Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-495/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X7 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, tərcüməçi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri; xx xxxxxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də mühafizəçi işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4vanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Reza» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Reza» adlı şəxs və qeyriləri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda 20071,611 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 989 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolu 123/1 ünvanının yaxınlığındakı yarımtikilinin içərisində narıncı rəngli polietilen torbada yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Reza» adlı şəxsin tapşırığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 20071,611 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd polietilen torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroinin 28,490 qramını bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2, 48,521 qramını isə bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, narkotik vasitə heroinin qalan 19994,6 qramını ayrı-ayrılıqda çəkiləri 4985,8 qram, 5991,4 qram, 6000,1 qram, 1004,9 qram, 1004,6 qram, 1007,8 qram olmaqla altı ədəd sellofan bükümdə və 989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il tarixdə, saat 03:40-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən, Bakı Dairəvi yolu 123/1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 7 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb həmin gün saat 05:40-dan etibarən üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 28,490 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli köynəyinin sağ döş cibindən bir ədəd bükümdə külli miqdarda 48,521 qram çəkidə narkotik vasitə heroin, əlində olan narıncı rəngli polietilen torbadan ayrı-ayrılıqda çəkiləri 4985,8 qram, 5991,4 qram, 6000,1 qram, 1004,9 qram, 1004,6 qram, 1007,8 qram olmaqla ümumi təmiz çəkisi 19994,6 qram narkotik vasitə heroin altı ədəd sellofan bükümdə və 989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Reza» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Reza» adlı şəxs və qeyriləri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”n İ siyahısına daxil edilən külli miqdarda 20071,611 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 989 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolu 123/1 ünvanının yaxınlığındakı yarımtikilinin içərisində narıncı rəngli polietilen torbada yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Reza» adlı şəxsin tapşırığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 20071,611 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd polietilen torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroinin 28,490 qramını bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2, 48,521 qramını isə bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, narkotik vasitə heroinin qalan 19994,6 qramını ayrı-ayrılıqda çəkiləri 4985,8 qram, 5991,4 qram, 6000,1 qram, 1004,9 qram, 1004,6 qram, 1007,8 qram olmaqla altı ədəd sellofan bükümdə və 989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il tarixdə, saat 03:40-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən, Bakı Dairəvi yolu 123/1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 7 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb həmin gün saat 05:40-dan etibarən üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 28,490 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli köynəyinin sağ döş cibindən bir ədəd bükümdə külli miqdarda 48,521 qram çəkidə narkotik vasitə heroin, əlində olan narıncı rəngli polietilen torbadan ayrı-ayrılıqda çəkiləri 4985,8 qram, 5991,4 qram, 6000,1 qram, 1004,9 qram, 1004,6 qram, 1007,8 qram olmaqla ümumi təmiz çəkisi 19994,6 qram narkotik vasitə heroin altı ədəd sellofan bükümdə və 989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 1991-ci ildə anadan olsa da hazırki iş üzrə tutulana kimi şəxsiyyət vəsiqəsi olmamışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2010-cu il tarixli, 1(005)-161/2010 nömrəli hökmü ilə məhkum olunmuşdur. 15 yaşından müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Saxlanılmamışdan təxminən 3 il əvvəl isə yalnız narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni müxtəlif yerlərdən, müxtəlif şəxslərdən, müxtəlif qiymətlərə almışdır. Təqsirləndirilən şəxs2 ümumi tanışları vasitəsi ilə tanımış, bəzən o, bəzən İmanqulu narkotik vasitə alaraq birlikdə istifadə etmişlər. İranlı olan “Reza” adlı şəxsdən öz istifadəsi üçün mütəmadi olaraq narkotik vasitə almışdır. “Reza” ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayıb ondan istifadəsi üçün narkotik vasitə sifariş etmiş, «Reza»nın göndərdiyi bank hesabına ödəmə terminalları ilə narkotik vasitənin dəyərini ödəmiş, «Reza» da ona narkotik vasitələrin qoyulduğu yerlərin şəklini göndərmiş, o da narkotik vasitələri qoyulduğu yerlərdən götürüb qəbul etmişdir. Axırıncı dəfə “Reza”nın bank hesabına 300 manat pul göndərsə də, həmin məbləğin müqabilində narkotik vasitəni tam götürməmişdir. Belə ki, “Reza” ona 200 manat pulun müqabilində təxminən 7 qram heroin borclu qalmışdır. 14 iyul 2022-ci il tarixdə gecə saatlarında “Reza” onunla əlaqə saxlayaraq narkotik vasitəni məkan göndərəcəyi yerə qoyacağını və ona xəbər verəcəyini demiş, həmin vaxt İmanqulu da ona zəng edərək narkotik vasitə tapmasında köməklik göstərməsini xahiş etmişdir. İmanqulu üçün başqa şəxsdən narkotik vasitə almağı planlaşdırsa da, həmin şəxslə görüşməyi alınmamışdır. Saat təxminən 02 radələrində İmanqulu ilə Nərimanov rayonundakı «Saat qülləsi»nin yanında görüşmüşlər. İmanqulu ilə görüşən zaman “Reza” onun telefonuna məkan göndərmişdir. O da İmanquluya narkotik vasitə götürməyə getdiyini, onunla gedərsə ona da verə biləcəyini demişdir. İmanqulu onunla razılaşmış və “Bolt” xidməti vasitəsilə taksi sifariş verərək Lökbatan qəsəbəsi ərazisinə, “Reza”nın məkan göndərdiyi yerə birlikdə getmişlər. Onlar tikiliyə yaxınlaşmamış polis əməkdaşları tərəfindən tutulmuşlar. İmanqulu ilə birlikdə idarəyə gətirilmiş, orada polis əməkdaşları tərəfindən ona və İmanquluya bir büküm narkotik vasitə verərək ciblərinə qoymaqları tapşırılmış, narıncı rəngli böyük torba isə onun əlinə verilmişdir. Fiziki təsir olmasa da psixoloji təzyiq olduğundan çəkiliş zamanı narkotik vasitəni təqdim etmiş və ona deyilənləri təkrar etmişdir. Onların yanında torba açılan zaman içərisindən 4 bükülü çıxmışdır. Həmin narkotik vasitələrin ona heç bir aidiyyatı yoxdur. O “Reza”nın ona borclu olduğu 7 qram narkotik vasitəni götüməyə getmiş, orada daha çox narkotik vasitə olacağını bilməmişdir. “Reza” həmin yerdə əmisi oğluna aid “mal”ın olduğunu, onu başqa yerə qoymasını desə də, o həmin “mal”ı götürəcəyi halda harasa qoymaq fikri olmamışdır. Polis əməkdaşları tərəfindən təxminən saat 3-də saxlanıldığından həmin saatdan sonra telefonundan edilmiş yazışmalar ona məxsus deyildir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, saxlanılmamışdan təxminən 2 il əvvəl narkotik vasitə olan heroin qəbul etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 dostu Şamilə görə tanımış, Fəridin narkotik vasitə qəbul edən olduğunu bildiyindən, özü də narkotik istifadəçisi olduğundan sonuncu ilə münasibəti yaxşı olmuş və bir neçə dəfə onunla birlikdə narkotik vasitə qəbul etmiş, bir neçə dəfə o, Fəridə pul vermiş, sonuncu da həmin pulun müqabilində kimdənsə götürüb ona heroin vermişdir. 2022-ci ilin iyulun 13-dən 14-nə keçən gecə o, mühafizəçi işlədiyi Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektindəki «SOCAR» YDM-də işdə olmuşdur. Təxminən saat 02:00 radələrində heroin qəbul etmək istəmiş və buna görə də istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Fəridlə əlaqə saxlayıb ondan 05 manatlıq bir “çet” heroin istəmiş, Fərid də ondan evlərinin yanına gəlməsini istəmişdir. Bundan sonra o, işdən icazəsiz çıxıb Fəridin yaşadığı evin yaxınlığına, Nərimanov rayonundakı “Saat qülləsi”nin yanına getmiş və Fəridlə görüşmüşdür. Görüş zamanı Fərid hansısa bir iranlı tanışının harasa narkotik vasitə heroin qoydurduğunu, həmin narkotik vasitəni götürməyə gedəcəyini, onunla birlikdə getdiyi halda ona da istifadə etməsi üçün həmin narkotik vasitədən verəcəyini bildirmişdir. Həmin vaxt narkotik vasitəyə ehtiyacı olduğundan Fəridin təkilifi ilə razılaşmış və heroini götürən kimi işə qayıdacağını bildirmişdir. Fərid əvvəlcədən «Bolt» xidməti vasitəsi ilə taksi çağırdığından tez bir zamanda taksi gəlmiş və onlar birlikdə taksi ilə X19 getmişlər. Həmin yoldakı «LukOil» yanacaq doldurma məntəqəsinə çatanda Fərid taksini saxlatdırmış, onlar avtomobildən enmiş və yanacaq doldurma məntəqəsinin arxasına keçmişlər. Fərid yarımtikiliyə yaxınlaşan zaman tikilinin arxasından çıxan polis əməkdaşları Fəridi saxlamışlar. Həmin zaman o qaçmaq istəsə də, sonra firkindən yayınmış, bundan sonra polis əməkdaşları onu da saxlamış və birlikdə onları Baş İdarəyə aparmışlar. Bundan sonra əməliyyatçılar həm onun üzərinə, həm də Fəridin üzərinə bir büküm qoyub, həmin bükümü təqdim etmələrini, həmçinin Fəriddən verdikləri torbanı təqdim etməyini istəmişlər. O da qorxduğu üçün əməliyyatçıların təklifi ilə razılaşmış və videoçəkiliş zamanı üzərinə qoyulmuş narkotik vasitəni təqdim etmişdir. Fərid də polis əməkdaşlarına kisədəkinin narkotik vasitə olduğunu və «Reza» adlı iranlı tərəfindən göndərildiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamış, Təqsirləndirilən şəxs1la və ya digər şəxslərlə narkotik vasitə satmaqla əlaqədar aralarında hər hansı razılaşma olmamışdır. Narkotik vasitəni yalnız istifadə etmək məqsədi ilə əldə etmişdir. O, narkotik vasitə istifadəçisi olmuş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işlədiyi zaman, yəni 13 iyul 2022-ci il tarixdə ona qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında sonuncuların ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olunmuş, bundan sonra Baş İdarə rəisinin əmri ilə onun rəhbərlyi altında həmkarları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinə başlanılmışdır. 2022-ci ilin iyulun 13-dən 14-nə keçən gecə şübhəli şəxslərin olduğu yer müəyyənləşdirilmiş və saat 03:40-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı Xarici Dairəvi yolun 123/1 ünvanın yaxınlığında piyada hərəkət edərkən tərəflərindən saxlanılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs1 əlində narıncı rəngli kisə olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiklərini bildirib onlara hüquq və vəzifələrini izah etdikdən sonra onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmiş, hər iki şəxs də buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişlər. Orada araşdırmanın aparılması BNMİ-nin baş təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsinin inzibati binasındakı otaqların birində ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı o, həmkarları Şahid2, Şahid3 və müdafiəçilər iştirak etmiş və şəxsi axtarış zamanı videoçəkliş həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa, təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli köynəyin sağ döş cibindən bir ədəd şəffaf sellofan bükümü masa üzərinə qoymaqla təqdim edib həmin bükümdə İranlının göndərdiyi heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən büküm kəsilərək açılmış və bükümdə qəhvəyi rəngli maddənin olması müşahidə edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən sonuncudan bir ədəd «Samsung» markalı mobil telefon aparatı, 20 manat pul vəsaiti aşkar olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddələri varsa təqdim edilməsini təklif edərkən sonuncu əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək bükümdə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən büküm kəsilərək açılmış və bükümdən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilmiş və bu zaman Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd mobil telefon aparatı, bir ədəd iş kartı, 8 manat pul vəsaiti aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülən maddələr elektron tərəzidə çəkilərək bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 əlindəki narıncı rəngli polietilen kisəyə baxış keçirilmiş və bu zaman kisədən 04 (dörd) ədəd skoçla sarınmış qara rəngli sellofan bağlamalar aşkar olunmuşdur. Bağlamanın birinin üzərində “K5”, birinin üzərində “K6”, birinin üzərində “K”, digərinin üzərində isə “MK” hərf və rəqəmləri qeyd edilmişdir. Təhqiqatçı tərəfindən üzərində “K5”, “K” və “K6” yazısı olan bağlamalar açıldıqda oradan qəhvəyi rəngli, heroinə oxşar maddələr, üzərində “MK” yazısı qeyd edilən bağlama açıldıqda isə oradan qurudulmuş marixunaya oxşar yaşıl rəngli quru bitki kütləsi aşkar olunmuşdur. Daha sonra bağlamalardakı maddələr elektron tərəzidə çəkilərək bağlamalar narıncı rəngli kisədən qablaşdırılaraq götürülmüşdür. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs1 kisədən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı «Reza» adlı şəxsin vasitəsi ilə gizlədildiyi yerdən götürülərək əldə edildiyini, həmin narkotik vasitələri «Reza» adlı şəxsin deyəcəyi ünvanlara çatdıracağı təqdirdə ona da narkotik çatacağını, Təqsirləndirilən şəxs2 “İranlı”nı tanımadığını, sonuncunun onun təklifi ilə narkotik vasitələri götürməyə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək aşkar olunmuş narkotik vasitələri «Reza» adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə çatdırmalı olduqlarını, bunun müqabilində onlara zəhmət haqqı olaraq heroin veriləcəyini, Fəridin onun dostu olduğunu, Fəridin təklifi ilə narkotik götürməyə getdiyini, üzərindən aşkar olunmuş heroinin “İranlı”dan əldə etdiyi heroinin bir hissəsi olduğunu bildirmişdir. Onlar Fəridgili tikilinin içərisində deyil, yolun kənarında saxlamışlar. Hətta Təqsirləndirilən şəxs2 qaçmağa cəhd etmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki, psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında dindirilmiş ekspert X4 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 6/3802 nömrəli rəyi onun tərəfindən verilmişdir. Rəyin düzgünlüyünü təsdiq edir. İstintaq orqanı tərəfindən qablaşdırılmış vəziyyətdə bir ədəd torba təqdim olunmuş, həmin torba qəbul şöbəsində kameraların altında açılaraq ona aid hissə, yəni fiziki-kimyəvi ekspertizaya aid narkotik vasitə heroinə bənzər maddələr götürülmüşdür. Torba açılanda içərisində altı ədəd bağlama olsa da, böyük həcmli bağlamanın birinin içərisində üç ədəd bağlama da aşkar edilmişdir. Həmin bağlamalar bitki mənşəli narkotik vasitə olan bağlamadan aşkar edilmişdir. Bağlamalardakı narkotik vasitə heroinə bənzər maddələr olduğundan onun tərəfindən aktla tədqiqat üçün götürülmüşdür. Torbada olan və tərəfindən tədqiq edilmiş 6 ədəd bağlamada 4985,8 qram, 5991,4 qram, 6000,1 qram, 1004,9 qram, 1004,6 qram, 1007,8 qram çəkidə narkotik vasitə olan heroin, digər iki balaca bükümün isə birində 48,521 qram, digərində 28,490 qram narkotik vasitə heroin olması müəyyən edilmişdir. Ümumilikdə tədqiqata təqdim edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 20071,611 qram olmuşdur. Məhkəmə iclasında dindirilmiş ekspert X2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-biolojoi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 7/767 nömrəli rəyi onun tərəfindən verilmişdir. Rəyin düzgünlüyünü təsdiq edir. O və digər həmkarı Zümrüd Babayeva hazırki iş üzrə onlara istintaq orqanı tərəfindən təqdim edilmiş torbanı birlikdə kameralar altında açaraq tədqiqatın onlara aid hissələrini ayrı-ayrılıqda qəbul etmişlər. Bitki mənşəli bağlama tərəflərindən açılan zaman içərisindən 3 ədəd bağlama da aşkar edilmişdir. Həmin bağlamalarda narkotik vasitə heroinə bənzər maddə olduğundan onlar aidiyyatı üzrə ekspert Zümrüd Babayeva tərəfindən aktla götürülmüşdür. O isə qara rəngli sellofan bağlamada olan bitki mənşəli kütlənin tədqiqatını aparmışdır. Həmin kütlə təmiz çəkisi 989,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Təqdiqatdan sonra qalan narkotik maddə aktla polis əməkdaşına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X12 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 Zakir oğlu, əməliyyat müvəkkili Şahid3, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 Fazil oğlu, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Mərkəz Vəkil Bürosunun vəkilləri X8 və X13 tərəfindən imzalanmış 14 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 14 iyul 2022-ci il tarixdə, saat 03:40 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən, Bakı Dairəvi yolu 123/1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və BNMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 Fazil oğluna və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 Fazil oğlu əynində olan qara rəngli köynəyin sağ döş cibindən 01 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin köynəyin sol döş cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon və 20 (iyirmi) AZN pul aşkar olundu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 54 (əlli dörd) qram oldu. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 8 (səkkiz) AZN pul, “Redmi” markalı mobil telefon və sonuncuya məxsus “Socar” iş vərəqəsi, astma dərmanı aşkar olundu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 33 (otuz üç) qram oldu. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi narıncı rəngli, polietilen torbanın içindən 3 (üç) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 01 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olundu. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi, qablaşdırma və çanta ilə birlikdə çəkisi 4 kq 265 qram (dörd kq iki yüz altmış beş qram) oldu. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi, qablaşdırma və çanta ilə birlikdə çəkisi 17 kq 254 qram (on yeddi kq iki yüz əlli dörd qram) oldu. Sonra həmin kütlələr qablaşdırıldı, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün pullar, astma dərmanı aidiyyatı üzrə geri qaytarıldı, mobil telefon və iş kartı isə götürüldü. Sonra həmin kütlələr qablaşdırıldı, şübhəli şəxslər, müdafiəçilər, təhqiqatçı tərəfindən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürüldü, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarıldı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələr “Kənan” adlı şəxsin vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Reza” adlı şəxsin tapşırığı ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində öz istifadəsi üçün narkotik maddə götürmək məqsədi ilə əldə etdiyini, narkotiklərin dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq əlbir olduğunu və götürdükləri narkotik maddələrin üzərindən ona da verdiyini, heroindən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, 050 795 15 57 mobil nömrəsini işlətdiyini, “Reza” adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, başqa haradasa narkotik maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olunmuş heroinin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs1la birlikdə götürdükləri narkotik maddələrin üzərindən şəxsi istifadəsi üçün əldə edib saxladığını, istifadəsi üçün narkotik əldə etmək məqsədi ilə sözügedən məsələ ilə bağlı Fərid ilə əvvəlcədən razılaşaraq əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, 070 861 39 53 mobil nömrəsini işlətdiyini, başqa haradasa narkotik maddə saxlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında olan xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş, saat 05:40-da başlamış və 06:05-də başa çatdırılmışdır (cild 1, i/v 48-51). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və cinayət işinin materiallarına əlavə edilmiş videogörüntüləri özündə əks etdirən DVD-R diskə baxış keçirilmiş və baxış zamanı 14 iyul 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 6/3802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən...» sözləri olan kağız yapışdırılmış bir ədəd torbada ümumilikdə altı ədəd bağlamada (3 ədəd bağlama bitki mənşəli kütlə olan bağlamadan aşkar edildi) ayrı-ayrılıqda təmiz çəkiləri 4985,8 qr., 5991,4 qr., 6000,1 qr., 1004,9 qr., 1004,6 qr., 1007,8 qr., ümumi təmiz çəkisi 19994,6 qram olan qəhvəyi rəngli maddələr, üzərində «Təqsirləndirilən şəxs1» qeydi olan kağız yapışdırılmış bir ədəd bükümdə təmiz çəkisi 48,521 qram olan qəhvəyi rəngli maddə və üzərində «Təqsirləndirilən şəxs2» qeydi olan kağız yapışdırılmış bir ədəd bükümdə təmiz çəkisi 28,490 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 20071,611 qram olmuş, 0,60 qram tədqiqata sərf edilmiş, 20071,451 qram qalıq qalmışdır (cild 1, i/v 67-69) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-biolojoi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 7/767 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2...» yazı və imzalar olan torbada 1 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 989,0 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 989,0 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 988,95 qram qalıq qalmışdır (cild 1, i/v 73-74). - xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd parça torbada qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 20071,451 qram heroin, məhkəməbioloji ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 988,95 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və maddi sübutların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 183-185). - “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy A01” markalı mobil telefon aparatına baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, “Samsung Galaxy A01” markalı mobil telefon aparatı **********84456 və **********84454 İMEİ kodludur, foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası vardır, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatının abunəçilər bölümünə baxış keçirilərkən müəyyən edildi ki, İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrə “Reza” kimi, +98 ********** nömrə “Rezik” kimi, +98 ********** nömrə “Abuzer” kimi, +98 **********2 nömrə “Elishka” kimi, digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** “Dadaş” kimi qeyd edilmişdir. Mobil aparatının “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, mobil telefon aparatında bir növ “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vardır və sistem işlək vəziyyətdədir. “Whatsapp” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs1 adı “Rezik” kimi qeyd edilən + 98 **********, adı “Abuzer” kimi qeyd edilən +98 **********2 və adı “Elishka” kimi qeyd edilən +98 **********2 nömrələrin istifadəçiləri ilə əlaqələr saxlasa da yazışmalar silinmişdir. Mobil telefon aparatında adı “Reza” kimi qeyd edilən +98 ********** nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 əlaqələrinə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 həmin nömrə ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə saat 00:19-da əlaqə saxlayaraq «qardaşım nə var nə yox, niyə itib batmısan?» məzmunlu yazılı mesaj göndərmişdir. Bundan sonra həmin gün saat 12:30-da Təqsirləndirilən şəxs1 «salam brat hər vaxtın xeyir, neynirsən? haralarda itib batsımsan, yenə o gün də zəng elədin dedin ki, yığıb deyəcəm, sonra xəbər çıxmadı səndən, devirəm bəlkə başın qarışıqdı, işin çoxdu, gəl bir şey eliyək də brat, vəziyyət pisdi, kritikdi, qaqascanı nəsə eləmək lazımdır» məzmunlu, saat 13:00-da Cənubi Azərbaycan ləhcəsi ilə danışan «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «salam nağarsan, nə var nə yox, nə lazımdı qaqa bilmədim, haçana lazımdı» məzmunlu, saat 16:58-də Təqsirləndirilən şəxs1 «ümumən nə lazımdı söhbətini eləmirdim e atam, o gün söhbət elədik ha, sən zəng etmişdin ha, ki, biryerdə is görək də, soruşdun məndən nə istəyirsən, nə götürərsən, mən də dedim fərqi yoxdu, sən nə verəcəksənsə qəbuldu, problem yoxdur, bu temanı devirəm, eləsəydik yaxşı olardı» məzmunlu səsli mesaj göndərmiş, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs1 «Yəni brat and olsun seni məni yaradanaki məndən sən heç vaxt ziyan görməzsən, yalan görməzsən, qardaşımsan gəl is görək, mən ancaq düz olduğuma görə, ürəyim açıq olduğuna görə bu gündəyəm» məzmunlu, xx.xx.2022-ci ildə «Əgər istəmirsənsə elə də denən men isimi bilim ay brat, ola bilər indi üzün gəlmir yox deməyə rahat ol amma işləsək hec vaxt narazı qalmarsan məndən, mən tərəfdən alçaqlıq görməzsən» məzumlu yazılı mesaj göndərmiş, xx.xx.2022-ci ildə, saat 23:35-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «deyirəm ba hara get» məzumlu, saat 23:47-də «burdasan» məzmunlu, saat 23:59-da Təqsirləndirilən şəxs1 «hə brat burdayın, əynimi geyinib hazır duracam» məzmunlu, xx.xx.2022-ci ildə saat 00:01-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «yaxşı hazırlaş» məzmunlu, saat 00:17-də Təqsirləndirilən şəxs1 «brat 15-20 dəqiqəyə cixram evdən» məzmunlu, saat 00:19-da «brat sənə inanıram da, yəqin boşboşuna getmiyəcəm də ora?» məzmunlu, saat 00:21-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «dəlisən, mən indiyənə qədər kimi boş yola salmışam» məzmunlu, saat 00:17-də Təqsirləndirilən şəxs1 «bilirəm də yəni ona görə deyirəm ki, sənə inanıram, əsas o adamlar, yəni sənin adamların etibarlı adamlardı?, vallah iranlıların içərisində yeganə adamsanki sənə inanıram» məzmunlu, saat 00:24-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «narahat olma, bidənə təki sənin işin düz olsun, qalan iş problem deyil. Bir də əmim oğlunun malı da üstündədi, topasıyla atacam bir yerə, ehtiyatlı ol, mal əmanətdi» məzmunlu, saat 00:24-də Təqsirləndirilən şəxs1 «arxeyin ola brat» məzmunlu, saat 00:25-də «mən çıxım?, gedib orda gözləməyəcəyəm?» məzmunlu, saat 00:25-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «demişik 2 saatdan sonra orda olsun, səbrli ol, ona tez-tez ona zəng edəndə pis olur, üstündə mal çoxdur» məzmunlu, saat 00:54-də Təqsirləndirilən şəxs1 «brat mən çıxdım, yoldayam» məzmulu, saat 00:58-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «çıx, 40 dəqiqəyə orda ol, o da iki ağır ünvan var, onları yola versin, sonra səninkini atsın» məzmunlu səsli mesaj göndərmiş, saat 01:26-da Təqsirləndirilən şəxs1 «brat noldu ünvan» məzmunlu yazılı mesaj göndərmiş, saat 01:27də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «səbrli ol, bizimkini hazırlayır» məzmunlu səsli mesaj göndərmiş, saat 02:09-da Təqsirləndirilən şəxs1 «nə oldu ay qardaşım» məzmunlu yazılı mesaj göndərmiş, saat 02:11-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «ünvanı göndərərəm gələr, qaqa kimlə gedirsən, təksən, yoxsa köməkçin var?» məzmunlu, saat 02:11-də Təqsirləndirilən şəxs1 «belə yanımda adam yoxdur təkəm» məzmunlu, saat 02:12-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «yaxşı devirəm, köməkçin olsaydı yaxşı olardı, belə də problem deyil, elə eləki fəqət əmim oğlunkini topa bir yerdə ataram» məzmunlu, saat 02:12-də Təqsirləndirilən şəxs1 «problem yoxdur brat, bircə tez olki gecə vaxtıdı, baxma» məzmunlu, saat 02:18-də Təqsirləndirilən şəxs1 «brat noldu uje gec olur e saat 3-ə ışdiyib» məzmunlu, saat 02:19-da «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «allaha and olsun ünvan çox idi, biri var idi ünvanı tapa bilmirdi, ona görə əsir oldu, darıxma bu dəqiqə zəng edim» məzmunlu, saat 02:25-də «bir iki dəqiqəyə sənin əlindədi ünvan, bu dəqiqə deyir, yer tapıb deyirəm deyir» məzmunlu səsli mesaj göndərmiş, saat 02:40-dan saat 02:52-dək 11 dəfə cavabsız zəng etmiş, saat 02:52-də “niyə cavab vermirsən?” məzmunlu yazılı mesaj göndərmiş, saat 02:53-də Təqsirləndirilən şəxs1 «bir dəqiqə səbrli ol başına dönüm» məzmunlu, saat 02:53-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «bunu tez ol da camaat qaldı hamarda, mənə bir cavab dedə nolubdu?” məzmunlu, saat 02:54-də Təqsirləndirilən şəxs1 «hə bart göndər ünvanı» məmzunlu səsli mesaj göndərmiş, sat 02:55-də da «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 altında «avtovağzaldan üzü Lökbatan kruquna gələndə Lukoil zaprafka var, ora çatanda sağa dönürsən, aşağı düşəndə yolun solunda şəkildəki yarı tikili görəcək, onun içində nrıncı bağlamada. Xeyrli olsun» yazısı olan yarımtikilinin oxla işarələnmiş fotoşəklini və ünvanın kordinatlarını və «götürən kimi tez mənə xəbər elə» məzmunlu səsli mesaj göndərmiş, saat 02:56-da cavabsız zəng etmiş, saat 03:19-da «neynədin» məzmunlu yazılı mesaj göndərmiş, saat 03:23-də «ay qardaş bə setdən niyə çıxırsan, be noldu, bə camaat ünvan gözdüyür axı, malları get payla da, qurtar da, mənə cavab verginən, caamat məni gözdüyür, ünvanları paylaginən tez ol, keçən dəfəki kimi eləmə» məzmunlu, saat 03:24-də «ay qaqa bidənə cavab ver də qadanalım sənin, bə caamat məni gözdüyür axı, ünvan paylayacaqsan axı, camaatın veşi var axı onun üstündə» məzmunlu, saat 03:31-də Təqsirləndirilən şəxs1 «götürmüşəm brat neyniyim birinci hansını qoyum, hara qoyum, sən mənə yaz hamısını, mən həll edəcəm» məzmunlu, saat 03:32-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «qaqa apar ünvanları payla da, o, üstünü 5 var idi e 2 kilo varım, yaxşı? apar çəkisini at mənə deyim» məzmunlu, 03:33-də «qaqa veşin üstündə bir dənə bağlama var idi üç dənə koladı, bir dənə də təbiətdi, üstünü MK yazılıb, onu at bir verə deyim gəlsinlər götürsünlər» məzmunlu, 03:34-də «qaqa 17 dənə də kola qalır yerdə, onu da deyəcəm sabah zakazlarımı paylayarasan» məzmunlu, 03:36-da «qaqa dediklərimi başa düşdün də? bir də evə nə vaxt çatacaqsan» məzmunlu, saat 00:37-də Təqsirləndirilən şəxs1 «çatım evə həll edim, ünvanı atım sənə deyəcəm» məzmunlu, saat 03:37-də «Reza» adlı istifadəçi Təqsirləndirilən şəxs1 «yaxşı gözləyəcəm, nə vaxta çatarsan evə?» məzmunlu səsli mesajlar göndərmişdir. “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 sistemdə adı “Vasif” kimi, “Yuska” kimi, “Eliş” kimi, “Roma Opasnıy” kimi, “Zaur Raz” kimi, “Orux” kimi, “Elix 28” kimi qeyd edilən şəxslərlə narkotik vasitə və psixotrop maddələrin alış və satışı ilə bağlı əlaqələr yaratmışdır. Təqsirləndirilən şəxs1 mobil telefon aparatında adı “Dadaş” kimi qeyd edilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrə ilə əlaqələrinə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında 14 iyul 2022-ci il, saat 02:10-da, saat 02:27-də, saat 02:28-də, saat 02:33-də, saat 02:34-də, 02:36-da, 02:37-də, 02:38-də, 02:39-da, 02:40da, 02:41-də, 02:43-də, 02:44-də, 02:46-da, 02:49-da, 02:50-də rabitə əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında “Whatsapp” ani mesajlaşma mübadilə sistemində aparılan əlaqələrə baxış keçirilərkən müəyyən edildi ki, əlaqə olsa da, yazışmalar silinmişdir. Daha sonra mobil telefon aparatının “Qalereya” bölümünə baxış keçirilərkən narkotik vasitə və ya psixotrop maddələrin elektron tərəzilərdə çəkilmiş fotoşəkillərinin olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan “Xiaomi RedMi” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edildi ki, “Xiaomi RedMi” markalı mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası vardır, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatının abunəçilər bölümünə baxış keçirilərkən müəyyən edildi ki, İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914 839 3968 nömrə “R” kimi, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə “Aa” kimi qeyd edilmişdir. Mobil telefon aparatının “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, mobil telefon aparatında iki növ “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vardır, onlardan biri “Whatsapp”, digər isə “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemləridir. Hər iki “Whatsapp” ani mesajlaşma mübadilə sistemi işlək vəziyyətdədir. “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ayrı-ayrı tarix və vaxtlarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı səsli və yazılı mesaj mübadiləsi aparılmışdır. Daha sonra “Whatsapp Business” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, qeyd edilən sistemdən iş üçün əhəmiyyətli məlumatlar ötürülməmişdir. Həmçinin mobil telefon aparatının abunəçilər bölümünə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat müəyyən edilmədi. Mobil telefon aparatlarına baxış 14 iyul 2022-ci il tarixdə, saat 18:20-də başlandı, saat 19:20-də başa çatdı. Baxış zamanı mobil telefon aparatlarında aşkar olunan məlumatların fotoşəkilləri çəkilərək fotocədvəl tərtib edildi (cild 1, i/v 105-115). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X11 X6 29 avqust 2022-ci il tarixli, 4804 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Fazil oğlunda opioidlərin və psixosimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 205-206). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X11 X6 12 sentyabr 2022-ci il tarixli, 5129 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 207-208). - Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 5(002)-167/2022 nömrəli qərarından görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 13 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, i/v 249-250). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 008-8565-1222 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrilə ********* nömrəli cinayət işi üzrə istintaqı aparılan Təqsirləndirilən şəxs1 Fazil oğlu və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamaları, onların narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olmaması tərəflərindən yoxlanılmışdır. Keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış şəxslərdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən əvvəlcədən təyin etdiyi yerdən (Zakladka yolu ilə) əldə etməsi müəyyən olunmuşdur. Tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədilə tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə ounarsa əlavə olaraq bildiriləcəkdir (cild 1, i/v 192). - 14 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2022-ci il tarixli, 4(005)- 809/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli, 4(005)-1187/2022 nömrəli, 11 fevral 2023-cü il tarixli, 4(005)-185/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli, 4(005)-503/2023 nömrəli, 12 may 2023-cü il tarixli, 4(005)-673/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 Fazil oğlu 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 14 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 12, 26, 165-167, 236-239, cild 2, 24-28, 49-53, 83-88). - 14 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2022-ci il tarixli, 4(005)- 808/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli, 4(005)-1188/2022 nömrəli, 11 fevral 2023-cü il tarixli, 4(005)-184/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli, 4(005)-504/2023 nömrəli, 11 may 2023-cü il tarixli, 4(005)-672/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 14 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 29, 43, 168-170, 241-246, cild 2, 29-33, 54-58, 79-82). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 193-194). - xx.xx.2022-ci il tarixli portal çıxarışından və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2010-cu il tarixli, 1(005)-161/2010 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Fazil oğlunun ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 57-58, 201-204). - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 17 aprel 2023-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır (cild 2, i/v 60). - xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Fazil oğlunun adı Təqsirləndirilən şəxs1 tanınması, iş üzrə götürülmüş və baxış keçirilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A01” və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Xiaomi RedMi” markalı mobil telefon aparatların maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (cild 2, i/v 89-102). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-12/2-27522/2024 nömrəli məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Fazil oğlunun ödənilməmiş məhkumluğu yoxdur, Təqsirləndirilən şəxs1 isə əvvəllər məhkum olunmamışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış AZF/LGL-1842/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, həmin tarixlərdə nömrənin anten əhatə dairələrinin siyahısının olması müəyyən edilmişdir. Zənglər siyahısından görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 (***-***- **-**) arasında mütəmadi telefon danışıqları olmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 01:02:19-da 82 saniyə, 01:04:09-da 18 saniyə, 01:36:05-də 102 saniyə danışıqlar edilmişdir. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6710 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS mətnləri, həmin tarixlərdə nömrənin anten əhatə dairələrinin siyahısının olması müəyyən edilmişdir. SMS mətnlərinin məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs1la digər şəxslər arasında müxtəlif növ narkotik vasitələrin – “patı”, “kola” adı ilə alış-satışı ilə bağlı yazışmalar, həmçinin Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə yazışmalar olmuşdur. Eyni zamanda zənglər siyahısından görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında xx.xx.2022-ci il tarixdə 02:10:46-da 38 saniyə, 02:28:56-da 38 saniyə telefon danışığı olmuşdur. Həmçinin Fərid X1 adına qeydə alınmış ***-***-**-** nömrəli abonentlə 02:51:56-da 29 saniyə, 02:52:50-də 9 saniyə, 02:56:02-də 14 saniyə danışıq aparmış, sonuncu dəfə 03:30:13-də nömrəyə SMS daxil olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin və marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda, 800 qram olduqda xüsusilə külli miqdarda, qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda (təmiz halda qramlarla), 500 qram olduqda isə külli niqdarda, 50000 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Həmin maddənin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əməlin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmişdir. Burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı saxlayaraq daşımaları özləri tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin istifadələrində olan telefon nömrələri vasitəsilə aparılmış yazışmalar və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefon aparatında aşkar edilmiş yazışmalardan, fotoşəkilərdən, həmçinin Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefon aparatında aşkar edilmiş yazışmalardan onların məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaları öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X12 tərəfindən 14 iyul 2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, həmin istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və cinayət işinin materiallarına əlavə edilmiş videogörüntüləri özündə əks etdirən DVD-R diskə baxış zamanı müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisi 33 (otuz üç) qram olmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli köynəyin sağ döş cibindən aşkar edilmiş heroinə bənzər kütlənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisi 54 (əlli dörd) qram olmuş, Təqsirləndirilən şəxs1 əlində olan narıncı rəngli, polietilen torbanın içindən üzərində “K5”, “K6”, “K” yazıları olan 4 ədəd bağlamalar açılan zaman içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə, üzərində “MK” yazıları olan bağlama açılan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Üzərində “K5” və “K6” yazıları olan bağlamalar elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisi 11 kq 29 qram (11,29 kq.), üzərində “K” yazısı olan bağlama elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisi 6 kq 225 qram (6,255 kq), üzərində “MK” yazısı olan bağlama elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisi 4 kq 265 qram (4,265 kq) olmuşdur. Təhqiqatçı tərəfindən protokolda torbadan aşkar edilmiş bağlamalardakı heroinə bənzər kütlənin çəkisi 17 kq 254 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 4 kq 265 qram qeyd edilmişdir. Lakin həmin maddələrin ekspertizası zamanı ekspertlər tərəfindən üzərində “MK” yazısı olan bağlamada, yəni bikti mənşəli kütlə olan bağlamada əlavə üç ədəd bağlama da aşkar edilmişdir. Aşkar edilmiş 3 ədəd bağlamada, həmçinin üzərində “K5”, “K6”, “K” yazıları qeyd edilmiş ümumilikdə 6 ədəd bağlamadakı narkotik vasitələrin heroin olması, heroinin ayrı-ayrılqıda təmiz çəkilərinin 4985,8 qr., 5991,4 qr., 6000,1 qr., 1004,9 qr., 1004,6 qr., 1007,8 qr., ümumi təmiz çəkisinin 19994,6 qram təşkil etməsi ekspert tərəfindən müəyyən edilmişdir. Üzərində “MK” yazısı olan bağlamada aşkar edilmiş narkotik vasitənin isə təmiz çəkisi 989,0 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması ekspert tərəfindən müəyyən edilmişdir. Ümumilkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində, həmçinin Təqsirləndirilən şəxs1 əlində olan narıncı rəngli polietilen torbanın içərisində 200071,611 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əlində olan narıncı rəngli polietilen torbanın içərisində isə təmiz çəkisi 989,0 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bu hallar tədqiq edilmiş ekspert rəyləri ilə yanaşı məhkəmə baxışında dindirilmiş ekspertlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cinayət əməlinin törədilməsində iştiraklarını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli şübhəli şəxs qismində tutulduqları xx.xx.2022-cü il tarixdən hesablanmalı, cəzalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onlardan müştərək qaydada 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd parça torbada qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 20071,451 qram heroin, məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 988,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut hesab edilmiş bir ədəd “Samsung Galaxy A01” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə və bir ədəd “Xiaomi RedMi” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 62 (altmış iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun hesabına 372 (üç yüz yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd parça torbada qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 20071,451 qram heroin, məhkəməbioloji ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 988,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilmiş bir ədəd “Samsung Galaxy A01” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə və bir ədəd “Xiaomi RedMi” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın. Şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun hesabına 372 (üç yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-495/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-495/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver