Məhkəmə qərarları › İş №1(101)-494/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-494/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-494/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X14 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De fendo” Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 26 aprel 1980-ci ildə Şəmkir rayonu Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdar çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaq və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polotlen torbada təmiz çəkisi 1000.0 qram külli miqdar çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə edib Bakı şəhəri Səbail rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 aprel 2024-cü il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri, Səbail rayonu Yeni Salyan şossesi 22 ünvanında saxlanılıb Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsində yerləşən BNMİ-nin inzibati binasına gətirilib 17 aprel 2024-cü il tarixdə, saat 04:00 radələrindən etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən sağ əlində saxladığı yaşıl rəngli çantasından 01 ədəd üzəri yapışqanlı lentlə sarılmış qara rəngli polotlen torbada təmiz çəkisi 1000.0 qram külli miqdar çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə etmir. Narkotik vasitəni aldıqdan 1 saat keçməmiş tutulmuşdur. Narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoyarkən tutulmuşdur. O, bunun müqabilində 200 manat alacaqdı. Daşıdığı narkotik vasitə marixuana olmuşdur. Törətdiyi əməldən peşmandır. Xəstə övladının müalicə xərclərini qarşlamaq üçün bu əməli törətmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 aprel 2024-cü il tarixdə saat 02:30 radələrində Təqsirləndirilən şəxs Səbail rayonu, Yeni Salyan şossesi 22 ünvanında saxlanılaraq idarəyə aparılmışdır. Səidənin saxlanılmasında ondan başqa digər polis əməkdaşı Şahid1 iştirak etmişdir. İdarəyə aparıldıqdan sonra təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Səidənin üzərinə şəxsi axtarış keçirilən zamanı sonuncu sağ əlində olan yaşıl rəngli çantanın içərisindən marixuana tərkibli kütləni təqdim etmişdir. Təhqiqatçı tərəfindən bunun haradan, necə əldə etməsi barədə soruşulduqda Səidə narkotik vasitəni 1 gün əvvəl Xəzər rayonu ərazisində Qasım adlı İİR vətəndaşı ilə əlaqədə olaraq onun göstərişi ilə Xəzər rayonu ərazisində deyilmiş yerdən 300 manat müqabilində götürdüyünü bildirmişdir.

5. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə edərək Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşqul olması bildirilirmiş. Məlumatın əməliyyat yolu ilə yoxlanması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud cinayət törətdikdən bilavasit sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsdi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə etmişdir. İdarə rəisinin razılığı əsasında «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qəbul edib qərarın surətilərini Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə və Səbail rayon Məhkəməsinə göndərməklə qrupun rəhbəri NMBİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və özünün qrup üzvü kimi əməliyyat qrupu yaradılması barədə əmr hazırlanıb. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri Səbail rayonu, Yeni Salyan şossesi 22 ünvanın yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə idarəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilmişdir. Onun üzərində, paltarlarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməsi üçün BNMİ-nin rəisinə raportla məlumat verdikdən sonra fakt üzrə araşdırma aparılması BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanova həvalə edilmiş və raport BNMİ-nin «törədilmiş i və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı» kitabında xx.xx.2024-cü il tarixdə 111 nömrəsi ilə qeydiyyata alınmaqla şübhəli şəxs qismində idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirak etməsi üçün 22 saylı vəkil bürosundan idarəyə vəkil X8 dəvət olunub. Təhqiqatçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 03:20 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhə edilən şəxs kimi tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 04:00 dəqiqədə idarənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxsnm üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılıb. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmədə, o, Şahid2, vəkil X8 və üzərində şəxsi axtarış və götürmə aparılacaq Təqsirləndirilən şəxs qadın olduğundan üzərində şəxsi axtarış aparmaq üçün dəvət edilmiş onunla həmcins olan xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında yaşayan X9 iştirak etmişlər. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə qərarı ilə tanış edilmiş və şəxsi axtarışda videoçəkilişdən istifadə ediləcəyi elan edilib, videoçəkilişə etiraz daxil olmadıqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Səidə Teymuro vaya hüquq və vəzifələri izah edilmiş və ona təklif edilmiş ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etsin. Təhqiqatçınm bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində saxladığı yaşıl rəngli çantadan bir ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən həmin bağlamanın üst sarğısı kəsilərək içindəkilərə baxılmış, orada qurudulmuş yaşıl rəngli ota oxşar, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilib. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sol çiynindən asılı olan ağ rəngli çantadan 3 manat pul, 01 ədəd dodaq boyası, 03 ədəd «4098 5844 9477 4761», «5239 1517 6092 4061», «5239 1517 0875 3564» nömrəli bank kartları, 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan «Samsung» markalı mobil telefon, öz adma olan şəxsiyyət vəsiqəsi aşkar edilib. Sonra dəvət olunmuş X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan paltarları, ayaqqabısı yoxlanılmış və onun üzərində başqa qanunsuz əşya, maddə və ya predmet aşkar edilməyib. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1060 qram olub, sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə həmin yaşıl rəngli qadın çantasına qoyulub çantanın zəncirbəndi bağlanaraq ağ vərəqdə təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə və iştirakçıların soyadları qeyd edilməklə iştirakçılar tərəfindən soyadlarının qarşısında imzalar edilərək DİN-nin 7 saylı möhürü ilə vərəq çanta üzərinə yapışdırılıb çanta şəffaf yapışqanlı lentlə sarınmış və təhqiqatçı tərəfindən götürülmüşdür, 1 ədəd dodaq boyası və 3 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılıb və istintaq zərurəti olduğundan 01 ədəd «Samsung» markalı mobil telefon, 03 ədəd bank kartları və şəxsiyyət vəsiqəsi də təhqiqatçı tərəfindən götürülüb. Sual-cavab zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirib ki, aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ona məxsusdur, həmin kütləni İran İR vətəndaşı «Qasım» adlı şəxsdən bir gün əvvəl Bakı şəhəri Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində iranlı Qasımdan 300 manat alacağım, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, ona verilən sualları başa düşdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirib. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə süni işıqlandırma şəraitində «Sony» markalı videokameradan istifadə etməklə onun tərəfindən videoçəkiliş aparılmaqla keçirilmiş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilib. Tərtib edilmiş protokol təhqiqatçı tərəfindən ucadan oxunub, iştirakçılardan protokola əlavə ediləsi qeyd daxil olmayıb və o da daxil olmaqla iştirakçılar tərəfindən protokol imzalanıb. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin onun tərəfindən çəkilmiş videogörüntüləri diskə köçürülərək həmin disk onun tərəfindən təhqiqatçıya təqdim edilib. İstər saxlanılarkən, istər idarəyə gətirilərkən və ya idarədə şəxsi axtarış və götürmə aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs qızma onlar tərəfindən fiziki və ya psixi formada təzyiq, təsir olunmamışdır.

6. 16 aprel 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (i.v. 4)

7. 17 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 03:20-də (faktiki saxlanılma saat 02:30-da) Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22)

8. 18 aprel 2024-ci il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. (İ.v. 67-72)

9. 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (İ.v. 137)

10. 17 aprel 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu zəncirbəndlə bağlı yaşıl rəngli idman çantasını masa üzərinə qoyub bildirir ki, çantada narkotik vasitə qurudulmuş marixuana vardır, çanta açılmış və içərisindən albalı rəngdə selofan torbanın içərisində şəffaf selofana bükülmüş 01 ədəd büküm çıxarılmış, təhqiqatçı tərəfindən həmin büküm qayçı ilə kəsilərək açılmış, içərisində yaşıl rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir, həmin büküm qablaşdırması ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1060 qram olmuşdur, sonra təhqiqatçının təklifi ilə şəxsi axtarış və götürmədə iştirak edən X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üst geyim paltarlarına, ayaq geyimlərinə baxış keçirilmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sol çiynindən asdığı ağ rəngli kiçik çantaya baxış keçirilmiş və çantadan 01 ədəd içərisində ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi «Samsung» markalı mobil telefon, 03 ədəd - «4098 5844 9477 4761», «5239 1517 6092 4061», «5239 1517 0875 3564» nömrəli bank kartları, 03 manat pul, 01 ədəd dodaq boyası və öz adma olan şəxsiyyət vəsiqəsi aşkar edilib. Təhqiqatçınm «kartlarla narkotik vasitələrin qanunsuz dövriyyəsində məşqul olub-olmaması, 3 manatın narkotik alverində əldə edilibedilməməsi soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, kartlardan narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etməmişdir, 3 manat pul özünə məxsusdur, həmin aşkar edilənlərdən 03 manat pul və dodaq boyası və ağ rəngli kiçik həcmli qadın çantası Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, mobil telefon və bank kartları istintaq üçün zərurət təşkil etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş yaşıl rəngli çantanın boş olmasını şübhəli şəxs Səidə Teymur ovaya və iştirakçılara göstərərək içərisinin boş olduğunu bildirmiş və həmin çantadan götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixcuanaya bənzər kütlə olan 01 ədəd büküm çantaya qoyaraq zəncirbəndi bağlanmaqla və 01 ədəd ağ vərəqdə qeydlər apararaq iştirakçılar tərəfindən həmin vərəqdəki qeydlər qarşısında imzalar edilməklə həmin vərəq çantanın üzərinə yapışdırılaraq yapışqanlı lentlə sarınmış və çanta qarışıq həmin 01 ədəd büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra təhqiqatçınm verdiyi suallara şübhəli şəxs Təqsirləndirilən şəxs cavab verərək bildirmiş ki, həmin 01 ədəd bükümdəki narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, həmin bükümdəki narkotik vasitə qurudulmuş marixuananı Sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı Qasım adlı şəxsdən bir gün əvvəl, sonuncunun qoyduğu Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən götürmüşdür, həmin götürdüyü narkotik vasitəni Qasımın tapşırığı ilə ayrıayrı şəxslərə çatdırıb əvəzində pul əldə etmək məqsədilə üzərində gəzdirdiyini, bunun müqabilində Qasımın ona 300 manat pul verəcəyini, əvvəllər də iki dəfə Qasımın gizlətdiyi yerdən narkotik vasitə götürüb ayrı-ayrı adamlara çatdırdığını, bunun da 3-cü dəfə olmasını bildirdi, əvvəllər heç kimə narkotik vasitə satmadığı və bağışlamadığını, ona verilən sualları başa düşdüyünü və ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçmm sualına cavab verərək bildirir ki, bundan əvvəl onun üzərinə heç yerdə onun üzərində və ya əşyalarına baxış keçirilməmişdir. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin başa çatdığı elan edilir və təhqiqatçmm bu barədə tərtib etdiyi protokol iştirakçılara oxunduqdan sonra hamı iştirakçılar tərəfindən protokol imzalanır. (İ.v 32-33)

11. Məhkəmə-bioloji ekspertizasının 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/588 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş kütlə» yazıları və imzalar olan açıq yaşıl rəngli əl çantasında 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi-1000,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (İ.v 41-44)

12. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2528 №-li rəyindən saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Gəncə şəhər narkoloji dispaneserində xx.xx.2023-cü il tarixdə kannabioidlərin qəbulu nəticəsində asılılıq diaqonozu ilə ekspertizadan keçib, dispanser qeydiyyatındadır. (i.v 77-78)

13. 22 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana Səbail RPİ-nin saxlan yerinə təhvil verilmişdir. (i.v. 75)

14. Cinayət işinin materiallarına ələavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş, içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefonu, bank kartlarını və 01 ədəd dodaq boyasını təhvil almşdır. (i.v. 123)

15. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun nömrəsinə «1 xazırla gəlirəm 15dəqiqəyə çatıram», həmin tarixdə «40 m əlavə var 140 m var yarıda əmələ gəlsə ver 10 m vuraram» məzmunlu SMS göndərilmişdir.

16. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu zəncirbəndlə bağlı yaşıl rəngli idman çantasını masa üzərinə qoyub bildirir ki, çantada narkotik vasitə qurudulmuş marixuana vardır, çanta açılmış və içərisindən albalı rəngdə selofan torbanın içərisində şəffaf selofana bükülmüş 01 ədəd büküm çıxarılmış, təhqiqatçı tərəfindən həmin büküm qayçı ilə kəsilərək açılmış, içərisində yaşıl rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir, həmin büküm qablaşdırması ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1060 qram olmuşdur, sonra təhqiqatçınm təklifi ilə şəxsi axtarış və götürmədə iştirak edən X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üst geyim paltarlarına, ayaq geyimlərinə baxış keçirilmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sol çiynindən asdığı ağ rəngli kiçik çantaya baxış keçirilmiş və çantadan 01 ədəd içərisində ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi «Samsung» markalı mobil telefon, 03 ədəd-«4098 5844 9477 4761», «5239 1517 6092 4061», «5239 1517 0875 3564» nömrəli bank kartları, 03 manat pul, 01 ədəd dodaq boyası və öz adma olan şəxsiyyət vəsiqəsi aşkar edilib. Təhqiqatçınm «kartlarla narkotik vasitələrin qanunsuz dövriyyəsində məşqul olub-olmaması, 3 manatın narkotik alverində əldə edilibedilməməsi soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, kartlardan narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etməmişdir, 3 manat pul özünə məxsusdur, həmin aşkar edilənlərdən 03 manat pul və dodaq boyası və ağ rəngli kiçik həcmli qadın çantası Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, mobil telefon və bank kartları istintaq üçün zərurət təşkil etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş yaşıl rəngli çantanın boş olmasını şübhəli şəxs Səidə Teymur ovaya və iştirakçılara göstərərək içərisinin boş olduğunu bildirmiş və həmin çantadan götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixcuanaya bənzər kütlə olan 01 ədəd büküm çantaya qoyaraq zəncirbəndi bağlanmaqla və 01 ədəd ağ vərəqdə qeydlər apararaq iştirakçılar tərəfindən həmin vərəqdəki qeydlər qarşısında imzalar edilməklə həmin vərəq çantanın üzərinə yapışdırılaraq yapışqanlı lentlə sarınmış və çanta qarışıq həmin 01 ədəd büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra təhqiqatçınm verdiyi suallara şübhəli şəxs Təqsirləndirilən şəxs cavab verərək bildirmiş ki, həmin 01 ədəd bükümdəki narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, həmin bükümdəki narkotik vasitə qurudulmuş marixuananı Sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı Qasım adlı şəxsdən bir gün əvvəl, sonuncunun qoyduğu Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən götürmüşdür, həmin götürdüyü narkotik vasitəni Qasımın tapşırığı ilə ayrıayrı şəxslərə çatdırıb əvəzində pul əldə etmək məqsədilə üzərində gəzdirdiyini, bunun müqabilində Qasımın ona 300 manat pul verəcəyini, əvvəllər də iki dəfə Qasımın gizlətdiyi yerdən narkotik vasitə götürüb ayrı-ayrı adamlara çatdırdığını, bunun da 3-cü dəfə olmasını bildirdi, əvvəllər heç kimə narkotik vasitə satmadığı və bağışlamadığını, ona verilən sualları başa düşdüyünü və ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab verərək bildirir ki, bundan əvvəl onun üzərinə heç yerdə onun üzərində və ya əşyalarına baxış keçirilməmişdir.

17. Təqsirləndirilən şəxs müdafiəsi üçün hər hansı sübut irəli sürməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

18. CM-nin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Maddə 3. Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Maddə 8.1. Cdinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.

22. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

23. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

25. Maddə 18.4.4. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

26. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

27. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

28. Maddə 139. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

29. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

31. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

32. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

33. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

34. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

35. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

36. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı

40. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

41. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

42. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ:

43. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

44. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

45. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

46. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

47. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir.

49. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur.

50. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə qurudulmuş marixuananı könüllü təqdim etmişdir.

51. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutların məcmusu ilə tam olaraq təsdiq olunur. Təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

52. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı eyni mövqedən çıxış edərək (özünü tam təqsirli bilərək) narkotik vasitə qurudulmuş marixuananı 200 manat müqabilində ona deyilən yerə qoymaq üçün əldə etdiyini bildirmişdir. Məhkəmə onun həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrini yuxarıda göstərilən digər sübutlarla – şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, ekspert rəyləri, istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan SMS-lərlə və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiq olunmuş hesab edir.

53. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə baxış keçirərkən narkotik vasitələrin alqı-satqısı ilə bağlı SMS-lər aşkar olunmuşdur. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, Təqsirləndirilən şəxs mülli miqdarda marixuananı satış məqsədilə əldə etmişdir.

54. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

55. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.

56. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

57. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.

58. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

59. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir.

60. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir.

61. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 26 gün azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 81)

62. Şəmkir Rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 26 gün azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 82-90)

63. Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasnı çəkib qurtarmışdır.

64. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir.

65. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır.

66. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir.

67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

68. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Səbail RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 999,95 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarında olan 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır.

69. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir.

70. Məhkəmə mərhələsində göstərilmiş 23 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edisin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 999,95 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarında olan 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili X3 üçün 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar