Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-495/2023 19.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X8 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər – Bakı şəhəri “ProBono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, həmçinin Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxx 1999-cu ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə xx xxxxxxx 1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq Bakı şəhərində gündəlik evlərdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə xx xxxxxxx 1999-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi ərazi dairəsi, Lək kəndində qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirilirlər ondan ötrü ki, onlar, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyalar tətbiq edib, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, zərərçəkmiş şəxsə ziyan vurmaqla quldurluq etmişlər. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 50 manat pul müqabilində 2 saat müddətinə «Memar Əcəmi» metrostansiyası yaxınlığında yerləşən parkın yanında tanış olduğu Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmaq üçün əvvəlcədən müəyyən etdikləri marşurut üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə əvvəlcə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Like» otelə gəlmiş və orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 ilə təxminən 15 dəqiqə intim münasibətdə olduqdan sonra, Təqsirləndirilən şəxs3 münasibətlərini yaşadığı Qobu qəsəbəsində davam etdirmələrini təklif edərək, oteldən çıxıb yenidən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə əyləşdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi üzü «Meyvəli» ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qaranlıq bir yerdə yolun kənarında saxladıqdan sonra, Təqsirləndirilən şəxs3 süni, sözlə mübahisə yaradıb yol pulunun Zərərçəkmiş şəxs tərəfindən veriləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib nalayiq ifadələr işlədərək, əli ilə sonuncunun sol sifət nahiyəsindən bir sillə zərbəsi vurub pulu tələb etdikdə Zərərçəkmiş şəxs cibindən çıxardığı pul qabından 20 manat pul çıxararaq Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxt avtomobildə arxa sol oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 üzərində olan tiyəsinin uzunluğu 145 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 1 mm, dəstəyin uzunluğu 115 mm, orta hissədən eni 23 mm, orta hissədən qalınlığı 14 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağı açıq formada Zərərçəkmiş şəxs nümayiş etdirməklə tətbiq edib xəsarət yetirəcəyi ilə hədələyib pul tələb edərək, sonuncunun əlində olan 6 manat dəyərində dəri materialdan olan pul qabını, içərisində olan 35 manat nağd pulu, içərisində 2 manat olan metro kartını və əlində saxladığı üzərində 3 manat dəyərində ***-***-**-** «Azercell» GSM və 15 manat dəyərində ***-***-**-** «Azerfon» GSM nömrələri olan bir ədəd 400 manat dəyərində «Redmi Mİ 10» markalı mobil telefonu ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 481 (dörd yüz səksən bir) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 50 manat pul müqabilində 2 saat müddətinə «Memar Əcəmi» metrostansiyası yaxınlığında yerləşən parkın yanında tanış olduğu Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmaq üçün əvvəlcədən müəyyən etdikləri marşurut üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə əvvəlcə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Like» otelə gəlmiş və orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 ilə təxminən 15 dəqiqə intim münasibətdə olduqdan sonra, Təqsirləndirilən şəxs3 münasibətlərini yaşadığı Qobu qəsəbəsində davam etdirmələrini təklif edərək, oteldən çıxıb yenidən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə əyləşdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi üzü «Meyvəli» ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qaranlıq bir yerdə yolun kənarında saxladıqdan sonra, Təqsirləndirilən şəxs3 süni, sözlə mübahisə yaradıb yol pulunun Zərərçəkmiş şəxs tərəfindən veriləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib nalayiq ifadələr işlədərək, əli ilə sonuncunun sol sifət nahiyəsindən bir sillə zərbəsi vurub pulu tələb etdikdə Zərərçəkmiş şəxs cibindən çıxardığı pul qabından 20 manat pul çıxararaq Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxt avtomobildə arxa sol oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 üzərində olan tiyəsinin uzunluğu 145 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 1 mm, dəstəyin uzunluğu 115 mm, orta hissədən eni 23 mm, orta hissədən qalınlığı 14 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağını açıq formada Zərərçəkmiş şəxs nümayiş etdirməklə tətbiq edib xəsarət yetirəcəyi ilə hədələyib pul tələb edərək, sonuncunun əlində olan 6 manat dəyərində dəri materialdan olan pul qabını, içərisində olan 35 manat nağd pulu, içərisində 2 manat olan metro kartını və əlində saxladığı üzərində 3 manat dəyərində ***-***-**-** «Azercell» GSM və 15 manat dəyərində ***-***-**-** «Azerfon» GSM nömrələri olan bir ədəd 400 manat dəyərində «Redmi Mİ 10» markalı mobil telefonu ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 481 (dörd yüz səksən bir) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 50 manat pul müqabilində 2 saat müddətinə «Memar Əcəmi» metrostansiyası yaxınlığında yerləşən parkın yanında tanış olduğu Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmaq üçün əvvəlcədən müəyyən etdikləri marşurut üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə əvvəlcə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Like» otelə gəlmiş və orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 ilə təxminən 15 dəqiqə intim münasibətdə olduqdan sonra, Təqsirləndirilən şəxs3 münasibətlərini yaşadığı Qobu qəsəbəsində davam etdirmələrini təklif edərək, oteldən çıxıb yenidən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə əyləşdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi üzü «Meyvəli» ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qaranlıq bir yerdə yolun kənarında saxladıqdan sonra, Təqsirləndirilən şəxs3 süni, sözlə mübahisə yaradıb yol pulunun Zərərçəkmiş şəxs tərəfindən veriləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib nalayiq ifadələr işlədərək, əli ilə sonuncunun sol sifət nahiyəsindən bir sillə zərbəsi vurub pulu tələb etdikdə Zərərçəkmiş şəxs cibindən çıxardığı pul qabından 20 manat pul çıxararaq Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxt avtomobildə arxa sol oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 üzərində olan tiyəsinin uzunluğu 145 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 1 mm, dəstəyin uzunluğu 115 mm, orta hissədən eni 23 mm, orta hissədən qalınlığı 14 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağını açıq formada Zərərçəkmiş şəxs nümayiş etdirməklə tətbiq edib xəsarət yetirəcəyi ilə hədələyib pul tələb edərək, sonuncunun əlində olan 6 manat dəyərində dəri materialdan olan pul qabını, içərisində olan 35 manat nağd pulu, içərisində 2 manat olan metro kartını və əlində saxladığı üzərində 3 manat dəyərində ***-***-**-** «Azercell» GSM və 15 manat dəyərində ***-***-**-** «Azerfon» GSM nömrələri olan bir ədəd 400 manat dəyərində «Redmi M10» markalı mobil telefonu ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 481 (dörd yüz səksən bir) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, digər Təqsirləndirilən şəxs3 isə müştəri kimi tanımışdır. Belə ki, Səma əvvəllər də bir neçə dəfə ona yaxınlaşaraq taksi kimi sonuncunu istədiyi yerə aparmağını ondan xahiş etmişdir. Hadisə günü Metronun «Memar Əcəmi» stansiyasının yerləşdiyi dairəsində Ağaları görmüşdür. Ağalar ona yaxınlaşaraq 5 manat pul verəcəyini deyib, onu metronun «20 Yanvar» stansiyasına aparıb, sonra da geri gətirə biləcəyini soruşmuş, o da bu təkliflə razılaşmış, həmin vaxt Səma və Şaban da maşında olmuşdur. Səma onun yanında, Ağalar və Şaban isə arxada əyləşmişdir. Bir az keçdikdən sonra Şabanla onun arasında mübahisə yaranmış, Ağalar da mübahisəyə qoşulmuşdur. Ağalar ondan maşını saxlamasını tələb etmiş, o da maşını saxlamışdır. Sonra Ağalar və Şaban maşından düşmüşlər. Ağalar Şabandan pul qabını ona verməsini tələb etmiş, Şaban da pul qabını Ağalara vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış, həmin vaxt Təqsirləndirilən şəxs3 da maşında olmuş, əvvəlcə Səma və Şabanı maşına götürmüş, daha sonra Ağaları götürmüşdür. Ağalar maşına minəndən sonra onu Masazıra aparıb, sonra da geri qaytarmasını bildirmişdir. Ağalar Şabanla maşından düşəndə başa düşmüşdür ki, mübahisəyə görə düşürlər. Mübahisəyə görə «başını ağrıtmaq» istəməmişdir. Zərərçəkmiş onun daimi müştərisi olmamış, o, Səmanı tanımışdır. Şabanın pul qabından 135 manat pul çıxmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin heç birini tanımamışdır. O, hadisə günü dayanacaqda dayanıb Masazıra getmək istəmiş, taksi gəldiyini gördükdə əl edib taksini saxlatmış, maşına oturmuş və sürücüdən onu Masazıra apara biləcəyini soruşmuş, o da bu təkliflə razılaşmışdır. O, taksiyə minəndə Səma və Şabanın da maşında olduğunu görmüşdür. Otelin qarşısında Səma və Şaban maşından düşmüş, Kazım isə onları gözləmişdir. Sonra onlar maşına minib geri qayıdanda maşında Şabanla aralarında mübahisələri yaranmışdır. Şaban da, o da içkili olmuşlar. O, Şabandan sakitliyə bir az riayət etməsini tələb etmişdir. Maşın Sulutəpə istiqamətində gedən zaman Şaban maşında əl-qol ilə danışmağa başlamış, o da Şabana «gəl maşında danışmayaq, aşağı düşək» demişdir. Kazım maşını saxlamış, onlar düşüb söhbət etməyə başlamışlar. İlkin olaraq Şaban onunla aqressiv danışmağa başlamışdır. O, Şabanla mübahisə etmiş və ondan telefonla pul qabını ona verməsini tələb etmişdir. O da telefon və pul qabını çıxarıb ona vermişdir. O, Şabana qarşı heç bir hərəkət etməmişdir. Onun üzərində bıçaq olmamışdır. Onun Şabanı maşından düşürməkdə məqsədi soyğunçuluq etmək oluşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların arasındakı mübahisə Masazırdan geri qayıdanda başlamış, o, zərər çəkmiş şəxsi sillə ilə vurmuş, üzərində nə olduğunu soruşmuş, zərərçəkmiş də pul qabısını ona vermişdir. Onun üzərində bıçaq olmamışdır. Mübahisədən sonra həmin taksiyə oturmuş, 5 manat vermiş, taksi onu metronun «20 Yanvar» stansiyasında düşürmüşdür. Onun fikri, zərərçəkmiş şəxsin telefonunu götürmək olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 tanımır, Təqsirləndirilən şəxs1 isə çoxdan tanıyır. Şabanla metronun «20 Yanvar» stansiyasında tanış olmuş, sonra birlikdə otelə getmişlər. O, pulunu almış, 5 dəqiqə sonra oteldən çıxmışdır. O, otelə getməmişdən əvvəl Kazımla onları oteli aparıb, sonra da gözləmək barədə razılaşmışdır. Buna görə də taksi onu gözləmişdir. Birinci Ağaları, sonra isə onu düşürməli olmuşdur. Onu düşürdükdən sonra Kazım oturub gözləmişdir. Kazım Ağaları da maşına götürməsinin problem olub-olmayacağını soruşduqda, o da buna etiraz etməmişdir. Kazım maşınla Ağaları küçənin başından götürmüş, maşında Ağalarla Şaban mübahisə etməyə başlamışlar. O da niyə mübahisə etdiklərini soruşmuş, Ağalar Kazımdan maşını kənarda saxlamasını tələb etmiş, Kazım da maşını kənarda saxlamışdır. Daha sonra nə olduğunu bilməmiş, sonra Ağaları metronun «Memar Əcəmi» stansiyasına düşürüb, daha sonra da evinə getmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC tikinti şirkətində fəhlə işləyir. Hadisə günü «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən kafedə əyləşmiş, çölə çıxdığı zaman yolun kənarında bir qızın dayandığını görmüş, həmin qız qısa don geyinmiş və ona yaxınlaşaraq ondan siqaret istəmiş, daha sonra tanış olmaq məqsədi ilə onunla söhbət etdikdə adının Səma olduğunu öyrənmişdir. Səmadan intim əlaqədə olmaq üçün görüşübgörüşmədiyini soruşmuş, Səma ona 50 (əlli) manat müqabilində onunla görüşəcəyini bildirmişdir. Səma ilə qiymətdə razılaşdıqdan sonra yolun kənarında dayanmış taksini çağıraraq, həmin avtomaşına əyləşmişlər. Taksi sürücüsü hara gedəcəklərini soruşduqda Səma Masazırda yerləşən «Like» otelə gedəcəklərini demişdir. Daha sonra Səma ilə birlikdə otelə getmişlər. Bir müddət sonra oteldən çıxıb maşına əyləşmişlər, maşınla yolda gəldikləri zaman Səma ilə onun arasında pula görə mübahisə yaranmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Səmanı «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən parkın yanında, yol kənarında dayanan zaman görmüşdür. Səma ilə tanış olduqdan sonra otelə getməyi qərarlaşdıraraq Masazırda yerləşən «Like» otelə getmişlər. Qiyməti Səmanın özü ilə danışmış, Səma ona 50 (əlli) manat qiymət demiş, həmin qiymətə otel, taksi və görüş pulu daxil olmuşdur. Taksi yol kənarında dayanmış, taksini Səma əl edərək çağırmış, taksi gələn zaman taksinin içərisində kənar şəxs əyləşməmişdir. Səmanın çağırdığı taksinin sürücüsü sonradan adını bildiyi Kazım olmuşdur. Kazım maşını dayancaqda saxlamış, həmin zaman yenə sonradan adını bildiyi Ağalar taksiyə əyləşmişdir. Otelə getdikləri zaman pulu Səmanın özünə vermişdir. Oteldən çıxdıqda isə Kazımın otelin qarşısında dayandığını görmüş, Ağalar da maşında olmuşdur. Oteldə olduqları zaman Səma Qobu qəsəbəsində yerləşən evinə getmələrini təklif etdiyi üçün oteldən çıxmışlar. Taksi ilə Qobu qəsəbəsinə gedərkən Səma ilə onun arasında mübahisə yaranmış, belə ki, Kazım taksi pulunu kimin verəcəyini soruşduqda, Səma bildirmişdir ki, taksi pulunu o verməlidir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Məsələnin daha çox böyüməməsi üçün 20 (iyirmi) manat pulu Kazıma vermişdir. Daha sonra Kazım maşını saxlamış, o, maşından çıxdıqda pul qabısı və telefonu əlində olmuşdur. Ağalar əlində olan pul qabı və telefonu ondan almış, daha sonra ona sillə vurub maşına əyləşərək çıxıb getmişlər. İçkili olduğu üçün onların üzərində bıçaq olub-olmamasını xatırlamır. Onun əlindən alınmış mobil telefonun yenisini alaraq ona geri qaytarmışlar. Ona dəymiş ziyan ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid ifadəsində bildirmişdir ki, o, «20 Yanvar» metrostansiyası tərəfdə yerləşən «Park 20» Ticarət Mərkəzində yerləşən mobil cihazların alqı-satqısı mağazasında proqramist işləmişdir. 27 iyul 2022-ci il tarixdə saat təxminən 12 radələrində o, işdə olarkən bir nəfər cavan oğlan onun işlədiyi mobil telefon alqı-satqısı mağazasına daxil olmuş və mobil telefon satmaq istədiyini bildirmişdir. O, ondan satmaq istədiyi mobil telefonu alıb baxmış və «Redmi 10» markalı mobil telefon olduğunu görmüş, telefonun işləyib işləmədiyini yoxlamış, bundan sonra onlar həmin şəxslə mobil telefonun qiymətini 100 manata razılaşmışlar. O, həmin oğlandan şəxsiyyətini təsdiq edən sənədini istəmiş, həmin şəxs ona hərbi biletini təqdim etmiş və məlum olmuşdur ki, həmin şəxs Şəki rayon sakini X1r. O, Əyyub Süleymanova məxsus hərbi biletinin kserosurətini çıxartmış və mobil telefonun kimə məxsus olmasını ondan soruşmuşdur. Əyyub bildirmişdir ki, telefon onun özünə məxsusdur, ona görə də hərbi biletinin kserosurətində həmin mobil telefonun oğurluq və girovda olmaması barədə qeyd etdikdən sonra imza etmişdir. Bundan sonra o, Əyyub Süleymanova 100 manat pul verib «Redmi 10» markalı mobil telefonu ondan qəbul etmiş və Əyyub pulu götürüb çıxıb getmişdir. Həmin günü təxminən saat 19 radələrində bir nəfər şəxs onun işlədiyi mağazaya daxil olmuş və işlənmiş mobil telefon almaq istədiyini bildirmişdir. O, «Redmi 10» markalı mobil telefonu həmin şəxsə təqdim etmiş və onlar 130 manata razılaşmışlar. Həmin oğlan pulu verib «Redmi 10» markalı mobil telefonu alıb çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, X2 «Redmi 10» markalı mobil telefonu ona satarkən cinayət yolu ilə əldə olunması barədə ona heç bir məlumat verməmiş, o, həmin mobil telefonun özünə məxsus olmasını bildirmiş və buna görə də ona təqdim etdiyi özünə məxsus hərbi biletinin kserosurətinin üzərində oğurluq və girovda olmaması barədə qeyd edərək imza etmişdir. Həmin hərbi biletin kserosurətini istintaqa təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 27 iyul 2022-ci il tarixdə saat 18.24-də DİNnin 102 xidməti zəng mərkəzinə zəng vuraraq və 40-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 26 iyul 2022-ci il tarixdə saat 23.30 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığında mindiyi «Tofaş» markalı taksinin sürücüsü və onun yanında əyləşən şəxsin onu bıçaqla hədələməsi və içərisində 200 manat pul, şəxsiyyət vəsiqəsi, metro kart olan pul kisəsini götürmələri, sonra da şəxsiyyət vəsiqəsini geri qaytarmaları barədə məlumat vermişdir (i/v: cild İ, səh.3). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin məsul növbətçisindən Binəqədi RPİ-nin 40-cı PB-nin rəisinə ünvanlanmış raportlardan da görünür ki, 27 iyul 2022-ci il tarixdə saat 18:24 radələrində DİN-nin 102 xidmətinə daxil olmuş məlumatda da Zərərçəkmiş şəxs 26 iyul 2022-ci il tarixdə saat 23.30 radələrində metronun «Memar Əcəmi» stansiyası yaxınlığında taksi sürücüsünün və həmin şəxsin yanında əyləşən şəxsin onu bıçaqla hədələməsi, içərisində 200 manat olan pul qabını, şəxsiyyət vəsiqəsi və metro kartını götürmələri, sonra da şəxsiyyət vəsiqəsini geri qaytarmaları barədə məlumat vermişdir (i/v: cild İ, səh. 4). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən də görünür ki, o, 27 iyul 2022-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. (i/v: cild İ, səh. 6). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 PB-nə gətirilən zaman bildirmişdir ki, hadisə zamanı istifadə etdiyi bıçaq PB-nin qarşısında saxlanılmış «AZ Samand» markalı ** FS *** nömrə nişanlı avtomobilin salonundadır və Təqsirləndirilən şəxs2 hadisə zamanı istifadə etdiyi tutacağı taxtadan olan bıçağı avtomobilin salonundan götürərək könüllü təqdim etmişdir (i/v: cild İ, səh. 29). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «əşyanın tanınmaya təqdim edilməsi haqqında» 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 ona qarşı istifadə etdiyi bir ədəd bıçaq eyni növdən olan üç ədəd bıçaqla birlikdə Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs soldan 2ci yerdə qoyulmuş bıçağı tanıdığını və hadisə zamanı Təqsirləndirilən şəxs2 məhz həmin bıçaqdan istifadə etdiyini bildirmişdir (i/v: cild İ, səh. 22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri əyani surətdə göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (i/v: cild İ, səh. 24-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin baş verdiyi yeri əyani surətdə göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (i/v: cild İ, səh. 55-59). Cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxsin ona qarşı törədilmiş quldurluq cinayətini Təqsirləndirilən şəxs1 üzünə söyləmiş və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dediklərini təsdiqləmişdir (i/v: cild İ, səh. 60-64) Eləcə də cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxsin ona qarşı törədilmiş quldurluq cinayətini Təqsirləndirilən şəxs1 üzünə söyləmiş və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dediklərini təsdiqləmişdir (i/v: cild İ, səh. 99-103). Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxsin ona qarşı törədilmiş quldurluq cinayətini Təqsirləndirilən şəxs3 üzünə söyləmiş və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dediklərini təsdiqləmişdir (i/v: cild İ, səh. 132-136). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin baş verdiyi yeri və ələ keçirdiyi mobil telefonu satdığı yeri əyani surətdə göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (i/v: cild İ, səh. 92- 93). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə tanış olduğu, onunla birlikdə getdiyi oteli və hadisənin baş verdiyi yeri əyani surətdə göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (i/v: cild İ, səh. 126-131). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 30 avqust 2022-ci il tarixli 3/1078 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüffat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (i/v: cild İİ, səh. 43-45). Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayətin predmeti olan 01 ədəd bıçağı Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarına könüllü olaraq təqdim etmiş, həmin bıçaq iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v: cild İİ, səh. 99-115). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2508 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (i/v: cild İİ, səh. 53-55). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2564 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur (i/v: cild İİ, səh.56-59). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2566 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (i/v: cild İİ, səh.60-62). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 30 avqust 2022-ci il tarixli 3/1078 saylı, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2508, xx.xx.2022-ci il tarixli, 2564 və 2566 saylı rəyləri iş materialları ilə öz təsdiqini tapdığından sübutun bir növü kimi qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməyərək zərərçəkmiş şəxsə qarşı quldurluq cinayəti törətmədiklərini bildirsələr də aşağıda sadalanan sübutlarla onlara qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidiai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 o, «20 Yanvar» metrostansiyası ətrafından tanımış, Təqsirləndirilən şəxs3 da elə həmin ərazidən tanımış, Səma «20 Yanvar» metrostansiyası ərazisində yol kənarında dayanaraq əxlaqsızlıqla məşğul olmuşdur. 26 iyul 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində o, Ağalar və Səma «20 Yanvar» metrostansiyası yaxınlığında birlikdə onun idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib söhbət etmişlər. Söhbət zamanı onlar belə qərara gəlmişlər ki, Səma yolun kənarında dayanıb müştəri tutacaq, həmin müştəri ilə onun idarə etdiyi avtomobillə otelə gedəcək, orada 10-15 dəqiqə vaxt keçirdikdən sonra yenidən avtomobilə əyləşib yaşadığı Qobu qəsəbəsinə getmək üçün yola düşərkən, qaranlıq bir yerdə Səma mübahisə yaradacaq, bu zaman müştərini onlar soyacaqlar və əldə olunan əmlakı yarı böləcəklər. Onlar üçü də razılaşdıqdan sonra birlikdə onun idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən parkın yanına gəlmişlər. Orada o, Ağalarla parkın içərisində oturmuşlar. Səma isə parkın qarşısında dayanaraq intim əlaqədə olmaq üçün müştəri axtarmışdır. Saat təxminən 22:00 radələrində Səmaya bir nəfər oğlan yaxınlaşmış, söhbət etmişlər. Bu zaman o, əvvəlcədən danışdıqları kimi gedib idarə etdiyi avtomobilin yanında dayanmış, Ağalar isə bir qədər qarşıda yerləşən dayanacaqda dayanıb gözləməyə başlamışdır. Bu zaman Səma həmin oğlanla onun idarə etdiyi avtomobilə yaxınlaşıb əyləşmişlər və o, avtomobillə hərəkət edərək gəlib Ağaların yanında saxlamış, Ağalar da avtomobildə arxada sürücüdən arxa oturacaqda əyləşdikdən sonra onlar yollarına davam etmişlər. Onlar oradan Masazır qəsəbəsində yerləşən «Like» adlı otelə gəlmişlər. Orada Səma və həmin oğlan adı sonradan ona məlum olan Şaban avtomobildən düşüb otelə daxil olmuşlar. O, isə Ağalar ilə birlikdə avtomobildə oturub onları gözləməyə başlamışlar. Təxminən 15 dəqiqə keçmiş Səma və Şaban oteldən çıxmışlar və o, idarə etdiyi avtomobillə onların yanlarına sürüb saxlamış və Səmadan niyə oteldən çıxmamışdan mobil telefon vasitəsi ilə yığmadığını soruşmuşdur. Səma isə konturu olmadığını bildirmiş və onlar birlikdə avtomobilə əyləşmişlər. Səma avtomobildə qarşıda sürücünün yanında sağ tərəfdə, Ağalar arxada sol tərəfdə, Şaban isə arxada sağ tərəfdə əyləşmişlər. Səma ona avtomobili Qobu qəsəbəsinə onun yaşadığı evə sürməsini bildirmişdir. O, da avtomobili idarə edib Xocəsən qəsəbəsi üzü Meyvəli ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, orada yolun kənarında qaranlıq bir yerdə yerləşən ağaclığın yanında əlverişli şərait olduğunu görüb avtomobili saxlamış və taksi pulunun kimin verəcəyini soruşmuşdur. Səma isə bildirmişdir ki, taksi pulunu Şaban verməlidir. Şaban isə bildirmişdir ki, o, Səmaya 50 manat pul vermiş və razılaşdıqlarına görə taksi pulu, otel və görüşmə hamısı həmin pulun içindədir. Səma isə yenidən ona pul verilmədiyini bildirdikdə arada sözlə mübahisə yaranmış və bu zaman o, avtomobildə arxaya dönərək sağ əli ilə Şabanın sol üz nahiyəsindən bir sillə vurmuş və pulu tələb etmişdir. Şaban qorxduğundan tez cibində olan pul qabını çıxararaq içərisindən 20 manat pul çıxarıb ona vermiş və söhbəti böyütməmələrini, sürüb getmələrini bildirmişdir. Bu zaman Ağalar avtomobildə arxa döşəmədəki rezin ayaqaltının altına əvvəlcədən qoyduğu təxminən 25 sm uzunluğunda, dəstəyi qəhvəyi rəngli taxtadan olan mətbəx bıçağını çıxarıb Şabanın sol böyür nahiyəsinə tutaraq tez əlindəki pul qabını ona verməsini bildirmişdir. Şaban da qorxaraq tez pul qabını Ağalara vermiş və Ağalar özü Şabanın əlində olan ağ rəngli, «Redmi 10» markalı mobil telefonu onun əlindən dartıb aldıqdan sonra ona tez avtomobildən düşməsini və çıxıb getməsini bildirmişdir. Şaban da qorxaraq avtomobildən yerə düşmüş və pul qabının içərisində olan şəxsiyyət vəsiqəsini ona qaytarmasını xahiş etmişdir. Ağalar da pul qabının içərisində olan Şabana məxsus şəxsiyyət vəsiqəsini çıxararaq ona qaytarmışdır. Bundan sonra o, Ağalar və Səma oradan yenidən «20 Yanvar» metrostansiyası ətrafına gəlmişlər. Orada Ağalar pul qabının içərisinə baxıb orada cəmi 35 manat nağd pul və bir ədəd metrokartı olduğunu görüb götürərək, pul qabını metrokartı ilə birlikdə orada olan ağaclığa atmışdır. Həmin puldan Ağalar 10 manat özünə götürmüş, 25 manat isə Səmaya vermişdir. O, isə 20 manat özü Şabandan almışdır. Bundan sonra onlar ayrılmışlar, «Redmi 10» markalı mobil telefon isə Ağalarda qalmışdır. Bundan sonra o, eşitmişdir ki, Ağalar xx.xx.2022-ci il tarixdə «20 Yanvar» ərazisində tanıdıqları əslən Şəki rayonundan olan Əyyub adlı oğlanla görüşərək «Redmi 10» markalı mobil telefonu orada olan mobil telefonların alqı-satqısı mağazasına 100 manata satmışdır (i/v: cild İİ, səh.126-130). Eləcə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 Avtandil oğlunu və Təqsirləndirilən şəxs3 «20 Yanvar» metrostansiyası ətrafından tanımış, Səma «20 Yanvar» metrostansiyası ərazisində yol kənarında dayanaraq əxlaqsızlıqla məşğul olmuşdur. 26 iyul 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində o, Kazım və Səma «20 Yanvar» metrostansiyası yaxınlığında birlikdə Kazımın idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib söhbət etmişlər. Söhbət zamanı onlar belə qərara gəlmişlər ki, Səma yolun kənarında dayanıb müştəri tutacaq, həmin müştəri ilə Kazımın idarə etdiyi avtomobillə otelə gedəcək, orada 10-15 dəqiqə vaxt keçirdikdən sonra yenidən avtomobilə əyləşib yaşadığı Qobu qəsəbəsinə getmək üçün yola düşərkən, qaranlıq bir yerdə Səma mübahisə yaradacaq, bu zaman müştərini onlar soyacaqlar və əldə olunan əmlakı yarı böləcəklər. Onlar üçü də razılaşdıqdan sonra birlikdə Kazımın idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən parkın yanına gəlmişlər. Orada o, Kazımla parkın içərisində oturmuşlar. Səma isə parkın qarşısında dayanaraq intim əlaqədə olmaq üçün müştəri axtarmışdır. Saat təxminən 22:00 radələrində Səmaya bir nəfər oğlan yaxınlaşmış, söhbət etmişlər. Bu zaman Kazım əvvəlcədən danışdıqları kimi gedib idarə etdiyi avtomobilin yanında dayanmış, o, isə bir qədər qarşıda yerləşən dayanacaqda dayanıb gözləməyə başlamışdır. Bu zaman Səma həmin oğlanla Kazımın idarə etdiyi avtomobilə yaxınlaşıb əyləşmişlər və Kazım avtomobillə hərəkət edərək gəlib onun yanında saxlamış, o, da avtomobildə arxada sürücüdən arxa oturacaqda əyləşdikdən sonra onlar yollarına davam etmişlər. Onlar oradan Masazır qəsəbəsində yerləşən «Like» adlı otelə gəlmişlər. Orada Səma və həmin oğlan adı sonradan ona məlum olan Şaban avtomobildən düşüb otelə daxil olmuşlar. O, isə Kazımla birlikdə avtomobildə oturub onları gözləməyə başlamışlar. Təxminən 15 dəqiqə keçmiş Səma və Şaban oteldən çıxmışlar və Kazım idarə etdiyi avtomobillə onların yanlarına sürüb saxlamış və Səmadan niyə oteldən çıxmamışdan mobil telefon vasitəsi ilə yığmadığını soruşmuşdur. Səma isə konturu olmadığını bildirmiş və onlar birlikdə avtomobilə əyləşmişlər. Səma avtomobildə qarşıda sürücünün yanında sağ tərəfdə, o, arxada sol tərəfdə, Şaban isə arxada sağ tərəfdə əyləşmişlər. Səma Kazıma avtomobili Qobu qəsəbəsinə onun yaşadığı evə sürməsini bildirmişdir. Kazım avtomobili idarə edib Xocəsən qəsəbəsi üzü Meyvəli ticarət mərkəzi istiqamətində olarkən, orada yolun kənarında qaranlıq bir yerdə yerləşən ağaclığın yanında avtomobili saxlamış və taksi pulunun kimin verəcəyini soruşmuşdur. Səma isə bildirmişdir ki, taksi pulunu Şaban verməlidir. Şaban isə bildirmişdir ki, o, Səmaya 50 manat pul vermiş və razılaşdıqlarına görə taksi pulu, otel və görüşmə hamısı həmin pulun içindədir. Səma isə yenidən ona pul verilmədiyini bildirdikdə arada sözlə mübahisə yaranmış və bu zaman Kazım avtomobildə arxaya dönərək əli ilə Şabanın sol üz nahiyəsindən bir şillə vurmuş və pulu tələb etmişdir. Şaban qorxduğundan tez cibində olan pul qabını çıxararaq içərisindən 20 manat pul çıxarıb Kazıma vermiş və söhbəti böyütməməsini, sürüb getməsini bildirmişdir. O, da Şabanın əlində olan pul qabının içərisində pul olduğunu görüb əvvəlcədən qoyduğu yerdən yəni, avtomobildə arxa oturacağın qarşısında olan döşəmədəki rezin ayaqaltının altında olan təxminən 25 sm uzunluğunda, dəstəyi qəhvəyi rəngli taxtadan olan mətbəxt bıçağını çıxarıb Şabanın sol böyür nahiyəsinə tutaraq tez əlindəki pul qabını ona verməsini bildirmişdir. Şaban da qorxaraq tez pul qabını ona vermiş və o, özü Şabanın əlində olan ağ rəngli, «Redmi 10» markalı mobil telefonu onun əlindən dartıb aldıqdan sonra ona tez avtomobildən düşməsini və çıxıb getməsini bildirmişdir. Şaban qorxaraq avtomobildən yerə yerə düşmüş və pul qabının içərisində olan şəxsiyyət vəsiqəsini ona qaytarmasını xahiş etmişdir. O, da pul qabının içərisində olan Şabana məxsus şəxsiyyət vəsiqəsini çıxararaq ona qaytarmışdır. Bundan sonra o, Kazım və Səma oradan yenidən «20 Yanvar» metrostansiyası ətrafına gəlmişlər. O, pul qabının içərisinə baxıb orada cəmi 35 manat nağd pul və bir ədəd metrokartı olduğunu görmüşdür. O, 35 manat pulu götürüb pul qabını metrokartı ilə birlikdə orada olan ağaclığa atmışdır. Həmin puldan o, 10 manat özünə götürmüş, 25 manat isə Səmaya vermişdir. Kazım isə 20 manat özü Şabandan almışdır. Bundan sonra onlar ayrılmışlar, «Redmi 10» markalı mobil telefon isə onda qalmışdır. Səhərisi günü xx.xx.2022-ci il tarixdə o, «20 Yanvar» ərazisinə gəlib orada əvvəlcədən tanıdığı əslən Şəki rayonundan olan Əyyub adlı oğlanla görüşərək onda olan «Redmi 10» markalı mobil telefonu üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün satmağa kömək etməsini xahiş etmişdir. Əyyub da onunla razılaşaraq «20 Yanvar» metrostansiyası yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı mağazasına mobil telefonu 100 manata satmışdır. O, da həmin puldan Əyyuba 20 manat pul vermişdir. Onda qalan 80 manat pulu isə o, öz ehtiyaclarına xərcləmişdir (i/v: cild İİ, səh. 141-145). Bundan əlavə Təqsirləndirilən şəxs3 ibtidai istinraq zamanı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uşaqlarını dolandırmaq üçün «20 Yanvar» metrostansiyası ərazisində yol kənarında dayanaraq əxlaqsızlıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 o, «20 Yanvar» metrostansiyası ətrafından tanımışdır. Kazım «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 da o, «20 Yanvar» metrostansiyası ətrafından tanımışdır. 26 iyul 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində o, Ağalar və Kazım «20 Yanvar» metrostansiyası yıxınlığında birlikdə Kazımın idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib söhbət etmişlər. Söhbət zamanı onlar belə qərara gəlmişlər ki, o, yolun kənarında dayanıb müştəri tutacaq, həmin müştəri ilə Kazımın idarə etdiyi avtomobillə otelə gedəcəklər, orada 10-15 dəqiqə vaxt keçirdikdən sonra yenidən avtomobilə əyləşib yaşadığı Qobu qəsəbəsinə getmək üçün yola düşərkən, qaranlıq bir yerdə o, mübahisə yaradacaq, bu zaman müştərini Ağalar və Kazım soyacaqlar və əldə olunan əmlakı yarı böləcəklər. Onlar üçü də razılaşdıqdan sonra birlikdə Kazımın idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən parkın yanına gəlmişlər. X9 parkın içərisində oturmuşlar, o, isə parkın qarşısında dayanaraq intim əlaqədə olmaq üçün müştəri axtarmışdır. Saat təxminən 22:00 radələrində ona bir nəfər oğlan yaxınlaşmış, söhbət etmişlər. Onlar razılaşmışlar ki, 50 manat müqabilində taksi, otel və 2 saat intim münasibətdə olacaqlarına razılaşmışlar. Şabanla razılaşdıqdan sonra o, əvvəlcədən danışdıqları kimi gedib Kazım idarə etdiyi avtomobilin yanında dayanmış, Ağalar isə bir qədər qarşıda yerləşən dayanacaqda dayanıb gözləməyə başlamışlar. Bu zaman o, Şabanla Kazımın idarə etdiyi avtomobilə yaxınlaşıb əyləşmişlər və Kazım avtomobillə hərəkət edərək gəlib Ağaların yanında avtomobili saxlamış, Ağalar da avtomobildə arxada sürücüdən arxa oturacaqda əyləşdikdən sonra onlar yollarına davam etmişlər. Onlar oradan Masazır qəsəbəsində yerləşən «Like» adlı otelə gəlmişlər. Orada o, və Şaban avtomobildən düşüb otelə daxil olmuşlar. Kazım isə Ağalar ilə birlikdə avtomobildə oturub onları gözləmişlər. O, oteldə otaqların birində Şabanla intim əlaqədə olmuşlar, bundan sonra o, yalandan Şabana bildirmişdir ki, çıxıb xadiməyə 2-3 manat versin ki, gəlib otağı təmizləsin və özü otaqdan bayıra çıxmışdır. Təxminən 5 dəqiqə sonra Şaban onun arxasınca otaqdan çıxanda o, ona otel sahibinin narazılıq etdiyini və gedib onun yaşadığı evdə münasibətlərini davam etdirmələrini bildirmişdir. Şabanda onunla razılaşmış və onlar birlikdə oteldən bayıra çıxmışlar. Həmin vaxt kənarda onları gözləyən Kazım idarə etdiyi avtomobillə onların yanlarına gəlmiş və ondan niyə oteldən çıxmamışdan mobil telefon vasitəsi ilə onu yığmadığını soruşmuşdur. O, isə konturu olmadığı üçün yığa bilmədiyini bildirmiş və Şabanla birlikdə avtomobilə əyləşmişlər. O, avtomobildə qarşıda sürücünün yanında sağ tərəfdə, Ağalar arxada sol tərəfdə, Şaban isə arxada sağ tərəfdə əyləşmişlər. O, Kazıma avtomobili Qobu qəsəbəsinə yaşadığı evə sürməsini bildirmişdir. Kazım da avtomobili idarə edib Xocəsən qəsəbəsi üzü Meyvəli ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, orada yolun kənarında qaranlıq bir yerdə yerləşən ağaclığın yanında əlverişli şərait olduğunu görüb avtomobili saxlamış və taksi pulunun kimin verəcəyini soruşmuşdur. O, isə bildirmişdir ki, taksi pulunu Şaban verməlidir. Şaban isə bildirmişdir ki, o, ona 50 manat pul verib və razılaşdıqlarına görə taksi pulu, otel və görüşmə hamısı həmin pulun içindədir. O, isə yenidən ona pul verilmədiyini bildirdikdə arada sözlə mübahisə yaranmış və bu zaman Kazım avtomobildə arxaya dönərək sağ əli ilə Şabanın sol üz nahiyəsindən bir sillə vurmuş və pulu tələb etmişdir. Şaban qorxduğundan tez cibində olan pul qabını çıxararaq içərisindən 20 manat pul çıxarıb Kazıma vermiş və söhbəti böyütməməyi, sürüb getməyi bildirmişdir. Bu zaman Ağalar avtomobildə arxa döşəmədəki rezin ayaqaltının altına əvvəlcədən qoyduğu təxminən 25 sm uzunluğunda, dəstəyi qəhvəyi rəngli taxtadan olan mətbəxt bıçağını çıxarıb Şabanın sol böyür nahiyəsinə tutaraq tez əlindəki pul qabını ona verməsini bildirmişdir. Şaban da qorxaraq tez pul qabını Ağalara vermiş və Ağalar özü Şabanın əlində olan ağ rəngli, «Redmi 10» markalı mobil telefonu onun əlindən dartıb aldıqdan sonra ona tez avtomobildən düşməsini və çıxıb getməsini bildirmişdir. Şaban da qorxaraq avtomobildən yerə düşmüş və pul qabının içərisində olan şəxsiyyət vəsiqəsini ona qaytarmasını xahiş etmişdir. Ağalar da pul qabının içərisində olan Şabana məxsus şəxsiyyət vəsiqəsini çıxararaq ona qaytarmışdır. Bundan sonra o, Ağalar və Kazım oradan yenidən «20 Yanvar» metrostansiyası ətrafına gəlmişlər. Orada Ağalar pul qabının içərisinə baxıb orada cəmi 35 manat nağd pul və bir ədəd metrokartı olduğunu görüb götürərək, pul qabını metrokartı ilə birlikdə orada olan ağaclığa atmışdır. Həmin puldan Ağalar 10 manat özünə götürmüş, 25 manat isə ona vermişdir. Kazım isə 20 manat özü Şabandan almışdır. Bundan sonra onlar ayrılmışlar, «Redmi 10» markalı mobil telefon isə Ağalarda qalmışdır. Bundan sonra o, eşitmişdir ki, Ağalar xx.xx.2022-ci il tarixdə «20 Yanvar» ərazisində tanıdıqları əslən Şəki rayonundan olan Əyyub adlı oğlanla görüşərək «Redmi 10» markalı mobil telefonu orada olan mobil telefonların alqı-satqısı mağazasına 100 manata satmışdır (i/v: cild İİ, səh. 158-162). Göründüyü kimi təqsirləndirilən şəxslər hər üçü istintaq zamanı eyni məzmunlu ifadə verərək onlara elan olunmuş ittiham üzrə bütün halları təsdiq etmişlər. Eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması zamanı ifadələrində göstərilən yerin mövcud olmasını, həmin yerə necə və hansı yolla gəlib getmələrini, öz hərəkətlərinin xarakter və xüsusiyyətləri ilə əlaqədar ayrı-ayrı halların müəyyən edilməsini düzgün və dəqiq göstərərək ifadələrini təsdiq etmişlər, bu barədə protokol və fotocədvəl də tərtib edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsində bildirmişdir ki, o, çörək pulu qazanmaq üçün Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MMC tikinti şirkətində fəhlə işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində «Memar Əcəmi» metrostansiyasından çıxıb orada yerləşən parkın yanından keçərkən yolun kənarında bir qızın dayandığını görmüşdür. O, həmin qızın qısa don geyindiyini və ondan siqaret istədiyini görüb tanış olmaq məqsədi ilə ona yaxınlaşdır. Həmin qız adını ona Səma kimi təqdim etmiş və o, ondan intim əlaqədə olmaq üçün görüşübgörüşmədiyini soruşmuşdur. Həmin qız ona 50 manat müqabilində (otel, taksi və görüşmək) 2 saat olmaqla görüşəcəyini bildirmişdir. O, onunla razılaşmış və həmin qız adı ona sonradan məlum olan Səma yolun kənarında dayanmış göy rəngli «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə əl edərək taksi lazım olduğunu bildirmişdir. Həmin sürücü adı sonradan ona məlum olan Kazım adlı oğlan Səmadan hara gedəcəklərini soruşmuş, Səma ona Masazır qəsəbəsində yerləşən «Like» adlı otelə gedəcəklərini bildirmişdir. Onlar həmin avtomobilə Səma öndə sürücünün yanında, o, isə Səmanın arxasında arxa oturacaqda əyləşmişlər. Təxminən bir qədər qarşı dayanacaqda sürücü avtomobili saxlamış və orada tanımadığı bir cavan oğlan avtomobilə sürücü tərəfdən arxa oturacağa əyləşmişdir. Bundan sonra sürücü avtomobili hərəkətə gətirərək yoluna davam etmişdir. O, elə zənn etmişdir ki, həmin şəxs müştəridir. Saat təxminən 22:45 radələrində onlar Masazır qəsəbəsində yerləşən «Like» otelə gəlmişlər, Səma ilə o, avtomobildən düşmüşlər, sürücü Kazım və yanında olan müştəri ilə avtomobildə qalmışlar. O, Səma ilə otelə daxil olmuşlar, orada yerləşən otaqlardan birində daxil olduqdan sonra o, danışdıqları kimi cibindən 50 manat çıxaraq Səmaya vermişdir. Bundan sonra onlar cinsi əlaqədə olmağa başlamışlar. Təxminən 15 dəqiqə keçmiş Səma ona bildirmişdir ki, o, 2-3 manat xadiməyə verəcək ki, onlar olduqları otağı təmizləsin və özü dəhlizə çıxmış, o, isə otaqda qalmışdır. Təxminən 5-10 dəqiqə gözləmiş, lakin Səmanın gəlmədiyini görüb əynini geyinərək onun arxasınca dəhlizə çıxmışdır. Həmin vaxt Səma otağa tərəf gələrək ona bildirmişdir ki, otel sahibi narazıdır, oteldən çıxmalarını istəyir və onun yaşadığı Qobu qəsəbəsində yerləşən evinə gedib münasibətlərini orada davam etdirəcəklər. O, da Səma ilə razılaşmış və onlar birlikdə oteldən bayıra çıxmışlar. Bu zaman o, görmüşdür ki, onları otelə gətirən «Az Samand» markalı göy rəngli, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili onların yanlarına sürərək Səmadan niyə zəng vurub xəbər vermədiyini soruşmuşdur. Səma isə bildirmişdir ki, onun telefonunda konturu yoxdur. Bundan sonra onlar yenidən avtomobilə əyləşmişlər. Səma öndə sürücünün yanında, o, Səmanın arxasında arxa oturacaqda əyləşmişlər, onun yanında isə sonradan adı ona məlum olan Ağa adlı oğlan oturmuşdur. Səma sürücüyə bildirmişdir ki, onları Qobu qəsəbəsinə aparsın. Onlar yola düşmüşlər, Xocəsən qəsəbəsi, üzü Meyvəli ticarət mərkəzinə gedərkən yolun kənarında olan ağaclığın yanında qaranlıq bir yerdə sürücü avtomobili saxlamış və taksi pulunun kimlik olacağını soruşmuşdur. O, bildirmişdir ki, taksi pulunu əvvəlcədən Səmaya vermişdir. Lakin Səma bildirmişdir ki, o, ona pul verməyib özü taksi pulunu verməlidir. Buna görə də sözlə mübahisə yaranmış və sürücü Kazım adlı oğlan arxaya dönərək gözlənilmədən sağ əli ilə onun sol sifət nahiyəsindən bir dəfə sillə ilə vurub onu nalayiq ifadələrlə təhqir edərək bildirmişdir ki, tez pulu versin. O, qorxduğu üçün ondan nə qədər pul verəcəyini soruşmuş, Kazım bildirmişdir ki, 10 manat pul verməlidir. O, cibindən pul qabını çıxarıb pul qabının içərisindən pulların arasından 20 manat çıxarıb Kazıma vermiş və söhbəti böyütməməyi, sürüb getməsini bildirmişdir. Bu zaman onun yanında avtomobildə arxa oturacaqda əyləşən Ağa adlı oğlan haradansa bıçaq çıxararaq onun sol böyür nahiyəsinə tutmuş, o, da onu nalayiq ifadələrlə təhqir edərək ona «tez ol üzərində nə varsa mənə ver» demişdir. O, da içərisində 35 manat pul, içərisində 2 manat olan metro kartı, şəxsiyyət vəsiqəsi olan pul qabını həmin Ağa adlı oğlana vermişdir. Bundan sonra Ağa əlindən zorla ona məxsus «Redmi 10» markalı mobil telefonunu almış və «ona tez avtomobildən düş, çıx get səni bir də burda görməyim» demiş və yenidən onu nalayiq ifadələrlə təhqir etmişdir. O da avtomobildən yerə düşmüş, Ağadan heç olmasa ona məxsus şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. Həmin Ağa adlı oğlan pul qabından şəxsiyyət vəsiqəsini çıxararaq ona vermişdir. Bundan sonra onlar üçü, yəni Səma, sürücü Kazım və Ağa adlı oğlan birlikdə Kazımın idarə etdiyi avtomobillə oradan uzaqlaşmışlar (i/v: cild İ, səh. 20- 24). Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, istintaqa vermiş olduğu ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. (i/v: cild İ, səh. 25-28). Lakin, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxslər, həm də zərər çəkmiş şəxs istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli ifadələr verərək təqsirləndirilən şəxslər hadisə zamanı bıçaq olmadığını, sadəcə Zərərçəkmiş şəxs sillə vuraraq maşından düşdükdən sora özü telefonunu və pul qabısını onlara verdiklərini bildirmişlər, zərər çəkmiş şəxs isə həmin vaxt içkili olduğundan və əsəbi olduğundan nə dediyini xatırlamadığını hadisə zamanı bıçağın olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəməə fərqli ifadə verərək zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətmədiklərini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdmüşlər. Məhkəmə onların məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrinə tənqidi yanaşır və inandırıcı hesab etmir. İş materiallarından və məhkəmə iclasında ifadə vermiş zərərçəkmişin sözlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığı üçün onların məsuliyyətlərini yüngülləşdirmək məqsədi ilə məhkəmədə ibtidai istintaqdan fərqli ifadə verərək hadisə zamanı bıçaq görmədiyini bildirmişdir. Məhkəmə zərərəçəkmiş şəxsin ifadəsinə də tənqidi yanaşaraq inandırıcı hesab etmir. Belə ki, zərər çəkmiş şəxs ibtidai istintaqda üzləşdirmə zamanı hadisəni olduğu kimi təqsirləndirilən şəxslərin üzünə qarşı danışmış və təqsirləndirilən şəxslər də həmin halları təsdiq etmişlər. Zərər çəkmiş şəxs əsəbi və ya içkili olduğundan nə dediyini xatırlamadığını bildirsə də ibtidai istintaq boyunca izahat, şikayət, ifadə və üzləşdirmə zamanı, yəni hadisədən bir neçə gün sonra da eyni məzmunlu ifadələr vermiş, hadisə zamanı bıçaqla onun böyür nahiyəsinə tutub pulunu tələb etdiklərini həm zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxslər etiraf etmişlər. Bundan başqa, məhkəmə iclasında təqsirləndirilən şəxslərdən ibtidai istintaq zamanı verdikləri ifadə ilə məhkəmə iclasında verdikləri ifadələr arasındakı ziddiyyətin səbəbi aydınlaşdırıldıqda onların hər biri ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmədiklərini və həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiklərini bildirmişlər. Məhkəmə qeyd olunan xüsusatın araşdırılması məqsədi ilə sorğu ilə müraciət edərək təqsirləndirilən şəxslərin hər birinin adına açılmış şəxsi işi və tibbi kitabçanı əldə etməklə məhkəmə iclasında bilavasitə tədqiq etmiş və müəyyən edilmişdir ki, təqsriləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 üzərində sol qolunda köhnə kəsik, qarnında isə köhnə əməliyyat izi aşkar edilmiş, Təqsirləndirilən şəxs1 qolundakı xəsarəti özü yetirdiyini və bir neçə il əvvələ aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif müxtəlif yerlərində kəsiklər, hər iki çiyin nahiyəsində sarımtıl rəngli qançır izləri və hər iki diz nahiyəsində qərtməkli yara aşkar olunmuş, bununla bağlı Təqsirləndirilən şəxs2 izahatı alınmış və o, öz izahatında qeyd olunan xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 bədəninin müxtəlif yerlərində, üzündə və hər iki qolunda köhnə kəsik izləri və müxtəlif yaralar, yanıq izi aşkar olunmuş, deməsinə görə həmin izlər tutulmamışdan əvvələ aiddir. O cümlədən onun üzərində hər iki bazunun bayır səthində tünd bənövşəyi qançır izləri aşkar olunmuş, bununla bağlı Təqsirləndirilən şəxs3 izahatı alınmış və o, öz izahatında qeyd olunan xəsarəti tutulan zaman polis əməkdaşları ilə aralarında yaranmış münaqişə zamanı almışdır. Qeyd olunan şəxsi işlərə əlavə olunmuş sənədlərlə həmçinin müəyyən olunur ki, təqsirləndirilən şəxslər istintaq təcridxanasında saxlanıldıqları dövründə də tez-tez nizamintizam qaydalarını pozmuş, digər şəxslərlə münaqişəyə girmiş, özlərinə xəsarət yetirmiş və bununla bağlı istintaq təcridxanasında müvafiq aktlar tərtib edilmiş, cəza tədbirləri görülmüş və tərbiyəvi söhbətlər aparılmışdır. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda, həmçinin onların müdafiəçiləri hər biri ayrı-ayrılıqda onların üzərində xəsarətlərin aşkar olunması ilə bağlı istintaq təcridxanasında şəxsi işlərinə aparılmış qeydlərin araşdırılmasına və həmin materialların aidiyyəti üzrə prokurorluğa göndərilməsinə etiraz etdiklərini bildirmişlər. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxslərin özlərinə xəsarət yetirməyə, münaqişə yaratmağa meyilli şəxslər olmasını, həmçinin məhkəmə psixiatrik ekspertizasının rəyindən də göründüyü kimi təqsriləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xasiyətin psixopatik cizgiləri aşkar edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmaları həqiqəti əks etdirmir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfmə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. İşin konkret halında isə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 50 manat pul müqabilində 2 saat müddətinə «Memar Əcəmi» metrostansiyası yaxınlığında yerləşən parkın yanında tanış olduğu Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmaq üçün əvvəlcədən müəyyən etdikləri marşurut üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Az Samand» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə əvvəlcə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən otelə getmələri, oradan Meyvəli Ticarət mərkəzi istiqamətində hərəkətdə olmaları, yolun kənarında avtomaşını saxlayaraq zərərçəkmiş şəxsə qarşı quldurluq edərək ona məxsus mobil telefon və pulunu almaları halları tam təsdiq olduğundan təqsirləndirilən şəxslərin əməlləri başa çatmış kimi qiymətləndirilməlidir. Bundan əlavə, təhlil edilən cinayətin ictimai təhlükəlliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində zərərçəkmişin həyatı və sağlamlığı istənilən vaxt reallaşa biləcək hədəyə məruz qalır. Şərh edilən cinayətin obyektiv cəhəti iki mümkün əməlin-adam öldürmənin və sağlamlığa ağır zərər vurmanın törədilməsinə yönəlmiş niyyətin ifadə edilməsindən ibarətdir. Belə niyyət hədələmə vasitəsi ilə ifadə olunur. Burada hədə şəxsiyyət üzərində psixi zorakılığın növü kimi çıxış edir. Təsvir edilən maddə üzrə cinayətin tərkibinin mövcud olması üçün hədənin icra ediləcəyi üçün real əsaslar olması kifayətdir. Həmin cinayət formal tərkibli olmaqla, yanaşı hədənin ifadə edildiyi andan başa çatmış hesab edilir. Təqsirkar başqa şəxsi öldürməklə və yaxud onun sağlamlığına ağır zərər vurmaqla hədələdiyini dərk edir və bunu etməyə arzu edir. Cinayətin motivi tövsif üçün əhəmiyyət kəsb etməsə də, hədənin real olmasının müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinə əsasən, quldurluq, yəni özgənin əmlakını ələ keçirinə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə-özgə əmlakını ələ keçirməyə yönəlsin. Hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq dedikdə, zərərçəkmişin orqanizminə həyat və sağlamlıq üçün təhlükəli olan maddələr yeridilməsindən, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya yüngül zərər vurulmasından, həmçinin belə zərər vurulmasa da, yetirilən anda zərərçəkmişin həyatı və ya sağlamlığı üçün real təhlükə törədən zorakılıq hərəkətlərindən ibarət fiziki təsir göstərilməsi başa düşülür. Quldurluq cinayəti tərkibinə görə formal cinayət hesab olunduğundan, əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq ictimai təhlükəli əməl- hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədildiyi andan quldurluq cinayəti bitmiş hesab olunur. Quldurluq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı (CM-nın 181.2.1-ci maddəsi) “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarın 10-cu bəndində qeyd olunmuşdur ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması cinayətkar niyyətın həyata keçirilməsi üçün rolların bölüşdürməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmin Qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 15-ci bəndinə əsasən qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismin istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxslərin istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-psixatrik və məhkəmə-ballistik ekspertizalarının rəyləri və maddi sübutla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxslər tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarlarındakı mövqeyi də, məhkəmənin hazırki iş üzrə mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlini qəsdən törətmişlər. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanılma cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək N il şərti sınaq müddəti təyin edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i/v: cild İİ, səh. 9-11). Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Sabirabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 241/2023 nömrəli məktubundan və ona əlavə edilmiş Sabirabad rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 7(056)-62/2021 nömrəli qərarından görünür ki, «8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilməklə Həsənov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 Sabirabad rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü üzrə çəkilməmiş cəzasının və ya ödənilməmiş məhkumluğunun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və onun əməlində cinayətin residivi yoxdur. Eləcə də iş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 62, 335.1, 335.2, 66.2-ci maddələrinə əsasən N il intizam xarakterli hərbi hissədə saxlanılma cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmiş, CM-nin 177.2.3, 62, 335.2, 62, 66.2-ci maddələrinə əsasən qəti olaraq 500 manat cərimə cəzası saxlanılmışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1, 69.3, 67.1, 68.2 (tövsif) maddələrinə əsasən 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 250 manat cərimə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 67.1, 68.1,1-1-ci maddələrinə əsasən 02 il 17 gün azadlıqdan məhrumetmə və 250 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i/v: cild İİ, səh. 18-20). Göründüyü kimi Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 il 17 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə amnistiya tətbiq edilmiş və Milli Məclisin sözügedən qərarına əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Eyni zamanda sözügedən amnistiya aktının 2.11-ci bəndində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi 2.000 manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi 2.000 manatdan artıq olmayan şəxslərə də həmin amnistiya şamil edilir. Eləcə də həmin amnistiya aktının 7-ci bəndində bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və cərimə cəzasından azad etməsi, habelə həmin cinayətlər üzrə məhkumluğun götürülməsi hissəsində şamil edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 asılı olmayan səbəblərə görə o, məhkəmənin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, cərimə cəzasından azad olunmamışdır. Məhkəmə hesab edir ki, amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs1 həm azadlıqdan məhrum etmə cəzası, həm cərimə cəzasından azad etmə şamil edilsə də, cərimə cəzasından azad etmə ona tətbiq edilmədiyindən onun hüquqlarının pozulmaması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və cərimə cəzasından azad olunmuş, habelə məhkumluğu götürülmüş hesab olunmalıdır. Əks yanaşma Təqsirləndirilən şəxs1 hüquqlarının pozulması və onun vəziyyətinin ağırlaşması ilə nəticələnəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu olmayan şəxs hesab olunur və əməlində cinayətlərin residivi yoxdur. Həmçinin cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (i/v: cild İİ, səh.8). İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələri və əməllərində ağırlaşdırıcı hallar müəyyən edilməməsi, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında himayəsində iki azyaşlı uşağının olduğunu bildirmiş, lakin məhkəmə tərəfindən uşaqlarının doğum haqqında şəhadətnaməsini məhkəməyə təqdim etməsi təklif edildikdə uşaqlarının doğum haqqında şəhadətnamələrinin olmadığını bildirdi. Belə olan halda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetmiş və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 29 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallara məcmu şəklində nəzərə alaraq hesab ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməsi üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs3 iştirakçılıqla törədilmiş cinayətdəki rolunu, onun digər təqsirləndirilən şəxslərdən fərqli olaraq ilk dəfə cinayət cinayət məsuliyyətinə cəlb olunmasını, Zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, qadın olmasını, habelə doğum haqqında şəhadətnamələri olmasa da, faktiki olaraq himayəsində iki azyaşlı uşağının olmasını, övladlarını təkbaşına böyüdən ana olmasını müstəsna hallar hesab edərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur (i/v: cild İ, səh.158). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri 90 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «ProBono» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 540 (beş yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs3 göstərdikləri 35 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına «ProBono» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin İş üzrə maddi sübut: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; İş üzrə məhkəmə məsrəfləri- 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci müştərərk qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «ProBono» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 540 (beş yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs3 göstərdikləri hüquqi yardıma görə «ProBono» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-495/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-495/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver