Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-495/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət itthamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, müdafiəçi: Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə yaşayan, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, internet vasitəsilə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ehtimal edilən şəxslə WhatsApp ani mesajlaşmə tətbiqi vasitəsilə əlaqə yaradıb sifariş etdiyi narkotik vasitənin dəyərini 18.07.2021-ci il tarixdə sonuncunun həmin tətbiq vasitəsilə göndərdiyi X1 adına olan "4169 7413 8187 7750" "xxxx" ASC-yə məxsus plastik kart hesabına Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Ramin Market” adlı ərzaq mağazasında quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə 300 manat pul köçürməklə həmin gün İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsə WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə ona göndərdiyi ünvan 1 ünvanında yerləşən zibil yeşiklərinin arxasındakı ağacın altında gizlətdiyi külli miqdarda təmiz çəkisi 6,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 4,000 qram psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq idarə etdiyi “Azsamand” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq bağ massivinə kimi daşımış, 19.07.2021-ci il tarixdə, saat 11 radələrində sözügedən ərazidə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmiş və həmin gün orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd qara rəngli sellofan bükümün içərisində 1 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,000 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Sosial şəbəkədə tanış olduğu, lakin şəxsi tanışlığı olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxs 17,07,2021 -ci il tarixdə onunla yazışaraq narkotik vasitə ‘'heroin” və "şüşə” kimi tanınan metamfetamin psixotrop maddə satdığını demiş və həmin narkotik vasitə və psixotrop maddəni 300 (üç yüz) manata aimağı ilə bağlı razılığa gəlmişlər. O, 300 (üç yüz) manat pulu Online vasitəsilə tanımadığı həmin şəxsin bank hesabına göndərmişdir. Bu zaman həmin şəxs ona həmin narkotik vasitə və psixotrop maddənin Bakı şəhərinin ərazisində hansı ünvana qoyulmasını deyəcəyinə söz vermişdir. 18.07.2021-ci ildə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı həmin şəxs onunla əlaqə saxlayıb Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayonun ərazisində zibil yeşiklərinin yaxınlığında ağacın yanında narkotik vasitənin qoyulduğunu demişdir. O, Bakı şəhərini yaxşı tanımadığı üçün qonşuluğunda yaşayan Şahid1 onunla sözügedən ünvana getməsini xahiş etmiş, lakin Şahid1 qeyd olunan ünvanda narkotik vasitə qoyulduğu barədə heç bir söz deməmişdir. Şahid1 onun sözünü yerə salmamış və birlikdə onun idarə etdiyi “Azsamand” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayona getmişlər. Həmin ünvana çatdıqda o, avtomobili bir qədər kənarda saxlayıb, göndərilən narkotik vasitəni götürmək üçün onun qoyulduğu ağaca tərəf getmiş və ağacın altından narkotik vasitənin olduğu bağlamanı götürmüşdür. O, avtomobilin yanına qayıtdıqdan sonra bu barədə Şahid1 məlumat vermişdir. Həmin bağlamanın içərisindəki narkotik vasitələrin bir hissəsini satmaq, qalan hissəsini isə şəxsi istifadəsi üçün nəzərdə tutmuşdur. Bağlamanın içərisindəkilerdən bir qismi "şüşə” kimi tanıdığı metamfetamin adlanan psixotrop maddə, qalan qismi narkotik vasitə olan heroin olmuşdur, 19.07.2021-ci il tarixdə saat 11 radələrində qonşusu Şahid1la geri evə qayıdarkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində 2 nəfər polis əməkdaşı onları saxlayaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. PB-də videoçəkiliş aparılmaqla, onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansısa qanunsuz maddənin və yə əşyanın olub-olmaması barədə sual verildikdə o, əynində olan boz rəngli cins şalvarın sağ cibindən şəxsi istifadəsi və satmaq üçün 18.07.2021 -ci il tarixdə aldığı şəffaf sellofana bükülmüş içərisində qara rəngli bükümü çıxarıb təqdirn etmişdir. Həmin büküm açıldıqda 2 (iki) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin və "şüşə” kimi tanıdığı metamfetamin adlanan psixotrop maddənin olduğu müəyyənləşmişdir. Polis əməkdaşları ondan bunları haradan aldığını soruşmuşdur. O, həmin narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarına 18.07.2021-ci il tarixdə şəxsi istifadəsi və satmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayondan əvvəlcədən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə razılaşdığı kimi ağacın aitından götürdüyünü demişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən götürülüb zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və o, da daxil olmaqla, həmin protokol iştirakçılar tərəfindən imzalanmış, onların tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bir daha bildirir ki, istifadəsində olan “Redmi A7” mobil telefondan istifadə edərək, (055) ***-**-** mobil telefon nömrəsindən “WhatsApp” vasitəsilə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı həmin şəxsə səs göndərib, yazışmışdır. O, həminşəxsi 10 gün əvvəl sosial şəbəkədə instaqramda tanımışdır. Tanışlığı müddətində o, həmin şəxsdən online ödəniş vasitəsilə 2-ci dəfə mal almışdır. Birinci dəfə o, 16.07.2021 -ci il tarixdə 60 (altımış) manat dəyərində 05 qram heroin almışdır, 18.07.2021-ci il tarixdə saat 22:36 dəqiqədə İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən və konkret olaraq kimliyini bilmədiyi həmin şəxs kartın üzərindəki 16 rəqəmi (**********877750) "WnatsApp” vasitəsilə göndərmişdir. O, ödənişi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin ərazisində yerləşən “Ramin markefdən “e-manat” ödəniş aparatı vasitəsilə həmin kart nömrəsinə etmişdir. Lakin o, həmin kartın kimə məxsus olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “kakos” kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs qonşuqlarında yaşayır. 17.07.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Albalılıq qəsəbəsinin ərazisində ona yaxınlaşıb şəhəri yaxşı tanımadığım bildirib, ondan birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisinə getməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs sözünü yerə salmayıb, sonuncu ilə razılaşmışdır. 18.07.2021-ci il, saat 24 radələrində o, Sabunçu rayonu, Albalılıq qəsəbəsinin ərazisində evlərinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüş və sonuncunun “Azsamand” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, avtomobilini idarə edib birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisinə getmişlər və “X8 adına X5”ndan 70-80 metr aralıda yerləşən zibil yeşiklərinin olduğu əraziyə çatdıqda, Təqsirləndirilən şəxs avtomobilini saxlamışdır. O, avtomobildə qalmış, Şahin isə avtomobildən yerə düşüb zibil yeşiklərinin arxasına keçmişdir. Təqsirləndirilən şəxs 6-7 dəqiqədən sonra onun yanma qayıtmışdır. Geri qayıdanda Təqsirləndirilən şəxs əlində nə isə bağlama olmuşdur. Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş və avtomobili idarə edib yol getmişlər. Yol gedərkən Şahin ona danışmışdır ki, əlindəki həmin bağlamada narkotik vasitə var. Həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşı göndərmiş və qeyd olunan ünvana da həmin narkotik vasitəni götürməyə gəlmişlər. 19.07.2021 -ci il tarixdə saat 11 radələrində onlar Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivinə çatarkən həmin ərazidə 2 nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan şəxsiyyət vəsiqələrini soruşmuşlar. Bundan başqa həmin polis əməkdaşları onlara bir neçə sual da vermişlər. Bu zaman üzərində narkotik vasitə olduğundan Şahin özünü itirib, həmin əməkdaşlara həyəcanlı cavab vermişdir, Buna görə də polis əməkdaşları onlardan şübhələnib, onları Sabunçu RPİ-nin 14-cti Polis Bölməsinə dəvət etmişlər, Onlar polis bölməsinə gəlmişlər. Orada onların şəxsiyyəti tam müəyyən edildikdən sonra polis əməkdaşları onlara üzərlərinə videoçəkiliş apartlmaqla, baxış keçiriləcəyini bildirmişlər. O, buna etiraz etməmişdir Polis əməkdaşları tərəfindən ona hüquq vəzifələri izah olunmuş, sonra xidməti otaqların birində videoçəküişiə üzərinə baxış keçirilmişdir, Baxış zamam həmin polis əməkdaşları ona üzərində hər hansısa qanunsuz maddənin və ya əşyanın olub-olmaması barədə sual vermişlər. O, də polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, üzərində heç bir qanunsuz maddə və ya əşya yoxdur. Üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən də polis əməkdaşları tərəfindən onun üzərindən heç bir qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 19 iyul 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi ərazisində ş yoldaşım, Sabunçu RPİ-nin 14-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Polis kapitanı Şahid3 ilə birlikdə xidmət aparan zaman “Azsamand” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə 2 nəfər şəxsin yanlarından ötüb keçərkən özlərini şübhəli apardıqlarına görə həmin avtomobili nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlamışlar və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar həmin şəxslərə şəxsiyyət vəsiqələrini təqdim etmələrini, həmçinin üzərlərində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansısa bir əşyanın və ya predmetin olub-olmaması ilə bağlı onları sorğu-sual etmişlər. Həmin şəxslər şübhəli davranışları İlə verilən suallara cavabdan yayınaraq onlardan qaçmağa çalışmışlar. Buna görə də onlar həmin şəxsləri avtomobillə birlikdə 14-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxslərdən biri 27.02.təvəllüdlü, Lənkəran rayonu, Şilavar kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs, digəri isə xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şahid1dur. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri şəxsin şəxsiyyətləri Təqsirləndirilən şəxs və Şahid1 kimi müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulub, hər ikisinə də ayrı-ayrılıqda vəkil dəvət edilmişdir. Onlar tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs xidməti otaqlardan birinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edilərək sonuncudan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması ona təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qara rəngli bükümü çıxarıb masa üzərinə qoymuş və həmin büküm açılmışdır. Bükümün içərisindən isə 02 ədəd şəffaf sellofan büküm çıxmışdır. Şəffaf sellofan bükümlər də açılmışdır. Bükümlərdən birinin içərisində qəhvəyi rəngli tozşəkilli, digər bükümün içərisində isə ağ rəngli kristal şəkilli maddə kütləsi vardır. Təqdim etdiyi maddələrin nə olması sualına cavab olaraq Təqsirləndirilən şəxs bu maddələrin kakos və şüşə olduğunu, həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini şəxsi istifadəsi, bir hissəsini isə satmaq üçün 18.07.2021-ci il tarixdə sosial şəbəkədə ünsiyyət qurduğu tanımadığı İran İslam Respublikasının vətəndaşının kart hesabına 300 (üç yüz) manat pul köçürərək online sifariş əsasında əldə etdiyini və həmin bükümləri Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində ağacın altından götürdüyünü söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır, Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra onlar tərəfindən Şahid1 xidməti otağa aparılmışdır. Otaqda Şahid1 da videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuşdur. Şahid1 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması sonuncuya təklif olunmuşdur. Lakin Şahid1 üzərində qanunla saxlanması, daşınması və satışı qadağan edilən heç bir əşya və maddənin olmadığını bildirmişdir. Sonra onlar tərəfindən Şahid1 üzərində axtarış keçirilmişdir. Bu zaman Şahid1 üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkarlanmamışdır. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzalan ilə təsdiq etmişlər. Həmçinin bölməyə dəvət edilən 2 nəfər hal şahidinin, onların və Təqsirləndirilən şəxs özünün də iştirakı ilə bölmənin yerləşdiyi inzibati binanın həyətində idarə etdiyi “Azsamand” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Onların iştirakı ilə avtomobilə baxış keçirilərkən avtomobildən qanunla döyriyyəsi qadağan edilmiş hər hansısa əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu da imzaları ilə təsdiq etmişlər. Məhkəmədə dindirilmiş şahid Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 25-26-cı vərəqlərində olan «şəxsi axtarış və götürmə aparılması barədə» 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 13:05-dən 13:15-dək olan 14-cü polis bölməsində Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən sonuncu əynindəki boz rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd qara rəngli bükümü çıxarıb, könüllü təqdim etmişdir. Həmin qara rəngli büküm açıldıqda 02 ədəd şəffaf sellofan bükümün birinin içərisində rəngli qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddə, digərinin içərisindən isə ağ rəngli kristallik, psixotrop maddə olan metafetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə bənzər həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası DİN-İn "Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin 75-76-cı vərəqlərində olan 20 iyul 2021-ci i! tarixli "Elektron daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskdə bir ədəd VTS_01_1.VOB DVD VOB tipli 930 084 kilobayt tutumlu fayl və həmin faylı nümayiş etdirmək üçün 01 köməkçi fayl mövcüddur. Videofayıl açıldıqda görünür ki, çəkiliş 08 dəqiqə 07 saniyə müddətindədir. Görünür ki, çəkiliş xidməti otaqların birində aparılır. Çəkilişdə xidməti otağa bir-birinin ardınca üç nəfər mülki geymli kişi cinsli şəxslərin daxil olması və giriş qapısının qarşısında düzülməiəri müşahidə edilir. İş masası arxasında əyləşən, polis geyim formasında, polis mayoru rütbəsində olan diktor özünü Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin təhqiqatsıçı polis mayoru Elsahib Vəliyev kimi təqdim etdikdən sonra otağa daxil olmuş şəxslərə özlərini təqdim etməyi barədə təklif verir. Soldan birinci dayanan əynində yaşıl rəngli qısaqol köynək və göy rəngli cins şalvar olan şəxs özünü 14-cü PBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 kimi, sağdan birinci olan, əynində qara rəngli qısaqol köynək və boz rəngli şalvar geyinmiş şəxs özünü 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 kimi təqdim edir. Sırada ortada dayanan, əynində göy rəngli qısaqol köynək, boz rəngli cins şalvar geyinmiş şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalıhq bağ massivində nömrəsiz evdə yaşadığım bildirir. Diktor vətəndaşa sonuncunun Şahid1 ilə birlikdə narkotik vasitədə şübhəli bilindiyi üçün saxlanıldığını, 14-cü polis bölməsinə gətirildiyini, üzərinə videokamera iiə vəkilin iştirakı olmadan baxış keçiriləcəyini elan edərək bununla bağlı etirazın oİub-oimamasını öyrənir. Təqsirləndirilən şəxs bununla bağlı etirazının olmadığını söyləyir. Təqsirləndirilən şəxs üzərində qanunla icazəsi olmayan əşyanın olduğu halda onları təqdim etmək əarədə təklifinə sonuncu əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb masa üzərinə qoyur. Bundan sonra həmin qara rəngli sellofan büküm açılır və videoyazan qurğusunun obyektivi masaya yaxmlaşdırıidıqda görünür ki, həmin bükümün içərisində də bir ədəd şəffaf bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalük maddə vardır. Diktorun Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların nə olması barədə sualına cavab verən Təqsirləndirilən şəxs onların narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu, online vasitəsilə sifariş verdiyini, 300 manat məbləğində pulu tanımadığı İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi kart hesabına köçürdüyünü, sonra qoyulduğu yerin şəklinin çəkilərək onun “WhatsApp” nömrəsinə göndərildiyini, gedib Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində ağacın dibindən götürdüyünü, çoxunu özünün istifadəsi üçün, yarısını satəş məqsədilə əldə etdiyini, mayasından əlavə 50-100 manat arasında gəlir əldə etdiyini, həmçinin şəhəri tanımadığına görə qonşuluğunda yaşayan Şahid1 özü ilə apardığını, Şahid1 ona yalnız kənardan ərazini göstərdiyini, nəyə görə həmin əraziyə getdiklərini isə oradan geri qayıdanda Şahid1 söylədiyini bildirir. Həmin maddələr baxışın iştirakçıları tərəfindən götürülür və diktor elan edir ki, bu maddələr qablaşdırılıb ekspertizaya göndəriləcəkdir. Sonra bu maddə kütləsi aşkar olunduğu sellofan torba kəsiyinə qoyulub qablaşdırılır, zərf möhürlənir və şəxsi axtarışı zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanır və çəkilişlər sona çatır. Cinayət işinin 61-62-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2021-ci il tarixli 6/2969 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə üzərində «Azərbayjan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksi «Vət.Təqsirləndirilən şəxs üzərində...» və s. sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd qara rəngli bükümdə təmiz çəkisi 6,001 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,000 qram ağ rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Cinayət işinin 135-136-cı vərəqlərində olan 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan mobil telefon aparatı sensor ekranla təchiz edilib, arxa qapağı açılarkən içərisində 1 GSM kartın olması aşkar edilmişdir. Həmin GSM kartın (055) ***-**-** müəyyən edilmişdir. Telefon cihazında olan məlumatları qoruyan rəqəmsal parol Təqsirləndirilən şəxs tərəfindən icra edilib, istifadəçinin biometrik yoxlaması keçirildikdən sonra sonuncudan xahiş edildi ki, müdafiə sistemlərindən yalnız rəqəmsal parolu saxlasın. Təqsirləndirilən şəxs bunu etdikdən sonra telefonda media və sair faillərin mübadiləsi üçün nəzərdə tutulmuş «WhatsApp» mobil tətbiqi açıldı. Həmin mobil tətbiqində “Ekran görüntüləri” bölümünə baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirdi ki, əldə etdiyi narkotik vasitə və psixotrop maddənin 18 iyul 2021-ci il tarixdə saat 23:54 dəqiqədə tanımadığı İran İslam Respublikasının vətəndaşının ona çəkib «WhatsApp» vasitəsilə göndərdiyi yerin işarələnmiş şəklidir. Həmin şəklin sol tərəfindəki şəkli çəkilmiş qəbzdə “e Manat” aparatı vasitəsilə 19.07.2021-ci il tarixdə saat 00:26:53 saniyədə "xxxx"a aid onun 4****0001 kart nömrəsinə 10 AZN ödənildiyi göstərilir. Sağ tərəfdəki şəkli çəkilmiş qəbzdə onun Bakı şəhəri, Buzovna qəsəbəsi, sahə 1-78 ünvanda yerləşən “Ramin markefdə 18.07.2021-ci il, saat 23:29:37 saniyədə AHMADLİ MİRDAMAT HACİMİRALAKBAR-1n adı qeyd olunan 4 **** 7750 nömrəli "xxxx"a aid kart hesab nömrəsinə 300 AZN əks olunur. Homin mobil tətbiqində «Sohbetler» bölümündə adı qeyd olunmayan şəxslə Təqsirləndirilən şəxs ***-***-**-** «WhatsApp» nömrəsilə 18.07.2021-ci il tarixdə saat 00:00:45 saniyədə qarşılıqlı səslə danışdığı müəyyən edilmişdir. Danışıq belədir: “Faiqdi danışan. Haradasan? Zabratdayam. Nəsə varındı, 02 lazımdı. 02 nədir? 2 də, yəni 2. Tanış uşaqlardı. 110 manat pulu var. Əmələ gəlir? Gələr, gələr. Harada görüşək? Gəl, məhəlləyə. 055-289- 45-42 «WhatsApp» nömrəsinin qarşısında adı Elçin kimi qeyd olunan şəxs 18.07.2021-ci il tarixdə saat 00:01:39 saniyədə zəng edib sənədi Nəvai postuna aparıb, pulu alıb geri qayıdıram deyir. Şahin deyir ki, malı götürə bilmirəm. Qabaqdan məhkəmə gəlir. Cibimin pulu yoxdur. Ay Şahin 23 manat puldur. Bir şey deyil 23, 90 manatdır. Sənin üçün nə deyil. Elçin deyir, pulu atmışam, «WhatsApp» a bax. ***-***-**-** «WhatsApp» nömrəsindən 18.07.2021-ci il, 00:01:19 saniyədə zəng edən adı qeyd edilməyən şəxs Şahinə deyir bir damcı patı ver. Şahin deyir falanqanın içində var. Sabaha saxlamışam. Beynim ağrıdığına görə. ***-***-**-** «WhatsApp» nömrəsindən 04.07.2021-ci il tarixdə saat 00:00:53 saniyədə kimliyi məlum olmayan şəxs Şahinə yarı patı, yarı kakos qoy deyir. Şahin: Hara qoyum. İkimizin canı üçün məndə yoxdu. Mənə inanmırsan. Şoqrumda var. Zəng elə soruş. ***-***-**-** «WhatsApp» nömrəsindən 03.07.2021-ci il tarixdə saat 00:01:12 saniyədə kimliyi məlum olmayan şəxs mənə kola ver, onluq ataram, yes ay du. Binədəyəm, gəlirəm. Şahin: qarşı tərəfə Binədə bir qaqaş vardı, setdən-metdən istəmir? Kömək elə. Pul vurmalıyam.“ kimi qarşılıqlı WhatsApp” danışıqları iş üçün əhəmiyyət kəsb etdiyindən Şahin Rayevin istifadəsində olmuş “Redmi A7” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması üçün götürülmüşdür. Cinayət işinin 170-ci vərəqində olan məhkəmə narkoloji ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 4288 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 172-ci vərəqində olan məhkəmə ambulator-psixiatrik ekspertizasının 12.11.2021-ci il tarixli 2652 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Feruz oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Feryuz oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» birinci siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, ikinci siyahıda 2 qramdan artıq psixotrop maddə metamfetamin külli mqidar hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsdə baxış keçirilərkən qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroin və metamfetamin aşkar edilməsini, eləcə də öz ifadəsinə əsasən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq məqsədi ilə əldə etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 14-cü və 110-111-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 116-120-ci vərəqlərində olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 1 il 1 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən hal, habelə CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CMnin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Sabunçu RPİ-də saxlanılan – ekspertiza tədqiqatından sonra qalıq qalmış 5, 951 qram heroinin və 3,950 qram metafetaminin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır, "Redmi A7" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil X4 müdafiə etmişdir. Müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 50 (əlli) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 300 (üç yüz) manat təşkil edir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 28 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və o, bununla əlaqədar 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat fəaliyyət göstərdiyi Bakı Şəhər 28 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçi X3 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı Şəhər 7 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il (bir) 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını hazıki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın, ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Sabunçu RPİ-də saxlanılan – ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,951 qram heroinin və 3,950 qram metafetaminin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, "Redmi A7" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat fəaliyyət göstərdiyi Bakı Şəhər 28 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçi X3 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı Şəhər 7 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-495/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-495/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver