanunsuz heç nə, nə də ki narkotik maddə yoxdur. Polis əməkdaşları onu və tanışı Vüsalı özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib aparmışlar, həmçinin Vüsalın “VAZ- 2106” markalı, **-EO- *** qeydiyyat nişanlı avtomobilini də həmin idarəyə gətirmişlər. Həmin idarəyə gələndən sonra polis əməkdaşları Vüsalı şübhəli şəxs kimi tutmuşlar, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət etmişlər. Sonra idarədə videoçəkilişlə Vüsalın üzərində şəxsi axtarış aparılacağı, həmçinin özünün üzərinə də baxış keçiriləcəyi bildirilmiş, özləri də etiraz etməmişlər. İdarədə otaqların birində özünün, vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə Vüsalın üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşları bu barədə qərarla onları tanış etmişlər, əvvəlcə Vüsala təklif etmişlər ki, çiynindən asılan çantasında, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Tanışı Vüsal da üzərində narkotik vasitə heroin olmasını bir daha bildirib öz əynindəki göy cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə olan maddəni, avtomobilinin pult-açarını, şalvarının sol yan cibindən öz şəxsiyyət vəsiqəsini və 20 manat pulunu, şalvarının arxa sağ cibindən isə öz “Samsung” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşı Vüsalın təqdim etdiyi həmin 02 ədəd sellofan bükümləri onların gözü qabağında açmış, birlikdə baxanda bükümlərin hər birinin içərisində narkotik maddə heroinə oxşar kütlə olduğunu görmüşlər. Polis əməkdaşları aşkar edilmiş həmin 02 ədəd bükümləri götürüb zərfə qoyub qablaşdırmışlar. Özləri də Vüsalın üst-başını yoxlamışlar, başqa qanunsuz heç nə aşkar edilməmişdir. Vüsalın “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polislər tərəfindən götürülmüş, 20 manat pulu və avtomobilinin pult-açarı isə özünə qaytarılmışdır. Sonra polis əməkdaşları onun da üzərinə baxış keçirmiş, ona üzərində narkotik vasitələr və psixotrop maddələr varsa təqdim etməyi təklif etmişlər. Özü də bildirmişdir ki, üzərində belə maddələr, nə də başqa qanunsuz heç bir əşya yoxdur, Vüsalda narkotik maddə olmasından isə özünün xəbəri olmamışdır. Polis əməkdaşlarının təklifinə əsasən özü əynindəki göy cins şalvarının arxa sol cibindən özünə məxsus olan “Samsung” və “Nokia” markalı mobil telefonlarını və şalvarının sağ yan cibindən özünə məxsus 4 manat şəxsi pulunu çıxardıb masanın üzərinə qoymuş, polis əməkdaşları baxış keçirmiş, qanunsuz bir şey olmadığını görüb onun mobil telefonlarını və pulunu özünə qaytarmışlar. Tanışı Vüsal isə sorğu sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin heroin bükümlərini Bakı şəhərində Memar Əcəmi metrostansiyasının yanında yerdən tapmışdır, özü qəbul etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları Vüsaldan “VAZ- 2106” markalı, **-EO-*** qeydiyyat nişanlı avtomobilində hər hansı qanunsuz əşya, maddə olub-olmadığını da soruşmuşlar, Vüsal bildirmişdir ki, həmin avtomobilində özünün sadəcə 01 ədəd suvenir bıçağı var, başqa heç bir narkotik və ya psixotrop maddələr, qanunsuz digər əşyalar yoxdur, avtomobilinə baxış keçirilməsinə də etiraz etmir. Şəxsi axtarış və baxış prosesi başa çatdıqdan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol yazılmış, ucadan oxunmuş, özü də digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir Şahid5 həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, özünün Təqsirləndirilən şəxs üzərində narkotik maddə heroin olmasından ümumiyyətlə xəbəri və məlumatı olmamış, sadəcə polislər tərəfindən tutulandan sonra bunu bilmişdir. Özü Vüsalın həmin heroini haradan, kimdən, necə əldə etdiyini də bilmir. Özünün istifadə etdiyi mobil nömrə Bakcell şirkətinə aid ***-***-**-** saylı nömrədir, başqa mobil nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən nə özünə, nə də Vüsala qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü heç vaxt bu kimi maddələr qəbul etməmiş, hazırda da etmir. Tanışı Vüsalı isə namaz qılan şəxs kimi tanımış, Vüsalın bu kimi maddələr qəbul etdiyini isə heç vaxt görməmiş, müşahidə etməmişdir. (cild 1, iş vərəqə 90-94) Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs müdir olduğu çay evində 6-7 ildir ki, işləyir. Həmişəki qaydada, 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs naharda çay evini açmış və içəri daxil olmuşdur. O da təmizlik işləri görmüş, qabları yumuşdur. Obyekti yığışdırdıqdan 10 dəqiqə sonra Peyman gəlmişdir. Vüsal və Peyman oturub söhbət etmiş və Vüsal ondan çay dəmləməsini xahiş etmiş, o da çay dəmləmək üçün mətbəxə daxil olmuşdur. Çay dəmlədikdən sonra bir müddət keçməmiş 8-9 nəfər içəri daxil olmuşdur. Kartlarını göstərərək Vüsalın üstünü axtarmağa başlamışdırlar. Bir nəfər də içəri daxil olmuş, buranı kimin işlətdiyini soruşmuş, o Vüsal və Elnurun işlətdiyini demişdir. Kameraların içərisindəkiləri da söküb, aparmışdırlar. Vüsalın üzərindən aşkar etdikləri eynəyini, telefonunu, maşınının açarını, pulqabısını stolun üstünə qoymuşdurlar. Sonra Vüsalın başını əymiş, boynu ilə əlini bağlamışdırlar. Həmçinin Peymanı da eyni qayda ilə aparmışdırlar. Aynabənddən baxanda Vüsalı qara maşına, Peymanı da ağ maşına mindirdiklərini, polis əməkdaşlarından birinin isə Vüsala məxsus avtomobilin sürüb aparıldığını görmüşdür. Sonra taqqıltı, yəni nəyinsə yerə düşdüyünü eşitmişdir. Taqqıltı səsinə gəldikdə polis əməkdaşlarından birinin geri qayıtdığını, guya divanın altından bıçaq tapdığını ona deyərək həmin bıçağın kimə məxsus olmasını soruşmuşdur. O isə həmın bıçağı əvvəllər görmədiyini, ümumiyyətlə hər gün divanların altını silib, xlorladığını, həmin yerdən bıçaq tapılması halının imkansız olduğunu bildirmişdir. Belə ki, həmin şəxsin tapdığı bıçaq zalda divanın qabağında görünən yerdə olmuşdur. O isə həmişə işə gələn kimi təmizlik aparır, tapdığı bütün əşyaları sahibinə qaytarılması üçün kənara qoyur. Həmin şəxs bıçağı da götürərək çıxmışdır. Hal-hazırda həmin çayxanada işləyir və qeyd edilən hadisədən sonra həmin kameralar işləmir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, o hadisə zamanı , 23 avqust 2022-ci il tarixdə obyektin qarşısında başqa yoldaşı gözləyərkən siqaret çəkdiyi zaman, 8-9 nəfərin obyektə daxil olduğunu, 3-5 dəqiqə vaxt keçdikdən sonra Vüsal və Peymanı əlləri bağlı, başı aşağı vəziyyətdə ayrı-ayrı maşına otuzdurularaq, Vüsalın avtomobilinin isə həmin şəxslər tərəfindən sürülüb aparıldığını görmüşdür. 8-9 nəfərin içəri daxil olduğunu çöldən görmüşdür. O, bir ildən çoxdur ki, ora gəlib gedir. Bu hadisə ona da təəccüblü gəlmişdir. Çıxarkən onlardan söz soruşmağa imkan olmamışdır. Ona maraqlı gəlmişdir ki, şəxsi nə üçün tutublar. Peyman və Vüsalla bağlı hadisədən 2-3 gündən sonra məlumat almış, nə üçün apardıqlarını bilməmişdir. O hər gün demək olar həmin çayxanada olur, Peymanı da çayxanada yenidən təxmini 4-5 gün sonra görmüşdür. O çayxanaya müştəri kimi getmişdir, ona görə də Peymanla dərindən münasibəti yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər sevgili münasibətləri olmuş, 23 avqust 2022-ci il tarixdə baş verən hadisələrdən savayı bir dəfə də tutulmuş, bir gün saxlanıldıqdan sonra azad edilmişdir. Vüsaldan eşitdiyinə görə qanından götürülmüş analiz nəticəsində narkotik vasitə istifadəçisi olmadığı aydın olmuş və o, sərbəst buraxılmışdır. Sərbəst buraxıldığı üçün “Gozun aydin olsun ewitdim cixmisan Allah bir de ora salmasin seni duzdur danismirsan meynen amma borcumdur yazmaq” məzmununda sms- i o, Vüsala göndərmişdir. Hazırki hadisə ilə bağlı məlumatı olmasa da təqsirləndirilən şəxsin bir dəfə belə narkotik vasitə istifadə etməsini görməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 avqust 2023-cü il tarixli raportdan görünür ki, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə əsas olmuş əməliyyat məlumatının məzmunu “Vüsal” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə olmuşdur. 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, “X3 haqqında” Qanununa uyğun olaraq Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalanması və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 7-8). 23 avqust 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz2106” markalı **-EO-*** qeydiyyat nışanlı avtomobilin yanında tanışı Şahid5 ilə birlikdə saxlanılmış, lakin üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığı üçün Şahid5la birlikdə müşayiətləri altında Baş İdarəyə gətirilmişdirlər. 23 avqust 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, Şahid5 üzərinə isə baxış aparılması qərara alınmış, qərarla isə yalnız Təqsirləndirilən şəxs tanış edilməsi nəzərdə tutulmuş və qərar ona elan edilərək təqdim edilmişdir. Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında, eləcə də avtomobilə baxış və götürmə aparılması haqqında 23 avqust 2022-ci il tarixli protokollara və onlara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15:50-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi “VAZ-2106” markalı **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında tanışı Şahid5 ilə birlikdə saxlanılaraq Daxili İşlər Nazirliyinin ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına dəvət edilmiş, orada həmin gün saat 17:05-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi, içərisində narkotik vasitə heroinə oxşar maddələr olan 02 ədəd şəffaf sellofan bükümlər, habelə idarə etdiyi nəqliyyat vasitəsinin açarı, vəsiqəsi, 20 manat pul, telefon aşkar edilmişdir. Bundan sonra 23 avqust 2022-ci il tarixdə saat 18:11-dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə ona məxsus həmin “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən “VAZ-2106" markalı **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı ön saxlanc yerindən 01 ədəd bıçaq qını ilə birlikdə aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 32-38). 24 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməkimyəvi ekspertizasının 6/4489 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürülmə zamanı aşkar edilmiş 02 ədəd bükümdə ” yazısı və imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,100 qram və 3,142 qram, ümumi təmiz çəkisi 6,242 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 6,142 qram təşkil etmişdir (cild 1, iş vərəqə 60-62). 24 avqust 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməməsi göstərilsə də (cild 1, iş vərəqə 165-166) Bakı İstintaq Təcridxanasının Təqsirləndirilən şəxs barəsində təqdim etdiyi tibbi kitabça sənədlərindən görünür ki, təcridxanaya daxil olan zaman aparılmış müayinə ilə onun bədən sol saidin ön səthində və boyunun sağ tərəfində köhnə çapıqlar aşkar edilmişdir. 05 sentyabr 2022-ci il tarixli Məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində hər hansı əlavə dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir ( cild 1, iş vərəqə 204-206). 24 avqust 2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlama zamanı narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 158-159). 09 sentyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazaion, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 161-163). 24 oktyabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatdan sonrakı ümumilikdə qalıq çəkisi 6,142 qram təşkil edən narkotik vasitə heroinin, qını ilə birgə soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağının, şəxsi axtarış, baxış və götürmə aparılması, avtomobilə baxış və götürmə aparılması proseslərinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskin iş üzrə maddi sübutlar hesab edilməsi, maddi sübutlardan ümumilikdə qalıq 6,142 qram çəkidə narkotik vasitə heroinin, qını ilə birgə soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağının saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış, baxış və götürmə aparılması, avtomobilə baxış və götürmə aparılması proseslərinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır ( cild 1, iş vərəqə 207-217). Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.4-cü maddələri ilə ona bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X20 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanununların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15:50-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Daxili İşlər Nazirliyinin ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasına dəvət edilməsi barədə raport, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” tərtib olunan 23 avqust 2022-ci il tarixli qərar və müvafiq olaraq eyni tarixli protokol, avtomobilə “baxış və götürmə haqqında” 23 avqust 2022-ci il tarixli qərar və müvafiq eyni tarixli protokol, o cümlədən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduqları ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə baxış keçirilməsi prosesinin videogörüntüləri yükləndiyi DVD disk təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitəni, avtomobilində soyuq silahı təqdim etməklə verdiyi izahatı hissəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid3, Şahid2, Şahid1 həm ibtidai istintaq, həm məhkəmə iclası zamanı, Şahid5 ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirməsi hissəsində verdiyi ifadələri reallığı əks etdirmir. Odur ki, qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə əvvəla qeyd edir ki, hazırki iş ürzə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Məhkəmə onu da qeyd edir ki, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat məlumatının məzmunu barədə raportdan görünür ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ilə sonuncunun soyuq silah əldə etməsi, gəzdirməsi, habelə satış məqsədilə başqa şəxslərlə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən narkotik vasitə əldə etmə saxlama və idarə etdiyi avtomobildə qanunsuz əşya və ya predmet saxlaması barədə informasiya ehtiva edilmir. Qeyd olunan xüsusatlar şahid qismində dindirilən əməliyyat məlumatının daxil olduğu polis əməkdaşı da daxil olmaqla digər polis əməkdaşları tərəfindən də təsdiq edilmişdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs yanında olan dostu Şahid5la birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış istintaq hərəkətləri keçirilərkən o, avtomobilində silah olduğunu bildirdiyinə görə həmin nəqliyyat vasitəsinə baxış keçirilərək silah aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitəsinə baxış və götürmə protokolundan görünür ki, müvafiq istintaq hərəkəti keçirilərkən avtomobil artıq İdarənin həyətində olmuşdur. Təqsirləndirilən şəxsin “yanında dayandığı avtomobillə” birgə idarəyə gətirilməsi barədə məsələ nə təqsirləndirilən şəxsin İdarəyə gətirilməsinə dair tərtib edilmiş müvafiq raportda, nə şəxsi axtarış və götürmə, nə də nəqliyyat vasitəsinə baxış və götürmə protokollarının giriş hissəsində öz əksini tapmamış(həmin protokollarda və raportda yalnız Təqsirləndirilən şəxs Şahid5la birgə gətirilməsi məsələsi öz əksini tapmışdır), sonradan həmin boşluqlar ibtidai istintaq dövründə Şahid4, Şahid3, Şahid2, Şahid1 dindirmə protokollarına “təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillə İdarəyə gətirilməsi” məzmunda ifadələr əlavə edilməklə, o cümlədən ittiham aktında sübut qismində istinad edilməklə göstərilən “şəxsi axtarış protokoluna” iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu və ona əlavə edilən DVD məlumatlarına zidd olaraq olaraq “həmin avtomobili ilə birgə gətirildikdən sonra” sözləri qeyd edilməklə aradan qaldırılmasına cəhd göstərilsə də həmin avtomobilin kim tərəfindən idarə olunaraq İdarayə gətirilməsi, habelə Təqsirləndirilən şəxs hansı avtomobildə idarəyə gətirilməsi məsələsi qeyri-müəyyən olaraq qalmışdır. Təqsirləndirilən şəxs isə həm şübhəli, həm təqsirləndirilən şəxs qismində ifadə verərkən özünün idarəyə dəvət edilməsi, həmçinin avtomobilinin idarəyə aparılmasını bildirmişdir. Məhkəmə iclasında isə dindirilərkən Təqsirləndirilən şəxs və şahidlər Aslan Peymanov, Ədalət Kələntərova və Ruslan Ələkbərli işlədikləri çay evinə ağ və qara maşınla 8-9 polis əməkdaşlarının gəldiklərini, idarəyə aparılmamışdan əvvəl xidmət göstərdikləri çay evində həm Şahid5, həm Təqsirləndirilən şəxs heç bir qərar təqdim edilmədən şəxsi axtarışa məruz qalmaları, üzərlərində olan əşyalarının çıxarılması, üzərlərindən qanunsuz hər hansı predmet aşkar edilməməsinə baxmayaraq başları aşağı salınaraq, əlləri arxadan bağlanaraq ayrı-ayrı maşınlara mindirilmələri, Vüsalın avtomobilinin isə gələn şəxslərdən biri tərəfindən idarə olunmaqla idarəyə aparılması xüsusatını təsdiq etmişlər. Ədalət Kələntərova isə bildirmişdir ki, polis əməkdaşlarından biri sonradan geri qayıdaraq guya divanın altından bıçaq tapmış, ondan bu kimindir sualına sonuncu hər səhər müştərilər gəlməmişdən əvvəl çay evini yığışdırdığını, divanların altını xlorladığını, aşkar etdiyi əşyaları sonradan sahiblərinə vermək üçün götürdüyünü bildirərək orada bıçaq olmasının qeyri-mümkün olması məzmunda cavab vermişdir. Yuxarıda da qeyd edildiyi kimi əməliyyat məlumatının yalnız Təqsirləndirilən şəxs barəsində olması, həmçinin məlumatın məzmununda təqsirləndirilən şəxsin avtomobilində hər hansı qanunsuz əşya, habelə predmet saxlaması barədə informasiya olmamasına baxmayaraq sonuncunun idarə etdiyi avtomobilin hansı səbəblərdən idarəyə gətirilməsi barədə sualı Şahid3 Təqsirləndirilən şəxs idarəyə gətirmək üçün bir maşında dörd nəfər getdikləri, Şahid5 təqsirləndirilən şəxsin yanında olduğu üçün onun da gətirilməsi zərurətinin, altı nəfərin isə bir maşına yerləşməyəcəkləri üçün təqsirləndirilən şəxsin avtomobilinin də istifadə edilməklə idarəyə gətirilməsini şərtləndirdiyi, Şahid2 isə təqsirləndirilən şəxsin maşınını onun içərisində qanunsuz əşya ola bilməsi ehtimalının olması səbəbindən idarəyə gətirildiyi məzmununda ifadələri ilə cavablandırmışdır. “Əsaslı şübhə yaratmayan ” sübutetmə standartını əsas götürməklə sübutları qiymətləndirən məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil olan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin predmeti olan bıçağın sonradan aşkar edildiyi avtomobilin kimin tərəfindən idarə olunması, habelə Təqsirləndirilən şəxs həmin avtomobildə idarəyə gətirilib-gətirilməməsi barədə məsələyə ittiham tərəfinin təklif etdiyi şahidlər-polis əməkdaşlarının dindirilməsi yolu ilə aydınlıq gətirilməsinə cəhd edilsə də onlar tərəfindən qeyd edilən hal ilə bağlı suallara “bilmirəm”, “yadımdan çıxıb”, “bəlkə də, yəqin ki biz idarə etmişik” və ya “belə olan hallarda təqsirləndirilən şəxsin özü tərəfindən maşının idarə edilməsinə icazə verilmir” kimi cavablarının verilməsi təqsirləndirilən şəxsin özünün ayrı, Şahid5 ayrı avtomobillərdə aparılması, Təqsirləndirilən şəxs məxsus avtomobilin isə polis əməkdaşları tərəfindən idarə olunaraq aparılması barədə həm təqsirləndirilən şəxsin, həm Şahid5, həm də müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələrində göstərilən halların təkzib edilməsini istisna etmişdir . Toplanmış sübutlarla Təqsirləndirilən şəxs polis əməkdaşlarına məxsus avtomobildə, ona məxsus avtomobilin isə polis əməkdaşları tərəfindən idarə olunaraq idarəyə gətirilməsi təkzib edilmədiyindən, həmin nəqliyyat vasitəsinin açarlarının isə sonradan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi həmin avtomobildən götürülən bıçağın həqiqətən Təqsirləndirilən şəxs məxus olması halı da daxil olmaqla bütövlükdə onun üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin nəticələrinin və bu zaman tərtib olunan protokolu və ona əlavə edilmiş DVD-də göstərilən videogörüntülərin mötəbərliliyini şübhə altına alır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərlə təhqiqatçı əlcəklə təmasda olsa da nəqliyyat vasitəsinə baxış istintaq hərəkətinin videogörüntülərinin qeydə alındığı CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs bıçağı avtomobilin ön saxlanc yerindən götürərək bilavasitə təhqiqatçıya təqdim etmiş, sonuncu cinayətin predmeti olan bıçağı maddi sübutların götürülməsi barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 128-ci maddəsinin tələblərini pozmaqla birbaşa özünün əl və barmaq izlərinin cinayətin predmetinə toxunulmasını istisna etmədən götürmüşdür. Digər tərəfdən cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm Cinayət Məcəlləsinin 228.4, həm də 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını şəxsi axtarış və götürmə istintaq hərəkətləri, avtomobilinə baxış və götürmə istintaq hərəkətlərinin protokolu və videogörüntüləri özündə əks etdirən DVD disk, Təqsirləndirilən şəxs həmin istintaq hərəkətləri keçirilən zaman verdiyi izahlar, habelə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində, şahidlər Şahid5, Şahid1, Şahid3, Şahid2, Şahid4 tərəfindən verilmiş ifadələr təşkil etmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə dövründə eyni məzmunlu ifadə verən Şahid1, Şahid3, Şahid2, Şahid4 ifadələri təqsirləndirilən şəxsin tutulma yeri, vaxtı və təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin, avtomobilindən soyuq silahın aşkar edilməsi barədə olmuşdur. Heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi olmaması, “ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi” prinsiplərini rəhbər tutaraq məhkəmə təqsirləndirilən şəxsin tutulma yeri barədə iş materiallarında olan və məhz təqsirləndirilən şəxsi saxlayan Şahid1, Şahid3, Şahid2, Şahid4 Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında avtomobilin yanında saxlanıldığını iddia etmələrinə dair ifadələrinə əsaslanan raport ilə Təqsirləndirilən şəxs və Aslan Peymanovun xidmət etdikləri çay evindən aparılması barədə həm təqsirləndirilən şəxsin özü, həm şahidlər Aslan Peymanov, Ədalət Kələntərova, Ruslan Ələkbərli tərəfindən verilmiş ifadələri qarşılıqlı şəkildə müqayisə edilərkən müəyyən edilmişdir ki, həmin çay evi də təqsirləndirilən şəxsin saxlanıldığı göstərilən ünvanda yerləşir. “Aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi ” prinsipinin mahiyyətinə əsasən bu nöqteyi nəzərdən "xxxx" MMC-dən 04 noyabr 2023-cü il tarixdə daxil olan CD diskdə əks olunan təqsirləndirilən şəxsin 23 avqust 2022-ci il tarixdə tutulduğu saatda olduğu yer barədə məlumatlar ilə təqsirləndirilən şəxsin xidmət etdiyi çay evindən aparılması halı təkzib edilmir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, avtomobilinə baxış protokolunun mötəbərliliyi və mümkünlüyü isə iş üzrə şahid qismində dindirilmiş Ədalət Kələntərovanın təqsirləndirilən şəxsin və Şahid5 xidmət etdikləri çay evindən aparılmazdan əvvəl üzərlərinə baxış keçirilməsi, Vüsalın üstündən maşın açarlarının, pul qabı və eynəyinin aşkar edilməsi, həm Vüsalın, həm Peymanın başının aşağı salınmaqla 8-9 nəfər tərəfindən ayrı-ayrı maşına mindirilməklə, Vüsala məxsus avtomobilin isə gələn polis əməkdaşlarından biri tərəfindən sürülərək aparılması barədə ifadəsi və həmin ifadədə göstərilən xüsusatları məhkəmədə təsdiq edən, həm özünün, həm Təqsirləndirilən şəxs idarəyə gətirilməzdən əvvəl üzərlərinə keçirilmiş axtarış nəticəsində qanunsuz əşya aşkar edilməməsi, hər ikisinin ayrı-ayrılıqda qonşu otaqlarda döyülsə də bir-birilərinin səslərini eşitməsi, Vüsalın onun döyüldüyünü eşidərək cavan olması səbəbindən döyməmələrini xahiş etməsindən sonra döyülməsinin dayandırılmasını, sonuncunun bundan sonra videoçəkiliş keçirilməsinə razılıq verməsi, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitənin adını belə bilməməsi, lap əvvəlcədən Təqsirləndirilən şəxs təzyiq vasitəsi olaraq İdarəyə aparılması və bir müddət həmin İdarədə saxlanılmasını bildirməsi barədə Şahid5 ifadələri ilə müqayisəli şəkildə tədqiq edilərək yoxlanılması zamanı müəyyən olunmuşdur ki, “şəxsi axtarış, baxış və götürmə” adlanan protokoldan həqiqətən görünür ki, keçirilmiş istintaq hərəkəti ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmaqla yanaşı iş üzrə heç bir statusa malik olmayan Şahid5 üzərinə baxış həyata keçirilmiş, sonuncudan üzərində olan narkotik vasitələr və psixotrop maddələr olub-olmaması soruşulmuş, o da ciblərindən 4 manat pulu, “Samsung” və “Nokia” markalı mobil telefonları çıxararaq təqdim etmiş, şifahi şəkildə sorğu sual edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236-cı maddəsinin məzmunundan da görünür ki, baxış istintaq hərəkəti canlı şəxslərə münasibətdə deyil, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə hadisə yerinə, binalara, sənədlərə, əşyalara, insan meyitinə və heyvan cəsədinə münasibətdə aparılır. Şahid5 barəsində aparılmış istintaq hərəkətinin məzmunu isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247.1.9-cu maddəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı protokolda əks olunmalı olan hallara, məsələn axtarılan əşyanın könüllü surətdə verilməsi hallarına daha çox uyğun gəlir. Bundan başqa şəxsi axtarış və götürmə istintaq hərəkətindən dərhal sonra izahat, 25 avqust 2022-ci il tarixdə şahid qismində ifadə verməsinə, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə Şahid5 barəsində hər hansı istintaq hərəkəti və ya prosessual məcburiyyət tədbirləri aparılmasına dair iş materiallarında sənədlərə rast gəlinməməsinə baxmayaraq yalnız istintaqın yekununda qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”a əsasən Şahid5 Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərə aidiyyəti olmadığına, eləcə də cinayətlərdə iştirakçılığı və əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarın əsaslandırıcı hissəsindən isə görünür ki, onun barəsində bu qərar qəbul edilərkən Təqsirləndirilən şəxs Şahid5 onun tərəfindən törədilmiş cinayətlərə aid olmaması barədə ifadələri əsas götürülmüşdür. Digər tərəfdən Şahid5 ifadə verərkən Vüsal Sadxıovla aparıldığı İdarədə 5 gün saxlanılmasını bildirsə də verilmiş sualları cavablandırarkən qeyd etmişdir ki, buraxılmamışdan bir gün əvvəl şahid qismində dindirilmişdir (cinayət işi materiallarına əsasən o, 25 avqust 2022-ci il tarixində şahid qismində dindirilmişdir). Onun bu ifadəsinin həqiqiliyinin müəyyən edilməsi istiqamətində verilmiş müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə qərarı əsasında əldə edilmiş Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən 11 iyul 2023-cü il tarixli müşayiət məktubu ilə təqdim edilən CD diskdən görünür ki, Şahid5 anten məlumatları tutulduğu gün və saat, yəni 23 avqust 2022ci il tarixdə saat 16:00-dan sonra 3 gün, başqa sözlə desək 26 avqust 2022-ci il tarixədək ümumiyyətlə müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında dindirilən Şahid1 da Şahid5 şahid kimi ifadəsi alındıqdan sonra sərbəst buraxılmasını bildirməklə qeyd edilən xüsusatı təsdiq etmişdir. Cinayət işi materiallarından isə görünür ki, məhz həmin müddət ərzində Aslan Peymanovdan 23 avqust 2022-ci il tarixdə “heç bir statusa malik olmayan” şəxs qismində izahat, 25 avqust 2022-ci il tarixdə isə şahid qismində ifadəsi alınmış, Təqsirləndirilən şəxs həm şübhəli, həm təqsirləndirilən şəxs qismində ifadələr vermiş, barəsində həmçinin həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmışdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 23 avqust 2022-ci il tarixli protokola əsasən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şifahi şəkildə dindirilmiş, verilmiş suallardan isə müşayiət edilmişdir ki, o “arzuolunan cavabların” verilməsinə yönləndirilmişdir. Belə ki, təhqiqatçının “üzərinizdə qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə varmı? sualına təqsirləndirilən şəxs “bəli” cavabını, “nə var, bu barədə məlumat verərdiz” sualına “iki büküm” cavabını, “adını deyin də” sualına “narkotik” cavabını, “ağ, heroin?” sualına “bəli” cavabını, “narkotik vasitəni hardan əldə etmisiz? sualına “tapmışam” cavabı, “haradan?” sualına “Memar Əcəmidən” cavabını verdikdən sonra təhqiqatçı “metronun yaxınlığından?” deyə sualına sonuncu “bəli ” deyə cavab vermişdir. Bir tərəfdən şəxsin tutulmasına əsas olmuş əməliyyat məlumatının məzmununa dair raportda ümumiyyətlə onun üzərində qanunla qadağan olunmuş maddənin növü, yəni narkotik vasitə və ya psixotrop maddə olması barədə, habelə üzərindən aşkar edilməsi ehtimal olunan maddənin əldə edilməsi yeri və mənbəyi barədə informasiyaya rast gəlinmədiyi halda təqsirləndirilən şəxsin uzaqdan sellofan bükümdə cibindən yenicə çıxartdığı maddənin təhqiqatçı tərəfindən heroin olduğunu və həmin maddəni metronun yaxınlığından tapmasını bilməsi, digər tərəfdən təqsirləndirilən şəxsə 2 dəfə ardıcıl olaraq evində və ya avtomobilində narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya saxlayıb-saxlamaması barədə verilən sualı o, “yox” deyərək cavablandırsa da üçüncü dəfə yenidən “avtomobilində və ya başqa yerdə qanunsuz əşya saxlamırsız ki?” məzmunda sual verildikdən sonra Təqsirləndirilən şəxs avtomobilində bıçaq saxladığını bildirməsi həmin istintaq hərəkətinin iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin özünün əvvəlcədən verməli olduğu cavablar barəsində məlumatlandırılmaması halını da şübhə altına alır. Opuz Türkiyəyə qarşı iş üzrə Avropa Məhkəməsinin 09 iyun 2009-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, ərizəçi fərqli rəftarın baş verdiyini sübut etdikdə hökumət həmin rəftarın əsaslı olduğunu sübut etmək vəzifəsini daşıyır.Sübutetmə yükünün cavabdeh dövlətin üzərinə keçməsi üçün hansı dəlillərin ilkin sübut təşkil etməsi məsələsinə gəlincə, Nachova və başqalarının işində (yuxarıda istinad edilmiş qərar, 147-ci bənd) Məhkəmə bildirmişdir ki, onun araşdırdığı işlərdə sübutların qəbulu üçün heç bir prosessual maneə yoxdur və ya onların qiymətləndirilməsi üçün öncədən müəyyən edilmiş hər hansı formul yoxdur. Məhkəmə bütün sübutların, o cümlədən faktlar və tərəflərin arqumentləri əsasında çıxarılan nəticələrin müstəqil surətdə qiymətləndirilməsi əsasında müəyyən rəyə gəlir. Onun bərqərar olmuş presedent hüququna əsasən, sübutlar ciddi, aydın və uzlaşan nəticələrin və ya faktlara dair bu cür ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Bundan başqa, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik dərəcəsi və bununla əlaqədar olaraq sübutetmə yükünün bölüşdürülməsi faktların konkretliyi ilə, iddiaların xarakteri ilə və pozulduğu iddia edilən Konvensiya hüququ ilə qırılmaz surətdə bağlıdır. Sisoyeva və başqalarının Latviyaya qarşı iş üzrə Avropa Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qərarında göstərilir ki, “Təzyiq" sözü ərizəçilərin birbaşa məcbur edilməsini və ya təhdid edilməsi kimi də başa düşülməlidir. Hüseyn və digərləri Azərbaycana qarşı iş üzrə Avropa Məhkəməsinin 26 iyun 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Daxili məhkəmələrin həmin qiymətləndirmədə səhvə yol verib-vermədiyini müəyyənləşdirmək məhkəmənin üzərinə düşməsə də, o, məhkəmələrin təqdim edilmiş sübutları rədd etməsi qərarını əsaslandırıb-əsaslandırmadığını nəzərdən keçirməlidir. Məhkəmə təqsirsizlik prezumpsiyası və təqsirləndirilən şəxsin özünə qarşı irəli sürülən sübutları mübahisələndirmək hüququnu nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı sübutların məqbulluğunun və etibarlılığının tam, müstəqil və hərtərəfli təhlil və qiymətləndirməsini aparmalıdır. Hazırkı işdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və şahidin ibtidai araşdırma dövründə verdiyi ifadələrinin mötəbər sübut qismində qəbul edilməsi və bilavasitə məhkəmədə həmin bəyanatlardan geri çəkilmələrinin nəzərə alınmaması təqsirləndirilən şəxsin onun əleyhinə olan sübutların tam və hərtərəfli qiymətləndirilməsi imkanından məhrum edilməsinə gətirib çıxarar. Avropa Məhkəməsi presedent hüququna əsasən məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr qarşılıqlı şəkildə müqayisə edilərkən mövcud ziddiyyətlərin aradan qaldırılması istiqamətində məhkəmə tərəfindən müqayisəli təhlil aparılmışdır. Təqsirləndirilən şəxs həmin ziddiyyətləri fiziki və psixi təzyiqə məruz qalması, ona müxtəlif vədlərin verilməsi ilə izah etmişdir. Şahid5 ilkin izahatının və ifadəsinin komputerdən başqa cinayət işi üzrə ifadənin üzərində işlənildiyini bildirərək həmin izahatda yalnız Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bilməməsi hissəsini təsdiq etdiyini, həmin izahatı döyüldüyü, ifadəni isə bir neçə gün zirzəmidə saxlanıldıqdan sonra verməsi ilə izah etmişdir. Belə ki, o, müstəntiqə ifadə verdiyi gündən sonrakı gün sərbəst buraxılmışdır. Barəsində yol verilmiş qanunsuzluqlar barədə niyə şikayət etməməsini isə o “kimdən kimə şikayət edim? ”deyərək cavablandırmışdır. Məhkəmə iclasında şahid Aslan Peymanovun ibtidai istintaq dövründəki dindirmə protokolu tədqiq edilərkən onun ifadəsinin komputerdən başqa cinayət işi üzrə ifadənin üzərində işlənildiyi bir daha təsdiq edilmişdir. Belə ki, həmin dindirmə protokolunda“.... polislər əvvəlcə Vüsala təklif etdilər ki, üzərində, paltarlarının ciblərində, həmçinin çiynindən asdığı çantasında hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin” ifadələrə rast gəlinsə də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərindən onun çiynində hər hansı çanta asılması görünmür. Qeyd edilən xüsusat (“çiynindən asdığı çantasında”) həmçinin Aslan Pemanovun ittiham aktında sübut kimi istinad edilən ifadəsindən də çıxarılmışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilsə də onun üzərinə şəxsi axtarış keçirilməsi zamanı yaşadığı evdə heç nə saxlamaması barədə ifadəsi ilə kifayətlənilmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə axtarış həyata keçirilməmişdir. Halbuki "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. İş materiallarından isə görünür ki, təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilməmiş, istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə 01 yanvar 2021-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək olan zaman kəsiyini əhatə edən bir il səkkiz aylıq dövr ərzində aparılan danışıqların, smsləri özündə əks etdirən CD diskə baxış keçirilməsi zamanı onun narkotik vasitələrin əldə edilməsi, saxlaması, daşıması, istifadə etməsi, tapması barədə hər hansı məlumata rast gəlinməmiş, şəxsi axtarış zamanı üzərindən aşkar edilən 1 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq dövründə baxış keçirilərkən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatların mövcud olmadığı müəyyən edilmişdir. 007-12877-1222 nömrəli əməliyyat tapşırığına əsasən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışında və ya istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt kimdən, harada və hansı şəraitdə əldə etməsi, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri müsbət nəticə verməmişdir (cild 1, səh 187). Təqsirləndirilən şəxsin, əsasən psixoloji təzyiq altında şəxsi axtarış zamanı avtomobilində qanunsuz əşya saxlamasını söyləməyə, əvvəlcədən ona verilmiş narkotik vasitəni cibinə qoyaraq videoçəkiliş zamanı təqdim etməyə razılaşmasını bildirməklə narkotikdən istifadə etməməsi, narkomaniyadan əziyyət çəkməsi və guya qanında və sidiyində narkotik vasitə aşkar edilməsi barədə iş materiallarında olan ekspertiza rəylərini mübahisələndirməklə tutulmasını “bəzi qurumlarla” olan ədavəti ilə izah edərək əvvəllər də polis əməkdaşları tərəfindən sidik analizi verməyə məcbur edilməsi, lakin ondan götürülmüş analizlərdə narkotik vasitə aşkarlanmaması barədə ifadəsinin təsdiq edilməsi üçün təqdim etdiyi 20 aprel 2022-ci il tarixli “Bakı şəhəri Narkoloji Mərkəzi” tərəfindən verilmiş Aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göndəriş əsasında götürülmüş sidik nümunələrində AMP, THC, OPİ, MTD, MOP aşkar edilməmişdir. “Səbəbi” məhkəmə iclasında müəyyən edilə bilməyən əsaslarla polis orqanlarının göstərişinə əsasən “Bakı şəhəri Narkoloji Mərkəzi” tərəfindən 20 aprel 2022-ci il tarixdə müayinədən keçirilməsinə məruz qalması barədə ifadəsi və təqdim etdiyi həmin sənədin düzgünlüyünün yoxlanılması istiqamətində verilmiş sorğu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X19 tərəfindən verilmiş cavab məktubundan aydın olmuşdur ki, həqiqətən də qeyd olunan tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gətirilməklə narkoloji müayinədən keçirilmiş, müayinə aktının əsli Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarına təqdim edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş CD diskə məhkəmə iclasında baxış keçirilərkən Firuzə Aslanova ilə həmin tarixə (20 aprel 2022-ci il tarixə) təsadüf edən danışıqlardan görünür ki, sonuncu Təqsirləndirilən şəxs “Gozun aydin olsun ewitdim cixmisan Allah bir de ora salmasin seni duzdur danismirsan meynen amma borcumdur yazmaq” məzmununda mesaj yazmışdır. Həmin ifadə ilə əlaqədar şahid qismində məhkəmə iclasında dindirilərkən X11 bu hadisədən əvvəl bir dəfə də tutulduğunu, sonra isə analizlərində narkotik vasitə aşkar edilmədiyi üçün sərbəst buraxıldığını bildiyi üçün qeyd olunan məzmunda sms göndərdiyni bildirmişdir ( cild 1, iş vərəqə 237). Bir-biri ilə ziddiyyət təşkil edən təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə informasiyanı ehtiva edən və onun tutulması üçün əsas olan əməliyyat məlumatı ilə sonuncunun narkotik vasitələri əldə etməsi, satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilə bilinməməsi barədə əməliyyat axtarış tədbirlərinin nəticələrini, onun istifadəsində olan mobil telefon və telefon nömrəsi vasitəsilə aparılmış danışıqlarda narkotik vasitələrin əldə edilməsi, satışı, istifadəsi ilə bağlı hər hansı məlumata rast gəlinməməsi, qanunsuz olaraq soyuq silah əldə etməsi mənbəyi barədə məlumatların əldə edilməsi istiqamətində isə ümumiyyətlə hər hansı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməməsi kimi halları müqayisə etməklə təqsirləndirilən şəxsə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi barədə nəticəyə gələn məhkəmə hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan əməliyyat məlumatının təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq soyuq silah saxlaması barədə informasiyanı ehtiva etməməklə yalnız Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı olması, lakin 23 avqust 2022-ci il tarixli raporta əsasən Şahid5 da Təqsirləndirilən şəxsla bərabər 23 avqust 2022-ci il tarixdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış, götürmə və baxış istintaq hərəkətinə “status bəlli olmayan şəxs” qismində cəlb edilməsi, təhqiqatçının təkliflərinə əsasən üzərində olan əşyaların təqdim etməsi, 23 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək olduğu yerin müəyyən edilməməsi, onun “bəlli olmayan statusuna” istintaqın sonunda “Sübutların qiymətləndirilməsi haqqında” qərar qəbul edilənədək qiymət verilməməsi hallarının birgə qiymətləndirilməsi Təqsirləndirilən şəxs, Aslan Peymanovun, Ədalət Kələntərovanın, Ruslan Ələkbərlinin verdiyi ifadələrin reallığı (yəni, Təqsirləndirilən şəxs əvvəlcədən xidmət etdiyi çay evində üzərinə baxış keçirilməsi, üzərində qanunsuz əşya olmaması, bıçaq gəzdirməməsi, Təqsirləndirilən şəxs özünün polis əməkdaşları ilə birgə onlara məxsus avtomobildə aparılması, avtomobilinin isə polis əməkdaşları biri tərəfindən idarə olunaraq aparılması, sonradan onun avtomobilindən aşkar edilməsi iddia edilən bıçağın əslində sonuncunun xidmət etdiyi çay evində “guya” divanın altından götürülməsi, Şahid5 da Təqsirləndirilən şəxs təzyiq vasitəsi kimi aparılması) əks etdirməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən tərəfindən narkotik vasitə təqdim edilməsinə, avtomobilində silah saxlamasını bildirməsinə, avtomobilinə baxış keçirilərkən həmin silahı təqdim etməsinə, habelə məhkəməyə qədər icraat dövründə dindirilərkən öz əleyhinə ifadə verilməsinə Şahid5 da iştirakçı qismində cinayət məsuliyyətinə cəlb edilməsinə dair psixi zorakılıq, hədə qorxu ilə məcbur edilməsi, həmin hədənin real olması barədə qənaətə gəlmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15:50-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi “VAZ- 2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Daxili İşlər Nazirliyinin ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasına dəvət edilib həmin avtomobili ilə birgə gətirildikdən sonra orada həmin gün saat 17:05-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən tərəfindən təqdim edilən külli miqdarda ümumilikdə 6,242 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, elə həmin tarixdə saat 18:11-dən etibarən qeyd edilən idarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs məxsus həmin “VAZ-2106” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı ön saxlanc yerindən aşkar edilən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı həmin 01 ədəd ov bıçağının ona məxsus olmasına əsaslı şühələr vardır və məhkəmə baxışı nəticəsində qeyd olunan şübhələrin aradan qaldırılması mümkünsüz olmuşdur. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutların qanunsuz yolla əldə olunması qənaətinə gələrək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əleyhinə toplanmış sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr vardır və bu sübutlar cinayət təqibi üzrə mötəbər dəlillər kimi qiymətləndirilə bilməz və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın bünövrəsini təşkil edən sübutların qanunsuz yolla əldə olunması müəyyən edildiyindən və məhz bu əsasa görə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması nəzərdə tutulduğundan ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sair sübutların toplanması zamanı yol verilmiş pozuntulara, o cümlədən “şəxsi axtarış aparılması və götürmə barədə” protokolu, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində şahid qismində dindirilmiş Şahid4, Şahid1, Şahid2, Şahid3 ifadələrinə, habelə məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəylərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.2.1-125.2.2-ci maddəsinin məzmunundan görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş sübutların sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmalıdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onların barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda o dərhal ləğv edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19 və 350.4-cü maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,142 qram təşkil edən narkotik vasitə heroin və qını ilə birgə soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış, habelə ov silahı olan bıçağı əldə etmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; Təqsirləndirilən şəxs barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ ilə bağlı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən cinayət işi üzrə 24 avqust 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd manat) manat və 05 sentyabr 2022-ci il tarixli məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf edilən 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4–cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. O, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,142 qram təşkil edən narkotik vasitə heroin və qını ilə birgə soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4– cü maddələri ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış, soyuq silah hesab edilən ov bıçağını əldə etmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs barəsində aparılmış «şəxsi axtarış və götürmə» , habelə avtomobilə “baxış və götürmə” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4–cü maddələri ilə bəraət verildiyindən cinayət işi üzrə 24 avqust 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd manat) manat və 05 sentyabr 2022-ci il tarixli məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf edilən 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs aid edilməsin. Məhkəmə mərhələsində göstərilmiş iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına vəkili Müdafiəçi üçün 600 manat məbləğində pul köçürülsün. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar