Məhkəmə qərarları › İş №1(101)-496/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-496/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-496/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 04 » mart 2021-ci il Bakı şəhərində xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, A.Məmmədov küçəsi ev 2, mənzil 7-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120,2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərindən etibarən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşadığı bibisi Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə quldurluqla əlaqədar qəsdən öldürmək niyyəti ilə xx xxxx 2020-ci il tarixdə saat 05:30 radələrində evin dəhlizindən götürdüyü zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı çəkiclə silahlanaraq yataq otağına daxil olub çarpayıda yatdığından özünü müdafiə etmək və müqavimət göstərmək imkanında olmayan, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla əlindəki çəkiclə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub, habelə mətbəxdən götürdüyü məişət təyinatlı bıçaqla sağ qolunu bir neçə dəfə kəsməklə, Zərərçəkmiş şəxs xəsarətlər yetirərək quldurluqla əlaqədar onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin evin yataq otağından çarpayının üzərindən sonuncuya məxsus, 120 manat dəyəri olan “Huavei” markalı mobil telefonu Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaqla talayaraq quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009cu ildə soyğunçuluq cinayəti törətdiyinə görə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2012-ci ilin yanvar ayında azad edilmişdir. 2015-ci ilin yanvar ayında isə anası vəfat etmiş, 2018-ci ilədək ünvan 3 ünvanda yaşamış, qardaşı Kamranın borcu olduğuna görə həmin borcu hissə-hissə ödəmək üçün yaşadığı həmin evi kirayə vermiş, Suraxanı rayonu ərazisində, Katovski küçəsində 16/2 saylı mənzildə nənəsinin evində yaşamağa başlamışdır. Hadisədən təxminən 5-6 ay əvvəl ki, bibisi Zərərçəkmiş şəxs əri ilə birlikdə yaşadığı ünvan 4 ünvana köçərək orada yaşamağa başlamış, bibisinin əri Faiq başqa qadınla görüşdüyü üçün aralarında tez-tez mübahisələr olmuş, mübahisə olan zaman Faiq ona demişdir ki, “qardaşın başqasının artığını alıb”. Bu söz onun çox acığına gəlmişdir. Bibisindən soruşmuşdur ki, “sən onun cavabını vermisən?” O, isə bildirmişdir ki, “yox vermədim, onu Allah vurub”. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində bibisilə yaşadığı evdə Faiq barəsində söhbət gedən zaman ona yenə də Faiqin dediyi həmin sözə niyə görə cavab vermədiyini soruşanda bibisi bildirmişdir ki, “sənin anan da heç svitoy, yəni müqəddəs adam olmayıb”. Bibisinin bu sözü ona pis təsir etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 05:30 radələrində evin dəhlizindən çəkic götürmüş və bibisi Afətin çəkiclə baş nahiyəsindən ardıcıl olaraq zərbələr vurmuşdur. Çəkicin baş hissəsi qopmuş, buna görə də çəkicin sap hissəsi ilə onu boğmağa çalışmışdır. Lakin bu yolla onu öldürə bilməyəcəyini düşünüb mətbəxə keçmiş və bıçağı götürüb yenidən bibisinin yanına qayıdıb onun qollarını kəsib ona xəsarət yetirmişdir. Onu elə o vəziyyətdə qoyub paltarlarını dəyişmiş və bibisinin yataq otağında yatdığı çarpayının yanındakı çarpayıdan ona məxsus “Huavei” markalı telefonu götürüb evi tərk etmişdir. Cinayəti törətdiyi zaman əynində olmuş paltarları dalanlardan birində olan zibil qutusuna atmışdır. O, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən tanışı Tural, Kamil və Miryusifə zəng edib onlara bibisini öldürməsini demədən probleminin olduğunu bildirib onlardan kömək istəmişdir. Kamil və Seyid ona kömək edə bilməyəcəklərini bildirmişlər. Tanışı Tural isə xx xxxx 2020-ci il tarixdə saat 06:40 radələrində onunla Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Yavər Əiyev küçəsində 26 saylı binanın həyətində görüşmüş, Turala bildirmişdir ki, özünə məxsus olan Huavei markalı mobil telefonu satmaq istəyir. Tural özünün tanışı olan Rəşad adlı şəxsə zəng edib Huavei markalı telefon satdığını bildirib həmin telefonu almağı ona təklif etmişdir. Sonra Turalla birlikdə Rəşad aldı şəxslə görüşmək üçün onun dediyi ünvana, yəni Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinin yanında, 208 nömrəli məktəbin yaxınlığında yerləşən boş əraziyə getmiş, telefonu 50 manata satmaq barədə razılaşmış, Rəşad 50 manatı verdikdən sonra Tural və o, Rəşada narkotik vasitə olan metamfetamin istifadə etmək istədiklərini bildirmiş, Rəşad isə həmin narkotik vasitəni Bülbülə qəsəbəsində hamamın yanında olan Elnur adı ilə tanıdığı şəxsdən ala biləcəklərini onlara bildirmişdir. Belə ki, onlar birlikdə qeyd etdiyi hamamın yanına getsələr də Elnuru tapa bilməmiş və narkotik vasitə istifadə edə bilməmişlər. Bundan sonra Rəşaddan ayrılıb Bakıxanov qəsəbəsinə qayıtmışlar. Turalla biraz gəzişdikdən sonra Tural da ondan ayrılıb evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində tanışı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib onunla görüşmək istədiyini bildirmiş, həmin gün saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu Zığ yolu 31 saylı binanın həyətində onunla görüşmüşdür. Elnarəyə bibisini yaşadığı evdə öldürdüyünü bildirmiş, Elnarə ona polisə təslim olmağı məsləhət görmüşdür. xx.xx.2020-ci il tarixdə saat 21-22 radələrində Bakıxanov qəsəbəsi ərazisində olan parka gedib orada oturacaqların birinin üstündə yatmışdır. Saat 23:50-də polis əməkdaşları onu polis bölməsinə aparıb oradan da Sabunçu rayon prokurorluğuna gətirmişlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında mərhum arvadı Zərərçəkmiş şəxs və onun qardaşı oğlu Orxanla yaşamışdır. Orxanın kriminal keçmişi olması və narkotik vasitələrdən istifadə etməsi səbəbindən onun evdə yaşaması ilə əlaqədar Afətə öz etirazını bildirmişdir. Buna baxmayaraq arvadı Afət, Orxanın tək olmasını deyərək onlarla yaşamasını istəmişdir. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində işdən çıxmış, şəxsi işləri ilə əlaqədar şəhərin mərkəzinə tərəf getmiş, saat 17 radələrində evə qayıtmış, qonşu Kəmalənin oğlu Ömərin qapını döydüyünü görmüş, Ömər bildirmişdir ki, qızı Rəna onun anası Kəmaləyə zəng edib həyat yoldaşı Afətin telefona cavab vermədiyini və buna görə də narahat olduğunu bildirmişdir. Buna görə də Kəmalədən onların evinə gəlib Afət ilə maralanmağı xahiş etmişdir. Kəmalə də onu Afət ilə maraqlanmağa görə onların evinə göndərmişdir. Bundan sonra o, Ömərə bildirmişdir ki, gözləsin, Afəti çağırır. O, evə daxil olanda Afəti görməmişdir, həmin vaxt evin yataq otağının qapısı bağlı olmuş, yataq otağının qapısını açdıqda Afətin qanın içərisində, üzərində xəsarətlər olduğunu, döşəmənin üzərində yarı uzanmış vəziyyətdə olduğunu görmüşdür. Afətin əlindən tutub nəbzinə baxdıqda nəbzinin də atmadığını görmüş və onun öldüyünü başa düşmüşdür. Ömərdən təcili tibbi yardıma zəng etmələrini xahiş etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri və polis əməkdaşları gəlmişlər. Məhkəmədən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında anası Zərərçəkmiş şəxs, atası Faiq Allahverdiyev və dayısı oğlu Təqsirləndirilən şəxs yaşamışlar. Özü və atası Faiq Orxanın kriminal keçmişi olması və narkotik vasitələrdən istifadə etməsi səbəbindən onların evində yaşamasına etiraz etmişlər. Buna baxmayaraq anası Afət, Orxanın tək olmasını deyərək onlarla yaşamasını istəmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində anasının istifadəsində olan telefon nömrəsinə və ev telefonuna zəng etsə də cavab verən olmamış və anası Afətlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra isə dayısı oğlu Orxanın istifadəsində olan telefon nömrəsinə zəng etsə də, Orxan onun telefonuna mesaj yazaraq bildirmişdir ki, işdədir, danışa bilmir. Bir neçə saat sonra yenə də anasının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmiş, lakin anası yenə də telefona cavab verməmişdir. Həmin gün saat 16-17 radələrində qonşuluqlarında yaşayan Kəmalə adlı qadına zəng edib anasının evdə olub-olmadığnı yoxlamasını xahiş etmişdir. O isə oğlu Öməri onların evinə göndərəcəyini bildirmişdir. Bundan sonra isə Ömər onların evinə gedib atası Faiqə onun anasına zəng etdiyini , lakin onu tapa bilmədiyini bildirmişdir, buna görə də, anasına bu barədə məlumat verməsini xahiş etmişdir. Atası həmin vaxt evə yenicə girdiyindən anasının evdə olub olmadığından məlumatı olmamış, atası anasına baxmaq üçün evin yataq otağının qapısını açmış, anasının döşəmənin üstündə uzanmış vəziyyətdə, qanın içərisində, üzündə və bədənində çoxlu xəsarətlərinin olduğunu görmüşdür. Bundan sonra isə Kəmalə ona zəng edib evə gəlməsini bildirmişdir. O, taksi ilə yaşadıqları evə gəlmiş, qonşuların və polis əməkdaşlarının onların yaşadıqları evdə olduğunu görmüş, qonşulardan nə baş verdiyini soruşduqda onlar bildirmişlər ki, anası öldürülüb və hadisəni törətməkdə Orxan şübhəlidir. Atası Faiq hadisə yerinə baxdıqda anasına məxsus Huavei markalı mobil telefonun yerində olmadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Afətin qızı Rəna ona zəng vuraraq anası ilə əlaqə saxlaya bilmədiyini və narahat olduğunu söyləmişdir. O, evdə olan oğlu Öməri Afəti çağırması üçün onun yaşdığı ünvanana göndərəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Ömər geri qayıtmış və evdə heçkimin olmadığını demişdir. Buna görə özü də narahat olmuş və biraz keçmiş Rəna yenə ona zəng vurmuş nə olduğunu soruşmuş, Rənaya demişdir ki, narahat olma özü indi gedib Afətin evinə baxacaqdır. Bundan sonra Ömər ilə Afətin yaşadığı evin darvazasına tərəf getmiş və Afəti səsləməyə başlamışdır. Lakin səs gəlmədiyini görüb Ömərə demişdir ki, hasardan həyətə düşsün və evin qapısını döyüb Afəti çağırsın. Ömər həyətə düşmüş və həyətdə Kəmaləni çağırıb qapını döyən zaman Afətin əri Faiq qapını açmışdır. Ömər ona qızı Rənanın Afəti axtardığını bildirmiş və Afəti çağırmasını xahiş etmişdir. Faiq Afəti çağırmaq istəyərkən onun evin yataq otağında ölmüş vəziyyətdə olduğunu görmüş və həyəcanlı şəkildə Ömərə bunu bildirmiş və təcili tibbi yardım çağırmasını xahiş etmişdir. Bundan sonra oğlu Ömər həyət qapısını açmış və o, həyətə daxil olmuşdur. Həyətdə Faiqin oturduğunu görüb nə baş verdiyini soruşduqda o, bildirmişdir ki, Afət ölmüşdür. Evə girib görmüşdür ki, yataq otağında Afət qan içində iki çarpayının arasında uzanılı vəziyyətdə qalmış, Faiqə demişdir ki, polis əməkdaşlarına həkimə xəbər versin. Özü isə telefonla Rənaya gəlməsini və narahat olmamasını demişdir. Rəna gəldikdən sonra ona baş verənləri danışıb evə girməyə qoymamışdır. Hadisədən sonra onlara məlum olmuşdur ki, Afətin qardaşı oğlu Orxan amansızlıqla çəkic və bıçaqla Afəti qətlə yetirmişdir. Orxanın Afət öldürüldükdən sonra onun “Huavei” markalı mobil telefonunu götürüb evdən getdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 10-11 radələrində o, yaşadığı evdə olarkən anası Kəmalə ona bildirmişdir ki, Afətin qızı Rəna ona zəng edib anası Afətin onun zənginə cavab vermədiyini, buna görə də narahat olduğunu bildirmiş, Afətgilin evinə gedib ona bu barədə məlumat verməsini xahiş etmişdir. O, evdən çıxıb Afətgilin evinə daxil olmaq istəsə də evin həyət qapısı bağlı olduğundan onların evdə olmadığını zənn etmiş və evlərinə qayıdıb anasına onların həyət qapısının bağlı olduğunu bildirmişdir. Bundan sonra anası onunla birlikdə özü onların həyətinə tərəf getmiş və evlərinin həyət qapısının bağlı olduğunu görmüşdür. O, həyətin hasarından aşıb həyətə daxil olmuş və evin giriş qapısını döymüşdür. Qapını ona Afətin əri Faiq Allahverdiyev açmışdır. O, Faiqə bildirmişdir ki, qızı Rəna Afət xalaya zəng edir, lakin Afət xala telefona cavab vermir. Faiq ona bildirmişdir ki, “evə indicə gəlmişəm, gözlə Afəti çağırıram.” Həmin vaxt o, evin giriş qapısının yanında dayanıb onu gözləmişdir. Bir dəqiqə keçməmiş Faiq həyəcanlı şəkildə evin qapısından bayıra çıxıb Afətin öldüyünü bildirmişdir. O, xəbəri eşidən kimi evin həyət qapısını açmış və bayırda onu gözləyən anası Kəmaləyə Afətin öldüyünü bildirmişdir. Kəmalə evin həyətinə daxil olmuş və Faiqə yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Faiq ona da həyəcanlı şəkildə Afətin öldüyünü bildirmiş, bundan sonra anası evin yataq otağına daxil olmuş, Afətin həmin otaqda üzərində xəsarətlərin olduğunu və qanın içərəsində yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs qardaşı oğlu Təqsirləndirilən şəxs öldürmüş və ona məxsus Huavei markalı telefonu hadisə yerindən götürüb getmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2020-ci il tarixli 134 saylı rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsinə, baş-beyin maddəsinə və qişalarına qansızmaya, alm və sol təpə sümüklərinin basılmış, açıq, qəlpəli sınıqlarına və həmin səviyyədə beyinin sərt qişasının hissəvi cırılmasma səbəb olan alm nahiyəsinin 1 (bir) ədəd, sol təpə nahiyəsinin 1 (bir) ədəd; sol gicgah sümüyünün açıq, xətti sınığına səbəb olan sol gicgah nahiyəsinin 1 (bir) ədəd əzilmiş- cırılmış yaraları.Alın nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, sağ təpə nahiyəsinin 1 (bir) ədəd, sağ gicgah nahiyəsinin 1 (bir) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd əzilmiş-cırılmış yaraları.Sağ almacıq sümüyünün açıq, qəlpəli sınığına səbəb olan sağ almacıq nahiyəsinin 1 (bir) ədəd əzilmişcırılmış yarası.Sağ əng sümüyünün açıq, qəlpəli sınığına, sağ göz almasına qansızmaya və sağ göz yuvasıətrafı yumşaq toxumaların hematomasma səbəb olan sağ göz yuvasıaltı nahiyənin 1 (bir) ədəd əzilmiş-cırılmış yarası.Sol əlin İV barmağının orta və dırnaq falanqası sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqlarına səbəb olan sol əlin İV barmağının 1 (bir) ədəd əzilmiş-cırılmış yarası.Sağ saidin aşağı 1/3-nin iç səthinin qançırı ilə müşayiət olunan sağ dirsək sümüyünün yerini dəyişən qapalı sınığı.Sol dirsək oynağının arxa səthinin qançırı ilə müşayiət olunan sol dirsək sümüyünün yuxarı 1/3-nin yerini dəyişən qapalı sınığı.Sağ saidin və sağ mil-bilək oynağının dəri və dərialtı yumşaq toxumalarının zədələnməsinə səbəb olan sağ saidin aşağı 1/3-nin 2 (iki) ədəd, sağ milbilək oynağının 1 (bir) ədəd (cəmi üç ədəd) kəsilmiş yaraları.Burun və çənə nahiyələrinin sıyrıqları; üst dodaq, boyun və sağ körpücük nahiyələrinin, sağ bazunun, hər iki saidin və hər iki əlin, sol mil bilək oynağının, hər iki budun və hər iki baldırın qançırları. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən: Baş beyin maddəsinin əzilməsinə, maddəsinə və qişalarına qansızmaya, alm və sol təpə sümüklərinin basılmış, açıq, qəlpəli sınıqlarına və həmin səviyyədə beyinin sərt qişasının hissəvi cırılmasma səbəb olan alm nahiyəsinin 1 (bir) ədəd, sol təpə nahiyəsinin 1 (bir) ədəd; sol gicgah sümüyünün açıq, xətti sınığına səbəb olan sol gicgah nahiyəsinin 1 (bir) ədəd; Alm nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, sağ təpə nahiyəsinin 1 (bir) ədəd, sağ gicgah nahiyəsinin 1 (bir) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd; sağ almacıq sümüyünün açıq, qəlpəli sınığına səbəb olan sağ almacıq nahiyəsinin 1 (bir) ədəd; sağ əng sümüyünün açıq, qəlpəli sınığına, sağ göz almasına qansızmaya və sağ göz yuvasıətrafı yumşaq toxumaların hematomasma səbəb olan sağ göz yuvasıaltı nahiyənin 1 (bir) ədəd; sol əlin İV barmağının orta və dırnaq falanqası sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqlarına səbəb olan sol əlin İV barmağının 1 (bir) ədəd əzilmiş-cırılmış yaralan (cəmi 14 ədəd); sağ saidin aşağı 1/3-nin iç səthinin qançırı ilə müşayiət olunan sağ dirsək sümüyünün yerini dəyişən qapalı sınığı; sol dirsək oynağının arxa səthinin qançırı ilə müşayiət olunan sol dirsək sümüyünün yuxarı 1/3- nin yerini dəyişən qapalı sınığı; burun və çənə nahiyələrinin sıyrıqları; üst dodaq, boyun və sağ körpücük nahiyələrinin, sağ bazunun, hər iki saidin və hər iki əlin, sol mil bilək oynağının, hər iki budun və hər iki baldırın qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş dülgər çəkicioip təsirindən törənə bilər. Sağ saidin və sağ milbilək oynağının dəd- və dərialtı yumşaq toxumalarının zədələnməsinə səbəb olan sağ saidin aşağı 1/3- nin 2 (iki) ədəd, sağ mil-bilək oynağının 1 (bir) ədəd (cəmi üç ədəd) kəsilmiş yaraları isə kəsici alətin təsirindən törənmişdir, ekspertizaya təqddim edilmiş bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər. Dərəcəsinə görə: Baş beyin maddəsinin əzilməsinə, baş beyin maddəsinə və qişalarına qansızmaya, alm və sol təpə sümüklərinin basılmış, açıq, qəlpəli sınıqlarına və həmin səviyyədə beyinin sərt qişasının hissəvi cırılmasına səbəb olan alm nahiyəsinin 1 (bir) ədəd, sol təpə nahiyəsinin 1 (bir) ədəd; sol gicgah sümüyünün açıq, xətti sınığına səbəb olan sol gicgah nahiyəsinin 1 (bir) ədəd (cəmi 3 ədəd) əzilmiş-cırılmış yaraları ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmamn əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəlidir. Sağ almacıq sümüyünün açıq, qəlpəli sınığına səbəb olan sağ almacıq nahiyəsinin 1 (bir) ədəd, sağ əng sümüyünün açıq, qəlpəli sınığına, sağ göz almasına qansızmaya və sağ göz yuvasıətrafı yumşaq toxumaların hematomasma səbəb olan sağ göz yuvasıaltı nahiyənin 1 (bir) ədəd, sol əlin İV barmağının orta və dırnaq falanqası sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqlarına səbəb olan sol əlin İV barmağının 1 (bir) ədəd (cəmi 3 ədəd) əzilmiş- cırılmış yaraları; sağ saidin aşağı 1/3-nin iç səthinin qançırı ilə müşayiət olunan sağ dirsək sümüyünün və sol dirsək oynağının arxa səthinin qançırı ilə müşayiət olunan sol dirsək sümüyünün yuxarı 1/3-nin yerini dəyişən qapalı sınıqları ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa az ağır zərərvurmamn əlamətlərinə malikdir. Alm nahiyəsinin 2(iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, sağ təpə nahiyəsinin 1 (bir) ədəd, sağ gicgah nahiyəsinin 1 (bir) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd (cəmi 8 ədəd) əzilmiş-cırılmış yaraları; sağ saidin və sağ mil-bilək oynağının dəri və dərialtı yumşaq toxumalarının zədələnməsinə səbəb olan sağ saidin aşağı 1/3-nin 2 (iki) ədəd, sağ mil-bilək oynağının 1 (bir) ədəd (cəmi 3 ədəd) kəsilmiş yaraları ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmamn əlamətlərinə malikdir. Burun və çənə nahiyələrinin sıyrıqları; üst dodaq, boyun və sağ körpücük nahiyələrinin, sağ bazunun, hər iki saidin və hər iki əlin, sol mil bilək oynağının, hər iki budun və hər iki baldırın qançırları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb alm,sol təpə və sol gicgah sümüklərinin açıq sınıqları ilə əlaqədar baş- beyin maddəsinin əzilməsi, baş-beyin qişalarına və maddəsinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 14-16 saat əvvələ uyğun gəlir.Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş (uzanıqlı, oturaq və s.) vəziyyətlərində ola bilərdi. Mərhumun hər iki yuxarı ətrafında aşkar olunmuş xəsarətlər (sağ saidin və sağ milbilək oynağının kəsilmiş yaralarından başqa) hadisə zamanı özünü müdafiə zamanı yetirilə bilərdi.Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığım müəyyən etmək mümkün deyil.Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək dəliyində götürülmüş iki ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər akar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,46 faiz qatılığmda etil sspirti aşkar edilmişdir. Etil spirtinin qatdığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesaab edilsin. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir. Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1619 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxsn törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonar onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altma düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional halında hirslilik yaranmışdır.Həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2382 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 409/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun arxa hissəsinin sağ- boyun nahiyəsində məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyəsinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır, çəkicin təsirindən törənməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus kəmərin və tumanın üzərində hər- hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.Təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir.Təqdim olunmuş çəkic zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çəkicdir və soyuq silah hesab edilmir.Təqdim edilmiş bıçağın və çəkicin üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, təyinatları dəyişdirilməmişdir. Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 621/2020 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0(1). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus don, donun kəməri, trusik, həmçinin çəkicin işçi metal hissəsi üzərində insan qanı ləkələri aşkar olundu. Qanın qrupu ABO sistemi üzrə təyin olunduqda «H» antigeni, don və trusikdə həmçinin «alfa», «beta» aqqlyutininləri də müəyyən olundu. «H» antigeni əsas antigen kimi 0(1) qrupunu xarakterizə etdiyindən yalnız onun alınması ləkələrdə həmin qruplu qanın olmasını göstərir və bu qan ləkələri ABO sistemi üzrə Zərərçəkmiş şəxs qızma məxsus ola bilər.Ekspertizaya təqdim edilmiş çəkicin tutucağı, bıçağın tiyəsi və tutacağı üzərində qan aşkar olunmadı. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4722 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Huavei markalı, ALE L21 modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarm olmamasım və istifadəsində olduğunu nəzərə alaraq 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 120.00 manat müəyyən olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1,180.2.2,180.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi,şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120,2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2005-ci il tarixli 1 №-li qərarlarını da nəzərə alır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 15-ci bəndinə əsasən, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 24-cü bəndinə əsasən, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qoca vəziyyətdə olan şəxsə qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının ilk 3(üç) ilini həbsxanada, qalan hissəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan bir ədəd çəkic,bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş paltarlar müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Huawei markalı bir ədəd mobil telefonun zərərçəkmiş şəxsin qohumlarına qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri xərcləri 50 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120,2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120,2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 13(on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan bir ədəd çəkic,bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş paltarlar müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Huawei markalı bir ədəd mobil telefonun zərərçəkmiş şəxsin qohumlarına qaytarılması nəzərə alınsın. Ekspertiza xərcləri xərcləri 50 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar